Etiket arxivi: Qənirə Paşayeva – 50

Komitə sədri xalq artisti ilə görüşdü

Komitə sədri xalq artisti ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan xalq artisti, ” M Teatr”ın rəhbəri, YUĞ teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Prezident təqaüdçüsü Vidadi Həsənovla görüşdü

Millət vəkili aktyorun yaradıcılıq uğurları və yeni planları ilə tanış olub. Söhbət zamanı teatr kino sahəsi üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Q.Paşayeva xalq artistini gələn ay 65 illik yubileyi münasibəti ilə də təbrik edib ona Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.

Qənirə Paşayeva yaşasaydı

Qənirə Paşayeva yaşasaydı

Qənirə Paşayeva yaşasaydı bu gün 50 yaşını qeyd edəcəkdi… Belə gözəl bir yaz günündə öz yubileyini keçirmək əziz dostumuza nəsib olmadı.
Qənirə xanımla həmkar kimi bir-birimizi çoxdan tanıyırdıq. 2004-cü ildə Türkiyənin İqdır, Qars, Ankara şəhərlərinə yaddaqalan bir səfərimiz olmuşdu. Uzun və yorucu səfərdə onun 24 saat çalışmasını yaxından izləyəndə heyrətlənmişdim. Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəli evində ziyarət edərkən jurnalist operativliyi göstərmək, vaxt qazanmaq üçün həyatını təhlükəyə atıb mühafizəçilərdən necə yayındığı indi də gözlərim önündədir 2005-ci ildə ANS Şirkətlər Qrupunda çalışmışdıq. Qənirə xanım Milli Məclisə deputat seçiləndən sonra hansı tədbirdə qarşılaşırdıqsa ətrafındakı insanlardan ayrılıb mənə tərəf gələrək səmimi görüşürdü.
2013-cü ilə jurnalistlər üçün birinci bina inşa edilmişdi. “Ədalət” qəzetinin ənkə böyü Aqil Abbas ona verilməsi nəzərdə tutulan mənzildən imtina edib mənim namizədliyimi müdafiə etmişdi və sınədlər aidiyyəti qurumlara göndərilmişdi. Həmin həyəcanlı günlərdə Türkiyənin Bakıdakı səfirliyindəki tədbirdə ərklə qoluma girib məni kənara çəkdi. Dedi ki, Prezidentin jurnalistlərə hədiyyə edəcəyi mənzillərlə bağlı işlər yekunlaşır, sənin də adın varmı o siyahıda? Mən vəziyyəti izah etdim, sənədlərimin Administrasiyaya göndərildiyimi söylədim. Qənirə xanımın həmin an mənə mənəvi dəstəyini heç vaxt unutmaram:
-Sən mənim qardaşımsan, sənə görə hansı məmurun yanına getmək, qapısını döymək lazımdırsa getməyə, xahiş etməyə həmişə hazıram.
Bizim Turan Türkiyədə ali məktəbə qəbul olunanda onunla görüşüb təbrik etmişdi, özünə və anasına qiymətli hədiyyələr bağışlamışdı.
55 illiyimdə Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, dostum-qardaşım Əkbər Qoşalı Ekber Qoşalı zəng vurub dedi ki, Qənirə xanım səninlə görüşmək istəyir. Milli Məclisdəki kabinetində Qənirə xanımla unudulmaz görüşümüz oldu. Qəbulunda xeyli adam olsa da ikilikdə xeyli söhbətləşdik, Mədəniyyət Komitəsinin sədri kimi görmək istədiyi işlərdən, planlarından danışdı. Rəsmi təbrik məktubu ilə yanaşı qiymətli hədiyyələr bağışladı. “Bu hədiyyəni də evə çatan kimi İradə xanıma verərsən”-deyib yenə xanımımı da diqqətdən kənarda saxlamadı
Bu gün Qənirə xanımın özünün yubileyidir. Həmişəki kimi səmimi görüşməyə, hədiyyə verməyə imkan yoxdur…
Amma hər zaman rəhmətlə xatırlanacaqsan.

QƏNİRƏ XANIM PAŞAYEVA

QƏNİRƏ XANIM PAŞAYEVA

  • Milli ruhlu böyük yurdsevər, Türk dünyasının fədakar şəxsiyyəti, istedadlı natiq, cəsarətli, iradəli təfəkkür sahibi, məsləkinə, əqidəsinə sadiq siyasət adamı, alovlu vətənpərvər idi. Xeyirxahlığı, halallığı, düzlüyü, doğruluğu, həqiqəti, haqqı çox sevirdi… Onu sevənlərin çoxluğuna rəğmən o Haqqa doğru yürüdü…
    Qənirə xanımla Türkiyənin Bolu, Balıkəsir şəhərlərində beynəlxalq tədbirlərdə, elmi konfranslarda iştirak etmək mənə də nəsib olub. Türk dünyasında Qənirə xanımın böyük nüfuzu vardı. O hər yerdə doğma vətənini, sevimli ölkəsini tanıtdırmağı və sevdirməyi bacarırdı. Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bugünkü zirvəyə yüksəlməsində Q.Paşayevanın onilliklərə sığmayan davamlı zəhməti, elmi, siyasi fəaliyyəti misilsiz əhəmiyyət kəsb edən sanballı payı vardır.
    O, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda hər hansı bir səfirdən və ya diplomatdan az iş görməmişdir. Torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə zabit və əsgərlərimizin yanında olmuş, vətənpərvər çıxışları ilə onları mübarizəyə ruhlandırmaqla cəsur bir xanım olduğunu təsdiqləmişdi.
    Ədəbiyyata, poeziyaya ürəkdən bağlı olan, mələk misallı bir insan idi. Vətəni vəsf edən çoxsaylı şeirlərinə mahnılar bəstələnmişdi… Bədii, elmi, ictimai mövzulara həsr edilmiş çoxsaylı kitabların müəllifi idi. Ruhu şad, məkanı cənnət olsun…

Bakı, 28.09.2023

Müəllif:Asif RÜSTƏMLİ

ASİF RÜSTƏMLİNİN YAZILARI

Qənirə Paşayeva medal və plaketlə təltif olunub

Qənirə Paşayeva medal və plaketlə təltif olunub

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva mərkəzi qardaş Qırğızıstanda yerləşən “Əmir Teymur Fondu”nun “Turan Birliyi” (“Туран Биримдиги”) medalı ilə təltif olunub.
Medalı adıkeçən fondun Azərbaycandakı nümayəndəsi, şair-tərcüməçi İlqar Türkoğlu təqdim edib. İlqar Türkoğlu və qardaş Türkiyədən olan xeyriyyəçi işadamı Yılmaz Okuklunun Komitə sədrinə birgə təqdim etdiyi digər təltif isə Türkiyənin “Çukurova Ədəbiyyatçılar Dərnəyi” İctimai Birliyinin müvafiq məzmunlu plaketi olub.

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar jurnalist Azər Həsrət və onun xanımı – Əməkdar müəllim Almaz Həsrətlə görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar jurnalist Azər Həsrət və onun xanımı – Əməkdar müəllim Almaz Həsrətlə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət və onun xanımı – Bakı şəhərindəki 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrətlə görüşüb.

Milli Məclisdə keçirilən görüşdə Əməkdar jurnalisti 55, Əməkdar müəllimi 50 illik yubileyi münasibəti təbrik edən Komitə sədri, onların öz fəaliyyət sahələrində əldə etdikləri uğurları vurğulayıb, yeni uğurlar arzulayıb.

Azər Həsrət və Almaz Həsrət yaradıcılıqdakı yeni uğurlarını və planlarını Qənirə Paşayeva ilə bölüşüb, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə peşəkarcasına çatdırılması, gənc nəslin mədəni irsə dərindən vaqif olması və İKT-nin az qala bütün əməli fəaliyyət sahələrinə tətbiqinin yaratdığı yeni gerçəkliklərlə bağlı önəmli məqamlara vurğu ediblər.

2023-cü ilin Respublikamızda Heydər Əliyev İli olduğu, eləcə də Şuşa şəhərinin bu il Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıdığını deyən Komitə sədri, bu önəmli hadisələrin hər bir Azərbaycan aydınının üzərinə özünəxas mənəvi məsuliyyət gətirdiyini söyləyib.

Yüksək fəxri ad daşıyan Azər və Almaz Həsrətləri əlamətdar yubileyləri münasibəti ilə bir daha təbrik edən Komitə sədri, onlara Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubları təqdim edib.

Təbrik məktublarında müvafiq olaraq, Azər Həsrətin jurnalistikada, ictimai fəaliyyətdə, o cümlədən Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində, Almaz Həsrətin gənc nəslin təlim-tərbiyəsində, pedaqoji, elmi və jurnalist fəaliyyətində xidmətləri xatırlanıb.

Azər Həsrət və Almaz Həsrət görüş, təbrik və yüksək diqqət üçün Komitə sədrinə təşəkkür edib.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Qırğız Milli Yazıçılar Birliyini ziyarət edib

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Qırğız Milli Yazıçılar Birliyini ziyarət edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qırğız Respublikası Milli Yazıçılar Birliyini ziyarət edib.

Qırğız Respublikası Milli Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət xadimi, tanınmış şair Nurlan Kalıbekov Qənirə Paşayevanı və görüşdə onunla bərabər iştirak edən Milli Məclis üzvlərini – Elm və təhsil Komitəsinin üzvü Müşviq Məmmədli, İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədr müavini Əli Məsimli, “NƏFƏS” İctimai Birliyinin rəhbəri Firəngiz Balakişayeva və Avrasiya Beynəlxalq Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlunu salamlayıb. Görüşdə Qırğız Milli Yazıçılar Birliyinin sədr müavini K.Kadırakunov, şair Cediger Saalayev, yazıçı J.Monolodorov, C.Akaeva, A.İsmayılov, J.Tursunbayev, B.Sarıbay iştirak edib.

Sədr N.Kalıbekov bildirib ki, iki qardaş-dost xalq arasında ədəbi əməkdaşlıq getdikcə daha da güclənir. O, Q.Paşayevanın həmmüəllifi olduğu “Qarabağ hekayələri”, DGTYB ilə ortaqlaşa araya-ərsəyə gətirilən “Gənc Qırğız şeiri antologiyası” haqqında danışıb.

Qırğızıstan kimi, Qırğız Milli Yazıçılar Birliyini də özü üçün doğma bildiyini vurğulayan Q.Paşayeva çıxışında 2023-cü ildə Azərbaycanın Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladıb, bu planda Azərbaycanda qardaş ölkələrin, o cümlədən Qırğızıstan ədəbiyyat, mədəniyyət xadimlərinin iştirakı ilə tədbirlər keçiriləcəyini söyləyib.

İclasın sonunda sədr N.Kalıbekov Q.Paşayevaya Qırğız Milli Yazıçılar Birliyinin – “Razıçılıq Baratı”nı – “Təşəkkürnamə”sini təqdim edib. Təltifdə Qırğız və Azərbaycan yazıçılarının ədəbi əlaqələrinin inkişafı və güclənməsi işinə töhfələrinə görə Qənirə Paşayevaya təşəkkür edilir.

Q.Paşayeva isə Yazıçılar Birliyinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib, habelə kompüter və printer dəsti hədiyyə edəcəyinə söz verib.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaşair-publisist Əlirza Xələfli ilə görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva
şair-publisist Əlirza Xələfli ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Kredo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, şair-publisist Əlirza Xələfli ilə görüşüb, onu qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

Ə.Xələflinin özəlliklə vətənpərvərlik mövzusunda uzunmüddətli səmərəli yaradıcı fəaliyyətini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Komitə sədri Ə.Xələfliyə Qarabağ motivli xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Əlirza müəllim,
Sizi qarşıdan gələn 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildənsə Azər­baycan Yazıçılar Birliyinin üzvüsüz. 1980-ci ildə “Qabaqcıl maarif xadimi” adına layiq görülmüsüz. 2010-11-ci illərdə isə Azərbaycan Prezidenti Təqaüd Fondunun tə­qaüdçüsü olmusunuz.
Siz Cəbrayılın Xələfli kəndində anadan olmusuz. Çox şadıq ki, bu ilki yubileyinizi doğma Cəbrayılın, digər şəhər və kəndlərimizin düşmən tapdağından qurtuluşunun 3-cü ildönümünün fərəhi, qüruru içində keçirirsiniz.
Ali təhsilinizi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (o vaxtkı APİ) Azər­baycan dili və ədəbiyyatı fakültəsində almısınız (1971-1975).
Əmək fəaliyyətinə Cəbrayılın (təyinatla göndərildiyiniz) Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlamısınız (1975-1980). Doğma Cəbrayılın “Xudafərin” qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmısınız (1980-1993). Sonralar müxtəlif qəzetlərdə xüsusi müxbir, şöbə müdiri, redaktor olmusunuz. 1999-cu ildən “Kredo” qəzetinin baş redaktorusunuz. Çoxsaylı ədəbi-bədii, publisistik kitabın tərtibçi, redaktoru olmusunuz: Seyid Nigarinin “Xaki-payin taci-sərim” (2004), Aşıq Mehdinin “Deyirdin ölərəm sənsiz” (2003) kitabları, habelə, “Mənəviyyatın ekologiyası” (2005), “Fənayənin sualları” (2006), “Yana-yana yaşadım” (2006), “Koroğlu: hoydu, dəlilərim, hoydu” (2006) və b. kitablar sizin yaxından iştirakınızla nəşrə hazırlanıb.
Siz ədəbi yaradıcılığa tələbəlik illərindən başlamısınız. İlk şeirləriniz, publisistik yazılarınız hələ 80-ci illərdən dövri mətbuatda yayınlanır.
“Məmməd Araz” ədəbi mükafatı (2003), Beynəlxalq “Rəsul Rza” mükafatına (2008), Səməd Vurğun Fondunun diplomuna layiq görülmüsünüz. Haqqınızda çoxlu sayda ədəbi-tənqidi məqalələr, eləcə də, kitablar yazılıb.
“Karvan körpüdən keçir” (1997), “Ocağımın işığı” (“Azərbaycan” nəşriyyatı, 2001), “İçərişəhər, daşlar, insanlar” (“Azərbaycan”, 2001), “Həsrət körpüsü” (“Azərbaycan”, 2003), “Sözə doğru” (“Azərbaycan”, 2003), “Dünyanın söz üzü” (“Səda” nəşriyyatı, 2007), “Meyar” (“Səda”, 2008), “Arzulara dəyən güllə” (“Səda”, 2008), “Dilimiz-varlığımız” (“MBM”, 2009), “Araz ağrısı” (“Təknur” nəşriyyatı, 2009), “Dünya yazana qaldı” (“Təknur”, 2009), “Yaddaşa aparan yollar” (“Adiloğlu” nəşriyyatı, 2010), “Axtala əfsanəsi” (“Adiloğlu”, 2010), “Həyatın dastanı” (“Xəzər Universitəsi” nəşriyyatı, 2012), “Üçüncü dünyanın qorxusu” (“Təknur”, 2011), “Döyüşçü əfsanəsi” (“Adiloğlu”, 2011), “Damcılı” (“Təknur”, 2011), “Bu dünyanın Mehmanısan” (“Nərgiz” nəşriyyatı, 2012), “Qırmızı həqiqətlər” (“Adiloğlu”, 2011), “Azadlığın qanı” (“Təknur”, 2011), “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013), “Bu da bir yazı” (“Nurlan” nəşriyyatı, 2012), “Əbədi həyat arzusu” (“Vətən” nəşriyyatı, 2014), “Od” (“Nərgiz”, 2013), “Aydın abi və Türkiyə ədəbiyyatı” (“Xəzər Universitəsi”, 2014), “Ağrı” (“Vətən”, 2014), “Bir bayatı çağırdım…” (“Xəzər Universitəsi”, 2013), “Söz içində söz” (“Xəzər Universitəsi”, 2013), “Vaqifliyin poetik sirri” (Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2013), “Həsrətdən üzü bəri” (“Vətən”, 2015), “Sözün yeddi gözəli” (“Vətən”, 2016), “Söz və qan” (“Vətən”, 2016), “Tənqidçinin Azərbaycançılıq idealı” (monoqrafiya; “Vətən”, 2016), “Üzü Qarabağa” (“Vətən”, 2016), “Qiyamətdən bir gün əvvəl” (“Nərgiz”, 2017), “Bir ayrılıq odu var…” (“Vətən”, 2017), “Göy üzündə səs” (“Vətən”, 2018), “Həyat həqiqəti: bədii-publisistik düşüncədə” (2 cilddə; “Bakı” mətbəəsi, 2022), “Şərhin poetik notları” (“Vətən”, 2022), “Bir bülbülün türküsü” (“Gənclik” nəşriyyatı, 2023), “Türkiyənin zəlzələ ağrıları” (“Gənclik”, 2023) – sizin çoxsaylı kitablarınızdan yalnız bir qismidir.
Abbas Hacıyev “Sənətin işığında”, Mədəd Çobanov, Müşfiq Çobanlı “Xələflinin yaradıcılıq yolu”, Sabir Bəşirov “Əli Rza Xələfli – ədəbi yol-əbədi yol” kitabını sizin məhsuldar yaradıcılığınıza həsr edib.
Sizi qarşıdan gələn 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Ə.Xələfli görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

Qənirə Paşayeva – 50

Ruhun şad olsun yoxluğuna çoxluğun təəssüfləndiyi insan!

Sevilən insan
Qənirə xanım Paşayevaya
Bəzən ölümə gücü çatmadığından
utanır dualar.
Utanır dua edənlərdən,
ümid gözləyənlərdən.
Bəlkə, edə bilmədiklərindən qaçmaqdı ölüm?!
Hamını yandırıb-yaxmaqdı ölüm?!
Edilən duaların sayı qədər
sonda təəssüflə rəhmət gəlir
yaxşı adamların arxasınca.
Sevgilər belə olur, sevilən insan.

Hamıya qucaq açan,
“Ən böyük qucaq torpaqdır!” –
deyir Yaradan.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Qənirə Paşayeva – 50

Qənirə Paşayeva – 50

Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. İlyarıma yaxındır ki, haqq dünyasına qovuşan, bir gün olsun belə unutmadığımız Qənirə xanımın əlamətdar yubileyini onsuz qeyd edirik.

Haqq dünyasına qovuşmuş xeyirxah, Vətəncanlı bir aydının yubileyi necə qeyd olunur? – Onun xidmətlərini xatırlamaqla, ruhunu şad etdiyimizə inandığımız işlərlə!
Qənirə xanımın ruhunu şad edən işləri isə onun könül dostları əzbərdən bilir: əl tutmaq, xeyirxahlıq etmək, haqqın yanında durmaq; ümidsiz olmamaq, haqqın incəlsə də, üzülməyəcəyinə inanmaq və bu ruhda yaşamaq. O, haqqın zəfərinə, Xeyirin Şər üzərində qələbəsinə o qədər inanır və bunu o qədər təbliğ edirdi ki, inanmamaq mümkün olmurdu… Qarabağın düşmən tapdağından qurtuluşuna inandığı və inandırdığı kimi! Çünki o, Yaradanına inanırdı; o, xalqımıza, dövlətə, dövlət başçısına, ordumuza, gəncliyimizə dərin inam içindəydi.

Qənirsiz Qənirəmizin bu gün 50 yaşı tamam olur.
Özü bu həyatda olsaydı, nə deyərdi? – Məni təbrik etmək istəyirsiniz? O zaman gəlin, məktəblilərə kitab bağışlayaq, özünü tənha və unudulmuş sananları ziyarət edək, könüllərini alaq. Gedək, şəhid ailələrimizi ziyarət edək, anaların əlindən öpək, qazilərimizə sayğımızı bildirək. Bir gənc istedadın qayğılarını bölüşək – kitabını çıxaraq, sərgisini təşkil edək… Bu, mənim üçün ən gözəl təbrik olar! – Eynən belə deyərdi!..

Bəli, Qənirə xanımın adının qarşısında bir sıra önəmli titul və təltiflər qeyd edə bilərik. Amma bunların heç birini yazmasaq da, qədirbilən insanlar yaxşı bilir ki, o, imzasını titula çevirməyi bacarmış bir üfüqügeniş Vətən övladı idi!
Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri bu gün də öz güncəlliyini saxlayır və hələ uzun illər də güncəl olacaqdır. Habelə minlərlə insanın qayğılarına göstərdiyi həssaslıq, yetkisinin çatdığı qədər etdiyi dəstəklər, universitetlərdəki, Milli Məclisdəki yaddaqalan çıxışları və xeyirxahlıqları da unudulmazdır.

O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində yaşayır və yaşayacaqdır.

Qənirə xanımın xatirəsini anan, onun haqqında öz ürək sözlərini qələmə alan, tədbirlər təşkil edən, onu unutmayan hər kəsə könül dolusu təşəkkürlərimizi yetiririk!

Qənirə Paşayeva Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə də bu bəndi çox sevər, tez-tez səsləndirərdi:

“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…”

İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…

Ruhu şad olsun!
Sayğı və sevgi ilə anırıq.

Qənirə Paşayeva – 50

Qənirə Paşayeva – 50

Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür. İlyarıma yaxındır ki, haqq dünyasına qovuşan, bir gün olsun belə unutmadığımız Qənirə xanımın əlamətdar yubileyini onsuz qeyd edirik.

Haqq dünyasına qovuşmuş xeyirxah, Vətəncanlı bir aydının yubileyi necə qeyd olunur? – Onun xidmətlərini xatırlamaqla, ruhunu şad etdiyimizə inandığımız işlərlə!
Qənirə xanımın ruhunu şad edən işləri isə onun könül dostları əzbərdən bilir: əl tutmaq, xeyirxahlıq etmək, haqqın yanında durmaq; ümidsiz olmamaq, haqqın incəlsə də, üzülməyəcəyinə inanmaq və bu ruhda yaşamaq. O, haqqın zəfərinə, Xeyirin Şər üzərində qələbəsinə o qədər inanır və bunu o qədər təbliğ edirdi ki, inanmamaq mümkün olmurdu… Qarabağın düşmən tapdağından qurtuluşuna inandığı və inandırdığı kimi! Çünki o, Yaradanına inanırdı; o, xalqımıza, dövlətə, dövlət başçısına, ordumuza, gəncliyimizə dərin inam içindəydi.

Qənirsiz Qənirəmizin bu gün 50 yaşı tamam olur.
Özü bu həyatda olsaydı, nə deyərdi? – Məni təbrik etmək istəyirsiniz? O zaman gəlin, məktəblilərə kitab bağışlayaq, özünü tənha və unudulmuş sananları ziyarət edək, könüllərini alaq. Gedək, şəhid ailələrimizi ziyarət edək, anaların əlindən öpək, qazilərimizə sayğımızı bildirək. Bir gənc istedadın qayğılarını bölüşək – kitabını çıxaraq, sərgisini təşkil edək… Bu, mənim üçün ən gözəl təbrik olar! – Eynən belə deyərdi!..

Bəli, Qənirə xanımın adının qarşısında bir sıra önəmli titul və təltiflər qeyd edə bilərik. Amma bunların heç birini yazmasaq da, qədirbilən insanlar yaxşı bilir ki, o, imzasını titula çevirməyi bacarmış bir üfüqügeniş Vətən övladı idi!
Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri bu gün də öz güncəlliyini saxlayır və hələ uzun illər də güncəl olacaqdır. Habelə minlərlə insanın qayğılarına göstərdiyi həssaslıq, yetkisinin çatdığı qədər etdiyi dəstəklər, universitetlərdəki, Milli Məclisdəki yaddaqalan çıxışları və xeyirxahlıqları da unudulmazdır.

O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində yaşayır və yaşayacaqdır.

Qənirə xanımın xatirəsini anan, onun haqqında öz ürək sözlərini qələmə alan, tədbirlər təşkil edən, onu unutmayan hər kəsə könül dolusu təşəkkürlərimizi yetiririk!

Qənirə Paşayeva Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə də bu bəndi çox sevər, tez-tez səsləndirərdi:

“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər…”

İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…

Ruhu şad olsun!
Sayğı və sevgi ilə anırıq.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru