www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Şəhid Emin Süleymanovun xatirəsinə

SAKİT VƏ ƏMİN

(oçerk)

    Əsl qəhrəmanlıq səs-küylə gəlmir. Bəzən o, sakit bir insanın məsuliyyətli addımlarında, əsgərinə olan sevgisində, Vətən qarşısında verdiyi sözə son nəfəsədək sədaqətində görünür…

     Belə  qəhrəmanlar haqqında danışarkən çox sözə ehtiyac qalmır. Onların ömür yolu öz-özlüyündə bir kitabdır. Hər səhifəsində bir insanın xarakteri, bir ailənin sevgisi, bir əsgərin sədaqəti, bir zabitin məsuliyyəti, bir Vətən oğlunun fədakarlığı görünür. Mayor Emin Bəhmən oğlu Süleymanovun həyatı da beləcə, sakit və əmin addımlarla yazılmış, son səhifəsi Vətən müharibəsinin qanlı-qürurlu tarixində tamamlanmış bir ömür kitabıdır.

      Onun haqqında danışanlar ilk növbədə xarakterini xatırlayırlar: ciddi idi, sirr saxlamağı bacarırdı, ailəcanlı idi, işinə son dərəcə məsuliyyətlə yanaşırdı. Ən başlıcası isə vətənpərvər idi. Əsgərlərini övladı kimi sevirdi. Bu xüsusiyyətlərin hər biri ayrıca bir insan keyfiyyətidir. Lakin bunlar bir şəxsdə birləşəndə artıq xarakterdən daha böyük məna qazanır – zabitlik ləyaqətinə çevrilir.

    Emin Süleymanov 21 iyul 1977-ci ildə İmişli rayonunda polis ailəsində dünyaya göz açmışdı. Uşaqlıq illəri İmişlinin doğma mühitində keçmişdi. O, Namiq Şirinov adına 5 saylı tam orta məktəbdə təhsil almış, sonralar həyat yolunu hərbi sahə ilə bağlamışdı. Hərbi peşə onun üçün təsadüfi seçim deyildi. İntizam, məsuliyyət, Vətənə xidmət kimi anlayışlar onun həyatında getdikcə daha möhkəm yer tuturdu.

    1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alması Eminin gələcək zabitlik yolunda mühüm mərhələ oldu. Hərbi liseydə formalaşan nizam-intizam, kollektivçilik, məsuliyyət və Vətənə bağlılıq duyğuları sonrakı həyatında da özünü göstərdi.

     1995-ci ildə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Emin Süleymanov burada ali hərbi təhsil aldı. Sonralar bu ali məktəb Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi kimi fəaliyyət göstərdi. Emin artilleriyaçı ixtisasına yiyələndi.

     1999-cu ildə ali hərbi məktəbi bitirərək leytenant rütbəsində hərbi xidmətə başlayan gənc zabitin qarşısında uzun və məsuliyyətli bir yol açıldı. Gənc yaşlarından hərbi hissələrdə xidmət edən Emin Süleymanov zaman keçdikcə öz peşəkarlığı, intizamı və məsuliyyətli davranışı ilə seçildi.

    Zabitlik onun üçün yalnız rütbə, çin deyi, eyni zamanda çiyində böyük məsuliyyət demək idi. Zabit olmaq əsgərin qarşısında cavabdeh olmaq, verilmiş tapşırığın nəticəsini düşünmək, çətin anda düzgün qərar vermək, özündən əvvəl xidmət etdiyi dövlətin və Vətənin mənafeyini düşünmək idi.

     Bu baxımdan “sakit” sözü onun xarakterini ifadə edən ən doğru sözlərdən biridir.

Sakit insanlar bəzən yanlış anlaşılır. Onların daxili dünyasının zənginliyi zahiri təmkininin arxasında görünməyə bilər. Lakin hərbi mühitdə insanın əsl xarakteri çətinlik qarşısında üzə çıxır. Emin Süleymanov da çətin anlarda özünü itirməyən, məsuliyyəti üzərinə götürməyi bacaran zabitlərdən idi.

     Onun sakitliyində zəiflik yox, özünəinam vardı.

Əminliyində isə məsuliyyət.

      Emin Süleymanov ailəli idi. Həyat yoldaşı Məhsəti xanımla iki övlad böyüdürdü. Bir oğlu, bir qızı onun üçün həyatın ən böyük mənalarından idi. Evdə onu gözləyən ailəsi, övladlarının səsi, ata qayğısına ehtiyacı olan iki balası vardı.

     Amma hərbçi ailələrinin taleyində bir həqiqət var: ata evdə ailənin başçısı olduğu kimi, xidmətdə də Vətənin oğludur.

     Emin bu iki məsuliyyəti öz həyatında birləşdirə bilmişdi. Ailəsinə bağlı, ailəcanlı insan kimi tanınırdı. Eyni zamanda xidmət etdiyi hərbi hissənin, rəhbərlik etdiyi şəxsi heyətin qarşısında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi.

     Onun haqqında deyilən “əsgərlərini övladı kimi sevirdi” ifadəsi bu baxımdan xüsusi məna daşıyır.

     Əsgəri sevmək onu qorumaqdır.

Əsgəri qorumaq isə hərbi rəhbər üçün yalnız insani hiss deyil, həm də peşə borcudur.

Emin Süleymanovun zabit obrazının mühüm cəhətlərindən biri məhz bu idi: tabeliyində olan şəxsi heyətə yalnız icraçı qüvvə kimi deyil, həyatını etibar etdiyi insanlar kimi yanaşırdı.

     2020-ci ilin 27 sentyabrında Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri başladı.

Vətən müharibəsi Azərbaycan Ordusunun qarşısında böyük və tarixi vəzifələr qoydu. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda başlayan döyüşlər qısa zamanda böyük bir xalq savaşına çevrildi.

Emin Süleymanov da bu müharibənin ilk günlərindən döyüşlərdə iştirak etdi.

     Artilleriyaçı zabit üçün döyüş meydanı həm də dəqiqlik, soyuqqanlılıq, peşəkarlıq və məsuliyyət tələb edən bir məkandır. Burada səhvin qiyməti ağırdır. Bir qərarın arxasında əsgərin həyatı, bir bölmənin taleyi, bəzən bütöv bir əməliyyatın nəticəsi dayanır.

      Mayor Emin Süleymanov belə bir məsuliyyətin içində döyüşürdü.

Murovdağ…

Füzuli…

Xocavənd…

Şuşa…

Daşaltı…

Laçın…

Bu adların hər biri Vətən müharibəsinin tarixində ayrıca bir səhifədir. Emin Süleymanov həmin səhifələrin bir çoxunda öz imzasını qanı ilə yazdı.

      Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Azərbaycan əsgər və zabitləri çətin relyef, ağır hava şəraiti və düşmənin müqaviməti ilə üz-üzə idilər. Burada döyüşmək təkcə silah və texnika deyil, dözüm, iradə və mənəvi möhkəmlik tələb edirdi.

     Emin bütün bu sınaqlardan keçdi.

     Sonra Füzuli istiqaməti…

     Füzulinin azadlığı Azərbaycan Ordusunun böyük uğurlarından biri idi. Şəhərin və rayonun kəndlərinin azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq göstərdilər. Emin Süleymanov da bu döyüşlərdə iştirak edən zabitlərdən biri idi.

    Xocavənd istiqamətində döyüşlər daha bir ağır sınaq idi.

    Döyüşlərin coğrafiyası genişləndikcə mayor Emin Süleymanovun hərbi yolu da Vətən müharibəsinin müxtəlif istiqamətlərindən keçirdi.

    Lakin qarşıda ən böyük sınaqlardan biri – Şuşa dayanırdı.

Şuşa!

    Azərbaycanın ruhunun, tarixinin, mədəniyyətinin, musiqisinin, poeziyasının şəhəri.

    Şuşanın azadlığı uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır və ən şərəfli səhifələrindən birinə çevrildi.

    Emin Süleymanov 7 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən əməliyyatlarda iştirak etdi.

    Daşaltı…

    Bu adın özündə böyük bir tarix var. Şuşaya gedən yolun yaddaşında Daşaltının xüsusi yeri var. 2020-ci ilin noyabrında Azərbaycan Ordusunun qəhrəman oğulları həmin istiqamətdə böyük iradə və fədakarlıq göstərdilər.

Emin də həmin döyüşçülərin sırasında idi.

    Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaət sonralar dövlət tərəfindən də yüksək qiymətləndirildi. Emin Süleymanov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Lakin Eminin döyüş yolu Şuşa ilə bitmirdi.

Laçın istiqamətində də döyüş tapşırıqlarının yerinə yetirilməsi davam edirdi.

   9 noyabr 2020-ci il…

   Müharibənin qələbəyə çox yaxın olduğu, Azərbaycanın bütün xalqının böyük bir tarixi xəbəri gözlədiyi günlərdən biri.

Laçın istiqaməti.

Döyüş tapşırığı.

Və mayor Emin Süleymanov…

Həmin gün o, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Beləcə, 43 illik ömür yolu Vətən uğrunda şəhidlik zirvəsində tamamlandı.

    Şəhidlik…

   İmişli torpağı onu bağrına basdı.

   Emin Süleymanov Xubyarlı kənd qəbiristanlığında dəfn edildi.

   Şəhid zabitin həyatı haqqında danışarkən onun təltiflərini də xatırlamaq lazımdır.

   Emin Süleymanov xidmət illərində III, II və I dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdu. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi və Azərbaycan Ordusunun 100 illiyi yubiley medallarına layiq görülmüşdü.

      Vətən müharibəsində göstərdiyi xidmətlərə görə isə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi igidlik və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldü.

     Bu təltiflər bir zabitin ömür yolunun dövlət tərəfindən verilmiş qiymətidir.

     Emin Süleymanovun atası Bəhmən Nəriman oğlu Süleymanov, anası Tamara Nəzər qızı Süleymanova idi. Onun Mehman və Elçin adlı qardaşları, Şəhla adlı bacısı vardı.

    Bu ailənin bir övladı Vətən müharibəsində şəhid oldu.

    Bu, yalnız bir ailənin itkisi deyildi.

    Bu, Azərbaycan ailələrinin 2020-ci ildə yaşadığı böyük ağrıların bir hissəsi idi.

    Amma hər ağrının içində qürur da vardı.

Çünki Eminin ailəsi bilirdi ki, onların oğlu, həyat yoldaşı, atası, qardaşı öz ömrünü Vətən yolunda başa vurub.

    Onun oğlu Bəhmən və qızı Emilya atasının adını yalnız ailə xatirəsi kimi deyil, Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi daşıyacaqlar.

    Atalar gedir, adlar qalır.

    Övladlar böyüyür, atalarının ömrünü öyrənirlər.

Bir gün onlar öz övladlarına danışacaqlar:

“Bizim atamız mayor Emin Süleymanov idi. O, Vətən müharibəsində döyüşdü. Şuşanın, Xocavəndin, Füzulinin, Murovdağın, Laçının azadlığı uğrunda vuruşdu. Vətən üçün şəhid oldu.”

Bu sözlər bir ailənin tarixindən çıxaraq xalqın yaddaşına çevrilir.

    Emin Süleymanov haqqında “ciddi”, “sakit”, “sirr saxlamağı bacaran”, “məsuliyyətli”, “ailəcanlı”, “vətənpərvər” deyirlər.

Bütün bu sözlərin içində onun şəxsiyyətini tamamlayan bir məqam var:

əminlik.

O, öz işini bilirdi.

Öz məsuliyyətini anlayırdı.

Əsgərinə münasibətini bilirdi.

Ailəsinin ona olan ehtiyacını bilirdi.

Vətənin qarşısında borcunu bilirdi.

Və son ana qədər öz yolundan dönmədi.

“Sakit və əmin” – onun xarakterini ifadə edən bu iki söz əslində bir zabitin bütöv həyat fəlsəfəsini özündə cəmləşdirir.

Sakit idi – çünki özünə inanırdı.

Əmin idi – çünki qarşısında dayanan məqsədin müqəddəsliyini dərk edirdi.

     Bu gün Emin Süleymanovun adı çəkiləndə yalnız bir mayorun bioqrafiyasından danışmırıq.

Biz Azərbaycan zabitinin obrazından danışırıq.

O zabitin ki, sakit görünür, amma daxilində böyük bir Vətən sevgisi daşıyır.

O zabitin ki, əsgərinə övladı kimi yanaşır.

O zabitin ki, verilən tapşırığı yerinə yetirməyi şərəf məsələsi sayır.

O zabitin ki, son döyüşünə qədər öz vəzifə başında olur.

O zabitin ki, Vətən uğrunda canından keçməyi ən ali xidmət hesab edir.

Emin Süleymanovun həyat yolu gələcək nəsillər üçün də bir örnəkdir.

Zaur USTAC,

AVMVİB, AJB və AYB-nin üzvü,

 “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist.


DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ayətxan Ziyad – 75

“BIZIM AYƏTXAN”

Azərbaycan jurnalistikasında imzalar içində bir imza 50 ildən çoxdur gah dinləyicinin, gah da oxucunun diqqətini çəkir. Neçə qələm sahibinin bu peşədə bələdçisi olub, neçə söz  yolçusuna uğurlar arzulayıb və bu gün də bu missiyanı şərəflə yerinə yetirməkdədir.

 Mənim sözlə tanışlığım orta məktəb illərindəndi, 1979-cu ildən. Kəndimizdə Böyük Vətən müha­ribəsi şəhidlərinin xatirə­sinə abidənin açılışından Şamaxının “Yeni Şirvan” qəzetində xəbərlə çıxış etmişdim. İlk qonararımı da bu qəzetdən almışam.

O illərdə Hacıqabulda dünyaya gəlmiş, ancaq əslən bizim kəndçi olan bir ellimizin jurnalist olduğunu, Azərbaycan Dövlət radiosunda işlədiyini tez-tez eşidirdim. Radodan səsi gələndə fəxrlə “bizim Ayətxandır”, “kəndçimiz Ziyatxan kişinin oğlu­dur”, – deyirdilər. Qürurlanırdim ki, doğum şəhadətnamə­sində Hacı­qabulda anadan olduğu yazılsa da, əsilləri Şamaxının Kür­də­mic kəndindəndir, “o həm də mənim həmkəndlimdir, ellim­dir”.

Böyük Qafqaz dağlarının qoynuna sığınan bu kəndin, demək olar ki, hamısı onun qohum-əqrabasıdır. Baba yurdunda keçir­diyi anları ömrünün ən gözəl çağlarından sanır. Bəlkə də elə bu bağlılıq, yad rayonda doğulub yaşa dolması onu “Şamaxı­nın Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” kimi ensik­lepodik bir əsəri ərsəyə gətirməyə şövqləndirib. Bu kitabı yazan­da çəkdiyi ölçüyəgəlməz əziyyətin şahidlərindən biriyəm. Gün­lər­lə, aylarla, illərlə (beş il altı ay) Kürdəmicin qarlı-şaxtalı qış günlərində kənd barədə məlumatları misqal-misqal toplayaraq ərsəyə gətirib Kürdəmicin salnaməsini.

“Bizim Ayətxan”ın qələmindən çıxan bu əsər həm də iki rayon ərazisində məskunlaş­mış bir kəndin ikiləşən taleyinə güzgü tutur: Şamaxının Kürdəmic kəndi ilə Göyçayın Kürdəmiş kəndində yaşayanlar bir-birinə zəncirvari qohumdurlar. Bu qo­hum­­luq bağları qırılmasa da, zaman əlaqələrə, sözsüz ki, öz təsirini göstərməkdədir. Ancaq mənə elə gəlir ki, Kürdəmic və Kürdəmiş kəndlərinin bağlılığının yaddaş saxlancı olan tarixi faktlarla zəngin “Şamaxının Kürdəmic kəndi” bu bağları qırıl­mağa qoymayacaq

…O illərdə mən gah həkim, gah mühəndis, gah da tarixçi olmaq istəyirdim. Hətta hərbi xidmətdən sonra Azərbaycan Heft-Kimya institutuna da qəbul olmuşdum. Gündüzlər işləyir, axşam­lar oxuyurdum. İşlədiyim müəssisənin “Üfüq” adlı çox­tiraj­lı qəzeti ilə əmək­daşlıq da edirdim. Ancaq sonra tale elə gətir­di ki, ürəyimin səsinin arxasınca getdim – Bakı Dövlət uni­ver­sitetinin jurnalistika fakütəsində təhsil alası oldum. Azərbay­can radiosunun qapılarını üzümə açan, tələbə-jurnalist kimi bu dəfə mənə yol göstərən Ayətxan Ziyatxan oğlu İsgəndərov oldu.

1988-ci ildən başladı bu yolçuluq. Mikrofonla işləməyi, həmsöhbətini danışdırmağı, radio verilişlərini hazırlamaq qayda­larını ondan öyrəndim. Müəllimlərimin öyrətdik­ləri­ni onun sayə­sində praktik mənimsəyə bildim.  

O, təkcə radojurnalisti deyil. güclü müşahidə qabiliyyətinə malik publisist, cəfakeş  qəzetçi, araşdırmaçı, dilimizin qatlarına bələd, əsərlərində məqamında onlardan bəhrələnən yazıçıdır.

Jurnalistikamıza təkcə sözü ilə deyil, qəzet-jurnal redak­siya­larında çalışmaqla qələmi ilə də xidmət göstərib. Mükafat alan yazıları da olub, mili ruhuna görə efir qadağası görən veri­liş­­­ləri də.

Ayətxan Ziyad gözəl ailə başçısıdır, atadır, babadır, “bir nəslin ağsaqqalıdır, sinədəf­təri­dir, canlı salnamədır”, – desəm yanılmaram.

Söz adamı “Bizim Ayətxan”, əlindən qələ­min əksilməsin!

Elton DÜNYAMALI,

Azərbaycan Jurnalistlər birliyinin üzvü

Sevda Ziyad yazır

REDAKSİYADAN: “Sözün yaddaş arxeologiyası: “Ayətxan Ziyad” imzasının fəlsəfi qatları” mövzusunda araşdırmalarımız davam edir

VIII QAT: İDRAKIN DAXİLİ TƏCRÜBƏ FƏLSƏFƏSİ

TƏFƏKKÜRÜN ÖZ DAXİLİ SIĞINACAĞINA ÇƏKILMƏSI

(Mişel de Monten, Blez Paskal, Søren Kierkegaard, Anri Berq­­son və Ayətxan Ziyadın düşüncə və yaradıcılığı konteks­tində)

İnsanın yaşadığı hər şey sözə çevrilmir. Həyatın içindən keçən saysız hadisələrdən bəziləri zamanla unudulur, bəziləri isə zahirən başa çatsa da, insanın daxilində yaşamaqda davam edir. Onlar yalnız xatırlanan keçmiş kimi qalmır; düşüncəyə qarışır, hisslərə toxunur, zaman-zaman yenidən qayıdır və nəhayət, söz istəyir.

VIII fəlsəfi qatın əsas məsələsi məhz bu görünməyən daxili prosesdir: yaşanmış həyat insanın daxilində necə ikinci bir ömür qazanır, təcrübə necə təfəkkürə çevrilir və həmin təfəkkür zamanın, yaddaşın və daxili yaşantının süzgəcindən keçərək necə sözə gəlir?

Mişel de Montenin şəxsi təcrübəyə, özünü müşahidəyə və insanın öz mühakiməsini həyatın içində sınamasına verdiyi əhəmiyyət, Blez Paskalın insanın öz varlığı və daxili mürəkkəbliyi ilə üzləşməsi haqqında düşüncələri, Søren Kierkegaardın konkret insanın şəxsi yaşantısına və fərdi daxili münasibətinə yönəlməsi, Anri Berqsonun isə keçmişin yaddaş vasitəsilə indiki şüurda davam etməsi barədə mülahizələri bu məsələyə müxtəlif tərəflərdən baxmağa imkan verir.

Bu fəlsəfi istiqamətləri A.Ziyad yaradıcılığına birbaşa təsir və ya nəzəri davamlılıq kimi deyil, insanın yaşanmış həyatı öz daxili təcrübəsindən keçirərək mənalandırması problemini işıqlandıran düşüncə paralelləri kimi nəzərdən keçirmək daha məqsədəuyğundur.

A.Ziyadın yaradıcılıq dünyasına bu baxışdan yanaşdıqda bir həqiqət aydınlaşır: yaşanmış hadisənin əsl ömrü bəzən onun baş verdiyi anda deyil, insanın daxili aləmində başlanır.

Bu daxili proses VIII qat boyunca üç mərhələdə izlənəcək: əvvəlcə həyatın müşahidə və yaşantı vasitəsilə idraka çevrilməsində, sonra insanın həmin yaşantı ilə öz daxilində üz-üzə qalmasında və nəhayət, zaman və yaddaşdan keçən təcrübənin sözün yaddaşına çevrilməsində.

a) HƏYATDAN İDRAKA: mövzunun yaranması

və təfəkkürün yolda formalaşması

A.Ziyadın yaradıcılıq dünyasının mühüm xüsusiyyət­lərin­dən biri budur ki, onun sözündə həyat kənardan seçilmiş mövzu kimi görünmür. Mövzu yaşanmış həyatın içindən gəlir. Müəllifin özünün də dediyi kimi, “mövzunu axtarmaq lazım deyil; mövzu insanın ayağının altındadır, sadəcə onu görmək lazımdır”.

Bu fikir zahirən sadə görünsə də, yaradıcılığın mahiyyəti baxımından dərin məna daşıyır. Həyat hamının ayağının altın­dadır: hamı eyni küçələrdən keçir, insanlarla rastlaşır, ayrılıq görür, ölüm xəbəri eşidir, sevinir, kədərlənir, yol gedir, keç­mişi xatırlayır. Amma hamı gördüyünü eyni şəkildə görmür.

Yaradıcılıq müşahidədən başlanır. Lakin müşahidənin özü hələ söz deyil. Görülən hadisənin sözə çevrilməsi üçün onun insan daxilində iz buraxması lazımdır. Həmin iz düşün­cəyə qarışır, yaddaşda yaşayır və müəyyən bir məqamda yenidən dil açır.

A.Ziyadın yaradıcılıq təcrübəsi bu daxili prosesi aydın göstərir. Yazılarının böyük hissəsinin ilkin quruluşunun yol­lar­da, xüsusilə avtobusla gedərkən formalaşdığını söyləməsi təsa­düfi fakt deyil. Yol boyu gələcək yazının ssenarisi düşün­cəsində qurulur, cümlələr beynində yazılı hala gəlir, evə çatan­da isə onları kağıza köçürmək qalır.

Deməli, yazı heç də həmişə yazı masasının arxasında başlamır. Yazı ən əvvəl insanın içində başlayır.

Yol müəllif üçün insanı yalnız bir məkandan başqa məka­na aparan məsafə deyil. Yol müşahidənin hərəkət halı­dır. İnsan yolda olarkən həyat onun qarşısından axır: tanış və tanımadığı adamlar, ötüb keçən mənzərələr, təsadüfi sözlər, küçələr, dayanacaqlar, yolun öz ritmi şüurda müxtəlif izlər bura­xır. Lakin həmin izlərin hamısı dərhal yazıya çevrilmir.

“Şamaxıya gedəndə, avtobusda yanımda bir qız əyləş­mişdi” şeirində də adi bir yol qarşılaşması məhz bu daxili yaşantının poetik ifadəsinə çevrilir:

Qonşu olduq
ömrümüzün hansı anındasa.
Boy-boya durdu bir istək,
sənin də könlündə,

mənim də.
Mənim ürəyimin gözləri səndə,

səninki məndə…

bir də baxdıq
haçandı yetmişik mənzilbaşına.
Az qaldıq dözə də bilməyək
hisslərimizin savaşına.

Sonra

mən qalxdım ayağa.

Sonra

sən qalxdın ayağa.

Bizimlə bahəm
hisslərimiz də durdu ayağa.

“Sağ ol”u da hisslərimiz

pıçıldadı,

“xudahafis”i də.

Elə
hisslərimizin dodaqları
pıçıldaşa-pıçıldaşa da
                               ayrıldıq.

Hərə öz ünvanına yön aldı.

(Mənnən sənə nə qaldı,
sənnən mənə nə qaldı,

bilmədim).

Yay, 1981-ci il

Bu şeirdə diqqəti çəkən yalnız avtobusda baş vermiş təsadüfi qarşılaşma deyil. Belə qarşılaşmalar həyatın adi axarında hər gün baş verə bilər. Hadisənin poetik əhəmiyyəti onun zahiri başvermə anında yox, insan daxilində yaratdığı davamlılıqda meydana çıxır. Yol başa çatır, insanlar ayrılır, hadisə zahirən tamamlanır. Lakin yaşanan qısa zaman parçası müəllifin daxili aləmində bitmir.

Anri Berqsonun yaddaş və zaman haqqında düşüncələri bu yaradıcılıq halını anlamaq üçün fəlsəfi paralel yaradır. Keçmiş yalnız keçib getmiş hadisələrin arxivdə saxlanması deyil; yaşanmış zaman insanın indiki şüurunda müxtəlif formalarda davam edir. Bir vaxt görülmüş mənzərə, eşidilmiş söz və ya yaşanmış hadisə illər sonra başqa bir məqamda yenidən üzə çıxa bilər. Yazı da bəzən məhz bu gecikmiş qayıdışdan doğur.

A.Ziyadın “Özümü gəzirəm öz keçmişimdə” poetik ifadəsi də bu daxili istiqamətin mənalı işarələrindən biridir. Burada insan keçmişə sadəcə baxmır; özünü həmin keçmişin içində axtarır. Keçmiş arxada qalmış zaman olmaqdan çıxaraq insanın özünü anlamaq üçün yenidən daxil olduğu daxili məkana çevrilir.

Bu hal müəllifin adsız şeirində daha konkret poetik obrazla ifadə olunur:

Bir dəfə
özü də bilmədən,
qəflətən
qələminin ucunu batırdı barmağıma.

Çaşqınlıqdan,
qızılgültək
xəfif bir qızartı çökdü yanağına.

Məncə bunu –
eşqimin ilk “bəxşişini”
saxlamaq istədim ömrüm uzunu…

Böyüdüm,
yaşa doldum.

İz itdi barmağımdan.
İlk eşqim daşa dəydi –
aldı onu əlimdən
zaman.

Ancaq barmağımdakı
qələmin qara izi
getməyir gözlərimdən.

                        (1972-ci il)

Burada hadisənin zahiri və daxili ömrü bir-birindən ayrı­lır. Barmaqdakı fiziki iz zamanla itir, lakin həmin anın yad­daş­­da qazandığı məna yaşayır. Bir vaxt adi görünən hadisə sonrakı həyat təcrübəsi ilə birlikdə dəyişir: qələmin barmağa toxunmasından yaranan kiçik iz ilk eşqin, zamanın və itkinin yaddaşına çevrilir.

Beləliklə, müəllifin sözünün arxasında yalnız yazıldığı günün həyatı dayanmır. Onun dərin qatlarında yaşanmış illər, görülmüş insanlar, eşidilmiş sözlər, keçilmiş yollar və unudul­muş sanılan xatirələr yaşayır. Oxucu son nəticəni – mətni görür; lakin mətnin altında görünməyən böyük bir həyat təcrübəsi dayanır.

A.Ziyadın yaradıcılığında bu daxili təcrübənin başlanğıc nöqtələrindən biri də heyrətdir. Müəllifin “Qara, məxmər gecələrim” kitabının poeziya bölməsinə “Poeziya heyrətdən doğur” kəlmələri ilə başlaması bu baxımdan xüsusi məna daşıyır.

Heyrət burada sadəcə təəccüblənmək deyil. İnsan hər gün gördüyü bir şeyə birdən başqa cür baxır, hamının ötüb keç­diyi yerdə nəyinsə fərqli olduğunu duyur. Məhz həmin duyğu düşüncəni oyadır.

Bu mənada:

müşahidə görür,
heyrət dayandırır,
təfəkkür soruşur,
söz isə cavab axtarır.

A.Ziyadın poeziyasında sualın geniş yer tutması da təsa­düfi deyil. “Bu yol hara gedir belə?”, “Hara qaçım bu dünyanın əlindən?”, “Ömrü yaşamağa nə var?”, “Eh, nə uzun imiş dünyanın işi”, “Eh, nə qəribə olub dünyanın işi” kimi şeir sərlövhələrində hazır cavabdan daha çox, həyat qar­şı­sında düşünən insanın dünyaya ünvanladığı daxili səs eşidilir.

Sual burada sadəcə bilməməyin ifadəsi deyil. Bəzən sual insanın gördüyü həqiqətlə barışa bilməməsidir; bəzən yaşan­mışın daxilində yaratdığı gərginlikdir; bəzən isə cavabdan çox, düşünməyin özünün zərurətə çevrilməsidir.

Søren Kierkegaardın konkret insanın şəxsi yaşantısına və fərdi daxili münasibətinə verdiyi fəlsəfi əhəmiyyətlə A.Zi­ya­dın poetik dünyası arasında yaranan müqayisə imkanı da burada görünür. Həyatda ümumi olan hadisələr vardır: do­ğum, ölüm, ayrılıq, sevgi, qorxu, zaman. Lakin həmin hadi­sə­lərin insan daxilində qazandığı məna təkrarsızdır.

Ölüm hamının bildiyi həqiqətdir. Amma hər ölüm eyni şəkildə yaşanmır.

Anara ithaf olunmuş “Bu, yeganə ölümdü yer üzündə” şeirinin arxasında Rəsul və Nigarın bir-birindən xəbərsiz ölü­mü dayanır. Lakin hadisənin müəllifin poetik düşüncəsinə keç­məsi yalnız bir faciənin xəbərini vermək deyil. Burada baş­qasının taleyi müəllifin daxili yaşantısına çevrilir.

İnsan bəzən öz başına gəlməyən bir ağrını da daxilində yaşadır. Başqasının itkisi kənardan eşidilən hadisə kimi qal­mır; insan həmin talenin qarşısında öz insanlıq duyğusu ilə dayanır və hadisə onun mənəvi yaddaşına daxil olur.

Bu zaman xarici həyatın faktı daxili təcrübəyə çevrilir.

Montenin şəxsi təcrübəyə və insanın yaşadığı hadisəni öz mühakiməsindən keçirərək mənalandırmasına yönələn dü­şün­cə istiqaməti də bu məqamı anlamaq üçün müqayisə im­kanı yaradır. Hadisə insan üçün hazır mənadan ibarət deyil. Yaşanan və ya müşahidə edilən hadisə düşüncədə yenidən quru­lur; həmin ikinci yaşantı isə artıq şəxsi münasibətin və şəxsi təfəkkürün məhsuludur.

A.Ziyadın “İçimin ağrıları çoxalır” poetik ifadəsi xari­ci aləmdən daxili aləmə keçidin başqa bir tərəfini açır. İnsan ağrını yalnız başına gələn hadisədə yaşamır. Yaşadığı, gör­dü­yü və düşündüyü müxtəlif hadisələr zamanla onun daxilində bir-birinə qoşulur, insanın özünün belə asanlıqla ayıra bilmə­diyi mənəvi yükə çevrilir.

Bu mənada daxili ağrı tək bir hadisənin nəticəsi deyil; yaşanmışların yaddaşda bir-birinin üstünə yığılmış izidir.

“İnsan içinin çənə düşən günü də var” ifadəsi də insanın daxili aləminin susmadığı bir vəziyyəti düşündürür. İnsanın dili susa bilər, lakin içi susmaya bilər. Bəzən insan heç kimə demədiyini öz daxilində təkrar-təkrar yaşayır. Dü­şün­cə insanın öz içində özünə danışmağa başlayır.

Bu daxili danışığın fəlsəfi mənası Blez Paskalın insanın öz həqiqəti və məhdudluğu ilə üz-üzə qalmasının doğurduğu daxili gərginliyə yönələn düşüncələri ilə də müəyyən müqa­yisə imkanı yaradır. A.Ziyadın poetik dünyasında insanın öz daxilində davam edən bu gərginlik müxtəlif söz formalarında üzə çıxır.

İnsan bəzən ən böyük izdihamın içində də öz daxili səsi ilə tək qalır. Xarici dünya nə qədər gurultulu olsa da, insanın daxilində yalnız onun özünün eşitdiyi başqa bir danışıq da­vam edir.

“Eh, yiyəsiz-yeliksiz fikirlərim” poetik adı da bu daxili hərəkətin başqa tərəfini göstərir. Fikir həmişə insanın tam idarə etdiyi nizamlı proses olmur. O, insanın içində dolaşır, özünə yer axtarır, bəzən yiyəsiz görünür. Lakin məhz həmin sərbəst daxili hərəkətin içindən bir gün söz doğa bilər.

Bu baxımdan yaradıcılıq yalnız nizamlı düşüncənin nəti­cəsi deyil. Bəzən sözün başlanğıcında insanın özü üçün belə tam aydın olmayan daxili hərəkət dayanır.

A.Ziyadın “Dünyanın rəngləri”ndən “İçimin ağrıları çoxalır”a, oradan “Bu dünya çalın-çarpaşıq” düşüncəsinə doğru poetik istiqamətdə insanın xarici dünya ilə daxili dünya arasındakı münasibəti hiss olunur.

Dünya eyni dünyadır, lakin insan ona həmişə eyni gözlə baxmır. Daxili vəziyyət dəyişdikcə dünyanın rəngləri də dəyi­şir. İnsan gördüyü aləmdən kənarda öz hisslərini qoyub baxa bilmir; yaddaşı, ağrısı, ümidi, qorxusu və keçmişi gördüyü dün­ya­ya qarışır.

Bu baxımdan “Mənim də öz dünyam var” və “Mənim bu dünyadan əmanətim var” kimi şeirlər həyatdan qaçışı deyil, insanın xarici həyatı öz daxilində yenidən yaşamasını göstərir:

– Bir yol gedir, amma həmin yolun insanın içində başqa davamı yaranır;

– Bir adamla qarşılaşır, onun taleyi yaddaşda qalır;

– Bir gecə keçir, lakin sükutu insanın daxilində uzun müddət yaşaya bilir;

– Hadisə başa çatır, amma onun insanın daxilində başlayan ömrü davam edir.

Deməli, yaradıcılıq üçün həyatın fövqəladə hadisəyə çevrilməsi vacib deyil. Əsas olan adi həyatın içində gizlənən qeyri-adiliyi duymaqdır. Bu mənada A.Ziyadın yara­dı­cı­lıq dün­ya­sında mövzu “tapılan” deyil, görülən və insanın daxi­lində yaşanan hadisədir.

Həyat xaricdə baş verir, lakin onun mənası insanın daxilində yaranır.

Beləliklə, VIII qatın birinci daxili mərhələsi müəyyənləşir:

həyat → müşahidə → heyrət → daxili yaşantı → təfəkkür.

Lakin yaşantının təfəkkürə çevrilməsi hələ onun son mərhələsi deyil. İnsan yaşadığını dərhal tam şəkildə məna­lan­dırmır. Bəzən həmin yaşantı ilə yenidən qarşılaşmaq, onunla öz daxilində tək qalmaq, sükutda və tənhalıqda onun mənasını axtarmaq lazım gəlir.

Məhz bu daxili qayıdış VIII qatın növbəti mərhələsinə — tənhalıq və daxili təmərküzə aparır.

b) Tənhalıq və daxili təmərküz:

təfəkkürün özünə qayıdışı

VIII fəlsəfi qatın əvvəlki mərhələsində yaşanmış həyatın insan daxilində buraxdığı izlərin yaddaş və təfəkkür vasitəsilə sözə doğru hərəkəti izlənildi. Lakin yaşanmış hadisənin yad­daşda qalması hələ onun bədii ifadəyə çevrilməsi demək deyil. İnsan yaşadıqlarına yenidən qayıdır, onları öz daxilində təkrar yaşayır və mənası üzərində düşünür. Bu mənada tən­halıq və daxili təmərküz insanın yaşantı ilə yenidən qar­şı­laşdığı mühüm daxili məkan kimi meydana çıxır.

A.Ziyadın bədii dünyasında tənhalıq dünyadan uzaq­laş­maq deyil, insanın öz daxilində yaşayan hisslər, xatirələr və suallarla qarşılaşmasıdır. Gündəlik həyatın səs-küyündə arxa plana keçən yaşantılar daxili sakitlikdə yenidən üzə çıxır. İnsan diqqətini hadisənin özündən onun daxilində buraxdığı izə yönəldir. Beləliklə, yaşanmış həyat keçmişdə qalmış fakt kimi deyil, insanın daxilində davam edən təcrübə kimi yeni­dən düşünülür.

Bu daxili qayıdış A.Ziyadın poetik mətnlərində insanın öz ürəyi ilə apardığı söhbətdə də ifadəsini tapır. Ürək burada yalnız hissin simvolu deyil, insanın öz daxili aləmi ilə qarşı­laşdığı həmsöhbətə çevrilir. İnsan başqasına demədiyini ürə­yinə deyir, yaşadıqlarına yenidən qayıdır, özünə suallar verir. Düşüncə də məhz bu daxili dialoqun içində formalaşır.

“Sözün yaddaş arxeologiyası” baxımından burada mü­hüm olan yalnız hadisənin baş verməsi deyil, insanın həmin hadisədən sonra onunla keçirdiyi daxili yoldur. İnsan eyni yaşantıya müxtəlif zamanlarda qayıtdıqca onun yeni tərəfləri açılır, mənası dərinləşir. Söz də bu mənada yalnız yaşanmışın izi deyil, yaşanmışın insan daxilində keçdiyi yolun ifadəsinə çevrilir.

Bu proses “Yastığı qolu gəldikcə tolazdadı” hekayə­sində Zemfiranın yaşantısı əsasında daha aydın görünür. Aydının xatirəsi qadının yaddaşında keçmişə aid məlumat kimi deyil, bir anlıq canlı duyğu kimi yenidən canlanır. Aydının qoxusunu özündə saxlayan yastığı qucaqlaması fiziki olaraq yox olan insana deyil, ondan qalan hissi izə yaxın­laşmaq cəhdidir. Yaddaş burada yalnız xatırlamır, keçmişi insanın duyğularında yenidən yaşadır.

Lakin hekayədə əsas məqam keçmişin yenidən canlan­ması ilə bitmir. Zemfiranın yaşadığı gecənin ona nə demək istədiyini düşünməsi yaşantının daxili təfəkkür predmetinə çevrildiyini göstərir. Onun yastığı divara çırpması da əşyaya qarşı yönəlmiş sadə hərəkət deyil, yaddaşın oyatdığı daxili gərginlikdən qurtulmaq cəhdidir. Beləliklə, əsas hadisə zahirdə baş verənlərdə deyil, qəhrəmanın yaddaşın oyatdığı hisslə gerçəkliyin yaratdığı boşluq arasında keçirdiyi daxili qarşılaşmada baş verir.

“Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində isə daxili yaşantı başqa şəkildə — sükut vasitəsilə açılır. Qəhrə­manın “ürəyimin düşündüklərini deməyə gücüm çatmadı” fikri yaşanan hisslə onun sözə çevrilməsi arasındakı məsafəni göstərir. Burada sükut hissin yoxluğu deyil, əksinə, insanın yaşadığı sarsıntının sözlə tam ifadə edilə bilməməsidir.

Beləliklə, hər iki hekayədə zahiri hadisə insanın daxilində baş verən daha dərin prosesə yol açır. Birinci hekayədə yaddaşın oyatdığı keçmiş, ikinci hekayədə isə ağır həyat həqiqəti insanı öz daxili aləmi ilə üz-üzə qoyur. Poe­zi­ya­da bu qarşılaşma birbaşa daxili dialoq şəklində, nəsrdə isə obrazın davranışında, hisslərində və sükutunda ifadə olunur.

Nəticə etibarilə, tənhalıq A.Ziyadın bədii dünyasında təcrid və boşluq deyil, daxili həyatın fəallaşdığı məkandır. Daxili təmərküz isə insanın yaşantıdan uzaqlaşması deyil, həmin yaşantıya yenidən qayıdaraq onun mənasını dərk etmə­si­dir. Bu daxili qayıdış yaşanmış həyat təcrübəsini yaddaşda yenidən fəallaşdırır və onu sözə doğru aparan mənalandırma prosesinə çevirir.

c) zaman, yaddaş, söz:

Yaddaşın söz qatında

Daxili təmərküz insanı yaşanmış həyatla yenidən qarşı­laşdırdıqdan sonra həmin təcrübənin sözə çevrilməsində za­man və yaddaş mühüm rol oynayır. “Ayətxan Ziyad” imza­sının fəlsəfi qatlarında zaman yaşanmış həyatla onun yad­daşda qalan izi arasında məsafə yaradır. Lakin bu məsafə keç­mişi yalnız uzaqlaşdırmır, ona yenidən baxmaq və onu başqa mənada dərk etmək imkanı da yaradır. “Özümü gəzirəm öz keçmişimdə” ifadəsi bu daxili qayıdışın mahiyyətini açır: insan keçmişinə dönərkən əslində öz yaddaşının içində özünü axtarır.

Yaddaş passiv şəkildə keçmişi qoruyan arxiv deyil. Zaman keçdikcə yaşanmış hadisələrə münasibət dəyişir, bəzi məqamlar arxa plana keçir, digərləri isə yeni məna qazanır. Buna görə də, yaddaş yaşananı olduğu kimi saxlamaqdan çox, onu insanın sonrakı düşüncəsindən keçirərək yenidən məna­lan­dırır.

Bu prosesdə söz yaddaşdan ayrı bir mərhələ kimi çıxış etmir. Yaşanmış həyat zamanın keçməsi ilə daxili təcrübəyə çevrilir, yaddaş həmin təcrübəni qoruyur və yenidən fəal­laş­dırır, söz isə onun bədii ifadə formasını tapır. Bu baxımdan A.Ziyad yaradıcılığında söz həm yaşanmış həyatın izi, həm də yaddaşın həmin iz üzərində yaratdığı mənadır.

Keçmişə qayıdış insanı özünümühakiməyə də aparır. İnsan yalnız hadisələri xatırlamır, həmin hadisələrdəki öz möv­qeyini, münasibətini və keçdiyi daxili yolu da yenidən nəzərdən keçirir. Zaman yaşantı ilə insan arasında məsafə yaradır, yaddaş həmin yaşantını yenidən üzə çıxarır, söz isə bu qarşılaşmadan doğan mənanı bədii formada qoruyur.

Beləliklə, “Ayətxan Ziyad” imzasında zaman, yaddaş və söz bir-birindən ayrılmış anlayışlar deyil, eyni daxili prosesin ardıcıl mərhələləridir. Yaşanan həyat yaddaşda iz buraxır, yaddaş həmin izi zamanın və sonrakı düşüncənin içindən keçirərək yenidən mənalandırır, söz isə onu fərdi yaşantıdan çıxarıb bədii yaddaşın davamlı hissəsinə çevirir.

VIII fəlsəfi qatın bu mərhələsində əsas nəticə də məhz burada müəyyənləşir: insan yaşadıqlarına öz daxilində yeni­dən qayıdır, tənhalıq və daxili təmərküz həmin qarşı­laşmanı düşüncəyə çevirir, zaman və yaddaş isə bu düşü­nülmüş yaşantını sözün dərin qatına gətirir.

“Sözün yaddaş arxeologiyası” həmin qatlara endikdə yalnız baş vermiş hadisənin izini deyil, insanın həmin hadisə ilə apardığı görünməyən daxili söhbəti də üzə çıxarır. Çünki bədii sözün yaddaşında qorunan təkcə yaşanmış həyat deyil, insanın o həyatı sonradan necə xatırladığı, düşündüyü və mənalandırdığıdır.

Ayətxan Ziyadın yaradıcılığında sözün fəlsəfi dərinliyi də məhz bu keçiddə – həyatın hadisəsindən insanın daxili təcrübəsinə, daxili təcrübədən isə yaddaşda yaşayan bədii sözə çevrilməsində üzə çıxır. 


Sevda Ziyad (İsgəndərova)
,

araşdırmaçı

AYƏTXAN ZİYADIN YAZILARI

YAZI DİGƏR MƏNBƏLƏRDƏ

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ “XƏZAN” JURNALININ FƏALİYYƏTİNDƏ ANA DİLİNİN GENİŞ İMKANLARINDAN DÜNYA MİQYASINDA İSTİFADƏ TEXNOLOGİYASI

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ “XƏZAN” JURNALININ FƏALİYYƏTİNDƏ ANA DİLİNİN GENİŞ İMKANLARINDAN DÜNYA MİQYASINDA İSTİFADƏ TEXNOLOGİYASI

(HESABAT MƏRUZƏSİ – TAM VERSİYA)

Giriş

     Hörmətli tədbir iştirakçıları, əziz həmkarlar!

     Müasir dövrdə qloballaşma yalnız iqtisadiyyatın, siyasətin və beynəlxalq münasibətlərin deyil, həm də dilin, ədəbiyyatın, mədəniyyətin və informasiya mübadiləsinin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm amilə çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dünyanın müxtəlif ölkələrində yaşayan insanların bir-biri ilə əlaqə yaratmaq, milli ədəbi nümunələrlə tanış olmaq və mədəni dəyərləri paylaşmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir.

      Belə bir şəraitdə milli mətbuatın və ədəbi-bədii nəşrlərin qarşısında yeni vəzifələr dayanır. Ənənəvi çap üsulunu qorumaqla yanaşı, elektron nəşriyyat imkanlarından istifadə etmək, milli dilin ifadə potensialını rəqəmsal mühitdə nümayiş etdirmək, yerli ədəbi nümunələri beynəlxalq informasiya məkanına çıxarmaq müasir dövrün zəruri tələblərindəndir.

      Azərbaycan dilinin zəngin söz ehtiyatı, ifadə imkanları, poetik ahəngi, obrazlı düşüncə ənənələri və müxtəlif üslublarda məna yaratmaq qabiliyyəti onun dünya informasiya məkanında təmsil olunması üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etmək isə yalnız dövlət və böyük nəşriyyatların deyil, müstəqil yaradıcı kollektivlərin, ədəbi dərgilərin, elektron platformaların və ayrı-ayrı müəlliflərin də qarşısında duran mühüm vəzifədir.

      “Xəzan” ədəbi-bədii jurnalının fəaliyyəti bu baxımdan diqqətəlayiq nümunə kimi təqdim oluna bilər. Jurnalın ənənəvi çap nəşri ilə yanaşı, internet vasitəsilə elektron formatda oxuculara çatdırılması milli ədəbi irsin qorunması, müəlliflərin tanıdılması və Azərbaycan dilində yaradılmış mətnlərin coğrafi sərhədlərdən kənara çıxarılması baxımından əhəmiyyətlidir.

      “Yazarlar.az” platformasında “Xəzan” jurnalının müxtəlif illərdə nəşr edilmiş nömrələrinin PDF formatında bir araya gətirilməsi bu fəaliyyətin mühüm istiqamətlərindən biridir. Saytda jurnalın 2016-cı ildən başlayaraq müxtəlif illər üzrə nömrələrinə keçidlər təqdim olunması elektron arxivçilik və rəqəmsal əlçatanlıq baxımından əhəmiyyətli təcrübədir. https://yazarlar.az/2021/03/10/x%C9%99zan-jurnali-pdf/

        Bu hesabat məruzəsinin məqsədi “Xəzan” jurnalının fəaliyyətini beş əsas istiqamət üzrə təhlil etmək, onun iqtisadi müstəqillik modelini, ənənəvi və elektron yayım imkanlarını, maliyyələşmə prinsiplərini, beynəlxalq auditoriyaya çıxışını və Azərbaycan dilinin rəqəmsal məkandakı rolunu nəzərdən keçirməkdir.

I. Birinci əsas sual: “Xəzan” jurnalının iqtisadi müstəqilliyi və müstəqil fəaliyyət modeli

     Müstəqil mətbuatın davamlı fəaliyyəti üçün mühüm şərtlərdən biri iqtisadi dayanıqlılıqdır. Redaksiyanın fəaliyyətini davam etdirməsi, müəlliflərlə əməkdaşlıq etməsi, materialları hazırlaması, nəşri çap etdirməsi və oxuculara çatdırması müəyyən maliyyə resursları tələb edir.

     Böyük maliyyə imkanlarına malik olmayan ədəbi-bədii nəşrlər üçün bu məsələ xüsusilə aktualdır. Belə nəşrlərin uzunömürlülüyü yalnız maddi imkanlarla deyil, həm də yaradıcı kollektivin iradəsi, müəlliflərin etimadı, oxucuların dəstəyi və təşkilati işin düzgün qurulması ilə bağlıdır.

     “Xəzan” jurnalının fəaliyyət təcrübəsi bu baxımdan müstəqil nəşr modelinin imkanlarını göstərir. Jurnalın nəşrinin ardıcıl davam etdirilməsi, müxtəlif müəlliflərin yaradıcılıq nümunələrinə yer verilməsi və əvvəlki nömrələrin elektron arxivdə saxlanılması onun təşkilati davamlılığını nümayiş etdirən əlamətlərdəndir.

       Müstəqillik burada yalnız kənar maliyyə mənbələrindən asılı olmamaq kimi başa düşülməməlidir. Bu anlayış, eyni zamanda, redaksiya qərarlarının yaradıcı məqsədlərə uyğun verilməsi, nəşrin öz istiqamətini qoruması, müəlliflərlə münasibətlərin etimad əsasında qurulması və fəaliyyətin uzunmüddətli perspektivə hesablanması deməkdir.

      Təqdim olunan məlumatlara əsasən, “Xəzan” jurnalı öz fəaliyyətini iqtisadi müstəqillik prinsipləri əsasında qurur. Bu təcrübənin əsas dəyəri ondan ibarətdir ki, ədəbi nəşrin yaşaması üçün mütləq iri maliyyə strukturlarına bağlı olmağın yeganə yol olmadığı göstərilir.

      Bununla belə, iqtisadi müstəqilliyin real vəziyyətini elmi əsaslarla qiymətləndirmək üçün çap xərcləri, satış gəlirləri, abunə və sifariş göstəriciləri, elektron yayım xərcləri və digər maliyyə məlumatları da nəzərə alınmalıdır. Bu cür məlumatlar nəşrin dayanıqlılığını daha dəqiq qiymətləndirməyə imkan verər.

     “Xəzan” nümunəsində əsas nəticə belə ifadə oluna bilər: yaradıcı məqsəd, redaksiya intizamı, müəllif-oxucu etimadı və qənaətli təşkilati model bir araya gəldikdə müstəqil ədəbi nəşrin davamlı fəaliyyəti üçün əlverişli zəmin yaranır.

II. İkinci əsas sual: Jurnalın ənənəvi kağız variantında ölkə daxilində və ölkə hüdudlarından kənarda yayılması

     Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə ənənəvi kitab və jurnal nəşrinin əhəmiyyəti azalmamışdır. Kağız nəşr oxucu ilə mətn arasında xüsusi münasibət yaradır. Jurnalın səhifələrini vərəqləmək, onu şəxsi kitabxanada saxlamaq, başqa oxuculara ötürmək və gələcək nəsillər üçün qorumaq çap mədəniyyətinin üstünlüklərindəndir.

     “Xəzan” jurnalının kağız formatında nəşrinin davam etdirilməsi Azərbaycan mətbuatının ənənələrinə bağlılığın ifadəsidir. Çap variantı müəlliflərin yazılarını müəyyən bir dövrün ədəbi sənədi kimi qoruyur, jurnalı kitabxanalara, şəxsi kolleksiyalara və müxtəlif ədəbi tədbirlərə aparmaq imkanı yaradır.

     Ənənəvi nəşrin mühüm üstünlüklərindən biri onun internetə çıxışdan asılı olmamasıdır. Elektron resurslardan istifadə imkanları məhdud olan oxucular, eləcə də çap nəşrinə üstünlük verən insanlar jurnal ilə birbaşa tanış ola bilirlər.

    Jurnalın ölkə daxilində yayılması Azərbaycan dilində yazan müəlliflərlə müxtəlif bölgələrdə yaşayan oxucular arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar üçün isə belə nəşrlər ana dili ilə əlaqəni qorumağın, milli ədəbi mühiti izləməyin və vətənlə mənəvi bağlılığı yaşatmağın vasitələrindən biridir.

     Bu baxımdan kağız jurnal sadəcə məlumat daşıyıcısı deyil. O, milli yaddaşın, ədəbi irsin və mədəni ünsiyyətin fiziki daşıyıcısıdır.

     “Xəzan”ın çap və elektron nəşr formalarının paralel şəkildə mövcudluğu iki fərqli oxu mədəniyyətini birləşdirir. Bir tərəfdə çap ənənəsi, digər tərəfdə isə rəqəmsal əlçatanlıq dayanır. Bu iki istiqamətin bir-birini tamamlaması nəşrin imkanlarını genişləndirir.

     Bununla yanaşı, jurnalın ölkə hüdudlarından kənarda yayılmasının miqyasını daha dəqiq göstərmək üçün çap tirajı, sifarişlərin coğrafiyası, kitabxana fondlarına daxilolma və xaricə göndərilən nüsxələrin sayı kimi göstəricilərin ayrıca qeydə alınması faydalı olardı.

     Beləliklə, ənənəvi çap nəşri “Xəzan”ın fəaliyyətində keçmişə bağlılıqdan daha artıq məna daşıyır. O, müasir rəqəmsal imkanlarla birlikdə milli ədəbiyyatın davamlılığını təmin edən vasitələrdən biridir.

III. Üçüncü əsas sual: Yetmişdən artıq sayın nəşri, maliyyə dayanıqlılığı və müəllif-oxucu dəstəyi

     Bir ədəbi-bədii jurnalın uzun müddət nəşr olunması onun fəaliyyətində müəyyən sabitliyin formalaşdığını göstərən mühüm göstəricidir. Hər yeni nömrə redaksiya işi, müəlliflərlə əlaqə, materialların seçilməsi, mətnlərin hazırlanması, dizayn, korrektə və nəşr prosesinin təşkilini tələb edir.

    “Xəzan” jurnalının 2016-cı ildən başlayan nəşr tarixçəsi və “Yazarlar.az” saytında toplanmış elektron arxivi onun davamlı fəaliyyətini izləməyə imkan verir. Saytda 2024-cü ilədək olan nömrələrlə yanaşı, sonrakı nəşrlər haqqında da məlumatlar mövcuddur. 2025-ci ilin 68-ci nömrəsi və 2026-cı ilin 71-ci nömrəsi barədə elektron materiallar jurnalın nəşr tarixinin davam etdiyini göstərir. https://yazarlar.az/wp-content/uploads/2025/09/XEZAN-jurnali-PDF-%E2%84%9668.pdf https://yazarlar.az/wp-content/uploads/2026/02/XEZAN-%E2%84%9671-SON.pdf

     Bu faktlar jurnalın nəşr ardıcıllığının və elektron arxivinin əhəmiyyətini göstərir. Yetmişdən artıq nömrənin işıq üzü görməsi isə təqdim olunan hesabatın əsas müddəalarından biri kimi jurnalın uzunmüddətli nəşr təcrübəsini ifadə edir.

    Təqdim etdiyiniz məlumatlara görə, jurnal müəlliflərin və oxucuların dəstəyi hesabına maliyyələşir, nəşrini müntəzəm davam etdirir və bu prosesdə ciddi maddi-maliyyə çətinlikləri ilə üzləşmədən fəaliyyət göstərir. Bu modelin ən mühüm xüsusiyyəti ədəbi nəşrin öz yaradıcı mühiti ilə birbaşa əlaqəsinə əsaslanmasıdır.

    Müəllif jurnalda dərc olunmaqla öz yaradıcılığını oxucuya çatdırır. Oxucu isə jurnalın növbəti sayını əldə etməklə, onu başqalarına tövsiyə etməklə və elektron versiyasını paylaşmaqla bu ədəbi mühitin genişlənməsinə töhfə verir. Nəticədə nəşrin ətrafında qarşılıqlı maraq və etimad münasibətləri formalaşır.

     Bu münasibətlər jurnalın mənəvi kapitalını təşkil edir. Mənəvi kapital dedikdə yalnız müəlliflərin nüfuzu deyil, həm də redaksiyanın etibarlılığı, nəşrin ədəbi mühitdə tanınması, oxucuların marağı və jurnalın davamlı fəaliyyətinə göstərilən dəstək nəzərdə tutulur.

     Belə bir modelin üstünlüyü onun yaradıcı təşəbbüsə söykənməsidir. Lakin bu üstünlüyün uzun müddət qorunması üçün maliyyə şəffaflığı, xərclərin düzgün planlaşdırılması, oxucu auditoriyası ilə daimi əlaqə və çap keyfiyyətinin saxlanılması vacibdir.

     Jurnalın elektron arxivinin mövcudluğu da bu baxımdan əhəmiyyətlidir. Əvvəlki nömrələrin internetdə saxlanılması onların yalnız cari oxucuya deyil, gələcək tədqiqatçılara, ədəbiyyatşünaslara və müxtəlif ölkələrdə yaşayan Azərbaycan dili istifadəçilərinə də əlçatan olmasına şərait yaradır.

    Deməli, “Xəzan”ın nəşr təcrübəsində diqqət çəkən məqam yalnız nömrələrin sayı deyil. Əsas məsələ bu nəşr ənənəsinin qorunması, müəllif-oxucu münasibətlərinin davam etdirilməsi və milli ədəbiyyata xidmət edən platformanın yaşadılmasıdır.

IV. Dördüncü əsas sual: “Yazarlar.az” platforması və PDF texnologiyası vasitəsilə dünya miqyasında yayım

     İnternet milli mətbuatın fəaliyyət coğrafiyasını köklü şəkildə dəyişmişdir. Əvvəllər bir jurnalın başqa ölkədə oxucuya çatması üçün çap, daşınma, poçt və yayım şəbəkələrinə ehtiyac vardı. İndi isə elektron nəşr düzgün yerləşdirildikdə, internet bağlantısı olan istifadəçi onu dünyanın müxtəlif nöqtələrindən əldə edə bilər.

     “Xəzan” jurnalının “Yazarlar.az” platformasında PDF formatında təqdim edilməsi bu imkanlardan istifadənin konkret nümunəsidir. Jurnalın müxtəlif nömrələrinə aid keçidlərin vahid səhifədə toplanması oxucuya əvvəlki buraxılışları axtarmaq və əldə etmək üçün rahat imkan yaradır. https://yazarlar.az/2021/03/10/x%C9%99zan-jurnali-pdf/

     PDF formatının bir sıra üstünlükləri vardır. İlk növbədə, bu format jurnalın səhifə quruluşunu, mətnlərin yerləşməsini, başlıqları, şəkilləri və ümumi dizaynını qorumağa imkan verir. Oxucu nəşri kompüterdə, planşetdə və ya mobil telefonda aça, onu cihazında saxlaya və lazım gəldikdə yenidən oxuya bilər.

     Elektron formatın digər mühüm üstünlüyü coğrafi sərhədlərdən asılılığın azalmasıdır. Azərbaycan dilində danışan və ya bu dili öyrənən insanlar dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların hamısının çap jurnalını əldə etmək imkanı olmaya bilər. Elektron nəşr isə bu maneəni müəyyən dərəcədə aradan qaldırır.

      Bu üsul xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyır. Ana dilində ədəbi nümunələrin müntəzəm yayımlanması dilin gündəlik istifadəsinə, milli ədəbiyyatla əlaqənin qorunmasına və yeni nəsillərin Azərbaycan dilində mətnlərlə tanışlığına kömək edə bilər.

      Elektron arxiv həm də mədəni yaddaşın qorunması baxımından vacibdir. Ayrı-ayrı nömrələrin vahid platformada toplanması nəşrin tarixini izləməyi, müəlliflərin yaradıcılığını müqayisə etməyi və müəyyən dövrün ədəbi prosesləri haqqında təsəvvür formalaşdırmağı asanlaşdırır.

      Bununla belə, elektron yayımın davamlılığı yalnız PDF fayllarının yerləşdirilməsi ilə məhdudlaşmamalıdır. Müasir dövrdə axtarış sistemlərinə uyğun başlıqlar, düzgün təsvirlər, mətnlərin indeksləşdirilməsi, mobil cihazlara uyğun səhifə quruluşu, ehtiyat nüsxələr və müəllif hüquqlarının qorunması da vacib məsələlərdir.

     “Xəzan” jurnalının rəqəmsal inkişafı üçün aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət daşıya bilər:

Elektron arxivin sistemləşdirilməsi. Bütün nömrələrin il, say, müəllif və mövzu üzrə asan tapılan kataloqda təqdim olunması.

Axtarış sistemlərində görünürlüğün artırılması. Məqalələrin başlıqlarının və müəllif adlarının axtarış sistemləri tərəfindən düzgün tanınması.

Mobil oxu imkanlarının genişləndirilməsi. PDF-lərlə yanaşı, mümkün olduqda mətnlərin mobil ekranda rahat oxunan HTML variantlarının hazırlanması.

Sosial şəbəkələrdə yayım. Yeni nömrələrdən seçilmiş yazıların, qısa təqdimatların və müəllif müsahibələrinin paylaşılması.

Çoxdilli məlumatlandırma. Jurnalın özü Azərbaycan dilində nəşr olunsa belə, onun məqsədi, məzmunu və əldə olunma qaydaları haqqında qısa ingilisdilli, rusdilli və digər dillərdə məlumatların verilməsi.

Elektron statistikanın təhlili. Sayta daxilolmaların, PDF fayllarının yüklənməsinin, oxucu coğrafiyasının və təkrar ziyarətlərin müntəzəm izlənilməsi.

Bu tədbirlər Azərbaycan dilində yaradılan ədəbi mətnlərin dünya miqyasında əlçatanlığını artırmağa və “Xəzan”ın rəqəmsal platforma kimi imkanlarını genişləndirməyə kömək edə bilər.

V. Beşinci əsas sual: Azərbaycan dilinin imkanları, beynəlxalq auditoriya və 50–80 milyon oxucu məsələsi

     Məruzənin ən mühüm və eyni zamanda əlavə statistik izaha ehtiyac duyan istiqaməti “Xəzan” jurnalının beynəlxalq auditoriyası ilə bağlıdır.

     Təqdim etdiyiniz məlumata görə, jurnalın internet vasitəsilə yayımı geniş coğrafiyanı əhatə edir və ayrı-ayrı statistik müşahidələrdə potensial auditoriyanın 50–80 milyon nəfərə çata biləcəyi ehtimalı irəli sürülür. Eyni zamanda, ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Orta Asiya ölkələri və Azərbaycan əsas oxucu coğrafiyası kimi göstərilir. Türkiyənin ilk onluqda yer alması, İranın isə həmin onluqda görünməməsi də diqqətçəkən müşahidə kimi təqdim olunur. Afrika ölkələrindən gələn müraciətlərin və statistik göstəricilərin nəzərəçarpan olması jurnalın coğrafi əhatəsi haqqında əlavə suallar yaradır.

      Bu məlumatların düzgün şərhi üçün əvvəlcə bir anlayışı dəqiqləşdirmək lazımdır: internetdə məzmunun müəyyən ölkələrdən açılması ilə həmin məzmunun real, daimi və unikal oxucular tərəfindən oxunması eyni göstərici deyil.

      Məsələn, sayta daxilolmaların sayı, səhifəyə baxışlar, PDF faylının yüklənməsi, unikal istifadəçilər və real oxucu sayı müxtəlif anlayışlardır. Bir istifadəçi sayta bir ay ərzində dəfələrlə daxil ola bilər. Digər tərəfdən, avtomatlaşdırılmış sistemlərin, axtarış robotlarının və texniki xidmətlərin yaratdığı müraciətlər də bəzi statistik hesabatlarda görünə bilər.

      Buna görə də 50–80 milyon rəqəmi ölçmə metodologiyası, hesabat dövrü və ilkin statistika ilə təsdiqlənmədən jurnalın faktiki oxucu sayı kimi təqdim edilməməlidir. Əgər bu rəqəm saytın mümkün auditoriyasına, geniş internet əhatəsinə və ya ümumi baxış göstəricilərinə aid hesablamadırsa, onun məhz hansı göstəricini ifadə etdiyi ayrıca izah olunmalıdır.

      Bu qeyd jurnalın beynəlxalq fəaliyyətinin əhəmiyyətini azaltmır. Əksinə, statistik məlumatların düzgün təhlili onun real nailiyyətlərini daha aydın göstərməyə imkan verir.

Ölkələr üzrə müşahidələrin əhəmiyyəti

     Təqdim olunan statistik müşahidələrdə ABŞ və Rusiyanın, Avropa İttifaqına daxil olan ölkələrin, Orta Asiya dövlətlərinin və Azərbaycanın ön sıralarda göstərilməsi müxtəlif ehtimallar əsasında izah oluna bilər.

     ABŞ-da və Avropanın bir sıra ölkələrində yaşayan azərbaycanlı icmalar ana dilində nəşrlərə maraq göstərə bilərlər. Rusiyada və Orta Asiyada Azərbaycan dili ilə tarixi, mədəni və ailə əlaqələri olan geniş auditoriyanın mövcudluğu da bu marağın formalaşmasına təsir edə bilər.     Azərbaycan isə jurnalın yaradıldığı, müəlliflərinin böyük hissəsinin fəaliyyət göstərdiyi və əsas ədəbi mühitinin formalaşdığı ölkə kimi təbii olaraq mühüm mövqeyə malikdir.

     Türkiyənin ilk onluqda yer alması dil və mədəniyyət yaxınlığı ilə bağlı mümkün izahlardan biridir. Bununla belə, Türkiyədəki göstəricinin səviyyəsini yalnız dil qohumluğu ilə izah etmək olmaz. Saytın axtarış sistemlərində görünməsi, məqalələrin paylaşılması, konkret müəlliflərə maraq və istifadəçilərin internet davranışları da rol oynaya bilər.

     İranın ilk onluqda görünməməsi də ayrıca tədqiq edilməli məsələdir. Bu fakt öz-özlüyündə orada Azərbaycan dilinə və ya Azərbaycan ədəbiyyatına marağın zəif olduğunu sübut etmir. Statistik nəticəyə axtarış vərdişləri, istifadə olunan əlifba, texniki əlçatanlıq, platformanın tanınma səviyyəsi və ölçmə üsulu təsir göstərə bilər.

     Afrika ölkələrinin statistik hesabatlarda görünməsi isə ayrıca maraq doğurur. Bu göstərici müxtəlif ölkələrdən sayta texniki müraciətlərin, axtarış sistemlərinin fəaliyyətinin və ya həqiqi oxucuların mövcudluğunun nəticəsi ola bilər. Hansı ehtimalın üstünlük təşkil etdiyini müəyyən etmək üçün konkret ölkələr, istifadəçi davranışları, baxılan səhifələr və müraciətlərin mənbələri təhlil edilməlidir.

     Beləliklə, ölkələr üzrə sıralama yalnız rəqəmlər toplusu deyil, həm də gələcək tədqiqat istiqamətidir. Düzgün təhlil olunduqda bu məlumatlar Azərbaycan dilindəki ədəbi mətnlərə hansı bölgələrdə daha çox maraq göstərildiyini müəyyən etməyə kömək edə bilər.

Azərbaycan dilinin rəqəmsal mühitdə imkanları

      Azərbaycan dilinin beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsi üçün dilin zənginliyini nümayiş etdirmək qədər onun rəqəmsal vasitələrlə əlçatanlığını təmin etmək də vacibdir.

      Dil yalnız ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşını, dünyagörüşünü, milli təfəkkürünü, mənəvi dəyərlərini və bədii təxəyyülünü özündə birləşdirir. Poeziya, nəsr, publisistika, ədəbi tənqid və tərcümə vasitəsilə bu xüsusiyyətlər müxtəlif mətnlərdə təzahür edir.

     “Xəzan” kimi ədəbi-bədii jurnalların əsas missiyalarından biri də həmin imkanları yaşatmaq və yeni müəlliflərin yaradıcılığını oxucuya təqdim etməkdir.

      İnternet bu missiyaya yeni ölçü əlavə edir. Azərbaycan dilində yazılmış mətnlər yalnız çap olunduğu ölkədə deyil, dünyanın müxtəlif yerlərində axtarıla, paylaşıla və oxuna bilər. Elektron arxivlər dilin müxtəlif üslublarını, terminoloji imkanlarını və ədəbi inkişafını izləmək üçün əlavə mənbəyə çevrilir.

       Bununla belə, dilin dünya miqyasında yayılması yalnız texnologiyanın mövcudluğu ilə təmin edilmir. Mətnlərin keyfiyyəti, müəlliflərin yaradıcılıq səviyyəsi, redaktə və korrektə işi, axtarış sistemlərində düzgün təqdimat və oxucularla davamlı ünsiyyət də mühüm əhəmiyyət daşıyır.

    “Xəzan”ın gələcək inkişafı üçün əsas istiqamətlərdən biri də Azərbaycan dilində yaradılan mətnlərin beynəlxalq oxucuya daha asan çatdırılmasıdır. Bunun üçün jurnalın Azərbaycan dilindəki əsas məzmunu qorunmaqla yanaşı, xarici oxuculara yönəlmiş qısa təqdimatlar, müəllif bioqrafiyaları və seçilmiş mətnlərin tərcümələri hazırlana bilər.

     Belə bir yanaşma ana dilinin mövqeyini zəiflətmir. Əksinə, Azərbaycan dilində yaradılmış ədəbi sərvətin başqa dillərdə də tanınmasına, onun müəlliflərinin beynəlxalq ədəbi mühitdə görünməsinə şərait yaradır.

VI. Beş əsas sualın ümumiləşdirilməsi

     Aparılan təhlil “Xəzan” jurnalının fəaliyyətini bir-biri ilə əlaqəli beş istiqamətdə qiymətləndirməyə imkan verir.

      Birinci istiqamət — iqtisadi müstəqillik. Jurnalın davamlı nəşri və öz yaradıcı xəttini qoruması müstəqil ədəbi fəaliyyət modelinin əhəmiyyətini göstərir. Bu modelin maliyyə dayanıqlılığını dəqiq qiymətləndirmək üçün gəlir və xərc göstəricilərinin sistemli uçotu vacibdir.

     İkinci istiqamət — ənənəvi çap. Kağız nəşr jurnalın ədəbi dəyərini fiziki formada qoruyur, müəlliflərlə oxucular arasında birbaşa əlaqə yaradır və çap mədəniyyətinin davamlılığına xidmət edir.

     Üçüncü istiqamət — müəllif və oxucu dəstəyi. Yetmişdən artıq nömrənin nəşri və elektron arxivdə əvvəlki buraxılışların qorunması jurnalın fəaliyyət tarixinin izlənməsinə imkan verir. Təqdim olunan məlumata görə, müəllif və oxucu dəstəyi nəşrin davamlılığında mühüm rol oynayır.

      Dördüncü istiqamət — elektron yayım. “Yazarlar.az” platformasında PDF nömrələrinin toplanması jurnalın internet vasitəsilə əlçatanlığını genişləndirir və onun coğrafi sərhədlərdən kənara çıxmasına şərait yaradır.

      Beşinci istiqamət — beynəlxalq auditoriya və ana dili. Müxtəlif ölkələrdən gələn internet müraciətlərinin təhlili jurnalın potensial auditoriyasını müəyyənləşdirmək üçün faydalıdır. Bununla yanaşı, 50–80 milyon rəqəminin hansı statistik göstəricini ifadə etdiyini dəqiqləşdirmək beynəlxalq əhatə haqqında əsaslandırılmış nəticə çıxarmaq üçün zəruridir.

     Bu beş istiqamətin vəhdəti “Xəzan”ın fəaliyyətini yalnız ədəbi nəşr işi kimi deyil, milli dilin rəqəmsal mühitdə təmsil olunması baxımından da nəzərdən keçirməyə imkan verir.

VII. Gələcək fəaliyyət üçün təkliflər

      Məruzədə nəzərdən keçirilən məsələlər əsasında “Xəzan” jurnalının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra praktik təkliflər irəli sürmək olar.

1. Elektron statistikanın vahid hesabat sisteminin yaradılması. Hər ay üzrə ölkələrdən gələn müraciətlər, unikal istifadəçilər, səhifə baxışları və PDF yükləmələri ayrı-ayrılıqda qeydə alınmalıdır. Bu, potensial auditoriya ilə real istifadəçi göstəricilərini fərqləndirməyə imkan verər.

2. Beynəlxalq oxucu coğrafiyasının xəritələşdirilməsi. Sayta daxilolmaların coğrafiyası müntəzəm təhlil olunmalı, əsas oxucu bölgələri və yeni inkişaf istiqamətləri müəyyənləşdirilməlidir.

3. Elektron arxivin inkişaf etdirilməsi. Jurnalın bütün nömrələri ardıcıl kataloqlaşdırılmalı, müəlliflərin adları, məqalələrin başlıqları və nəşr tarixləri üzrə axtarış imkanı yaradılmalıdır.

4. Azərbaycan dilində rəqəmsal məzmunun keyfiyyətinin artırılması. Mətnlərin redaktəsi, düzgün kodlaşdırılması, mobil cihazlarda oxunaqlılığı və axtarış sistemlərində görünürlüğü təmin edilməlidir.

5. Xarici auditoriyaya təqdimat. Jurnal haqqında ingilis və rus dillərində qısa məlumatlar, seçilmiş yazıların tərcümələri və müəllif təqdimatları hazırlanmalıdır. Bu iş Azərbaycan dilindəki əsas məzmunun qorunması şərti ilə həyata keçirilməlidir.

6. Diaspor və ədəbi təşkilatlarla əməkdaşlıq. Xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları, kitabxanalar, universitetlər və ədəbi birliklərlə əlaqələrin genişləndirilməsi elektron nəşrin tanınmasına töhfə verə bilər.

7. Müəllif hüquqlarının qorunması. Elektron yayım zamanı müəlliflərin razılığı, mənbəyə istinad və materialların düzgün təqdimatı təmin olunmalıdır.

8. İqtisadi dayanıqlılığın gücləndirilməsi. Çap və elektron nəşrin xərcləri ayrıca planlaşdırılmalı, oxucu dəstəyi və digər qanuni maliyyə imkanları şəffaf şəkildə idarə edilməlidir.

     Bu təkliflərin məqsədi yalnız jurnalın texniki imkanlarını artırmaq deyil. Başlıca məqsəd onun ədəbi missiyasını qorumaq, Azərbaycan dilindəki mətnlərin əlçatanlığını genişləndirmək və nəşrin gələcək fəaliyyətini daha etibarlı əsaslar üzərində qurmaqdır.

Nəticə

     Hörmətli tədbir iştirakçıları!

     Qloballaşma dövründə milli dilin qorunması və inkişafı yalnız onun gündəlik həyatda işlədilməsi ilə məhdudlaşmır. Dilin müasir informasiya vasitələrində təmsil olunması, elektron arxivlərdə qorunması, yeni nəsillərə çatdırılması və dünya oxucusuna təqdim edilməsi də bu prosesin mühüm tərkib hissəsidir.

    “Xəzan” jurnalının fəaliyyəti ənənəvi çapla elektron nəşrin bir araya gətirilməsinin imkanlarını nümayiş etdirir. Jurnalın kağız variantı ədəbi nəşr ənənəsini yaşadır, “Yazarlar.az” platformasında təqdim olunan PDF nömrələri isə həmin məzmunun coğrafi sərhədlərdən kənara çıxmasına şərait yaradır.

      Yetmişdən artıq nömrənin nəşr olunması, əvvəlki buraxılışların elektron arxivdə toplanması və müəllif-oxucu əlaqələrinin davam etdirilməsi jurnalın təcrübəsini öyrənmək üçün əsas yaradır. Bu təcrübənin mühüm tərəfi ondan ibarətdir ki, milli ədəbiyyata xidmət ənənəvi nəşriyyat imkanları ilə rəqəmsal texnologiyaların uzlaşdırılması əsasında həyata keçirilə bilər.

     Beynəlxalq auditoriyaya dair statistik göstəricilər isə əlavə araşdırma və dəqiqləşdirmə tələb edir. ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Orta Asiya, Azərbaycan, Türkiyə və Afrika ölkələri üzrə müşahidələr jurnalın potensial yayım coğrafiyasını öyrənmək baxımından maraqlıdır. Lakin bu müşahidələrin elmi nəticəyə çevrilməsi üçün real istifadəçi sayı, baxışlar, yükləmələr və coğrafi göstəricilər bir-birindən fərqləndirilməlidir.

      Əsas məsələ yalnız neçə nəfərin jurnala daxil olması deyil, Azərbaycan dilində yaradılmış ədəbi sözün həmin insanlara hansı məzmunu çatdırması, onlarda hansı marağı oyatması və milli ədəbiyyatla hansı əlaqəni yaratmasıdır.

      Ana dilinin imkanlarından dünya miqyasında istifadə etmək texnologiyanın özünü məqsədə çevirmək deyil. Texnologiya burada vasitədir; əsas məqsəd isə milli sözün yaşaması, inkişaf etməsi və yeni auditoriyalara çatdırılmasıdır.

      “Xəzan”ın gələcək inkişafı üçün ən mühüm istiqamət də məhz budur: ana dilinin zənginliyini qorumaq, ədəbi irsi rəqəmsal yaddaşa çevirmək, müəlliflə oxucu arasında məsafəni azaltmaq və Azərbaycan sözünü dünya informasiya məkanında daha görünən etmək.

       Əgər ənənəvi nəşr mədəniyyəti, iqtisadi məsuliyyət, müəllif-oxucu etimadı və müasir rəqəmsal texnologiyalar bir-birini tamamlayarsa, müstəqil ədəbi jurnalın imkanları onun fiziki tirajından və fəaliyyət göstərdiyi coğrafiyadan daha geniş ola bilər.

      Bu baxımdan “Xəzan” jurnalının təcrübəsi Azərbaycan dilinin müasir informasiya mühitində təmsil olunması, milli ədəbi sərvətin qorunması və rəqəmsal yayım imkanlarının genişləndirilməsi istiqamətində diqqətəlayiq fəaliyyət nümunəsi kimi dəyərləndirilə bilər.

      Diqqətinizə görə təşəkkür edirəm!

      Eşq olsun Azərbaycan sözünə, ana dilimizə və milli ədəbiyyatımızın yaşamasına xidmət edən bütün yaradıcı insanlara!

28 oktyabr 2026. Bakı şəhəri.

Hötmətlə: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru, “Xəzan” jurnalının redaksiya heyətinin üzvü

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şuşa tək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏDƏBİ OVQAT – 20 (PDF)

ƏDƏBİ OVQAT – 20 – 2026 (PDF)

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktorun müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, korrektor Sima Salamova, rəssam Sehran Allahverdi) 20-ci (2026) sayı ədəbiyyatsevərlərin görüşünə gəlib.

Dərgi təsisçinin “Söz yolçusu” qeydləri ilə açılır.

“Poeziya” bölməsində Məmmədhüseyn Şəhriyarın, Zahid Sarıtorpağın, İbrahim İlyaslının, Qulu Ağsəsin, Mirzəcan Ağabalayevin, Adilə Aslanovanın, Arzu Kazımqızı Nehrəmlinin, Sevinc Qəribin, Banu Məhərrəmin şeirləri,

“Nəsr” bölməsində Kamal Abdullanın “Səngərdəki səs”, Təranə Məmmədin “Oğurluq”, Təranə Vahidin “Barelyef”, Arif Ərşadın “Yol əhvalatı”, Hümbət Həsənoğlunun “Madridli xanım”, Pərviz Yəhyalının “Ovu qanlı olmayan ovçu”, Vaqif Osmanlının “Xoşbəxt nənənin Bayramı”, İlahə Səfərzadənin”Azyaşlı ana” hekayələri,

“Güneydən səslər” bölməsində Ruqiyyə Səfərinin “Yazıçı” hekayəsi, Mir Musa Haşiminin şeiləri,

“Türk dünyası” rubrikasında Ali Kafkasyalının “İngilis işğalına boyun əyməyən Qaşqay türkləri”, Şahnaz Kamalın “Xakasiya – ruhumun dincəldiyi el” araşdırmaları,

“Publisistika” böməsində Rəfail Tağızadənin “Sənsizliyin harayı” düşüncələri,

“Ədəbi təhlil” bölməsində Rüstəm Kamalın “Şuşa od içində, yaxud Mir Mövsün Nəvvabın istixarəsi”, Aygün Bağırlının “Azərbaycan poeziyasının Krılovu Hikmət Ziya”, İlhamə Qəsəbovanın “Hüseyn Saraclı məktəbinin formalaşması, inkişafı və irsi” ədəbi təhlilləri,

“Məşhurların həyatı” bölməsində İlahə Əhmədovanın “Gizlin” (Qabriel Qarsia Markesin gizlində qalan böyük sevgisi Taçia haqqında…) mülahizələri,

“Azərbaycan mühacirləri” bölməsində Mirzə Bala Məmmədzadənin “Vətən qaldı” hekayəsi,

“Sənət dünyası” bölməsində Mustafa Çəmənlinin “Muğam dünyasının bələdçisi” məqaləsi,

“Dünya ədəbiyyatı” bölməsində August Strindberqin ” Yarım vərəq” hekayəsi, Ku Unun şeirləri,

“Yeni kitablar” bölməsində “Xəzərdən Baltikə uzanan ruh körpüsü” (Mahir Həmzəyevin “Azərbaycan-Baltik mədəni əlaqələri (XIX-XXI əsrlər” kitabı haqqında təqdimat nəşr olunub.

Bütün ədəbiyyatsevərləri dərgidəki ədəbi nümunələrlə tanış olmağa dəvət edirik. Bizim ədəbi boğçamıza xoş gəlibsiniz. Rəy və təklifləriniz gələcək fəaliyyətimiz, uğurlarımız üçün önəmlidir.
Hər birinizə uğurlar!

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisi

“ƏDƏBİ OVQAT” JURNALI PDF


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

X QAT: İMZANIN YADDAŞDA QALMA FORMASI: ƏSƏR, MÜƏLLİF VƏ SÖZÜN İKİNCİ HƏYATI

REDAKSİYADAN: “Sözün yaddaş arxeologiyası: “Ayətxan Ziyad” imzasının fəlsəfi qatları” mövzusunda araşdırmalarımız davam edir

X QAT: İMZANIN YADDAŞDA QALMA FORMASI: ƏSƏR, MÜƏLLİF VƏ SÖZÜN İKİNCİ HƏYATI (Valter Benyaminin sənət əsərinin aurası və “xalis dil” düşüncəsi işığında)

Əsər yazıldığı anda müəllifin iradəsi, təcrübəsi və düşün­cəsi ilə bağlıdır. Nəşr olunub oxucuya çatdıqdan sonra isə müəllifdən müəyyən mənada ayrılır. Ancaq bu ayrılıq yaradıcılığın sonu deyil. Əksinə, əsərin başqa yaddaşlara daxil olduğu, yeni oxunuşlar və yozumlar qazandığı mərhələnin baş­lan­ğıcıdır. Müəllifin yazı masasından çıxan mətn artıq yal­nız onun şəxsi təcrübəsini ifadə etmir; oxunur, müzakirə edilir, başqa mətnlərlə qarşılaşdırılır və zaman keçdikcə yeni mənalarla zənginləşir.

Valter Benyaminin sənət əsəri və dil haqqında düşün­cələri bu prosesi anlamaq üçün nəzəri paralel yaradır. Onun sənət əsərinin “aura”sı haqqında mülahizələri əsərin özünə­məxsus varlığına, müəyyən zaman və məkanla bağlılığına diq­qət yetirir. “Xalis dil” düşüncəsində isə dil yalnız hazır mənanı çatdıran vasitə kimi deyil, müxtəlif dillərin və ifadə imkanlarının qarşılıqlı münasibətində üzə çıxan daha dərin bir məna sahəsi kimi nəzərdən keçirilir.

A.Ziyadın yaradıcılığına bu müstəvidən baxmaq V.Ben­ya­­minin fikirlərini təsdiqləməkdən daha çox, başqa bir məsələni araşdırmağa imkan verir: əsər müəllifdən ayrıl­dıqdan sonra necə yaddaşa çevrilir və müəllif imzası bu yaddaşda hansı formada yaşayır? Beləliklə, əvvəlki qatlar­da mətnin daxilində qorunan yaddaşı araşdırırdıqsa, X qatda mətnin özünün oxucunun, ədəbiyyarşünasın, tənqidçinin və sonrakı nəsillərin yaddaşında buraxdığı izi izləyirik.

Əsərin müəllifdən

ayrıldığı məqam

A.Ziyadın “Məndən sonra…” kitabındakı müəllif müra­ciəti bu baxımdan diqqətəlayiqdir. Kitab sadəcə yazılmış mətn­lərin toplusu kimi təqdim edilmir. Müəllif oxucunu səhifələri varaq-varaq oxumağa, həmin səhifələrdə bir ömür görməyə çağırır. “Bir misram – ömrümün bir səhifəsi” şeirin­dəki bu fikir əsərlə müəllifin yaşantıları arasındakı münasibəti aydın ifadə edir.

Bu yanaşmada misra yalnız poetik vahid deyil, yaşanmış həyatın yazıya köçürülmüş parçasıdır. Lakin misra kitabda müəllifin şəxsi təcrübəsinin ifadəsi olaraq qalsa da, oxucuya çatdıqdan sonra başqa bir məna qazana bilər. Oxucu həmin misrada müəllifin keçmişini görə, öz həyatından bir hadisəni xatırlaya və ya əvvəllər fərq etmədiyi bir duyğunu kəşf edə bilər. Beləliklə, müəllifin yaşantısı oxucunun yaddaşına daxil olur, ancaq orada olduğu kimi təkrarlanmır; oxucunun təcrü­bəsi ilə yeni münasibətə girir.

V,Benyaminin sənət əsərinin özünəməxsus varlığına diq­­qət yetirməsi ilə A.Ziyadın “Bir misram – ömrümün bir səhifəsi” yanaşması arasında müəyyən paralellik var. Hər iki halda əsər sadəcə məlumat ötürən vasitə deyil, özündə kon­kret bir yaşantının izini daşıyan varlıq kimi nəzərdən keçirilə bilər. Bununla belə, bu paralellik eynilik demək deyil. A.Ziya­­dın müəllif müraciətində əsas vurğu misranın şəxsi həyatla əlaqəsinə və həmin həyatın yazı vasitəsilə yaddaşa verilməsinə düşür.

Deməli, əsər müəllifin yaddaşını qorumaqla yanaşı, oxu­cunun yaddaşında yeni bir prosesə də başlanğıc verir. Əsərin ikinci həyatı məhz burada başlayır.

“İmza” ad deyil,

yaddaşda qalan izdir

A.Ziyadın yaradıcılığında “imza” anlayışı yalnız müəl­lifin adını göstərən biblioqrafik işarə kimi başa düşülə bilməz. Müəllifin müxtəlif janrlarda yazdığı əsərlər, publisistik və təd­qiqat mətnləri, eləcə də yaradıcılığı haqqında söylənilən fikirlər zaman keçdikcə müəyyən yazı və düşüncə tərzinin əlamətlərini üzə çıxarır.

“Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” kitabı haqqında yazılmış materiallarda müəllifin publisistik və ədə­bi-bədii yaradıcılığında sosial məzmunun, ideya-poetik axtarışların və fəlsəfi qənaətlərin bir araya gəldiyi vurğulanır. Həmin qiymətləndirmələrdə ictimai hadisələrin və zamanın ab-havasının müəllifin sənətkar baxışından keçirilməsi, qələm məhsullarının özünüifadə vasitəsinə çevrilməsi diqqətə çat­dı­rılır.

Burada əsas məsələ kitab haqqında yazılan təhlili yazıların sayı deyil, həmin rəylərdə müəllifin hansı yaradıcılıq xüsusiyyətlərinin seçilib önə çəkil­məsidir. Tənqidçi ayrı-ayrı əsərlərin mövzularını sadalamaqla kifayət­lənmir, onların arxa­­­sında dayanan ümumi yazı prinsipini müəyyənləşdirməyə çalışır. Beləliklə, müəllif öz əsərlərində imzasını yaradır, tən­qidçi isə həmin imzanı oxuyaraq onun yaddaşdakı obrazının formalaşmasına təsir göstərir.

Bu prosesdə iki yaddaş qatı bir-birinə bağlanır: müəllifin əsərlərində yaratdığı yaddaş və onun yaradıcılığı haqqında yazı­lanlarda formalaşan yaddaş. İkinci qat birincini əvəz etmir; onu başqa baxış bucağından tamamlayır.

Başqasının kitabında

öz tənqidçi imzasını yaratmaq

A.Ziyadın müəlliflik mövqeyi yalnız öz həyatını və yara­dıcılığını yazıya köçürməsi ilə məhdudlaşmır. Başqa müəl­liflərin əsərləri haqqında yazması, onların yaradıcılığını araşdırması və ayrı-ayrı şəxslərin həyat yolunu sənədləş­dirməsi də onun fəaliyyətinin mühüm istiqamətlərindəndir.

Bu cəhət “ADPU-da qalan izim” kitabının quruluşunda aydın görünür. Kitabda universitetdə fəaliyyət göstərmiş elm və təhsil xadimləri, müəllimlər, əməkdaşlar, məzunlar və universitet həyatı ilə bağlı başqa şəxslər haqqında yazılar toplanıb. Kitabda rəhbərlikdə çalışmış şəxslərdən başqa 35 elm və təhsil xadimi haqqında ayrıca məqalələrin yer aldığı, digər fəsildə isə müxtəlif peşə və nəsil nümayəndələrinə həsr olunmuş oçerk və yazıların toplandığı göstərilir.

Bu materialları bir araya gətirmək yalnız keçmişi təsvir etmək deyil. Ayrı-ayrı insanların fəaliyyəti, xatirəsi və həyat təcrübəsi yazılı mətn vasitəsilə ümumi yaddaşa daxil edilir. Şəxsi xatirə və ayrı-ayrı faktlar beləliklə daha geniş bir tarixi-mədəni mənzərənin tərkib hissəsinə çevrilir.

Burada A.Ziyadın müəllif mövqeyi iki istiqamətdə görü­nür: o, həm öz yaradıcılıq yaddaşını qurur, həm də başqa­larının yaddaşının qorunmasına xidmət edir. Başqasının həya­tı və yaradıcılığı haqqında yazarkən müəllif yalnız qarşısın­dakı şəxsi təqdim etmir; onu hansı cəhətdən əhəmiyyətli saydığını, hansı xüsusiyyətləri seçdiyini və yaddaşa hansı iz­ləri ötürmək istədiyini də göstərir.

V.Benyaminin dil haqqında düşüncələri ilə burada ya­lnız şərti bir paralel aparmaq mümkündür. Necə ki onun “xa­lis dil” anlayışı müxtəlif dillərin ifadə imkanlarının qarşılıqlı münasibətini düşünməyə əsas verir, A.Ziyadın fəaliyyətində də bir müəllifin baxışı başqa bir insanın həyat və yaradıcılıq mate­rialı ilə qarşılaşaraq yeni mətn yaradır. Lakin bu, V.Ben­yaminin nəzəriyyəsinin birbaşa tətbiqi deyil; müəlliflik və yaddaş münasibətini anlamağa kömək edən müqayisədir.

Beləliklə, başqasının kitabı və ya həyat yolu haqqında yazmaq da müəllifin öz yaradıcılıq portretinin bir hissəsini yara­dır. Tənqidçi başqasına baxarkən öz baxışını da üzə çıxa­rır.

“Şamaxının Kürdəmic kəndi”:

yaddaşın yazılı arxivə çevrilməsi

A.Ziyadın “Şamaxının Kürdəmic kəndi” kitabı yaddaşın şəxsi təcrübədən çıxaraq yerli tarix materialına çevrilməsini göstərən nümunələrdəndir. Kitabda kəndin toponimikası, yer-yurd adları, keçmişi, sakinlərin həyat tərzi və adət-ənənələri araşdırılır; tarixi məlumatlar, publisistik müşahidələr və yad­daş­­dan gələn rəvayət xarakterli materiallar bir araya gətirilir.

Bu halda yaddaş yalnız fərdi hisslərin və şəxsi xatirə­lərin qorunduğu sahə deyil. Kəndin adı, yer adları, nəsillərin taleyi, adət-ənənələr və tarixi hadisələr bir-birindən təcrid olunmuş faktlar kimi deyil, müəyyən bir məkanın keçmişini anlamağa kömək edən yaddaş parçaları kimi toplanır.

Belə bir kitabın əhəmiyyəti yalnız məlumat verməsində deyil. Keçmiş haqqında ayrı-ayrı insanlarda, ailələrdə və şifa­hi söyləmələrdə qorunan məlumatlar yazıya köçürüldükdə, onların sonrakı nəsillər üçün əlçatan qalması imkanı yaranır. Dağınıq xatirələr və yerli məlumatlar müəyyən mətn daxilin­də sistemləşdirilir.

V.Benyaminin tarixi düşüncəsində keçmişin diqqətdən kənarda qala bilən izlərinə yönələn maraqla bu fəaliyyət ara­sında müqayisə aparmaq mümkündür. Ancaq A.Ziyadın kita­bında həmin yanaşma nəzəri tezis şəklində deyil, konkret materialın toplanması və yazıya alınması vasitəsilə görünür. Yaddaş arxeologiyası burada praktik yazı fəaliyyətinə çevri­lir: keçmişə aid izlər aşkara çıxarılır, mətn daxilində bir araya gətirilir və gələcək oxucu üçün qorunur.

Beləliklə, müəllifin imzası yalnız öz həyatını ifadə etdiyi əsərlərdə deyil, bir məkanın və onun insanlarının yaddaşını qoru­­mağa yönələn tədqiqatında da görünür.

Eyni faktı

başqa cür görmək

A.Ziyadın yaradıcılığı haqqında yazılmış rəy və tənqidçi məqalələrində diqqət çəkən məqamlardan biri məlum fakt və hadisələrin özünəməxsus şəkildə təqdim edilməsidir. AMEA-nin müxbir üzvü Vəli Əli­ye­vin “Heydər Əliyev: Azərbaycan ədəbiyyatının, mədəniy­yətinin… dövlətinin hamisi” adlı dərs vəsaiti haqqında rəyində müəllifin hamıya məlum fakt və hadisələri tədqiqatçı mövqeyindən, özünəməxsus publisistik dillə və poetik axarda nizamlaması xüsusi qeyd olunur.

Bu müşahidə imzanın formalaşmasını anlamaq üçün əhəmiyyətlidir. Müəllif fərdi yazı üslubunu yaratmaq üçün mütləq yeni fakt aşkar etməli deyil. Bəzən onun imzası məlum materialdan nəyi seçməsində, faktlar arasında hansı əlaqələri qurmasında və mövzunu hansı baxış bucağından təqdim etməsində üzə çıxır.

A.Ziyadın yaradıcılığında publisistika, ədəbi-bədii söz və tədqiqat bir-birindən tam ayrılmış sahələr kimi görünmür. Onun əsərləri haqqında yazılan qiymətləndirmələrdə sosial məzmun, ideya-poetik axtarış, fəlsəfi qənaət, təhkiyə mədə­niy­yəti və ictimai hadisələrin müəllif baxışından keçirilməsi kimi xüsusiyyətlərin qeyd olunması bu müxtəlifliyin ümumi yaradıcılıq mövqeyi daxilində birləşdiyini göstərir.

İmza, deməli, yalnız mövzu seçimi ilə müəyyənləşmir. O, həm də həmin mövzunun necə işlənməsində, faktın hansı mənada önə çəkilməsində və sözün hansı düşüncə tərzini ifadə etməsində formalaşır.

Kitab haqqında yazılan söz:

imzanın ikinci yaddaşı

X qatın əsas məsələlərindən biri müəllifin əsəri ilə hə­min əsər haqqında yazılan mətnlər arasındakı münasibətdir.

Kitab haqqında yazılan məqalə əsərin məzmununa əlavə edilmiş sadə şərh kimi qalmır. O, müəyyən vaxtdan sonra müstəqil mətnə, yəni həmin əsərin necə qarşılandığını və hansı cəhətlərinin əhəmiyyətli sayıldığını göstərən sənədə çev­rilir. Müəllifin kitabı ilkin mətn yaddaşını yaradırsa, haq­qında yazılan məqalə onun sonrakı oxunuşlarından birini qoruyur.

A.Ziyadın yaradıcılığı haqqında yazılmış materiallarda bu münasibətin müxtəlif nümunələri görünür. “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” kitabında səkkiz məqa­lə vasitəsilə müxtəlif aspektlərin araşdırılması A.Ziyadın təd­qi­qat mövzusuna hansı istiqamətlərdən yanaşdığını göstərir.

“Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı” əsəri haqqında verilən qiymətləndirmələrdə isə kitabın yalnız siyasi şəxsiyyət haqqında məlumat mənbəyi kimi deyil, həmin şəxsiyyətin bədii obrazının yaradılması baxımından da nəzər­dən keçirildiyi görünür.

Bu rəylər A.Ziyadın əsərlərinin yerini müəyyənləş­dir­mək­lə yanaşı, onun yaradıcı­lığının necə oxunduğunu da sənəd­­ləşdirir. Hər bir rəy müəllifin əsərinə başqa bir baxış bucağı əlavə edir. Bununla belə, rəy əsərin yeganə və qəti məna­sını müəyyənləşdirmir; o, həmin əsərin mümkün oxu­nuş­larından birini ifadə edir.

Eyni münasibəti “Qara, məxmər gecələrim” kitabına yazılan yazılarda da görmək mümkündür. Kitabın “Qənd balam, şəkər balam” və “Hekayələr” kimi bölmələrdən qurul­ması, müəllifin oxucunu səhifələr vasitəsilə bir ömürlə üz-üzə qoyması haqqında deyilənlər əsərin quruluşuna və oxucu ilə münasibətinə diqqət yönəldir. Yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məmməd Mərzilinin “İnsanın tale yükü” adlı məqaləsi də həmin kitabın başqa bir müəllif tərəfindən necə qəbul edildiyini göstərən nümunədir.

Beləliklə, “imzanın ikinci yaddaşı” anlayışı konkret mə­na qazanır: A.Ziyad öz kitabını yazır, başqa müəllif isə həmin kitabda gördüyünü, əhəmiyyətli saydığını və necə anladığını ifadə edir. Bu mətnlər eyni deyil və biri digərini əvəz etmir. Onlar birlikdə əsərin qəbul tarixini genişləndirirlər.

“Xalis dil” düşüncəsindən

müəllif səsinə

V,Benyaminin “xalis dil” haqqında düşüncəsi sözün bir ifadə mühitindən digərinə keçərkən qazandığı imkanları anla­maq üçün nəzəri dayaq ola bilər. Onun tərcümə haqqında mülahizələrində müxtəlif dillərin münasibəti sadəcə bir dil­dəki məzmunun digər dilə mexaniki köçürülməsi kimi başa düşülmür. Bu münasibət dilin ifadə imkanlarının daha dərin­dən üzə çıxması ilə əlaqələndirilir.

A.Ziyadın yaradıcılığında da sözün bir mühitdən digə­rinə keçməsi müşahidə olunur. Hadisə əvvəlcə yaşanır, sonra müəllifin yaddaşından keçərək mətnə çevrilir. Mətn oxucu tərə­findən qəbul edilir, daha sonra tənqidçi və ya başqa müəllif onun haqqında yeni mətn yaradır. Hər mərhələdə ilkin materialla əlaqə qorunur, lakin onun mənası və yaddaşdakı möv­qeyi dəyişə bilər.

Bu prosesi V,Benyaminin “xalis dil” anlayışı ilə eyniləş­dirmək olmaz. Burada söhbət birbaşa tərcümədən deyil, yaşan­tının sözə, sözün əsərə, əsərin isə yeni oxunuşlara keç­mə­sindən gedir. Müqayisənin əhəmiyyəti ondadır ki, sözün bir mühitdə qapanıb qalmadığını, başqa şüur və təcrübələrlə qarşılaşdıqda yeni məna əlaqələri yaratdığını görməyə imkan verir.

“Məndən sonra…” kitabının adı da bu baxımdan yalnız gələcəyə yönəlmiş poetik ifadə deyil. O, müəllifdən sonra sözün taleyi haqqında düşünməyə sövq edir. “Bir misram – ömrümün bir səhifəsi” fikri misranın müəllifin yaşantıları ilə bağlılığını göstərirsə, həmin misranın oxucu və tənqidçi tərə­findən yenidən oxunması onun sonrakı yaddaşını forma­laşdırır.

İmzanın məsuliyyəti

İmzanın yaddaşda qalması yalnız şöhrət məsələsi deyil, burada müəlliflik məsuliyyəti də var. Çünki müəllif haqqında yazılan hər mətn onun yaradıcılıq portretinin müəyyən cəhə­tini gələcək oxucuya çatdırır. Həmin mətnin seçdiyi faktlar, vurğuladığı xüsusiyyətlər və verdiyi qiymət sonrakı oxunuş­lara təsir göstərə bilər.

Eyni məsuliyyət A.Ziyadın başqaları haqqında yazdığı mətn­lərdə də görünür. “ADPU-da qalan izim” kitabında müx­təlif elm və təhsil adamlarının, müəllimlərin, məzunların və universitet həyatının digər iştirakçılarının haqqında yazıların toplanması onların fərdi həyat tarixlərini yazılı yaddaşa daxil edir. Belə mətnlərdə müəllif yalnız keçmişi təsvir etmir; hansı insanların və hadisələrin unudulmamasını vacib saydığını da göstərir.

Bu mənada imza yalnız “mən yazdım” demək deyil. O, bəzən “mən gördüm”, “mən qeyd etdim”, “bu insanın və ya hadisənin yaddaşda qalmasını vacib saydım” mənalarını da daşıyır. Əlbəttə, yazıya alınan hər məlumatın dəqiqliyi və təq­dimatın obyektivliyi ayrıca məsuliyyət tələb edir. Yaddaşı qoru­maq keçmişi olduğu kimi təkrarlamaqdan ibarət deyil; faktı mümkün qədər düzgün təqdim etmək, onu kontekstindən ayırmamaq və müəllif münasibətini faktın özündən fərqlən­dirmək də bu işin tərkib hissəsidir.

Beləliklə, A.Ziyadın yaradıcılığında müəlliflik və yad­daş arasındakı əlaqə təkcə özünüifadə ilə məhdudlaşmır. Burada başqasının həyatına, əməyinə və yaradıcılığına diqqət yetirmək də yazının mənəvi məsuliyyətinə çevrilir.

Yaddaşın iki istiqaməti

A.Ziyadın yaradıcılığında yaddaşın hərəkəti bir istiqa­mət­lə məhdudlaşmır. Bu hərəkətin bir-biri ilə əlaqəli üç xət­tini ayırmaq mümkündür:

  • Həyat və müşahidə → müəllif → əsər → oxucu yaddaşı. Müəllif yaşantılarını, müşahidələrini və düşüncə­lərini mətnə çevirir; əsər oxucunun yaddaşına daxil olaraq yeni mənalar qazanır.
  • Başqasının həyatı və yaradıcılığı → A.Ziyadın baxı­şı → məqalə və ya tədqiqat → yazılı yaddaş. Müəllif başqa insan­ların həyat və fəaliyyətini yazıya alaraq onların yaddaşda qalmasına xidmət edir.
  • A.Ziyadın əsəri → başqa müəllifin rəyi və məqaləsi → imzanın ikinci yaddaşı. Müəllifin yaradıcılığı haqqında yazı­lan mətnlər onun əsərlərinin necə qəbul edildiyini və han­sı cəhətlərinin önə çəkildiyini qoruyur.

Bu üç xətt bir-birindən ayrı deyil. Onlar müəllif, əsər və oxu­cu arasındakı münasibətin müxtəlif tərəflərini göstərir.

X qatın əvvəlki qatlarla əlaqəsi də məhz burada üzə çıxır. VIII qatda yaşantının daxili təcrübəyə çevrilməsi, IX qat­da uşaqlıq dünyasının və ilkin təəssüratların yaddaşda qal­ması araşdırılırdısa, X qatda həmin yaddaşın əsərdən kənarda necə davam etdiyi izlənir. Beləliklə, araşdırma yalnız sözün hansı yaşantıdan doğduğunu deyil, yazıldıqdan sonra hansı yollar­dan keçdiyini də əhatə edir.

“Məndən sonra…” –

əsərin müəllifdən sonrakı ömrü

“Məndən sonra…” ifadəsi X qatın əsas poetik açar­la­rından biridir. Burada söhbət yalnız müəllifin fiziki yoxlu­ğun­dan getmir. Daha mühüm məsələ onun yazdığı sözün müəllif­dən sonra necə yaşamasıdır.

Əsər oxucuya çatdıqdan sonra onun taleyi yalnız müəl­lifin iradəsi ilə müəyyənləşmir. Müasiri olan oxucu mətni bir cür anlaya bilər, tənqidçi başqa bir cəhətini önə çəkə bilər, sonrakı nəsil isə həmin əsərdə öz dövrünün suallarına uyğun məna tapa bilər. Bu, əsərin ilkin mənasının yox olması demək deyil; onun müxtəlif oxunuşlarda yeni əlaqələr qazanması deməkdir.

V.Benyaminin sənət əsərinin özünəməxsusluğu və qəbul şəraiti haqqında düşün­cələri burada nəzəri paralel yaradır. Əsərin “aura”sı onun konkret varlığı və özünə­məxsusluğu ilə bağlıdır. A.Ziyadın yaradıcılığında isə əsərin sonrakı həyatı onun müxtəlif oxunuşlarında, haqqında yazılan rəylərdə və müəllifin başqa insanların yadda­şını qorumağa yönəlmiş mətn­­ləri ilə qurduğu ümumi yaradıcılıq mənzərəsində görü­nür.

“Məndən sonra…” sualını bu baxımdan belə ifadə etmək olar: müəllifdən sonra sözə nə olur?

Cavab yalnız “əsər qalır” fikri ilə məhdudlaşmır. Əsərlə yana­şı, onun haqqında yazılanlar, müəllifin başqaları haqqın­da qələmə aldıqları və oxucunun yaddaşında yaranan təsəv­vürlər də qalır. Bu mətnlər bir-birini əvəz etmir, lakin birlikdə sözün yaddaş tarixini genişləndirir.

Beləliklə, əsərin müəllifdən sonrakı ömrü onun sadəcə qoru­nub saxlanması deyil. Bu ömür yeni oxunuşlar, fərqli baxış­lar və yaddaşlar vasitəsilə davam edir.

Nəticə:

imzanın ikinci həyatı

X qatın araşdırması göstərir ki, yaddaş yalnız əsərin daxi­­lində qorunan məzmun deyil; o, əsərin oxunması, təhlil edilməsi və başqa mətnlərdə yenidən mənalandırılması prose­sində də yaranır. A.Ziyadın yaradıcılığında bu proses bir neçə istiqamətdə müşahidə olunur: müəllif öz həyatının və zama­nı­nın izlərini əsərlərində qoruyur, başqalarının həya­tı və yara­dıcılığı haqqında yazaraq onların yaddaşını yazılı mətnə çevi­rir, onun əsərləri haqqında yazılan məqalə və rəylər isə imza­sının yeni oxunuşlarını meydana gətirir.

V.Benyaminin sənət əsərinin özünəməxsusluğu və dilin ifadə imkanları haqqında düşüncələri bu münasibətləri anla­maq üçün nəzəri paralel yaradır. Lakin A.Ziyadın yaradı­cılığının konkret xüsusiyyəti həmin münasibətin yalnız estetik müstəvidə qalma­masıdır. Onun yazılarında söz insanın, zama­nın, ictimai hadisələrin və ayrı-ayrı həyat tarixlərinin yaddaş daşıyıcısına çevrilir.

Bu baxımdan imza nə yalnız müəllifin adı, nə də onun əsər­lərinin biblioqrafik göstəricisidir. İmza müəllifin mövqe­yi­nin, seçiminin, sözə münasibətinin və yaddaşa ötürdüyü məz­mu­nun birgə ifadəsidir. Müəllif öz əsərlərində yaddaş yaradır; oxucu və tənqidçi həmin əsərləri yenidən oxuyaraq bu yaddaşa öz baxışını əlavə edir. A.Ziyadın başqalarının həyatı və yaradıcılığı haqqında yazdığı mətnlər isə yaddaşın əks istiqamətdə hərəkətini təmin edir.

Beləliklə, X qat əvvəlki qatlarda izlənən yaddaş prose­sini yeni müstəviyə keçirir: sözün hansı yaşantıdan doğdu­ğun­dan sonra onun müəllifdən ayrılıb hansı yaddaşlarda yaşa­mağa davam etdiyini araşdırır.

“Sözün yaddaş arxeologiyası” baxımından X qatın əsas qənaəti budur: əsərin ömrü yazıldığı yerdə bitmir; onun yaddaş həyatı müəllifdən sonra da davam edir. İmzanın məsuliyyəti isə yalnız özünü ifadə etməkdə deyil, hansı insanı, hansı hadisəni və hansı həqiqəti söz vasitəsilə gələcəyə çatdırmaqda üzə çıxır.

Sevda Ziyad (İsgəndərova),

araşdırmaçı

AYƏTXAN ZİYADIN YAZILARI

YAZI DİGƏR MƏNBƏLƏRDƏ

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“XƏZAN” jurnalının 76-cı sayı

“XƏZAN” jurnalının 76-cı sayı

“Xəzan” ədəbi-bədii jurnalının növbəti sayı çapdan çıxıb. Sıra sayına görə 76-cı olan bu nömrə 2026-cı ilin sentyabr-oktyabr aylarını əhatə edir. Cəmi 104 səhifədən ibarət olan jurnal ədəbi proseslərin mənzərəsini canlandırmaq üçün bir nümunədir.
Baş redaktorun guşəsində yerləşdirilmiş tezis və ştrixlərdən ibarət kiçik bir mətndə Sarı Aşıq ədəbi məclisinin 8 yaşı ərəfəsində ölkədə yaradılmış və fəaliyyət göstərən ədəbi məclislərin, dərnəklərin fəaliyyətinə nəzər salınıb.
Jurnalda böyük şair Səməd Vurğunun 120 yaşı qeyd olunmuş, bu münasibətlə müvafiq yazılar (xatirə-oçerklər) yerləşdirilərək oxucuların ixtiyarına verilmişdir.
Müasir Azərbaycan ədəbiyyatının bir bölməsi olan Naxçıvan ədəbi mühitinin parlaq nümayəndələrindən sayılan ictimai xadim, ustad şair Xanəli Kərimlinin 75 yaşı redaksiya heyəti tərəfindən təbrik edilib. Bu münasibətilə jurnalda təhlilli yazılar, o cümlədən şairin yaradıcılığından poetik nümunələr yerləşdirilmişdir. Eyni zamanda şair Ramiz Babayevin və ədəbi tənqidçi Vaqif Osmanovun 70 yaşlarının tamam olması qeyd edilmişdir.
Araşdırmaçı Adil Məmmədin “İrəvanda xal qalmadı” məşhur xalq mahnısı ətrafında apardığı araşdırma da daxil olmaqla jurnalda bir-birindən maraqlı publisistik məqalələr, poeziya və nəsr nümunələri çap edilmişdir. Təqdim olunan jurnalın bu sayının YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

Redaktor guşəsi
-“Ədəbi dərnəklər, məclislər” (Sarı Aşıq ədəbi məclisinin 8 yaşına)
-“Xanəli Kərimli – 75”

Publisistika
-Adil MƏMMƏD – “İrəvanda qalmayan nə imiş?” (Məşhur bir mahnı haqqında düşüncələr)
-Şahməmməd DAĞLAROĞLU – “Səməd Vurğun – İsmayıllının vurğunu”
-Elçin NƏSİB – “Səməd Vurğun “Ceyran”ı mənim söylədiklərim əsasında qələmə alıb”
-Çingiz SÜLEYMANOV – “Həyatın özündə və üstündə olan poeziya” (Xanəli Kərimlinin məxsusi dəst-xəttinə və şəxsinə bir baxış…)
-Rövşən HÜSEYNOV – “Misraları ilə insan qəlbini vəcdə gətirən şair” (Ramiz Babayevin 70 yaşına)
-Rəfail TAĞIZADƏ – “İşıq adamın işığına” (Vaqif Osmanlının 70 yaşına və “70-in işığında” kitabına)
-Cahan SALMANQIZI – “Elnarə Cahan yaradıcılığın zirvəsində” (Müəllifin sayca altıncı olan “Cahanın Şuşada yay tətili” adlı kitabı işıq üzü gördü)
-Xuraman ZAKİRQIZI – “Vətən sağ olsun” “Yazımın qəhrəmanı Vətən müharibəsi iştirakçısı qazi Yusif Abdullayevdir)
-Vaqif YUSİFLİ – ““Xəzan”ın solmayan yarpaqları” (ədəbi-bədii jurnalın on yaşına)
-Tural ADIŞİRİN – “Şairliklə şəhidliyin qovuşduğu ünvan” (Şəhid şair Müzəffər Məmmədoğlunun şeirləri haqqında)
-Çingiz SÜLEYMANOV – “Mələk kimi Mələk” (esse)
-Hüseyn İSAOĞLU – “Zaur Ustacın ömür və yaradıcılıq salnaməsi”
-Zaur USTAC – ““Heç nə olmaz”dan çox şey olurmuş” (Sədulla Şirinovun romanı haqqında geniş publisistik düşüncələr – dördüncü yazı)
-Bayram MƏMMƏDOV – ““Çətindərə”nin işığı asan seçilir” (Vahid Aslanın “Çətindərə” romanı haqqında)

Poeziya
-Xanəli KƏRİMLİ – “Deyilənə görə, deyənə görə”, “Hələ də”, “Uzaq ol”, “Yaman darıxıram”, “Özün bilərsən”, “Yaşadım”, “Dünya və sən”, “Çətindi”, “Bir təsərrüfat xatirəsi”, “Başın uca olsun”, “Getdi”, “Ömürlər var”, “Könül” (şeirlər)
-Ramiz BABAYEV – “Təbriz gözəli”, “Mənə vəfasız demə”, “Bağışla məni”, “Niyə ürəyimə dəyirdin mənim?”, “Daha nağıllara inanmıram mən” (şeirlər)
-Bayram MÜRÜDOĞLU – “İllər məndən nə apardı?”, “Səni sevə-sevə qocalıram mən”, “Vaxtın unutduğu adam”, “Özümə dönən ömür”, “Gözlərində qalan ömrüm”, “Axşama doğru”, “Yağışın nəğməsi”, “Yoxluğun ömürlük qonaqdır bizə”, “Ömür kitabı”, “Bəlkə səni bir də sevim təzədən?”, “Təbiətin nəğməsi”, “Payız yarpaqları”, “Zəngəzurun başı yaman dumanlı” (şeirlər)
-Xuraman ZAKİRQIZI – “Ölümlə üz-üzə” (poema)
-Polad İBRAHİMOĞLU – “Azərbaycan”, “Sözü, söhbəti sazdı”, “Olaydı – 1”, “Bilmirəm”, “Günah”, “Sarı”, “Olaydı – 2”, “Ağlayır”, “Gedirəm”, “Yazıbdı”, “Bilmədim”, “Gecələr”, “Kimi”, “Sevindi” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Uyğunsuzluq”, “Getdi”, “Məktub”, “İsgəndərə məktub”, “Zorən tarixçilərə məktub”, “Adil Cəfakeşə”, “Bizimkilər” (şeirlər)
-Mahir USTA – “Nəsihətnamə”, “Mən dəli adamam”, “Mənə nə”, “Şəhərə çıxdım sabah”, “Gərək unudum”, “Qaldım”, “Ayrılıq yolu haça”, “Qocalıqla üzbəüz”, “Allah” (şeirlər)
-Ələsgər TALIBOĞLU – “Axı hara tələsirsən, ay ömür?”, “Getdiyim hər yerdə səni aradım”, “İmansız gördüm”, “Al günəşin al qızılı közündə”, “Hara gedir bu karvan?”, “Həyan gəlsin”, “Gəl, qəm yemə, sən ey könül”, “Dən tutmadı arzular”, “Mən nələr gözləyirdim”, “Gözlərindən süzülür” (şeirlər)
-İltimas SƏMİMİ – “Qəm ayaq açır”, “Qələmə sarıl”, “Tablamır ürək”, “Duyğusuz insan”, “Solar”, “Daş-daş kiriyəsən”, “Bilinmir”, “Dərdini unudasan”, “Bir xoş xatirə”, “Kiməsə tanış gəlirmi?” (şeirlər)

Nəsr
-Bəxtiyar ABBAS İNTİZAR – “Day-day” (povest)
-Vaqif ƏSƏDOĞLU – “Başabəla robotlar” (fantastik hekayə)
-Nizami KOLANILI – “Bir xalın üç qurbanı” (hekayə)
-Kirman RÜSTƏMLİ – “Dağ armudunun çörəyi” (hekayə)

Buyurun, sevə-sevə OXUYUN!

“Yazarlar” olaraq bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, onlara bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Napoleonun qarabağlı mühafizəçisi Rüstəm Rza

Rüstəm Rza

Napoleon Bonopartın baş mühafizəçisi Rüstəm Rza azərbaycanlı olub. Avropanın bütün böyük saraylarında Napoleonun yanında görünən bu adam Fransa imperiyasının simvollarından birinə çevrilmişdi. Fransız diplomat Qamba 1826-cı ildə Parisdə nəşr etdiriyi səyahətnaməsində yazır: “Bonapartın məşhur məmlükü Rüstəm rəsmən Qarabağda doğulmuşdu. O, İranlıların sonuncu yürüşü (1795 Ağa Məhəmməd Şah yürüşü) zamanı əsir götürülərək qaçırılmış, sonradan türklərə satılmış və Misirə göndərilmişdi ki, orada da ümumiyyətlə Qafqazdan və həmsərhəd əyalətlərdən gələn əsirlərdən formalaşan Məmlüklərin sırasına daxil olmuşdu”…

Mənbə və müəllif: Məti OSMANOĞLU

MƏTİ OSMANOĞLUNUN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I