www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

CAN DE Kİ, CAN DA EŞİDƏSƏN – ŞAHNAZ ŞAHİN

Şahnaz Şahin – yazar.

Esse

     İnsanlararası və  ailədaxili  münasibətlər, davranış qaydaları, qarşılıqlı  hörmət, ehtiram, sevgi hisslərinin daim nəzarətdə saxlanması məsələləsi hər vaxt məni diqqətli olmağa vadar edib. Borca verilən salamdan, əvəzi güdülən paydan uzaq durmağa çalışmışam. Salamı birinci verməyin, imkansızın qapısını açmağın savab və fəzilətli olmasını valideynlərimdən əxz etmişəm. Özündən böyüklərin hörmətini saxlamağın yollarını öyrənmişəm, cahil danışanda susmağa, gərək olmayınca danışmamağa üstünlük vermişəm. ..Bəzən düzgün anlaşılmasam da hərəkətimin düzgünlüyünə inanmışam, qəlb qırmamağı, kimsəsizə həyan durmağı, əl tutmağı, yıxılanı qaldırmağı, uşaqları, insanları, təbiəti , onun həyat verici elementlərini- suyu, havanı, günəşi, torpağı, küləyi, odu sevməyi  vacib hesab edirəm. Ən çətin anlarında gülümsəməyi bacarmaq asan deyil, bilirəm, amma lazımdır, dərdin, kədərin üzünə meydan oxumaq deməkdir bu, mən güclüyəm, bu aşırımı da aşacağam, bacaracağam deməkdir!.. Belə adamlara optimist deyirlər, ən qaranlıq tuneldə olsa belə lap uzaqlardan bir işıq görə bilir belələri. Hər zülmət gecənin bir işıqlı səhəri olduğuna inanır…

…Nədir can? Can hava quşudu, qalmaz bu təndə  deyilir “Əsli və Kərəm” dastanında. Yəni bir növ ruh anlamına gəlir. Baxışın can almağı var, candan can vermək var, cana doymaq, candan olmaq, can vermək, can almaq, cana gəlmək, canın sıxılmağı var..

…Çırtma vursan can çıxar,

Can gəlincə can çıxar!..

Arzudan qanad çıxart,

Taxım, yanına gəlim…(Ş.Ş)

Sən elə bilirsən asandı sevmək?!..

Canın çat-çat olar, ah çıxar üzə…

…Sən hələ bilmirsən, bilmirsən sevmək

Dünyadan könüllü əl götürməkdi.

Yarımcan adama yeni can vermək,

Ölüb inandırmaq heç nə deməkdi..!?..(Ş.Ş)

“..Önümü

qəlibə salınmış sevgilər kəsdi, Ustad.

Canımı

ölçülü-biçili adamlar sıxdı..” Ş.Ş (“Darısqallıq həddi” poeması)

Can ana, can vətən deyirik, dilimizdə can sözü ilə bağlı çoxmənalı ifadələr işlənir. Bir qismini yuxarıda sadalamışam, bəzilərini də alt mənası ilə deyim, məsələn,  can çəkmək-tənbəlliyi, can bəsləmək-özünə yaxşı qulluq etməyi, can bahası- qan tökərək nəyisə əldə etməyi , can çürütmək- sevmədiyin, istəmədiyin birilə yaşamağı, can qoymaq- birinin yolunda çox əziyyət, zəhmət çəkməyi , canı yanmaq- yaxşılığını istəməyi bildirir. Bir də var can deyib can eşitmək…

                      Gəlməsin yad bu gözəl gülşənə, canan gəlsin,

                      Can deyək, can eşidək, can evinə can gəlsin…(S.Rüstəm)

Bizim yaxın və uzaq münasibət qurduğumuz insanlar, ailə üzvlərimiz, qohumlar və dost-tanışlarımız var. Bu gün isə virtual dünyadan tanıyıb qəlbə, ruha yaxın hesab etdiklərimiz də üstəlik. Heç üzünü belə görmədən doğmalaşdıqlarımız,elə yaxın yoldaş, dost kimi hörmət etdiyimiz və bizi də eynən bu cür qəbul edənlər  var. Uzaq ya da yaxın, doğma ya da ki, yad olsun, insanlar arası münasibətlərin öz qaydaları, qanunla təsbit olunmayan qanunları, “həddini bilmək” anlayışı vardır. Amma bu məsələdə həddini bilənlərlə yanaşı, həddini aşanlar və ümumiyyətlə həddin nə olduğundan bixəbərlər də var. Hədd daxilində münasibət saxlayan insanlar heç vaxt başqasına zərər verməz, özünü başqasından yüksək hesab etməz, kimsəni təhqirə, əzməyə qalxmaz…Bu cəmiyyətdə həddini aşanlar daha çox rast gəlinir və buna saysız nümunələr göstərmək olar. Əgər həddi aşan kimsə bilərəkdən qarşısındakı şəxsə meydan oxuyursa, hədd anlayışından bixəbər olan bunu mahiyyətə varmadan, sonu düşünmədən, nəticəni fikirləşmədən edir. Bu isə daha pisdir. Hədd gözləyən özünü kiməsə borclu bilirsə, həddi aşan əksini düşünür…Başqasının fikrini doğru olsa belə hesaba almamaq, özünü hamıdan ağıllı, bacarıqlı, düşüncəli hesab etmək çox zaman qarşılıqlı münasibətləri korlaya bilir…

  …Etiket qaydaları insanlar arasındakı münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Hər hansı bir qaydanın səhv tətbiqi münasibətləri gərginləşdirə ya da ümumiyyətlə poza bilir. Məsələn,yersiz zarafatlar, müraciət formalarının  düzgün seçilməməsi  şəxsə ziyan gətirir. ..Çox zaman valideynlər özü də böyüdüb ərsəyə yetirdikləri,  müəyyən yaş dövrünə  gəlib çatan, artıq öz yetkin fikri, analiz etmə bacarığı, düşüncəsi olan övladını belə hələ də uşaq hesab etdiyi səbəbindən bilmədən incidir. Əlbəttə biz elə ailə dəyəri olan ölkədə yaşayırıq ki, bizdə böyük sözü, məsləhəti vacib və dəyərli hesab olunur. Amma burda da bir hədd mütləq vardır və bu gözlənilməlidir!..

Yadıma Respublikanın Əməkdar Artisti, Bakı KVN yaradıcı üzvü, istedadlı Tahir İmanovun bir tamaşaçının sualını cavablandırması düşdü. Sual təxminən belə idi :

 -Sizin babanız indi sizə, gördüyünüz işlərə  necə reaksiya verərdi ?

Cavab çox aydın və dəqiq oldu :

-Babam elə sağlığında bizi həmişə dəstəkləyib və son vaxtlarda harasa zəng vuranda özünü “Tahir və Cabir İmanovların babasıyam” deyə təqdim edirdi..

Bax budur böyüklük, budur insana, övlada, dosta, yoldaşa olan dəyər…

Ona da şəxsi təcrübəmdən əminəm ki, sevgi sevgi doğur, qəzəb, nifrət də eynisini…Hörmət, sayğı, diqqət özünü saflaşdırmaya və sevilməyə yoldur.  Nə vermisənsə onu da alacaqsan, nə əkmisənsə onu biçəcəksən, aşına tökdüyün bir gün mütləq qaşığına çıxacaq…

…Azalır hər gün hava da,

Quruyur suyum, çörəyim.

Bozarır qanımın rəngi,

Solur binəva ürəyim…

…Dünya kürə şəklindədi,

Yolundan ehtiyatlı ol.

Fırlanıb özünə dəyər,

Oxundan ehtiyatlı ol…Ş.Ş

Və yadda saxlayın ki, verdiyiniz dəyər  təkcə o şəxsin  deyil, həm də sizin özgüvəninizdi, heç vaxt “çor” dediyiniz adam dönüb sizə  “can “ deməyəcək..

Can söyləyin ki, can da eşidəsiniz…!

Müəllif: Şahnaz ŞAHİN 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MƏŞƏQQƏT

ZAUR USTAC – AZƏRBAYCAN, BAKI, BİBİHEYBƏT KƏNDİ 2015 -Cİ İL.

MƏŞƏQQƏT
(…hər səhər…)
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR ƏHMƏDİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

VÜQAR ƏHMƏDİN YENİ KİTABI

AZƏRTAC xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” kitabı çap olunub. Monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, monoqrafiyanın elmi redaktoru institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli nəşrə “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli “Ön söz” yazıb.

“AFPoliqrAF” nəşriyyatında çap olunan kitabda XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə, eləcə də rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi məsələləri tədqiq olunub.

İlkin mənbə:azertag.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ELNUR UĞUR ABDİYEV MÜKAFATLANDIRILDI

ELNUR UĞUR ABDİYEV

Tanınmış şair Elnur Uğur Abdiyev “Təkcə sən bilirsən” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

ZİYADAR MÜKAFATI – ELNUR UĞUR ABDİYEV N:057 16.02.2021. – BAKI.

Bu münasibətlə Elnur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Erich Maria Remarque yoxsa, Ramil Səfərov?

Zaur Ustac, Batabat – 2001.

DÖRDÜNCÜ  YAZI

 Erich  Maria  Remarque,  yoxsa Ramil Səfərov

Dəyərli oxucum, bu yazını yazmaqda  yeganə  məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi  tərifləmək,  nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları  lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların  adlarını çəkdiyi on müəllifdən biri Erich  Maria  Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu  açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich  Maria  Remarque olur?  Bu suala kəsədən  bəs  gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich  Maria  Remarque  ilk onluğa düşməyə  həqiqətən  layiq  bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım  ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı  oxumaqdan,  mütaliədən  danışır  mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich  Maria  Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich  Maria  Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich  Maria  Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən  dünyanın əksər ölkələrinə  yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları  dəyişsə də Erich  Maria  Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna  və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich  Maria  Remarque üçün olduqca ucqar  bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq.

Ramil Səfərov, yoxsa Erich  Maria  Remarque?

Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich  Maria  Remarque nin  necə yazar olmasına  heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək  sevimli yazarımız Erich  Maria  Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

“Qərb cəbhəsində yenilik yoxdur”, yoxasa “Pal küçəsinin oğlaları”?

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa  heç kimdə narazılq doğurmasın  və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları”  (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar ,  üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur,  ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir???  Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???

11.10.2016.  Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

QILMAN İMAN HAQQINDA

Qılman İman – şair-publisist.

Bu gün tanınmış şair – publisist Qılman İMANnın anadan olduğu gündür. Ad günü münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Qılman müəllim!

Həyatı
Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. (Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, “Nurlan nəşriyyatı”, 2006. səh.185.)

1992-ci ildə Bərdə rayоnu Yеni Daşkənd kənd оrta məktəbinin I sinifinə qəbul оlmuş və 2003-cü ildə Bərdə rayоnu Yasif Kərimоv adına Yеni Daşkənd kənd оrta məktəbinin ХI sinifini əla qiymətlərlə bitirmişdir.

2003-cü ildə Azərbaycan Bеynəlхalq Univеrsitеtinin Jurnalistika fakültəsinə qəbul оlub və 2007-ci ildə həmin iхtisası bitirmişdir.

2004-cü ildə “İslahat” qəzеtində pоеziya şöbəsinin müdiri, 2005-ci ildə “Еtiraf” qəzеtində baş rеdaktоrun müavini vəzifəsində çalışmışdır. (Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, “Nurlan nəşriyyatı”, 2008.)

2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıхış еdir. “Durnа qаtаrı-II”, (tоplаyıb tərtib еdəni: Məhəmməd Ələkbərli), Bаkı, “Nurlаn”, 2006. səh. 89–94. Əli Vəkil, “Ot kökü üstə bitər”. Ekspress qəzeti. № 225(2403). 8 dekabr 2007-ci il.

İran, Türkiyə mətbuatında şеirləri çap оlunub. Haqqında tanınmış şair və yazıçıların rəy və rеsеnziyaları çap оlunmuşdur.

2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.

2008–2010-cu illərdə Gənc Ədiblər Məktəbinin üzvü olmuşdur. 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və prezident təqaüdçüsüdür.

17 mart 2011-ci ildə “Qızıl qələm” mükafatı ilə təltif olunmuşdur. Əsərləri bir sıra dillərə tərcümə olunmuşdur.

Azərbaycan radiosunda redaktor vəzifəsində çalışır. “Söz-sözü çəkər” adlı ədəbi-bədii verilişin aparıcısı və müəllifidir.

“Ulduz” jurnalının redaksiya heyətinin üzvü;

23 dekabr 2017-ci ildən “goyce.az” saytının təsisçisidir.


Kitabları

  • “Səni aхtarırdım, özümü tapdım” Bakı, “Nurlan nəşriyyatı” 2004, səh. 88, 500 nüs.
  • “Hardan düşdün yadıma sən…” Bakı, “Zərdabi LTD” MMC, 2008. səh. 264, 500 nüs.

Məqalələri

  • “Yaxşılardan söz düşəndə”, “İslаhаt” qəzеti, №01(243), yаnvаr 2006-cı il.; Göyçə məşəli qəzeti. № 07(07). 24 aprel 2009-cu il.
  • “Sətir-sətir yanan sözlər”, “Kredo” qəzeti,
  • “Göyçədən başlanan yol”, 2008.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ZAUR USTAC – “GÜLÜZƏNİN ŞEİRLƏRİ” KİTABI

ZAUR USTAC – “GÜLÜZƏNİN ŞEİRLƏRİ” KİTABI.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

İLAHƏ QƏHRƏMAN – QIRMIZI SARAY

İlahə QƏHRƏMAN – yazar.

QIRMIZI SARAY

                                  (Əfsanə)

    Biri var idi, biri yox idi. Qırmızı sehirli saray var idi. Bu sarayda heç vaxt işıq yanmazdı. Yalnız geniş qapıları açılanda günəş içərini işıqlandırar, divarlar al qırmızı rənglə bərq vurardı.  Saraya qırmızı əjdaha gecə-gündüz keşik çəkərdi. Onun başı, gözü, ağzı, əl-ayağı yox idi. Lakin çox güclü idi və saraya  bir milçəyi belə uçmağa qoymazdı. Qırmızı divarlardan həmişə şəlalələr axar, əjdahanın sağında, solunda çaylar əmələ gətirərdi. Çaylar axıb sarayın dərinliklərində yerləşən qaranlıq sehirli mağaraya tökülərdi. İnsanlar bu mağaraya üç saatdan bir süd, su tökməli idilər. Vaxtından bir dəqiqə belə keçsə mağaradan elə bir nərilti səsi gəlirdi ki, insanlar qorxudan təşvişə düşürdülər.

Mağaradan sevincli səslər gələndə sarayın qapıları açılır və bacılar işıqlı dünyanı görürdülər. Burada gözəl bir qadın gülümsəyərək bacılara baxırdı. Əlindəki yabanı bacılara tərəf uzadanda qorxdular. Elə bildilər ki, yaba ilə onları öldürəcək. Qışqırıb əjdahanı köməyə çağırdılar. Əjdaha əzələli bədəni ilə yabanı itələməyə başladı. Yabanın üstündəki qarışığın ətrini hiss edib duruxdu. Qarışıq saraya  tökülən kimi yaba geri şəkildi. Sarayın qapıları bağlandı. Bu ləzzətli yemək idi. Bacılar bu yeməkdən daddıqdan sonra əjdaha onu şəlalənin suyuna qatıb mağaraya yönəltdi. Beləcə gündə bir neçə dəfə baş verən bu maraqlı və dadlı hadisə Ağqızların xoşuna gəlirdi.

         Artıq döşəmədə peyda olan ağartılar sarayda heç kimi təəccübləndirmir, əksinə “Bir bacımız da olacaq!” deyə sevindirirdi. Bacılar fırça ilə tanış olmuşdular. İlk dəfə fırça saraya daxil olanda aralarına vəlvələ düşdü. Fırça onlara yaxınlaşıb bədənlərini sürtməyə başlayanda bunun heç də qorxulu olmadığını, əksinə əyləncəli olduğunu anladılar. Fırça səhər , axşam gəlib bacıları parıldayana qədər təmizləyirdi.

         Günlər, aylar bir-birini əvəz etdi. Bacıların sayı iyirmi dörd oldu. Onlar artıq böyüyüb işləməyə başlamışdılar. Gündə bir neçə dəfə mağaraya gələn yeməkləri yaxşıca əzirdilər. Lakin onların düşməni peyda olmuşdu. Bu vahiməli, öldürücü Şəkərxox idi. Şəkərxox bütün sirin yeməklərin tərkibində mağaraya daxil olurdu. Bacılar bu şirniyyatları əzəndən sonra xəstələnirdilər. Şəkərxox qızlara yapışır, fırça təmizləməyə gələnə qədər onları xəstəliyə yoluxdururdu. Ağqızlardan biri bu xəstəliyə düçar oldu. Üstünə qəhvəyi ləkə düşdü. Fırça nə qədər sürtsə də bu ləkə təmizlənmədi. Ləkə günü-gündən böyüyür, ağqızı ağrıdır, dözülməz işgəncələr verirdi. Bir neçə aydan sonra Ağqız rəngini dəyişib qaraqız oldu və bir gün bacılar onu əbədi olaraq itirdilər.

         Sarayda hamı qəm dəryasına qərq olmuşdu. İtirilmiş bacının xiffətini çəkirdilər. Şənliyə, işləməyə həvəs qalmamışdı. Əjdaha nə qədər çalışsa da bacıların üzünü güldürə bilmirdi. Ağqızların Şəkərxoxa olan nifrəti artırdı. Bacılar müşavirə keçirib qərara aldılar ki, bir daha düşməni saraya yaxın qoymasınlar. Elə ki, yeməkdə şirin dad hiss edirdilər, əjdaha ilə birləşib onu saraydan kənara atıb, “Sən bizi daha xəstələndirə bilməyəcəksən” deyirdilər. Amma bir gün maraqlı hadisə onların əhvalını düzəltdi. Boş qalmış yerdə ağartı göründü. Bu ağartı onlara tanış idi. Yeni bacıları dünyaya gəlirdi. Bu xəbər hamıya yayıldı. Sarayda bayram oldu. Bacılar bir-birini təbrik edir, əjdaha sevindiyindən rəqs edirdi.

         İllər ötdü. Ağqızların sayı otuz iki oldu. Hamısı bir boyda, cərgə ilə düzülmüş bacılar mirvari kimi bərq vururdular.  Ağqızlar qatı düşmənləri olan Şəkərxoxa qalib gəlmişdilər. Saraya girişinə qadağa qoyulan gündən bacılar sağlam və çox güclü olmuşdular. Ən yaxın dostları isə su və təmizlik idi.

Müəllif: İlahə QƏHRƏMAN


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

14 fevral – Azərbaycanın Hərbi Hava Qüvvələri GünüNÜDÜR!

WWW.YAZARLAR.AZ

14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral – Azərbaycanın Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.
Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.
Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.


YAZARLAR.AZ

==============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında

Zaur Ustac “Gülüzənin şeirləri” kitabı

MƏKTƏBƏHAZIRLIQ QRUPLARI ÜÇÜN

Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra.

“MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” METODİK VƏSAİT, (I HİSSƏ) Bakı – 2019. Azərbaycan Respublikası Təhsil Nazirliyi : “MƏKTƏBƏ HAZIRLAŞIRIQ” -MƏKTƏBƏHAZIRLIQ QRUPLARI ÜZRƏ METODİK VƏSAİT – MÜƏLLİMLƏR ÜÇÜN – I HİSSƏ ENDİRİN – DOWNLOAD

“MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” METODİK VƏSAİT, (II HİSSƏ) Bakı – 2019. Azərbaycan Respublikası Təhsil Nazirliyi :“MƏKTƏBƏ HAZIRLAŞIRIQ” – MƏKTƏBƏHAZIRLIQ QRUPLARI ÜZRƏ METODİK VƏSAİT – MÜƏLLİMLƏR ÜÇÜN – II HİSSƏ ENDİRİN -DOWNLOAD

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş “MƏKTƏBƏ  HAZIRLAŞIRIQ” adlı metodik vəsaitə (I və II hissələr üzrə – Bakı – 2019) daxil olunmuş şeirlərdən ibarət Zaur Ustacın “GÜLÜZƏNİN ŞEİRLƏRİ” (“Gülünün şeirləri”, “Güllünün şeirləri”) KİTABI yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və tərtibatında ən yeni təkmilləşdirilmiş təkrar nəşrinin (Bakı – 2021, SONUNCU NƏŞR) PDF variantı:

Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdləri  Zaur Ustacın şeirlərindən ibarət  “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində iştirak ediblər. Şair birinciləri sevindirib. Şamaxı – 2017.

Məhəmməd HADİ adına Şamaxı şəhər 9 saylı tam orta məktəbinin birinci “b” sinif şagirdi, Leyla EYVAZOVA (müsabiqənin qalibi) “L” hərfinin şeiri, “MƏZƏLİ HƏRFLƏR” müsabiqəsində, müəllif: Zaur USTAC “GÜLÜNÜN ŞEİRLƏRİ” kitabından.

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru