Etiket arxivi: Kifayət Kərimqızı

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

KİFAYƏT KƏRİMQIZININ ŞEİRLƏRİ

Bir ovuc torpaq

Bir ovuç torpağı götürdüm ələ,
Ayrılıq sözünü gətirdim dilə.
Özüm bilə-bilə sıxdım əlimi,
Yenidən torpağı buraxdım yerə.
Çırpınan ürək tək o gəldi mənə,
Kimləri udmusan, ey qara torpaq?
Əzizi-xələfi salmısan uzaq,
Sənin qucağında, de, kimlər yatır?
Şah ilə nökərə sən fərq qoymadın,
Burda sən onları heç ayırmadın.
Hər biri olubdur bir ovuç torpaq —
Bunun üçün, ey insan, vuruşmaq nahaq.
O bizim heç zaman olmayacaqdı,
Onun üçün vuruşan uyuyacaqdır,
Bir ovuç torpaq olana qədər,
Bu dünya viranə qalana qədər.
De, kimlərə dərman olubdu səndən,
Göz yaşı axıdıb töksə sinədən?
Bir yazıq ananın, bax, naləsindən
Yoğrulub qaraya boyanan torpaq —
Bəlkə də fəryaddan oyanan torpaq.

Yaz yağışı

Dünən yağış yağırdı —
Sevimli yaz yağışı.
Bu yağış isladırdı,
Saf sevgini, baxışı.
Ürəklərə yağaydı —
Kaş ki, bu yaz yağışı
İsladaydı qəlbimdə
Olan gözəl naxışı.
Bu naxış xatirədir,
Yaz yağışından qalıb.
Sular göydən düşdükcə,
İnan, qəlbim üşüyür.
O torpağa düşəndə
Gözəl qoxu bürüyür.
Yaz yağışı, bir dayan —
Ürəyimdə nisgil var.
Göydən düşən damcılar
Xəyalları da yuyar.
Yağ, aramla sən yağ ki,
Dərin xəyala dalım,
Gözlərimi yumaraq
Xatirələrə dalım…
Qoy küləklər gətirsin
Cavanlığın ətrini,
Bu qış ömrümə yağ ki,
Bəlkə baharım gələ…

Mən dünyanı uduzmağa gəlmişəm

Mən dünyanı uduzmağa gəlmişəm,
Payız fəsli ağlayaraq gəlmişəm.
Bu gəlişlə sevincləri silmişəm,
Bu dünyaya uduzmağa gəlmişəm.
Mən sevgidə gözlərimi silmişəm,
Ürəyimin səsini dinləmişəm.
Həqiqətin kor gözümlə görmüşəm,
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Anlamırdım həyat belə qısadır,
Gənclik ömrü yanmaq üçün puçadır,
Nakam sevgi ömür təki qısadır,
Ömrü boyu heç olmağa gəlmişəm.
Mən dünyaya uduzmağa gəlmişəm.
Bu dünyaya uduzan kim, udan kim,
Fərəhindən qanadlanıb uçan kim,
Mənim kimi röyalarda yatan kim,
Zər də tutub oyunlara baxan kim,
Həyatı ilə razılaşıb qalan kim,
Arzusuna, niyyətinə çatan kim,
Mən kimi xəyallarda qalan kim,
Mən dünyada uduzmağa gəlmişəm.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Kifayət Kərimqızının şeirləri

Pul
Sözünün mənasını mənalı edəndir bu pul,
Dəsmalı ələ alıb, hər yanı siləndi bu pul.
Yalanı həqiqət tək başa salandı bu pul,
Mollanın sözü budur: “Tütəyi çalandır bu pul”.
Çox böyük qüdrəti var bu kağızın,
Yumacaq düz danışan bəndəsinin ağızın.
Ananı yad edəcək can dediyi balasına,
Pul olsa and içəcək pullu olan balasına.
Geyimi bilməyənə, danışıb gülməyənə,
Acını dinləyənə dərmandır bu pul,
Ölümə fərmandır bu pul.

Bir ovuç torpaq
Bir ovuç torpağı götürdüm ələ,
Ayrılıq sözünü gətirdim dilə.
Özüm bilə-bilə sıxdım əlimi,
Yenidən torpağı buraxdım yerə.
Çırpınan ürək tək o gəldi mənə,
Kimləri udmusan, ey qara torpaq?
Əzizi-xələfi salmısan uzaq,
Sənin qucağında, de, kimlər yatır?
Şah ilə nökərə sən fərq qoymadın,
Burda sən onları heç ayırmadın.
Hər biri olubdur bir ovuç torpaq —
Bunun üçün, ey insan, vuruşmaq nahaq.
O bizim heç zaman olmayacaqdı,
Onun üçün vuruşan uyuyacaqdır,
Bir ovuç torpaq olana qədər,
Bu dünya viranə qalana qədər.
De, kimlərə dərman olubdu səndən,
Göz yaşı axıdıb töksə sinədən?
Bir yazıq ananın, bax, nalesindən
Yoğrulub qaraya boyanan torpaq —
Bəlkə də fəryaddan oyanan torpaq.


Ana
Övlad səni saymırsa, burax onu Xudaya,
Bir gün sənə baxmayan, övlad düşər bəlaya.
Ana övlad böyüdür, həyatından pay verir,
Gecəni gündüz bilir, övlad onu saymayır.
Əgər övlad saymırsa, əllərin iş tutmursa,
Yer arala, gir ora, möhtac olma nadana.
Bil ey övlad, bu dünyada cənnətində anadır,
Cəhənnəmin – ananın böyütdüyü nakəs baladır.
Siz dəyər verin ona, nə qədər ki, sağdır,
Sonrakı göz yaşının, bil ki, yeri məzardır.
Nə qədər ağlasan da, anan onu heç duymaz,
Sən peşman olarsan, ruhu səni buraxmaz.
Qocalanda analar, uşaq tək kövrək olur,
Gözləri yolda qalır, böyütdüyü balaya.
Bil ki, o möhtac qalır…


Daşlar
Daşlar balalayır, onlar canlıdır,
Daşlara ad qoyan uca Tanrıdır.
Kiminə “fələyin daşıdır” – deyir,
Kiminə “qəlbinin başıdır” – deyir.
Kimisi bir igid nişanəsidir,
Kimə doğma olur ana tək sənə,
Çünki anan yatır daş olan yerdə.
Kimi sərkərdədir, əli qılınclı,
Kimi şair olur, ürəyi sözlü.
Ayağın altında qoyduğun daşın —
Niyə doğmalaşır sənə cahanda?
Daş olub baxırlar sən baxan kimi…
Bir gün daş olacaq — biz də, çox heyif…
Düşünən beynimiz, vuran qəlbimiz,
Bəzən kədərindən donan qəlbimiz,
Daş olub baxacaq həyata daşdan.
Balalayan daşın balası dönüb
Xatirə qalacaq — bax həmən andan.


Qar
Hanı bəyaz qarım, səndə ədalət?
Bir isti nəfəslə əriyəcəksən.
Soyuq kəpənək tək üçüb havada,
Hər yeri bəyaza çevirəcəksən.
Göylərdən gələrək düşüb ovucuma,
Əzizləsəm, su olacaqsan.
Bəzi insanlar tək yox olacaqsan.
Uzaqdan baxıram sənə doyunca,
Gözəl görünürsən uzaqdan məncə.
Yaxından, tozundan su olacaqsan,
Sən mənim əlimi donduracaqsan.
Sən yağanda bir il keçir ömürdən,
İnan mənə, nələr keçir könlümdən.
Deyirəm ki, bu qar bizə göylərdən
Bəlkə də böyük sevinc gətirər,
Arzumuza bax, həyata keçirilər.

Çiçək bazarı
Gör nə qədər çiçək bazarı var,
Orda sevgi üçün güllər satırlar.
Satılan güllər – sarı, çəhrayı,
Hər gülün qəlbində bir sevgi payı.
Niyə axı olub, bax, fevral ayı?
Qoy olsun sevginin ayı baharda.
Ağaclar gül açar həm o anda,
Hədiyyə almayan qadın cahanda,
Çiçəyini ağac çiçək açır baharda.
Sıxılan ürəyi, boş olan əli,
Nəvaçişə möhtac qalan telləri,
Qəmdən, həsrətdən dolan gözləri —
Bahar nəfəsi ilə isitsin o an,
Hədiyyəsi versin Böyük Yaradan.


Gecə ölsəm, bağışla
Gecə ölsəm, bağışla, vidalaşa bilmədim,
Mən kədərli anamın, gözlərini silmədim.
Gecə ölsəm, bağışla, telini oxşamadım,
Sizinlə vidalaşıb, halalığını almadım.
Qəbrimə çiçək gətir — mən çiçək dəlisiyəm,
Onu qoxlamasam da, əllə oxşamasam da,
Ruhum onu hiss edər, qəbrimdən gedən kədər.
Bu həyatda ədalət olmayıbdır, bil, inan,
Doğman qalır bir yana, həsrət çəkirsən yadın.
Kürək ətrin gətirir, hiss edirsən yanında,
İnan ki, ayrılıq var doğmanında, yadında —
Bu həsrətdən, hicrandan ayrılacaq canında.

İnci çiçəyim
Sən Tanrının payısan,
Günəşisən, ayısan,
İnci çiçəyim məni.
Nənənin sevincisən,
Nəvədə birincisən,
Çiçəkdəndə incəsən,
Həyatıma sevincsən,
İncidəndə gözəlsən,
Deyirəm ki, özəlsən,
İnci çiçəyim məni.
Nənən qurban adına,
Tanrı çatsın dadına,
Böyüyüb əl tutarsan,
Qohumuna yadına.
Sən nənənin nəvəsi,
Ürəyinin həvəsi,
Həsrət çəkən hərkəsi,
Olsun sən tək nəvəsi.
Dənizdə mirvarisən,
Bağçalarda çiçəksən,
İnci necə qəşəngsən?
Sən nənəyə gərəksən,
Şirinsən nabat kimi,
Sevimli bir dad kimi.

İlahi
Söylədiyim ilahi: niyə, nə üçün?
Ayrılıq yaratdın sən bizim üçün.
Sualım cavabsız qalsada mənim,
Xəyalıma gəldi ilk gözlərim.
Kiprikləri verib bizə yaradan,
Onlarda qovuşmur hər saat, hər an.
Gözümüzü yumub getsək yuxuya,
Kipriklər qovuşur bax həmin anda.
Onlar qovuşurlar yalnız gecədə,
İnsan yatan zaman cismi tək qalır,
Ruhu bədənindən bax uzaqlaşır,
İnsan varlığını yaradan zaman,
Ayrılıq olubdur birinci plan.
Ruhdan, cinsdən olsada insan,
Onlar ayrılırsalar, olarsan viran!
Mənasız əşya tək səni sayarlar,
Səndə soruşmadan məzar qazarlar.
Bəyəm torpağı ayırıb yerdən,
Bizə nəfəs verib o, sevgisindən.
Sonrada ayırıb bizi yanından,
Əzablı dünyaya atdı yaradan.
Bax burdan başladı ayrılıq sözü,
Nifrət edirəm bax, bax sözün düzünü.

Ana
Dahidir Ana, bax şahdır Ana,
Dünyaya can verən Allahdır Ana.
O yanır zülməti göstərmək üçün,
O yanır körpəsini isitmək üçün.
Gül deyil, güllərdən o ətirlidir,
Günəşdən aydan da biraz fərqlidir.
Günəş isitsəndə səni uzaqdan,
Ana isidəcək bax səni candan.
Qaranlıq gecədə zülmət içində,
Ana qucağınını açacaq sənə.
Bir ömür bax, ana yanacaq sənə.
Bəlkə də Allahın özüdür ana,
Bəlkə də həqiqət sözüdür ana.
Yaratmış dünyanın öz nəfəsi ilə,
O lay-lay demişdi ürək səsi ilə.
Sevgiylə yaratmış hər bir telini,
Doqquz ay daşımış ağır yükünü.
Sev ey insan oğlu ananı, sev ki,
Ana sevgisinə cənnət verilər.

Yuxuların sirri
Yuxuları bizə verdin ilahi,
Yorğunluqdan rahatlanan yuxular.
Sirrlər dolu boğça olub qalıbdır,
Aylardan xəyal olan yuxular.
Yüz alimin gücü çatmaz sirrinə,
Düzəltsədə atom kimi vəlvələ.
Yeri göyü qarışdırsa əlimlə,
Gücü çatmır yuxuların sirrinə.
Bəzi yuxularda xoşbəxt oluruq,
Bəzi yuxularda gül tək soluruq.
Bəzi yuxularda tənha qalırıq,
Bəzəndə vüsala qonaq oluruq.
Ayrılanda yenə tənha qalırıq.
Bəlkə də yuxudur həyatın özü,
Həyatdan baş açmır insan bax düzü.
Yuxuda xoşbəxt olubsa düzü,
Ayrılmaq istəməz bax sözün düzü.
Bu nə sirrdir ruhun çıxır cismindən,
Bir toxunuşa o qayıdır yenidən.
Yuxuları mənə verən gecədən,
Qara olub xəlvət saxlar sirrini.
Ey İlahi, söylə yuxuların sirrini,
Sirr saxladın həqiqətin özünü.
Bizə söylə yuxuların sirrini,
Yata bilmir dərdi olan analar,
Yata bilmir yarə həsrət qalanlar,
Yata bilmir bu dünyada haramlar.
Ey İlahi, sən saxlama yuxuların sirrini,
Bizə söylə yuxuların sirrini.

Gözlərin dili
Gözlərin ağlayır, gözlərin gülür,
Bir süzgün baxışla sözünü deyir.
Qaçıra bilməzsən baxışlarını,
Mən orda görürəm səni özünü,
Düzəltmək istəsən hər bir sözünü.
Baxışlar olur qəlbin aynası,
Aynada görürəm mən həqiqəti,
Gizli saxladığım bütün sirrləri,
Mən orda görürəm necə sevirsən,
Mən orda görürəm nifrət edirsən.
İlahi, bu gözlər bəlkə fəryaddır,
Orda sular axır bulaqlar kimi.
Bir baxış qəlbini isitsə gülüm,
Bu acı hisslərlə kövrələr həmən,
Yaşlar açacaqdır həmən gözlərdə,
Sevinsin ürəyin, sevinsin qəlbin.
Onda sevinəcəyək səni gözlərin,
Baxışlar bax həmən dəyişəcəkdir,
Sevgidən, sevincdən kövrələcəkdir,
Bəlkə də gözlərin bax biləcəkdir:
“İlahi necə də hikmət yaradıb,
Baxışla dünyanı yıxıb, talayıb!”.
Daxili dünyanın bax o səsidir,
Hər qəlbin mənası döyülməsidir.

Sahibsiz küçük
Gözlərini açmayıbdır bu sahibsiz küçük,
Güllələnib anası, harda alsın qidasını.
Ey insanlar, canlıdır, nə olar ki dili yoxdur,
Öldürməyin heyvanları, bu dünyada yerdə çoxdur.
Bir parça çörək verin, əzizləyin siz onları,
Siz vurursunuz anaları, cingildəyir balaları.
Yetim qalır bu əzablı dünya üçün,
Göz açmayır, zingildəyir, imdat dilər.
Anasını vuranlarda bir parça çörək umar,
Siz qoymayın heyvanlara, onlarında duyğusu var.
Yetim qalan kiçiklərin qarğışı var,
Qururlanıb arxalanıb, bax, böyüyüb qaçması var.
Siz qırmayın heyvanlara, sahib durun siz onlara,
Güllələnən sahibsizlər sizə yiyə durmadılar.
Bir parça çörək nədir onu sizə qıymadılar.



Mən dünyanı uduzmağa gəlmişəm
Mən dünyanı uduzmağa gəlmişəm,
Payız fəsli ağlayaraq gəlmişəm.
Bu gəlişlə sevincləri silmişəm,
Bu dünyaya uduzmağa gəlmişəm.
Mən sevgidə gözlərimi silmişəm,
Ürəyimi səsini dinləmişəm.
Həqiqətin kor gözümlə görmüşəm,
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Anlamırdım həyat belə qısadır,
Gənclik ömrü yanmaq üçün puçadır,
Nakam sevgi ömür təki qısadır,
Ömrü boyu heç olmağa gəlmişəm.
Mən bu dünyaya uduzmağa gəlmişəm.
Bu dünyaya uduzan kim, udan kim,
Fərəhindən qanadlanıb uçan kim,
Mənim kimi röyalarda yatan kim,
Zər də tutub oyunlara baxan kim,
Həyatı ilə razılaşıb qalan kim,
Arzusuna, niyyətinə çatan kim,
Mən kimi xəyallarda qalan kim,
Mən dünyada uduzmağa gəlmişəm.



Bir eşqə inanıram
Qalan məncə yalan olar,
Bir ürəyin düşündüyü,
İkinci eşq ziyan olar.
Mən bir eşqə inanıram,
O gecədə səhər olar.
Mən bir eşqə inanıram,
Ayrılıq zəhər olar.
Sev sən onu pərvanələr yanan kimi,
Sev sən onu yaddaşlarda qalan kimi,
Punhan – punhan sev sən onu,
Aşkar etsən viran olar.
Sev sən onu, qoyma onu kimsə duyar,
Gözəlliyi bu dünyada bəyan olar.
Sev sən onu nəfəs kimi,
Sev sən onu eşqdə olan həvəs kimi.
Aşkar sevmə, xəlvət sev,
Xəlvət sevgi daima olar.
Aşkar sevmə, yad baxışlar
Tufan qopar, viran qoyar.


⁎⁎⁎

Bir dəryadır su dolusu
Bir dəryadır su dolusu,
Bir ürəkdir eşq qoxusu.
Düşünməyir bax çoxusu,
Gəlib gedər eşqin odu.
Buxarlanar sular kimi,
Boş qalar çalarlar kimi.
Boş da qalsa bir gün ürək,
Bil “Yad olar onu sevmək”.
Sındırılmayın ürəkləri, ahu tutar,
Anasında ayrı düşən quzu təki.
O mələyə fəryad edər, bu acını özü duyar,
Yaraları közdə qoyar.
Sındırılmayın ürəkləri, o yaranıb hökm ilə,
Möhür qoyur Allah əllə.
Siz çalışın ey insanlar, canlılara can deyərsiniz,
Özünüzü sevdirərsiniz.
Məğrur duran bir insanı,
Qürurunu əymiyəsiz.



Yamayacam ömrümü
Ömür keçdi, inan, bir an qurtardı,
Yamaq tapıb yamayacam ömrümü.
Heyf oldu, saman kimi sovruldu,
Köhnə sapla toxuyacam ömrümü.
Kifayətəm ürəyimdə ahü-zar,
Bu dünyadan baş götürüb bax qaçar.
Heyf olar, ömür bir anda solar,
Yamaq tapıb yamayacam ömrümü.
Mən yaşadım cəza dolu dünyada,
Bilirəm ki, qurtarıbdır bax daha.
Arzulara çatmasam da dünyada,
Yamaq tapıb yamayacam ömrümü.
Uzatdıqca uzadacam ömrümü,
Bəlkə çataram arzuma, kamıma.
Adam üçün cəza dolu dünyada,
Heyf oldu, mən qədrini bilmədim,
Köhnə sapla toxuyacam ömrümü,
Yamaq tapıb yamayacam ömrümü



Heyf oldu
İnsan oğlu, pul yığdı, torpaq alaq,
Torpaq onu pulsuz aldı, heyf oldu.
Səhər durdu, gecə yatdı, dayanmadan,
Bax ac qaldı, sərvət yığdı — kimə qalan?
İnan, heç nə deyil sənin, ey insan,
Kəfən geyin, yoxdur payın bu cahanda.
Kəfənin də cibi yoxdur, hər şey qalır,
Torpaq səndən canını da pulsuz alır.
Bil ey insan, qalmaq olmaz qismətdən,
Pul istəməz, alar canı qəflətən.
Heyf olsun, çəkdiyin onca zəhmət,
Sonunda sənsiz qalır hər bir sərvət.



Sənsiz danışsam – bağışla məni
Sənin barəndə sənsiz danışsam –
Bağışla məni.
Deməli, ölüm tapıbdır səni!
Mən saçından danışsam, gözündən danışsam,
Hər bir sözündən danışsam –
Bağışla məni.
Onda mən söyərəm acı fərəyi!
Birlikdə gəzdiyim çəmən heç solmaz,
Yayı düşünürəm? Yay sənsiz olmaz.
Sənin verdiyin güllərdə solmaz –
O, mənim qəlbimin xatirəsidir,
Sənsiz ötən günlər ah-nalə səsidir.
Bir gün səndən danışsam sən olmayanda,
Gözlərim boşluqda rəsmini görər,
Ətrini, qoxunu küləklər verər.
Bir gün səndən sənsiz danışsam, gülüm,
Canımdan can ayrılar, olmaz heç halım.
Qoy mən yaradana çoxlu yalvarım —
Sən danışarsan, mən olmayanda,
Səndən əvvəl dünyada vidalaşanda…



Toz basmış şəkillər

Toz basmış şəkillər bir xatirədir,
Onları siləndə əlim titrədi.
Bəlkə də bu şəkil sənli günlərdi,
Hədər ölüb keçən, bil ki, illərdir.
Acılı-şirinli günlər yaşadıq,
Bəlkə də dərd yükün bir daşıdıq.
Xatirə qalan tozlu şəkillər —
Onların içində bir yaşadıq.
Heyif olub keçən gənclik illəri,
Düşünənin əsir qalan əlləri.
Şəkildə görürsən keçən günləri,
Vərəq parçası da bir xatirədi.
Dondurub həyatın şirin anını,
Bir zaman xoşbəxt olan qadını…
Əllərində qalan, bil, xatirədir —
Toz basmış şəkillər bir nişanədir.
Düşünmə ki, bax, əbədidi…
Toz basmış şəkillər bir nişanədir.


Vidalaşan insan
Yaş üstə yaş gəlir, müdrik olursan,
Bəlkə də, ey insan, uşaqlaşırsan.
Keçmiş günlərini yada salırsan,
Ey insan oğlu, vidalaşırsan.
Əlindən alınır qırğı baxışın,
Əlindən alınır bax yaraşığın.
Durmaq istəyəndə bil ki, ayağa —
Əlinə alırsan sən dəmir əsa.
Budur ədalətin qoca dünyanın,
Puç olub gedəcək bütün xəyalın.
Sevgidə, yaddaşda gedəcək səndən,
Qəlbinə soyuqluq hopacaq qəmdən.



Bu dünyaya salam var
O dünyada bu dünyaya salam var,
Söyləyirlər: “Bu dünyada qalan var?”
Ayaq açıb yerisə də yalanlar,
Həqiqətə inanmayır insanlar.
Yalan olur hər bir an,
Həqiqətə inanın, ey insanlar!
Bilməliyik, yaşayırıq ümidlə,
Başımız bax dəysə əhlətə —
Həmən anda duyacağıq: yalandır,
Bu dünyada insan oğlu mehmandır.
Kifayətəm, mən yaşaram həvəslə,
Düşünmürəm, nəfəsim bax kəsilər.
Əllərimdə bu dünyada üzülər…
Həqiqətin bax, gözünün içinə —
Söyləyərək, yalan olar bu dünya,
İnsan oğlu mehman olar, bil dünya.



Yaz yağışı
Dünən yağış yağırdı —
Demək ki, yaz yağışı.
Bu yağış isladırdı,
Saf sevgini, baxışı.
Ürəklərə yağardı —
Kaş ki, bu yaz yağışı
İsladardı qəlbimdə
Olan gözəl naxışı.
Bu naxış xatirədir,
Yaz yağışından qalıb.
Sular göydən düşdükcə,
İnan, qəlbin üşüyür.
O torpağa düşəndə
Gözəl qoxu bürüyür.
Yaz yağışı, bir dayan —
Ürəyimdə niskin var.
Səndə olan damcılar
Xəyalları da yuyar.
Yağ aramla sən yağ ki,
Dərin xəyala dalım,
Gözlərimi yumaraq
İlişim, qalım…
Külək gətirsin ətrini —
Cavanlığını, qoxusunu.
Bax, möhkəm yağsan sən,
Qopardarsan çoxusunu.



Yamaq tapıb yamayacam ömrümü
Ömür keçdi, inan, bir an qurtardı,
Yamaq tapıb yamayacam ömrümü.
Heyf oldu, saman kimi sovururdu,
Köhnə sapla toxuyacam ömrümü.
Kifayətəm, ürəyimdə ahü-zar,
Bu dünyadan baş götürüb bax, qaçar.
Heyf olar, ömür bir anda solar,
Yamaq tapıb yamayacam ömrümü.
Mən yaşadım cəza olan dünyada,
Bilirəm ki, qurtarıbdır bax daha.
Arzulara çatmasam da dünyada,
Yamaq tapıb yamayacam ömrümü.
Uzadıqca uzadacam ömrümü,
Bəlkə çatam mən arzuya, mən kama.
Rahat olan adam üçün —
Cəza olan dünyada heyf oldu…
Mən qədrini bilmədim,
Köhnə sapla toxuyacam ömrümü,
Yamaq tapıb yamayacam ömrümü.


Kifayətəm bu dünyaya gəlmişəm
Kifayətəm, bu dünyaya gəlmişəm,
Etibarsız olduğumu bilmişəm.
Bəs nə üçün dünyaya gəlmişəm?
O fırlanır, dayanmayır bir anda,
Fırlandıqca zəif düşər çuxura.
Ədalətin harda qaldı, ey dünya?
Zəifləri bir quyuya sal, ey dünya.
Yıxılana gülən səndə görmüşəm,
Qara saça bəyazlanan görmüşəm.
Ədalətsiz olduğunu bilmişəm —
Söylə mənə, sənə niyə gəlmişəm?
Yaşadıqca dərs verirsən bədənə,
Səndə olub cavabsız fəlsəfə.
Bəs nə üçün dərs verdiyin bədənə,
Sonunda da ağılın əldə alırsan?
Əsən əllər, qəmli gözlər verirsən,
Kifayətin bağrı qandı əlindən,
Nələr çəkmiş səndən olan elmdən…



Torpaq pulsuz alır
İnsan oğlu, pul topladı:
“Torpaq alaq!”
Torpaq onu pulsuz aldı…
Səhər durdu, gecə yatdı,
Bax — ac qaldı,
Dövlət yığdı —
Kimə qaldı?
“Sağ ol!” — dedi ona övlad, ya kainat?
Yaratmısan sən bir cahan,
Villa, filan…
Sənə qalan — qalan,
Acı olan —
Qoyduğun o dövlətindir.
Sənin olan —
Sənsiz qalan sərvətindir.
İnan, heç nə deyil sənin,
Kəfən geyin —
Odur sənin bu dünyada olan payın.
Kəfənin də cibi yoxdur,
Qalır burda.
Məzarlıqda pulsuz alır
Canı səndən.
Bil, ey insan —
Qalmaq olmaz bil qədərdən.
Pul vermədən alır canı
Torpaq səndən…
Heyf olur əziyyətindən.



Böyük məkana yol
Ruhumu, cismimdən çıxaran Tanrım,
Yolum hara olsa, söylə də bilim.
Ruhlar aləminə gedən yol varsa,
De, Tanrım, mən onu indi də görüm.
Cismimi mənasız edən bu ruhum,
Bir də vidalaşıb gedəcək burdan.
Yerdən vidalaşıb gedəcək hara?
Həsrət qalacam mən bu dünyaya, ya ora?
Kimlər gözləyəcək, kimlər orada?
Doğmanı, yaxını qoyub gedəcəm,
Ruh olan böyük məkana…
Əl etsəm əlimi, görməyəcəklər,
Kifayət olduğumu biləcəklər.



Ürəyə üsyan
Sinəmdə ağrı yeri göründü.
Ürəyimi qoparmağa çalışdım,
Tutub onu yerindən,
Bu bədəndən ayırmağa çalışdım.
Bax, ey ürək! Sən düşünən beynimi,
Bu gözlərin ahını çox almısan.
Xəyal qurub, təsəlli də tapmısan,
Bax, sonunda uçuruma aparmısan.
Sən bilirsən: saçlar tumar xoşlayır,
Sən bilirsən: isti nəfəs telləri oxşayır.
Dayan, ürək! Qoparacağam yerindən,
Rüzgar səni aparacaq əlimdən.
Bir daş olub düşəcəksən dərəyə,
Bax, o zaman aldatmağın baha gələcək sənə.
Kifayətdir! Haqqıma çox girmisən,
Təsəlli ilə, xəyal ilə həyatımı məhv etmisən.


⁎⁎⁎

Daşların arasında güllər görünür,
Gözlərin qarasında yaş da süzülür.
Ömürdən bir gördük – günlər də keçir,
Vəfasız ürəkdə yaman tələsir.
Yaş üstə yaş gəlir, bax, hədər olur,
Ömür ötüb keçir, bil, kədər olur.
Kifayət, görəsən nə qədər olur –
Qismətində olan bu ömür payı?
Görəsən nə qədər, neçədir sayı?
Ömrümə yazılan bu ömür payı –
Mən günəş deyiləm hər səhər doğan.
Yüz illər keçsə də, mən şəfəq saçan –
Mən adi insanam, adi bir qulam,
Bu gün varamsa da, bax, sabah yoxam…
Yaddaşda qalacam qısa bir zaman,
Biz – gəlib-gedərik dünyada, yalan.



Yay bitir, ömür gedir
Yay qurtarır, ömür gedir,
Durnalar da köçüb gedir.
Yay fəsili sona yetir,
Bir də ömür dönməz geri.
Gedən gedir — hədər olur,
Qocalırıq, baxış solur.
Hər bir gülüş kədər olur,
Ürək susur, dodaq durur.
Yay bitir, dönəcəkmi?
Gələn yayı Kifayət görəcəkmi?
Payız gəlir, hava sərin,
Fəsillərin də var dərdin.
Pıçıldaşır yarpaq, budaq,
Uçur durna, susur qulaq.
İnan — dərdli ayrılıqdan
Söhbət açır bu sakit an.
Ömür keçir, tərk edirik
Gündəliklə gün silirik.
Sayırıq biz həftəmizi,
Unuduruq ömrümüzü.
Bilməliyik qismətimiz
Neçə yaydır, neçə bahar…
Zövq almırıq bu andan,
Gedən gündən, ölən bahar…



Sinif yoldaşlarım
Kimin görüşünə gəlmişəm, Allah,
Ağarmış saçımla, yorğun halımla?
Uşaq sinifin dostları, can yoldaşlarım,
Ay mənim sınıf dostlarım…

Siz bir xatirəsiniz — yazılmamış
Hoş günlərdən qalan xatirə.
Atalı‑anali olan xatirə,
Necə xoşbəxt idik sizlə o günlərdə,
Bilmirdik dünyada kədər var, qəm var.

Dünyanın yükü, tək bir ağırlığı var,
Hər sinfə yığılırdıq biz —
Günün bitməsinə çox tələsirdik,
Bəlkə də qovurduq ayları, illəri…
Bax, keçirdi uşaqlıq günləri.

İndi yaşa dolur bax ömür keçir,
Ömür günlərini kotan tək bitir.
“Əlvida” deməklə qəlbimdən keçir,
Ay mənim can dostlarım, sınıf yoldaşlarım…

İndi görüşürük, indidir qismət,
Az qalmış ömrümdə əsmək,
Az qalmış ömürünü bilmək.
Siz mənə əzizsiniz, əziz dostlarım,
Ay mənim sınıf yoldaşlarım.

DÜNYANI DƏYİŞSƏN BİLKİ, EY İNSAN
Dünyanı dəyişsən bilki, ey insan,
Ruhunda, cismində viran olacaq.
Səndən ayrılıb bax son kərə
Bu yerdə, məkanda qonaq olacaq!
Bəlkə də fəlakət onda sonradır,
Bəlkə də xoşbəxtlik torpağın qucağındadır.
Təklikdə Allahın ocağındadır,
Özünə bax, şərik seçməyibdir O.
Günahlarla dolu olan dünyada,
Bax, yalanlarla dolu olan dünyada,
Təklikdən gülləri solan dünyada,
Düşünmə xoşbəxt olacaqsan sən.
Tənha yaranmısan, tənha qalacaqsan,
Yuxulu, yalançı olan dünyada,
Birkərə yuxuya dalan dünyada.


⁎⁎⁎

Dünya birdən-birə gözəlləşdi gözündə,
Fərəh doldu üzümə,
Allah qoy çox görməsin
Bu sevinci, bax, mənə.
İnci məktəbə gedir,
Yolların açıq olsun,
Sevgi baş tacı olsun.
Sən nübarsan, bəhrəsən,
Balaca bir pöhrəsən.
Ay gözümün işığı,
Nənənin ilk nəvəsi,
Həm arzusu, həvəsi.
Sular tökürəm dalınca,
Qoy aydınlıq gətirsin,
Bax, arzuna yetirsin.

Müəllif: Kifayət Kərimqızı

Kifayət Kərimqızının digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I