Etiket arxivi: Xəyalə ZƏRRABQIZI

Ədəbiyyatımızın fədakar dostu İmdat Avşarın əsərləri Uluslararası Kitab Fuarında

Ədəbiyyatımızın fədakar dostu İmdat Avşarın əsərləri

Uluslararası Kitab Fuarında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6 – 10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. 

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərinə görə bu il “Nizami Gəncəvi” mükafatı ilə təltif olunmuş Ədəbiyyatımızın fədakar dostu və yorulmaz təbliğatçısı, çağdaş türk ədəbiyyatının ən başarılı və özgün imzalarından olan İmdat Avşarın əsərləri də Beynəlxalq Kitab Sərgisində yer almaqdadır. “Övliya Çələbinin izi ilə Azərbaycan” torpağını ata yurdu doğmalığı ilə qələmə alan İmdat Avşarın imzası  Azərbaycan oxucularına olduqca əzizdir. Tanınmış yazara həsr olunmuş guşədə “Çiğdemleri solan bozkır”, “Soğuk rüya”, “Güvercin sevdası” kimi türkcə kitabları ilə yanaşı Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsində “Mütərcim” nəşriyyatında yenicə işıq üzü görən “Göyərçin sevdası” kitabı da var. Xatırladaq ki, sərgidə yer alan bu kitab İmdat Avşarın Azərbaycan türkcəsində yayımlanan ikinci kitabıdır.

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim  həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”

İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim

 həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”

Beş gündür ki, İstanbulun məşhur Sirkəci meydanında Uluslararası Dərgi günləri keçirilir. Türkiyədən və Türkiyənin hüdudlarından kənardan yüzlərlə dərginin qatıldığı bu fuar yazar Asım Gültəkinin əziz xatirəsinə həsr olunub. Asım Gültəkin Türk ədəbi mühitində sadəcə bir yazar olaraq deyil, özəlliklə gənclərin dərgi çıxarması üçün çalışan, gənc qələm adamlarını dərgilərdə yazmaq üçün yönləndirən və eyni zamanda fuarların keçirilməsinə öncülük edən bir isim kimi tanınmaqda və rəhmətlə anılmaqdadır. Dünya Dərgilər Birliyi (DERGİBİR) tərəfindən düzənlənən fuarda böyük Ahmet Kabaklının mənəvi mirası kimi əziz bildiyimiz, bu il 50-ci ildönümünü qeyd edəcək “Türk ədəbiyyatı” dərgisi də iştirak edir.

Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir.

Ahmet Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi ədəbi-elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır.

Yarım əsrlik tarixi və zəngin ədəbi ənənələri olan dərgiyə yarım ildir ki, Ədəbiyyatımızın fədakar dostu və təbliğatçısı İmdat Avşar redaktorluq edir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır.

Görüşlərin birində azərbaycanlı müxbir sayın baş redaktora belə bir sualla müraciət edir: “İmdat bəy, sizin yaradıcılığınızı izlədikcə Türkiyə, Azərbaycan, Qazaxıstan və eləcə də digər türk dövlətlərindən çoxsaylı mükafatlarla ödülləndirildiyinizi müşahidə edirik. Zəhmətlərinizin bəhrəsi olan bu mükafatlar hamısı Sizin üçün eyni doğmalıqdadırmı, yoxsa özəl olaraq ayrıca dəyərləndirdiyiniz biri varmı?”

Bədii yaradıcılığı, tərcüməçilik və redaktorluq fəaliyyəti ilə çağdaş türk ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik fikrin formalaşmasında misilsiz xidmətləri olan İmdat Avşar müxbirin sualına belə cavab verir: Bəli, mən bu günə qədər Türk dünyasından çoxlu sayda mükafatlar almışam. Fəqət “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim mənim həyatımda aldığım və ömrüm boyu şərəflə daşıyacağım ən qiymətli medalımdır…”

Dəyərli baş redaktorun ruh yüksəkliyi ilə verdiyi bu cavab gördüyü işinə təkcə peşəkarlıqla deyil, həm də bu şəkildə qutsal bir görəv kimi yanaşması İmdat Avşarın hər addımıyla “Türk ədəbiyyatı”na böyük məsuliyyət və ədəbi vicdanla xidmət edəcəyindən xəbər verir.

Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir.

Vəqfin başqanı dəyərli Sərhat Kabaklının və baş redaktor İmdat Avşarın gənc nəslə böyük etimad, qayğı və diqqətinin nəticəsidir ki, dərginin redaksiya heyəti əsasən, gənclərdən ibarətdir. Belə istedadlı gənclərdən olan Səadət xanım Örməcinin bu aydan etibarən Yazı İşləri Müdürü vəzifəsinə atanması da söylədiklərimizin bariz nümunəsidir. Gənclərin əlindən tutmaq, onların içində özgüvən yaratmaq, böyük işlər görəcəyinə inandırmaq və böyük işlər görməsi üçün meydan vermək yüksək insani məziyyətdir ki, bu mənada Sərhat bəyin, İmdat bəyin addımları olduqca təqdirəlayiqdir.

Hər bir sayından Azərbaycan elm və qələm adamlarının yaradıcılığına xüsusi yer ayıran “Türk ədəbiyyatı”nın Eylül (sentyabr) sayının Nizami Gəncəviyə həsr olunması elmi və ədəbi mühitimizdə böyük maraq və alqışla qarşılandı. Sentyabr sayının mətbuatımızda hələ də müzakirə mövzusu olduğu bir vaxtda oktyabr sayı oxucuların görüşünə gəldi. Payızın soyuğunu səhifələrinin istiliyi ilə unutduran və hər səhifəsində oxucunun gözləri önündə yeni pəncərə açan oktyabr sayı bizi Türk sənət dünyasının nadir bir İncisinin yaradıcılıq dünyasına səyahət etdirir.

1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “dövlət sənətçisi” adına layiq görülən, “Dərdli bülbül” (1957), “Son nəfəs” (1958), “Qadın əsla unutmaz” (1968), “Ayrılıq” (1972) və s. kimi çoxsaylı filmlərin musiqisini hazırlamış, səs rəngini heç zaman itirməyən, türk klassik musiqisinin bənzərsiz ifaçılarından olan İnci Çayırlının Haqqa yürüməsinin ardından bu sayın onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə İnci xanımın Türk mədəniyyətinə bəxş etdikləri kimi kompozisiya təsiri bağışlayır. İnci Çayırlı dosyasını hazırlayan Osman Nuri Özpekelin və digər sənət dostlarının İnci xanıməfəndiyi doğma və unudulmaz xatirələrlə anması, yetirmələrinin sənətkarı “mənəvi Ana” kimi yad etməsi, qızı Canan Atalayın isə ona həm ata, həm ana, həm dost, həm sirdaş olan çiləkeş valideyninin ruhu qarşısında qələmə aldığı son dərəcə kövrək və səmimi yazısı bizim təsəvvürümüzdə İnci xanımın bir rəssam həssasiyyəti ilə çizilmiş fədakar Ana, böyük Müəllim, istedadlı sənətkar, anı yazarı və ən əsası ömrünü ləyaqətlə yaşamış mətin bir Cumhuriyyət qadını obrazını yaradır.  

Milli düşüncəli ziyalı İsa Kocakaplanın Mehmet Kurtoğlu ilə “Mehmet Akif və İstiqlal marşı” mövzusunda  son dərəcə maraqlı müsahibəsi Mehmet Akif şəxsiyyətini müxtəlif istiqamətlərdə dəyərləndirməklə yanaşı bu il Türkiyədə elan olunan “Mehmet Akif və İstiqlal marşı ili” çərçivəsində zamanla səsləşən mövzu olması baxımından da aktualdır.  Yeri gəlmişkən, bir məqamı vurğulamaq vacibdir ki, dəyərli alim İsa Kocakaplanın sözügedən mövzuda “İstiqlal marşı və Mehmet Akif Ersoy” kitabı 1999-cu ildən bəri Türkiyədə müxtəlif yayın evlərində dəfələrlə nəşr olunmuş, böyük marağa və müzakirələrə səbəb olmuşdur.

“Özbək şairi Erkin Vahid” məqaləsinin müəllifi Selahattin Tolkun son yüz ildə özbək poeziyasının yetirdiyi istedadlı nümayəndələrdən olan, əsərləri geniş xalq kütləsi tərəfindən oxunan və şeirlərinin bir çoxuna mahnı bəstələnən Erkin Vahidin yaradıcılıq yoluna işıq salır.

İsmayıl Alper Kumsar Ahmet Hamdi Tanpınarın indiyədək çap olunmuş əsərlərinə daxil olmayan “Münəvvər kimdir?” və “Kıyasıya para harcayanlar” adlı iki yazısını gün üzünə çıxararaq təhlil edir,Tanpınarın sanki bu günü görərək özünə ünvanladığı suallara verdiyi cavablar oxucuda böyük maraq doğurur.

Mahir İzə həsr olunmuş “İllərin İzi” adlı bioqrafik yazısında isə Şaban Kumcu Mahir İzin fitrətindəki müəllimlik istedadının və pedaqoji fəaliyyətinin maraqlı tərəflərini incələyir, onun dərslərində İstiqlal marşına, Çanaqqala şəhidlərinə həsr olunmuş şeirləri tələbələrinə öyrətməsi ilə ideoloji düşüncə və mənəvi dəyər aşılamağa, idrak və şüur qazandırmağa çalışdığını vurğulayır.

Ali Bilgenoğlu “Mehmet Akif İnanda Qərbliləşmə tənqidi və ənənənin mühafizəsi” yazısında Türk batılılaşması və çağdaşlaşma kimi məsələlərin ideoloji mahiyyətini təhlil edir.

Tanınmış türkoloq Camal Şafak Türklərin yayılmış olduğu arealın təbiətini, coğrafiyasını, abidələrini öyrənən Təhsin Parlakın gördüyü işlərin Türk dünyası üçün əhəmiyyətindən və bizə aid olmadığını zənn etdiyimiz bəzi mənəvi dəyərlərin Təhsin Parlak sayəsində bizə aid olduğunu öyrəndiyimizi ortaya qoyan, orijinal faktlara söykənən  “Türküstanda Kıran gözlü bir sirdaşım qaldı” adlı  olduqca maraqlı bir araşdırma yazısı ilə çıxış edir.

Gizem Ece Gönül Murathan Munganın “Hamamnamə” əsərində adət-ənənələrin və mənəvi dəyərlərin axtarışıyla əsrarəngiz bir sonuca varan Nagəhan Uçan Ekenin “Suyun yaddaşı” əsərini təhlil edərək bir əsərin fonunda digər əsərin panoramasını oxucuya təqdim edir.

Mehmet Ali Talayhan “Goygoyculuk” adlandırdığı araşdırma məqaləsində Məhərrəm ayında qapı-qapı gəzərək İmam Hüseyn və İmam Həsən üçün mərsiyələr söyləyən, qəsidə və ilahilər oxuyan goygoyculardan söhbət açır.

Nəsr bölümündə Zübeyde Andıç “Hesablaşma”, İrfan Uğur “Odda bitən dostluq”, Rukiye Aydın “Beli bükük ilə məzar daşı” hekayələri ilə oxucuların göüşünə gəlir. Poeziya bölümündə çağdaş Azərbaycan şeirinin istedadlı yaradıcılarından olan Qulu Ağsəsin “Sən və Mən” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Həmçinin Timur Kocaoğlu, Abdulmukaddes Kutlu, Mustafa Ruhi Şirin, Ziya Karatekin, Uğur Demirel, Ahmettahsin Erdoğan, Saygın Akanyeti, Mehmet Baş, Hayrettin Durmuş, Ahmet Suvacı, Rıdvan Yıldız şeir çələngi ilə oxucuları salamlayır.

         Akademik Ziya Avşarın nəşrə hazırladığı “Yunus Əmrə “Nəsihətlər” kitabı (“Risaletün-Nüshiyye”), Mustafa Özçelikin “Bana Seni gerek Seni”, Altın İşıkın “Ziya Gökalp” və İmdat Avşarın redaktorluğu və ön sözüylə işıq üzü görən Ülkü Olcayın “Düş ertesi” və sair kimi Türk ədəbiyyatı Vəqfində yenicə yayınlanan kitabların üz qabığının rəsmi və haqqında kiçik annotasiyaların dərginin müxtəlif səhifələrində yer alması oxucuda ədəbi ortamı izləməyə geniş imkan yaradır.

         Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, anı yazısının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın Ekim (oktyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP YAZAR ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

İmdat Avşar “Göyərçin sevdası” kitabı

Cənab İmdat Avşarın “Göyərçin sevdası” kitabı Azərbaycanda ışıq üzü görüb. Bu münasibətilə yazar İmdat Avşar və “Göyərçin sevdası” kitabının Azərbaycan dilinə uyğunlaşdırılaraq nəşr olunmasında müstəsna əməyi olan Xəyalə Zərrabqızı , Narıngül Nadir , Tarana Vahid , Aygün Yaşar Cəfərova və Şəfa Vəli “Ziyadar” Mükafatına layiq görülüblər. Bütün laureatları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun !

Diplom doğrulama lingi>>>LAUREATLAR


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RUHUMUZUN  MEMARI…

RUHUMUZUN  MEMARI…

Böyük Zərdabi yazırdı ki: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə yetişə bilsin…”

Həmin tarixdən əsr yarım bir zaman keçib… Böyük Zərdabinin bina etdiyi, başladığı qutlu yolda, şükürlər olsun ki, Həqiqətə səcdə etdiyi kimi qələminə sarılan işıqlı insanlar yürüməkdədir. Və bu gün onların daxili dünyasının ziyası hesabınadır ki, qaranlıqlarımız aydınlanır…

Qələm Vicdandır!

Qələm ədəbi və mənəvi məsuliyyətdir!

Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir!

Bu gün bizim vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Mahirə xanıma və onun timsalında zəkasından pay aldığımız müəllimlərimizə borcluyuq!

“Əkinçi”nin amalını, işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Mahirə xanım Nağıqızı…

Mahirə xanım – təqdimata və izahata ehtiyacı olmayan Adam!

Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımızı, daxili dünyamızı, düşüncələrimizi formalaşdıran, Ruhumuzun, mənəvi dünyamızın Memarı olan – Uca ürəkli Adam…

Səmimiyyətin və Sadəliyin böyüklüyünü öz şəxsində bütövləşdirən Adam…

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…

Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi olan Adam…

Çiynini cəmiyyətimiz üçün mənəvi sütun, ömrünü çıraq edən fədakar Adam!

                                         *****

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

 “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bunları yazmaqda bir məqsədim var: bu gün biz qalib bir ölkənin vətəndaşı kimi, demokratik bir cəmiyyətin azad düşüncəli yazarı kimi “Milli Mətbuat Günümüzü” qeyd edirik. Amma zənnimcə, təqvimin Mətbuat günü də, Ordu günü də, Zəfər günü… bizi yetişdirən, düşüncəmizi formalaşdıran Müəllimlərimizin bayramıdır.

Öyrətmən sadəcə elm öyrədən deyil, xarakterimizdəki naqislikləri tərbiyə edə – edə bizi formalaşdıran,  rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

         Bu gün Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, bu Mahirə xanım və onun timsalında dəyərli ziyalılarımızın sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı qələmi də, yazı əhli də Sizin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Mahirə xanım!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Anamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Var olun! Gününüz Mübarək! Qələminiz və Yolunuz həmişə qutlu olsun! Tanrı Sizin ziyanızı – Qələminizin işığını bizə, millətimizə çox görməsin!

Sayğılarla: Xəyalə ZƏRRABQIZI

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI


MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİZ HAMIMIZ SƏNİN OĞLUNUQ, ANA!!!

Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın onun ətrafında yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Azərbaycan Ordusunun rəşadətini və misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.

Vətən Savaşı və savaşdan sonra yaşadıqlarımız bütün dünyaya millət olaraq kimliyimizi sübut etməklə bərabər həm də özümüzü özümüzə tanıtdırdı… Bəzən adi görünən bir detalın arxasında o qədər dərin həssasiyyət, o qədər böyük insanlıq dayandığını müşahidə edirsən ki, ruhunun mənəvi qida aldığı o işıqlı məqamları yazmağa, deməyə, təbliğ etməyə bir vətəndaş kimi içində ehtiyac hiss edir adam… Bu günlərdə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan mərd oğullardan birinin Əli Nağıyevin döyüş yolunu oxuyarkən şəhidin anası Lalə xanım Nağıyevanın çox təsirli bir müraciəti ilə qarşılaşdım. Övladını general kimi bağrına basmağı arzulayan ana şəhid övladının adaşı olan general Əli Nağıyevi evlərində görməyi arzulayır. Ciyərparası Vətən yolunda candan keçən Lalə Ananın bu arzusunu oxuyanda göz yaşlarıma hakim ola bilmədim…

Və növbəti gün mətbuatda Ananın arzusu qədər kövrəldiyim və sözlərə düzüb ifadə edə bilməyəcəyim bir xəbərlə qarşılaşdım:

“General Əli Nağıyev Şəhid Əli Nağıyevin ailəsini ziyarət edib. Qeyd edək ki, şəhid anası Lalə Nağıyeva bir neçə gün öncə oğlunun döyüş yolundan danışarkən eyni ad-soyadı daşıyan DTX rəisi Əli Nağıyevi evlərinə dəvət etmişdi…”

İngilislər belə yerdə “No comment!” deyirlər. Şərhsiz! Bəzən insan elə uca duyğular yaşayır ki, adi kəlmələrə çevirib ifadə edə bilmir…   

Şəhid anasının bircə kəlməsi ilə Vətən üçün candan keçən adaşının ailəsini ziyarət edən böyük ürəkli Vətən Oğlu!… həm də Oğul mehri-məhəbbəti ilə… Həm də bir könlü sınıq bir Anaya Övlad qayğısı ilə…

Bu, təkcə şəhid anasının arzusunu gerçəkləşdirmək deyil, həm də Vətən qarşısında təqdirolunası qutsal bir görəvdir…

Bir ananın köksündəki övlad ağrısına məlhəm olmağa çalışmaq bu millətin ürəyinin içindəki Qarabağ boyda yaranı bayraqla sarımaq qədər uca və müqəddəs bir addımdır…

Bir könül sevindirmək Kəbə evini yapmaq kimidir…

Necə ki, general Əli Nağıyev bir Ananın ürəyini sevindirməyi özü üçün vəfa borcu hesab etmişdi… bu cür yaxşı olan addımları, xeyirxahlıqları yazmaq və İşıqlı adamların əməllərini təbliğ etmək həm də bizlər üçün bir vəfa borcu olmalıdır.

Savaş günlərində Ordumuzun “Dəmir yumruq” kimi xüsusi təyinatlandırıldığı kimi, Ali baş komandanımızın xalqa ünvanladığı “xüsusi təyinatlı bir sözü” var idi – “Biz birlikdə güclüyük!” – Bəli, bu gün general Əli Nağıyev atdığı bu işıqlı addımı ilə həm də cənab prezidentin bu prioritet kəlməsinə necə sayğıyla yanaşdığını öz əməlində bir daha göstərmiş oldu…

Ustad Məhəmmədhüseyn Şəhriyarın gözəl bir sözü var: “Şair ola bilməzsən, anan doğmasa Şair…” Bu dünyada şair ola bilmək üçün, yazar ola bilmək üçün də, general ola bilmək üçün Anadan İnsan doğulmaq gərək imiş…”

Var olun, adının və daşıdığı rütbənin haqqını layiqincə verən General!

Var olun, düşüncəsi, əməli, bütün addımları ilə Vətən adlanan Anamıza ləyaqətlə xidmətdə bulunan Vətən Oğlu!

Var olun, İçindəki işıq üzünə yansıyan Böyük ürəkli Adam! Böyük hərflərlə Adam!

Tanrı Sizə yar və yardımçı olsun! Bu cür yaxşı adamlar və addımlar isə həmişə cəmiyyətimiz üçün örnək olsun!!!

Müəllif: Xəyalə ZƏRRABQIZI

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arslan misali uca Türk Xatunu… – Xəyalə

Arslan misali uca Türk Xatunu…

Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür!

Qalib bir ölkənin vətəndaşı kimi bu günü qeyd etmək izaholunmaz dərəcədə  möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın oğlan çağı olsa belə bahar kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…

Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…

Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım anılarla yaddaşımda iz qoydu.. Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda cənab prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi. Bu kadrları izləyəndə göz yaşlarımı saxlaya bilmədim… Necə ki, övladımız bizə adımızı yox “ana”, “ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “ata” deyə doğma səslənişi kimi…

Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 45 günlük… böyük, şərəfli bir yol yürüdük…

Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər… Həmin günlərdə yeganə təsəllimiz Söz, yeganə pənah yerimiz sözündəki işığa sığındığımız milli düşüncəli aydınlarımız idi… Səngərdə kürəyindəki qrantamyotu, əlində kalaşnikovunu bir an belə yerə qoymadan əzmlə irəliləyən əsgərə, orduya mənəvi güc verən, ideoloji cəbhədə qaldırdığı savaşdan bircə addım belə çəkilməyən, sözüylə, ilahi səsiylə bir ordunun gücü bərabərində fatehlik edən bir ər qeyrətli Azərbaycan qadının sözündəki, ürəyindəki işığa sığınmışdım mən savaş günlərində…

Arslan misalı həmin türk xatunu Mahirə xanım Nağıqızı idi… O xanımın üstləndiyi mənəvi missiyanı müşahidə etdikcə düşünürdüm ki, təkcə ordu yox, bütövlükdə məmləkətimiz dəmir yumruğa çevrilib və ziyalısı əsgərinə dayaq olan belə bir məğrur xalqı isə heç bir şər məğlub edə bilməz…

*****

“Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”

– deyərək “Peyğəmbər” əsərində qadını “bəşəriyyətin xilaskarı” adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən uca qadın olasan.
İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə, əvəzsiz bir nümunə olur – insanlıq, fədakarlıq, saflıq, səmimilik və ləyaqət nümunəsi… Mahirə xanım Nağıqızı məhz o insanlardandır…
***
Adamı çətin gündə tanıyarlar… Ölkəmizin həyatındakı ən həlledici məqamlarda müzəffər ordunun ön cəbhədə gördüyü işə mənəvi dayaq kimi ideoloji savaşda əlindən gələni böyük ürəklə, milli qürur və təəssübkeşlik hissi ilə həyata keçirməsi, bir ordunun görə biləcəyi işi mənəvi-ideoloji cəbhədə mətinliklə üstlənməsi və o şərəfli missiyanın öhdəsindən layiqincə gəlməsi Mahirə xanımın fədakar xarakterindən, ləyaqətli vətəndaşlığından və ən əsası İnsanlığından xəbər verir.

Bu günün pəncərəsindən baxanda – azadlığın, bütövlüyün verdiyi qürur hissi ilə Mahirə xanımın yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Mahirə xanım məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən vətəndaş ziyalı…

“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl – ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə – edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir…

Qəribədir… heç özüm də bilmədən nədənsə “Su savaşları”nın son kadrlarını izləyəndə Mahirə xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə belə  assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Mahirə xanım mənim bu dünyadakı ən böyük tapıntımdı…

Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Mahirə xanım kimi sözündə ilahi hüzur bulduğun insanı tapmaq körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.

Müharibə ilə, terrorla, pandemiya ilə bizi sınağa çəkən çətin günləri səmimi etiraf edim ki, mən Mahirə xanımın insanların ruhuna məlhəm olan, hüzur dolu səsi, sakitləşdirici intonasiyası, təskinliyi, təmkini – sözün həqiqi mənasında bu  böyük ürəkli Qadının – mənəvi Anamızın varlığı ilə unuda bildim. Ruhumuza, mənəvi ağrılarımıza varlığı ilə məlhəm olan Adam… Böyük hərflərlə ADAM…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi insanların qəlbinə gedən yoldur. Mahirə xanım öz işığı – ziyası, dərin düşüncəsi, səmimiyyəti ilə ürəklərə gedən o yolu çoxdan fəth edib və peşəsinə sədaqəti, insanlığı, dürüstlüyü, sevgisi, vicdanı, fədakarlığı, böyük ürəyi ilə bizim mənəvi dünyamızda Min İlin Doğmasına çevrilib…

Yazıçı Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir. 

Nədənsə, Mahirə xanım haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Onun özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim  çatmasa da”,  peşə vicdanı,  mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimiz üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bunu yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanim Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Yaxşı ki varsınız, Mənəvi Anam kimi, Bilgə bir ziyalı kimi işığını hiss etdiyim Doğma Adam! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… İnsanların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Mənəvi dəyərləri getdikcə aşınan bir dünyanın tən ortasında Sizin kimi  öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, dəyərli Mahirə xanım! Ulu Tanrı Sizin işığınızı bütün Türk dünyasına doyunca versin!

Savaş bitsə də hələ də ideoloji  savaşda qələmiylə külüng çalan  və hər daim  Özünü, İlahidən gələn Sözünü şərə qarşı mübarizədə sipər edən Arslan misallı Türk xatunu!… Bundan sonrakı yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və  uğurlar arzulayıram… Diləyirəm ki, təqvimimizin bundan sonrakı bayramları azad Qarabağımızda, Şuşa, Kəlbəcərdə, Ağdamda… kitablarınızın imza gününə toplaşaq və Sizi ömrünüzün unudulmaz yağmuruna – xarıbülbül yağışına qərq edək!…

Sonsuz sayğılarla : Xəyalə


XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Əbədiyyətdəki Doğuluşun mübarək, Yalçın Qardaşım!

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini qanıyla yudu Vətən oğulları… bu qazanılan zəfərlə təkcə torpağın üstündəkilərə azadlıq bəxş etmədilər, eyni zamanda birinci Qarabağ savaşında canından keçən öz silahdaşlarının, qan qardaşlarının narahat ruhlarını şad etdi Vətən oğulları…

Bu gün təkcə əsarətdən xilas olan, torpağına Azadlıq günəşi  doğan Kəlbəcər, Şuşa, Laçın, Ağdam… sevinmir, bu gün həm də Vətən deyə-deyə Vətən olan Oğullar – Şəhidlər xiyabanındakı müqəddəs ünvanlarımız da sevinir…

Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Yalçın…

Azad Kəlbəcərin aydın səmasında ucalan bayraqdı…

Nisgilli bir ananın and yeri, məbədi, piridi Yalçın!…

Qoşa qanadı olan iki oğuldan biridi… Yalçın!…

Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Yalçın!…

******

Mustafayev Yalçın Əkbər oğlu… 30 may 1975-ci ildə Kəlbəcərdə ziyalı bir ailədə dünyaya gəlmişdi. Vətən sevgisi Yalçının ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki…

Bu həyatda Ana olmaq ən çətin peşədir. Çünki şəxsiyyət yetişdirirsən. Yalçının anası ali təhsilli həkim, təbib Rəhimə xanım həm də oğlunun həyat müəllimi olmuşdu. Yalçın kimi əqidəli, sağlam düşüncəli, ləyaqətli bir övlad nümunəsi Rəhimə xanımın necə ana olmağının örnəyi idi…

1993-cü ildə Kəlbəcər rayonu işğal olunanda ailə məcburən Bərdədə məskunlaşmalı olmuşdu. Torpağına, yurduna anası kimi bağlı olan Yalçın ailəsinin xəbəri olmadan 18 yaşında döyüşə yollanmışdı… Qısa müddətdə tank sürməyi öyrənmiş, ən çətin strateji mövqelərdə və döyüşün ən qaynar nöqtələrində əzmlə vuruşmuşdu… Dəfələrlə düşmənin onlarla tankını, hərbi-zirehli texnikasını və canlı qüvvəsini məhv etmişdi… Beş ay gecə-gündüz bilmədən Vətən torpağının azadlığı uğrunda mübarizə aparmış, son nəfəsinə qədər döyüşmüşdü… 1994-cü ildə mayın 8-də yaralı döyüş yoldaşını neytrala çıxararkən düşmən həmlələrinə qarşı qəhrəmanlıqla mücadilə etmiş və ağır yaralanmış, mayın 9-da isə  şəhadətə ucalmışdı…

Kəlbəcərin uşaq gözü kimi tərtəmiz bulaqlarından su içən, Dəlidağın əzəmətinə baxıb dağ vüqarlı dayanmağı öyrənən 18 yaşlı dağlar oğlu… döyüşlərdə belə saz çalarmış, sanki Dədəm Qorqud qopuzu misalı… çaldığı sazın sarı simində silahdaşlarına məğrurluq, döyüş ruhu ərməğan edərmiş…

Ondan yadigar qalan qara köynəkli sazı  həyat yoldaşımın nənəsi Xırda xanımın evində müqəddəs kitab kimi Nənənin vətən həsrətli köksünün ən mərhəm yerində görmüşəm… Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, yazmaq vəfa borcumuzdur.

*****

27 ildir Əkbər kişinin ocağında Yalçın adı nisgilə dönüb…

27 ildir Rəhimə ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…

27 ildir O uca Qadın qoşa qanadının birini itirib, daha uça bilmir…

Uçmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata…

Vətən deyə-deyə Vətən olan övladının həsrətinə nə müddətdir ki, vətənsizlik həsrəti şərik idi…

Bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!

Bu gün Yalçının müqəddəs ruhu azad Kəlbəcərin aydın səmasında bayraq kimi ucalır!

*****

İllər öncə bu günkü gün Tanrıdan bir Nur parçası qopmuşdu…

Yaşasaydı Bu gün 46 yaşını tamamlayacaqdı…

Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…

Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…

Üzü Haqqa sarı yola çıxmışdı. Sazını Vətən boyda ürəyinə sıxıb bir yanıqlı nəğmə ifa edirdi… Vətən şərqisi… sinəsi çalın-çarpaz dağlanmış, övladları tərki-diyar olmuş, ocağı sönmüş, varlığı çarmıxa çəkilmiş yaralı bir Vətənin şərqisini…

Yurd həsrəti ilə yaşayırdı… Ruhunda yurd salmış həsrəti nəğməyə köçürürdü…

Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…

Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…

Hələ diplomunun mürəkkəbi qurumamışdı…

Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə fırlanırdı hələ…

Dünya boyda ürəyində bir dünya arzuları vardı…

18 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…

19 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…

Bu, Allahın Yalçın Əkbər oğlu Mustafayev adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…

Yalçın bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və  Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…

Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…

Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…

Tanrı Dərgahında doğum günün – Əbədiyyətdəki Doğuluşun, Mövludun, Ucalığın mübarək, Yalçın Qardaşım!

31 may 2021-ci il

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünyanın mən baxan yerindən görünən İmdat Avşar…- Xəyalə Zərrabqızı

Dünyanın mən baxan   yerindən görünən İmdat Avşar…

Dünyanın ən tikanlı yoludur Sevda yolu… Ayağını sevən kəslərin yürüyə bilmədiyi… Ruhun bütövlük arayışında çarmıxa çəkildiyi, duyğuların ip kimi göydən asıldığı, güzgüyə hər baxdığında surətində özgəsinin göründüyü, kələfin ucunu itirib düyün saldığın yumaq kimi baş aça bilmədiyin gizəmli bir yol…

Bu tikanlıqda yalın ayaqla yürüməyi bacarmaq da yaradıcılıq kimi zərgər işidir… İmdat Avşar yaradıcılığının bütün nümunələri ilə bu ağır yolun ən fədakar yolçularındandır…

“Süsənləri solan bozqır” (2009), “Soyuq röya” (2012) kitablarından imzasını sevdiyimiz yazıçı bu gün “Göyərçin sevdası” kitabı ilə oxucuların görüşünə gəlir. Hələ qatı açılmamış, içindəki həyat öykülərinin sehrinə varmamış, üz qabığındakı bir cüt göyərçinin ilahi bütünlüyə qovuşması anını əks etdirən  rəsmin verdiyi hüzurdan başlayır oxucu ilə İmdat bəyin yol yoldaşlığı… və beləcə oxucusunu özü ilə bərabər sirli bir dünyaya – “durna çırağı” ilə işıqlanan, yoxuşlarında çoban yastığı çiçəkləri mürgüləyən, təndirindən qalxan boz dumanın tüstüsünə  təzə əppək iyi qarışan, Ayı göy üzündə gümüş bir tac kimi parıldayan, oturub dərdləşmək istəyənin söyüd ağacı kimi sirdaşı olan,   yeganə ürpərtisi, çocuqsu qorxusu “div anası” sayılan, yuxularında durnalar uçuşan nağıllar aləminə aparır…

Sözün ucaldığı elə bir məqam var ki, həmin ilahi dayanacaqda oxucu mətnlə bütövləşir, bir tam olur… Və mübaliğəsiz deyə bilərəm ki, kitabla könül dostu olana bu səmavi həzzi yaşadan səbəb müəllifin qələmindən (Ruhundan!) süzülən işıq,   sözündəki həqiqət, və geniş mənada həsrətində (axtarışında!) olduğu Azadlıq duyğusudur…

Kitabı vərəqləyir, ilk qarşılaşdığım taleyi oxumağa can atıram… Yazarın söyləmədiyi – söyləyə bilmədiyi bir saf eşqin səsində “Söylənməmiş sözlər” hekayəsinin işığına tutunub yola çıxıram….

Qəribəsi odur ki, öyrəşdiyimiz hekayə-roman süjetlərində olduğu kimi İmdat Avşar bizi bütün sevgilərin yaşandığı Üsküdara – Qız qalasına aparmır, əlimizdən tutub hər qarışı həyat qoxuyan Anadolunun qucağına – ucsuz-bucaqsız bozqırın ortasına – tənha yemişan kolunun dərgahına (!) gətirir… Bəli, doğru oxudunuz – dərgahına! Çünki “Dinin dirəyini türkü hesab edənlər” üçün iman gətirib səcdəyə getdikləri dərgah sevgilərini pıçıldadıqları tənha yemişan ağacının dibi olur…

Bütün dinlərdən ucada dayanırmış Sevgi… Səmavi olan hər şeyin ən uca nöqtəsində… Bütün bəşəri duyğuların özəyində…

Bu sevginin çiləsiylə, əzabıyla baş edə-edə başlayır sənətkar ömrü… Mavi gözlü çocuğun qar kimi bəmbəyaz dünyasında bərraq şəfəq saçan Bəyaz öyrətmənə duyduğu sevdanın, Ayın ağ işığı və ağ vərəqlərin sirdaşlığı ilə başlanan ömür yolu… beləcə, Ayın çöhrəsindən ağ vərəqlərə süzülən o işıq Tanrı Nurundan İmdatın Ruhuna hopan işıqla qaynayıb-qarışır. Bizim hekayə deyə, öykü deyə oxuduqlarımız, əslində, o Adama ilahi vəhyin pıçıltılarıdır… Yaşanan ömürlə həsrəti çəkilən ömrün qovğasıdır Eşq… Və ömürdürsə də, xoşbəxtlikdirsə də, faciədirsə də, hər nədirsə adı… bu, Seçilmiş olmaqdır…

Ən uzun yoldur mavi gözlü çocuğun qoşduğu yol… Bu yol talelərin güzgülərdə çatlayıb sındığı yoldur… Bu yol üzünə çırpılan dəmir qapıların üzü boşluğa açıldığı yoldur… Bu yol Ruhun uçurum kənarında titrədiyi yoldur…  Bu yol özünüdərk yoludur, tale ilə barışığa gedən yoldur…

Bir kor qurşunla qürub edən Sevda Günəşindən üzü tənhalığa haçalanan, bütün balı-şəkəri, acısı-zəhəri ilə aşiqin sınağa çəkildiyi Sevda yolu… Bəlkə də, dünyanın bu böyüklükdə əzabını içindən keçirdiyi üçündür Mavi gözlü çoçuq hamı kimi ola bilmir… Ayın ağ işığında ağ vərəqlə sirdaşlıq, təkliyi ilə barışıb Tanrıya yoldaşlıq edərək, ucaldığı ilahi mərtəbədə hicranını, həsrətini Min illik doğması kimi bağrına basır Mavi gözlü Adam… Diləkləri çiçək açan yemişan kolunun budaqlarından düşən yarpaqlar kimi keçsə də ömür, O, təəssüf etmir… Tanrı, əslində, qovuşdurmağa, adiləşdirməyə qıymadığı sevdalarla daha böyük, daha güclü edir bizi… Və bu mərhələləri keçəndə anlayırsan ki, Tanrı dərgahına gedən yol, məsciddən, kilsədən yox, öz içindəki “könül toprağına yapdığın türbədən” keçir…

*****

Türk dünyasının sevilən yazarı İmdat Avşarın “Söylənməmiş sözlər” hekayəsini həm müəllifin öz qələmindən oxuyarkən, həm də söz-söz, kəlmə-kəlmə ana türkcəmizə uyğunlaşdırarkən düşündüm ki, bu sevgini qələmə almaqla sadəcə hekayə yazmır, bir kor qurşuna qurban gedən sevdanı sanki könlümüzdə yanıqlı bir türküyə çevirir, duyğuların poeziyasını yaradır, ilahi bir bağlılığın rəsmini çizir bu böyük ürəkli Adam… Bu izaholunmaz hissləri bəxş edən, mənə yaşadan məhz həmin hekayəyə kökləndiyim ovqatdır. Mənəvi təməli alt – üst olan dünyanın tən ortasında və hər şeyin mexanikiləşdiyi belə qarmaşıq bir zamanda  bu cür şeir kimi duyğuları yaşamağa, gecənin yağmurunda islanmağa, bir hüzünlü nəğmənin sözlərinə çevrilməyə, uçurumun kənarında titrəməyə… düşünürəm ki, hamımızın ehtiyacımız var…

*****

Səhifələri hər çevirdikcə sanki sirli bir aləmə düşürəm… Oxuduğum məni elə əfsunlayır ki, əlimdəki kitab bir cüt göyərçin qanadına dönür, nəhayətsiz göylərə qaldırır Ruhumu. İçimdəki əngin bir sevgiyə sığınıb yazıram.

“Yaşamaq yaralanmaqdır!” – deyir İmdat Avşar… Yazmaq yaraları eşqlə sarımaqdır, məlhəm olmaqdır ruhani ağrılara…

Yazmaq xilasdı… İçimizdəki qürbətdən, tənhalıqdan qaçıb Sözə sığınmaqdı… bütün dünyanın əlindən uzaqlaşıb, mətnin küncünə qısılmaq, ilahi hüzura qovuşmaqdı…

Sənət dünyadan küsəndə qoynuna pənah apara biləcəyi ümid yeridi hamının… “Duyğuları romantizmin zirvəsində sevgi bayrağı kimi dalğalanan, ürəyi qarşılıqsız eşqin sahibsiz limanı olan” Nurullah Abi də bu taleyə şərik olanlardandır… “Xaladan qaçmaq yolları axtaran Nurullah abi bələdiyyənin pulsuz hüsnü-xətt kursları, ebru kursları, keçə və taxta boyama kurslarına bir müddət gedib-gəlir… Bunlar onun içindəki sənət eşqini qane etməyəndə bələdiyyə xoruna yazılır. Orda da axtardığı nəğməni  (daha doğrusu özünü!) tapmayanda, bu dəfə də  gedib bələdiyyənin ney kursuna yazılır… Günlərlə, həftələrlə nəfəsini qaraltsa da, neydən bir səs  çıxarmayınca ümidsizliyə qapılır. Ancaq neyin niyə bu qədər yanıq bir səs çıxardığını  və ney səsinin arxasındakı təsəvvüf fəlsəfəsini dərk edir.”

Burda müəllif incə mizahdan istifadə edərək Nurullah abinin ney çalmağı öyrənə bilməsə də, heç olmasa, təsəvvüf fəlsəfəsini dərk etməyini kar sayır, qazanc hesab edir. Bütün yaradıcılıq cəhdləri “Bitməyən roman”ının xəyalları kimi puça çıxsa da, ən azından təsəvvüfə – irfana can atmağı  oxucunun içində Nurullah abiyə mərhəmət dolu rəğbət yaradır. Əsər boyunca Tacəddinin içi boş sənət meyarlarına – yalançı yaradıcılıq vədlərinə aldana-aldana nəinki yaradıcılığını, sanki ömrünü uduzur Nurullah abi… Sadəlövhlük abidəsinə bənzəyən bu adamın üstündə gəzdiyi Yer kürəsinə yeganə zərəri romanının üzünü köçürməkdən ötrü istifadə etdiyi ağ vərəqlərin sərfindən ibarətdir.

İmdat Avşar satirik yazıçı deyil, amma onun əsərlərinin böyük əksəriyyətində, eləcə də indi haqqında danışdığımız “Bitməyən roman” hekayəsində olduqca sıx satirik detallar görülməkdə, duyulmaqdadır. Yazarın qələmə aldığı həyat həqiqətlərindəki komizm, sarkazm, istehza, yumor hissi fikri üstüörtülü ifadə etməyə imkan yaradır. Yazıçı istehza yolu ilə yazılan əsərlərin tərbiyəvi – idraki gücünə inanır. Mizahı vasitə kimi işlədir. Mizah yolu ilə oxucunu həm güldürür, həm də güldüyümüz məsələni dərindən düşündürür. Tacəddin bəyi danışdıraraq onun iç dünyasını açıb göstərmiş olur müəllif, tipi öz dili ifşa edir sanki. Və bu mizahlar bədii əsərdə əsas ideyanın açılmasına xidmət edir, oxucu qəlbində həm obraza, həm də sənətkara böyük rəğbət oyadır.

Böyük Sabirlə başlayan tipi öz dili ilə danışdıraraq ifşa etmək ənənəsini biz Mirzə Cəlildən, Əbdürrəhim bəy Haqverdiyevdən, Əziz Nesindən üzübəri ədəbiyyatımızda görürük.  Sələflərinin ənənələrinə sadiq yazıçı İmdat Avşarın mizahı güldürən mizahdan daha çox, adamın iliklərinə qədər işləyən və düşündürən mizahdır.

“Bitməyən roman” sanki bir manifestdir. İmdat Avşar bu hekayədə ironik dillə postmodernizm adı altında ədəbiyyatın həyatdan uzaqlaşdırılaraq “ölü mətnlər məzarlığına” dönüşməyini tənqid edir. Nurullah abi həmişəki sadəlövllüyü ilə postmodernist mətndən anlamadığını, Tacəddinin isə məlum sövqü-təbii ilə ona postmodernizmdən mühazirə oxumasını müşahidə etdikcə, əslində, obrazın dili ilə yazıçının nə demək istədiyini dərk etmiş oluruq:

  • “Mən postmodernizm dediyin şeyi bilmirəm ki!
  • Mən qısaca xülasə edim sənə postmodern ədəbiyyatı, romanı… Çox sadədir.
  • Buyur, dinləyirəm, qeydlər də edirəm… 
  • Əvvəlcə gerçəkliyi ortadan qaldıracaqsan. Hadisə bütövlüyünü dağıdıb atacaqsan. Hadisələr zincirini qıracaqsan. Hər şeyi bir-birinə qatıb- qarışdıracaqsan. Yəni bir şey danışır kimi edib, danışmayacaqsan… Heç bir şeyi tam danışmayacaqsan. Hətta, yazıçını – danışanı öldürəcəksən, bəzən yarpaq danışacaq, bəzən çinar… Ölü danışanın yazdığı mətn, ölü bir mətin olacaq yəni! Ölü, cəsəd halında bir roman!
  • Yaxşı da, Tacəddin bəy, oxucu nə başa düşəcək bu ölü romandan?
  • Oxucuya əhəmiyyət vermə, hər oxucu öz cənazəsini qaldıracaq!”

Cəmil Meriç deyirdi ki, “izm”lər yarandığı, boy göstərdiyi məmləkətlərə – bütövlükdə isə Avropaya bənzəyir, hamısı xaos və hiylə ilə yoğrulub…

İnsanların duyğularını heçə sayan, duyğularını korşaldan və düşüncələrini korlaşdıran hər hansısa “izm”  müəllifin qələmində tənqid olunur. Yazıçı istər ədəbi cərəyan kimi (postmodernizm, modernizm, sürrealizm, dekadentizm), istərsə də siyasi ideologiya olaraq (liberalizm, sosializm, komunizm) bütün “izm”lərə  yuxarıdan baxır. Yazıçı üçün bütün “izm”lərdən ucada dayanan bir məqam var: azad düşüncə və azad söz…

Özgür düşüncənin ən uca qatı, ən ələ gəlməyən formasıdır azad söz…

Sözü hər hansısa nəzəriyyəyə sığdırmağa cəhd etmək ilahi nöqteyi-nəzərdən yaradıcılığa xəyanət etmək kimidir… Sözü “izm”lərin qəlibinə salmağa çalışmaq, insanın düşüncəsinə ideologiyalardan çərçivə yapmaq kimidir… Ki, İmdat Avşar bunların heç birini qəbul etmir.

Bənzər detalı ədibin “Şahnaz xanım adına kollec” hekayəsində də müşahidə etməkdəyik. İlk öncə bir məqamı qeyd edək ki, bu hekayə Türkiyədə düzənlənən “Abbas Sayarın xatirəsinə həsr olunmuş hekayə yarışmasında birincilik ödülü qazanmışdır.

“Şahnaz xanımın adına kollec” sözün həqiqi mənasında, türk düşüncəsinin pasportu,  milli kimliyimizin izahıdır. Ədib bütün əsər boyu bu detalın üzərində dayanır ki, kökləri bu torpağa bağlı olmayan, milli mənsubiyyəti bu torpağın cövhərindən qidalanmayan heç bir ideoloji düşüncə bu xalq üçün nicat yolu ola bilməz. İnsanı insana qarşı gətirən ideologiyalar bizi sadəcə kor edə bilər, məhv edə bilər, amma heç vaxt xilas edə bilməz. Mayası sevgidən, halallıqdan, dürüstlükdən yoğrulmuş bu uca məmləkətin nicat yolu heç bir liberalist, humanist, sağçı, solçu deyildir. Köksü vətən boyda, könlü bayraq qədər uca bir millətin dərdinə onun milli dəyərlərinə yad və yabancı olan heç bir ideologiya can yandıra bilməz.  Düzdü, əsərin əsas qəhrəmanı olan Şahnaz xanım ədalət timsalıdır, idelistdir, bütün hüceyrələrinə qədər insana və insanlığa ünvanlanan bənzərsiz bir sevgiylə süslənmiş olsa da, yenə də ziyalı ilə xalq arasında yaranmış dərin uçurumun və mühitin qurbanı  olur. İmdat bəy sadəcə bir məktəbin daxilində baş verənləri qələmə almaqla, əslində, bir məktəbin timsalında bir millətin tarixinə ayna tutur. Tarixi gerçəklikləri bədii düşüncənin axarında bu şəkildə  təqdim edə bilməsi İmdat bəyin bir yazıçı kimi böyük uğurudur.

Bu hekayədə müəllif, sözün həqiqi mənasında, bir məktəbin yox, bir millətin tarixini yaradır. Və məktəbdə baş verən hadisələrin timsalında bir millətin faciəsini qələmə almış olur. Bu əsər dərin məna-ideya xüsusiyyətlərinə görə Mirzə Cəlilin “Dəli yığıncağı” tragikomediyasını xatırladır.

Əsərin süjet xətti hekayə süjetindən daha çox romana bənzəyir. Ədib kiçik hekayə janrının verdiyi imkanlardan yüksək səviyyədə faydalanaraq hekayə süjeti çərçivəsində roman yüklü problem qoyur. İmdat Avşar hekayə janrında yazılmış bu faciənin mahiyyətini, əsl səbəbini əsər boyunca oxucusuna aydın detallarla göstərir ki, özlərini xalqın ziyalısı kimi cəmiyyətə təqdim etsələr də, onların heç birinin əslində bu toplumun içindən çıxan insanın halından xəbəri yoxdur.

Xalqın dilini bilməyən, mənəvi köklərinə yad olan bir ziyalının ürəyi nə qədər insan  sevgisiylə dolu və humanist olmasına rəğmən şagirdin bir kəlməsini səhv anlayaraq qiyamət qoparmağı və digər ideologiyaların nümayəndələrinin bu məsələyə öz pəncərələrindən baxaraq çözməyə çalışmaları oxucu qəlbində onlara qarşı ikrar doğurur.

Yazıçının ortaya qoyduğu milli düşüncə – Mansur usta və onun çiynindəki davulu “liberal, sosialist, komunist, sağçı, solçu, dinçi, maoçu, Leninçi, marksist, kapitalist”… və s. sadalamaqla bitməyən bütün ideologiyalardan yuxarıda dayanır. Bəli, Mansur usta və onun çaldığı davulu bizim milli mənlik şüurumuzdu, milli ruhumuzdu, genetik kodumuzdu… Bizim xilasımız da odu, nicatımız yolumuz öz milli kökümüzə bağlılığımızdadı… Müəllif ideologiyaların və onların xilas reseptini isə qəhrəmanların  hər birini  danışdırmaqla, daha doğru tipi öz dilindən ifşa ilə təqdim edir.

Bir məqamı qeyd etmək yerinə düşər ki, İmdat bəy uzun müddət Ərzurum və Malatyada müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir. Ədibin “Söylənməmiş sözlər”, “Şahnaz xanım adına kollec”, “Soyuq röya”, Möhtərəm”, “Hökümət imzası”, Həmdi kirvə”, “Şeyxin çavuşu”, “Abdal qocası”, “Türbənin dəlisi”, “Ağacdan atlar”, “İçindən söyən uşaq”, “Ölümün ən gözəli”, “Durna çırağı” hekayələrində öz prototipini yaratdığı müəllim obrazına rast gəlirik. İmdat Avşar hekayələrini sadəcə olaraq hadisə kimi qələmə almır, bütün yazdıqlarını səmimi duyğularla içindən keçirib yazıya köçürür. Yazıçı kimi yaratdığı hər bir obraza bir ayrı sevgiylə yanaşır. Bəlkə də ədəbiyyat dünyasında çox nadir yazıçılar var ki, yaratdığı obrazı İmdat Avşar dərəcəsində sevir. 

Ədibin yaradıcılığının nüvəsində bir hekayə dayanır: “Həmdi kirvə”… Bu hekayə İmdatın gənclik illərindən – ucqar dağ kəndində müəllimlik fəaliyyətinə başlayan müəllifin başına gələn maraqlı hadisələrdən və kənd camaatının ona olan sevgisindən, inamından bəhs edir. Əsərdə müəllim adını və sözünü hər şeydən uca tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Hekayənin baş qəhrəmanı Həmdi əmi Mirzə Cəlilin Novruzəlisi kimi saf, təmiz və olduqca sadiqdir. Novruzəli ağasına olan sədaqətini göstərmək üçün saatlarla poçtun yanında dayandığı kimi, Həmdi kirvə də Allahın hər xoş saatında Müəllimin evinin qapısında dikilir. Kəndlilər artıq Müəllimi Həmdinin vasitəsiylə tanıyırlar: “Müəllimi çağırın gəlsin. – Hansı müəllimi? – Həmdinin kirvəsi müəllimi…

Ədibin qələmindən çıxan “Həmdi kirvə” sanki halallığın və saflığın sözlə yazılmış simfoniyasıdır. Burda oxucu kəndlə şəhər insanını ən izgə cizgilərinə qədər müşahidə edir. Adətən, oxuduğumuz əsərlərdə kəndlə şəhər insanının qarşılaşdığını görürdük. Bu hekayədə isə şəhərlinin – yəni Müəllimin alçaqkönüllülüyü və mütəvaziliyi sayəsində kəndlə şəhər qucaqlaşıb qovuşur. Halallığın bətnindən doğulan adamlar ancaq bu qədər saf ola bilirlər, tərtəmiz, çoçuqsu təbəssümlü… Yazıçı digər əsərlərində olduğu kimi burada özünü  yaradır. Və əslində, bununla bizim içimizdə olan “mən, sən, ondan” yaxşı adamlar yaratmağa qeyrət göstərir. İmdatın yaratdığı obrazlar Həmdinin inamı kimi tərtəmiz, dumdurudur… Həmdi üçün dünyanın ən uca ünvanı, ən təmiz yeri, yaslandığı, söykəndiyi, öyrəndiyi, qürurlandığı adamdı Müəllim. Bu, həm də əsrin sonlarında türk kəndində müəllimin adının, müəllimin yerinin nə qədər uca olduğunu göstərir. Həmdinin dinləmək istədiyi əfkarlı türkülər kimi ruhunun ehtiyacıdır müəllimə bağlılığı… Mahiyyət etibarilə, bu, insanın insana ehtiyacı məsələsidir. Həyatımızın zənciri – yaşamağın formulu da elə budur. Hamımızın daxili ehtiyacımız var bir-birimizə… Birimiz hamımız üçünük əslində! Və ya tərsinə… Hamımız birimiz üçün… Bu ruhun ehtiyacıdır!

         … Biz hamımız özümüzə aid olan şeylərlə xoşbəxt ola bilirik: eşimizlə, işimizlə, yavrumuzla, evimizlə, elmimizlə… Xoşbəxtliyi nədə tapırıqsa, bütün o nəsnələrlə…

Bir də ilahi bütünlük, bütövləşmək vardır ki, bu, sanki insanın ruhani ehtiyacından doğur. Məsələn: biri üçün adi görünən, söz yığını hesab edilən bir mətn, onu duyan və sözlə yaşayan adam üçün həmin o bəhs etdiyimiz “ilahi bütünlənmə” ola bilər. Yəni, mətn səni tamamlayar, sən özünü orda – hərflərin içində taparsan.

Məsələn: Həmdi abi… Allahın hər saatında Müəllimin qapısının ağzında dikilirdi… Nə idi Həmdi abini müəllimə bağlayan səbəb?!… Düşünürəm ki, həmin o ilahi bütünlənmə ehtiyacı idi…

Halallığın və saflığın ünvanı olan Müəllim obrazı Həmdi üçün bütövləşdiyi ünvan idi… Belə bağlılıqlara ad qoya bilmirsən deyə altı küçüyün doğulanda birini də ona bağışlamaq istəyirsən. Hətta nəfəsindən də pay vermək keçir içindən… Çünki düşünürsən ki, onun nəfəsi hesabınadır bütün yaxşılıqların balanslaşmağı… İlahi tarazlığı qoruyan adamı qorumaq ehtiyacı yaranır içində.

Oxuduqca görürsən ki, zaman keçdikcə Hamdi ilə müəllimin arasındakı bağ, ilişki daha da dərinləşir: “Kirvəmin qəlbi dəniz kimi genişdi. Mən nə etsəm Həmdi o tərtəmiz ürəyini ortaya qoyurdu. Neynəsəm də onu üstələyə bilmirdim. İş inada düşdü, kirvəmlə bir yarışa girdik… Mən qəmli bir kaset, kirvəm bir qazan qatıq, mən dəftər, qələm, kirvəm bir torba qoz, mən bir qutu ülgüc, o beş litr süd, mən portağal, naringi, kirvəm kömbə, yarma, mən köynək, pencək, kirvəm böyük bir qoç… verirdi. Beləcə Həmdi kirvə ilə baharı gətirdik”.

Baharı gətirdikləri yola qədər… sanki yaşamağın formulunu izah edir İmdat Avşar. Guya Həmdinin sovqatları, gətirdiyi bir qazan qatıq, beş litr süd, bir torba qoz, portağal, naringi və sair olmasaydı, müəllim dolana bilməzdimi? Dolanardı, əlbəttə. Həm də şah kimi dolanardı. İllah da ki, Müəllimin bütün bu dünya zövqündən ucada dayanan böyük ürəyi vardı… Əlbət ki, Həmdinin toyuğu da, qatığı da, qazı da bu mənada şərti səciyyə daşıyır. Burda maddi nemətlərə yox, “insanın insana olan ehtiyacı” məsələsi qabardılır və əsər boyu yazıçı bu xətti inkişaf etdirir.

Nodar Dumbadze “Əbədiyyət qanunu” əsərində yazır ki, insanın ürəyi bədənindən yüz dəfə ağırdır. Ürək o qədər ağırdır ki, onu bir adam gəzdirə bilməz. Ona görə də biz adamlar nə qədər sağıq, bir-birimizə kömək etməliyik; bir-birimizin ürəyini qorumalıyıq – sən mənim, mən onun, o o birinin və nəhayətsizliyədək… Bu, əbədiyyət qanunudur – insanın insana gərəkliyi də, insanın insana ümidi, inamı da budur. Bu, insanda insaniyyətin yoxa çıxmaması deməkdir – əsl mənəviyyatdır.

Mənəviyyat məsələsi İmdat Avşar yaradıcılığının mayəsində, özəyində dayanır. Sanki yazıçının yaradıcılığının təməl kökləri mənəvi və hissi olanlardır. “Təftiş heyətinin övliyası” hekayəsi bu baxımdan diqqəti cəlb edir. Belə ki, müəllif hissi idrakdan kənarda rasional idrakı, ümumiyyətlə, qəbul etmir. Ədibin bu hekayəsi ilə öncə yazdığı “Ağ bulud” və “Türbənin dəlisi” əsərləri arasında hər hansısa mənəvi bağ olmaqdadır. Bu əsərlərdə müəllifin təsvir etdiyi qəhrəmanlar yerə aid olan sıxıntılardan quş kimi azaddırlar. Toplumun “dəli” kimi gördüyü bu adamlar son dərəcə azad və xoşbəxtdirlər… Bunun səbəbi isə insanın içindəki dünya ehtirasından xilas ola bilməsidir. Bizi bədbəxt edən, əslində, ağıldır. Və kənardan baxanda özümüzə “Müdrik bədbəxt azad dəlidən (məczubdan) daha xoşbəxtdir!” – deyə təsəlli edirik ki, amma həqiqətdə belə deyil… Həyatın özəyində hissi idrak (ilahi vergi, fəhm, intuisiya) dayanır.

Göy qübbəsini saxlayan, mahiyyətinə enə bilsək görərik ki, heç bir fizika qanunu deyildir. Yer, göy, külli-aləm bir ilahi iradəyə tabedir ki, bütün Yaradılışın və Varoluşun mərkəzində O dayanır. Fəqət biz insanlar o gəldiyimiz ünvana dua (işıq) göndərmək yerinə, bəzən yolumuzu çaşır, ətəyimizə yığdığımız daşları Göy üzünə atırıq… Bəlkə də, bir övliya lazımdır ki, qolumuzdan tutub “Durub Göy üzünə daş atan oğlan… Göy üzü daş saxlamaz, atam balası!” desin, şillə kimi üzümüzə çırpsın həqiqətləri, heç olmasa onda ayıla bilək batdığımız günah yuxusundan…

         İmdat Avşarın kitabının adıyla səsləşən “Göyçərin sevdası” məhz günah mövsusundadır. Bu hekayəni yazmaqla ədib sanki yaddaşımızın bir küncündə üstü toz basmış, unutduğumuz günah hissini bizə xatırladır. Bu öykü mənəvi dünyası göyərçin kimi  qar bəyazlığında tərtəmiz olan Əfəndinin taleyindən bəhs edir…

Hamı günahkardı dünyada amma…

Dünyada heç kəsin günahı yoxdu…, – Nə qədər doğru qənaətdir bu… Hamının günahkar olduğu, amma kimsənin öz günahını qəbul və etiraf etməyə cəsarəti çatmadığı bir mühitin tən ortasında yaşayırıq… İnsanlığa qarşı terror təkcə silahla olmur. Bir də mənəvi terror var ki, onun nəticələri silahlı saldırıdan daha ağır, qurbanları daha dəhşətli olur… Hekayənin qəhrəmanı Əfəndi yaşadığı məhəllədə məhz belə bir quru iftiranın, yalanın, fitnənin güdazına gedir. Qısa bir zaman kəsiyində onun günahsız olduğu üzə çıxsa belə, bu bəraət heç bir işə yaramır. Hər şey günəş kimi aydın, adam özü Ay kimi duru, su kimi pak olsa belə, bircə dəfə ləkələndimi ağ vərəqə bənzəyən ömrün üstündən o ləkəni silmək, ağartmaq mümkünsüz olur.

Əfəndi günahsız olsa da, bütün valideynlər övladlarına onunla oynamağa qadağa qoyur. Bu qədər insan dənizinin içində tənhalaşan Əfəndini qorumaq üçün sinəsini sipər, kürəyini çəpər edən bir tək  hekayəni nəql edən uşaq (yazarın özü) olur… Hətta Əfəndinin içindəki özünəinamı qaytarmaq üçün sevdiyi qızdan – Zelihadan da vaz keçir. Ki, qoy Əfəndi sevsin Zəlihayı, təki Əfəndi sarsılmasın, təki Əfəndinin içindəki insan ölməsin… İmtina insanın sahib ola biləcəyi ən ali dəyərdir. Və kiminsə səadəti üçün öz yanıb-tutuşduğun sevgidən, eşqdən imtina edirsənsə, bu dəyərin artıq lüğətdə adı, riyaziyyatda ölçüsü yoxdur…

Hekayə çox gözlənilməz sonluqla başa çatır. Əfəndi ani bir qərarla həyatına son vermiş, özünü ölümə tərk etmiş olur. Kim bilir bəlkə də həmin ölüm anına qədər Əfəndi o səhnənin konturlarını öz beynində çoxdan cızıb hazırlayıbmış. Yazıçı günahsız bir uşağa sahib çıxa bilməyən dünyaya etirazını məhz bununla ifadə etmiş olur. Bu məqamda Aşıq Reyhaninin bir bəndi yada düşür:

Öz canımdan çox sevdiyim İstanbul…

Çarəsiz dişimi sıxıb gedirəm…

Qafillərdən zərbə yedi qürurum,

Kədərimə boyun büküb gedirəm…

Bu misralar İmadəddin Nəsiminin “Dünya duracaq yer deyil, ey Can, səfər eylə!” sözlərini yadımıza salır …

Əfəndi sanki ölümü ilə bizə dərs vermiş olur.  O, bir göyərçinin həyatını xilas etmək üçün öz canından keçir. Oynadıqları yerdə uşaqlar göstərir ki, elektrik dirəyinin yuxarısına ilişmiş bir quş can çəkişir. Əfəndi quşu xilas etmək üçün yaxınlıqdakı köhnə məscidin minbərinə qalxıb ordan həmin elektrik dirəyinin təpəsinə atlayır. Bu, hekayədəki ən gərgin  psixoloji məqamdır. İllah ki, Əfəndi özünə ölümə tərk etmişdi, niyə İmdat Avşar onu bir araba qəzasında, yaxud dənizdə çimərkən boğuldu… deyə təsvir etmədi? Nədən yazıçı Əfəndini Haqqa uçan Göyərçin olmaqdan ötrü məhz məscidin minbərinə qaldırdı?  Ordan üzü Tanrıya yol aldı, sevdalandığı göyərçinlər kimi qanad açdı Əfəndi… Niyə məhz orda… Məscidin minbərində… Yer üzündə ölmək üçün yermi yoxuydu?!

Var idi yer… Həm də çox idi… Amma İmdat Avşar öz yaratdığını adi ölümün pəncəsinə təslim etməyəcəkdi… Məscidin içindən minbərə qalxan yol insanın daxili yaşantılarından üzü Haqqa doğru Durulma məqamıdı… Yazıçı cəmiyyətin günahkar deyə dışladığı o uşağı məhz o məqamda Tanrıya təslim etməklə, əslində, kirlənmiş dünyada yaxşıların və təmiz olanların qorunmaq üçün ən doğru ünvanının Tanrıya sığınmaq olduğunu göstərir.

Bədii əsərin dili yazarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. İmdat Avşarın əsərləri məna tutumu, məzmun dərinliyi ilə bərabər, həm də dilinin ahəngdarlığı, gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. Yazarın bədii dilinin mükəmməlliyi Tanrının yaratdığı təbiətin mükəmməlliyi kimidir, qüsursuzdur, bənzərsizdir. Dilin və duyğuların bu cür harmoniyası sənətkarın həyatı düzgün dərk etməsindən qaynaqlanır. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. 

Professor Nurullah Çətin “Soyuq röya” kitabına yazdığı ön sözdə də məhz bu qənaətə gəlmişdir ki: “…Ədəbiyyat piyasasını… müsəlman türk millətinin ruh kökünə yabançı söz yığınları istila etmiş vəziyyətdədir. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda İmdat Avşar hekayəsi, bir iç aydınlığıdır… Çağdaş Türk hekayəsində gerçək Anadolu yaşantısınını İmdat qədər canlı bir şəkildə çizən başqa bir hekayəçi yoxdur…”

İmdatın qələminin ustalığı ondadır ki, o, həm də Anadolu yaşantısını Anadolu və Azərbaycan şivələrinin qovuşuğunda qələmə alır. Kilometrlərlə uzağında olan bir hadisə özünün və  yaxınının taleyi kimi doğma gəlir adama. Yazıçı – oxucu, zaman – məkan sərhədləri aradan qalxır –  mətn bütövləşdirir.

*****

İmdat bəy bütün əsərlərində özünü qələmə alır. Özünü yaradan insanlar (sözün hər iki anlamında) böyük adamlardı… Bir, öz taleyini özləri yenidən yazırlar… Bir də yaşadıqlarını olduğu kimi ağ kağızın yaddaşına köçürürlər. Özünü yarada bilən adamlar ona görə böyük adamlardı ki, cəsarəti çatır yaşadıqlarını yazmağa… Çünki yaşadıqları Tanrının alnına yazdığı yazı kimi tərtəmizdi…

İmdat Avşarı oxuduqca biz oxucunu arxasınca aparmağı bacaran fədakar müəllim, vətəndaş ziyalı, milli düşüncəli aydın, sevən aşiq, qayğıkeş övlad – ən əsası azad şəxsiyyət obrazını görmüş oluruq.

Əhməd bəy Ağaoğlu “Sərbəst insanlar ölkəsi əsərində yazırdı ki, Azad ola bilməkdən ötrü güclü olmalısan.Yalanlara əyilməməlisən. Çünki yalan zəiflərin, qorxaqların işidir. Yalan həqiqəti gizlətmək üçündür. Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Azadlıq şüurun cövhəridir, şüur da insandır. Deməli, burdan belə anlayırıq ki, Azadlıq bu dünyada insanın sahib ola biləcəyi ən böyük dəyərdi. Azadlıq olduqca dəyərli vergidir və buna sahib olmaq üçün fikir təmizliyi, əməl təmizliyi, söz təmizliyi kimi ülvi keyfiyyətlərə sahib olmalısan. İmdat Avşar özü azad düşünür olduğundan toplum üçün, fərd üçün, şəxsiyyət üçün azadlığı ən ali meyar olaraq  götürür. Belə adamlar axına düşüb gedə bilmir, kütləviləşmir.

Oxuduqca müəllifin şəxsində, daxili xarakterində kütləviləşməyən, zamana və mühitə sığmayan, zamanın fövqündə dayanan, qəliblərə boyun əyməyən, azad ruhunu mühitin və dövrün hörümçək toruna bənzər qanunlarına tabe etdirməyən

cəsarətli bir obrazla tanış oluruq.

Müəllifin “Dövlət zopası” və “Kafa kağıdı” əsərlərində fərd və cəmiyyət, vətəndaş və dövlət məsələləri qoyulmuş və olduqca maraqlı paralellər aparılmışdır.

“Kafa kağıdı” hekayəsini oxuyuram… İmdat bəyin əlindən yapışıb uşaqlıq dünyasına səyahət edirəm, qarşımda geniş üfüqlər açılır… Mənə elə gəlir ki, sehrinə düşdüyüm aləm – bu sirli dünya yazarın ana vətənidir… Bir uşaq yaddaşına hopan və heç zaman çalarlarını itirməyəcək bəzəkli dünya, min rəngə bələnən təbiət, yerlə göyün ideal harmoniyası… Yazıçının bu təsvirləri uşaqlığın qayğısız rənglərini özündə ehtiva edir sanki… 

“Kafa kağıdı”ndakı toyuqların ayaqlarına bağlanan rəngli şıbaklar, “Söylənməmiş sözlər”də yemişan ağacının budaqlarında diləklərə çevrilən rəngli iplər… bütün bunlar İmdat Avşarın içindəki heç böyüməyən o mavi gözlü çoçuğun göy qurşağına bənzəyən dünyasının görünən tərəfləridir.

 “Kafa kağıdı”nı oxuduqca düşünürəm ki, bizim təkcə ədəbiyyatlarımız qardaş deyil, bizim həm də Analarımız doğmaca bacı imiş. Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”ndəki  “Novruz bayramı ilə aşura bir günə düşən ili”, “Gün tutulan ili” doğulanların törəməsiyik biz də… Təkcə köklərimiz, gələnəklərimizlə bir-birimizə bağlı deyilik, ağrıları eyni boyutda, kədəri eyni rəngdə, taleyi bir-birinə bənzəyən adamlarıq…

…“Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik” – deyən İmdat bəy sanki şahmat taxtasına oxşayan dünyanın üzərindəki fiqurlar kimi təsvir edir uşaq dünyasının sakinlərini…

Hamısının şəcərəsi nənəsiylə başlayan bu cocuqların işıqsız evləri də bir-birinə bənzəyir, sol yanı yarım qalan çiləkeş anaları da…

Əsər boyunca Anasının sözlə rəsmini çəkir – obrazını yaradır İmdat Avşar… Ən doğma adamımla qarşılaşıram sanki  o danışanda… Çoxdan tanıyıram mən o nur topası qadını… “Anamın saatları”ndan doğmalaşmışıq… Heç oxuma-yazması olmasa da, bircə hərf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır… Müəllimi dövlət, dediyi sözü fərman bilən qocayürəkli Ana… Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəyə gətirən… İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana… Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir Ana… Özünü  yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana… Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyanın ən məsum “rüşvət”ini müəllimə yollayan safqəlbli Ana… “Anam ağızbaağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: “Di, yüyür!” – dedi. -“Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!”. Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum… Sanki topuqlarım kürəyimə dəyirdi… Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında “əla” yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı?”

 Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır.

“Kafa kağıdı” sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində… Yaradıcılığından bir tək bu əsəri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam… Hekayədə ədib həm obraz baxımından özünü yaradır, həm də əsərin problematikasına söykənərək hətta insanın öz-özünə etiraf edə bilmədiklərini,  bütövlükdə xatakterinin hər yanını aça bilir.

İnsanlar kimi sanki əsərlərin də, obrazların da taleləri arasında doğmalıq, bağlılıq olur. “Kafa kağıdı”nı oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın “İtmiş bahar nərgizi” hekayəsi beynimdə canlandı. “Kafa kağıdı”ndakı körpənin “İtmiş baharın nərgizi”ndəki çiçəklə bir mübhəm bağlılığını və bütün bunların yazarın ağrılı uşaqlıq xatirələri ilə assosiasiyası olduğunu düşünürəm.

Balaca yavru “kafa kağıdı”nı, balaca nərgiz fidanı isə “bahar”ını itirib. Hər ikisi itkidi… İtirməyin yaşatdığı ağrıdı… İtkinin açdığı və heç bir məlhəmlə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğulardı…

Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, İmdat bəy hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib, təkcə kimliyinin olmamasıyla yox…

“İtmiş bahar nərgizi”ndə çiçəyin doğuluşunun təsviri “Kafa kağıdı”nda məktəblinin uşaqlıq çağı ilə yaxından səsləşir. Nənəmə: “Madəm ki, yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?”-deyirəm.

Əslində, bu hekayədə “nərgiz” azadlığın, özgürlüyün işartısı olmaqla bərabər həm də qaranlığa və soyuğa üsyandır. “Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə… Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə” deyir nərgiz.

İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı gəldikcə hətta təbiət hadisələrinin də üzərinə köçürür və bu detal olduqca uğurlu alınır. “Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq…” Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşi görmək çırpınışları deyil, bu İmdatın içindəki məndir, daxilindəki hayrırışdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir, misilsiz zəhmətdir, həyata inad mənəvi dirənişdir…

         Ondan kimliyinin axtarışını tələb edən həyatın kəşməkəşində başını itirən körpə İmdat… Anasını “Div anası”ndan qorumaq üçün özünü sipər edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə… köməksiz körpə…

-“ Ey, sən! Sən nə istəyirsən?

Anamın “Div anası”nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:

– Mənim “kafa kağıdı”m yoxdu!

“Div anası” barıt kimi partladı:

– Sən sus, kirpi!

Acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir… Ən böyük “Doğuluş” insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır…

Zaman bütün acıların məlhəmidir… Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar…, qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona sıx – sıx sarılan nərgiz fidanları, işıqsız evlərdə “bir nənə, bir ana, dörd oğlan, üç qız” oynaya-oynaya qaranlığın səsini batıran, zülmətlərə meydan oxuyan körpələr yoluna qoyur ədalət tərəzisi əyilən dünyanın ölçü – mizanını, zaman çarxını…

“Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə… Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı: Ağlama, quzum, ağlama… Atan gələr, “kafa kağıdı”nı da alar, laklı ayaqqabılar da…”

Dişlədiyi dürməyi ağzında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlində kimliyi, ayağında laklı ayaqqabısı olmasa da İmdatın köksünə sığmayan böyük ürəyi vardı… Bu Tanrının ən böyük lütfü idi ki, onu balaca İmdata ərməğan etmişdi. Və İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağıran, ona həqarətlə “sus, kirpi!” deyə susduran “div anaları”nın zəhər saçan dilini əbədiyyən lal edəcəkdi. Əzablara sinə gərərək böyüyən, çoçuqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur…

İndi bütün dünya susub, İmdat danışır… İlahi ədalətin təcəllisi elə budur. Bu, aşağılanmağı o balaca ürəyinə sığışdırmayan, mayəsi saflıqdan və halallıqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.

         Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyinin səsinin kağızın yaddaşına hopan əksidir.

Yaratdığı hər bir obraz isə müəllifin dünyaya baxdığı pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində “Günəş” və “işıq” obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforalar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəbər verir. “Kafa kağıdı”nda Günəşi “Aydınlıq atlısı” adlandırır İmdat Avşar. Sadəcə “aydınlıq” yox, həm də atlanan aydınlıq, qanadlanan aydınlıq…

Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında “qayçının qanadları”, “dəftərin qanadları” kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlük düşüncəsi ilə birbaşa bağlıdır. Adidən adi bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçıda qanad görə bilmək üçün elə qanadlı düşünməyi bacarmaq və dünyaya qanadlı baxmaq gərəkir.

Nədənsə mənə elə gəlir ki, qanadlı yazmağı, görməyi, düşünməyi,  bacarmaq üçün gərək adamın özünün də qanadları olsun… İmdat Avşar kimi…

Bəli, İmdat Avşar qanadları olan Adamdır… Bir qanadında üçrəngli Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına sığdırdığı böyük Ədəbiyyatı türk dünyası və türk dühası üçün döyünən qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adam!

İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, heç bircə sətir yazmasaydı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz əməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı…

Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqdan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi… Sözü də… Özü də… Bu gün də belədir, sabah da belə olacaq…

Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövrək söhbətini oxuyanda elə yazarın “Anamın saatları”, “Kafa kağıdı” hekayəsi qədər ağrıdım. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işıqla, nikbin baxdım yaşananlara… Zamanın nə önəmi?!

Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi… Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı… Önəmli olan var olmaqdı… Varlığını təsdiq edə bilməkdi… kimliyin, təqvimin, vaxtın  mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir… sadəcə rəqəm və ya kağız parçası…

Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq Ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə çevrilib…

Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs  Vaxtdan uca Adamdır… İmdat Avşar kimi…

Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Atam kimi Doğma Adam…

Novruz Nəcəfoğlu – yazıçı, ictimai xadim.

Atam kimi Doğma Adam…

Bu günlərdə mətbuatda dəyərli qələm adamı, ədəbiyyatımızın fədakar təbliğatçısı, istedadlı  tərcüməçi İmdat Avşarın çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, vətəndaş ziyalı Novruz Nəcəfoğlunun Türkiyədə işıq üzü görən “Qaranlıq gecənin səsləri” kitabına yazdığı təqdimatı – “Qaranlığın səsi” adlı bir essesini oxudum.  Rəhmətlik dədəm deyərdi ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı… İndi İmdat bəyin yazısı sözün həqiqi mənasında, o bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu… İmdat bəyin “Çərçivə şəkil” hekayəsi haqqında yazdıqlarını göz yaşlarıma boğularaq oxudum…

Və tapdım… Sonunda illərdir ki, məni Novruz Nəcəfoğlu qələminə bağlayan o doğma səbəbi tapdım… Bu elə bağlılıqdır ki, sözlə izah edə, kəlmələrə çevirib ifadə bilmirsən. Amma oxuduqca bütün ruhunla hiss edirsən ki, bu adam sənin ən doğmandır, bu hisslər sənin təməlində   dayanan olduqca mübhəm yaşantılarıdır.

Elə bil Atamı yazırmış Novruz Nəcəfoğlu… Atamın taleyini… Və “Çərçivə şəkil”i oxuyanda sanki çözdüm o şifrəni… Novruz müəllimə, qələminə, insanlığına, sözünə duyduğum sayğının, sevginin, rəğbətin həm də hardan qaynaqlandığını, təməlini kəşf etdim öz içimdə… İndi rəsminə diqqətlə baxıram ki, O, həm də Atama bənzəyirmiş… Atam kimi doğma, Atam kimi Əziz Adam!!!

Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Novruz Nəcəfoğlu kimi…

Hələ on il öncə oxuduğum, ustadım Seyran Səxavətin Novruz müəllimin “Çarəsiz yolçu” povesti haqqında olan “Yol” yazısını xatırlayıram.  Seyran müəllim yazırdı ki, “Əzizim, Novruz! Povestin, məni göynətdiyi, sarsıtdığı qədər də sevindirdi – elə bildim ki, özüm yazmışam. Belə bir əsərə müəlliflik iddiamın heç bir əsası olmasa da, oxuculuq iddiamın yetərincə əsası var. Qəribə də olsa, sənə cümlə qurmaqda uğurlar diləyirəm. Çünki cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Cümlə də Yoldur, Yol”…

Bəli, Novruz müəllim yol salmaqda – yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…

 Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Novruz müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan,  şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı ziyalı, vətəndaş yazıçı…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Novruz müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Novruz Nəcəfoğlu kimi…

Novruz müəllimin  yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Novruz müəllim  bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Novruz Nəcəfoğlunun poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür…

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Novruz müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Ya­ra­dı­cı­lı­ğın ma­yə­sin­də in­sa­nın daxili mahiyyəti, şəx­siy­yə­ti da­ya­nır. Şəx­siy­yə­tin­də, xa­rak­te­rin­də ya­rım­çıq­lıq olan adam heç vaxt bö­yük ədə­biy­yat ya­ra­da bil­məz. Bu mə­na­da, Novruz müəllim şəx­siy­yə­ti və ya­ra­dı­cı­lı­ğı bir – bi­ri­ni ta­mam­la­yan, Sö­zü ki­mi bü­töv in­san­dır.

Söz halallıqdır… Söz ləyaqətdir… Söz vicdandır… Söz zəhmətdir… Söz ilahidən gələn hikmətdir… Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Novruz Nəcəfoğlunun bir yaş daha müdrikləşdiyi gündür…

İnsan əməlləri kimi, daşıdığı adı həm də onun qəlbinin aynasıdır… Novruz müəllimin adının özəyində işıq, ruzi, nur sözü dayanır. Ulu Tanrı işığınızı, nurunuzu ailənizə, əzizlərinizə və bütün xalqımıza doyunca versin,  Əziz Novruz Müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Sizə möhkəm can sağlığı və yürüdüyünüz Böyük Sənət – Ədəbiyyat yollarında başarılar diləyirəm! Doğum Gününüz mübarək!


Hörmətlə:
Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru