Etiket arxivi: ZAUR USTACIN MƏQALƏLƏRİ

Zaur Ustac (1975)

Zaur USTAC (1975)

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM

Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

ÜÇ QARDAŞ

(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR

(Dağlara xitabən üçüncü şeir)

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi

Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!

Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!

Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!

Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!

Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!

Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!

Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!

Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM

Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

“YAZARLAR”

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə haqqında

ƏLLİ DOQQUZUNCU YAZI

(Rəfail Tağızadənin kitabı haqqında)

Salam olsun sənə ey dünyada ən dəyərli nemət olan vaxtını bu sətirləri oxumağa xərcləyən çox dəyərli oxucum! Dünyanın, təbiətin belə gözəl çağında bizə növbəti bir görüş ərmağan etdiyinə görə  şükür olsun Böyük Allaha! Bu dəfə haqqında söhbət açacağım şəxs – imza  çoxunuza tanış olmaya bilər. Doğrusu (tam səmimi), mən özüm də elə bu şəxsi son bir-iki ildə yaxından tanımışam. Və nə yaxşı ki, tanımışam… Girişə çox vaxt itirmədən birbaşa “Qısa arayış”a keçmək istəyirəm:

QISA ARAYIŞ

Tağızadə Rəfail Alı oğlu – şair, publisist, esseist, tərcüməçi.

11 fevral 1958-ci ildə Ağdamda doğulub. Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb. Müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda tanınmış həkim-şair-bəstəkar Şahin Musa oğlunun sədr olduğu AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının yeni seçilmiş üzvlərindən biridir.

“Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar”  kitablarının müəllifidir.

Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabını tərtib edib.

Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.

“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.

Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.

Çoxlu sayda kitabların redaktorudur.

Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.

Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).

Prezident mükafatçısıdır (2011).

“Ziyadar” mükafatı laureatıdır (2024).

“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.

Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.

“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.

“Ədəbi ovqat” dərgisinin təsisçisidir.

Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.

“Qarabağ – Həsrətdən Zəfərə”  (2023) müəllifin işıq üzü görmüş ən yeni kitabıdır.  “Füyuzat” (Bakı) nəşriyyatında nəfis şəkildə tərtib olunaraq nəşr olunmuş kitabı   şanlı Zəfərimizə dəyərli töhfə, ictimayətin qələm adamlarından gözlənti dolu – “…hanı sizin yazdıqlarınız?!” çağırışına sanballı cavab kimi dəyərləndirmək olar.

Rəfail Tağızadə imzası ilə  səngər həyatına dair materiallar axtararkən tanış oldum. Ömrünün on ilə yaxın bir hissəsini çiynində silah, əlində qələm (ordunun ən çətin dönəmlərində qumqumasında suyu, “ruqzaq”ında çörəyi olmasa belə döş cibində həmişə gündəliyi olan) səngərlərdə keçirmiş bir ordu mənsubu olaraq  böyük əminliklə qeyd edə bilərəm ki, Rəfail Tağızadə bu qəbildən mətn nümunələri yaratmış ən müvəffəq müəlliflərdən biridir. Məsələyə belə bir örnəklə aydınlıq gətirmək istəyirəm. Səngər həyatından bəhs edən istənilən söhbətdə mən öz yazdıqlarımdan çox Rəfail Tağızadənin yazdıqlarına önəm verirəm. Konkret olaraq Yadigar Təvəkgülün “Xatirə Yağışı” kitabını tərtib edərkən Rəfail Tağızadənin “Uçuq evdə payız”, “Yadından çıxarma” şeirlərindən istifadə olunmuşdur. Bu qeyd olunmuş iki nümunəni digər alternativ  variantlardan fərqləndirən üstün cəhət bədiiliklə reallığın çuğlaşması nəticəsində yaranmış  vəhdətdən doğan  təbii, səmimi, çılpaq doğru  mənzərədir. (Maraqlananlar istənilən internet axtarış sistemində Yadigar Təvəkgül “ Xatirə Yağışı” yazıb axtarmaqla kitabın elektron variantı ilə tanış ola bilərlər.)

“Qarabağ – Həsrətdən Zəfərə” 

“Qarabağ – Həsrətdən Zəfərə”  kitabına gəlincə, kitabın üzqabığının rəngi müəllifin demək istədiyinin tən yarısını deyir, oxucuya çatdırır desək yanılmarıq. Belə bir uğurlu başlanğıcla kitabla tanış olmağa başladıqda ikinci sevindirici məqam texniki (orfoqrafik) qüsurların yox dərəcəsində olmasıdır. Kitabı dövrümüzdəki kitab çapı bumunda çağdaşlarından fərqləndirən əsas özəllik onun tərtibi zamanı müəllifin nəsr-nəzm ayrıseçkiliyinə yol vermədən, klassik Şərq kitab tərtibi üslubuna  xarakterik qaydada həm poeziya, həm də proza nümunələrinin növbəliyi əsasında (dastanvari) gözə görünməyən  süjet xətti üzrə “həsrətdən – Zəfərə” doğru irəliləyərək “44 günlük” savaşda Şuşa zirvəsində kuliminasiya nöqtəsinə çatıb, Cıdır düzündə dincəldikdən sonra nəticəni elan etməsidir.

Söhbətin bu məqamında Aygün Bağırlının kitaba yazdığı tam əhatəli ön sözü mütləq qeyd etmək lazımdır. Özünlə Yurdun arasında sərhəd çəkmək, hələ bu azmış kimi bu sərhəddə postda dayanıb özünü Yurdundan, Yurdunu özündən qorumaq… Bundan dəhşətlisi yoxdur. Yəqin ki, bu sətirləri oxuyanlardan kimsə mütləq uzun illər əvvəl Aqil Abbasın özü haqqında olan bir sənədli filmdə “Dördyol”da  Ağdama gedən asfalt yolun üzərinə qurulmuş simvolik maneəni xatırlayacaq. Bu nöqtədən o yana keçə bilmərsən… Həsrət bax həmin o nöqtədən başlayır… Bu halın nə demək olduğunu çəkmədən nə dərk etmək, nə də təsvir etmək mümkün deyil. Bax həmin bu nöqtə Rəfail Tağızadə ustalığının mayası, uğurunun söykəndiyi başlıca amildir.

Biz Tağızadə Rəfail Alı oğlunu  şair, publisist, esseist, tərcüməçi  kimi  təqdim edərkən  onun  texniki təmayüllü dəqiq elmlər üzrə sistemli təhsil almış istedadlı şəxs (mühəndis)  olduğunu unutmamalıyıq . Bu məsələyə əvvəlki yazılarımda da dəfələrlə toxunduğuma görə sadəcə kiçicik bir xatırlatma ilə kifayətlənərək, Rəfail Tağızadəni  özü kimi ədəbiyyatçı (filoloq) olmayan qələm adamlarından fərqləndirən əsas məziyyətləri, müasir danışıq dilinə yaxın tərzdə ifadə etməyə çalışsaq həyatın ona verdiyi, real səngər həyatı yaşamaq və Yurdundan ayrı düşərək uzun illər həsrət çəkmək kimi “bonus”ları xüsusi qeyd etmək istəyirəm.  Müəllif kitaba məhz bu sualla başlayır. Yola bu silahla çıxır. Çox dəyərli Aygün xanımın verdiyi əhatəli (mübaliğəsiz) girişin həmən ardınca kitabın “8” – ci səhifəsində (mənim üçün təsadüf anlayışı yoxdur) “Həsrət yolçusu” adlı şeirində həm özünə, həm oxucusuna ünvanladığı

Ay bu yolu gedən yolçu,

Yolu, səmti bilirsənmi?

sualla başlayır “həsrət”dən “Zəfər”ədək uzanan keşməkeşli, təxminən bir qərinəlik yoluna… Rəfail Tağızadə bir müəllif, yurdsevər yurddaş kimi özünün bu yola dərindən bələd olduğunu yol boyu “Vaqonun altından asılan beşik”, “Qızılgül”, “Yolçu, ordan quş göndər, dimdiyində torpağım”, “Qaçqın qəbiristanlığı”, “Getmək istədiyim yer göz önündə”, “Orda bir ev var”, “Qalx ayağa gedək, qardaş”, “…1993…”, “Sabahı gözəl Şuşam” və “Mən sənin sərhədin, vətən” adlı dayanacaqlarda, kölgəliklərdə, bulaq başında, arx üstündə, darvazası olmayan doqqazlarda dəfələrlə sübut edir, təsdiqləyir. Oxucusuna öyrədir. Sanki hər epizoddan sonra “Bir qalanın sirri” filmində kitabların Elşənə ünvanladığı sual adamın beynində rezonans verir… Məncə əsl mətləbi bax bu yola az-çox bələdçiliyi olan oxucu anlayacaq. 

Belə ümumi baxışdan sonra üş(ç) konkret məqam üzərində qısa dayanaraq söhbətimi yekunlaşdırmaq istəyirəm. Birinci kitabdan bir nəsr nümunəsindən kiçicik parça:

“Hər kəsə verilməyən çiçək

Qarabağın hər yeri gözəl idi. Dağı da, dərəsi də. Torpağı, suyu, havası da. Əldən yerə nə düşürdüsə, bitirdi. O yerlərdə qoz ağacını qarğalar əkirdi.

Baharı laləzara dönərdi.

Meyvələrin tamı, güllərin, çiçəklərin ətri bambaşqa idi.

Bənövşənin də…” ardı kitabda. Səh. 33.

İkinci bir nəzm nümunəsinin mətləbi haqqında və özündən parça:

“Dоqquz qоz аğаcı hаqqındа bаllаda

Şəhərə məcburi köçməli оlаn аnаm iki dəfə yаmаn kövrəldi:

bir dəfə mən bаzаrdаn bаyrаmlıq qоz аlıb gətirəndə, …

Qаrımış qоz аğаcındа

qаrğаlаr qоz-qоz оynаdır,

süpürülməyən хəzəllərin аltındа

neçə ilin bаyrаmlıq qоzu yаtır.

Dоqquz qоz аğаcı vаrdı kənddəki həyətimizdə

dоqquzu dа bir-birindən böyük,

bir-birindən ucа,

budаqlаrı hаçа-hаçа.

Hələ kənd bаğındаkılаrı demirəm. …” ardı kitabda. (Səh. 18.)

Üçüncü isə kitabda səh.150 – də yer almış “Heykəlin təbəssümü” haqqında.

Bir dəstə bənövşəni “CD”, “DVD” və ya ən müasir yaddaş kartı ilə müqayisə edərdim… Hər dəfə bir dəstə bənövşə gördükdə (hələ onun ətri) insanın bütün uşaqlığı, gəncliyi kino lenti kimi gözü önündə canlanır. Bir dəstə bənövşə sözün əsl mənasında bir qəlbin açarı, bir ruhun yelkənidir. Eşq olsun, Rəfail Tağızadə!

“Qoz ağacı” məsələsi – bu giriləsi kol deyil… Yaralı yerimizdir… Yəni ən azından bu kiçik həcmli bir kitaba məlumatlandırma xarakterli ümumi baxışdan ibarət olan yazıda bu məsələdən söz salmağın yeri yoxdur. Deməlini Rəfail Tağızadə deyib…

“Heykəlin təbəssümü”nə gəlincə bu mənə çox maraqlı gəldi. Bura qədər elə bilirdim ki, “heykəlin güldüyünü təkcə mən görmüşəm…” bu yerdə ”BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ” şeirindən bir parçanı təqdim edib söhbətimi yekunlaşdırıram:

Bu gecə Şuşada göydən nur yağır,

Hər kəsin üzündə qürur, təbəssüm!

Yurdun oğlun, qızın görüb bəxtiyar,

Xan qızı Natəvan edir təbəssüm!

14-15.07.2022. – Bakı.

Şeiri tam olaraq  Zaur Ustac “Bu gecə Natəvan gülümsəyirdi” yazıb axtarış etməklə internetdən  tapıb oxumaq olar.

Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən yazıda bütün məsələlərə toxunmaq, maraqlı sualların hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, oxucuda  kitab haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa  bir-iki nümunəni olduğu kimi təqdim edim. Qısa fikirlərimi bildirim.  Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Babəklər yurdunun hürr övladıyam!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN YENİ ŞEİRLƏRİ.



                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazaxda analar şair doğurlar!

İLHAM QAZAXLI ÜMUMBƏŞƏRİ ŞAİRDİR
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Qəzənfər, sözündən təzə söz doğur,
Şərdən yalan doğur, haqdan düz doğur.
Hər yerdə analar oğlan, qız doğur,
Qazaxda analar şair doğurlar!

Qəzənfər Məsimoğlundan gətirdiyim bu gözəl misralarla söhbətimizə giriş vermək istəyirəm. Bəli, Əliağa Şıxlinskini, Səməd Vurğunu dünyaya bəxş edən şıxlılar, şahsevənlər, ustaclılar, aşıqlılar yurdu Qazax elində müasirimiz olan İlham Qazaxlı kimi daha bir mükəmməl şəxsiyyət, ümumbəşəri şair, “haqq aşığı” doğulub, boya-başa çatmışdır. Azərbaycanın ali təhsil ocaqlarından birində dəqiq elmlər üzrə təhsil alsa da insanlığa sözlə xidmət etməyi qarşısına məqsəd qoymuş və hal-hazırda bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir.
Bu məsələyə bir neçə yazımda və yeri gəldikcə müxtəlif tədbirlədə baş tutan söhbətlərimdə toxunmuşam. Burada da Vahid Əzizin adını çəkməklə bir daha xatırlatmaq istəyirəm ki, dəqiq elmlər sahəsində təhsil almış şəxslərin ədəbi fəaliyyəti həmişə orijinallığı ilə seçilir. İlham Qazaxlı da belə xüsusi istedad sahiblərindən biridir.
Qələmlə və ya qələmsiz yazmasından asılı olmayaraq istənilən məsələyə ədalətli və obyektiv mövqeyi ilə seçilən dəyərli söz adamı Rəşad Məcidin şairin 50 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” adlı zalında keçirilən tədbir zamanı dediyi: “İlham Qazaxlı şəxsiyyəti və yaradıcılığı bir-birini tamamlayan şairdir…” – fikri üzərindən söhbətimi davam etdirərək bildirmək istəyirəm ki, doğulduğu aydan tutmuş, böyüyüb boya-başa çatdığı elə qədər həyatındakı bütün mövcud amillər məhz bu cür bitkin, kamil şəxsiyyət, cəmiyyət üçün faydalı insan yetişdirməli idi. Böyük əminliklə vurğulamaq istəyirəm ki, İlham Qazaxlının başqa yolu olmayıb. İlham Qazaxlı, ya da İlham Qazaxlı! O istənilən bir sahədə məşğul olsaydı eyni uğuru yenə təkrarlayacaqdı. Şair haqqında belə ümumi sözlərlə qısa məlumat verdikdən sonra onun real həyat və fəaliyyəti haqqında kiçik bir arayış təqdim etməyə ehtiyac duydum.
QISA ARAYIŞ: İlham Qazaxlı 13 may 1973-cü ildə Qazax rayonun Dağ Kəsəmən kəndində anadan olub. İlk təhsilini doğma kəndində aldıqdan sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və İnformatika fakültəsini bitirib. Şeirləri müxtəlif mətbu orqanlarda müntəzəm olaraq dərc olunur. AYB və AJB üzvü olan şairin ədəbi yaradıcılıq fəaliyyəti “Qızıl Qələm” və “Ziyadar” kimi nüfuzlu mükafatlarla qiymətləndirilib. Əlinə qələm aldığı ilk günlərdən etibarən bu günədək fasiləsiz və stabil fəaliyyət göstərən İlham Qazaxlı 50 illik yubileyi ərəfəsində “Zəfər sevinci” adlı növbəti kitabı ilə oxucularını sevindirib.
Söhbətimizin bu yerində Qəzənfər Məsimoğlunun – “Hər yerdə analar oğlan, qız doğur, Qazaxda analar şair doğurlar!” – misralarını təkrarən misal gətirərək qeyd etmək istəyirəm ki, Qazax kimi sazın, sözün xüsusi çəkisi, qədir-qiyməti olan eldə mən şairəm demək, hələ üstəlik “Qazaxlı” təxəllüsü götürmək özü bir şücaət, böyük məsuliyyət deməkdir. Mənim üçün ümumbəşəri şair olan İlham Qazaxlı bəlkə də yaradıcılığının ilk illərində “Qazax” adına söykənərək, – “dünyaya mən də varam, mən şairlər yurdu Qazaxdanam” – demək istəyirdisə, artıq çoxdan öz sözü ilə doğma Qazağını dünyaya tanıdır.


Şeirlərinin birində (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.191.) :
Dayansın hücumu şərin bəşərə,
Kökündən yamanlıq, pislik laxlasın!
Çəkməsin insanı iblis məhşərə,
Zalımın zülmündən Allah saxlasın!

– deyən şair sözün əsl mənasında böyük amallar uğrunda çarpışdığını bir daha gözlər önünə sərir. Düz 50 il əvvəl Qazağın bəlkə də insanlar üçün ucqar, Ulu Tanrıya isə bir basamak daha yaxın olan Dağ Kəsəmən kəndində pərvəriş tapmış bir fidanın bu gün filizlənərək “min budaq” olması, dünyaya sözünü çatdırması, bir elin hüdudlarını aşaraq, cahana ününü yetirməsi, ümumbəşəri ideyalar carçısına çevrilməsi təqdirəlayiq haldır.


Yaxud başqa bir şeirdə (İlham Qazaxlı. “Zəfər sevinci”. Bakı, “Elm və təhsil”, 2023, 304 səh.  s.107.) :
Suriya! Ey, köksü yanan məmləkət!
Çəkilmir üstündən bir an fəlakət.
Hər doğan sabahın qaranlıq saçır,
Müqəddəs amallar səndən gen qaçır. …

Bu misralar qeyri-ixtiyari böyük Səməd Vurğunun “Zəncinin arzuları” əsərini yadıma saldı. Özü param-parça olmuş bir məmləkətin sakini olan , bütün gəncliyini Qarbağ kimi dərd-bəla ilə mücadiləyə həsr etmiş şairin ümumbəşəri mövqeyi məhz belə olmalıdır.
Bu qəbildən olan misalları sadalamaqla yazını daha da uzatmaq olardı. Ancaq “arifə bir işarə bəs eylər” misalına istinad edərək, sizi yormaq istəmirəm. Sonda onu qeyd etmək istəyirəm ki, mənsub olduğu ədəbi nəslin nümayəndələri arasında İlham Qazaxlı bütün məziyyətləri ilə seçilən qələm adamıdır. O sözün əsl mənasında bütün xırdalıqları fövqündə dayanan haqq aşığı (sazı olmasa da), ümumbəşəri şairdir. Bütün uğurlarından dolayı onu təbrik edir, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Uğurlarınız bol olsun, İlham Qazaxlı! Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasınız. Uğurlarınız bol olsun.
03.06.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. SEÇİLMİŞ ƏSƏRLƏRİ. I CİLD. BAKI. 2022.


I >>>> ZAUR USTAC. BİRİNCİ BİTİK (PDF).

Müəllif:  Zaur Ustac

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ÜÇÜNCÜ BİTİK.

I >>>> ZAUR USTAC. BİRİNCİ BİTİK (PDF).

II >>>> ZAUR USTAC. İKİNCİ BİTİK (PDF).

III >>>> ZAUR USTAC. ÜÇÜNCÜ BİTİK (PDF).

Müəllif:  Zaur Ustac

ZAUR USTACIN SEÇİLMİŞ ƏSƏRLƏRİ


YAZARLAR

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!

ZAUR USTACIN YAZILARI

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ŞEİRLƏR.

ZAUR USTACIN YAZILARI


SÜBH ÇAĞI
Pozur addım səsləri,
Gecənin kor sükutun.
Uzaqdan yeyin-yeyin
Yeyir ürəyin qutun…
* * *
Qəfil başlayır quşlar,
Necə gəlirsə buyruq.
Sanki komanda verir,
Gözəgörünməz çubuq…
* * *
Bürüyür bircə anda,
Hər yanı sübh nəğməsi…
İfa edir təbiət,
Əsər Tanrı bəstəsi…
* * *
Getdikcə addım səsi
Eşidilir yaxından.
Gecə qaranlığında,
Ötüb keçir yanımdan…
* * *
Tələsik addımlarda,
Təlaşlı qəlbin səsi…
Elə tələsir, sanki,
(Ta dünyanın sonudur,)
Tükənəcək nəfəsi…
* * *
Uzaqda dan sökülür,
Gecənin rəngi qaçır…
Yaxında purç tumurcuq,
Qətran ətrini sacır…
* * *
Addımlar uzaqlaşır,
Səngiyir sübh nəğməsi…
“Allahu Əkbər”- deyə,
Ucalır azan səsi…
* * *
Aydın olur səbəbi,
O təlaşlı yerişin…
Avazıyır qaranlıq,
Anlamı var gərdişin…
* * *
“La ilahə illəllah”,
Yenə də çökür sükut…
Əllər açılır göyə,
Möminlər tutur qunut…
* * *
Gecənin bağrın yarıb,
Gündüz sıyrılır qından…
Kimisi tövbə edir,
Neçəsi çıxır dondan…
* * *
Həmin şəxs yenə keçir,
Qayıdanbaş yanımdan.
İndi özü görünür,
Səs çıxmır addımından…
17.11.2022. Bakı.

TURAN DEYİLSƏ
Cavid dünyasına əyri baxanlar,
Bu gün baş verənlər siz deyin nədir?!
“Tuncaya” şerini topa tutanlar,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
Nəhayət, “yar qonaq gələcək bizə”,
Min yol qurban ollam, “o qara gözə”,
Uzağı, “lalər çıxacaq düzə”,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
İllərin həsrəti hopmuşdu sözə,
Ay ulduz dönmüşdü sözdə qaş-gözə,
Əbədi qardaşlıq hakimdir düzə,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
Bilirəm bağrınız alışıb yanır,
Nədənsə, çoxları əslini danır,
Ustac bu günlərdə Turqutu anır,
Bu gün baş verənlər siz deyin nədir?!
15.11.2022. Bakı.

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
15.11.2022. Bakı.

ÜZÜMÜZÜ GÖRMƏ!
Könlü işıqlı olanın,
İşi yox gün işığıynan!
Ruhu təmiz olduğundan,
Yeyəcək öz qaşığıynan!
★ ★ ★
Heç dərdini çəkməginən,
Nə yaxşı görmürsən bizi.
Könlün saf, ruhun pak qalsın,
Görməyəsən belə üzü…
★ ★ ★
Çalış, duyma səsimizi,
Xəbərsiz ol halımızdan.
Xoş halına xəbərsizsən,
Boş-boş qeylü-qalımızdan…
★ ★ ★
Dərdin çəkmə bu dünyanın,
Öz dünyanı xürrəm yaşa!
Sənin gözün bizdən iti,
Ayağın dəyməsin daşa!
★ ★ ★
Əzada gözü sağlar var,
Görsə də ruhu sikəstdir.
Gözün deşəni görməyir,
Çünki ruhən o nakəsdir!
13.11.2022. Bakı.

QATIQ
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə süfrələrin padşahı.
Baxırsan ki, bığlarınıda “bığ yağı”,
Fors eləyir, cibində yox bir şahı.
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə onun adı yavanlıq.
Baxırsan ki, düz əməlli adamdır,
Yazıq olub, evin yıxıb cavanlıq.
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə kiçik dünya ibrəti.
Nehrə onu elə qəşəng çalxayır,
Söz artıqdı, tutan tutdu söhbəti…
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Ustac görüb tuluq-tuluq turş qatıq,
İndi “yağ”dır “vitrin”ləri bəzəyir.
Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”…
12.11.2022. Bakı.

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!
08.11.2022. Bakı.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!
06.11.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN ŞEİRLƏRİ


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ANA DİLİM.

ZAUR USTACIN YAZILARI

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN ŞEİRLƏRİ


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru