Etiket arxivi: Yəhya Paşazadə

İlaxır çərşənbəniz , Novruz bayramınız mübarək!

İlaxır çərşənbəniz , Novruz bayramınız mübarək!

Səni bu dünyaya sevgi göndərir

Həsrətin alıbdır, yəqin huşların.
İtirib göylərdə səmtin, tuşların…
Xəbəri yox səndən qaranquşların,
Xəbər göndərdiyin sən gərək, bahar.

Qoyma ki, adını edib şəkk, deyək,
Fəsillər içində sənsən tək, deyək,
Sənə hər addımda mübarək deyək,
Sən ey, hər addımı mübarək bahar.

Yolları nə qədər hörmək olarmış,
Nə qədər ayrılıq görmək olarmış?
Bu qışı nə qədər bölmək olarmış,
Nə insan baş açır nə fələk, bahar.

Nəfəsin xəyalı, ruhu çöndərir,
Həvəsin suları selə döndərir.
Səni bu dünyaya sevgi göndərir,
Sevgidir açdığın hər çiçək, bahar…

Soyuğu salırsan taxtından, üstündən,
Sonra baxt yazırsan baxtın üstündən.
Ürəkdə gəlirsən vaxtın üstünən,
Bir sən şad olursan bir ürək bahar.

PİLLƏLƏR ŞEİRİ

PİLLƏLƏR

Önündə dayanıb, durduğun anda
Danışır, söyləyir gör nələr sənə…
Hər dəfə yuxarı qalxıb, endikcə
Həyatı öyrədir pillələr sənə.

Atdığın addımı qəbul eləyir,
Sonra da geriyə götürür yenə…
Yüksəldib ən ali mərtəbələrə,
Ünvanı aşağı ötürür yenə…

Sonuncu mənzilə tələsik düşüb,
Pillələr zamanı döndərə bilir.
İrəli adlayıb, keçir əvvəlcə,
Ardınca taleyi göndərə bilir.

Aşkarda göstərir həqiqətləri,
Tutmaz bir qarış da yalan pillələr.
Özün seçməlisən sən ilk pilləni,
Bəxtə hesablanır qalan pillələr…

Tələsmə, hər dəfə düşünməlisən,
Yer səni saxlamaz əl çatmadıqca.
Adam tez yıxılar, adam balası,
Pilləyə addımı düz atmadıqca…

Yəhya Paşazadə – Kim keçə bilir ki, sən keçən yolu?

Kim keçə bilir ki, sən keçən yolu?

Ayaq da səhv salır, göz də seçməyir,
Hər dəfə bir duman, çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Keçdiyin yolunun zamanı olmur,
Nə gecə keçirsən, gündüz keçirsən.
Bir Allah bilir ki, bu əyri yolu,
Sən necə əyilib, dümdüz keçirsən.

Durduğun yer belə, öyrəncəlidir,
Hər səmtə gah arxan, qarşın fırlanır.
Əlini sıxırsan, bükülür belin,
Boynunu tutursan, başın fırlanır.

Torunu qurursan bulanıq suda,
Balığın göllərin lilindən çıxır.
Dünyada nə qədər ucuz sözlər var,
Hamısı tək sənin dilindən çıxır.

Elə zənn edirsən əyilmədikcə,
Qazancın azalır, batır mayan da.
Qərarın kəsilir, səbrin çatmayır,
Ürəyin dincəlmir yarınmayanda…

Yalandır baxışın, hər bir addımın,
Bürüyüb büsbütün yalan ömrünü.
Bu gündən belə də şərsiz, yalansız,
Çətin yaşayarsan qalan ömrünü.

Ayaq da səhv salır, göz də görməyir,
Hər dəfə bir duman çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Mənbə və müəllif: Yəhya Paşazadə 

A Y B-nin Qarabağ Bölməsi

Yəhya Paşazadənin digər yazarları

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağcabədidə təqdimat mərasimi baş tutub

Təqdimat mərasimi

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsinin təşkilatçılığı ilə Ağcabədıli tanınmış şair Zahid Avşar Eloğlunun yenicə işıq üzü görmüş “Yer ilə göy arasında” kitabının təqdimat mərasimi keçirilib.Tədbirə adıçəkilən bölgədən olan yazarlar, ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər qatılıblar. Təqdimat mərasimində millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, şair Tahir Rzayev iştirak edib.


Sözügedən mərasimdə millət vəkili şair Tahir Rzayev, araşdırmaçı yazar Mahir Ağayev, əməkdar müəllim Zəhra İbrahimova, yerli yazarlardan Tofiq Zeynal, Eldar Qarqarçay, Vəli Qurbanoğlu, Eyvaz Avşar, Mübariz Məmışoğlu, ziyalılardan Mürşüd Quliyev, Rövşən Bayramov, Vaqif Qarayev və başqaları çıxış edərək şair Zahid Avşar Eloğlunun “Yerlə göy arasında” kitabı haqqında fikir və mülahizələrini bildirib, səmimi ürək sözlərini bölüşüb, qələm sahibinə yaradıcılıq uğurları arzulayıblar. Mərasim iştirakçılarına Ağcabədi şəhər 1 və 3 saylı tam orta məktəbləri şagirdlərinin ifasında şair Zahid Avşar Eloğlunun şeirlərindən ibarət kompozisiya təqdim olunub. Sonda şair Zahid Avşar Eloğlu söz alaraq təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü və minnətdarlığını bildirib, sualları cavablandırıb.
Axırda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

– bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!

A Y B-nin Qarabağ Bölməsi

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Zaurlu AYB-nə üzv qəbul olunub – Təbrik!

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsi

Təbrik edirik!

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Zaurlu (Vaqif Allahverdiyev)kifayət qədər tanınmış ziyalılardandır . Dəyərli ədəbiyyatşünas alim eyni zamanda özünəməxsus şer yaradıcılığı ilə də məşğüldür.O, bir çox maraqlı elmi əsərlərdən və şeirlərdən ibarət kitablar müəllifidir.Vaqif müəllim bu yaxinlarda AYB üzvləri sıralarına qəbul olunub.Ona Yazıçılar Birliyinin üzvlük vəsiqəsi təqdim edilib.”

– bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!

A Y B-nin Qarabağ Bölməsi

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmıs yazıçı Səadət Kamal AYB sıralarına qəbul olunub

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsi

“Bugunlərdə yazıçı Səadət Kamal AYB sıralarına qəbul olunub.Yazıçılar Birliyının üźvlük vəsiqəsi gənc yazara təqdim olunub.” – bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!

A Y B-nin Qarabağ Bölməsi

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru