Etiket arxivi: Yüksəl İlqar oğlu Əlizadə

SƏADƏT QƏRİBİN ŞEİRLƏRİ

ALİ BAŞ KOMANDANIM
Heydər oğlu, qəhrəman,
Tarix yazan sərkərdə.
Xariqələr yaratdın
Sən zəkanla hər yerdə.
* * *
Dəmir yumruqlu adam,
Adın gəzir dillərdə.
Ulu öndər ruhun şad,
Yurdun əmin əllərdə.
* * *
Dünyanı heyran etdin
Vətəninə sevginlə,
Göstərdin öz gücünü
Böyük siyasətinlə.
* * *
Yenə də İlham dedi
Şanlı Azərbaycanım.
Yaşa, yaşa, çox yaşa,
Ali baş komandanım.

QARABAĞ
Bir yaraydın bağrımızda,
Acımızda, ağrımızda
Otuz ildir yadımızdan-
Çıxmadın bir an Qarabağ!…
* * *
Yad əlində əsir olan,
Neçə illər yetim qalan,
Sənsiz daim donub, inan
Damarımda qan Qarabağ!…
* * *
Gəldik, bizə, açdın qucaq,
Əbədi yansın bu ocaq,
Sənin ilə bir olacaq,
Ruhum, cismim, can Qarabağ!…
* * *
Günəş doğan səmasına,
Şəhid qoxan havasına ,
Bütün Turan dünyasına,
Şöhrət ilə şan Qarabağ!…
* * *
Ay ulduzum qarşılayır,
Yeni bir tarix başlayır,
Ruhu ilə alqışlayır,
Cabbar, Seyid, Xan, Qarabağ!…

DÜNYADA ƏDALƏT HAQQ QURAN ELİM
Sən qədim yurdumsan, Azərbaycanım!!!
Poladlar qanıyla tarixlər yazır.
Mübariz qeyrətli iğid oğullar
Vətəni yolunda ölümə hazır.
* * *
Başını uca tut, Laçınım, Şuşam,
Hər Vətən övladın, sənə min əsgər…
Sənin dayağındır Türkün ulusu,
Bir yanın Dərbənddir, bir yanın Kəngər!!!
* * *
Zəfərdən-zəfərə adlayan,keçən,
Dayanma, dayanma, irəli ordum!!!
Zirvəyə daşıdıq məşəlimizi,
Zülməti nur ilə boyadıq, yurdum!!!
* * *
Günbatan, gündoğan oylağın olmuş!!!
Birləşib yumruq ol, ey Turan elim…
İlhamla Ərdoğan bayrağın olmuş,
Dünyada ədalət, haqq quran elim!!

ZƏFƏR ƏTIRLI QƏHRƏMAN
(Qəhrəman şəhidimiz Yüksəl Əlizadənin xatirəsinə)
Gəncəmizin mərd Yüksəli
Ucalmısan zirvələrə.
Heç bilmədin qorxu nədir,
Sinə gərdin güllələrə.
* * *
Şərəfli ad daşıyırsan,
Tarixlərdə qalacaqsan!
Ürəklərdə yaşayaraq
sönməz məşəl olacaqsan!
* * *
Böyük Vətən savaşında
Hayqırdın ki, mən də varam…
Azərbaycan mənim elim,
Hər daşını qoruyaram…
* * *
Çatdin elin harayına,
könüllülər sırasında.
Şücaətlə ad qazandın
yaşıdların arasında.
* * *
Neçə yaralı əsgəri
daşıdın öz kürəyində
Neçə arzu, diləyini
apardın öz ürəyində.
* * *
Vətənimin iğid oğlu
Heç bir şeydən çəkinmədin.
Düşdün ölüm sınağına,
Yenə yolundan dönmədin.
* * *
Vətən üçün candan keçib,
Əbədiyyətdə doğuldun.
Qaranlıqdan sabahlara
Daim doğan Günəş oldun!
* * *
Allah dərgahında özün
Vətən boyda uca dağsan.
Zəfər ətirli, qəhrəman
Azərbaycan, Qarabağsan!!!

ÜŞÜYEN XATİRELER
Üşüyür hər gecə xatirələrim,
Yoxluğun borana salıb ömrümü.
Saçımda qiş fəslin oğlan çağidir,
Kipriyim qılınctək kəsib səbrimi.
* * *
Daha taqəti yox ürəyimin də,
Yaralı quş kimi çırpınır hərdən.
Bir sevgi kəlməsi dilimin üstdə,
Hər gün can tapşırır, ölür qəhərdən.
* * *
Susuz səhra kimi yanaqlarimi
Nə ciskin, nə yağiş islada bilmir,
Bu nə qərib duyğu, nə haldi Allah?!
Əlim göz yaşima ta çatma bilmir.
* * *
Arzular qocalir, tükənir ömúr,
Ne taqətim qalib, nə də ki halət.
Əzrayıl havaxtdı qapıma gəlmir,
O da ünvanimi unudub əlbət.
* * *
Ağlina gələcəm xatirə kimi,
Evini rəsmimlə döşəyəcəksən,
Əynini qalin gey, soyuqdu, ömrüm,
Qəlbimə qiş gəlib, üşüyəcəksən.

YÜK
Çiynində nə qədər yükün var adam
Qəm yükü, dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd cəllad körpüsü
Bugünün daşıyır sədaqət yükü.
* * *
Əl-ələ gəzirsən xəyallarınla
Hələ yaşayırsan olmaz arınla
Öyürsən özünü “yalan” varınla
Taxt qurub içində səfalət yükü.
* * *
Bir daş qoymamısan daşının üstə
Hər gün bir yaş gəlir yaşının üstə,
Tutmusan vəfanı başının üstə,
Ayağın altinda məşəqqət yükü.
* * *
Bu nimdaş dünyadan sən təzə umma,
Dərdin badəsindən, heç məzə umma,
Peşiman ürəkdən möcüzə umma,
Gözündə apardın səadət yükü..
* * *
Günaha bulaşıb çirklə gedirsən,
Kimin var orada ərklə gedirsən
Bu son mənzilinə yüklə gedirsən.
Əlində bir zənbil qəbahət yükü..

ŞEİRDƏN EVLƏR TİKİR…
Bir qadın var: – Gecələr
Baxın gör nələr tikir.
Kərpic-kərpic əruzda,
Şeirdən evlər tikir…
* * *
Bənd-bənd artır arzusu,
Həcəs bəhri duyğusu,
Hər gün qaçır yuxusu,
Şeirdən evlər tikir…
* * *
Divarları misradan,
Pəncərəsi hecadan,
Fikir axır bacadan,
Şeirdən evlər tikir..
* * *
Ruhu bayatı, ağı,
Solub bağçası, bağı
Həsrət qoxur otağı
Şeirdən evlər tikir.
* * *
Yasəmən, süsən qadın
Hər şeyə dözən qadın,
Özündən küsən qadın,
Şeirdən evlər tikir.

GECƏNİ BALAMTƏK BASDIM BAĞRIMA
Qaranlıq gecənin səssizliyində,
Seyr etdim, doymadan ulduz selini.
Kim bilir, bəlkə də sen də mənimtək
Tutubsan gecənin bomboş əlini.
* * *
Qəribə dünyadır, qəribə həyat
Yaddaşdan silinməz ötən bircə çağ.
Qəlbimdə yurd salıb pərişan illər,
Onlara hər gecə açıram qucağ.
* * *
Yadigar qoyubsan xatirələri,
Hara qaçıramsa,boylanır acım .
Səhər dalğa-dalğa, gəlir üstümə
Fikirli gecələr olub əlacım.
* * *
Ağlama ürəyim, ağlama, bəsdi
Baxıb köks ötürmə, ötən keçmişə.
Sevgidən danışma heç yeri deyil,
Niyə yas tutursan, olub- bitmişə?…
* * *
Ruhum sevə bilməz daha heç kimi,
Kimsə məlhəm olmaz acı, ağrıma.
Ağlaya-ağlaya kor oldu gözüm,
Gecəni balamtək basdım bağrıma.

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bəsirə Abbasova. Yüksəl.

BƏSİRƏ ABBASOVANIN YAZILARI

Yüksəl danış qoy eşitsin bütün dünya!
(Yüksəl İlqar oğlu Əlizadəyə ehtiramla)
Yüksəl! Sənə ad verəndə bilirmiş anan
Yüksək olacaqsan,dağ olacaqsan
Vətən göylərində qartala dönüb
Düsmən üzərinə şığıyacaqsan!
Cavad xan tinəli zirvədəsən Sən
Adın tək ucasan, adın tək pirsən.
Yüksəl!yüksəldikcə başımız üstə
Zirvədən zirvəyə yüksələcəksən!!
30 il Qarabağ zəncir altdaydı
Türkümün qürüru tapdaq altdaydı
Yüksəl – «Dəmir yumruq»harayındaydı..
Onu çağırırdı Vətən sevğisi..
Ürəyi sızlayır,ürəyi yanır..
Qüssə, kədər onu hey parçalayır
-Gərək azad edəm,döğma Vətəni!!
Yüksəklik türkündür!- çağırır məni..
2020- c il payız səhəri..
Ali komandanın döyüşmək əmri
Yayıldı bir anda Azərbaycana
Vətən oğulları gəldi haraya
Ana torpaqları göztək qoruya.
Yüksəl vida etdi doğmalarina
Könüllü yollandı cəbhə yoluna
Səngərin soyuğu boranı qari
Vətən alovunda isindi, yandı
Doqma torpaqları qoruyan oqul
Soyuq səngərləri anamız sandı.
Vuruşdu gecəni qatıb gündüzə
Onun cəsarəti düşmən bağrını
Deşib, parçalayıb,məhvə yolladı
Düşmən gülləsinə puç gəlsə belə
Qalib xəbərini göylərə yaydı..
Onun taleyinə qarlar ələndi…
Ömrü qara hopub torpağa döndü..
Yüksəl ruhu ilə canlanan torpaq,
Yüksələrək sanki mələyə döndü
Qəhrəmanlar ölmür ölməyib Yüksəl!
Vətən göylərinə o,keşik çəkir
Ruhu səmalarda dolaşıb hər an
Əbədi yaşayır igid qəhrəman!
Yüksəl danış!
Sən Yüksəlsən!İnciməsin qardaşların!
Sən Yüksəlsən!Səmalarda yüksəkdəsən
Yüksəl danış!
Qoy eşitsin,bütün dünya
Vətən nədir?Ana nədir?Torpaq nədir?
Onun üçün candan keçən
Məğrur,igid oğul nədir!
Yüksəl danış!
Sən yüksəldin,qalib olan xalqın kimi
Qanlar aşdın,qanlar keçdin
Yenilməyən bu savaşda qalib oldun
Qalib xalqın məğrur Şəhid oğlu kimi!
Sən YÜKSƏLSƏN!
Vətən,torpaq, ana üçün
Sən gəlmişdin bu dünyaya
Erməniyə qan uddurub,qisas aldın
Fərrux kimi yüksəklikdən yüksəkliyə Sən ucaldın
Düşmənləri diz çökdürüb, əbədu bir tarix yazdın!!
Bu savaşda qalib oldun!Cavad xanın bayrağını yüksəldərək,
Qarabağın üstə sancdın!
Bir səs gəldi:
Yüksəl!Yüksəl!
Anan deyir:Azərbaycan, bir də Yüksəl!
Ey Allahım Haqq, Ədalət daim yüksəl!!!

Müəllif: Bəsirə ABBASOVA

Gəncə Dövlət Universitetinin umumi ped.kafedrasının baş müəllimi.

BƏSİRƏ ABBASOVANIN YAZILARI


ZAUR USTACIN ŞEİRLƏRİ


ZAUR USTACIN YAZILARI


TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru