Mustafa Çiftçi Azərbaycanda rəsmi səfərdədir

Mustafa Çiftçi Azərbaycanda rəsmi səfərdədir

“Bu gün biz qardaş və bacılarımızla birliyimizi və həmrəyliyimizi daha da gücləndirmək və möhkəmləndirmək üçün Azərbaycandayıq”.

Daxili işlər naziri Mustafa Çiftçi rəsmi səfərdə olduğu Azərbaycanda şəhid məzarlıqlarını ziyarət edib. Nazir Çiftçi əvvəlcə mərhum prezident Heydər Əliyevin məzarının yerləşdiyi Fəxri xiyabana gələrək abidə önünə əklil qoyub.
Çiftçi daha sonra 20 Yanvar şəhidlərinin məzarlarının yerləşdiyi Bakı Şəhidlər Xiyabanında yerləşən “Əbədi məşəl” abidəsini və Bakı Türk Şəhidlik məzarlığını ziyarət edərək, burada da abidə önünə əklil qoyub. Səfərdən sonra mətbuata açıqlama verən Çiftçi bu vəzifəyə gəldikdən sonra Azərbaycana ilk rəsmi səfəri olduğunu bildirib.
Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladan Çiftçi bu sözlərin Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri gözəl şəkildə ümumiləşdirdiyini bildirib.
Çiftçi, “Bu gün qardaş və bacılarımızla birliyimizi və həmrəyliyimizi daha da gücləndirmək və möhkəmləndirmək üçün Azərbaycandayıq. Azərbaycanda olmaqdan son dərəcə xoşbəxtəm. İnşallah Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daha da dərinləşəcək və inkişaf edəcək. Birliyimiz, həmrəyliyimiz, qardaşlığımız daha da möhkəmlənəcək” dedi.

Məlumatı hazırladı: Tahirə NUR

TAHİRƏ NURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

9 aprel şəhidlərimiz yad edildi

9 aprel şəhidlərimiz yad edildi

1991-ci ildə Azərbaycan SSRI adlanan bir birlikdən çıxıb Müstəqil dövlət kimi öz Milli ordusunu yaratdı. Milli ordumuza çağırış yaşı olanlarla birlikdə könüllülər qoşuldular. Asif Əlabbas oğlu da Rusiyada oxuduğu Politexnik institunun İnşaat fakultəsini yarımçıq qoyub vətənin müdafiəsinə gəlmişdi. Onun həmkəndlisi Ramiz Şafa oğlu da orduya yazılıb doğma yurdu Mərzili kəndində xidmət edirdi.
Onlar Mərzili kəndinin şimal-qərb tərəfindəki körpünün yaxınlığında qoyulmuş gözətçi məntəqəsində 9 aprel 1992-ci ildə növbədə dayanmışdılar. Gecə saatlarında növbə ilə çöldə müşahidə aparırdılar. Səhərə yaxın ermənilər saat 2-3 radələrində onlara qəfil hücum edirlər. Əlbəyaxa qeyri-bərabər döyüşdə onları gözətçi butkasına salıb qapını arxadan bağlayırlar. Qapını bağlayandan sonra butkanı yandırırlar. Alova yığılan əhalini görən düşmən ordan uzaqlaşır. Ancaq onları xilas etmək olmadı.
Kəndimiz bir gündə iki şəhid verdi. Bu Soltan Boran oğlundan sonra kəndimizin növbəti şəhidləri idi.

Bu gün 9 aprel Zaqatala rayonu Aşağı Tala kənd 6 n-li tam orta ümumtəhsil məktəbində ( keçmiş Ağdam rayonu 152 n-li tam orta məktəbi) şəhidlərimizin anım günü keçirildi.
Allah şəhidlərimizə rəhmət eləsin!

Müəllif: Məmməd Gürşadoğlu,

Şair, publisist AJB-nin üzvü

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

VƏTƏNPƏRVƏRLİK

VƏTƏNPƏRVƏRLİK

(esse)

Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam.
Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi.
Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.

Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük.
Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi.
Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi.
Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən?
Cavabı qəti oldu:

-Əlbəttə!
Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm…
Bir anlıq susdu… sonra dedi:
-“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”…
Üstümdəki palçığa, silahıma, dağlara baxdım…
Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.

O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu.
Amma mənə “vətənpərvər deyilsən” demişdi…
Onun bu sözü bəzən yadıma düşür.

Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm.
Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı…
Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi…
O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır…
Ayaqlarım yeriməkdən necə taqətdən düşüb….
Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…

Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb.
Pis oldum… həm də çox pis oldum…

Hərə vətəni bir cür sevir…
Hər kəs vətən sevgisini fərqli hiss edir.
Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…

Müəllif: İqbal Səfərov

İqbal Səfərovun digər yazıları

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Jonas Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır

Jonas Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır

Norveçdə yaşayan tanınmış Azərbaycanlı jurnalist İdrak Abbasovun oğlu Jonas Abbaszadə Norveç ordusuna hərbi xidmətə başlayıb. J.Abbaszadə Norveçdə hərbi xidmətə qəbul olunan yeganə və ilk azərbaycanlıdır.
Bu barədə jurnalistin həyat yoldaşı, Janne Jonas (Yeganə Abbasova) öz şəxsi facebbok səhifəsində məlumat verib.
«Oğlumuz hərbi xidmətə başlayır. O Norveçin və NATO-nun sərhədlərinin qorunmasına töhfə verəcək. Bu, bizim üçün böyük bir şərəfdir. Ürəyimin dərinliyindən arzulayıram ki, dünya sülh və təhlükəsizlik içində yaşasın və heç bir ana övladını qeyri-müəyyən zamanlarda yola salmaq məcburiyyətində qalmasın. Ümid edirəm ki, bütün münaqişələr bir gün sülh yolu ilə həll olunacaq”, deyə qeyd edən J.Jonas bildirb

İdrak Abbasov 90-cı illərin sonlarından 2000-ci illərin oratalarınadək Azərbaycanda jurnalist fəaliyyəti göstərib. O “İmpuls”, İstiqlal, “Ayna-Zerkalo”, “BizimYol” qəzetlərində, “Turan” informasiya agentliyində işləyib, o cümlədən Azərbaycanda yaşadığı zaman dünyanın bir sıra nüfuzlu KİV-i ilə əməkdaşlıq edib. O, ailəsi ilə birgə 2015-ci ildə Norveçə köçüb. Yeddi ildən sonra onlar ailəlikcə Norveç Krallığı vətəndaşlığını əldə ediblər. Jurnalistin 1 qızı, 3 oğlu var. Qızı Səidə Abbaszadə Şimali Norveç Universitetində təhsil alır, o cümlədən Bodö Glimt klubunda beynəlxalq dərəcəli hakimdir. Ortancıl oğlu, 16 yaşlı Səlim Abbaszadə isə bir neçə kitab və çoxsaylı rəsm əsərləri ilə tanınmş gənc rəssam və yazıçıdır. O Norveçin Beynəlxalq Diplomatiya Kollecində təhsil alır. Kiçik oğlunun isə 10 yaşı var.

İ.Abbasov hazırda Norveçin İctimai Teleradio Şirkəti olan NRK-da çalışır, həmçinin, Norveç Jurnalistlər Birliyinin Telemark bölgəsi üzrə idarə heyətinin üzvüdür. O bir sıra yerli KİV-lə, TV2, Varden, Vest-Telemark blad, Bö Blad, Nattavisen və digər qəzeti ilə əməkdaşlıq edib. İdrak Abbasovun xanımı isə Norveç Uşaq Rifahı Mərkəzində çalışır.

Məlumatı hazıladı: Amina

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I