Caroline Laurent Turunc

Sevgiliye Özlem !

Merhaba, merhaba, sevdiceğim merhaba.

Nasılsın? İyi misin? Umarım çok iyisindir.

Dün Yusuf Amca’nın oğlu beni görmeye geldi. Karısı ona, “Gittiğimden beri sana yazmadığım için bana kızgınsın,” dedi.

Öfkeni anlıyorum canım, ama mektup yazmakta pek iyi olmadığımı biliyorsun.

Söyle bana,

Anlamsız günlerimi, gecelerimi sana nasıl anlatayım? Seni daha fazla üzmeye hakkım yok.

Biliyorsun kendimden bahsetmeyi pek sevmem ama yine de sana birkaç kelime yazmaya çalışacağım.

Şimdi söyle bana, hangi elimi kullanmalıyım? Mesela , “Hangi renk mürekkebi tercih edersin?”

Ah, oh, aşkım, inan bana, uzaktan yazmak hiç de kolay değil.

Bu dar, penceresiz yerden sana kendimin hangi yanını anlatmalıyım?

Cehaletin ışığa galip geldiği bir zamandan mı bahsetmeliyim?

Açgözlülüğün bizi anlamsızca tükettiği bir zamandan mı bahsetmeliyim? Farelerin özgürce dolaştığı bir karanlıktan mı?

Söyle bana, nereden başlasam?

Çantada sadece sararmış bir yaprak var,

Söylenmesi gereken her kelimeyi bu yaprağa sığdırmalıyım.

Tekrar yeni baştan merhaba sevdiceğim.

Biliyor musun? Aç çocukların sesi hâlâ kafamda yankılanıyor, ruhumda iyileşmeyen bir yara.

Mesela köyümdeki her evin bahçesindeki susuz karanfillerin susuzluğunu hiç unutamadım

Söyle bana sevdiceğim . Söyle bana: “Hangi zarif sözleri seversin?” “Ama tanıdık olsunlar; sonuçta uzun zamandır bu konuda cahildim.”

Beni bilirsin, süslü kelimeler konusunda çok beceriksizimdir.

Ah sevdiceğim , güneş ışığının nüfuz edemediği bu yerde benden, sigaramdan ve birkaç fareden başka kimse yok.

Ha, bir de uzun zamandır aklımda tuttuğum, ihtiyacım olursa diye sakladığım birkaç anım daha vardı.

Bana herkesten daha sadıklar

Başımı her yastığa koyduğumda bana sımsıkı sarılıyorlar.

Bilirsin, zor zamanlar sevgi dolu sarılmalar ve anılar olmadan geçmez.

Burada günlerin ne kadar uzun olduğunu söylememe gerek yok.

Hiçbir anın senin yokluğundan daha acı verici olmadığını anlamalısın.

Biliyor musun?

Burada herkes heyecanla gün batımını bekler, bir an önce uykuya dalabilmek, gözlerini kapatarak aydınlık günlerin ve baharın kokusunu içine çekebilmek için.

Ah, neredeyse unutuyordum.

Bahçeye diktiğim incir ağacı büyüdü mü? Ya benekli inek? En son hamileydi. Doğum yaptı mı?

Dedem ve ninem nasıllar?

Gözlerimden akan yaşlar hepinize olan özlemle nehirleri dolduruyor.

Herkesi , herkesi, hatta sokak köşesinde oturup gelip giden çocukları azarlayan o dedikoducu Fatma Teyze’yi bile özlüyorum.

Ne isterdim biliyor musun? Keşke gökyüzü ikiye ayrılsa, durmadan yağmur yağsa, ikimiz de her zamanki gibi sırılsıklam olsak ve ben de yorulmadan ıslak saçlarını tarayıp kokunu doyasıya içime çekebilsem.

Kayıp bir zamanın kanatlarında, her ezilmiş çam ağacı sevgimizden cesaret alsın ve her yere mutluluk saçsın.

Söyle bana, nereden başlamalıyım?

Sevgiyle mi, öfkeyle mi?

Yoksa en güzel selamla mı başlamalıyım?

Yazıyorum, yazıyorum, kendime kendim cevap veriyorum:

Sevdiceğime iyi olduğumu söyle, diyorum nehirde yüzen her yaprağa.

Git ve ona onu ne kadar sevdiğimi söyle diyorum .

Ona beni unutmamasını söyle: Söyle ona, sevdiceğin sensiz nasıl mutlu olabilir?

Ah,ah , gözlerim hep yıldızların parıltısında.

Ay her zaman en yükseklerde bilirsin,

Kadim bir tarihi yok etmemeye özen gösteren bir mevsim gibi ışıl ışıl.

Ah, ah, sevdiceğim

Sırtımda taşıdım hayatımı, sanki bu yetmiyormuş gibi, bütün insanlığın yükünü taşıyorum,

Herkese en derin gülümsemelerle,
Üzgün ​​yüzümü kaldırıyorum,
Gülümseyen yüzümü takıyorum,
Kimsenin bilmediği yalnızlığımda,

Gençliğim, gittiğim yerler, çocukluğum
Hayallerim anlayacak, ruhum şüphe içinde,
Solmuş çiçekler gibi dağılmışım

Söyle bana, söyle! Şimdi sana seni özlediğimi söylesem, bana koşmak için kaç asrı geride bırakırdın?

Tıpkı karanlık bir labirentte mahsur kalan çocuğunu kurtarmak için koşan bir annenin telaşı gibi.

Hadi, tüm sınırları aşalım

Uzaklıklar seni korkutmasın, birlikte gözlerimizi kapatalım, Ben gözlerimi kapattım, şimdi tüm zamanların ötesine geçiyorum.

Sırtımı yasladığım bu karanlık, soğuk duvara rağmen, sanki yanı başımdaymışsın gibi sıcaklığını hissediyorum.

Herkesi görmezden gelerek fısıldaşıp gülüşüyoruz .

Seni nasıl özlüyorum, tıpkı ayın ve güneşin birbirini özlediği gibi, günler geçtikçe senden ayrılığım beni hasret kuyusuna düşürüyor.

Ah sevdiceğim , keşke bütün karanlıklar çöl kumlarını kasıp kavuran sinsi fırtınalara yenik düşse.

Yarını olmayan, imkânsız bir günde yazılmış bir mektubun alıcısına yaşattığı mutluluğu keşke ben de yaşayabilsem.

Keşke “eğerler” olmasaydı, keşke karanlık mutluluğa giden yolun aydınlık olduğunu anlayabilseydi.

Aklıma takılan bir söz vardı, annem hep söylerdi.

Saba rüzgarı bir kere esince, asla durmazmış .

Peki bizim suçumuz neydi?

Doğduğumuzda ölürüz, genç ölürüz ve zaten birer ölüyüz.

İşığın Şairi

01/09/2025-Paris

Müəllif: Caroline Laurent Turunc

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və “Şəhidlik” mövzusu

Zaur Ustac və “Şəhidlik” mövzusu

Azərbaycan ədəbiyyatında və publisistikasında şəhidlik mövzusu hər zaman müqəddəs məqam kimi dəyərləndirilmişdir. Çünki şəhidlər Vətənin azadlığı, xalqın müstəqilliyi, millətin bütövlüyü uğrunda canlarından keçən müqəddəs ruh sahibləridir. Onlar tariximizin ən uca zirvəsində dayanan qəhrəmanlardır. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu xüsusi bir həssaslıqla qələmə alan yazarlardan biri də Zaur Ustacdır. Onun yaradıcılığında şəhidlər sadəcə bir ədəbi mövzu deyil, həm də milli-mənəvi kimliyimizin əsası, milli yaddaşımızın işıqlı səhifələridir:

Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

Zaur Ustacın ədəbi dünyasında şəhid anlayışı böyük bir ideyanın ifadəsidir. Onun əsərlərində şəhidlər igidlik, qəhrəmanlıq, mərdlik rəmzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq arzularının, milli ruhunun daşıyıcılarıdır. Yazıçıya görə şəhid – sadəcə döyüşdə can verən əsgər deyil, o, həm də gələcək nəsillərə yol göstərən işıq, unudulmaz yaddaşdır. Bu baxımdan Zaur Ustacın qələmindən süzülən hər bir sətirdə şəhidlərə olan minnətdarlıq, onların ruhuna olan ehtiram öz əksini tapır:

Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Ədəbiyyat yalnız söz sənəti deyil, həm də xalqın tarixini yaşadan mənəvi kitabdır. Zaur Ustac şəhidlərin obrazını bu kitabın ən uca səhifələrinə həkk edir. Onun əsərlərində şəhidlər tarixi şəxsiyyətlər qədər ucaldılır, çünki o yaxşı bilir: bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub. Bu baxımdan Ustacın yazılarında şəhidlər sadəcə xatırlanmaqla kifayətlənmir, onların adı milli kimliyin ayrılmaz parçasına çevrilir:

Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına böyük Zəfər sevinci bəxş etdi. Lakin bu zəfərin əsasında minlərlə şəhidimizin qanı, igidliyi dayanır. Zaur Ustac bu həqiqəti qələmində tez-tez vurğulayır: əgər şəhidlərimiz olmasaydı, biz azad torpaqlara qovuşa bilməzdik. Bu mənada onun publisist yazıları həm qəhrəmanlıq salnaməsi, həm də bir vətəndaş mövqeyidir. Yazıçı hər dəfə oxucuya xatırladır ki, şəhidlərin ruhu qarşısında məsuliyyət daşımaq – təkcə onların xatirəsini yad etməklə bitmir. Bu, həm də Vətənə sədaqətli olmaq, onların ideallarını yaşatmaq deməkdir:

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…

Zaur Ustacın yazılarında şəhidlər həm qəhrəman əsgər, həm də bir ailənin övladı, bir ananın oğlu, bir balanın atası kimi təqdim olunur. Bu yanaşma onun üslubuna xüsusi təsir gücü qatır. Oxucu şəhidin igidliyi ilə yanaşı, onun arxasında qalan boşluqları, nisgil və ağrını da hiss edir. Bu, həm də yazıçının publisistik qələminin gücüdür: o, şəhid obrazını təkcə döyüş meydanında deyil, gündəlik həyatımızın hər anında yaşadır:

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*   *  *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

Zaur Ustac şəhidliyi “əbədiyyətin zirvəsi” kimi dəyərləndirir. Onun düşüncəsində şəhidlər xalqın yolunu işıqlandıran ulduzlardır. Bu ulduzlar heç vaxt sönmür, çünki onların nurunda həm azadlıq, həm müstəqillik, həm də milli ləyaqət əks olunur. Bu baxımdan Zaur Ustacın şəhidlər mövzusuna yanaşması təkcə ədəbi hadisə deyil, həm də vətəndaşlıq borcunun təcəssümüdür:

Al qanının rəngidir,
Al qırmızı lalələr..
Hər bahar salamlayır,
Onları Xürrəmilər…


Qanıyla suvardığı
Torpaq bitib yurd olar.
Yalançı, düz aramaz,
Hamıçün şəhid olar…

Şəhidlər bir millətin ən uca dəyərləri, xalqın mənəvi sütunlarıdır. Zaur Ustac isə bu sütunların üzərində söz abidələri ucaldan qələm sahibidir. Onun yaradıcılığında şəhidlər həmişə uca tutulur, onların adı daim ehtiramla anılır. Beləliklə, Zaur Ustacın əsərləri şəhidlərimizin ruhunu yaşadan, gələcək nəsillərə vətənpərvərlik aşılayan mənəvi məktəbdir. O, hər kəsə bir həqiqəti xatırladır: “şəhidlər ölməz, vətən bölünməz!

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və Dağlar

Zaur Ustac və Dağlar

Azərbaycan ədəbiyyatında təbiət motivləri həmişə xüsusi yer tutub. Çünki bu torpağın dağları, düzləri, çayları, meşələri yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, yaddaşımızın ayrılmaz hissəsidir. Xalqımız əsrlər boyu dağlarla nəfəs alıb, dağlara söykənib, dağlardan güc alıb. Bu baxımdan müasir ədəbiyyatımızda dağ obrazını canlı şəkildə yaşadan şairlərdən biri də Zaur Ustacdır.

Zaur Ustac üçün dağ yalnız fiziki məkan deyil, həm də milli dirənişin, əzəmətin, ucalığın və əbədi mövcudluğun simvoludur. Onun poetik dünyasında dağlar həm qəhrəmanlıq tariximizin şahidi, həm də xalqımızın sərt, dözümlü xarakterinin təcəssümüdür. O, dağlara baxanda yalnız qayaları, zirvələri deyil, həm də o zirvələrin qoynunda yaşanan həyat hekayələrini, unudulmaz taleləri, igidlik dastanlarını görür:

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ustacın dağlara yanaşmasında publisistik ruh da hiss olunur. Çünki o, dağlara təkcə şair gözü ilə baxmır, həm də ictimai-siyasi məna axtarır. Azərbaycan reallığında dağ həm işğalın acısını, həm də azadlığın sevincini simvolizə edir. Bu baxımdan Zaur Ustacın yaradıcılığında dağ obrazı bir çağırışdır – “özünə qayıt, gücünü tanı, dağların təkcə daşdan yox, ruhdan ibarət olduğunu unutma!”

Ədəbiyyatın gücü ondan ibarətdir ki, oxucunun hisslərinə toxunaraq onu düşündürür. Zaur Ustac dağları vəsf etməklə oxucunu həm təbiətlə, həm tarixlə, həm də öz mənəvi kökləri ilə birləşdirir. Onun qələmi ilə yazılan dağ obrazı təkcə gözəlliyin təsviri deyil, həm də dirənişin fəlsəfəsidir.

Beləliklə, Zaur Ustacın yaradıcılığında dağlar milli yaddaşın, vətən sevgisinin, mübarizə əzminin canlı simvolu kimi təqdim olunur. Bu dağlar yalnız təbiət mənzərəsi yox, həm də xalqın ruhunu daşıyan əbədi dayaqlardır.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Beynəlxalq Məktubyazma Günüdür


Məktubumu cavabsız qoymayın

Dəli könlüm istədi,
Bu varaq, bu da qələm.
Sənə məktub yazıram,
Nədən başlayım görən?

Havadanmı söz salım?
Nədən yazım, necə mən?
Yalqızlıqdan çəkirik
Gündüzlər sən, gecə mən.

Bəlkə, özümdən yazım.
Ərz eyləyim halımı.
Mən zavallı Məşuqə,
Sən Aşiqin zalımı.

Sən məndən çox uzaqda,
Mən sənə çox yaxınam.
Amma fürsətim olmaz
Saçlarına toxunam.

Pis keçmir tənhalığım,
Xatirələr qatardı,
Ruhum yaman narahat,
Qəlbim sevgimə dardı.

Biz az qəddim əyilib,
Bir az belim bükülüb,
Çarpayıda yatmıram,
Yatağa qor tökülüb.

Kirpiklərim nəmlidi,
Saçlarıma dən düşüb.
Yol gözləyən gözlərim.
Gözlərindən gen düşüb.

Qorxma, dönmək istəsən,
Dön günlərin birində.
Mən əvvəlki ürəklə,
Evimiz öz yerində.

Özünün şah əsərin
Dayanacaq önündə.
Tanrının yaratdığın
Öldürmüşdün gedəndə.

Müəllif: Şəmsiyyə Qaramanlı

Şəmsiyyə Qaramanlının yazıları

LAÇIN SİMURQ KİTABXANASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazar Etibar Həsənzadə Barış Elçisi ödülüne layiq görülmüşdür

Yazar Etibar Həsənzadə Barış Elçisi ödülüne layiq görülmüşdür

Yazar Etibar Həsənzadə İmaj Media Magazin qurumunun keçirdiyi 26 il Uluslarası İmaj Media Magazin Sanat Ödülleri töreninde İmaj Media Magazin qurumu tərəfindən Vətənpərvərlik ruhunda yazdığı əsərlərə görə Barış Elçisi ödülüne layiq görülmüşdür.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir
O bildirmişdir Mənim də fəaliyyətimi dəyərləndirdiyinə görə İmaj Media Magazin qurumunun rəhbəri dəyərli dostum Gündüz Şutanrikulu bəyə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Məni layiqincə təmsil etdiyinə görə Qardaş Türkiye’de yaşayıb yaradan dəyərli həmkarım Türk Dünyası’nın Barış Elçisi ve eyni
zamanda Türk Dünyası’nın Kültür Elçisi . Gənç Türkşunas , Ardırmaçı Yazar və Şair
Sənan Səbuhi Şəmkiri Səfəvi bəyə təşəkkürümü bildirirəm.


Bundan əvvəldə imaj Media Magazin qurumunun keçirdiyi ödül törenlerinde Sanat Ödülleri 25 yıl və imaj Media Magazin Altin Sanat Ödüllerine layiq görülmüşdür.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Darıxma, yadına düşərəm mən də

Darıxma, yadına düşərəm mən də,
Peşman olub ürəyini üzərsən.
Səni gəzib axtardığım dünyada,
Sən də məni mənsən betər formada,
Qapı-qapı, küçə-küçə gəzərsən.

Axtararsan, soruşarsan hamıdan,
“İncirmərəm”, “küsdürmərəm” deyərsən.
Əhd edərsən, məni tapsan haçansa,
Əlimdən tut, üzümdən öp, qucaqla,
Başıma da bir az sığal çəkərsən.

Qapınl döyərlər, – deyərsən mənəm,
Açarsan küləkdi, arzun boş gələr.
Tufan döyəcləyər pəncərəni də,
Çəkilərsən bir otağın küncünə
Onda məni Allah-Allah gəzərsən.

İndi icazə ver, rahat yaşayım,
Ya da ki, dünyamı rahat dəyişim.
Mən sənin ömrünü nizama saldım,
Sən mənim dünyamı alt-üst elədin,
Alt olan dünyamın üstün gəzərsən…
Haçansa ağlın başına gələr,
Onda həyatından küsüb bezərsən.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ SENTYABR – 2025 № 09 (57)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB: PDF: 

“YAZARLAR” JURNALININ SENTYABR – 2025 № 09 (57)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB: PDF: yazarlar-57

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru