Etiket arxivi: ZAUR LAMƏKAN

Zaur Qasımlı (Laməkan). Zaur Ustac-ın, – BB – hekayələr kitabı.

MUSTAFA MÜSEYİBOĞLU -70

Zaur Ustac-ın, – BB – hekayələr kitabı.
Psixoloqun qəbulunda.
Psixoloqun qəbulunda – hekayənizdə, İlk səhifələri, dinləyən zaman, bəli, məhz dinləyən zaman. Çünkü bu hekayəni oxuduqca, adama elə gəlir ki, sanki İlqar sənin çoxdankı ən səmimi olan, danışan zaman üzündə təbəssüm yaranmasına səbəbi və səbəbkarı olmağı bacaran dostundur və səninlə üz-üzə oturub, onun səmimi, sadə, vətənpərvər, təvəzökar və hər keçən an, məqam və günlərini, şişirtmədən, olduğu kimi… – Növbəti səhifələrdə isə, təbəssüm ilə yanaşı düşündürdükcə eyni zamanda sonlara yaxınlaşdıqca, -Həyatımızın ACI reallığını, onun və onun kimi bir çoxlarının yaşadığı amma layiq olmadığı, … həyatını, bizi dərindən düşündürərək, bizim dilimiz ilə, bizə danışdıqlarını dinləyirik.

Tarix: 07,10,2022 – Saat: 03:00 – 05:00 radələrində hekayəni ( İlqar ilə söhbətləşib ) bitirdim. – Qollarımı masaya söykəyib Noutbook-un siçanını tərpədib növbəti hekayəyə keçmək istədim amma, KEYİMƏ-dən bir neçə saniyəlik qollarım tərpənmədi.
08,10,2022 – Saat: 05:00
BB.
BB – də, özünə məxsusluğu və fərqli düşündürücülüyü ilə seçilən hekayədir.
Hekayənin özünə məxsusluğunu, qəhrəman ilə yanaşı, ağılagəlməz “”Planlarına”” görə, əsərin “”qəhrəmanına”” çevrilən, Əli müəllim ilə söhbət əsnasında işlətdiyi sözlərindən sonra, “” Niyyətlərini və Planlarını ”” açıqladıqca, öncə düşünürsən ki, gör nə dərəcədə saxtakar və dəllal olasan ki, belə bir plan işlədib biznes qurasan…
( Hərçənd ki, xarakter olaraq bu tip niyyətli planlar mənim ( Ümumiyyətlə, Vicdanı və Əqidəsi sağlam olan heç bir kəs, belə bir addım atmaz ) təbiətimə qəti olaraq uyğun deyil və heç vaxt olmadı )
Amma, sonra isə, ilk öncə insanın gözünün önündə, Bəy Bala müəllimin zahiri görünüşü, sonra isə, eyni zamanda şirin-qıcıqlandırıcı təbəssüm yaranır adamın beynində və simasında.
Yenə də, və hər bir halda, – Müəllifin Təqdimatı – sayəsində anlayırsan ki, – BB – ilə tanış olan, hətta beyin hüceyrələri nə dərəcədə zəif olan insan da olsa, – BB – onu düşündürəcək!
08,10,2022 – Saat: 16:30
Qırmızı yarpaqlı ağac.
Qırmızı yarpaqlı ağac hekayəsi-də, adamı hekayə daxilində sanki, böyük olan başqa bir dünyaya düşmüş kimi, həqiqətən də, daha çox fərqli, daha çox zövqlü və bilavasitə eynizamanda, Patriotik düşüncələrlə israrla gəzməyə, və özümüzü, ailəmizi, qonşumuzu, cəmiyyətimizi, keçmişimizi və gələcəyimizi, beyin daxili sağlam analiz etməyə, sözün ən yaxşı mənasında məcbur edir.

Vahid Dilsiz-in, Kapitan Çingizin və dostu İqorun keçdikləri həyat yolları, buna sübutdur!
09,10,2022 – Saat: 12:00
MİQ – 17
Miq-17 – ni, ard-arda iki dəfə oxuduqda, müəllifin hər bir sahədə olan insandan tutmuş, ta ki, ən sadə vətəndaşına qədər hər bir kəsin, ( Real həyatımızda, ona nə dərəcədə təhlükə ola bilmə ehtimalı olmasına baxmayaraq ) HAQQ-ları haqqında, qorxmadan, çəkinmədən qələmə alan VƏTƏNSEVƏR bir müəllif təsiri bağışladıqda, birbaşa və qəti qənaətə gəldiyimə görə, nə özündən gedən şəxsdən, nə də ki, özünü küləkləyən ədabaz xanımdan danışmağım, çox mənasız və yersiz olardı.
09,10,2022 – Saat: 13:00 – 16:00
Cücə oğrusu.
Cücə oğrusu – Necə deyərlər, sözaltı,sətiraltı və atalar məsəli kimi, çox böyük dərin mənası olan bir hekayə.
09,10,2022 – Saat: 18:00
Növbətçi xəstə
İnsan, adam var ki, vücudu, amma insan da, var ki, mənəviyyatı xəstədir. Sağ olsun, qarnına su dolan Kərim müəllim. Kərim müəllimin qarnına, su dolması məlumatına görə həmin o xəstə “”xəstəxanaya”” getməsəydi, real həyatımızdakı gedişatı, bəlkə də, bu dərəcədə xatırlamayacaqdıq.
09,10,2022 – Saat: 19:00
Gölə qələmsancan!
Meyvə satan, Kimya-Biologiya müəllimi sağ olsun!

Hekayədə anladılan, çox gözəl, maraqlı və ən vacibi isə çox ibrətamiz əhvalatdır.
10,10,2022 – Saat: 09:00
Qismət
Qismət hekayəsində də,
Çiçəyin atasının, Çiçəyə və Çiçəyin timsalında uşaqlarımıza, həyatı əhəmiyyətli və tərbiyəvi məlumatları, uşaqların dilində daha tez və daha asan anlaya biləcəyi formada izah etməsinin də, çox böyük təqdirə layiqli bir seçim etdiyinin də, şahidi olduq!
10,10,2022 – Saat: 10:00
Ümumi olaraq, bütün hekayələr barədə olan fikirim və düşüncəm.
Məndən böyük olan, Müəllif Zaur Ustacdan və digər – Dürüst olan müəlliflərdən – üzr istəyirəm.

İncəsənət və Yaradıcılıq sahəsində ( aktyor, (teatr və kinofilm) həvəskar müğənni, yazar, … ) olan bir adam kimi, mənim fikirim və düşüncəmə görə: Əsl müəllif olmağa layiq ola biləcək şəxs, o zaman – ƏSL MÜƏLLİF – olur ki, məhsulunu hər kəsin
( Böyük və Kiçik, Savadlı və Savadsız, Kasıb və Varlı ) anlaya ( qavraya ) biləcəyi və qəbul edə biləcəyi tərzdə, mükəmməl təqdimat qabiliyyəti və bacarığı olsun!
Tam səmimi deyəcəm!

Zaur Ustac, – bu yaşıma qədər, Azərbaycanda
( Şəxsi tanışlığımız olmasa da, ) hekayələri vasitəsi ilə bizə ( Hər kəsin anlayacağı, qəbul edəcəyi tərzdə və Reallıq-ı olduğu kimi çatdırdıqlarına görə ) Reallıq-ı olduğu kimi qələmə alıb, əsərlərini bizlər ilə paylaşdığının şahidi olduğum birinci müəllifdir.
10,10,2022 – Saat: 11:00
Əlavə Qeyd:
Hörmətli Müəllifin və Oxucuların Nəzərinə

Allah şahiddir ki, ( Təbii ki, mən də, qalib olmaq istəyirəm, amma ) yuxarıda yazdıqlarımın heç bir kəlməsi, nə, müsabiqənin qalibi olmağım üçün, nə də ki, boğazdan yuxarı deyilən söz deyil!
Zatən tanıyanlar bilir ki, bu tip
“” fikirlər “” mənə xas olan bir şey deyil!
Məni, tanımayanlar üçün xüsusi olaraq yazdım.
10,10,2022 – Saat: 11:07

Müəllif: Zaur LAMƏKAN

ZAUR LAMƏKANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR LAMƏKAN. ƏHVALAT.

ZAUR LAMƏKANIN YAZILARI

O!
Yaxından tanıdığım, bu dünyada olmayan iki dostuma ithaf edirəm.
(real hadisələr əsasında yazılmışdır)
Birinci hissə
1985-inci ilin İyul ayı idi, torpaq artıq çoxdan oyanmışdı və bütün ağaclar bitkilər çoxdan çiçək açmışdılar. Hətta meyvəsi olanlar da,var idi.
Yalnız, bir körpə də, həmən bu ayda düyaya göz açmasını gözləyirdi və İyul ayının 17-si 18-inə keçən gecə, yeni bir tarix yazıldı və bu ailədə bu sevinc, ilk sevic idi.
Aylar, illər keçir, zaman öz gedişatı ilə davam edir, körpə də,hər kəsin sevimlisinə çevrilmişdi.
Artıq, bağçaya gedəcək yaşa gəlib çatmışdı.
Bağçada olan vaxtlar, çox sıxılırdı və evə nə vaxt aparılacağını fikirləşirdi və buna baxmayaraq, uşaq olsa da,
( Bir çox uşaqlarla müqayisədə )heç kəsi incitmədən, yormadan böyüyürdü.
Günlərin bir günü, anasının anidən diqqətinin yayınması nəticəsində, qaz peçinin üstündəki qaynayan qaynar qəhvədan, uşaqın üstünə aşır, qorxu və stress keçirdiyinə görə, o, gündən ehtibarən, epilepsiya ( el arasında:Sudurqa ) deyilən xəstəliyə görə, özündəngetmələr, dil tutulmaları kimi, həyat ilə, ölüm arasında olan bir cığırla gedib-gəlirmiş kimi, O, anları uzun müddət, bir ömür boyu yaddaşdan silinə bilinməyəcək bir tərzdə, uşaqlıq dövrünün ən gözəl məqamlarını bir neçə il, belə davam edir.
Və, bir neçə il daha sonra, xəstəlik ondan əl çəkir artıq.
Oxuduğu 80 nömrəli məktəbdə 3-üncü sinifdə, əlaçı idi, və belə də, davam edirdi.
Bir gün bir qohumları onlara qonaq gəlmişdi,və ona həyətlərindəki itin yenicə doğulmuş balasını gətirmişdi.
İlk gün it, hələ tam uyğunlaşmasa da, sonraki günlər uyğunlaşdı həm bu şəhərin havasına, həm də, suyuna və ən əsası da, oğlana.
İtinə artıq ad da, vermişdi.
Balaca sarışın iti, Toplan deyə adlandırmışdı.
O, sarışın, Toplan ilə biri-birilərinə elə öyrəşmişdilər ki, –
ətrafdakı bəzi insanların üzündə, hətta bir başqa insanlara qarşı bu qədər sadiq ola bilmədiyim halda, heyvanda insana qarşı, özü də, azyaşlı bir uşağa qarşı… bu necə ola bilər, ifadəsini də, görmək mümkün idi.
Hətta, həyətlərində işləyən usta bir dəfə, oğlana acıqlandığına görə, balaca sarışın Toplan, onun ayağını parçalamışdı.
Hər gün məktəbdən gələn kimi, özündən əvvəl onu yedirib-içirirdi, və itə başqa kimsə, yemək və ya su versəydi də, yiyəsi olan oğlandan başqa heç kimdən, heç nə qəbul etmirdi.
Amma, məktəb evə yaxın olmadığı üçün, və valideynlərinin işinin çox olduğuna görə, gedib-gəlmənin azyaşlı bir uşaq üçün, çətin olduğuna görə, atası onu, evlərinə yaxın olan məktəbə yazdırmaq qərarına gəlir.
Bir gün atası işdən evə qayıdan zaman, metroda çox ağır bir qəza keçirir.
Bu qəzadan sonra atası, bir gözünü itirir.
Atasının bu ağır vəziyyətini görməsin deyə, uşağı evlərindən bir neçə yüz kilometrlərlə uzaqda yaşayan qohumlarıgilə aparırlar.
Uşaq, itini də, özü ilə aparmaq istəyir, amma qohumları, maşının həm kiçik, həm də, it üçün yer olmadığını deyirlər.
Oğlan: – Bəs Toplana kim baxacaq deyə soruşur,
Qohumları: – Biz baxacağıq, deyillər.
Uşaq inanır amma, Toplandan ayrılmaq istəmir.
Getməyə tələsmək lazımdır deyə, qohumları, uşağı ağlaya-ağlaya maşına mindirirlər.
Ayrılmaq istəməmək hissindən də, başqa, özünün də, anlamadığı tamam başqa bir hissin də, olduğunu uşaq artıq, anlamışdı.
Əlbətdə ki, uşağı apardılar və bir neçə aylardan sonra gətirdilər uşağı öz yaşadığı evlərinə və atasının yüngül bir məsələyə görə xəstəxanada olduğunu və anası da, atasının yanında qaldığına görə, bir yerdə evə gələcəklərini bildirmişdilər.
Onsuzda o vaxta qədər də, atası xəstəxanadan çıxmaq üzrə idi.
Qapını açıb həyətə girəndə, ilk dəfə, Toplanı çağırdı, bir dəfə, iki dəfə, üç dəfə və dəfələrlə çağırırdı amma, Toplanın səsi gəlmirdi.
Gedəndə, yay fəsli idi, gələndə isə, payız fəsli olduğuna və həyətdə ağacların bir neçəsinin budaqlarının çox olmasına görə, həyət bütünlükdə xəzəl yarpağı idi.
Oğlan fikirləşdi ki, bəlkə xəzəl yarpaqlarının altında və ya haradasa gizlənib, oynamaq istəyir?!.
(Yazmaq belə çətindir- belə məqamları, nəyinki yaşamaq olsun)
Xəzəl yarpaqlarının arasına baxırdı, gözləri çox həyəcan ilə o, sarışın Toplanını axtarırdı, və anidən xəzəlin altında iri nə isə olduğunu zənn etdi.
Birdən əli ilə yarpaqları təmizləmək istəyəndə, üstü gənə bürümüş, gözündən yaş axaraq, sanki,
– Sahibim hardasan mənə yardım et deyən,
ifadəni üzündə gördükdə, oğlan yerə yıxıldı.
Taqətsizlikdən dizləri saxlamırdı onu.
Gözündəki yaş dayanmırdı, neçə illərlə böyütdüyü, ən sadiq dostu olan bir canlını itirmişdi, bu elə bir mənzərə idi ki, bunu yaşayan qədər, və o, dərəcədə heç kəs anlaya bilməz!
Hönkürtü ilə ağlaya-ağlaya, heç özü də, ifadə edə bilməyəcək çarəsiz bir hiss ilə…
Aldı qucağına o, sarışını, Toplanını, çox kiçik addımlarla, ayaqlarını sürüyə-sürüyə, evlərinin arxasında bir balaca torpaq sahəsi var idi və ora istifadə olunmayan yer olduğuna görə, orada basdırmağı fikirləşirdi.
Basdırmaq üçün yer qazdı, qəlbi istəməsə də, bir təhər, çox ehtiyatla uzatdı torpağa amma, üstünə torpaq atmağa əli gəlmirdi, və əlbətdə ki,
özünə acıqlanırdı,
– Niyə səni burda tək qoydum?!
– Bəs qohumlarım mənə söz vermişdilər axı,
onlar niyə baxmadılar – deyə,
çox acıqlı idi.
Və artıq, bir neçə saat vidalaşmaqdan doymasa da, cansız bədəni basdırmaq lazım olduğunu da, bilirdi və məcburən,
gözündən yaş süzülə-süzülə,
– Məni bağışla deyə-deyə,
torpağı atan zaman, bir neçə illik sadiq dostunun üstünü basdırmasını görməsin deyə,
üzünü yana tutub,
üstünün tam örtülməsini hiss edincəyə qədər,davam etdi.
Oğlan, həmən gün və ondan bir müddət sonraya qədər də, hələ özünə tam gəlməmişdi.
Məktəbə, vaxtında gedib-gəlirdi, baxmayaraq ki, evə çatana qədər, Toplanını tez-tez yada salır və həyətə girən kimi, tez üstümə atılacaq deyə, xəyal edirdi.
4-üncü sinifi, evlərinə yaxın olan, 215-nömrəli məktəbdə davam etdirəsi oldu.
İllər keçdikcə, yaş ilə bərabər sinif də,üst-üstə gəlirdi.
Bir dəfə məktəbdən evə qayıdanda, bir qız görür və xoşu gəlir.
Səhəri gün həmişəki vaxtda, məktəbdən qayıdanda bir az tələsir ki, məhz, məktəbə getdiyi həmən yolun sol tərəfində, üç-dörd pilləkandan ibarət bir tikilinin üstündə, gül satan yaşlı bir qadından, bir, KaLa gülü alsın.
Alır və əlbətdə ki, aparır xoşu gəldiyi qıza yəni Nübara, hətta gecikməsin deyə bir neçə kilometr qaçmalı da, olur və tənginəfəs halda yaxınlaşıb, hələ neçə gün bundan əvvəl, planlaşdırdığı O, həyəcanlı məqamı görüb sevinmək istəyirdi.
Elə əlindəki Kala da, sanki su dolu güldana qoyulmaq üçün, səbrsiz idi.
Və həyəcanlandığına görə, büzülən gülünü ona vermək istəyir, amma Nübar gülü qəbul etmir.
Yaşı az olsa da,Nübarın bu hərəkəti,ona pis təsir edir.
Kor peşman qayıdır evə.
Vaxt ötdükcə, amma o, məyyus olmağına baxmayaraq, sinif yoldaşlarının sevinclərinə və gülüşlərinə sevinərək, həyatını mənalandırırdı.
Hərdən, sinif yoldaşları yanında olmadığı zaman evə tək gedəndə, yolda öz-özünə,
– Bəlkə mən yaşımdan çox bilirəm?
– Bəlkə mən vaxtından tez böyümüşəm?
– Bəlkə mən…, kiməm deyə, fikirləşərək, öz-özünə sual verə-verə gedirdi.
Gah başqalarına kömək edərək özünü xoşbəxt hiss edir,
gah da, başqalarının xoş gününə şad olmaqla, onların da, başqalarına lazım olduqlarını hiss etmələrini görmək, əlavə, bir uşağa məxsus olmayan sevinc duyğusunu yaşamaqdan, zövq alaraq, yaşayırdı.
Və bir gün, xoşu gələn həmən bu Nübar adlı qızın məsələsinə görə, özündən və gülünü almadığı biçarədən, bir neçə yaş böyük 15-20 yaş aralığında olan Azay, 13-14 yaşlı uşağın evlərini axtarıb, gəlib tapır və:
– Mənim sevdiyim qıza gül vermək istəyən oğlan sənsən? Deyə soruşur,
Biçarə halda olsa da, amma həm də,dürüst olan və həm də,kimdən sə, qorxmayan, geri çəkilməyən birisi, necə yox deyə bilərdi?!.
Əlbətdə ki: – Mənəm! Deyir.
Hansı ki, dava niyyəti ilə gələn Azay-ilə, bir neçə saat səmimi söhbətlərindən sonra, dostlaşırlar.
Zaman-zaman, Azay-ilə görüşür, o, yaşda, əsl kişilər kimi, əsl dostlar kimi, sonu bəlli olmayan, hər iki nəfəri də, o, uşaq ağlı ilə aldatmağa çalışan birindən ötəri, ciddi söhbət etməyin və ya məsələni daha da, uzatmağın, bir mənası olmadığını çox gözəl anlamışdılar.
Baxmayaraq ki, Nübar da, Azaygilin məhəlləsində yaşayırdı, elə həmən məhəllədə də, Azay-la söhbətləşir, hətta evlərində nərd oynamaq dərəcəsində də, hörmət və ehtiram qazanmışdı.
Zaman keçdikcə, dostluqlar da, uzaqlaşır və ya məcburiyyətdən,yollar ayrılmalı olur bəzi vaxtlarda.
Azaygil evlərini dəyişdiyinə görə, köçəsi oldular,və oğlan ondan sonra da,onu heç görmədi.
Çox mehriban sinif yoldaşları da, var idi amma, bu həmişə hamıya aid olmur-
(dava-dalaşla arası olmayan yeniyetməni,bir dəfə,uşaqlardan biri,elə bir dərəcəyə çatdırmışdı ki,savaşası olmuşdular və səhəri həmən uşaq, başı şiş vəziyyətdə gəlmişdi dərsə)
və bu yeniyetmənin öz aralarından ayrılmasını istəməyəcək dərəcədə, sinifin yarısından çoxu ilə çox yaxşı münasibətlərinin də, olduğunu sonradan daha dəqiq anlamışdı.
Və bir neçə ildən sonra, atası onu, orta məktəbdən yəni doqquzuncu sinifdən ( Özünün də, xəbəri olmadan ) çıxarıb, Bakı Sənaye Pedaqoji texnikumuna yerləşdirməyə qərar verir.
Budur, artıq yay tətili də, bitib və 2011-inci ildir, atası dediyi kimi, artıq, sənədlər texnikumda idi.
Hələ texnikum dərsinə bir gün qalmış, artıq orta məktəbdə dərs başlayan gün idi.
Sinif yoldaşları dərs başladığı zaman, yeniyetmə dostlarından birinin gəlmədiyini gördükdə, sonuncu dərs qurtaran kimi, birbaşa gəlirlər dostlarının evinə.
Həmən bu köhnə sinif yoldaşları və sirdaşları olan, bu yeniyetmə, sinif yoldaşlarını gördükdə, sözlə ifadə olunmayacaq dərəcədə, sevinc hissi yaşayır, görüşüb-onları bağrına sıxır və bir daha əmin olur ki, yaşanan anları, sadiqliyi boşu-boşuna sərf etməyibmiş öz yoldaşlarına qarşı.
( və onlar da, gəlməklə və əlavə olaraq, sonuncu dəfə, aralarından biri, Rasim dediki, əgər bilsəm ki, qanunla belə bir şey mümkündür, səni məktəbə geri qaytarmaq üçün, beş yüz manat verib, icazə alıb və pullarını ödəyib səni aparardıq məktəbə.Bir cümlə ilə sübut etdilər).
Yeni gün, yeni dərs, yeni qurup nömrəsi 279, yeni qurup yoldaşları, dərsə getdiyi gündən ehtibarən, yeniyetmə üçün, hər şey yeni idi.
Amma, bu qədər sevinməyə səbəb olduğuna baxmayaraq, yeniyetmə şad deyildi və sanki, sadə günlərdən biri kimi idi.
Hər gün dərs vaxtı texnikuma gedirdi, amma, qruplarında 17 qızın arasında, tək oğlan olduğu üçün, utandığından bir neçə müəllim və müəllimə də, artıq bilirdilər ki, həm o dərəcə dərs oxuyan deyil və həm də,qızların arasında tək olduğuna görə,
rahat oturan deyil.
Elə buna görə də, dərsdən kənarda olmağa icazə verirdilər.
Bundan əlavə də, o, texnikumda səhər növbəsində, başqa qurup oğlanlarının, yekə-yekə gəzmələrindən xoşu gəlmir, ümumilikdə və həm də, öz qurup qızlarının yanında başqa bir oğlan olmasını istəmirdi və buna imkan da, yaratmırdı.
Bir gün səhər, Texnikumun qarşısında dayanmışdı, və yeni gələn özündənrazı bir nəfərlə rastlaşdı, mübahisə etdilər, çəkişdilər, birdən onun bacısı gördü və gəldi onu apardı içəri.
Bir neçə gün çəkişmələrdən sonra artıq, həmsöhbət olub, adını öyrəndikdən sonra, Şöhrət ilə də,dost oldu.
(çəkişməyən bərkiməz məsəli)
Sonralar, ailəcə dostlaşdılar Şöhrətlə, bacısı zatən qurup yoldaşı idi.
Onlar rayona, öz evlərinə gedəndə, onlarla birgə getmələrini və ya nə vaxtsa, qonaq gəlməyini istəyirdilər.
Əlbətdə, sonralar bir neçə dəfə, həm dostunun bütün ailəsigilə gedib baş çəkirdi, bir neçə qohum-əqrəbalarını və bir çox qonşularını belə, ziyarət etmək üçün, həm də, O, ( Təsəvvürümüzdə olan ) Cənnətə bənzər,gözəlliyi seyr etməyə, məmnuniyyətlə ( Qubaya ) gedirdi.
Oranın, yayın ən isti vaxtı belə, insanı üşüməyə məcbur edən sıx meşələrində, tər-təmiz havası, göz yaşı kimi saf bulaqının suyundan içərək, xəzəl xışıltısının səsi eşidiləcək bir sakitlikdə, ifa edərək oxumaq da, bu yeniyetməyə və əlbətdə ki, yanındakı yoldaşlara xüsusi bir zövq verirdi.
Axı bu yeniyetmə, texnikuma gəldikdən sonra, incəsənətə daha çox meyilli olduğu üçün, artıq, konsert tədbirlərində, oxumağa başlamışdır.
Əslində, konsertlərdə oxumaq məsələsi bir az başqa, yəni: Öz qurupları bir dəfə bir konsertdə, musiqi səhnəsi olduğuna görə, oxuyan axtarırdılar.
Və qurup yoldaşları olan qızlar,
– Kim oxusun deyə, bu yeniyetmədən soruşduqda,
öz öhtəsinə götürmüşdü bu məsuliyyəti, konsert zamanı yeniyetmənin oxuduğunu, akt-zala ( Bayram tədbirləri keçirilən yer ) konsertə tamaşa etmək üçün gələn, digər qurup uşaqları da, məhz o, zaman xəbər tutmuşdular.
Elə həmin gündən sonra, nə vaxt ki, bir bayram tədbiri keçirilirdisə, hər bir tədbirə konserti idarə etmək və əlbətdə ki, daha çox oxumaq üçün, çox israrla iştirak etməyini xahiş edirdilər, və onun iştirakını başqalarının da, çox istədiklərini gördükdə, məmnuniyyətlə qəbul edirdi.
Əslində O, professional müğənni deyildi, sadəcə oxuduğu mahnılar və bilavasitə səsi də, çoxlarının xoşuna gəlirdi.
Hətta bir dəfə, konsertlərin birində, həmən bu yeniyetmə oxuyan zaman, tamaşa edən qızlardan biri, o, dərəcədə hönkürtü ilə ağlamışdı ki,
yanındakı müəllimin biri, öz cib dəsmalını çıxarıb o qıza vermişdi və demişdi ki,
– Al qızım, sil göz yaşlarını, ən yaxşısı, sən heç olmasa bu musiqi bitənə kimi, çıx koridorda gəz, və ya istəsən evə gedə bilərsən.
Qız isə, sona qədər qalıb, izləməyinə icazə verməyini, müəllimdən xahiş etmişdi.
Sonda, ağlayan qız oxuyan yeniyetməyə yaxınlaşıb, bu sözləri ona bildirmişdi, elə bu səbəbdən də, nələr baş verdiyindən, yeniyetmə ətraflı şəkildə, məlumatlı idi.
Bir neçə aylardan sonra, birinci dərsin tənəffüs zəngindən sonra, yeniyetmə və qurup yoldaşları elə təzəcə ikinci dərsin başlanması üçün zəngin səsini eşidib, sinifə daxil olmuşdular ki, bir başqa tələbə qapını tıqqıldadıb,
– Müəllimə icazə olar?
deyib, içəri daxil oldu.
-Müəllim, nə lazım olduğunu soruşdu,
Tələbə isə, şəhadət barmağını uzadaraq, yeniyetməni göstərib,
( Tarix müəllimi olan )
– Əli müəllim, O, tələbənizi çağırmaq üçün məni göndərib,
dedi.
Müəllimə soruşdu: – A bala nə məsələdi?
sənin az da olsa, xəbərin var yəqin ki?!
Tələbə: Bir az ciddi, bir az da, sanki kimisə təbrik edəcəkmiş kimi, bir görkəmlə cavab verir:
– Müəllim, Əli müəllim, həmən bu tələbənizi, Şah İsamyıl Xətainin beş yüz illiyi ilə əlaqədar olaraq keçiriləcək tamaşada, Şah İsmayıl Xətai obrazını canlandırmaq üçün seçib.
Və xahiş etdi ki, mənim yanıma gəlsin.
Yeniyetmə, Əli müəllimin yanına gedib, Şah əbası, tamaşanın olacağı tarix ilə tanış olub məlumat aldı, amma bu məqamda, yeniyetmə üçün, hər kəsdə olduğu kimi, lazım olan qədər, tam olaraq nə sevinmək, nə həyəcanlanmaq, nə də, lazım olduğu qədər fəxr etmək hissi olmadığını, özündə sezirdi.
( Ümumiyyətlə, həmişə kənardan baxana elə gəlib ki, bu yeniyetmənin hər bir işi,bütün həyatı qaydasındadır.)
Neqativ biri deyildi, varlı olmasa da, atasının vəzifədə işlədiyi vaxt idi.
Valideynlərindən çox şey istəməsə də, istədiyini alırdılar, müəllimlər özləri də, həm hörmət edən, həm də, texnikumda və bütün cəmiyyət arasında hörmətcil biri olduğu üçün, çox hörmət edirdilər.
Və üstəgəl, bir tələbə üçün olan, bu, möhtəşəm olacaq bir tədbir üçün də, fəxr edərək, heç vaxt keçirmədiyi həyəcanı keçirib, füsünkar bir sevinc hissi yaşamalı olduğu dövrünü, nəzərə alsaq, əvəzedilməz bir sevinclə qarşılamalı idi bu xəbəri.
Amma, bu yeniyetmə,
Qəlbində,
Beyin hüceyrəsində,
Həyatında,
Vücudunda və hətta kəlmələrində belə, həmişə nəyinsə çatmadığına, əskik olduğuna, ən əsas nələrinsə, natamam olduğuna, adı kimi əmin idi və dəqiq yanılmadığına, inanırdı.
Onun, Çingiz adında dostluq etdiyi, metis (Atası və Anası fərqli millət olan insana Metis deyilir ) bir oğlan da, var idi.
Çingizgilin evi, uzaqda deyil, yeniyetmənin yaşadığı evin, həyət qapısından bir neçə addım irəlidə, sol tərəfdə, narıncı rəngdə, Zil maşını keçə biləcək boyda bir qapısı olan, həyət evində yaşayırdı.
Onlar, o dərəcədə sadiq, mehriban, biri-birilərinin pis və yaxşı günlərində dostluq edirdilər ki, nəyinki, qonşular, hətta anası Liliya xala da, onlara qardaş kimi baxırdı.
Çingizin aldığı, işlənmiş bir motosikleti var idi.
Hərdən pulu olanda, benzin alıb tökərdi motosikletə, onlar, məhəllədən bir az aşağıda, Küknar ağacları olan sahənin arxa tərəfində yerləşən, maşın bazarı deyilən, bir neçə metrlik boş əraziyə gedib, növbə ilə sürərdilər.
Motosikleti sürməyi də, yeniyetməyə, dostu Çingiz öyrətmişdi.
Yeniyetməyə, çox az hallarda, atası cib xərcliyi verirdi. Çingizin isə evdə işləyən, tək anası idi, atası, Rusiyada işlədiyinə görə, elə orada da, yaşayırdı.
Dostlar, yaşadıqları ünvandan, yəni Komsomol dairəsi adlanan, məkandan, ara məsafəsi bir neçə kilometr olduğu üçün, Suraxanıda yerləşən idman kompleksinə, baxmayaraq ki, çox vaxt bilet almağa pulları olmasa da, Çingizin çoxbilmişliyi sayəsində, elektrik qatarı ilə, bir yerdə gedərdilər idman etməyə.
Evə gələndə isə, hansısa biri ac olsaydı, heç çəkinmədən, nəyinki soruşmadan, bir başa soyuducunu açıb, ürəkləri nə istəsə, onu da, götürüb yeyərdilər.
Dərs günlərindən biridir və yeniyetmə dərsdədir.
Texnikum iki mərtəbə olsa da, amma, koridorları çox uzun idi, bu başından o, başına gedənə qədər, tənəffüs vaxtının yarısı gedirdi, buna görə də, həmişə, dərs keçən müəllim və müəllimələrdən, dərs vaxtının bitməsinə dörd-yeddi dəqiqə qalmış, yeniyetmə, bayıra çıxmaq üçün icazə alırdı.
Bu dəfə də, tənəffüsdən əvvəl bayıra çıxdı və həmişə onun yanına gələn, dayısı oğlunu, ( əgər, dayı oğlu demək olarsa, ) gördü.
Əslində, dayısı oğlunun, öz dərsini buraxıb, onun yanına gəlmək adı ilə, qızlarla tanış olmağa gəldiyini, çox gözəl bilirdi, hiss edirdi -hətta çox vaxt da, üzünə deyərək, etiraf etməsini istəsə də, dayısı oğlu, inkar edir və
( Yeniyetmə də, bu, dayıoğlunun bibisi oğlu olduğu üçün )
– Mən bibim oğlunun yanına gəlmişəm, deyirdi.
Yeniyetmə, hər kəsi anladığına baxmayaraq, onu çox nadir halda anladıqları üçün, və əlbətdə ki, ötəri dostluğu, hətta, müvəqqəti münasibəti də, sevmədiyi üçün, bir çox insanlarla, isti münasibət və əlaqəsi olmadığına, dostluq etdiyi kəslər olmadığına görə, ( Dostu,Çingiz xaric ) boş vaxtını, dayısı oğlu ilə keçirirdi.
Baxmayaraq ki, bir neçə müddət, dayısı oğlu ilə də, yarı mehriban, yarı yol-yoldaşlıqları olmuşdu zamanında.
– Amma, biri-birilərini daha yaxından tanıdıqdan sonra, yeniyetmə öz qəlbinin dərinliklərində, belə, ala-yarımçıq dostluğun sona qədər davam etməyəcəyini bilirdi, bəlkə də, elə dayısı oğlu da, bunun belə olacağını bilirdi.
Həm qohumluq əlaqəsi, həm də, əvvəl qeyd etdiyim kimi, bəlkə də, çarəsizlikdən davam edirdi bu, yoldaşlıq.
Məsəl üçün, bir dəfə yaşanan hadisələrdən birini qeyd etmək, yerinə düşərdi.
Bir dəfə, yeniyetmədən – Dayısı oğlu öz maşını ilə gəlib,
-Dənizə gedək?
Deyə-soruşur,
Yeniyetmə isə, xasiyyətinə bələd olduğu üçün, bir az,
( Yoldaşlığımızı davam etdirmək üçün, bir də, şans verim deyə, ) düşünərək, yeniyetmə:
-Gedək amma, geri qayıtmaq üçün, taksiyə pulum yoxdur deyə, cavab verir.
Dayısı oğlu: – Sən narahat olma, mən aparmışamsa, mən də, qaytarıb gətirəcəyəm.
Gedirlər dənizə, çimib, yeyib-içib, bir neçə saatı dəniz qırağında keçirdikdən sonra, gecə saat on iki – bir radələrində, Dayı oğlu maşını işə salıb, yığışıb çıxırlar yola, Mərdəkan, Şüvəlan arası, maşını saxlayıb, deyir ki:
– Bibi oğlu daha bağışla da, mən içkiliyəm axı, səni evinizə qədər, apara bilməyəcəm.
Yeniyetmə isə,
( Hansı ki, onlar ilə birlikdə maşında olan, dayısı oğlunun, içkili olmayan başqa bir qohumunun da,olmasına baxmayaraq və Taksi ilə qayıtmaq üçün yol pulunu verə biləcək durumda olduğunu bildiyi halda, – mənasız yerə, məna bilməyən kəs üçün, əlavə söz deməyə ehtiyac olmadığını, yaxşı bildiyi üçün )
– Canın sağ olsun deyib, özünə aid olanları götürüb, maşından enir və, bir neçə yük çantası ilə, parkda oturaraq, səhərin açılmasını gözləyir və, səhər saat beş – altı aralğı, Avtobus ilə qayıdası olur.
Daha bu cürə münasibətdən sonra, zatən kimsə, əvvəlki kimi münasibətdə, əvvəlki qədər istiqanlı olmazdı.
Hər halda, yeniyetmə bu kimi, arzuolunmaz əhvalatlardan xoşhal olmasa da, sanki ona,
( özünə də, bəlli olmayan – öz yerini, həyatın anlamını, yaşamın zövqünü hələ tam dəqiq tapmadığını )
və ya başqa bir sözlə,
(Bu Cahana yad olduğunu bildiyi halda, bilavasitə onu nə üçünsə, və hansısa səbəb üçün, düşündüyü an – özünün də, dərk etmədiyi amma, hansısa böyük bir qüvvənin, onu səbrli olmağı və )
Gələcəkdəki, böyük bir səbəb üçün gözləməli olduğunu, deyirdi kimsə.
– Yeniyetmə, bunu hər gün, hər gecə hiss edir və dərin-dərin düşünürdü.
Şənbə-bazar günlərindən biri idi, və yeniyetmə dostu Çingizgildə ( Dostuna, Çina da, deyirdi ) idi.
( Anidən ev telefonuna zəng gəldi, və Çingiz telefonun dəstəyini götürüb cavab verdikdə,
əvvəl gülərək, sonra isə kədərli bir ifadə yarandı simasında.
Yeniyetmə dostundan:
(maraqlı və həm də,çox narahat halda,)
– Nə məsələdi? deyə, soruşduqda,
Çingiz:
(rusdilli olduğuna görə)
deyir: Brat, papa məni çağırır Moskvaya.
Əlbətdə, ( nəzərə alsaq ki, qohumlardan da, başqa yoldaşlar və məhəllə uşaqlarından da, lap az yaşlarından, biri-birilərini el arasında deyildiyi kimi, desək, didişərək-boğuşaraq yola gedə bilməyən məhəllə uşaqları olmaqlarına baxmayaraq,) ən çox, mehriban və nümunəvi dost olduqlarına görə, hər ikisi də, bu xəbərdən çox pərişan hala düşürlər.
– Çarə yoxdur, neyləmək olar artıq, sanki, dostlar biri-birilərini, bir də görməyəcəklərmiş kimi, kövrələrək qucaqlaşıb,
Çingiz deyirdi:
Dostum, narahat olma -əlbətdə mən ordan sənə, tez-tez zəng edəcəm, poçtla məktub göndərəcəm.
– Brat axrıncı dəfə deyil ki,mən yenə də,gələcəm Bakıya.
Yeniyetməni isə bu sözlər, əlbətdə ki, ovutmurdu.
Çünkü, yeniyetmə üçün dostluq, müqəddəs bir məna kəsb edib həmişə, və bu, dostluq aləmində olan müqəddəslik zirvəsinə, qalxdığı kəsin ondan heç vaxt ayrı qalmasını istəmirdi.
Səhəri gün yeniyetmə, dərsə gedir və dərsdən çıxdığında, məhəlləyə yaxınlaşanda, Liliya xalanı görür, gözləri dolmuş halda deyir:
Çinanı yola salmağa gedirik, istəyirsən sən də, gəl görüşüb yola salaq.
Əlbətdə, dost, dostun yanında olmalıdı hər zaman,
amma bu elə bir məqam idi ki, neçə illik dostunu, nə vaxt qayıdacağı məlum olmayan bir şəhərə yola salmağın, nə demək olduğunu ancaq, dostunu bu vəziyyətdə yola salan bilər.
Qəlbində, üzdəkindən daha çox göz yaşı axıdan yeniyetmə,
Çina anası ilə görüşdükdən sonra, dostunu öpüb, bağrına sıxıb, həvəssiz və pərişan halda, yola salır.
Çox heyrətamiz bir mənzərə yaranmışdı.
Sanki ətrafdakı biri-birini yola salan insanlar, heç vaxt görmədikləri, dramatik janrda olan bir film seyr edirdilər.
Dostu artıq gözdən itdikdən sonra, Yeniyetmə, çox üzülmüş və pis halda qayıtdı evə.
Həmən gün, sonrakı günlər və əlbətdə ki, hər dəfə dərsə və ya, harasa, gedən zaman həyət qapısından məhəlləyə çıxdığı an, xatırlamaya bilməzdi öz dostunu.
Hərdən Çina, hərdən özü, zəng edib danışırdılar, keçmiş günləri xatırlayıb, nastalji anları hər ikisinin, yaddan çıxarmadığı da, bəlli idi hər bir halda.
Axı onlar, bir çoxlarına nümunə olacaq dostluq zirvəsində idilər.
Hələ orta məktəb vaxtlarında olarkən,
( Təbii ki, hər bir dostun qəlbində, hər kəsin öz yerinin ayrı olduğunu bilirdi,lakin)
O, mehriban, maraqlı, heç vaxt unudulmayacaq anları keçirdiyi, anlamlı olan, sinif yoldaşlarından da artıq, anlayışlı və həsəd aparılası, dostluq körpüsü var idi aralarında.
Səhəri dərsə getmək, günortanı evdə özünə yemək bişirib yemək, aradabir də, texnikumla üzbəüz, doqquz mərtəbə deyilən bir binanın altında çayxanada, texnikumda ikinci növbədə oxuyan, bəzi yoldaşlarla, çay içməyə gedib, nərd oyunu oynayırdı.
İncəsənətdə ən çox həvəsi, oxumağa olsa da, amma, televiziyaya gecələr tək oturub, qorxulu filmlərə baxmağı çox sevirdi.
Maddi vəziyyətlərinin O, qədər də, yaxşı olmadığına görə, Atası, tanıdığı və münasibətlərinin yaxşı olduğu üçün, texnikumda direktor müavini işləyən, Fərhad müəllimdən, yeni gələn tələbələrdən kirayə ev axtaran olarsa, xəbər etməsini xahiş etmişdi.
Bir neçə müddət idi ki, boş vakansiya yaradılan yeni ixtisasa yiyələnmək üçün, kilometrlərlə uzaq rayonlardan gələn, yeni tələbələrin gəldiyindən, artıq xəbərdar idi bu cavan.
Cavan oğlan, canlı-cüssəli, ucaboy, sümüyü iri və həmişə başıdik irəli baxan biri olduğu üçün, xoşları gəlməyən hətta, kənardan baxdıqda bəziləri, təkəbbürlü biri kimi gördüklərinə görə, zəhlələri gedənlər də,var idi.
Amma, sözün və reallıqda olanların yaxşı mənasında, müəllimlər və müəllimələrin, qurup yoldaşlarının, və o cümlədən də, digər quruplardan olan, ( qızlar daha çoxluq təşkil edən ) tələbələr: yenilikləri və hər hansısa, pis və ya yaxşı baş verən hadisə haqqında, gəlib həmsöhbət olurdular, məlumatlandırırdılar bu cavanı.
Tanıdığı qızların arasında, başqalarından biraz fərqli münasibət bəslədiyi, irigövdəli, ucaboy, Kifayət adında bir tələbə də, var idi.
Bir gün səhər, saat 10-11 radələrində,tənəffüs zənginin səsi eşidilən kimi, yenə də, həmişəki kimi, tələbələr koridora çıxıb, biri aşağı düşür, biri yuxarı qalxır, elə bu məqamda, cavan oğlan, Kifayətin,( əsas girişin əks istiqamətindən, ikinci mərtəbədə koridorun O, başından )ona sarı gəldiyini görür.
Dayanıb Salamlaşırlar, cavan oğlan isə, üzü ( ikinci girişə tərəf düşən ) pilləkanlara tərəf dayanıb, Kifayətdən necə olduğunu soruşur,
Kifayət: -Çox sağ ol, Şükür yaxşıyam amma, sənə deyəsi başqa vacib bir sözüm var, heç vaxt bu barədə danışmamışıq səninlə.
Deyim?
deyə, soruşduqda:
bir anlıq cavan oğlan, həm bir az həyəcanlandı, həm də, təəccüblü baxışlarla:
– Kifayət,səninlə mənim aramda, heç vaxt danışmadığımız nə ola bilər ki,
buyur səni dinləyirəm,
Kifayət: özünün sağ tərəfindən, yuxarıda ( bütün tədbir və konsertlərin keçirildiyi, akt zal deyilən otağın qarşısındakı ) pilləkanların üst tərəfində, sağ söykənəcəyi hissədə üçlükdə dayanıb, söhbət edən qızlara baxmağı, göz-qaşı ilə işarə edib,
Onlara bax, dedi.
Cavan oğlan baxdı və yenidən üzünü Kifayətə çevirib,
dedi:
Gördüm, nə olsun ki, aramızda heç vaxt danışmadığımız söz deyəndə, nəzərdə tutduğun bu idi?
Yoxsa sən də, bəzi qurup yoldaşlarım kimi, mənə hansısa qızı bəyəndirmək fikirindəsən?
Kifayət: – Sən fikirləşdiyin deyil, sadəcə sənə bir söz deyim, amma xahiş edirəm ki, O, bilməsin.
Cavan oğlan: O, kimdi, mən heç O, dediyini də, tanımıram, sənin nəsə deyəcəyini, heç tanıdığıma deyən deyiləm, nəyin ki, tanımadığım kiməsə, nəsə deyəcəyimi düşünürsən?
-deyə, cavan oğlan bir az da, acıqlanır ki, mənə sirr açırsansa, niyə kiməsə deyəcəyimi düşünürsən?
məgər mənə inanmırsan?
və ya mənim haqqımda, niyə tərəddüddəsən?
(Ümummiyyətlə, bu cavan hər zaman, özü hər kəsə qarşı inamlı olmağa çalışdığı kimi, insanlardan da, istər uşaq, istər cavan, istərsə də, yaşlı olsun, özünə qarşı, inamlı olmalarını görmək istəyib həmişə)
Kifayət: özü də, bir az bu sözünə görə, pis olur və,
Sənə, baxmağın üçün işarə etdiyim qızla bir qurupda oxuduğuma görə, özü də, demişdi ki, demə.
Ona görə istəmirəm ki, onun haqqında sənə nə isə dediyimi bilsin.
Cavan oğlan, həm bir az məyyus, bir az acıqlı, kimdən söhbət getdiyini bilmədiyi üçün, həm də, təəccüblü bir hisslər keçirdiyi bir vaxtda, Kifayət yenə də:söhbətə başlayıb, sözarası-
Pilləkanlardan düşən, üç qızın ortasındakı qıza bax,
Cavan oğlan başını qaldırıb, sola tərəfə baxanda,
pilləkanlardan enən, üç qız deyildi,
iki qızın arasında, bir mələk enirdi,
sanki bir anlıq onunla bərabər,
– Bütün texnikumdakı hər kəs dayanmışdı,
hərəkət etmirdilər,
hətta qolundakı saat da, dayanmışdı.
Ona elə gəlirdi ki, aktzaldan üzü aşağı, böyük bir işıq saçır və hər kəs də, dayanıb o, işığa tamaşa edir.
– Həmən an, özündəki bütün əskikliklərin, çatışmazlıqların, və özünün bütöv şəkildə, tamamlandığını hiss etdi.
Başqa insanlardakından, daha çox fərqli və Allahın, hər kəsə qismət etmədiyi möhtəşəm bir anı yaşayacağına, əminlik hissi duyur və sanki, elə bu həyatın içindəymiş kimi, ayılmaq istəmirdi.
Və anidən, Kifayət, cavan oğlanın qolundan silkələyib,
-Sənə nə oldu,
bayaqdan dediklərimi eşitmirdin?
yəni bu dərəcədə, özündə deyildin?
Deyə, Kifayət bir az, küsür-amma, cavan oğlan, səhər yuxudan oyanmaq istəməyən insanlar kimi, azca özünə gəlməyə, daha doğrusu -real həyatın özünə bütün hissləri ilə gəlməyə çalışır, bir təhər özündə təpər tapıb, deyir:
– Sən Allah bağışla Kifayət, özümdən asılı olmadı.
Vallah, bir də, ayıldım ki, kimsə qolumdan tutub dartır.
Sən mənimlə, çoxdan danışırdın?
deyə, soruşur.
Kifayət yazıq, bir az, xətrinə dəysə də, amma, bu hadisənin səbəbkarının, kim olduğunu bildiyinə görə, anlayış göstərir və saymazlıq kimi, qəbul etmir.
Əlbətdə ki, cavan oğlan, Eşqin şərabından sərxoş olmuş tək, hələ özündə deyildi.
Elə bu üzdən də,
Kifayət: Sağ ol – sözünü, birtəhər dedi və heç özü də, hara gedəcəyini bilmədən,
Üz tutdu texnikumun çıxış qapısı tərəfə.
İstiqaməti bir təhər tutub, ara və çox dar olan yol ilə, hallı vəziyyətdə getdi evlərinə.
Bu ilk, gözlənilməz, möhtəşəm və əlbətdə ki, əvəzedilməz qarşılaşma anı, hər gün sanki, həmən gün yaşanırmış kimi, cavan oğlan, hər gün dərsə gəldikdə, əhvalatın başlanma nöqtəsi olan, O, yerdən, O, pilləkanların qarşısından, dayanmadan, həmin anları, hər saniyəsinə qədər gözünün qarşısında, bitməyən bir film kimi, canlandırmadan keçə bilmirdi.
Daha doğrusu, bu film, göz önündə özü canlanırdı.
Səhəri gün əlbətdə ki, yenə həmən ( heç özü də,anlamadan ) keçirdiyi hisslərin, təkrarlanacağını artıq, texnikuma daxil olarkən, ilk pilləkanları qalxarkən hiss edirdi və bilirdi.
Buna görə də, artıq, üz-üzə gələrək,
( öz sözünü deyil,qəlbinin də, desəm tam düz olmaz- Ruhunun! )
sözünü deməyə qərar vermişdi.
(Baxmayaraq ki, son dərs günləri idi, bir əsrdən də, artıq bir vaxt, yəni əslində, üç aylıq dözülməz bir tətil ayları vaxtı ərəfəsində, daha dəqiq-Onun son dəsr günü idi.)
Elə ilk, bəlkə də, son fürsət idi ki, cavan oğlan hərf-hərf söz, sözdən də, cümlə düzəldib ondan nə istədiyini, hiss etdirsin, onun ruhuna.
Zəng çalındı və hər kəs,dərs keçməsi üçün, sinifə daxil oldu.
Koridorda tələbələr olmayan vaxt, boşluqda səs çıxaran zaman exo ( əks səda )səsi yayan hündür divar, bom-boş uzun koridor və cavan oğlan qalmışdı.
Sanki ona, qəlbinin dərinliyindən səslənərək kimsə deyirdi,
– Lazım gəlsə, sinifləri bir-bir axtar və onun hansı sinifdə dərs keçdiyini tap, çünkü bu sənin, həm əvvəlin həm də, axırındır -qərar ver.
Vaxt getdikcə, dərsin də, sonlarına az qalma hövsələsizliyi də, bir tərəfdən səbəb olurdu təlaşlanmağa.
Nəyi hardan və necə başlayıb, necə edəcəyini düşünməkdən, artıq demək olar ki, özünü cismən unutmuşdu.
Texnikumun, giriş hisəsindən əks istiqamətdə lap axır tərəfdəki, axırıncı bir sinif qalmışdı yoxlamamış.
Axırıncı qapıya yaxınlaşdıqda, baxmayaraq ki, o sinifin qapısını, öz dərsləri olduğuna görə, tez-tez açası olurdu.
Amma, bu dəfə sanki, ilk dəfə idi ki, o sinifə daxil olmaq üçün, hətta o, qapıya belə, ilk dəfə toxunurdu.
Məcburən özünü toplayıb, qapını açdı və, özünə də, dərs keçən, həm də, cavan oğlanı qıcıqlandıran müəlliməsi idi içəridəki.
Əvvəl, bir neçə saniyə düşündü ki, bu müəllimə olduğuna görə, sözünü deməyə icazə verməz, sonra isə, yenə içindəki səs onu daha da, narahat etdi:
– Bu, ilk və sondur.
– Bu söz, nəyin bahasına olarsa-olsun, məqsədinə çatmalısan şüarı idi.
Cavan oğlan:
Üz və qulaq hissəsi qızarmış vəziyyətdə, həyəcanlı halda – …
Müəllimə, o qızı bir dəqiqə olar?
-İcazə verərsiz? zəhmət olmasa,
Müəllimə isə, sağ olsun hörmətlə, anlayış göstərib:
Olar!
Buyur get qızım.
Koridorda, sinifin qapısının yan tərəfində, imtahanlara görə bir neçə oturacaqlar düzülmüşdü, O, koridora çıxan kimi, zəngin vaxtı azaldığından,
Cavan oğlan, əyləş deyib, çətin də olsa, birbaşa söhbətə keçdi.
Hər dəfə O, danışdıqca başını aşağı əyməsi, iki əlinin ovucunu biri-birinə sıxması, baxmayaraq ki, saatlarla danışmağını istəyən cavan oğlan, birdəfəlik fikirindən daşınar deyə,
(hər kəliməsində titrəyən səsindən, narahat vücudundan və ilk dəfə olduğuna görə, inamsızlıqdan yaranan, keçirdiyi tərəddüd dolu baxışlarından və simasından,)
bərk narahat olub, yormamaq üçün deyir:
Telefon nömrəni ver,
– O isə, qətiyyətlə:
Yox, özümə aid heç bir əlaqə ünvanı verə bilmərəm, incimə.
Cavan oğlanın gözü, qızın qolundakı, ( çox incə, elə də baha görünməyən, gümüş rəngdə olan ) saata sataşır və
– Onu çox saxlayıb, sıxıntıya salaram deyə, düşündüyü üçün son çarəni, onu xatırlayan zaman, ona aid bir yadigar əşya kimi, saatı verməsi üçün, razı salmaqda görür, və deyir:
Yaxşı indi bir söz deyəcəm amma, heç olmasa bu sözümə etiraz istəmirəm
-deyim?
Deyə, cavan oğlan heç vaxt, heç kəsə qarşı göstərə bilmədiyi,
(bütün ruhu ilə, və mərhəməti ilə, qarşısında dayanan yer üzərində olan, ən mərhəmətli və ən həssas mələkdən )soruşur.
O isə, yenə də, sanki bir anlıq, aləmi sükuta qərq edərək, tərəddüdlə bir neçə dəqiqə düşünərək,
(cavan oğlan,üzündəki ifadədən sanki, verim? ya verməyim? Deyə, onun da, öz daxilində, kiminləsə, nələrsə, danışdığını anlayırdı)
Yenə də, başını biraz aşağı salıb, baxışlarını aşağı dikib, yanaqlarında qızartı əmələ gələrək, utana-utana saatını çıxarıb,
-Al… deyir.
(Həmən O, andakı sevinci, müqayisə etmək üçün nümunə tapmaq, çox çətindi)
Cavan oğlan: saatı alır və
(sanki, əlindən kimsə alacaqmış kimi, başqa sözlə, (birdən fikrini dəyişər, yox, qaytar deyər, ) düşünərək )əlində bərk sıxa-sıxa, özününkü kimi, cibinə qoyur.
Və, müəllimə ona artıq bircə kəlmə də, olsa, deməməsi üçün,
(hansı ki, getməsini arzulamadığı və istəmədiyi halda)
-Yaxşı, sən istəyirsən get dərsə, imtahanından qalma mənə görə,
O isə, düşünərək, aram-aram,
(Həvəssizcəsinə, (hiss etdirməsin deyə, baxşılarını aşağı diksə də, amma cavan oğlan bunu hiss etməyə bilməzdi.) qəlbindən gəlməyən sözlər ilə,)
-Yaxşı,
– oldu,
-mən gedim,
-sağ ol, deyərək,
oturduğu oturacaqdan astaca qalxıb, üzünü
(sinifə doğru üz tutmaq istəməyəcək bir halda)
sinifə tərəf çevirib, çox kiçik addımlarla irəliləyib, qapını açıb içəri daxil oldu və
(baxışları aşağı dikilmiş halda)
çevrilərək, qapını asta-asta,
(Sanki, (mən indilərdə çıxacam, mən çıxana qədər də, buradan heç yana getmə ) demək istəyirmiş kimi, bir görkəm ilə)
örtdü.
(Əlbətdə ki, cavan oğlana qalsa, onu- gedəcəyi ünvana qədər hətta,( sonradan öyrəndiyi )Xaçmazdakı evlərinə qədər də, aparıb ötürməyi qəlbindən keçirirdi. ( Son imtahan vaxtı və son gün olduğuna görə, məcburiyyət qarşısında qaldığına görə, dərs vaxtı ola-ola sinifə daxil olub, onu, qurup yoldaşlarının yanında, birbaşa müəlliməsindən icazə almağını nəzərə almasaq,) Amma,( onların rastlaşmağı, bu qısa müddət ərzində də, olsa ) ona, ailəsi, qohumu, müəllim və müəllimələri və ya hətta, hər hansısa qurup yoldaşları belə, xoşagəlməz bir söz demiş olarlar deyə, ona çox da, yaxınlaşmamağa çalışırdı.
Və budur, son dərs, son imtahan və son zəngin səsi gəldi, hər kəs sinifdən çıxaraq, kimisi şəhərdəki, kimisi də, rayondakı evlərinə gedən avtobusa tez çatmaq üçün, tələsərək dəstə şəklində və çox sıx-sıx texknikumdan çıxaraq, birbaşa dayanacağa üz tutub irəliləyirdilər.
Bu sıxlıqda, cavan oğlanın gözü onu axtarır, qıraqdan izləyərək, heç olmasa dayanacağa qədər də, olsa, görüm deyə, düşünürdü, həm də,
ətrafdakılara bəlli etdirməmək üçün, üzünü yan tərəfə tuturdu.
Baxmayaraq ki,( Çox sıxlıq olduğuna və qızın da, boyu, başqaları ilə müqayisədə qısa olduğu üçün )onu gözdən tez-tez, itirirdi.
Dayanacağa çatar-çatmaz, bir neçə saniyə sonra,( sanki avtobus sürücüləri, cavan oğlan və onun kimi, kimisə görmək istəyənlərin, qəsdinə dayanmışdı, avtobusu tez sürüb, çatıb, və sanki deyirdilər, bütün görmək istədiklərinizi, yığıb aparacam )
avtobuslar, arxa-arxaya düzüldülər və bütün tələbələr, tez-tələsik avtobusa minərək, dayanacağı, sanki heç, insan yoxmuş kimi, bir hala gətirdilər.
Cavan oğlan isə, kor-peşman,
( qəlbini, fikirlərini, və dünyada heç bir kəlmə ilə izah olunmayacaq, duyğularını, hisslərini avtobusla yola salmış kimi )
qayıdır evə.
Bu, həsrətlə, nigarançılıqla, və sadəcə, tətil vaxtı bitəcək və O, da, geri dönəcək deyə düşünərək, keçirdiyi hisslər dolu olan, ötən günlərini və aylarını, belə keçirdiyi bir dövrdə,
( Bu cahanda görülən, və bilavasitə özünün də, həyatında ilk dəfə qərq olduğu, amma heç ayılmaq istəmədiyi yuxudan ayıldıqda, özünə gəldikdə )
hərdən Çina ilə telefonla danışır, və bir neçə dəfə də, elə həmən texnikumdan dostlaşdığı Şöhrətin təkidi ilə, Şöhrətgilə qonaq gedir.
( Əslində, sonralar cavan oğlanı, evlərində kirayə yaşayan tələbə oğlanlardan bir neçəsi, öz yaşadıqları doğma el-obalarına, ( Azərbaycanın, başqa gözəlliklərə sahib olan, gəzməli-görməli məkanlarından heç də, geri qalmayan guşələrinə və heç bir yerlə əvəz olunmayan ) doğma yurdları olan, regionlara dəvət edib aparsalar da, cavan oğlanın ən çox xoşuna gələn yer, məhz Quba idi )
Qubanın əsrarəngiz, onun üçün tayı-bərabəri olmayan meşələrində, təbiətlə tez-tez təmasda olur və kənd yığıncaqlarında, qonaqlıqlarda və toylarında bir-iki ağız oxumaq üçün, mehribanlaşdığı və xətrini çox istəyən kənd uşaqlarının istəyi ilə, dəvət edilirdi, cavan oğlan da, hər işi olduğu kimi,
( Ümumiyyətlə cavan oğlan, əgər bu işi öhtəsinə götürmüşdüsə, kimliyindən asılı olmayaraq və hər hansısa görəcəyi işdən asılı olmayaraq, gördüyü işi, içdən edirdi hər zaman )
bu işi də, səmimi qəlbdən, həyəcanla, məsuliyyətlə və məmnuniyyətlə edirdi.
Zaman bir neçə,
(amma, bir o qədər də,hədsiz dərəcədə məna kəsb etməyən)
hadisələrlə, və əlbətdə ki, öz axarı ilə belə ötüb keçir, və tətil vaxtı sona çatır.
Cavan oğlan, saat: 13-14 radələrində dərsdən çıxıb, evə gedib özünə, yemək hazırlayıb yedi və bir-iki saatdan sonra, bir stəkan çay süzüb qarşısına qoyub, televizora baxmaq üçün, elə yenicə divanda əyləşmişdi ki, qapının- ( quş cəh-cəhi səsli ) zəngi çalındı.
O an, nədənsə, qəfldən içində bir boşluq yarandı və bu azmış kimi,
(səbəbini düşündüyündə isə heç bir səbəb olmadığı üçün də,)
müəyyən qədər, həyəcan gəldi bu cavan oğlana.
Fikiri avtobusda qalan cavan oğlan, qalxıb getdi qapını açmağa.
Qapını açdıqda isə, Fərhad müəllimi görüncə,
( bu arada, bir neçə saniyə )
bir az da, həyəcanlandı ki, görəsən dərslərdən və ya hansısa müəllimlərdən şikayət etdiklərinə görə, narazılığını bildirmək üçün, atasına, şikayət etməyə gəlibmi?!
( deyə düşünərkən, anidən )
Amma, həm özünü aparmağına görə, həm də, müəllimlərdən heç birinin, narazı olmadığını bildiyinə görə, bir az, öz-özlüyündə, pıçıldayaraq, daxilən özünü sakitləşdirərək,
– Salam,
buyurun keçin Fərhad müəllim,
xoş gəlmisiniz.
( Cavan oğlan, O, cümlədən də, başqa bir neçə tələbələr, Fərhad müəllimin, həm, bir direktor müavini kimi, həm də, bir insan kimi, təvəzökar olduğu üçün, xətrini çox istəyirdilər )
Fərhad müəllim dedi:
-Salam,
yox çox sağ ol
-atan demişdi ki,kirayə ev axtaran olsa, bizim ünvanı verərsən,
mən də, həm, qızların əmisi və babası ilə əlaqə saxladığıma görə qızları mənə əmanət etdikləri üçün, həm də, atanı tanıdığıma görə, yükləri çox olduğuna həm də, qız uşaqları olduqlarına görə, yüklərini özüm öz maşınıma yığıb, gətirəsi oldum.
-Hə,indi gəl mənə kömək elə, qızların yüklərini boşaldaq,
( bu söhbət əsnasında, cavan oğlan hələ küçəyə çıxmamışdı və Fərhad müəllim də, düz qapının qarşısında, dayanmışdı )
Cavan oğlan:
-Yaxşı oldu deyib, küçəyə çıxdıqda,
( heç vaxt düşünmədiyi, ağlına gəlməyən, hətta xəyalından belə keçirmədiyi mənzərə ilə rastlaşır və )
özünü, sözün əsl mənasında itirir.
Bir anlıq nə edəcəyini və haradan başlayacağını bilmir, ta ki,
( sonuncu dəfə avtobusla yola saldığı saatın sahibəsinin, onların evində yaşayacağını düşünərək )
gördüyündən sonra, sevinc qığılcımları yaranana qədər.
Gətirdikləri yüklərini tam yerləşdirdikdən sonra, dünyada, söz ilə heç bir izahı olmayan şok vəziyyətində, ətrafdakı hər yerə sükut çökmüş halda, divanda əyləşdilər və heç birinin dili söz tutmurdu.
Və bir neçə gün beləcə, danışıqsız, utancaqlı, və həm də, həyat eşqinin qığılcımları çıxan gözlər ilə, biri-birilərinə baxan bu iki ( sonradan hər kəsin həsəd apardığı )gənclər, Bu məqamları həmən zamanlarda, heç biri layiqincə dərk etməsə də, amma, bu hissləri cavan oğlan, öz-özlüyündə düşünərək, heç vaxt və heç bir kimsə ilə bu həyəcanı keçirmədiyinə əmin idi, və əlbətdə ki, belə bir məqamların, Allahın böyük bir lütfü olduğunu, layiqincə olmasa da, öz yaşına və düşüncəsinə görə, hiss edir və elə, belə də, olmasına inanırdı.
Atasız olan bir qız özünə ata, özündə, həmişə çox istədiyi olan lakin, ən əsas nəyinsə çatışmadığını düşünən, özünün tamamını tapdığını düşünürdü.
İki gənclər üçün, zaman beləcə, bilavasitə ətraflarındakı, onların və onları sevən hər kəsin də, ürəyincə olan bir həyat yaşanırdı.
Ailələrdəki nəzərə alınmazlığın və bəzi narazılıqların ucbatından, cavan oğlan qızı, rayonda yaşayan qohumlarıgilə qaçırmaq məcburiyyətində və son çıxış yollarının, qalmadığını qıza bildirir və səhəri gün,
( hələ köçürülməzdən əvvəl, aeraport bazarı deyilən, Binə-Sədərək yarmarkası olan alış-veriş mərkəzinə, qız özünə gödəkcə ( kurtka ) alacağını bildirir və aldıqdan sonra da, elə oradan da, rayona gedəcəklərinə, qızı bir təhər də, olsa, razı edir )
Gedib Kürdəmirə çatdıqda, cavan oğlan özü oralı olmasa da, amma orada qohumları yaşadığını bildirir və avtobusdan enib, ac olduqlarına, havanın da, çox soyuq olduğuna həm də, belə bir günün həyatlarında ilk dəfə baş tutduğuna görə, elə, dayısıgilə gedən yol ilə üzbə-üz olan, maşın yolunun əks tərəfində, restoranların birində əyləşib, cavan oğlan əvvəlcə samovar çayı sifariş edir və
– Sonra menyuda olan yeməklərdən, hansını istəyirsən sə, sifariş edək gətirsin ye, deyə, qıza deyir.
Qız isə: – Sən yemirsən ki?
deyə,soruşduqda
Cavan oğlan:
( Baxmayaraq ki,səhər avtobusa minən vaxtdan, bir tikə də olsa, heç nə yeməmişdi )
– Mən toxam, işdaham yoxdu, sən yanımda olandan sonra, inan ki, qətiyyən başqa heçnə istəmirəm.
( Əlbətdə ki, tamamilə qidasız da, olmaz – amma, həqiqətən də, insanın ruhu, qəlbi və cismi tamamlandıqda, hər şeydən və hər kəsdən razı olur, rahat olur və özünü, dünyanın ən varlı, hər şeyə həm sahib, həm də, hər şeyə qarşı tox hiss edir. )
( Belə bir insanın, necə tox olmadığını zənn etmək olar?!.)
Oğlan,
( yemədiyi halda, qızın da, nə isə istəməyəcəyini bildiyi üçün, həm özünün də, orqanlarının qidaya ( vitaminə ) ehtiyacı olduğu üçün )
ofisiantı çağırıb, yüngülvari yemək üçün bir-iki şey sifariş edir.
Sifariş etdikləri gəlir, yeyib, samovar çayından bir neçə stəkən də, içdikdən sonra qalxıb, yollanırlar bir neçə metr məsafəlikdə yerləşən, dayısıgilin evinə.
Dayısı rusiyada yaşadığına görə, gecə vaxtlarında-iki azyaşlı oğlu və anası olan evə, heç vaxt qonaq gəlmədiyinə görə, qapını dıqqıldatdıqda, anası narahat və qorxmuş halda:
– Kimdi, deyə soruşur,
Cavan oğlan isə, utana-utana da, olsa, Deyir:
– Bizik, Almaz xala narahat olma,
qapını açdıqdan sonra, cavan oğlanın yanındakı tanımadığı bir qızı görüb, şok vəziyyətində olsa da, hər şeyi izah etdikdən sonra, həm xəbərdar olur, həm də ki, heç cavan oğlan gözləmədiyi halda, xoş və normal qəbul edərək, bu iki cavanı, qarşılayır.
Səhəri gün, yaşca kiçik olan dayısı xəbər tutur və gəlir Almaz xalagilə, cavan oğlanın evləri ilə əlaqə saxlayaraq, məyyus görkəmdə:
– Atanın vəziyyəti yaxşı deyil, özünü itirib və yıxılıb! Deyir.
( cavan oğlanın atasının, bir gözdən əlil olması üçün də, bu addımına görə, etdiyi bu, narahatçılıq yaradan hərəkətinə görə, elə özü də, xoşhal deyildi )
Bir anlıq, cavan oğlan çəkilib bir otağa, ona hər şeyi bəxş edən, və ən əsası ruhunun, qəlbinin və vücudunun parçası, artıq ailəsi deyilə biləcək xanımı ilə,
– Bakıya qayıdaq? ya qayıtmayaq? deyə,
məsləhətləşir, az qala addımını belə necə atacağını öz xoşu ilə soruşacaq olan bir insan, necə başqa bir qərar verə bilər?!.
Qız: – Əlbətdə ki: sən məsləhət bilirsənsə, qayıdaq.
Qayıdırlar və evlərinə narahat halda gələn iki cavanlar, evə daxil olduqda, heç bir hadisə baş vermədiyini gördükdə,
artıq-aldandıqlarını anlayırlar.
Çətin də, olsa, bu məsələdən sonra, həmişəki kimi,
yəni: qız, bacısı ilə kirayəçi kimi, oğlan isə, bir tələbə kimi, yenə də, həyatlarını belə davam etdirməyə məcbur olurlar.
( baxmayaraq ki, qızın, pis xasiyyətli bacısı hər gün, ya tezliklə bacıma elçi göndərməlisən, ya da, mən evimizə zəng edib hər şeyi olduğu kimi danışacam, – deyirdi ) ( Oğlan hələ hərbi xidmətə getmədiyi üçün, və ailəsi narazı olduğuna görə, çox pis vəziyyətdə idi. Ona görə də, qızın bacısını sakitləşdirib, hərbi xidmətə gedib qayıtdıqdan sonra və ailəniz razı olsa da, olmasa da, bacını heç vaxt tək qoymayacam deyə, bu kimi fikirlərlə, tərslik etməmək üçün, əlindən gələni edirdi ki, təki evlərinə zəng edib nəsə deməsin, öz bacısını və oğlanın hər şeyi bildiyi, xanımını, gözdən salmasın )
Beləcə, bir neçə müddət keçir və heç gözlənilmədən, cavan oğlan, texnikumda hələ bir neçə il təhsil vaxtının qalmasına baxmayaraq, könüllü olaraq, hərbi xidmətə getməyə qərar verir.
Bu xəbəri, xanımına və evdəkilərə, tezliklə gedib qayıdıb, toy olmasa belə, elçisini göndərəcəyini deyir.
Çağırış vaxtı gəlib çatır və cavan oğlanı Biləcəriyə, yola salmağa aparır atası.
Cavan oğlan, xidmət dövrü, ilk vaxtlarda çətin olsa da, sonralar artıq öyrənir hərbi mühitə və bir gün çətin, bir gün asan, beləcə xidmətinin bir neçə ayı, geridə qalır.
Bir gün, əsgərlərə yat komandası verildikdən sonra,
Tabor komandirinin köməkçisi, gəlib cavan oğlanı yuxudan oyadır və
– Sənə şad xəbərim var adaş,
( cavan oğlanla komandirin köməkçisinin adı eyni olduğuna görə, biri-birilərinə adaş deyə, müraciət edirdilər )
komandirin mobil telefonuna evinizdən zəng ediblər, səni çağırırlar.
Cavan oğlan, geyimini tələmtələsik geyib, həyəcanlı və yaxşı mənada çox qəribə bir hiss keçirərək, birbaşa gedir komandirirn otağına, qapını dıqqıldadıb,
– deyir: Olar? yoldaş kapitan, komandirin artıq məlumatı olduğuna görə,
– Hə, gəl, al telefonu, sənə evdən zəng ediblər,
buyur danış.
Oğlan, çox sağ olun deyib həyəcanlı halda, bayıra, Taborun sol yan tərəfinə keçib, bir qıraqda həyəcandan əsən səs ilə,
-Alo deyib və kimin səsi gələcək deyə, gözləyir…
( hərbi hissənin Murov dağına yaxın olması və O, vaxt texnikanın indiki qədər inkişaf etmədiyinə görə, danışıq səsləri qırıq-qırırq eşidilirdi )
– Anidən, çox incə, çoxdan gözlədiyi və eşidildiyi an,
sakitləşdirici bir səslə: -Salam,necəsən, deyə bir səs gəldi.
Bu an bir anlıq, sanki öz dili, öz sözünə baxmadı cavan oğlan, səssizcə, dil-boğazı quruduğu üçün, udqunub bir təhər,
– Salam, çox sağ ol, sən necəsən, danış səsini eşidim deyə, cavab verir.
Əlbətdə, qız, oğlanın necə olduğunu, necə yaşadığını, nə yeyib içdiyini, yerinin rahat olub-olmadığını maraqlanır.
qız, suallar verərkən, oğlan, qızın səsində narahatçılıq olduğunu bildirsə də, amma qız, təkzib edir və hər şeyin öz qaydasında olduğunu bildirirdi.
Danışıq vaxtı bitəcəyindən, Oğlan, istədiyi qədər və verdiyi suala, aldığı cavab ürəyincə olmasa da, ən azından səsini eşitdiyinə görə, qəlbində pıçıldayaraq, Allaha şükür deyir və onun sağ-salamat olduğuna görə, sevinirdi.
Sözlərinin yarımçıq qalmaması üçün, məcburiyyət qarşısında sağollaşır və telefonu aparıb komandirə qaytarır.
Bir neçə ay sonra, cavan oğlan bir dəfə yenə də,
texnikalar olan boksa (Hərbi hissədən bir neçə kilometr uzaq olan) (qaraja) posta növbətçi çıxası olur, tapşırılan postda, qoruq çəkdiyi məqam səhərə yaxın, saat:5-7 radələrində, sanki kimsə qulağına pıçıldayaraq, və ya başqa bir sözlə, kimsə, hardasa narahatdır
(bu məqamda da,evdə yolunu gözləyən,həyatları tamamlanmayan xanımı ağlından keçir nədən sə,)
deyə,bir hiss keçirir.O,məqam-posta ora-bura gedib-gələrək,
( heç bir şey bilmədiyi halda, məntiqi tərəfdən, sənin yaxınlarına nə isə olub deyən birinin olmadığı halda)
– Nə olar ya Allah, ona heçnə olmasın, nə isə olacaq sa, mənə et ona heç bir şey olmasın deyə,
təkrarlaya-təkrarlaya, ağlına gələn ilk kəlimələrlə, həddən artıq narahat halda, hərəkət edirdi.
Həmən gün axşama kimi, nigaran halda, postu digər əsgərlərə təhvil verdikdən sonra, Tabora, hər kəs yorğun halda, öz yataq yerinə qayıdır və elə uzanan kimi də, yatırlar.
Həm, məsafə qaçışında öz bölükləri ilə birlikdə cavan oğlan qalib gəlmişdi, həm də, artıq məzuniyyət vaxtına da, az qalmışdı deyə, tez bir zamanda, evlərinə gedəcəyini və doğmalarını görəcəyini bilirdi və səbirsizliklə məzuniyyət gününü gözləyirdi.
Bir neçə gün sonra, məzuniyyət vərəqəsini ona gətirirlər çox sevincli halda, yoldaşları və komandirləri ilə sağollaşır, bir başa, çox böyük bir sevinclə, atasının, onu aparmaq üçün gətirdiyi, maşına doğru üz tutur.
Gəlib çatırlar evə, evdəkilərlə görüşüb söhbətləşib, və birdən oğlan anasına sual veirir, ana, O, hardadı,
Anası: – Qohumlarıgilə gediblər,
daha doğrusu, artıq bizdə deyil, qohumalrının evində yaşayırlar.
Oğlan, həm tamam hər şeydən məlumatsız olduğuna, həm də, xoşagəlməz xəbər aldığına görə, əhval-ruhiyyəsi korlanır.
Zəng edib görüş yeri və vaxtı təyin edir, və görüşəcəkləri yerə
( Ramanada, ( Babək qalası deyilən ) Qala yaxınlığındakı əraziyə )
gedir, hər bir avtobusdan düşənlərə, O, olacaqmış kimi, izləyir amma, bir saata yaxın gözləsə də, gəlib çıxmır.
Məyyus halda, kor-peşiman qayıdır öz məhəllələrinə, elə, həyət qapısına yaxınlaşıb zəngə toxunduğu an, arxadan sanki, kimsə onu çağırır və anidən geri dönüb baxdıqda, küçədə məhəlləyə dönən hissədə, doqquz mərtəbə binanın matorxanasının, daşla hörülmüş tikilisinin arxasından,
( Eynən filmlərdəki kimi )
( qapını açdığına görə, anası ONU görməsin deyə )
üzünü göstərir və əli ilə işarə edir, surprizlə qarşılaşmış biri kimi, cavan sevincli halda:
– Ana, mən qayıdası oldum, birazdan gələcəm
deyib, qayıdır geriyə və görüşüb, bir kənara çəkilib, uzun bir müddətdi görmədiyi, cavan oğlan üçün həyat eşqinin mənbəyi olan,
( Saf qəlbli, ay üzlü, sözün həqiqi mənasında, sözlə ifadə olunmayacaq dərəcəli bir – İnsan və Adam – ilə, özünü, bu dünyadan tamam uzaq bir dünyada hiss edərək, birinci sinifə gedən uşaqlar kimi )
Xanımı
( Eşq Təbibi )
ilə, həyəcanla,
– Salam
deyərək, yaxınlıqda evi olan, qohumlarıgilə istiqamət tutub, söhbətə başlayır
( Bir qohumlarının evində heç kəs yaşamadığına görə, evin açarlarını cavan oğlangilə vermişdilər. Cavan da, evdən çıxanda açarları özü ilə, götürmüşdü ki, həm, elə hər ikisi də, çox utancaq olduqlarına görə, insanların gözündən uzaq olarlar, həm də, cavan oğlan öz gülünü bir ildən artıq idi ki, qoxulamırdı, saçını oxşamırdı, gözlərinin içinə baxaraq qəlbini hiss etmirdi, O, nazik-incə barmaqlarına toxunmurdu deyə, düşünmüşdü ki, Cənnətdən, yeganə onun üçün göndərilən gülünü, saatlarla kimsəsiz olan otağın bir küncündə divanda uzanıb, doyunca qoxulasın, onu içinə çəksin deyə, insanlardan bir-iki saatlıq da, olsa uzaq olsunlar deyə, bu qərara gəlmişdi )
Evə çatıb içəri girdikdə, otağın sağ küncündə bir divankimi var idi.
Biri-birilərinə həsrət qalmış gül ilə bülbül kimi, bülbül gülün qoxusunu, saçının təbii rəngini, danışdıqca nəfəsindən gələn qiymətsiz ətirin iyini duyduqca, gül də, bülbülün anadangəlmə çatma qaşlarını, ( Bəhli göz dediyi ) gözlərini sezərək, sevib-sevişirlər.
Amma, O, anidən saata baxır və tez getməli olduğunu deyir, hazırlaşıb evdən çıxırlar.
Yol boyu – cavan ondan, necə yaşadığı barədə, yanında olmadığı müddətdə, qohum və yaxınlarının ona qarşı necə olduqlarını və niyə, qohumunuzgildə qalmaq qərarına gəldiniz və sizi buna kim, nə vadar etdi? deyə soruşub, sual-cavab edə-edə
– O, isə, həmişəki kimi, asta səslə, söhbət edə-edə gəlirdilər.
– Birdən, sakit səslə ağlaya-ağlaya:
– Sən getdikdən sonra, mənimlə heç kəs maraqlanmadı,
ən yaxın qohumların belə maraqlanmadı,
axtarmadı,
narahat olmadı deyə,
sanki, cavan gedəndən, heç danışmırmış kimi, ürəyini boşaltmağa adam axtarırmış kimi, danışır.
Ürək sızladan bir mənzərə yaranır,
yoldan keçənlər: –
Görəsən nə olub deyə,narahat baxışı ifadə edən baxışlarla, yanlarından ötüb keçirlər.
( hansı ki, məzuniyyətə evlərinə gələn cavan, ən çox xanımı üçün və xanımının xoş gündə olacağını, görmək fikri ilə gəlmişdi )
Cavan, ( körpə qəlbli )xanımını birtəhər sakitləşdirir, hər şeyin düzələcəyini və bütün həyatları boyu istədikləri kimi, xoşbəxt keçirəcəklərinə inandırmağa çalışır ( bir az sakitləşdikdən sonra ) xanımının gözünün yaşını öz ( əsən ) barmaqları ilə
( Cavan, üzdə biruzə verməsə də, onun kövrəlməsinə qarşı dözümsüz olub həmişə, nəyin ki, ağlamasına olsun )
( Ürəyi parçalanmış halda )
silərək yola salır, kirayə yaşadıqları qohumlarıgilə.
( Hər kəs istəyər ki, diqqət mərkəzində olsun, amma sözün həqiqi mənasında Cavan oğlan, hərbi xidmətə getməmişdən əvvəl də, yoldaşların, qohumların, onu nə vaxtsa, tək görsəydilər, O, yanında gördüyümüz qız hanı deyə, soruşduqca, tanıyan hər kəs maraqlandıqca, daha, artıq çox sıxılırdı, insanların, ona qarşı diqqət mərkəzində olan insanlar kimi, davranmaqları, sonradan daha çox sıxırdı onu )
Sonradan telefonla əlaqə saxladıqlarına görə, və xanımın, söhbətləri əsnasında danışıqlarının təəssüratına baxdıqda, cavan oğlan, hər şeyin tədricən düzələcəyini bilirdi.
( Amma sən demə, bu hələ ilk nümunə idi, başlanğıc üçü )
Məzuniyyət vaxtı Novruz bayramı ərəfəsində olduğuna görə, cavan oğlana, heç olmasa bayramın bir gününü
( xanımının da, olmasını arzu etsə də, bu dəfə onsuz )
evlərində keçirmək qismət olur.
Artıq, sabah Hərbi Hissəyə yola düşmək vaxtı olduğuna görə, imkanı çatan qədər bayram payından, əsgər yoldaşlarının paylarını ayrı-ayrı yığıb, hazır edir.
Səhəri yola düşürlər və gəlib çatırlar hərbi hissəyə.
Cavan oğlan, ailə üzvləri ilə sağollaşır və girişdən icazə alaraq, gətirdiyi bayram paylarını içəri keçirib, öz Taborlarına gətirir və hər kəsə ayırdığı payını verir.
Ayrıca olaraq, hərəyə şokolad paylayır və övladının olacağı ilə əlaqədar olduğunu deyir və
( Nəyə görə illah ki, bu fikirin yaranmasını tam dəqiq özü də, bilməsə də, amma sırf )
oğlunun olduğunu bildirir hər kəsə.
Elə bu xəbərdən sonra da, onu artıq, – Qoca – deyə, çağırırlar.
Bəzi vaxtlarda, döyüş səviyyəsini yoxlamaq məqsədi ilə, atəş hazırlığını yoxlamaq üçün onları poliqona aparırlar Və Qoca da, tuşlayıcı operator vəzifəsini layiqincə yerinə yetirməyə, atış göstəricilərini mükəmməl şəkildə nümayiş etdirməyə çalışır.
Axırlarda yay ayına təsadüf etdiyinə görə, çox vaxt əsgərləri, günəşdən qorunmaları üçün, demək olar ki, səhər yeməyini bitirdikdən iki-üç saat sonra, ta ki, axşam saat beşə-altıya kimi, Taborda olurdular.
Beləcə, bu Qoca bir neçə ayını, köhnə əsgər ( Dembl ) kimi davam edir və hərbi bilet almaq günü, hər kəs kimi, o da, sevinərək sıraya düzülüb, öz növbəsini gözləyir.
Cavan olan bu Qoca oğlanın növbəsi çatır, hərbi bileti alıb, yoldaşları ilə birlikdə Hərbi Hissədən çıxır gedir kəndin bir az aşağısında yerləşən tibb məntəqəsinə.
Orada rabitəçi kimi xidmət edən, bir əsgərlik dostluğu etdiyi Pərviz adında bir nəfər də, var idi. Az bir müddətdə, O, dərəcədə biri-birilərinin ehtibarını qazanmışdılar ki, bütün başına gələn hadisələri, ona danışmışdı, elə, Pərvizin də, həyatından xəbərdar idi cavan.
Evlərinə, hərbi geyimdə getmək arzusunda olduğu üçün, yeni aldığı hərbi geyimini, Pərvizin otağında dəyişib,
( eyni yaşda olsalar da, Pərviz bir neçə ay qocadan sonra getdiyinə görə, hələ ki, Pərvizin xidmət vaxtı bitməmişdi )
sağollaşıb, yola çıxır və bir neçə saatdan sonra gəlib evlərinə çatır.
Əvvəlcədən zəng edib, Yanvar ayının ikisi gələcəyini xəbər etdiyinə görə, evdəkilər də, cavan oğlanın gəldiyindən xəbərdar idilər.
İlk növbədə cavan oğlanı, anası həyət qapısının qarşısında, məhəllədə qarşılayıb,
( baxmayaraq ki, bir neçə ay əvvəl məzuniyyətə gəlmişdi, amma, ana üçün hər bir ay, bir il, bəlkə də, daha çox müddət kimi görünür )
görüşdükdən sonra keçir içəri, otağa daxil olan zaman, imkan daxilində, elə də, böyük olmayan, şərəfinə açılmış masa ətrafında əyləşmiş dayısıgil və ilk dəfə gördüyü cavan oğlanları gördükdə, öz-özünə elə fikirləşir ki, yəqin hansısa tanımadığı qohumlarının uşaqlarıdı.
Hər kəslə görüşüb əyləşir, söhbətləşir, yeyib-içmək və şadyanalıq olsa da, əlbətdə, yığışan qonaqların niyyəti və hansı səbəblə gəldikləri bəlli olduğuna görə, cavan oğlan da, məclisə uyğun əhval-ruhiyyədə olmağa çalışırdı, amma nəyinsə, sanki düz olmadığını
( hər nə isə yolunda olmadığını, hər kəsin onu aldatdığını, hələ öz evlərinə gəlib çatmamış, başqa bir sözlə, tamam yad bir yerdə imiş kimi hiss edir özünü, hərdən ( Onun, kirayə yaşadığı ) yandakı otaqdan, onu kimsə çağırırmış kimi, özü bunu anlamasa da )
və qəlbində qarışıq pıçıltı səsləri duyduğunu hiss edirdi.
Qonaqlıq bitir, artıq yatmaq vaxtı olsa da, bu naməlun fikirlər cavana, yatmağa imkan verməsə də, yorğunluqdan məcburən yuxuya gedir və səhəri gün, dünənki cavan oğlanların evlərində kirayə qaldıqlarını öyrənir.
Elə, həmən oğlanlar da, cavan oxuduğu, Bakı Sənaye Pedaqqoji Texnikumda ( İndiki Kollecdə ) oxuyurdular.
Bir tərəfdən xanımı haqqında heç bir məlumat olmadığı üçün sıxıntı çəkir, bir tərəfdən də, beş-altı oğlan olan yeni kirayəçilər yeni tanışlıq, sonralar, zaman-zaman bu cavan uşaqlarla, ev sahibi kimi deyil, bir qardaş kimi, mehribanlıqla davranır, onların dərdinə şərik olur, hətta ən anlaşılmazları olan Amil ilə də, dil tapıb onları, anlamağa çalışırdı.
Tək olduğu vaxtlarda isə,
( bir neçə gün, rəfiqələri ilə əlaqə saxlasa da, onlar da, – Onu axırıncı dəfə, rayona evlərinə getdyini bildiklərini, demişdilər )
əli heç bir yerə çatmayan,
( Allahın onu, özünün tamamlayıcısı kimi gördüyü xanımını görmək, onun haqqında hər hansısa bir məlumat öyrənmək istəyən )
biçarə insan kimi, axtararam, sonra ona bir ziyan olar, ən yaxşısı özü məsləhət bildiyi vaxt xəbər edər, deyə,
( belə hallara dözmək çox çətin olsa da, ona bir zərər olmasın deyə, gözləməli olduğunu )
düşünürdü.
– Bir gün, Yanvarın səkkizi bu cavan oğlan, evdə kirayəçi uşaqlarla söhbət edir, arada-bir aralarındakı, şıltaq olan İlqarı, uşaqların onu cırnatmalarına
( öz aralarında olan, hamılıqla qəbul etdikləri zarafatlara )
baxıb, deyib gülürdülər.
– Birdən ev telefonuna zəng gəldi, cavan oğlan
( Zəng edənin kim olduğunu bilməsə də, çoxdan bu zəngi gözləyirmiş kimi ) tez-tələsik gedib telefonu götürüb,
– Alo deyir, bir neçə saniyə səs gəlmir, bir-iki dəfə
– Alo
– Alo dedikdən sonra,
– Necəsən deyə, ( Heç vaxt unuda bilməyəcəyi ) bir səs gəlir.
( Cavan oğlan cavab verməlidi. Səs titrəyir, sözlər qarışıq vəziyyətə düşür )
Bir təhər özünü toplayıb,
– Çox sağ ol,
sən necəsən deyə, bir neçə saniyə ara verir, hazırlaşıb soruşmaq istəyəndə ki:
Niyə zəng etmirdin?
niyə özün barədə məlumat verməmisən heç kəsə?
evdə sənə ait nə varsa, niyə yığışdırıb aparmısan?
– O isə:…, daha məni axtarma, nə orda, nə də ki, rayondakı babamgildə.
Bu sözləri eşitdikcə, həyatın ən gözəl mərtəbələrinə yeni qalxmağa hazırlaşan,
( iki kəlimə ilə, iki dəqiqə ərzində ən azı iyirmi il qocalan bu )
cavan oğlan, qurudu ayaq üstə, telefon dəstəyini tutan əli taqətdən düşdü, bir anlıq sözün əsl mənasında, sanki, on səkkiz mərtəbəli binadan başı aşağı düşdü…
Telefonun dəstəyi titrək əlindən sürüşüb yerə düşür.
Rəngi solmuş, gözləri dolmuş, tamam başqa bir aləmdə olan cavanın bu halını görən uşaqlar,
– Sənə nə oldu, kim nə dedi, nə hadisə baş verib – deyə,
çox narahat vəziyyətdə, bitib-tükənmiş halda olan biçarə cavanın yanına qaçırlar…
Birinci hissənin sonu
Ardı var.

Müəllif: Zaur LAMƏKAN

ZAUR LAMƏKANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR LAMƏKAN – GƏLİŞİGÖZƏL

ZAUR LAMƏKAN – yazıçı.

GƏLİŞİGÖZƏL
(hekayə)
Hər bir halda,ümumilikdə İnsan-Adam olaraq bizi hər bir zaman, ən çox, həm narahat edən,həm də,nigaran saxlayan yeganə hiss,tam dəqiq əmin olmadığımız,cavabını tapmadığımız suallarla dolu olan,-Maraqdır!!!
Bu,sadəcə kitab deyil!
Böyük həyatın kiçik bir giriş qapısıdır.
Hər hərflərini oxududqca,hiss edərək daxil olacaqsan!.
Altı yaşım var idi,elə o,vaxtımdan mənə elə gəlirdi ki,irəlidə məni,arzu etdiyim və heç arzu etmədiyim nələrsə gözləyir.
Atam böyük vəzifədə işlədiyinə görə,gündüzlər vaxtı olmurdu deyə,məni hər gün ya anam,ya da,uşağı bağçada olan qonşular bağçaya aparıb gətirirdilər.
Uşaqlar oynayanda mən bir küncdə oturur,yemək yeyəndə, ya işdaham olmur,ya da,bir qıraqda tək yeyirdim. Yatanda isə,çox vaxt oyaq olur və nə isə fikirləşirdim.
Elə ona görə də, evə gələndə sanki, atamın əvəzinə mən getmişdim işləməyə,o qədər işləmişəm ki, işdən yorğun gəlmişəm.
Növbəti günlərdə də,həmişəki kimi,məni bağçaya aparıb gətirirdilər və bu hal, beləcə davam edirdi.
Vaxt gəldi,məni bağçadan çıxardıqdan bir neçə müddət sonra,birinci sinifə qoydular.
Bilmirəm,bəlkə də,atam həll etmişdi mənim məktəb sənədlərimi,bəlkə də,yox.
Birinci dəfə məni,məktəbə kimin gətirdiyini xatırlamıram.
İlk gün,hər oğlanı bir qız ilə oturtmuşdu müəllimimiz.
Birinci gün,Müəllimin də,kim olduğunu dəqiq xatırlamıram.
Yenə də,bağçada olduğu kimi,ya anam,ya da,mənimlə eyni sinifdə oxuyan,ya da,oxuduğumuz məktəbdə oxuyan uşağı olan valideyn aparıb-gətirirdi.
Artıq,iki ya da,üçüncü sinifdə oxuyurduq.Bir dəfə,sinif yoldaşım Saleh,tənəffüs vaxtı mənə dedi ki,gəl,dərsdən qaçaq?!…
hə,nə oldu,gəl də,
– mən,bəlkə də, ilk dəfə onda,o,kəlmədən (Evə çatanda, atam görərsə,atama,anam görərsə,anama hansı cavabı verəcəyimdən ) qorxdum. O dərəcədə qorxdum ki,hətta,qorxum üzümdə də,hiss olunurdu.
-Saleh: qorxdun? nədən qorxursan?! Uzağı bir şillə vuracaqlar sənə,vəssalam.
Bilmirəm nəyi fikirləşirdim?! nəyə görə fikirləşirdim?! amma onu,indi bilirəm ki,məktəb,dərs,sinif,uşaqlar, o qədər maraqsız idi ki, mən hətta bir şillədən belə qorxan adam,buna razı oldum və biz dərsdən qaçdıq.
Gəlib,evə çatandan sonra,nələr olduğunu xatırlamıram.
Bircə onu xatırlayıram ki,futbol topu kimi,atam döyüb anama ötürürdü,anam döyüb,atama ötürürdü.
Bilmirəm,bəlkə də,elə buna görə,xatırlamıram.
Qonşular evlərinə ərzaqlarını kağız paketlərdə,meyvələrini çəki ilə zəmbildə alıb gətirirdilər.Atamın pulu çox idi deyə,o,yeşiklərlə alıb gətirirdi.
-Bal,kürü və vitaminli meyvələr yediyimə görə,mənim yaddaşım çox güclü idi.
Döyüldüyüm günlərdən başqa.
Təxmini,beş yaşım olardı,qohumumuz bizə gələndə,mənə öz həyətlərindəki itlərinin balasını gətirmişdi.Bap-balaca,sarışın çənəsinin altından sinəsinə qədər ağ,qalan hissəsi sap-sarı idi. İlk dəfə idi ki,başqa bir canlıya toxunurdum.İtimi, elə,ilk dəfə əlimə götürdüyüm zamandan,adını Toplan qoymuşdum.
O itə,çox bağlanmışdım.
Onu,bir dəfə də,olsa,nə ac,nə də,susuz saxlamırdım,hətta,özümdən də,çox istəyirdim.
Bir dəfə açılıb,həyətdə işləyən ustanı, – bilmirəm,bəlkə də,pis adam olduğunu hiss etmişdimi,ya mənə toxunmuşdu deyə,ya da,ona qarşı kobud davranmışdı deyə, – dişləmişdi.
Mən,həmişə,hətta insanlara naməlum olan hisslərin,heyvanlarda və digər canlılarda olduğuna,əminliklə inanmışam.
Səhəri gün,məktəbimizdə olacaq tədbirə görə,koridorun axırında,solda,qapıdan aralı,gül dibçəyinin yanında, çox böyük səbrsizliklə atamın gəlməyini gözləyirdim.Tədbirin başlamasına on dəqiqə qalmış,ürəyimdə dedim ki,heç olmasa anam gələydi, amma,heç anam da,gəlmədi.
Müəllimlər dedilər ki,yəqin işdə olduqlarına görə,gələ bilməyiblər.
Bəlkə də,işdə deyildilər.
Bəlkə də,evdə idilər.
Billmirəm.
Amma,bunu dəqiq bilirəm ki,ondan sonra,məktəbimizdə dəfələrlə keçirilən müxtəlif tədbirlərdə,hər dəfə,digər uşaqların valideynləri gəlsələr də,mənim valideynlərim gəlmirdilər ya da,gələ bilmirdilər.
Və,dərs ilinin sonunda,amma,hətta tətil vaxtından əvvəl,artıq məni rayonda hansı qohumumuzun evlərinə aparacaqlarını müəyyənləşdirmişdilər.
Artıq tətil vaxtı gəlib çatdığında,axşam atam dedi ki,sabah hazırlaş,gedək rayona nənəngilə.
Səhər,xoruz banlayan vaxt,dan yeri təzəcə sökülürdü,yarı yuxuda,yarı ayıq vəziyyətdə qulağıma səs gəldi:
-Oğlum,qalx,qalx tez ol,geyin hazırlaş,gedək.
Mən də,yuxudan key kimi qalxar-qalxmaz,ilk öncə:
-Bəs Toplan?
Onun,suyunu-yeməyini kim verəcək?
Atam: -Oğlum,sən narahat olma,mən ya da,anan verəcək.
Toplanına yaxşı baxarıq,sən nigaran qalma,
tez ol,bir-iki tikə nə isə ye,bir çay iç, hazırlaş gedək.
Bir istəkan çay içib,bir az bal ilə yağ yeyib,çıxdım həyətə ki,
-Toplan oturaq vəziyyətdə,iki qulaqları da,yuxarı şəklənmiş vəziyyətdə mənə baxır.
O an,içimdə bir sim qırıldı sanki.
Qəlbimdə yaranan sıxıntını kimə izah edim deyə,cavabsız bir sual yaranmışdı.
Yaxınlaşıb,Toplanımın,üzünə baxaraq başını tumarladığımda, -O,sanki, mənə nə isə,
( qəlbindəkiləri hiss edirəm,sən məndən nigaran qalma get,amma,getməyini,istəmədiyini də,hiss edirəm,heç mən də,istəmirəm gedəsən )
demək istəyirdi
.Atam məni,-kövrəlmiş,hönkürtü ilə ağlayacaq vəziyyətdə,tam olaraq söz ilə izah olunmayacaq halda,Toplanımdan güclə ayırıb,maşına oturdu və özü keçib sürücü tərəfdə oturub,maşını işə salaraq,yola düşdük.
Bir saat yol getdikdən sonra,könlümü almağa çalışsa da,hisslərim fikirlərimi toplamağa imkan vermirdi ki,atam ilə,söhbət edək.
-Səbəbini bilməsəm də, amma,hiss edirdim ki,bu hiss,həmişəkindən fərqli bir hissdir.
İki saata,nəhayət ki,biz rayona,ordan da,yarım saata kəndə,nənəmgilə çatdıq.
Atam məni qoyub,özü də,yorğun maşın sürməmək üçün,bir gün qalıb,səhəri gün şəhərə qayıtdı.
Mənim,kənd yerinə getməyim,ilk dəfə olduğuna görə,bir neçə gün oranın havasına-suyuna öyrəşmək məcburiyyətində qaldım.
Bir neçə gün sonra,əmim dedi ki,sabah gedək balıq tutmağa.
Elə mənə də,maraqlı gəldi ki,görəsən balıqı necə tuturlar?! Nə edirlər ki,balıq gəlir?!
Səhəri gün əmim bir bel götürüb torpağı qazımağa başladı.
Soruşdm ki, -Əmi,balıq tutmağa gediriksə,torpaq qazımaq nəyə lazımdı?
Əmim: -qazıdığı torpağın altından soxulcanları çıxarıb dedi ki,
-Balığı,bunları qarmağa keçirərək tuturlar.
Keçirdiyim: stresi,hissləri,həyəcanı,məyyusluğu,( tərs adam və məni anlamayacağını bildiyim üçün,əmimə deməyin bir mənası olmadığına görə ) içimdə saxladım.
Kür qırağında,səssiz amma hərdən də,Quağ-Söyüd- ağaclarının yarpaqlarının səsləri ilə aldığım ruhani hisslər,məni müvəqqəti də olsa,biraz sakitləşdirmişdi.
Qayıdanda da,yolüstü,əmim, iri (Çəkil ağacı deyilən)ağacların ortasındakı dəlikdə quş yuvalarına əlini salaraq,əlli kiloluq un kisəsini,quş balalarının başını əli ilə üzərək doldurmaq istəyi o qədər idi ki,mənə də,necə etməyi öyrədərək,
-Hə,dayanma,tez ol,sən də,əlini sal,ağacın içindən yığ əlinə keçənləri.
Faydası olmağına inanmasam da,
-Ürəyim dözmədi,soruşdum:
– Əmi,bəlkə elə bunlar özləri anadılar?
Ya da,lap tutaq ki,bala da,olsalar,bəlkə bunların hələ ki,yeyilən vaxtı deyil?
bəlkə çox körpədilər?
– Əmim: Yox oğul,narahat olma,sən yığ gedək.
Belə,heç sevmədiyim işləri görən günlərim çox olurdu.
Gündəlik kənd həyatındakı işlərə hərdən kömək edir,gah sağol-larını qazanırdım.
Gah da,hərdən (böyüklərin dəcəllik edir-dedikləri)oyunlar oynayaraq günüm keçirdi.
Üç ay,yay tətili başa çatmaq üzrə idi.
Üç-dörd gün qalmış,atam gəldi məni aparmağa.
Elə,maşını ilə həyətə girən kimi,özü tərəfdə olan şüşənin aşağı saldığını görüb,heç maşından aşağı düşməmiş,tez qaçıb,yarım aşağı salınmış şüşədən başımı içəri salıb, soruşdum:
Ata,Toplanım necədi
– Atam:üzümə baxıb,sonra qapını açan tutacağından sıxaraq qapını açıb,addımını yerə qoyub maşından düşdü və məni qucaqlayaraq,
-Oğlum necəsən,necə keçdi istirahətin?
Bir tərəfdən nənəm,bir tərəfdən əmim gəlib atam ilə görüşüb-qucaqlaşdılar,hal-əhval tutub,yavaş-yavaş eyvana doğru irəlilədilər.
Əmim və atam eyvanda oturdular,nənəm də,onlara və özünə çay süzərək,gəlib oturdu onların yanında və (Sanki,mən heç bir sual verməmişdim atama) söhbətlərinə davam etdilər.
Amma,bu dəfə özü ilə bir nəfər də,gətirmişdi ki,gedəndə maşını o sürsün.
Deyəsən atam çox tələsirdi,deyə,ona görə də,bir-iki saat söhbətləşdikdən sonra,
-Yola düşməliyik dedi və qalxdı ayağa.
Nənəm və əmim,
-Heç olmasa bu gün qal,sabah gedərsən,
desələr də,atam,işi ilə əlaqəli olduğuna görə,bu gün qayıtmalı olduğunu bildirib,sağollaşıb mindik maşına və yola düşdük.
Yolda da,atam ilə o,gətirdiyi adamla söhbət etmələrinə baxmayaraq,arada fürsət düşən kimi,Toplanımın necə olduğunu soruşsam da,cavab vermirdi,başqa şey haqqında danışırdı.
Nəhayət,getdiyimiz vaxtdan,biraz tez gəlib çatdıq evə.
Həyətə girən kimi,
-Toplan- deyə,səsləndim
amma,səsi gəlmədi.
Həyətin künc-bucaqlarını axtardıqdan sonra,Həyətin ortasında,yarpaq-ot-çiyarların arasında,həyətimizdə heç vaxt olmayan iri nə isə gördüm.
Yaxınlaşdıqca,uzaqdan görünən saraltı,içimi qəhərləndirirdi.
Yaxınına çatanda,
-çarəsiz vəziyyətdə,hərəkətsiz, ölmüş bədənini görəndə,
mən,həmin an,ilk dəfə
-Ruhən öldüm.
Və deyəsən,elə həmin an anlamışdım ki,arzu etmədiyim sürprizlərdən biri budur.
Sanki,ruhsuz,quru,soyumuş və bu dünyadan ayrılmış,amma hərəkət edən bədənim:
titrəyən qollarımı yarpaqlar altında qalmış Toplanıma tərəf uzadıb,heç vaxt ağlamadığım kimi,gözlərimdən yaşlar ard-arda süzülərək (taqətim olmasa da,onu torpağa tapşırmalı olduğum üçün)bir təhər özümdə güc toplayıb,qollarım üstünə qaldırdım.
Evimizin arxasında olan kiçik torpaq olan tərəfə gedib,Toplanımı bir kənara qoyub,gözümü,gözü açıq vəziyyətdə uzanan ən sadiq dostumdan çəkmədən,bilmirəm necə və nə vaxta qazıdığım çala,artıq hazır idi.
Mənə hər zaman sadiq olan bir varlıq ilə,həmişəlik vidalaşmaq vaxtı gəlib çatmışdı.
Könülsüz,ruhsuz bədənindən belə ayrılmaq istəmədiyim dostumu,qazıdığım çalaya uzatmalı idim.
Mən artıq bunu etməli idim.
Özümdə bir təhər təpər tapıb,
-Dünyanın ən sadiq dostunun,barmaqlarım ilə ehmalca,çox həssas sığal çəkərək,gözlərini yumdum.
Dözə bilmədiyimə görə,özüm də,gözlərimi yumub,Toplanımı qazıdığım çalaya uzadıb,üstünü də,torpaq üstünə tökülməsin deyə,nəzik dikt parçası qoyduqdan sonra,hər bir ovuc torpağa, gözümdən süzülən yaşlarla örtürdüm üstünü.
Ölüm səbəbini,sonralar bildim ki,atam,dəvət edildiyi qonaqlıqlardan,anam da,ya qonşularla söz-söhbətlərdən ya qohum-əqrəbagilə gedib-gəlmələrdən vaxt tapa bilməmişdilər.
Bir neçə müddət bu halın təsiri altından çıxa bimədiyimi valideynlərim də,hiss etdiklərinə görə,
-Mənim,nəvazişə,fikir yayındırmaq üçün hansısa,mənə daha maraqlı olan nə isə etmələrini gözlədiyim halda,
bir dəfə atam məni yanına çağırıb,dedi:
-Oğlum,bu gün Gülarə müəllimə ilə danışdıq,sən sabahdan,məktəbə gedib-gəldikdən sonra,həftənin üç günü onun yanına hazırlaşmağa gedəcəksən.
Dostumun ölümü,ondan sonra yaşadığım streslərin təsirindən ayılmamış,ən yaxın doğmalarım olan valideynlərimdən gözlədiyimi deyil,gözləmədiyim bir xəbəri eşidən an,beynimi toplaya bilmədiyim bir vaxtda,heç,təəccüblənə də,bilmədim.
Sanki, -qurumuş halda,başqa bir sözlə,robot kimi
-Hə,yaxşı-dedim və keçdim öz otağıma.
Növbəti gündən ehtibarən,məktəbdən evə gəldikdən sonra,məktəbli geyimimi dəyişmədən,çantamı qoyub,bir dəftər və bir qələm götürüb birbaşa,Gülarə müəlliməgilə gedirdim.
Atam, məni tək hazırlaşdırması üçün,pul ödəyirdi deyə,mən,Gülarə müəlliməgilə gedib-gələndə,digər uşaqları görmürdüm.
Hər dəfə məktəbə gedib-gələndə,mənim də,elə bacım-qardaşım və elə mehriban,qayğıkeş,fədakar ailəm olmasını arzuladığım,-bir bacı-bir qardaş və Bağçadan xatırladığım,iki əkiz qardaşlar var idi.
Onları,hər dəfə,atası aparıb-gətirirdi məktəbə.
Kənardan gördüyüm o,sevgiyə,diqqətliliyə paxıllıq etmirdim amma,bunları mən, hiss edərək yaşamadığıma görə, dözə bilmirdim.
Sanki,içimdə bir səs deyirdi ki,
-Get arxalarınca,get,ən azından kənardan seyr et ki,sənin də, əslində,valideynin övladına qarşı diqqət etməyin,laqeyd olmamağın necə olmasından,o,sevgidən,sənin də,xəbərin olsun.
Dərsdən çıxan kimi,baxmayaraq ki,bu gün həftənin üçüncü,yəni hazırlığa getməli olduğum gün idi,amma,sevgisizlik məni,o dərəcədə bürümüşdü ki,artıq,nə hazırlığa getməmək, nə də evə gec getmək qorxusu gözümə görünmürdü.
Əlimdə göy rəngli məktəbli çantam,
ensiz qısa,üzərində Azərbaycan bayarğının şəkili olan,qara rəng qalstukum da,salllana-sallana düşdüm bu,atalarının əlindən tutaraq,deyib gülə-gülə gedən bacı-qardaşın arxalarınca.
Onlar,üzü parka tərəf gedirdilər.
( 1990-cı illərdə )
Park ilə məktəbin arasında,
mənim,hər gün həyəcan keçirərək,tək gedib-gəldiyim sıx ağaclar olan yerə yaxınlaşanda,
ataları istiqamətlərini dəyişib,biraz yol uzansa da,digər yol ilə getdilər.
Onsuz da,əvvəllər də,hər dəfə mən o,( Saqqallı,rus,ya da,başqa dildə danışan kişilər,evsizlər orda yeyib-içirdilər,özlərinə yer düzəldib,elə orada da,yatırdılar)
Qorxunc meşə -adlandırılan yerdən,tək gedib-gəldiyimdə,onları heç vaxt o yoldan gedib-gələn görməmişdim.
Mən də,o yola çatanda,gözləyirdim ki,bəlkə kiminsə valideyni keçər,ya da,başqa bir kimsə keçər,mən də,onun yanı ilə gedib-keçərəm,o,saqqallı bədheybətlərə oxşayan insanların yanından.
Amma bu dəfə,bacı-qardaşın hesabına,o yoldan gedəsi olmadım və elə,ürəyimin birinci rahatlığı bu idi.
Parka çatdıqda, -Sanki indi mən də,onlar ilə birlikdə oynayıb,şad hisslərimizi bölüşəcəkdik
amma,sadəcə olaraq,mənə bunları kənardan izləmək olardı.
Digər uşaqlar kimi də,yaxınlaşıb onlar ilə oynasaydım,atası o qədər yaxşı adam idi ki,narazılıq edəcəyinə inanmırdım,amma,həm məndə olmayan onların o,xoşbəxtçiliyinə maneə ola bilərəm deyə,həm də,kiminsə mənə yazığı gələr deyə,yaxınlaşmırdım.
O xoşbəxtliyi kənardan izləsəm də,sanki,ruhən onlarla birlikdə o hissləri duyurdum.
Xoşbəxtlik hüceyrələri o dərəcədə oyanmışdılar ki,mənə özgə olan onların atası,artıq,mənə də,doğma kimi gəlirdi.
Elə bil yatmışdım,anidən ayldım ki,
mən artıq bir neçə vaxtdır ki,burdayam,fikirləşdim ki,evə çatanda,gec getdiyim üçün haram edib,burnumdan gətirməsinlər deyə,yola düzəlim və,
-Heç olmasa bu dəfə,o,qorxunc yol ilə getməyim
-öz-özümə danışa-danışa,
-Bu gün gördüklərimə görə,yolumu uzatmağa dəyərdi.
Parkın ətrafı ilə üzü yuxarı qalxıb,çay daşları düzülmüş yolun sol tərəfi ilə gedib evə çıxdım.
Evə çatanda anam,
– əlində yun çubuğu,oturub məni gözləyirdi.
Həmən gecə,yalnız sağ tərəfim üstə yata bildim.
Çünkü demək olar ki,(sağ tərəfli olduğum üçün,yalnız sağ tərəfimi qoruya bilmişdim)bədənimin hər tərəfi göm-göy idi.
O gündən sonra,hər dəfə dərsdən evə gəlib,paltarlarımı dəyişən zaman,köynəyimi-şalvarımı çıxaranda,bədənimin göynəltisindən gözlərim yaşarırdı.
Əvvəllər anam məni döyəndə,axşam atam evə gəldiyində,buna müəyyən qədər narazılıq edirdi, amma sonralar,bəlkə də,işinin çox olduğuna görə,evə yorğun gəlir,(hərçənd ki,çox vaxt qonaqlıqlardan gəlirdi deyə,tox gəlirdi)yemək yemədən ya bir çay içib yatırdı,ya da,arada ailə daxili bizə də,vaxt ayırmaq məqsədi ilə,işdən tez gələndə,bizimlə eyni süfrə arxasında yeyib-içib yatırdı.
Səhəri də,mən məktəbə getmək üçün tez oyanırdım deyə,atamı görmədən gedirdim məktəbə.
Məktəbdən gələndə də,hər gün olduğu kimi eyni vəziyyət olurdu.
Və beləcə illər ötürdü.
Artıq yay tətili gəlib çatmışdı amma,bu dəfə atam məni kəndə nənəmgilə aparmadı.
Bir dəfə axşam atam işdən gəldi,maşını saldı həyətə,evin qapısını açıb içəri girəndə mənə baxıb gülümsəyərək,dedi:
-Oğlum,sənə şad xəbərim var.
Mənə anam da,nə isə deməmişdi deyə, heçnədən xəbərim olmadığına görə,soruşdum ki:
-Ata,nə şad xəbərdi bu?
atam:
-Oxuduğun məktəbdən sənədləri götürüb,verdim yeni məktəbə,bu məktəb həm də,evə yaxın olduğuna görə,sənə rahat olacaq gedib-gəlmək.
Düzü,biraz sevindim.
Ən əsas,o,qorxunc yerdən bir daha keçməyəcəyimə sevindim.
-Bu məktəbin evimizə daha yaxın olduğu üçün,dərsdən çıxanda,atam məni,daha bundan sonra aparmağa gələcək, -deyə, çox sevindim.
Yay tətili o qədər də,maraqlı keçmirdi.
Çünkü atam,hər gün qonaqlıqlarda olurdu.
Anam da,həmişəki kimi,yaxınlıqda yaşayan qohum-əqrəba və ya qonşularla söhbət etmək üçün ya yığışıb bizə gəlirdilər,ya da,anam onlara gedirdi.
Adətən mən, evdə tək qalırdım.
Atamın,digər qohumlara nisbətən maddi imkanı yaxşı olduğuna görə,qohumlar,onların uşaqları bizə tez-tez gəlirdilər.
Bu dəfə evdə tək qalmayım deyə, -anam,getməzdən əvvəl xalam oğlunu bizə çağırmışdı.
O məndən yaşca böyük olduğuna görə,ona daha çox inanır və dediklərinə qulaq asırdım.
Əvvəllər o bizə gələndə,adətən arada-bir həyətə çıxıb,bir az sonra-qayıdırdı.
Həmişə fikirləşirdim ki,bu niyə belə tez-tez gedir ayaqyoluna?!
Bu gün isə,gələndən hələ həyətə çıxmamışdı.
Maraqlı kinoya baxırdıq,bir az keçdikdən sonra dedi:
-Get mənə ordan külqabı gətir.
Mən də,qalxıb tez gedib bir külqabı gətirdim,soruşdum ki:
-Bunu neynirsən
-O:Siqaret çəkəcəm deyib,
bir siqaret də,mənə uzatdı ki: -götür,yandır.
Donub yerimdə qaldım,dilim topuq vurdu.
Mən:-
mən heç vaxt siqaret çəkməmişəm.
Özün çəkirsənsə,çək amma mən çəksəm,məni atam öldürər.
O: -Narahat olma,bir-iki yarpaq çeyniyərik,nə iyi qalmaz,nə də,kimsə bilməz.
Həm də ki,sən kişiləşmək istəmirsən?
Mən də,həvəslənib siqareti əlindən alıb yandırdım,
bir tüstü alar-almaz ( sonralar anladım ki,mən elə həmin gün,- tək siqareti deyil,həm ömrümün bir neçə illərini,həm də,öz ciyərlərimi yandırdım ) o saniyə,otaq başıma fırlandı,gözlərim qaraldı,çox qorxdum,amma heç,xalam oğlunun vecinə də,deyildi.
Əksinə,deyirdi ki:
-Qorxma,bir tüstü də,al,öyrənəcəksən,məndə də,belə olmuşdu,
birinci dəfə hamıda belə olur,
qorxma.
Amma mən,həm çox gərgin,həm də,çox qorxmuş vəziyyətə düşmüşdüm.
Tez,əlimdəki siqareti yerə ataraq, həyətə qaçıb,ağacdakı yarpaqlardan ovucla qırıb,ağzıma doldurub tez-tez çeynədim ki,anam gələn vaxta qədər iy qalmasın.
Anam və atam gələn vaxta qədər,artıq heç bir iy qalmamışdı.
-Bir neçə müddət sonra,məktəb vaxtı başladı və mən yeni müəllimlər və uşaqlarla tanış olacağam deyə,həm də,məni atam aparıb-gətirəcək deyə,çox sevincli halda,məktəbli geyimlərimi geyinib,çantamı götürüb,atamın otağına icazəsiz girməmək üçün, qaçdım həyətə maşının arxa qapısının qarşısında dayanıb,atamın gəlməyini gözləyirdim ki,anam qapıdan boylanıb dedi:
– Maşın xarabdı deyə,atan maşınsız gedib işə,get dərsə,axşam atan işdən gələndə qapını açar oturarsan,nə qədər istəsən qurdunu öldürərsən.
Bəlkə də,ilk dəfə deyildi, deyə, -təəccüblənmədim amma,çox sarsıldığımı hiss etsəm də,nə isə demək istəmədim və yenə də,həmişəki kimi,tək gedəsi oldum məktəbə.
Məktəbdə yeni müəllim və müəllimələr,yeni sinif yoldaşları ilə tanışlıq çox xoş təsir bağışladığına görə,ən azından,məktəbdə olan zaman unudurdum bütün bu olanları.
Elə əvvəl də,olduğu kimi,bu gün də,məktəbə tək getdim.
Qayıdanda,yolun kənarında dayanan bir kişi məni yanına çağırdı:
-Qaqaş,sağ ayağımın dizində sınıq var deyə,çox gəzə bilmirəm.
Mənə bir siqaret alıb gətirə bilərsən?

– Mən:
(əslində,həm atam,tanımadığın adamla danışmaq olmaz,dediyinə görə,həm də,on yaşım olmağına baxmayaraq, (Mən sonradan anladım ki,hər gün evdə atam ilə anamın dava-dalaşlarından sonra) ruhən keçirdiyim sarsıntılardan-streslərdən sonra,tanımadığım adamlardan qorxduğuma görə,istədim ki,yoluma davam edim amma,mənə,
– Nə tərbiyəsiz uşaqdı,çağırdım,heç cavab da,vermədi – deyə,
fikirləşər,ona görə də,dayandım)
Bəli,
əlbətdə dayı,
pulunuzu verin gedim, alım-gəlim.
Pulu kişidən alıb,üzü dükkana tərəf gedə-gedə,öz-özümə:
-birdən məndən soruşdu ki,
A bala,siqaret çəkirsən?
-nə cavab verərəm deyə,düşünürdüm.
Siqareti alıb-gətirib,(həm, kişi fürsət tapıb soruşmasın deyə,həm də,qorxumdan,kişidən tez uzaqlaşım deyə) tez verib,
-Dayı sağ olun – deyib,
həyəcanlı vəziyyətdə iri addımlarla yoluma davam edib,gəlib evə çatdım.
Ondan sonrakı günlərdə,məktəbə gedib-gələndə hərdən ətrafa boylansam da,o kişini daha bir də,görmədim.
-(Hər məktəbə gedib-gəldiyimdə,hər dəfə yadıma düşəndə,fikirləşirdim ki,bəlkə də,onu küçədə görən sonuncu adam,mən idim,bəlkə də,o artıq dünyasını dəyişib,yoxdur.)
Bilmirəm,bəlkə də,onun mənə siqaret aldırması,mənim gələcəyim barədə düşünməyim üçün bir siqnal idi.
Bir neçə müddət keçdikdən sonra,həmin o kişinin ölüm xəbəri,qonşudan-qonşuya, bizə də,gəlib çatdı.
Qonşu arvadlarla anamgil danışanda,mən də,eşitdim.
Eşidəndə çox pis oldum bu xəbərə.
(və hətta,bilmirəm nəyəsə görə,mənə psixoloji olaraq da,təsir etmişdi o kişinin ölüm xəbəri)
Axşam oldu,atamın gələn vaxtı idi.
Qaralmış havada,küçənin o başından atamın maşınının işıqlarından tanıyırdım,amma bu dəfə gələn,başaq bir maşın idi,gələn maşın atamın deyildi.
Rəngi bilinməyən biraz da,iri görünən maşın,mənə yaxınlaşanda,siqnal verib,yanımdan keçib küçənin bu birisi tərəfindən dönüb,üzü qapımıza tərəf dayanıb başladı siqnal verməyə.
Mən tez qapını açıb,girdim həyətə,elə mənim arxamca kimsə,qapını üzü içəri tərəf sıxıb:
-Qapını aç görüm deyəndə,
atamın səsinə oxşatdım deyə,
soruşdum:
Ata sənsən?
Hə, a bala,görmürsən gəlirəm,qapını niyə bağlayırsan?
qapını açıb,atamla salamlaşıb dedim:
– Ata,maşının hanı-
atam:
a bala,o boyda maşını görmürsən?
-Deyəndə ki,ay ata,mən sənin maşınının işıqlarından tanıyıram,bu sənin maşının deyil axı
atam uca səs ilə gülüb dedi:
-Oğlum,bu maşını təzə almışam, – mübarəkdi de görüm.
Sevinicimdən az qala,göylərə uçum
-tez maşının yanına qaçıb,qapısını açıb oturmaq istəyəndə,atam,qışqırıb dedi:
Ay bala,gəl keç bu yana,sabah mən işə gedəndə,gəlib baxarsan.
Mən: (Həm kövrəlmiş,həm də,alçaldılmış qəlbim tək, çox alçaq səs ilə) dedim:
-yaxşı ata.
Sabahsı gün,mən maşının qapısını da,açmadım.
Çünkü mən, atamdan əvvəl oyanıb gedirdim dərsə.
(bəlkə də,atam müdir olduğuna görə,biraz gec gedirdi işə)
Qayıdanda isə,hava qaralmış olurdu.
Sabah bazar günü (İstirahət günü) olduğuna görə,bəxtim gətirmişdi.
-Həvəs ilə,qaçaraq gəlib atamın otağının qapısını biraz tıqqıldatdıqdan sonra,atamı qucaqlayıb,üzündən öpüb çağırdım ki:
Ay ata,dur gedək maşının qapısını aç, maşına minək.
Atam: gözlərini açıb,başını yasdıqdan bir azca qaldırıb,çox acıqlı sifət ilə:
-Qalx rədd ol burdan!
İmkan ver,yatım!
Çox böyük bir peşimançılıqla,öz otağıma qaçıb,döşəyimin üstünə üzü üstə uzanıb,yastığı başımın arxasına bərk-bərk sıxıb,hönkürtü ilə ağladım.
Amma,həmişəkindən fərqli olaraq,bu dəfəki səssizlik mənim diqqətimi çəkdi və elə ağlaya-ağlaya, əvvəllər mən ağlayanda,anamın
-nə oldu ay bala,
niyə ağlayırsan?
nə oldu sənə birdən-birə
-desə də,
(əvvəllər mənim ağlamağıma reaksiya versə də,mən böyüdükcə,deyəsən mənə qarşı olan,lap çox,hər şeydən çox ehtiyacım olan,sevgiləri,nəvazişləri,qayğıları,istiqanlılıqları,getdikcə kiçilirdi,daha da,azalırdı.)
bu dəfə,heç anamın da,səsini eşitmədim deyə,bu da,bir tərəfdən daha pis təsir etdi mənə və buna görə də,özümdən asılı olmayaraq,biraz da,bərkdən ağlamağa başladım.
Elə,belə,axşama kimi -pərt olmuş,sınmış,ruhən incimiş halda, qəlbimin sınmış simlərinin səsinə qulaq asa-asa yuxu tutmuşdu məni.
(Sabahları,səhərin şehini,dan yerinin sökülməsinin xüsusi gözəlliyini,mənim kimi qəlbi incimişlər üçün günəşin boylanmasını yaxşı ki, Tanrı yaradıb)
Səhər oyananda,dünənkiləri xatırlamırdım.
Sanki,heç elə bir şey olmamış kimi,yatağımdan qalxıb atamı soruşdum
-anam isə:
tez ol,əynini geyin məktəbə get,yoxsa gecikərsən -dedi.
Mən də,həmişəki kimi,məktəbli paltarımı tez geyinib,bir istəkən çay içə-içə,bir-iki tikə çorək yeyib,getdim məktəbə.Məktəbdən qayıdanda,anam dedi:
-Paltarını dəyiş,gəzmək paltarını geyin,gedirik.
Gəzmək sözünü eşidəndə,çox sevindim,mən ürəyimdə artıq,cavabsız suallarla dolu olan, planlar cızırdım.
(atam görəsən bizi hara aparacaq,hansı parkda gəzəcəyik,mənə nə alacaq)
Atam da,buna görə işdən tez gəlmişdi evə.
Atam soruşdu ki:
hazırsız?
Anam:
hə,hazırıq, -dedi və üzü maşına tərəf gedib,arxa qapını açıb dedi gəl otur,sonra da,özü oturdu.
Atam qapını açıb oturanda,soruşdum ki:
-Ata,olar? mən qabaqda oturum
-atam:
yox,olmaz!
Otur ananın yanında.
Heçnə demədim və başımı aşağı salıb,gedəcəyimiz yerin hara olduğunu həyəcanla gözləyirdim ki,tez çataq,görüm atam bizi hara aparır,bəlkə,sürpriz etmək istəyir deyə,mənim anlamamağım üçün belə danışır mənimlə.
Bir saat yol getdikdən sonra,atam maşını bir məhəllənin arasına döndərib,yaşıl dəmir qapının qarşısında saxladı.
Amma,dəmir qapının üstündə böyük bir zəncir var idi.
Maşından düşdükdən sonra,atam,maşının arxa tərəfindəki binanı göstərib dedi:
-Bu binada bilirsən? kim yaşayır
-dedim:yox.
Atam:
Sənin dayıngil yaşayır bu binada.
Soruşdüm ki:
-ata,bəs,evdə olanda anam, – gəzmək paltarını geyin,gedirik dedi axı.
Atam:
-Hə düzdü,
biz də gəldik.
Bir də,soruşdum ki:
-Bəs biz parka,ya da,hardasa gəzməyə getmirik?
-sən mənə sürpriz hazırlamamısan?
Atam:
-Sanki mən,dünyanın ən gülməli lətifəsini danışmışdım,
-başladı qəh-qəhə çəkib gülməyə və elə gülə-gülə də,dedi ki:
-Oğlum,
nə park,
nə gəzmək,
nə sürpriz,
-bu gün dayıngildə ad günü üçün,kiçik qonaqlıq var,buna görə sizi gətirmişəm ki,yeyin-için.
Qəlbimdə olanlar,elə qəlbimdə də,qaldı.
Fikirləşdim ki,bəlkə,qonaqlıqda daha maraqlı şeylər olacaq?!.
Mən,ilk dəfə idi ki,başqa evdə keçirilən qonaqlığa gedirdim.
İçəri girdik,gələn qonaqlar ilə,bir-bir salamlaşıb-qucaqlaşdıq,amma,orada olan böyüklər mənim üzümdən öpən vaxtı,diqqətimi,evdə dayımın oğlundan başqa bir uşağın olmaması çəkdi və elə qapının qarşısında ikən,hələ ayaqqabımı çıxarmamışdım,istədim dayım oğlunu da,səsləyim ki, – gəl düşək aşağı həyətdə gəzək,burda uşaq yoxdu,bura böyüklərə aitdir- elə bu dəmdə,
atam:
A bala,nə gözünü zilləmisən?
ayaqqabını çıxar gəl otur ananın yanında.
Onsuzda,atam məni çağırmasa idi,mənə sadəcə olaraq, öz-özlüyümdə aşağı düşüb,gəzmək fikiri qalacaqdı,çünkü,nə atam,nə də,anam mənə heç bir yerə getməyə icazə vermirdilər.
Başımı aşağı salıb,ayaqqabımın iplərini açıb,keçib oturdum anamın yanında, və hamı kimi,mən də, -anamın, mənim qarşımdakı boşqaba çəkdiyi yeməyi,yeməyə başladım.
Artıq,gəldiyimiz vaxtdan bir neçə saat keçmişdi,atam və bir neçə yanında oturan qohumlar qalxdılar ki,eyvanda siqaret çəksinlər.
Hava da,artıq qaralmışdı.
Beş-on dəqiqə keçmişdi ki,işıqlar söndü.
Masanın üstündəkiləri çox çətin görmək olurdu.
Dayımın həyat yoldaşı və bacısı bir-iki ləmpə yandırıb,masanın ortasına qoydular.
Dayımın həyat yoldaşının qardaşı,hələ qalxmamışdı ayağa.
Elə o,oturduğu yer tərəfdən,şüşəni qaldırıb lap kiçik stəkənə süzüb,mənə tərəf uzadıb,qalın,yorğun biraz da,xırıltılı səs ilə:
-Al,
götür iç, dedi.
Qoxusunun,xoşagəlməz, çox pis olduğunu hiss etdiyimə görə,-Soruşdum ki:
-Dayı bu nədi-
Xeyirli şeydi,iç,dedi.
O,lap balaca stəkəni ağzıma tərəf yaxınlaşdırdıqca,burnuma, (Anam işdən gələndə,balaca-balaca şüşələrdə gətirdiyi ağ rəngli suyu,soyuducuya qoyub,həmişə deyirdi ki,buna əl vurmaq olmaz,bu içmək üçün deyil.Bir dəfə də,işdən gətirdiyi həmin balaca şüşələrdən biri,əlindən düşüb sındı və indiki kəskin qoxu bütün evə yayıldı)balaca şüşədəki suyun qoxusu gəldi.
Dedim ki:
-Dayı,anam bu ağ suyu içməyə icazə vermir axı?!…
-Nə varki burda,
sənin yaşında olanda,mənə də,süzüb vermişdilər mən də, içmişdim,
iyləmə,
çək başına,-dedi.
Mən də,dediyi kimi,iyləmədən,çəkdim başıma.
Dilimdə,boğazımda,qarnımda çox acı və dəhşətli bir yanqı hiss etdim.
-Görəndə ki,Udqunanda,az qala qaytarım
-başqa bir stəkənə də,yaşıl rəngli limonat süzüb,
-tez ol,bunu da,iç,yaxşılaşacaqsan, -dedi.
Bir neçə dəqiqə keçdikdən sonra,biraz özümə gəldim və məni,bir şey düşünməyə vadar etdi:
-Anamın-yanımızda ola-ola,heç bir narazılıq etməməsi.
Bir az sonra,atam,
hazırlaşın,gedək-deyib,
qara mil-mil pencəyini geyinib,qapıdan çıxıb bizim gəlməyimizi gözləyirdi.
Anam da,dayımın həyat yoldaşı və digər bacıları ilə görüşüb,öz qırmızı paltarını geyinib,sonra mənim paltarımı geyindirib ayaqqabısını da,geyinib qapıdan çıxanda,mən də,anamın arxasınca çıxırdım ki,
atam qolumdan yapışıb,
-A bala,ayaqqabıların hanı sənin,
acıqlı səs ilə-niyə ayaqyalın çıxırsan deyib,bir şillə vurdu.
Atamın məni,başqalarının yanında vurması, məni çox pis təsirləndirib və məyyus etsə də,
mənə qadağan olunmuş o,ağ suyu içdiyimə və bundan atamın xəbəri olmadığına görə biruzə vermədim.
Çünkü,həm özümü günahkar hesab etmək hissi var idi içimdə,həm də,ağlasaydım,ağzımdan iyi hiss edəcək deyə,məni daha pis döyər,bəlkə də,öldürərdi deyə,fikirləşdiyimə görə,qorxumdan səsimi də,çıxarmadım.
Gələ-gələ maşında da,cismən olmasa da,bəlkə də,heç özü də,fərqinə varmadan,ruhən,ən sərt sözləri ilə şillələdi məni.
Biz evə çatanda,artıq gecə çökmüşdü.
Arzuolunmaz qonaqlığın səhəri,yenə həmişəki kimi,yuxudan oyanıb,yatağımdan tələsik qalxıb,bir stəkən çay içə-içə bir-iki tikə çörəyin üstə yağ-balı yeyib bitirdikdən sonra,qara,qısa qalstukumu boğazıma keçirib,getdim məktəbə.
– Sonralar da,o,qonaqlıqda olan xoşagəlməzlikləri,atama demədim.
Və, beləcə bir neçə il keçdi.
Gün,ay,il,elə tez keçirdi ki,hərdən,kaşki biraz da,böyüsəydim,deyirdim amma,yox,həm də,böyümək istəmirdim.
Məhəlləmizdən bir küçə aşağıda yaşayan,çox yaxşı,böyüklərlə və uşaqlarla çox gözəl rəftar edən bir kişi,bir dəfə,öz yaşıdı ilə söhbətləşən vaxt,bir söz işlətmişdi.
-O demişdi:
Kaşki mən heç böyüməyəydim,uşaq qalaydım.
Bu söz,mən hərdən,kaşki tez böyüyəydim deyə,düşünəndə,hər dəfəsində,sanki,indi yanımdadı və o sözü yenidən dedi qulağıma.
Artıq,2000-ci ilin yay tətilidir.
Mən artıq çox böyümüşdüm.
Atam Tovuz rayonuna, iş yoldaşlarından birinin toyuna getmişdi.
Avqust ayının istisi bir tərəfədən,dənizə yaxın yaşadığımız halda,dənizə getməmək,hər hansısa istirahət guşəsinə həsrət qalmaq sıxıntısı da,bir tərəfdən məni çox sıxırdı.
Bu dəfə özümə dedim ki, -atamın məni,il ərzində bir dəfə harasa aparmasını gözləməyim daha bəsdir!
Təkbaşıma yola çıxdığımın ilk günü,-dayım uşaqları ilə Parkda söhbətləşib biraz gəzişərik deyə,dayımgilə getməyi qərara aldım.
Anama da,demədən çıxdım yola.
Qarşıma çıxan avtobusları,bir-bir saxlatdırıb soruşmaq istəyirdim ki,Karl Marks-a hansı avtobus gedir.Üç-dördündən sonra biri saxladı,soruşdum ki:
-Dayı,Karl Marksdan keçirsiz?
Sürücü:
Oğul bala,ora,ancaq Əzizbəyovdan
(İndiki Koroğlu Metrosundan)
işləyir avtobus
-gəl otur gedək,Əzizbəyovda düşüb ordan gedərsən Karl Marksa.
Mindim avtobusa,sürücüyə də, dayı çox sağ olun, -deyib,boş yerlərin birində oturdum.
Əzizbəyov metrosuna çatanda,sürücü dedi ki:
Oğul,deyəsən birinci dəfədi yola çıxırsan? –
Düş get,qabaqdakı yaşıl avtobusa min,amma,əvvəlcədən sürücüyə harada düşməli olduğunu deyərsən ki,yaddan çıxarıb,Karl Marks dayanacağını sürüb keçməsin.
Çox sağ olun deyib,avtobusdan düşən kimi,sürücü dediyi yaşıl avtobus tərəfə qaçıb,qapısının qarşısında məndən əvvəl minən adamları gözləsəm də,məndən arxadakıları elə bil kimsə qovurdu kimi,biri-birini itələyə-itələyə,orta boşdu deyə-deyə məni də,bu minvalla içəri sıxışdırıb mindirdilər.
Minən kimi,sürücünün üzünü sıxlıq olduğuna görə,görə bilməsəm də,eynən,əvvəlki sürücünün dediyi kimi,dedim,bu sürücü də:
yaxşı,
çatanda xəbər edərəm -deyib,
adam sıxlıqına görə qapıları bir təhər bağlayıb,yola düşdü.
Amma bu dəfə nəyinki oturmağa yer yox idi,hətta ayaq üstə sərbəst dayanmaq belə,çox çətin idi.Yol boyu,arada-bir düşənlər olurdu deyə,biraz boşluq yaranmışdı.Oturacaqlardan bir nəfər dayanacaqda enmək üçün qalxdı,elə bunu görən bir (20-25 yaşlı oğlan) nəfər,heç yanındakı yaşlı kişiyə də,macal vermədən tez gedib özünü yaydı oturacağa.Mən dayanan tərəfdə iki qoca baba və bir nənə dayanmışdılar.
Danışıqlarından belə bir söz eşitdim ki:
Bizim gələcək nəsilimiz bunun kimilərdisə, -MƏN- əldən getdi.
Düzü,bu sözü başa düşməsəm də,ən azından bildim ki,yaxşı bir söz deyil.
Əslində,heç mənim də,xoşuma gəlmədi o oğlanın hərəkəti.
Axır bir təhər gəlib,sürücü avtobusu əvvəlki dayanacaqlara bənzəməyən, Bənövşəyi rəngdə olan bir dayanacaqda saxlayıb,soruşdu ki:
Karl Marks dayanacağında düşmək istəyən sən idin?
Dedim: Bəli.
Dedi: oğlum,çatmışıq,düşə bilərsən.
-Çox sağ olun deyib,
yol pulumu verib düşdüm.
-Maşın yolunu keçib,üzü aşağı Azadlıq prospekti istiqamətində binanın qarşısındakı enli səki ilə,əsl, şəhərə ilk dəfə çıxan uşaq kimi,sağda-solda nə qədər yaşayış binaları və dükkanlar varsa,hamısına dəqiq baxa-baxa keçirdim ki,gələn dəfə yenə gələndə,tanımış olum və heç kimdən soruşmayım.
Evdən çıxmazdan əvvəl dayım oğlu ilə,ev telefonumuzla danışdığımıza görə,dayımgilin yaşadığı evə qədər üç-dörd tin dönmək lazım olduğunu bilirdim.
-İlk dəfə şəhəri gəzən,əsl görməmişlər kimi,içərisindəki satıcılarının üzünə kimi baxdığım dükkanların qapı rənginə qədər baxıb yadımda saxlamağa çalışırdım ki,ən azı qayıdanda heç olmasa yolu azmadan evə çatım.
Üç tin sonra,dördüncü tin ilə üzbəüz olan yolu keçib, -Blyard oyun salonu ilə üz-üzə gördüyüm binaya tərəf gedəndə,sol tərəfdən məhəllə uşaqları ilə Blyard salonundan çıxan dayım oğlunun səsini eşidib,dayanıb gözlədim ki,yoldaşları ilə sağollaşıb gəlsin,gedib biraz parkda gəzib söhbətləşdikdən sonra,qalxım dayım və həyat yoldaşı ilə də,görüşüb qayıdım evə.
Dayıoğlu gəldi,görüşüb getdik onlara yaxın olan, gözəl bir parka.
Bəlkə də,bundan da,böyükləri var idi amma,
bu mənim gördüyüm ən böyük park idi.
Söhbətləşərək biraz gəzib dolaşdıq və evə gecikməməyim üçün,tez qayıdıb lift ilə qalxdıq beşinci mərtəbəyə.
Evə girəndə,polis işləyən dayımın zəhimli sifətini görən kimi,özümü itirdim.
Elə, -ürəyimdə
öz-özümə: Birdən soruşsa ki:
kiminlə gəlmisən,ya da,evdə kimdən icazə alıb gəlmisən?
Nə cavab verəcəyəm
-elə bu dəm,dayım heç görüşməmiş:
-Bala,kiminlə gəlmisən -deyə soruşanda,
heç elə bil,bir-iki saat əvvəl heç kəsə demədən evdən,kişiləşib çıxan adam deyildim.
Dilim topuqlamağa başladı
:-Yoxee dayı,məən evdən qaçmamışam,
arxeyin ol,
qayıdanda atama deyəcəm
–demişdim ki, sözümü tam qutarmadan
-bir şillə vurdu.
Gözlərimdə şimşək çaxdı sanki.Özümdən asılı olmayaraq,gözlərim yaşardı və həm də,biraz da,əsəbiləşdim və qapını açıb birbaşa liftə minib,gəldiyim yola tərəf üz tutdum.
Həvəs ilə çıxıb,xoş hal ilə gəzə-gəzə,dükkançıların üzündəki təbəssümə baxaraq gəldiyim yolu,indi onların,təəccüblü baxışları ilə,ağlayaraq qayıdırdım həmən yolu.
–Evdən icazəsiz çıxdığımın doğru olmadığını,bilirdim amma böyüklər məni anlayar və bağışlayar, -deyə,düşünmüşdüm.
– İlk dəfə müstəqil,azad şəkildə,gəlib dayım və onun ailəsi ilə görüşüb qayıtmaq istədim amma,bu dəfə də,gözləmədiyim və arzu etmədiyim oldu.
Elə,bu halım ilə birlikdə,eynən gəldiyim istiqamətdə də,qayıdıb evə çatanda da,anam bir-iki şillə vurub,ardını da,gecə işdən gələndən sonra,atam davam etdirdi.
Baxmayaraq ki,mənim artıq on beş yaşım olmuşdu amma,yenə də,səhvim kiçik olanda da,böyük olanda da,əvvəlkindən daha pis döyürdülər məni.
Artıq,yay tətili bitmək üzrə idi,məktəbin başlamasına sayılı günlər qalmışdı.Yeni,məktəbli geyimlərim alınıb hazır vəziyyətdə masamın yan tərəfinə qoyulsa da, amma,-anamın yun çırpmaq üçün hazırladığı,nar çubuğunun və atamın şillə-təpiklərinin yerinin izi və ağrısı hələ getməmişdi.
Təxmini bir həftə keçərdi,altıncı günü axşam saat səkkiz-doqquz radələrində,anam qonşularla söhbətlərini bitirib gəldi evə və dərhal məni yanına çağırıb dedi:
-Məktəbin başlamasına iki gün qalıb,hazırlaşmaq vaxtıdı.
Masamın sol tərəfində olan qutunun içindən əlini salıb,iki bağlama çıxardı.
-Atan alıb bu şalavar-köynəyi,götür geyin,görək necədi,əyninə olur?
Mən də,şalvarı və köynəyi geyindim.
Anam:
qutunun bir küncündə qalan qara bir şey də,çıxardı
-Bəs bu qalstuku niyə taxmırsan?
-mən:
taxmaq istəmirəm demək istəyəndə,
-anam:
götür tax,
cəld ol,
özbaşınasan ki,taxmayasan?!
Məktəbin başlamasına iki gün qalmış,yenə də,əvvəllər olduğu kimi,yenə də,məni döyər,sinif yoldaşlarım əlimdə ya da,boynumda bir iz görsələr,mən nə deyərəm – deyə,
-yaxşı deyib, götürüb taxdım qalstuku boynuma.
Rəngi,əvvəlki qalstukum ilə eyni olsa da,amma bu dəfə,qalstukumun üstündə Azərbaycan bayrağının şəkili yox idi.
Ayaqqabımı da,geyindikdən sonra,anam soruşdu ki:
-şalvarın beli,köynəyin çiyin hissəsi,necədi
-ayaqqabın dar deyil?
sıxmır ki?
dedim yox,yaxşıdı.
Atam evdə idi.
Biraz sonra,atam da,çağırdı məni yanına.
-Biraz,qorxa-qorxa- qapısını tıqqıldadıb dayandım,gözlədim.
Dedi gəl,gəl otur.
Otağa girib, -Salam deyib,oturdum divanda.
Atam masanın üstündəki kağıza nə isə yazırdı və mən içəri girib divanda oturan kimi, qələmini yazdığı kağızın üzərinə qoyub dedi:
Daha böyümüsən,artıq budan sonra,hara getmək istəsən sənə icazə verirəm,
gedə bilərsən amma,mən evdə olmayanda,anana deyib gedərsən, -deyib,
əlini cibinə saldı və heç vaxt gömədiyim qədər pul çıxarıb,uzatdı mənə sarı.Həyəcanımı və təəccübümü gizlədə bilməyəcək dərəcədə,rəngim gah saraldı,gah qızardı.
Atam bu halımı görüb,başladı gülməyə və
– al,bundan sonra,məktəbdə və ya sinif yoldaşlarınla harasa gedəndə,nə vaxt ehtiyacın olsa,de.
Mən də,bu şok vəziyyətdən hələ özümə tam gəlməmiş,biraz ehtiyatla,bir az da,heç vaxt bu qədər pulum olmadığına görə,sevincdən barmaqlarım əsə-əsə əlimi uzadıb pulu götürüb,atamı qucaqlayıb çox sağ ol deyib,üzünün sağ tərəfindən öpüb otaqdan çıxıb,getdim öz otağıma yatmağa.
Sabahsı gün sinif yoldaşlarımla əlaqə saxlayıb saat 2-yə görüş vaxtı təyin edib,yığıldıq bir yerə.
İlk dəfə idi ki,atam mənə həm müstəqil harasa getməyə icazə verir və hər uşağın cibində olmayan qədər mənə pul vermişdi.
Çox sevinirdim,əhval-ruhiyyəm heç vaxt olmadığı dərəcədə yüksək idi.
Uşaqlara dedim ki: -gəlin,əvvəlcə gedək yaxşı parkların birinə,biraz gəzək,oturaq çay içək söhbətləşək,sonra da,qayıdarıq evə.
Razılaşdılar amma,hansı parka gedək? -deyə, məsləhətləşəndə,
mən utandığımdan heçnə demədim,çünkü mən heç bir parkı tanımırdım.
Dayımıngilə getdiyim gün,məni elə qarşılamasına görə,dayıoğlu ilə getdiyimiz park belə yadımda qalmamışdı.
Ruslan dedi ki: -mən tapdım,gəlin gedək Bakıxanov parkına.
Uşaqlar da,elə mən də,razılaşdıq,dedik gedək.
Orta gəzinti hissəsi ilə gedib,parka çatdıq.Parkda da,biraz gəzib,yolun kənarında olan binanın altındakı çayxanada iki-üç çaydan çay içib,söhbətləşə-söhbətləşə gəldik yol ayrıcına çatanda,sağollaşdıq,hərə öz evinə getdi.
Avqustun otuzbiri,səhər saat doqquz-on arası yuxudan oyanıb,fikirləşdim ki,məktəb yoluna yaxın yaşayan tanıdığım bir nəfəri də,gedib görüm,görüşüm.
Amma onu görməyimə o qədər də,əmin deyildim.
Daha doğrusu,keçən ilki məktəb vaxtında,yanaqları qırmızı bir qız görmüşdüm və ondan həqiqətən də,çox xoşum gəlmişdi.(Heç,rastlaşdıqda gülü qıza necə verməyin nə təhər olduğnu bilmədiyim halda)
Gələndə yolda,iri və gözəgəlimli kala gülü satan bir nəfərlə rastlaşdıq.Gülün,ən iri ləçəklisinin birini götürüb,qiymətini soruşdum:
-iki (İki Min manat) Məmməd deyib,
o da,soruşdu: – Cəmi birini alırsan?
-Bəli, deyib,götürdüyüm gülün pulunu verib,yoluma davam etdim.
Yanağı qızarmış qızgilin evinə gəlib yaxınlaşanda,elə o da,təsadüfən(bəlkə də,təsadüf deyildi)yaşadıqları məhəllədən bir tin o yandakı məhəlləyə rəfiqəsigilə getdiyini anlayıb,mən də,getdim arxasınca ki,məhəllənin sonunda adamlar olmayan bir yer olarsa,uzun-uzadı danışa bilməsək də,heç olmasa,salamlaşıb ona aldığım gülü verib qayıdım -deyə,fikirləşirdim ki,
anidən dayanıb,özü də,qaş-qabaqla üzü mən tərəfə, qayıtdı.
Mənə çatanda,heç Salamımı da,almadan,
-Mənimlə danışma!
Salam da,vermə!
O gülünü də,istəmirəm.
Qayıt,get! -deyib,
üzünü çevirib heçnə olmamış kimi,heç arxaya da,baxmadan yoluna davam etdi və bir-iki dəqiqə içində gözdən itdi.Mən də,həm məyyus olmuş vəziyyətdə,həm ona heç bir pisliyim olmadığı halda,mənə qarşı və aldığım gülə belə hörmətsizlik edərək,üzünü çevirib getməsinə görə,hirslənib,həm də,bu gülün bir mənası olmadığı üçün,hirs ilə yazıq kala gülünü çırpdım asvaltın üstünə,günahsız gül parça-parça oldu.Onun nəyə görə belə etdiyini heç cürə anlamadım və kor-peşiman qayıtdım evə.
Belə,xoşagəlməz,arzuolunmaz vəziyyətlərdə,evdəki dostum mənə yoldaşlıq edib,məni sakitləşdirir.
( Təcili, pul lazım olduğu üçün,qonşumuz pianolarını satan zaman,atam o pianonu mənə almışdı.)
Toplanımdan sonra,pianom ilə dostluq edirdim.
Piano üzrə təhsilim olmasa da,amma,hardasa bir musiqi eşidəndə və ya kimsə yanımda bir musiqi səsləndirəndə,həm göz,həm də,beyin yaddaşıma tez həkk olunur.
El arasında buna,fitri istedad da,deyirlər.
Mən dostumu sığallayıb-dilləndirir,o isə mənə musiqi səsləndirib məni sakitləşdirir və ruhuma ruh qatır.Pianoda,peşəkarlar kimi olmasa da,bacardığım musiqini ifa etdiyim zamanlarda,barmaqlarım elə piano dillərinin üstə gəzən vaxt,ən çox ehtiyacım olanı ürəyimdə fikirləşmişəm ki,heç olmasa bu gün ya atam ya da,anam, az da olsa,mənə qulaq assaydılar,özümü xoşbəxt hiss edərdim amma,hər dəfəsində atam:
Vaxtım yoxdu deyib yatmağa gedir,
anam da,səhər atanı işə yola saldıqdan sonra özüm də,işə getməliyəm,deyir.
Səhəri gün də,anam işdən gəldikdən sonra,həmişəki kimi,ya qohumlar ya da,qonşularla söhbətləşir,
atam da,işdən tox gəldikdə yatmaq vaxtıdır deyib yatırıq,ya da,atam yeməyini yedikdən sonra,sabah işə gecikməməsi üçün,yatmaq vaxtıdır deyib,yatırıq.
-Bütün bunlar,bu on beş ilimdə,hər şey yadımda qalan gündən sonra,yadımdadı ki,atam və anamın mənə qarşı və biri-birilərinə qarşı olan bu münasibəti elə-belə də,davam edib.
Amma bir tərəfdən də,xatırlayırdım ki,Onsuzda,qırmızı yanaq qızın ucbatından,bir çoxları kimi mənim də,çox xoşuma gələn Kala gülünü yerə atdığımda,ona deyil,yersiz və düşünmədən hərəkət etdiyimə görə,ən çox özümə hirsləndiyimdə,elə yolda ikən hələ evə çatmadan,yol boyu gələ-gələ də,fikirləşirdim ki,ən böyük səhv mənimdir və elə bu,daxili etirafa görə bir az da,öncədən sakitləşmişdim.
Bu gecə də,atam qonaqlıqda olacağını,gündüzdən zəng edib anama demişdi-deyə,həm də,səhər məktəbə gedəcəyəm deyə,atamı gözləmədən,gedib yatdım.
Səhər saat yeddi tamam,Sentyabr ayının on beşi,doqquzuncu sinifin ilk dərs gününə,çox həvəslə evdən çıxıb getdim məktəbə.Sinif yoldaşlarımı görmədiyim müddət,mənə bir il kimi,gəlirdi.
Sinif yoldaşlarımı gördükdə,biraz da,sevindim amma,məncə nə isə əvvəlki kimi deyildi.
İçimdə sanki,biri məlum digəri isə,mənə məlum olmayan iki hiss yaranmışdı.
Bilmirəm,nəyə görə,nə üçünsə anidən,uşaqlara bəlli etmədən
-Ürəyimdə Allahdan,hər şeyin öz qaydasında olmasını və mənə məlum olmayan hissin,xeyirli olmasını istədim.
Zəng səsləndi və hər müəllim-müəllimə dərs keçdikləri uşaqları ayırıb,sıra ilə düzüb siniflərinə apardılar.Biz doqquzuncuları da,axıra saxladılar.Tanımadığım bir müəllimə:
-Yeni sinif rəhbəriniz direktorun otağındadı,
səssiz dayanıb gözləyin,
birazdan gəlib sizi də,aparacaq öz sinifinizə -deyib, getdi.
Beş-altı dəqiqə sonra,cavan olmayan,balaca boy,ağbəniz,saçının da,bir hissəsi ağarmış,yeni gördüyümüz bir qadın direktorun otağından çıxıb üzü biz tərəfə gəlib,
-Salam uşaqlar-necəsiniz
Mən sizin yeni sinif rəhbərinizəm.
ilk tanışlığımızı sinifdə davam edərik – deyib,
bizi sıra ilə düzüb apardı sinifə.İlk gün idi həm də,sinif rəhbərimiz yeni idi deyə,bizimlə çox sorğu-sual etmədən,deyib-gülərək dərs vaxtının sonunda,növbəti gün üçün dərsləri izah edib,səhərki günə hazırlaşmağı tapşırmışdı ki,sonuncu zəng səsləndi və hamı sinifdən sıra ilə çıxaraq,hərə öz evinə yollandı.
Məhəllə uşaqları ilə də,münasibətim yaxşı idi deyə,atam,məhəlləyə çıxmağa icazə verən gündən, hər gün dərsdən gəldikdən sonra məhəllə uşalqarı bir yerə yığılıb,mən evdən çay gətirir,digərləri də,kimin nəyi varsa,kimisi Nərd,kimisi Domino,kimisi Lotto gətirir məhəlləmizdə düzəltdiyim söhbətgahda oturub çay içə-içə,deyib gülə-gülə oynayır,gəzməyə gedir,söhbətləşirdik.
Günlərimiz,vaxtımız elə gözəl keçirdi ki,adam,bu anların bitməsini itəmirdi.Axşamlar,valideynlərimiz evə çağıranda da,adam bu anları yarımçıq qoyub getmək istəmirdi.
Bir dəfə də,məhəllə uşaqlarından birinin doğum günü idi deyə,bütün məhəllə uşaqlarını,elə məni də, dəvət etmişdi amma,mən əslində,ad gününə,digər məhəllədən olan uşaqlar da,çağırmışdı deyə,getmək istəmirdim.
-Mən xasiyyət baxımından biraz kaprizli olduğum üçün,hər insanla tez dil tapa bilmir və ya hər insana tez uyğunlaşa bilmədiyimi uşaqlar bilsələr də,amma yenə də,israrla mənim onlarla birlikdə olmağımı istədikləri üçün,əvvəlcədən aldığım hədiyyəni də,götürüb getdim.
Əslində mən içəri daxil olduğumda,elə birincidən obiri məhəllədən gələn uşaqdan xoşum gəlməmişdi amma,bu məclis mənə aid deyildi ki,gələn qonaqları da,mən seçim.Öz məhəlləmizin uşağının doğum günündən geri qayıtmaq yaxşı olmazdı.Oturub yemək yedikdən sonra,səbəbkar beş-altı nəfərlik olan tortunu da,kəsib,çay gətirdi ki,anamın, mənim adıma bişirdiyi tort ilə çay içək.
Biraz sonra,qonşu məhəllədən gələn oğlan dedi ki,siqaret çəkək,sonra çay içərik.
Qonşu məhəllədəki oğlan,yuyulmamış çömçə kimi özünü ortaya atıb,sizə həm bahalı,həm də,çox xeyirli bitki dərmanı gətirmişəm deyib,cibindən,uzun yumuru kağıza bükülmüş siqaretə oxşar bir şey çıxardı.
Mən istəmirəm dedim.
Oğlan siqaretə oxşar bükümü yandırıb bir-iki tüstü çəkib,verdi mənə.
-Təəccüblə üzünə baxaraq dedim ki:
-Bu nə deməkdi?
Oğlan:
-götür çək,bu siqaret deyil, bahalı dərmandır,sadəcə olaraq bunun qəbul olunması belədir deyə,ona görə belə siqaret kimi çəkirik.
Açığı, tüstüsündən gələn qoxu çox fərqli idi və siqaret yandırılanda gələn qoxu ilə uyğunlaşmırdı bunun qoxusu amma,özlüyümdə fikirləşirdim ki,yəqin xaricdən gəlib,özü də,bahalıdı deyə,ona görə qoxusu da,belə fərqlidi deyə düşünərək,iki qullam çəkdim verdim uşaqlara,sonra onlar da,mənə ötürəndə iki qullam da,çəkdim.
O bükümü,sonra yenidən uşaqlara uzadırdım ki,birdən başım fırlandı,gözlərim qaraldı.
Bu hal,eynən,dayımgildəkini xatırladı mənə.
Mən,o oğlanın məni aldatdığını və öz məhəllə uşaqlarımın da,bundan xəbərləri ola-ola mənə demədiklərini,sonra anladım və bunu da,anladım ki,mənim başqalarına qarşı etmədiklərimi,-bunlar kimi -mənə qarşı edənlər,mənim dostum və ya yoldaşlarım ola bilməzlər.
Elə,o gündən sonra,oradakı uşaqlar ilə bütün münasibətlərimi kəsdim və hətta,onlar ilə üz-üzə gəldiyimdə yolumu dəyişərək mümkün qədər uzaq olmağa çalışırdım.
Sonralar,artıq dərsdən sonra və istirahət günlərində də,sinif yoldaşlarımla vaxtımı normal keçirirdim.
Bir neçə aydan sonra,məktəbdə dərsdən sonra bütün uşaqları məktəbin həyətinə toplayıb,danışmaq üçün sözü müdürəyə verdilər,müdirəmiz:
-Novruz bayramı ilə əlaqədar bayram keçiriləcək deyə,
bütün şagirdlər öz ata və anası ilə birlikdə gəlsinlər -deyib,
bizi evə yola saldılar.
Mən də,sevinə-sevinə gəlib evə çatdım və şadyanalıqla anama məktəb müdirəmizin dediklərini deyib,anamdan soruşdum:
ana gedərik?
-anamın bu xəbərə mənimlə birgə sevinəcəyini gözləsəm də,
anam,-yaxşı,axşam atan gəlsin deyərəm -deyib,qayıtdı öz otaqlarına.
Axşamı həvəslə gözləyirdim ki,bəlkə anam işdən yorğun gəlib,ya da,əhvalı yerində deyil deyə,gözlədiyim reaksiyanı görə bilməsəm də,atam sevinəcək bu xəbərimə.
Axşam saat doqquz-on radələri olardı ki,atam gəldi,mən də,bu xəbəri demək üçün sevincək halda qaçdım həyətə.Atam ilə salamlaşıb,heç maşının qapısını bağlamağa imkan vermədən,əlindən tutub dedim:
ata,müdirəmiz,Novruz bayramına görə,şənliyə sən və anam,ikinizlə birgə getməyi tapşırdı.
Atam heç,bu barədə nə isə fikirləşmirdi deyəsən.
Üzündəki ifadə,-mən buna nə cavab verim – deyə,sualına cavab axtaran bir mənzərə yaratmışdı mənim qarşımda.Artıq,mənə verəcəyi cavabın istədiyim cavab olmadığını hiss etmişdim.
Atam deyəsən sualına bir cavab tapmışdı və dilləndi:
-Oğlum,gedərik amma,səninlə mən,ikimiz gedərik -deyəndə,
-Mən: Bəs anam? – deyə,soruşdum
Atam:ananın işi var deyə,gedə bilməyəcək-deyəndə,
-Səndən əvvəl anama deyəndə,bu barədə mənə heçnə demədi axı
atam:yəqin yadından çıxıb, -dedi və səhər tez oyanmalıyam,gedək yataq deyib,keçdi öz otağına.
Mən də,cavabsız sual dolu beyinlə,getdim yatmağa.
Səhəri gün,atamdan aldığım alayarımçıq və həm də,şübhəli cavabı tamamlamaq üçün,fikirləşdim ki,bir də,anamla danışım.Qısa iş günü idi deyə,anam bu gün işdən tez gəlmişdi evə.
Anamdan soruşdum ki:
ana,sənin işin var idisə,dünən mən səndən soruşanda niyə demirdin ki,işim var?
anam:bayram günü mənim iş növbəm deyil həm də,əlavə başqa bir işim də,yoxdu deyib,başı ilə yataq otaqları tərəfə işarə edib,keçdi mətbəxə.
Atam qışqıraraq:
-ay qız çay nə oldu – deyəndə,
sakitcə mətbəxə keçib,asta səs ilə anamdan soruşdum ki:
Bəs bu gün atam işə getməyib?
Dedi: Hələ yox,birazdan gedəcək.
-Sən də,get hazırlaş məktəbinə get.
Atam əsəbi olduğuna görə,heç otağına girib heçnə demədən keçib otağıma,məktəb paltarlarımı geyinib,getdim məktəbə.
(Hər dəfə xoşagəlməz halda,və ya atam ilə anamın dava-dalaşından sonra,beynimdə yaranan ağrı və yarı pozulmuş-yarı pozulmamış psixologiya ilə evdən çıxanda,məktəbə çatana qədər yol boyu fikirləşirəm ki,indi gedəcəm ən çox hörmət etdiyim və ən çox sevdiyim Tükəzban müəllimənin dərsində,deyib-gülərək keçdiyi dərsdə,əhvalım yaxşılaşacaq və hər şey yaxşı olacaq.Arada,tənəffüs vaxtı sinif yoldaşlarım ilə söhbətləşəndə,ümumilikdə müəllimələrimizin kimin üçün daha yaxşı hansı müəllimə olduğunu sorğu-sual edəndə də,digər uşaqlar da,-ən yaxşı üç müəllimələrdən də, ən yaxşısının,Tükəzban müəllimə olduğuna,mənimlə razılaşırdılar.Bütün uşaqlardan da,ən çox mən,- əvvəlki müəllim və müəllimələrim barədə fikirləşəndə,öncəki illərdə bizə dərs deyən müəllimələrimdən,Tükəzban müəllimə kimi bir-iki müəlliməmin,yaxşı ki,bu il də,bizə dərs deməyinə, çox şad idim və belə bir müəllimənin bizdən nə vaxtsa ayrılmasını istəmirdim.) Düşünəndə ki,bu gün bizə rus dili dəsri deyən,ən çox istədiyim Tükəzban müəllimənin dərs keçəcəyi gündür,buna görə çox sevinirdim.
Dərs başlamaq üzrə idi,bir-iki dəqiqə keçərdi ki,zəng vuruldu və hamımız öz sinifimizə girib,oturduq.Dəftər-kitabı çıxarıb partanın üstünə qoyub,uşaqlar söhbət edirdilər.Mən isə,heç vaxt dərsə gecikməyən,Tükəzban müəllimənin gəlməsini gözləyirdim.
Qapı anidən açıldı və o saniyə uşaqların səsi kəsildi.Gələn başqa müəllimə idi.Həm tanımadığıma görə,birdən sual verməyim xoşuna gəlməz deyə,fikirləşdim,həm də,yeni müəllimə olduğuna görə,biraz çəkindim deyə,soruşmağa cürət edə bilmirəm, amma həm də,Tükəzban müəlliməmin nəyə görə gələ bilməməsinin səbəbini,sual verə bilmədiyimə görə də,içimdə sanki bir,narahatlıq vulkanı püskürürdü.Salamlaşıb,özünü təqdim edib uşaqlarla da,bir neçə kəlmə danışdıqdan sonra,axır və nəhayət ki:
-Tükəzban müəlliməmin oğlunun toyu olduğu üçün gələ bilmədi amma sabah gələcək -dedikdə,ürəyim sakitləşdi.Dərs vaxtı qurtardı və oğlanlarla bayıra çıxdıqdan sonra,hara gedəcəyimizi söhbətləşirdik ki,atası neft daşlarında işləyən Süleyman birdən dilləndi ki,gəlin sizi aparım yeni işlətdiyim çayxanaya.
Mən də,elə uşaqlar da,təəccüblə baxdıq Süleymana.
Əvvəlcə inanmadım, dedim ki:
Süleyman sən zarafat edirsən?
Süleyman:Gedək,baxın-görün mən zarafat edirəm ya yox.
Uşaqlardakı təəccübün və ürəklərində öz-özlərinə nə dedikllərini dəqiq bilməsəm də,amma mənim fikirləşdiyim bir şey var idi:
– Atasının,on beş yaşlı uşağa olan ehtibarı. –
Beynimdə,elə bu sual və təəccüblə də,getdik Süleymanın,bizim yaşıdımız,bizim sinif yoldaşımızın işlətdiyi obyektə.
Çatdıq,elə çatan kimi,
Süleyman: -Siz oturun,mən sizə Ədviyyatlı yaxşı bir çay dəmlətdirib gətirim-gəlim,söhbətləşərik.
Beş-on dəqiqə sonra Süleyman,əlində də,ətrafa yayılan çox gözəl ətirli iki çaydan çay gətirdi.Oturub söhbətləşməyə başlamazdan əvvəl,hamıdan qabaq birinci mən,içimdəki sualın cavabını tapmaq üçün,soruşdum ki:
-Süleyman,bəs sən dərsdə olanda buranı kimə tapşırırsan?
Atana?
-Dedi yox,
işçi ola-ola atama niyə tapşırım ki?!
Belə yerdə deyirlər:
-Evdə bişməyib-qonşuda görməyib,
Elə həqiqqətən də,içimdə əsl görməmiş hisslər və məyyusluq oyanmışdı artıq.
Axı mən,atanın oğluna bu dərəcədə ehtibar etməyini,oğluna bu qədər dəyər verməyini görməmişdim.
İçimdə,özü də,lap az yaşlarımdan başlayaraq yaranan məyyusluğun həddinin bu gün daha da,artması,məndə olmayan xoşbəxtliyin bir başqasında olması,məni üzmürdü.Məni üzən,bu qədər dəyərin,bu qədər xoşbəxtliyin və bu dərəcədə olan ehtibarın,nəyə görə məndə də,olmaması idi.
Bir neçə saat söhbətləşdikdən sonra,Süleyman ilə sağollaşıb qayıtdıq evə.
Biraz pianoda bir-iki musiqi ifa edib,qalxıb bir çay içib,gedib yerimdə uzandım,elə,bu gün gördüklərimi fikirləşə-fikirləşə yuxu tutdu məni.Bir də,atamın maşınının siqnal səsinə oyandım.
Atam maşını həyətə salıb,düşməyini, paltarlarını dəyişib çay içməyini gözləldim ki,sualımı verə bilim və verdiyim suala da,hirslənmədən cavab versin.
Yarım saat,qırx dəqiqə keçərdi ki,içəri girməzdən əvvəl səsləndim ki:
ata,gələ bilərəm?
Dedi:- hə,gəl.
İçəri girib,hal-əhvalını soruşduqdan sonra,elə, bir başa dedim ki:
-ata,mən bir obyekt götürüb işlədə bilərəm?
Atam üzümə elə baxdı ki,sanki mən mümkün olmayan,ya da,mənim heç bacara bilməyəcəyim bir iş haqqında nə isə dedim.
Atam dedi:
nə qədər ki,mənim canım sağdı və nə qədər ki,mən işləyirəm,sənin işləməyinə heç bir ehtiyac yoxdur.
-Yenə təzədən sual verdim:
ata,əgər ehtiyac olsaydı,sən mənə çayxana işlətməyi ehtibar edib icazə verərdin?
Atam:-gözlərini aşağı dikib,ehtiyac yoxdu dedim
və bu barədə söhbət belə gedə bilməz!
–yataq yerində oturub,corabını çıxarıb əli ilə işıqı işarə edərək:
-onu söndür sabah tez oyanmalıyam,özün də,get,yat! -dedi,
mən də,işığı söndürüb,suyu süzülə-süzülə getdim yerimə.
Nöbəti gün,Novruz bayramına görə təşkil olunan şənliyə,bir çox uşaqlar kimi,valideynlərimlə hazırlaşmalı idim amma,səhər saat altıdan oyanıb,mən kiminlə gedəcəyəm deyə,düşünürdüm və bunu düşünmək belə adamı sıxıntıya salırdı.Bu fikirlərin,içimdəki,cavabı tapılmayan sorğu-sualın təsiri altında,yatağımdan bir təhər qalxıb,gedib əl-üz yuyan yerdə üzümü soyuq su ilə yuyub,heç qurulamadan paltarlarımı geyinib,mən məktəb müdirəmizə nə deyəcəm,sinif yoldaşlarımın valideynləri yanında ola-ola,mən kiminlə oturacağam deyə,bu kimi çoxlu suallarla çıxdım yola.
Gəlib məktəbə çatanda,-valideynləri ilə birlikdə olan uşaqların üzlərindəki sevinci,fərəh hissini və heç vaxt görmədiyim xoşbəxtliyi görəndə,sanki,bir anlıq ayağımın altındakı torpaq soyudu,özümü çox tənha və kimsəsiz hiss etdim.Bunu görən məktəb müdirəmiz,məni yüksək səs ilə yanına çağırıb dedi:
-A bala eşitmirsən?
bayaqdan səni dörd dəfə çağırmışam,
bəs valideynlərin hanı
– mən:Birdən-birə yuxudan ayılmış kimi,özümü itirdim, tutuldum bilmədim nə deyim,
-bayrama görə rayona getdilər, -dedim.
kimisə aldatmağa və aldadana nifrət etsəm də,amma bu dəfə,bu vəziyyətdə,atam ilə anam gəlmədi deməmək üçün,məcburiyyət qarşısında qaldığıma görə yalan danışmalı oldum.
Müdirəmiz:
özləri getdilər,səni aparmadılar,
-tək qoydular evdə -deyib,
başını yellədib,pilləkanları qalxdı.
Mən həmin an,bilə-bilmədim ki,mənim yalan danışmağımı anladı və mənə inanmadığına görə elə deyib başını yelləyə-yelləyə getdi, ya da,ata və ananın,uşağı evdə tək qoyub getmələrinə görəmi?
hər halda,ikinci sualı mənə vermədiyi üçün və çıxıb getdiyi üçün,az da olsa,sakitləşdim.
Bu şənliyi də,beynim dolu fikirlər,qəlbim dolu acılar və şənliyə aidiyyatı olmayan əhval-ruhiyyə ilə,beləcə başa vurub,hər kəs dağılışdı öz evlərinə.
Mən də,gəldiyim yolu səhər necə gəlmişdimsə,elə,o vəziyyətdə də,qayıtdım evə.Evə çatıb,paltarlarımı dəyişib,çıxdım ki,biraz gəzim fikrim dağılsın az da olsa.Qatar yolunu keçmişdim ki,arxadan kimsə məni səslədi,çönüb arxaya baxdım ki,görüm kimdi məni çağıran-öncəki günlərdə sinif yoldaşlarım ilə birlikdə olan zaman gördüyüm oğlana bənzəyən bir nəfərin mənə sarı gəldiyini gördüm.Oğlan mənə tərəf gəlib çatanda,salam deyib soruşdu ki:
məni tanımadın?
Dedim: biraz tanış gəldin amma,tam dəqiq xatırlamadım.
Dedi:adım Rəşad-dı.
-Bir dəfə yaddındadı? sinif yoldaşlarınla görüşəndə mən də,onların yanında idim,sizinlə bir müddət oxuyub çıxan oğlan ilə gəlmişdim.
Sarı köynək geyinmişdim həmin günü,xatırladın?
Dedim: – hə,yadıma düşdü,xarici maşının da,var idi deyəsən
-Hə, – deyib,əlini mənim kürəyimə söykəyib o biri əli ilə,yolun o tərəfində olan çayxananı göstərib:
buyur gedək çayxanada oturub dərdləşək,
-yol gedirdin,yəqin susamış olarsan?
-Mən də,onsuzda bu olanlardan sonra,bu fikirləri beynimdən uzaqlaşdırmaq üçün gəzib-dolaşmaq,bir yoldaş olsaydı,onunla söhbətləşərdik,biraz yüngülləşərdim – deyə,
yola çıxmışdım.
Elə bu oğlanın da,rastıma çıxması yerinə düşdü.
Gedib oturduq,Rəşad çay süzdü,stəkənimə bir dilim limon da,atdı və başladı söhbət etməyə.
O,söhbət etdikcə,ona qulaq asa-asa diqqətimi masanın üzərindəki fərq çəkdi.
Bu fərq,bizim sinif uşaqları ilə həmişə oturub çay sifariş etdiyimiz masadan,qat-qat fərqli idi,çay süfrəsi olan masada,meyvə asartimenti,müxtəlif ləpələr,hind qozu,bal və qaymaqdan belə var idi.
Biraz ordan-burdan danışıb,nə işlə məşğul olduğumu soruşdu,dedim:
– Gördüyün uşaqlarla bir sinifdə oxuyuram.
Bəs,məktəbdən sonra nəsə bir iş görürsən?
-özünə xərcliyi-pul-paranı hardan alırsan?
haradasa işləyirsən?
MaşaAllah,cangüdənlərə oxşayırsan.
Sənə kənardan baxanda,adam elə bilir ki,haradasa yaxşı bir işdə işləyirsən
– Mənim üçün utancverici cavab olsa da,dedim
yox,işləmirəm,
mənə xərcliyi atam verir – deyəndə,
güldü və sonra yenə danışmağa başaldı:
-Mən sənin haqqında yaxşı söhbətlər eşitmişəm.
Dedim çox sağ ol,sən də,yaxşı yoldaşlıq edirsən.
Biraz əvvəl,səninlə görüşməzdən qabaq bərbad gündə idim,günüm çox pis keçib deyə,yola çıxdım ki,biraz gəzib-dolaşım,fikrim yayınsın,tanış uşaqlardan bir nəfərlə rastlaşsaydıq söhbət edib,dərdləşərdik deyə fikirləşəndə,sən çıxıdın rastıma,elə yaxşı ki,çıxdın rastıma,hər avara uşaqlarla dostluq etmirəm – deyəndə,
Sanki bu sözüm buna toxundu.
Birdən,məni səhv anlayar,sözlərimdən hansınısa ona aid etdiyimi fikirləşər deyə,
-narahat halda,bu sözlərimin sənə heç bir aidiyyatı yoxdu haa,
birdən,elə bilərsən sənə deyirəm,
qətiyyən belə fikirləşmə – deyəndə,
gülümsədi və əlini çiynimə qoyub dedi:
-narahat olma,
bayaq dediyim kimi,sənin haqqında,çox ehtibarlı və sadiq bir dost olduğunu danışırlar uşaqlar və bilirəm ki,
sən qəlbi təmiz adamsan,mənə deməzsən.
Həm də ki,mənə niyə deyəsən axı,mən çox asan bir iş görürəm amma,əvəzində bir çoxlarından qat-qat üstün qazanc əldə edirəm deyəndə,ürəyimdə -hə,bu ən birinci elə masanın üstündə olanlardan bəllidi deyə,öz-özümə düşünürdüm…
Hə,nə fikirləşirsən?,
sən istəməzsən ki,mənim kimi qazanc əldə edib,öz dostlarınla istədiyin yerə gedib, istədiyin kimi rahat istirahət edəsən?
İstəməzsən?
təkrar soruşanda,
Mən,cümləni bilmirdim hardan başlayıb,harda qurtarım.
Amma ən birinci,atamın-nə qədər ki,mən sağam,sənin işləməyinə ehtiyac yoxdu deməsi-qulağımda cingildədi.Mənə görə heç vaxt və heç bir kimsədən bu qədər görmədiyim canfəşanlıq ilə mənə qazanc əldə etmək üçün,iş təklif etdiyi üçün,Rəşada təşəkkür edib,dedim:
– Əlbətdə istəyərəm amma,atam icazə verməz deyəndə,yenə də,güldü və dedi:
Əgər istəməsən,atan və ya heç kim bilməz.
Belə bir iş mənə həm asan,həm qaranlıq və həm də,biraz ürkütücü olduğu üçün soruşdum ki:
Bu necə işdir ki,mən işləyəcəm amma,heç kəs bilməyəcək?
Gülümsündü və dedi:
narahat olma,iş çox asan və çox rahat bir işdir.
-Deməli:mən sənə flomaster verəcəm,sən də aparıb o flomasteri,dediyim adama satacaqsan.Pulunu alıb,gətirib mənə verəcəksən,mən də,hər ayın axırı sənə,iki yüz əlli min manat, maaş verəcəyəm deyəndə,
-Heyrətdən və həyəcandan istilik gəldi mənə,alnımdan tər axdığını görüb:
əlini-əlinə çırpıb bərkdən güldü və dedi:
Narahat olma,eynən mən də,sənin kimi həyəcan keçirmişdim bu qədər məbləği eşidəndə.İlk maaşın cibində olan zaman,bütün bunların hamısı keçib gedəcək və sən,əvvəlkindən də,yaxşı olacaqsan deyib,biraz işlərim var, indi mən getməliyəm,sonra sənə xəbər edəndə,görüşərik onda mənə nə qərara gəldiyini də,deyərsən,sağollaşmaq üçün sağ əlini uzatdı mənə sarı,sol əli ilə də,bir Hind qozu götürüb:
al,yolda yeyərsən deyib mənə tərəf uzadanda,- sol əlim ilə götürüb,çox sağ ol deyib,çıxdım amma,o,orda qaldı.
Üzü evə tərəf döndüm.
Yol boyu,bir tərəfdən-həm asan,rahat və çox vaxt aparmayan iş görüb çoxlu maaş alacağam deyə,sevinərək fikirləşir,
-həm də,bir tərəfdən,əgər bu iş belə asan və vaxt aparmayan işdirsə,bunu özü niyə etmir?
flomasterləri özü niyə aparıb satmır? -deyə,
öz-özümə sual-edib düşünərək gəlirdim.
Gəlib evə çatdığımda,uzanırdım,adətən -çox vaxt atam və anamın dava-dalaş səslərinə qulaq asa-asa,beyni yorğun vəziyyətdə yuxulayırdım amma,bu dəfə biraz fərqli oldu.Atam,işdən hələ gəlmədiyinə,anam da,qonşularla həyətimizdə söhbət etmədiklərinə görə,sakitlik idi deyə,elə bu məsələni fikirləşə-fikirləşə yatdım.
Səhəri gün sübh tezdən oyanıb,yenə də,həmişəki kimi,hazırlaşıb getdim məktəbə.
Tükəzban müəllimə gəlmişdi,salamlaşdıq,gələ bilmədiyi gün çox narahat olduğumu bildirib,oğlunun toyu münasibəti ilə də,təbrik edib,girdim dərsə.Birinci dərs,idman dərsi olmalı idi.Buna görə də,hamılıqla idman geyimində gəlmişdik dərsə,amma,bu gün hava çox küləkli idi deyə,müəllim,idman dərsini idman zalında deyil,sinif otağına yığmışdı uşaqları.Sinif otağında idman etmək mümkün olmadığı üçün,müəllim sadəcə olaraq,biraz danışıqlar aparmaqla,biraz da,kəndirdən sallanmağın və qaçaraq tullanmağın yollarını,şəkil üzərində göstərərək dərsini bitirib,biraz sonra,
-uşaqlar,işıqlar sönüb deyə,zəng səslənməyəcək.
Artıq,tənəffüs vaxtıdır,kim istəsə çıxa bilər deyib,kitab-dəftərlərini yığışdırıb getdi digər siniflərə dərs keçməyə.Tənəffüs vaxtı,Samirdən,Rəşadın necə uşaq olduğunu soruşdum,yaxşı uşaqdı,harasa gedəndə yaxşı qonaqlıq verir,özü də,hardasa yaxşı bir işdə işləyir.
Ata-anasını və harada yaşadığını soruşduqda,
-Ata-anasını tanımıram,deyəsən şəhərdə yaşayır deyib,
-sən onun haqqında niyə belə çox maraqlanırsan? deyə soruşdu,
-mən:heç,elə belə,
özüm üçün maraqlanmaq istədim deyəndə,
Samir:mənim tanışım sənə bu qədər niyə maraqlı olsun ki,mənə düzünü de,neynirsən-nəyinə lazımdı onun haqqında bu qədər məlumat?
–Mən,görəndə ki,Samirin məndən əl çəkmək fikiri yoxdu,başıma gələni danışdım,və onun mənə,nə qədər məbləğ dediyini deməsəm də, maaşlı iş təklif etdiyini də,deyəndə,biraz gülümsəyib,biraz da,üzündə paxıllığa oxşar bir ifadə ilə:
-Bu necə olur ki,mən onu səndən əvvəl tanıyıram,mənə bu barədə heçnə demir amma,səni gördüyü bir-iki gündü,səni oturduğu masa ətrafına dəvət edib,hələ bu azmış kimi,sənə maaşlı iş də,təklif edib? deyə, sualının ardınca kinayə ilə,danışa-danışa üzünü çevirib getdi sinifə.
Hər dərsdə fikir verirdim ki,bilmirəm nəyə görə,Samir artıq mən tərəfə baxmır,sanki mən,yeni gəlmişəm,ya da ki,elə bil o yeni gəlib deyə,biri-birimizi tanımırıq.Dərsimiz tamam bitdikdən sonra,uşaqlarla məktəbin həyətində biraz söhbətləşdikdən dərhal sonra,getdim evə.
Çünkü,Rəşadın o təklifi,tam işıqlı-aydın məqamları olmadığına görə,yarı qaranlıq-yarı həvəsləndirici məqamları ilə məni çox düşündürürdü.Həm də,mən ona bir cavab demək üçün,bir qərara gəlməli idim.
Yolda da,evdə də,elə hey,düşünürdüm o barədə.
Bir neçə gün sonra,mən məktəbdən çıxıb evə gələndə,Rəşad məni yolda gördü,salamlaşdıq,hal-əhval soruşduqdan sonra,çox dayanmadan:
Sabah saat dördün yarısı,keçən dəfə çay içdiyimiz yerdə görüşək deyib,sağollaşdı.
Evə çatana kimi,ona,sabah hansı cavabı verim deyə,özüm-özümdən soruşurdum.
Belə vaxtlarda,böyük qardaşı olanların,
oğlu ilə dost olan,
atası ilə məsləhətləşən uşaqların yaşadıqları hissləri yaşamağı,həmişə istəmişəm və arzulamışam.
İndi,mənim də,böyük qardaşım olsaydı və ya atam mənimlə dostluq etmiş olsaydı,onlar ilə məsləhətləşib,sonra daha dəqiq və həm də,daha tez qərar vermiş olardım.
Axşam oldu,mən pəncərədən üzü həyətə tərəf baxıb fikirləşirdim.Həmişəki kimi,atam işdən gəlib maşını həyətə salıb düşdü,biraz həyətdə gəzişdikdən sonra məni çağırdı yanına.
Amma bu dəfə,biraz böyük iş görən zaman üzdə yaranan ifadə ilə salamlaşıb əlimi sıxdı və dedi ki:
Sən artıq şagird yox,tələbə olacaqsan.
Birinci anlamadım,ardınca atam dedi ki:
Bu tətili yaxşı dincəl,gələn ildən sən daha orta məktəbə getməyəcəksən.
Təəccüblə baxaraq,fikrimi deyib,soruşdum ki:
Ata,mən hələ doqquzuncu sinifdə oxuyuram axı,mənim tələbə olmağıma,hələ iki il var.
Gərək onbirinci sinifi bitirim ki,sonra ali məktəbdə oxuyub tələbə olum,mən orta məktəbdə oxuyaraq bu necə ola bilər?
-Atam:mümkündü oğlum,dərslər başlayanda,sən Texnikuma gedəcəksən və onda biləcəksən ki,bu mümkündür.
Mənə uğur arzulayıb, – dedi:
mən biraz yorğunam bu gün.
Gedim bir çay içim,yatım -deyib,getdi otağına.
Yenə də,atam mənimlə danışmadan,mənim fikrimi soruşmadan,mənim sənədlərimi oxuduğum orta məktəbdən çıxarııb,Kollecə verdikdən sonra,hətta,mənim əvəzimə ixtisasımı da,seçmişdi.
Mənim ixtisasımı-Polis ixtisası üzrə boş yer qalmadığı üçün atam,ilk olaraq ibtidai sinif müəllimi seçmişdi,bir-iki il sonra isə,Polis ixtisasına keçirilməli idi.
Səhəri gün saat dördə işləyərdi evdən biraz tez çıxdım ki,gedim Rəşad ilə görüşüm.
Elə,çay içdiyimiz yerə çatmışdım ki,Rəşad da,sanki məni izləyirmiş kimi,həmin an çayxananın arxasından çıxıb,gülümsəyərək,sağ əlini uzadıb salam verib:
Nə yaxşı biraz tez gəlmisən -deyib,qapını açıb mənim içəri girməyim üçün əli ilə işarə edib,buyur keç deyib,mənim keçməyimi gözlədi,mən içəri keçdikdən sonra,özü də,içəri girib qapının sağ tərəfində dayanan yekəpər bir nəfərlə,heç kəsin eşidə bilməyəcəyi çox asta səs ilə,nə isə deyib,mən tərəfə gəldi və masa ətrafı boş olan oturacaqlarda oturduq,elə oturan kimi də,
-Sən onlarla nə danışırdın deyə,soruşdum.
Rəşad,sualıma: -sual verilməsini xoşlamayan adamlar kimi,cavab verərək,
heç,elə-belə,özümüz üçün sifariş edirdim ki,bizə yaxşı bir çay dəstgahı gətirsinlər deyəndə,yenə də,qapının sağ tərəfində dayanan yekəpərə baxıb sonra üzünü mənə çevirərək,heç fikirləşmədən,birbaşa:
-Hə,nə oldu,
nə qərara gəldin?
başlayırıq? işləməyə
-Mən açığı hələ tam dəqiq bir qərar verməyi planlaşdırmamışdım deyə,hə ilə yox cavabının arasında ilişib qalmışdım amma,elə bu an ağlıma bir şey gəldi,və,ilk işim olduğu üçün:
– Yaxşı,hələ ki,bir bağlama ver,aparım satım,mən işə öyrəşdikdən sonra,az-az artırarıq, – deyəndə,
gülüb əlini cibinə salıb,
-onsuzda biz bunları bir-bir satacağıq.
Xarici ölkədən gəldiyinə görə qiyməti də,çox bahadı deyə,onsuzda biz istəsək də,hamısını birdən sata bilmərik deyə danışdığında,- artıq bu vaxta qədər masanın üstünü,keçən dəfəkindən də,iki dəfə artıq doldurmuşdular.Söhbətini bitirəndə,mən elə birinci bunu soruşdum ki:
Rəşad,masanın üstünü bu qədər doldurtmusansa,yəqin ki,başqa qonaqların da,olacaq?
Dedi: yox,
başqa gələn olmayacaq.
Gələn qonağım səndən artıq deyil ki, – deyib,
bir az da,özü ilə fəxr hissi duyaraq üzümə baxıb,mənim də,ona qarşı reaksiyamın necə olduğuna baxdı,amma mən,insanın şeşələnməsini və özündən razılığı sevmədiyim üçün,özlüyümdə xoş olmasa da,bu işin sonunun necə olacağı həyəcanı ilə,Rəşadın mənə verdiyi bağlamanın içindəkinin əslində nə olduğunu araşdırmaq üçün,yanından qalxıb sağollaşıb evə getməyimi gözləyirdim.
Çaydanı götürüb əvvəlcə mənə,sonra da,özünə çay süzdü,bir-iki qurtum içdikdən sonra,-
yaxşı,mən daha qalxıb gedim,sonra görüşərik – deyəndə,Rəşad şübhəli-şübhəli üzümə baxıb,gözlərini zillədi gözlərimin içinə.
Mən:-Rəşadın müəmmalı baxışından narahat olduğuma görə,hər ehtimala qarşı,nə isə başa düşməsin deyə,fikirini yayındırmaq üçün:
-Hə,yeri gəlmişkən,heç demədin müştəri kimdi
– onunla nə vaxt və harada görüşəcəyəm? -deyə,soruşanda,
üzündə elə bir ifadə yarandı ki,elə bil həqiqətən də,ürəyində mənim haqqımda nə isə düşünürdü və anidən düşündüyü fikirindən döndü.
Həə,doğrudanda demədim axı,yaxşı ki,yadıma saldın deyib,
Üzərində yazı olan kiçik bir kağız parçasını mənə verib,sabah axşam bu adamla zəngləşib görüşərsiniz,flomaster bağlamasını ona verib,pulu alıb özündə saxlayarsan.O birisi gün,elə bu günkü kimi bu vaxtlarda,burda görüşərik deyib sağollaşdı.
Mənimlə sağollaşanda,əlimi iki dəfə ard-arda sıxaraq üzümə baxdı və,sənə arxeyinəm deyib,üzünü çevirib getdi.
Mən də,üzü ev istiqamətində gedə-gedə,içimdə: -evə tez çatım açım baxım görüm bu nə flomasterdi ki,bunu əldən-ələ özü də,qutu ilə deyil,ədədlə satırlar- həyəcanı ilə iri addımlarla gedib bir neçə dəqiqəyə çatdım evə.Hələ ki,bunun nə olduğunu dəqiq bilmədən və içimdəki şübhələri dağıtmadan,içəri girməzdən əvvəl,anamın bilməməsi üçün,flomaster bağlamasını cibimə qoymuşdum.Ev qapısından içəri girən kimi,tez keçdim öz otağıma,elə,bağlamanı açmağa hazırlaşırdım ki,anam çağırdı.
Bağlamanı tez-tələsik yastığımın altında gizlədib,çıxdım otaqdan.Bağlamanı heç kəsin görmədiyi üçün və anam qonşugilə gedəcəyini demək üçün məni çağırdığına görə,bəxtim bu dəfə gətirmişdi.
Anama:-Yaxşı sən get,mən evdəyəm, deyib,otağıma qayıdıb,flamaster bağlamasını yastığımın altından çıxarıb,biraz da,atam birdən gələr görər deyə,bu həyəcanla- bağlamanı tez açıb,flamasterləri içindən çıxarıb o üzünə,bu üzünə çevirib,qapağını açıb baxdıqda,digər flamasterlər ilə,heç bir fərqi olmayan,bizim istifadə etdiyimiz sadə-adi bir flomasterlər idi.
Amma mənə hələ də,qaranlıq qalan,bu flomasterləri nəyə görə əldən-ələ və yalnız bir bağlama olaraq satılması idi.Cavabını tapmadığım sualın axtarışı,beynimi və fikirlərimi bir yerə toplamağa imkan vermirdi.Bağlamadan çıxardığım flomasterlərdən biri,qapağı açıq vəziyyətdə əlimdə,sanki flomasterlə üz-üzə dayanıb,biri-birimizə baxırıq,mən ondan,fikirlərimlə:
Sən mənə nəyə görə müəmmalı təsir bağışlayırsan? -soruşduqda,
o isə,lal-dinməz dayanıb üzümə baxırdı.
Artıq,tam qərar verməsəm də,-mən boşuna şübhə etmişəm deyə,düşünən zaman ayağa qalxıb,əlimdəki flomasterin qapağını bağlayıb,bağlamasına qoymaq istəyən an,flomasterin uc hissəsi əlimə sürtündü,ucluğunun qırılmasından ehtiyat etdiyim üçün,çox narahat oldum ki,başqasının malını korlayaram,sonra Rəşadın yanında ehtibarım olmaz,mən bunun pulunu necə verə bilərəm -deyə düşünərək,qırılıb-qırılmadığından əmin olmaq üçün,barmağımı flomasterin ucluğuna toxundurdum.
Qırılmamışdı amma,yenə də,biraz daha,narahat olmağa başladım.Çünkü bu dəfə,şəkil çəkməli olan rəngli qələm yazmadı.Fikirləşdim ki,bəlkə əlimdə yazmadı,bir də,vərəqdə yoxlayım.Flomasteri vərəqə bir neçə dəfə,sağa-sola sürtməyimə baxmayaraq,yenə yazmadı.Dedim bəlkə,bu yazmır,o birilər yazır… -başqa birini götürüb yoxlayanda,o da yazmadı.
Yenə də,biraz narahatlıq var idi amma,bir tərəfdən də,fikirləşdim ki,götürəndə də,yoxlamamışdım onsuzda-yəqin hamısı xarabdı,sabah aparıb qaytararam Rəşadın özünə, deyə düşünərək,həm də,özüm-özümə,bu fikir ilə təskinlik etmiş olduğumu düşündüyüm üçün,biraz sakitləşdim.
(Hər bir halda,ümumilikdə,insan olaraq bizi,hər bir zaman ən çox həm narahat edən,həm də,nigaran saxlayan yeganə hiss,tam dəqiq əmin olmadığımız,cavabını tapmadığımız suallar dolu olan,maraqdır.)Gah fikirləşdim ki,onsuzda bunlar xarabdı və yazması üçün mən nə isə edə bilmərəm.
Gah da,fikirləşdim ki,yox,bəlkə birini açıb baxım?-deyə, öz-özümdən soruşurdum.
Bizim işlətdiyimiz flomasterlər ilə eyni görünsə də,amma,Rəşadın mənə,bunların çox bahalı olduğunu dediyinə görə,cəsarət edib açıb içinə baxa bilmirdim.Bir təhər,ürəyimdə təpər tapıb- flomasterin birini götürüb,arxa qapağını açdım.İçinə baxanda:-Rəng pambığı əvəzinə,içində toz halında olan,ağ rəngdə una oxşar nə isə var idi.Flomasterlərin bir neçəsinin yazmadığına görə,dedim yəqin elə həqiqətən də,xarab olub deyə,pambıqları da,toz halına gəlib.Dedim birinidə açıb baxım,görüm onlar da,belədisə,deməli həqiqətən də,hamısı xarabdır.Yenidən başqa bir flomasteri götürüb baxanda, bunun da içində,eyni əvvəlki kimi ağ rəngli toz var idi deyə,qapağını bağlayıb,bağlamasına qoymaq istəyəndə,diqqətimi çəkən qara rəngli flomasterin olması,televizorda xəbərlərdə gördüklərimi və ya uşaqlarla öz aramızda danışarkən,həyatda real olaraq görmədiyimi, təsəvvür etdiyimizi,bütün bunların mən yaşda olan bir uşağın necə və hardan ağlına gəlməsi,-məni həm heyrətləndirdi,həm də,dərin düşünməyə vadar etdi.
Mən artıq,Rəşadın,işimiz çox asan və rahat amma daha çox pullu işdi dediyi işin,nədən ibarət olduğunu,bu ağ rəngli olan tozun,-Narkotik olduğunu anladığımda,dünya başıma daraldı,mənim daha axırımdı,mən də,onlar kimi həbsxanalarda çürüyəcəm, deyə-fikirlərlə başım fırlandı.
Yatdığım yerin üstündə oturaqlı vəziyyətdə,qara rəngli flomaster qapağı açıq vəziyyətdə,bir az hissəsi də,şalvarıma tökülmüş halda,içində ağ rəngli qara ölüm olan toz,o biri əlimdə də,ölüm qabının qapağı.
Bir neçə dəqiqə,nə əlim,nə də ayağım hərəkət etmədən elə yerimdəcə donub qalmışam.Birdən,atamın və anamın gələcəyini xatırlayanda,bir təhər başımı çevirib saata baxanda gördüm ki,artıq mən neçə saatdır ki, bu vəziyyətdə oturub qalmışam.Qorxu,həyəcan və stersdən qanı donmuş əllərimi və ayaqlarımı bir təhər tərpədib,yavaş-yavaş ayağa qalxmağa başladım.Bir təhər özümü toplamağa çalışıb,biraz şalvarımın,biraz da,yatağımın üstünə dağılan bu ölüm tozunu yığışdırmağa başladım.Bu ölüm qumunu,həm atam görməsin deyə tez,həm də,daha diqqətlə yığmalı idim ki,sabah aparıb qaytarım özünə və bir dəfəlik Rəşaddan və ona yaxın olan hər bir kəsdən uzaq olum deyə, -düşünərək,flomasterin içinə əllərim əsə-əsə lap balaca olan duz qaşığı ilə yığırdım.
Bir az sonra,həyətdəki dəmir qapının səsi gəldi,gələn adamın ayaq səslərindən bilinirdi ki,ayağındakı həyətdə geyilən başmaqdır.Başmaq səsləri ev qapısına çatanda,qapını açıb məni səslədiyində,səsindən anam olduğunu bildim amma narahatlıq üçün bir səbəbim yox idi.Çünkü,bütün dağılan tozları bir təhər yığıb qurtardıqdan sonra,ölüm bağlamasını da,əşyalarımın altında gizlətmişdim.Otaqdan çıxdım ki,anamın mənə nə isə deyəcəyi varmı,ya yox
-Anam,biraz yorulmuş halda: çay içib-yemək yemisən? deyə soruşduqda,
Dedim: yox,işdaham yoxdu deyə yemədim.
Yemək istəmirəm amma,çay içərəm birazdan.
Mətbəxə,özümə çay süzməyə gedəndə,anam da,keçdi öz otaqlarına.Bir stəkən çay süzüb gəldim öz otağıma.Pəncərənin qarşısında oturub,çay içə-içə fikirləşirəm ki,mən bu,ölüm bağlamasını nə adla aparıb qaytaracağam ona, -elə o an,məni başqa bir şey düşündürməyə başladı: Əgər mən bu bağlamanı aparıb ona versəm,bəs sonra,sonra nə olacaq?
o da,aparıb aldığı adama qaytaracaq?
bəlkə də,qaytarmayacaq
və öz işinə davam edəcək,
-əlbətdə qaytarmayacaq.
-Və,o bu işi nə vaxta qədər davam etdirəcəksə,deməli nə qədər insanlar öləcək və nə qədər insanlar həbs olunacaq, deyə, -qəlbimin dərinliyində sanki bir hakim ilə üz-üzə oturub,ola biləcəkləri danışırdıq,sorğu-sual edirdik biri-birimizdən.
Artıq,ata-anası tərəfindən döyülən,qəlbi kövrək,utancaq,hər dəfə qərar verməkdə çətinlik çəkən mən,dəqiq əmin olduğum bir qərara gəldim və telefonu götürüb Rəşada zəng etdim.
Dəstəyi elə özü götürdü,salamlaşdıq,biraz narahat,bir az da,təəccüblü səs ilə,bu vaxt zəng etməyimin səbəbini soruşdu…
-Narahat olma,sadəcə olaraq,sabah sinif yoldaşlarım ilə görüşməliyəm deyə,görüşə bilməyəcəyik-deyəndə, Rəşad,-çox narahat və nigaran bir səs ilə,nə isə bir problem yoxdu ki,deyə soruşdu.
Mən də: Yox,narahat olma,hər şey qaydasındadır,sənə zəng edəcəm
–ardınca da,anamın səsi gəldi deyə,-getməliyəm,yaxşı oldu,hələlik sağ ol.- deyib,dəstəyi asdım.
Anam,kiminlə danışdığımı soruşdu,uşaqlarla deyib keçdim öz otağıma ki,birdən elə bir sual verər ki,özümü itirərəm və hər şeyin üstü açılar.Elə buna görə də,bu gün biraz tez yatdım.
Səhəri gün,sinif yoldaşlarım ilə görüşdük və getdik həmişə çay içdiyimiz yerə.Bu dəfə,bir çoxları rayona istirahətə gedəcəkdilər deyə,bütün sinif yoldaşlarım-münasibətimiz olanlar da,münasibətimiz olmayanlar da,gəlmişdilər.Bu dəfəki görüşümüz,daha fərqli və daha maraqlı keçirdi.
Amma,hələ mənim uşaqlara demədiyim bir məsələ də,var idi.
Bilmirdim ki, bu məsələni uşaqlara necə deyim -deyə, cümləmi ala-yarımçıq deməyə hazırlaşırdım ki,uşaqlar söhbət əsnasında,məndən danışmağa başladılar.Aralarından biri mənə dedi ki,sən əfəlsən,fərasətin yoxdu.
Mən sənin yerində olsaydım,ya da,sənin atanda olan imkan mənim atamda olsaydı,mən hər gün məktəbə atamın maşını ilə gələrdim,özümü başqa sinif uşaqlarına göstərmək üçün,gündə bir paltar geyinərdim amma,sən etmirsən-ya səni evdə nəzərə almırlar,ya da,sən bu imkanlardan istifadə edə bilmirsən.
Aralarında olan,düşüncə,təfəkkür və fəlsəfi baxımdan kasıb olan,yalnız üç-dörd nəfər bu tip danışıqlarına davam edən zaman,
mən sadəcə olaraq,onları dinləyirdim.
Çünkü,sözlərinin arasında-səni evdə nəzərə almırlar-dediyində həqiqət də,var idi deyə,bu cümləsinə deyəcək bir sözüm yox idi,olsa idi belə,özlüyümdə utandığımdan heç bir kəlmə də,deməyəcəkdim.
Amma,atamda olan imkandan istifadə edə bilmirsən sözlərinə görə,Tanrının mənə verdiyi bu xarakterə görə,həm başı ucalıqla və həm də,böyük fəxr ilə danışmağa tutarlı sözlərim olduğuna əmin idim deyə,dedim:
-Atanın maşınından və ya pulundan istifadə etmək başqa,sui istifadə etmək başqa,mən,tək atamdan deyil,heç bir kimsədən sui istifadə etməyin tərəfdarı olmamışam.Kiminsə hər hansısa bir imkanından sui istifadə etməmək,əfəl olmaqdısa,o zaman, mənim həmişə əfəl olacağıma əmin olun.Ruslan görəndə ki,bunlar mənə qarşı haqsız danışırlar, mövzunu dəyişmək üçün:
-Uşaqlar,bəlkə növbəti dərs ilimizdən danışaq, -dedi və hərə bir fikir söylədi,bu məqamda mənim üçün çətin də,olsa,dedim:
Uşaqlar,artıq gələn ildən ehtibarən mən sizinlə oxumayacağam.Yarısı elə bildi ki,zarafat edirəm,yarısı elə bildi ki,başqa bir sinifə keçəcəm,amma,Ruslan və Rasim ciddi qəbul etdiklərinə görə,təəccüblə soruşdular:
Doğrudan deyirsən?
Bəs,kimlər ilə oxuyacaqsan?
Bu suala cavab vermək mənim üçün çox çətin və kövrək məqamlar olsa da,
-Atamın mənə,fikirimi soruşmadan,həm də,iki ilimizi tam bitirmədən, etdiyi sürprizi,elə olduğu kimi də,onlara danışdım.Həmişə ən çox birlikdə olduğumuz uşaqların üzlərindən oxunurdu özlüyündə fikirləşdiklərini.Sanki,gözlərinin içinə diqqətlə baxdıqda belə,öz qəlblərində həqiqətən də,mənim – daha bir sinifdə oturmayacağıq,birlikdə daha çox vaxt keçirə bilməyəcəyik deyə düşündüklərimi, düşünürdülər.Saf hisslər bürünmüşdü simalarımıza.
Artıq,vaxt axşama doğru irəliləyirdi,bir neçə saat söhbətləşdikdən sonra,qalxdıq ki,görüşüb sağollaşaq:
Uşaqların,- alqan kimi qıpqırmızı olmuş,yanaqlarından yaş süzülən gözlərinə baxa bilmirdim,çünkü mən özüm də,onlardan heç geri qala bilmirdim.Ağlaşa-ağlaşa biri-birimizi bərkdən bağrımıza sıxaraq qucaqlaşıb,çox çətinliklədə olsa,bir təhər biri-birimizdən aralanıb,arxaya baxmadan üzümü evə tərəf gedən yol istiqamətində tutaraq,ta ki,evə çatana kimi,bütün yolu,-ardını saxlaya bilmədiyim,içimdən gələn hönkürtü ilə ağlayaraq gəlib evə çatdım, evdə olan qonaqla görüşmədən,anama da,heçnə demədən girdim birbaşa öz otağıma.Bir az uzandım ki,bir neçə dəqiqə keçər,az da olsa sakitləşdikdən sonra,qalxıb kim olduğuna belə fikir vermədiyim qonaq ilə görüşərəm.Amma mənim olduğum bu vəziyyəti,anlamayacaq kiməsə,öz hisslərimi anlatmağın mənasız olduğunu düşündüyüm üçün,heç otaqımdan çıxmaq itəmirdim,onsuzda məni anlayacaq bir kimsə də,yox idi bizim evimizdə.Bu gün olanlardan əlavə də,elə bu fikirin də,psixoloji təsirlərindən sarsılıb,uzandığım yerdə,geyimimi çıxarmadan yuxu tutmuşdu.Ayılanda saata baxdım,saat yenicə altı tamam olmuşdu.
Sanki mən,uzandığım andan ehtibarən saat altıya qədər,heç yatmamışam və hələ də,fikirləşdiyimin ardını fikirləşirəm,arzuolunmazlıqlar-anlamazlıqlar-Mənə qarşı müqəvva kimi davranışlar heç vaxt dəyişilməyəcək deyə,şüuraltı bir psixologiya yaranmışdı və bu fikirləri sanki,beynimdən çıxarmağa çalışıram amma,çıxara bilmirəm-kimi düşüncələr beynimdə tüğyan edirdi.
Artıq,saat doqquz tamam olmasına on dəqiqə qalırdı.Xatırlayanda ki,mən bu gün Rəşad ilə,görüşməliyəm, -dərhal beynimdə,həmişə olduğu kimi yenə də, suallar və cavablar yaranır:
niyə
-nə üçün
-nəyə görə belə oldu deyə suallar arasında,tək buna qarşı
– Əgər,atamın və anamın mənə qarşı olan fikirləri və münasibətləri belə olmasaydı,bəlkə də,indi bu belə olmazdı,mən nə Rəşad nə də ki,o tipli insanları tanımış olmazdım,bəlkə də,mən bu olanları yaşamazdım deyə,qəlbim ilə beynimin arasında,ortaq məxrəcə gəldiyi bir cavab yaranır.
Amma yenə də,bunları kiməsə danışmağın bir mənası yoxdur deyə,hərdən,yalnız gücüm özümə çatdığı üçün,özümü danlayır,bəzən də,-bəlkə də,mənim payıma düşən həyat budur deyə -əslində belə olmadığını bilə-bilə,çarəsiz vəziyyətdə,heç bir kəsdən narazılıq etmək haqqımın olmadığına özümü inandırmaq məcburiyyətində qalıram.Bu fikirlə də olsa,artıq qalxmalı idim,söz verdiyim yerə gecikə bilərdim deyə,qalxıb,-adətim üzrə əl-üzümü yuyub,üstünə yağ-bal çəkdiyim bir-iki tikə çörəyi yeyib,bir stəkən çayımı içib çıxdım evdən.Gəlib,Rəşad ilə görüşdüyümüz çayxanaya çatanda,bu dəfə Rəşad yox idi deyəsən,məni qarşılamadı.
Amma,yol boyu hərdən mənə elə gəlirdi ki,məni kimsə izləyir,və elə çayxanaya yaxınlaşana kimi,arxamca kiminsə gəldiyinə tam əmin idim,amma çönüb arxaya baxanda,izlədiyinin fərqinə vardığım insan,sanki bir anlıq ruh kimi yoxa çıxdı,gözdən itdi,heç kəsi görmədim.Girib içəri küncdə boş olan oturacaqda oturmuşdum ki,bir-iki dəqiqə sonra,əvvəlkindən fərqli olaraq,bu gün deyəsən ona nə isə olmuşdu kimi,yellənə-yellənə,gözlərinin altı qırışmış vəziyyətdə gəldi,yenə də,qapının sağ tərəfində dayanan yekəpərə nə isə deyib,üzü mən tərəfə yaxınlaşıb,mən oturduğum oturacağın yanındakı divanda oturdu.
Hal-əhvalını soruşdum:
Rəşad hələ mənə cavab verməmişdi,
-Bəs üz-gözün niyə bu haldadı
-Rəşad,yorğun üz cizgilərini bir az tərpədib,bir qaşını yarıya qədər bir təhər qaldırıb,kəkildəyərək hərfləri biri-birinə calaya-calaya demək istədiyindən anladığım bu oldu ki,
– gecə çox işləmişəm,yəqin ona görə bu gündəyəm – deyib,başını arxaya buraxıb söykədi divana.
Mən də,bunun nə hərəkət etməyə,nə də ki, danışmağa halının olmadığını görüb,keçdim mətləbə.
– Rəşad,mənə verdiyin flomasterlər yazmır,köhnədir deyəsən, -deyib,
bağlamanı şalvarımın cibindən çıxarıb,əlini belə qaldırmağa halı olmadığı üçün,qoydum köynəyinin cibinə və soruşdum ki:
başqası varsa,bunun əvəzinə ver aparım verim müştəriyə,pulunu da,alıb gətirim verim sənə deyəndə,başını arxaya söykədiyi vəziyyətdə,sol gözünü yarımçıq açıb,nə düşündüyünü anlamasam da,sanki nə isə düşünərək,nağıllarda olan qorxunc təpəgöz kimi mənə baxmağa başladı.Düzü,o baxışdan biraz ürpənsəm də,mənə verəcəyi cavabı gözləyirdim.Bir təhər başını qaldırıb,sağ gözünü də,bir təhər ala-yarımçıq açıb soruşdu:
– Yenə də,mənimlə işləmək istədiyinə əminsən?
Öhtəsindən gələcəksən?
-dedim:Hə,əlbətdə.
Onsuzda öhtəsindən gələ bilmədiyim iş olsaydı,razılıq verməzdim, deyəndə-güclə tərpətdiyi dodaqları yana qaçdı gülümsəmək istədi amma,bədəninin ağrısı nə qədər idisə heç gülümsəməyə belə halı yox idi.
Üzü tərpəndiyində,yanaqlarının da,ağrıdığı açıq-aşkar bəlli olurdu.
Özünü güclə tərpədib,bir təhər də olsa,əlini şalvarının cibinə salıb,mən verdiyim bağlamaya bənzəməyən başqa bir bağlama çıxarıb,mənə sarı uzatdı.
Bağlamanı alıb:
yaxşı,sağ ol mən gedim dedim qalxdım ayağa.
Rəşad elə bir vəziyyətdə idi ki,mənim ayağa qalxmağım hələ ona çatmamışdı.
Biraz da,uca səslə yenidən təkrar edib,yaxşı,sağ ol mən gedirəm,
-bir sözün varmı? mənə-
Rəşad nəhayət ki,dillənib yenə də,dodaqlarını güclə tərpədib,nə isə demək istəyirdi.
Təkrarən soruşduqda,bir təhər -müştərinin bir həftədən sonra gələcəyini dediyini anladım.
-Anladım,yaxşı oldu deyib, çıxdım ordan.
Çayxanadan çıxıb yolu keçib,üzü evə tərəf gedirdim,bir-iki kilometr getdikdən sonra,aşağı məhəllənin tinini dönən kimi,bir nəfər arxadan əlini sol çiynimə toxunduran an,diksindim hətta,doğrusu biraz da,qorxdum.
Həyəcanla da,olsa kim olduğunu və məndən nə istədiyini öyrənmək üçün,çönüb arxaya baxanda,
– Havanın isti vaxtı uzunqol köynəkdə,köynəyinin cibi cırılıb sallanmış,şalvarının tikişləri süzülmüş,saçı-saqqalı yaman gündə,çox qoca görkəmli,üzü çox azca tanış gələn,sanki kiməsə oxşatdığım bir nəfər dayanıb,çox cılız bədənli,gözləri yuxusuzluqdan partlayacaqmış kimi şişmiş,tükənmiş və gözlərində sanki,həyat eşqinin alovu sönmüş vəziyyətdə dayanıb,yazıq-yazıq,üzümə baxır.
Siz kimsiniz?
-Sizə nə lazımdı -deyə soruşduğumda,
-Qorxma,mənim sənə nə isə etmək fikirim yoxdur.Biz tanış deyilik.Sən bayaq girdiyin çayxanadakı ən ucaboy olan qaba görkəmli oğlan,-(deyəndə bildim ki,həmin o yekəpər oğlanı deyi)-mənim qardaşımdır və sənin görüşdüyün Rəşadı da,çox yaxşı tanıyıram.Sadəcə olaraq sənə kömək etmək istəyirəm.
Gedək mənim yaşadığım evdə danışaq,istəmirəm kimsə məni bu vəziyyətdə görsün.- deyəndə, -düzü bir az,tanımadığım birinin,heç vaxt olmadığım yaşadığı yerə getməyə ehtiyat etdiyim üçün,əvvəlcə istədim deyim ki:
– Yox,sağ olun,ehtiyac yoxdur.
Düşünəndə ki,o mənə,həm Rəşadı çox yaxşı tanıdığını,həm də,qardaşının kim olduğunu dediyinə görə,həm də,bu üst-başda olan birinin,başqa məqsədinin ola bilməyəcəyini düşündüyümə görə,
(Hər bir halda,mən risk etmiş oldum-axı bu çağırışın arxasında başqa məqsədlər də,ola bilərdi.)
razılaşdım və dedim yaxşı,gedək.
Təxmini,iyirmi dəqiqəyə yaxın yol getdik.
O,məndən qabaqda gedirdi deyə,onun hər atdığı addımı, hasarlardan tuta-tuta getməsi diqqətimdən yayınmırdı.
Gedib lap aşağı məhəllədə,Ruslar məhəlləsi deyilən küçəyə girdikdən sonra,məhəlləyə girişdə yarı boyası tökülmüş,yarı paslanmış,yarı sarımtıl rəngdə olan dördüncü qapını açıb həyətə girdikdən sonra:
-Gəl deyib,qəddi əyilmiş,qolları yanına sallanmış və halsız vəziyyətdə üzünü çevirib yarı tikilmiş-yarı sökülmüş evə tərəf addımladı,mən də,ardınca ona baxa-baxa kiçik addımlarla irəliləyirdim.Bu,yarı sökük-yarı tikilmişə oxşar evə çatanda,şüşəsi çilik-çilik olmuş qapını açıb:
-dedi gəl içəri.
İçəri girdikdə,həyatımda heç vaxt adını bilmədiyim,nəyin qoxusu olduğunu biımədiyim,həddindən artıq çox kəskin bir qoxu var idi.Sınıq-salxaq oturacaq kimi düzəldilmiş yerdə oturub,mənə də,otur deyib,cibindən kötüyünə çatmağa az qalmış yarı siqaret çıxarıb damağına qoyub əsən barmaqları ilə kibridi çaxıb yandırdı.Əvvəlcə mən,həm bir insan kimi,narahat olduğuma görə,həm də,buna yazığım gəldiyi üçün soruşdum ki:
Siz burada yaşayırsınız?
-O,əsməcə tutmuş başını yellədərək:
Hə,mən burada yaşayıram dedi.
Bəs valideynləriniz hanı deyə soruşanda, şişmiş gözlərindən yaşlar süzülməyə başladı,əsən başı və əlləri daha da,sürətlə əsməyə başladı.
Başını,bu vəziyyətdə çox saxlaya bilmədiyinə görə,yanına qoyduğu taxta parçasını iki əlləri ilə yerə söykəyib,başını da,qoydu əllərinin üstünə.
Sual verməyimə peşiman oldum.
-Bağışlayın,yəqin valideynləriniz dünyalarını dəyişiblər,bilsəydim bu barədə heçnə danışmazdım deyəndə,
-O: Mənim valideynlərim sağdır deyəndə,çox təəccübləndim bunun bu dərəcədə hönkür-hönkür ağlamağına görə səbəb nə idi bəs – deyə,soruşmaq istəyəndə,
-O: Elə bunları sənə danışmaq üçün səninlə görüşmək istəyirdim.
– Düz bir il əvvəl,gördüyün o,çayxana,ondan da,əlavə o çayxananın arxasında restoran və üç ayrı yerdəki obyektlər mənim idi.
Sonra,sənin görüşdüyün Rəşad ilə tanış oldum,bir-iki dəfə görüşüb danışdıqdan sonra,onu həmin o çayxanaya işə götürdüm və hər gün tez-tez görüşəsi olduq.
Aramızda çox inam-ehtibar yaranmışdı deyə,hətta qardaşıma tapşırmadığım daha çox imkanlı müştərilərlə haqq-hesab etməyi ona tapşırmışdım.
-(arada qollarını qaşıyaraq,öskürə-öskürə quruluqdan çatlamış dodaqlarını silə-silə danışmağı məni çox narahat etsə də,bu söhbtətin mənə nə aidiyyatı olmağının və söhbətinin sonunu bilmək üçün,özümü bir təhər saxlamışdım ki,danışıb fikirini tamamlasın,çıxım gedim burdan.)
Bir dəfə də,səhər gəldik işə,bir-iki saat sonra Rəşad,masa sifarişlərinin hesabını aldıqdan sonra, müştəriləri yola salan zaman,onlara nə isə verdiyini gördüm,qayıdıb gələndə,onlara verdiyin nə idi, deyə -soruşanda,dedi qardaş,narahat olma,onsuzda işdən sonra sənə bu barədə deyəcəkdim.
Rəşad,bizə əlavə gəlir gətirəcək iş tapdığını dedi və mənə flomasterlər göstərdi ki,bax qardaş iş bu qədər asan,amma daha çox gəlir gətirən işdir.Flomasterləri görəndə dedim ki,bizim məktəb ləvazimatları satılan yerimiz yoxdu axı
-Rəşad gülərək, bax,məhz elə diqqət çəkməsin deyə,biz flomasterin içindəkini satıb,külli miqdarda qazanc əldə edəcəyik dedi və,flomasterin arxa qapağını açıb iylədi.
Rəşad flomasterin içini iyləyəndə,məni həm gülmək tutmuşdu,həm də,bu nə deməkdi deyə,maraq məni az qalırdı ki,bir təhər etsin.Rəşad iylədiyi flomasteri mənə də,uzadıb:
– Al, səndə iylə bax gör,gülməlidi ya yox-dediyində,əlindəki flomasterin içinə baxmadan götürüb birbaşa iyləyənə kimi elə bilirdim ki,zarafat edir,amma sən demə,həqiqətən də,içi- adamı xoşbəxt hiss etdirib əslində isə bədbəxt edən, dolu zəhər imiş.
Bir dəqiqə sonra başım fırlandı və gördüyüm hər şey tərsinə çevrilmişdi.Artıq o zibili,mən nəfəsimə çəkmişdim,elə həmin saniyədən ehtibarən,dünyanın ən xoşbəxti mənəm deyə zənn etsəm də,amma sonradan anladım ki, günəşim söndü.
O,toz halında olan zəhərin zərrəcikləri bir yerə topalanıb, sanki bir qoşun olub gəlirdilər üstümə.
Hər gün bir flomaster iylədikcə,azlıq edirdi mənə.
Gündən-günə daha çox iyləmək istəyirdim-bədənimdə yaranan ağrıların sayı,dərəcəsi və müddəti günbə-gün artırdı.Təzə vaxtlar özümü xoşbəxt hiss etmək üçün,amma sonra isə,dözülməsi çətin olan ağrılarımı müvəqqəti də olsa,dayandırmaq üçün artıq o tozlar azlıq edirdi deyə,iynələr(deyəndə,nəyə görə uzunqol geyindiyini anladım) ilə davam etdirməli oldum.
Bir manatlıq flomasterin ucbatından,əvvəlcə maşınlarımı,sonra evlərimi ən sonda isə,obyektlərimi satmaq məcburiyyətində qaldım.
Bu gördüyün evə bənzər yer,əvvəl belə deyildi.Atama və anama aldığım ev idi.Hər şeyimi satdıqdan sonra,axırda qalan bura idi deyə,gəldim bura.Bura gəldikdən sonra da,valideynlərim evdəki əşyaları satdığımdan,artıq müflis olduğumu və mənim ağ ölüm tozunu qəbul etdiyimdən xəbər tutduqda, məni birdəfəlik oğulluqdan sildilər.
Elə həmin gün də,bu günə kimi yerlərini bilmədiyim harasa getdilər.
Sonra,daha satmağa bir şeyim qalmadığına görə,bədənimin ağrılarına dözmək məcburiyyətində qalıb sağaldım amma,hər şeyim bitib tükəndikdən sonra sağaldım və elə sağaldığım vaxtdan sonra da,burda,bu daxmada qalıram.
Buna yaşamaq demək olmaz!
İndi o bəla məndən əl çəkdi,amma gedərkən də,özü ilə mənəviyyatımı, imkanlı vaxtlarımı,normal insan həyatımı,atamı,anamı və sağlığımı götürüb özü ilə apardı.
Sən birinci dəfə mənə baxanda,sənə elə gəlmiş ola bilər ki,mən çox yaşlıyam amma,mən səndən çox da,böyük deyiləm,iyirmi bir yaşım var. (Deyəndə,heyrətdən içim-içimə sığmadı.Çünkü ona baxdıqda,mənim qırx yaşlı atamdan qoca görünürdü.)
Bütün bunları sənə,ona görə danışdım ki, təmiz orqanlarını korlayıb,xoşbəxt həyatını mənim kimi özünü,bədbəxt edib,səfil vəziyyətə düşməyəsən və bütün orqanlarını korlanmış xəstə halına salmayasan deyə.(Rəşadın hansı işlərlə məşğul olduğundan,artıq mənim də, xəbərim olduğunu ona bildirmədim)
Mənim indi sağalmağımın bir mənası yoxdur,kaşki mən elə, ağlım özümdə olan vaxt,valideynlərim yanımda olan vaxt,maddi imkanlarım və ən əsası iradəm olan vaxt özümü sağalmağa və bu bəladan uzaq olmağa məcbur edəydim…
.Danışıb fikirini bitirdikdə,əlləri əsə-əsə cırılmış cibinə qoyduğu uzun müddət yuyulmayan dəsmalını çıxarıb,üzünə tutdu.
–Danışdıqca bəlkə də, hər kəliməsinin,hər hərf sayı qədər gözündən yaşlar süzülə-süzülə danışırdı.
Qarşımda,başı aşağı vəziyyətdə,sanki,çox zülümlə döyülən uşaq kimi ağlayaraq başını aşağı salmışdı. Onun bu ağlamağını görüb,qəlbən və səmimiyyətlə ürəyinin dərinliyində həqiqi və hər şeyini itirdiyinə görə,heç bir mənası olmayan bir peşimançılıq hissi keçirdiyinə görə və bütün bu olanları yaşadığına görə,doğrudan da,çox məyyus oldum və həqiqətən də,ona çox yazığım gəlirdi.
Ona baxmağa artıq ürəyim dözmürdü,və özümü daha çox narahat hiss etdiyimə görə,
–Dedim:
Anladım,və sizi,sizin qədər olmasa da, peşimançılığınızın həqiqi və tam səmimi olduğuna görə çox gözəl başa düşürəm.
Bütün bunları mənə danışdığınız üçün və məni xəbərdar etdiyiniz üçün çox sağ olun.Amma bağışlayın ki,sizə faydalı hər hansısa bir köməklik edə bilmirəm.
– Mən hər dəfə,onun çoxdandı eşitmədiyi (Bəlkə də,kiminlə isə çoxdandı danışmadığına görə) bu tərz danışığıma görə,hönkürtüsü daha da,çoxalırdı.
Sızıldayaraq ağalayan zaman,gözlərinin içi qıpqırmızı,dodaqları əsə-əsə deməyə çalışırdı ki:
-Səninlə danışmaq məni çox duyğulandırır,çoxdandı ki,mənimlə heç kim belə hörmətlə nəyinki danışmırdı,heç salam belə vermirlər mənə. Deyib,hönkürtüsünü daha da,artıraraq ağlamağına davam etdi.
– Artıq gördüm dözə bilmirəm,
– İndi isə,mənə başqa bir sözünüz yoxdusa mən getməliyəm, sağ olun deyib,gözlərim dolmuş halda,ürəyim ağraya-ağraya çıxdım o,əvvəl içi dolu ailə,indi isə heç bir kimsəsiz,ağlayaraq peşimaçılığı və dərdləri ilə təkbaşına qalan səfilin evindən. – Gəlib evə çatdığımda,bağlamanı açanda,bu dəfə verdiyi bağlamadakı flomasterlər,digər flomasterlərdən daha fərqli və bir az da,böyük idilər.
Bundan sonrakı,hər keçən gün,içində nə olduğunu bilə-bilə,dünyanın ən pis ölüm və bədbəxtlik tozunun,hər evimizdə qalan günü,mənim üçün həyəcanla dolu olan dəhşətli günlər olacaqdı.
Artıq,Novruz bayramından sonrakı dərs vaxtı da,başlamışdı.
Hər dəfə dərsə gedib gələndə,bu bir həftənin nə vaxt gəlib keçəcəyini nə dərəcədə fikirləşirdimsə,dərsdən çıxan kimi,dərhal, heç uşaqlarla da,doğru-düzgün sağollaşmadan birbaşa evə gedirdim.
Səhəri gün də,dərsdən çıxıb birbaşa evə qayıtmaq istəyəndə,uşaqlardan biri məni səslədi ki,bir dəqiqə dayan,sənə sözüm var deyib,qaçaraq mən tərəfə gəldi.Mənə çatıb,təəccüblü baxışlı gözləri ilə məni yuxarıdan aşağı süzüb,soruşdu: –
Sənə nə olub,
neçə gündü ki,sənə fikir veririk,
özünü yaman qəribə aparırsan,
heç əvvələr belə deyildin – deyib,
təkrarən soruşdu:
Sən mənim canım,de görüm nə məsələdi?
-Mən: Heç,sadəcə olaraq evdə işim var deyə,ona görə tez gedirəm deyəndə, inamsız baxışları ilə diqqətlə üzümə baxıb,
-yox,onsuzda inanmadım,səndə nə isə var.
Bunu axır-əvvəl biləcəyik.
–Dedim,məndə heçnə yoxdu,sadəcə olaraq,evə tələsirəm, sağol,görüşərik deyib,üzümü çevirib yoluma iri addımlarla davam etdim ki,evə tez gəlim,birdən anam girər otağıma,gizlətdiyim bağlamanı görər.
Bir neçə gün belə,həyəcan və təlaşla keçdi.
Bir həftə tamam oldu,bu gün o müştəri ilə görüşməli idim.
Bir yandan məni,birdən nə isə planlaşdırdığımız kimi olmaz, deyə- bir yandan da,biz görüşənə kimi,birdən anam bağlamanı tapar deyə,bir həyəcan var idi içimdə.
Artıq,müştəri ilə görüşəcəyimiz vaxt yaxınlaşmışdı deyə,biraz da,sevinirdim ki,atam-anam və ya məni tanıyanlardan kimsə,bu bağlamanı məndə görmədi.Danışdığımıza görə,müştəri körpünün altında görüşməyimizi təklif etmişdi və mən də,razılaşmışdım deyə,hara getdiyimi dəqiq bilirdim.
Mən körpünün altına gedib çatanda,danışdığımız vaxta hələ beş-altı dəqiqə qalmışdı deyə,yarı torpaq altında,yarı üstdə qalmış kubikin üstə oturub müştərini gözləyim,indilərdə gələr.İki-üç dəqiqə sonra,sol üzündə,qulağının dibindən iki dodaqlarının arasına kimi kəsilmiş, çapıqı olan bir kişi mənə yaxınlaşıb saatı soruşdu,
-Mən də,saatı demək istəyirdim ki, qarayanız rəngli kişi:
-Flomasterləri gətirmisən? -deyə soruşanda,
bildim ki,bu müştəridir.
(Biz onunla öncədən telefonla danışanda,məndən saatı soruşarsan,və saatı hansı qoluma bağladığıma baxarsan-əgər saatı sağ qoluma bağlamışamsa və saata baxarsan,saatın içindəki ayın tarixi səkkizdirsə,deməli bu mənəm.
Flomasteri çıxarıb müştəriyə uzadanda,sağ künc tərəfdən boğanaq səs gəldi:
-Əllərinizi qaldırın və tərpənməyin deyib,üç-dörd Polis,bizi dairəyə alıb,aralarında olan iri çiyinli uca boy bir polis,polis dəstəsinin komadiri olduğunu deyib,soruşdu:
Hansınızda silah var?
Sizdən başqa kimsə var?
Dedik yox,yoxdur.
Polis,bəlkə də,mənim yaşım az olduğu üçün məndən deyil,birinci, müştəri kişiyə yaxınlaşıb,bu nədir deyə soruşdu,kişi də:
adi flomasterdi-dedi.
Amma,polis deyəsən inanmamışdı deyə,bağlamanı açdı və içindəkinin həqiqətən də, flomaster olduğunu görsə də,digər polislərə,siz də,digərlərini götürün açıb baxın flomasterlərin içinə.
İlk götürən polis flomasterin arxa qapağını açanda,dəhşətə gəldi və çox yüksək və əzazil bir səs ilə,
-Siz nə işlə məşğulsunuz?
-camaat uşaqlarını dərsə göndərir ki,sizlər belə vasitələr ilə onları yoldan çıxarıb,bədbəxt edəsiniz deyə?
Cümləsini bitirən kimi,dərhal bir də,soruşdu:
Bunları kimdən almısınız?,
hara aparmalı və kimə verməli idiniz?
Bütün bildiklərinizi danışın.
Flomasterləri ən birinci mən aldığım üçün,və bura da,mən gətirdiyim üçün,özümdə biraz cürət tapıb,utana-utana da olsa,etiraf etməkdən başqa bir əlacı olmayan adam kimi,öncə mən dilləndim:
-Cənab polis,bu flomasterləri mənə,Rəşad adlı bir nəfər satmaq üçün vermişdi.Mən də,adını bilmədiyim,bu müştəriyə verməli idim.
Məndən sonra da,pörtmüş halda-Qarabuğdayı rəngdə olan müştərinin üzünün rəngi biraz da,qaraldı,gözləri çaşqın vəziyyətdə bərələ qalmış şəkildə,artıq təslim olmuş baxışları ilə etiraf etməyə hazırlaşırdı:
-Cənab polis,mən bu flomasterlərin nə olduğunu bilmirəm,sadəcə olaraq,bu oğlandan aldıqdan sonra,Qara ləqəbli bir nəfərə verməli idim, deyib,ağız suyu sanki bir iri tikə kimi boğazından keçmirmiş kimi,əziyyətlə udqunaraq,biz bütün bildiklərimizi danışdıq,
artıq məni buraxacaqsınız? deyə,soruşduqda.
Polis:bu nədi,bizimlə alver edirsən?
səni buraxmıram desəm,digər üzvlərinizin haqqında bizə məlumat verməyəcəksən? -deyə soruşduqda,
müştərinin bu dəfə,dili topuq vura-vura:
yox-yox,Allah etməsin – deyəndə,cümləsini tam bitirməmiş, polis bərk əsəbiləşdi və əsəbi halda acıqla və yüksək səs ilə,-bu işləri görəndə,
milyonlarla evləri viran qoyanda,
cavan uşaqları bədbəxt edəndə,
on minlərlə ailəni dağıdanda
və nəhayət vətənə xəyanət edəndə Allah yadınıza düşmürdü,tutulan vaxt,işinizin üstü açılanda yadınıza düşdü?!
Digər üzvünüzün də,yerini öz xoşunuz ilə göstərdiyinizə görə,haqqınızda məhkəmə vaxtı,cinayət araşdırması zamanı bildirdiyiniz asanlaşdırıcı məlumatlara görə,nəzərə alına bilər, deyib,müştəridən,Rəşadın ünvanını soruşdu.
-Müştəri cavab verdi:Cənab polis, Rəşadın harada yaşadığını bilmirəm amma,çox vaxt hansı çayxanada olduğunu bilirəm.
Polis əməkdaşlarından biri,bütün flomasterləri götürüb bir çantanın içinə yerləşdirdi.
Komandirləri əmr etdi ki,hər kəs hazır olsun,digər üzvlərinin ardınca gedirik dedikdən sonra,bizi qandallayan polis əməkdaşı da,bizi aparıb maşına mindirdi.
Komandir də,mindikdən sonra,sürücü polisə sür deyib,müştəriyə də, digər üzvünüzün olduğu yerə getməyimiz üçün yolu göstər –dedi.
Polis komandiri,ünvanı müştəridən əvvəlcədən soruşduğu üçün,dəqiq bilirdi deyə,Rəşadın olduğu çayxanaya çatmağımıza bir –iki döngə qalmış,maşını saxlatdırıb,maşından düşmədən,flomasterə verəcəyi pulu müştəridən alıb,mənə uzatdı.
Nəyi necə edəcəyimi yaxşı bilirdim deyə,pulu alıb qoydum cibimə.
Polis,üzünü mən tərəfə tutub:
Elə isə qulaq as,əgər özbaşına hər hansısa bir hərəkət etsən,və ya qaçmağa cəht etsən,əməkdaşlara,atəş açmaq üçün,Vur! əmrini vermək məcburiyyətində qoyacaqsan məni,-deyib,ardınca dərhal,bir də dedi:
-Deməli,öncədən necə etməli idinsə,indi də,elə edəcəksən.
Aydın oldu?
-Mən:Bəli,aydındı deyib,maşından düşüb,piyada,üzü çayxanaya tərəf bir-kilometr getmişdim ki,çayxanaya çatmağa bir-iki metr qalmış,Rəşad məni,oturduğu hissədə,masanın qarşı tərəfində olan pəncərədən görüb,özü mənim qarşıma çıxıb əli ilə içəri gəlməyimi işarə etdi.
Polislər də,məndən arxada olan reklam plokatının arxasından,dürbin ilə mənim hara getdiyimi izləyirdilər.Rəşadın yanına çatıb salamlaşdıq,elə,əlimi cibimə salmaq istəyəndə,Rəşad tez sol əli ilə qolumdan tutub,ətrafdan diqqət çəkməmək üçün gülümsəyərək,sağ əli ilə çayxananı göstərib,burada yox,keç içəridə danışaq deyib,irəli addımladı və qapını açıb buyur keç deyib,cibindən bir siqaret də,çıxarıb yandırdı.
Bu dəfə,içəri keçdikdən sonra,həmişə oturduğumuz yerə deyil,bir-iki otaq içəriyə işarə edərək:
Ticari məsələmizi hər yerdə danışmamaq üçün,sakit bir yerdə oturub danışsaq yaxşı olar
-bu sözləri danışa-danışa,mətbəxin yanından keçdikdən sonra,qəhvəyi rəngdə olan qapının sol tərəfində,üstünə pərdə çəkilmiş qapını açıb əvvəlcə özü içəri girdikdən sonra,məni çağırdı.
İçəri girib,əvəllki kimi olmayan,sadəcə kiçik bir çaydan çay olan masa ətrafında,hal-əhval və bu gün müştəri ilə görüşməyim barədə söhbət etdikdən sonra,əlimi salıb cibimdən,müştəri verdiyi pulu Rəşada verdim, Rəşad, pulu cibinə qoyub,əlini cibindən çıxaran vaxt,polislər qapını açıb içəri girdilər.
Rəşad polisləri görən kimi,həyəcanlansa da,özünü itirmədən,təəccüb ilə:
Cənab polis,biz orta məktəbdə oxuyan şagirdik,cinayətkar deyilik və yəqin ki,siz bizi kiminləsə səhv salmısınız deyib,ardınca soruşdu:
-Cənab polis,sizə nə lazımdı?
Polis komandir:
Bizə sən və səninlə əlbir olanlar lazımdır.
Rəşad:Cənab polis,siz nə danışırsınız,nə əlbir olmaq?
mən nə etmişəm?
biz sadəcə olaraq,oturub çay içirik və başqa bir iş görməmişik,vəssalam.
Polis,Rəşadın özündən bu dərəcədə razı danışığına əsəbiləşib,öncədən başqa bir polisin yerləşdirdiyi çantadan,həmin o flomasterləri çıxaranda,Rəşadın gözləri bərəldi,polis,Rəşaddan,bunları kimdən aldığını soruşanda,Rəşad,üz ifadəsində biraz dəyişiklik olsa da,sanki birinci dəfədir ki,bu flomasterləri görürdü.
Yanaqları qızarmış Rəşad,orada olan bütün hər kəsə inkar edərək,bu barədə heç bir məlumatı olmadığını bildirdi.Rəşadın,orada olan hər kəsin qarşısında,bunu bilə-bilə,özü etdiyi əməli, bu dərəcədə həyasızcasına inkar etməsinə görə dözə bilməyən polis komandir:
Bəs,cibindəki pula nə deyirsən?
deyə soruşanda,
Rəşad bu dəfə təşviş içində,qanlı baxışlarla mənə baxdı.
Polis:Cəld ol,cibindəki pulu çıxar və sənə bir daha sübut göstərim deyəndə
-Rəşad da,cibindəki pulu çıxarıb dedi buyurun,bu ki,hamımızda olan adi puldur deyəndə,
Polis gülərək,Rəşada,əlindəki pulu çevir o biri üzünə bax.
Rəşad pulu çevirib o biri üzündə nə olduğuna baxanda,sanki bir anlıq şok keçirmiş oldu.
Polislər əvvəlcədən,müştərinin mənə verdiyi bütün pulların arxa tərəfinə,çox kiçik işarə çəkmişdilər.
Bu işarələri görən Rəşad,çox bilmiş bic başını biraz da,toparlayıb-bu pulu mənə bu oğlan verib deyib,hələ utanmaz-utanmaz da,mənim bu işlərdə əlim yoxdu deyib,polislərə əli ilə qapını göstərərək,-İcazə verin mən çıxım gedim evimə deyib,bir addım atmışdı ki,
-Polis komandiri:
Saxlayın onu,əl-qolunu da,qandallayıb aparın maşına deyib,məni və müştərini də,qolumuzdan tutub apardılar maşına.
Amma,çayxanadan çıxanda,mən içəridə olan zaman gətirilən başqa bir polis maşınını da,gördüm.
Məni,sonradan çağırdıqları boş olan maşına mindirdilər.
Rəşadı və müştərini əvvəlki maşına mindirib hamımızı,bölməyə apardılar.Bölmədə,hamısının komandiri yaxınlaşıb:
-Camaatı zəhərləyən bunlardı? – deyə soruşdu,bizi gətirən polislərin komandiri bəli,amma bir istisna var,cənab palkovnik- deyib,köməkçi polislərə,Rəşadı və müştərini müvəqqəti saxlama otağına aparmağı əmr etdi.
Polislər,Rəşadı və müştərini saxlama otağına apardıqdan sonra,bizi gətirən polislərin komandiri,palkovnikə,məni göstərərək,
-Cənab palkovnik,bu oğlanın günahı yoxdur.
Əksinə,bu oğlan çox düzgün hərəkət etdiyinə görə,əslində,bu cinayətkarları,elə bu oğlanın dürüstlüyü hesabına xəbər alıb tutmuşuq.
Bu oğlan,bu məsələni lap əvvəldən bizə olduğu kimi danışdı və araşdırmamızla həqiqətən də,düz danışdığına tam dəqiq əmin olduqda,heç bir kəsin xəbəri olmamaq şərti ilə,öz aramızda plan cızdıq və bütün işlərimiz planımız üzrə həyata keçdi deyib:
-Cənab palkovnik,icazə verin, bu oğlanı aparıb sağ-salamat evlərinə yola salaq deyəndə,palkovnik güldü və:
Əlbətdə,günahsız birinin həbsxanada nə işi var deyib,mənə əlini uzatdı,mən də,sevincli halda,böyük fəxr hissi ilə,palkovnikin uzatdığı əlini, səmimiyyətlə,qəlbən tutduğumda,palkovnik əlimi sıxıb,
-Əhsən sənə,sənin kimi oğullara daha çox ehtiyacı var bu vətənin -deyib,komandirə işarə edərək,buyurun,sizə yaxşı yol deyib,getdi öz otağına.
Komandir məni,çox hörmətli tərzdə,özünün şəxsi maşınına mindirib,gəlib qəsəbəyə çatdı,məhəllədə düşürmək üçün tini dönmək istəyəndə,mən özüm xahiş etdim ki,zəhmət olmasa maşını,tini dönmədən saxlayın mən düşüm gedim deyəndə,komandir maşını saxladı.Komandirin də,məni yalnış anlamaması üçün,dedim:
-Əvvəllər bizi birlikdə görməyiblər deyə,sonra ətrafdan baxanlar elə anlayarlar ki,güyya ki,mənim polis dostum var və o məni öz maşını ilə gətirib düz məhəlləmizdə düşürür,özümü kiməsə göstərən təəssürat yaratmış olaram deyəndə,komandir gülümsəyib:
Hə,bəlkə də,düz deyirsən,necə istəyirsən,buyur deyib,sözünü bitirdikdən sonra,sağollaşmaq üçün əlini uzatdı,mən də,təşəkkür edərək,böyük hörmətlə əlini tutub sağ olun,çox sağ olun ki,mənə inandınız deyib,qapını örtdüm,komandir də,maşını döndərib gəldiyimiz istiqamətdə qayıtdı.
Artıq,axşam saat,yeddi idi və çox güman ki,anam işdən gəlmiş olardı deyə,biraz tələsdim ki,onsuzda heç kimin bu günkü məsələdən xəbəri yoxdusa,bundan sonra da,heç olmasın.
Gəlib,həyət qapısına çatanda,cibimdən açarı çıxarmaq istəyəndə,gördüm qapının üstündə qıfıl yoxdu.Anam,qarşısında çay özü də,əsəbi görkəmdə oturub.Mən otağa girib masanın üzərindən su qabını götürmək istəyəndə,anam,sanki vulkan püskürürmüş kimi,oturduğu yerdən qalxan kimi:
-Sən bu vaxta qədər harda idin soruşub,cavabını gözləmədən,var gücü ilə bir şillə vurdu və, hələ gözlə atan gəlsin,yaxşıca o,verər payını.
Mən,bu dəfə ağlamadım.
Daha doğrusu,ağlaya bilmədim.
Belə halların neçə ilərdi təkrarlandığına görə,artıq,gözümdən yaş da,gəlmirdi.Necə ki,deyirlər:-Gözlərimin yaşı quruyub – əvvəllər bu cümlənin nə demək olduğunu anlamasam da,sadəcə olaraq cümlə kimi eşitdiyim bu sözləri,artıq,özüm,real olaraq,təbii halda özümdə görürəm.
Bir-iki saat keçərdi ki,atam işdən gəldi.
İçəri girib salamlaşanda:
Nə məsələdi,
bu niyə ağlayır? – deyə,anamdan soruşanda,anam,səhərdən çıxıb,səndən biraz əvvəl gəlib evə -deyəndə,atam da:
Sənə biraz sərbəstlik verdim,
pul verdim deyə,sən lap bu qədər ağını çıxartmısan ki,evə mən gələn vaxtda gəlirsən?
-Bu vaxt hardan gəlirdin?
kimdən icazə almışdın?
məndən icazə almışdın?
Deyə soruşa-soruşa, sanki öz oğlu deyiləmmiş kimi,üstümə cumub,iri əlini açıb,sifətimi bütöv tutan enli və dərin ovucu ilə üç-dörd dəfə başıma,üç-dörd dəfə kürəyimə vurduqdan sonra,biraz sakitləşib keçib divanda oturdu.
Mən,üzümü və başımı tutmuşdum və indi yerindən qalxıb gəlib davam edəcək deyə,qollarımı üzümdən və başımdan çəkmirdim.
Bir-iki dəqiqə vaxt keçdikdən sonra,gəl otur görüm burda,gəl danış,de görüm
hardan gəlirdin?
kimlərlə idin?
deyə soruşdu,
-Onsuzda, mənim sevincli ola biləcəyim vaxtlarda mənim yanımda olmayan,məni kədərləndirən atama,hər şeyin olduğu kimi deyib-deməməyin bir fərqi olmadığına görə, dedim uşaqlarla idim.Uşaqlarla olub-olmadığımı maraqlanmadan,dedi:
– Tutaq ki,uşaqlar ilə birlikdə olsan belə,sənə,evə bu vaxt gəlməyə icazə vermirəm
-qalx get yat! – deyib,
özü də,qalxıb getdi öz otağına.
On beş-iyirmi dəqiqə sonra,dava-dalaş səsləri bürüdü evi,bu dəfə özləri başladılar dava etməyə.
Ara-bir səslərindən ayırd edirdim ki,-atam anamdan soruşurdu:
-Uşaq nəyə görə bu vaxt gəlib evə
– Mən evə gec gəldiyim üçün,atam,anamı döyərək cəzalandırırdı.
Çox vaxt olduğu kimi,bu gün də,bu səs-küy ilə yatmalı oldum.
Sabahsı gün,-dünənki,atamın və anamın münasibətlərinin və heç kəsin arzulamadıqlarını,onlardan gördüklərimin təsiri altından çıxmasam da,az da olsa,fikirimi yayındırmış olaram, -deyə,fikirləşdim ki,uşaqlardan kiminləsə görüşüm,biraz gəzib dolaşarıq, amma xatırlayanda ki,uşaqlar rayona getməzdən əvvəl,bizim ümumi görüşümüz olmuşdu,deməli artıq,hər kəs istirahətdədi.
Görüşəcəyim bir kimsə və başqa bir məşğuliyyətim olmadığına görə,bu günümü,pianom ilə keçirəsi oldum.
Sadəcə piano və mən.
Bir neçə günlərim, belə,yoldaşlarsız,anlamsız və sıxıntılı keçirdi.
Bir neçə həftə sonra,bir neçə günlük qalan dərsimiz başladı.
Məktəbin ümumi olaraq son zəng tətilinə çıxacaq vaxtı idi deyə,həm də,müəllimlərimizin də,bəzilərinin olmadığına görə,dərslər çox vaxt yarımçıq keçirilib,vaxtın çox hissəsini də,məktəbin həyətində olan idman zalında praktiki olaraq,hərbi dərs ilə davam etdirlirdi.Dərs gününün sonuncusu olan,-Son zəng günü də,həmişə olduğu kimi,səhər tezdən oyanıb,hazırlaşıb,-evdən, bu gün maraqlı və yadda qalan gün olacaq, düşüncəsi ilə çıxıb üzü məktəbə tərəf yollandım.Məktəbə çatanda,on-on beş nəfər şagird,altı-yeddi nəfər valideyn var idi.
Bayram süfrəsindən bir qoğal,bir stəkən də,şirə götürüb bir qıraqda oturub,qoğalı yeyərək şirədən də,içib,masa ətrafında işləyənlərə çox sağ olun deyib,çıxdım həyətə.
Sinif yoldaşlarım gəlməmişdilər.
Bilmirəm,bəlkə də,bu son zəng onlara aid deyildi deyə,gəlməmişdilər.on beş-iyirmi dəqiqə sonra,bu şənliyi də,özümə aid bilmədiyim üçün,qayıtdım evə.Yolda fikirləşirdim ki,heç olmasa,yaxşı ki,piano var evdə,gedib onunla başımı qarışdıraram, deyə,özüm-özümə təskinlik edirdim.
Həyət qapısından içəri girəndə,qara rəngli böyük parça ilə üstü örtülmüş nə isə diqqətimi çəkdi,amma,üzümü çevirib diqqətlə baxmadım,dedim yəqin anamın əşyalarından biridir üstünü örtüb ki,quşlar gəlib üstünü batırmasınlar.
Ayaqqabımı çıxarıb,koridora tərəf üz tutanda,hər gün girib-çıxıdğım otaq,bu gün mənə, sanki geniş göründü.Keçib öz otağıma girdim,içimdə,söz ilə ifadə olunmayacaq bir hiss yarandığını hiss etdiyim üçün,bir də,qayıtdım koridora.Yuxarı baxıram,aşağı baxıram,sağa-sola baxıram amma,bir dəyişiklik görə bilmirəm.
-Elə bil,kimsə mənə dedi ki:-sən yolda,evə çatan kimi,piano ifa etməyi fikirləşirdin:
Nə oldu,ifa etmirsən?-sualı beynimdə yarananda,özüm özümdən soruşdum,doğrudan da,mən axı pianoda ifa etməli idim deyə,xəyalən pianonu düşünərək,əvvəlcə həmişə olduğu yerinə baxdım,görmədiyim an,-koridorda gördüyüm boşluq-genişlik,pianonun olmadığı üçün imiş.
Digər otaqlara da,baxdım amma,yox idi.
Anidən,həyətdə, üstü qara parça ilə örtülmüş böyük əşya yadıma düşdü.Tez həyətə qaçıb üstünü açanda gördüm ki,bu qara parçanın altındakı mənə alınan pianodur.
İçəridən məni bir hıçqırtı tutdu,gözlərim doldu.Qarşımdakı,mənə qarşı olan münasibətlər kimi,qara günə qalmış vəziyyətdə,anam evi təmir etdirməli olduğuna görə,lazımsızcasına çıxardılıb həyətdə,günəşin,küləyin,yağışın qarşısına atılan, dostum idi.
Sanki,bu olub keçənlər,atam və anam üçün adi bir şey idi.Əslində,atam axşam işdən gəldikdən sonra,xəbər tutduğunda narazılıq bildirdi amma,sonradan,sanki belə bir şey olmamış kimi,həyatlarına davam etdilər.
Bir gün də,axşam işdən gəldiyində,qarşıda hələ bir neçə ayllar var idi ki,mənim boş,(əslind isə,istirahətdə olmalı)vaxtım olduğuna görə,həyətdə bir-iki otaq,bir hamam,bir ayaqyolu tikdirmək üçün(ustaya pul-para sərf etməmək üçün)daş alıb həyətə tökdürəcəyini və sabahdan işə başlamağımı bildirdi,bir-iki stəkən çay içib getdi yatmağa.
Sabahki gündən etibarən mən başladım atamın tapşırdığı işləri görməyə.Həmyaşıdlarım yay tətilini istirahətdə,səyahətdə keçirdikləri zaman,atamın maddi imkanı yaxşı olduğu halda,- mən günlərimi,palçıq qarışdırıb-otaqları tikib,suvamaqla keçirirdim.
Artıq bir neçə ay,belə keçmişdi.Yeni dərs ili başlamaq üzrə idi, amma bu ildən ehtibarən,mən orta məktəbə deyil,təhsilimi texnikumda davam etməli idim.
Texnikumda dərs ilimin başlamasına bir neçə gün qalmış,axşam qonaqlıqdan gəlib,əgər işini bitirmisənsə,böyük məktəbin üçün,sabah gedib sənə bir iki şey alaq, -deyə soruşdu, mən də,artıq,ən çətin işlərin çoxusunu qurtarmışdım deyə,-dedim:
Tam bitməsə də,əsas işləri görüb qurtarmışam,qalan xırda işlərdi.
Atam:Onda, o qalan xırda işləri də,texnikumdan gəldikdən sonra davam edərsən,-və mənə uğur olsun deyib,keçdi öz otağına.
Sabahsı gün,həftənin beşinci günü saat onbir-oniki radələri olardı,maşın səsi gəldi və qapının zəng səsi gəldi.Artıq qalan daşları ortalıqdan götürüb,hasarın kənarına yığırdım,anam işdə idi.Əlim,üst-başım toz-torpaqlı halda, -kimdi deyə səsləndim. Atamın səsi gəldi:
Gəl aç,mənəm.
Mənim üçün bazardan nə isə alacaqdı deyə,bu gün tez çıxmışdı işdən.
İçəri girdi,baxım görüm nə iş görmüsən-soruşub,gördüyüm işlərə baxdı,və:
-sən get geyin-hazırlaş,gedək dedi.
Maşını içəri salmamışdı,oturub həyətdə mənim çıxmağımı gözləyirdi.Beş-on dəqiqəyə yuyunub-paltarlarımı geyindikdən sonra,həyətə çıxıb-mən hazıram dedikdə,oturacaqdan qalxdıqdan sonra,gəl-gedək deyəcəyini düşünsəm də, (sən demə,atam bayaqdan həyətdə oturub, mənim heç bir təcrübəm olmayan ilk dəfə gördüyüm işlərdə,nöqsanlar axtarırmış) məni yanına çağırıb,daxilimə,daxilimdəki mənəviyyatıma,ruhuma təsir edəcək dərəcədə,üzümə tüpürərək,söyüşlərlə təhqir etdikdən sonra:
-Onsuzda səndən oğul olmadı,heç olmayacaq da,-sözü ilə nöqtəsini qoyduqdan sonra,-gəl otur maşına,dedi.
Bu birinci dəfə deyildi ki,mən atamdan bu sözləri eşidirdim.
Bir neçə illər əvvəl,elə fikirləşirdim ki,bəlkə də,atam,anam indi belədi,böyüyəndə bütün bu gördüklərim hamısı dəyişiləcək.Atamın və anamın mənə qarşı olan münasibəti,heç olmasa fikirləşdiyim kimi olacaq,amma mən,sonra da və indi də,yenə də,ümüd edirəm və hər hansısa bir dəyişikliyin olmasına inanaraq,arzu edərək gözləyirəm.
Bütün ömrüm boyu,cavabını hələdə tapa bilmədiyim bir sual məni,daha çox düşündürüb: -Mən başqalarına qarşı belə deyiləmsə,bəs mənə qarşı niyə və nəyə görə belədirlər?!…
– Bəlkə elə,mən özüm bu münasibətə layiqəm və layiq olduğum üçün də, sona qədər belə davam edəcək?!… Hər halda,bunu sonralar anlamışdım ki,bu cür düşünmək,həm mənə layiq olmayan həm də, mənim yaşıma uyğun deyilmiş amma,yəqinki böyüklərdən gördüyüm münasibətlərdən sonra,yaranmışdı bu düşüncə məndə.Atam,kostyum,köynək,ayaqqabı və digər geyimləri aldı və əvvəllər də,yaxşı geyimlər aldığı günlər də, olmuşdu, amma,mənim zahirən görünüşdən(üz görünüş)çox,daxili görünüşə diqqətə ehtiyacım var idi.
Bazardan bir-iki şey də,alıb evə qayıtdıqdan sonra,həyət qapısını açdım ki,atam maşını həyətə salsın,atılmış pianom,tikinti üçün aldığı bəzi əşyalar həyətdə olduğu üçün,maşını bir təhər həyətə saldıqdan sonra,həyət qapılarını bağlamışdım ki,atamın gündüz vaxtı başlatdığını, hörgü işi gördüyüm zaman,su qabısını işlətdiyimə görə, anam davam etdirməyə başladı.Sanki bir taxtaya söyürmüş kimi, söyüb-təhqir etdikdən sonra,atam həmişə olduğu kimi,sanki heç bir şey olmamış kimi, mənə,keç içəri deyib,anamı da,çağırdı ki,gəl mənə çay-çörək ver,deyib-özü də,keçdi otağına.Anam işdən gəldikdən sonra,deyəsən biraz yatdıqdan sonra,qalan bir neçə saatı da,qonşularla söhbət etmişdi deyə,atam üçün çay-çörək hazırlamadığına görə də,bu günkü günümün,geriyə qalan hissəsi də,onların dava-dalaşına qulaq asmaqla keçəsi oldu.
Səhər saat səkkiz-doqquz radələri olardı,yuxudan oyandım.Təxmini,yarım saat sonra,anam o biri otaqdan səsləndi ki,get əşyalar yığdığımız yerdə axtar gör:
– Mənim keçən ilki iş sənədlərim ordadı?
Yaxşı deyib,masanın üzərindəki şirniyyat qabından iki peçenye götürüb düşdüm, həyətdəki köhnə əşyalar yığdığımız yeri axtarmağa.
Əşyaların arasında,güclə tərpənərək yarım saatdan artıq olardı ki,mən hələ də,anamın hansısa iş sənədlərini axtarırdım.Bir neçə dəqiqə də,axtardıqdan sonra,təsadüfən gözümə sataşan bir sənəddə,anamın adı yazılmışdı deyə,götürüb oxudum ki,bəlkə bu sənəd,elə anamın axtardığı sənəddir -deyə, oxuduğumda,şok oldum,bir anlıq ayaq üstə qurudum sanki.
Mən,köhnə əşyalar olan yerdən,anamın iş yerinə aid sənəd axtarmağa getdiyim yerdən,atam ilə anamın boşanma sənədini tapdım.
Atamın və anamın adlarının ardınca,-Boşanma – sözünü oxuduqdan sonra,kağız əlimdə,gözlərim vərəqə dikili vəziyyətdə,-Ayılıb özümə gəldikdən sonra,sanki damarlarımdakı qan,bir neçə dəqiqəlik donmuşdu.
Özümə bir təhər gəldikdən sonra,-Gedib anamdan bu barədə soruşum,bu nə məsələdi,niyə və nəyə görə belə oldu,nə səbəb oldu,-deyə fikirləşmək belə,mənə əziyyət verirdi.
Tərəddüd içində idim,soruşummu?soruşmayımmı?-deyə.Bütün bunların nə üçün olduğunu düşündüyümdə,sanki daxilimdə,qarşısına çıxan hər bir şeyi yeyib bitirən böyük bir qurd əmələ gəlmişdi və o qurd daha da,çox,lap çox yeyib talayırdı içimi,daha da,sürətlənirdi,elə bil mənim düşünməyə davam etməyim,ona daha çox enerji verirdi.Mən,bu olanlar barədə fikirləşib,düşündükcə sanki,ruhum yanırdı,ağlamadığım halda,içəridən qaynar yaşlar axırdı.
Öz-özümə,pıçıltı ilə,insana ən vacib olan ülvi hissləri,kam ala biləcəyi anları darmadağın olmuş,ümidləri dağıdılmış ürəyimdə-Bu artıq olub,olub keçən belə bir faciə haqqında nə isə desəm,soruşsam belə, bir mənası yoxdur ,deyib,-əlacsız,tükənmiş,düşüncələri,arzuları paramparça olmuş,halda,başı aşağı əyilmiş,gözlərim yerə dikilmiş vəziyyətdə,
tapa bilmədim – deyib,gedib otağıma girib,üstümdəki baş.sanki mənim deyildi,kimsə məni,ağır bir yük ilə yükləyibmiş kimi,həmişə daşıdığım başımı,bu gün isə daşımağa gücüm çatmırdı,yatağıma yaxınlaşan kimi,üstümdəki yükü atırmışam kimi,başımı atdım yastığa.
Artıq,nə isə düşünməyə nə həvəs,nə də,beynimin gücü qalmamışdı.Otağın tavanına baxdığımda,sağa-sola hərəkət edirdi,gözlərimi yummaq istədiyimdə belə,həmişəki kimi asan yumulmurdu,göz qapaqlarıma kükürd tökmüşdülər-bəbəklərim,içdən göynəyərək fəryad edirdi,sanki.Bu ana qədər,yadımda deyil bunun neçənci arzu etmədiyim hadisə olduğu,amma bunu dəqiq bilirdim ki,həyatımda bu günə qədər olan,ən ağır və dözülməsi çox çətin olan hadisədir.Bilmirəm nə vaxt və necəsə,məni yuxu tutmuşdu. Oyananda,atamın səsini eşitdim deyə,bildim ki,bu gün həftənin bazar günüdür və biri-birindən ayrılan və ayrıldıqlarını və hər şeyi gizlədən-deməyən atam-anam evdədi.Bu fikirlə,bir neçə saat əziyyət çəkən bədənim,yerimdə qıvrılaraq keçdi.
Atam qapını açıb görəndə ki,mən hələ də,yatdığım yerdən qalxmamışam,
-Sən niyə qalxmamısan? Sənin işlərin qurtardı ki,hələ də,uzanmısan,-xəstələnməmisən?
Mən: ölüvay halda,dedim yox,
-indi qalxıram.Elə bu vəziyyətlə də,bir təhər yerimdən qalxıb,heç bir tikə də,hər nə isə yeməyə həvəsim olmadığına görə,üç stəkən su içib,atamın mənə tapşırdığı həyətdəki yarımçıq qalan işləri davam etdirmək üçün, çıxdım həyətə.Dayanmışam iş görəcəyim hissədə,ayaq üstə,alətlər mənə,mən alətlərə baxıram,hansından başlayacağımı bilmirəm,öncə bundanmı başlayım,ya digərindənmi başlayım-deyə,qərar verməyə gücü çatmır beynimin.Qayıdıb otağıma getmək istəsəm də,sorğu-suallar başlayanda,mən,hansı sualı soruşacağam-hansı cavabı verəcəyəm? –mənə nə olub?!nəyə və kimə görə bu vəziyyətdəyəm?! -və ya hansı sualı verəcəyəm –Siz nəyə görə ayrıldınız?!-Nəyə görə bir yerdəsiniz?!-bütün bu olanlardan,mənim niyə xəbərim yoxdur?! -bu barədə də,bir cavab tapıb,qərar verə bilmirdim deyə,elə,həyətdə hər nə isə bir iş görərək baş qarışdırmaq,ondan yaxşıdır deyə,asan bir yol tapmışdım.Axşama kimi,elə həyətdəcə,sadəcə olaraq yalnız su içməklə,vaxtımı –taqətimin daha çox zəifləməsinə görə,ən yüngül işləri görərək keçirirdim.
Artıq növbəti gün,texnikumda dərs başlanan gün idi,və mən hazırlaşıb ilk dərs ilimi texnikumdan başlayaraq davam etməli idim.Səhər saat 7-8 radələri olardı ki,yuxudan oyanıb geyinib-hazırlaşmaq üçün qalxdım.
-Hə,deyirəm axı bu gün nə isə başqa yeni bir hiss də,yaranıb içimdə,bu hiss,bəlkə də,sevinmək,ruhlanmaq və ya əhval-ruhiyyəmi pozitivləşdirmək üçün bir səbəb olmadığına görə,Tanrıının,içimdə yaratdığı,bir lütfü idi.Ən son və ən çox güvəniləcək bir divar kimi,mən də,elə bu lütfə söykənmişdim.Və bu divar,mənə həm ayağa qalxmağa,həm də,yolumu davam etmək üçün güc verirdi.Elə bu minvalla da,hazırlaşıb çıxdım,ilk təhsil alacağım böyük məktəbin yoluna.İlk iki-üç gün,bizə dərs keçəcək müəllim-müəllimə heyyəti və qurup yoldaşlarım ilə tanışlıq üçün keçdi.
Bir neçə gün sonra,məktəbin qarşısında,tənəffüs vaxtı tez-tez, özündən razı,mənim kimi ucaboy bir oğlanın gəzdiyini görürdüm.Neçə müddət idi ki,hər dəfə bu yekəxana oğlanı görəndə,qıcıqlanırdım və bir mament axtarırdım ki,ona öz etirazımı bildirim.Axır,nəhayət ki,bir dəfə,bu oğlanın yekə-yekə gəzib,özünü təkəbbürlü aparmasına görə,etirazımı və narazılığımı bildirmək imkanı mənə qismət oldu.
Mənim bütün qurup yoldaşlarımın hamısı qız idi deyə,rayondan gələn bir neçə qurup yoldaşlarımın valideynləri yanlarında olmadıqları üçün,qızlarını mənə tapşırmışdılar deyə,qızlardan birini,bir-neçə dəfə bu oğlan ilə söhbətləşən görmüşdüm.Bir dəfə də,tənəffüsə çıxıb qayıdan zaman,koridorda bu oğlan ilə söhbət edərək gəldiklərini gördüm və həqiqətən də,acıqlandım amma həm də,bir tərəfdən də,bəlkə onlar bacı-qardaşdılar ya da,bəlkə qohumdular deyə,fikirləşdiyim üçün,qurup yoldaşım sinifə gəldikdən sonra,heç bir fikir bildirmədən:
O,oğlan kimdi ki,neçənci dəfədi,səni onun yanında görürəm,deyəndə-qurup yoldaşım güldü və,-O mənim qardaşımdır,dedi.Bir neçə müddətdən sonra,həmin bu qurup yoldaşımın,gəzməyindən xoşum gəlməyən qardaşı ilə dost olmuşduq,o bizə gəlirdi,mən də, onların kirayədə yaşadıqları evə gedirdim.Günümüz,hərdən sxıntılı,hərdən maraqlı-hərdən bir də,daha maraqlı keçirdi,amma özümə aid olan evdəki günlərim,elə olduğu kimi də,davam edirdi.
Artıq,üç il keçmişdi və mənim on səkkiz yaşım tamam olmuşdu.Sonrakı gün mən evdə olmadığım vaxt, evə xəbərdarlıq üçün vərəqə gəldiyini gördüm,bir qədər düşündükdən sonra,qərara gəldim ki,təhsilimi dondurub,hərbi xidmətə gedim. və bu xəbəri evdə də,dedim.
Əvvəl,-hələ ki,oxu texnikumu bitir,sonra gedərsən, desələr də,dedim yox,mən getmək istəyirəm.Sonra razılaşmışdılar.Və,təhsilimi dondurub,birinci çağırış vaxtı getdim hərbi xidmətə.
Hərbi xidmət həyatı,tamam başqa bir həyatdır.Nə asan,nə çətin,nə də,bizim yaşadığımız buradakı həyat kimi deyil.Orada,yəqin ki,olduğu mühitə görə,buradakından daha fərqli olaraq,hər cür insan olur-Yaxşı əsgər yoldaşım da,var idi,yaxşı komandirim də,var idi.Öz vəzifəsində qalsın deyə,əsgərə hər əziyyəti verən satqın “”komandir”” də,var idi-Xidmət etməkdən boyun qaçıraraq,hərbi hissədən qaçan “”əsgər”” də,var idi.Bu mühitdəki müddətimi də,Şükürlər olsun ki,ziyansız və bəlasız başa vurub,xidməti vaxtımızın bitməsinə,bir-iki saat qalmışdı ki,bizi evə yola salsınlar.
Axşamüstü saat:altı-yeddi radələri olardı ki,komandir bütün tabora səsləndi ki,artıq gedə bilərsiniz,və hərbi biletlərimizi paylayıb, bizi yola salmaq üçün,köməkçi komandirlərdən göndərdi və əmr etdi ki,gənclərimizi avtomobil yoluna qədər,sıra ilə düzüb aparıb yola salın.Bizi yola saldılar,avtovağzala gəldik,avtovağzaldan hərə öz evinə getmək üçün,avtobus axtarırdı,kimisi də,atasının maşınına minib gedirdi.
Mən də,həm yaxşı münasibətim olduğu üçün,həm də,evləri uzaq rayonda olduğuna görə,əsgər yoldaşlarımdan birini,qonaq aparım deyə,avtobus gözləyirdik.
Axır ki,Bakı istiqamətinə gedən iki nəfərlik boş yeri olan bir avtobusa mindik.Saat:doqquz-on arası olardı ki,gəlib Bakıya çatdıq.Şəhərdən də,üzü,evimiz tərəfə gələn bir avtobus ilə,gəlib çatdıq evə.
Həmən gün,atamın,mənim gəlişimə görə təşkil etdiyi qonaqlıqda da,bir-iki qohum və digər mən tanımadığım beş altı nəfər ilə,yemək yeyib söhbətləşdikdən sonra,əsgər yoldaşıma yatmaq üçün qonaq otağında yer salıb,özüm isə bir il altı aya yaxın yatmadığım yatağımda həm də,çoxdan dı,yatmadığımız qədər yatmaq həvəsi ilə,yataq yeriməzə keçib,həmin gecəni,elə bil ki,neçə illər imiş ki,biz yatmırmışıq kimi,yatmışdıq.
Səhəri gün,günorta saat:bir-iki arası olardı,yuxudan,əsgər yoldaşımın səsinə oyandım.Məni çağırırdı ki,qalx gedək məni yola sal mən də,öz evimizə gedim.
Ondan,bir neçə dəfə, bu gün də,qalmağını istəsəm də,o getmək istədi.Yemək yeyib,çayımızı içdikdən sonra,aparıb əsgər yoldaşımı evlərinə getmək üçün,avtobulsa yola saldım.Səhəri gündən ehtibarən,dondurduğum təhsilimi davam etdirmək üçün,texnikuma getməyə başladım.
Təhsilimin tamam bitməsinə az qalsa da,Bir neçə gün sonra,dərsdən sonra,artıq boş-bekar gəzməmək üçün,iş tapıb işləyirdim.Səhər texnikuma dərsə gedirdim,dərsdən gəldikdən sonra isə,günün qalan saatını da,işləməyə gedirdim.Bu gedişatla bir neçə müddət belə davam etdim,texnikumdakı təhsil vaxtının sonları idi,diplom almaq vaxtı gəlib çatmışdı.
Yay ayları idi,bir neçə gün sonra,direktor müavini,zəng edərək-gəlib diplomunuzu götürə bilərsiniz -deyə,məlumat verdiyinə görə,əvvəlcədən xəbərim var idi.İki gün sonra texnikuma gedib, diplomumu aldığım barədə sənədi imzaladıqdan sonra,götürüb gəldim evə.
Amma,hələ də,işə gedib-gəlməyə davam edirdim.(Hərbi xidmətdə olan zaman,hər bir əsgərin payına düşən məzuniyyət kimi,mənə də,bu haqqdan istifadə etmək vaxtı çatdığına görə,evə gəlmək qismət olmuşdu.Məzuniyyətə gəldikdən bir neçə gün sonra,-az da olsa,müvəqqəti də,olsa,sıxıntılardan uzaqlaşmaq həm də,eyin açıqlğı üçün,Dəniz kənarına gəzintiyə çıxmışdım.Bir-iki saat arası olardı ki,gəzdikdən sonra,fikirləşdim ki,daha bəsdir,gedim evə,onsuzda necəsə iki-üç günə hərbi hissəyə qayıdacağam deyə,düşünərək bir neçə addım atmışdım ki,Tanrı,gələcəkdə, uzaqlarda olduğuma baxmayaraq son dərəcə sədaqətlə məni gözləyəcək,sağlam,ağıllı,tərbiyəli,övladlar yetişdirəcək,çox gözəl,çox mədəni,çox istiqanlı,çox qayğıkeş və bu kimi sadalanacaq kefiyyətləri özündə cəm edən bir xanım çıxardı mənim rastıma.Mən,ehtibarını qazanmaq üçün məzuniyyət günümün bir-iki saatını ona sərf etmişdim,o isə mənim göstərdiyim etimad qarşısında,bütün ömrünü mənə həsr etdi.)Bir neçə müddət sonra,mən ailə qurmaq qərarına gəldim.
Tarix: iki min beşinci il,biz, Ailə qurduq və bir gün çətin,bir gün asan,bir gün də,daha çətin günlərimiz oldu,amma,ailə qurmaq üçün seçdiyim insan,bir dəfə də,olsa yaşayış vəziyyətinə görə,narazılıq etmədi.Çünkü,maddi vəziyyətim,mənəviyyatım qədər zəngin olmasa da,amma yenə də,mən,bir çoxları kimi pul-para,maddiyat ardınca deyil,mənəviyyat səsinin ardınca,qaçdım,və elə buna görə də,başqalarını özümdən əvvəl və daha çox düşünməyi öyrəndim.-(Əgər,evdə doğmalarınla,dost-tanışlarınla və ya iş yoldaşların ilə,yanında olduqları zaman yüksək səs və ya qışqıraraq danışırsansa,deməli danışan sadəcə olaraq vücudunuzdur,deməli qəlbləriniz biri-birindən ayrıdırlar!
-Nə qədər ki,gec deyil,danışdıqlarınızı və danışmadıqlarınızı belə,qəlbdən dinləməyə başlayın)-Ailə qurduğumuzdan bir il sonra yəni- iki min səkkizinci il- bir övladımız,iki il sonra da,-iki min doqquzuncu il-digər bir övladımız dünyaya gəldi.
İndi, -iki min iyirmi birinci il-,artıq birinin,on iki-birinin isə,on üç yaşı var.(El arasında deyirlər ki,-kim,nəyi-necə görübsə,böyüyəndə də,elə olacaq amma,(amma mən,gördüklərim kimi olmadım,gördüklərimi və mənə qarşı olanları başqalarına qarşı etmədim!.)bu və bu kimi fikirlər,mənim fikirimcə köhnə düşüncəlilərin inandıqları və əlbətdə ki,real olmayan bir mövhümatdır.İnsan özünü ali mərtəbəyə də,çatdırıb –Adam- ola bilər,olduğu mərtəbədən endirə də,bilər-fikiri,yəni,hər bir kəs,özü-özünü tərbiyələndirir və öz təfəkkürünə görə istiqamətləndirir!) Keçmişdə olanları xatırlayıram hətta,alçaldıldığım günlərimi,aylarımı,illərimi daha çox xatırlayıram və valideynlərimdə olan arzuolunmaz xüsusiyyətlərin məndə olmadığına və özümü belə tərbiyə etdiyimə görə,hər dəfəsində, -Tanrıya,- dəfələrlə şükr edirəm.
Son.
29.09.2021.

Müəllif: Zaur LAMƏKAN

ZAUR LAMƏKANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru