Qənirə Paşayeva yaşasaydı

Qənirə Paşayeva yaşasaydı

Qənirə Paşayeva yaşasaydı bu gün 50 yaşını qeyd edəcəkdi… Belə gözəl bir yaz günündə öz yubileyini keçirmək əziz dostumuza nəsib olmadı.
Qənirə xanımla həmkar kimi bir-birimizi çoxdan tanıyırdıq. 2004-cü ildə Türkiyənin İqdır, Qars, Ankara şəhərlərinə yaddaqalan bir səfərimiz olmuşdu. Uzun və yorucu səfərdə onun 24 saat çalışmasını yaxından izləyəndə heyrətlənmişdim. Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəli evində ziyarət edərkən jurnalist operativliyi göstərmək, vaxt qazanmaq üçün həyatını təhlükəyə atıb mühafizəçilərdən necə yayındığı indi də gözlərim önündədir 2005-ci ildə ANS Şirkətlər Qrupunda çalışmışdıq. Qənirə xanım Milli Məclisə deputat seçiləndən sonra hansı tədbirdə qarşılaşırdıqsa ətrafındakı insanlardan ayrılıb mənə tərəf gələrək səmimi görüşürdü.
2013-cü ilə jurnalistlər üçün birinci bina inşa edilmişdi. “Ədalət” qəzetinin ənkə böyü Aqil Abbas ona verilməsi nəzərdə tutulan mənzildən imtina edib mənim namizədliyimi müdafiə etmişdi və sınədlər aidiyyəti qurumlara göndərilmişdi. Həmin həyəcanlı günlərdə Türkiyənin Bakıdakı səfirliyindəki tədbirdə ərklə qoluma girib məni kənara çəkdi. Dedi ki, Prezidentin jurnalistlərə hədiyyə edəcəyi mənzillərlə bağlı işlər yekunlaşır, sənin də adın varmı o siyahıda? Mən vəziyyəti izah etdim, sənədlərimin Administrasiyaya göndərildiyimi söylədim. Qənirə xanımın həmin an mənə mənəvi dəstəyini heç vaxt unutmaram:
-Sən mənim qardaşımsan, sənə görə hansı məmurun yanına getmək, qapısını döymək lazımdırsa getməyə, xahiş etməyə həmişə hazıram.
Bizim Turan Türkiyədə ali məktəbə qəbul olunanda onunla görüşüb təbrik etmişdi, özünə və anasına qiymətli hədiyyələr bağışlamışdı.
55 illiyimdə Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, dostum-qardaşım Əkbər Qoşalı Ekber Qoşalı zəng vurub dedi ki, Qənirə xanım səninlə görüşmək istəyir. Milli Məclisdəki kabinetində Qənirə xanımla unudulmaz görüşümüz oldu. Qəbulunda xeyli adam olsa da ikilikdə xeyli söhbətləşdik, Mədəniyyət Komitəsinin sədri kimi görmək istədiyi işlərdən, planlarından danışdı. Rəsmi təbrik məktubu ilə yanaşı qiymətli hədiyyələr bağışladı. “Bu hədiyyəni də evə çatan kimi İradə xanıma verərsən”-deyib yenə xanımımı da diqqətdən kənarda saxlamadı
Bu gün Qənirə xanımın özünün yubileyidir. Həmişəki kimi səmimi görüşməyə, hədiyyə verməyə imkan yoxdur…
Amma hər zaman rəhmətlə xatırlanacaqsan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir