
Azərbaycanda insana ucaldılan ilk abidə
Azərbaycanda insana ucaldılan ilk abidə 104 il bundan əvvəl böyük ədib, satirik şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəl hesab olunur. Bu heykəl 1922-ci ildə Bakıda keçirilən Şərq Xalqlarının I Qurultayı münasibətilə yəhudi mənşəli heykəltaraş Yakov Keylixis tərəfindən hazırlanmışdı. Sabirin heykəli təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman şərqində insana qoyulan ilk abidə sayılır. 1958-ci ildə bu heykəl dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki heykəli ucaldılır. Əvvəlki heykəldə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakı heykəldə oturaq vəziyyətdə təsvir olunmuşdu. Bu heykəlin müəllifi isə heykəltaraş Cəlal Qaryağdıdır.
Ruhun şad olsun, böyük Sabir!
- Sədulla Şirinov “Sönməyən qisas” pdf
- Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
- Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
- Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
- Sədulla Şirinov “Qudalar” pdf
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var