Salam olsun, çox dəyərli oxucum! Günə (16.04.2026) çox sarsıdıcı və eyni zamanda ağılasığmaz bir xəbərlə başladıq. Cahangirin qəfil ölüm xəbəri dilindən, dinindən, yazdığı qrafikadan və cinsindən asılı olmayaraq əli klaviatura tutan dünyanın müxtəlif ölkələrində yaşayan əhli-qələmi – qələmdarları sirkələdi…
Gün bu minvalla başa çatmaq üzrə idi ki, Sehran Allahverdi bu hadisəni – bitməkdə olan günü “intəhasızlıq” üzərinə proyeksiya etdi. Qarşımda üç intəhasız dünya var: Günəş, Dəniz və İnsan…
Bu rəsm əsəri azərbaycanlı rəssam Sehran Allahverdi tərəfindən çəkilmiş və özbək şair Cahangir Namazovun faciəvi taleyinə həsr olunmuş dərin məna qatlarına malik bir sənət nümunəsidir. Əsər yalnız portret deyil – bu, insan ruhunun ziddiyyətli qatlarını, daxili sarsıntılarını və həyatla ölüm arasındakı incə sərhədi ifadə edən psixoloji elementlərlə, dramatik ştrixlərlə(fırça vuruşları ilə) zəngin tablodur. Mən bu əsəri görən anda qeyri-ixtiyarı “İNTƏHASIZLIQ” adlandırdım. Sehran Allahverdi rəngkarlıqdan musiqi, rənglərdən not kimi istifadə edib. Rəsm əsərinin rəng palitrası o qədər zəngindir ki, tablo bütöv bir romans təəssüratı yaradır. Sehran Allahverdinin “danışan şəkillər” seriyasına bəxş etdiyi bu şedevr onun daxili aləminin zənginliyindən xəbər verir. Əsəri sözün əsl mənasında “Bir gəncin manifesti” adlandırmaq olar.
Rəsmin ilk baxışda diqqəti cəlb edən əsas elementi gün batımı fonudur. Günəş üfüqdə batmaq üzrədir – bu, klassik simvolika baxımından sonluğun, tükənmənin və eyni zamanda sakit bir vidanın işarəsidir. Su səthində əks olunan narıncı və qırmızı çalarlar sanki daxili yanğını, sönməyən ağrını və iztirabı təcəssüm etdirir. Bu fon təsadüfi deyil: o, şairin həyatının son anlarına metaforik bir pəncərə açır.
Portretdəki sima isə tam fərqli bir emosional qat təqdim edir. Cahangir Namazovun baxışları sakit, lakin dərin və yorğun görünür. Bu baxışlarda həm qəbul, həm də gizli bir fəryad hiss olunur. Rəssam üz cizgilərini akvarel texnikasının sərbəst və axıcı dili ilə işləyərək daxili gərginliyi daha da gücləndirib. Rənglərin bir-birinə qarışması insanın psixoloji parçalanmasını, kimlik böhranını və emosional qeyri-sabitliyi xatırladır.
Psixoloji baxımdan bu əsər depressiya və daxili tənhalıq mövzusuna toxunur. İntihar edən insanların çox zaman xaricdən sakit və adi görünməsi, lakin daxilən böyük bir fırtına yaşaması burada aydın hiss olunur. Rəssam bu ziddiyyəti ustalıqla təqdim edir: zahiri sakitlik və daxili çöküş eyni anda mövcuddur. Bu, insan psixikasının ən mürəkkəb və bəzən anlaşılmaz tərəflərindən biridir.
Publisistik baxımdan isə bu rəsm cəmiyyətə ünvanlanmış səssiz bir çağırışdır. O, bizi düşünməyə vadar edir: görəsən biz ətrafımızdakı insanların daxili dünyasına nə qədər diqqət yetiririk? Bir şairin, bir yaradıcı insanın belə ağır bir qərara gəlməsi yalnız fərdi deyil, həm də sosial bir məsuliyyət məsələsidir. Bu əsər insanları laqeydlikdən uzaqlaşmağa, empatiya qurmağa və ruhən sarsılmış insanlara daha həssas yanaşmağa çağırır.
Eyni zamanda, rəsm sənətin terapiya gücünü də nümayiş etdirir. Sehran Allahverdi bu əsərlə yalnız bir insanın portretini yaratmır, o, ağrını vizuallaşdırır, sükutu danışdırır və sözlə ifadə olunmayan hissləri rənglərlə dilə gətirir. Bu baxımdan əsər həm də sənətin insan ruhunu anlamaq və anlatmaq gücünün parlaq nümunəsidir.
Nəticə etibarilə, bu rəsm sadəcə bir portret deyil – o, həyatın kövrəkliyinə, insan ruhunun dərinliklərinə və cəmiyyətin məsuliyyətinə işarə edən güclü bir bədii bəyanatdır. Gün batımı ilə tamamlanan bu kompozisiya sanki bir həyatın son akkordudur – sakit, lakin unudulmaz.
Üzündə həmisə təbəssüm, sözündə ilıqlıq, insanlara sevgi, ətrafa məhəbbət duyulan Cahangir…. Sözun əsl mənasında “sözün bitdiyi yerdə”yik… Qoy, sözlərin aciz qaldığı bu məqamlarda rənglər danışsın…
Sağ olun, dəyərli oxucular, sağ ol, Sehran Allahverdi – dəyərli rəssam qardaşım – acı və sarsıdıcı xəbərlə başladığımız günün ideal məntiqi sonluğu kimi qiymətləndirirəm bu əsəri. Necə deyərlər, qövr edən yaramıza su səpdi bu tablo. Hələlik, dəyərli dostlar!
P.S. Sonuncu dəfə Cahangirlə çərşənbə axşamı – 14 aprel 2026-cı ildə yazışmışdıq 16:39-da bir göndəriyə “bəyənmə” işarəsi qoymuşdu…
Bazı ölümler vardır; insanın kalbine bir haber gibi değil, ansızın inen karanlık bir sessizlik gibi düşer. Bir an gelir, dünya yerinde duruyor görünür; ama insan bilir ki artık hiçbir şey eskisi gibi değildir.
Cihangir Mirza Namazov’un vefat haberi de işte böyle geçti içimizden. Gençliğin en diri çağında, kaleminin en verimli eşiğinde, hayata ve şiire böylesine içten bağlanmış bir yüreğin ansızın susması, yalnız yakınlarını değil, onu az çok tanıyan herkesi derinden yaraladı.
O, ömrünü büyük göstermeye çalışanlardan değil; varlığını emeğiyle, gayretiyle, kalemiyle duyuranlardandı. Henüz çok gençti; ama gençliğini boş bir heves gibi değil, şiire adanmış sahici bir ateş gibi taşıyordu. Sözün peşinden gidiyor, adını yalnız kendi çevresinde değil, dünyanın dört bir yanındaki edebiyat iklimlerinde de duyurmak için büyük bir istek ve çaba gösteriyordu. Dergilerde, mecralarda, edebî çevrelerde yer bulmak; şiirini uzak dillere, uzak ülkelere ulaştırmak onun için yalnızca bir görünür olma arzusu değil, şiire duyduğu hakiki inancın bir nişanesiydi. Çünkü o, şiiri yalnız yazmıyor; şiirin içinde yaşıyordu.
Bazı insanlar genç yaşta olsalar bile içlerinde erken olgunlaşmış bir ruh taşırlar. Cihangir de öyleydi. Heyecanı vardı; ama bu heyecan kuru bir acele değildi. Işığı vardı; ama bu ışık gelip geçici bir parıltı değildi. Onun içinde, geleceğe uzanacak gerçek bir şair damarının attığını görmek mümkündü. Bu yüzden ardından duyulan acı sadece bir ölüm acısı değil; yarım kalmış dizelerin, söylenememiş mısraların, henüz tam açmadan dalından kopan bir istidadın acısıdır.
İnsanın en çok da buna yüreği dayanmıyor. Çünkü bazı isimler için ölüm kelimesi fazlasıyla erken, fazlasıyla sert, fazlasıyla yakışıksız duruyor. Daha çok yazmalıydı. Daha çok görünmeliydi. Daha çok duyulmalıydı. Daha çok yaşamalıydı. Fakat kader, bazen en güzel cümleyi en beklenmedik yerden yarım bırakıyor.
Bugün onun ardından söylenecek her söz biraz eksik, biraz mahzun, biraz boynu bükük kalacaktır. Çünkü giden yalnız bir insan değil; aynı zamanda bir ümit, bir ses, bir edebî yürüyüş, bir gelecek ihtimalidir. Ardında bıraktığı şiir sevgisi, çalışma azmi, edebiyata olan bağlılığı ve genç yaşına rağmen taşıdığı o parlak istikbal duygusu, onu tanıyanların hafızasında uzun süre silinmeden yaşayacaktır.
Rabbim rahmetiyle muamele eylesin. Mekânı cennet, ruhu şad olsun. Ailesine, sevenlerine, dostlarına ve Özbekistanlı kardeşlerimize sabır ve başsağlığı diliyorum.
Cihangir Mirza Namazov artık bu dünyanın fanî sesleri arasında değil belki; ama güzel kalemler kolay unutulmaz. Bazı isimler toprağa verilse de kelimelerin içinde yaşamaya devam eder. Onun adı da, genç yaşta sussa bile, şiirin hüzünlü hafızasında yaşamayı sürdürecektir.
Allah rahmet eylesin. Nurlar içinde uyusun. Genç yaşta göçen bu güzel şairin hatırası da kalemi de daima saygıyla anılsın.
İNTİHAR GÖZƏLLƏMƏSİ 18+ (…həm də Cahangir Namazovun ruhuna sayğıyla…)
I Hər kəsin içində bir intihar istəyi var. Və bətnində bir intihar ağrısı var.
…Ölümə təslim olmaq istəməyənlərin qələbəsidi intihar; öz qanına susayanların son nidasıdı intihar; bütün etirazların haqq səsidi intihar; dipdiri duyğuların qəfil nəfəsinin kəsilməsidi intihar.
Hə, bir də canına qıyılan arzuların şərəfinə qaldırılan eşq badəsidi intihar: ancaq içilməsi zor… II
…Əcəlin intihar edənlərə ölüm borcu qalır. İnthar ölüm deyil, intihar ölmək deyil, sadəcə ayrılıqdı: ancaq geri dönülməz…
Yazarlar cameəsi adından dəyərli dostumuz, “Yazarlar jurnalı”nın və Yazarlar.Az saytının Özbəkistan üzrə təmsilçisi, Beynəlxalq əlaqələr üzrə meneceri Cahangir Namazovun qəfil ölümündən kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına, doğmalarına və bütün Cahangirsevərlərə – Türk ədəbi cameəsinə başınız sağ olsun deyirik.
Kafamız dün meydana gelen olaylardan dolayı zaten ölümlere kurgulanmışken, sabah sabah bu haberi sayfamda görmek beni inanılmaz mutsuz etti ve üzdü. Has ismi ile Cihangir Mirza NAMAZOV.
İki yıldan bu yana tanıdığım, sizlerin de neredeyse her gün sayfamda fotoğrafına ve yazılarına rastladığınız, ki paylaşmayı çok severdi. Türk Dünyası ve Özbekistan’ın, kanlı canlı, heyecan dolu ve çok genç ve başarılı, bu has evladının vefatı beni çok üzdü. Rahmetler diliyorum, ruhu şad, mekanı cennet olsun…Özbek dostlarıma başsağlığı ve sabır diliyorum…
Hayrettin YAZICI
“Gece saat 23:30’da, öğrencim bana kötü bir haber getirdi: Namanganlı yetenekli şair Jahangir Nomozov (Jahongir Mirzo)’nun vefat ettiğini söyledi.
Jahangir’i yakından tanımasam da, birbirimizi uzaktan tanıyorduk ve zaman zaman haberleşiyorduk. Yaklaşık on gün önce, İspanya’da yayımlanan AZAHAR dergisinde ikimizin de şiirleri yayımlanmıştı.
Henüz 29. baharını yeni karşılamış olan şair dostumuz bugün artık aramızda yok. Kader onun alnına kısa bir ömür yazmış… Allah rahmet eylesin.
Rabbim yakınlarına sabır versin.
Şüphesiz biz Allah’a aidiz ve sonunda O’na döneceğiz. İnnâ lillâhi ve innâ ileyhi râciûn.”
Ҳар инсон ғанимат- ҳар он лаҳзалик, Гоҳ қадрин биламиз-гоҳида ўлик, Дунё меҳмонхонадир- умр тўрт кунлик, ,, Бандалик”лаб-дарсин ютаверамиз, Йиғлаб-сихтаб аза тутаверамиз.
«QƏLƏMI XEYIRXAHLIĞA XIDMƏT EDƏN BIR SILAHA ÇEVIRMIŞƏM…»
Hörmətli oxucular! Söhbətdaşımız —tanınmış özbək şairi və jurnalisti, tərcüməçi Azərbayan ədəbiyyatının tədqiqatçı və təbliğatçısı, Azərbaycan Jurnalistlər Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, “Ədəbiyyat və İncə Sənət” portalının Özbəkistan üzrə təmsilçisi Cahangir NAMAZOV.
— Səni ədəbiyyata gətirən yol haradan başlayır?
— Məni ədəbiyyata gətirən yol, hələ dünyaya gəlməmişdən əvvəl başlayıb. Allah hər bir insanı yaratmazdan öncə onun taleyini, qismətini, gedəcəyi yolu yazır və yalnız bundan sonra onu həyat səhnəsinə çıxarır. Ədəbiyyat yolu isə taleyin dəftərinə yazılmış ən gözəl nemətlərdən biridir desəm, yanılmaram. Uşaqlıq illərim dünən kimi yaddaşımdadır. O zamanlar şairliyin, poeziyanın mahiyyətini hələ dərk etməsəm də, qəlbimdə və ruhumda şairanə bir ovqatla yaşayırdım. Ən kiçik gözəlliklərdən, təbiətin adi, amma möcüzəvi hallarından belə heyrətlənirdim. Bəlkə də bu, sözə olan məhəbbətin ilk əlamətləri idi. Məktəb illərindən etibarən həvəskar kimi şeirlər yazmağa başladım. Ancaq ədəbiyyat və poeziyanın sadəcə bir məşğuliyyət deyil, mənim əsl yolum, taleyim olduğunu kollec illərində dərindən dərk etdim. Həyatın daşlı, tikanlı yollarını mətanət və cəsarətlə keçməyimdə isə ədəbiyyat həmişə mənim təmənnasız dayaq nöqtəm olub.
— Özünü daha çox şair, ədəbiyyatşünas, yoxsa jurnalist hesab edirsən?
— Özümü, hər şeydən əvvəl, şair hesab edirəm. Jurnalistikaya, ədəbiyyatşünaslığa gedən yolum sözün qapısından — poeziyanın dərgahından keçib. Jurnalistika və ədəbiyyatşünaslıq mənim üçün fəaliyyət və maraq sahəsidirsə, poeziya daxili ehtiyacım, ruhumun nəfəsidir. Mən jurnalist kimi düşünəndə də, ədəbiyyatşünas kimi araşdıranda da, içimdə bir şair danışır. Çünki şairlik mənim üçün peşə deyil — haldır. Poeziya — ruhumun öz-özünə etdiyi zikridir.
— Özbək ədəbiyyatı klassikləri və çağdaşlardan kimin yaradıcılığının sənə daha çox etkisi olub?
— Mənim üçün ədəbiyyatda təsir anlayışı bir müəlliflə məhdudlaşmır; o, ruhdan ruha ötən bir silsilədir. Özbək klassiklərindən Əlişir Nəvai mənim üçün bir məktəbdir o, sözü yalnız bədii vasitə deyil, həm də vicdan və mənəviyyat səviyyəsinə qaldırmışdır. Babur, Lütfi, Məşrab kimi simalar isə mənim ruh dünyamda dərin iz buraxıb; xüsusilə Məşrabın üsyankar ruhu və ilahi məhəbbətlə yoğrulmuş “dəliliyi” mənə çox yaxındır. Çağdaş özbək ədəbiyyatı isə ayrıca bir həyat məktəbidir. Rauf Parfi, Abdulla Aripov, Matnazar Abdulhakim, Şevkat Rehman, Sənubar Məhman, Xasiyyət Rustəmova kimi şairlərin yaradıcılığı məni həm estetik, həm də insan olaraq formalaşdırıb. Onların şeirlərində milli yaddaş, tarixi ağrı, həyatın ziddiyyətləri və insan məsuliyyəti çox güclü şəkildə hiss olunur. Ümumilikdə desəm, klassiklərdən mən sözün əxlaqını, çağdaşlardan isə ruhla zaman arasında dialoq qurmağı öyrəndim. Ədəbiyyat mənim üçün keçmişin təkrarı deyil, ruhun davamıdır; hər bir şair isə mənim daxili sükutumu sözə çevirən bir sima olmuşdur.
— Yeni nəsil özbək yazarlarının özlərini realizə etməsinə nə mane olur?
— Dövlətimiz tərəfindən Yazıçılar Birliyinə şair və yazarlara, gənclərə dəstək məqsədilə böyük maliyyə vəsaitləri ayrılıb. Bu imkanlar, məncə, yeni nəsil üçün həqiqi imkan qapısı olmalı idi. Lakin təəssüf ki, praktikada bütün istedadlar bu imkanlardan tam şəkildə yararlana bilmir. Yazıçılar Birliyi həmişə dəqiq istedadları birinci plana çıxarmayıb. Çox vaxt birliyin dəstəyi ətrafdakı tanış və əlaqəli yazıçılara yönəlir. Nəticədə, həqiqi istedadlar, ürəyində alovla yaşayan şairlər diqqətdən kənarda qalır. Bunu söyləməkdən məyusam, amma həqiqət budur ki, sağlam mühit və ədalətli rəqabət yoxdur. Tanışlıq, daxili siyasət və ədalətsizlik gənc yaradıcı üçün ən böyük əngəllərə çevrilir. Bununla belə, bu vəziyyət gənc şair və yazıçılar üçün sınaqdır. Ədalət olmayan yerdə heç vaxt yüksəliş və tərəqqi olmaz. Ən pis olanı isə budur ki, istedadlilar qalır, amma imkanlardan munasib olmayanlar istifadə edir. Həmişə istedadların yolu ağır və çətindir…
— Ədəbiyyatda nəsillərarası qarşıdurma varmı?
— Ədəbiyyatda nəsillərarası qarşıdurma anlayışı tez-tez bir az sadələşdirilmiş və yanlış qəbul edilir. Əslində isə çox hallarda bu qarşıdurma deyil, bir-birini tam anlamamaqdır. Böyük nəsil nümayəndələri tez-tez gənc yaradıcıların yeni fikirlərini, dünya görüşünü və təcrübəsiz hərəkətlərini tam anlamır. Onların baxışları çox vaxt ənənəvi, sistemli və nəzəri əsaslara söykənir. Buna görə də onlar bəzən gəncləri ehtiyatla izləyir və ya tənqid edirlər. Bu tənqid, əlbəttə ki, qarşıdurma deyil, əksinə təcrübə və biliklərin qorunmasıdır. Digər tərəfdən, bəzi gənc yaradıcılar öz istedadı və imkanlarına həddindən artıq güvənərək, kiçik bir təkəbbürə düşə bilərlər. Lakin bu da çox hallarda müvəqqəti və inkişaf prosesinin təbii bir hissəsi kimi qiymətləndirilir. Çox gənc ustadların yaradıcılığına böyük hörmətlə yanaşır, onların nailiyyətlərini öyrənir və öz daxili səsini belə formalaşdırır. Bundan əlavə, böyük nəsil nümayəndələri çox vaxt gəncləri dəstəkləməyə, onları düzgün istiqamətlərə yönləndirməyə hazırdır. Bu isə nəsillər arasındakı fərqi qarşıdurma deyil, öyrənmə və dialoq kimi qəbul etməyə imkan verir. Beləliklə, ədəbiyyatda nəsillərarası “qarşıdurma” anlayışı çox hallarda anlaşılmazlıq və müvəqqəti fərqlilikdən ibarətdir. Əslində bu proses gənc və böyük nəsli bir-birini öyrənməyə, bir-birinin ruhunu anlamağa və ədəbiyyatı davam etdirməyə sövq edir.
— Azərbayan və özbək ədəbiyyatının hazırkı durumunu necə müqayisə edərdin?
— Azərbaycan və özbək ədəbiyyatı iki ayrı dilin səsi, lakin eyni ruhun əks-sədası kimidir. Hər ikisi öz xalqının tarixi, mədəniyyəti və daxili aləmini əks etdirir, sözlə insan ruhunu işıqlandırmağa çalışır. Azərbaycan ədəbiyyatı klassik ənənələri çağdaş təfəkkürlə birləşdirir, yeni nəsil həm milli ruhu, həm də bədii ifadəni dünyaya çatdırmaq üçün mübarizə aparır. Özbək ədəbiyyatı isə milli yaddaş və mədəniyyət üzərində fokuslanır, lakin bəzi istedadlar sistemsiz dəstək səbəbindən tam görünmür. Tənqid nöqteyi-nəzərindən deyə bilərəm ki, hər iki ölkənin ədəbiyyatı hələ də dünyaya çıxmaq və beynəlxalq səhnədə layiq olduğu mövqeyi tutmaq üçün böyük potensiala malikdir. Tərcümə və beynəlxalq əlaqələrə daha çox diqqət yetirilməli… Müqayisə etsək, Azərbaycan ədəbiyyatı daha çox xarici oxucu ilə dialoqa açıqdır, tərcümə və beynəlxalq layihələr vasitəsilə özünü tanıdır. Özbək ədəbiyyatı isə daxili yaddaşa fokuslanaraq yavaş-yavaş sərhədləri genişləndirir.
— Azərbaycan ədəbiyyatna maraq səndə necə yaranıb?
— 2017-ci ildən etibarən Azərbaycan ədəbiyyatına marağım oyandı. Həmin dövrdə Nəbi Xəzri, Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi şairlərin şeirlərini özbək dilində oxuyaraq Azərbaycan ədəbiyyatının mənə qəlbən və ruhən nə qədər yaxın olduğunu dərk etdim. Sonralar isə Facebook sosial şəbəkəsi vasitəsilə azərbaycanlı şair və yazıçılarla dostluq əlaqələri qurdum. Onların səmimiyyəti, təvazökarlığı və insanpərvərlik kimi ali keyfiyyətləri Azərbaycan ədəbiyyatına olan sevgimi daha da gücləndirdi. Bu sevgi zaman keçdikcə səmimi dostluğa, ədəbi əməkdaşlığa çevrildi. Dostlarımın dəstəyi və diqqəti sayəsində Azərbaycan dilini öyrəndim, bu ədəbiyyatdan tərcümələr etdim və dostluqla ədəbi əlaqələrimizi daha da möhkəmləndirmək yolunda yeni layihə və planları həyata keçirməyə çalışıram.
—Azərbaycan yazarlarından kimləri oxuyursan?
—Azərbaycan ədəbiyyatı mənim üçün göy qurşağı kimi rəngarəng və parlaq bir mənəvi aləmdir. Bu aləmdə söz təkcə ifadə vasitəsi deyil, eyni zamanda qəlbin, xatirənin və ruhun səsinə çevrilir. Nəbi Xəzrinin misralarında Vətən həsrətini və fəlsəfi sakitliyi duyuram, Səməd Vurğunun poeziyasında isə xalq ruhunun və tarixi məsuliyyətin nəfəsini görürəm. Vaqif Səmədoğlunun sözlərində daxili üsyan və təfəkkür azadlığı təcəssüm olunursa, Ramiz Rövşənin şeirləri ruhi tənhalığı, insani iztirabı və həqiqət axtarışının ağrılı gözəlliyini üzə çıxarır. Musa Yaqubun poeziyasında təbiətlə insan qəlbi bir-birinə qovuşur, Sabir Rüstəmxanlının yaradıcılığında milli təfəkkürlə ümumbəşəri məsuliyyət vəhdət təşkil edir. Rüstəm Behrudi isə poeziyanı fikir, inanc və vicdan səviyyəsinə yüksəldir. Bununla yanaşı, Azərbaycan xalq yazıçısı Anarın özünəməxsus və bənzərsiz hekayələrini xüsusi maraqla mütaliə edirəm. Onun nəsrində insan ruhu incə psixoloji qatlar vasitəsilə açılır. Ədəbi tənqidçi, publisist və şair Əsəd Cahangirin esseləri isə müasir təfəkkürün, ədəbi məsuliyyətin və intellektual dərinliyin parlaq nümunəsi kimi məndə heyranlıq və həyəcan doğurur. Bu yaradıcıların əsərləri mənə təkcə estetik zövq deyil, həm də təfəkkür, ruhi oyanış və ümumbəşəri dəyərlər üzərində dərin düşünmək imkanı verir.
— Azərbaycan yazıçıları ilə müsahibə kitabının ideyası necə yarandı?
— Azərbaycan yazıçıları ilə müsahibə kitabı ideyası uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qəzet və jurnallarda çalışdığım illərdə formalaşdı. Həmin dövrdə jurnal üçün Özbəkistanın tanınmış şairləri, yazıçıları, rəssamları və idmançıları ilə müsahibələr aparırdım. Bu söhbətlər oxucular tərəfindən maraqla qarşılansa da, mövzuların məhdudluğu və fikirlərin qəlibləşməsi məni qane etmirdi. Bu narahatlıq məni daha geniş düşünməyə və yaradıcılıq imkanlarımı sınamağa sövq etdi. Beləliklə, “ədəbi söhbətlər” layihəsi yarandı. Sonralar layihəni beynəlxalq miqyasda davam etdirmək qərarına gəldim və dünyanın müxtəlif ölkələrindən şair, yazıçı və ədəbiyyat adamları ilə müsahibələr etdim. Bu söhbətlər özbək, azərbaycan və digər xarici nəşrlərdə dərc olundu və geniş oxucu auditoriyasının marağına səbəb oldu. Azərbaycan ədəbiyyatının zənginliyi, azərbaycanlı şair və yazıçıların özünəməxsus dünyası və yüksək yaradıcılıq potensialı məni onlarla aparılan ədəbi söhbətləri ayrıca bir kitab halında toplamağa təşviq etdi. Bu prosesdə Azərbaycan xalqının və ədəbiyyat mühitinin mənə göstərdiyi diqqət və mənəvi dəstək mühüm rol oynadı. Şeirlərimin Azərbaycan dilinə tərcümə olunaraq nüfuzlu nəşrlərdə dərc edilməsi isə bu yolun doğru olduğuna dair mənim üçün böyük motivasiya oldu. Əslində, Azərbaycan şair və yazıçıları ilə ədəbi söhbətlər kitabı qarşılıqlı etimad və sevgi üzərində qurulub. Bu kitab Azərbaycan ədəbiyyatına və xalqına bəslədiyim səmimi məhəbbətin kiçik, lakin ürəkdən gələn ifadəsidir.
— Sən dünya ədəbiyatının çoxsaylı nümayəndələri ilə əlaqə saxlayır. müxtəlif ölkələrin ədəbiyyat adamları arasında körpü rolu oynayırsan? Buna necə nail olmusan?
— Mən həmişə dostluq, xeyirxahlıq və insanpərvərlik hisslərini ən yüksək dəyər hesab etmişəm. Ədəbiyyat mənim üçün yalnız söz sənəti deyil, həm də qəlbləri yaxınlaşdıran, millətlər və mədəniyyətlər arasında körpü rolunu oynaya bilən müqəddəs bir meydandır. Müxtəlif xalqların yaradıcı şəxsləri ilə ünsiyyət qurmaq, ədəbi söhbətlər aparmaq mənim üçün təsadüf deyil — bu şüurlu seçim və daxili ehtiyac nəticəsidir. Dilimiz, dinimiz və ya irqimiz fərqli ola bilər, lakin insan duyğuları — ağrı, sevinc, həsrət, məhəbbət — hamımız üçün ortaqdır. Mən ədəbi meydan vasitəsilə könüllərə körpü olmaq, müxtəlif xalqların yaradıcılarını bir-birinə yaxınlaşdırmaq üçün çalışıram. Qələmi xeyirxahlığa xidmət edən bir silaha çevirmişəm, ədəbi söhbətlərimdən əsas məqsəd — ürəkləri-ürəklərə, xalqları-xalqlara bağlamaqdır. Bundan əlavə, mən beynəlxalq ədəbiyyat festivalları, görüşlər və sosial şəbəkələr vasitəsilə tanış olduğum yaradıcı şəxslərlə samimi dostluq və ədəbi əməkdaşlığı qarşılıqlı fayda prinsipi əsasında qururam. Biz bir-birimizin yaradıcılığını dəstəkləyir, əsərlərini tərcümə edir və dünyaya tanıdırıq. Belə əməkdaşlıq həm mənə, həm də digər yaradıcı dostlarıma yeni ideyalar, ilham və səmimi həmrəylik gətirir.
— Hansı ölkənin yazarları səndə daha xoş təəsürat oyadır?
— Mənim üçün hər bir ölkənin yazıçısı özünəməxsus ruh, düşüncə və yaradıcılıq tərzi ilə dəyərlidir. Lakin xüsusilə Azərbaycan,Türkiyə yazıçıları mənim üçün çox xoş təəssürat oyadırlar— onların samimiyyəti, zəngin estetik duyumu və milli-mənəvi irsi mənim ruhuma dərindən toxunur. Eyni zamanda Koreya yazıçılarının intellektual dərinliyi və həyat fəlsəfəsini poetik ifadə etmə bacarıqları məni heyrətləndirir. Albaniya və Makedoniya yazıçıları ilə olan tanışlıqlarım mənə həm beynəlxalq ünsiyyət, həm də fərqli mədəniyyətlərin estetik zənginliyini öyrətdi. İtaliya yazıçıları isə incəsənət və insan təbiətinə dair universal baxışları ilə mənə ilham verir. Ümumilikdə deyə bilərəm ki, hər bir ölkənin yazıçısı mənim üçün bir dərsdir, bir yeni dünya açan pəncərədir. Hər birinin yaradıcılığı ilə tanış olmaq mənim adabiyyat və insan ruhuna olan marağımı daha da genişləndirir.
— Sosial şəbəkələr insanların roman və ya şeir toplusu kimi mürəkkəb əsərləri oxuma qabiliyyətini zəiflədirmi?
— Bəli, bu təhlükə mövcuddur. Sosial şəbəkələr sürətliliyi təşviq edir, diqqəti qısa bloklara bölməyə öyrədir. Bir postu oxuyub, dərhal növbətiyə keçmək vərdiş halına çevrilir. Bu isə mürəkkəb quruluşa malik, çoxqatlı əsərləri oxumaq üçün zəruri olan diqqət, səbr və daxili ritmi zəiflədə bilər. Məsələn, Tolstoy və ya Herman Hesse romanları çoxqatlı, daxili psixoloji araşdırma tələb edir. Belə romanları sosial şəbəkələrdə tez-tez “scroll” edərək oxumağa çalışsanız, ruhani təsir və mənanı tam hiss etmək mümkün deyil. Amma sosial şəbəkələr — həmçinin yeni auditoriya yaratmaq vasitəsi də ola bilər. Məsələn, gənc oxucu qısa şeir parçasını şəbəkələrdə görə və tam kitaba maraq göstərə bilər. Buna görə də, bu həm güclü bir vasitədir, həm də zəiflədici təhlükə — hər şey yaradıcı və oxucunun şüurlu yanaşmasına bağlıdır.
— Gənc şair kimi bu gün müxtəlif yollardan, şov-şəbəkələrlə özünü tanıtmağa çalışan yaradıcı şəxslərə münasibətin necədir?
— Mən şeir haqqında danışmazdan əvvəl eşqdən danışmağın vacib olduğunu hesab edirəm! Çünki Fars ədəbiyyatının möhtəşəm nümayəndəsi Qeysər Aminpurun: “Biləsiniz ki, şairlik bu aşiq olmaqdı!” – deyə qətiyyətlə vurğuladığı misralara rast gəldikdən sonra, bu barədə uzun-uzadı düşündüm… Həqiqətən də, şair şeir söyləyərkən öz halında olmur, ilhamın qucağında ruhunu bu aləm sərhədlərinə sığmayan yerlərə qaldırır, yəni yer üzündən ayrılıb yazır. Şeyxlərin alimi, alimlərin şeyxi Şeyx İbrahim Naxai deyib: “Eşqi bəlaya , oxşatdıq çünki rast gələn hər kəs Aşiqlik iddiası etməsin”, – demişlər… Beləliklə, özünü min bir yol ilə tanıtmağa çalışmaqla hələ şair olmaq və formalaşmaq mümkün deyil. Təəssüf ki, bu gün əksər oxucular məşhurluqla həqiqi istedadı düzgün qiymətləndirə bilmir. Həqiqi istedad heç bir mükafat və ya məşhurluqla ölçülə bilməz. Şeir yolu qəlb yolu, tale yolu deməkdir… Beləliklə, yaradıcılığını, həyatını şov-şəbəkələr və yalanlarla qurmaq istəsələr, lap yaxşı, bu yolu seçsinlər! Amma bu yolla yalnız özlərini aldatmış olurlar.
— Bu gün dünya üzrə qarışıqlıqların, zülmün və ədalətsizliyin hökm sürdüyü bir zamanda qəlbindən hansı düşüncələr keçir?…
—Bu sual — insan qəlbini parça-parça edən, bəşəriyyətin vicdanına ünvanlanan ən ağır suallardan biridir… Mən də bu sonsuz kainatın bir zərrəsiyəm. Bu dünyada insanlıqla eyni havanı nəfəs alır, eyni səmanın altında yaşayıram… Elə buna görə də bəşəriyyətin sevincini də, kədərini də ruhumla hiss edirəm. Dünyanın hansısa viran qalmış guşəsi, hansısa məzlumun gözündən süzülən hər bir damla yaş qəlbimdə əks-səda doğurur. Zülm — təkcə bir xalqın faciəsi deyil, o, bütün insanlığın yarasıdır. Ədalətsizlik — təkcə bir hadisə deyil, o, qəlblərimizdəki tarazlığı sarsıdan bir zəlzələdir. Dünya yaranandan bəri xeyirlə şərin əbədi mübarizəsi davam edir. Bu mübarizə yalnız xaricdə deyil — o, hər bir insanın daxilində, qəlbinin ən incə qatlarında baş verir. İnsan — həm yaradan, həm də dağıdandır. O, əli ilə bir bağ yarada bilər, ya da o bağı külə çevirə bilər… Buna görə də mən daha çox insanın qəlbindən qorxuram: orada sevgi də var, amma o sönərsə — zülmət də var. Bəzən düşünürəm: insanlıq tərəqqiyə doğru bu qədər sürətlə irəlilədiyi bir vaxtda, niyə qəlb tərbiyəsində geri qalırıq? Texnologiya səmanı fəth etdi, amma insan qəlbi hələ də öz içindəki qaranlıqla mübarizə aparır. Tamahkarlıq — dövrümüzün ən təhlükəli xəstəliyinə çevrilməkdədir. O, o qədər səssiz və hiss olunmadan daxil olur ki, sonda insanı öz mahiyyətindən, insanlığından uzaqlaşdırır. Qorxuram ki, bu bəla cilovlanmasa, insan bir gün öz əli ilə öz gələcəyini məhv edəcək… Düzünü desəm, gələcək haqqında düşündükdə qəlbimdə iki hiss oyanır: biri — qorxu, digəri — ümid. Qorxu — bugünkü qarışıqlıqlardan, müharibələrdən, ədalətsizliklərdən doğur. Ümid isə — hələ də insan qəlbində yaşayan mərhəmət, şəfqət və yaxşılıq toxumlarından cücərir. Çünki hər bir qaranlığı işıqlandıran ən kiçik bir nur belə mövcuddur… Bu səbəbdən mən bu gün yalnız nigaranlıqla deyil, eyni zamanda şükür hissi ilə yaşamaq istəyirəm. Çünki hələ də seçim imkanımız var — yaxşılığı seçmək, ədaləti qorumaq, sülhü yaşatmaq imkanımız var. Əgər hər birimiz öz qəlbimizdə kiçik bir sülh məkanı qura bilsək, bu məkanlar birləşərək bütün dünyanı əhatə edən bir səadət bağçasına çevrilə bilər. Çünki insanın ən böyük qələbəsi — başqaları üzərində deyil, öz nəfsi və nifrəti üzərində qazandığı qələbədir!
— Hazırda hansı layihə üzrəində işləyirsən?
— Hazırda bir neçə böyük layihə üzərində çalışıram. Adətimə görə, hələ reallaşmamış, tamamlanmamış işlərim və planlarım haqqında məlumat vermirəm. İnşallah, 2026-cı ildə beynəlxalq səviyyədə əhəmiyyətli bir layihəmi tamamlayacağam.
“YUNAN VƏ ROMA MIFOLOGIYASI, DÜNYANIN HƏR GUŞƏSINƏ TƏSIR EDIR”
Bəşər tarixinin yaddaşı miflərdə yaşayır, sənət isə bu yaddaşı zamanın içindən keçirərək bu günə daşıyır. Qədim sivilizasiyaların səsi, dənizlərin dərinliyindən gələn sirli izlər və insan ruhunun dəyişməz axtarışları — bütün bunlar müasir düşüncə ilə qovuşaraq yeni mənalar qazanır. Bugünkü dünyada keçmiş sadəcə xatirə deyil, o, gələcəyin istiqamətini müəyyənləşdirən canlı bir irsdir. Məhz bu nöqtədə sənət, tarix və ədəbiyyat bir araya gələrək insanlığa öz köklərini anlamaq və gələcəyə daha şüurlu addımlamaq imkanı yaradır. Bu dəfəki müsahibimiz — Yunanıstandan olan tanınmış vizual sənət yaradıcısı, kolumnist, şair və tədqiqatçı, bir çox milli və beynəlxalq mükafatların laureatı Konstantinos Faisdir. Onun yaradıcılığı qədim dünyanın dərin qatlarını müasir baxışla birləşdirərək, tarixə yeni bir nəfəs verir və mifologiyanın bu gün də yaşayan təsirini aydın şəkildə ortaya qoyur.
Konstantinos Fais haqqında:
Konstantinos Fais — yunan vizual sənətçisi, sütun yazıçısı, şair və tədqiqatçıdır. 1987-ci ildə Yunanıstanın şimal-qərbində yerləşən Ioannina şəhərində anadan olub. O, İtaliyada mülki mühəndislik təhsili alıb və həmçinin Ioannina Universitetindən İqtisadiyyat ixtisası üzrə sertifikat sahibidir. U uşaqlıqdan etibarən uzaq keçmişi işıqlandırmağa böyük həvəs göstərib. Onun sənət əsərləri əsasən Tarix və Dənizçilik mövzularına həsr olunub. Hazırda o, UNESCO Pirey və Adalar və International Action Art Fairdə masterklass sənətçisi kimi fəaliyyət göstərir, ABŞ-da HERMES Expo Internationalın mədəniyyət tərəfdaşıdır və Hindistanda International Academy of Ethics tərəfindən “Distinguished Scholar” (Seçilmiş alim) tituluna layiq görülüb. Bundan əlavə, o, Yunanıstanda Poetry Unites People beynəlxalq təşəbbüsünün səfiri və Almaniya, İraq və Meksikadakı (UNAM) Milli Tarix və Coğrafiya Akademiyasının mədəniyyət qurumlarından beynəlxalq tanınma alıb. 2020-ci ildə o, Montevideo, Uruqvayda Milli Təbii Tarix Muzeyi paleontoloqları ilə əməkdaşlıq nəticəsində beynəlxalq medianın diqqətini cəlb edib. Bu layihə prehistorik növlərin gigantizmini vurğulamağa yönəlmişdi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və təhsil məqsədi ilə Afinada xüsusi müəssisələrdə rəqəmsal skan edilmişdir.
— Hansi hadisələr və insanlar yaradıcılıq yolunuza ilham verib?
— Mən 38 yaşındayam və yaddaşımda qaldığı qədər, həmişə zamansız və autentik olan şeylərə maraq göstərmişəm. Zamanın dənizlərindən keçib bu günümüzə qədər insanlığa təsir edən hər şey mənim diqqətimi çəkir. Sadə əl izlərindən tutmuş sonrakı dövrlərin zərif və mürəkkəb təsvirlərinə qədər, vizual incəsənət 40.000 ildən çox tarixə malikdir, insan cəmiyyətindən də əvvəl yaranıb. Mən öz-özünü yetişdirən bir sənətkaram və vizual incəsənət vasitəsilə həm müasir, həm də keçmiş dövrlərə dair baxışlarımı əbədiləşdirmişəm. Bu, mənim üçün təbii bir ehtirasdır, xüsusi bir stimulla bağlı deyildi. Amma mən babamı hörmətlə yad edirəm, uşaqlıqda onunla tarix haqqında uzun müzakirələr aparmaq bu ehtirası inkişaf etdirməyimə kömək etmişdir.
— Bir çox kitab və əsərləriniz qədim dünya və dəniz tarixinə həsr olunub. Bu sahəyə marağınız necə başladı?
— Mənim vizual və ədəbi arxivimin böyük hissəsi qədim dünyaya, xüsusilə Aralıq dənizi bölgəsinə aiddir. Bu sahənin sahil iqlimi mükəmməl olduğundan, ən qədim və görkəmli sivilizasiyaların beşiyi sayılır. Bu sivilizasiyalar isə əfsanələr, minillik ənənələr və fəlsəfi mexanizmlər yaradıblar ki, təsirləri bu gün də cəmiyyətin bütün sahələrində görünür. Bundan əlavə, dənizçilik M.Ö. 3.000-ci illərdə Şərq Aralıq dənizi sivilizasiyalarında yaranmış və insanlığın ümumi mövcudluğu ilə bağlıdır. Dənizlər – böyük, sərhədsiz və amansız “canavarlar” – qitələri ayırır. Bu mənada, dənizçilik dünyanı birləşdirib və insanı yeganə qlobal növ halına gətirib. Qədim yunan tarixçisi Tukidid deyib ki, “Dənizi idarə edən dövlətin gücü böyükdür” və bu, həqiqətən doğrudur.
— Yaradıcı əsərlərdə ədəbiyyat, tarix və vizual incəsənəti birləşdirirsiniz. Bu üç elementi birləşdirmək sizə nə qazandırır?
— Bu üçbucaq vasitəsilə strukturlaşdırılmış nəticə əldə etmək mümkündür. Qədim ədəbiyyatdan və hər hadisənin tapıntılarından əvvəlcə lazım olan məlumatları toplayıram və sonra əsərin vizual istiqaməti ortaya çıxır. Beləliklə, mən cəmiyyətə daha sənədləşdirilmiş və eyni zamanda təzə bir baxış təqdim etməyə çalışıram.
— Milli və beynəlxalq mükafatlar almısınız. Bu nailiyyətlər yaradıcılığınıza hansı yeni üfüqlər açdı?
— Həqiqətən, Yunanıstan daxilində və xaricində tanınmaq, hər kəs kimi mənim karyeram üçün güclü zəmanətdir. Amma mən inanıram ki, öncə hər bir sənətçinin işi və etikası qiymətləndirilməlidir, yalnız titul və mükafatlar deyil. Çünki virtual və real dünya arasındakı xətt çox vaxt bulanıq olur.
— Siz Heraklesin həm tarixi, həm də mifoloji aspektlərini araşdırırsınız. Mif və tarixi birləşdirmək insan tarixini daha yaxşı başa düşməyə necə kömək edir?
— Əvvəlcə, mən sizi təbrik edirəm ki, onu Herakles adlandırdınız, Roman qarşılığı olan Herkul yox. Eyni şəxsdir. Heraklesin mifologiyası üç min ildən çox yanıb-sönməyən bir şam kimidir və mən onun mifini uzun illər araşdırmışam ki, ən geniş perspektivə sahib olum. Mən qədim Yunan, Roma və Bizans ədəbiyyatındakı bütün istinadları dərindən araşdırmışam. Bundan sonra isə Rönesansdan bu günə qədər olan istinadları da öyrənmişəm. Görmüşəm ki, Heraklesin mifi çoxölçülü sahədir və onu mifoloji, tarixi, fəlsəfi və xronoloji baxımdan analiz etmək mümkündür. Mifologiyadan, yəni təbii hadisələrin və insanların nəsildən-nəsilə şifahi şəkildə ötürülməsindən yazılı tarixə keçid, mədəni boşluğu aradan qaldırır və insan təfəkkürünü, hekayə danışma tərzini və insan təbiətini başa düşməyə imkan yaradır. Klassik ədəbiyyatdan müasir filmlərə, psixologiyadan milli kimliyə qədər mifologiya, xüsusilə Yunan və Roma mifologiyası, dünyanın hər guşəsinə təsir edir.
— Sizin üçün sənət və tarixi faktlar arasındakı tarazlıq nə qədər önəmlidir?
— Mən deməliyəm ki, bu asan deyil, çünki məqsədim həmin dövrün mümkün qədər dəqiq mənzərəsini təqdim etməkdir. Tarixi məlumat və bədii təsvir arasında qızıl ortanı tapmaq mənim üçün vacibdir, çünki vizual incəsənət insan cəmiyyətini təhsil və maarifləndirmə vasitəsi kimi təqdim edə bilir. İnsan beyninə vizual stimullar çox birbaşa təsir göstərir, xüsusilə tarixi məlumatlara əsaslanarsa.
— “Orta Şərqin Qoruyucuları” kolleksiyanız barədə danışın: bu layihə ilə hansı tarixi və mədəni mesajları vermək istəyirsiniz?
— Bu layihə Orta Şərqdəki meqalitik abidələrin, məsələn, İraqdakı Babil Aslanı və Şimali Suriya’dakı Ayn Dara Aslanı kimi əsərlərin təşviqinə aiddir. Bu abidələrin bir çoxu münaqişələr zamanı oğurlanıb və ya zədələnib. Layihənin məqsədi regionun qədim və görkəmli irsini vurğulamaqdır, çətin zamanlara qarşı mədəniyyətin davamlılığını göstərməkdir. Misir, Anadolu, Tire və Pərsiyaya qədər bölgənin mədəni kimliyi zəngin və şərəflidir, və mən bunun unudulmasını haqsız hesab edirəm.
— Qədim miflər və epik hekayələr bu günün mədəniyyətinə və cəmiyyətinə necə təsir edir?
— Mən inanıram ki, bu günün cəmiyyəti bütün sahələrdə çöküşdədir. İnsan təbiəti rol modellərinə ehtiyac duyur. Qəhrəmanlıq ümid, ilham, birləşmə, şəfa, qorunma və rəhbərlik üçün böyük fayda verir, güclü xarakter formalaşdırır. Epik ədəbiyyatda qəhrəmanlar ilahi mənşəli və üstün intellekt və fiziki gücə malik şəxsiyyətlərdir. Onların əfsanəvi uğurları və ya səhvləri ölümlü aləmə aiddir və moral kodeksi rolunu oynayır. Epik hekayələr Homer və Vircil ilə bitməmişdir; onların strukturları və mövzuları müasir filmlərdə və romanlarda yenidən formalaşdırılmış şəkildə tapılır. Biz burada Truva Müharibəsi və Heraklesin tarixindən danışırıq – bu günə qədər yaşayan ilk superqəhrəman. Misal üçün Mesopotamiyadan Gilgameş, amma onun müasir dünyadakı şöhrəti daha azdır.
— “İliada” və digər qədim mənbələri araşdırarkən hansı tarixi təəccüblər sizi heyrətləndirdi?
— Homerin epik poeziyası dünya ədəbiyyatının zirvəsindədir, bu fikir BBC Culture tərəfindən 2018-ci ildə 35 ölkədən 108 ekspertin tövsiyəsinə əsasən təsdiqlənmişdir. Həm Heraklesin ilk Troya fəthi (Ahill-dən bir nəsil əvvəl) kimi qəhrəman modeli, həm də onun dual təbiəti diqqət çəkir: İliadada o, ölümlüdür və ən məşhur generaldır, Odysseyada isə həm ilahiləşmiş, həm də Yeraltı Dünyada kölgə kimi yaşayır – bu, mifdən yazılı tarixə keçidin dərin mənasını göstərir.
— Qədim dünyadan hansı səhvlər və nailiyyətlər insanlığa dərs ola bilər?
— Antik dövr demokratiya, fəlsəfə, incəsənət və elmdə əbədi dərslər verir. Ən önəmlisi isə geosiyasət və imperiya yüksəlişi və süqutudur. Troya Müharibəsindən başlayaraq imperiyaların süqutuna qədər insan ağılı maraqlar, şərəf və zorakılıq istifadəsi məsələlərinə yönəlib. Olimpiya oyunları isə nəcib rəqabət və xalqların birliyi üçün başlanğıcdır. İdman bizə növümüzün mənşəyini və əcdadlarımızın sağ qalmaq mübarizəsini xatırladır.
— İnsan həyatı ilə yaradıcılıq arasında ən mühüm əlaqə nədir?
— Yaradıcılıq insanın öz daxili aləmini kəşf etməsinin bir yoludur. O, mənəvi inkişafımıza kömək edir və bizi cəmiyyət üçün dəyərli fərdlərə çevirir. Praktik baxımdan isə yaradıcılıq psixoloji sağlamlığı gücləndirir, stressi azaldır, emosional dünyanı zənginləşdirir və sosial əlaqələri möhkəmləndirir. Məhdud çərçivədə yaşamaq insanın potensialını boğur və nəticədə rəngsiz və problemli bir cəmiyyət yaradır.
— Qədim dünya və miflər bu günkü insan həyatı üçün hansı fəlsəfi dərsləri verir?
— Fəlsəfəni müəyyən etmək çətin olsa da, onun əsasında həqiqət və biliyin araşdırılması, həmçinin maddi zənginlikdən üstün olan mənəvi və zehni kamilliyə çatmaq dayanır. Tarixdə ilk filosof Miletli Fales, “filosof” anlayışını isə ilk dəfə Samoslu Pifaqor işlətmişdir. Herakles mifi ilahi və insani dünyanın vəhdətidir və gündəlik həyat üçün ilham mənbəyidir. Ümumiyyətlə, mifologiya – qədim insanların təbii və kosmik hadisələri simvolik şəkildə izah etməsidir. Bu, minilliklər boyunca formalaşmış əxlaqi və tarixi kodlaşdırılmış biliklər sistemidir. Onun dərindən öyrənilməsi insanın tənqidi düşüncəsini inkişaf etdirir və daha balanslı həyat tərzi qurmasına kömək edir.
— Müasir həyatda uğur və qəhrəmanlıq anlayışını qədim miflərlə necə müqayisə edirsiniz?
— Bu gün qəhrəmanlıq artıq nəcib mənşə və fiziki güc ilə ölçülmür. Qəhrəmanlıq – gündəlik həyatımızdakı kiçik, lakin cəsarətli addımlardır. Bir gəncin yaşlı insana kömək etməsi, bir alimin insanlıq üçün yenilik etməsi, bir idmançının ilham verməsi – bunların hamısı müasir qəhrəmanlıq nümunələridir. Bu insanlar qədim qəhrəmanlarla bağlıdır, çünki qəhrəmanlıq adi çərçivədən çıxaraq cəmiyyət üçün fədakarlıq göstərməkdir.
— Heraklesin həyat yolu ilə müasir qəhrəmanlıq anlayışını necə əlaqələndirirsiniz?
— Mən onun böyük yürüşlərindən yox, gəncliyində baş verən bir hadisədən danışmaq istəyirəm. Herakles bir yol ayrıcında iki qadınla qarşılaşır: Kakia (pislik) və Areti (fəzilət). Kakia ona asan, lakin mənəvi baxımdan yanlış yol təklif edir. Areti isə çətin, lakin şərəfli yolu göstərir. Herakles fəziləti seçir. Bu, bu gün də hər bir insanın qarşısında duran seçimdir. Həqiqi qəhrəmanlıq doğru yolu seçmək və cəmiyyət üçün fədakarlıq etməkdir.
— Qədim dəniz yollarını və imperiyaları araşdıraraq bu günkü qlobal əməkdaşlıq və ekoloji məsuliyyəti necə qiymətləndirirsiniz?
— Tarix boyu sivilizasiyalar yaranıb və yox olub, lakin dəniz yolları vasitəsilə incəsənət, idman və siyasət kimi dəyərlər yayılmışdır. Bu gün isə dəniz nəqliyyatı qlobal iqtisadiyyatın əsas sütunlarından biridir və dünya ticarətinin 80%-dən çoxunu təmin edir. Lakin bu sahə həm də siyasi və iqtisadi maraqların təsiri altındadır, bu isə ədalətə və ekosistemə mənfi təsir göstərir. Təəssüf ki, insanlıq maddi maraqlar naminə planetə ciddi zərər vurmuşdur. Amma mən inanıram ki, düzgün iradə və baxışla bu vəziyyəti dəyişmək mümkündür.
— Gələcək nəsillərə hansı mesajı vermək istərdiniz?
— Mənim mesajım aydındır: hər bir mədəniyyətin dərin köklü ənənələrinə hörmət etmək lazımdır. Bu, zamanın inkişafı və ədalətli sistemlə birlikdə balanslı və sağlam cəmiyyətin qurulmasına gətirib çıxarır. Tarix bizə həm uğurları, həm də səhvləri öyrədir – bundan düzgün nəticə çıxarmalıyıq.
— Yunanıstanın qədim mədəniyyəti sizin yaradıcılığınıza necə təsir edib?
— Yunan mədəniyyəti – ədəbiyyat, fəlsəfə və idman sahəsində dünya üçün əsas sütunlardan biridir. Homer dövründən başlayaraq, Olimpiya oyunlarına qədər bu mədəniyyət geniş yayılmışdır. Hellenistik dövrdə incəsənət realizm baxımından zirvəyə çatmışdır və bu üslub sonradan Roma tərəfindən də qəbul edilmişdir. Qədim yunan sənətçiləri əsərlərində idealizasiya yolu ilə zamanın fövqündə duran obrazlar yaratmışlar. Aristotel deyirdi ki, sənətin məqsədi yalnız görünəni deyil, şeylərin daxili mahiyyətini göstərməkdir. Bu fikir mənim yaradıcılığımla tam uyğun gəlir.
— Qədim yunan incəsənəti ilə müasir incəsənət arasında hansı əlaqəni görürsünüz?
— Mənim fikrimcə, qədim və müasir incəsənət arasında böyük fərq mövcuddur. Antik sənət güclü mesaj, yüksək keyfiyyət və dərin məna ilə seçilirdi. Müasir dövrdə isə bu keyfiyyətlər bəzən çatışmır. Baxmayaraq ki, qədim incəsənətin izləri bu gün də mövcuddur, onun əsl estetik gücü və parıltısı müəyyən qədər itirilmişdir.