www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar
ARZU ƏSƏDOVA – DİLİMİZİN SAFLIĞININ QORUNMASI

DİLİMİZİN SAFLIĞININ QORUNMASI VƏ
NİTQ MƏDƏNİYYƏTİNİN İNKİŞAFI
MÜƏLLİF: ARZU ƏSƏDOVA
ARZU ƏSƏDOVANIN DİGƏR YAZILARI
ŞAHNAZ SƏXAVƏTQIZININ YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
I TÜRKOLOJİ QURULTAYIN ƏDƏBİYYATIN İNKİŞAFINDAKI ROLU

I TÜRKOLOJİ QURULTAYIN ƏDƏBİYYATIN İNKİŞAFINDAKI ROLU
I Türkoloji qurultayda türk xalqlarının əlifba məsələsi, dili, kulturoloji görüşləri, tarixi, ədəbiyyatı, dilçilik məsələləri araşdırılmışdır. Qurultayda iştirak edən M.Köprülü, V.Bartold, Ə.Hüseynzadə, Samoyloviç, T.Mentsel, B.Çobanzadə, Qubaydulin kimi ədəbiyyatşünaslar ümumtürk ədəbiyyatının problemlərinin həlli istiqamətində çox mühüm işlər görmüşdürlər. Qurultayda iştirak edən İsmayıl Hikmət kimi nüfuzlu ədəbiyyatşünaslar türk xalqlarının mədəni-mənəvi birliyində ədəbiyyatın rolunu yüksək qiymətləndirərək, ədəbiyyatla bağlı çox qiymətli məruzələrlə çıxış etmişdirlər. Qurultayda ədəbiyyatla yanaşı dil, dil əlaqələri, dil nəzəriyyəsi, termin, orfoqrafiya, tarix, kulturologiya kimi mövzularada geniş şəkildə yer ayrılmışdır. I Türkoloji qurultayda “Qudatqu bilik”, “Divani-lüğətt-it-türk”, “Divani- hikmət”, Orxon -Yenisey abidələrinin təhlillərinə aid məsələlər müzakirə edilmişdir. Qurultayda Ə.Hüseynzadə “Qərbin iki dastanında türk”, B.Çobanzadə “Türk dillərinin yaxın qohumluğu haqqında”, akademik V.Bartold “Türk xalqları tarixini tədqiqin indiki vəziyyəti və yaxın vəzifələri”, Qubaydullin “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı”, F.Köprülü “Türk xalqlarının ədəbi dillərinin inkişafı” (1-ci məruzə), “Türk xalqları ədəbiyyatlarının tədqiqin yekunları və gələcək vəzifələri” (ikinci məruzə), T.Mentselin “Anadolu-Balkan türklərinin ədəbiyyatlarının araşdırılması və nəticələri” adlı məruzələri ilə dünya ədəbiyyatına çox böyük töhfələr vermişdirlər. Qurultayda ədəbiyyat məsələləri ayrıca və digər problemlərlə qarşılıqlı əlaqəli şəkildə təhlil edilib müəyyən nəticələrə gəlinmişdir. Ə.Hüseynzadənin “Qərbin iki dastanında türk” adlı məruzəsi özünün mövzusu, problematikası və strukturu cəhətdən olduqca mükəmməl idi. Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə məruzəsi ilə türk xalqlarının tarixində ədəbiyyatın inkişafının vacibliyini dönə-dönə bildirmişdir. Onun məruzəsində türk xalqlarının ədəbi-mədəni həyatı başlıca yer tutmuşdur. O, məruzəsində ümumtürk ədəbiyyatının tarixi əhəmiyyətini çox yüksək qiymətləndirmişdir. Ə.Hüseynzadə ən qədim dövrlərdən orta yüzilliklərin sonuna qədərki zaman məsafəsində yaranan qədim türk dastanlarını, Orxon-Yenisey yazılarını, XI-XVI əsrlərdə Orta Asiya, Qafqaz, İran və Anadoluda yazıb-yaratmış klassiklərin əsərlərini türk xalqlarının sərvəti adlandırmışdır. Qurultayda türk xalqlarının ədəbiyyatının inciləri olan dörd misralıq formalardan-mani, türkü, türkhani, tuyuğ kimi şeir şəkilləri yüksək qiymətləndirilmişdir. Türk ədəbiyyatının tarixinin tərcümeyi-hal materiallarının zəngin olmasında türk xalqlarının əvəzsiz rolu danılmazdır. Qurultayda minillik ədəbiyyat tarixi olan türk xalqlarının xalq ədəbiyyatı nümunələri yaradaraq, ədəbiyyatlarını zənginləşdirməkləri yüksək dəyərləndirilmişdir. Türk xalqları ədəbiyyatındakı ədəbiyyat nümunələri sayəsində tarixi və coğrafi inkişafa nail olunmuşdur. I Türkoloji qurultayda türk xalqlarının ədəbiyyatına aid əlyazmaların toplanması və araşdırılması məsələsi də geniş bir şəkildə müzakirə olunmuşdur. Türk xalqlarında ədəbiyyatın inkişaf yolları müzakirə edilərək, bir çox ədəbiyyat məsələləri öz həllini tapmışdır.
MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR
ŞAHNAZ SƏXAVƏTQIZININ YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİ HAQQINDA MONOQRAFİYA YAYINLANDI

XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİ HAQQINDA
MONOQRAFİYA YAYINLANDI
Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zenfira Aslanın “XIX əsr Qarabağ ədəbi mühiti” adlı monoqrafiyası nəşr olunub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə yayınlanmış kitabın elmi redaktoru professor Vaqif Sultanlı, rəyçiləri isə professor Sənan Səlcuq və filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlidir.
Müəllifin uzun illik elmi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində XIX əsr Qarabağ ədəbi-mədəni mühitini fоrmalaşdıran sоsial-siyasi və kulturоlоji amillər dəyərləndirilmiş, ədəbi məclislərin pоеziyanın inkişafında rоlu, təzkirə və ədəbi tоpluların yaranması, divan ədəbiyyatı ənənələri və epik şeirin əsas inkişaf xüsusiyyətləri, yenilik axtarışları, poeziyada ictimai motivlərin və realist inikas çalarlarının güclənməsi, folklor üslubuna qayıdış, maarifçi-rеalist düşüncənin təşəkkülü, satiranın bədii ifadə imkanları kimi məsələlər sistemli şəkildə təhlil obyektinə çevrilmişdir.
Kitaba yazdığı “Qarabağın poetik mənzərəsi” adlı ön sözdə monoqrafiyanın önəmini vurğulayan professor Vaqif Sultanlı daha çox diqqəti mövzunun aktuallığına yönəldir: “XIX yüzildə Qarabağ təkcə siyasi-tarixi hadisələrin qovşağına deyil, həmçinin söz sənətinin, poetik zövqün, estetik axtarışların canlı mərkəzinə çevrilmişdir. Bu dönəmdə Qarabağ mühiti klassik Şərq ədəbi ənənələri ilə yeni dövrün sosial-mədəni çağırışlarının qovuşduğu bir məkan rolunu oynamış və bu qovuşma sonrakı yüzildə Azərbaycan ədəbiyyatının ideya-bədii istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri olmuşdur. Bu mənada XIX yüzil Qarabağ ədəbi mühiti milli nəzəri-kulturoloji düşüncənin formalaşmasında mühüm bir mərhələni təmsil edir”.
Monoqrafiyada XIX yüzil Qarabağ ədəbi mühiti poeziya fonunda araşdırılsa da, müəllif yeri gəldikcə digər janrları təhlilə çəkmiş, bütövlükdə bəhs olunan dövrün ədəbi-mədəni mənzərəsini yaratmağa çalışmışdır.
ŞAHNAZ SƏXAVƏTQIZININ YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB
AKİF ƏLİ – ÖZGƏ DÜNYA
ZAUR USTAC – EY QOCA QURD!

EY QOCA QURD
Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,
Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!
Kaftarların umacağı sür-sümükdən artıq deyil,
Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!
* * *
Çaqqalların adı çaqqal, tulaların adı tula….
Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????
Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!
Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən….
* * *
Üzdən sənə oxşasa da, yerişini yerisə də
Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!
Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də
Aqillər də yaxşı deyib: – “itlər hürər, karvan keçər”!!!!
* * *
Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,
Heç biri yox – adı itib, qalmayıbdı izi-tozu….
Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,
Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!
* * *
Ey Qoca Qurd, mənzilini düz seçmisən – duruş gətir….
Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi….
Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir….
Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!
22.11.2015. BAKI.
Müəllif: Zaur Ustac
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
XƏZAN -71 – YANVAR – FEVRAL 2026

XƏZAN -71 – YANVAR – FEVRAL 2026 – PDF:
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
“YAZARLAR” JURNALININ FEVRAL – 2026 № 02 (62)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB.

“YAZARLAR” JURNALININ FEVRAL – 2026 № 02 (62)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB. PDF: Yazarlar-62
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
ULDUZ JURNALI PDF – 2026

2026-nın bütün “Ulduz”ları >>> 1– 2
“ULDUZ”AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ
Təsisçilər: AYB və ULDUZ JURNALININ ƏMƏKDAŞLARI
Baş redaktor: Qulu AĞSƏS
>>>>“ULDUZ” JURNALININ BÜTÜN SAYLARI (PDF)
QEYD: >>>>> ƏVVƏLKİ İLLƏRİN PDF ARXİVİ – AYB
================================================
BU SƏHİFƏ “ULDUZ” JURNALININ ŞƏHİD ƏMƏKDAŞI
BAŞ LEYTENANT HİKMƏT SƏFƏROVUN XATİRƏSİNİ ƏBƏDİLƏŞDİRMƏK MƏQSƏDİ İLƏ YARADALIMIŞDIR.
===============================================
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

