Etiket arxivi: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızı – KİÇİK GƏLİN

KİÇİK GƏLİN
(hekayə)
İsti yay günlərindən birinin ikinci yarısı idi. Bir neçə gün idi ki, Azərbaycanın hər yerində olduğu kimi, Bakıda da anomal istilər hökm sürürdü. Qızmar istilərdən təngə gələn sakinlər dənizkənarı bulvara axın
etmişdilər. Sahildə , demək olar ki, adam əlindən tərpənmək mümkün deyildi. Kimiləri sahil boyu gəzinir, kimiləri də çoxu
ağacların altında və fəvvarəyə yaxın qoyulmuş skamyalarda oturub söhbət edirdilər. Əyyubla Dəstəgül də oturanlardan biri idi.
Neftçalanın Tatar Məhlə kəndindən olan bu cütlük üç ay idi ki, evlənmiş, on gün idi də ki, Bakıya, yaxın qohumlarının evinə
qonaq gəlmişdilər. – Əyyub, dur gedək evə, – Dəstəgül qəfil dilləndi. – Nə oldu? Neçə gündür deyirdin, dənizə gedək, xoşuna
gəlmədi? – deyə Əyyub gülümsədi.–Yox, dəniz xoşuma gəlir, amma çox səs-küydü, – Dəstəgül narazı halda dilləndi. – Əzizim,
yarım saatdır gəlmişik, bir az da oturaq, gedərik, – Əyyub arvadını yola gətirməyə çalışdı. – Yox, gedək, həmdə, istidi. Dəsdəgül
mızıldandı. – Əyyub cavab olaraq yenə nəsə demək istəyirdi ki… ,Bu vaxt orta yaşlı, arıq, qısa boylu, əynində qara kətan don və
başında da eyni rəngdə ipək hicab olan bir qadın kitab dolu araba ilə onlara yaxınlaşdı. – Salam, uşaqlar. Oturmaq olar? –
Əlbəttə, buyurun, – deyə Əyyub birinci dilləndi. — Çox sağ olun, Allah razı olsun, — qadın mülayim səslə təşəkkür etdi. –
Ətrafdakı səs-küy az deyildi. — Bir də bu gəldi, — Dəstəgül dodaqaltı deyindi.— Həə… Söhbətinizə istəmədən qulaq qonağı
oldum. Deyəsən Qızımız istidən şikayətlənir, — qadın yerini rahatlayıb mülayim səslə dedi. — Hə, — Əyyub gülümsədi. — Mən
başa düşmürəm, bizim millət niyə belədir? — qadın eyni tonla sözünə davam etdi. — Necə yəni? — Dəstəgül başını qaldırmadan
soruşdu. — Bax, qışda soyuq olanda yayın qızmar günəşini arzulayırıq, yayda isə “kaş qış gələydi” deyirik. Axı biz nə istəyirik? —
qadın fikrinə aydınlıq gətirdi. — Düz deyirsiniz. Əyyub təsdiq etdi. — Deyəsən, yeni evlənmisiniz, — qadın hər ikisinə xitabən
soruşdu. — Bəli, 3 aydır, — Əyyub cavab verdi. — Ərin səninlə necə davranır, qızım? Onunla xoşbəxtsən? — qadın bu dəfə bir
başa Dəstəgülə müraciət etdi. — Bəli… — Dəstəgül utancaq halda dilləndi. Əyyub isə arvadının bu cavabından məmnun halda
gülümsədi. — Şanslı kişisən, oğlum, — qadın üzündə xoş bir təbəssümlə dilləndi. — Şanslı kişisən ki, arvadın səndən razıdır.
Unutma arvadından razı olan kişidən Allah da razı olar. İnşallah, hər zaman belə olarsan — arvadına mülayim davranar, onu
incitməz, könlünü oxşayarsan. Daha mənim ərim kimi anlayışsız olmazsan… -Əriniz kimi?.. — Əyyub duruxdu. — Həə, oğlum…
Mənim qollarımı da elə ərim bu hala salıb, — qadın dərindən köks ötüüb dilləndi. Bu sözlərdən sonra — Əyyubla Dəstəgül eyni
anda— qadının qollarına baxdılar və hər ikisidə gördükləri qarşısında yerlərindəcə donub qaldılar. Qadının hər iki əlləri
də biləklərindən yox idi. Eyni zamanda onlar qadının kitab dolu arabasınınn arxadan onun sol qoluna kəmərlə bağlandığına da
yalnız indi fikir verdilər — Necə yəni… sizin qollarınızı əriniz?.. — Dəstəgülün boğazı düyünləndi. — Həə, qızım, — qadın acı
təəssüflə başını buladı. — Bəs nəyə görə? — deyə Əyyub heyrətlə soruşdu. — Hə, indi sizə hər şeyi danışacağam… — qadın bunu
deyib ağır-ağır danışmağa başladı. .: – Adım gözəldir, amma təəssüf ki, bəxtim — daha doğrusu, qarşıma çıxan insanlar — adım
qədər gözəl olmadılar. Yəni onların qəlbləri gözəl deyildi 1977-ci ilin soyuq bir qış günü, Göyçayın Çaxırlı kəndində sadə və
zəhmətkeş bir ailənin ilk övladı olaraq dünyaya gəlmişəm. 12 yaşıma qədər olan uşaqlıq illərim çox şən və qayğısız keçdi. Hamı
kimi mən də, yeddi yaşımda məktəbə getdim. Bütün gün dərs oxuyar, qalan vaxtlarda isə qonşunun uşaqları ilə oynayar, bəzən
də atamın dizi üstə oturar, onun danışdığı nağıllara və oxuduğu şeirlərə qulaq asardım. Birinci sinifdən etibarən dərslərimi yaxşı
oxuyar, hər gün “5” alar, aldığım qiymətləri də sevinə-sevinə atama göstərərdim. Yazıq atam da sevinclə başımı sığallayıb: “Biz
oxuya bilmədik, barı siz oxuyun, adam olun”, — deyərdi. Hə, siz demişkən, mənim doğulmağımdan 6 il sonra əkiz bacı-qardaşım
— Həcər və Xəzər dünyaya gəldi. Onlarla həyatım təsvir edə bilməyəcəyim qədər rəngli idi. Anam evdar qadın idi. Atam isə
mövsümlük işlərdə işləyir, zəhmətlə də olsa bizi dolandırmağa çalışırdı. Sizi əmin edirəm ki yoxsul olsaqda gülümüz çox
xoşbəxt keçirdi.Ancaq təəssüf ki, xoşbəxt güllərimizin ömrü, bayaq qeyd etdiyim kimi, mənim 12 yaşıma — yəni 1989-cu ilə
qədər oldu.Onda bir il idi ki, vaxtilə hallarına acıyıb torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları, indi üçüncü
dövlətlərin köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, eyni məktəbdə oxuduqları, bir məclisdə iştirak
etdikləri, evlərinə qonaq gedib çörək kəsdikləri, illərlə “dost, qardaş” dedikləri insanları indi sözün həqiqi mənasında düşmən
gözündə görür, gördükləri yerdə bircə güllə ilə yerə sərirdilər. Şiddətli döyüşlər gedən Qarabağ torpaqlarında könüllü
özünümüdafiə batalyonları yaradılırdı. Bu batalyonlara Azərbaycanın hər yerindən olduğu kimi, Göyçaydan, bizim kənddən də
neçə-neçə qeyrətli oğullar qoşulurdu. Onlardan biri də atam oldu. O da “Vətənim dar gündədir”, — deyib yaradılan könüllü
batalyonlardan birinə qoşuldu. Yazıq atam… Onda onun cəmi-cümlətanı 38, anamın isə 35 yaşı var idi. Atamın getdiyi həmin
gün mən, bacım və qardaşım bir daha görməyəcəyimizi bilirmiş kimi, onun boynunu qucaqlayıb uzun-uzun ağladıq. Anam və
atamla sağollaşmağa gələn qohum-qonşular bizi ondan çətinliklə ayırdılar.Anamla mən hər gün Azərbaycanın başının üstünü
alan buludların tezliklə dağılması, müharibənin dayanması və atamın da hamı ilə birlikdə sağ-salamat evimizə qayıtması üçün
ağlaya-ağlaya dua edirdik. Amma təəssüf ki, belə olmadı. Üç ay sonra atamın şəhid xəbəri gəldi. O, Ağdərə uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid oldu. Həmin gün elə bil dünya başımıza fırlandı. Gözəl o anları bir daha yaşayırmış kimi
kövrəldi. -Anamla mənim fəryadım, ölümün nə olduğunu hələ tam dərk etməyən körpə bacı-qardaşımın göz yaşlarına qarışdı.
Bəli, bizim də ürəyimizə əbədiyyən sönməyəcək bir od düşmüşdü, atam ölmüş, anam dul, biz isə yetim qalmışdıq. Sözlə təsvir
edə bilməyəcəyim ağır günlərimizdə elə həmin vaxtdan başladım. Anam bizə baxmaq üçün mövsümlük işlərdə işləməyə
başladı. Böyüdükcə biz də əlimizdən gələn qədər həyətdə, təsərrüfat işlərində ona kömək edirdik. Beləcə üç il keçdi. Mən 15
yaşıma gəlib çatdım. Doqquzuncu sinifdə oxuyurdum. Yay tətili idi.Bir gün axşamüstü anam işdən evə gəldi və onunla qonşu
kənddən olan, həm də eyni tarlada işləyən Roza adlı bir qadının İradə adlı qohumunun oğluna qız axtardığını və məni ona ərə
verəcəyini dedi. Mən həmin gün onun bu sözlərinə heç bir reaksiya vermədim, çünki anamın dediklərini hələ başa düşmür, tam
mənasıyla dərk etmirdim. Ümumiyyətlə, ailə qurmaq nə demək idi? Yalnız yemək bişirməkdən, silib-süpürməkdən, yuyub￾yığışdırmaqdanmı ibarət idi ailə qurmaq? Bunu da bilmirdim. Ancaq sonralar başıma gələn fəlakəti bir gün mənə”Qızım, , ailə
kiçik bir dövlətdir. Onu idarə etmək böyük məsuliyyət tələb edir. Sən hələ uşaqsan. Bu məsuliyyəti daşıya, bu
yaşında gəlin ola bilməzsən”. Deyən Yaqut adlı qonşu qadının sayəsində yavaş-yavaş dərk etməyə başladım və bir gün
anama ağlaya-ağlaya oxumaq istədiyimi, ərə getmək istəmədiyimi dedim. Anam isə əvəzində: “Sən bu evin böyük qızısan, mənə
dayaq olmalısan. Qabil yaxşı oğlandır, yük maşını sürücüsüdür. Yayda otumuzu, qışda odunumuzu, dənimizi gətirər, bacı￾qardaşını oxudar, mənə də dayaq olar,” — deyib bu söhbəti bir daha açılmamaq üzrə bağladı.Bəli, artıq geriyə yol yox idi. Mən
özümü indi məni itirib-axtarmayan bacı-qardaşımın xoşbəxt gələcəyinə qurban verəcək, anamı isə əslində asanlıqla həll edə
biləcəyi bir neçə məişət problemlərindən xilas etmək üçün məktəb şagirdi olmalı olduğum yaşda bir evə gəlin, heç tanımadığım,
üzünü yalnız toy günü görəcəyim bir kişiyə arvad, ən dəhşətlisi isə özüm uşaq olduğum halda kim bilir, neçə-neçə uşağa ana
olacaqdım. Nəhayət, həmin gün gəldi. Bu söhbətdən düz 2 həftə sonra, iyun ayının ortalarında qonşu kəndə Qabil adlı oğlana
ərə getdim. Evdən çıxanda anam mənə: “Çalış, getdiyin yerdə başımızı aşağı eləmə. Gəlinliklə çıxdığın bu evə yalnız kəfənlə
qayıda bilərsən,” — deyib məni yola saldı. Beləcə biz Qabilin əmisinin jüquli markalı maşınında onların kəndinə yola düşdük.
Bibimlə əmim arvadı da mənimlə getdilər. Kəndə -çatana qədər yol boyu əllərimlə üzümü tutub dayanmadan ağlayır, ölmək
üçün Allaha dua edirdim. Oturduğum gəlin maşınının tabutum, geyindiyim ağ gəlinliyin kəfənim, getdiyim ər evinin də məzarım
olduğunu düşünürdüm. Nəhayət, gəlin evinə çatdıq. Maşından düşüb həyətə girəndə, sonradan başıma gələcəklər əvvəlcədən
ürəyimə dammış kimi yenidən ağlamağa başladım. Bizi elə qaynanam qapıdaca qarşılayıb evə apardı.Mən Qabilin, yəni
sonradan cəlladım olacaq ərimin üzünü də elə həmin gün gördüm. Qabil arıq, qısa boylu, ciddi görkəmli, qonur gözlü, qarayanız bir
kişi idi. O, məndən düz 12 yaş böyük idi. Mən Qabilin ikinci arvadı idim. Onun birinci arvadı 7 ay əvvəl evdə uşaq dünyaya
gətirdiyi zaman ölmüşdü. Buna görə də ailəsi ona yenidən toy etməmiş, yalnız ailə üzvlərindən və yaxın qohumlardan ibarət
kiçik bir yığıncaq təşkil olunmuşdu. Qaynanam bizi hər kəslə bir-bir tanış etməyə başladı. Qabilin özündən başqa üç qardaşı da
var idi. Qabil üçüncü idi. Onun dördüncü qardaşı da bir ay əvvəl toysuz, vüsatsız evlənmişdi. Əmim arvadı ilə bibim məni
sakitləşdirməyə çalışır, mən isə dayanmadan ağlayırdım. Hər kəs mənim sevindiyimdən ağladığımı zənn edirdi, ancaq bu heç
də belə deyildi. Birdən qaynanam ərimin birinci arvadından olan Asya adlı yeddi aylıq qızını mənə göstərib, uşağa doğulduğu
gündən bəri özünün baxdığını, böyüdükcə də mənə öyrəşdirəcəyini dedi. Əmim arvadı ilə bibim 2 saat oturduqdan sonra
mənimlə sağollaşıb, yenidən kəndimizə qayıtdılar.Beləliklə, mən ərim Qabil, yeddi aylıq qızı Asya, qaynanam Firuzə, qaynatam
Bayram, qaynım Yusif və eltim Baharla birlikdə yaşamağa başladım. Hər günü biri-birindən ağır, əzablı və çətin günlərim elə
həmin gündən başladı. Eltim Bahar məndən 3 yaş böyük idi. Hər ikimiz də bütün ev işlərini görə bilsək də, yemək bişirməyi
bacarmırdıq. Qaynanam yeməyin hazırlanma qaydasını bir həftə mənə, bir həftə də ona göstərərdi. Mən yemək bişirənə qədər
o, o bişirənə qədər mən yeməyin necə hazırlanmasını unutardıq. İnsafla deyəndə, qaynanam buna görə bizə bir söz deməz,
“Eybi yoxdur, ikiniz də hələ uşaqsınız, öyrənəcəksiniz,” — deyib səbirlə təkrar göstərərdi. Yusif də Bahara heç nə deməzdi. Amma
Qabil məni buna görə incidip danlayar, təhqir edib söyər, bəzən də insafsızcasına döyərdi. Hər dəfə də qaynatam harayımı
eşidib gələr, məni döydüyü üçün onu möhkəm danlayardı. İnsafla deyəndə qaynatamla qaynanam pis adam deyildilər, ancaq biz
bir böyük kimi onların hörmətini saxlamalı, dediklərini qeyd-şərtsiz yerinə yetirməli, qoyduqları qaydalara riayət etməli idik. İki
gəlin onların yanında başıaçıq gəzə, otura, hündürdən danışıb gülə, yemək yeyib su içə bilməzdik.Bəli, sözün həqiqi mənasında
gedəcək heç bir yeri olmayan mən, evin çətin qaydalarına və az qala məni hər gün heç nəyin üstündə döyən ərimin 15 yaşımda
cəhənnəmə çevirdiyi həyatıma uyğunlaşmağa çalışırdım.”Eltimlə mən səhər hamıdan əvvəl oyanar, axşam hamıdan sonra
yatardıq. Bu müddətdə həm ev işləri görər, həm də ailəyə dolanışıq mənbəyi olan təsərrüfat işlərində kömək edərdik. Gün
ərzində yalnız yemək yediyimiz və ayaqyoluna getdiyimiz zaman dincələrdik. Bu arada mən həm də yavaş-yavaş Asyaya
baxmağa başlamışdım. Elə ilk gündən doğulanda anasını itirən bu körpə qıza qanım qaynamışdı. Onunla bağlı bir gün baş
verən hadisə isə indidə ürəyimi göynədir.Gəlin getdiyimin birinci ayı idi. Bir gün günorta, evdə heç kimin olmadığı bir vaxt Asyanı
qucağıma götürüb həyətimizdəki ucsuz-bucaqsız üzüm bağına getdim və orada, ağacların arasında evcik qurub onunla, bacı-qardaşımla olduğu kimi evcik-evcik oynamağa başladım. Bu vaxt ərim gəlib bunu gördü və məni belinin kəməri ilə möhkəm
döydü. Onun əlindən məni “Ay bala, yazığı niyə döyürsən, onun özü hələ uşaqdır, evcik oynayan yaşdadır, nə bilsin uşağa
baxmağı?” deyən Xavər adlı qonşu qadın aldı. Anam bir də iki ay sonra bacı-qardaşımla birlikdə məni görməyə gəldi. Ona
vəziyyətim barədə ümumiyyətlə heç nə demədim, çünki bunun bir faydası olmayacaqdı. Evdən çıxanda “Gəlinliklə çıxdığın bu
evə ancaq kəfənlə qayıda bilərsən” deyən anam nəinki məni evə geri qəbul etməyəcək, heç mənə qulaq asmayacaqdı da.
Əyyubla Dəstəgül Gözəlin danışdıqlarını göz yaşları içində dinləyir, dinlədikcə də onu uşaq yaşında mənfəətə qurban verib gəlin
köçürən anasına və cəlladı olan ərinə ürəklərində lənətlər yağdırırdılar. Beləcə, 5 ay keçdi. Gözəl gözlərini silib acı həyat
hekayəsinin ardını danışmağa davam etdi. Noyabr ayının ikinci bazar gününün, gündüz saatları idi. Mən həyəti süpürürdüm.
Birdən Maral adlı qonşu qadın ara çəpərə yaxınlaşıb işarə ilə məni yanına çağırdı. Maral anadan gəlmə eşitmə məhdudiyyətli idi,
özü də milliyyətcə erməni idi. Əsl adı Liyda olan Maral qonşu kənddən idi. O, on il idi ki, Rizvan adlı sağlam bir oğlanla ailə qurub
bu kəndə gəlin gəlmiş, bir oğlan, bir qız olmaqla iki əkiz uşaq dünyaya gətirmişdi, indi də üçüncüyə hamilə idi. Mən süpürgəni
atıb onun yanına getdim. Çatan kimi Maral əllərini həyətimizdəki şirin nar ağaclarına tərəf uzatdı. Bəli, hər şey məlum idi —
Maral yenə məndən nar istəyirdi. Onların da həyətində nar ağacı vardı, amma şirin deyildi. Buna görə də, o, hər dəfə məni görən
kimi bizdən şirin nar istəyirdi.”Mən həmişə olduğu kimi, bu gün də ona iki şirin nar verdim. Maralın çəpərdən aralanması ilə
mənə, gözləri hədəqəsindən çıxacaqmış kimi baxan Qabilin qəfil böyürdən çıxması bir oldu.”O, üzümə möhkəm bir şillə çəkdi və
qəzəbli halda: ‘O erməni qadına niyə nar verdin bilmirsən ki, onlar bizim düşmənimizdir?’ – deyə soruşdu. Bəli, Maral erməni idi.
Həmin vaxt cəbhədə cavan oğlanları bir güllə ilə şəhid edən, yaralayan, neçə-neçə soydaşımızı doğulub böyüdükləri doğma
torpaqlarından, min bir əziyyətlə qurub yaratdıqları ev-eşiklərindən didərgin salanlar arasında bəlkə də onunda atası, qardaşları,
ya da yaxın qohumları var idi. Amma Maral mənim üçün əvvəlcə eşitmə məhdudiyyətli bir insan, ailəsi kəndlərini tərk edəndə
onu aparmağa gəldikləri zaman bir daha görməməyi və həsrətlərini ürəyində daşımağı gözə alaraq onlarla getməyib sevdiyi
adamla və iki körpə balası ilə yaşamağı seçən sədaqətli bir qadın, fədakar bir ana idi. Bir də axı o, hamiləydi. İndi olanlarda nə
onun, nə də bətnindəki körpənin heç bir günahı yox idi. Mən, üzümə dəyən şillənin təsirindən səndələdim. Bir əlimlə yıxılmamaq
üçün ağacdan yapışdım, digər əlimlə də od tutub yanan üzümü tutdum. Qabilə isə cavab vermədim. O, bundan daha da
hiddətləndi və ‘Gəl bura, indi sənə göstərərəm’ – deyərək, məni saçımdan sürüyüb həyətdəki odun kötüklərindən birinin yanına
apardı. Hər iki əlimi kötüyün üzərinə qoydu və hərəsini bir nara görə dəryazla biləklərimdən kəsdi. – Nəə! Əyyubla Dəstəgül
eşitdikləri qarşısında heyrətləndilər. -Aman Allah! Yəni o, sizin əllərinizi sırf Marala iki nar veriiniz deyəkəsdi?’ – Dəstəgül gözləri
yaşlı halda soruşdu: – Hə, qızım, – Gözəl kövrək halda davam etdi, – o an nə ağrıdan qopardığım fəryadım qulaqlarımdan, nə də
kəsilən əllərimin yerindən axan qan gözlərimin qarşısından getmir. Səsimə evdəkilər və yaxınqonşular yığışdı. Onlar da
gördükləri mənzərə qarşısında dəhşətə gəldilər. Öz imkanları ilə birtəhər qanaxmanı dayandırdılar və məni tez xəstəxanaya
çatdırdılar. Ancaq həkimlər nə qədər çalışsalar da, kəsilən əllərimi yenidən bərpa edə bilmədilər. Beləliklə, həmin gündən mənim
həyatla əsl mübarizəm başladı. Mən elə xəstəxanadaca anamla qalmaq istəmədiyimi dedim. Buna görə də müalicəm qurtaran
kimi məni Bakıya, uşaq evlərindən birinə göndərdilər. Həmin gündən də bir daha ailəmi görmədim. Qabili də həbsə saldılar.
Məhkəmənin hökmü ilə o, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 12 il azadlıqdan məhrum edildi. Hökmü eşidən Qabil
elə həmin günün gecəsi özünü yatdığı çarpayının başından asıb öldürdü. Bakıya gələndən 2 ay sonra hamilə olduğumu
öyrəndim. Açığını desəm, bu xəbəri eşidəndə qanım qaraldı. Öz-özümə: ‘Mən əliləm, onu dünyaya gətirsəm, necə baxacağam?’
– deyə düşündüm. Ancaq mən canımın yarısını itirmişdim, buna görə də körpə balamın canına qıymamağa, onu dünyaya
gətirməyə qərar verdim. 7 ay sonra gözəl bir qız balam dünyaya gəldi. Onun adını Həyat qoydum, çünki onun gəlişi məni sözün
həqiqi mənasında həyata qaytardı. : Onunla üç il uşaq evində yaşadıq. 18 yaşımın tamamında isə oradan birlikdə, kimsəsiz
insanların yaşadığı sığınacağa göndərildik. Dörd il sonra isə, yəni mənim 22, qızımın 7 yaşı olanda, öz istəyimlə sığınacaqdan
çıxmaq istədiyimi bildirdim. Əvvəlcə sığınacağın köməyi ilə özümə taxta bir vaqon, bir az da əşya aldım. Dövlət tərəfindən mənə
əlilliyimə, qızıma isə atasızlığa görə sosial müavinat təyin edildi.” -Beləcə, biz sığınacaqdan çıxıb taxta vaqonda tək başımıza
yaşamağa başladıq. Bu arada mən ötən yeddi il ərzində əllərim olmadan necə hərəkət etməli olduğumu tam öyrənmişdim. Artıq
mən də, hamı kimi yemək bişirir, paltar yuyur, ev təmizləyir, qısacası hər işimi görür, özümün və qızımın ehtiyaclarını çətinlik
çəkmədən ödəyirdim. Namaz qılıb hicab örtməyə də elə həmin illərdə başladım. Əvvəl-əvvəl səcdəyə gedəndə əllərim olmadığı
üçün ayaqlarım yuxarı qalxırdı.
Zaman keçdikcə bütün çətinliklər kimi buna da öyrəşdim.Sonra özümə bir araba alıb, qızım məktəbdə olduğu zaman kitab satmağa başladım. Yəqin deyəcəksiniz ki, niyə məhz kitab? Bilirsiniz, balalarım, mən ali təhsil
ala bilməsəm də çoxlu kitab oxudum. Uşaq evində də, sığınacaqda da bütün günüm kitab oxumaqla keçdi. İstədim ki, kitab
sataraq özüm kimi bütün insanları da kitab oxumağa cəlb eləyim. Beləcə günlər həftələri, həftələr ayları, aylar illəri əvəzlədi. Qızım böyüyüb Bakı Dövlət Universitetinin Hüquq
fakültəsində təhsil aldı. Təhsilini tamamladıqdan sonra isə qrup yoldaşı Ədalətlə ailə qurdu. İndi 2 uşağı var, özü də işləyir. Mən
də onula yaşayıram. “İndi harada evli kişi görürəmsə, ona arvadıyla mehriban davranmağı, ona qarşı anlayışlı
olmağı, fiziki zorakılıq tətbiq etməməyiii nəsihət edirəm: “Bax, belə, balalarım,” – deyib Gözəl danışığını yekunlaşdırdı.
-Siz
qəhrəmansınız, Gözəl xanım, bəli, qəhrəmansınız… – bayaqdan Gözəlin danışdıqlarını ağlaya-ağlaya dinləyən və onun sözünü
bitirdiyini görən
Dəstəgül gözlərini silib, ağır-ağır danışmağa başladı. – Gör , nələr çəkmisiniz… Kiçicik yaşınızda gəlin olmusunuz,
əllərinizi itirmisiniz, amma bununla belə yıxılmamısınız. — Hə, qızım, — Gözəl cavab olaraq yenidən dilləndi, — düzdür, bu yolda
çox çətinliklərlə qarşılaşdım, amma… Əyyub bu yerdə sözə qarışdı: —Əvvəl Allahın, sonra da güclü səbrinizin, möhkəm iradənizin,
əzmkarlığınızın və mübarizliyinizin sayəsində bütün çətinlikləri aşıb bu günə gəldiniz. — Hə, oğlum, — Gözəl təsdiqlədi, — bir də
bayaq dediyim kimi… Həyatın sayəsində . Bəli mən bir heç uğruna əllərimi itirdim, amma əvəzində Həyat kimi bir qız, onun sayəsində də
Ədalət kimi bir oğul və iki də nəvə qazandım.Nə isə, mən gedim, daha başınızı ağrıtmayım, — deyə Gözəl ayağa qalxıb getmək
istəyirdi ki, Əyyub onu dayandırdı: — Gəlin, gedək çay içək. — Hə, gedək, susuzluqdan yanıram, — Dəstəgül ərinin sözünə qüvvət
verdi və əlavə etdi: — Yəqin ki, Gözəl xala buralarda bir kafe tanıyır. — Hə, qızım, tanıyıram, gəlin gedək, — Gözəl dedi. Hər üçü də
ayağa qalxıb iti addımlarla çay içəcəkləri kafeyə tərəf getdilər.
Son

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Nurlanə Cərullaqızı – Qazi

QAZİ

(hekayə)
Səhər saadları idi. Çoxdan səmanı bürümüş ilıq səhər günəşinin parlaq şüaları hər yana şəfəq saçırdı. Gecə hissli, hikkəli bir külək əsmiş, yer-yurd xəzəllə dolmuşdu. Nailə, əlində süd vedrəsi ilə evə qayıdırdı ki, birdən Fuadla Elmirin tələsik halda pilləkənlərlə həyətə endiklərini gördü.

– İkiniz birdən hara gedirsiniz? – Nailə maraqla soruşdu.

– Nərimanı yola salmağa, – Fuad cavab verdi.

– Lap yaxşı, gedin, – Nailə başını tərpətdi. – Nəriman bacımın kürəkəni olmaqla yanaşı, həm də məktəb oxuduğu müddətdə mənim nümunəvi şagirdlərimdən biri idi, – Fuad dedi və əlavə etdi: – Mən onun xətrini başqa cür istəyirdim, indi də istəyirəm.

– Hə, düzdür. Nəriman yaxşı oğlandır, – Elmir atasının sözünə qüvvət verdi. – Mən onu başqa sahədə görmək istəyirdim, – Fuad davam etdi. – Amma o, bağban olmağı seçdi. Eybi yoxdur, bağbanlıq da pis sənət deyil, – Nailə dedi. – Və bir də ki, vacib olan insanın hansı sənət sahibi olması yox, sənətini sevib düzgün icra etməsi və bu dünyada ona qalanın sahib olduğu malların deyil, boğazından keçən ruzinin olduğunu bilərək, onu halal yoldan qazanmasıdır, – deyə də əlavə etdi.

– Düz dür, – Fuadla Elmir təsdiq əlaməti olaraq başlarını tərpətdilər.Bu arada mən Nərimanı yola salıb, sonra da Aytəngilin mağazasına gedəcəyəm, – Elmir dilləndi. – Bayaq Rəmzi əmi zəng vurmuşdu. Ağcabədiyə, Yusifin yanına gedirlər. Mağazanı bir neçə saatlığa mənə tapşırdı.

– Lap yaxşı, oğlum, get, – Nailə dedi. – Fuad, sən də onlarla get.

– Gedərəm, – Fuad razılaşdı. – Bir də məndən Nərimana da, Yusifə də salam deyərsən.

– Yaxşı.

Elmir və Fuad tələsik addımlarla darvazadan çıxdılar.


Fatimə , mətbəxdə səhər yeməyi hazırlayırdı. Sobanın üstündə qaynayan çaydanın buxarı göyə qalxır, tavada bişən yumurtanın xoş ətri ətrafa yayılırdı.

– Sabahın xeyir, Fatoşum!

Yenicə yuxudan oyanan və açıq qapıdan anasının mətbəxdə olduğunu görən Nəriman onun yanına gəlib mehriban səslə dedi.

– Sabahın xeyir, oğlum… Oyanmısan?

Fatimə gözləri dolmuş halda oğlunu qucaqladı.

– Nə oldu? – Nəriman kövrələn anasının yanağından öpüb soruşdu.

– Səndən ayrılıram, daha nə olmalıdır ki? – Qadın kədərli halda dilləndi.– Bir oğlum qürbət eldə, bir oğlum isə…

Fatimə daha danışa bilmədi.

– Ana, xahiş edirəm, belə eləmə…

Nəriman yalvarıcı səslə dedi.

– Nə eləyim oğlum özümdən aslı deyil.. Çox qorxuram.
Fatimə narahat halda dilləndi.
-ana nəriman təmkinli səslə danışmağa başladı yadındadır sən yeddi il əvvəl məni hərbi xidmətə yola salanda da belə ağlamışdım. Nə oldu mən sağ-salamat geri qayıtdım indi də elə olacaq inan mənə inşallah fatimə başını tərpətdi.- Nəriman!

  • Bu vaxt Könül əlində dəsmal qapıda göründü.

— Hamamı hazırladım. Paltarların da asılqandadır.

Gəlirəm.
Nəriman yuyunmaq üçün hamama tərəf yönəldi.


— Sabahın xeyir, bibi.

Könül iki addımlarla mətbəxə girdi.

— Sabahın xeyir, qızım. Bunu götür, apar. Mən də indi gəlirəm, — Fatimə stolun üstündəki səhər yeməyinin olduğu qara güllü siniyə işarə etdi.

Könül sinini götürüb mətbəxdən çıxdı.


Məhəmməd, həyətin əl damının, təndirxananın, toyux hininin, ot tayasının tövlənin yerləşdiyi tərəfində heyvanları yemləyirdi. Birdən onun mobil telefonunun bildiriş səsi eşidildi. Telefonu cipindən çıxarıb ekranına baxan Məhəmməd Oğlu əlidən səsli mesaj gəldiyini gördü və tez də mesajı açıb oxumağa başladı:— Salam, ata. Sabahın xeyir olsun. Necəsiz? Nə var, nə yox? Evdəkilər necədir? Ata, bu aralar işlərim çox olur. Ona görə də vaxt tapıb sizə zəng edə bilmirəm. Məndən hamıya salam söylə. Hə, bir də məndən nigaran qalmayın. Mən yaxşıyam .
Allaha əmanət olunmur inşallah danışarıq.
Mesaj bitdi. Məhəmməd bir az fikirləşdikdən sonra onsuz da aylardır qürbət eldə ailəsindən ayrı qalan oğluna, nigaran qalmasın deyə hələlik qardaşının təlimə gedəcəyini deməməyə qərar verdi. O, telefonun səsli mesaj düyməsinə basıb sakit səslə danışmağa başladı:

— Salam, əli. Hər vaxtın xeyir. İşin avand olsun, oğlum. Yaxşı olmağına sevindim. Şükür Allaha, biz də yaxşıyıq. Bizdən də sənə salam. Sən də bizə görə narahat olma. Özündən muğayət, Allaha əmanət ol.
Deyərək məhəmməd
Mesajı göndərib telefonu cibinə qoydu. Bu vaxt darvaza döyüldü. Məhəmməd tez gedib qapını açdı. Gələn Xrustal, Araz və Musa idi.

— Sabahın xeyir, Məhəmməd əmi, — Musa birinci dilləndi.

-Xoş gəldiniz, buyurun-
Məhəmməd qapıdan çəkilib gələnlərə yol verdi. Qonaqlar iti addımlarla içəri girdilər.

—İnşaallah gecikmədik? — Xrustal Məhəmmədə xitabən soruşdu.

— Yox, — Məhəmməd başını buladı.

Dördü birlikdə evə tərəf yönəldilər.


Yaqut, Reyhan, Mehrac və sehrac qonaq otağında nərimanı yola salmağa getmək üçün evdən çıxmağa hazırlaşırdılar.
-tez olun, uşaqlar birdən gecikərik .
Deyər reyhan uşaqları tələsdirdi.
-narahat olma nənə Divara bərkidilmiş güzgünün qarşısında özünü qaydaya salan Mehrac arxayınlıqla dinləndi.
-Sabahınız xeyir.
Bu vaxt yenicə yuxudan oyanan aynur otağa daxil oldu.
-O! Yatan gözəl! Nə əcəb oyana bildiniz?
Deyə sehrac zarafatyana bacısına sataşdı. -səhərə qədər yata bilməmişəm.
Deyə aynur yarı yuxulu halda dilləndi.
-Niyə Sehrac guya üzündə maraq dolu bir ifadə elə soruşdu:
-sol gözümün alt qapağının sağ tərəfində ziqilə bənzər bir şey əmələ gəlib məni çox incitdi yata bilmədim.
Aynur cavab verdi.
-Yazıq balam.

  • yaqut canı yananlıqla dedi:
  • -mən bu gün həkimə gənəşərəm görüm neyləmək olar.
  • -nərimanı yola salmağa gedirsiniz?
  • aynur soruşdu:
  • Hə, axşam dedik axı.
  • Yaqut başını tərpətdi.
  • Biz getdik.
  • mehracla sehrac qapıdan çıxmaq istəyəndə aynur dayanın deyib onların qarşısını kəs di.
  • -dayanın getməyin.
  • -niyə mehrac təəccübləndi.
  • Birdən sizi də nəriman kimi təlimə aparanlar.
  • Aynur dedi:
  • -Of mən, də deyirəm nə deyir. Deyə Mehrac məzəmmədlə başını buladı.
  • – Dayanın! Allah xatirinə getməyin. Aynur bu səfər yalvarmağa başladı.
  • -Ana, nənə, nolar onlara deyin getməsinlər.
  • – Aynur, bəsti özünü uşaq kimi apardın.
    Mehrac ciddiləşdi.
    Çəkil gedək, gecikirik. Yenə müharibə olacaq yenə insanlar öləcək aynur bunu deyib ağlamağa başladı aynur aynur Mehracla Sehrac bacılarının bu halını görüb təlaşlandı qızının qəfil ağlamasına çaşıb qalan yaqut da tez onun yanına gəldi aynur qızım nə oldu yenə torpaqlara neçə günahsız insanın qanı axacaq aynur udgunub birtəhər danışmağa başladı yenə analar oğul, bacılar qardaş deyib ağlayacaq. Necə cavan qadın nənəm kimi tək, körpə uşaqlar atam kimi atasız qalacaq. Nəvəsinin dediyi bu sözlərdən sonra dəhşətini bütün çılpaqlığı ilə yaşadığı müharibədə görmə məhdudiyyətli olmasına baxmayaraq onu olduğu kimi qəbul edən ona ipək yolu kimi hamar dəmir yolu kimi düz olmayan bu enişli yoxuşlu həyat yolunda səninlə birlikdə addımlamağa hazıram deyib ailə quran ərini qəfil gələn namərt gülləsiylə itirən reyhanda özündən aslı olmayaraq kövrəldi . Mən atamı itirdim sizi də itirmək istəmirəm aynur davam etdi soyuq məzarınız da dayanıb qardaş deyib ağlamaq istəmirəm. Yazıq anamın bu dünyadan qəlbində bala dağı ilə köçməsini istəmirəm aynur gözəl bacım mehrac ağlayan bacısının boynuna sarıldı sonra onun yanaqları boyu sel kimi axan göz yaşlarını silib sakit səslə danışmağa başladı sən narahat olma gözəl bacım düzdü müharibə başlayacaq heç birimiz bu müharibənin nə vaxt başlayacağını bilmirik amma necə nəticələnəcəyini bilirik bu müharibə əvvəlkindən fərqli olaraq bizim qələbəmizlə nəticələnəcək görəcəksən hə bir də bu müharibə əvvəlki kimi qanlı olmayacaq.
  • Qardaşın düz deyir,qızım.
  • -Reyhan nəvəsinin sözünə qüvvət verdi əvvəlki müharibədə hərbi gücümüz zəif silah-sursatımız az idi yazıq əsgərlərimiz torpaqlarımızı əllərində olanlarla müdafiə etməyə çalışırdı bundan istifadə edən erməni quldurları xarici havadarlarının daha doğrusu rusiyanın köməyi ilə torpaqlarımızı bir bir zəbt edərək heç bir günahı olmayan minlərlə soydaşımızı doğma yurd yuvasından elindən obasından pərən pərən saldı. Qadın uşaq qoca cavan demədən vəhşicəsinə öldürdü əsir götürdü amma indi əvvəlki vəziyyət deil indi şükür allaha hərbi gücümüz yerində texnikamızda yetərincədir. Sən o körpə ürəyinə bunları dərd eləmə, bala.
    -Hə, mdüz deyirlər.
    Sehrac əminliklə dedi və bu müharibə bizim xeyrimizə bitəcək deyə də əlavə etdi.
    -İnşallah hamı bir ağızdan dilləndi.

– Aynur,

Bayaqdan dinib danışmayan Yaqut qızına müraciət etdi.
-Gəl səndə bizimlə gedək qızım nə bilim aynur tərəddüd etdi nə bilim demə yaqut təkid etdi qaydan dada arazdan kitabını alarsan get əl üzünü yu hazırlaş çıxaq gözlüyürük yaxşı deyib aynur hazırlaşmaq üçün otaqdan çıxdı.Nəriman, Könül və Fatimə birlikdə səhər yeməyi yeyirdilər. Fatimə gözlərini bu gün ayrılacağını bilsə də nə vaxta qədər ayrı qalacağını bilmədiyi oğlundan bir an belə olsun çəkmir, tez-tez , yanında oturub yemək yeyən balasının körpə uşaq təki başını sığallayırdı. Az sonra baş verəcək və nə zaman bitəcəyi bilinməyən bu müddətsiz ayrılığa, hələ də bir məna verə bilməyən Könüldə çarəsiz halda yaşarmış gözlərini, yenicə evləndiyi ərinin üzünə dikmişdi. Bu məqamda qapı açıldı, Fatimə Nərimanı aparmağa Gəldiklərini zənd edib, həyəcanlı halda geri çevirildi. Qonaqlar Məhəmmədlə birlikdə içəri girdilər.

— Ata, xoş gəlmisiniz! Könül oturduğu stoldan ayağa qalxdı .

— Sabahınız xeyir, qonaqlar .

Divanda Məhəmməd isə yemək masasında oturdu.
-Bəs Sevil hanı Fatimə xrustal’a xitabən soruşdu:

— Pambıq tarlasına getdi.
Deyə xrustal cavab verdi:

— Hə, dünən tarlaya gedəcəyini mənə demişdi.

Könül təsdiq etdi:
Fatimə Sevilin nərimanı yola salmaq yerinə pambıq tarlasına getməsinə təəccüblənsə də büruzə vermədi.
— Hə, sənə sürprizim var.

Məhəmməd çayini içib qurtardıqdan sonra gülüm sər halda üzünü arvadına tut du:

— Nə sülpriz?

Deyə Fatimə maraqla soruşdu.

Məhəmməd cibindən telefonunu çıxarıb bayaq Əlinin göndərdiyi mesajı açdı:

— Allah’ım, sənə çox şükür.

Fatimə neçə gündür ki, xəbər ala bilmədiyi oğlundan gələn mesaja qulaq asıb rahat bir nəfəs aldı. Sonrada üzünə ərinə tutub kinayə ilə
-Neçə aydır ki, üzünü görmürəm, heç olmasa səsini eşitdim, — dedi.

— Of, Fatimə, of! – Onsuzda nəsə deməyin mənasız olduğunu anlayan Məhəmməd susub başını aşağı saldı.
Könüldən başqa hər kəs bismillah deyərək başladığı yeməyi şükür allahla bitirib süfrədən qalxdı.
Könül tələsik süfrəni yığışdırıb mətbəxə apardı.
Bu an Məhəmmədin telefonu səsləndi, o, ekranda Aytənin adını görüb telefonu açdı:

— Alo.

— Salam, Məhəmməd əmi, salam, Aytən.
-Əmi, mağazanın yanında bir hərbi maşın dayanıb. Sizin evi, Nərimanı soruşurlar. Deyəsən onu aparmağa gəliblər, yaxşı qızım.

gəlirik, — Məhəmməd telefonunu söndürdü. .
-Vaxdır. Maşın gəlib .
Bu sözləri eşidən kimi Fatimənin , biraz əvvəl üzündə yaranan sevinç ifadəsi o andaca kədər ilə əvəzləndi. Nəriman əvvəlcədən hazırlaşdığı üçün tez də ayağa qalxıb evdən çıxdı. Arxası ınca da digərləri, pilləkənləri enib həyətə düşdülər.

Nəriman yanındakılara sezdirmədən bircə anlığ geriyə qanrılıb doğulub böyüdiyi hər daşında hər divarında ayrı bir xatirəsi olan evə, əlləri ilə abadlaşdırdığı bağlı-bağatlı həyətə və bir də hər biri bir- birindən əziz olan sevdiklərinə onları sonuncu dəfə görülmüş və bir daha heç vaxt görməyəcəkmiş kimi baxdı. Hər kəs Nərimanla. Birlikdə darvazadan çıxıb yolun kənarında Aytən gilin mağazasının yanında onu gözləyən tünd yaşlı rəngdə hərbi maşının qarşısında dayandı Nəriman.
Başda, ataâsı olmaqla hamı ilə bir-bir sağolaşmağa başladı. Ona yola salmağa gələnlər arasında Yarməmmədbağı kəndində ərdə olan bibiləri Səhərlə Gülüstan və Gülistanın qızı Arzu da var idi. Onların da xüsusən də səhərin göz yaşları dayanmaq bilmirdi. Səhərin 4 uşağının sonuncusu olan oğlu Malik 2016-cı ildə aprelin birindən ikisinə keçən gecə başlayan 4 gün davam edən Lələ təpə adlanan yüksəkliyin Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin və bəzi bir sıra yerlərin azad olunmasıyla bitən aprel döyüşləri kimi yadda qalan döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Həmin vaxt o da oğlunu evindən bu cür sağ-salamat hərbi xidmətə yola salmış, 6 ay sonra isə bayrağa ükülmüş halda tabutda qarşılamışdı. Dilinə gətirməsə də hamı kimi yazıq qadın da qardaşı oğlunun niyə getdiyini bilir, ancaq nə zaman və hansı şəkildə geri qayıdacağını bilmirdi. Səhərlə yanaşı dayanan reyhan da ağlayırdı o da bir daha qayıtmayacağından xəbərsiz onu və hələ 7-ci sinifdə oxuyan oğlunu göydə Allaha, yerdə də ata anasına əmanət edib könüllü olaraq vətənim müdafiəsinə yollanan və qəhrəmancasına şəhid olan ərini yola saldığı o günü xatırlayırdı. Nəriman onlarla da sağollaşdı. Sinəsi bala dağlı olan bibisini qucaqlayıb əllərindən öpdü. Reyhanın işıq sızmayan gözlərindən yanaqları boyu süzülən yaşları sildi. Növbə anası Fatiməyə çatdı. Fatimə baş dan ayağa sözün həqiqi mənasında toya gedirmiş kimi bəzənən oğlunun səliqə ilə ütülənmiş ağ köynəyinə, eyni rəngdə şalvarına, kremlənmiş ayaqqabısına, axşam dayısı Xrustalın qaydaya saldığı arxaya daranmış sıx dalğalı saçına, təmiz qırxılmış üzünə ömürlük vədalaşırmış kimi baxdı. Sonra onu qucaqlayıb bağrına basdı, onun üz-gözündən, alnından öpdü. Ağzını açıb Nə isə demək istəyirdiki, sözlər boğazında düyünləndi. Hıçqıra-hıçqıra ağlamağa başladı.

– Ana, xahiş edirəm, ağlama, – an Nəriman da anasının hər iki əlindən öpdü, onun heç yerdə tapa bilməyəcəyi xoş ətrini içinə çəkdi.

– Allah’a əmanət ol, oğlum, – Fatimə güclə eşidiləcək bir səslə ancaq bunu deyə bildi.

– Sən də, canım anam. Sağ ol. Könül, özünə müğayət ol, – Nəriman arvadına tərəf dönüb onun əllərini sıxdı. Könül, sanki əbədiyyən beyninə həkk etmək istəyirmiş kimi diqqətlə ərinin gözlərinin içinə baxdı.

– Gəl, mən də, səni qucaqlayım, oğlum, – Şövkət də Nərimanın yanına gəlib onu doğma balası kimi bağrına basdı.. – Sağ olun. Allaha əmanət olun. Özünüzə yaxşı baxın.
deyib, Nəriman onu aparmağa gələn hərbi maşına mindi. Maşın ətrafdakıların sel kimi axan göz yaşları arasında yola düşdü.

– Bacı, ağlama… – Şövkət oğlunun arxasınca ağlayan Fatiməni qucaqlayıb sakitləşdirməyə çalışdı.

Nəriman maşının qarşı oturacağının azacıq aşağı salınmış pəncərəsindən , evini , sevdiklərini görmək üçün son dəfə, ətrafa boylandı. Tozlu yolda sürətlə şütüyən maşın, nərimanın arxasında onun üçün göz yaşı tökən sevdikləri və evi ilə yanaşı təhsil almağa və hərbi xidmətə getdiyi müddətdən başqa heç vaxt kənara çıxmadığı , Məmmədqasımlı kəndini də arxada qoydu.Bir saat keçdi. Fatimə, Yagut, Reyhan, Səhər və Gülüstan birlikdə qonaq otağında oturub çay içirdilər.

– Ana, daha biz gedək, – Yağgut qayınanasına müraciət etdi.

– Gedək, qızım, – deyə Reyhan ayağa qalxdı. Sonra mülayim səslə: – Fatimə, biz gedək, qızım. Yenə gələcəyik. Özünü üzmə. İnşallah, Nəriman sağ-salamat qayıdacaq.dedi.
– İnşallah, – deyə hamı onun duasına qoşuldu.

Sonra o, Səhər və Gülüstana müraciətlə:

– Qızlarım , getməmişdən bizə gəlin, – dedi.
-Tez qayıtmalıyam Reyhan xala:
Gülüstan birinci dilləndi
– Gəlinim hamilədi, bilirsən. uşaq bu gün ya sabah dünyaya gəlməlidi. Onu tək qoymaq istəmirəm. Mən də uşaqları evdə tək qoyub gəlmişəm, Reyhan xala. Ona görə də getməliyəm.

Arzu da söhbətə qoşuldu:

– Mən də qayıtmalıyam. Reyhan xala. İnşallah başqa vaxt gələrik.,
Səhər də üzür haqlıq elədi:

– Yaxşı, – Reyhan başını tərpətdi. – Amma gələn dəfə mütləq gözləyəcəyəm.

– Yaxşı, – üçü də bir ağızdan dedi.

– Gedək, sizi ötürüm.
– Fatimə ayağa qalxdı.Hər üçü birlikdə otaqdan çıxıb pilləkənləri enirdilər ki, əlində paltar səbəti ilə yuxarı qalxan Könül ilə qarşılaşdılar.

– Qızım, səbəti ver mənə xalan gili ötür.
-Yaxşı.
Könül… Reyhan mehriban səslə müraciət etdi:

– Qayınanana dedim, sənə də deyirəm, qızım. Sən də özünü üzmə. İnşallah hər şey yaxşı olacaq. Nəriman tezliklə sağ-salamat yanınıza qayıdacaq.

Könül tərs-tərs Reyhanın özünə baxdı. Bunu görən yaqut bacısı qızına acıqlı bir nəzər yetirib qaynanası ilə birgə darvazadan çıxdı.
– Gəlin bacı, mənə yenə çay süzə bilərsən? – deyə Arzu əlindəki fincanı Fatiməyə tərəf uzatdı. Sonra da:

– Daim. hara getdi? – deyə soruşdu.

– Qonşumuzun oğlu Ağcabədidə hərbi xidmətdədir. Onları onun yanına apardı, – deyə Fatimə cavab verdi.

– Rəmzi güli deyirsən? – Gülüstan sözə qarışdı.

– Hə, – Fatimə başını tərpətdi. – Onun qızı, Fuadın oğlu Elmirə nişanlı idi.

– Toyları nə vaxt olacaq?

– İnşallah, dekabrda.

Bu vaxt otağın qapısı açıldı və Könül, üzündə qəzəbli bir ifadə ilə içəri daxil oldu.

– Könül , ? , nə olub, qızım? – Fatimə onun bu halını görüb maraqla soruşdu.

– Nə olacaq ! Reyhan başımı xarab elədi, – Könül əsəbi halda dilləndi. – Deyir, “özünü üzmə”. Elə bil, asandı! Mən başa düşə bilmirəm, Adil kişi bu kor qadının nəyini bəyənib, hansı ağılla gözləri görməyən birinə Könül verib?!
Yəni onun kimi ali təhsilli bir adam Reyhanı bu görkəmdə arvadım deyib yanında gəzdirəndə utanmıyıb?
Otaqdakı hər kəs onun bu sözlərinə mat qaldı.

– Könül, bəsdir! Allahın yaratdığı bəndəyə rişxənd etmək düzgün deyil, qızım, – Fatimə gəlininin üstünə acıqlandı.

– Hə, düzdür, – səhər qardaşı arvadının sözünü təsdiqlədi. – Bir bəndəyə rişxənd edib o özündən aslı olmayan vəziyyətinə görə aşağılamaq, birbaşa Onu yaradana ünvanlanmış təhqirdir. Anası Sevilin sayəsində Allaha zərrə qədər də inanmayan Könül üçün bu sözlərin heç bir əhəmiyyəti olmasa da, susub, heç nə demədi.

– Doğrudan necə olub ki, onlar evləniblər? – Arzu söhbətə qoşuldu. Sonra nə düşündüsə – Səhv başa düşməyin, aa mən rişğənd üçün soruşmuram. Sadəcə maraqlı gəldi.
Deyə o, düzəliş verdi.
-Hə , qızım,” — Fatimə asta-asta danışmağa başladı.
“Bildiyin kimi Reyhan xala sizin kənddən dir. O, vaxt rəhmətlik Adil əmi orada müəllim işləyir, həm də onların evində qalırmış.
Adil rus dili müəllim idi.

  • Reyhan xalanıda elə həmin vaxt görüb bəyənib. Fatimə davam etdi.
  • Daha sonrada mustafa baba ilə məryəm nənə yəni valideynləri nə qədər etiraz etsə də o, sözündən dönməyib və görmə məhdudiyyəti olmasına baxmayaraq, onunla evlənib?
    Adil əmi yaxşı iş görüb, Allah ona rəhmət eləsin.
    – deyə Arzu səmimiyyətlə dilləndi. Reyhan xala – görmə məhdudiyyətli olanda nə olar ki? O da insandır. Birdə ki məhdudiyyətli olmaq ailə qurmağa, övlat sahibi olmağa maneə deyil. .

– Düz dür, – deyə Könüldən başqa hər kəs təsdiq əlaməti olaraq başını tərpətdi.

-Yığışdır, qızım. – Hamı çayını içib qurtardıqdan sonra Fatimə gəlininə xitabən dilləndi.

– Yaxşı. – deyə Könül süfrəni yığışdırmağa başladı.Yarım saatdan çox idi ki, Zərdab rayon hərbi komissarlığının qarşısında 30 nəfər könüllü toplaşmışdı. Adı çəkilənlər bir addım irəli çıxır, sonra isə onları gözləyən hərbi maşına minirdilər. Nəriman da onların arasında idi.

Bu zaman arxadan kimsə onu səslədi. Nəriman çevriləndə bıçakçıdan olan əsgər yoldaşı Zahidi gördü.

— Zahid, qardaşım! — deyə Nəriman sevincək onu qucaqladı.
— Xoş gördük, Nəriman, — Zahid də mehribanlıqla onu bağrına basdı.

— Necəsən, Nəriman?
— Üzrlü say, səndən xəbər ala bilmirdim. Telefonumu formatlamışam, bütün nömrələr silinib. , nə var, nə yox? Evdəkilər necədir?

— Yaxşıyam, evdəkilər də yaxşıdır. Bəs sən necəsən? Sizin evdəkilər necədir? — deyə Zahid cavab verdi.

— Onlar da yaxşıdır. Sən də könüllü yazılmısan?
— Hə, sən də?
— Hə.
— Yaxşı eləmisən! — deyə Nəriman razılıqla başını tərpətdi.

— Yəqin ki, biz könüllü olduğumuz üçün birbaşa Qarabağa göndəriləcəyik, — Zahid dedi.
— Yəqin ki… — Nəriman qeyri-müəyyən tonda cavab verdi. — İnşallah, hər şey yaxşı olar.
Zahid içdənliklə dedi və
— Yəqin ki, bilirsən , tezliklə müharibə başlayacaq. Bizi də ona görə aparırlar. — deyə də əlavə etdi.

  • Hə, bilirəm.
  • — Nəriman təsdiqlədi. — General Polad Həşimovun ölümündən sonra Bakıda çoxlu nümayişlər keçirilir. Hamı prezidentdən müharibənin başlamasını tələb edir.

— Başlasın! — Zahid qətiyyətlə dedi. — Başlasın, biz də o bədnamlara layiqli cavablarını verək. Bəsdir torpaqlarımızda at oynatdıqları!,

— Düz deyirsən, — Nəriman başı ilə razılığını bildirdi .

Nəhayət, növbə onlara da çatdı. Adları çəkilən Nəriman və Zahid bir addım irəli çıxdılar və bir az aralıda dayanmış , üstü açıq, yanları örtülü hərbi yük maşınına mindilər. Dərhal hərəkətə gələn maşın surətlə hərbi komissarlığın qarşısından uzaqlaşdı.Günortadan xeyli keçmişdi. Nailə ilə Aydan həyətlərində yanmaqda olan təndirin yanında dayanmışdılar.

– Qızım, get xəmirləri yığ, gətir. Artıq təndirin divarları ağarıb, – deyə Nailə Aydana xitabən dilləndi.

– Yaxşı, – deyib Aydan təndirin yanından yenicə aralanmışdı ki, darvaza döyüldü.

– Yəqin atandır , mən açaram.
Aydan gedib qapını açdı. Fuad bekef halda içəri girdi.
Sonra da al bunları.

– , – deyərək , əlindəki ərzaq torbalarını Aydana verib təndirə tərəf , getdi.

– Fuad, nə olub? Rusifə nəsə olub? – ərinin kefsiz olduğunu görən Nailə maraqla soruşdu:

  • Yox, Fuad başını ağır-ağır tərpətdi Rusifə heç nə olmayıb, şükür allaha vəziyyəti yaxşıdır,
    Amma
    -Nə amma?
    Nailənin marağı daha da artdı.

– Deyəsən, tezliklə müharibə başlayacaq, – Fuad azacıq sükutdan sonra nəhayət yol boyu düşündüyü, amma heç kimə demədiyi fikrini dilə gətirdi.

– Müharibə başlayacaq? – Nailə təlaşlandı.
– Hardan bildin? Rusif dedi?

– Yox,
Fuad bir anlıq duruxub yenidən dilləndi.

  • Rusif heç nə demədi. Özüm oradakı abu-havadan hiss elədim.
    – Allahım, Sən cavanları qoru, ya Rəbbim, – deyə Nailə kövrək halda əllərini göyə qaldırdı.

– Amma məncə bu Müharibə əvvəlki kimi olmayacaq… – Fuad davam etdi.

  • Düzdü, bu müharibədə də şəhid olanlar və yaralananlar olacaq. . – Amma bu müharibə əvvəlkindən fərqli olaraq bizim qələbəmizlə nəticələnəcək. Çünki, indi bizim hərbi gücümüz yerində, , silah-sursatımız da yetərincədir.

– İnşallah, – deyə Nailə başını tərpətdi.

Bu vaxt Aydan əlində xəmir dolo teştlə gəlib çıxdı:

– Kömək eləyim?

– Yox, qızım, sən get. Atanın yeməyini ver.
Nailə teşdi qızının əlindən alıb stolun üstünə qoydu.

– Yox, Fuad başını yellədi.
-Yolda yemək yemişəm, amma çay içərəm..

– Yaxşı.
Ata, bala birlikdə evə tərəf yönəldilər.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nurlanə Cərullaqızı – İbrət

İbrət
(hekayə)

Hər tərəfin süd kimi aydınlıq içində olduğu, məxmər təki yumşaq və sərin bir may axşamı idi. Həyat hər yerdə olduğu kimi, Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki kimsəsizlər üçün nəzərdə tutulmuş sosial sığınacaqda da öz axarı ilə davam edirdi. Kimiləri binanın dəhlizində gəzinir, kimiləri də yaz axşamının təmiz havası altında, həyətdə divar dibi qoyulmuş ağ rəngli taxta skamyeyalarda oturub söhbət edirdi.

Ətirə isə indi nəinki bütün bunların, hətta bəlkə də dünya həyatının varlığının, özünün o həyatda yaşadığının belə fərqində deyildi. Sığınacağa bu gün gələn bu ahıl qadın neçə saat idi ki, qaranlıq otağındakı çarpayısında fikirli halda oturmuşdu. O, indi vaxtilə, həm də ən yaxınlarına qarşı etdiyi böyük səhvlər barədə düşünür, düşündükcə duyduğu peşmanlıq ömrünün bu vaxtında qığılcım kimi ürəyini yandırırdı.

Qapının qəfil döyülməsi müvəqqəti olaraq Ətirəni daldığı düşüncələrdən ayırdı.

— Gəl, — deyə o, güclə eşidiləcək bir səslə dilləndi.

Qapı astaca açıldı. İçəri yaşıl uniformalı, kök, qısa boylu bir qadın girdi. Bu, Səadət idi. O, üç ildir ki, sığınacaqda gecə növbətçisi olaraq çalışırdı.

— Axşamınız xeyir.

Səadət otağın işığını yandırdıqdan sonra yavaş addımlarla Ətirəyə yaxınlaşıb onu salamladı:

— Hər vaxtınız xeyir, — deyə Ətirə sakit tərzdə cavab verdi.

— Adım Səadətdir, burada gecə növbətçisi işləyirəm. Dedilər, yeni sakin gəlib, mən də gəldim, sizlə tanış olum.

— Mənim də adım Ətirədir.

— Lap yaxşı, Ətirə xanım, — Səadət mehriban səslə dedi, — tanış olmağımıza şadam. Otura bilərəm?

Ətirə “hə” mənasında başını tərpətdi. Səadət keçib onun sağ tərəfində əyləşdi.

— Qızım, dedin adın Səadətdir, hə? — Ətirə dəqiqləşdirmək istədi.

— Bəli, — deyə Səadət cavab verdi.

— Mənim də qızımın adı Səadətdir…

Ətirə bunu deyib hönkürtü ilə ağlamağa başladı. Onun aylardır içinə axıtdığı göz yaşları indi sel kimi axırdı.

— Ətirə xanım! Sizə nə oldu? — Səadət onun bu halını görüb təlaşlandı. Cəld ayağa qalxıb stolun üstündəki qırağında olan boş fincanlardan birinə su süzüb Ətirəyə verdi.

— Bağışla, qızım… Bir anlıq özümü saxlaya bilmədim…

Ətirə suyu içib qurtardıqdan sonra göz yaşlarını silib, məyus səslə dedi. Səadət, Ətirənin əlindəki fincanı alıb yerinə qoyduqdan sonra yenidən onun yanına qayıtdı.

— Ətirə xanım, niyə birdən-birə ağladınız? Dediniz, qızınızın adı da Səadətdir. Səadətə nə olub? O, indi haradadır? Əgər istəmirsinizsə, danışmaya bilərsiniz. Mən sadəcə…

— Ah, qızım… — Ətirə dərindən köksünü ötürdü. — Mən indi sənə bağışlanılması mümkün olmayan səhvlərlə dolu həyat hekayəmi danışacağam. Səndən bir xahişim var.

— Buyurun, eşidirəm.

— Əgər ətrafında fiziki məhdudiyyətli yaxud xəstə övladı olan və buna görə həmin övladını seçib bir kənara atan valideynlər, yaxud bu kateqoriyadan yaxınları olan varsa, mənim bu hekayəmi onlara danışarsan. Qoy onlar bu hekayədən ibrət alıb mənim səhvlərimi təkrarlamasınlar…

Mən 1949-cu ilin soyuq bir qış günündə Xocavəndin Qaradağlı kəndində doğulmuşam. 1992-ci ilə qədər də orada yaşamışam. Biz ailədə dörd qardaş, bir bacı olmaqla beş uşaq olmuşuq. Atam mən doğulandan on gün sonra, həyətimizdəki elektrik dirəyinin başına uçması nəticəsində ölüb. Mənim adımı da onun adına uyğunlaşdıraraq qoyublar – Ətir… Ətirə.

Bizim, daha doğrusu, 33 yaşlı anamın çətin günləri də elə həmin vaxtdan başlayır. Yazıq anam…

Ətirə bu yerdə kövrəldi.

O, ən böyüyü 15 yaşında olan beş uşağa baxmaq üçün kənd məktəbində xadimə işləməyə başlayır. Mən atamın yoxluğunu bir də yeddi yaşından sonra dərk etməyə başladım. Heç unutmaram, ilk dərs günümüz idi. Müəllimə məni sinif yoldaşlarıma təqdim edərkən:

— Bunun atası yoxdur, qəlbinə dəyməyin, — demişdi.

Mən isə:

— Yox! Mənim atam var! Adı da Zəfərdir! — deyib ağlamağa başladım.

Zəfər mənim böyük qardaşım idi və mən ona ata deyirdim. Yazıb-oxumağı tam öyrənəndən sonra isə istər doğum haqqında şəhadətnamədə, istər gündəliyimdə, istərsə də məktəb jurnalında atamın adının Zəfər deyil, Ətir olaraq yazıldığını gördüm. Bu barədə anamdan soruşdum. Yazıq anam da ağlaya-ağlaya mənə hər şeyi danışdı…

Ətirə yenidən ağlamağa başladı.

— Bəli, mən atamın körpə ikən öldüyünü öyrəndim. Onun haqqında anama və qardaşlarıma çoxlu suallar verərdim, tez-tez şəkillərinə baxardım. Böyük qardaşım Zəfər atama çox oxşayırdı. Mənə ən pis təsir edən hadisələrdən biri də o idi ki, sinifimizdə məndən başqa hamı təzə aldığı bir şeyi uşaqlara göstərəndə “Bunu mənə atam alıb” — deyərdi. Düzdür, yazıq anam bacardığı qədər bizlərə atamın yoxluğunu hiss etdirməməyə çalışır, gecə-gündüz əziyyət çəkib bütün ehtiyaclarımızı ödəməyə çalışırdı. Ancaq atamın yoxluğu mənim – və yəqin ki, qardaşlarımın da – qəlbində ömrü boyu qapanmayacaq bir yara açmışdı.

Evimizdə bizdən başqa bir də Ömər babam var idi. Ömər babam uşaqlıqda meningit xəstəliyi keçirməsi nəticəsində eşitmə və danışma məhdudiyyətli olmuşdu. Onun bir gözü də görmürdü. Anamın dediyinə görə, gözü meningit xəstəliyinin istisindən bişmişdi.

Anam onu da danışırdı ki, babam Tuğ kəndində səkkiz uşaqlı ailənin dördüncü övladı olaraq dünyaya gəlir. Babamın məktəb yaşı çatanda məhdudiyyətli olduğu üçün direktor onu məktəbə qəbul etmir, müəllimlər də ona evdə dərs keçmək istəmir. Yazıq babam da o yaşdan etibarən mövsümi işlərdə işləməyə başlayır.

25 yaşında isə ailəsinin bütün etirazlarına rəğmən özü kimi eşitmə məhdudiyyətli olan nənəmi qaçırıb evlənir. Yazıq nənəmsə bir il sonra atamı dünyaya gətirən zaman ölür. O vaxtlar qadınlar uşaqlarını indiki kimi xəstəxanada deyil, çox vaxt evdə, yaxınlarının köməyi ilə dünyaya gətirərmiş. Elə nənəm də atamı evdə, atamın ailəsinin köməyi ilə dünyaya gətirir. Buna görə də onu doğuş əsnasında, onsuz da evlənmələrini istəməyən ailəsinin qəsdən öldürdüyünü düşünən babam, gecənin bir yarısı hələ 40 günlük olan atamı da götürüb, evini və kəndini bir daha qayıtmamaq üzrə tərk edərək nənəmin kəndi — yəni Qaradağlı kəndinə gəlir və onun ailəsi ilə yaşamağa başlayır. Atamı da onların köməyi ilə saxlayıb böyüdür.

Nənəmdən sonra bir daha evlənməyən babam, bütün ömrünü yeganə övladı – atama həsr edir.

Hə, yeri gəlmişkən onu da deyim ki, atamla anam xalaoğlu-xalaqızı olublar. Anam babamın xətrini çox istəyirdi. Böyük kimi onun hörmətini saxlayar, hər zaman ona doğma atası kimi yanaşar, qayğısına qalar, xəstələnəndə bircə an belə olsun başının üstündən çəkilməzdi. Qardaşlarım da “Atamızın yadigarıdır” deyib onunla mehriban rəftar edərdilər. Heç kimə, heç bir zərəri olmayan bu dilsiz-ağızsız insanla evdə yola getməyən təkcə mən idim. Heç sevmirdim babamı. Onu özümüzə bir yük kimi görür, bəzən isə “Kaş atamın yerinə o ölsəydi” — deyərdim.

Ancaq yazıq babamın bizə baxmaq üçün ən az anam qədər çalışdığını, hətta bəzən anamla birgə bizə yemək qalsın deyə ac yatdığını, tək qaldığı zaman isə atamın həsrəti ilə bircə gözü şişib qızarana qədər ağladığını – nə qədər acı olsa da – sonrakı yaşlarımda, daha doğrusu, qızım Şövkəti itirdiyim zaman dərk etdim.

— Şövkəti itirdiyiniz zaman? – Səadət duruxdu.

Hə… — Ətirə kövrək halda davam etdi, — amma bu barədə sonra danışacam…

Babam fermada işləyirdi. Səhər işıqlşmamış evdən çıxar, axşam hava qaralanda geri qayıdardı. Təbii olaraq da, fermanın bu müddət ərzində üstünə hopan spesifik qoxusunu bərabərində gətirirdi. Bu, məni ondan daha da uzaqlaşdırırdı. Çünki babamın məhdudiyyətli olduğu üçün murdar bir insan olduğunu və bu qoxunun da fermanın deyil, öz bədəninin qoxusu olduğunu düşünürdüm.

Heç yadımdan çıxmaz, bir dəfə babamın ayağı corabsız idi. Birdən gözüm onun sol ayağına sataşdı. Ayaq başdan-ayağa qapqara idi. Mən çirkli olduğunu zənn edib onun ayağına iyrənərək baxdım. Bunu görən anam:

— Qızım, babanın ayağı çirkli deyil. Bir dəfə hava çox qarlı imiş, baban da fermada imiş. Həmin vaxt bu ayağını don vurub, — dedi.

Mən həmin vaxt anamın babamı müdafiə etmək üçün yalan danışdığını düşünüb ona inanmamışdım.

Babamın üzündə hər zaman məzlum bir ifadə, görən tək gözünün dərinliyində isə təsviri mümkün olmayan bir kədər var idi. Bu, mənim ona olan nifrətimi daha da artırırdı. Çünki onun özünü bu görkəmə bilərəkdən saldığını, anamla qardaşlarımın halına acıyıb baxsınlar deyə belə etdiyini düşünürdüm. Ancaq bu kədərin vaxtilə – nə qədər küsüb tərk etsə də – illərdir görmədiyi ailəsinin və bir-birinin ardınca itirdiyi sevdiklərinin həsrətindən yaranan bir kədər olduğunu bilmirdim… Daha doğrusu, bilmək istəmirdim.

Babam evdə anam və qardaşlarımla əl işarələri ilə danışırdı. Mən isə buna hər zaman kənardan baxıb gülür, onu ələ salırdım.

Bununla bağlı 8-ci sinifdə oxuduğum zaman başıma gələn, o zaman dərk etmədiyim, indi isə düşündükcə içimi dərin peşmançılıq hissi bürüyən bir xatirəmi danışmaq istəyirəm.

Bir gün yenə babam qardaşlarıma işarə ilə nəyisə başa salırdı. Mən də adətim üzrə gülməyə başladım. Bu an gözlənilməz bir şey oldu: illərlə ata bildiyim, “ata” dediyim və ömrümdə bir dəfə də olsun mənə əl qaldırmayan Zəfər, ilk və son dəfə o gün üzümə möhkəm bir şillə çəkdi. Ağlamağıma belə əhəmiyyət verməyib məni otaqdan qovdu.

Sonra anam yanıma gəldi, gözlərimin yaşını silib başımı sığalladı və üzünü mənə tutub – mahiyyətini sonradan acı şəkildə dərk etdiyim – bu sözləri dedi:

— Babanı ələ salmağın yaxşı deyil. Məhdudiyyətli olmaq ondan asılı deyil. Allah məhdudiyyəti ilə onu, varlığı ilə isə bizləri imtahan edir. Ona görə də, nəinki babana, hətta bütün məhdudiyyətli insanlara qarşı edilən hər hansı bir yanlış hərəkət və ya ünvanına işlədilən xoşagəlməz söz birbaşa Allaha ünvanlanmış təhqirdir. Allahı təhqir etmək isə ən böyük günahlardan sayılır. Son olaraq isə, qızım, unutma: baban əvvəlcə Allahın, sonra isə cavan yaşında itirdiyi bircə balasının – yəni sənin atanın – bizə əmanətidir. Bizim vəzifəmiz isə əmanətə xəyanət etmək yox, onu göz bəbəyimiz kimi qorumaqdır.

— deyib otaqdan çıxdı.

Həmin vaxt mən bu sözlərin heç birinə əhəmiyyət vermədim. Çünki Allahın babamı imtahan üçün deyil, sevmədiyi üçün məhdudiyyətli yaratdığını və bununla onu törətdiyi hansısa pis bir əməlinə görə cəzalandırdığını düşünürdüm.

Bunun belə olmadığını, əksinə, Allahın babamı məhdudiyyətli yaratmaqla bəlkə də onu böyük günahlardan və ağır fəlakətlərdən qoruduğunu sonralar başa düşdüm.

Səadət sükut içində Ətirənin danışdıqlarını dinləyir, dinlədikcə dəhşətə gəlirdi. O, istər yaxını olsun, istər uzağı – sağlam bir insanın məhdudiyyətli bir insana qarşı bu qədər amansız ola biləcəyinə inana bilmirdi. Hekayənin ancaq bundan ibarət olduğunu zənn edən Səadət, qarşıda eşidəcəklərinin indi eşitdiklərindən daha dəhşətli olduğundan xəbərsiz idi.

Beləcə illər bir-birini əvəzlədi.

Ətirə davam etdi:

Biz böyüdük. Qardaşlarımdan babamın adını daşıyan Ömər Bakı Dövlət Universitetinin tarix, Zəfər isə riyaziyyat müəllimliyi üzrə təhsil alıb kənd məktəbində müəllim işləməyə başladılar. Digər iki qardaşım – Xəlil ilə Çingiz isə kolxozda müxtəlif işlərə düzəldilər. Anamı da “Biz qazanırıq” – deyib məktəbdəki işindən çıxartdılar. Beləliklə də yazıq anamın qarlı-şaxtalı günlərdə, əlləri dona-dona məktəb təmizlədiyi günlər sona yetdi.

Babamı da mal fermasından çıxartdılar.

Sonra qardaşlarım növbəli şəkildə evləndilər və evlərini tikib bizdən ayrıldılar. Bizimlə, məndən 4 yaş böyük olan qardaşım Çingiz qaldı. Təbii ki, mənim də ailə qurmaq növbəm çatdı. 18 yaşım tamam olan kimi məni qardaşım Zəfərlə yaşıd, yəni 33 yaşında olan dayım oğlu Yasinə ərə verdilər.

Yasin, 3 uşaqlı ailənin sonuncusu, 2 bacının bir qardaşı idi. Mən onun ikinci arvadı idim. Onun məndən əvvəlki arvadından Hətəm adlı, 11 yaşında bir oğlu var idi.

İnsafla deyəndə, Yasin pis adam deyildi. Ancaq məndən xeyli böyük olmasına, boşanmış olmasına, bir də oğlunun olmasına görə onunla ailə qurmaq istəmirdim. Lakin anamın və qardaşlarımın təkidi ilə məcburən razılaşdım.

Beləliklə, mən Yasin, oğlu Hətəm, qaynanam və həm də dayım olan qaynatamla yaşamağa başladım. Baldızlarım isə çoxdan ərə getmişdilər. Dayım kolxoz idarəsində bağban, Yasin isə mühasib işləyirdi.

Mən əvvəllər dayım oğlu, indi isə ərim olan bu adama yavaş-yavaş isinişməyə çalışırdım. Evliliyimizin üçüncü ayında hamilə olduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Çünki hər bir gənc qız kimi, mən də ana olmaq istəyirdim. Nəhayət, doqquz ayın tamamında ilk övladım – Şövkət dünyaya gəldi.

Onu ilk dəfə qucağıma aldığım an sevincimdən yerə-göyə sığmırdım.

Şövkətdən 5 il sonra oğlum Əhməd, 3 il sonra isə qızım Səadət doğuldu. Üstündən bir il keçmişdi ki, qapımızda ilk toy çalındı. Hətəm, Yasinlə Hacıqabulun Abdullabad kəndindən olan əsgər yoldaşının qızı Şahnazla evləndi. Hətəmin anası Yavər də oğlunun bu şad günündə iştirak etdi.

Aramızda heç bir zaman əsl ana-bala münasibəti olmasa da, həmin gün mən də sevincli idim.

Şahnaz 19 yaşında, qısa boylu, dolu bədənli, qarayanız bir qız idi. O da mənim kimi 4 qardaşın bir bacısı idi. Hətəm bu qızı hələ əsgər getməmişdən əvvəl atası ilə onların evinə qonaq gedəndə görüb bəyənmiş, ürəyini qıza açmış, ondan da “hə” cavabı almış, hərbi xidmətdən qayıdandan sonra da evlənmək qərarına gəlmişdilər.

Şahnaz da Hətəm kimi təbiətcə mülayim bir qız idi. Biz onunla çox yaxşı yola gedirdik.

Ta ki… 1994-cü ilə qədər…

Toydan 3 ay sonra Hətəm kolxoz idarəsində sürücü kimi işə düzəldi. Altı ay sonra isə atası ev tikib onları köçürdü. Bəli, həyat öz axarı ilə davam edirdi.

Ta ki həmin vaxta qədər…

Ətirə azacıq fasilə verib yenidən acı həyat hekayəsinin ardını danışmağa davam etdi:

Səadətin 6 yaşı olanda birdən-birə onun dirsəklərində və dizlərində kiçik-kiçik, ağ-gümüşü pulcuklar əmələ gəlməyə başladı. Daha sonra bu pulcuklar böyüyüb qırmızı yaraya çevrilir, qabıqlayır və yayılmağa başlayırdı. Atası vəziyyətin nə olduğunu öyrənmək üçün onu Xocavənd rayonu mərkəzi xəstəxanasına apardı. Orada qızıma, el dilində “sədəf”, bəzən də “dəmirovlu pulcuq”, tibbi dildə isə “psoriaz” adlanan xəstəliyin uşaqlarda sıx görülən və təcili müalicə olunmalı olan “eritrodermik” növü diaqnozu qoyuldu. Bunu eşidəndə dünya başıma fırlandı. Ən çox da özümü düşündüm. Bu olmamalı idi… Mənim məhdudiyyətli, xəstə övladım olmamalı idi. Onsuz da babamdan canım təzə qurtarmışdı. Bir daha yağışdan çıxıb yağmura düşmək istəmir, gecə-gündüz bu xəstə uşaqla nə edəcəyimi düşünürdüm.

Elə həmin vaxtdan da Səadətin intensiv müalicəsi başladı. Ancaq günlər həftələri, həftələr ayları əvəz etsə də, edilən müalicənin heç bir xeyri olmur, əksinə, xəstəlik getdikcə daha da şiddətlənir, yara qızın bədəninin qalan yerlərini də örtürdü. Atası vəziyyətin pisləşdiyini görüb onu Bakıya gətirdi. Məlum oldu ki, sən demə, milliyyətcə erməni olan Xocavənddəki həkim yazıq qızımı qəsdən səhv müalicə edirmiş.

Ətirə bu yerdə yenidən ağlamağa başladı. Səadətin də özündən asılı olmayaraq gözləri yaşardı və o, bir daha ermənilərin körpə uşağa belə rəhmi gəlməyəcək qədər zalım və murdar bir xislətə sahib olduğuna əmin oldu.

Beləliklə, onu yenidən müalicə etməyə başladılar.

Ətirə göz yaşlarını silib sözünə davam etdi:

Bir il keçdi. Səadət məktəb yaşına gəldi. Təbii ki, bütün uşaqlar kimi o da məktəbə getmək istəyirdi. İstəyinə də çatdı. Atası hər nə qədər yazı yazmağın onun üçün çətin olacağını düşünsə də, sonda xətrinə dəyməyib məktəbə getməsinə razı oldu. Ancaq mən onun məktəbə getməsini istəmirdim. Özünə faydası olmayan bir insanın oxuyub cəmiyyətə nə fayda verəcəyini düşünürdüm. Belə düşünməklə necə böyük bir səhv etdiyimi və bu səhvimin məni addım-addım geri dönülməsi mümkün olmayan bir fəlakətə doğru apardığını isə bilmirdim.

Əhmədi və Şövkəti birinci sinifə özüm aparmışdım. Amma Səadəti məktəbə atası apardı. Ona görə aparmadım ki, onunla orada bir görünməyim. Bəli, mən doqquz ay bətnimdə gəzdirdiyim, min bir əziyyətlə dünyaya gətirdiyim, gəlişinə sevindiyim, uğrunda gecələr kim bilir neçə dəfə yuxudan oyandığım, dünənə qədər qucağımda yatızdırdığım, övladım deyib başına sığal çəkdiyim, öpüb əzizlədiyim qızımdan indi xəstə olduğu üçün utanır, ona Allah tərəfindən lənətlənmiş, dünyada yaşamaq haqqı olmayan iyrənc bir məxluq kimi baxır, ölməsi üçün hər gecə dua edirdim.

İlk vaxtlar Səadəti sinif yoldaşları görkəminə görə lağa qoyurdular. Lakin sonra ona öyrəşdilər və tanıdıqca çox sevdilər. Dörd ay müəlliməsinin yanında oturan Səadəti Əlifba bayramından sonra sinif yoldaşları parta yoldaşı kimi yanlarına keçirdilər. Həmin gün Səadət üçün sözün həqiqi mənasında bayram idi. Mənim isə yazıq körpənin bu sevincinə şərik olmaq əvəzinə, ürəyimdə onunla eyni partada oturan, dərs boyu sifətini görən uşaqlara yazığım gəlirdi.

Ətirə xala, bəs Səadət dərslərini yaxşı oxuyurdu? Yəni, demək istəyirəm ki, səhhəti onun oxumasına imkan verirdimi? – deyə Səadət maraqla soruşdu.

Əlbəttə ki, oxuyurdu! – deyə Ətirə əminliklə dilləndi və əlavə etdi: – Hətta lap yaxşı oxuyurdu.

Bacı-qardaşlarının 4 aya güclə öyrəndiyi əlifbanı Səadət bir aya öyrəndi və onlara da dərslərində kömək etməyə başladı. Ondan böyük olan bacı-qardaşlarının 3-4 dəfəyə oxuyub əzbərlədiyi dərsi Səadət axşam evdə yalnız bir dəfə oxuyur, səhəri gün isə müəllimə qarşısında lövhədə çaşmadan danışırdı. Bəli, Allah Səadətə sözün həqiqi mənasında qeyri-adi bir istedad vermişdi. Müəllimlər də onun bu istedadını bilir və onun üçün əllərindən gələni edirdilər.

Səadət yaxşı şeir deyirdi. O, demək olar ki, məktəbdə keçirilən bütün müsabiqələrdə iştirak edir, hamısında da mükafat qazanırdı. Müxtəsər, “xəstədir” deyib faydasız gördüyüm, görkəmindən utanıb yanımda gəzdirmədiyim qızım qısa zamanda nəinki oxuduğu sinifin, bütün məktəbin göz bəbəyinə çevrilmişdi.

Bu arada Səadətin müalicəsi də davam edirdi. Müalicə getdikcə xəstəlik dayanır, dayanan kimi isə özünü əvvəlkindən daha pis büruzə verirdi.

Beləcə illər keçdi. Qaynanamla qaynatam rəhmətə getdi. Hətəmin Kamran, Nəriman və Fərman adlı üç oğlu dünyaya gəldi. Şövkət isə Hacı Qabulda Şahnazın əmisioğlu Ramizə ərə getdi. Ramiz evin bir oğlu idi. Şövkətim biz Şahnazın ailəsini qonaq çağırdığımız zaman onu görmüşdü. O da pis adam deyildi. Kənddə atasının balaca ərzaq dükanını işlədirdi. Onların da ailə qurduqdan bir il sonra Nərmin və Amin adlı əkiz uşaqları dünyaya gəldi.

Əhməd məktəbi bitirib hərbi xidmətə getmişdi. Artıq doqquzuncu sinifdə oxuyan Səadət isə hələ də düçar olduğu amansız xəstəliyin pəncəsindən qurtula bilmir, müalicə almağa davam edirdi. Hər ay gah Hətəm, gah da atası onu Bakıya xəstəxanaya gətirirdi. Bununla belə, Səadət boş dayanmır, xəstə olmasına rəğmən bizə ev işlərində bacardığı qədər kömək edirdi — məndən başqa heç kim xətrinə dəyməmək üçün onun iş görməsinə heç nə demir, gördüyü işi bəyənirdilər. Çünki Səadət məsuliyyətli idi. Öhdəsinə düşən hər işi layiqincə və vaxtından tez yerinə yetirirdi. Qalan vaxtlarda isə bol-bol kitab oxuyurdu.

Səadət həm də vicdanlı, mərhəmətli, xoş xasiyyətli, dürüst, mehriban, sadə və səmimi idi. Canım qızım… – Ətirə yenidən ağlamağa başladı. – Onun hər şeyə rəğmən həyata ümidlə baxan iri, səma kimi mavi gözləri, səmimi baxışları, qara çatma qaşları, hər zaman təbəssüm ifadəsi olan üzü, ürəyi kimi yumşaq və isti əlləri var idi. Eyni zamanda, Səadət güclü iradəyə malik idi. O, xəstəliyi ilə ta uşaq yaşlarından barışmış, o cür yaşamağa da öyrəşmişdi. Nə qədər çətinlik çəksə də, bir dəfə də olsun Allaha üsyan etməz, hər zaman “bu mənim imtahanımdır” deyərdi.

Ailədə hamı, hətta ayrı-anadan dünyaya gəlməyinə baxmayaraq Hətəm də onun xətrini çox istəyirdi. Ona bayramlarda hədiyyə alar, hər zaman körpə uşaq kimi öpüb əzizləyər, “mənim xrustal bacım” deyərdi. Mən isə artıq ondan sözün həqiqi mənasında bezmiş, yorulmuşdum. Ürəyimdə ona qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyir, xəstə olduğu üçün onu ailəmizin faciəsi kimi görürdüm.

Əsl və dəhşətli faciənin tezliklə başımıza gələcəyini isə ağlıma belə gətirmirdim. Qəti qərarlıydım: hansı yolla olursa olsun, bu xəstə qızdan xilas olmalıydım.

Bir gün evdə heç kimin olmadığı vaxtda Yasinə: — Yasin, gəl bu qızı dövlət müəssisəsinə verək, — dedim.

— Hansı qızı? – deyə təəccüblə üzümə baxdı.

— Səadəti deyirəm, — dedim.

O saat Yasinin qaşları çatıldı. O, acıqlı səslə:

— Sən nə danışırsan, Ətirə?! – dedi.

Mən onun hirsləndiyini görüb şirin dilimi işə saldım:

— Əzizim, əsəbləşmə. Mən gələcəkdə ona baxmaq bizə çətin olacaq deyə deyirəm, — dedim.

Təbii ki, “biz” deyəndə daha çox özümü nəzərdə tuturdum.

Yasin isə cavabında: — Birincisi, onun bizim baxımımıza ehtiyacı yoxdur. Allaha şükür olsun ki, xəstə olsa da özünü idarə edə bilir. Lap olsa belə, valideyni olaraq ona baxmalı, hətta lazım olsa, onu kürəyimizdə də gəzdirməliyik. Çünki onu biz dünyaya gətirmişik. Bunu bil ki, qızımızın xəstəliyi özünün imtahanı, onun varlığı isə bizim imtahanımızdır, — dedi.

Bu söhbət bir daha açılmamaq üzrə bağlandı. Onun “bu son sözü” məni daha da qəzəbləndirdi.

Əgər xəstəliyi onun imtahanıdırsa, onda mənim günahım nə idi? Niyə mən, bir dəfə gəldiyim bu dünyada nə qədər yaşayacağımı bilmədiyim, əslində gözəlliklər içində yaşamalı olduğum ömrümü, günü-gündən əcaib görkəmə düşən xəstə bir uşağa baxmaqla keçirməliydim?! Lakin qızımla bu dünyada cənnəti qazana biləcəyimi, onunla keçirəcəyim hər günün mükafatını əbədiyyətdə misli ilə alacağımı, alacağım mükafatın isə dünyada gözümü bürüyən və yaşamaq istədiyim bütün gözəlliklərdən daha gözəl olacağını düşünmürdüm. Hər şeyə qulaq tıxamış, göz yummuşdum.

Beləcə, bir il də keçdi. Biz o qanlı-qadalı ilə — yəni 1992-ci ilə gəldik. Düz dörd il idi ki, Azərbaycanın, xüsusən də dağlıq Qarabağ bölgəsinin başı üzərində sözün həqiqi mənasında qara buludlar dolaşırdı. Bir vaxtlar torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları indi, xarici qüvvələrin də köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, bir yerdə böyüdükləri, səhərdən axşama can-qan qaçıb oynadıqları, eyni məktəbdə, eyni sinifdə oxuduqları, bir partada oturduqları, bir evdə çörək kəsdikləri, bir məclisdə iştirak etdikləri insanları indi gördükləri yerdəcə bir güllə ilə yerə sərirdilər.

Qan içən kafirlər 1988-ci ildən başlayaraq həm bütün Qarabağ torpaqlarına, həm də yaşadıqları 14 kəndin əhatəsində qalan Qaradağlı kəndinə tez-tez hücumlar edir, insanları qorxudub kənddən qaçmağa məcbur etmək üçün evləri atəşə tuturdular. Mən başa düşə bilmirdim — axı onlara nə olmuşdu? Niyə birdən-birə bizə düşmən kəsilmişdilər? Biz onlara yaxşılıqdan başqa nə etmişdik? Bu suallar gecə-gündüz beynimdə bir-birini qovalayırdı.

Fevral ayının 8-i idi. Səadət məktəbdən hövürnak evə gəldi. Mən:

— Nə olub? – deyə acıqlı səslə soruşdum.

O, ağlaya-ağlaya hər şeyi danışmağa başladı. Səadətin Metaksiya adlı erməni riyaziyyat müəlliməsi var idi. Metaksiya müəllimə qonşu kənddən idi. Artıq 3 ildir ki, bu kənddə dərs deyirdi. Onun da bir qolu yox idi. Buna görə də o, Səadətə şagirdi kimi deyil, bir növ yoldaşı kimi yanaşırdı. Buna görə də dərsdən sonra onu kənara çəkərək:

— Səadət qızım, tezliklə bu kənddə dəhşətli bir faciə törədiləcək. Faciəni törədənlərin arasında atam və qardaşım da var. Mən bu günə qədər sizin millətdən heç bir pislik görməmişəm. Həm də səni bir növ qədər yoldaşım kimi görürəm. Buna görə də bunu sənə deməyi özümə borc bilirəm. Atanla qardaşlarına de, tədbir görsünlər, — dedi.

Mən bunun ermənilərin növbəti təxribatı olduğunu düşünüb həmin an onun dediklərinə inanmadım. Ancaq Hətəm və Yasin də evə gəlib bu barədə eşitdiklərini deyəndə təşvişə düşdüm. Bir xeyli nə edəcəyimizi düşündük və məcbur olaraq Hacıqabula — Abdullabad kəndinə getməyə qərar verdik.

Hətəm və Yasin:
— Siz gedin, biz burada qalaq. Ara sakitləşən kimi sizi çağırarıq, — deyib bizimlə gəlmədilər.

Heç birimiz aranın sakitləşməyəcəyini, doğulub böyüdüyümüz, ayaq açıb yeridiyimiz, dil açıb danışdığımız, çörəyini, havasını udduğumuz — hər qarışı bizə əziz olan torpaqlardan əbədi didərgin olacağımızı bilmirdik.

Qapıdan çıxanda Səadət dönüb, kədərli halda, bir daha qayıtmayacağını bilirmiş kimi uzun-uzun baxdı. Sonralar:
— Ora mənim yuvam idi… Oranın hər daşında, hər divarında bir xatirəm var idi… — deyib göz yaşı tökdüyü evimizə, qaçıb oynadığı axara, bahalı, bağlı-bağatlı həyatımıza baxdı.

Sonra da atasını və qardaşını — onları son görüşü olduğunu bilirmiş kimi — bərk-bərk qucaqlayıb ağlamağa başladı. Xətəmin uşaqları da ona qoşuldular. Onlar da atalarını və babalarını bir daha görməyəcəkmiş kimi qucaqladılar.

— Nə olub, özünüzü elə aparırsınız ki, elə bil sürgünə gedirik? Bir neçə günə qayıdacağıq da! — deyib onların üstünə acıqlandım.

Sonra… Bir daha geri qayıtmayacağımızdan xəbərsiz, artıq hərbi xidmətdən qayıdan Əhməd ilə birlikdə, baldızım oğlunun maşını ilə Abdullabad kəndinə doğru yola çıxdıq.

Kənddən çıxana qədər Səadət və Xətəmin uşaqları pəncərədən həsrət dolu gözlərlə, sonralar xatırlayıb ağladıqları yollara, kənarlarda sıralanmış evlərə baxdılar. Bir neçə saat sonra Hacıqabula — Abdullabad kəndinə çatdıq.

Mən, Səadət və Əhməd Şövkətgilə, Şahnaz isə uşaqlarla birlikdə atasına — Çilə getdi.

Əhməd üç gün sonra:

— Vətənim dar gündədir, — deyib mənim bütün etirazlarıma rəğmən, Şahnazın qardaşı İsgəndərlə birgə Qarabağın müdafiəsi uğrunda yaradılmış könüllü batalyonlardan birinə yollandı.

Biz isə hər gün telefonla Yasin və Hətəmlə xəbərləşirdik. Onlar kənddə vəziyyətin günü-gündən pisləşdiyini, ermənilərin hücumlarının daha da artdığını deyirdilər. Ta ki, həmin faciəvi günə — yəni fevralın 17-nə qədər.

O gün Yasindən və Hətəmdən bir xəbər ala bilmədik. Ümidlə gözlədik. Kəndimizin başına gətirilən faciəni isə bir də gecə yarısı öyrəndik.

Həmin gün lənətə gəlmiş ermənilər dörd tərəfdən kəndə daxil olur və hər tərəfi atəşə tutmağa başlayırlar. Kəndin 118 nəfər sakini canlarını qurtarmaq üçün kolxoz idarəsində gizlənirlər. Qaradağlı soyqırımının təşkilatçılarından biri olan Monti Markaryan adlı terrorçu idarənin binasını yandırır. Oradakı sakinlər məcbur qalıb təslim olurlar. O gün orada bəziləri diri-diri bıçaqla doğranmaqla, bəziləri də üstünə benzin tökülüb yandırılmaqla — ümumilikdə 68 nəfər xüsusi amansızlıqla öldürülür. Qalanlar isə əsir götürülür.

Öldürülənlər arasında anam, babam, qardaşlarım Çingizlə Xəlil, eləcə də Hətəm və Yasin də var idi.

Ətirə yenə ağlamağa başladı. Heç birimiz eşitdiyimiz bu xəbərə inana bilmədik. Fəryadımız bir-birinə qarışdı.

Mən bircə günün içində cəfakeş anama — o vaxt nifrət etsəm də — sonralar darıxıb həsrətini çəkdiyim babama, yetimliklə böyüyən qardaşlarıma, oğlum olmasa da gözümün qarşısında böyüyən bir uşağa — Səadət arxa-dayağım dediyi atasına və qardaşına, Şahnaz uğruna kəndini və ailəsini arxada qoyduğu sevdiyinə, üç uşaq isə babasını və atasını itirmişdi.

Bəli, bu — hamımız üçün bir faciə idi. Həm də sözlə təsvir edilməsi mümkün olmayan dəhşətli bir faciə.

On gün əvvəl kənddə sağ-salamat qoyub gəldiyimiz sevdiklərimizin indi ziyarət edəcəyimiz məzarları belə olmayacaqdı…

Bu dəhşətli xəbəri bizə Zəfər gətirdi. Ömər özü və Zəfərin ailəsi ilə birlikdə əsir götürülüb Xankəndinə aparılmışdı. Zəfər isə meşəliklə birtəhər qaçıb canını qurtara bilmişdi. Sonradan onlar da əsirlikdən qayıtdılar və hamısı birlikdə Bakıda yaşamağa başladılar.

Bəli, nə qədər acı olsa da, artıq kəndimiz əldən getmişdi. Və əgər kəndimiz əldən getmişdisə, deməli, tezliklə digər Qarabağ torpaqları da əldən gedəcəkdi.

Bu hadisədən üç həftə sonra bizə iri və taxta bir ev verdilər. Elə həmin gündən də Səadətlə mən, Şahnaz və uşaqlarla birlikdə orada yaşamağa başladıq.

O günlərdə həm Ramiz, həm də Şahnazın atası və qardaşları bizə maddi cəhətdən kömək edir, bizi bacardıqları qədər heç nədən korluq çəkməyə qoymurdular.

Günlər bir-birini əvəzləyir, Qarabağda isə keçən hər gün vəziyyət daha da gərginləşirdi. Qanlı döyüşlər davam edir, hər gün Azərbaycanın müxtəlif yerlərindən şəhid xəbərləri gəlirdi. Televizorda eşitdiyimiz bu xəbərlər hamımızın ürəyini dağlayırdı.

Bir şəhid xəbəri də mayın əvvəllərində bizə gəldi. Şahnazın qardaşı İsgəndər Ağdam uğrunda gedən döyüşlər zamanı minaya düşərək şəhid oldu. Şahnazın anası bu xəbəri eşidən kimi saçları bircə günün içində tamam ağardı.

Yazıq İsgəndərin meyiti o dərəcədə tanınmaz hala düşmüşdü ki, molla bütün təkidlərə baxmayaraq, onu heç kimə göstərmədən dəfn etdi. Ondan geriyə isə sinəsi dağlı anası, gözü yaşlı bacıları, cavan arvadı və iki körpə uşağı qaldı.

İsgəndərin ölümündən iyirmi gün sonra Ramiz də könüllü batalyonlardan birinə qoşuldu. Biz onu yolundan döndərməyə çalışsaq da:

— İsgəndər nə də ki, vətən uğrunda canından keçən digər şəhid qardaşlarımdan artıq deyiləm, — deyib elə İsgəndərin şəhid olduğu batalyona yollandı.

Düz bir il sonra o da Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu. Bir evində işığı söndü — bir ananın ürəyinə ömrü boyu sönməyəcək bir od düşdü. Müharibə, neçə-neçə cavan oğlanlarımız kimi Ramizin də anasını övladsız, bacılarını qardaşsız, arvadını ərsiz və hələ doğulmamış üç övladını atasız qoydu. Bu hadisə Şövkəti dərindən sarsıtdı. Yazıq qızım, atasını və qardaşını itirdikdən sonra bir sevdiyini də itirdi—amma həyat davam edirdi. Şövkət ana idi və nə olursa olsun, uşaqlarına görə yaşamalı idi. Buna görə də çətinliklə də olsa özünü toparladı. Üç ay sonra qızı dünyaya gəldi; körpənin adını “Əmanət” qoydular. Bəli, o, Ramizin Şövkətə olan sonuncu əmanəti idi.

Beləcə üç il keçdi və 1994-cü ilə gəlib çatdıq. Bu illər ərzində baş verənlər ürək açan olmadı: Vahid ordu komandanlığının olmaması və silah-sursatın azlığı sonda Dağlıq Qarabağın və ətraf bəzi rayonların işğalına gətirib çıxardı. Elə həmin ilin may ayının 12-si axşam saatları idi; biz evdə oturub televizora baxırdıq. Gözləmədiyimiz bir xəbər eşitdik: Bişkekdə Azərbaycan və Ermənistan prezidentləri arasında protokol imzalandığı, atəşkəs elan olunduğu, müharibənin müvəqqəti dayandırıldığı deyilirdi. Hamı bu xəbərə çox sevindi. Mən həm sevindim, həm də üzüldüm. Üzüldüm ona görə ki, doğulduğum rayon, 40 il yaşadığım kənd artıq işğal altında idi—bir daha ora gedə, oraları görə bilməyəcəkdim. Sevindim ona görə ki, artıq şəhid xəbərləri eşitməyəcəkdik; cavan gəlinlər, yarsız analar, övladsız uşaqlar, atasız övladlar qalmayacaqdı.

Bu xəbərdən düz beş gün sonra Əhməd evimizə qayıtdı. Həmin gün bizim evdə sözün həqiqi mənasında bayram idi. İki il sonra sağlam şəkildə oğluma qovuşan mənim o anki sevincim təsvir edilməzdi. Əhməd geri gəldikdən sonra kənd camaatı bizi tanımışdı; bizə axın edərək gəlirdilər. O, bu üç il ərzində müharibədə gördüklərindən danışırdı, bizlər isə dəhşət içində dinləyirdik. Təbii ki, həmin gündən sonra o da bizimlə birlikdə yaşamağa başladı və evin yeganə kişisi olduğu üçün bütün yük onun çiyinlərinə düşdü.

Əhməd Hətəmin uşaqlarına öz evladı kimi qayğı göstərəcəkdi; bacardığı qədər atalarının yoxluğunu hiss etdirməməyə çalışırdı. Ancaq mən bunu istəmirdim, çünki Hətəm, oğlum, Şahnaz—gəlinim, uşaqlar da nəvələrim deyildilər. Ona görə də mən Əhmədin nəinki onlarla maraqlanmasını, hətta bizimlə qalmasını da istəmirdim. Bu böyük problem kimi gördüyüm məsələni necə həll edəcəyimi düşünürdüm. Yəni…

Bir gün Əhməd və Şahnazı yanıma çağıraraq, ona nifrət etsəm də, düşündüyüm kimi, onlara ailə qurmağı təklif etdim. Alışılmışın əksinə, dərhal etiraz etdilər: “Bir-birimizi bacı-qardaş kimi görürük.” Dedim ki, onlar naməhrəmdir, birlikdə yaşaya bilməyəcəklər. Buna görə də Şahnazı üç uşağı ilə birlikdə atasının evinə göndərdim. Həmin gün üstümdən ağır bir yük götürüldü. Gəlinim olmayan, Şahnazdan və nəvələrlə bağlı qurduğum bu plan sayəsində əbədi ruha qurtulmuşdum.

Bu hadisədən on gün sonra Əhməd Rusiya Federasiyasına getdi. Gedəndən bir il sonra özbək qadın — Hənifə ilə evləndi, ondan dörd övladı oldu: iki oğlan, iki qız. Mən dedim ki, “O, mənim ‘Ramiz’ millətdən olan qadındır, uşaqları da nəvəm olmaz,” və onları qəbul etmədim, heç vaxt da görmədim. Ancaq Əhməd ildə bir dəfə, üç aylığa mənə baş çəkməyə gəlirdi, bəzən də pul göndərirdi. Beləcə, məndə yalnız Səadətlə tək qaldım. Yazıq qızımın qara günləri o vaxtdan başladı.

Mən ürəyimdə ona qarşı böyüdükcə böyüyən nifrətimi açıq nümayiş etdirirdim: onu hər gün səbəbsiz yerə döyüb söyür, ən ağır sözlərlə alçaldır, bəzən isə gülərək: “Özünə bax, gör bir nə gündəsən,” deyə məzələnirdim. Bir gün Səadət dözməyib soruşdu:

— Ana, sənə nə olub? Mənimlə nə etdiyimi bilmirəm, mənim günahım nədir?

Dedim ki, günah sənin xəstə olmağındadır. “Əvvəllər atan, qardaşların var idi, ona görə sənə heç nə demirdim. İndi isə səni məndən qoruyacaq heç kim yoxdur.” Səadətin gözləri yaşardı. Yazıq balam, yəqin ki, onu dünyaya gətirən südü ilə bəsləyən məmnəmlə belə belə sözlər eşitəcəyini gözləmirdi. Sonra göz yaşlarını içə axıdırdı, amma susurdu.

Həmin il Səadət 11‑ci sinifi bitirdi. Qaradağlıda olduğu kimi Abdullabad kəndində də dərslərini yaxşı oxuyurdu — bütün fənlərdən beş alırdı. Son zəng axşamı idi; qız:

— Ana, mən oxumaq istəyirəm. Kitabxanaçı olmaq istəyirəm, — dedi.

Mən isə qəzəblə:

— Nə oxumaq? Özünə belə faydası olmayan sən! Bu əcaib görkəminlə kimə fayda verəcəksən? — deyib, növbəti dəfə Hətəmin uşaqlarının yanında onu döydüm. Yazıq uşaqlar bibibirlərinin əlindən kovuldular və o gündən sonra bir daha bizə gəlmədilər.

Bundan sonra yazıq balamı müalicəyə də aparmırdım; bununla onun ölümünü tezləşdirməyə çalışırdım. Səadətin xəstəliyi gündən‑günə şiddətlənirdi; yara bədəndə yayıldıqca yayılırdı. Bir gün Səadət:

— Ana, mən daha dözə bilmirəm. Yaralar məni çox incidir. Nə olar, məni həkimə apar! — dedi.

Həkim:

— Zat lazımdır? Daha bəsdir — yaşadın, öl, canım qurtarsın! — deyib var gücümlə onun başına divar açdırdım. Yazıq balam huşunu itirib yerə düşdü. Mən isə dua edirdim ki, ölsün.

Qız yarım saat sonra özünə gəldi. Həmin axşamda qərara gəldim — bu belə davam edə bilməzdi. Mən nə olursa olsun Səadətdən qurtulmalı idim. Kalan ömrümü bu xəstə qızla keçirməməliydim. Nə edəcəyimi düşündüm — övlad qatili olmağa, yəni onu öldürməyə qərar verdim.

Planımı hazırlayırdım: evdəki kiçik hava nasosunu ona arxadan yeridib şişirtmək olacaqdı. Beləcə, qızın bağırsaqları hava ilə dolub partlayacaqdı. Səadət eşitdiklərinə heyrətləndi. Amma mənə mane ola bilməzdi — xəstə idi. Gecəni yuxusuz şəkildə planın nə zaman və necə həyata keçirəcəyini düşünürdüm.

Səhəri gün Səadətin evdə olmadığını gördüm — o gecə bütün əşyalarını yığışdırıb gizlicə evdən qaçmışdı, Şahnazgildə qalmışdı. Mən bu hərəkətinə bərk qəzəbləndim və onu geri gətirəcəyimi düşündüm. Lakin Səadət mənə:

— Nə oldu? Dünənə qədər məni xəstə adlandırırdın, məni lağa qoyurdun. İndi yadına düşdüm ki? Mən artıq mənəviyyatla yaşamaq istəmirəm, pasport alıb Rusiyaya, Əhmədin yanına gedəcəyəm.

Bu sözlər məni daha da hiddətləndirdi. Qollarından tutub saçından dartdım. Bu an gözləmədiyim bir şey oldu: Şahnazın atası, Rasim, irəli çıxıb üzümə möhkəm bir şillə çəkdi. Sonra qəzəblə:

— Heç utanmırsan? Allah onu sənə əmanət eləyib, sən belə əmanətə sahiblənirsən? — deyib məni evdən qovdu.

Mən çıxanda üzümü Səadətə tutub dedim:

— Gəlmə cəhənnəmə! Sənin kimi xəstə övlada ehtiyacım yoxdur. Şükür Allaha, sağlam övladım var, mənə baxar.

“Sağlam övladım” deyəndə təbii ki, Şövkəti nəzərdə tuturdum. O gün xəstədir deyə övladı kənar atdığım ürəkbalam — sonralar çox axtaracağımı ağlıma gətirməzdim. Bu, mənim Səadətlə son görüşüm idi. O, Şahnazgildə bir ay qaldı, sonra Rusiya Federasiyasına Əhmədin yanına getdi və bir daha geri qayıtmadı. Hərçənd tam sağalmamışdı — xəstəliyi müalicə ilə nəzarət altına alınmışdı. Sonra isə kitabxanaçılıq üzrə təhsil aldı; indi vəziyyəti yaxşıdır və bir kitabxanada işləyir.

Beləliklə, o vaxtdan otaqda, vaqonda tək qaldım. Şövkət hər gün baş çəkirdi; uşaqlar böyüyüb təhsil almağa gələndən sonra da köçüb yanımda yaşamağa başladı. Ta ki, o faciəvi günə qədər.

Altı il əvvəl, yəni 2019-cu ilin yayında, hava isti idi. Şövkət həyətimizdə su nasosuyla balaca həyəti suvarırdı; mən pəncərədən ona baxırdım. Bu vaxt telefonu zəng çaldı — zəng edən Nərmin idi. Qızla danışdıqdan sonra pəncərədən Şövkəti çağırmaq istəyəndə onun arxası üstə, yerdə uzandığını gördüm. İlk düşündüm ki, istidən başı fırlanıb və yerə yıxılıb. Tez yanına qaçdım. O isə ayaqları titrəməyə başladı. O an hər şeyi başa düşdüm: Su nasosu tok keçirmişdi. Yazıq balamı cərəyan vurmuşdu. Təcili həkim çağırdım — amma artıq gec idi. Yazıq qızım, elə cərəyan vurduğu kimi yerindəcə keçinmişdi.

Rəhmətli qaynanam deyərdi: “Dünyada ən ağır itki — övlad itkisinə bərabər ola bilməz.” Şövkətin ölümünə qədər çox sevdiklərimi itirmişdim; amma ürəyim onu itirəndə yanaraq parçalandı. Onu Abdullabad kəndində dəfn etdik. Mən düz bir il özümə gələ bilmədim. Sonra qonşuların təkidi və dəstəyiylə toparlansam da, hələ də əvvəlki kimi deyildim. Qızımın ölümü ürəyimdə heç vaxt sağala bilməyən bir yara açmışdı. Bəli, yenə tək başına, tənha qaldım. İllər bir-birini əvəzləyirdi; yaşım artdıqca təklik məni yavaş-yavaş sıxmağa başladı.

Gecələr yatağıma girəndə o vaxta qədər yaşadıqlarım film lenti kimi gözümün qarşısında canlanırdı. Yavaş-yavaş səhvlərimi dərk edir, heç olmadığı qədər vicdan əzabı çəkirdim. Qəlbimi çülk edən peşmançılıq hissi göz yaşlarına çevrilirdi. Bu anlarda illər əvvəl xəstə olduğu üçün atdığım qızıma ehtiyac duymağa, onun üçün darıxmağa başladım.

O vaxt Səadət soruşdu:

— Bəs niyə onu sizin yanınıza çağırmadınız?

Ağ qızım, necə çağıraydım? — deyə cavab verdim. Səadətin ürəyi yumşaq idi; bunu ondan xahiş etsəydim, o, 100 % razılaşardı. Ancaq 31 il əvvəl sözün həqiqi mənasında imtina etdiyim övladıma necə yaxınlaşa bilərdim — indi “Mənimlə qal” deyə bilərdim? Son başıma gələn hadisədən sonra isə artıq tək yaşaya bilməyəcəyimə qərar verdim.

Gecə yerimdə uzanmışdım — birdən göydən tüklü bir şey sallandığını gördüm. Təbii ki, heç nə yox idi; sadəcə gözümə o cür görünürdü. Bütün gecə yuxusuz oldum; nə edəcəyimi, bu təklikdən necə qurtulacağımı düşündüm. Ona görə də nə qədər çətin olsa da, bundan sonraki ömrümü tək keçirtməkdənsə, dövlət müəssisəsinə köçməyə qərar verdim. Səhəri gündə Hacıqabul rayon icra hakimiyyətinə bu barədə müraciət etdim. Onlar sənədləşmə işlərindən sonra özlərinin ayırdığı maşınla məni oraya göndərdilər.

İndi nə qədər il yaşayacağımı bilmirəm. Amma biri dəqiqdir: daha tək yaşamayacağam. Bax, belə, qızım — bu da mənim səhvlərlə dolu həyat hekayəmin acı sonudur…

Ətirə belə yekunlaşdırdı danışığını. Ağlayan Səadət — artıq şişmiş qızarmış gözlərini silib sakit səslə başladı:

— Özün də ümidsizliyə düşmə. Allahın yaradıcı mərhəməti insanlardan, verdiyi ne’mətlərdən də boldur. Yeter ki sən hər zaman, səmimi qəlbdən dua elə, O, bağışlayacaqdır…

Bu vaxt qapı döyüldü. Səadət:

— Deyəsən məni çağırırlar, — deyib ayağa qalxdı və otaqdan yavaş addımlarla çıxdı. Ətirə isə illər əvvəl ən yaxınlarına qarşı etdiyi böyük səhvlərdən dolayı duyduğu vicdan əzabı ilə tək qaldı.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nurlanə Cərullaqızı – Vicdan əzabı

Vicdan əzabı
(hekayə)
Zeynəb ailəsi ilə birgə İsmayıllının Talısdan kəndində yaşayırdı. Beş uşaqlı ailənin ən kiçiyi olan Zeynəb anadangəlmə tam görmə məhdudiyyətli idi.
Vəziyyətinə görə ondan utanan valideynləri tərəfindən nəinki təhsil almasına hətta, evdən kənara çıxmasına belə icazə verilməyən bu qız nəhayət, iki il əvvəl onların ard-arda ölməsi ilə yaşadığı iyirmi beş illik əsarətdən qurtulmuş, üç ay ididəki, bir daha geri dönməmək üzərə Bakıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən “görmə imkanları məhdud şəxslərin sosial reablitasyası” mərkəzinə gəlmişdi. O, burada , kompyuterdən səsli proqram vasitəsilə istifadə etməyi, əl işi və görmə imkanları məhdud insanların yazıb oxuya biləcəyi brayl əlifbasını öyrənirdi.Bundan əlavə Zeynəb həmdə, beyninin təhlil gücünü inkşaf etdirmək, və söz ehdiyatını artırmaq üçün mərkəzdəki kitabxanada səsli şəkildə kitab da dinləyirdi.
Yaz günü idi. Yeni-yeni yaşıllaşmaqda olan təbiət və çiçək açan ağacların ətrafa yaydığı xoş ətri yazın gəlişindən xəbər verirdi. Gözəl bir şənbə sabahı idi. Hava günəşli olsa da, həmişə olduğu kimi Bakıda yenə hirsli-hikkəli külək əsirdi. Zeynəb otağında yatmışdı. birdən Onun yeni aldığı səsli asistantla işləyən sensorlu mobil telefonunda 08:30-a qurduğu saatın zəngi çalındı .qız yuxudan oyanıb hazırlaşmışdı, ki, qapı döyüldü.
-Zeynəb, oyaqsan?
Bu Aytən idi.O,bir il idi ki,mərkəzdə asistent kimi çalışırdı.
-Hə, gəl Aytən gəl – deyə Zeynəb otağın qapısını açdı.
-Sabahın xeyir, olsun gözəl qız.Aytən Zeynəbdən dünən ayrılmagına baxmayaraq onu illərdir görmürmüş kimi qucaqlayıb üzündən öpdü. : .:
-Hər vaxtın xeyir, canım bacım.
-Necəsən? Zenəb mehriban səslə soruşdu:və cavab gözləmədən məni soruşsan,
-Əlayam, çünki sən gəldin – dedi:
-Yaxşı görək.
Aytən qızın yanaqlarını sıxdı. Sonrada, -Tez ol gəl yeməyə, – deyib otaqdan çıxdı.
2017 ci ildən fəaliyyət göstərən reablitasya mərkəzi iyirmi stasionar və 25 yarım stasionar olmaqla 45 nəfərə xidmət göstərirdi.Dörd mərtəbədən ibarət olan mərkəzdə yeməkxana,idman zalı,hovuz,tibb və massaj otağı, eləcədə görmə məhdudiyyətli şəxslərin ətrafla tanışlığı məqsədi ilə xüsusi olaraq hazırlanmış arientasya otağı və s, birinci mərtəbədə
Hər biri dörd nəfərlik olmaqla qızlar üçün nəzərdə tutulmuş iki otaq,musiqi,kompyuter,kitabxana,brayl tədris otağı və s, ikinci mərtəbədə
Hər biri üç nəfərlik olmaqla oğlanlar üçün dörd otaq,camaşırxana,stolüstü oyunlar otağı və s, üçüncü mərtəbədə müəllimlər üçün mətbəx və akt zalı isə dördüncü mərtəbədə yerləşir..
Səsli liftində fəaliyyət göstərdiyi mərkəzdə bütün mərtəbələr fasiləsiz istilik sistemi ilə təchiz olunmuş , dördüncü mərtəbə istisna olmaqla digər mərtəbələrin dəhlizinə, sakinlərin rahat hərəkət edə bilməsi üçün sarı rəngli xüsusi arientellər çəkilmiş, bütün otaqların qapısı üzərinə brayl əlifbası ilə yazılmış məlumatlandırıcı lövhələr yapışdırılmışdı. Mərkəzdə qalma müddəti isə üç aydan altı aya qədərdir.
Bir qədər sonra Zeynəb artıq yeməkxanada idi. Həftə sonu olduğu üçün sakinlərin çoxu evlərinə getmiş, mərkəzdə cəmi dörd nəfər qalmışdı. nuş olsun -Aytən yemək xanaya daxil oldu. Sakinlərdən biri təşəkgür mənasında başını tərpətdi.
-Bu gün işdən bir saatlığa icazə alacağam.Aytən bunu deyib Zeynəbin yanındakı boş stollardan birində oturdu.

-Niyə? Harasa gedəcəksən?- Zeynəb dərhal maraqlandı.
-Hə, mərkəzimizlə qonşu olan 18 yaşdan yuxarı şəxslərin qaldığı sosial sığınacağa gedəcəm. Aytən dedi:və əlavə etdi. Orada Xoşbəxt adlı kimsəsiz bir qadın var,ona baş çəkməyə.

Mən də gedə bilərəm? – Zeynəb Aytənin sözünü kəsdi.
-Sən? Aytən duruxdu:
-Hə, xahiş edirəm, Aytən. Zeynəb təkid etdi.
-Yaxşı, gedim müdirlə danışım, əgər icazə versə, səni apararam – deyib Aytən yeməkxanadan çıxdı.
Beş dəqiqə keçdi. Digər sakinlər kimi Zeynəb də yenəkxanadan çıxıb yavaş-yavaş dəhlizdə gəzinirdi. Bu zaman Aytən onu səslədi:
-Zeynəəəb, get hazırlaş, müdir icazə verdi.
-A! Nə Yaxşı-deyə Zeynəb sevincək otağına çıxdı.
15 dəqiqə keçdi. Zeynəblə Aytən iti addımlarla sığınacağn həyətinə daxil oldular. Girişdə onları, 30 yaşlarında, arıq, qısa boylu bir qadın .qarşıladı
-Salam, xoş gəlmisiniz.
-Salam, Natəvan, necəsən?
Aytən dilləndi:
-Çox pis – deyə Natəvan kövrək səslə cavab verdi.
Natəvan sığınacağın həm işçisi, həm də sakini idi.

-Niyə? – Aytən təəccübləndi:
-Niyəsini içəridə deyərəm. Bəs sən kimsən, gözəlim? -Natəvan yavaşca Zeynəbin çiyninə toxundu. -Salam, -Adım Zeynəbdir. reablitasya mərkəzinin sakiniyəm. Zeynəb sakit tərzdə cavab verdi:
-Lap yaxşı.Natəvan ilk dəfə gördüyü bu qızı mehribancasına qucaqlayıb danışmağa başladı:
-Bilirsən, mən valideynlərimi heç görməmişəm. Onlar məni hələ körpə uşaq ikən tərk ediblər.On səkkiz yaşıma qədər uşaq evində böyümüşəm. Orada mənim çoxlu görməyən dostlarım var idi. Sənin görən kimi onlar yadıma düşdü:
-Başa düşdüm-Zeynəb başını buladı. .Hər üçü həyətdə divar dibi qoyulmuş ağ rəngli skamyada oturub söhbət edən sığınacağın digər sakinlərinin yanından keçib binaya girdilər.
-Yəgin, Xoşbəxt xalanı görməyə gəlmisiniz.
Nətavan qəmli halda dedi:

-Onun vəziyyəti çox pisdir. Neçə gündür, demək olar ki, heç nə yemir.
-Doğrudan? Yazıq Xoşbəxt xala.
Aytən kövrəldi.
Natəvan Aytən ilə Zeynəbi Xoşbəxtin olduğu otağa ötürüb oradan uzaqlaşdı. Xoşbəxt dörd nəfərlik otaqdakı çarpayılardan birində əlləri yanında arxasıüstə uzanmışdı. Aytən onu görüncə gözlərinə inana bilmədi.
Sonuncu dəfə bir ay əvvəl gördüyü qadından indi əsər-əlamət qalmamışdı. Onun dolu bədəni şam kimi ərimiş, iri mavi gözləri çuxura düşmüş, üzü qırışmışdı.
-Xoşbəxt xala – Aytən kövrək halda onu səslədi.
-Aytən, sənsən qızım? – Xoşbəxt çətinliklə də olsa, gözlərini açıb xırıltılı səslə dilləndi.
-Hə, mənəm xala – Aytən cavab verdi.
-Nə yaxşı gəldin, səninlə də halallaşaram- qadın dedi:və əlavə etdi:- çünki, mən ölürəm qızım, son günlərimi, bəlkə də son saatlarımı yaşayıram.
-Canım xalam – bu sözlərdən sonra Aytən göz yaşlarını saxlaya bilmədi.
-Bəs bu qız kimdir? – Xoşbəxt yarı açılmış gözlərini indidə Aytənin sağında oturan Zeynəbə çevirdi.
-Bu, Zeynəbdir. Mənim işlədiyim reablitasya mərkəzinin sakini – deyə Aytən cavab verdi.
-Salam, Xoşbəxt xala. Mən də sizi ziyarətə gəlmişəm – Zeynəb mülayim səslə dedi.
-Yaxşı eləmisən qızım,- Xoşbəxt yenə eyni səs tonuyla dilləndi,- bilirsən, bir vaxtlar mənim də sənin kimigözləri görməyən bir qızım var idi. Əgər mən o günahsız körpəmin canına qıymasaydım, indi bu hala düşməzdim. -Ömürümdə adım kimi xoşbəxt keçərdi.
-Necə yəni? Başa düşmədim – Xoşbəxtin son sözləri Zeynəb kimi Aytəni də təəccübləndirdi. -Hə,qızım ikinizdə mənə diqqətlə qulaq asın çünkü, illərdr ürəyimdə gəzdirdiyim ,-,-, bu böyk sirrimi .indi yanlnız sizəaçacağam. Deyib Xoşbəxt ağır-ağır danışmağa başladı.. Hər şey otuz bir il əvvəl baş verdi. Biz Kəlbəcərin Otaqlı kəndində yaşayırdıq. Mən üç uşaqlı ailənin ən kiçiyi iki qardaşın bir bacısı idim. Qardaşlarım hərbi xidmətdən qaydan kimi evləndilər. Məni də on doqquz yaşımda öz sinif yoldaşıma ərə verdilər. Hər şey çox gözəl gedirdi. İki ay sonra hamilə olduğumu öyrəndim. Uşağı qucağıma alacağımm günü səbirsizliklə gözləyirdim. Nəhayət, gözlədiyim vaxt gəlib çatdı, bir oğlan, bir qız olmaqla iki əkiz uşağım dünyaya gəldi. Sevincimin həddi-hüdudu yox idi. Oğlum tam sağlam idi. Amma qızımın gözləri görmürdü. Bunu biləndə dünya başıma fırlandı. Məndən başqa hamı Allahın təqdirdir ” deyib bunula razılaşdı. Amma mən ömrümün ən gözəl illərini görməyən bir uşağa baxmaqla keçirmək istəmir, gecə-gündüz ondan xilas olmağın yollarını axtarırdım. -Beləcə üç ay keçdi. Bir gün evdə Heç kimin olmadığı bir vaxt yataq otağında uşaqları yatızdırırdım. Ağlıma qəfil bir fikir gəldi. Qızımı yatmış halda çarpayıdan götürüb üzü üstə xalçanın üzərinə qoydum. Sonra dəmir sandığın üzərinə yığılmış yorğan-döşəyi üstünə aşırıb otağdan çıxdım. Beş dəqiqə sonra geri qayıdanda o artıq ölmüşdü.
Xoşbəxt bu yerdə ağlamağa başladı. Bayaqdan onun hər kəlməsini diqqətlə dinləyən Aytənlə Zeynəb eşitdikləri qarşısında heyrətdən, yerlərindəcə donub qalmışdılar.. Zeynəbin ürəyində ona qarşı nifrət hissi yarandı. Qızın fikrindən bircə anlıq qadına nələrsə demək keçsə də onun indiki vəziyyətini nəzərə alıb tez də fikrini dəyişdi.

Heç kim yazıq balamın niyə öldüyünü bilmədi.

Xoşbəxt sözünə bir qədər ara verib yenidən davam etdi. Mən isə hər kəsin yanında saxda göz yaşları tökür, təklikdə isə gözləri görmədiyi üçün zərrə qədər də sevmədiyim övladımdan birdəfəlik canımı qurtardığım üçün sevinirdim. -Yerə-göyə sığmayan bu sevincimin üç ay sonra böyüyük bir facə ilə nəticələnəcəyini bilmədən, oğlum və ərimlə birgə heç bir şey olmamış kimi həyatıma davam edirdim. Ta ki 31 marta qədər. Həmin gün ermənilər Kəlbəcərə hücum etdilər. Onda bir il idi ki, Xocalı qətliamı baş vermişdi., neçə-neçə günahsız insan xüsusi amansızlıqla öldürülmüş, doğulub böyüdüyü dədə-baba torpağından, minbir əziyyətlə qurub yaratdığı yurd-yuvasından bircə gecənin içində pərən-pərən salınmışdı.biz, də tarixdə hələ misli görünməmiş bu faciənin bizimdə başımıza gətiriləcəyini bildiyimiz üçün məcburi kəndi tərk etməyi qərara aldıq. Mən artıq altı aylıq olan oğlumu sarı ipək yorğana büküb qucağıma aldıkdan sonra ərim və qayınanamla birgə, evdən çıxaraq kənd məkdəbinin qarşısında gözləyən avtobusun yanına gəldik. Ora çatanda isə dörd tərəfdən mühasirəyə düşdük. -Qana susamış cəlladlar qoca, cavan, qadın, uşaq demədən hamımıza atəş açmağa başladılar. -Kimi güllə bədəninə dəyən təki olduğu yerdəcə yıxılıb qalır, kimisə artıq dəlmə-deşik olmuş hündür ağacların və avtobusun arxasında gizlənərək özünü qorumağa çalışırdı. -Amma təəsüf ki, bu heç cür mümkün Olmurdu. -Düşmən bizə göz açmağa aman vermir, dayanmadan üstümüzə güllə yağdırırdı. -Həmin an başqa bir tük ürpədici hadisənində şahidi oldum. -Yerdə topa -topa qan gölməçələri yaranmışdı. Erməni əsgərləri həmin qanı suyla qarışdırıb yaralılara içirrirdilər. O gün bütün ailə üzvlərimi gözlərimin qarşısında vəhşicəsinə öldürdülər. Mən isə sağ qalan digər insanlara qoşularaq arxama belə baxmadan qaçmağa başladım. Yolda mənə və qucağımdakı yorğana baxıb gülən bir neçə erməni əsgəri ilə qarşılaşdım. Bir an əvvəl qaçıb canımı qurtarmaq istədiyim üçün buna o qədər də əhəmiyyət vermədim. Axır ki, çətinliklə də olsa, Murov dağını aşıb əsgərlərimiz olan tərəfə keçdik. Hamı kimi mən də sağ qaldığıma sevinirdim. Vaxt itirmədən oğlumu büküb qucağımda bərk-bərk tutduğum sarı ipək yorğanı yerə qoyub arasını açdım və o an indiyə qədər də unuda bilmədiyim dəhşətli bir vəziyyətlə qarşılaşdım. Uşaq yorğanın arasında yox idi. Sonra olanları isə xatırlamıram. Gözlərimi Bakıda xəstəxanaların birində açdım. Saçlarım bircə günün içində tamam ağarmışdı. O gündən bütün ömrüm “ruhi əsəb” dispanserində müalicə almaqla keçdi. Uşağı harada, nə vaxt itirdim bilmirəm, amma bildiyim iki şey var: birincisi, bunun günahımıncəzası olduğu bəli, mən allahın yaratdığı bir insanın yaşamaq haqqını əlindən aldım allahda məni bu çür cəzalandırdı. ; ikincisi, isə bu günahıma görə nə qədər ; vicdan əzabı çəkdiyimi. -Bunu bilin ki, bir insan üçün viçdan əzabı qanunun verəcəyi ən ağır cəzadan daha ağırdır.
-Xoşbəxt xala,- Xoşbəxtin danışıb qurtardığını görən Aytən sakit səslə müraciət etdi,- mən hər dəfə sənə baxanda gözlərinin dərinliyində anlaşılmaz 1 kədər görürdüm. Səbəbini soruşmaq istəsəm də ürək eləmir, bunu sənin kimsəsizliyinilə əlagələndirirdim. Sən demə, səbəb təkcə bu deyilmiş.
-Hə, qızım, hə – Xoşbəxt başını asda-asda tərpətdi.
Bir neçə saat keçdi. Axşam saatları idi. Reabilitasiya mərkəzində sakitlik hökm sürürdü. Zeynəb fikirli halda otağındauzanmışdı. O, hələ də gündüz eşitdiklərinin təsirindən çıxmağa çalışır, bir ananın sırf məhdudyyətli olaraq dünyaya gəldiyi üçün günahsız övladına qıyacaq qədər caniləşdiyinə heç cür inana bilmirdi, lakin qızcığaz bircə anlıq onu cismən öldürməsədə , 25 il ərzində məənən və ruhən öldürməyə çalışan valdeyinlərinin özünə qarşı etdiyi haqqsızlıqları düşünəndə nə qədər acı olsada bunun ola biləcəyini anladı. telefonunun bildiriş səsi onu müfəqqətidə olsa daldığı bu neqativ düşüncələrdən ayırdı.. Zeynəb telefonu əlinə götürdü. Ona Aytəndən yazılı vahatsapp mesajı gəlmişdi.qız səsli asistantım köməyi ilə mesajı oxumağa başladı: “salam, Zeynəb, bilirsən, nə olub? Bayaq Natəvan zəng vurmuşdu. Xoşbəxt xala bizdən 2 saat sonra, ölüb.Allah rəhmət eləsin!” Zeynəb mesaja cavab yazıb telefonu yerinə qoydu.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nurlanə Cərullaqızının hekayəsi

Solmaz

(hekayə)

Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraitilə əlaqədar məkdəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səsizliyə qərq olmuşdu. .
Nülufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, on dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü.
Solmaz Nülufərin üç övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nülufər övladlarını restoranda aşpaz işləyərək böyüdürdü. Uşaqların ən böyüyü Solmaz sinif əlaçısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nülufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa, sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nülufər qızını möhkəm döymüş, işə gedəndə isə bunları demişdi: “mən qayıdana qədər özünü öldür”. Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıqları binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədəndə olsa qızının ölümünə səbəb olan bu qadın yeddi ay idi ki, hər gün qızının məzarına gəlirdi.
-Allahım, məni bağışla- deyə Nülufər əllərini açıb yalvarmağa başladı,- övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca rəbbim, haqq-hesab günü gələndə qızımı yox, məni hesaba çək.
Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi:
-Sən də məni bağışla, qızım, sənin adını “Solmaz” qoyan da mən oldum, səni solduranda. Dünyaya gəlməyinnə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımım olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm.Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım.
Nülufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra necə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru