Yeni nəşr: “Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən icra olunan “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmışdır.
Kitabın layihə rəhbəri və nəşrə hazırlayan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktoru ADPU-nin prorektoru, filologiya üzrə elmlər doktoru, prof. Mahirə Hüseynova, elmi məsləhətçisi əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru, dos. Razim Məmmədlidir.
Kitabda XVII əsrdən üzübəri yaşayıb-yaratmış ustad aşıqların Qərbi Azərbaycanı tərənnüm edən şeirləri yer alıb. Bu zaman daha çox əslən Qərbi Azərbaycandan olan aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən ustad sənətkarların və eləcə də günümüzdə fəaliyyət göstərən aşıqların yaradıclıq nümunələrinə də yer ayrılıb.
“Koroğlu” ləqəbli Füzuli Rzaquliyevin Sarısudan (Buzluq, Manaşid, Todan) başlanan döyüş yolu Daşaltı, Şuşa, Laçın (40 kəndin azad edilməsi əməliyyatları), Kəlbəcər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdən keçdi. “Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. Ancaq vətənim olmadan, yaşaya bilmərəm”, deyən qazimizdir, Füzuli bəy.
Gənclərimizə dönə-dönə Qazi Atatürkün “Analar oğul doğa bilər, amma analar Türkiyə doğa bilməz”-deyə Vətənin müdafiəsinə çağrış edən bir komandirimizdir, Füzuli Rzaquliyev. İllərdir ki, döyüşçülərin hüquqlarının müdafiə olunmasında öndədir və bu illər ərzində gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində misilsiz işlər görülməsi, məhz onun adıyla bağlıdır. Minlərlə görüşün təşkili və keçirilməsi sizlərə asan gəlməsin.
Qazilər, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, canıyla, qanıyla torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Döyüşçünü özünə borclu bilən fərarilər bunu anlamazlar. 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan Füzuli Rzaquliyev bu müharibədə öz oğlunun döyüş yoldaşı kimi iştirak etdi. 29 il öncə geridə qoyub getdiyi 6 yaşlı İlkin Rzaquliyev bu dəfə bir zabit kimi onun özünü arxada qoymuşdu. Ən qızğın döyüşlər gedən Füzuli, Cəbrayıl, Xocavənd uğrunda vuruşurdu. Köhnə döyüşçü üçün bundan ağır sınaq yoxdu. Talelərin bir mərmidən və güllədən asıldığı bir məkanda, yanan güllələrin mələk üzlü əsgərlərimizin həyatını söndürdüyü anları yaşamaq da varmış, komandir Füzuli Rzaquliyevin qismətində. Qəzan mübarək, komutan!.. “Bu Vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik”-dediyinizi bilirik!
Məqalənin müəllifi: ilk döyüşçü jurnalist, I Qarabağ müharibəsinin qazisi, mərhum Xaqani Ədəboğludur!
ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb
ADPU-nun Filologiya fakültəsi 2025/2026-cı tədris ilinə daha yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası ilə fəaliyyətə başlayıb.
Kafedranın yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun olaraq tələbələrin dil biliklərinin genişləndirilməsi, pedaqoji kadr hazırlığında keyfiyyətin artırılması və elmi-metodoloji bazanın zənginləşdirilməsidir.
Xarici dillərin tədrisi kafedrasının müdiri dosent Könül Həsənova əməkdaşlarla görüşərək qarşıda duran hədəflər və fəaliyyət istiqamətləri barədə müzakirələr aparmışdır. Görüşdə tədris prosesində müasir metodların tətbiqi, xarici dillərin tədrisinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Dahi akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Dahi şəxsiyyət 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını yazmışdır. 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Teymur Həşim oğlu Kərimli 2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Akademik 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Akademik Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur və o, otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda uğurla fəaliyyət göstərərək, uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. Akademikin ədəbiyyatşünaslıqdakı uğurlu nailiyyətləri nəzərə alınarak o, 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) vəzifəsində çalışmışdır. 2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır. Akademik Teymur Kərimli 1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdir. O, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru olmuşdur. Belə ki, akademik Teymur Kərimli altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru kimi adını ədəbiyyat tarixinə yazdırmışdır. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində Rusiya, İran İraq, Türkiyə, Suriya, Macarıstan, İtaliya, Hindistan, Fransa və MDB ölkələri kimi bir çox ölkələrdə təşkil olunmuş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində kitabların, dərsliyin, elmi məqalələrin müəllifi olmuşdur. Bunlara misal olaraq, “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarını, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqaləni misal göstərmək olar. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti ilə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi kimi tanınmaqdadır. O, klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şəxsiyyətlərin yaradıcılıqlarını tədqiq etmişdir. Akademik Teymur Kərimli qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı kimi klassik ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyəti ilə Azərbayban ədəbiyyatına çox böyük xidmətlər göstərmişdir. O, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri kimi zəngin klassik irsimizə, özəlliklə Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsrlərini geniş şəkildə araşdırmışdır. Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətini dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi üstünlük təşkil edir. Akademik Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərinin dərindən araşdırıcısı kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazdırmışdır. Teymur Kərimlinin bir alim və ədəbiyyatçı kimi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş əsərləri klassik Azərbaycan ədəbiyyatına işıq tutmuşdur. Akademik Teymur Kərimlinin Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsərlərini geniş şəkildə araşdırması fəaliyyəti Azərbaycan xalqının qəlbində onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi yaratmışdır. Ümumiyyətlə, Akademik Teymur Kərimlinin fəaliyyəti çox istiqamətlidir. Belə ki, o, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malik bir ədibdir. Akademik Teymur Kərimli ensiklopedik biliyə malik şəxsiyyət kimi elmi-bədii tərcüməçilik, milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması sahəsində mühüm işlər görmüş, Nizamişünaslıq və Füzulişünaslıq sahələrində geniş tədqiqatlar aparmış, bu sahədə çap etdirdiyi kitab və monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Teymur Kərimli istedadı, biliyi, zəhmətsevərliyi, bacarığı, fundamental əsərləri, monoqrafiyaları sayəsində Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə təmsil etmişdir. Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn 72 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. Əziz akademik Sizə uzun ömür, sağlamlıq arzulayaraq, hələ uzun illər klassik ədəbiyyat tarixinin neçə-neçə açılmamış əlyazmalarını işıqlandırmanızı Sizə səmimi qəlbdən arzu edirəm.
Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olunub.
Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib.
Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd edib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.
Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.
Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.
В древнем Риме основной силой государства была армия. И служили в этой армии все граждане Рима. Если ты не служишь или не работаешь на армию Рима, то ты не гражданин Рима и не римлянин, соответственно. Вот и вся система Римского государства. Римская армия, в свою очередь, состояла из легионов, легионы из когорт, когорты из центурий, центурии из манипул. Отсюда и понятие “манипулировать”. Легион состоял из 5 когорт, когорта из 10 центурий, центурия из 10 манипул, манипула из 10 легионеров. Исходя из этого, можно рассчитать численный состав легиона – это 5.000 воинов. Воины внутри легиона разделялись на новичков, обученных, опытных, ветеранов и элиту. Новички составляли обычно первую когорту, во второй когорте сражались воины, побывавшие в сражении, в третьей когорте сражались воины, побывавшие в нескольких сражениях, в четвёртой когорте сражались воины, за плечами которых целые кампании. И, наконец, пятая когорта или, по-другому, “непобедимая когорта” или “последняя тысяча”. Это когорта состояла из самых опытных воинов, воинов, за плечами которых были не только компании, а целые войны, и вступала в бой эта когорта в самый решающий момент схватки и именно она решала исход сражения. Эта когорта никогда не отступала без приказа – она побеждала противника или погибала! Потому она и называлась “непобедимой”, т.к. её нельзя было победить. Её можно было только уничтожить. А уничтожив последнюю когорту легиона – противник уничтожал весь легион, т.к. основной костяк легиона – это именно те воины, которые и были хранителями орла легиона. Так вот, именно воины последней когорты легиона и назывались в древнем Риме интеллигентами. Почему же эти воины назывались интеллигентами, т.е. “понимающими”? А очень просто. Этим людям не надо было ничего объяснять, они сами всё знали и понимали, что им делать, и когда делать. Им не надо было объяснять как построиться черепахой; им не надо было объяснять когда поднимать щит, а когда нет; им не надо объяснять, как разомкнуть строй и, как его сомкнуть, им не надо объяснять когда им надо достать гладий, а когда работать пилумом. Эти воины сами всё знали, всё понимали, и именно поэтому их называли понимающими, т.е., интеллигентами. И именно в этих воинах была сокрушающая мощь Рима. Из этих воинов набиралась преторианская гвардия и когорты сената. Быть интеллигентом, то есть, воином последней когорты, считали за честь для себя патриции, сенаторы, трибуны, цензоры, преторы и т.д. То есть, быть воином последней когорты – значит быть профессионалом в военном деле высочайшего класса, быть достойным плечом к плечу сражаться рядом с лучшими людьми Рима и это значит быть самому – представителем лучших людей Рима. Интеллигенция – это становой хребет Римской Империи. Интеллигенция – это скелет римского общества. Интеллигенция – это то, на чём стоял Рим.
Valeh Heydərin “Şəhidlər” adlı soneti mövzu və məna baxımından dərin mənəvi qatlara malikdir. Şairin hər misrasında həm dini, həm milli, həm də bəşəri bir duyğu özünü göstərir. Şeirin əsas ideyası – şəhidlərin müqəddəsliyi, onların ucalığı və vətən naminə ölməzliyidir. Əvvəlki bəndlərdə şəhidlərin böyüklüyü ilahi dəyərlərlə bağlanır. Şair “Allahın sözüdür müqəddəs bu ad” deyərək şəhidlik anlayışının adi bir fədakarlıq olmadığını, Tanrı yanında uca bir mərtəbə olduğunu vurğulayır. Burada həm İslamın şəhidlik anlayışı, həm də milli şüurun zirvəsi poetik şəkildə ifadə olunur. İkinci bənddə şəhidlərin izi müqəddəs torpağa həyat verən nur kimi təsvir edilir: “İzi düşən yerdə gül-çiçək bitər”. Bu bədii təsvir yalnız bir obraz deyil, həm də əbədiyaşarlığın simvoludur. Şəhidlərin ayaq basdığı torpağın cənnət qoxusu ilə anılması, onların varlığının saf və müqəddəs bir iz buraxdığını göstərir. Üçüncü bənddə isə şəhid obrazı daha fərdi və emosional çalarla təqdim olunur. Şair onları “əsl ucalıq simvolu” kimi görür. “Həmişə var olmaq deyildir asan, əbədi oğlusan ana vətənin” misralarında şəhidin həyatını qurban verməklə xalqın yaddaşında, tarixin yaddaşında ölməz qalması ideyası işlənir. Burada fani ömürlə əbədiyyət arasında müqayisə aparılır və şəhidin seçimində əbədiyyət üstünlük qazanır. Son iki misra isə şeirin kulminasiyasıdır. “Şərə kim edərsə sinəsin sipər, ölərsə ruhuyla düşməni yenər.” – misraları şəhidliyin ən ali məqamını göstərir. Burada ölüm son nöqtə deyil, ruhun qələbəsi, düşmənin məğlubiyyətidir. Şairin qənaətinə görə, şəhidin bədəni torpağa qovuşur, amma ruhu mübarizə aparmağa davam edir. Ümumilikdə, Valeh Heydərin bu soneti həm dini, həm fəlsəfi, həm də vətənpərvərlik məzmunlu bir poetik nümunədir. Əsərdə klassik poeziyanın forması – sonet quruluşu müasir mövzu ilə birləşir. Şair şəhidliyi yalnız bir qəhrəmanlıq aktı kimi yox, həm də insan ruhunun ucalığı, millətin böyüklüyü və əbədi varlığı kimi təqdim edir. Bu şeir bir daha təsdiqləyir ki, şəhidlər sadəcə bir ömrü qurban verən insanlar deyil, həm də gələcək nəsillərə yol göstərən, vətənin ölməzlik rəmzlərinə çevrilən müqəddəs varlıqlardır:
ŞƏHİDLƏR (sonet)
Şəhidlər önündə baş əyər bəşər Allahın sözüdür müqəddəs bu ad Ona səcdə edər göydə mələklər Yolunu həsrətlə gözləyər sirat
İzi düşən yerdə gül-çiçək bitər Keçdiyi zirvələr cənnət ətirli Vətən harayına ilk onlar yetər Həyata gəlişi, gedişi sirli
Ey ismi gözəlim, elə ucasan Yoxdur aləmdə də başqa bir tənin Həmişə var olmaq deyildir asan Əbədi oğlusan ana vətənin
Şərə kim edərsə sinəsin sipər, Ölərsə ruhuyla düşməni yenər
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi
Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, “Ön söz” yazdığı və həyatı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, ilk şeiri “Sınıq” 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.
Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub. “Xəzər balladası” baletinin liberettosuna görə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanıb.