Arzu Əsəd yazır

“Kruq” ədəbiyyatı

Ədəbiyyatı, xüsusilə də, poeziyanı idman kimi rəqabət alətinə çevirmək olmaz. Əşyanın təbiətinə ziddir. “Kruq” ədəbiyyatı yaradıcı insanların yeniyetməlik çağlarında müəyyən istiqamətdə yetişmələri üçün lazımdır. Dunya ədəbiyyatinda bəzi məshur yazıçı, şairlər ədəbiyyata gəldikləri ilk vaxtlarda müəyyən “kruq”lara girib çıxmış, lakin bir qədər sonra özlərinin fərdi üslublarını yaratmışlar. Yetkin ədəbiyyat son dərəcə təmərküzləşmə tələb edən fərdi yaradıcılıq işidir. Şairlik, yazıçılıq azad insanların özünü ifadə məsələsidir. “Kruq” yaratmaq işbazlıqdır, bəzi çoxbilmis yaradıcı şəxslərin daha zəif iradəli gənc istedadları öz ətrafına toplayaraq, ədəbiyyat adına, əslində, qeyri-ədəbi rəqabət mühiti yaratmaq istəkləridir. Bunun bir çox psixoloji və sosial səbəbləri var. Həmin “kruq” yaradan istedadlı şəxslər uzun muddət rəsmi ədəbi çevrələr tərəfindən ədalətli münasibət görmədikləri üçün təbiət qanunlarına müvafiq olaraq yaşamaq uğrunda mübarizənin bu üsuluna əl atmalı olurlar. Beləliklə, ədəbi cameədə bir tərəfdən rəsmi bürokratiya, ədəbi prokuror və hakimlər, “mentlər”, digər tərəfdən isə qeyri-rəsmi ədəbi “vor zakon”lar, avtoritetlər, “şestyorkalar”, “killerlər” meydana çıxır. Məcburiyyətdəndir – demək də olar. Ancaq, pis olan odur ki, bu, ilk baxışda ədəbiyyata aidmis kimi görünsə də, ədəbi rəqabət adı ilə təqdim olunsa da, əslində, çox adi bir məişət, mənsəb davasıdır. Nəticədə, öz ruhunun dərinliyinə çəkilərək fərdi yaradıcılıq işi ilə məşğul olub cəmiyyətə əsər bəxş etməli olan istedadlar qruplaşmağa, “kruq” yaratmağa, işbazlıq etməyə məcbur olurlar. Bu “kruq”, bu məcburi bir yerdəlik isə getdikcə ədəbi müstəvidən çıxıb çirkin məişət, mənsəb intriqalarına çevrildiyinə gorə bir muddət sonra dağılmağa məhkumdur. Ümumiyyətlə, bütün kruqlar dağılmağa məhkumdur…Eksperiment üçün siçanları bir yerdə quyruq-quyruğa bağlayıblar, üç-dörd saatdan sonra onlar bir-birlərini didib-gəmirməyə başlayıblar.

Müəllif: Arzu Əsəd

Arzu Əsədin yazıları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir