Dunyanın ən dərin quyusunda nə var?

Ən dərin quyuda nə var?
Kola quyusu – Yer qabığının sirrini açan layihə

İnsan həmişə kainata baxıb ulduzlara çatmaq istəmiş, amma bəzən ən böyük sirrlər ayaqlarımızın altında gizlənmişdir. 1970-ci ildə SSRİ alimləri Kola yarımadasında Yer qabığının dərinliklərini araşdırmaq üçün tarixi bir layihəyə başladılar. Məqsəd neft və ya qaz tapmaq yox, Yer qabığının strukturunu birbaşa öyrənmək idi.
Bu, elmin sərhədlərini genişləndirən bir macəra idi.

1970-ci ildə qazılmağa başlayan quyu 1989-cu ildə 12.262 metr dərinliyə çatdı. Bu, insan tərəfindən qazılmış ən dərin quyu olaraq hələ də rekorddur.

Dərinlik artdıqca istilik 180°C-yə çatdı. Bu qədər yüksək temperaturda qazma alətləri əriməyə başladı və işləmək çox çətinləşdi.

10 km-dən aşağıda suyun izləri aşkarlandı. Bu, geoloqlar üçün sürpriz oldu, çünki bu dərinlikdə suyun olması gözlənilməz idi.

6 km dərinlikdə 2 milyard il yaşında mikroskopik canlı fosilləri tapıldı. Bu, dərin Yer qabığının əvvəllər düşünüləndən daha canlı olduğunu göstərdi.

Amma qazma zamanı qayalar çox sıx idi, sanki Yer nəfəs alırdı. Təzyiq 4.000 atmosferi keçirdi, bu da alətlərin sınmasına səbəb olurdu.

Bütün uğurlara baxmayaraq, texniki səbəblər layihənin davam etməsinə imkan vermədi. Alətlər yüksək istilik və təzyiq altında sıradan çıxırdı. Hər yeni qazma mərhələsi daha bahalı və riskli idi.

1991-ci ildə SSRİ dağıldı və maliyyə çatışmazlığı səbəbilə qazma da dayandı. Beləliklə, 1992-ci ildə quyu rəsmi olaraq bağlanır, 2008-ci ildə isə ağzı möhürlənir.

Kola superdərin quyusu Yer qabığının dərinliklərini birbaşa göstərən yeganə layihədir. Quyu qabığın struktur və tərkibi haqqında çox dəqiq məlumatlar verdi.

P.S. Quyudan qorxunc səslər gəlirdi söhbəti isə tamamilə uydurmadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir