TURAN ELLƏR VAR OLSUN

TURAN ELLƏR VAR OLSUN

…Günlər, aylar keçdikcə türk dövlətləri bir-birinə daha çox yaxınlaşır, qardaşlıq və dostluq əlaqələrini daha da möhkəmləndirir, Turan dövlətinin qurulması yolunda əzmlə çalışır, bu sahədə uğurlu addımlar atırlar. Bu da səbəbsiz deyil. Son illərin hadisələri, müharibələri, hegomon dövlətlərin dünya xəritəsini yenidən «cızmaq» istəkləri və s. türk dövlətlərini yumruq kimi birləşməyə vadar edir. Çünki yumruq kimi birləşməsək, bir olmasaq, güclü olmasaq yırtıcılar- xüsusilə Kremldə əyləşən rus faşistləri imperiyanı daha da genişləndirmək, yeni torpaqlar, ölkələr zəbt etmək arzusunu Azərbaycan üzərində də gerçəkləşdirə bilər. Bu, həqiqətdir. O da həqiqətdir ki, Ukraynaya hücum edən, dinc əhalini qətlə yetirən, şəhər və kəndləri talan edib, xarabazarlığa çevirən rus əsgərləri Prezident və Ali Bah Komandan Vladimir Putinin rəhbərliyi ilə ac canavar kimi başqa ölkələrin də üzərinə diş qıcamağa başlayıblar. Bu baxımdan Türkiyə və Azərbaycanın mədəni, siyasi, iqtisadi, hərbi əlaqələri gündən-günə möhkəmlənərək Putin Rusiyasının da yuxusuna haram qatmaqdadır.
Bəli, bizim gücümüz birliyimizdədir. Bizim gücümüz Turan ellərinin bir bayraq altında birləşməsidir. Gün gələcək ki, türklər dünyanı idarə edəcək, dünyanın nizamını pozulmağa qoymayacaq, yer üzünə əbədi sülh gətirəcəklər. Bu, belə də olacaq. Türk dövlətlərinin birliyini bir daha heç kim poza bilməyəcək, türkün türkdən başqa dostu olmadığını damarlarında türk qanı axan hər bir türk oğlu, türk qızı daha yaxşı anlamağa başlayacaq.
Bu gün türk dövlətləri arasında qurulan əlaqələr genişləndikcə, möhkəmləndikcə «Qızıl alma»ya doğru daha çox yaxınlaşmağa başlayırıq.
24-28 oktyabr 2025-ci ildə qardaş Türkiyədə keçiriləcək «Azərbaycan günləri» Turan dünyasının var olacağına bizi daha da ümidləndirir, bu arzunun da gerçəkləşəcəyinə inandırır və onu da bir daha göstərir ki, Türkiyə və Azərbaycan təkcə sözdə deyil, əməldə də iki dövlət bir millətdir. Çox keçməz ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və s. Türkiyə ilə iki dövlət bir millət kimi əbədi var olacaqlar.
…Qarabağ zəfərinin 5-ci ildönümünü Türkiyədə – Bursada böyük təntənə ilə qeyd olunacağı hər birimizi fərəhləndirir, qardaş Türkiyəyə sevgimizi daha da alovlandırır.


Bu tədbirdə bütün türk dünyasından nümayəndələr iştirak edəcək, çünki Qarabağ zəfəri təkcə Azərbaycanın sevinci deyil, özbəyin də, qazağın da, türkmənin də, başqırdın da, tatarın da…sevincidir, bayramıdır. Bu sevinci bütün Turan elləri birlikdə yaşayacaq, bu zəfər bayramını Türkiyədə birlikdə qeyd edəcəklər.
Türkiyədə keçiriləcək Zəfər bayramı ilə yanaşı, eyni zamanda böyük türk şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, eləcə də Azərbaycanın Milli Qəhrəmanı şəhid Şirin Mirzəyevin və şəhid general Polad Həşimovun adını daşıyan parka, eyni zamanda Çanaqqala şəhidliyinə ziyarət ediləcəkdir. Bu, çox sevindiricidir. Bu, həm də onu göstərir ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, türk dünyasının şairidir. Şirin Mizəyev, Polad Həşimov təkcə Azərbaycanın deyil, türk dünyasının qəhrəmanlarıdır. Belə qəhrəmanlar yetişdirən türk dünyası öz sözünü dünyaya dünən də deyib, bu gün də deyir, sabah da deyəcəkdir.
Turan elləri var olsun!
Tanrı türkü qorusun!

P.S. Türkiyədə keçiriləcək Azərbaycan günlərinə qardaş və dost ölkədə yaşayan Hüseyn Gözəloğlundan mən də dəvətnamə almışam. Türkiyənin Bursa rəhbəri və Bələdiyyə Başqanının dəstəyi ilə təşkil olunacaq tədbirlərdə iştirak etmək arzusu ilə:


Hüseyn İSAOĞLU, yazıçı – publisist,
AYB-nin və AJB-nin üzvü.

Fettah Köleli – Konan

KONAN

Conan (Konan) adı İrlanda dilinden İngilizceye geçmiş. Bu adın kökeni İrlanda dilinde de tam olarak bilinmiyormuş. Conan’ın ünlemesi Konan biçiminde bilindiği gibi. Türkçede hiç yorum gerektirmeden konan, konmuş olan anlamına geliyor. Türkçe ‘ kon ‘ kökünden türemiş bir sözcük. İrlanda da bu sözcüğün olması, İrlanda’nın eski Kimer ve sonra Saka haritası içinde olmasındandır.

Konan’ın ( Conan’ın) babası demircidir, annesinin adında han sözü bulunur: ” Conan, uzak kuzeyin barbarı olan bir Kimmeryalıdır . Bir savaş alanında doğmuştur ve Corin adlı bir köy demircisinin oğludur . Kimmerya’daki bir savaş sırasında annesi Greshan , kocasını kurtarmaya çalışırken bir düşman tarafından ölümcül şekilde yaralanmıştır. Zayıflamış olan Greshan, gücünün sonunu kullanarak oğlunu doğurur ve ölmeden önce ona Conan adını verir. “

Kimmerler, Kırım kentinin kurucusu, MÖ 14000- 7000 arasındaki Türkistandan Avrupa’ya yapılan büyük Türk göçü sonrası bilinen ilk Avrupa Türk boyudur. Avrupa o zaman , Buzul Çağı sonrası boş bir kıtaydı. Kırım ve Karadeniz’in kuzeyi merkez olmak üzere Tuna’nın kuzeyi , Trakya, Batı Ege bir Kimer boyu olan Türükler( Traklar)’in yurduydu. Sak Türkleri, Kimer Türklerinden iktidarı aldı. Aynı halk Sak Kağanlığı içinde yaşamaya devam etti. Eski Türk coğrafyası olan Kimer coğrafyası Sak Türklerinin coğrafyası oldu. Türkler içinde Kağan soyu değişmiş oldu. İlk Türk adını sözcük olarak Türükler(Traklar) kullandı. Kimerler’in Sak egemenliğini kabul etmeyen Türük boyları doğuya göçtüler. Uzun süre doğuda da Asya Hun ve Apar tabınlığında yaşamak zorunda kaldılar. Türükler( Trak- Kimer) ‘in üç Oğuz boyu, Türk Kağanlığı’nı( Gök Türk Kağanlığı) kurdu sonra. Gök Türkler, uzun süre Doğuda Asya Hun ve Apar tabınlığında yaşamış olsalar da aslında Avrupa Türkleriydiler.

Türklerde demircilik Kimerlerden bu yana devam etmektedir. Amerikalı yazar, Kimerler’in Türk olduğunu bildiği için, diğer Göktürk destanlarına gönderme yaparak demirci bir baba karakteri ve han sözü yer alan bir anne karakteri eklemiştir çizgi romana. Göktürkler demircidirler. Çevrelerine demir ve demir ürünleri satarlar. Bizansa demir satmayı teklif etmişlerdir. Bizansın demirlerini beğenmemişlerdir. İslamiyet öncesinden Arabistan’ın Osmanlıdan kopusuna kadar Kabe’yi yöneten demirciler de bunlardır. Osmanlı öncesinde Kuzey Afrika ve Orta Doğu’da devletler kuranlar da bu demirci Kırımlılardır.

Konan’ın karşıtı göçen’dir. Bunlar “Kimmeryalı” yani Kırımlı Türklerdir. Kırım merkezli , İrlanda’ya kadar uzanan , sonraki tüm Ger, gut, urus topraklarını içine alan Tuna’nın Kuzey ve batısındaki Avrupa İskit – Saka topraklarının tamamının eski sahipleri bu Kimer Türkleridir.

Müəllif: Fettah Köleli

Fettah Kölelinin yazıları

Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamlar

Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamlar

MAHİRƏ NAĞIQIZI Azərbaycan ədəbiyyatının müasir nəsr ənənəsində özünəməxsus mövqe tutur. Onun yaradıcılığı həm dilin zənginliyi, həm də psixoloji dərinliyi ilə seçilir. Nağıqızının əsərlərində ailə, uşaqlıq xatirələri, təbiət müşahidəsi və ekoloji mühit mövzuları birləşərək oxucuya həm estetik, həm də emosional təcrübə təqdim edir. Müəllifin nəsri Azərbaycan ədəbiyyatında həm realist, həm də introspektiv yanaşmanın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər; o, gündəlik həyatın detallarını, insan və təbiət əlaqələrini elmi, psixoloji və bədii qatlarla təqdim edir.

“İpək köynək” hekayəsi müəllifin Azərbaycan ədəbiyyatında tutduğu əhəmiyyətli mövqeyin canlı nümunəsi kimi diqqət çəkir. Hekayədə həm uşaqlıq xatirələri, həm ailəvi bağlar, həm də təbiət müşahidəsinin psixoloji qatları ön plana çıxır. Bu əsər Mahirə Nağıqızının nəsrində keçmiş və indiki zamanın sintezi, insan və təbiət münasibətinin psixoloji təhlili və intergenerasional sevgi anlayışının nümayişidir.
Hekayə İzmir səfəri ilə başlayır və burada məkan həm vizual, həm də simvolik qatlarla təqdim olunur. Qəhrəmanın otel otağından dənizə baxışı və mehin sərinliyini hiss etməsi, eyni zamanda ipək köynək motivi, oxucuda nostalji və empatiya hissi yaradır:
“Otel otağının dənizə baxan balkonuna çıxanda sifətimə dəyən mehin sərinliyini hiss etdim… Sultan üçün söz verdiyim ipək köynəyi almaq istəyirdim.”
Bu səhnə müəllifin məkan vasitəsilə psixoloji dərinliyi oxucuya çatdırmaq strategiyasını nümayiş etdirir. Egey dənizinin təsviri, həmçinin emosional rezonans və bədii realizm baxımından hekayəyə universal dəyər əlavə edir.
Hekayədə İzmir şəhəri, palma və xurma ağacları, Egey dənizinin, Naxçıvanın vizual cazibəsi müəllifin psixoloji rahatlığını artırır. Bu təsvir nostalji və emosional keçid üçün funksional rol oynayır. Müəllif nəvəsi üçün ipək köynək axtararkən uşaqlıq xatirələri canlanır və psixoloji intergenerasional bağlılıq yaranır.
Hekayədə zaman və məkanın sintezi çox maraqlıdır. Belə ki, indiki zaman -İzmir səfəri və keçmiş -uşaqlıq xatirələri paralel təqdim olunur. Əsərin emosional qatında- keçmiş xatirələrin Egey dənizinin fonunda canlanması oxucuda nostalji və empatiya hissini yaradması təşkil edir.
Bayaq da qeyd etdiyimiz kimi, hekayənin başlanğıcında müəllif İzmirdə otelin eyvanından Egey dənizinə baxır. Dənizin sonsuzluğu, ulduzlu səma və mehin sərinliyi, müəllifin introspeksiyasını və uşaqlıq xatirələrinin canlanmasını stimullaşdırır. Əsərin sonu, yəni xəyallar isə qəhrəmanı Naxçıvana, Xalxala, uşaqlığa aparır
Hekayənin məkan anlayışına gəldikdə isə palma və xurma ağacları ilə dolu sahil, dənizin genişliyi və otelin vizual cazibəsi müəllifin psixoloji sakitliyini ifadə edir. Məkan həm də uşaqlıq xatirələrinə emosional keçid üçün kontekst rolunu oynayır.
Əsərin zaman anlayışı da çox diqqətə layiqdir. Müəllifin nəvəsi üçün ipək köynək axtarışı, keçmiş xatirələrlə sintez edilərək intergenerasional emosional əlaqə yaradır.
Hekayənin əsas hissəsi qəhrəmanın uşaqlıq xatirələrinə keçid edir. İpəkqurdlarının böyüməsini və tut yarpaqlarına olan marağı uşaqlığın təbii maraq və müşahidə qabiliyyətini nümayiş etdirir: “Balaca qurdların sürətlə böyüdüyünü və tut yarpaqlarına necə iştahla girişdiyini müşahidə edirdik.”
Bu epizodlar uşağın empatiya və diqqətini vurğulamaqla yanaşı, təbiət hadisələrinə elmi və analitik yanaşmanı göstərir. Uşaqlıq xatirələri hekayədə həm bioloji, həm də psixoloji inkişaf kontekstində təqdim olunur.
Hekayədə ipəkqurdlarının böyüməsi, rəng dəyişiklikləri və barama hazırlaması həm ekoloji mühitin tərkib hissəsi, həm də simvolik metafora kimi işlənmişdir: İpəkqurdlarının qida ehtiyacı, böyümə mərhələləri və barama toxunması uşaqlar üçün canlı bir mikro-ekosistem rolunu oynayır.
Müəllifin uşaqlıq xatirələrində ipəkqurdlarının böyüməsi, yemlənməsi və barama hazırlaması ekoloji mühit və canlı-nəzəri əlaqə baxımından təqdim olunur.
Belə ki, uşaqlar ipəkqurdlarının davranışlarını izləyir, onların ehtiyaclarına diqqət göstərirlər. Bu, əlbəttə ki təbiətə qarşı empatiya və öyrənmə bacarığı yaradır.
Ananın ipəkqurdları ilə davranışı, onların qorunması və inkişafını təmin etməsi mərhəmət və məsuliyyətin simvoludur. Bu, uşaqlarda etik və emosional dəyərlərin formalaşmasına xidmət edir.
Hekayədə maraqlı psixoloji emosioanal məqamlar da var. Belə ki, ana diqqətini qurdlar üzərinə yönəltdiyi zaman uşaqlarda əvvəl qısqanclıq yaranır, lakin sonradan bu empatiya və anlayışa çevrilir.
Ümumiyyətlə ananın təsviri hekayədə psixoloji təhlil baxımından xüsusi əhəmiyyət kəsb edir; onun zəhmətkeşliyi, halallığa önəm verməsi, hər kəsə təmənnasız xidmət göstərməsi və uşaqlara nümunəvi münasibəti psixoloji və emosional liderlik nümunəsidir.
Hekayədə ananın xarakteri diqqət və zəhmət simvolu kimi işlənmişdir. O, ipəkqurdlarının böyüməsinə xüsusi məsuliyyətlə yanaşır və mərhəmət göstərir:
“Anam bu asan olmayan işi təkbaşına başa çatdırdı… və bizi bütün vasitələrlə təhlükədən qorumağa çalışdı.” “Atam hamımızın xüsusi iştirakı ilə qablaşdırdığımız barama topalarını qəbul məntəqəsinə təhvil verdi. O, məntəqədən gələndə 780 kiloqram barama təhvil verdiyimizi bildirdi, hamımız bunu böyük hadisə kimi qarşılayıb bir-birimizi təbrik edəndə, gözüm qapının ağzındakı qaz sobasının üstündə poqquldayan qazanın qapağını qaldıran anama sataşdı. O, baş verənlərin ona aid olmadığı adamlar kimi, biş-düş işləri ilə məşğul idi.
Mənə elə gəlirdi, yoxsa doğrudan elə idi, bilmirəm, amma əmin olduğum həqiqət anamın baramaya müqəddəs bir şey kimi baxdığını deyirdi.”
Bu nümunələr müəllifin ana obrazı üzərindən zəhmət və diqqət motivlərini simvolik təmsil etməsi baxımından əhəmiyyətlidir. Hekayədə ananın rolunun təqdimatı sosial psixologiya və etik dəyərlər perspektivindən də araşdırıla bilər.
Onu da qeyd edək ki, müəllifin xatirələrində ana sadəcə ailənin qayğıkeş üzvü deyil, həm də mənəvi dayağı, mənsub olduğu mədəniyyətin ən ali dəyərlərinin daşıyıcısıdır. Mahirə Nağıqızı ananı həyatın fırtınaları qarşısında sarsılmayan, övladlarını həm əxlaqi, həm də mənəvi cəhətdən formalaşdıran müqəddəs varlıq kimi təsvir edir. Onun zəhmətkeşliyi, fədakarlığı və sevgi dolu qayğısı oxucuda dərin hörmət hissi oyadır. Bu obraz oxucunu analara hörmət və minnətdarlıq göstərməyə, ailə bağlarının əhəmiyyətini dərk etməyə çağırır.
Eyni zamanda, müəllifin ana ilə bağlı xatirələri gənc nəslin milli-mənəvi köklərə bağlanmasının, ənənəvi dəyərlərin qorunmasının zəruriliyini vurğulayır. Ana obrazının müqəddəsliyi, onun həyat məktəbi kimi təqdim olunması tərbiyəvi baxımdan böyük təsir gücünə malikdir. Bu hekayələrdən öyrənilən əsas dərs odur ki, ana sadəcə ailənin dayağı deyil, həm də millətin mənəvi gücünün rəmzidir; onun şəfqəti və zəhməti insan xarakterinin formalaşmasında əvəzsizdir.
Ananın ipəkqurdlarının böyüməsini izləməsi və baramaların hazırlanması uşaqlar üçün psixoloji və etik təlim funksiyası daşıyır. Burada ananın mərhəmətli və zəhməti uşaqlara məhsuldarlıq və səbrin simvolunu öyrədir. Uşaqlar ananın hərəkətlərini müşahidə edərək etik və emosional davranış nümunəsi qazanır.
Burada maraqlı məqamlardan biri də odur ki, ipəkqurdlarının yetişməsi insan zəhməti və ailəvi bağlılıq ilə paralel qoyulur. Baramanın yaranması prosesi müəllif üçün həm nostalji, həm də estetik dəyər yaradır.
Ekoloji mühitə inteqrasiya da əsərdə mövcuddur. İpəkqurdlarının yetişdirilməsi ilə bağlı qaydalar və mərhələli proseslər uşaqlara təbiət və canlıların inkişafı haqqında dərin anlayış verir.
Müəllifin uşaqlıq müşahidəsində ipəkqurdlarının böyüməsi və barama istehsalına qatılması həyat və öyrənmə prosesinin metaforasıdır; uşaqlıq müşahidəsi psixoloji və intellektual inkişaf üçün təməl rol oynayır.
Hekayədəki şeirdə də müəllif nəvəsinə sevgisini və qoruyucu instinktini ifadə edir:
Köynəyin kətandımı,
Canına yatandımı…
Mən sənə qurban olsam,
Bu dünya batandımı…

Şeir sevgi, qayğı və nostalji hisslərini birləşdirir. İpək köynək zəhmət və ailəvi bağlılıq simvolu kimi çıxış edir. Şeirin psixoloji təsiri hekayənin tematik əsasını gücləndirir və müəllifin uşaqlıq xatirələri ilə indiki duyğular arasında emosional körpü yaradır.
Mahirə Nağıqızının “İpək köynək” hekayəsi Azərbaycan ədəbiyyatında həm milli, həm də universal psixoloji və emosional motivləri birləşdirən nümunəvi əsərlərdən biridir. Əsər uşaqlıq təcrübələri, təbiət müşahidəsi və səbrin simvolik təsviri baxımından diqqət çəkir.
Mahirə Naĝiqızının bədii nəsri həm milli, həm də beynəlxalq müstəvidə psixoloji tərbiyənin əhəmiyyətini özündə ehtiva edir. Hekayə Azərbaycan ədəbiyyatında uşaq təxəyyülü və təbiət müşahidəsi motivlərinin unikal təmsilçisi kimi qiymətləndirilə bilər.
Mahirə Nağıqızının avtobioqrafik hekayələri Azərbaycan ədəbiyyatında ailə dəyərlərinin, milli-mənəvi tərbiyənin və mənəvi irsin qorunmasının canlı nümunəsidir. Müəllif öz şəxsi xatirələrinə əsaslanaraq oxucunu təkcə fərdi həyat hekayəsi ilə deyil, həm də bütöv bir nəslin, bir dövrün düşüncə və yaşam tərzi ilə tanış edir. Bu baxımdan Mahirə Nağıqızının yaradıcılığı tərbiyəvi məzmun daşıyır, çünki burada ailə bağlarının möhkəmliyi, valideynə ehtiram və əməksevərlik oxuculara nümunəvi şəkildə çatdırılır.

Beləliklə, Mahirə Nağıqızının avtobioqrafik hekayəsi həm ədəbi, həm də pedaqoji baxımdan dəyərli nümunədir. O, ananın müqəddəsliyini ucaldaraq oxucunu ailə dəyərlərinə sədaqətə, fədakar əməyə və insanpərvərlik ruhuna səsləyir.

Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamlar

Doçent, doktor

Malahat Ramiz kızı
BABAYEVA

Turan.İnfo.Az-ın
redaktoru

Aysel Nəsirzadə – Payızın rəngi

Payızın rəngi

Payızın rəngi nə sarıdı, nə qırmız
Yuxu rəngidi payız
alatoran,
tənhalıq duyğusuyla ruhu saran,
ağla qaranın,
xatirəylə xəyalın,
gerçəklə röyanın qarışığıdı
Payızın rəngi bozdu.
küləyin havasına rəqs edən
o yarpaqların rəqsi deyil,
bir az yerlə göyün,
bir az ağacla torpağın rəqsidi.
Göz-gözə, əl-ələ
amma qolsuzdu.
Təkcə ağacdan yarpaq qopmur
adam da içindən tökülür, ömür-ömür
öz içində payıza çevrilir.
Rəssamın ən dəyərli rəsminin
kənarında qalmış fırça izi kimi,
alnındakı qırışlar gəldikcə dilə,
üzün bər-bəzəyi artır
yaza dönmək ümidi ilə…

Müəllif: Aysel Nəsirzadə

Aysel Nəsirzadənin yazıları

XAM ATIN ÖYRƏDİLMƏSİ

TƏRƏKƏMƏLƏRDƏ XAM ATIN ÖYRƏDİLMƏSİ

Atın xırda balasına qulun, bəzən də kürük(x’) deyərlər. Bir neçə aylıq olandan sonra dayça deyilir. İki yaşından sonra erkəyinə day, dişisinə qulan deyilir. Yaş yarımlıq dayçaya verilən şilxor adı da var. Bu ad çox işlənməz, bəzən isə arıq, yöndəmsiz və dəyərsiz mənalarında işlənir.
Tərəkəmələr adətən dayçaları bağlamaz, ilxıda, ya da hörüklü olan analarının yanında buraxma saxlayarlar. Çox vaxt belə açıq buraxılan dayçalar yarımvəhşi olur, insana yaxınlıq vermirlər. Ona görə də onları əhliləşdirib yükə və miniyə öyrərmək xeyli zəhmət tələb edir. Adətən dayçaları iki yaşını tamam edəndən sonra öyrədirlər. Çünki tez öyrədilən dayçaların qolu alınar – yəni ön qıçları zədələnər. Qolu alınmış at şikəst sayılır, arxda-bərədə, bərkdə-boşda tez büdrəyər, yıxılıb üstündəki süvarinin də zədə almasına səbəb olar. Ona görə də atalarımız deyib:” atı birində bəslə, ikisində gözlə, üçündə min. Oldu at, olmadı sat!”
Üç yaşında olan gümrah xam atı elə belə öyrətmək olmaz. Onu boğmasan, əzməsən xamto qalar ki, belə atlara da kələday deyilir. Bu ifadə məcazi olaraq qaba, özbaşına, baştuşuna iş görən cavanlar üçün də işlənir.
Gələk at öyrətməyə. Xam atı kəməndlə, ya da göz (yerdə kəndirdən qurulan halqa-tələ) vasitəsilə tutur, başına uzun bir siyirtmə kəndir salırlar. İki nəfər qolubərk cavanın hərəsi ipin bir ucundan tutub dartır, kəndir dartıldıqca at boğulur. Boğulmuş at sakitləşib müti bir hal alır. Köhnə kişilər deyərdi ki, atın iki qanadı olur, onun biri at doğulanda sınır (adətən at ayaqüstə doğur, qulun hündürdən yerə düşdüyünə görə), o birisi at boğulanda. Ona görə də atı boğmadan öyrətmək mümkündürsə, bu lap yaxşıdır. At sonralar narahatlıq yaratsa da ürəkli, cəsarətli olur.
Bundan sonra atı yüyənləyir, belinə alıq qoyurlar. Çünki, üzəngili və metal konstruksiyalı yəhər xam at üçün o qədər də münasib deyil. Atın belinə əvvəl keçə tərlik, sonra keçə borulardan düzəlmiş qom, axırda da üstdən çul qoyulub doğanaqlı örkənlə alıqlanır. “Örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçər” məsəli də burdandır. Öyrətmə zamanı ağır yük olmayacaqsa qomsuz da ötüşmək olar. Ancaq yük üçün qom əvəzsizdir. Çünki qom alığı hündürdə saxlayıb atın bel tirinə toxunmasını əngəlləyir, həm də o üz-bu üzə aşmanın qarşısını alır. Xam ata quşqunu da quyruq altından yox, aşağıdan, buddan, öküz quşqunu kimi verirlər. Bu da onun üçündür ki, həm xam atın dərisi zədələnməsin, həm də canı ağrıyan at soncuqlayıb üstündəki adamı yıxmasın. Alıqlamadan sonra at minməyə imkan vermirsə onun belinə iki kisə torpaq yükləyib sonra minirlər. Belindəki yükün ağırlğından at narahatçılıq yarada bilmir. Əvvəl-əvvəl yüyəni yerdəki piyada adam tutub çəkir. Sonra yüyən süvariyə verilir. Təbii ki, süvari də cəld və cavan bir adam olmalıdır. Bu yeni öyrədilən atı sürmək üçün minici qamçıdan, çubuqdan, hətta adi əl ağacından da istifadə etməz, yoxsa canı ağrıyan bişməmiş at şıllaqlayar, təpik atar, üstündəki adamı yerə atmağa çalışar. Ən azı bəd vərdişlərə yiyələnər. Bunun üçün 70-80 sm-lik bir hamar taxtadan istifadə edər və taxtanı boynuna, yanına ehtiyatla yastısına vurarlar ki, onu incitməsin. At bir qədər yüklə sürülüb yorulandan sonra yük belindən alınar. Minici eləcə siyato (yüksüz) minər.Bu iş fasilələrlə bir həftə davam edər. Bu müddətdə atı bərkə-boşa salar, kolluğa, daşa, palçığa salar, qaraltıdan, itdən hürküb-hürkmədiyini də yoxlayarlar. Yeni öyrənmiş ata yük vurmaq lazım olsa ilk zamanlar ona yüngül çəkidə mitil, keçə, un kimi rahat yüklər yükləyərlər. Xam ata danqıldayan, şappıldayan metal, qab-qacaq, cığara və s. kimi yüklər yükləmək təhlükəli olduğundan bir müddət onu belə yüklərdən uzaq tutarlar. Əks təqdirdə hürküb özünə və ətrafına xəsarət yetirə bilər. Beləcə öyrədilib yetişdirilən bir at mükəmməl at olar.

İmadəddin Nəsimi – Eyləməm

EYLƏMƏM
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.

Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm.

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum – bu gün yerim, Haq kərimdir yarına,

Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm…

Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,

Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.

MÜƏLLİF: İMADƏDDİN NƏSİMİ

İMADƏDDİN NƏSİMİNİN YAZILARI

13 il

13 il…
Bu gün bizim evliliyimizin 13 ili tamam olur.
8 ili birlikdə sevgi ilə,güvənlə,gülüşlərlə keçdi…
5 ili isə sənsiz səssiz,amma qürurla, həsrətlə,yanğıyla…
Hər il bu gün gələndə içimdə qəribə bir sükut çökür.Bir tərəfim ağrıyır çünki sənsizəm.Digər tərəfim gülümsəyir çünki səninlə yaşadığım hər anım bir ömür qədər dəyərlidir.
Mən çox xoşbəxt idim,Fariz…
Həyatın çətinlikləri olsa da,yanımda sən var idin dağ kimi,dayaq kimi…
Gözlərindəki sevgi mənim üçün bütün dünyanın səssiz və dərin səadəti idi.
Mən sənin gözlərinə baxıb gələcəyimizə inanırdım.Amma sən getdin…
Vətəni,bizi,gələcəyimizi qorumaq üçün canını fəda etdin.Və mən qaldım yarımçıq bir hekayənin içində,amma qürurla başım dik “Mən şəhid həyat yoldaşıyam” deyərək.Sən tək getmədin,bir parçanı da apardın özünlə.Amma içimdə elə bir iz qoydun ki,zaman belə silə bilmədi.Sənin adını hər çəkəndə nəfəsim titrəyir…Amma bu titrək nəfəsin içində həm sevgi,həm həsrət,həm də qürur var.Çünki sən həm mənim həyatımın sevgisi,həm də bu millətin əbədi qəhrəmanısan.
Bu gün səninlə olan evliliyimizin 13-cü ili tamam olur.
Sənsiz 5 il keçdi…
Amma sanki sən hələ də burdasan nəfəsimdə,dualarımda,qəlbimin hər guşəsində.
Səni unutmadım,unuda bilmərəm.
Çünki mən hələ də səni sevirəm…
Sanki bu gün yenidən “hə” deyirəm sənə səssizliyə,xatirələrə,dualara…
Ruhun şad olsun,Farizim…Səni sevən qəlbimlə bu günü yaşayıram həm ağrıyla,həm təbəssümlə…

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Yusifoğlu – “Arpaçaydan Xəzərə”

İbrahim Yusifoğlunun Arpaçaydan Xəzərə qədər uzanan keşməkeşli yolu

ALTMIŞ ALTINCI YAZI

(İbrahim Yusifoğlunun doğum gününə)

Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yol olacaq. Sözün əsl mənasında “Yollar dünyada çoxdur”(X.Ə). Yol haqqında olan bütün digər mülahizələri bir kənara qoyub, müqəddəs bir məkandan qaynayaraq çağlaya-çağlaya Arpaçaya qovuşan göz yaşı kimi dumduru, saf bir çeşmənin keçdiyi təbii yoldan söhbət açacam sizə. Yuxarıda qeyd etdiyim kimi, yollar da çoxdur, yolların qət olunması qaydası da olduqca müxtəlifdir. Öz həyat yolunu qoltuqda, xurcunda, beldə, sürünə – sürünə gedənlər də var, bu müqəddəs yolu təbii öz axarında dağdan, dərədən, düzdən keçərək keşməkeşli ömür yoluna, dastana çevirənlər də var. Budəfəki söhbətimizin qəhrəmanı Arpaçaydan Xəzərə qədər məhz belə keşməkeşli bir yolu təbii şəkildə öz axarında qət etmiş tanınmış pedaqoq, sevilən şair İbrahim Yusifoğludur. Söhbətimizi şairin ən yeni kitablarından biri olan 2025-ci ildə işıq üzü görmüş “Arpaçaydan Xəzərə” şeirlər toplusundan seçilmiş əsas başlıqlara uyğun qurmağa çalışacağam.

İbrahim Yusifoğlu Azərbaycan ədəbi-bədii düşüncəsinin mühüm simalarından biridir. Onun adı təkcə şair, yazıçı və ya publisist kimi deyil, həm də mənəvi bir məktəbin daşıyıcısı, milli-mədəni yaddaşın qoruyucusu, sözün və qələmin ləyaqətli sahibi, gələcək nəsillərin təlim-tərbiyəsində əməyi olan zəhmətkeş pedaqoq kimi çəkilir. Şairin balacalar üçün şeirlərindən ibarət ölkəmizdə və xaricdə çap olunmuş çoxlu sayda kitabları var. Söhbətimizin mövzusu olmadığına görə bu məsələ üzərində çox dayanmırıq. İbrahim Yusifoğlu yaradıcılığı ilə oxucuya yalnız bədii-estetik həzz bəxş etmir, həm də milli mənsubiyyətin, tarixi köklərin, mənəvi dayaqların unudulmamasına xidmət edir:

Dədə Qorqud gəzən Oğuz elimdi,
Uludu torpağı, daşı Şərurun.
Dili Türkün dili-ana dilimdi,
Qədimdən qədimdi yaşı Şərurun.

İbrahim Yusifoğlu qələmi ilə xalqına yol göstərən, sözün gücünə inanan ziyalılardandır. Onun əsərlərində sadə insanın taleyi, həyatın keşməkeşləri, vətən torpağına sevgi, milli dəyərlərə bağlılıq əsas xətti təşkil edir. Söz onun üçün yalnız ifadə vasitəsi deyil, həm də mübarizə aləti, milli varlığın qorunması naminə seçilmiş silahdır.

Əsərlərində oxucu quru pafosla deyil, həqiqi hisslərin gücü ilə qarşılaşır. O, poeziyada lirizmi, publisistik yazılarında isə faktı, arqumenti önə çəkərək mövqeyini aydın və qətiyyətlə ifadə edir.

Yusifoğlunun şeirlərində ən çox diqqət çəkən cəhət onun vətənpərvərliyi, milli duyğulara sadiqliyidir. O, xalqın tarixi keçmişini və gələcək məsuliyyətini eyni anda nəzərə alır. Öz oxucusunu da milli yaddaşın qorunmasına, köklərin unudulmamasına çağırır. Onun yaradıcılığına diqqətlə baxanda görürük ki, milli mənsubiyyət məsələsi onun həyat mövqeyi ilə bədii sözünün qırılmaz bağında özünü göstərir.

İbrahim Yusifoğlu həm də ədəbi mühitin fəal iştirakçısı, fikir mübadiləsinə açıq, ictimai proseslərdən kənarda qalmayan ziyalıdır. Onun publisistik yazıları oxucunu düşündürür, ictimai rəyə təsir göstərir, cəmiyyətdə milli şüurun möhkəmlənməsinə xidmət edir. O, söz adamı olmaqla yanaşı, həm də vətəndaş mövqeyi ilə nümunədir.

Yusifoğlunun əsərləri yalnız bu günün deyil, həm də gələcəyin oxucusuna ünvanlanıb. Onun bədii və publisistik yaradıcılığı milli yaddaşın kitabxanasında öz möhtəşəm yerini tutacaq. Çünki bu əsərlər insan ruhunun, vətən sevgisinin, sözün və səmimiyyətin təcəssümüdür.

Ədəbiyyatın ən mühüm missiyalarından biri xalqın yaddaşını qorumaq, onun keçmişini, bu günü və gələcəyini bədii söz vasitəsilə nəsillərə ötürməkdir. Azərbaycan ədəbiyyatında bu missiyanı ləyaqətlə daşıyan qələm sahiblərindən biri də şair İbrahim Yusifoğludur. Onun yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. Şair olduqca müxtəlif mövzulu şeirlərində şahidi olduğu tarixi hadisələri qədim diyarın ecazkar təbiət mənzərələri fonunda böyük ustalıqla təsvir edir.

Azərbaycanımızın dilbər guşələrindən biri olan Axuradan (Naxçıvan MR, Şərur r., Axura k.) yola çıxan dumduru çeşməmiz özünü dağa-daşa vura-vura yol açaraq, əvvəlcə adı dillərdə dastan olan coşqun Arpaçaya yetişir. Coşqun Arpaçay onu sakit Arazla tanış edir. Sakit Araz onu ana Kürə qovuşdurur. Ana Kürün qoynunda bütün Azərbaycanı başdan-başa keçdiyi yolun sonunda Xəzərə çatanda bu çeşməmizin həzin, ancaq arxayın zümzüməsini eşidirik:

Daha qorxusu yox, coşan sellərin,
Xançoban zirvədən eli qoruyur.
Gülləri sulayan Sara xanımsa,
Qəlbində əbədi məhəbbət duyur.

Sözün, ədəbiyyatın, bədii təsvirin, tərənnümün gücü bu misralar olsun gərək.
İbrahim Yusifoğlu şeirlərində Naxçıvanı yalnız bir coğrafi məkan kimi deyil, həm də tarixi-mədəni kodların qoruyucusu kimi təqdim edir. Onun yazılarında Naxçıvan sanki daş yaddaş, minillərin səsi, babaların bizə miras qoyduğu müqəddəs bir ocaqdır. Şair bədii-publisistik dil ilə bu torpağın qədimliyini, xalqımızın mədəniyyətindəki rolunu oxucuya çatdırır.

Yusifoğlu əsərlərində Naxçıvanı həm təbiəti, həm insanları, həm də siyasi-tarixi taleyi ilə işıqlandırır. O, Naxçıvanı Azərbaycanın əsas dayaq nöqtələrindən biri hesab edir və göstərir ki, bu diyar tarix boyu həm qalxan, həm də körpü rolunu oynayıb. Şairin şeirlərində Araz çayı, Əlincə qalası, Batabatın gözəllikləri, Ordubadın qədimliyi yalnız landşaft təsviri deyil, həm də xalqın möhkəmliyini, mübariz ruhunu təcəssüm etdirir.

İbrahim Yusifoğlu yaradıcılığında müstəqillik dövründə Naxçıvanın siyasi əhəmiyyətinə də geniş yer ayırır. Blokada şəraitində yaşayan, amma öz inkişaf yolunu tapan bu bölgə sairin seirlərində dirəniş və iradə məktəbi kimi təqdim olunur. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirir.

Yusifoğlu üçün Naxçıvan mövzusunun əsas siması insandır. Naxçıvan mühitinnin, təbiətinin yetişdirdiyi insan. Şairin şeirlərində zəhmətkeş, vətənpərvər, milli dəyərlərə bağlı Naxçıvan insanı ön plana çəkilir. Onlar həm tarixin sınaqlarını keçirən, həm də gələcəyə ümidlə baxan qəhrəmanlardır. Şair bu insan obrazı ilə bütöv Azərbaycan xalqının gücünü və davamlılığını göstərir.

İbrahim Yusifoğlu yaradıcılığında Naxçıvan təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın rəmzi kimi təqdim olunur. Onun əsərlərində bu diyar həm milli yaddaş, həm də gələcəyə aparan yolun işıqlı simvoludur. Şair oxucusuna çatdırır ki, Naxçıvanı sevmək, qorumaq və inkişaf etdirmək — Azərbaycanın varlığını möhkəmləndirmək deməkdir.

Yusifoğlunun yazılarında Azərbaycan obrazı həm torpaq, həm də ruh anlayışında öz əksini tapır. O, Vətən dedikdə yalnız coğrafi sərhədlərlə məhdudlaşmır, millətin tarixini, adət-ənənələrini, xalqın taleyini və gələcək arzusunu da nəzərdə tutur. Əsərlərində Azərbaycanı həm milli-mədəni irs, həm də mübarizə meydanı kimi təqdim edir.

İbrahim Yusifoğlu Azərbaycan tarixindəki ağır dönəmləri, xalqın faciələrini və qəhrəmanlıq anlarını şeirlərində ustalıqla canlandırır. O, Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşaraq Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasını şairin vətəndaşlıq borcu hesab edir. Əsərlərində şəhidlərin xatirəsi, müharibə dərdləri, eyni zamanda xalqın dönməz iradəsi böyük ustalıqla qələmə alınır.

İbrahim Yusifoğlu Azərbaycan mövzusunu yalnız siyasi və tarixi məna çərçivəsində deyil, həm də dil və mədəniyyət aspektində işləyir. O, Azərbaycan dilini milli varlığın əsas dayağı hesab edir, əsərlərində ana dilinin saflığının qorunmasının vacibliyini dəfələrlə vurğulayır. Mədəniyyət, incəsənət, folklor nümunələri onun şeirlərində Azərbaycan xalqının milli mənsubiyyət pasportu kimi təqdim edilir:

Daha qorxusu yox yad qüvvələrdən,
Bu yurda göz dikmək çətinləşibdi.
Bu günkü qayğıdan, saf məhəbbətdən,
Əlincə daha da mətinləşibdi!

İbrahim Yusifoğlu yaradıcılığı bütövlükdə Azərbaycan sevgisi ilə yoğrulmuş bir ədəbi salnamədir. O, Naxçıvanı Azərbaycanın bütövlüyünün təminatçısı, milli qürurun dayağı kimi dəyərləndirdiyinə görə şübhəsiz ki, Əlincə dedikdə əsrlər boyu azadlıq mücadiləsi aparmış Azərbaycan nəzərdə tutulur. Bəzz qalasından söhbət açmasa da, hər kəlməsində ulu Babəkin harayı duyulur. Onun publisistik məqalələri, şeirləri və araşdırmaları Azərbaycan mövzusunu müxtəlif rakurslardan işıqlandıraraq milli kimliyi gücləndirir, gələcək nəsillərə vətənpərvərlik dərsi verir. Yusifoğlunun əsərlərində Azərbaycan həm keçmişin yaddaşı, həm bu günün həqiqəti, həm də sabahın ümididir. İbrahim Yusifoğlu çox böyük ustalıqla Xəzərin qoynunda lövbər salmış Azərbaycan adlı gəminin sükanının etibarlı əllərdə olduğunu inamla qeyd edir.

Ümidvaram ki, 30 sentyabr 1954-cü ildə Qoca Şərqin qapısı Naxçıvanın Axura kəndindən yola çıxan qəhrəmanımız Xəzərin ötəsində olan yurd yerlərinə doğru üzü Gündoğana hələ çox yollar qət edəcək! Yolunuz daim açıq və gül-çiçək olsun, İbrahim Yusifoğlu!

Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hər bir insanın həyat yolunda digərləri üçün də yol göstərən nişanlar olduğunua həmişə inanmışam. Siz də inanın!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

İlk “Nobel imtinaçısı” Lev Tolstoy

İlk “Nobel imtinaçısı” Lev Tolstoy
1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi.
Tolstoy fin dostu yazıçı və tərcüməçi dostu Arvid Järnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda “Hərb və Sülh”ün müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr “Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Järnefeltə yazdığı sonrakı məktublarında onu “böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını bildirirdir.
Bütün dünyanı bu hadisə şoka salsa da və illərlə cavabsız qalsa da, o ölümünə bir il qalmış, yəni 1909-cu ildə nəhayət ki, Nobeldən niyə imtina etdiyini bir cümlə ilə izah etdi:

“Mən əsərlərimi mənə hansısa mükafat verilsin deyə yazmamışam, ona görə yazmışam ki, bəşəriyyət yazıqlarımdan az da olsa, nəticə çıxarsın…”

Mənbə və müəllif: Amina

AMİNANIN DİGƏR YAZILARI

KOR ATEŞ SANCISI

KOR ATEŞ SANCISI

Gönlümün neşvesi, canı yerine
Kederi, acısı olmak var mıydı
Bir alaz olup da düşüp derine
Kor ateş sancısı olmak var mıydı

Seninle elele dolaşamadık
Baharda parklarda buluşamadık
Şöyle bir sarılıp ağlaşamadık
Hasretin hancısı olmak var mıydı

Yılları yollara ekleyip durdum
Kaç seher umutla bekleyip durdum
Kavuşuruz diye hayaller kurdum
Elin yabancısı olmak var mıydı ?

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru