Qəzənfər Məsimoğlu – Halallıq

HALALLIQ

Müqəddəs amaldı, ali məramdı,
Həyatdı, ömürdü, yaşdı halallıq.
Nə qədər bəzəsən haram haramdı,
Dünyada hər şeydən başdı halallıq.

O kənardan gəlib cibinə dolmur,
Şaxtada üşümür, bürküdə solmur.
Dükanda satılmır, bazarda olmur,
Qiyməti ölçüsüz qaşdı halallıq.

Əyri olanlara haqqı qandırıb,
Dəryanı qurudar oda yandırıb.
Zülmət qaranlıqlar işıqlandırıb,
Ün yetməz zirvələr aşdı halallıq.

Qəzənfər, ən ali düşüncə budu,
Sevgini canında yaşadan “Qu”du.
Qayanın gözündən süzülən sudu,
Üstə gül bitirən daşdı halallıq.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir