Etiket arxivi: MURAD KÖHNƏQALA

Həmid Herisçi – 65

Həmid Herisçi

Bu gün əziz dostum, sevdiyim şair, nəhəng mütaliəsi olan şair-mütəfəkkir, indən belə ağıllanmağından əlimi üzdüyüm Həmid Herisçinin 65 yaşı tamam olur.
Həmidlə tanış olanda iyirmi yaşlarında olardıq. Heç vaxt ağlıma gəlməzdi ki, biz də gəlib 65 yaşına çatarıq.
Əziz dostumu, sevdiyim şairi doğum günü və yubiley yaşı münasibətilə ürəkdən təbrik edirəm!
Çox yaşa, Həmid!!!
Və yaxınlarda ona həsr elədiyim şeiri bu xoş gün münasibətilə yenidən paylaşıram.

HƏMİD

Sən mənim Bakımsan, Həmid,
İçəri Şəhərimsən!
Sən Qız Qalamsan, Həmid,
Qızıl Qalamsan!!!

Sən Qafar ağanın tapançasındakı
sonuncu gülləsən, Həmid,
intihar gülləsisən!
Gicgaha sıxılası sonuncu güllə!..

Yadındamı Həmid,
yadındamı,
sən sözlə-şeirlə
Təbriz həsrətilə xalça hörərdin,
hər şeirin bir yeni xalı kimiydi.
Yadındamı,
bir şerində də
toxuduğun xalçanın gözəlliyini
biraz da uzatmaq üçün
saçaqlar düzmüşdün baş-ayağına…

Sən mənim dərvişimsən, Həmid
Təbrizimsən…

Yadındamı,
sən duymuşdun bunu:
“qadınlar varlanmaq üçün
güzgünün qabağına tökərlər pullarını…”
Xanımların bu sirrini sən tapmışdın,
sən açmışdın qeybdən…

Ay Həmid, ay Həmid!
Yadındamı,
Bəhram Gurun yanındakı evinizə
qonaq getmişdik Rasimlə.
Mələk anan –
Tamella xanım evdən çıxanda
səni mənə tapşırıb:
“Həmiddən muğayət ol” demişdi.
Mən həmişə
muğayətəm səndən, Həmid,
həmişə,
yaxından da, uzaqdan da…

İnan ki bir dəfə
Statistika idarəsi tərəfdə
sənin haqda düşünürdüm,
havadakı alqoritm
dərhal səni qarşıma çıxartdı.
Bir də gördüm,
əl çantanı yelləyə-yelləyə
məhəllə marketlərinin arasıyla
harasa gedirsən,
sanki sakit uçursan.
Sənin o ritmini, gözəlliyini
pozmadım, Həmid,
arxanca çağırmadım,
arxanca bağırmadım…
Sadəcə içimdə uladım:
“Həmiiid-Həmiiid-Həmiiid!!!”
Sən geri boylandın o Qurd səsimə,
mən butkanın arxasında gizləndim…

Sən bilirsən mən şamanam –
Qavalın üst qatını döydüm, sadəcə.
Qafar kişinin ruhunu çağırdım,
qardaşın Əlini çağırdım,
səni onlara tapşırdım.
Dedim, Əli, özün bax,
qardaşın gedir,
dua elə, yıxılmasın!
O da mənə:
“Həmid sənlikdi, qardaş,
sənin qardaşındı!” – pıçıldadı…

Mən çoxdan bilirəm, Həmid
sən mənim
telləri gözünün üstünə düşən
balaca qaqaşımsan…
Çoxdannan bilirəm bunu,
çoxdannan!..

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“DEDİLƏR ABDULLAYEV GETSİN BAZARDA GÖYƏRTİ SATSIN”

Bu gün zəmanəmizin ən ünlü yazıçılarından biri, Azərbaycanımızın fəxri Çingiz Abdullayevin doğum günüdür.
Bu əlamətdan gün münasibəti ilə yazıçını ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram!
Və 2017-ci ildə mətbuatda gedən söhbətimizi yenidən paylaşıram.

“DEDİLƏR ABDULLAYEV GETSİN BAZARDA GÖYƏRTİ SATSIN”

  • Çingiz müəllim, siz ölkədə və dünyada ən çox oxunan, həm də çox yazan yazıçı kimi tanınırsınız. Maraqlıdır, indiyə qədər neçə kitabınız işıq üzü görüb?
  • Mənim indiyədək 197 adda kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə olunmuşam. Baxın, gördüyünüz bu rəflərdəki kitablarım dünyanın müxtəlif dillərində çap olunan əsərlərimdən nüsxələrdir.
  • Siz nəsr yazırsınız. Roman süjeti qurmaq, personajları idarə etmək dövlət idarəçiliyi kimi mürəkkəb bir işdir. Bəs əsərlərinizin hər birinin məzmunu, süjeti yadınızda qalırmı?
  • Hər biri dəqiqliyinə kimi yadımdadı. Yadımda necə qalmaya bilər? Onlar mənim övladlarımdır.
  • Maraqlıdır, bu qədər süjeti necə qurursunuz?
  • Baxın, XIII əsrdə Dante Aligeri “İlahi
    komediya”nı yazmışdı. XIX əsrdə Balzak “İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Təbii ki, adını çəkdiyim yazıçılarla özümü müqayisə eləmirəm. Amma bilirsinizmi, bu xronologiyanı davam etmək istəyim hardan doğdu? Çünki yaşadığımız əsr kriminal əsridi. Təkcə son 25 il ərzində baş verən hadisələrə nəzər salaq: SSRİ-nin dağılması, Qarabağ problemi, mərhum prezident Heydər Əliyevə, Şevarnadzeyə qarşı sui-qəsd cəhdləri və bu müstəvidəki bir çox olayları yada salsaq, deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm. Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə etmişəm. Çünki real mövzu o qədər mürəkkəb və detallarla zəngindir ki, özündən uydurmağa ehtiyac qalmır.
  • Bu qədər yazmağa necə vaxt tapırsınız?
  • Mənə imkan versəydilər, iki dəfə bundan artıq yazardım.
  • Kim imkan vermir?
  • Mənim on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai işlərdən maaş almıram, amma işləyirəm.
  • Onda yəqin ki, sürətlə yazırsınız…
  • Bəli, sürətlə yazıram.
  • Kompüterdə işləyirsiniz, yoxsa kağız üzərində?
  • Əvvəllər makinada yazırdım, son iyirmi beş ildir ki, kompüterdə işləyirəm. Elə uşaqlıqdan makinada sürətlə yazırdım. Kompüterə keçəndə də həmin sürətlə işləyirəm. Təsəvvür edin, bir saniyədə altı şriftin üstünə vura bilirəm. Olub ki, bir gecədə yüz səhifədən çox yazı yazmışam. Bir saata on səhifə yaza bilirəm, on saat ərzində isə yüz səhifəyə çatdırıram. Başlayanda davamlı işləyirəm. Vaxt olub ki, səhər saat 9-da yazmağa başlamışam, ertəsi gün günorta saat ikidə, üçdə dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə yaza bilirəm.
  • Yəqin, əsərin süjeti də yazı prosesində öz-özünə inkişaf edir, yəni, bütün detalları öncədən planlaşdırmırsınız…
  • Bəli. Yazı üzərində işləyəndə qəhrəmanlarım çox vaxt mənimlə mübahisə edir, razılaşmadığımız məqamlar olur, ona görə əsərin hansı sonluqla bitəcəyini heç özüm də əvvəlcədən bilmirəm. Mənim əsl həyatım kitablarımdadı. Çünki öz əsərlərimdə tanrıyam, orda yaratdığım dünyada nə istəyirəm eləyirəm, taleləri necə istəsəm, elə qururam, istədiyim qadını sevirəm, istədiyim adamı öldürürəm və s. Yəni, mən öz əsərlərimdə arzuladığım kimi yaşayıram.
  • Əsasən uğursuz yazıçıların sevdiyi bir ifadə var: “Mən özüm üçün yazıram”. Bu məntiqlə razısınızmı?
  • Bu, məntiq deyil, sovetdənqalma absurd özünə bəraətdi. Ya da deyirlər, “yazıçı təvazökar olmalıdır”. Tamamilə səhv fikirdir. Yazıçı özünə gündəlik yazmır ki onu hamıdan gizlətsin, yazıçı əsər yazır və onu ictimaiyyətə təqdim edir. Mən əsər yazıramsa, onun oxunmasını, müzakirə edilməsini istəyirəm. Bundan təbii heç nə ola bilməz.
  • Çingiz müəllim, bayaq da dediniz, çox yazırsınız. Çox yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin edirsiniz?
  • Qrafoman – çox yazı yazan, öz yazdıqlarına vurulan, yazdığının gərəkli olduğuna inanan adama deyilir. Bu məntiqdən çıxış etsək, bütün böyük yazıçılar qrafoman olub. Məsələn, Tolstoy, Dostoyevski, Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm baxımından həm çox yazıblar, həm də yazdıqlarından narazı olmayıblar. Bu adamlar qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam. Məsələn, bir müddət bundan əvvəl Argentinada kitabım çap olundu. Öz aramızdır, Argentinada heç kim Çingiz Abdullayevin qara qaşına vurulmayıb ki! Əgər mənim əsərimi öz dillərinə çeviriblərsə, demək, yazdıqlarım onlar üçün maraqlıdır.
  • Çingiz müəllim, ədəbi mühitdə belə bir düşüncə var ki, siz rus dilində yazdığınıza görə dünyaya çıxış imkanlarınız daha genişdir. Yəni, bir var, 9 milyonun dilində yazasan, bir də var, 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən sizi Azərbaycan yazıçısı hesab etmirlər.
  • Tamamilə yanlış düşüncədir. Hansısa xarici dildə yazmaq yazıçının milliyyətini şübhə altına ala bilməz. Əksinə, bu, yazıçının üstünlüyüdür. Onda deyək ki, Nizami fars şairidir, Füzuli fars ədəbiyyatına aiddir? İsmayıl bəy Qutqaşınlı fransızca yazırdı, onda deməliyik ki, o, fransız yazıçısıdır? Bəyəm qırğız və qazax yazıçıları Çingiz Aytmatov, Oljas Süleymanov rus yazıçılarıdır? Bəs İmran Qasımov, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə, Elmira Axundova? Bu adamlar azərbaycanlıdır, o cümlədən, mən də bu sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca yazanda Azərbaycan yazıçısıdır? Əlbəttə bu düzgün məntiq deyil. Ancaq başqa dildə yazıb özünü ruhən başqa millətə aid edənlər də var. Məsələn, məşhur rus yazıçısı Boris Akunin milliyyətcə təmiz gürcüdür. Halbuki doğma adı Qriqori Şalvoviç Çxartişvilidir.
  • Doğrudan? Şəxsən mən onun gürcü olduğunu bilmirdim…
  • Bəli, təmiz gürcüdür. Lakin o, özünü rus yazıçısı hesab edir, hər yerdə də deyir ki, mən rus yazıçısıyam, yazdıqlarım da rus ədəbiyyatına aiddir.
  • Yəni demək istəyirsiniz ki, sizin dünyada tanınmağınız rus dilində yazmağınızla bağlı deyil.
  • Baxın, rus dilində yazan minlərlə yazıçı var. Məgər, onların hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci olmaq necə çətindir. Ümumiyyətlə, ədəbiyyatın dünyada beş əsas dili var: İngilis, rus, alman, fransız, ispan. Dünyaya çıxmaq istəyən yazıçı bu dillərin heç olmasa birində yazmalı, yaxud birinə tərcümə edilməlidir. Orxan Pamuk 2004-cü ildə bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk etiraf etdi ki, onu Avropada əsərləri ingilis və fransız dillərinə tərcümə edildikdən sonra tanıdılar. Hətta 80
    milyonluq Türkiyədə belə məşhur yazıçı olmaq hələ dünyaya çıxmaq demək deyil.
  • Sizin əsərlərinizin həm də intellekt yükü var. Məsələn, “Şübhəsiz metamorfoz” povestinizdə Moskvada ultra elit hoteli, onun ən ağlagəlməz xidmətlərini detallarıyla təsvir etmisiniz. Yaxud, kriminal bir qrupun yığışdığı gizli məkan. Bu yerlərdə şəxsən olmusunuzmu?
  • Hansı məkanları təsvir etmişəmsə, onların hamısında olmuşam. Adlarını açıqlamayacağam, mənim oxucum olan bir neçə çox məşhur şəxs əsərlərimdə təsvir etdiyim yerlərdə olduqdan sonra mənə dedilər ki, necə yazmısınızsa, hamısını gözümüzlə gördük.
  • Kitablarınız xaricdə şəxsi təşəbbüsünüzləmi çap edilir? Yəni, özünüz bu prosesdə bilavasitə iştirak edirsinizmi?
  • Yox, qətiyyən! Mən xarici ölkələrdə öz istəyimlə bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif dillərə çevirib çap edir, qonararımı da özümə göndərirlər.
  • Bir dəfə prezident İlham Əliyev sizin əsərlərinizi oxuduğunu demişdi…
  • Yeni kitabım çap olunanda cənab prezidentə şəxsən özüm yollayıram. Mən Frankfurt mükafatına layiq görülmüşəm, bu, Avropanın ən böyük ödülüdür. On dörddən çox beynəlxalq mükafat almışam. Amma bütün bu mükafat və titulların içərisində ən çox qürur duyduğum Azərbaycanın Xalq Yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq görülmüşəm. Bilirsiniz ki, bütün keçmiş SSRİ məkanında cəmi dörd nəfər 50 yaşında Xalq Yazıçısı adına layiq görülüb. Qalanları 60, 70, hətta 90 yaşlarında alıblar. Buna görə o zaman prezidentə dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim üçün gözlənilməz oldu. Üstəlik Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi. Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.
  • Çingiz müəllim, əsasən, cinayət aləmindən, cinayətkarlardan yazırsınız. Sizcə, həbsxana həyatı cinayətkarı islah edə, tərbiyələndirə bilirmi?
  • Təəssüf ki, yox. Cinayətkarların bir çoxu türmədə düzəlmək əvəzinə daha da hiyləgərləşirlər. Məncə, türmə həyatı insanı düzəltmir. Əvvəllər bizim həbsxanalarda vəziyyət çox pis idi, məhkumlarla qeyri-insani davranırdılar. Müstəqillikdən sonra problemlər yavaş-yavaş qaydasına düşməyə başladı. Vəkillər, hüquq müdafiəçiləri mütəmadi həbsxanalarda olur, məhkumlarla görüşürlər. Mən özüm tez-tez koloniyalara baş çəkirəm, uşaq koloniyasında oluram.
  • Uşaq koloniyasında ən çox hansı cinayət
    “dəbdədir”?
  • Orda cəza çəkənlər, əsasən, oğurluq üstə tutulanlardır. Xırda xuliqanlıq, fırıldaqçılıq da buraya aiddir.
  • Bəs, ölüm işləri?
  • Var, qətl törədənlər də var, ancaq onlar çox azdır.
  • Siz ora vəkil kimi gedirsiniz?
  • Xeyr, yalnız yazıçı kimi. Ancaq bacardığım köməyi də onlardan əsirgəməmişəm.
  • Bu qədər kitabınız çap olunub, satılıb, sizi milyoner saymaq olarmı?
  • Milyon da qazanmışam, ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın satışından və kinolardan əldə edirəm.
  • Sizin qəhrəmanlarınızdan birinin adı ilə Moskvada restoran fəaliyyət göstərir. O restorandan pulsuz istifadə limitiniz varmı?
  • Əlbəttə, orda məndən pul almırlar… (gülür)
    Ümumiyyətlə, dünyada beş “Dronqo” klubu fəaliyyət göstərir, hətta uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara deyirəm, uşağa “Dronqo” yox, “Dranqo” adı verə bilərsiniz, çünki “Dronqo” quş adıdır.
  • Çingiz müəllim, Rusiyada “ədəbi qullar” adlanan zümrə var ki, onlar əsər yazıb məşhur yazıçılara pulla satırlar. Siz belələrinin xidmətindən istifadə etmisinizmi?
  • Qətiyyən, yox! Mən heç öz beynimdəkiləri yazıb çatdıra bilmirəm. Əzablı olsa da, yazıçılıq fəaliyyətimdən zövq alıram. Ancaq çox yoruluram, düşündüklərimi yaza bilən biri olsaydı, məmumiyyətlə onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərlərim var ki, onların süjetini yuxuda qurmuşam. Baxmayaraq ki, öz həyatımdan razıyam, ancaq övladlarımın yazıçı taleyi yaşamasını istəməzdim. Heç vaxt istəməzdim! Çünki dünyada yüz minlərlə mühəndis var, onlardan yalnız biri Qustav Eyfel ola bilir. O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat olur, qalanları da əlbəttə, haradasa çalışır. Min yazıçıdan biri uğur qazanır, qalan bir çoxlarının yazdığı heç kimə lazım olmur. Amma etiraf edək ki, bizdə istedadlı yazıçılar da var. Yazırlar, amma çap edə bilmirlər, çap edəndə də sata bilmirlər, oxucu auditoriyaları yox dərəcəsindədi, belə problemlər çoxdur.
  • Mən Moskvada sizin kitabları tələbə dostlarıma fəxrlə hədiyyə eləyirdim. Onlar bəzən sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırdılar…
  • Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız? Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi Komitəyə çağırdılar, atamın dostu yazıçı Azər Mustafazadə mənə dedi, Çingiz, bilirsən nə var? Sən siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim? Dedi, o, bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan yaz, özünü biabır eləmə, siyasi detektivi ağıllı yəhudilər yazır. Abdullayev soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir. Mənim də gənc, dəliqanlı vaxtlarım idi. Dedim, Azər müəllim, mən hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o familiya ilə gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Tiflisdə, Parisdə və başqa böyük şəhərlərin kitab satış mərkəzlərində xüsusi Çingiz Abdullayev guşələri var.
    Sizə bir əhvalat danışım. Bizim İdman və Gənclər naziri Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, mənim diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar. İçində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəlib çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğurdan fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur.
  • Dediniz ki, çox yazırsınız. Əsərlərinizə “yoluxan” daimi oxucularınız, yəqin ki, yeni məktub kimi hər dəfə sizdən əsər gözləyir…
  • Elədir. Hər dəfə kitabım nəşr olunanda mənə çoxlu zənglər, məktublar gəlir. Bir dəfə Qazaxıstanın səfiri tədbirdə Anar müəllimdən mənim sonuncu kitabım haqda soruşanda, Anar müəllim özünəməxsus yumorla demişdi, hansını soruşursunuz, bu həftədəkini, yoxsa keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn xeyli sayda rəsmi nümayəndə, prezident, baş nazirlər olub ki, mənimlə maraqlanıblar. Rumıniyanın prezidenti Bakıda olanda məni çağırdılar ki, oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli göstərir)
    Belə hadisələr çox olub. Bakıda keçirilən böyük elmi konfransların birində dünyaca tanınmış iki böyük akademik, Nobel mükafatı laureatı Raul Saqdieff və onun qardaşı Eyzenhauerin kürəkəni olan digər bir alim, hörmətli Abel Məhərrəmova yanaşıb deyiblər, bizim bir arzumuz var, Çingiz Abdullayevlə tanış olmaq istəyirik. Bu adamlar dahilikdən daha artıq zəkaya malik insanlardır və təsəvvür edin ki, onlar Azərbaycan yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə deyirdi, Yevgeni Primakov sənin kitablarını oxuyur.
    Bunu ilk dəfə sizə danışıram. Bir dəfə bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə Astanaya uçmalı idik. Hörmətli nazirimiz Əbülfəs Qarayev, səkkiz nəfər universitet rektoru, bir də mən. Heyətin başçısı Əbülfəs Qarayev idi. Nədənsə mən ehtiyat eləyirdim. Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm. Qazaxıstandan zəng vurdular ki, biz sizə xüsusi təyyarə göndərəcəyik, Çingiz Abdullayev mütləq gəlsin. Heç inanmazdım, Qazaxıstanda məni bu cür tanıyıb sevələr. Yaxud başqa bir söhbəti deyim. Ukrayna hadisələri zamanı mənə müraciət olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə əsər yazım. Onlar söylədilər ki, biz araşdırmışıq, nə yüz əlli milyonluq Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər dərin, əhatəli yazacaq bir yazıçı var. Ona görə biz sizi seçdik.
    Bunlar bir yazıçı üçün həddən artıq böyük uğurlardır. Məsələn, Fransada kitablarımın təqdimatı olanda məni tez-tez dəvət edirlər. Təsəvvür edin, fransız dili, fransız ədəbiyyatı kimi möhtəşəm bir xəzinəyə sahib olan millətin nümayəndələri – fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan yazıçısının kitabına 20 avro pul verib alır, oxuyurlar.
  • Çingiz müəllim, maraqlı söhbət üçün çox sağolun. Gerçəkdən, sizin ümumdünya şöhrətiniz Azərbaycan ədəbiyyatının uğurudur.
  • Siz də sağolun!

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!”

Daha.az Murad Köhnəqalanın “Sən mənim Təbrizimsən, Həmid!” yazısını təqdim edib:

Mən ötən ilə qədər cəmi iki nəfərə şeir həsr etmişdim. Onlardan biri dərviş ruhlu əziz dostum və qardaşım Rəşid Süleymanov, o birisi isə ixtiyar yaşında olan əziz eloğlum, söz sərrafı Səlim müəllimdi. Bu şeirlərdən özlərinin xəbəri var, çünki mətbuatda da çap etdirmişəm.

Demək istərdim, dərviş könüllü Rəşidlə dostluğumuzun tarixi qədim türkün tarixi qədərdi. Ona həsr elədiyim şaman qoşmasını çoxdandı aşıqlar da oxuyur. Rəşidlə mənim dostluğum haqda yaxınlarımız maraqlı və şirin əhvalatlar uydurub danışırlar. Əlbəttə, danışılan pritçavari bu əhvalatların hamısının kökündə dostluq yaşantılarımız dayanır…
Dünyanın hər üzünü görmüş və duymuş, həssas qəlbli, açıq ürək əməliyatı keçirtmiş Səlim qağama isə şeiri onun 75 yaşında yazmışam…

Ötən 2025-ci ilin son aylarını nədənsə, çox duyğulu keçirdirdim. Bir gün düşündüm ki, xətri mənim üçün xoş olan, taleyimdə həlledici izlər buraxmış daha bir neçə dosta şeir həsr edim və 2026-cı ilin gəlişi münasibətilə həmin dostları bir məclisə yığıb ithaf şeirlərini oxuyaraq qəfil onlara sürpriz edim. Beləcə, daha üç nəfərə: əziz dostum-qardaşım Umud Rəhimoğluna, əziz dostum-qardaşım Səfər Rzasoyluya və əziz dostum-qardaşım Həmid Herisçiyə şeir həsr edə bildim.

Dediyim bu üç şeiri yeni ilə qədər yazıb bitirə bilməmişdim, lakin yeni ilin yanvar ayının sonlarında bitirdim…
Qalırdı bu beş dostu bir məclisə yığıb şeirləri oxuyaraq onlara sürpriz eləmək!

Bilirsiniz ki, indiki zamanda arzuladığın beş nəfəri bir məclisə yığmaq çətin məsələdi. Gərək elə bir vaxt seçəsən ki, həmin gün hamı bekar olsun. Beləcə düşünə-düşünə qalmışdım. Mən hər dəfə yığışmağa qərar vermək istəyəndə, ortaya bir iş düşürdü. Beləcə, vaxt uzanırdı…

Bir gün dözümüm tükəndi, əvvəlcə dostum Səfərə sirri açası oldum. Zəng elədim, dedim sənə şeir həsr eləmişəm, ancaq həmin beş nəfəri bir məclisə yığıb sürpriz etmək istəyirəm. Soruşdu ki, bəs məclis haçan olacaq? Dedim, hələ ki bilmirəm, gərək hamınızı bir gün bir məkana yığa bilim.

Biz Səfərlə gənc vaxtlarımızdan tanışıq. Mən Moskvada tələbəlik edəndə Səfər də Sankt-Peterburqda tələbə idi. Onunla tanış olan gün duydum ki, qarşımdakı qeyri-adi insandı. Məsələn, indi şəxsən məndən soruşsalar ki, dünyanı necə gözəlləşdirmək olar? Deyərdim, bu işi Səfərə həvalə edin! Haqqında xırdaca təsürat yaratmaq üçün Səfərin bircə cümləsini burda yazıram, deyir: “Uşaqları sevindirməyən bayramdan bayram olmaz!”

Nəysə, gələk şeir söhbətinə. Səfər dedi, həmin günə qədər ürəyim partlayar, şeiri indi göndər oxuyum. Fikirləşdim, göndərməsəm elə bilər yalan danışıram. Dedim, axşam göndərərəm. Axşam şeiri öz səsimlə oxuyub audio halında vatsapda ona göndərdim. Səfərin mənə zəng edib şeirin təsirindən hansı hallara düşdüyü haqda dediklərini burda yazmıram…

Qaldı Umudla Həmid. Düşündüm ki, onsuz da sürpriz şərtini pozmuşam, gəl elə Həmidə də, Umuda da bu sirri aç. Götürüb Həmidə zəng elədim, söhbəti ona dedim. Dedi, şeiri mütləq göndər.
Bu gün vatsapa baxıram, Həmidlə danışanda fevralın 4-ü imiş…

Burada bir haşiyəyə çıxacam. Çünki, Həmidə həsr etdiyim şeirdə indi söyləyəcəyim hadisədən müəyyən əsinti var.

Demək, hardasa, 5-6 ilin söhbətidi, mən Statistika idarəsinin arxasındakı məhəllədə  kirayə mənzildə yaşayırdım. Onda Həmidlə mənim aramda biraz inciklik vardı. Deyim ki, onunla aramızda bir neçə dəfə belə yüngülvari incikliklər olub, lakin uzun illərin dostu olaraq  biri-birimizə yaxından bələd olduğumuza görə küsüb barışmağımız heç vaxt dostluğumuzu zəiflətməyib… Nəysə, axşamüstü idi, yaxın marketlərdən evə nələrsə almağa çıxmışdım. Bir də baxdım ki, Həmid əlində notbuk çantası dar küçə ilə üzü aşağı gedir. Məni nisgil bürüdü. İstədim onu çağırıb bağrıma basam. Sonra fikirləşdim yox ee, hər halda məndən iki yaş kiçikdi, qoy o gəlib barışsın. Beləcə bir müddət onun arxasınca baxdım-baxdım və birdən ürəyimdə ucadan onu səslədim: “Həmiiid-Həmiiid!” İnanmayacaqsız! Ruhumun bağırtısını eşidən Həmid qəfil dönüb arxasına baxdı. Məni görməsin deyə bir-iki  addım geri çəkilərək yanımdakı balaca marketin arxa tərəfinə keçdim…

Həmid haqda xatirəm gəlmişkən, birini də deyim. Demək, mən əskərlikdən gəlmişəm, biraz kənddə hərlənib fırlanmışam və darıxıb yenidən qulluq elədiyim  Prokopyevsk şəhərinə qayıtmışam. Bir-iki il də həmin şəhərdə yaşadıqdan sonra yenidən vətənə dönüb Bakıya köçmüşəm. Bakıda metro tikintisində işə düzəlmişəm. Deyim ki, “Elmlər Akademiyası”, “20 Yanvar”, “Xalqlar dostluğu” kimi metrostansiyaların dəmir yollarına döşənmiş betonlarda mənim əməyim var. Bir ildən çox  metro tikintisində işlədikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmuşam…

Mən metro tikintisində işləyən vaxtlar sevimli şairimiz Məmməd İsmayılın yaratdığı poeziya dərnəyində yığılırdıq. Həmidlə də elə o vaxtlar, 1983-cü ildən tanış olub dostlaşmışıq. Həmin vaxtların söhbətini eləyəcəm. Cavan uşaqlarıq, bir gün Həmidlə “İçəri Şəhər” metrostansiyasının arxasından üzüaşağı, bulvara tərəf gedirdik. Qarşı tərəfdən gələn ucaboylu bir oğlan bizə yaxınlaşıb salamlaşdı. Həmid məni onunla tanış elədi, dedi böyük qardaşım Əlidi. Məni də Əliyə təqdim eləyib dedi, haqqında danışdığım, yaxın dostum Murad budur. Nəysə, yüngül ayaqüstü söhbətdən sonra Əli məni kənara çəkib təxminən belə dedi: “Sizin səmimi dost olduğunuza inanıram, ona görə səndən bir xahişim var, mənim qardaşım biraz qəribə uşaqdı, ondan muğayət ol”.
Dedim, Həmid mənim dostumdu, qəribəliyini də bilirəm, qəti narahat olma. Beləcə ayrıldıq. Bu xatirəni niyə yazdım? Çünki şeirdə bu görüşdən də əsinti var…

Nəysə, beləcə, dostlarıma həsr elədiyim şeirləri fikirləşdiyim kimi sürpriz eləyə bilmədim. Ancaq gizli saxladığım təkcə Umud Rəhimoğlunun şeiri idi. Düşündüm, arzuladığım həmin məclisə qədər heç olmasa, Umuda həsr elədiyim şeir sürpriz qalsın.

Bu il fevralın 5-ində AYB-nin Natəvan klubunda Umud qardaşımın 65 illik yubiley törəni oldu. Umudla dostluğumun tarixi də təxminən Həmidlə dostluğumun tarixi qədərdi. Onunla Moskvada tələbə yoldaşı olmuşuq, iki ilə yaxın bir otaqda qalmışıq.

Umud mənim ürəyimdi, bu öz yerində. Onunla dostluğumuz haqda da bir neçə dəfə xatirə yazısı yazmışam. Bu yazını Həmidin indiki durumuna həsr etdiyimə görə təkrarçılıq etmək istəmirəm.
Həə, gələk şeir söhbətinə. Umudun Natəvan klubundakı yubiley törənində geniş çıxış eləsəm də, ona həsr elədiyim şeiri oxumaqdan özümü zorla saxladım. Həmin yubiley tədbirindən bir neçə gün sonra Umudun 65 illiyini “yumaq üçün” dar çevrədə bir şair məclisi düzənlədik. Aparıcısı olduğum həmin məclisdə artıq, özümü cilovlaya bilmədim və Umud qardaşıma həsr etdiyim şeiri orada oxudum…

Beləcə, fikirləşdiyim formada sürpriz eləmək alınmasa da düşünürəm ki, beynimdəki həmin məclisi mütləq quracağıq. Özü də haçan, bilirsinizmi? Həmid Təbrizdən Bakıya dönən kimi!

Bax, burdan səslənirəm, Həmidi kim dərindən tanımaq istəyirsə, gəlsin məndən soruşsun!
Oğlunun otağına daxil olmaq istəyərkən otağın qapısını döyən atanın – Qafar Kəndli kimi mədəni, kübar bir kişinin, ziyalının oğludu Həmid!
Həmid vətənçi, xalqçı, millətçi, dövlətçi bir şəxsiyyət, novator şairdi!
Şairanəliyini görüb onu zəif bilməyin!
Həmid mətin, güclü, iradəli, dəliqanlı adamdı!..

Hələlik Həmidə həsr etdiyim şeiri sevgi və məhəbbətlə oxucularımıza təqdim edirəm. Və söz verirəm ki, sözügedən şeirlərin beşini də dediyim məclisdən sonra çap etdirəcəm.

***
Həmid

Sən mənim Bakımsan, Həmid,
İçəri Şəhərimsən!
Sən Qız Qalamsan, Həmid,
Qızıl Qalamsan!!!

Sən Qafar ağanın tapançasındakı
sonuncu gülləsən, Həmid,
intihar gülləsisən!
Gicgaha sıxılası sonuncu güllə!..

Yadındamı Həmid,
yadındamı,
sən sözlə-şeirlə
Təbriz həsrətilə xalça hörərdin,
hər şeirin bir yeni xalı kimiydi.
Yadındamı,
bir şerində də
toxuduğun xalçanın gözəlliyini
biraz da uzatmaq üçün
saçaqlar düzmüşdün baş-ayağına…

Sən mənim dərvişimsən, Həmid
Təbrizimsən…

Yadındamı,
sən duymuşdun bunu:
“qadınlar varlanmaq üçün
güzgünün qabağına tökərlər pullarını…”
Xanımların bu sirrini sən tapmışdın,
sən açmışdın qeybdən…

Ay Həmid, ay Həmid!
Yadındamı,
Bəhram Gurun yanındakı evinizə
qonaq getmişdik Rasimlə.
Mələk anan –
Tamella xanım evdən çıxanda
səni mənə tapşırıb:
“Həmiddən muğayət ol” demişdi.
Mən həmişə
muğayətəm səndən, Həmid,
həmişə,
yaxından da, uzaqdan da…

İnan ki bir dəfə
Statistika idarəsi tərəfdə
sənin haqda düşünürdüm,
havadakı alqoritm
dərhal səni qarşıma çıxartdı.
Bir də gördüm,
əl çantanı yelləyə-yelləyə
məhəllə marketlərinin arasıyla
harasa gedirsən,
sanki sakit uçursan.
Sənin o ritmini, gözəlliyini
pozmadım, Həmid,
arxanca çağırmadım,
arxanca bağırmadım…
Sadəcə içimdə uladım:
“Həmiiid-Həmiiid-Həmiiid!!!”
Sən geri boylandın o Qurd səsimə,
mən butkanın arxasında gizləndim…

Sən bilirsən mən şamanam –
Qavalın üst qatını döydüm, sadəcə.
Qafar kişinin ruhunu çağırdım,
qardaşın Əlini çağırdım,
səni onlara tapşırdım.
Dedim, Əli, özün bax,
qardaşın gedir,
dua elə, yıxılmasın!
O da mənə:
“Həmid sənlikdi, qardaş,
sənin qardaşındı!” –  pıçıldadı…

Mən çoxdan bilirəm, Həmid
sən mənim
telləri gözünün üstünə düşən
balaca qaqaşımsan…
Çoxdannan bilirəm bunu,
çoxdannan!..

İlkin mənbə: Daha.az

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

HƏMİD HERİSÇİNİN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Köhnəqala – Yakutlar

Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə

Rusiya Federasiyasının ən böyük inzibati vahidi olan Saxa (Yakutiya) Respublikası Avrasiyanın şimal-şərqində, insan dözümünü sınağa çəkən sərt iqlimin və ucsuz-bucaqsız tayqaların qəlbində yerləşir. Sahəsi 3,1 milyon kvadrat kilometr olan bu ərazi, təkcə Rusiyanın beşdə bir hissəsini deyil, həm də bəşəriyyətin ən qədim türk köklərindən birini bağrında yaşadır. Bu rəqəmi daha anlaşıqlı etmək üçün deyə bilərik ki, Saxa təkbaşına Hindistan boyda bir ərazini əhatə edir. Bu ərazidə 700 mindən çox çay və çaylaq, 800 mindən çox irili-xırdalı göl var.

Yakutiya coğrafi baxımdan nəhəngdir. Şimal buzlu okeanının sahillərindən cənubdakı dağ silsilələrinə qədər uzanan bu torpaqların 40 faizi şimal qütb dairəsinin daxilindədir. Bu regionu unikal edən əsas cəhət onun tamamilə əbədi donmuş zonada yerləşməsidir. Bəzi yerlərdə torpağın donmuş təbəqəsinin dərinliyi 300-400 metrə çatır.

Burada iqlim kəskin kontinentaldır. Qışda termometrlər bəzi rayonlarda mənfi 70 dərəcəni göstərdiyi halda, yayda müsbət 35 dərəcə isti müşahidə olunur. Bu, yer üzündə temperatur fərqinin ən kəskin olduğu bölgələrdən biridir. Lena, Vilyuy və Aldan kimi nəhəng çaylar bu torpaqlara can verir, lakin infrastrukturun çətinliyi səbəbindən ərazinin 85 faizinə çıxış yalnız mövsümi nəqliyyatla mümkündür.

Saxa xalqı türk mənşəlidir. Onların mədəniyyəti köçəri türk sivilizasiyası ilə qütb sivilizasiyasının nadir bir sintezidir. Yazılı tarix 1632-ci ildə Lena çayı sahilində Yakutsk qalasının təməlinin qoyulması ilə yeni bir mərhələyə qədəm qoyub. Bu il eyni zamanda Yakutiyanın Rusiya dövlətinin tərkibinə daxil olması ili kimi qəbul edilir.

Sovet dövrü, xüsusilə 1922-ci ildə muxtar respublikanın yaradılması, regionun sənaye inkişafının əsasını qoydu. 1920-ci illərdə qızıl, 1950-ci illərdə isə almaz yataqlarının kəşfi Yakutiyanı dünyanın ən mühüm mineral-xammal bazalarından birinə çevirdi.

Hazırda Saxa Respublikası Rusiya iqtisadiyyatının sütunlarından biridir. Statistik göstəricilər heyrətamizdir:

Rusiya almazlarının 95 faizi, dünya almaz hasilatının isə 25 faizi məhz buradan əldə edilir.

Region qızıl hasilatına görə Rusiyada 3-cü yerdədir.

Kömür, təbii qaz, neft və gümüş yataqları regionu nəhəng bir enerji mərkəzinə çevirib. “Sibirin Gücü” qaz kəməri və digər magistral xətlər bu zənginliyi dünya bazarlarına daşıyır.

İqtisadi artım əhalinin rifahına da təsir edir. 2023-cü ildə respublikada milyonuncu sakinin doğulması rəsmən qeyd olundu. Bu, sərt şimal şəraitində demoqrafik inkişafın mühüm göstəricisidir.

Yakutların dini inanc sistemi olduqca rəngarəngdir. İqtisadi uğurlara rəğmən, saxa türkləri öz milli kimliklərini itirməyiblər. Onların mənəvi dünyasının əsasını “Alqıs” (xeyir-dua) ayini, “Toyluk” mahnıları və məşhur “Oxuoxay” dairəvi yallı rəqsi təşkil edir. Rəsmi olaraq əhalinin böyük hissəsi Ortodoks xristian hesab olunsa da, xalqın ruhunda qədim şamanizm və “Ayıı” inancı hələ də çox güclüdür. Onlar təbiətin ruhlarla dolu olduğuna, hər dağın, çayın və ağacın bir sahibi olduğuna inanırlar. Xüsusilə yay gündönümündə qeyd olunan “Isıax” (İşıq, İstilik) bayramı saxa türklərinin milli ruhunun, günəşə və təbiətə olan ehtiramının ən bariz nümunəsidi. Bu bayramda şaman ritualları, milli rəqslər və qımız içmə ənənəsi yaşamaqdadı.

Yakutların qəhrəmanlıq eposu olan “Olonxo”, 2005-ci ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edilib. Milli musiqi aləti olan xomus (qopuz) isə saxa ruhunun səsidir. Hər il yay gündönümündə keçirilən “Isıax” (İşıx) bayramı xalqın günəşə və təbiətə olan ehtiramını nümayiş etdirən, Rusiyanın ən möhtəşəm milli festivallarından biridir.

Saxa Respublikası bu gün həm də elm mərkəzidir. Dünyada yeganə olan Merzlotovedeniye (Əbədi Donuşluq üzrə Elm) İnstitutu burada yerləşir. Regionun rəhbərliyi, xüsusilə Başçı Aysen Nikolayevin rəhbərliyi ilə Yakutiya fəal beynəlxalq fəaliyyət yürüdür. Çin, Qazaxıstan, Türkiyə, BƏƏ və digər ölkələrlə qurulan iqtisadi-ticari əlaqələr regionun ixrac potensialını artırır.

Turizm sahəsində isə “Lena Sütunları” (UNESCO irsi), “Brilyant turları” və “Qış Yakutiyadan başlayır” festivalı bu soyuq diyarı dünyanın hər yerindən gələn səyyahlar üçün cəlbedici edir.

Yakutların bu günkü həyatı həm də keçmişlə qurulan körpünü xatırladır. Sərt iqlim, uzun qış gecələri və təbiətin çətin şərtləri onların xarakterində səbir, dözüm və birliyə xüsusi önəm vermə kimi keyfiyyətlər formalaşdırıb. Yakutiya, türk dünyasının uzaq bir guşəsində yerləşsə də, tarixi kökləri, dili və mədəniyyəti ilə bu böyük ailənin ayrılmaz bir parçası olaraq varlığını davam etdirir.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Murad Köhnəqala – Qaqauzlar

Boz Qurda sadiq xristian qaqauzlar
Qaqauziya Moldovanın tərkibində muxtar respublikadı. Qaqauzlar oğuz mənşəli türk xalqıdı. “Qaqauz” sözünün etimoloji mənası isə “gök-oğuz” deməkdi.

Bizans mənbələrinə görə qaqauzlar Balkanlara və indiki Ukrayna bölgəsinə təxminən, 11-ci əsrdə Asiyadan köç edən oğuz tayfalarındandı. Türkdilli xalqların oğuz qrupuna aid olan qaqauzlar peçeneqlər və qıpçaqlarla da qarışmışlar.

Keçmiş postsovet məkanında 700 mindən çox qaqauz yaşayır. Onların əksəriyyəti Moldovanın cənubunda yerləşən Bucak bölgəsində məskunlaşıb. Qaqauz kəndləri Ukrayna, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Kabardin-Balkarda, eləcə də Ukraynanın Odessa və Zaporojye quberniyalarında yerləşir. Moldovadakı Qaqauz muxtariyyətindən əlavə, Kişinyovda 8000, Benderdə 1600, Dnestr çayının şimal sahilində 3300, Balkanlarda, Bolqarıstan və Yunanıstanda isə təxminən 20 min qaqauz yaşayır.

Qaqauzlar dini inanc etibarı ilə xristianlığın parvoslav qoluna aiddirlər.

XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığı qəbul etmiş, daha sonra isə Osmanlı imperiyasının tərkibində yaşamışlar. 18-19-cu əsrlərdə bolqarların təzyiqinə tab gətirə bilməyən qaqauzlar 1750-1846-cı illərdə Dunay çayı (Tuna çayı) vasitəsilə Rusiyaya köç edərək Dunay bölgələrində, həmçinin Bessarabiyada (1801-1812) məskunlaşmışlar. Hazırda Moldovada yaşayan qaqauzların bir hissəsi 19-cu əsrin əvvəllərində türk-rus müharibələri zamanı Bolqarıstandan Moldova ərazisinə köç etmişlər. Qaqauzlar müxtəlif tarixi dönəmlərdə Osmanlı imperiyasının, çar Rusiyasının, Rumıniyanın və SSRİ-nin tərkibində yaşayıblar.

Qaqauziya hazırda Moldovanın tərkibində muxtar respublika statusundadı.

“Bozqurd adına and olsun!” – bu ifadə qaqauzların ən qutsal, ən sərt andıdı. Heç də təsadüfi deyil ki, qaqauz xalqının totemi canavardı. Onların qədim inancına görə, qaqauz xalqı boz qurddan törəyib. Boz qurdla bağlı inanclar, çoxlu deyimlər və rəvayətlər qaqauz folklorunda geniş yer almaqdadı. Qaqauz ulusunda canavar öldürülə bilməz. Qurdun adı, ehtiram olaraq, astadan, yavaş səslə deyilir. Canavar dişi qaqauz kişilərinin ən sevimli amuletidir.

Payız fəslində qaqauz xalqı canavar bayramları keçirir. Bu törənlər “Qurd həftəsi” kimi də tanınır. “Qurd həftəsi”ndə qadınlar gündəlik işlərə, yun əyirmə, toxuculuq, tikiş və digər məşğuliyyətlərinə ara verirlər. Kişilər vacib olmadıqca evdən çıxmamağa çalışırlar. Qədimdə qurd törəni günlərində insanlar biri-biri ilə bayramlaşmaq, bayram payı göndərmək üçün evlərin bacalarını örtmürdülər.

Qaqauzlar qədim türk inanclarından başqa xristianlıqdan gələn dini ritualları da qeyd edirlər. Məsələn, Müqəddəs Andrey günündə kilsədə dualar edir, pis ruhlardan qorunmaq üçün qapılara sarımsaq və ya ətirli otlar sürtürlər.

Qaqauz toylarına möhtəşəm el şənliyi də demək olar. Adətə görə gəlin toyda yaşıl paltar geyinir. Tül və örtük əvəzinə gəlinin saçlarına məsumluq rəmzi kimi ətirşah gülü toxuyurlar. Toylar bir qayda olaraq, üç gün davam edir və böyükdən-kiçiyə hamı orada şənlənir.

Qaqauzların “mani” adlandırdığı dörd misralı folklor şeir nümunələri Azərbaycan bayatılarıyla çox yaxın, hətta bəzən əkizdirlər. Bir çox türk xalqlarında olduğu kimi qaqauzlarda da “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanları, eləcə də Nəsrəddin lətifələri dillər əzbəridi. Bütün bunlarla bərabər, onların coğrafi məskənləri və son əsrlərdəki tarixi taleləri ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də mövcuddur. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar.

Qaqauz dilinin özəlliklərinə gəldikdə isə, bir neçə məqamı qeyd etmək istərdik. Qaqauz türkcəsində bəzən bizdə işlənən eyni sözdəki “h” səsi düşür. Məsələn, onlar “hava” sözünü “ava”, “haçan” sözünü “açan”, “həm” sözünü “əm” kimi səsləndirirlər. Saitlə başlayan bəzi sözlərdə isə, əksinə, başlanğıca “h” səsi əlavə edərək, məsələn, “anbar” yox “hanbar”, “ayaq” yox “haylaq” deyirlər. Qaqauzlar bir də “ğ” səsini, ümumiyyətlə, işlətmir, məsələn, “dağlar” yerinə “daalar”, “ağladım” yerinə “aaladım” deyirlər. Bəzən sözün əvvəlində və ortasında “y” səsi düşür. Məsələn: “yeddi” – “eddi”, “yemək” –“emək”, “yer” – “er”, “yemiş” – “emiş”.

Ümumiyətlə, qaqauz türkcəsi Azərbaycan türkcəsinə daha yaxındı. Onlarda da bəzən “lar”, “lər” kimi cəm şəkilçilərinin yerinə “nar”, “nər” işlənir. Məsələn, “insanlar” yox “insannar”, “onlar” yox “onnar”, “fincanlar” yox “fincannar” və sair.

Tarixən digər türk xalqlarında, eləcə də canavarlarda olduğu kimi qaqauzlarda da monoqam ailə tipi (birərlilik, birarvadlılıq) mövcuddu. Qaqauz kişisi və qadınları ailəsinə sadiq, xalqına və adət-ənənələrinə bağlı insanlardı. Qurd törəsi qaqauzların yaşam tərzinə, ailə və icma qaydalarına birbaşa təsir edib.

Beləliklə, bu qədim türk xalqı əsrlər boyu öz kimliyini, milli, mədəni varlığını günəşli Moldova torpaqlarında qoruyub saxlamaqdadı.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Murad Köhnəqala – Yaponların ən məşhur yazıçısı: Akutaqava

Yaponların ən məşhur yazıçısı: Akutaqava

Yığcam, miniatür əsərləri ilə dünya ədəbiyyatında unudulmaz iz buraxan yapon yazıçısı Akutaqava Rünoskenin 30 yaşında yazdığı “Sıx meşədə” adlı hekayəsi onun yaradıcılığının ikinci dönüş nöqtəsi hesab edilir. Zamanında tənqidçilər bu hekayəni mistikanın ən yüksək zirvəsinə qaldırılmış bədii əsər adlandırmışlar.

Hekayə dərin meşəlikdə meyiti tapılmış bir samurayın qətlindən bəhs eləyir. Əsərdə qurulan məhkəmə zamanı samurayın ölümündə şübhəli bilinən quldur, samurayın arvadı və samurayın ruhu danışır…

Məşhur yapon yazıçısı Akutaqava Rünoske 1892-ci ildə Tokioda, süd alveri ilə dolanan Tosidzo Niihara adlı kasıb bir kişinin ailəsində dünyaya göz açır. Yapon təqviminə görə əjdaha ilində, əjdaha günündə və əjdaha saatında doğulduğuna görə körpəni (“rü”- əjdaha mənasını verən birinci ieroqlifin adı ilə) Rünoske adlandırırlar. Doğularkən atasının 42, anasının isə 33 yaşda olması körpə üçün yaxşı əlamət sayılmır. Çünki, yapon inancına görə valideyinlərinin yaşı otuzu keçdikdən sonra doğulan uşağın taleyi heç də ürəkaçan olmur. Buna görə uşağı ailədən kənarlaşdıraraq övladı olmayan dayısının himayəsinə verirlər. Qədim yapon mədəniyyətinə yaxşı bələd olan dayısı Mitiaki Akutaqava uşağı öz evində böyüdür və soyadını ona verir.
“Anamı heç vaxt xatırlaya bilmirəm, çünki o, dünyadan gedərkən mən on aylıq körpə olmuşam. Hərdən anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram”.

Doğuşdan sonra güclü əsəb xəstəliyi keçirdiyinə görə, körpə Rünoskenin anasını müalicə üçün ruhi xəstəxanaya qoyurlar. Dözülməz ruhi əzablara tab gətirə bilməyən ana palatada tək qalarkən intihar edir.

Anasının faciəli həyat hekayəti və valideynlərindən keçən irsi əsəb xəstəliyi sonralar yazıçı Akutaqava Rünoskenin yaradıcılığını sona qədər təqib edir.
Rünoske 1910-cu ildə Tokiyo orta məktəbini bitirdikdən sonra ingilisdilli ədəbiyyatı yaxşı öyrənmək üçün Birinci kollecə qəbul olur. O, 1913-cü ildə kolleci bitirir və Tokiyo İmperator universitetinin ingilis dili fakültəsinə daxil olur. İlk vaxtlar dərslərdə həvəslə iştirak edən gənc yazar sonralar oradakı mühazirələrin cansıxıcı olmasından bezərək universitetə davamiyyəti dayandırır. Beləliklə, Rünoske sərbəst mütaliəyə başlamağı qərara alır. Gənc yazar Avropa yazıçıları, şairləri və filosoflarının yaradıcılığı ilə yaxından tanış olur. Öz yazıçı dostlarına Bodleri, Strindberqi, Berqsonu oxumağı tövsiyə edir.

Akudaqava həmin illərdə ədəbi estetika baxımından ona yaxın olan yazar dostları ilə “Sinsitö” (“Yeni axın”) adlı jurnal nəşr edir. Jurnal əsasən naturalizm ədəbi məktəbinin nümayəndələrini tənqid üzərində qurulur. “Sinsitö”çilər özlərini antinaturalislər kimi qələmə verir, neorealizmi təbliğ edirlər. Onların fikrincə yazar təkcə öz çağının hadisələrində ilişib qalmamalı, tarixin müxtəlif qatlarına baş vurmalı, əsərlərində qədim yapon mifik düşüncəsindən də yararlanmalıdı. Elə bu ideyalarına görə də Akutaqava öz yaradıcılığında tarixi hadisələrdən, yapon pritçalarından, müxtəlif inanc və mifoloji mətnlərdən daim ustalıqla istifadə etmişdi.

O vaxtlar Yaponiya özünü gənc burjua ölkəsi saydığından bütün sahələrdə Qərbə meyillilik hiss olunurdu. Lakin ədəbi mühit feodal düşüncəli yazarların inhisarında çabalayırdı. Yaşlı yazarlar ədəbiyyatda yeniliyi yaxın buraxmaq istəmir, qədim yapon ənənələrindən kənara çıxmağı fəlakət sanırdılar. Bütün çap vasitələri müxtəlif gerizəkalı adamların əlində cəmlənmişdi. Yaşlı nəslin nümayəndələri olan yazarlar gəncləri öz ətrafına toplayaraq yeni ədəbiyyata savaş açmışdı. Akutaqava həmin ədəbi proseslərin qaynadığı dövürdə nisbətən yenilik tərəfdarı sayılan, 20-ci əsr ingilis ədəbiyyatına yaxşı bələd olan, ustad yazıçı Nasume Sosekinin (1867-1916) öz evində düzənlədiyi ədəbi məclislərə gedir.

“Rasömon darvazası” və “Burun” hekayələrinə görə 1915-ci il Akutaqava yaradıcılığının əsas başlanğıcı hesab olunur. Bu əsərlər Yapon ədəbiyyatına tamam yeni, novator bir müəllifin gəlməsindən xəbər verir.

Akutaqava nəsrinə Meydzi epoxasının yazarları Nasume Soseki, Mori Oqayla yanaşı, Mopassan, Frans, Strindberq, Dostoyevski, Tolstoy, Çexov kimi Avropa və rus yazıçıları da təsirsiz ötməmişdi. Onun “Batat sıyığı”, “Burun” hekayləri Qoqolun məşhur “Şnel” və “Burun” povestlərinin təsiri ilə yaranıb. “Bağ” hekayəsində isə Çexovun “Albalı bağı” adlı pyesindən ilhamlandığı məlumdu.

Yazıçının 1918-ci ildə “Osaka mayniti” qəzetində çap elədiyi “Cəhənnəm əzabları” adlı dəhşət saçan novellası onu yenidən ədəbiyyatın gündəminə gətirir. Demək olar ki, bu əsərlə o, özünün gələcək taleyini yazır.

Akutaqava qələminin qüdrəti Avropa və rus ədəbi formalarının yapon ənənələri ilə universal sintezində idi. Tədqiqatçılar onun qələmə aldığı mövzuların tarixiliyini üç əsas dövrə bölürlər. Birinci dövr: 10-12-ci əsrlər, Yaponiyanın paytaxtı Kiotonun çiçəklənməsi; ikinci dövr: 16-cı əsrin sonları, Yaponiyada xristianlığın yayılması və təsiri; üçüncü dövr isə: 19-cu əsrin ikinci yarısında imperator Meydzinin hakimiyyəti zamanı Yaponiyanın inkişafı hesab olunur.

Akutaqava qədim ənənələrdən gen-bol istifadə etməsini belə əsaslandırırdı: “Keçmiş insanla müasir insanın ruh durumunda çoxlu eyniliklər var. Əsas məsələ də elə budu!”

Yazıçı 1916-cı ildə Mexaniki Dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayır. Lakin o, bu işindən heç də xoşlanmır. Gələcək həyat yoldaşına ünvanladığı məktubda belə yazır: “Müəllimlik məni əsəbləşdirir. Mən yalnız qarşımda ağ vərəq, qələm və tütün görəndə sakitləşə bilirəm”.
Tezliklə müəllimliyi tərk edən Akutaqava 1919-cu ildən Tokioya köçərək “Osaka mayniti simbun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Lakin müalicəsi tapılmayan irsi əsəb ona dözülməz əzab verir. O, 1921-ci ildə bir müddət sakitləşmək üçün Çinə səfər edir. Dörd aydan sonra geri qayıdan yazıçı əvvəlkindən daha üzgün görünür. Depressiya və yuxusuzluq sağlamlığını dayanmadan gəmirdikcə Rünoske manyak kimi yazmağına davam edir. O, sakitləşdirici dərmanlarla özünü yuxuya versə də mütəmadi olaraq, röyalarında ölmüş doğmalarını, intihar etmiş anasını görür, qarabasmalardan boğulur. Dostlarına müxtəlif yerlərdə öz oxşarını gördüyünü, anası kimi ağlını itirməkdən qorxduğunu söyləyir.

Yazıçının 1920-ci illərdən başlayaraq ölümünə qədər yazdıqlarının əksəriyyətini avtobioqrafik adlandırmaq olar. Çünki, həmin dönəmdə qələmə aldığı əsərlərin əksəriyyəti dəliliyin, şəxsi iztirabların və hallisünasiyaların məhsuludu. Ömrünün sonlarına yaxın yazdığı “İlğım”, “Dişli çarxlar”, “Köhnə dosta məktub” hekayələrində, “İdiotun həyatı” povestində yazıçının psixi sarsıntılarının doğurduğu intihar meyilləri açıqca duyulur.

Onun realist, mifik, romantik, fantastik janrlarda qələmə aldığı çoxlu sayda şeir, esse, novella, hekayə, pyes və povestlər Yapon ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının incilərindən sayılır.

Rünoske Akutaqava 24 iyul, 1927-ci ildə iztirablarla dolu həyatına son qoyur. Ölmək üçün yüksək dozada vernol həbləri qəbul edən yazıçı bir daha yuxudan ayılmır.

Ölümündən sonra dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərləri ardıcıl çap olunaraq yüksək tirajla satılır.

Yazıçının dostu Kikuti Kan 1935-ci ildə Akutaqava adına ədəbi mükafat təsis edir. Mükafat hər il Yaponiyanın ən istedadlı gənc yazarlarından birinə verilir.

1950-ci ildə məşhur kinorejissor Akira Kurosava onun “Sıx meşədə” hekayəsinin motivləri üzərində “Rasömon” adlı bədii film çəkmişdi. Film dünya xalqlarının on ən yaxşı filmi siyahısına salınıb.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Murad Köhnəqala yazır

İkibaşlı qartal hardan gəlir?

“Siz dediniz ki, bizim ikibaşlı qartal iki tərəfə, Şərqə və Qərbə baxır. Amma hələ Cənub da var”.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin təxminən, bir ay öncə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.

Bəs ikibaşlı qartal Rusiyaya necə “uçub” gəlib? Məsələ ondadır ki, əsrlərdir Rusiya dövlətinin milli atributuna çevrilmiş ikibaşlı qartal simvolunun slavyan mədəniyyəti, mifologiyası ilə heç bir əlaqəsi yoxdur. Bu rəmzi Rusiyaya türklər daşıyıb.

Tarix təkcə döyüşlərdən və sülh müqavilələrindən ibarət deyil. O, həm də rəmzlərin, nişanların, gizli mənaların tarixidir. Bəzən bir bayraq, bir tamğa, yaxud elə söz açdığımız ikibaşlı qartal simvolu minlərlə sözün mənasını bir baxışda izah edir.

İkibaşlı qartal rəmzini bu gün bir neçə dövlətin gerbində görmək mümkündür: Rusiya, Serbiya, Avstriya, Albaniya…

Amma çox adam bilmir ki, bu qədim mifoloji simvol bir vaxtlar iki imperiyanın — Bizans və Səlcuq Türklərinin güc nişanı olmuşdu.

Qartalın qədim izi

Tarixən, ikibaşlı qartal nişanı tam olaraq, nə Bizansa, nə də Avropaya aiddir. Onun izlərinə eramızdan minillər öncə Şumer və Het mənbələrində rast gəlinir. Qartal simvolu Səma və güc tanrısının təzahürü idi. O, həm ilahi qoruyucu, həm də hökmranlığın simvolu kimi təsvir olunurdu.
Bizans imperatorları ikibaşlı qartal rəmzini XI əsrdə öz gerblərinə həkk etdilər. Qartalın iki başı onların həm Şərqə, həm də Qərbə hökmranlıq iddiasını ifadə edirdi. Lakin o zaman heç kimin ağlına gəlməzdi ki, bu simvol nə vaxtsa türk hökmdarlarının rəmzinə çevriləcək.

Türk tamğasından imperiya rəmzinə

Oğuz tayfaları, o cümlədən Qınıq boyu, yəni gələcək Səlcuqlar öz nişanlarını “tamğa” adlandırırdılar. Hər türk tayfasının öz tamğası vardı. Bu, həm nəsil tanıma vasitəsi, həm də mülkiyyət nişanı sayılırdı. Tamğa bir növ möhür demək idi.

Türk tayfaları güclənib daha çox ərazilər fəth edir, dövlətin sərhədlərini genişləndirirdilər. Bir tamğalar çoxluğu artıq bir imperiyanı təmsil edə bilməzdi. Odur ki, Rum torpaqlarına, yəni Anadolunun mərkəzinə qədər gələn Səlcuqlar yeni simvol axtarmalı oldular. Bu yeni simvol isə güc və hökmranlıq ifadə edən bir rəmz olmalı idi. Nəhayət, Bizansı fəth edən Səlcuqlar onların bayrağında əks olunan ikibaşlı qartal simgəsini öz bayraqlarına daşıdılar. Beləliklə, bizanslılar da səlcuq imperiyasının təəbəliyini daha rahat qəbul etdilər.

Qartalın dirçəlişi

Beləcə, XIII əsrin əvvəllərində, I Əlaəddin Keyqubadın dövründə ikibaşlı qartal Səlcuq memarlığında da görünməyə başladı. Konya qalasının daş bəzəklərində, Diyarbəkir qalasının divarlarında indiyə qədər ikibaşlı qartal təsvirləri qalmaqdadır. Artuqoğulları dövründə ikibaşlı qartal təsviri sikkələrin üzərinə də vurulurdu.

Qartal təkcə bir quş simvolu deyildi. O, Bizans-Səlcuq dövlətinin sanki ümumi varislik manifestinə çevrilmişdi. Səlcuqlar yerli xalqların tarixinə, mədəniyyətinə, dini inanclarına toxunmadıqları üçün bəzi Qərb mənbələrində Səlcuq dövlətini Bizansın (Şərqi Roma) varisi də adlandırırlar. Səlcuqlar Anadoluda Roma-türk mədəniyyətinin sintezini yaratdılar. Hətta səlcuqların idarəetmə sistemi o dərəcədə alicənab idi ki, ayrı-ayrı bölgələrdə romalı məmurlar və keşişlər də rəhbərlik edirdilər. Bu səbəbdən romalılar türklərə qaynayıb qarışmağa başladılar.

Roma mədəniyyətini qoruyan türklər

Beləcə, ikibaşlı qartal həm yeni türk hakimiyyətinin rəmzi, həm də xalqlar arasında siyasi körpüyə çevrildi. Qartalın iki başı həm də Şərqlə Qərbin arasında, islam və xristian sivilizasiyasını özündə birləşdirən bir imperiyanın nişanı kimi yüksəlirdi.

Vaxt gələcək bu iki qütbdə ədaləti bərqərar etmək üçün türklər öz ikibaşlı qartalına yenidən sahib çıxacaqlar.

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Murad Köhnəqala…

Müstəqillik havasını içənlər… lap yaxından. Şeirimizin gümüş dövrünü cızanlar: …Murad Köhnəqala…

…Yalan olmasın, Murad Köhnəqala 1995-dən beləsinə proses yazılarımın cəmisindən adı keçən bir şairdir; imzası 1980-cilərin sonlarından görünsə də, poetik yaradıcılığının ən aktiv dövrü də elə bu: 1995-2005 arası…
…Başqaları da Murad Köhnəqala barəsində xeyli yazmış; amma mənə belə gəlir, ən dürüstü elə mənim cızdıqlarımdır; bəs Murad Köhnəqala çağdaş şeirimizə ortaçağlardan yeni nəfəs, bahəm bir rind obrazı da gətirmiş; janr-forma-ölçü, üslub çalarları onun şeirində iki onil ərzində daim dəyişmiş də, zəmindəki rind həməncə yerindədir. Sosial epatajçılıq, postmodern adına min cürə kinli oyunlar, andeqraund-filan… – əksinə, çağın-zəmanənin Şairə geyindirdikləridir və buna bənzərlərini asanlıqla başqaları da elədilər; amma o dərin ironiya ki: rindliyə, danəndəliyə dayanıb hər dəfə həyatın şadyanalığını (bayram) eləyir, Muradın mətnlərində var da, başqalarında (hər halda bu cür) olmadı. “Zahida, gəl soyunaq, bir kərə paltarımızı…” – Sabirsayağı bu mövqe, varsa əgər şeirimizin gümüş mənzərələri içrə, bir az romantik nisgil donunda məhz Murad Köhnəqalanın Şair mövqeyində var; zahidlik, yalançı əxlaq müdərrisliyi, sosial sxolastika və s. və s. pərdəli, ibarəli, riya rəngli mənzərələr baş alıb gedən yerdə, bir çox dəfə internet şərhlərində rastladığım kimi, Murad Köhnəqaladan sitatlar həqiqətən yerinə düşür…
…Başqa məsələ ki, Murad Köhnəqala bir Şair mövqeyi-tərzi-üslubuna sahibdir; biz bəzən rahat olsun deyə, Avropadan aldığımız “izm” qəliblərinə yerləşdirməklə işimizi bitmiş hesab edirik; bu baxımdan, bəli, Murad Köhnəqala da bizdə modernizm hüdudlarında, bir az da dağıldığı, post-modern ərazilərdə mövcud hadisədir. Amma Adil Mirseyidin müqayisəsinə qayıtsaq, bax, Murad Köhnəqala Şərq şairidir, sadəcə şeirində rindlik mövqeyini fəlsəfəsinəcən dərinləşdirmək gücündə olmayıb, lirik yaşamlarını əvvəlcə prozaya keçirdi; daha sonra çörəkpulu qismində publisistikaya dəyişdi. İndi bizdə çox şairlərin aqibətidir bu; ara-sıra rastıma çıxır, oxuyuram: Muradın acı ironiyaları publisist yazılarında da gözəldir; amma şadyanalıq yoxdur, olsa-olsa, zəif-çılpaq bir təbəssüm var…

Müəllif: Tehran ƏLİŞANOĞLU

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Köhnəqala – 65

Tovuzun Köhnəqala kəndinin Murad adlı balası

Murad Köhnəqala – 65

Deyir ki:- “Mən həyatı kifayyət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”

Deyilənlərə görə, qədim Sparta(Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum…

“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.

Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir…

Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir…

Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”

Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.

“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”

Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından(A.Q.P.) xəbəri yoxdur…

Nə isə, oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun!
Çox yaşasın!

Ən xoş arzularla: Elman ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

MURAD KÖHNƏQALANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Köhnəqala – Körpə Tanrının yaratdıqları 

Körpə Tanrının yaratdıqları 

(hekayə)

Tofiq Tümen şəhərindən vətənə qayıdanda ata yurdunda yaşayan qardaşı kənddə onu sevinclə qarşılayıb dost-tanışla şadlıq eləmişdi. Bir neçə gün davam edən görüşlərdən və yeyib-içməklərdən sonra Tofiq Rusiyada yaşadığı qadınla çoxdan ayrıldığını, sonrakı tüfeyli həyatını və deportasiya olunduğunu qardaşına danışmalı olmuşdu. Bir neçə gün sonra ikilikdə oturanda qardaşının suallı baxışını öz cavabları ilə tam təmin etmək üçün Tofiq hər şeyi ətraflı nəql eləməyi özünə borc bildi:

– Belə, qardaş, uşaqlar böyümüşdü, tatar qızı Tanya da məndən bezmişdi. İçirəm dəə, çox içirəm. Bir dəfə də içkili evə gəlmişəm, oğlum da yekə kişidi, əsgərlikdən gəldiyi üç il olar. Nəysə, vurdum onu. Arvad-uşaq biri-birinə qarışdı. Qızım da bizim qəsəbədə yaşayır öz ailəsi ilə. Axşam o da gəldi bizə. Söhbət-mübahisə yenidən qızışdı, uşaqların yanında Tanyaya fahişə-zad dedim. Oğlum ilk dəfə mənə əl qaldırdı onda. Qızım da dedi, sənin uje, başın xarab olub, ya müalicə olunmalısan, ya da bizi tərk eləməlisən. Beləcə, evdən qovdular məni. 

Qardaşı onun Rusiya həyatını özü üçün biraz da aydınlaşdırmaq üçün:

– Ümumiyətlə, orda necə yaşayırdın, işin-gücün nə idi, niyə çoxdandı bizimlə əlaqə saxlamırdın? –  soruşdu.

– Bilirsən, qardaş, burdan gedəndə əvvəlki illərdə hamı kimi bazarda meyvə-tərəvəz alveri eləyirdim. Dost-tanışla kirayələrdə yaşayıb başımı dolandıra bilirdim. Sonradan bu tatar qızı Tanya ilə tanış oldum. Boşanmış gənc qadın idi, qızının üç yaşı vardı. Ancaq evləri Tümendən aralı bir qəsəbədə idi.  Özü uşaq baxçasında işləyir, anası ilə yaşayırdı. Nəysə, evləndim onunla, qəsəbədə onlarla yaşayası oldum. Maaşı zəif idi, sonralar baxçadan çıxartdım onu. Səhər tezdən bir yerdə çıxır, elektrik qatarı ilə 20 dəqiqəyə Tümen şəhərinə gəlir, bazarda birgə alverimizi eləyib axşam qayıdırdıq. Bu arada oğlum Teymur dünyaya gəldi. Sonralar bazarda ha deyəndə OMON-çular basqın edir, sənəd-zad istəyirdilər. Vəziyət çətinləşdi, bizi sıxışdırıb ordan çıxartdılar. Mən məcbur qalıb yerlilərimizlə tikintidə işləyəsi oldum. Əvvəlcə fəhlə işləyirdim, işlərimiz ağır idi. Səhərdən axşama əllə palçıq qarışdırır, kərpic daşıyırdıq. Sonralar mən də suvaq işlərini öyrəndim, belə pis deyildi. Ancaq, nə gizlədim, içirdim, çox içirdim, ona görə işləyə bilmir, zülüm çəkirdim. Həmişə deyirəm, bizi sovet hökmətinin təmiz araqları alkaş elədi, indi də bu kimyəvi araqlara dözə bilmirik. Boynuma alıram, içəndə də başım, artıq xarab olur. İçməsəm də olmurdu. İçəndə heç olmasa biraz depressiyadan çıxıram. Beləcə, davamlı gedə bilmədiyimə görə o işdən də çıxdım. Sonralar harda xırda-para fəhləlik işi oldu ora qaçırdım. Bax, böyük qardaşınam, səmimi deyəcəm, bu yaşa gəlmişəm, həyatda heç nəyə nail ola bilməmişəm. Niyə? Çünki yanlış yaşamışam. Mənim evimi yıxan, gəncliyimdə humanitar fənlərə hazırlaşıb ali məktəbə girmək həvəsim olub. İnan, orda hələ kirayədə yaşadığımız vaxtlar uşaqlara baxırdım, onların arasında bir nəfər belə, kitab oxuyanı yox idi. Mənim evimi oxuduğum o kitablar yıxdı. Düzdü, o vaxtlar ali məktəbə qəbul olsaydım həyatım başqa cür olardı. Elə, oxuduğum o kitablar məni rəhimli elədiyinə görə yanında balaca qızı olan Tanya ilə evləndim. O uşağı görəndən sonra fikirləşdim ki, mütləq biz birləşib onu xoşbəxt böyütməliyik. Sonda həmin qız böyüyüb məni evdən qovdu. Ancaq, qətiyyən qızımda günah görmürəm. Günah mənim içməyimdə, özümü düzgün apara bilməməyimdədi. Nədənsə, içəndə həmişə elə bilirdim Tanya mənə xəyanət eləyir, ancaq ayılıb ağlım başıma gələndə görürdüm yox ee, məndə içkidən maniyalar əmələ gəlib. Bir ara elə bilirdim qəsəbədə məni izləyirlər, guya kimsə qəfil boğub öldürəcək məni. Bir dəfə oğlum mənə dedi, sən niyə arxana boylana-boylana gedirsən? 

Subay olanda kirayədə yaşadığım uşaqlarla oxuduğum kitablardan danışmaq, onlarla: “Məncə, o qarıları öldürdüyünə görə heç vaxt Raskolnikova bəraət qazandırmaq olmaz”,  yaxud, “Tolstoyun Hacı Muradını çeçenlər öldürməməli, onu başa düşməli, anlamalı idilər”, nə bilim, “Martin İdenin intihar etməsini heç vaxt arzulamazdım, yazıçı niyə belə sonluğa razılaşıb, görəsən?” – kimi söhbətlər eləmək istəyirdim. Hələ Akutaqavanın “Cəhənnəm əzabları”nda hörümçək lifindən tutub cəhənnəmdən qaçmaq istəyən Kandatanın halı… Ta, xəbərim yox idi ki, onların arasında kitab ağzı açan yoxdu. Sözü ona gətirirəm, yəni, mən həyatı dibindən yanlış qurmuşammış. Həmişə də fikirləşirəm ki, elə bu yanlışlarımı davam edə-edə ömrümü başa vuracam. 

Tofiqin bu uzun söhbətindən sonra iki qardaşın  arasına ağır sükut çökdü. Qardaşının bu hekayətinə acıyan Natiq hannan-hana:

– Bəs, indi fikrin nədi? Bu dediyin yanlışları təzədən davam etmək fikrindəsən? – soruşdu.

– Bilirsən, Natiq, belə kədərli danışmağıma baxma, düşünürəm ki, bu dünyada pis-yaxşı, mənim də ailəm olub, oğul-uşaq böyütmüşəm. Əsas odur ki, uşaqlarımdan nigaran deyiləm, artıq, onlar öz həyatını idarə etmək yaşındadırlar. Mənim də yaşım 55-ə dirənib, indən belə ailə qurmaq fikrim yoxdu. “Fikrin nədir?” deyirsən. Dünən tanış uşaqlarnan danışmışam, gedəcəm Bakıya. Burda sizə, sənin ailənə, ümumiyətlə, kəndə yük olmaq istəmirəm. 

– Yoo, nə yük, qardaş, sənin yerin həmişə gözümüz üstündədi. Qətiyən belə fikirləşmə, – Natiq ona ürək-dirək verdi.

– Çox sağol, varol, onu bilirəm. Ancaq özüm başqa cür istəyirəm. Danışmışam, gedəcəm Bakıya, əlim var-ayağım var, “Meyvəli” bazarında fəhləliyə, araba sürməyə çağırırlar məni. Gedəcəm, mənə belə xoşdu. Sən qətiyən məndən narahat olma, – deyib xeyli susduqdan sonra qəfil sükutu pozaraq: – O araqdan qaldımı? –  soruşdu.

Natiq tez butulkanı qaldıraraq: 

– Var, hələ var, – dedi, – süzümmü?

– Süz, qardaş, süz! Bunu da içək qurtarsın, gedək yataq, sabah məni Bakıya yola salarsan.

– Yaxşı, indi ki, qərara gəlmisən, qoy belə olsun, ancaq bura hər zaman sənin də evindi. Unutma ki, mən sənin kiçik qardaşınam.  

***

Tofiq “Meyvəli” bazarına çatanda artıq axşam olmuşdu. O, avtobusda yol gedərkən də bazarda araba ilə fəhləlik eləyən kəndçisi Rəsulla telefonda  danışmışdı. Rəsul da hər dəfə tələsik “əsas odur ki, sən gəl, çatanda ətraflı danışarıq” demişdi… Zəngləşib bazarın qarşısında görüşdülər. Görüşən kimi Tofiq ona:

– Buralarda bir ucuzxana varmı gedək oturaq, poxmeləm, başım partlayır, – deyib onun qolunu dartışdırdı.

Tofiqin bu halı Rəsulu sevindirdi. Çünki, araq içməyən adamla onunku tutmazdı. 

– Var, əlbəttə var. Kafe çoxdu, ancaq burda biri var, – əlini sağ tərəfə uzatdı, – əla qutab verirlər. Arağı  özümüzlə apararıq. Qutabla aran necədi?

– Qutab? Əla! Ən sevdiyim yeməkdi. Gedək-gedək!

Onlar gəlib tavanında daim qutab ətri dumanlanan kafedə oturdular. Ortaya salat gələn kimi Tofiq stəkanlara araq süzdü və:

– Götür, qardaş, görüşümüzün sağlığına! – deyib arağı başına çəkdi. – Dünənnən o qədər içmişəm, bütün yol boyu ürəyim bulanırdı, Kürdəmirdə dayananda yüz əlli qram vurdum, biraz düzəldim.

– Sağol, qardaş, xoş gəlmisən! – deyib Rəsul da arağı başına çəkdi. – Nə yaxşı qayıtmısan ee, vətənə, canımçün! Ölməyə vətən yaxşıdı.  O gün də telefonda ucunnan-qulağınnan danışdın, sənin istoriyanı yaxşı bilirəm. Rus qızınnan adama arvad olmaz, canımçün. – Rəsul söhbətinin bu yerində istədi deyə ki, “heyıf deyil özümüzünkülər?” Ancaq demədi, çünki özünün də bir başqa ailə problemi olmuşdu. Ona görə özlərinə uyğun bir məntiqə  gəlib davam elədi: 

– Əslində, bizim kimi adamların arvad-uşaqla nə işi?! Götür, bir dənə də vuraq, götür görüm, nə yaxşı gəldin ee, çox sevinirəm! 

– Ayə, qardaş, burda necədi işlər, heç olmasa gündəlik yemək-içmək çıxırmı? – Tofiq sanki, özünün gələcək həyatını soruşdu.  

– Yaxşı idi! Niyə “idi” deyirəm, bilirsən? Arabadı daa, səhərdən axşama ora mal daşı-bura mal daşı, axşam da “briqadir” gəlib pulları yığır hamıdan, üstündən arabanın arenda pulunu, gecələdiyimiz yerin pulunu çıxır, bizə də elə bir qarın yemək, bir də araq içmək  qalır, vəssalam. Bəs, niyə “yaxşı yerində gəlmisən” deyirəm, bilirsənmi? Mən burda iki arabaçı ilə dalaşmışam. Dalaşdım deyəndə ki, onlar özləri mənə sataşırlar, planları məni burdan çıxarmaqdı. Ona görə elə ikimiz də sabahdan çıxıb başqa yerə gedəcəyik. 

– Hara, xeyir ola? – Tofiq maraqlandı. 

– Mən bir vaxtlar Nərimanov tərəfdə işləyirdim, öz əlim-öz başım idi, heç kimə də haqq vermirdim, bura gəlməyimə çox peşmanam.  

– Orda nə iş idi? – Tofiq yenidən soruşdu.

– Orda belədi, uzun qollu arabalar var, götürürsən onu düşürsən zibil qablarının canına. Dəmir “Bizon” bankaları, plastik əşyalar, nə bilim, istənilən dəmir-dümür… yığıb aparırsan, çəki ilə təhvil verib nağd pulunu alırsan. Biz o vaxtlar iki nəfər idik, axşamlar da sökülmüş binaların içində gecələyirdik. Düzdü, qışda biraz çətin olurdu, ancaq qışda da qapalı yerlər tapırdıq. Normal pulumuz olurdu, ürəyimiz istədiyini alıb yeyib-içir, kef eləyirdik. İndi fikrim var, gedək səninlə, mən yolunu bilirəm, adama bir araba götürək, düşək zibil qablarının canına, ən yaxşısı budur. 

– Ay daa, zibil qablarında eşələnmək? Bəs, adam iyrənmir?

– Ayə, nə iyrənməy ee? Səhər tezdən araqdan mıxlayırsan, dünya vecinə də olmur. Uzağı, öyrəşənə qədər əlcək geyərsən, nə bilim maska taxarsan.

– Hə dəə! Zibil adamı yeməyəcək ki. Bəs, bu gecə harda qalacağıq? 

– Mən bu gecənin pulunu vermişəm, sənin də yerinə ödəyərik. Sabah tezdən də çıxarıq burdan.  

– Yaxşı, qardaş, necə deyirsən elə də eləyək. Bəs, sabah arabaları hardan tapacağıq? 

– Onu da fikirləşmişəm, – Rəsul yüngülcə gülümsədi, – mənim ordakı uşaqlarda arabam var, sənə də birini alarıq. Heç pulun varmı? 

Tofiq utana-utana:

– Canımçün, qardaş, mən Rusiyadan tamam lüt gəlmişəm, kənddə qardaşıma da deməyə utandım, üstümdəki pul yəqin ki, arabaya çatmaz, – dedi.  

– Eybi yox, baxıram telefonun yaxşıdı, onu satarıq, onsuz da bizə telefon lazım olmayacaq. Məndəki düyməli telefon ikimizə də bəs eləyəcək. 

– Ay sağol! – Tofiq dostunun planına sevindi. – Telefon indən belə nəyimə gərəkdi ki? 

***

Dostlar artıq, şəhərdə işə başlamışdılar. Onlar səhər tezdən adamların seyrək vaxtında, bir də gecələr zibilliklərdə eşələnir, çəkiyə gedən əşyalardan arabalarını doldurub qəbul məntəqəsinə yollanırdılar. Yığdıqları əşyaları tərəzidə təhvil verərək nağd pullarını alır, sonra da sevincək  gecələdikləri xarabalığa araq içməyə gedirdilər. Günlər hər gün beləcə təkrarlanır, deyə-gülə   problemsiz ömür sürürdülər. 

Bir dəfə gecə araq-kolbasa-çörək alıb xarabalığa gedərkən Tofiq əlindəki torbaya işarə eləyərək dostuna:

– Qardaş, zen buddizmdə deyilir ki, insan hər halına gülümsəməli, özünü xoşbəxt hiss eləməlidi. Gəl biraz gülək, deyirəm, bizim bu halımız mamont ovundan qayıdan ibtidai kişilərə bənzəyir, – deyib xeyli güldü.

Onun bənzətməsi Rəsulun da xoşuna gəlmişdi.

– Həə, sənin əlindəki də, yəqin dinozavrın arxa bududur, – deyib bərkdən güldü. – O Zendi-nədi gərək onnan soruşaydın ki, ağa, sən heç zibillikdə eşələnmisən? – Rəsul gülməyinə davam elədi.

Dostunun kefinin açıldığını görüb Tofiq xeyli sevindi. Çoxdan idi heç belə ürəkdən gülməmişdilər. Tofiq dostundan soruşdu:

– Qardaş, demək ayıb olmasın, bəs, harda çimə bilərik? Yəqin ki, o mamont ovundan gələnlər də, heç olmasa, çaya-zada girib çimiblər.  

– Ha-ha-ha-ha-ha! Ayə, hamam-zad nədi, sən lap kefdən danışırsan, yox bir, sauna! Deyəsən, bomj olmağımız hələ sənə çatmayıb, – Rəsul dostunu məsxərəyə qoydu. 

Beləcə, saatlar yığılıb gün olur, günlər həftəyə dönür, həftələr aya çevrilərək bir-bir ömürdən sivişib çıxırdı. Yatmağa qapalı, isti yerləri olmadığından dostların işi qışda lap çətinləşirdi. Gecələmək üçün kəşf elədikləri yerlərdə çox da qala bilmir, sakinlər görən kimi şübhələnərək onları  qovurdular. Hər dəfə qovulanda yeni məkan tapmağın əzabını yaşayırdılar. Gecələdikləri xarabalıqda ocaq qalaya bilmədiklərindən gecələr  araq içməklə isinir, səhər tezdən isə arabaları tərəziçidən götürüb zibil qablarının canına düşürdülər.

Tofiq həmişə xırda şüşədə özü ilə araq götürür, xəlvətə düşəndə qurtumlayırdı. Spirtli içki qəbul eləməsə kədər və depressiya onu üstələyirdi. 

Onlar əldə etdikləri cüzi gəlirlə heç vaxt özlərinə təzə paltar, yaxud ayaqqabı ala bilmirdilər.

Qışda qalın paltarda olsalar da soyuq yerlərdə yatdıqlarına görə Tofiq həmişə böyrək ağrısından şikayət edirdi. Dostu isə ona: 

– Ayə, böyrək-zad boş şeydi, əsas qara ciyərdi! Qara ciyərin çezdisə içə bilməyəcəksən. Əsl dəhşət onda başlayacaq! – deyirdi.

Tofiq son zamanlar hiss eləyirdi ki, artıq bu həyat rejimi onu yorur. Onda yavaş-yavaş daxili ikiləşmə yaranır, tək-tənha yol gedərkən öz-özünə danışırdı. 

Rusiyadakı ailəsini tez-tez yada salır, kövrəlib ağlayırdı. Bir dəfə əlini qulağına tutub xəyalən Tanya və uşaqları ilə “telefonda” danışmışdı. “Alo, Tanya, məni bağışlamısan? Məni bağışla, Tanya! Bütün günahlar içkidədi. Əlbəttə, sən heç vaxt mənə xəyanət eləməzsən. Məni bağışlasan çox rahat olardım. Səni çox sevirəm, Tanya! Ver görüm, qızıma. Qızım, necəsən, balaca Vadik necədi? Neçənci sinifə gedir? Ay nə yaxşı! Bilirdim ki, mənim nəvəm əlaçı olacaq. Qızım, məni bağışlamısan? Mən ananla tanış olanda, ilahi, sən nə qədər gözəl idin, mələk idin! Qızım, bunu mütləq bilməlisən, mənim həyatımı elə, sənin varlığın dəyişmişdi. Yox-yox, ağlamıram, səsini eşitdim, sevindim. Səni çox sevirəm, qızım. Ver qardaşına, onunla da danışım. Saşa, papadı ee, danışan! Həə, vətəndəyəm, ancaq bilsən sizin üçün necə darıxmışam! Yadındadı, uşaq vaxtı səninlə qol güləşdirdiyim? İstəyirəm gəlim yenə bir qol güləşdirək. Oğlum, bağışla, mən sizinlə son vaxtlar kobud oldum, içdim, pul qazana bilmədim. Mənim igid oğlum! Bəs, üzünü niyə qırxmamısan, oğlum? Səliqəli ol, həmişə! Yoo-yoo, ağlamıram. Düzdü, həə, gözümdən yaş axır, ancaq ağlamıram. Yaxşı oğlum, mən getməliyəm, yolu keçirəm, salamat qalın, sizi çox sevirəm!”

Bu cür xəyallardan ayılanda özünə yazığı gəlirdi Tofiqin. Son zamanlar tez-tez daxilindəki adamla  mübahisə eləyir, dalaşır, barışırdı:

“Yox, sən pis adam olmamısan, sadəcə, bəxtinə yazılan budur. Yox ee, bəxt-tale nədi? Özün axmaq olmusan! Hamı kimi başını aşağı salıb yaşamamısan. Mütləq gedib qürbətdə tatar qızı ilə evlənməli idin? Hamı kimi qayıdıb öz el-obandan bir qız bəyənə bilməzdin? Ya da heç evlənməyəydin, evlənmək belə vacib idi? Yox ee, insan tənha yaşamamalıdı, ailə qurmalıdı, əlbəttə. Ta, sənin kimi yox daa! Yox ee, məni araq yıxdı, araq! Əşi, arağı hamı içir dəə, sənin, sadəcə, həyatda bir normal planın, hədəfin olmayıb. Elə dəli adamlar kimi hara gəldi başını soxmusan. Lap elə günü bu gün, guya düz eləyirsən? Gəlmisən zibillikdə eşələnirsən. Neynim ee, özgə neyləyə bilərəm? Heç normal sənədim də yoxdu üstümdə. Kimdi günahkar? Heç kim günahkar deyil, sadəcə, belə alınıb. Bu həyatı da kimsə yaşamalıdı, ya yox? O da mənəm dəə! Onda niyə narazısan ki? Mən heç kimdən narazı deyiləm. Ancaq yox, narazıyam! Bu nə taledi mənə yazılıb? Fikir vermişəm, məndən də ağılsızlar var, ancaq normal  yaşayırlar. Yəqin, bu işlərdə insanın qəlbi, bilgisi, bacarığı xüsusi rol oynamır. Yenə hər şeyi talenin üstünə yıxırsan? Hər şeyi bəxtin-qismətin üstünə yıxıb öz axmaqlığına bəraət qazandırmaq istəyirsən, haa, əmoğlu! Elədi, ancaq mən heç vaxt pis adam olmamışam, karma deyilən bir şey də var, axı! Niyə mənə qayıdan bumeranq bu qədər tərs olsun? Əşşii, o karma-bumeranq-zad var ee, onlar hamısı boş, uydurma söhbətlərdi! Əsas insanın öz ağlı, düşüncəsidi. Şəxsən mən belə düşünürəm, həyatda müxtəlif insan növü var, onların bəziləri gec dəyir, yəni, ağıla-kamala gec dolurlar. Belələri gəncliyində doğru həyat strategiyası qura bilmirlər. Bir yolgöstərəni də olmayanda xırda bir gənclik yanlışlığından bütün həyatlarını səhv qururlar, xoşbəxtlikdən uzaq düşürlər…”

Son zamanlar Tofiqin bu cür daxili dialoqları həddini aşır, o, kənardakılara öz-özünə danışan dəli təsiri bağışlayırdı… 

Bir payız günü ürəyində “İlahi, bu nə taledi vermisən mənə, ilahi, bu nə taledi vermisən mənə?!” sözlərini təkrarlaya-təkrarlaya arabasını dartaraq növbəti zibilliyə tərəf gedirdi. O, səkinin kənarındakı çinar ağacının yanında dayanıb biraz nəfəs dərmək qərarına gəldi. Aşağı çökərək kürəyini çinara söykədi və bir siqaret yandırdı. Siqaretə dərin qüllab vuraraq yenidən tüstüqarışıq bir ah şəkdi: “İlahi, bu nə taledi  vermisən mənə?!” 

Bu sözlər ağzından çixan kimi havada bardaş qurmuş vəziyətdə lüt bir körpə uşaq peyda oldu. Tofiq gördüyü mənzərədən ürpənərək ayağa qalxdı. Lüt körpə də onunla yuxarı qalxdı və bir neçə metr aralıda havadan asılı halda dayandı. 

– Bu nədi, ilahi? – O, qorxu içində zarıdı. – Olmaya, indi də Buddanın körpəliyini görürəm? – Arxasınca da: – Deyəsən, başım xarab olur, – deyə öz-özünə pıçıldadı.  

Bu zaman havada bardaş qurmuş körpə sakit səslə dilləndi:

– Sənin adın Tofiqdi, gördüklərin də xəyal deyil.  Taleyindən şikayətçisən, sənə kömək eləməyə gəlmişəm.

Tofiqin daxilində körpənin bu sözlərinə işıqlı bir inam yarandı. O, qorxa-qorxa:

– Sən kimsən? – soruşdu.

– Mən bu dünyanı yaradan, idarə edən, insanlara tale paylayan Tanrıyam. 

– Necə yəni dünyanı yaradan, sən axı, körpəsən?

– Bəli, körpəyəm, yaratdığım kainat ona görə kamil deyil! – söyləyən körpənin üzündə təbəssüm açdı. – Mən hələ böyüyəcəm, kamilləşəcəm, kainat da bax, onda kamil olacaq. Kainatın kamilləşməsi üçün sonsuz milyard illər lazım gələcək. Nə isə… hər şeyi bilməməlisən.  

– Demək, biz sənin haqda yanlış düşünmüşük. İnsanlar elə bilir sən ağsaçlı qoca bir kişisən. 

– Bilirəm, – deyib körpə yenidən gülümsədi. 

– Bəs, mənə necə kömək eləyəcəksən? 

– Sənin narazı qaldığın bu kasıb taleyini başqa bir zənginin taleyi ilə dəyişmək istəyirəm. Sən razı olsan dəyişəcəm – körpə dilləndi. 

Tofiq təəccüblə:

– Nə danışırsan, doğrudanmı sən bunu bacarırsan? – soruşdu. 

– Bəli, bu mənim işimdi. Düzdür, mən hər canlının çağırışına, istəyinə peyda olmuram, ancaq sənin istəyini yerinə yetirməyi, taleyini dəyişməyi  uyğun bildim. 

– Bəs, niyə elə bəribaşdan insanların taleyini yaxşı eləmirsən?

– Məntiqli sualdı. Biz şüur verdiyimiz canlıları həm də onların genetik yaddaşının ümidinə buraxırıq. Bizim insanlara verdiyimiz üst şüurdur, genetikadan, təbiətdən gələn yaddaş isə alt şüur hesab olunur. Şüurlu insanın taleyini məhz, o alt şüur, yəni genetik yaddaş idarə edir. Hər şeyi deyə bilmərəm, bu qədər bilmək bəsindir!  

– Bəs, mənim taleyimi necə dəyişəcəksən?

– O, bizim işimizdir! De görüm, zəngin birisi ilə öz taleyini dəyişməyə razısanmı?

– Əlbəttə, razıyam! Ancaq mən necə biləcəm ki, zənginəm? Mənə pul verəcəksən?

– Yoox! Sən öz yaşıdın olan bir zənginin həyatını yaşayacaqsan, o da eyni zamanda sənin həyatını yaşayacaq.  

– Bəs, o adam razıdır?

– Bəli, o da sənin kimi məni səslədi. Var-dövlətindən imtina edir. Odur ki, uyğun bilib sizin taleyinizi dəyişməyə qərar verdim. Danışmışıq, o, sənin indiki həyatını davam etdirməyə, sənin taleyini yaşamağa hazırdı. Qalır sənin razılığın. 

– Əlbəttə razıyam! Mən indi nə etməliyəm?- Tofiq sevincqarışıq həyəcanla soruşdu. 

– Sən heç nə! Biz sənin indiki həyatını arxa yaddaşa  salacaq, yeni həyatının yaddaşını isə beyninin əsas hissəsinə yükləyəcəyik. Müasir dillə desək, sənin beyninin işlək hissəsinə həmin varlı adamın yaddaşının çipini yerləşdirəcəyik. Ailədə, iş yerində, cəmiyətdə başqası kimi görünməyəsiniz deyə hər ikinizin görkəminizi dəyişəcəyik. Yəni, sizin görünüşünüz də taleyinizlə bərabər dəyişəcək. Sənin dostun heç vaxt yanındakının başqa adam olduğunu bilməyəcək. Sən o olacaqsan, o da sən. Əsas proses beyninizdə, yaddaşınızda gedəcək. Yəni, sən öz arxa şüurunda həm də başqası olduğunu biləcəksən. 

Bura bax, özü də sən o zəngin şəxsi görmüsən. Bir dəfə şadlıq sarayının qarşısından maşını çıxaran sürücü  “parkovşik” bilib səhvən sənə pul vermişdi. Yadındadı? Sən də pulu geri uzadıb “mən parkovşik deyiləm” demişdin. Sürücünün yanında oturan o adam da demişdi, “verirlər götür dəə, ay kasıb!” – yadına gəldi?  Ay sağol, bax, həmin zənginlə sənin taleyini dəyişəcəm.  

– Həə, başa düşdüm. Demək, mən o zənginin həyatını yaşayacam, eynilə onun görkəmində olacam, lakin həm də biləcəm ki, mən başqasıyam. 

– Tamamilə doğrudu! Başqasının görkəmində olacaqsan, ancaq həmin həyatdan gələn bütün həzzləri sən yaşayacaqsan. Hələlik isə hər ikinizə bir ay vaxt verəcəm. Bu müddət ərzində hansınızsa dəyişikliyə peşman olsanız yalnız bir aydan sonra geri qaytara biləcəm. Bunun üçün yenidən bura gələrək  bu çinara söykənib məni çağıracaqsan.   

– Əla! Bu ki, gözəldi! Mən razı! Bəs, bu işlər haçan olacaq? 

– Dəyişiklik sabah sübh tezdən həyata keçəcək. Bu gecə hər ikiniz dərin yuxuya gedəcək, sabah yuxudan dəyişik formada oyanacaqsınız. Sənin adın Hikmət müəllim olacaq, özün də böyük şirkət rəhbəri olacaqsan. Qalan təfsilatlar, yeni həyatının bütün məlumatları yaddaşının ön hissəsində peyda olacaq. Ancaq bu sirri kiməsəyə açsan şərtimiz dərhal pozulacaq və bütün tanışlar səni sərsəri kimi tanıyacaq. 

– Oldu, körpə Tanrım, heç kimə heç nə demərəm, əlbəttə! 

***

Səhər tezdən Tofiq Hikmət müəllim qiyafəsində, iri çilçiraqlı,  geniş bir otaqda oyandı. O, bilirdi ki, birazdan qulluqçu gəlib səhər yeməyinin hazır olduğunu deyəcək. Biraz gərnəşdikdən sonra qalxıb yuyunacaq və yavaş-yavaş aşağıya, villanın həyətindəki besedkaya tərəf gedəcək. Besedkada açılmış ağ süfrəli stolun arxasına keçəcək. Həyətdə müntəzir dayanıb onu gözləyən sürücüsünə: 

– Gəl otur sən də, yoldaşlıq elə, bəlkə bir şey yeyə bildik, – deyəcək. 

Beləcə, Hikmət müəllim səhər süfrəsi arxasında ətirli kofe ilə birtəhər iştahını açıb yeməklərin hərəsindən biraz dimdiklədi və kefi kök halda aşbaz qadına:

– Qəşəng, dadlı hazırlamısan, həmişə olduğu kimi. Yeməsəm də sənin yeməklərinə baxıb doyuram, – deyib divana yayxandı. Sonra yenidən üzünü aşbaz qadına tutub: – telefonum yuxarıda qalıb, bi zəhmət, gətir dəə, onu, – dedi. 

Sürücü onun bu xahişinə cəld ayağa qalxıb: 

– Mən gətirərəm, – dedi və tezcə də əlində telefon Hikmətin yanına qayıtdı. Hikmət telefonu səssiz rejimdən çıxararaq: 

– Deyirəm, görüm, arvad-uşaqdan bir xəbər varmı, zəng eləyən olubmu? – deyib ekrana baxdı. Ancaq deyəsən, heç kim zəng eləməmişdi. 

Sürücü qılıqlı bir əda ilə ona: 

– Məllim, gecə narahat eləmirlər dəə, birazdan zəng edib axtaracaqlar, yəqin. 

– İnan ki, bunlar analı-balalı işləri düşməsə qəti zəng eləməzlər. Ayə, bəlkə gecə ürəyim yatıb ölmüşəm, bir maraqlanın daa! 

Kənarda dayanan aşbaz qadın tez söhbətə qarışdı: 

– Booy, allah eləməsin, ay Hikmət məllim. Onlar yaxşı bilir ki, siz sağlam adamsınız, hələ yüz il yaşayacaqsınız. 

– Yüz il? Ha-ha-ha-ha! Üçcə il yaşasam böyük şeydi. Onçun deyirəm ee, bunlar mənimlə heç maraqlanmır. Mən onlar üçün sadəcə, pulkəsən maşınam, yalnız pul lazım olanda zəng eləyirlər. 

– Allah canınızı sağ eləsin, – qadın yenidən onun qılığına girdi, – təki sizin pulunuz çox olsun!

Hikmət üzünü sürücüyə tutdu: 

– Nəysə, dur xodda görək maşını! – Amiranə səsləndi. 

Arxa oturacaqda oturan Hikmət öz-özünə düşünürdü: “Görəsən, mənim bir dincliyim olacaqmı? İndi gedəcəm şirkətə, təzə-təzə qara xəbərlər eşidəcəm. “Vergidən yenə sorğu gəlib, müstəntiq işi filan vaxta saxladı. İçəridən kimsə satır bizi…”

O, bu şirkəti bir vaxtlar yaxın dostu Adillə təsis etmişdi. Sonralar şirkətin hesabına külli miqdarda vəsait daxil oldu. Elə həmin gəlhagəl vaxtı onun yaxın dostu, şəriki Adil avtomobil qəzasında həlak olmuşdu. Sürücünün həmin qəzadan salamat çıxması adamlarda şübhə doğurmuşdu. Qəzadan bir neçə ay sonra isə sürücü otel hamamında çimərkən qaz sızmasından boğulub ölmüşdü. Artıq indiki Hikmətə də bu hadisələrin səbəbi məlum idi. Çünki, hər iki qətlin sifarişçisi o özü idi. Hikmətin alt şüurundakı Tofiq bu işlərə görə dayanmadan narahatlıq hissi keçirirdi. Yeni yaddaşdan o da məlum olurdu ki, Hikmətin qətlə yetirdiyi şəriki Adil şirkətin tikinti sektorunun vergidən yayınmasına qarşı çıxırmış. Sonradan Adilin oğlu sürücünün ölüm hadisəsindən şübhələnərək məhkəmə vasitəsilə atasının meyitini eskumasiya etdirmiş, nəticədə  onun qəzada öldüyü yox, qətlə yetirildiyi  aşkarlanmışdı. 

Hikmət şirkətə çatan kimi köməkçisini otağına çağırdı. Neçə ay idi ki, şirkətin adı korrupsiya qalmaqallarında, vergidənyayınma kimi cinayət əməllərində hallanırdı. Dostu Adilin qətlində şübhəli bilinsə də yüngül dindirməni çıxmaq şərtilə, Hikməti hələlik bu mövzuda narahat etmirdilər. 

Köməkçi içəri daxil olan kimi Hikmət birnəfəsə: 

– Vergi yoxlamaları nə vaxt başlayacaq, istintaqdan nə xəbər? – soruşdu. 

– Hələ ki, narahatçılığa bir əsas yoxdu, Hikmət məllim. Dedilər ki, mütəxəssislər başqa şirkətlərdə yoxlama apardığından bizə biraz gec gələcəklər. Yaxşı xəbərdi, çox sevindim. Fikirləşirik, görək, ona qədər tanış tapa bilirikmi. 

– Həə, yaxşı xəbər oldu bu, bala. Axtarın, maraqlanın görək içəridən bu işləri yoluna qoyası uyğun adam tapa bilirikmi. Yoxsa hamımız əlli-ayaqlı gedəcəyik. Bunu şirkətin işçiləri bilməsin haa, bilsələr hərə bir yana dağılacaq.

– Narahat olmayın, Hikmət məllim, heç kim biləsi deyil. Ancaq mənə elə gəlir, bizi içəridən satan var. Bəlkə də bu işləri rəhmətlik Adil müəllimin oğlu qarışdırır. 

– Yox əşi, – Hikmət özünü bilməməzliyə vurdu, – onun nə işinə? Əmisinin şirkətinə pislik eləməz, axı. Atasına qoydurduğum o boyda baş daşından utanmazmı, yəni? Nəysə, get mənə bir kilo yaxşı göycə alçası al gətir, burda biraz viskim qalıb, içim, özümə gəlim, dünən çox içmişəm. 

Köməkçi alçanı alıb xəlvətcə gətirdikdən sonra Hikmət şkafdan götürdüyü yarımçıq şotland visksindən bir qədəh süzüb başına çəkdi və üstündən alça yedi. Qədəhi dərhal yenidən doldurub qarşısına qoydu və öz-özünə:

– Görəsən, şotlandlar bunu alça ilə işməyin ləzzətini bilirmi? – söyləyib güldü, kefi açıldı. Onun bu halı alt yaddaşdakı Tofiqin də xoşuna gəlmişdi. 

Hikmət biraz özünə gələn kimi  xaricdə yaşayan oğlu, onları rüsvay eləyən qızı və uşaqların arxasınca  gedən həyat yoldaşını xatırladı. Ailə üzvləri hər dəfə yadına düşəndə dəli olur: “Məni bədbəxt elədilər bunlar!” 

Hikmətin Türkiyədə təhsil almış qızı Sara ana  qohumu ilə ailə qurmuşdu, yaşamaq üçün bütün gözəlliklər onların xidmətində idi. Həyat yoldaşı sahibkarlıqla məşğul olur, Sara isə atasının şirkətində çalışırdı. Yeni Hikmətin yaddaşında qızının boşanma tarixçəsi yavaş-yavaş aydınlanırdı. 

Demək, bir gün Sara öz işi ilə əlaqədar Türkiyəyə simpoziuma gedəsi olur. Qızına yoldaşlıq eləmək  üçün anası da onunla birgə Antaliyaya uçur. Tədbirin sonuncu günlərində Sara anasına deyir ki, sabah burada olan tələbə yoldaşlarımızla görüş keçirəcəyik. Sabah axşamdan başlanan həmin görüş gecə yarısına qədər davam edir. Gecə otelə qayıtmayan Saradan narahat olan anası dalbadal zəng etsə də qızı telefonu götürmür. Qızının bu hərəkətindən təşvişə düşən ana votsapda ona: “Təcili mənə zəng elə!” yazır. Gecə yarısı Sara zəng edib tələbə yoldaşları ilə əyləndiyini, səs-küydən onun zəngini eşitmədiyini, birazdan otelə dönəcəyini söyləyir. Sara səhərə yaxın içkili vəziyətdə otelə, anasının yanına qayıdır. Sonradan məlum olur ki, həmin gecə Sara Türkiyədə yaşayan suriyalı ərəb tələbə yoldaşı ilə eşq yaşayırmış. Bəs, bu əhvalatı Saranın atası haradan bilib? Demək, suriyalı tələbə yoldaşı Saranın atasının zəngin biri olduğunu bilir və onu şirin dilə tutaraq xatirələr qoynunda öz otel otağına aparır. Hər ikisi sərxoş olub açıq-saçıq eşq macərası yaşayırlar. Sən demə, ərəb gədəsi həmin gecəyə başqa cür hazırlaşıb, əvvəlcədən otağa videokamera quraşdırıbmış. Onlar Bakıya qayıtdıqdan sonra suriyalı sevgilisi həmin video görüntünü Saraya göndərərək bu biabırçılığı paylaşmaması üçün ondan yüz min dollar pul tələb edir. Sara əlacsız qalıb dərdini anasına danışır. Anası məcburən əhvalatı Hikmətə söyləyəsi olur. Ata hirsindən boğulsa da azyaşlı övladı olan qızının ailəsinin dağılmaması üçün tələb olunan məbləği verir. Beləcə, suriyalı onlardan dəfələrlə iri məbləğdə pullar qopara bilir. Bir gün suriyalıdan Saraya daha ağrılı təklif gəlir: “Ya Türkiyəyə gəlib mənimlə ailə quracaqsan, ya da bu videonu həyat yoldaşına göndərəcəm!” 

Ailədə hamı biri-birinə dəyir. Təkcə Saranın İngiltərədə yaşayan qardaşı Radik bu əhvalatdan xəbərsiz olur. Anası götürüb ərəbə zəng eləyir, nə qədər yalvarsa da onu yola gətirə bilmirlər. Suriyalı gədə “Sara gəlsin, mən onu sevirəm, vəssalam!” – deyə əl çəkmir. Axırda ana-bala bu qərara gəlirlər ki, ərəb rüsvayçı videonu yaymamış əhvalatı özləri açıb Saranın həyat yoldaşına desinlər. Arvadının bu təklifinə Hikmət də məcburən razılaşır. Bir gün Hikmətin arvadı Sara ilə onun uşağını, hər ehtimala qarşı, öz evlərinə gətirərək kürəkənləri ilə söhbətə gedir. Anası qızının xəyanətini yumşaltmağa cəhd edərək bu hadisəni təsadüfi bir səhv kimi qələmə verib kürəkənini dilə tutmağa çalışır. Saranın həyat yoldaşı söhbətin yarısındaca qollarıyla başını tutaraq: “Rədd olun hamınız! Bir də sizi bu evdə görməyim! Nə sizi, nə də qızınızı!” – deyə pıçıltı ilə bağırır. 

***

Bu əhvalatdan uzun müddət depressiya yaşayan  Saranı azacıq da olsa ovutmaq üçün anası onu Londona, qardaşının yanına aparır. Onlar bir müddət Radikin yaşadığı evdə qalırlar. Saranın da kədəri getdikcə soğulmağa başlayır. Radikin bəzi hərəkətləri ana-balaya qəribə gəlsə də bunu yerli mühitin gəncə təsiri kimi yozurlar. 

Bir gün Radik onlara: 

– Ana, gəlin, sizi başqa evə köçürüm, zəng eləyərik papa da kirayəpulunu göndərər. Çünki, mənim yanıma dost-tanış çox gəlir, sizi də, balacanı da narahat edəcəyik. Balacaya görə sizə geniş bir həyət evi lazımdı, – deyir. 

Təəccübdən gözləri bərələ qalmış anası: 

– Bala, bəs, sənin o həyət evin necə oldu?  Dayan görüm, sən qulağına sırğa da taxırsan, dünən yox idi axı, belə şey? – soruşur. 

– Ana, nə həyət evi? Həyət evi idi o? Mərkəzdən uzaqlarda guya villa idi, çoxdan satmışam ee, onu!

Sırğamı neynirsən, Avropadı, burda hamı taxır daa…

Anası dəli kimi qışqırır:

– Ay binamus, sən nə danışırsan, satmışam nədi? Atan onu bir milyona almışdı, hanı bəs pullar? 

– Mama, qışqırma, burda səndən qorxan-zad yoxdu! Dedim, satmışam, pul lazım idi, satdım. Yeddi yüz minə zorla satdım. Nə puldu ki o? Biraz kazino, biraz yeyib-içmək, vəssalam, uçub getdi hamısı! 

– Ay daa, ilahiiii!!! Yəqin bizimlə məzələnirsən! Atan bilir heç olmasa?

– Yox! Hardan bilməlidi? Muştuluqlamalıydım? Satdım daa, lazım idi. Hələ bu evi də girov qoyub kredit götürmüşəm. Elə bilirsiniz Londonda yaşamaq asandı? Azərbaycana baxmayın ee, burda pul qazanmaq olmur! 

– Atan xoşbəxtdi ki, hələlik bu işlərdən xəbəri yoxdu…

***

Beləcə, alt şüurdakı Tofiqin yeni Hikmət yaddaşı işə düşdükcə faciələri bir-bir üzə çıxırdı. Tale dəyişikliyindən 20 gün keçsə də Hikmətin yoldaşı və qızı hələ ki geri qayıtmamışdı. Ona görə yeni yaddaşda oğlunun Londondakı villanı satması barədə məlumatı yox idi.

Yeni Tofiq isə köhnə qayda ilə hər gün arabanı götürüb şəhərin canına düşür, zibilliklərdə eşələnirdi. Yeni Tofiqlə bərabər onun arxa  yaddaşındakı Hikmət də özünü xoşbəxt hiss edirdi. Arxa yaddaşdakı Hikmətin şən olması yeni Tofiqin davranışına da xoş təsir edirdi. Onun əvvəlki vaxtlarından daha şən olması dostu Rəsulun nəzərindən yayınmırdı. Xüsusən də oturub bir yerdə araq içərkən Tofiq çox sevinir, əlini əlinə sürtüb xoşbəxtcəsinə içməyə hazırlaşır: “Götür vuraq ee, qardaş! Nə vecimizə, üçdə alacağımız yox, beşdə verəcəyimiz! Vur getsin!” – kimi sağlıqlar söyləyirdi. 

Dostu Rəsul da onun bu halını görüb sevinərək:

– Böyrək-möyrək ağrısı da gedib, deyəsən, öz işinin dalınca, – söyləyib gülürdü. 

***

Radik yalvarıcı səslə bacısına:

– Valla, bacı, getsəniz yaxşıdı. Belədə uşağa da rahat olardı. Bura qonaq gəlmək istəyən dostlarımı, partiləri müvəqqəti dayandırmışam. Mən də onlara qonaq gedirəm, içir, şənlənirik. Birazdan tökülüşüb gələcəklər, illərin dostlarını qovası deyiləm ki? Səs-küy, musiqi… bezəcəksiniz, – söylədi.  

– Mən bu evdən heç yana getməyəcəm! – anası onun üstünə qışqırdı. 

– Getməyəcəksən, özün bilərsən! – Radik qisasçı səslə dilləndi, – Getmə-getmə! Bax gör indi oğlun neyləyəcək? Dedim, yəni, heç olmasa siz bu halımı görməyəsiniz, – deyib paltar dolabının üst şkafından yumru bir şüşə qab çıxartdı. – Baxın-baxın! Sizə maraqlıdırsa, baxın! – dedi və şüşənin düyməsini basdı, gümüşü qapaq öz-özünə açıldı. O, barmağını şüşədəki ağ toza batırıb damağına sürtdü. Sonra yenidən: – Baxın-baxın! – qışqırdı. 

Narkoman oğlunun bu halını görən ana öz başını yumruqlayıb divana çökdü…

***

Hikmət axşam işdən evə dönəndə xanımı Londondan zəng edərək oğlunun evi satdığını, pulunu göyə sovurduğunu, heroinə qurşandığını söylədi. Köçürülmüş yaddaşda olmayan bu təzə söhbət, sərvətdə dinclik axtaran Hikmət üçün də yeni idi. O, köhnə yaddaşını canlandıraraq: “Deyəsən, mən bu ağırlığın altından çıxa bilməyəcəm. Deyir, narkoman oğlun üstəlik sırğa da taxır. Bu nə deməkdi, olmaya uşaq pozuldu orda, geylərəmi qoşuldu? Qızımın həyatı belə, oğlumun xətrinə dəymədim, istədiyini alıb verdim, o da elə! Kim bilir gizlinə düşəndə arvad nə hoqqalardan çıxır?! Demək, mən canımı girov qoyaraq yalnız bunlar üçün oğrun-oğrun pul qazanmalıyammış! Mənə zəng eləyəndə bircə dəfə “necəsən?” deməyiblər, yalnız pul istəyiblər. Sabah gedəcəm iş yerinə, qoy hesablasınlar görüm mənə nə qədər iş kəsəcəklər? Sabah iyirmi yeddinci gündü, deyəsən, öz taleyimi geri qaytarası olacam!” – deyə düşündü. 

***

Hikmət sabah tezdən şirkətin maliyyə şöbəsinin rəhbərini və hüquqşünası otağına çağırıb onlara:

– Xahiş edirəm, gedin, hesablayın görüm, bizim vergidən yayınma rəqəmimiz nə qədərdi? Sonra, büdcədən mənimsədiyimiz vəsaitləri saxta sənədlərlə ört-basdır edə bilərikmi? Adilin ölümü ilə bağlı nə yeniliklər var?

– Hikmət məllim, – şirkətin hüquqşünası dilləndi, – indicə mənə bildirdilər ki, sən demə, təhlükəsizlik orqanının əməkdaşları bizim başımızın altına yastıq qoyaraq şirkətimizin bütün sənədlərini yoxlayırmış. Birazdan gəlib sizin ölkədən çıxmamanız barədə order təqdim edəcəklər. Tezliklə məhkəmə olacaq. Adil müəllimin qətli ilə bağlı da istintaq gedir. Hesablamaq lazım gəlmir, şirkətin üstündə olan ittihamlara görə sizi 19-25 il arası həbs gözləyir. Adil müəllimin ölümünü də sizdən görsələr, allah eləməmiş,  ömürlük gedə bilərsiniz. 

Hüquqşünasın sözlərindən Hikmətin bənizi ağardı. Əlinin arxası ilə “çıxın” işarəsi verdi. Onlar otaqdan çıxan kimi şkafdan təzə viski şüşəsini götürüb açdı və badəni ağzına qədər doldurub içdi. Elə stəkanı yenicə yerə qoymuşdu ki, iki nəfər tanımadığı şəxs  otağa daxil oldu və gətirdikləri orderi ona təqdim edərək qol çəkdirdilər: “Məhkəməyə qədər yaxın on gün müddətində işdən və evdən başqa heç yerə getmək ixtiyarın yoxdur!”

***

Həmin gecə Radik anasıgilə acıq eləyərək “bay-bay!” deyib dal-dalı evdən çıxdı. Arvad Hikmətə zəng edib ona ağzına gələni deyərək, sanki oğlunun heyfini atasından çıxmağa çalışırdı: “Mən sənə deyəndə ki, onu belə qudurtma, gördün, axırda başımıza nə oyun açdı? İndi də heroinini götürüb evdən çıxdı. Nə bilim hara getdi? Guya nə fərqi vardı, onsuz, biz olmayanda da belə yaşayıb daa! Baax, Hikmət, sənə deyirəm, bu uşağı Bakıya gətirməsək burda bədbəxt olacaq. Onsuz da artıq bədbəxtdi, biraz da bədbəxt olacaq!” 

Hikmət də öz dərdini açıb tökdü: “Ay arvad, indi mən burdan oraya neyləyə bilərəm? Xəbəriniz yoxdu ee, mənim halımdan! Bu gün mənə evdən çıxmamaq barədə order verdilər. Bəli-bəli, tutacaqlar daa, əvəl-axır! Hüquqşünasım dedi, üst-üstdən iyirmi beş ilə qədər türmə gözləyir məni! Bə, nə bilmişdiniz? Kef eləyirdiniz ee, mənim hesabıma! Ömrümü yeyib bitirdiniz, uje! Qızın elə, oğlun belə! Neyləyim indi mən?”

***

Bu telefon danışığından üç gün keçmiş Londondakı evin qapısının zəngi çalındı. Sara cumub gözlükdən baxdı ki, qardaşıdı. Tezcə qapını açdı. Qardaşının kefi kök idi. Anası onun üstünə hücum çəkdi:

– Bala, hardaydın, niyə bu üç gün müddətində heç olmasa zəng eləməmişdin? Ana-bacını damın altında qoyub hansı cəhənnəmə getmişdin, həə? Hansı narkomanın yanında idin?

– Ay ana, sən ki, qalıb mənim həyatımı öyrənmək istəyirsən, buyur! Birazdan dostlarım da gələcək, – Radik şırtıq çalıb ortada bir kruq fırlandı. 

Elə bu zaman qapının zəngi yenidən çalındı. 

Radik: – Gəldilər! – deyib qapıya cumdu. Evə üç nəfər oğlan, bir nəfər də alnına qədər tatu  döyülmüş gənc qız daxil oldu. Radik qonaqları ana-bacısı ilə tanış elədi. Onlar ananın qarşısında bir-bir ironiya ilə qucaqlaşıb yan otağa keçdilər. Gələnlərin arasında suyuşirin bir zənci oğlan da vardı. Radik zəncini öz yanına çağırıb anasına dedi: 

– Anacan, tanış ol, bu mənim sevgilimdi! Necədi? Mənim həyat tərzim səni qane elədi? – deyib zənci oğlanla dodaq-dodağa öpüşdü. Anası ikrahla onun sinəsindən geri itələyib halsız vəziyətdə divana çökdü. Sara yüyürüb ona su gətirdi, anası içmək istəmədiyini dedi. Sara onu sakitləşdirmək üçün:

– Ana, sən onun dediklərinə çox da inanma. Bunların hamısını o, bizim acığımıza eləyir. Boş şeydi! Mənim qardaşım heç vaxt gey olmaz! – söylədi. 

Anası halsızca: Yox qızım, yox, elə belədir ki var! – dedi. – Yadımdadı, burada yaşayan bir yerlimiz qardaşından şübhələndiyini zəng edib atana demişdi. Atan da “paxıllıqdan uşağa şər atırlar” deyib inanmamışdı. Ancaq ürəyində şübhə qaldığını da mənə bildirmişdi. Vallah, belə olsa mən zəhər içib özümü öldürəcəm! Dur gedək, qızım, dur gedək! Uşağı da oyat, hazırlaş, gedək oteldən-zaddan tapıb başımızı soxaq ora! Dur-dur, dur hazırlaş! – deyib hirslə qızı dümsüklədi. 

Onlar yaxınlıqdakı balaca bir oteldə yerləşən kimi arvad dərhal Hikmətə zəng elədi. Hikmət şirkətdə öz otağında fikrə getmişdi. Telefonu açıb “bəli!” deyən kimi arvadın səsi qulağından beyninə işlədi:

– Bəlin şirin! Bir vaxtlar şübhələndiyimiz şey də gerçək imiş! Oğlun həqiqətən gey çıxdı! Belə sənin o qiymətli kəllən haqqı, zənci sevgilisini də gördük. Nə yalan ee? Özü dedi bizə. Mənə inanmırsan, qızından soruş! Zəncini bizə təqdim elədi ki, tanış olun, bu da mənim sevgilimdi! İndi bilmirəm, gəlin hansıdı, bəy hansı? Bu söhbətdən sonra mən el içinə çıxa bilməyəcəm! İlahi, bu nəydi? Allah, niyə başımıza daş yağdırmır?..

Hikmətin alt yaddaşı hesabladı ki, bu gün taleyini dəyişməsinin düz otuzuncu günüdü: “Gecikmək olmaz! Yoxsa durduğum yerdə “milyonlar yemisən” deyib  içəri basacaqlar məni. Əvəzimdə zibillik eşələyən Tofiq də uzaqdan baxıb bu axmaqlığıma güləcək. Bugün mütləq çinarın dibinə gedib körpə Tanrını çağırmalı, öz taleyimi geri almalıyam! Mütləq! Tüpürərəm bunun zəngin həyatına! Geciksəm batdım!” 

Axşama dönən kimi Hikmət öz otağından zəng edib sürücünü çağırdı və evə getmək istədiyini bildirdi. Az keçməmiş  gəlib Hikmətin evinə çatdılar. Maşın  avtomatik yuxarı qalxan darvazanın arxasınca  həyətə daxil oldu. Hikmət həyətdə maşından düşərək sürücüsünə: 

– Heç yerə getmə, ürəyim darıxır, qaranlıq olana qədər otur mənimlə, – dedi. 

Sürücü “baş üstə!” deyib besedkaya tərəf addımladı. Hikmət evə qalxıb əynini dəyişdi və idman formasında aşağı, sürücünün oturduğu yerə qayıtdı. Onlar qaranlıq düşənə qədər nərd oynayaraq başlarını qatdılar. Gecə Hikmət sürücüyə dedi: 

– Sən öz telefonunla taksi çağır, mənə Azadlıq küçəsindəki bir çinarın yanına getmək lazımdı. 

Sürücü:

– Oturun, özüm aparım daa, – söylədi.

– Yox-yox, sən bilmirsən, mənə evdən kənarlaşmaq olmaz, gərək xəlvət gedəm, maşınımızı saxlaya bilərlər, ona görə taksi lazımdı. Sən evdə qalarsan, mən tək gedib qayıdacam. 

Beş dəqiqə keçməmiş taksi gəldi, Hikmət qapıdan çıxıb taksinin arxa oturacağında əyləşdi. 

O, doğma çinarının yanında taksidən düşdü. Taksi uzaqlaşan kimi bir siqaret yandırıb çinara söykəndi və ürəyində:

– Ey körpə Tanrım, haradasan? – deyə astadan səsləndi.  

Bu zaman körpə Tanrı ötən dəfəki kimi onun qarşısında peyda oldu və:

– Buyur, söylə görək! – deyib məsum bir təbəssüm göstərdi.

Hikmət yalvarıcı səslə ona:

– Ey gözəl Tanrım, gərək bağışlayasan, mən öz taleyimi dəyişməyimə peşman olmuşam. Xahiş edirəm məni əvvəlki halıma qaytarasan, –  söylədi.

– Yaxşı, çıx get, Tofiq! – Balaca Tanrı ərkyana Hikmətə əmr elədi və kənarda dayanmış zibil arabasını ona göstərərək: – Odur, doğma araban da səni gözləyir! Artıq, sən Tofiqsən! Ancaq yazıq Hikmət bayaqdan ağlayıb göz yaşı tökür, heç taleyini geri götürmək istəmir! – deyib Balaca Tanrı qeyb oldu.

Hikmət qiyafəsindən geri dönmüş kirli-pasaqlı Tofiq sevinə-sevinə öz arabasına doğru qaçdı…  

Müəllif: Murad KÖHNƏQALA

MURAD KÖHNƏQALANIN YAZILARI

Murad Köhnəqala – Körpə Tanrının yaratdıqları 

Murad Köhnəqalanın hekayəsi 


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru