Qəfil Mafiya babası Eskobardan yox, Kafe-barlardan yox… Dənizkənarı bulvardan yox… Elə bil, lay divarlardan, Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız. Restoran menyusuna gözucu baxıb öz musiqisini pıçıldadı: “Tomatsız…
Xatırladız? Bu o həmin qızdi, həmin qız. Kimə, ” Uzaq sahillərdə”ki qara geyimli faşist, Əli qara toxmaqlı, fələk qırmanclı Cənab Şullts Demışdi : “Ah ğülsatan qız”….
O vaxtdan sənə tərəf saçımı darayıram. Daraqsız. Yanğımi söndürmür İçdiyim “Sarikiz”. Ah gülsatan qız.
Bu gün yenə də Mehdi Hüseynzadəyəm. Yenə də elə həmin casusam. Elə həmin casus. Ah gülsatan qız. Bu bir əbədi filmdir Xronometrajsız. Nizami kinoteatrınin 28- ci sirasindan görüb sevdim səni… Bu bir filmdi. Kinoafişasiz. Həyat puçdur. Əgər o vamp qadınsızdı, Vamp qadınsız. Eləmi cənab Şults?
ODİSSEYDƏN PENELOPAYA Çayımı süzüb etibarli, vəfalı termosa Dava salib Bakidakı diplomatik korpusa İstərdim gedəm uzaqlara…
Dönəm, çevriləm ən xırda yuvarlaq zərrəyə, Toza, Qayıdam çoxdan aza
Mikrokosmosa.
Görəm, “BakuBus” avtobusu da Necə kiçilir uzaq üfüqdə Asta, asta… Qalir çox kicik miqyasda
Əskər yazılım Xarici leqiona, Mənə təzə pasport versin Fransa.
Özümü tapam Payızda. Batam Arazda. P.S. Penelopa, Mənə yaz da Məktub yaz da… Xəbərin məndən yoxsa Barmaqların gəzişsin, titrəsin Məktəbdəki o əziz coğrafi qlobusda!
Məni tap, Ötən əsrin lal kinosunda… Zillən hərdən bir kinoulduza Azneftdəki o lirik hovuza
Ovsun idimi bu? Ovsun? Ən uzaq park skamyalarında oturdum. Ala buluddan nəsə… Pəstə, çox aşağı səslə Deyəsən yolu soruşdum. Qulagımdaydı Ruhu xəstə Uzaq musiqili bəstə… Ovsun idimi bu? Ovsun?
Nəm oldu tamam Əynimdəki qara kastyum Ayaqqabıma Mərcanqulular doldurdum.
Şeir dəftərçəmi o sahillərdə unutdum. Halal olsun. Halal olsun.
ÖPÜŞMƏK TƏHLÜKƏLİDİ Bu beşmərtəbənin yan divarını “Gillette” üzqırxanının çılğın reklamı bəzəsə də. bəzilərini bezdirsə də cin atına mindirsə də… Sakinləri üzütüklüdür ucdantutma… Zirzəmisində bir mahnı özünü təkrarlayır daim “Məni unutma. Unutma!”
Mən də, O üzütüklülərdənəm burda. Mənlə öpüşmək təhlükəlidi. Bir də görərsən əl güzgündə Sifətin azca ala-bula ləkəlidi.
Mənlə öpüşmək təhlükəlidi. Yanağımdakı çapığım da çox dərindi Fincanımı bəzəyən dodaq boyan deyəsən əbədidi… artıq məşhər gününəcən mənimkidi.
Mənlə öpüşmək təhlükəlidi.
Sənlə öpüşənlərin hamısı, Öz əl telefonunu unutdu yatağında. Mən isə, yalnız özümü…
İKAR Sən bədənsiz də varsan. Qələmsiz də yazarsan. Qanadsız da uçarsan. Sən… Sən demateriallaşıbsan çoxdan.
Bilirsənmi nə vaxtdan?
Haçan ki sovet vaxtları bezib ictimai nəqliyyatdakı sıxlıqdan, Sallanırdın “LAZ”, İKARUS” avtobuslarının yarıaçıq qapılarından. İlk dəfə o vaxt sürücü səni itələyəndə qapıdan yapışdın havadan və gördün necə yıxılmayırsan…
Yunan əfsanələrindəki qanadlı İkarsan!
Yerin cazibə qüvvəsini aldadırsan!
Ayaq pəncəni qorxa-qorxa geri çəkdikcə bütün dərgahların qapısından.
Anamdan əmdiyim süd geri qayıtdı, vallah, burnumun ucundan! Sonra kinoteatr kassalarından “Daş və çiçək” hind filmınə bilet alarkən, Bir də gördün içəridə ön sıradasan. Biletini alıbsan. Əjdahanın ağzından. Biletsiz birisi isə əl çəkmirdi yaxandan.
O bileti alammazdın Demateriallaşmasan.
Uşaqlıqda gördüyün bir kimyəvi parçalanmadan Beş qiymətini almasan.
Deyirlər, barəmdədir son yazdığın “Gözmuncuğu” adlı roman.
Bədənsiz də varsan. Kəfənsiz də basdırarsan öz fobiyalarını. 60-cıların yarıutopiyalarını. Tüpür ağzından bütün diş plomblarını, Burax getsin damarlarından bütün tromblarını… Boğazının poetik şarfını. Sən “İkarus” avtobusundan sallanan vaxtdan İkarsan.
Dabanı havadasan.
Təbrizəcən axacaq Damarlarımda qatılaşmayan, Laxtalanmayan Bir an. Bu qan.
Tənhalıq, işdi. Qədim əlkimya elmində o MAQNUM OPUS adlanırdı. O həm də Məqam-dı. Dostlarsız, dostsuz yaşayıram. Mənlə dostluq təhlükəlidi. Qafar Kəndli…İyrəc İskəndəri, Davud Münşüzadə. Viktor Haynovski, Qerxard Şoyman.Bözorg Ələvi. İrena Tatarjinska, Natalya Steqniy…Mariya Kuzemko…Svetlana Cabrayilova, Ənvər Cabrayılov…Agası Axundov. Asya Axundova. Namiq Abbasov. Midhət Abasov. Aydın Əfəndiyev, Adil Bunyatov, Vəli Səyyadi, Rafiq Tağı… Heydər Camal, Orxan Camal…Anar Məmmədxanov. Valeriya Poroxova. Öldülər? Öldürüldülər? Fərqi var? Məncə yox. Mərhumlar, ən sədaqətlilərdir. Daim sənlədilər. Real təcrübəmdi. Özü də çox agrılı.
ÖZ DİLİNDƏ Məncə Fizuli öz dilində yazib. Hüseyn Cavid də. Hadi də. Səməd də o cümlədən. O xətti sonra Bayatli Odər, Çingiz Əlioğlu davam etdirdi. Vaqif Səmədoğlu ” Bir axsam taksidən düsdüm payiza” şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə. Müşfiq hissiyatla yazib. Azərbaycanca yox. Fridrex Nitşe, Artur Rembo da öz milli dillərində yazmayıblar. Vladimir Mayakovski də rusca yazmayib bir misra da olsun belə. Nitşenin ” Zərdüşt belə deyirdi” şedevri təpədəndirnaga söz yaradıcılıgıdir ilk növbədə. Volfhanq Hote ölməz ” Faust” unu Faustun dilində kagız üzərinə köcürub. Əsər, almanca deyil. O vaxtdan alman ədəbiyyati, almanlar keciblər Hötenin dilinə. Zəif şairlər həmışə milli dildə yazarlar. Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində. Öz uçan boşqabinızı tapin, mən kimi, sonra başlayın yaradıcılıq səyahətlərinə. Milli dildə yazmaq, plaqiatdir. Poeziya deyildir iynənin ucu qədər. P.S.Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliaga Vahid və davamçılari isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, daha çox öz dillərində, əlyazmalari dilində şeir qoşublar.
Həmid Herisçi haqqında, Rəşad Məcidin sözü olmasın, qələmsiz yazılanlar arasında, indiyədək Əsəd Cahangirin məqaləsi qədər gözəl alınanına rast gəlməmişəm. Əsəd bəyin məlum qısa yazısında Həmid Herisçinin xarakteri, fərdi xüsusiyyətləri, psixoloji portreti ustalıqla ortaya qoyulub. Elə mən də ötən il 65 yaşı ilə əlaqədar Həmid Herisçiyə bir yazı ərmağan etmişdim. Odur ki, bu dəfə yeni bir yazıya ehtiyac görmədim. Amma aprelin 30-da qeyd edəcəyi növbəti ad gününü təbrik etməyə cəsarətim çatar. Vikipediyadakı məlumatlara inansaq, Həmid bəyin bu il də 65 yaşı təkrar tamam olur. Çünki onun doğum tarixi ötən il- 30 aprel, 1960-ci il yazılsa da, bu il 1960 dəyişib, 1961-ci il olub…
Nə isə, əgər sonuncu tarixə istinad etsək Həmid Herisçi həftənin bazar günü dünyaya gəlib. Deməli, gözəllik aşiqi, maddi və mənəvi dəyərlərə önəm verən, həssas və dostcanlı, ətrafı tərəfindən sevilən adamdır. Bir də həmin gün doğulan insanların arasında- hər milyondan biri mistikaya meyilli, inqilab ruhlu, romantikaya həvəsli, abstrakt təsəvvürlü, qeyri-adi adam olur. Görünür, Həmid bəy də milyonda biri, nadir adamlardandır. Xülasə, Həmid Herisçini bir cümlə ilə-Arzuların çin olsun- deyərək təbrik edirəm…
Bu gün əziz dostum, sevdiyim şair, nəhəng mütaliəsi olan şair-mütəfəkkir, indən belə ağıllanmağından əlimi üzdüyüm Həmid Herisçinin 65 yaşı tamam olur. Həmidlə tanış olanda iyirmi yaşlarında olardıq. Heç vaxt ağlıma gəlməzdi ki, biz də gəlib 65 yaşına çatarıq. Əziz dostumu, sevdiyim şairi doğum günü və yubiley yaşı münasibətilə ürəkdən təbrik edirəm! Çox yaşa, Həmid!!! Və yaxınlarda ona həsr elədiyim şeiri bu xoş gün münasibətilə yenidən paylaşıram.
HƏMİD
Sən mənim Bakımsan, Həmid, İçəri Şəhərimsən! Sən Qız Qalamsan, Həmid, Qızıl Qalamsan!!!
Sən Qafar ağanın tapançasındakı sonuncu gülləsən, Həmid, intihar gülləsisən! Gicgaha sıxılası sonuncu güllə!..
Yadındamı Həmid, yadındamı, sən sözlə-şeirlə Təbriz həsrətilə xalça hörərdin, hər şeirin bir yeni xalı kimiydi. Yadındamı, bir şerində də toxuduğun xalçanın gözəlliyini biraz da uzatmaq üçün saçaqlar düzmüşdün baş-ayağına…
Sən mənim dərvişimsən, Həmid Təbrizimsən…
Yadındamı, sən duymuşdun bunu: “qadınlar varlanmaq üçün güzgünün qabağına tökərlər pullarını…” Xanımların bu sirrini sən tapmışdın, sən açmışdın qeybdən…
Ay Həmid, ay Həmid! Yadındamı, Bəhram Gurun yanındakı evinizə qonaq getmişdik Rasimlə. Mələk anan – Tamella xanım evdən çıxanda səni mənə tapşırıb: “Həmiddən muğayət ol” demişdi. Mən həmişə muğayətəm səndən, Həmid, həmişə, yaxından da, uzaqdan da…
İnan ki bir dəfə Statistika idarəsi tərəfdə sənin haqda düşünürdüm, havadakı alqoritm dərhal səni qarşıma çıxartdı. Bir də gördüm, əl çantanı yelləyə-yelləyə məhəllə marketlərinin arasıyla harasa gedirsən, sanki sakit uçursan. Sənin o ritmini, gözəlliyini pozmadım, Həmid, arxanca çağırmadım, arxanca bağırmadım… Sadəcə içimdə uladım: “Həmiiid-Həmiiid-Həmiiid!!!” Sən geri boylandın o Qurd səsimə, mən butkanın arxasında gizləndim…
Sən bilirsən mən şamanam – Qavalın üst qatını döydüm, sadəcə. Qafar kişinin ruhunu çağırdım, qardaşın Əlini çağırdım, səni onlara tapşırdım. Dedim, Əli, özün bax, qardaşın gedir, dua elə, yıxılmasın! O da mənə: “Həmid sənlikdi, qardaş, sənin qardaşındı!” – pıçıldadı…
Mən çoxdan bilirəm, Həmid sən mənim telləri gözünün üstünə düşən balaca qaqaşımsan… Çoxdannan bilirəm bunu, çoxdannan!..