Etiket arxivi: Xalq artisti Ağasadıq Gəraybəyli

ibrətamiz hekayətlər

“1897-ci ildə, Novruz bayramı öncəsi Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Oonşumuzun məsləhətilə Şamaxı zəlzələsindən sonra hələ 5 yaşında ikən yaşlı adamların nəzarəti ilə Bakıya gəldim. Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Qapını nurani ahıl bir kişi açıb nə istədiyimi soruşdu. Kimsəsiz olduğumu biləndə sevinə-sevinə məni evə apardı. Həmin gündən ailənin qaygısı ilə yaşadım. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim”.
Xalq artisti Ağasadıq Gəraybəylinin (1897 – 1988) uşaqlıq dövrünə aid xatirəsi..