Navê wê xaliş kirin, Şewatî dinyayê li jêr pêya me birin… Navê wê xaliş kirin, Dinyayê li ber çavê me ve avêtin… Dinyayê me maye xaliş, Heta em fêm kirin nav desenên wê… Gotina bav bi zimanê xwe Gihand me dayikê min… Kê gihîşt, kê dê ji sed salan piştî gihîje… Di her du rewşan de fayde heye di gotinên dayikê min de, Dîroka nepenî şewitî, Di her xalişê wê de, Di her desenê wê de, Di her palasê wê de, Di her gubehê wê de…
Gotina bav ji cimên xwe kir, Di xurcunên me de dagirt dayikê min… Ji bo ku ji zarokan re be xwêr… Xal bi xal, ferm bi ferm, xalî bi xalî Dinya ku li ber çavan me ve xast, Ji tifî û ji junê çêbû, ev fêm kir dayikê min… Hin fêm kirin, hin dê ji sed salan piştî fêm bikin… Di her du rewşan de fayde heye di gotinên dayikê min de, Dîroka nepenî şewitî, Di her xalişê wê de, Di her desenê wê de, Di her palasê wê de, Di her gubehê wê de…
Arşê bi erîşan guherand, Zemîn bi dukcayan pêvandin… Destê me bi hevî re girêdayî kir, Ji bo em ne winda bikin serê kela… Yek nişan bi sed caran bi kîrkîtî kir, Ji bo li guhê me sirgî bibe… Dinyayê ji reng û reng pêşand dayikê min… Ji sembol û sembol, ji tamga û tamga Dinya derbas bû ji arğacê dayikê min… Ji toqqayê bavê min heta rengê dayikê min hat dinya… Dinya her dem gube ye ji bo dinyayekî nû!!!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
(hekayə) Səhər saadları idi. Çoxdan səmanı bürümüş ilıq səhər günəşinin parlaq şüaları hər yana şəfəq saçırdı. Gecə hissli, hikkəli bir külək əsmiş, yer-yurd xəzəllə dolmuşdu. Nailə, əlində süd vedrəsi ilə evə qayıdırdı ki, birdən Fuadla Elmirin tələsik halda pilləkənlərlə həyətə endiklərini gördü.
– Lap yaxşı, gedin, – Nailə başını tərpətdi. – Nəriman bacımın kürəkəni olmaqla yanaşı, həm də məktəb oxuduğu müddətdə mənim nümunəvi şagirdlərimdən biri idi, – Fuad dedi və əlavə etdi: – Mən onun xətrini başqa cür istəyirdim, indi də istəyirəm.
– Hə, düzdür. Nəriman yaxşı oğlandır, – Elmir atasının sözünə qüvvət verdi. – Mən onu başqa sahədə görmək istəyirdim, – Fuad davam etdi. – Amma o, bağban olmağı seçdi. Eybi yoxdur, bağbanlıq da pis sənət deyil, – Nailə dedi. – Və bir də ki, vacib olan insanın hansı sənət sahibi olması yox, sənətini sevib düzgün icra etməsi və bu dünyada ona qalanın sahib olduğu malların deyil, boğazından keçən ruzinin olduğunu bilərək, onu halal yoldan qazanmasıdır, – deyə də əlavə etdi.
– Düz dür, – Fuadla Elmir təsdiq əlaməti olaraq başlarını tərpətdilər.Bu arada mən Nərimanı yola salıb, sonra da Aytəngilin mağazasına gedəcəyəm, – Elmir dilləndi. – Bayaq Rəmzi əmi zəng vurmuşdu. Ağcabədiyə, Yusifin yanına gedirlər. Mağazanı bir neçə saatlığa mənə tapşırdı.
– Lap yaxşı, oğlum, get, – Nailə dedi. – Fuad, sən də onlarla get.
– Gedərəm, – Fuad razılaşdı. – Bir də məndən Nərimana da, Yusifə də salam deyərsən.
– Yaxşı.
Elmir və Fuad tələsik addımlarla darvazadan çıxdılar.
Fatimə , mətbəxdə səhər yeməyi hazırlayırdı. Sobanın üstündə qaynayan çaydanın buxarı göyə qalxır, tavada bişən yumurtanın xoş ətri ətrafa yayılırdı.
– Sabahın xeyir, Fatoşum!
Yenicə yuxudan oyanan və açıq qapıdan anasının mətbəxdə olduğunu görən Nəriman onun yanına gəlib mehriban səslə dedi.
– Sabahın xeyir, oğlum… Oyanmısan?
Fatimə gözləri dolmuş halda oğlunu qucaqladı.
– Nə oldu? – Nəriman kövrələn anasının yanağından öpüb soruşdu.
– Səndən ayrılıram, daha nə olmalıdır ki? – Qadın kədərli halda dilləndi.– Bir oğlum qürbət eldə, bir oğlum isə…
Fatimə daha danışa bilmədi.
– Ana, xahiş edirəm, belə eləmə…
Nəriman yalvarıcı səslə dedi.
– Nə eləyim oğlum özümdən aslı deyil.. Çox qorxuram. Fatimə narahat halda dilləndi. -ana nəriman təmkinli səslə danışmağa başladı yadındadır sən yeddi il əvvəl məni hərbi xidmətə yola salanda da belə ağlamışdım. Nə oldu mən sağ-salamat geri qayıtdım indi də elə olacaq inan mənə inşallah fatimə başını tərpətdi.- Nəriman!
Bu vaxt Könül əlində dəsmal qapıda göründü.
— Hamamı hazırladım. Paltarların da asılqandadır.
Gəlirəm. Nəriman yuyunmaq üçün hamama tərəf yönəldi.
— Sabahın xeyir, bibi.
Könül iki addımlarla mətbəxə girdi.
— Sabahın xeyir, qızım. Bunu götür, apar. Mən də indi gəlirəm, — Fatimə stolun üstündəki səhər yeməyinin olduğu qara güllü siniyə işarə etdi.
Könül sinini götürüb mətbəxdən çıxdı.
Məhəmməd, həyətin əl damının, təndirxananın, toyux hininin, ot tayasının tövlənin yerləşdiyi tərəfində heyvanları yemləyirdi. Birdən onun mobil telefonunun bildiriş səsi eşidildi. Telefonu cipindən çıxarıb ekranına baxan Məhəmməd Oğlu əlidən səsli mesaj gəldiyini gördü və tez də mesajı açıb oxumağa başladı:— Salam, ata. Sabahın xeyir olsun. Necəsiz? Nə var, nə yox? Evdəkilər necədir? Ata, bu aralar işlərim çox olur. Ona görə də vaxt tapıb sizə zəng edə bilmirəm. Məndən hamıya salam söylə. Hə, bir də məndən nigaran qalmayın. Mən yaxşıyam . Allaha əmanət olunmur inşallah danışarıq. Mesaj bitdi. Məhəmməd bir az fikirləşdikdən sonra onsuz da aylardır qürbət eldə ailəsindən ayrı qalan oğluna, nigaran qalmasın deyə hələlik qardaşının təlimə gedəcəyini deməməyə qərar verdi. O, telefonun səsli mesaj düyməsinə basıb sakit səslə danışmağa başladı:
— Salam, əli. Hər vaxtın xeyir. İşin avand olsun, oğlum. Yaxşı olmağına sevindim. Şükür Allaha, biz də yaxşıyıq. Bizdən də sənə salam. Sən də bizə görə narahat olma. Özündən muğayət, Allaha əmanət ol. Deyərək məhəmməd Mesajı göndərib telefonu cibinə qoydu. Bu vaxt darvaza döyüldü. Məhəmməd tez gedib qapını açdı. Gələn Xrustal, Araz və Musa idi.
— Sabahın xeyir, Məhəmməd əmi, — Musa birinci dilləndi.
-Xoş gəldiniz, buyurun- Məhəmməd qapıdan çəkilib gələnlərə yol verdi. Qonaqlar iti addımlarla içəri girdilər.
Yaqut, Reyhan, Mehrac və sehrac qonaq otağında nərimanı yola salmağa getmək üçün evdən çıxmağa hazırlaşırdılar. -tez olun, uşaqlar birdən gecikərik . Deyər reyhan uşaqları tələsdirdi. -narahat olma nənə Divara bərkidilmiş güzgünün qarşısında özünü qaydaya salan Mehrac arxayınlıqla dinləndi. -Sabahınız xeyir. Bu vaxt yenicə yuxudan oyanan aynur otağa daxil oldu. -O! Yatan gözəl! Nə əcəb oyana bildiniz? Deyə sehrac zarafatyana bacısına sataşdı. -səhərə qədər yata bilməmişəm. Deyə aynur yarı yuxulu halda dilləndi. -Niyə Sehrac guya üzündə maraq dolu bir ifadə elə soruşdu: -sol gözümün alt qapağının sağ tərəfində ziqilə bənzər bir şey əmələ gəlib məni çox incitdi yata bilmədim. Aynur cavab verdi. -Yazıq balam.
yaqut canı yananlıqla dedi:
-mən bu gün həkimə gənəşərəm görüm neyləmək olar.
-nərimanı yola salmağa gedirsiniz?
aynur soruşdu:
Hə, axşam dedik axı.
Yaqut başını tərpətdi.
Biz getdik.
mehracla sehrac qapıdan çıxmaq istəyəndə aynur dayanın deyib onların qarşısını kəs di.
-dayanın getməyin.
-niyə mehrac təəccübləndi.
Birdən sizi də nəriman kimi təlimə aparanlar.
Aynur dedi:
-Of mən, də deyirəm nə deyir. Deyə Mehrac məzəmmədlə başını buladı.
– Dayanın! Allah xatirinə getməyin. Aynur bu səfər yalvarmağa başladı.
-Ana, nənə, nolar onlara deyin getməsinlər.
– Aynur, bəsti özünü uşaq kimi apardın. Mehrac ciddiləşdi. Çəkil gedək, gecikirik. Yenə müharibə olacaq yenə insanlar öləcək aynur bunu deyib ağlamağa başladı aynur aynur Mehracla Sehrac bacılarının bu halını görüb təlaşlandı qızının qəfil ağlamasına çaşıb qalan yaqut da tez onun yanına gəldi aynur qızım nə oldu yenə torpaqlara neçə günahsız insanın qanı axacaq aynur udgunub birtəhər danışmağa başladı yenə analar oğul, bacılar qardaş deyib ağlayacaq. Necə cavan qadın nənəm kimi tək, körpə uşaqlar atam kimi atasız qalacaq. Nəvəsinin dediyi bu sözlərdən sonra dəhşətini bütün çılpaqlığı ilə yaşadığı müharibədə görmə məhdudiyyətli olmasına baxmayaraq onu olduğu kimi qəbul edən ona ipək yolu kimi hamar dəmir yolu kimi düz olmayan bu enişli yoxuşlu həyat yolunda səninlə birlikdə addımlamağa hazıram deyib ailə quran ərini qəfil gələn namərt gülləsiylə itirən reyhanda özündən aslı olmayaraq kövrəldi . Mən atamı itirdim sizi də itirmək istəmirəm aynur davam etdi soyuq məzarınız da dayanıb qardaş deyib ağlamaq istəmirəm. Yazıq anamın bu dünyadan qəlbində bala dağı ilə köçməsini istəmirəm aynur gözəl bacım mehrac ağlayan bacısının boynuna sarıldı sonra onun yanaqları boyu sel kimi axan göz yaşlarını silib sakit səslə danışmağa başladı sən narahat olma gözəl bacım düzdü müharibə başlayacaq heç birimiz bu müharibənin nə vaxt başlayacağını bilmirik amma necə nəticələnəcəyini bilirik bu müharibə əvvəlkindən fərqli olaraq bizim qələbəmizlə nəticələnəcək görəcəksən hə bir də bu müharibə əvvəlki kimi qanlı olmayacaq.
Qardaşın düz deyir,qızım.
-Reyhan nəvəsinin sözünə qüvvət verdi əvvəlki müharibədə hərbi gücümüz zəif silah-sursatımız az idi yazıq əsgərlərimiz torpaqlarımızı əllərində olanlarla müdafiə etməyə çalışırdı bundan istifadə edən erməni quldurları xarici havadarlarının daha doğrusu rusiyanın köməyi ilə torpaqlarımızı bir bir zəbt edərək heç bir günahı olmayan minlərlə soydaşımızı doğma yurd yuvasından elindən obasından pərən pərən saldı. Qadın uşaq qoca cavan demədən vəhşicəsinə öldürdü əsir götürdü amma indi əvvəlki vəziyyət deil indi şükür allaha hərbi gücümüz yerində texnikamızda yetərincədir. Sən o körpə ürəyinə bunları dərd eləmə, bala. -Hə, mdüz deyirlər. Sehrac əminliklə dedi və bu müharibə bizim xeyrimizə bitəcək deyə də əlavə etdi. -İnşallah hamı bir ağızdan dilləndi.
– Aynur,
Bayaqdan dinib danışmayan Yaqut qızına müraciət etdi. -Gəl səndə bizimlə gedək qızım nə bilim aynur tərəddüd etdi nə bilim demə yaqut təkid etdi qaydan dada arazdan kitabını alarsan get əl üzünü yu hazırlaş çıxaq gözlüyürük yaxşı deyib aynur hazırlaşmaq üçün otaqdan çıxdı.Nəriman, Könül və Fatimə birlikdə səhər yeməyi yeyirdilər. Fatimə gözlərini bu gün ayrılacağını bilsə də nə vaxta qədər ayrı qalacağını bilmədiyi oğlundan bir an belə olsun çəkmir, tez-tez , yanında oturub yemək yeyən balasının körpə uşaq təki başını sığallayırdı. Az sonra baş verəcək və nə zaman bitəcəyi bilinməyən bu müddətsiz ayrılığa, hələ də bir məna verə bilməyən Könüldə çarəsiz halda yaşarmış gözlərini, yenicə evləndiyi ərinin üzünə dikmişdi. Bu məqamda qapı açıldı, Fatimə Nərimanı aparmağa Gəldiklərini zənd edib, həyəcanlı halda geri çevirildi. Qonaqlar Məhəmmədlə birlikdə içəri girdilər.
— Ata, xoş gəlmisiniz! Könül oturduğu stoldan ayağa qalxdı .
— Sabahınız xeyir, qonaqlar .
Divanda Məhəmməd isə yemək masasında oturdu. -Bəs Sevil hanı Fatimə xrustal’a xitabən soruşdu:
— Pambıq tarlasına getdi. Deyə xrustal cavab verdi:
— Hə, dünən tarlaya gedəcəyini mənə demişdi.
Könül təsdiq etdi: Fatimə Sevilin nərimanı yola salmaq yerinə pambıq tarlasına getməsinə təəccüblənsə də büruzə vermədi. — Hə, sənə sürprizim var.
Məhəmməd çayini içib qurtardıqdan sonra gülüm sər halda üzünü arvadına tut du:
— Nə sülpriz?
Deyə Fatimə maraqla soruşdu.
Məhəmməd cibindən telefonunu çıxarıb bayaq Əlinin göndərdiyi mesajı açdı:
— Allah’ım, sənə çox şükür.
Fatimə neçə gündür ki, xəbər ala bilmədiyi oğlundan gələn mesaja qulaq asıb rahat bir nəfəs aldı. Sonrada üzünə ərinə tutub kinayə ilə -Neçə aydır ki, üzünü görmürəm, heç olmasa səsini eşitdim, — dedi.
— Of, Fatimə, of! – Onsuzda nəsə deməyin mənasız olduğunu anlayan Məhəmməd susub başını aşağı saldı. Könüldən başqa hər kəs bismillah deyərək başladığı yeməyi şükür allahla bitirib süfrədən qalxdı. Könül tələsik süfrəni yığışdırıb mətbəxə apardı. Bu an Məhəmmədin telefonu səsləndi, o, ekranda Aytənin adını görüb telefonu açdı:
— Alo.
— Salam, Məhəmməd əmi, salam, Aytən. -Əmi, mağazanın yanında bir hərbi maşın dayanıb. Sizin evi, Nərimanı soruşurlar. Deyəsən onu aparmağa gəliblər, yaxşı qızım.
gəlirik, — Məhəmməd telefonunu söndürdü. . -Vaxdır. Maşın gəlib . Bu sözləri eşidən kimi Fatimənin , biraz əvvəl üzündə yaranan sevinç ifadəsi o andaca kədər ilə əvəzləndi. Nəriman əvvəlcədən hazırlaşdığı üçün tez də ayağa qalxıb evdən çıxdı. Arxası ınca da digərləri, pilləkənləri enib həyətə düşdülər.
Nəriman yanındakılara sezdirmədən bircə anlığ geriyə qanrılıb doğulub böyüdiyi hər daşında hər divarında ayrı bir xatirəsi olan evə, əlləri ilə abadlaşdırdığı bağlı-bağatlı həyətə və bir də hər biri bir- birindən əziz olan sevdiklərinə onları sonuncu dəfə görülmüş və bir daha heç vaxt görməyəcəkmiş kimi baxdı. Hər kəs Nərimanla. Birlikdə darvazadan çıxıb yolun kənarında Aytən gilin mağazasının yanında onu gözləyən tünd yaşlı rəngdə hərbi maşının qarşısında dayandı Nəriman. Başda, ataâsı olmaqla hamı ilə bir-bir sağolaşmağa başladı. Ona yola salmağa gələnlər arasında Yarməmmədbağı kəndində ərdə olan bibiləri Səhərlə Gülüstan və Gülistanın qızı Arzu da var idi. Onların da xüsusən də səhərin göz yaşları dayanmaq bilmirdi. Səhərin 4 uşağının sonuncusu olan oğlu Malik 2016-cı ildə aprelin birindən ikisinə keçən gecə başlayan 4 gün davam edən Lələ təpə adlanan yüksəkliyin Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin və bəzi bir sıra yerlərin azad olunmasıyla bitən aprel döyüşləri kimi yadda qalan döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Həmin vaxt o da oğlunu evindən bu cür sağ-salamat hərbi xidmətə yola salmış, 6 ay sonra isə bayrağa ükülmüş halda tabutda qarşılamışdı. Dilinə gətirməsə də hamı kimi yazıq qadın da qardaşı oğlunun niyə getdiyini bilir, ancaq nə zaman və hansı şəkildə geri qayıdacağını bilmirdi. Səhərlə yanaşı dayanan reyhan da ağlayırdı o da bir daha qayıtmayacağından xəbərsiz onu və hələ 7-ci sinifdə oxuyan oğlunu göydə Allaha, yerdə də ata anasına əmanət edib könüllü olaraq vətənim müdafiəsinə yollanan və qəhrəmancasına şəhid olan ərini yola saldığı o günü xatırlayırdı. Nəriman onlarla da sağollaşdı. Sinəsi bala dağlı olan bibisini qucaqlayıb əllərindən öpdü. Reyhanın işıq sızmayan gözlərindən yanaqları boyu süzülən yaşları sildi. Növbə anası Fatiməyə çatdı. Fatimə baş dan ayağa sözün həqiqi mənasında toya gedirmiş kimi bəzənən oğlunun səliqə ilə ütülənmiş ağ köynəyinə, eyni rəngdə şalvarına, kremlənmiş ayaqqabısına, axşam dayısı Xrustalın qaydaya saldığı arxaya daranmış sıx dalğalı saçına, təmiz qırxılmış üzünə ömürlük vədalaşırmış kimi baxdı. Sonra onu qucaqlayıb bağrına basdı, onun üz-gözündən, alnından öpdü. Ağzını açıb Nə isə demək istəyirdiki, sözlər boğazında düyünləndi. Hıçqıra-hıçqıra ağlamağa başladı.
– Ana, xahiş edirəm, ağlama, – an Nəriman da anasının hər iki əlindən öpdü, onun heç yerdə tapa bilməyəcəyi xoş ətrini içinə çəkdi.
– Allah’a əmanət ol, oğlum, – Fatimə güclə eşidiləcək bir səslə ancaq bunu deyə bildi.
– Sən də, canım anam. Sağ ol. Könül, özünə müğayət ol, – Nəriman arvadına tərəf dönüb onun əllərini sıxdı. Könül, sanki əbədiyyən beyninə həkk etmək istəyirmiş kimi diqqətlə ərinin gözlərinin içinə baxdı.
– Gəl, mən də, səni qucaqlayım, oğlum, – Şövkət də Nərimanın yanına gəlib onu doğma balası kimi bağrına basdı.. – Sağ olun. Allaha əmanət olun. Özünüzə yaxşı baxın. deyib, Nəriman onu aparmağa gələn hərbi maşına mindi. Maşın ətrafdakıların sel kimi axan göz yaşları arasında yola düşdü.
Nəriman maşının qarşı oturacağının azacıq aşağı salınmış pəncərəsindən , evini , sevdiklərini görmək üçün son dəfə, ətrafa boylandı. Tozlu yolda sürətlə şütüyən maşın, nərimanın arxasında onun üçün göz yaşı tökən sevdikləri və evi ilə yanaşı təhsil almağa və hərbi xidmətə getdiyi müddətdən başqa heç vaxt kənara çıxmadığı , Məmmədqasımlı kəndini də arxada qoydu.Bir saat keçdi. Fatimə, Yagut, Reyhan, Səhər və Gülüstan birlikdə qonaq otağında oturub çay içirdilər.
– Ana, daha biz gedək, – Yağgut qayınanasına müraciət etdi.
– Gedək, qızım, – deyə Reyhan ayağa qalxdı. Sonra mülayim səslə: – Fatimə, biz gedək, qızım. Yenə gələcəyik. Özünü üzmə. İnşallah, Nəriman sağ-salamat qayıdacaq.dedi. – İnşallah, – deyə hamı onun duasına qoşuldu.
Sonra o, Səhər və Gülüstana müraciətlə:
– Qızlarım , getməmişdən bizə gəlin, – dedi. -Tez qayıtmalıyam Reyhan xala: Gülüstan birinci dilləndi – Gəlinim hamilədi, bilirsən. uşaq bu gün ya sabah dünyaya gəlməlidi. Onu tək qoymaq istəmirəm. Mən də uşaqları evdə tək qoyub gəlmişəm, Reyhan xala. Ona görə də getməliyəm.
Arzu da söhbətə qoşuldu:
– Mən də qayıtmalıyam. Reyhan xala. İnşallah başqa vaxt gələrik., Səhər də üzür haqlıq elədi:
– Yaxşı, – Reyhan başını tərpətdi. – Amma gələn dəfə mütləq gözləyəcəyəm.
– Yaxşı, – üçü də bir ağızdan dedi.
– Gedək, sizi ötürüm. – Fatimə ayağa qalxdı.Hər üçü birlikdə otaqdan çıxıb pilləkənləri enirdilər ki, əlində paltar səbəti ilə yuxarı qalxan Könül ilə qarşılaşdılar.
– Qızım, səbəti ver mənə xalan gili ötür. -Yaxşı. Könül… Reyhan mehriban səslə müraciət etdi:
– Qayınanana dedim, sənə də deyirəm, qızım. Sən də özünü üzmə. İnşallah hər şey yaxşı olacaq. Nəriman tezliklə sağ-salamat yanınıza qayıdacaq.
Könül tərs-tərs Reyhanın özünə baxdı. Bunu görən yaqut bacısı qızına acıqlı bir nəzər yetirib qaynanası ilə birgə darvazadan çıxdı. – Gəlin bacı, mənə yenə çay süzə bilərsən? – deyə Arzu əlindəki fincanı Fatiməyə tərəf uzatdı. Sonra da:
– Daim. hara getdi? – deyə soruşdu.
– Qonşumuzun oğlu Ağcabədidə hərbi xidmətdədir. Onları onun yanına apardı, – deyə Fatimə cavab verdi.
– Rəmzi güli deyirsən? – Gülüstan sözə qarışdı.
– Hə, – Fatimə başını tərpətdi. – Onun qızı, Fuadın oğlu Elmirə nişanlı idi.
– Toyları nə vaxt olacaq?
– İnşallah, dekabrda.
Bu vaxt otağın qapısı açıldı və Könül, üzündə qəzəbli bir ifadə ilə içəri daxil oldu.
– Könül , ? , nə olub, qızım? – Fatimə onun bu halını görüb maraqla soruşdu.
– Nə olacaq ! Reyhan başımı xarab elədi, – Könül əsəbi halda dilləndi. – Deyir, “özünü üzmə”. Elə bil, asandı! Mən başa düşə bilmirəm, Adil kişi bu kor qadının nəyini bəyənib, hansı ağılla gözləri görməyən birinə Könül verib?! Yəni onun kimi ali təhsilli bir adam Reyhanı bu görkəmdə arvadım deyib yanında gəzdirəndə utanmıyıb? Otaqdakı hər kəs onun bu sözlərinə mat qaldı.
– Könül, bəsdir! Allahın yaratdığı bəndəyə rişxənd etmək düzgün deyil, qızım, – Fatimə gəlininin üstünə acıqlandı.
– Hə, düzdür, – səhər qardaşı arvadının sözünü təsdiqlədi. – Bir bəndəyə rişxənd edib o özündən aslı olmayan vəziyyətinə görə aşağılamaq, birbaşa Onu yaradana ünvanlanmış təhqirdir. Anası Sevilin sayəsində Allaha zərrə qədər də inanmayan Könül üçün bu sözlərin heç bir əhəmiyyəti olmasa da, susub, heç nə demədi.
– Doğrudan necə olub ki, onlar evləniblər? – Arzu söhbətə qoşuldu. Sonra nə düşündüsə – Səhv başa düşməyin, aa mən rişğənd üçün soruşmuram. Sadəcə maraqlı gəldi. Deyə o, düzəliş verdi. -Hə , qızım,” — Fatimə asta-asta danışmağa başladı. “Bildiyin kimi Reyhan xala sizin kənddən dir. O, vaxt rəhmətlik Adil əmi orada müəllim işləyir, həm də onların evində qalırmış. Adil rus dili müəllim idi.
Reyhan xalanıda elə həmin vaxt görüb bəyənib. Fatimə davam etdi.
Daha sonrada mustafa baba ilə məryəm nənə yəni valideynləri nə qədər etiraz etsə də o, sözündən dönməyib və görmə məhdudiyyəti olmasına baxmayaraq, onunla evlənib? Adil əmi yaxşı iş görüb, Allah ona rəhmət eləsin. – deyə Arzu səmimiyyətlə dilləndi. Reyhan xala – görmə məhdudiyyətli olanda nə olar ki? O da insandır. Birdə ki məhdudiyyətli olmaq ailə qurmağa, övlat sahibi olmağa maneə deyil. .
– Düz dür, – deyə Könüldən başqa hər kəs təsdiq əlaməti olaraq başını tərpətdi.
-Yığışdır, qızım. – Hamı çayını içib qurtardıqdan sonra Fatimə gəlininə xitabən dilləndi.
– Yaxşı. – deyə Könül süfrəni yığışdırmağa başladı.Yarım saatdan çox idi ki, Zərdab rayon hərbi komissarlığının qarşısında 30 nəfər könüllü toplaşmışdı. Adı çəkilənlər bir addım irəli çıxır, sonra isə onları gözləyən hərbi maşına minirdilər. Nəriman da onların arasında idi.
Bu zaman arxadan kimsə onu səslədi. Nəriman çevriləndə bıçakçıdan olan əsgər yoldaşı Zahidi gördü.
— Zahid, qardaşım! — deyə Nəriman sevincək onu qucaqladı. — Xoş gördük, Nəriman, — Zahid də mehribanlıqla onu bağrına basdı.
— Necəsən, Nəriman? — Üzrlü say, səndən xəbər ala bilmirdim. Telefonumu formatlamışam, bütün nömrələr silinib. , nə var, nə yox? Evdəkilər necədir?
— Yaxşıyam, evdəkilər də yaxşıdır. Bəs sən necəsən? Sizin evdəkilər necədir? — deyə Zahid cavab verdi.
— Onlar da yaxşıdır. Sən də könüllü yazılmısan? — Hə, sən də? — Hə. — Yaxşı eləmisən! — deyə Nəriman razılıqla başını tərpətdi.
— Yəqin ki, biz könüllü olduğumuz üçün birbaşa Qarabağa göndəriləcəyik, — Zahid dedi. — Yəqin ki… — Nəriman qeyri-müəyyən tonda cavab verdi. — İnşallah, hər şey yaxşı olar. Zahid içdənliklə dedi və — Yəqin ki, bilirsən , tezliklə müharibə başlayacaq. Bizi də ona görə aparırlar. — deyə də əlavə etdi.
Hə, bilirəm.
— Nəriman təsdiqlədi. — General Polad Həşimovun ölümündən sonra Bakıda çoxlu nümayişlər keçirilir. Hamı prezidentdən müharibənin başlamasını tələb edir.
— Başlasın! — Zahid qətiyyətlə dedi. — Başlasın, biz də o bədnamlara layiqli cavablarını verək. Bəsdir torpaqlarımızda at oynatdıqları!,
— Düz deyirsən, — Nəriman başı ilə razılığını bildirdi .
Nəhayət, növbə onlara da çatdı. Adları çəkilən Nəriman və Zahid bir addım irəli çıxdılar və bir az aralıda dayanmış , üstü açıq, yanları örtülü hərbi yük maşınına mindilər. Dərhal hərəkətə gələn maşın surətlə hərbi komissarlığın qarşısından uzaqlaşdı.Günortadan xeyli keçmişdi. Nailə ilə Aydan həyətlərində yanmaqda olan təndirin yanında dayanmışdılar.
– Qızım, get xəmirləri yığ, gətir. Artıq təndirin divarları ağarıb, – deyə Nailə Aydana xitabən dilləndi.
Rusif heç nə demədi. Özüm oradakı abu-havadan hiss elədim. – Allahım, Sən cavanları qoru, ya Rəbbim, – deyə Nailə kövrək halda əllərini göyə qaldırdı.
– Amma məncə bu Müharibə əvvəlki kimi olmayacaq… – Fuad davam etdi.
Düzdü, bu müharibədə də şəhid olanlar və yaralananlar olacaq. . – Amma bu müharibə əvvəlkindən fərqli olaraq bizim qələbəmizlə nəticələnəcək. Çünki, indi bizim hərbi gücümüz yerində, , silah-sursatımız da yetərincədir.
– İnşallah, – deyə Nailə başını tərpətdi.
Bu vaxt Aydan əlində xəmir dolo teştlə gəlib çıxdı:
– Kömək eləyim?
– Yox, qızım, sən get. Atanın yeməyini ver. Nailə teşdi qızının əlindən alıb stolun üstünə qoydu.
– Yox, Fuad başını yellədi. -Yolda yemək yemişəm, amma çay içərəm..
АНАМ Атын палаз деп, Бисниң адымызның астынға дүнияны таштады… Атын гебе деп, Көзүбүзниң алдынға дүнияны асты… Бисниң дүньябыз гебе болып калды, Бис нағыштарды аңгаарга чейин… Атамның сөзүн өз дилинде билдірди биске Анам… Ким аңгады, ким мүнү жүз жылдан соң аңгаар… Икки халы да пайдалуу Анамның сөзүндө, Сырлы тарихым чоору: Анамның һәр илмесинде, Һәр нағышында, Һәр палазында, Һәр гебесинде… Атамның сөзүн цежимлерге тоқуп, Хурчуннарга толтурду Анам… Балаларга соғу болсун деп… Илме-илме, пәрш-пәрш, халы-халы Көзүбүзниң алдынға сөрген дүньяның Жиби, жүні экенин билдірди Анам… Ким аңгады, ким жүз жылдан соң аңгаар… Икки халы да пайдалуу Анамның сөзүндө, Сырлы тарихым чоору: Анамның һәр илмесинде, Һәр нағышында, Һәр палазында, Һәр гебесинде… Эрши әрештерге көчүрди, Жерни дүкчелерге бүктү… Жибниң учун билегибизге чатышты, Келевиниң учун алдубас болуп калбасын деп… Бир нишанын миң ирет киркиди, Кулакбызда сырға болсун деп… Дүнияны түрлүү-түрлүү танытты биске Анам… Симге-симге, дамга-дамга Анамның арғажындан өтти дүния… Атамның тохтасынан Анамның түрлүүчүңе көчтү дүния… Дүния һәр чаа гебе — чаа дүньяга!!!
Bilirsən, saatın əqrəbin qırıb, Keçən bu zamanı dayandırmışam. Nələr hafizəmdən silinib gedib, Səni unutmağı bacarmamışam…
Sənin yoxluğunu unutmaq üçün, Mən qərib ölkəyə yol da ölçmüşəm, Artıq heç qalmayıb taqətim, gücüm, Səni unutmağı bacarmamışam.
Görən hayandasan, görürsən məni? İndi xatirəmlə vidalaşmışam. Mən sənə xəyanət etməmişəm ki, Səni unutmağı bacarmamışam.
Yollar da qırılıb, körpülər yanıb, Sən olan yerlərə qayıtmamışam. Meylimi salmışdım kitab, dəftərə, Səni unutmağı bacarmamışam…
Bəlkə də acizəm sevgi yolunda, Məni nə gözləyir yolun sonunda?. Çıxmısan önümə şeytan donunda, Qorxudan yerimdə donub qalmışam, Səni unutmağı bacarmamışam…