www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Müqəddəs Zəfər: 10-cu hekayə

Əvvəli burada: Müqəddəs Zəfər – 9-cu hekayə

Beş dəlikli kaftar yuvası

(Müqəddəs Zəfər: 10-cu hekayə)

          Çavuş Pünhan Şükürlü gizləndiyi sal qayanın arxasından çıxıb ehtiyatla ətrafa göz gəzdirdi. Dəsmalını çıxarıb sifətinin tərini sildi. Sonra üstünün tozunu çırpıb təmizlədi və yaxınlıqdakı daşın üstündə oturub gözlərini Qafqaza zillədi.

          -Sözlü adama oxşayırsan qardaş,- Qafqaz onun bu maraqlı baxışlarına biganə qala bilməyib özü söhbətə rəvac verdi,- nə sözün var döşə gəlsin.

          -Hə, düz tapmısan. Çoxdan soruşmaq istəyirdim, sənin soyadın barədə.- Pünhan bir qədər tərəddüdlə cavab verdi.

          -Soyaddı da. Özbək soyadı.

          -Yəni, sən özbəksən?

          -Özü də xalisindən.

          -Maraqlıdır. Birinci dəfədir ki, heyətimizdə özbək görürəm. Həm də bizimlə bir cərgədə, ölümün hər an gələ biləcəyi bir yerdə.

          -Ölümün yox, şəhidlik zirvəsinin,- Qafqaz düzəliş etdi,- mən vətənimçün döyüşürəm, sənin kimi, digərləri kimi.

          -Sən axı özbəksən.

          -Nə olsun? Odu ey Komrat- udidir. O biri tağımda Abram var, təlimlərdə dostlaşmışıq, o da yəhudidir.

          -Başa düşürəm ey, Azərbaycan onların vətənidir. Burada doğulub, böyüyüblər…

          -Qardaş, bəs mən harada doğulmuşam ki, bilirsən? Şirvanda.

          -Yox əşşi? Maraqlıdır. Sən canın, danış görüm bu necə olub?

          -Pünhan, nə vermisən ona ala bilmirsən? İmkan ver uşaqlar dincəlsin. Özün də qayıt bayaqkı yerinə, ora daha təhlükəsizdir,- bu dəfə tağım komandiri Elçin Nəsibli söhbətə qarışdı.

          -Cənab baş leytnant, komutanım… elə belə söhbət edirik də,- Pünhan günahkar bir görkəm aldı, yanaqlarında qızartı yarandı. Qafqaz onu düşdüyü vəziyyətdən çıxarmaq üçün mülayim səslə söhbətə başladı:

          -Atam Kazımbay Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Təyinatla Tümenə gedib. Bir il sonra anam Səfura da oraya təyinat alıb. Sevişib evləniblər. Anam atamın soyadını qəbul edib, olub Urumbayeva. Sonra da gəliblər Şirvana. Vəssalam, bu da rəvayətin sonu.

          -Hə, anladım. Demək, atan Özbəkistandan gəlib Bakıda oxuyub, eləmi?

          -Ay sağ ol. Gəlib oxuyub və vurulub bu yerlərə, bu millətə.

          -Ay qadan alım, pulun bol olduğu gül kimi yerdən dönüb gəlib bura?

          -Tümeni deyirsən? Oranın nəyidi gül kimi? 35-40 dərcə şaxta, tufan… ayağının birini don vurub, barmaqlarını kəsiblər. Barakda yaşamaq asandı bəyəm?

          -Barak nədir?

          -Taxtadan tikilimiş ev. Ev də yox ey, evcik- müvəqqəti yaşayış üçün bir tikili. Başa düşdün?

          -Hə vallah, anladım…

Pünhan səhra köynəyinin döş cibindən kiçik bir bloknot çıxarıb qeydlər etməyə başladı. Bayaqdan əllərini başının arxasında çarpazlayıb qayaya söykənən və sakitcə onara baxan Komrat gülümsəyərək Pünhana söz atdı:

          -Mənim yazıçı qardaşım yeni hekayəsi üçün material hazırlayır? Yaxşı mövzudur, yaz qardaşım.

          -Sən lağ elə. Qoy müharibə qurtarsın, gör qardaşın necə hekayələr yazacaq,- Pünhan ciddi görkəm aldı.

          -Vallah, lağ eləmirəm. Maşallah olsun, taborumuzda yazıçı da var, rəssam da (Qafqazı nəzərdə tuturdu), müğənni də, yəni- Abram…

          -Dəllək də, yəni- sən.- Qafqaz onun sözünü kəsdi. Hamı güldü.

          Vətən Müharibəsinin ilk günündə vacib döyüş tapşırığını icra etmək üçün iki tağım eyni anda Murovdağ istiqamətində hərəkətə keçmişdi. Baş leytnant Elçin Nəsiblinin başçılıq etdiyi tağım şimal tərəfdən, ikinci tağım isə cənub tərəfdən düşmən qüvvələrinin arxasına keçərək onlara sarsıdıcı zərbələr endirməli, strateji əhəmiyyətli mövqeləri ələ keçirməli idilər. On iki saatadək yol gəlmişdilər. Səhər saat beş radələrində düşmənin ən yüksəkdə yerləşən postunu asanlıqla ələ keçirmiş, xeyli silah-sursatı qənimət olaraq götürmüşdülər. Heç bir itki verməsələr də arxayınlaşmamış, ərtafda kəşfiyyat axtarışları etmişdilər. Çünki bu ərazidə düşmənin hərbi hissəsinin yerləşdiyini və 200-ə qədər canlı qüvvəsinin olduğunu yaxşı bilirdilər. Qəribə də olsa, 23 nəfər döyüşçü itirmiş düşmən qüvvələri əks-hücuma keçmədən yoxa çıxmışdı. Lakin, aradan heç bir saat keçmədən, döyüşçülərimizin mövqeləndiyi ərazi minomyotlarla atəşə tutuldu. İki saat davam edən aramsız mərmi yağışından sonra düşmənin əks-hücumu başladı. Buna əvvəlcədən hazırlıq görülmüşdü. Döyüşçülərimiz əlverişli yerlərdə mövqelənərək ciddi müqavimət göstərirdilər. Günün ikinci yarısında vəziyyət daha da ciddiləşdi. Silah-sursat tükəmək üzrə idi, düşmən əsgərləri sanki yerin deşiyindən peyda olurdular. Ara məsafəsi get-gedə azalırdı. Cənub istiqamətindən köməyə gəlməli olan tağım nədənsə ləngiyirdi. Nəsibli qərargahla rabitə əlaqəsinə girdi. Məlum oldu ki, cənub istiqamətində də ağır döyüşlər gedir. Düşmənin yerləşdiyi koordinatlar qərargaha ötürüldü və uzaqvuran toplar işə düşdü. Yalnız bundan sonra düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Yenə müvəqqəti sakitlik yarandı. Gizir Urumbayev ayağından yüngül yara alsa da sona qədər qoruduğu mövqedən geri çəkilmədi. Onunla çiyin-çiyinə döyüşən əsgər Mansurov, snayperçi Nəcəfov və istehkamçı çavuş  Səlimli şəhid oldular. İki nəfər ağır, səkkiz nəfər isə yüngül dərəcəli bədən yarası aldı. Nisbi sakitlikdən istifadə edərək komandir şəhid və ağır yaralıların döyüş bölgəsindən çıxarılaraq geri göndərilməsini təşkil etdi. Təxliyyə maşınlarının sıx meşə massivi və dağlıq ərazilərdə hərəkəti mümkün olmadığı üçün onlar yüngül yaralanmış döyüşçü yoldaşlarının çiyinlərində və xərəklərdə 3460 metr yüksəklikdən endirilərək yola salındılar. Bu işə rəhbərlik edən Urumbayev dəstəni təhlükəsiz məsafəyədək müşayət edib səhərüzü geri qayıtdı.

          Səhəri gün saat 7 radələrində düşmənin yeni həmləsi başladı. Bu dəfə yalnız yarım saatlıq atışma oldu. Qəflətən hardansa peyda olan düşmən əsgərləri gəldikləri qaydada qəflətən də yoxa çıxdılar. Ancaq qayalardan qopub düşən daş parçalarından biri komandirin sol çiynini, digəri isə Pünhanın sağ ayağını yüngül zədələdi. Əsgərlərdən birinin əynindəki zirehə dəyən güllə onu arxaya tullayaraq qayaya çırpsa da, ciddi xəsarət törətməmişdi.

          Günəş başlarının üstündə asılı qalmışdı, sanki hərəkət etmirdi. Artıq payızın gəldiyini duyduğundanmı, təbiətin bu əsrarəngiz gözəlliyinin atəş səsləri ilə, mərmi partlayışları ilə pozulmasına qəzəbindənmi, ya nədənmi bütün hikkəsini hərarətə çevirib yerə yönəldirdi. Cəmisi 1500-1550 metr aşağıda yamyaşıl ucaboylu meşə ağacları biri-birilərinə sığınıb kölgə saldıqları yerlərə qipdəedici sərinlik bəxş etsələr də, buralar- bu yüksəkliklər xarabalığa çevrilmişdi, əsl cəhənnəmi xatırladırdı. Onları silah-sursatın tükənməsi qorxutmurdu. Onlar təpədən dırnağacan silahlanmış düşməni yalın əlləri ilə məhv etməyə qadir olan, amalları uğrunda şəhid olmağı özlərinə şərəf bilən Azərbaycan əsgərləri idilər. Onlar aylarla ağır təlimlərdən üzüağ çıxmış XTQ mənsubları idilər. Sinələrindən güllə yarası alıb, yıxılıb, qalxıb düşmən üzərinə şığımağı bacarırdılar. Bircə dəfə “Allahu Əkbər!” deyib hayqıraraq yenidən güc toplamağa, odla, alovla çarpışmağa alışmışdılar. Onları aclıq, yuxusuzluq, yorğunluq qorxutmurdu. Onlar üçün sutkalarla ac, yuxusuz qalmaq adi hala çevrilmişdi. Su! Yalnız su! Onları sarsıda biləcək yeganə hal yalnız susuzluq ola bilərdi…

          Günortaya yaxın Elçin Nəsibli qərargahla əlaqə yaradıb vəziyyət barədə məlumat verdi və yeni tapşırıqlar aldı. Heyətlə kiçik bir müşavirə aparmaq qərarına gəldi. Elə belə, qeyri rəsmi, dostcasına, qardaşcasına, səmimi söhbət etmək istədi. Gizir Urumbayev mühafizəni təşkil edib heyəti təhlükəsiz yerdə topladı.

          -Qardaşlarım, əzizlərim! Biz artıq dördüncü gündür ki, bu yüksəkliyi işğaldan azad edib mühafizə edirik,- komandir ağır-ağır danışmağa başladı. Çalışırdı ki, səmimyyətini hamı anlasın, heç bir təzyiq hiss etmədən sərbəst olaraq öz fikrini söyləsin.- İtkilərimiz çoxdur, düşündüyümüzdən də çox. Hamımıza dogma olan əziz qardaşlarımızı itirmişik, ağır yaralılarımız var, sıralarımız xeyli seyrəlib…- ani olaraq kövrəldi, onsuz da yorğunluqdan qızarmış gözləri bir qədər də qızardı, nəmləndi. Sözlərin boğazında qaynayacağından, qırılacağından ehtiyat elədi. Heyət qarşısında acizlik nümayiş etdirməyə haqqı yox idi. Hərçənd, bu acizlik deyildi, səbəbi daha dərin idi. İzah etməyə qərar verdi,- Qardaşlarım, üzrlü sayın. Xəyal dünyası məni ani olaraq 1993-cü ilin aprel hadisələrinə apardı. Bilirsiniz ki, aprelin 1-dən başlayaraq Kəlbəcərimiz erməni qəsbkarlarının hücumuna məruz qalıb. Əhali ac-susuz, ayaqyalın, başıaçıq isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bax onda əhalinin bir qismi məhz bu dağ yolları ilə, əzab-əziyyətlərlə qarşılaşaraq Göygölə, Gəncəyə, Goranboya pənah aparıblar. Məhz bu dağ cığırları ilə… erməni dığalarının təzyiqinə və təqibinə məruz qalaraq. Bu cığırlarda, bu daşlarda bizim doğmalarımızın qanı var, inilti səsləri var. Ona görə kövrəldim…- bir qədər susub davam elədi,- Mənim onda cəmisi dörd yaşım vardı. Aprelin 2-də səhər açılar-açılmaz qaçhaqaç düşdü. Anam məni yüngül bir yorğana büküb bayıra qaçdı. Atam, 8 yaşlı bacım artıq həyətdə idilər. Atam irəliyə yeriyib məni anamdan aldı. Uşaq olsam da, çox şeylər yadımda qalıb. Kənd camaatının pərən-pərən düşməsi, sürünərək dərələrdən, təpələrdən keçməyimiz, kolluqlarda gecələyimiz, güllə vıyıltıları, yaralananlar, şəhid olanlar… Bir gecə də bu qayalıqda gizlənməli olduq. Baxın, orada, mərmi yağışları zamanı gizləndiyimiz həmən o kahada. O balaca kaha o vaxt da bizim xilaskarımız oldu. Yadımda deyil, 20 nəfər olardıq, ya bir az artıq. Bir-birimizə sığınıb səhərə qədər o kahada gizləndik. Səhərə qədər… açılmaq bilməyən səhərə qədər. Elə bil zaman dayanmışdı. Ağlamaq istəyirdim, anam yalvarıb deyirdi ki, qurban olum bala, camaatı bada vermə, döz. Bir gecənin içində sanki böyüdüm, bərkidim… İndi bu yerlər bizim nəzarətimiz altındadır və biz bu nəzarəti əldən verə bilmərik, buna haqqımız yoxdur…

          -Komutanım, inşallah əldən vermərik nəzarəti. Əgər qismətimizdə burada ölmək varsa, demək öləcəyik,- Komrat söhbətə müdaxilə elədi. Səsində o qədər qətiyyət var idi ki, komandir yaxınlaşıb onu bağrına basdı.

          -Var olasan, qardaşım! Ancaq… ancaq iş burasındadır ki, ölmək də olmaz. Biz strateji əhəmiyyətli bu mövqeyi, nəyin bahasına olursa olsun, müdafiə etməliyik. Bizim bu yüksəkliyi azad etməyimiz ermənilərin tüklərinə əməlli-başlı birə salıb. Çünki, biz Ermənistandan gələn gizli yollara da buradan rahatca nəzarət edə bilirik. İndi gərirsinlər silah-sursatı Ermənistandan, görək necə gətirirlər… Hazırda bütün cəbhə boyu ağır döyüşlər gedir, ordumuz sürətlə irəliləyir. Ancaq bu yerlərə gəlib çatmaları tezliklə baş verməyəcək, yəni vaxt amili var. Düşmən hələ ki, müqavimət göstərməkdə israrlıdır. Başa düşürəm, heç kim şikayət etməsə də, su problemimiz anbaan ciddiləşir. Aşağıda, düşmən ordusuna məxsus kazarmada suyun mövcudluğu ehtimal olunandır. Ermənilər hansı yollarlasa ya oraya su xətti çəkiblər, ya da qablardamı, çəlləklərdəmi su ehtiyatları var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, onlar hələ də kazarmada, ya da haradasa yaxınlıqda gizlənib kömək gözləyə bilərlər. Çünki, əvvəlcədən əldə olunan kəşfiyyat məlumatına görə sayları 200 nəfərə yaxın olmalı idi. Döyüşlər zamanı neçə nəfərin dərələrə yumbalanıb gorbagor olduğunu deyə bilmirəm, ancaq yaxın ətrafda gəbərənləri topalayıb səngərə yığanda saymışam- 42 leş. Deməli, əksəriyyəti hələ də sağdır. Əgər qaçıblarsa, demək gizli yolları var. Həmin yolları aşkarlayıb zərərsizləşdirməsək, tezliklə güclü hücuma məruz qala bilərik. İgidlərim, hələ ki sakitlikdir, fürsətdən səmərəli istifadə etməli, elə indi kəşfiyyat axtarışlarına başlamalıyıq. Nə deyirsiz?

          Döyüşçülər əvvəlcədən razılaşmış kimi bir ağızdan səsləndilər: “Əmr edin, komutanım!”

          -Deməli belə. Kazarma istiqaməində özüm gedirəm. Mənimlə gedir…

Pünhan irəli çıxdı:

          -İzn verin, sizinlə mən gedim, komutanım.

          -Mən istərdim ki, bu işləri könüllülük prinsipi ilə icra edək. Amma… özfəaliyyətə yol verməmək şərti ilə,- ani olaraq fikrə getdi. Ciddi qərar qəbul etməzdən öncə adətən sağ əlinin şəhadət və orta barmaqlarını qoşalayıb alnına dirəyər, gözlərini yumub fikirləşərdi. Bu dəfə həmin barmaqlarını çənəsinə dirəyib gözlərini məchul bir səmtə istiqamətləndirdi.- Mənimlə gedir… Komrat. Pünhan, sən də gedirsən. Snayper tüfəngini götür, kazarmaya 100-120 metr qalmış elə mövqe seç ki, o əraziyə tam nəzarət edə biləsən. Lazım gəlsə, mənim işarımlə atəş açacaqsan. Hətta… əgər bizi mühasirəyə alıb əsir götürmək istəsələr, birinci məni vurarsan. Mən öndə olacam, Komrat 40-50 metr arxada. Onun gizlənmək imkanı olacaq. Komrat, mən işarə etməmiş özünü göstərməzsən. Lazım gəlsə, sən də atəş-dəstək mövqeyində qalacasan. Qafqaz qalır burada, mühafizəni təşkil edir. Bu qədər. Hər şey aydındır?

          -Komandir…- Pünhan tərəddüd içərisində idi,- mən… mən bunu bacarmaram. Siz nə danışırsınız, necə yəni sizi vurum? Elə şey olar? Yooo…

          -Dedim axı, əgər lazım gəlsə. Yəni, bu son variantdır. Ay Pünhan, mən axı o it uşağının dilini bilirəm. Onlarla öz dillərində dialoqa girməyə çalışacam. Əgər, hələ də oralarda sülənirlərsə.

          -Komandir, onda icazə verin mən öndə gedim,- bu dəfə Komrat dilləndi.

          -Olmaz. Qərar müzakirə olunmur.

          -Daha bunun nəyi könülülük prinsipi oldu?- Qafqaz da söhbətə qarışdı.

          -Hə, bu dəfə alınmadı. Sağlıq olsun, gələn dəfə alınar. İşə başlayırıq.- Elçin yarızarafat, yarıgerçək cavab verməklə toplantının bitdiyinə işarə verdi. Sonra çantasını açıb oradan erməni zabitlərinə məxsus səhra paltarı çıxardı. Kənara çəkilib üst paltarını dəyişdi. Avtomatını çiyninə keçirib kitelin yan cibinə 2 ədəd də qumbara qoydu. Çantasından dəftər və qələm çıxardı, vərəqləyib təmiz səhifə tapdı və cizgilər çəkməyə başladı. Heyət onun ətrafına toplaşdı.

          -Deməli belə. Baxın, bu kazarmadır. Mənim təxminimə görə, əgər onlar tüneldən istifadə edirlərsə, bir çıxışı bax burada, kazarmaqdan 30-40 metr yuxarıda olmalıdır. Digər çıxışına kazarmadan bir az aşağıda rast gəlmişdik, elədir?

          -Bəli, elədir. Biz o çıxışdan yan keçdik,- Qafqaz komandirin sözlərini təsdiqlədi.

          -Ay sağ ol. Amma onlar elə də ağılsız deyillər ki, gedib aşağı çıxışdan çıxsınlar. Buna cəsarətləri çatmaz. Yəqin düşünürlər ki, biz o çıxışı nəzarətə götürmüşük. Fərz edək ki, bir çıxış da kazarmanın içinədir. Orada da gizlənməzlər, çünki, biz hər an kazarmanı partlada bilərik. Deməli, başqa çıxış və ya çıxışlar da mövcuddur. Ehtimal edirəm ki, bir çıxış da cənub istiqamətindədir. Həm təhlükə vaxtı özlərininkilərin yanına qaçmaq üçün, həm də əks həmlə etmək üçün gizli vasitə kimi. Təbii ki, bu çıxışlar hamısı maskalanmış şəkildədir, daha çox kolluq olan yerlərdə. Baxın, kazarmaya maşın yolu da cənubdandır. Üzü cənuba təxminən 70-80 metr sonra kolluqlar başlayır.

          -Komutanım, kazarmanın həyətində də kolluq müşahidə olunur,- Pünhan barmağını cizgidəki güman etdiyi həmin yerə tuşladı.

          -Sağ ol, yazıçı. Biz elə həmin yerlərə baxış keçirəcəyik. Ya Allah! Getdik.-dəftərlə qələmi çantaya qoyub ağzını bağladı və onu Qafqaza uzatdı.

          -Allah amanında, komutanım!-Qafqaz özündən asılı olmayaraq kövrəldi, səsi titrədi. Qucaqlaşdılar.

          -işdir qaitmasam… uşaqları qoru, qardaşım!

          Ermənilərin qazdığı səngərlə üzü aşağı hərəkətə başladılar. Səngər bəzi yerlərdə dayazlaşır, ayaq izlərinin yaratdığı cığırla əvəzlənir, bəzi yerlərdə dərinləşirdi. Təxminləri düz çıxdı, kazarmanı əhatə edən daş hasara 35-40 metr qalmış səngər qurtarır və tünel başlayırdı. Cəmisi 3 metrdən sonra kip bağlanmış dəmir qapı vardı. Elçin qapını açmağa səy göstərmədi, geriyə dönüb 50-60 metrlik intervalla arxasınca gələn Komrata işarə elədi. Komrat onun şəhadət barmağının yuxarı qalxdığını görən kimi dayandı və o da geriyə dönüb eyni hərəkəti təkrarldı. Pünhan başı ilə işarəni anladığını təsdiqlədi və ətrafa boylanıb müşahidə üçün əlverişli mövqe axtarmağa başladı.

          Kazarmanın həyəti elə də böyük deyildi- eni 10 metr, uzunluğu isə 30 metr olardı. Səliqəsizlik hökm sürüdü, həyətin bir hissəsini kol basmışdı. Araq, çaxır butulkaları, konserv qabları, selofan torbalar ətrafa səpələnmişdi. Hasarboyu səliqəsiz yığılmış odun komaları dağılmış, aralarında seyrək ot bitmişdi. Kazarmanın öz təmirsiz görkəmi bu cansıxıcı mənzərəni daha da əcaib göstərirdi- taxta pəncərələrin çərçivələri qismən çürümüş, toz basmış şüşələri çat-çat olmuşdu. Dəmir barmaqlıqların boyası bilinməz hala düşmüşdü. Təkcə qoşalay dəmir giriş qapısı öz bozumtul rəngi ilə nisbətən o birilərindən seçilirdi. Giriş qapısının bir tərəfindən Ermənistanın solub-saralmış bayrağı asılmış, digər tərfində rabitə qurğusunun antennası bərkidilmişdi. Kazarmaya bitişik, kustar üsulla tikilmiş çardağın altında 7-8 kva-lıq elektrik generatoru və onun ətrafı mazuta bulaşmış vəziyyətdə idi. Köhnə, çirkab içində olan 4 ədəd 10 lirtlik plastmas qabın yanı üstə səliqəsiz şəkildə səpələnməsi onların boş olduğundan xəbər verirdi. Bir qədər aralıda təxminən 2 tonluq plastmas su çəni vardı. Onun üst qapağını əvəz edən köhnə faner parçasının üzərinə yararsız avtomobil şini qoyulmuşdu.

          Elçin diqqətlə ətrafa göz gəzdirb tünelin girişini tapdı və ehtiyatla oraya yaxınlaşdı. Qapı kip bağlanmışdı. Geriyə dönüb Komratın gizləndiyi yerə baxdı. Onu görə bilməsə də əli ilə “iki” işarəsini göstərdi. Otların arasından Komratın başı göründü. Elçin ona “sus” işarəsi verdi və erməni dilində guya kimi isə çağırmağa başladı:

          -Vladik. Ara, hardasan? Vladik, ara cavab ver da. Ara, tualet vaxtıdı? Get Arama de, uşaqlar burdadır. Ara, mən hardan bilim ey? Yəqin salamat olarlar da,- pauza verdi, çox yox, 5-6 saniyə. Sonra əyilib yerdən bir neçə daş götürdü, onları bir-bir tünelin qapısına çırpmağa başladı,- Ara, burdasız? Mən ştabdan gəlmişəm. Ara, kim var orda? Cavab verin. Mən çiynimdən yaralanmışam (bunu yalan demirdi, çiyni ağrayırdı), kömək lazımdır. Ara, sizə köməyə gəlirdik, türklər üstümüzə hücum elədilər, maşınlarımızı vurdular. Ara, üç dənə BMP gətiridik, birini partlatdılar. O birilərini təpənin dalında gizlətmişik. Ara…

Tüneldən boğuq səs gəldi:

          -Yalan deyirsən, sən türksən.

          -Ara, nə gic-gic danışırsan, türk nədi?

          -Sənin danışığında qüsur var, sən türksən.

          -Ara, mən Anapa ermənisiyəm. Anapa… eşitmisən bu adı?

          -Onu kim eşitməyib ki?! Rusca danış, onda biləcəm düz deyirsən, ya bizi tələyə salmaq istəyirsən.

          Elçin rus dilində çox səliqəli danışa bilirdi. Ancaq düşündü ki, erməni ləhcəsilə danışsa, daha inandırıcı olar. Rus dilində danışmağa başladı:

          -Ara, biz orda çox vaxt öz dilimzdə danışırıq. Hər yerdə bizik- kafelərdə, restoranlarda. Ara, taksilər, marketlər- hamısı bizimdir… Ara, tez ol qapını aç. Ciyərim yanır, su istəyirəm.

          -Su istəyirsən, iç də, çəndə var.

          -Hansı çəndə, onda? Ara, onu zəhərləməmisiz?

          -Niyə zəhərləyək ki, özümüz içirik də.

          -Ara, instruksiyanı oxumamısan? Sizə tapşırılmayıb ki, türklərdən təhlükə gəlsə suyu zəhərləyin?

          -Özümüz susuz qalaq, nə tapşırıq bazlıqdır? Biz sizdən kömək gözləyirik, siz də başlamısız ki, su verin.

Dialoq 10 dəqiqəyə qədər uzandı. Nəhayət dəmir qapının cırıltısı eşidildi. Elçin dönüb yenə arxaya baxdı. Sağ əlini yuxarı qaldırıb Pünhanın mövqeləndiyi səmtə tərəf fırlandı və “hazır ol” işarəsi verdi. Əynində nimdaş hərbi paltar olan orta yaşlı, orta boylu, daz, qonur saqqallı birisi pillələrlə bir neçə addım qalxıb dayandı, ətrafa boylandı, Elçini görüb diqqətlə onu süzməyə başladı. Əlində qumbara vardı. Yəni bu, şübhə yaransa, ataram- demək idi. Elçin də əlindəki qumbaranı nümayişkarcasına saxlamışdı. Göz-gözə dayandılar. Elçin bir neçə addım irəlilədi, qarşısındakı isə əksinə- geri çəkilməyə başladı.

          -Ara, cənub istiqamətdəki girişi tapa bilmədim. Demişdilər ki, yekə bir qayanın arxasındadır.

          -Düz deməyiblər, orda qaya-maya yoxdur, kolluqdur.

          -Necə yəni düz deməyiblər, buralar elə qayalıqlardı da.

Tüneldən daha bir nəfər çıxıb birincinin yanında dayandı. Avtomatın lüləsini Elçin istiqamətində tuşlayıb küt baxışlarını ona dikdi.

          -Sən kimsən?

          -Mayor Abramyan Valeri. Bəs sən?

          -Mən rota komandiriyəm, Maqbet Əmiryan. Hardan gəlmisən?

          -Ara, ştabdan da. Bizi vurdular da…

          -Yalan deyirsən, sizi vursaydılar, səsi eşidərdik. Səni tanımıram, sən türksən.

          -Anapadan gəlmişəm də, eşitdim türklər müharibəni başlayıb, gəldim. 250 nəfər adam gətirmişəm, hə…

          -Hanı bəs o adamlar? Məni aldada bilməzsən,- deyən ikinci erməni barmağını avtomatın tətiyinə tərəf aparmaq istəyəndə güllə səsi qayalara əks-səda verdi, o,  yeri sərildi. Elçin ani olaraq Pünhanın mövqeləndiyi tərəfə boylandı və baş barmağı ilə “əla” işarəsi göstərdi. Birinci erməni tez aşağı əyildi və qaçaraq tünelə girdi. Qapını örtməyə macal tapmamış Elçinin atdığı qumbara onun yanında partladı. İçərini tüstü bürüdü, kəskin barıt qoxusu ətrafa yayıldı, çığırtı səsləri eşidildi. Artıq hadisə yerinə çatmaqda olan Komratın həyacanlı səsi eşidildi:

          -Komutan, ehtiyatlı olun!- o, içəridən kiminsə bağlamağa cəhd etdiyi deformasiya olunmuş qapının arasından içəriyə güllə yağdırmağa başladı. Elçin ona “dur” işarəsi verdi. Sonra yenidən Pünhan istiqamətinə döndü və “başlayın” deyə ucadan əmr etdi. Partlayış nəticəsində qayalardan qopan iri daş parçaları sürətlə aşağıya, birinci tünelə töküldü və girişi tam olaraq bağladı. Pünhan eniş aşağı qaçaraq yoldaşlarının yanına çatdı. Ehtiyatla tünelə girdilər. Tam sakitlik idi, yerdə yalnız iki nəfərin leşi vardı. Hələ laxtalanmamış qan izlərindən yaralı və ya yaralıların cənub istiqamətindəki tünelin dərinliklərinə doğru getdiyi aydın görünürdü. Elçin yenə erməni dilində ucadan səsləndi:

          -Təslim olun! Müqavimət göstərməyin mənası yoxdur, siz hər tərəfdən mühasirəyə alınmısız. Təslim olsanız, hamınızın sağ qalacağınıza Azərbaycan Ordusunun zabiti olaraq zəmanət verirəm.

Əks tərəfdən səs gəlmədi. Elçin müraciəti bir neçə dəfə təkrar etdi və onlara təslim olmaq üçün 10 dəqiqə vaxt verdi. Vaxt tamam oldu, ancaq ermənilər tərəfdən yenə cavab gəlmədi.

          Tünelin bu hissəsi ciddi-cəhdlə inşa edilmiş əsl istehkam idi. Döşəmə, divarlar, tavan- hamısı betonlanmışdı. Taxçalarda müxtəlif növ silah-sursat, ucuz dəyərli ərzaq məhsulları, fanarlar, hətta kerosin lampaları da vardı. Tavandan bir-birindən 5-6 metr məsafədə 2 ədəd elektrik lampası da asılmışdı. Kobud taxtalardan düzəldilmiş uzun masanın üzərində yemək  tullantıları, çirkli qablar, stəkanlar, boş araq şüşələri atılıb qalmışdı. Masanın ətrafındakı oturacaqlar mişar daşlarının üzərinə qoyulmuş uzun taxtalardan ibarət idi. Kerosin, çürümüş kartof, nimdaş döşək iyləri, mənşəyi bəlli olmayan digər kəskin qoxular bir-birinə qarışıb burunda, boğazda, ciyərlərdə qıcıq yaradır, adamda ikrah hissi oyadırdı. Pünhan taxçadakı fanarları bir-bir yoxladı, ikisi işlək idi. Birini Komrata verdi, ətrafı yoxladılar.

          -Komandir, bu dəyyuslar buraları dəlik-deşik eləyiblər ki. Beş istiqamətdə tünel qazıblar ey. Kaftardılar ey, vallah,- sonra yan-yana düzülmüş köhnə dəmir çarpayıları göstərdi,- iyirmi dənə krovat… kazarmanı bura köçürüblər nədir?!

          -Hə, qardaş,- Komrat onun sözünü təsdiqlədi,- burda yeyib, burda kakaş eləyib, burda da yatıblar.- Hər üçü güldü.

          -Yaxşı, uşaqlar, vaxtımız azdır,- Elçin komanda verməyə başladı,- əvvəlcə gəlin su axtaraq. Sonra da o çarpayılardan hər tünelə iki-iki dürtün, partladıb yollarını bağlayaq.

          – Komandir, burda cəmi bir kanistr var, o da yarımçıq. Heç beş litr su olmaz içində,- Komrat yarımçıq su qabını qaldırıb silkələdi.

          -Deməli, çəni zəhərləməyiblər. Yoxsa, burda ehtiyat su çox olardı. Amma, hər ehtimala qarşı, yoxlasaq yaxşıdır. Bəs necə?..

          -Həyətdə bir yoluq it gördüm, yazıq quyruğunu qısıb divara sığınmışdı. Verək ona, içsə, deməli su təmizdir,- Pünhan təklif etdi.

          -Olar, bu da bir variantdır. Cəld olun uşaqlar, işə başlayaq.

Çarpayıları tünellərin daralan hissələrinə təxminən 10-12 metr məsafədə pərçim etdilər. Sonra silah-sursatı, lazım ola biləcək nə varsa hamısını, bayıra daşıyıb tünel yollarını partlatdılar və dərhal oranı tərk etdilər. Elçin kazarmaya qapıdan daxil olmağı məsləshət bilmədi, girişə sürpriz qumbara, və ya mina quraşdırıla bilərdi. Pəncərələrdən birinin barmaqlığını qoparıb içəriyə boylandılar, demək olar ki, boş idi. Giriş qapısının içəri tərəfində doğrudan da bir-birinə bağlanmış sürpriz qumbara və mina aşkarladılar. Döşəmənin sonunda, sağ küncdə zirzəmiyə düşmək üçün pilləkən var idi. Orada da sürpriz qaydada piyada əleyhinə mina gızlədilmişdi. Zirzəmidə də ərzaq ehtiyatı, tibbi ləvazimat, gecəgörmə cihazları və sursat vardı. Tünellərin biri gəlib zirzəmiyə çıxırdı.

          -Qaldı bir işimiz, bu dığaların bayrağını ayaqlarımız altına salıb tapdalamaq,- Kazarmadan çıxan kimi Elçinin söylədiyi ilk cümlə bu oldu.

          -O iş mənlikdir,- deyə Komrat bayrağı sapından qoparıb yerə tulladı,- tfu, tfu, tfu. Komutanım, üç dəfə tüpürdüm dığaların şərəfinə, indi bayrağı tapdalamaqla bu işi tamamlamaq olar.

          İşlərini yekunlaşdırıb döyüşçü yoldaşlarının yanına qayıdanda artıq hava qaralmaq üzrə idi. Heyət üzvləri onları qarşılayıb yüklərini daşımağa kömək etdilər.

          -Komutanım, bəlkə bir çay qaynadım hə, nə deyirsiz?- Borçalı balası Lətif komandirə müraciət elədi,- suyu yoxlamısızmı?

          -Necə yoxlayaydıq, lakmus kağızı ilə, ya laboratoriyada?- Pünhan suala sualla cavab verdi,- sonra gülümsəyib əlavə elədi,- həyətdə ölü-vay bir it veyillənirdi, bir-iki litr su tökdüm qaba, itələdim qabağına. Dərhal içdi, yazıq susuzluqdan yanırdı. İt həssas heyvandır, zəhərli suyu ömründə içməz.

          -Səni qınamıram, yarım saat əvvəl bircə qurtum su üçün Allaha yalvarırdın, indi çay eşqinə düşmüsən. Bir azdan deyəcəksən, çaça (cöcə arağı) istəyirəm,- Qafqaz yaxınlaşıb əlini onun kürəyinə vurdu,- oğulsan ey, oğul. Amma və lakin… olmaz qardaşım. Ocaq qalamaq olmaz, nişangaha çevrilə bilərik. İnşallah, sabah düşərik kazarmanın həyətinə, oralarda münasib bir yer tapıb sənin arzunu reallaşdırıarıq. Hə, komandir, olar?

          -Olar, əlbəttə olar. Yeri gəlmişkən, kazarmanın zirzəmisində 2 litrlik şüşədə araq vardı, məncə tut arağıydı. Ancaq o işlərlə sonra məşğul olarıq, istəyən olsa, 100 qramacan içməyə icazə verərəm. İndi isə diqqətlə mənə qulaq asın. Deməli belə… Bu kaftarların qazdığı yuvanın beş dəliyi, yəni giriş-çıxışı var. Biri bura gələn idi ki, onu Pünhan bəy ustalıqla məvh elədi. Biri kazarmanın həyətinə, biri də içinə çıxır ki, onları da nəzarətdə saxlaya bilərik. Qaldi ikisi. Onlardan biri şərq istiqamətinə- yəni meşəyə doğru, o biri isə üzü cənuba doğru qazılıb. Şərq istiqamətindəki tünelin çıxış yerini bilirik, bura gələndə aşkarlamışıq. Yəqin ki, indi orda dığa qalmayıb, qaçıb gediblər. Ancaq, hər ehtimala qarşı, yoxlamalıyıq ki, arxayınlaşa bilək. Çünki, orada gizlənirlərsə, bizə dəstəyə gələn döyüşçü qardaşlarımıza problem yarada bilərlər. Ən nəhayət, sonuncu və ən təhlükəlisi cənub istiqamətində qazılmış tüneldir ki, nə çıxışının yerini bilmirik, nə də orada neçə nəfər düşmənin cəmləşdiyini. Qərar belədir: yarım saatdan sonra qumbara, qumbaraatan, snayper tüfəngi, avtomat və gecəgörmə cihazları ilə təchiz olunmuş kəşfiyyat qrupu cənub istiqamətində hərəkətə başlayacaq. Qrupa özüm rəhbərlik edəcəm. Qafqaz, bu dəfə sən də bizimlə gedəcəksən. Snayper tüfəngi yenə Pünhanda olacaq. Komratla Borçalı balası minaatanları bizdən 100-120 metr arxada, əlverişli yerdə quraşdırıb məndən işarə gözləyəcəklər.

          -Komandir, biz girişi tapıb hücuma keçəcəyik?- Qafqaz sual verdi.

          -Yox, buna ehtiyac qalmayacaq. Biz girişi aşkarlayıb gözləyəcəyik. Onlar bizim sayca üstün olduğumuzu düşünürlər, daha kazarmaya qayıtmağa cəhd eləməzlər, artıq qorxuya düşüblər. Qayıtsalar da yolun bağlı olduğunu görüb geri dönəcəklər. Əksinə, gecə çıxıb qaçmağa cəhd edəcəklər. Və yaxud, onlara köməyə gələnlərlə birləşib açıq hücuma dəstək olacaqlar. Biz hər hansı bir hərəkət aşkarlayan kimi koordinatları Komratgilə ötürəcəyik. Kütləvi mərmi yağışından sonra hücuma keçəcəyik. Bu qədər. Urumbayev, tapşırdığım istiqamətlərdə mühafizə normal təşkil olunubmu?

          -Elədir ki var, komutanım.

          -Elə isə, hazırlaşın.

          Səhər saat beş radələrində hərəkət müşahidə olundu. Erməni əsgərləri bir-bir kolluqdan çıxaraq Elçingildən təxminən 80 metrlikdəki iri bir qayanın altında toplaşmağa başladılar.

          -Urumbayev, sən də görürsən onları?

          -Görürəm, komandir.  Sayları çoxdur amma.

          -Görürəm. Əgər getmirlərsə, deməli planları hücum etməkdir. Komrata xəbər elə, hazır olsunlar.

          -Oldu.

Qafqaz Komratla əlaqə yaradıb koordinatları ona ötürdü. Düşmən özünü çox gözlətmədi. Cəmləşmə başa çatan kimi üzü yoxuşa, Elçingil istiqamətində hərəkətə başladılar.

          -Qumbaraatanı mənə ver. Mənim atəşimlə minaatanlar da başlasınlar.

          -Baş üstə.

Elçin düşmənlərin cəmləşdiyi yerə atəş açan kimi mərmilər vıyıltı ilə başlarının üstündən şütüyüb ard-arda vahiməli partalayışlar yaratmağa başladı. Düşmən qüvvələri pərən-pərən oldu. Onlar təsəvvürlərinə gətirmədikləri tələyə düşdülər.

Tələm-təlsik geriyə çəkilb qayalıqda gizləndilər. Mövqelənib qurtaran kimi minaatan və tank əleyhinə raketlərdən istifadə etməklə əks həmləyə başladılar. Ancaq əlverişsiz mövqedə olduqları üçün hədəfi dəqiq müəyyənləşdirə bilmirdilər.

Döyüş iki saatadək davam elədi. Xeyli itki vermis ermənilər qaçmağa üz tutdular. Elçingil onları təqib etmədilər. Açıq döyüş düşmənin xeyrinə olardı. Cəmi üç nəfərlə 45-50 nəfəri təqib etmək ağılsızlıq idi.

Artıq yeri bəlli olan cənub çıxışı da partladıldı.   

Elçin Nəsibli qərargahla əlaqəyə girərək son döyüşləri barədə ətraflı məlumat verdi. Bəlli oldu ki, onların qaçmağa məcbur etdikləri düşmən hərbçiləri “Dəniz Pişikləri”nin pusqusuna düşüb, tamamilə məhv ediliblər. Ordumuz isə cəbhənin bütün istiqamətlərində inamla irəliləməkdə davam edir. Bu məlumatlar heyətin ruh yüksəkliyini daha da artırdı.

Səhəri gün onları Milli Ordunun döyüşçüləri əvəz etdi. Heyət tapşırıq üzrə şərq istiamətində hərəkətə başladı. Tezliklə tünelin həmin istiqamətdəki çıxışını tapdılar. Pünhan indi həm istehkamçı, həm də kəşfiyyatçı funksiyalarını yerinə yetiridi. Çıxışa 50-55 metr qalmış dayandı. Yerə uzanıb ehtiyatla sürünməyə başladı. Bir qədər sonra yenə dayandı. Yeni və sıx basdırılmış minalar aşkarlamışdı. Komandir bu işdə səriştəsi olan Lətifi də köməyə göndərdi. Minaları zərərsizləşdirməyə bir saatadək vaxt itirdilər. Yorğunluq özünü biruzə verirdi.

Tünelə yaxınlaşıb ehtiyatla girişə boylandılar, kimsə gözə dəymirdi. Elçin hər ehtimala qarşı tünelə ard-arda iki qumbara tulladı. Boğuq partlayışlardan sonra tünelin yolu bağlandı. Elə həmin an Lətif “Uzanın!” deyə qışqırdı və özünü düz qabaqlarına düşən qumbaranın üstünə atdı. Partlayışın dalğası onu havaya qaldırıb bir neçə metr arxaya atdı. Döyüşçülərdə ani olaraq çaşqınlıq yarandı. Komrat qumbaranın atıldığı səmti güllə yağışına tutdurdu. Bütün heyət aramsız atəşlərlə ona dəstək verdi. Zarıltı və çığırtı səsləri eşidildi.

-Yalvarıram, atmayın, təslim oluram!,- yaxınlıqdakı daşın arxasından rus dilində  başqa bir səs- yalvarış səsi gəldi.

Elçin sağ əlini havaya qaldırdı və atəşi dayandırdı. Erməni əsgəri əvvəlcə əllərini göstərdi və gizləndiyi yerdən çıxdı, yalvarmağa davam etdi:

          -Öldürməyin, təslim oluram. Yalvarıram…

Pünhan cəld irəli atılıb onu yerı yıxdı, silahını götürdü və üstündə oturub komandirə tərəf boylandı. Elçingil də cəld həmin səmtə qaçdılar. Yerdə iki erməni leşi vardı, biri qan içində yerdə çabalayır, digəri isə əlləri ilə dizlərini qucaqlayıb tir-tir əsirdi, rəngi avazımışdı, dili söz tutmutdu. Bir neçə metr aralıda Qafqaz Lətifi qucaqlayıb hönkür-hönkür ağlayırdı.

                                                                             26.09.2026.

Son

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ayətxan  Ziyad” imzasının fəlsəfi qatları

Sözün yaddaş arxeologiyası:

“Ayətxan  Ziyad” imzasının fəlsəfi qatları

Ədəbi tənqid və sənətşünaslıq çox zaman müəllifin yaradıcılıq irsinə sadəcə bioqrafik faktların, rəqəmlərin və xronoloji tarixlərin açıqlanması ilə yanaşır. Ancaq ömrünün yarım əsrdən çoxunu ağ vərəqlərlə baş-başa keçirmiş söz sahibinin dünyası quru təqvimlərin sərhədinə sığışmaz. Təqdim olunan yazı yaşanan ömür yolunun sadəcə hesabatı deyil. Məqalənin məqsədi yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın 57 illik masaarxası fəaliyyətinin zahiri xronologiyasını deyil, onun yaradıcı təfəkkürünün daxili nüvəsini, sətiraltı fəlsəfi qatlarını oxucuya çatdırmaqdır. Məqalə “Ayətxan  Ziyad” imzasınınədəbiyyatda, mətbuatda və elmdə qərar tutduğu mənəvi sahillərin fəlsəfi koordinatlarını üzə çıxarır.

Oxucu yazını mütaliə etməklə məqam-məqam A.Ziyad yaradıcılığının üç əsas sütununu – onun publisist-jurnalist peşəkarlğını, bədii nəsrində və poeziyasında artıq özünü təsdiq etmiş lirik MƏN-ini və tədqiqatçı zəkasının metodologiyasını dünya təfəkkür tarixinin tanınan nümayəndələri ilə paralel şəkildə özü üçün aydınlaşdımaq imkanı əldə edir. Məqalə, A.Ziyadın həm mətbuatdakı kəskin, ifşaedici, qarşısıalınmaz çıxışlarını, həm də arxivlərin zəngin dərinliyindən aşkarlanan elmi tutumunu Martin Haydegger, Mişel Fuko, Anri Berqson, Qaston Başlar, Valter Benyamin və digər mütəfəkkirlərin varlıq və yaddaş nəzəriyyələri ilə müqayisəli müstəvidə təhlil edir.

Adları çəkilən filosofların dil saflığı, unudulmayan yaddaş və insan ömrünün zaman dəyəri haqqındakı düşüncələri, əslində eyni bir mənəvi təməldə birləşir. Onların ortaq bir fikri var idi: əsl sənət və dürüst söz zamanın sınağından uğurla keçir. Onlar heç vaxt unudulmur və gələcək nəsillərin yaddaşına həmışəlik həkk olunur.

Bu fəlsəfi baxış oxucuya “Ayətxan Ziyad” imzasının sadəcə keçici gündəlik mətbuat yazıları ilə məhdudlaşmadığını, yazıçının 57 illik bədii və elmi irsinin dərin fəlsəfi qatlara malik bir yaddaş arxeologiyası nümunəsi olduğunu aydınlıqla nümayis etdirir.

Araşdırmalarımız bu qənaətimizi bir daha təsdiq edir ki, fəlsəfi qatlardan yetərincə bəhrələnmək imkanında olan  qələm sahiblərinin əsərləri daha yüksək bədii qalıcılıq qazanır. Sözügedən keyfiyyətləri dərindən analiz etmək üçün oxucunu A.Ziyadın əsərləri nümunəsində sözün yaddaş arxeologiyasının fəlsəfi qatlarıdan biri ilə tanış edirik.

IX QAT: Təxəyyülün mənəvi bünövrə məkanı: uşaqlıqdan yaddaşa

((Gaston Başlyarın (Gaston Bachelard)    uşaqlıq təəssüratları və poetika fəlsəfəsi işığında)

VIII qatda insanın öz iç dünyasına çəkilən təfəkkürünün, yaşantının müşahidədən heyrətə, heyrətdən düşüncəyə, düşüncədən sözə çevrilməsi üzərində dayanmışdıq. IX qat həmin prosesin daha ilkin mərhələsinə – insanın dünyanı ilk dəfə necə gördüyünə, ilk sözləri necə mənimsədiyinə, ətrafındakı əşyaları, səsləri, hadisələri necə mənalandırdığına yönəlir. Burada məsələ yalnız uşaqlıqdan danışmaq deyil. Daha dərin sual budur: sonralar insanın təxəyyülünə, yaddaşına və sözünə çevriləcək ilk material harada yaranır?

Gaston Başlyarın fəlsəfi-estetik düşüncəsi bu sual üçün mühüm nəzəri açar verir. “Məkanın poetikası”nda məkan yalnız insanın yaşadığı fiziki yer kimi deyil, onun daxili dünyasının formalaşdığı intim sahə kimi götürülür. Ev, otaq, künc, yuva kimi yaxın məkanlar insanın uşaqlıq təəssüratlarını qoruyan, xəyalın və xatirənin formalaşmasına şərait yaradan daxili məkanlara çevrilir. G.Başlyarın üçün uşaqlıq yaddaşı sadəcə keçmişdə qalmış hadisələrin siyahısı deyil; həmin yaşantıların sonrakı həyat və təxəyyül içində yenidən canlanmasıdır.

Bu baxış IX qat üçün əsas nəzəri istiqaməti müəyyənləşdirir: yaddaşın ən dərin qatına keçmək üçün yalnız xatırlanan hadisələrə deyil, həmin hadisələrin insanın daxilində ilk dəfə hansı obraz, duyğu və söz şəklində yarandığına baxmaq lazımdır.

IX fəlsəfi qat üçün daha mühüm olan məqam tədqiqatla yaradıcılığın bir nöqtədə qovuşmasıdır. A.Ziyadın uşaq ədəbiyyatına yönələn tədqiqatları bu baxımdan onun yaradıcılıq yolunda təsadüfi bir mövzu dəyişikliyi kimi görünmür. 2017-ci ildən başlayaraq bu sahədə apardığı araşdırmalar, xüsusən Zahid Xəlil və Zaur Ustac yaradıcılığına həsr etdiyi monoqrafiyalar, onlarla məqalə uşağın poetik dünyasının necə qurulduğu məsələsinə elmi marağının göstəricisidir.

“Zahid Xəlil yaradıcılığının nəzəri-poetik sistemi: konseptual-çərçivə və metodoloji yanaşma” və “Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə” adlı monoqrafiyalarda diqqət konkret müəlliflərin yaradıcılığı üzərində cəmlənsə də, bu tədqiqatların arxasında daha geniş məsələ dayanır: uşaq dünyasının poeziyada hansı bədii və düşüncə mexanizmləri ilə yaradılması.

Z.Ustacın yaradıcılığının Zahid Xəlil, Qəşəm İsabəyli və Rafiq Yusifoğlu ilə müqayisəli müstəvidə nəzərdən keçirilməsi də bu baxışın çərçivəsini genişləndirir. Burada uşaq poeziyasına yalnız mövzu kimi deyil, ayrıca poetik düşüncə sahəsi kimi yanaşılır.A.Ziyad uşaqlıq dünyasının necə qurulduğunu, hansı sözlərdən, obrazlardan, münasibətlərdən və yaddaş elementlərindən ibarət olduğunu araşdırır.

A.Ziyad uşaq ədəbiyyatına kənardan baxan tədqiqatçı mövqeyi nümayiş etdirmir.Onun özünün də uşaqlar üçün yazdığı “Sevda, Babək və dostları” adlı kitabı nəşr edilib. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” və “Qara, məxmər gecələrim” kitablarında bu silsilə ayrıca bölmə kimi verilmişdir.A.Ziyadın özünün uşaq şeirlərin olması tədqiqatçı baxışına başqa bir istiqamət əlavə edir.

Beləliklə, IX qatın əsas məsələsi yalnız “A.Ziyad uşaq ədəbiyyatını araşdırıb” demək deyil. Məsələ ondadır ki, uşaq dünyasına tədqiqatçı kimi baxan insanın öz yaradıcılığında həmin dünyanın poetik mexanizmləri necə üzə çıxır və bu mexanizmlər yaddaşın formalaşması ilə necə əlaqələnir?

Uşaqlıq: yaddaşın deyil,

yaddaşın yaranmasının məkanı

G.Başlyarın məkan fəlsəfəsinin bu qatda ən mühüm tərəfi uşaqlığın yalnız zaman mərhələsi kimi deyil, insanın daxili dünyasının ilkin məkanı kimi anlaşılmasıdır. Uşaqlıqda yaşanan hər hadisə gələcəkdə eyni şəkildə xatırlanmır. Bəzən böyük hadisələr unudulur, çox kiçik bir detal isə yaddaşda qalır. Çünki yaddaş hadisənin böyüklüyünə görə deyil, onun insanın daxili dünyasında yaratdığı izə görə işləyir.

Uşaq üçün dünyanın ölçüsü də böyüklərinkindən fərqlidir. Yaşlı adamların əhəmiyyətsiz hesab etdiyi bir hadisə uşağın dünyasında ciddi emosional hadisəyə çevrilə bilər. “Sevda, Babək və dostları” kitabındakı “Qənd balam, şəkər balam” şeirində bu xüsusiyyət xüsusilə aydın görünür. Uşağın yeni-yeni dil açması sadəcə fizioloji inkişaf faktı kimi təqdim edilmir. “Bal tökülür dodağından” ifadəsi ilə ilk sözlər poetik hadisəyə çevrilir. Uşağın danışmağa həvəsi, sözün ardınca söz gətirməsi, hər sözün bir nəğmə kimi səslənməsi onun dünyasında dilin necə meydana gəldiyini göstərir.

Burada G.Başlyarın nəzəri fikri ilə A.Ziyadın poetik nümunəsi arasında təbii bir əlaqə yaranır. G.Başlyar üçün insanın ilkin məkanı onun sonrakı təxəyyülünün daxili materialını hazırlayırsa, A.Ziyadın şeirində də uşağın ilk danışığı adi məişət faktı olaraq qalmır; sonralar xatırlana biləcək poetik obraza çevrilir. Uşağın ilk sözü burada həm dilin, həm də yaddaşın başlanğıcıdır.

Eyni xüsusiyyət saçının kəsilməsi ilə bağlı şeirdə də görünür. Böyüklər üçün sadə bir məişət hadisəsi olan saç kəsilməsi uşaq üçün itkiyə çevrilir. “İndi o saçının harasın darasın?” sualının təkrarı (əslində, təkriri) uşağın həmin hadisəni necə qəbul etdiyini göstərir. Təkrir burada yalnız ritmik vasitə deyil; uşağın fikrinin eyni nöqtənin ətrafında dolaşmasını, baş vermiş dəyişikliklə barışa bilməməsini ifadə edir.

Bu nümunələr göstərir ki, uşaqlıq yaddaşının materialı çox vaxt böyük hadisələrdən yox, ilk dəfə yaşanan kiçik təcrübələrdən yaranır. Sonrakı yaradıcılıq üçün əhəmiyyət daşıyan da həmin hadisələrin böyüklüyü deyil, onların uşağın daxili dünyasında yaratdığı münasibətdir.

Məkan xatirədən

obraza çevriləndə

G.Başlyarın məkan poetikasında uşaqlıq məkanının mühüm xüsusiyyətlərindən biri onun yalnız xatırlanan yer olmamasıdır. İnsan həmin məkanı sonradan xəyalında yenidən qurur. Buna görə də, poetik təxəyyül keçmişi olduğu kimi təkrarlamır, onu yenidən görür və yeni obraz münasibətləri içində yaşadır.

A.Ziyadın “Arazxan evcik tikir” şeiri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Uşaq domino daşlarından ev qurur. Hər dəfə sonuncu daşı qoyanda “ev” dağılır. Sonda bacısı Sevda köməyə gəlir.

Bu sadə uşaq oyununun arxasında uşağın məkanla münasibətinin mühüm xüsusiyyəti dayanır: uşaq üçün qurmaq son nəticə deyil, qurmağın özüdür. Ev yalnız hazır konstruksiya deyil; onun qurulması, dağılması və yenidən qurulması təxəyyülün hərəkətidir.

G.Başlyarın məkan fəlsəfəsi baxımından yanaşdıqda bu detal təsadüfi görünmür. Ev insanın ən ilkin daxili məkanlarından biridir. A.Ziyadın şeirində isə ev artıq hazır yaşayış məkanı kimi deyil, uşağın öz əli ilə yaratdığı xəyal məkanı kimi meydana çıxır. Deməli, burada məkan yaddaşın saxlandığı yer olmaqdan əvvəl təxəyyülün qurduğu yerə çevrilir.

“Qar yağışı” şeirində də təbiət uşağın baxışında adi fiziki hadisə olmaqdan çıxır. Qarın hərəkəti, səsi, görünüşü və kənddən şəhərə qədər yayılması uşaq təxəyyülünün dili ilə canlandırılır. Kiçik Babəkin qarla oynamaq istəyi isə təbiəti müşahidə etməkdən onu öz oyun məkanına çevirməyə keçidi göstərir.

“Bütöv dünya mənimdi” şeirində bu münasibət daha da genişlənir. Uşağın dünyaya münasibəti sərhədlərlə müəyyənləşmir: günəş, çiçəklər, çöl və ətraf aləm onun təxəyyülündə bir bütöv məkan kimi qavranılır. Bu, uşağın dünyanı mənimsəməsinin poetik formasıdır.

Beləliklə, G.Başlyarın nəzəriyyəsindəki “məkan → xəyal” əlaqəsi A.Ziyadın uşaqlar üçün yazdığı şeirlərdə “ətraf aləm → uşaq baxışı → oyun və obraz” formasında konkretləşir.

İlk sözün arxasında

ilk dünya

Uşağın dili böyüklərin dilinin sadələşdirilmiş forması deyil, uşaq sözü öz təcrübəsinin içindən qəbul edir. Bu səbəbdən böyüklərin məcazi, zarafat və ya şərti şəkildə işlətdiyi ifadələr uşaq üçün həqiqi məna daşıya bilər.

“Sadəlövhlük” şeirində uşağın Könülün “vay, ürəyim düşdü” ifadəsini həqiqi mənada qəbul etməsi bunun sadə, lakin dəqiq nümunəsidir. Ana zarafatla “get, axtar quzum” deyir, uşaq isə böyüyün dil oyununu öz məntiqi ilə qəbul edir.

Burada əsas məsələ sadəlövhlük deyil. Şeir uşağın dil ilə dünya arasında qurduğu birbaşa münasibəti göstərir. Böyük insan artıq məcazın şərtiliyini bilir; uşaq isə sözün arxasında konkret hadisə axtarır. Deməli, uşağın poetik dünyasının ilkin xüsusiyyət­lərindən biri sözün əşya və hadisə ilə hələ tam ayrılmadığı mərhələdir.

Bu cəhət IX qat üçün əhəmiyyətlidir. Çünki yaddaşın arxeologiyası yalnız keçmiş hadisələri tapmaq deyil, həmin hadisələrin ilkin dilini də axtarmaqdır. İnsan dünyanı ilk dəfə hansı sözlərlə adlandırıbsa, sonrakı düşüncəsində həmin sözlərin izi qala bilər.

Bu baxımdan A.Ziyadın uşaq ədəbiyyatına tədqiqatçı münasibəti ilə öz uşaq şeirləri arasında daxili bir yaxınlıq görünür. Tədqiqatçı kimi o, uşağa təqdim edilən sözün keyfiyyətinə, poetik imkanına və uşağın dünyasına yaxınlığına diqqət yetirir. Mənbədə də onun uşaq ədəbiyyatı təhlilində əsas məsələlərdən birinin mətnin uşağın dünyasına nə dərəcədə yaxın olması olduğu vurğulanır.

Uşaq sual verəndə

mədəni yaddaş danışmağa başlayır

Uşaqlıq dünyasının mühüm xüsusiyyətlərindən biri də sualdır. Uşaq böyüklər üçün hazır və dəyişməz görünən mənaları sorğulaya bilir. Bu suallar bəzən sadə görünsə də, onların altında mədəni yaddaşla fərdi düşüncə arasında ilk qarşılaşma dayanır.

A.Ziyadın qarğa ilə bağlı şeirində uşağın “xeyir söylə, a qarğa” ifadəsinin yalnız boz qarğaya aid edilməsini soruşması belə bir nümunədir. Uşaq burada sadəcə quş haqqında sual vermir. O, böyüklərdən eşitdiyi bir ifadənin daxili məntiqini yoxlayır: əgər bir qarğaya “xeyir söylə” deyilirsə, niyə başqa qarğaya deyilmir?

Bu sualın əhəmiyyəti onun cavabında deyil, sualın özündədir. Çünki uşağın dünyasında artıq şifahi-mədəni yaddaşın bir parçası yaşayır, lakin uşaq onu olduğu kimi qəbul etməklə kifayətlənmir. O, həmin yaddaş elementinə öz sualını verir.

Bu, yaddaşın mexaniki ötürülməsi deyil. Mədəni yaddaş uşağın şüuruna daxil olur, lakin orada yenidən işlənir. Beləliklə, fərdi təfəkkür ilə kollektiv yaddaşın ilk əlaqələrindən biri yaranır.

“Bir ala qarğa…” şeirində də “xeyir söylə” ifadəsinin uşaqların kollektiv çağırışına çevrilməsi həmin prosesin başqa formasını göstərir. Burada artıq fərdi sual yox, kollektiv oyun və təkrar var. Folklorsayağı ifadə uşaqların dilinə daxil olaraq onların oyun dünyasının bir hissəsinə çevrilir.

Bu nümunələr A.Ziyadın uşaq ədəbiyyatı tədqiqatlarında diqqət çəkən məsələni də aydınlaşdırır: uşaq mətnində milli və mədəni yaddaş yalnız mövzu kimi təqdim olunmur. O, dilin içində, ifadədə, ritmdə, sualda və obrazda yaşayır.

Oyun:

yaddaşın ilk yaradıcı forması

Uşağın təxəyyülü oyun zamanı özünü daha aydın göstərir. Çünki oyun zamanı uşaq hazır dünyanı sadəcə qəbul etmir, onu dəyişdirir.

“Çapar oğlan” bu baxımdan IX qatın ən mühüm nümunələrindən biridir. Taxta qılınc, qamış at, uşaqların dəstəsi və “düşmənə hücum” oyunu uşağın təxəyyülündə Koroğlu obrazı ilə birləşir. Burada Koroğlu haqqında abstrakt məlumat verilmir. Milli-epik yaddaş uşağın oyununa daxil olur və uşaq özünü həmin dünyanın içində təsəvvür edir.

Bu, yaddaşın canlı mexanizmidir. Koroğlu adı sadəcə keçmişdən qalmış bir ədəbi surət olaraq saxlanılmır; uşağın oyununda yenidən hərəkətə gəlir.

G.Başlyarın uşaqlıq təəssüratlarının sonrakı xəyal dünyasında yaşaması haqqında düşüncəsi ilə bu nümunə arasında mühüm paralellik yaranır. Uşağın qarşısında hazır tarixi-epik dünya dayanır, lakin təxəyyül onu olduğu kimi təkrarlamır. Taxta qılınc həqiqi qılınca, qamış at həqiqi ata, uşaq isə öz xəyalında Koroğluya çevrilir.

Deməli, kollektiv yaddaşın uşağa keçməsinin ən təsirli yollarından biri onun oyuna çevrilməsidir. Yaddaş oyunla birləşəndə artıq kənardan öyrədilən məlumat deyil, uşağın öz təcrübəsinin bir hissəsi olur.

Ailə yaddaşı

gələcək haqqında təsəvvürə çevriləndə

Uşaq dünyası yalnız oyun və xəyal dünyası deyil. Ailə münasibətləri də həmin dünyanın ilkin mənəvi məkanını yaradır. Uşaq öz gələcəyini çox vaxt ətrafındakı böyüklərin həyatına baxaraq təsəvvür edir.

“Neftçi olacağam” şeirində uşağın atasını işə yola salması və gələcəkdə onun kimi neftçi olmaq istəməsi bu baxımdan diqqətəlayiqdir. Burada peşə seçimi haqqında abstrakt fikir yoxdur. Uşağın gələcək təsəvvürü gündəlik ailə mənzərəsindən doğur. Ata işləyir, uşaq onu müşahidə edir və öz gələcəyini həmin müşahidənin davamı kimi qurur.

Beləliklə, uşaqlıq yaddaşı yalnız keçmişi saxlamır; gələcəyin ilkin obrazlarını da yaradır.

Bu xüsusiyyət G.Başlyarın uşaqlıq məkanına verdiyi əhəmiyyətlə səsləşir. İnsanın ilkin intim dünyasında formalaşan obrazlar yalnız keçmişə aid olmur. Onlar gələcək haqqında təsəvvürlərin də materialına çevrilir. Uşağın “mən nə olacağam?” sualına verdiyi ilk cavab çox vaxt “mən kimləri görürəm?” müşahidəsindən yaranır.

Uşaq oyunu

tarixlə qarşılaşanda

“Sevda, Babək və dostları” kitabındakı “Atam deyir ki…” şeiri IX qatın fəlsəfi mərkəzinə daha yaxın dayanır. Çünki burada uşağın oyunu ilə böyüyün yaddaşı bir nöqtədə qarşılaşır.

Uşaq müharibə oyunu oynayır. Ata isə bildirir ki, vaxtilə böyüklər də belə oyun oynayırdılar, bir-birlərini düşmən kimi təsəvvür edirdilər. Lakin sonra həqiqi müharibə gəldi və oyun gerçəkliyə çevrilərək insanların ürəyini dağıtdı. Bundan sonra onlar müharibə oyunu oynamadılar.

Bu şeir uşaqlıq yaddaşı ilə tarixi yaddaş arasındakı münasibəti çox sadə bir ailə dialoqu içində qurur. Uşaq üçün müharibə əvvəlcə oyundur. Ata üçün isə artıq yaşanmış həqiqətdir.

Burada yaddaşın ötürülməsi dərslik, tarix kitabı və ya rəsmi izah vasitəsilə baş vermir. Bir atanın sözü uşağın oyununa daxil olur və oyunun mənasını dəyişir.

Bu məqam “sözün yaddaş arxeologiyası” anlayışı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki burada keçmişin izi birbaşa hadisənin təsvirində deyil, bir nəsildən digərinə keçən cümlədə yaşayır. Uşaq həmin cümləni eşidərək öz oyununun içində yeni məna ilə qarşılaşır.

G.Başlyarın fəlsəfəsi ilə A.Ziyadın bu şeiri arasındakı əlaqə də burada daha aydın görünür: uşaqlıq insanın daxili dünyasının ilk məkanıdırsa, ailə həmin məkanın ilk yaddaş mühitlərindən biridir. Uşağın eşitdiyi söz sonralar onun dünyaya münasibətində iştirak edə bilər.

Tədqiqatçı baxışı ilə

yaradıcı təcrübə arasında

A.Ziyadın uşaq ədəbiyyatına münasibətinin əhəmiyyəti yalnız onun bu sahədə yazdığı tədqiqatların sayında deyil. Əsas məsələ onun uşaq dünyasına hansı mövqedən yanaşmasıdır.

2017-ci ildən başlayan araşdırmalarında onun diqqətinin əsasən uşaq şairləri Zahid Xəlil və Zaur Ustac yaradıcılığı üzərində cəmləndiyi, bu tədqiqatlarda uşaq poeziyasının sənətkarlıq sistemi, poetik dil və uşaq dünyasının ifadə imkanlarının araşdırıldığı mənbədə göstərilir. Zaur Ustacın yaradıcılığı ilə yanaşı Zahid Xəlil, Qəşəm İsabəyli və Rafiq Yusifoğlu kimi müəlliflərlə müqayisələr də aparılır.

Bu fakt IX qatın əsas fəlsəfi məsələsini daha da dəqiqləşdirir. A.Ziyad əvvəlcə uşağın ədəbiyyatda necə göründüyünü araşdırır: “uşaq üçün yazılan söz necə olmalıdır, hansı poetik vasitələr onun dünyasına yaxınlaşa bilir, milli və mənəvi məzmun uşağın qavrayışına necə daxil olur?”

Sonra isə onun öz “Sevda, Babək və dostları” kitabında uşaq dünyasına yaradıcı mövqedən yanaşması görünür. Kitabdakı şeirlərdə ilk söz, ilk həyəcan, ilk qorxu, ilk sual, oyun, ailə münasibəti, təbiət, peşə arzusu, folklorsayağı ifadə və tarixi yaddaş kimi müxtəlif elementlər uşağın baxış bucağından təqdim olunur. Kitabın məzmununda bu mövzuların bir silsilə halında yerləşməsi də həmin istiqamətin sistemli olduğunu göstərir.

Burada tədqiqatçı ilə şair arasında mexaniki eynilik yaratmaq düzgün olmaz. Lakin hər iki istiqamətdə bir ortaq diqqət görünür: uşaq dünyasının sözə necə çevrildiyi.

Tədqiqatçı bu prosesi başqasının yaradıcılığında araşdırır. Şair isə onu öz poetik təcrübəsində sınaqdan keçirir.

IX qatın əsl fəlsəfi yükü də məhz bu iki baxışın kəsişməsində yaranır.

Yaddaşın

ilkin arxivi

Beləliklə, IX qat bizi yaddaşın özündən daha əvvəlki bir mərhələyə gətirir: yaddaşın yaranma mərhələsinə.

Uşağın ilk sözü burada sadəcə danışmağa başlamaq deyil. o, dil ilə dünya arasındakı ilk əlaqədir.

Saçının kəsilməsi ilə bağlı kiçik inciklik sadəcə uşaq şıltaqlığı (kaprizi) deyil, o, itki hissinin ilk təcrübələrindən biridir:

– “Sadəlövhlük”də sözün birbaşa mənası uşağın dünyanı necə qəbul etdiyini,

– Qarğa haqqında sual mədəni yaddaşın uşaq şüurunda necə sorğuya çevrildiyini göstərir;

– “Çapar oğlan”da Koroğlu uşağın oyununa daxil olur və epik yaddaş canlı təxəyyülə,

– “Arazxan evcik tikir”də məkan uşaq xəyalının qurduğu və yenidən qurduğu dünyaya çevrilir;

– “Neftçi olacağam”da ailə münasibəti gələcəyin ilk obrazını yaradır;

– “Atam deyir ki…” şeirində isə ailənin yaddaşı uşağın oyununa daxil olaraq onu tarixi yaddaşla qarşılaşdırır.

Bütün bunlar ilk baxışda bir-birindən ayrı mövzular kimi görünə bilər. Lakin onların altında eyni proses gedir: insan dünyanı əvvəlcə yaşayır, sonra ona ad verir, onu oyununda yenidən qurur, sual verir, eşitdiyi sözləri mənalandırır və həmin yaşantılar zaman keçdikcə yaddaşın materialına çevrilir.

G.Başlyarın fəlsəfəsində uşaqlıq məkanı insanın daxili dünyasının mühüm başlanğıc nöqtəsidirsə, A.Ziyadın uşaq ədəbiyyatı ilə bağlı tədqiqat və yaradıcılıq təcrübəsi bu başlanğıc nöqtəsinin ədəbiyyatda hansı formalarda üzə çıxa bildiyini göstərir.

Bu baxımdan “sözün yaddaş arxeologiyası” yalnız keçmişin dərinliklərində gizlən­miş xatirələri axtarmaq demək deyil. Daha dərin məsələ budur: həmin yaddaşın ilk materialları harada yaranmışdı?

Cavab IX qatda aydınlaşır: ilk sözün içində, ilk evin və otağın duyğusunda, ailə söhbətində, uşağın verdiyi ilk sualda, qurduğu evcikdə, oynadığı oyunda, eşitdiyi nağıl və folklor ifadəsində, atasından eşitdiyi müharibə xatirəsində.

Deməli, yaddaşın arxivi sonradan qurulmur. Onun ilk səhifələri insanın uşaqlıq təcrübəsində yazılmağa başlayır.

Və söz həmin səhifələrin ən davamlı daşıyıcılarından biridir.

Bu səbəbdən IX qatın fəlsəfi nəticəsi uşaqlığın sadəcə “gözəl və saf dövr” olması deyil. Belə ümumiləşdirmə məsələnin mahiyyətini kiçildə bilər. Əsas məsələ budur ki, uşaqlıq insanın dünyanı ilk dəfə mənalandırdığı daxili məkandır; təxəyyül həmin məkanda formalaşır, dil onun ilk ifadə vasitəsinə çevrilir, yaddaş isə yaşantıları zamanın içindən keçirərək saxlayır.

A.Ziyadın uşaq ədəbiyyatına yönəlmiş tədqiqatları ilə öz uşaq şeirlərinin birlikdə nəzərdən keçirilməsi bu prosesi iki istiqamətdən göstərir: biri uşağın dünyasının ədəbiyyatda necə qurulduğunu araşdırır, digəri həmin dünyanın özünü poetik sözə çevirir.

Beləcə, VIII qatda insanın içində sözə çevrilən yaşantının ardınca IX qat həmin yaşantının daha ilkin mənbəyinə – uşaqlığın daxili məkanına qayıdır.

Yaddaşın ən dərin qatı bəzən xatırladığımız hadisənin özündə deyil, həmin hadisəni ilk dəfə necə yaşadığımızdadır. Söz isə həmin ilkin yaşantının zaman içindən keçərək bu günə gəlib çatan izidir.

Sevda Ziyad (İsgəndərova),

araşdırmaçı

AYƏTXAN ZİYADIN YAZILARI

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏLİŞİR NƏVAİNİN ƏSƏRLƏRİNDƏ QADIN OBRAZLARI VƏ QADINA MÜNASİBƏT

ƏLİŞİR NƏVAİNİN ƏSƏRLƏRİNDƏ QADIN OBRAZLARI VƏ QADINA MÜNASİBƏT

Annotasiya

          Məqalədə böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığında qadın obrazlarının bədii-estetik və mənəvi xüsusiyyətləri araşdırılır. Şairin “Xəmsə”yə daxil olan “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səb’əyi-səyyar” və “Səddi-İsgəndəri” poemaları, eləcə də digər əsərləri əsasında qadın obrazlarının poetik funksiyası, mənəvi keyfiyyətləri və cəmiyyətdəki mövqeyinə münasibət təhlil edilir. Tədqiqatda Şirin, Leyli, Məhınbanu, Dilaram, Rövşənək və digər qadın obrazlarının timsalında Nəvainin qadını yalnız gözəllik və məhəbbət obyekti kimi deyil, həm də iradə, sədaqət, ağıl, mənəvi kamillik və humanist dəyərlərin daşıyıcısı kimi təqdim etdiyi göstərilir. Məqalədə qadın obrazlarının Nəvai yaradıcılığında həm fərdi xarakterlərin formalaşdırılması, həm də əsərlərin ideya-bədii məzmununun açılması baxımından mühüm rol oynadığı əsaslandırılır.

Açar sözlər: Əlişir Nəvai, qadın obrazı, Şirin, Leyli, Məhınbanu, Dilaram, “Xəmsə”, humanizm, mənəvi kamillik, Şərq ədəbiyyatı.

          Şərq ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edən klassik ədəbi irs insanın mənəvi dünyasının, əxlaqi keyfiyyətlərinin və cəmiyyətlə münasibətlərinin bədii şəkildə ifadəsi baxımından zəngin mənbədir. Bu ədəbi ənənənin ən böyük nümayəndələrindən biri Əlişir Nəvaidir. XV əsrdə yaşamış böyük şair, mütəfəkkir və dövlət xadimi olan Nəvai öz yaradıcılığında insan, cəmiyyət, ədalət, məhəbbət, sədaqət, elm və mənəvi kamillik kimi mühüm məsələlərə geniş yer vermişdir. Nəvai yaradıcılığında qadın obrazları da xüsusi əhəmiyyət daşıyır. Şairin yaratdığı qadın obrazları yalnız məhəbbət süjetlərinin iştirakçıları deyil, əsərlərin ideya məzmununun formalaşmasında fəal rol oynayan bədii xarakterlərdir. Şirin, Leyli, Məhınbanu, Dilaram, Rövşənək və digər qadın obrazlarında gözəlliklə yanaşı, ağıl, sədaqət, iradə, mərdlik, mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətlər ön plana çəkilir. Tədqiqatlarda da Nəvainin qadın obrazlarını yalnız xarici gözəlliklə məhdudlaşdırmadığı, onların mənəvi və əxlaqi xüsusiyyətlərini də geniş şəkildə təqdim etdiyi vurğulanır. Ədəbiyyat tarixində elə sənətkarlar vardır ki, onların yaradıcılığı yalnız müəyyən bir dövrün ədəbi-estetik düşüncəsini əks etdirməklə məhdudlaşmır, sonrakı əsrlərin ictimai, mənəvi və mədəni dünyagörüşünə də ciddi təsir göstərir. Belə sənətkarların əsərləri zaman və məkan sərhədlərini aşaraq müxtəlif nəsillərin düşüncə və mənəviyyat dünyasına müraciət edir. Türk dünyasının klassik ədəbi-mədəni irsində Əlişir Nəvai məhz belə universal əhəmiyyət daşıyan şəxsiyyətlərdən biridir. Onun zəngin yaradıcılığı türk ədəbi dilinin və ədəbiyyatının inkişafında mühüm mərhələ olmaqla yanaşı, insan, cəmiyyət, əxlaq, ədalət, məhəbbət, mənəvi kamillik, elm, bilik və insan ləyaqəti kimi ümumbəşəri məsələlərin bədii-fəlsəfi şəkildə ifadəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Əlişir Nəvai XV əsr Şərq mədəniyyətinin ən böyük nümayəndələrindən biri kimi yalnız şair deyil, eyni zamanda mütəfəkkir, dilçi, ədəbiyyat nəzəriyyəçisi, dövlət xadimi və mədəniyyət hamisi kimi tanınır. Onun çoxşaxəli fəaliyyəti türk-islam mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Nəvai yaradıcılığının əsas xüsusiyyətlərindən biri insanı və onun mənəvi dünyasını yaradıcılığının mərkəzinə gətirməsidir. Şairin əsərlərində insanın daxili aləmi, sevgi və sədaqət hissləri, yaxşılıq və pislik arasındakı mübarizə, ədalət və zülm məsələləri, elm və savadın insan həyatındakı rolu geniş şəkildə əks olunur. Bu baxımdan Nəvai irsinin tədqiqi yalnız onun poetik sənətkarlığının öyrənilməsi deyil, həm də dövrün mənəvi və sosial düşüncəsinin araşdırılması baxımından əhəmiyyətlidir. Nəvai yaradıcılığının mühüm tədqiqat istiqamətlərindən biri də əsərlərində qadın obrazlarının təqdimatı və şairin qadına münasibətidir. Klassik Şərq ədəbiyyatında qadın obrazı müxtəlif poetik və fəlsəfi funksiyalar daşımışdır. Qadın bəzən məhəbbətin və gözəlliyin simvolu, bəzən sədaqət və fədakarlığın təcəssümü, bəzən mənəvi kamilliyə aparan vasitə, bəzən isə cəmiyyətin müəyyən etdiyi qaydalarla fərdi arzular arasındakı ziddiyyətin daşıyıcısı kimi təqdim edilmişdir. Bu baxımdan Nəvai yaradıcılığında qadın obrazlarının öyrənilməsi klassik Şərq poetikasında qadın anlayışının xüsusiyyətlərini müəyyənləşdirmək üçün mühüm imkan yaradır. Nəvainin əsərlərində qadın obrazları sadəcə hadisələrin iştirakçısı və ya kişi qəhrəmanların məhəbbət obyektləri kimi çıxış etmirlər. Əksinə, bir sıra qadın obrazları əsərin ideya istiqamətinin müəyyənləşməsində, qəhrəmanların xarakterinin açılmasında və əsas mənəvi problemlərin təqdim edilməsində mühüm funksiyaya malikdir. Bu obrazların hər biri özünəməxsus xarakter xüsusiyyətləri ilə seçilir. Onların arasında sədaqətli sevgili, müdrik qadın, iradəli şəxsiyyət, ana, hökmdar, məsləhətçi və mənəvi dayaq rolunda çıxış edən obrazlara rast gəlmək mümkündür. Bu müxtəliflik Nəvainin qadın dünyasına münasibətinin çoxşaxəli xarakter daşıdığını göstərir. Xüsusilə “Xəmsə”yə daxil olan poemalar qadın obrazlarının zənginliyi və onların ideya-bədii funksiyası baxımından diqqəti cəlb edir. “Fərhad və Şirin” poemasında Şirin və Məhınbanu, “Leyli və Məcnun” əsərində Leyli və onun ətrafındakı qadın obrazları, “Səb’əyi-səyyar” poemasında Dilaram və müxtəlif hekayələrdə təqdim olunan qadın surətləri Nəvai yaradıcılığında qadının bədii təqdimatının müxtəlif istiqamətlərini nümayiş etdirir. Bu obrazların müqayisəli şəkildə araşdırılması şairin qadına münasibətinin yalnız məhəbbət poetikası ilə məhdudlaşmadığını, onun daha geniş mənəvi və ictimai məzmun daşıdığını göstərir. Nəvainin qadın obrazlarına münasibətini araşdırarkən ilk növbədə onun gözəllik anlayışına diqqət yetirmək lazımdır. Şairin poetik dünyasında gözəllik yalnız zahiri görünüşlə müəyyənləşmir. Zahiri gözəllik mənəvi zənginlik, ağıl, sədaqət, mərdlik və əxlaqi kamilliklə tamamlandıqda həqiqi dəyər qazanır. Bu baxımdan Nəvai əsərlərində qadın obrazlarının təsviri iki əsas istiqamətin vəhdətində meydana çıxır: zahiri gözəllik və daxili-mənəvi gözəllik. Şairin yaratdığı qadın surətlərinin bir çoxunda bu iki xüsusiyyət bir-birindən ayrılmaz şəkildə təqdim edilir. Nəvainin qadın obrazlarının xarakterik cəhətlərindən biri də onların mənəvi iradəyə malik şəxsiyyətlər kimi təsvir olunmasıdır. Məsələn, “Fərhad və Şirin” poemasında Şirin yalnız gözəl və sevilən qadın deyil, öz mövqeyi, düşüncəsi və iradəsi olan obrazdır. Onun xarakterində sədaqət, ağıl və mənəvi möhkəmlik kimi xüsusiyyətlər ön plana çəkilir. Şirin obrazının bu şəkildə təqdim edilməsi qadının passiv və hadisələrin gedişindən asılı bir obraz kimi deyil, müəyyən mənada hadisələrin mənəvi istiqamətinə təsir göstərən şəxsiyyət kimi dərk edilməsinə imkan verir. Məhınbanu obrazı isə qadının sosial və idarəçilik imkanlarının təsviri baxımından xüsusi maraq doğurur. Onun müdrikliyi, tədbirliliyi və hadisələrə münasibətdə rasional mövqeyi Nəvai yaradıcılığında qadın obrazının yalnız ailə və məhəbbət müstəvisində təqdim edilmədiyini göstərir. Bu obraz vasitəsilə qadının ictimai həyatdakı mövqeyi və qərarvermə qabiliyyəti də bədii şəkildə ifadə olunur. Beləliklə, Məhınbanu obrazı Nəvai yaradıcılığında qadın şəxsiyyətinin sosial aspektinin araşdırılması üçün əhəmiyyətli material verir. “Leyli və Məcnun” poemasında isə qadın obrazının təqdimatı daha çox məhəbbət, sədaqət, mənəvi dözüm və ictimai məhdudiyyətlər kontekstində meydana çıxır. Leyli klassik Şərq ədəbiyyatının ən məşhur qadın obrazlarından biri olmaqla yanaşı, Nəvai yaradıcılığında özünəməxsus bədii xüsusiyyətlər qazanır. Onun taleyi fərdi hisslərlə cəmiyyətin müəyyən etdiyi qaydalar arasındakı mürəkkəb münasibəti əks etdirir. Leylinin yaşadığı daxili iztirablar, məhəbbətə sədaqəti və qarşılaşdığı maneələr əsərin faciəvi məzmununun formalaşmasında mühüm rol oynayır. Burada mühüm məsələlərdən biri də Nəvainin qadın və kişi obrazları arasında yaratdığı mənəvi münasibətlər sistemidir. Şairin əsərlərində qəhrəmanların mənəvi dəyəri onların sosial statusu və ya zahiri xüsusiyyətləri ilə deyil, daha çox davranışları, seçimləri və insani keyfiyyətləri ilə müəyyənləşir. Qadın obrazlarının sədaqəti, iradəsi və mənəvi təmizliyi kişi qəhrəmanların xarakterinin açılmasına da təsir edir. Beləliklə, qadın obrazı əsərin ümumi ideyasından kənarda qalmır, əksinə, həmin ideyanın formalaşmasında iştirak edir. Nəvai yaradıcılığında qadın obrazlarının öyrənilməsi həm də klassik ədəbiyyatın gender baxımından tədqiqi üçün maraqlı imkanlar yaradır. Lakin bu obrazları müasir gender anlayışları ilə birbaşa eyniləşdirmək və XV əsrin ədəbi nümunələrini yalnız müasir sosial meyarlarla qiymətləndirmək düzgün metodoloji yanaşma olmazdı. Nəvai yaradıcılığında qadın obrazlarının mahiyyətini daha düzgün müəyyənləşdirmək üçün həmin əsərlərin yarandığı tarixi, sosial, dini, fəlsəfi və ədəbi mühit nəzərə alınmalıdır. Eyni zamanda, klassik poetik ənənənin xüsusiyyətləri, məhəbbət və təsəvvüf anlayışları, Şərq dastan və məsnəvi ənənəsi də nəzərdən keçirilməlidir. Nəvai yaradıcılığının qadın obrazlarının araşdırılması onun humanizm konsepsiyası ilə də sıx bağlıdır. Şairin humanist dünyagörüşündə insanın mənəvi dəyəri mühüm yer tutur. İnsan şəxsiyyətinə hörmət, ədalət, mərhəmət, xeyirxahlıq və mənəvi kamillik onun əsərlərinin aparıcı ideyalarındandır. Qadın obrazlarının bu dəyərlər çərçivəsində təqdim edilməsi Nəvainin insan haqqında düşüncələrinin daha geniş şəkildə anlaşılmasına imkan verir. Bu baxımdan qadın obrazlarının öyrənilməsi yalnız obrazşünaslıq məsələsi deyil, həm də Nəvainin fəlsəfi-estetik görüşlərinin tədqiqi üçün mühüm istiqamətdir. Digər tərəfdən, Nəvai əsərlərində qadın obrazlarının müxtəlifliyi şairin həyat və insan münasibətlərinə realist müşahidə qabiliyyətini də göstərir. Onun yaratdığı qadın surətləri eyni xarakterə malik deyildir. Hər bir obraz müəyyən fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə Nəvainin obraz yaratmaq sənətinin zənginliyini göstərməklə yanaşı, onun qadın dünyasının daxili mürəkkəbliyinə diqqət yetirdiyini də nümayiş etdirir. Nəvainin qadın obrazları məhəbbət anlayışının müxtəlif tərəflərini də açmağa xidmət edir. Şair üçün məhəbbət yalnız iki insan arasındakı hissi münasibət deyil, insanın mənəvi dünyasını dəyişdirən və onu kamilliyə yönəldən qüvvə kimi də təqdim olunur. Bu səbəbdən qadın obrazları Nəvai poetikasında mənəvi yüksəliş və daxili saflaşma ideyalarının ifadəsində xüsusi rol oynayır. Leylinin və Şirinin timsalında məhəbbət sədaqət və fədakarlıqla, daxili gözəlliklə və mənəvi dözümlə əlaqələndirilir. Nəvai yaradıcılığında ana obrazlarının və digər ikinci dərəcəli qadın surətlərinin də ayrıca əhəmiyyəti vardır. Bu obrazlar əsas qəhrəmanların xarakterinin və emosional vəziyyətinin açılmasına kömək etməklə yanaşı, ailə münasibətləri, ana-övlad bağlılığı, qadınlararası münasibətlər və cəmiyyətin mənəvi normaları haqqında müəyyən təsəvvür yaradır. Buna görə də Nəvai əsərlərində qadın obrazlarını yalnız əsas qəhrəmanlarla məhdudlaşdırmaq doğru olmaz. İkinci dərəcəli qadın surətləri də əsərlərin ideya-estetik sisteminin mühüm elementləridir. Əlişir Nəvainin qadın obrazlarının Azərbaycan ədəbiyyatı ilə əlaqəli şəkildə öyrənilməsi də xüsusi maraq doğurur. Nəvai yaradıcılığı ümumtürk ədəbi-mədəni məkanının mühüm tərkib hissəsi olduğundan onun əsərlərindəki qadın obrazlarının Azərbaycan klassik ədəbiyyatındakı qadın surətləri ilə müqayisəsi ortaq poetik xüsusiyyətlərin və fərqli yaradıcılıq yanaşmalarının müəyyənləşdirilməsinə imkan verə bilər. Xüsusilə Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər klassiklərin yaradıcılığında qadın obrazlarının təqdimatı ilə Nəvai yaradıcılığındakı qadın surətlərinin müqayisəsi Şərq ədəbiyyatında qadın obrazının inkişaf xüsusiyyətlərinin araşdırılması baxımından perspektivli istiqamətlərdən biridir. Əlişir Nəvainin əsərlərində qadın obrazlarının öyrənilməsi bir neçə mühüm məsələnin eyni vaxtda araşdırılmasına imkan verir. Buraya şairin estetik gözəllik anlayışı, məhəbbət konsepsiyası, humanist dünyagörüşü, insanın mənəvi kamilliyi haqqında düşüncələri, qadının ailə və cəmiyyət daxilindəki mövqeyinə münasibəti, qadın şəxsiyyətinin iradə və ağıl baxımından təqdimatı, həmçinin klassik Şərq poetikasının qadın obrazlarına yanaşması daxildir. Mövzunun aktuallığı da məhz bununla müəyyənləşir. Əlişir Nəvai irsi bu gün yalnız tarixi-ədəbi abidə kimi deyil, türk dünyasının ortaq mədəni yaddaşının mühüm hissəsi kimi öyrənilir. Onun əsərlərində ifadə olunan insanpərvərlik, mənəvi saflıq, sədaqət, ədalət və ləyaqət kimi dəyərlər müxtəlif dövrlərdə öz əhəmiyyətini qoruyub saxlamışdır. Qadın obrazlarının bu dəyərlər sistemindəki yerinin araşdırılması Nəvai yaradıcılığının yeni aspektlərinin üzə çıxarılmasına, onun poetik irsinin daha geniş və çoxşaxəli şəkildə dərk edilməsinə şərait yaradır. Bu baxımdan məqalədə Əlişir Nəvainin müxtəlif əsərlərində yaradılmış qadın obrazlarının xarakterik xüsusiyyətlərinin müəyyənləşdirilməsi, onların əsərlərin ideya-bədii strukturundakı rolunun araşdırılması və bu obrazlar əsasında şairin qadına münasibətinin əsas istiqamətlərinin üzə çıxarılması qarşıya məqsəd qoyulur. Araşdırmada xüsusilə Şirin, Məhınbanu, Leyli, Dilaram və digər qadın obrazlarının bədii xüsusiyyətlərinə diqqət yetirilərək onların gözəllik, ağıl, sədaqət, iradə, mənəvi kamillik və sosial mövqe baxımından təqdimatı təhlil edilir. Nəvai yaradıcılığında qadın obrazları şairin bədii təfəkkürünün mühüm komponentlərindən biri kimi çıxış edir. Bu obrazlar vasitəsilə yalnız məhəbbət və gözəllik deyil, həm də insanın mənəvi dünyası, seçimləri, iradəsi, cəmiyyətlə münasibəti və mənəvi məsuliyyəti kimi məsələlər ifadə olunur. Ona görə də Nəvainin qadın obrazlarını araşdırmaq, əslində, onun insan və cəmiyyət haqqında düşüncələrinin mühüm bir istiqamətini araşdırmaq deməkdir.

Şirin obrazı: gözəllik, ağıl və iradənin vəhdəti

Əlişir Nəvainin qadın obrazları içərisində Şirin xüsusi mövqeyə malikdir. “Fərhad və Şirin” poemasında Şirin yalnız Fərhadın sevdiyi gözəl qadın kimi təqdim edilmir. O, ağlı, iradəsi, sədaqəti və mənəvi möhkəmliyi ilə seçilən mürəkkəb xarakterdir. Şirin obrazının mühüm xüsusiyyətlərindən biri onun gözəlliyinin mənəvi keyfiyyətlərlə tamamlanmasıdır. Nəvai üçün həqiqi gözəllik yalnız zahiri görünüşdən ibarət deyil. İnsanın mənəvi keyfiyyətləri onun gözəlliyinin ayrılmaz hissəsidir. Bu baxımdan Şirin həm estetik idealı, həm də yüksək əxlaqi dəyərləri təcəssüm etdirən obraz kimi çıxış edir. Şirinin xarakterində sədaqət və iradə mühüm yer tutur. O, hadisələrin gedişində passiv müşahidəçi deyil, öz mövqeyi və seçimləri olan şəxsiyyət kimi görünür. Tədqiqatlarda da Şirin obrazında ağıl, vəfa və məsuliyyət kimi keyfiyyətlərin bir araya gətirildiyi qeyd edilir. Bu xüsusiyyətlər Nəvainin qadına münasibətinin yalnız romantik müstəvidə olmadığını göstərir. Şair qadının mənəvi keyfiyyətlərini insanın kamilliyinin göstəricilərindən biri kimi təqdim edir.

Məhınbanu obrazı və qadının idarəçilik qabiliyyəti

“Fərhad və Şirin” poemasında diqqəti cəlb edən digər qadın obrazı Məhınbanudur. O, yalnız Şirinin yaxın qohumu və ya əsərin hadisələrində iştirak edən köməkçi obraz deyil. Məhınbanu ağıllı, tədbirli və idarəçilik qabiliyyətinə malik şəxs kimi təqdim olunur. Bu obraz xüsusilə ona görə əhəmiyyətlidir ki, Nəvai qadını yalnız ailə və məhəbbət münasibətləri çərçivəsində göstərmir. Məhınbanu timsalında qadının sosial və siyasi məsuliyyət daşıya bilən şəxs kimi təsviri diqqəti cəlb edir. Müasir araşdırmalarda da Məhınbanu obrazı Nəvai yaradıcılığında donişməndlik, tədbirlilik və ədalət anlayışları ilə əlaqələndirilir. Məhınbanu obrazı Nəvainin qadının ictimai mövqeyinə dair təsəvvürlərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Leyli obrazında sədaqət və mənəvi dözüm

Nəvainin “Leyli və Məcnun” poemasında qadın obrazının ən parlaq nümunələrindən biri Leylidir. Əsərin mərkəzində məhəbbət mövzusu dayansa da, Leyli obrazı yalnız sevən və sevilən qadın funksiyası ilə məhdudlaşmır. Leylinin xarakterində sədaqət, səbir və mənəvi dözüm əsas xüsusiyyətlər kimi meydana çıxır. O, cəmiyyətin və ailə mühitinin yaratdığı maneələr qarşısında daxili dünyasını qoruyub saxlayan obrazdır. Bu baxımdan Leylinin taleyi fərdi məhəbbətlə ictimai normalar arasındakı ziddiyyəti də əks etdirir. Nəvai Leylinin daxili dünyasını müxtəlif bədii vasitələrlə açır. Onun hissləri, iztirabları və sədaqəti məhəbbətin yalnız şəxsi duyğu deyil, həm də mənəvi dəyər kimi təqdim olunmasına imkan verir. “Leyli və Məcnun” əsərində qadın obrazlarının yalnız baş qəhrəmanla məhdudlaşmadığını da qeyd etmək lazımdır. Leylinin anası, dayəsi və rəfiqələri kimi ikinci dərəcəli qadın obrazları da süjetin inkişafında və Leylinin daxili dünyasının açılmasında iştirak edirlər. Müasir tədqiqatlarda bu obrazların Leylinin xarakterinin formalaşdırılması və emosional vəziyyətinin göstərilməsində mühüm rol oynadığı vurğulanır.

“Səb’əyi-səyyar” əsərində qadın obrazları

Nəvainin qadın obrazlarına münasibəti “Səb’əyi-səyyar” poemasında da özünü göstərir. Əsərdə müxtəlif qadın obrazlarının vasitəsilə insan xarakterinin müxtəlif tərəfləri, məhəbbət, sədaqət, ağıl və mənəvi məsuliyyət məsələləri təqdim edilir. Dilaram obrazı bu baxımdan xüsusi diqqət çəkir. Onun xarici gözəlliyi ilə yanaşı, obrazın hadisələr sistemindəki funksiyası da əhəmiyyətlidir. Nəvai qadın obrazlarını yalnız süjetin bəzəyi kimi deyil, hadisələrin mənasını və qəhrəmanların mənəvi vəziyyətini açan vasitə kimi istifadə edir. “Səb’əyi-səyyar”dakı qadın obrazları vasitəsilə şair müxtəlif xarakter və həyat situasiyalarını təqdim edir. Bu obrazların hər biri müəyyən mənəvi keyfiyyətin və ya insan münasibətinin bədii ifadəsinə çevrilir. Nəvai yaradıcılığında gözəllik anlayışı geniş məna daşıyır. Şair qadın obrazlarının zahiri gözəlliyini təsvir etməklə yanaşı, onların daxili aləminə və mənəvi keyfiyyətlərinə də xüsusi diqqət yetirir. Şirin, Leyli və Dilaram kimi obrazların təsvirində gözəllik və mənəviyyat bir-birindən ayrılmır. Tədqiqatlarda Nəvainin qadın obrazlarında zahiri gözəlliyi insan ləyaqəti və mənəvi dəyərlərlə əlaqələndirdiyi qeyd olunur. Bu xüsusiyyət Nəvainin estetik düşüncəsinin mühüm cəhətlərindən biridir. Şair üçün gözəllik insanı yalnız valeh edən zahiri xüsusiyyət deyil, həm də yaxşılığa, saflığa və kamilliyə aparan mənəvi başlanğıcdır. Nəvainin qadın obrazlarının mühüm xüsusiyyətlərindən biri onların mənəvi kamillik anlayışı ilə əlaqələndirilməsidir. Şairin yaradıcılığında məhəbbət çox zaman insanın mənəvi yüksəlişinə aparan yol kimi təqdim olunur. Bu baxımdan qadın obrazları yalnız sevginin obyekti deyil, aşiqin mənəvi dünyasının formalaşmasına təsir edən qüvvə kimi də çıxış edir. Şirin və Leyli obrazlarının timsalında məhəbbətin sədaqət, fədakarlıq, səbir və mənəvi təmizliklə əlaqələndirilməsi buna nümunədir. Nəvai yaradıcılığının təsəvvüfi məzmunu da qadın obrazlarının simvolik mənalarının genişlənməsinə səbəb olur. Məhəbbət zahiri və dünyəvi duyğudan mənəvi kamilliyə doğru inkişaf edən proses kimi təqdim edilir. Bu baxımdan qadın obrazı da həmin mənəvi yolun mühüm bədii komponentinə çevrilir. Nəvainin qadın obrazlarının mühüm cəhətlərindən biri onların sosial mühitlə münasibətidir. Şair qadınların yaşadığı sosial məhdudiyyətləri və ailə münasibətlərini də əsərlərinin süjetində əks etdirir. Xüsusilə “Leyli və Məcnun” əsərində şəxsi hisslərlə cəmiyyətin müəyyən etdiyi normalar arasındakı ziddiyyət aydın şəkildə görünür. Leylinin məhəbbəti ilə onun qarşılaşdığı sosial maneələr arasında yaranan konflikt əsərin faciəvi məzmununun əsas səbəblərindən biridir. Digər tərəfdən, Nəvai bəzi əsərlərində qadınları yalnız ailə və məhəbbət münasibətlərinin iştirakçısı kimi deyil, sosial və siyasi fəallıq göstərə bilən şəxsiyyətlər kimi də təqdim edir. “Tarixi müluki-Əcəm” və “Xəmsə” əsərlərində hökmdar qadınların, elm və sənətlə əlaqəli qadın obrazlarının təsvirinə rast gəlinməsi bu baxımdan diqqətəlayiqdir. Nəvainin yaradıcılığında insan şəxsiyyətinə verilən yüksək qiymət qadın obrazlarının təqdimatında da özünü göstərir. Şairin humanist dünyagörüşü qadının ləyaqətinin, sədaqətinin, ağlının və mənəvi gücünün bədii şəkildə ön plana çəkilməsinə imkan verir. Bu baxımdan Nəvai yaradıcılığında qadın obrazları müəyyən bir tipə sığmır. Onların arasında sevgili, ana, hökmdar, məsləhətçi, dost və mənəvi dayaq funksiyasını daşıyan müxtəlif xarakterlər vardır. Bu rəngarənglik şairin qadın dünyasına münasibətinin çoxşaxəli olduğunu göstərir. Nəvai obrazlarını müasir sosial və gender anlayışlarını birbaşa XV əsrə tətbiq etməklə deyil, ilk növbədə həmin dövrün ədəbi və ictimai-mədəni konteksti daxilində qiymətləndirmək daha doğrudur. Müasir tədqiqatlarda da Nəvainin qadın obrazları həm ənənəvi klassik ədəbiyyat kontekstində, həm də müasir gender yanaşmaları baxımından araşdırılır. 1. Şirin obrazı: gözəllik, iradə və mənəvi kamilliyin vəhdəti Əlişir Nəvainin qadın obrazları içərisində Şirin xüsusi və mühüm mövqeyə malikdir. “Farhod və Şirin” poemasında Şirin yalnız əsərin sevgi xəttini təşkil edən qadın obrazı deyil, həm də ağıl, iradə, sədaqət, mənəvi təmizlik və sosial məsuliyyət kimi keyfiyyətləri özündə birləşdirən müstəqil bədii şəxsiyyətdir. Nəvai Şirin obrazını yaradarkən qadının yalnız zahiri gözəlliyini təsvir etməklə kifayətlənmir, onun daxili aləmini, düşüncə tərzini, hadisələrə münasibətini və mənəvi seçimlərini də ön plana çəkir. Bu baxımdan Şirin obrazı şairin qadın haqqında estetik və etik təsəvvürlərinin ümumiləşmiş ifadəsi kimi qəbul edilə bilər. Şirinin xarakterində ilk diqqəti cəlb edən cəhətlərdən biri onun yüksək iradəsidir. O, hadisələrin passiv iştirakçısı deyil. Farhodla münasibətində öz hisslərini dərk edən, onları qoruyan və sevginin məsuliyyətini daşıyan bir şəxs kimi çıxış edir. Onun sevgisi təsadüfi hiss və zahiri cazibə üzərində qurulmur. Şirin üçün məhəbbət sədaqət, etibar və mənəvi yaxınlıq tələb edən ciddi bir dəyərdir. Nəvai Şirinin xarici gözəlliyini yüksək poetik təsvirlərlə təqdim etsə də, onun əsl dəyərini daxili keyfiyyətləri müəyyənləşdirir. Bu xüsusiyyət Nəvai yaradıcılığında gözəllik anlayışının ikili xarakter daşıdığını göstərir: zahiri gözəllik insanı ilk baxışda cəlb edir, lakin mənəvi gözəllik həmin insanın həqiqi dəyərini müəyyənləşdirir. Şirin məhz bu iki keyfiyyətin vəhdəti kimi təqdim olunur. Müasir tədqiqatlarda da Şirin və Məhınbanu obrazlarının həm zahiri, həm də daxili gözəllik aspektindən araşdırıldığı görülür. Şirinin mühüm xüsusiyyətlərindən biri də onun ləyaqət hissidir. O, öz taleyini yalnız başqalarının qərarlarına həvalə edən bir obraz deyil. Onun davranışlarında şəxsi seçim və iradə mühüm yer tutur. Bu xüsusiyyət Nəvainin qadını mənəvi baxımdan tamhüquqlu insan kimi təsəvvür etdiyini göstərən mühüm bədii göstəricilərdən biridir. Şirin obrazının digər mühüm cəhəti onun sədaqətidir. Farhodun faciəli taleyi Şirinin daxili dünyasına da təsir edir. O, sevginin yalnız xoşbəxtlik gətirən tərəfini deyil, onun ağrı, ayrılıq və sınaqla bağlı tərəflərini də yaşayır. Beləliklə, Nəvai məhəbbəti sadəcə romantik münasibət kimi deyil, insanın mənəvi dözümünü sınayan bir hadisə kimi təqdim edir. Şirinin Farhoda münasibəti əsərin humanist ideyasını gücləndirir. Farhodun zəhmətkeşliyi, sənətə və elmə bağlılığı, insanlara fayda vermək istəyi onun Şirin qarşısındakı mənəvi üstünlüklərini müəyyənləşdirir. Şirin də məhz bu keyfiyyətləri ilə seçilən bir insanı sevir. Nəvai sevgini zahiri gözəllikdən daha yüksək mənəvi dəyərlərlə əlaqələndirir. Şirin obrazının digər bir əhəmiyyətli tərəfi onun sosial mühitdəki mövqeyidir. O, yalnız şəxsi sevgisi ilə deyil, ətrafındakı insanların taleyi və ölkənin vəziyyəti ilə də əlaqələndirilir. Bu baxımdan Şirin obrazı qadının ailə və məhəbbət çərçivəsindən kənarda düşünülməsinin mümkünlüyünü göstərir. Nəvainin Şirin obrazı üzərində apardığı bədii iş nəticəsində qadın gözəlliyi ilə insan kamilliyi arasında əlaqə yaradılır. Şirin gözəldir, lakin onun gözəlliyinin əsas mahiyyəti yalnız simasında deyil, xarakterində, sədaqətində, iradəsində və mənəvi təmizliyindədir. Buna görə də Şirin Nəvai yaradıcılığında qadın idealının ən dolğun nümunələrindən biri kimi meydana çıxır. “Farhod və Şirin” poemasında Məhınbanu obrazı qadın obrazlarının sosial və siyasi məzmununu daha aydın göstərən nümunələrdəndir. Şirin daha çox sevgi, sədaqət və şəxsi iradə ilə bağlı qadın idealını təmsil edirsə, Məhınbanu idarəçilik, müdriklik, ədalət və himayədarlıq keyfiyyətlərini özündə birləşdirir.

Məhınbanunun obrazını əhəmiyyətli edən əsas xüsusiyyət onun hakim mövqedə təqdim edilməsidir. O, yalnız Şirinin yaxın adamı və ya himayəçisi deyil, eyni zamanda ictimai məsuliyyət daşıyan şəxsdir. Bu xüsusiyyət Nəvainin qadın anlayışının yalnız məhəbbət və ailə münasibətləri ilə məhdudlaşmadığını göstərir. Məhınbanu obrazında ana qayğısı ilə hökmdar məsuliyyəti birləşir. O, Şirinin taleyinə biganə qalmır, onun xoşbəxtliyini düşünür və şəxsi hisslərinə hörmətlə yanaşır. Bununla yanaşı, onun xarakterində dövlət idarəçiliyinə xas olan uzaqgörənlik və məsuliyyət də müşahidə olunur. Bu baxımdan Məhınbanu obrazı qadın hakimliyinin və qadın müdrikliyinin bədii ifadəsidir. Məhınbanu Şirinin həyatında mənəvi dayaqlardan biri kimi çıxış edir. Onun münasibəti göstərir ki, qadınlar arasında həmrəylik və qarşılıqlı dəstək də Nəvainin qadın obrazlarının mühüm cəhətlərindən biridir. Şirin öz sevgisi ilə mübarizə apararkən Məhınbanu onun yanında dayanır və hadisələrə anlayışla yanaşır. Müasir araşdırmalarda Məhınbanu “ədalətli hökmdar”, el-obanın qayğısını çəkən və elmə-mədəniyyətə dəyər verən obraz kimi şərh olunur.  Bu xüsusiyyət onun obrazının yalnız “ana” və ya “qadın hökmdar” çərçivəsində deyil, mənəvi-ictimai ideal səviyyəsində qiymətləndirilməsinə imkan verir. Məhınbanunun obrazında qadının idarəçilik qabiliyyəti ilə mərhəmət hissi arasında qarşıdurma yoxdur. Əksinə, Nəvai bu iki xüsusiyyəti bir-birini tamamlayan keyfiyyətlər kimi təqdim edir. O, güclü hakim olmaqla yanaşı, insan taleyinə həssas yanaşan şəxsdir. Bu baxımdan Məhınbanu obrazı Nəvainin qadına münasibətinin ən mühüm istiqamətlərindən birini nümayiş etdirir: qadın yalnız gözəllik və məhəbbət obyekti deyil, həm də qərar qəbul edən, idarə edən, himayə edən və mənəvi istiqamət verən şəxs ola bilər. “Leyli və Məcnun” poemasında Leyli obrazı Şirinlə müəyyən ümumi xüsusiyyətlərə malik olsa da, özünəməxsus psixoloji xarakteri ilə fərqlənir. Leyli məhəbbət hissini dərin yaşayan, lakin bu hissin yaratdığı sosial və ailə maneələri ilə mübarizə aparan qadındır. Leyli obrazının əsas xüsusiyyətlərindən biri onun sədaqətidir. O, Məcnuna olan sevgisindən dönmür. Lakin onun məhəbbəti açıq və sərbəst şəkildə ifadə oluna bilmir. Burada Nəvai qadın taleyinin ictimai məhdudiyyətlərlə qarşılaşmasını da göstərir. Leylinin faciəsi yalnız iki gəncin qovuşa bilməməsi ilə məhdudlaşmır. Onun faciəsinin arxasında fərdi istəklə ictimai qaydaların toqquşması dayanır. Leyli öz hisslərini dərk edir, lakin cəmiyyətin və ailənin müəyyən etdiyi çərçivələr daxilində hərəkət etmək məcburiyyətində qalır. Bu mənada onun daxili dünyasında daim sevgi ilə vəzifə, arzu ilə məcburiyyət arasında mübarizə gedir. Nəvai Leylini sadəcə Məcnunun sevgilisinin obrazı kimi təqdim etmir. O, onun daxili dünyasına da diqqət yetirir. Leylinin hissləri, qorxuları, səbr və iztirabları onun obrazını psixoloji baxımdan zənginləşdirir. Müasir tədqiqatlarda da Nəvainin “Leyli və Məcnun” əsərində qadın obrazlarının yalnız baş qəhrəmanla məhdudlaşmadığı, dayə, kənizlər, Navfalın qızı kimi ikinci dərəcəli qadın obrazlarının da süjetin inkişafında müəyyən funksiyaya malik olduğu göstərilir.  Bu fakt Leyli obrazının ətrafında qadın dünyasının daha geniş bədii sistem kimi qurulduğunu göstərir. Leylinin ən mühüm keyfiyyətlərindən biri səbirdir. O, sevgisinin yaratdığı ağrıya dözür. Lakin bu səbir zəiflik kimi başa düşülməməlidir. Əksinə, onun səbrində daxili güc vardır. O, hadisələrin bütün ağırlığını öz daxilində daşıyır və məhəbbətinə sadiq qalır. Leyli obrazının faciəli sonluğu Nəvainin məhəbbət anlayışında dünyəvi sevgidən mənəvi məhəbbətə keçid ideyasını da gücləndirir. Məcnun və Leylinin sevgisi adi sosial münasibətlər çərçivəsinə sığmayan, insanın daxili dünyasını dəyişdirən bir qüvvəyə çevrilir. Leyli obrazında qadının mənəvi dözümlülüyü, sədaqəti, səbr və daxili iradəsi ön plana çəkilir. O, Nəvai yaradıcılığında sevginin əzabını yaşayan, lakin bu əzab qarşısında mənəvi dəyərini itirməyən qadın obrazıdır. “Sab’ai-səyyar” poemasında Dilaram obrazı Nəvainin qadın haqqında təsəvvürlərinin başqa bir istiqamətini göstərir. Dilaramın obrazında gözəllik, sənət, zövq və müstəqil fikir bir-birini tamamlayır. Dilaram ənənəvi şəkildə gözəl qadın obrazı kimi təqdim edilsə də, onun bədii funksiyası bununla məhdudlaşmır. O, Bahromun xarakterinin və davranışlarının üzə çıxmasına təsir göstərən mühüm obrazdır. Dilaramın Bahromla münasibətləri hökmdarın xarakterindəki ziddiyyətləri göstərmək üçün mühüm vasitəyə çevrilir. Dilaramın sənətlə bağlılığı onun obrazını daha da fərdiləşdirir. O, musiqi və ifa sənəti ilə əlaqələndirilən, həssas və zövqlü qadın kimi təqdim edilir. Tədqiqatlarda da Dilaramın “Sab’ai-səyyar”da xuşsəsli müğənni, musiqiçi və həssas qəlb sahibi kimi təsvir edildiyi qeyd olunur. Dilaramın ən maraqlı xüsusiyyətlərindən biri onun Bahroma münasibətində öz mövqeyini qorumasıdır. O, yalnız hökmdarın iradəsinə tabe olan passiv qadın kimi çıxış etmir. Onun davranışlarında şəxsi ləyaqət və müstəqil münasibət hiss olunur. Bu xüsusiyyət Dilaramı Şirin və Leyli obrazlarından fərqləndirir. Şirin daha çox sədaqət və iradə, Leyli səbir və mənəvi dözüm, Dilaram isə müstəqil mövqe və sənət duyğusu ilə seçilir. Bununla belə, onların hamısını birləşdirən ümumi cəhət qadının daxili dəyərinin zahiri gözəllikdən üstün tutulmasıdır. Dilaram obrazının Bahromun mənəvi inkişafındakı rolu da xüsusi diqqət tələb edir. Bahromun qadına və həyata münasibəti onun hakimlik davranışları ilə birlikdə təqdim edilir. Dilaram isə onun həyatında sadəcə sevgi obyekti deyil, müəyyən mənada onun davranışlarını qiymətləndirməyə və dəyişməyə imkan verən mənəvi güzgü funksiyasını yerinə yetirir. Bu baxımdan Dilaram obrazı Nəvainin qadını kişinin mənəvi dünyasına təsir göstərən fəal qüvvə kimi təsəvvür etdiyini nümayiş etdirir.

Rövşənək və digər qadın obrazları: qadın dünyasının müxtəlifliyi

Nəvainin “Xamsə”sində qadın obrazları yalnız Şirin, Leyli, Məhınbanu və Dilaramla məhdudlaşmır. Poemalarda müxtəlif epizodlarda meydana çıxan qadın obrazları ümumi qadın obrazlar sistemini zənginləşdirir. Bu obrazların hər biri əsas hadisələrin inkişafında müxtəlif funksiyalar daşıyır. Rövşənək obrazı da bu baxımdan diqqətəlayiqdir. O, Nəvai yaradıcılığında qadının sədaqət, ailə dəyərləri və mənəvi bağlılıq xüsusiyyətlərini ifadə edən obrazlar sırasında nəzərdən keçirilə bilər. Onun obrazında qadının şəxsi taleyi ilə mənəvi dəyərlər arasında əlaqə yaradılır. “Leyli və Məcnun” poemasında Leylinin dayəsi və kənizləri kimi ikinci dərəcəli qadın obrazları da xüsusi əhəmiyyət daşıyır. Onlar əsas qəhrəmanların hisslərini və hadisələrin gedişini tamamlayan funksiyaya malikdirlər. Tədqiqatlara əsasən, bu obrazlar yalnız dekorativ xarakter daşımır, həm də süjetin inkişafında və baş qəhrəmanların emosional vəziyyətlərinin açılmasında iştirak edirlər. Belə obrazların mövcudluğu Nəvainin qadın dünyasını yalnız bir-iki ideal obrazla məhdudlaşdırmadığını göstərir. Əksinə, müxtəlif sosial mövqelərə, xarakterlərə və funksiyalara malik qadınlar əsərlərin bədii strukturuna daxil edilir. Bu baxımdan Nəvai yaradıcılığında qadın obrazlarının daxili müxtəlifliyi diqqət çəkir. Bəziləri hökmdar və idarəçi, bəziləri sevgili, bəziləri ana, bəziləri sənətkar, bəziləri isə hadisələrin gedişinə təsir edən köməkçi obraz kimi çıxış edir. Nəvai qadın obrazlarını təsvir edərkən ənənəvi Şərq poetikasının gözəllik anlayışından geniş istifadə edir. Göz, qaş, saç, dodaq, üz, boy və digər zahiri xüsusiyyətlər poetik obrazlarla təqdim edilir. Lakin bu zahiri gözəllik təsvirləri əsərlərin əsas məqsədi deyil. Nəvai üçün insanın həqiqi gözəlliyi onun mənəvi keyfiyyətləri ilə tamamlanır. Şirin gözəldir, lakin onun gözəlliyi sədaqəti və iradəsi ilə daha yüksək məna qazanır. Leyli gözəldir, lakin onun obrazını əsaslandıran cəhət yalnız gözəllik deyil, məhəbbətə sadiqliyi və mənəvi dözümüdür. Dilaram gözəllik və sənətlə seçilir, Məhınbanu isə ağıl və müdrikliklə fərqlənir. Nəvai qadın gözəlliyini yalnız estetik kateqoriya kimi deyil, etik və mənəvi kateqoriya kimi də təqdim edir. Zahiri gözəlliklə daxili gözəllik arasındakı vəhdət onun qadın idealının əsas prinsiplərindən biridir. Nəvai yaradıcılığında qadın obrazlarının diqqətçəkən xüsusiyyətlərindən biri onların müəyyən hallarda müstəqil düşüncə nümayiş etdirməsidir. Şirin öz taleyi haqqında düşünür, Məhınbanu qərarlar qəbul edir, Leyli öz hisslərini dərk edir, Dilaram isə münasibətlərdə öz mövqeyini qoruyur. Bu obrazların hər birində qadının yalnız emosional varlıq kimi deyil, düşünən və seçim edən insan kimi təqdim edilməsi müşahidə olunur. Bu xüsusiyyət Nəvainin humanist dünyagörüşü ilə əlaqələndirilə bilər. Müasir araşdırmalarda da Nəvai əsərlərində Şirin, Leyli, Dilaram və Məhınbanu kimi qadınların yalnız gözəllik timsalı deyil, ağıl, sədaqət və müstəqil fikir sahibi obrazlar kimi təqdim olunduğu vurğulanır. Bununla belə, bu obrazları müasir gender anlayışlarını olduğu kimi keçmiş dövrə tətbiq etməklə izah etmək metodoloji baxımdan ehtiyat tələb edir. Nəvainin əsərləri XV əsrin ictimai-mədəni və ədəbi mühitində yaranmışdır. Buna görə də qadın obrazlarının dəyərləndirilməsi həmin dövrün ədəbi ənənələri, dini-fəlsəfi düşüncəsi və saray mədəniyyəti nəzərə alınmaqla aparılmalıdır. Nəvai yaradıcılığında insanın mənəvi dəyəri onun sosial mənşəyindən və zahiri xüsusiyyətlərindən üstün tutulur. Bu humanist baxış qadın obrazlarının yaradılmasında da özünü göstərir. Şirin, Leyli, Məhınbanu və Dilaram müxtəlif xarakterlərə malik olsalar da, onların hamısında insan ləyaqətinə, sədaqətə, sevgiyə və mənəvi dəyərlərə münasibət mühüm yer tutur. Bu obrazlar vasitəsilə Nəvai insan həyatının əsas problemlərini — sevgi, ayrılıq, sədaqət, seçim, məsuliyyət və mənəvi kamillik məsələlərini araşdırır. Nəvainin “Xamsə”də ənənəvi obrazları yeni fəlsəfi və humanist məzmunla yenidən işləməsi haqqında müasir tədqiqatlarda da fikirlər mövcuddur.  Bu baxımdan qadın obrazlarının da yalnız əvvəlki ədəbi ənənənin təkrarı olmadığı, Nəvainin öz estetik və fəlsəfi dünyagörüşü əsasında yenidən formalaşdırıldığı görünür. Nəvai yaradıcılığında qadın obrazlarının xarakteri çox zaman kişi obrazlarının mənəvi xüsusiyyətlərinin üzə çıxarılması ilə də əlaqələndirilir. Farhodun Şirinə münasibəti onun sədaqətini, zəhmətsevərliyini və fədakarlığını göstərir. Məcnunun Leyliyə sevgisi onun dünyəvi məhəbbətdən mənəvi eşqə doğru dəyişməsini nümayiş etdirir. Bahromun Dilaramla münasibəti isə hökmdarın xarakterindəki ziddiyyətləri üzə çıxarır. Bu baxımdan qadın obrazları əsərlərdə yalnız müstəqil bədii vahid deyil, həm də kişi obrazlarının mənəvi dünyasını açan vasitədir. Lakin onların funksiyasını yalnız kişi qəhrəmanın inkişafına xidmət edən vasitə kimi qiymətləndirmək kifayət deyil. Şirin, Leyli və Dilaramın öz daxili dünyaları, hissləri və seçimləri də vardır.

Beləliklə, Nəvai yaradıcılığında kişi və qadın obrazları qarşılıqlı şəkildə bir-birinin xarakterini açır və əsərlərin əsas ideyasının formalaşmasına xidmət edir. Nəvainin qadın obrazlarını ümumiləşdirərkən bir neçə əsas xüsusiyyət diqqəti cəlb edir: gözəllik, sədaqət, ağıl, iradə, mənəvi təmizlik, sənətə bağlılıq, ailəyə və cəmiyyətə məsuliyyət. Lakin bu xüsusiyyətlər bütün qadın obrazlarında eyni şəkildə təzahür etmir. Şirin daha çox iradə və sədaqət, Məhınbanu müdriklik və idarəçilik, Leyli səbir və mənəvi dözüm, Dilaram isə sənət, gözəllik və müstəqil mövqe ilə seçilir. Bu müxtəliflik Nəvainin qadın idealını tək bir modelə salmadığını göstərir. Əksinə, şair müxtəlif xarakterlər vasitəsilə qadın şəxsiyyətinin müxtəlif tərəflərini nümayiş etdirir. Bu mənada Nəvai yaradıcılığındakı qadın obrazları vahid və monoton tip deyil, müxtəlif mənəvi və sosial keyfiyyətləri özündə birləşdirən zəngin obrazlar sistemidir. Nəvai əsərlərində məhəbbət çox zaman insanın mənəvi kamilliyinə aparan yol kimi təqdim edilir. Bu baxımdan qadın obrazları həmin mənəvi yolun mühüm elementinə çevrilirlər. Şirin Farhodun mənəvi dünyasında sevginin və sədaqətin simvoludur. Leyli Məcnunun eşqinin mərkəzində dayanaraq onun mənəvi transformasiyasını şərtləndirir. Dilaram Bahromun xarakterindəki ziddiyyətlərin üzə çıxmasına səbəb olur. Məhınbanu isə ağıl, ədalət və himayədarlıq xüsusiyyətlərini təcəssüm etdirir. Nəvainin qadına münasibətini ümumiləşdirərkən onun qadın obrazlarına üç əsas istiqamətdə yanaşdığı qənaətinə gəlmək mümkündür. Birincisi, qadın estetik gözəlliyin daşıyıcısıdır. Lakin bu gözəllik yalnız zahiri xüsusiyyətlərlə məhdudlaşmır. İkincisi, qadın mənəvi keyfiyyətlərin daşıyıcısıdır. Sədaqət, mərhəmət, səbir, iradə, ağıl və ləyaqət qadın obrazlarının əsas xarakter göstəriciləridir. Üçüncüsü, qadın sosial və mənəvi münasibətlərdə fəal rol oynaya bilən şəxsdir. Məhınbanunun hakim, Şirinin müstəqil iradəli qadın, Dilaramın sənət və şəxsi mövqe sahibi obraz kimi təqdim olunması bu istiqaməti aydın göstərir. Nəvainin qadın obrazları üzərində apardığı bədii müşahidələr onun humanist dünyagörüşünün mühüm hissəsini təşkil edir. Bu obrazlar vasitəsilə şair sevginin, sədaqətin, mənəvi təmizliyin və insan ləyaqətinin əhəmiyyətini ön plana çəkir. Nəvai yaradıcılığında qadın obrazları yalnız poetik gözəlliyin elementi deyil, əsərlərin ideya-bədii sistemini formalaşdıran mühüm qüvvədir. Şirin, Leyli, Məhınbanu, Dilaram və digər qadın obrazları vasitəsilə şair qadının həm fərdi, həm mənəvi, həm də sosial varlığının müxtəlif tərəflərini göstərir. Onların hər biri Nəvainin insan və həyat haqqında fəlsəfi düşüncəsinin müəyyən istiqamətini ifadə edir. Əlişir Nəvainin yaradıcılığında qadın obrazları şairin humanist və estetik dünyagörüşünün mühüm göstəricilərindən biridir. Şirin, Leyli, Məhınbanu, Dilaram, Rövşənək və digər qadın obrazları vasitəsilə Nəvai qadının yalnız zahiri gözəlliyini deyil, onun ağlını, iradəsini, sədaqətini, mənəvi təmizliyini və sosial məsuliyyətini də ön plana çəkmişdir. Şirin obrazında gözəllik, ağıl, sədaqət və iradə; Leyli obrazında səbir, məhəbbət və mənəvi dözüm; Məhınbanu obrazında isə müdriklik, tədbirlilik və idarəçilik xüsusiyyətləri birləşir. Bu obrazlar Nəvainin qadına münasibətinin yalnız məhəbbət poetikası ilə məhdudlaşmadığını göstərir. Nəvai üçün qadın obrazı həm estetik gözəlliyin, həm mənəvi kamilliyin, həm də insan ləyaqətinin ifadə vasitəsidir. Onun əsərlərində qadınların müxtəlif sosial və mənəvi funksiyalarda təqdim olunması şairin insan şəxsiyyətinə verdiyi yüksək dəyərin göstəricisidir. Əlişir Nəvainin qadın obrazları yalnız klassik Şərq ədəbiyyatının poetik ənənələrinin davamı kimi deyil, həm də insanın mənəvi aləmi, məhəbbət, sədaqət, ağıl və ləyaqət haqqında düşüncələrin bədii ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu obrazların öyrənilməsi Nəvai yaradıcılığının estetik xüsusiyyətləri ilə yanaşı, onun humanist dünyagörüşünün daha dərindən dərk edilməsinə imkan verir. Əlişir Nəvai yaradıcılığı türk dünyasının klassik ədəbi-fəlsəfi düşüncəsinin ən mühüm mərhələlərindən birini təşkil edir. Onun çoxşaxəli yaradıcılıq irsində insan, insanın mənəvi aləmi, məhəbbət, ədalət, sədaqət, xeyirxahlıq, elm, sənət və mənəvi kamillik kimi məsələlər xüsusi yer tutur. Bu baxımdan Nəvainin əsərlərində qadın obrazlarının araşdırılması şairin yalnız estetik görüşlərinin deyil, eyni zamanda insan və cəmiyyət haqqında düşüncələrinin daha dərindən anlaşılması üçün mühüm əhəmiyyət daşıyır. Aparılan təhlillər göstərir ki, Nəvainin qadın obrazları onun bədii dünyasında təsadüfi və ikinci dərəcəli elementlər deyil, əsərlərin ideya-məzmun və fəlsəfi istiqamətinin formalaşmasında mühüm rol oynayan obrazlar sistemidir. Nəvai yaradıcılığında qadın obrazlarının ən mühüm xüsusiyyətlərindən biri onların müxtəlifliyi və çoxplanlılığıdır. Şair qadını yalnız gözəllik və məhəbbət obyekti kimi təqdim etmir. Onun yaratdığı qadın obrazlarında gözəlliklə yanaşı, ağıl, iradə, sədaqət, səbir, mənəvi təmizlik, müdriklik, ləyaqət, sənətə bağlılıq və sosial məsuliyyət kimi keyfiyyətlər də ön plana çıxarılır. Bu xüsusiyyətlər qadın obrazlarının bədii funksiyasını genişləndirir və onların əsərlərin ümumi ideya sistemində daha fəal mövqeyə malik olmasına imkan yaradır. Tədqiqat zamanı təhlil olunan Şirin obrazı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şirin Nəvainin qadın idealının əsas xüsusiyyətlərini özündə birləşdirən mürəkkəb və çoxcəhətli obrazlardan biridir. Onun xarici gözəlliyi poetik təsvirlərin mühüm hissəsini təşkil etsə də, obrazın əsas mahiyyəti yalnız gözəlliklə müəyyənləşmir. Şirinin iradəsi, sədaqəti, mənəvi təmizliyi və öz hisslərinə münasibətdə məsuliyyətli mövqeyi onun şəxsiyyətini müəyyən edən əsas cəhətlərdir. Bu xüsusiyyətlər göstərir ki, Nəvai üçün qadının həqiqi dəyəri yalnız onun zahiri görünüşündə deyil, daxili aləmində və mənəvi keyfiyyətlərindədir. Şirin obrazının təhlili eyni zamanda Nəvainin məhəbbət anlayışını da aydınlaşdırır. Şair məhəbbəti sadə və ötəri hiss kimi deyil, insanın mənəvi dünyasını dəyişdirən, onu fədakarlığa, sədaqətə və mənəvi kamilliyə sövq edən qüvvə kimi təqdim edir. Şirinin Farhoda münasibəti də bu baxımdan yalnız romantik sevgi çərçivəsində qalmır. Bu münasibət sədaqət, etibar, fədakarlıq və mənəvi bağlılıq kimi daha yüksək dəyərlərlə əlaqələndirilir. Beləliklə, Şirin obrazı vasitəsilə qadının sevən tərəf olmaqla yanaşı, mənəvi dəyərlərin daşıyıcısı kimi də təqdim edildiyi görünür. Məhınbanu obrazı isə Nəvainin qadına münasibətində başqa bir istiqaməti nümayiş etdirir. Bu obraz qadının yalnız ailə və məhəbbət münasibətlərində deyil, sosial və idarəçilik mühitində də mühüm mövqeyə malik ola biləcəyini göstərir. Məhınbanunun müdrikliyi, məsuliyyəti, ədalət anlayışı və himayədarlığı onun xarakterinin əsas xüsusiyyətlərini təşkil edir. Onun obrazında ana qayğısı ilə ictimai məsuliyyət birləşir. Bu cəhət xüsusilə diqqətəlayiqdir, çünki qadın obrazının bədii funksiyası şəxsi münasibətlərdən çıxaraq ictimai məzmun qazanır. Məhınbanu obrazının təhlili göstərir ki, Nəvai qadını müəyyən hallarda qərar qəbul edən, məsuliyyət daşıyan və ətrafındakı insanların taleyinə təsir edən şəxs kimi təsəvvür edir. Bu obraz qadının müdrikliyini və sosial fəallığını vurğulayan nümunələrdən biridir. Eyni zamanda Məhınbanu ilə Şirin arasındakı münasibət qadınlar arasında mənəvi bağlılıq, qayğı və qarşılıqlı dəstək məsələsini də ön plana çıxarır. Beləliklə, Məhınbanu obrazı Nəvainin qadın obrazları sistemində müdriklik və sosial məsuliyyət istiqamətini təmsil edir. “Leyli və Məcnun” poemasında yaradılan Leyli obrazı isə qadın taleyinin başqa bir aspektini üzə çıxarır. Leyli sevgisi, sədaqəti, səbr və mənəvi dözümlülüyü ilə seçilir. Onun faciəsi yalnız iki gəncin qovuşa bilməməsi ilə bağlı şəxsi hadisə deyil. Bu faciənin arxasında fərdi hisslərlə sosial normalar, şəxsi seçimlərlə ictimai gözləntilər arasındakı ziddiyyət dayanır. Leyli öz hisslərini dərk edən və məhəbbətinə sadiq qalan qadın kimi təqdim edilir. Leyli obrazının əsas xüsusiyyətlərindən biri onun daxili dünyasının mürəkkəbliyidir. O, sevən, gözləyən, iztirab çəkən və qərarların nəticəsini yaşayan insandır. Bu baxımdan onun obrazı yalnız Məcnunun sevgisinin obyekti kimi deyil, öz daxili hissləri və mənəvi dünyası olan müstəqil bədii şəxsiyyət kimi də nəzərdən keçirilə bilər. Leylinin yaşadığı mənəvi sarsıntılar məhəbbətin insan həyatında nə qədər dərin iz buraxa biləcəyini göstərir. Leyli ilə Şirin arasında müəyyən paralellər aparmaq mümkündür. Hər iki obraz sevgi və sədaqətlə əlaqələndirilir. Lakin onların taleləri və xarakterlərinin təqdim olunma üsulu eyni deyil. Şirində iradə və fəallıq daha qabarıq görünürsə, Leyli obrazında səbir, daxili iztirab və mənəvi dözüm daha çox ön plana çıxır. Bu fərq Nəvainin qadın obrazlarını vahid model əsasında deyil, müxtəlif xarakter və talelər əsasında yaratdığını göstərir. Dilaram obrazı isə Nəvainin qadın idealının sənət və müstəqil mövqe ilə bağlı tərəflərini nümayiş etdirir. “Sab’ai-səyyar” poemasında Dilaram yalnız gözəl qadın deyil, həm də sənət duyumu və şəxsi ləyaqəti ilə fərqlənən obrazdır. Onun musiqi və sənətlə əlaqəsi qadın obrazının estetik funksiyasını genişləndirir. Dilaram vasitəsilə gözəllik, sənət və mənəvi təsir arasında əlaqə yaradılır. Dilaram obrazının əhəmiyyətli cəhətlərindən biri də onun Bahromun xarakterinin açılmasında oynadığı roldur. Onların münasibətləri vasitəsilə hökmdarın davranışları, hissləri və xarakterindəki ziddiyyətlər üzə çıxır. Beləliklə, Dilaram yalnız hadisələrin iştirakçısı deyil, həm də digər obrazların daxili dünyasını açmağa xidmət edən mühüm bədii vasitədir. Bu baxımdan qadın obrazının kişi qəhrəmanın xarakterinin formalaşmasına və açılmasına təsiri Nəvainin poetik sistemində mühüm yer tutur. Rövşənək və digər ikinci dərəcəli qadın obrazlarının təhlili isə Nəvainin qadın dünyasını yalnız əsas qəhrəmanlarla məhdudlaşdırmadığını göstərir. Əsərlərdə müxtəlif sosial mövqelərə və fərqli xarakter xüsusiyyətlərinə malik qadınlar iştirak edir. Onların bəziləri hadisələrin inkişafına təsir göstərir, bəziləri əsas qəhrəmanların emosional vəziyyətini tamamlayır, bəziləri isə müəyyən mənəvi dəyərlərin ifadəçisi kimi çıxış edir. Bu obrazların mövcudluğu Nəvai yaradıcılığında qadın obrazlarının sistemli və çoxqatlı xarakter daşıdığını göstərir. Aparılan araşdırma nəticəsində belə bir mühüm məqam üzə çıxır ki, Nəvai qadın gözəlliyi ilə mənəvi gözəllik arasında qarşılıqlı əlaqə yaradır. Klassik Şərq poeziyasına xas olan zahiri gözəllik təsvirləri onun əsərlərində geniş yer tutsa da, insanın həqiqi dəyəri yalnız zahiri görünüşlə müəyyənləşdirilmir. Gözəllik ağıl, sədaqət, mərhəmət, mənəvi təmizlik və ləyaqətlə tamamlandıqda daha yüksək bədii və fəlsəfi məna qazanır. Bu baxımdan Nəvainin qadın obrazlarını iki əsas səviyyədə nəzərdən keçirmək mümkündür: estetik və etik-mənəvi səviyyə. Estetik səviyyədə qadın gözəlliyin, zərifliyin və harmoniyanın təcəssümü kimi təqdim edilir. Etik-mənəvi səviyyədə isə qadın sədaqət, iradə, müdriklik, səbir, mərhəmət və ləyaqətin daşıyıcısına çevrilir. Bu iki səviyyənin bir-biri ilə əlaqələndirilməsi Nəvainin qadın obrazlarının bədii bütövlüyünü təmin edir. Nəvainin qadın obrazlarında diqqəti cəlb edən başqa bir xüsusiyyət onların insanın mənəvi inkişafına təsir göstərməsidir. Şirin Farhodun, Leyli Məcnunun, Dilaram isə Bahromun obrazının açılmasında mühüm rol oynayır. Burada qadın yalnız hadisələrin passiv iştirakçısı deyil, kişi qəhrəmanın mənəvi dünyasına təsir edən qüvvə kimi çıxış edir. Bu münasibət sistemi vasitəsilə məhəbbətin insan xarakterini dəyişdirən və onun daxili dünyasını üzə çıxaran gücü göstərilir. Nəvai yaradıcılığında qadın obrazlarının başqa bir mühüm funksiyası insanın mənəvi kamilliyi ilə bağlıdır. Şair üçün məhəbbət çox zaman insanın öz mənliyindən uzaqlaşaraq daha yüksək mənəvi dəyərlərə yönəlməsinin vasitəsinə çevrilir. Bu prosesdə qadın obrazları mühüm simvolik və fəlsəfi məna daşıyır. Onlar sevginin, sədaqətin və mənəvi axtarışın mərkəzində dayanırlar. Nəvainin qadın obrazlarını yalnız müasir anlayış və terminlərlə izah etmək düzgün metodoloji yanaşma olmazdı. Bu obrazlar XV əsr Şərqinin sosial, mədəni, dini və ədəbi mühiti daxilində formalaşmışdır. Ona görə də onların təhlilində həm klassik Şərq poetikasının ənənələri, həm də Nəvainin öz humanist-fəlsəfi dünyagörüşü nəzərə alınmalıdır. Bu yanaşma obrazların tarixi və bədii mahiyyətinin daha obyektiv şəkildə dərk edilməsinə imkan verir. Nəvai yaradıcılığının qadın obrazları həmçinin onun humanizm ideyasının mühüm ifadə vasitələrindən biridir. Şair insanı mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri və insanlara münasibəti ilə qiymətləndirir. Qadın obrazlarında da eyni prinsip müşahidə olunur. Onların dəyəri yalnız sosial mövqeləri və ya zahiri gözəllikləri ilə deyil, xarakterləri, mənəvi seçimləri və insan münasibətlərində nümayiş etdirdikləri keyfiyyətlərlə müəyyənləşir. Nəvai yaradıcılığında qadın obrazlarının müxtəlifliyi onun bədii təfəkkürünün genişliyini də göstərir. Şirin — iradə və sədaqət, Məhınbanu — müdriklik və idarəçilik, Leyli — səbir və mənəvi dözüm, Dilaram — sənət və şəxsi ləyaqət kimi fərqli keyfiyyətlərin daşıyıcısıdır. Digər qadın obrazları isə bu mənzərəni tamamlayaraq qadın dünyasının müxtəlif sosial və mənəvi çalarlarını üzə çıxarır. Bu obrazların müqayisəli təhlili göstərir ki, Nəvai qadın şəxsiyyətini yalnız bir xüsusiyyətlə müəyyənləşdirmir. Onun üçün qadın həm sevən, həm düşünən, həm qərar verən, həm də mənəvi təsir göstərən varlıqdır. Bu çoxcəhətlilik Nəvainin qadın obrazlarının bədii dəyərini artırır və onları klassik türk ədəbiyyatında xüsusi mövqeyə çıxarır. Nəvainin qadın obrazları Azərbaycan və ümumən türk ədəbiyyatının digər böyük nümayəndələrinin yaradıcılığı ilə müqayisə üçün də geniş imkan yaradır. Nizami Gəncəvinin “Xəmsə”sindəki qadın obrazları ilə Nəvainin qadın qəhrəmanları arasında müəyyən tipoloji yaxınlıqlar müşahidə etmək mümkündür. Xüsusilə Şirin obrazının müxtəlif klassik müəlliflərdə fərqli bədii yozumlar qazanması Şərq ədəbiyyatında qadın obrazının davamlı inkişafını izləməyə imkan verir. Nəvai bu ənənəni davam etdirərək məlum süjet və obrazları öz poetik-fəlsəfi dünyagörüşünə uyğun şəkildə yenidən mənalandırmışdır. Nəvainin qadın obrazlarının öyrənilməsi yalnız bir şairin yaradıcılığının araşdırılması ilə məhdudlaşmır. Bu mövzu klassik Şərq ədəbiyyatında qadın anlayışının, məhəbbət fəlsəfəsinin, gözəllik estetikasının, ailə və cəmiyyət münasibətlərinin, mənəvi dəyərlərin və insan konsepsiyasının öyrənilməsi baxımından da əhəmiyyətlidir. Əlişir Nəvai yaradıcılığında qadın obrazları əsərlərin ideya-bədii strukturunun mühüm hissəsini təşkil edir. Bu obrazlar vasitəsilə şair insanın mənəvi aləminə, məhəbbətin mahiyyətinə, sədaqət və fədakarlığa, gözəllik və kamillik anlayışlarına, insanın cəmiyyət qarşısındakı məsuliyyətinə münasibətini ifadə edir. Şirin, Leyli, Məhınbanu, Dilaram və digər qadın obrazlarının hər biri Nəvai yaradıcılığının ayrı-ayrı ideya istiqamətlərini əks etdirir. Şirin sevginin sədaqət və iradə ilə bağlı tərəfini, Leyli məhəbbətin səbir və iztirab aspektini, Məhınbanu qadın müdrikliyini və sosial məsuliyyəti, Dilaram isə sənət, gözəllik və şəxsi ləyaqət məsələlərini ön plana çıxarır. Bu obrazların fərqli xarakterləri Nəvainin qadın dünyasını geniş və çoxşaxəli şəkildə təsvir etdiyini göstərir. Nəvainin əsərlərində qadın obrazlarının araşdırılması şairin yaradıcılıq irsində insan amilinin nə qədər mühüm yer tutduğunu bir daha təsdiqləyir. Nəvai qadını yalnız poetik gözəllik mənbəyi kimi deyil, mənəvi dəyər yaradan, sevən, düşünən, seçim edən və ətrafındakı insanların həyatına təsir göstərən şəxsiyyət kimi təqdim edir. Onun qadın obrazlarında zahiri gözəlliklə daxili kamillik, məhəbbətlə sədaqət, fərdi hisslərlə sosial məsuliyyət arasında əlaqə yaradılır. Əlişir Nəvainin qadın obrazları klassik ədəbiyyatın ənənəvi poetik qəliblərini qorumaqla yanaşı, həmin qəliblərə yeni mənəvi və humanist məzmun gətirən mühüm bədii nümunələrdir. Bu obrazların hər biri Nəvainin insan haqqında düşüncəsinin müəyyən tərəfini əks etdirir və birlikdə şairin zəngin mənəvi-estetik dünyasının bütöv mənzərəsini yaradır. Şairin qadına münasibətinin əsas xüsusiyyətləri isə qadının mənəvi dəyərinin, insan ləyaqətinin, sədaqətinin, ağlının, iradəsinin və daxili gözəlliyinin ön plana çəkilməsi ilə səciyyələnir. Bu baxımdan Nəvai yaradıcılığında qadın obrazları yalnız keçmişin ədəbi yaddaşını qoruyan obrazlar kimi deyil, insanın mənəvi dünyasının müxtəlif tərəflərini ifadə edən universal bədii nümunələr kimi də əhəmiyyət daşıyır. Onların öyrənilməsi klassik türk ədəbiyyatının poetik xüsusiyyətlərinin daha dərindən anlaşılmasına, Nəvainin humanist-fəlsəfi görüşlərinin sistemli şəkildə araşdırılmasına və Şərq ədəbiyyatında qadın obrazının inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Şirin, Leyli, Məhınbanu, Dilaram və digər qadın obrazlarının ümumi təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, Nəvainin poetik dünyasında qadın obrazı çoxfunksiyalı və çoxmənalı xarakter daşıyır. O, həm gözəllik, həm məhəbbət, həm sədaqət, həm müdriklik, həm sənət, həm də mənəvi kamillik anlayışlarının daşıyıcısıdır. Məhz bu çoxşaxəlilik Nəvainin qadın obrazlarını klassik ədəbiyyatın mühüm və diqqətəlayiq bədii hadisələrindən birinə çevirir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə         erməni revanşist qüvvələrin reaksiyası barədə

Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrininQarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.

Azərbaycanın daxili işlərinə müdaxilə

Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.

Tarixin saxtalaşdırılması və rasist yanaşma

Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir

Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib.  

Ermənistan parlamenti sədrinin yolverilməz hərəkəti

Mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. 14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi (həmin hərbi təxribatları da Ermənistan törətmişdi, Azərbaycan cavab vermək məcburiyyətində qalmışdı) özlüyündə revanşizm əhval ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addım kimi qiymətləndirilir.

Ermənistanın qeyri-səmimiliyi

Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır.  Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.

Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə

DAĞLAR QOYNUNDA
(Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə)
Əzəl beşiyim dağlar,
Evim, eşiyim dağlar,
Yuvalaşdıq, çuğlaşdıq
Çəkir keşiyim dağlar.
(oçerk)
     Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır.
     Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi.
     1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır.
     Vüqarın xəritəsində Qubadlı vardı.
     Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi.
ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ
     Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı.
    Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır.
      Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı.
      1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər.  Vüqarı  bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi  qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddət ərzində torpaqlarımızın  işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı…
     Bütün Azərbaycan gənc Respublika olaraq  çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı.
     Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı.
     Bu yolun da öz dağları vardı.
NAXÇIVAN DAĞLARINDA
     Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı…
    Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək  kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi…
     Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir.
      O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi.
        2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.

HƏSRƏT DAĞI
     Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı.
     Bu, həsrət dağı idi.
     O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı.
     Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı…
     Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür.
     Həsrətlə ölçülür.
     Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı.
      Və sonra tarix dəyişdi.
      2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı.
      Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı.
Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı.
      Çünki onun gözlədiyi gün gəlmişdi.
“QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…”
      Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı.
      Lakin inanmaq başqa, döyüşə getmək başqa idi.
      “Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı.
      Bu, adi bir könüllülük deyildi.
      Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri  dağda – zirvədə tamamlamaq istəyi idi….
QUBADLIYA QAYIDIŞ
     Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi.
Yenə dağlar…
Yenə yüksəkliklər…
Yenə ağır yollar…
      Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan,  Ərəfsədən,  Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi…
      Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi.
Xanlıq azad edildi.
Vüqarın doğulduğu kənd…
Uşaqlığının keçdiyi kənd…
Ata-baba ocağının olduğu kənd…
    SONUNCU DAĞ
       1 noyabr 2020-ci il.
       Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər…
       Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu.
       Onun ömrünün son dağı da bu oldu.
       Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı.
       Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.

      O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O,  “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.
          DAĞLAR YADDA SAXLAYIR
       Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir.
       2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir.
Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır.
Bu, həyatın davam etməsidir.
Bu, qəhrəmanlığın davamıdır.
Bu, Vətənin yaddaşıdır.
Və yaddaş olan yerdə ölüm son deyil.
Vüqar Ağayev dağlar qoynunda doğuldu.
Dağlar qədər ağır sınaqlardan keçdi.
Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi.
Dağlar qədər möhkəm dayandı.
Dağlar qədər vüqarlı yaşadı…
Əzizim dağlar ağlar,
Daş ağlar, dağlar ağlar,
Bircə anamın səsi
Sinəmi dağlar, ağlar…
      Və nəhayət, Vətən – Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı.  Bu gün o özü əlçatmaz bir zirvədir!

06.09.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səma Muğannanın müsahibəsi

TƏRANƏ YUSUBOVA: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir- müsahibə

Bəzi insanlar həyatımıza bir fəsil kimi gəlir. Payız ətirli qadın kimi… Onun həyat lövhəsi şagirdləri üçün bir işıq olsa da, mənim üçün o qadın küllərindən doğulmuşdur. Təranə xanımla yollarımız uşaqlıq illərimdən kəsişib və illər keçdikcə bu yol mənim üçün çox dəyərli bir xatirəyə çevrilib.

 Doğma 190 nömrəli tam orta məktəb( indiki adı 189-190) bizi bir-birimizə tanıtdırıb. 190 nağılların dünyasıdır. Təranə xanım da bu nağılın baş qəhrəmanıdır. Bu məktəbin divarlarının rəngi, cingildəyən son zənglər, qaçaqaçla düşdüyümüz pilləkənlər dəyişsə də, mənim ona olan hörmət və sevgim heç vaxt dəyişməyib.

  Mənim 5 yaşım olanda ilk məktəbə hazırlıq dərslərimdə Təranə xanımla tanış olmuşuq. Bizim münasibətimiz müəllim və şagird olaraq başlasa da, illər keçdikcə dərin dostluğa çevrilib. Sizə təqdim etdiyim bu müsahibə də  sevgi dolu xanımın pıçıltılarının kiçik bir hissəsidir.

Təranə xanım, uşaqlığınızın hansı dönəminə qayıtmaq istəyərdiniz? Və ona nə söyləyərdiniz?

 Acılı-şirinli 1990-cı ilin yayına.O zamanlar ən xoşbəxt çağlarım idi. O ki qaldı uşaqlığıma nə söylərdim?  Söylərdim ki, tələsmə.Hər şeyi böyüdükcə anlayacaqsan.İndi bu günlərin qədrini bil.Səni sevən insanları qucaqla, ürəyində qalan sözləri söylə.Əziz insanların gedəcək, bəzi arzuların dəyişəcək, amma sən özünü itirmə.Və ən əsası özünü heç vaxt yetərsiz hiss etmə. Sən olduğun halınla da çox dəyərlisən.

Bir neçə il bundan öncə məktəbimizin akt zalında Röya obrazını canlandırdınız. Bu Röya kimdir?

  Röya hər dəfə təyyarə səsinə başını səmaya qaldırıb Tanrısının yanında olan Şəhidini salamlayandır. Pıçıltı ilə:”Şahinim-Şəhidim” deyəndir

Çoxları deyirlər ki, Məcnunla Leyli qovuşsaydı,onların sevgisi adiləşərdi. Sizcə, bu doğru fikirdir?

   Məncə, bu fikir qismən doğrudur,amma tam deyil.Məcnunla Leylinin sevgisini əfsanələşdirən  əsas şey onların qovuşmaması,sevginin sınaqlardan keçməsi, Məcnunun sevgini adi bir münasibətdən daha uca bir məna kimi yaşamasıdır. Qovuşsaydılar, əlbəttə, gündəlik həyat başlayacaqdı. Qayğılar, məsuliyyətlər, fikir ayrılıqları, məişət… Və bu, onların sevgisini insaniləşdirərdi. Adi adiləşmək sevgini dəyərsizləşdirmək demək deyil. Əksinə,bəlkə də ən böyük sevgi elə sevdiyin insanla gündəlik həyatın içində də bir-birini seçməkdir. Məncə, Məcnunla Leylinin faciəsi ondadır ki, onların sevgisinin həqiqiliyini həyatın özü sınamağa imkan tapmadı. Onlar birlikdə qocalmadılar, dəyişmədilər, bir-birlərinin adi tərəflərini görmədilər. Buna görə də sevgiləri gerçək həyatdan çox, insan xəyalındakı əbədi sevgi obrazına çevrildi. Bəlkə də ən gözəl paradoks budur. Onlar qovuşsaydılar əfsanə bəlkə bitərdi, amma sevgi yenə başlayardı.

Niyə ən gözəl qadınlar gecənin səssizliyində öz tənha kölgələri ilə həmsöhbət olurlar?

Bəlkə ona görə ki, ən gözəl qadınların hamı tərəfindən görünən tərəfi çox vaxt heç kimin görmədiyi iç dünyalarını gizlədir. Gündüz hamı onların gözəlliyini görür, amma gecə sakitləşəndə üzlərdən, baxışlardan, təbəssümlərdən geriyə yalnız insanın özü qalır. O zaman insan öz gölgəsi ilə danışır. Demədiyi sözlərlə, yarımçıq qalan sevgilərlə,itirdiyi insanlarla, heç kimin bilmədiyi qorxularla…Və bəzən gözəllik tənhalığı azaltmır, əksinə, insanın ətrafına görünməz bir məsafə çəkir, çünki çoxları onun üzünə baxır, amma ruhuna toxunmağa cəsarət etmir, amma bir şeyi də düşünürəm: Tənha olmaq sevilməmək deyil. Bəzən insan çox sevilir,sadəcə onu həqiqətən anlayan bir nəfərin yoxluğu bütün sevgiləri susdurur.Ona görə gecələr öz kölgəsi ilə söhbət edən qadın bəlkə də bədbəxt deyil. Sadəcə ürəyindəki dərinliyə uyğun bir səs axtarır.

Sizcə, Ayla Günəş qovuşsaydı, kainat bu sevgiyə qarşı çıxardı, yoxsa üsyan edərdi?

  Məncə, kainat bu sevgiyə qarşı çıxmazdı, çünki Ayla Günəş qovuşsaydı, bu, adi bir görüş olmazdı. Biri gecənin səssizliyini, digəri gündüzün işığını gətirən iki ayrı aləmin bir-birinə toxunması olardı. Bəlkə də kainat əvvəlcə susardı… Ulduzlar yolunu dəyişər, gecə ilə gündüz arasındakı sərhəd itər,zaman bir anlıq dayanardı. Sonra kainat anlayardı ki, bəzi sevgilər qaydaları pozmaq üçün deyil, yeni bir qayda yaratmaq üçün gəlir.Amma bir şərtlə:Ayla Günəş bir-birini dəyişdirməyə çalışmasın. Ay yenə Ay qalsın, Günəş yenə Günəş… Sadəcə bir-birinin işığında özlərini daha yaxşı görsünlər. Və məncə, kainatın üsyanı da elə bundan olardı: “Əgər iki ayrı dünya bir-birini bu qədər sevə bilirsə, mən niyə onları ayırım?” Bəlkə də o zaman kainatın ən gözəl möcüzəsi yaranardı: Günəşin işığında Ayın görünməsi…

Böyük dostluqların sonu sevgi ilə bitə bilərmi?

 Bəli, böyük dostluqların sonu sevgi ilə bitə bilər. Amma hər böyük dostluğun sevgiyə çevrilməsi vacib deyil. Bəzən insan birinin yanında o qədər rahat, o qədər özü kimi olur ki, bir gün anlayır: “Mən bu insanı sadəcə sevmirəm… onu itirməkdən qorxuram.”

 Dostluqdan doğan sevginin gözəlliyi ondadır ki, onun təməlində əvvəlcə tanımaq, güvənmək və qəbul etmək dayanır. Bu, çox dəyərli bir başlanğıcdır. Amma bir incə tərəfi də var. Əgər hisslər qarşılıqlı deyilsə, insanın ən böyük dostunu itirmək qorxusu yarana bilər. Ona görə belə bir sevgidə ən vacib şey tələsməmək və qarşı tərəfin hisslərinə hörmət etməkdir.

 Mən hətta belə deyərdim: Bəzi sevgilər ilk baxışda başlamır.İllərlə bir dostluğun içində sakitcə böyüyür.Bir gün isə insan geriyə baxıb anlayır ki, mən səni çoxdan sevirmişəm… Sadəcə bu sevginin adını dostluq qoymuşam.”  Və ən gözəli bilirsən nədir? Əgər iki insan bir-birini həqiqətən dəyərləndirirsə, sevgi dostluğun sonu olmaq məcburiyyətində deyil. Dostluğun daha dərin bir formasına çevrilə bilər

Gecələr ulduzlara baxıb arzu tutduğunuz anlar olub? Əgər gizli deyilsə,ondan sizə qalan xatirə nədir?

 Əlbəttə ki, olub… Bəzi gecələr insan göyə baxıb arzu tutmur, sadəcə ürəyində deməyə cəsarət etmədiyi bir şeyi ulduzlara etibar edir. Məndən qalan xatirə isə arzunun özü deyil, o anın səssizliyidir, çünki illər keçəndən sonra insan bəzən nə arzuladığını unudur, amma hansı hisslə arzuladığını unutmur. Bəzi ulduzlar arzunu həyata keçirmir… Sadəcə onu yaddaşında qoruyur.” Ondan mənə qalan xatirə? Sevgi dolu baxışları…

Vüsala çatmadan sevmək necə bir hissdir?

 Vüsala çatmadan sevmək bəlkə də sevginin ən səssiz, ən ağır tərəfidir, çünkiinsan sevdiyinə sahib deyil, amma onu ürəyindən də çıxara bilmir. Görüşmədən də darıxır, danışmadan da anlayır, yanında olmadan da onunla söhbət edir. Bu sevginin qəribə bir tərəfi var:ümid həm təsəllidir, həm də ağrı.

Bəzən insan bilir ki, yolları birləşməyəcək. Yenə də ürəyi “bəlkə…” deyir. Çünki ürək həmişə mümkün olanı deyil, inanmaq istədiyini seçir. Məncə, vüsala çatmadan sevən insanın içində belə bir cümlə yaşayır: “Sən mənim olmadın… amma mənim içimdə sənə aid bir yer həmişə qaldı.”

Və bəlkə də ən kədərli həqiqət budur: Bəzi sevgilər yaşanmaq üçün yox, insanın içində iz buraxmaq üçün gəlir.

Təranə xanım, Röya obrazı mənim üçün də çox doğmadır. Təsəvvür edin ki, həmin Röya sizin qarşınızda dayanıb. Ona nə söyləyərdiniz?

 Sev, sevdiyindən də çox sev. Çünki sevdiyindən çox sevildin, ölənə qədər sevildin. Son nəfəsdə də adın dilə gətirildi. Sevgin qəlbdə torpağa basdırıldı.

Təranə xanımın sevgi dünyası hansı rəngdədir?

  Qarayla qucaqlaşıb ağa çatmağa çalışan rəng.

Söhbətləşdi: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü, Prezident təqaüdçüsü


SƏMA MUĞANNANIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xəlil Mirzə yazır

Türk oğlu türk- NİCAT ƏRTÜRK

(Nicat Ərtürk dünyasına qısa səyahət)

Yalan danısmaq istəmirəm, onunla tanışlığımızın tarixi bir ildən artıq olmaz. FB səhifəsində bir şeirinə rast gəlmişdim. Oxudum, xoşuma gəldi və… və həm də onun təxəllüsü məndə maraq yaratdı. İnanırsınız, (inansanız yaxşı olar, çox şad olaram) məndə qəribə hisslər yarandı. Bir anlığa ulu türk dünyasının qədim tarixi (oxuyub, eşidib, bildiyim səviyyədə) xəyalımda vərəqlənməyə başladı. İlk olaraq bir neçə il öncə Türkiyənin, Azərbaycanın, eləcə də bir çox MDB ölkələrinin telekanallarında çox uğurla nümayiş etdirilən “Möhtəşəm Yüzil”, “Diriliş Ərtoğrul”, “Quruluş Osman” v s. tarixi filmlər gözlərim önündə canlandı. Anladım ki, bu cavan oğlan “Ərtürk” təxəllüsünü heç də təsadüfən seçməyib. Və… sonrakı daha yaxından tanışlığımız da düşündüklərimi bir daha təsdiq etdi; Nicat bütün varlığı ilə türk dünyasına bağlı, təpədən dırnağa kimi mübariz TURANÇI olan istedadlı bir yazardır.

“Ər” sözü (sözönü də deyə bilərik) öz-özlüyündə çox qaranlıq məqamlara aydınlıq gətirir. Ulu babalarımız bu sözü həmişə müqəddəs sayıb, məskunlaşdıqları yer adlarının, igid, döyüşkən oğullarının adlarının önündə bu sözdən qürurla istifadə ediblər. Hamımız gözəl bilirik ki, bu gün şərəfsiz qaraçı-hayların özlərinə “millət adı” kimi seçdikləri “erməni” sözünün kökü də məhz bizim qədim torpaqların- Ərməniyyə diyarının adı ilə bağlıdır. İzahı da çox sadədir: Ər mənəm, yəni, bu ərazi ər oğlu ərlərə məxsusdur. Onlar həyasızlıqla çığır-bağır salaraq “Arsak” deyə, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa səy göstərirlər və bəzən də buna nail olurlar. Heç kim onlardan bunun izahını tələb etmir (necə ki, “Qarabağ” sözünün də izahını tələb edən yoxdur). Hərçənd  açılışı çox sadədir: “Ər-sak”. Yəni, qədim türk tayfası olan sakların məskunlaşdığı ərazi. Bu gün (və əsrlər boyu) bizim yaşadığımız torpaqlardan orta əsrlərdə Türkiyə ərazisinə miqrasiya etmiş qai tayfasının başçısı, tarixi şəxsiyyət, yenilməz sərkərdə Süleyman şah sevimli oğlu Ərtoğrula bu adı verəndə də məhz yuxarıda izah etməyə çalışdığım tarixi məqamlardan bəhrələnmişdir. Biz hər kişiyə “ər kişi” demirik. Bu adı qanı, canı, vicdanı, dəyanəti, ləyaqəti, mübarizliyi, müdrikliyi ilə qazananlara deyirik. Biz TÜRK xalqı olaraq çox qədim, çox böyük xalqıq. Biz sözün bütün mənalarında böyükük. Biz bütün dünyaya sülh, əmin-amanlıq, səadət diləyirik. Biz bunu tarix boyu sübut etmişik. Bizim bayrağımız altında yaşayan, bizə pənah gətirən, bizə sığınan bütün xalqlara xoşbətlik bəxş etmişik, onların sivil həyat tərzinin inkişafına təkan vermişik. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Biz dünyanı ədalətlə idarə edə biləcək yeganə və möhtəşəm XALQIQ. Turançılıq ideyası da məhz bu səbəbdən yaranmışdır və günü-gündən vüsət almaqda, genişlənməkdə, möhkəmlənməkdə, varlığını sübut etməkdədir. Nicat Ərtürk də bu ideyanın daşıyıcılarından və fəal təbliğatçılarından biridir.

Yeri gəlmişkən, bəzən bizim ziyalılar arasında guya bizim altaylardan gəldiyimiz ideyasına inananların olduğuna rast gəlirəm. Əzizlərim, biz altaylardan gəlməmişik. Biz tarix boyu bu ərazilərdə yaşamışıq, altaylarda da varıq, Asiyanın, Avropanın bir çox ərazilərində də. Əhali sayına görə dünyanın ən nəhəng ölkələri sayılan Hindistanda da, Çində də varıq. Ərazicə dünyanın ən nəhəng ölkəsi olan Rusiya torpaqlarının da böyük hissəsi bizə məxsusdur. Bizim əsas dini inancımız İslama bağlı olsa da, xalqlarımız arasında xristian dininə də, digər dinlərə də sitayiş edənlər var və biz buna çox normal yanaşırıq. Dini inanc hər kəs üçün azaddır. Mənim Nicat Ərtürk şəxsiyyətinə hörmətimin mayasında, qayəsində yer tutan əsas səbəblərdən biri də məhz yuxarıda sadaladığım dərin köklü məsələlərdir.

Qeyd etməyi özümə borc bildiyim daha mühim bir məqam da var: Nicat Ərtürk yaradıcılığı genişdir, çoxşaxəlidir. Vətən sevgisi, türk dünyasına bağlılıq, turançılıq onun yaradıcılığının əsasını təşkil etsə də, ana sevgisi bu yaradıcılığın mayasıdır. Və bu sadəcə parallellik deyil, uğurlu bir vəhdətdir. Bu vəhdəti onun bu yaxınlarda işıq üzü görmüş “Ana həsrəti” adlı kitabı (Bakı: “Elm və təhsil”, 2026, 200 səh.) ilə tanış olarkən daha aydın şəkildə görürük. Bu mövzuda müxtəlif mətbuat və internet resurslarında çox deyilib, çox yazılıb, tanınmış elm adamlarının, filoloq və ədəbiyyatşünasların ədəbi-elmi-publisistik yazıları dərc olunub. Nicat Ərtürk yaradıcılığınin bir çox məqamları geniş təhlil olunub, Hüseyn Cavid, Məmməd Araz kimi dahilərin yaradıcılığı ilə parallellik təşkil edən məqamlar araşdırılıb. Çox gözəl! Sələflərimizdən öyrənmək, onların yolunu layiqincə davam etdirmək bizim mənəvi borcumuzdur və bu bizə yalnız şərəf gətirə bilər. Azərbaycanın xalq şairi, bütün türk dünyasının sevilən dahilərindən olan Bəxtiyar Vahabzadə bu barədə belə deyib: “Sələflərə dərin hörmət.- Bizim emblemimiz, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf,- dedik”. 

Yaxın günlərin söhbətidir. Yaradıcı dostlarla bir araya gəlib çay süfrəsi arxasında müzakirə aparır, müasir ədəbi mühitdə gedən proseslərə fikir bildirirdik- həmişə olduğu kimi. Söhbət turançılıqdan düşəndə dostlardan biri bu ideyanın yanlış cəhətlərini qabartmağa səy göstərdi. Yəni, o, düşündüklərini söyləyirdi, səmimi idi və suallarını Nicata ünvanlamışdı. Çünki Nicat bu ideya ətrafında gələcək planlarından danışırdı. Cavabı da çox tutarlı, inandırıcı oldu (ən azından mən belə düşünürəm). Nicat bu ideyanı siyasi hakimiyyət davası səviyyəsinə endirməyin düzgün olmadığını izah elədi. “Bu ideyanın təbliği bir ölkə daxilində baş verən hadisə deyil, daha böyükdür, daha vacibdir. Bu, bütövlüdə bütün türk xalqlarının eyni amal uğrunda birgə mübarizəsi deməkdir, eyni düşüncə tərzinə malik olmaları deməkdir.”- dedi Nicat.

Yuxarıda yazdıqlarımı izah etmək məqsədilə Nicatın “Salam olsun” şeirinə müraciət etməklə, onun poeziya dünyasına qısa səyahətin vaxtı çatdığını düşünürəm:

Salam olsun, türk adıyla

Bu torpaqda gəzənlərə.

Salam olsun, yurdumdakı

O qəhrəman ərənlərə.

Salam olsun başqırdlara,

Yakutlara, çuvaşlara,

Vətənində zülüm görən

Aciz, məzlum uyğurlara.

Aydın, səlis, dürüst, hamımızın rahatlıqla anlaya biləcəyimiz sadə dillə yazılmış bu misralarda təkcə “bu torpaqlarda gəzən” türk xalqları tərənnüm olunmur, şair dərhal, fürsəti bada vermədən həm də əsrlər boyu öz vətənlərində əzilən, işgəncələrə məruz qalan, hələ də əsarət altında yaşayan uyğur qardaş və bacılarımıza da öz salamını yetirir. Və bununla o, “biz sizinləyik” deyir, “sizin taleyiniz elə bizim taleyimizdir” deyir, öz narahatlığını, həyəcanını və etirazını bildirərək hayqırır. O, bilərəkdən, məqsədli şəkildə bu misraları şeirin ikinci bəndində yerləşdirib. İlk bənddə (“türk adıyla bu torpaqda gəzənlərə”) ümumi bir salam göndərir, ikinci bənddə isə dərhal əsas mətləbə keçir. Sonrakı misralarda şair tatarlara, qumuqlara, “Turan üçün ümidini sabaha bağlayanlara”, “Vətən yolu, eşq yolunu gedənlərə”, “Zəngəzurun, İrəvanın həsrətini çəkənlərə” salam göndərir. Sonda isə:

Salam olsun Ərdəbilə,

Həmədana, Təbrizimə,

Zəncanıma, Urmiyama,

Mosuluma, Mərəndimə.

Salam olsun Borçalıma,

Dəmir qapı Dərbəndimə.

Qardaş türklər ölkəsinə,

Böyük Turan birliyinə,-

deyərək böyük türk dünyasının ümumi mənzərəsini yaradır və işıqlı “Turan Birlyli”nin yol xəritəsini çəkir.

            Təbii ki, kiçik həcmli bir məqalədə Nicat Ərtürk kimi məhsuldar yaradıcılıqla diqqəti cəlb edən cavan bir şairin poeziya dünyasına dərindən baş vurmaq mümkünsüzdür. Həm də mən axı Nicatın təkcə poeziya dünyasına yox, bütövlükdə onun öz dünyasına qısaca səyahət etmək qərarında israrlıyam. Çünki onun iç dünyasına azdan-çoxdan bələdəm və onun şəxsində “Turançı- təfəkkür”ün formalaşdığına əminəm. Şəxsiyyət isə ana bətnindən formalaşmağa başlayır. İlk öncə ana sevgisi, sonra ailə, ətraf mühit, təbiət, yurd, el-oba sevgiləri yaranır. Və bütün bunlar daha geniş mənada duyulur: Vətən, millət, xalq sevgiləri yaranır, dünyavi hisslər şüura təzahür edir.

            Nicat Ərtürkün ana mövzusunda yazdığı şeirlər çox səmimi və duyğusaldır.   

Yenə yağış yağır, yenə bu yağış

Tanrının təbiət naxışlarımı?

Yoxsa ki, anamın gözlərindəki

Sonuncu, kədərli göz yaşlarımı?

Hər düşən yağışın damcılarını

ana duasına bənzədirəm mən.

Bütün arzuları qəlbində sönən

Ana duasının həsrətindəyəm,-

deyən gənc şair anasının vaxtsız itkisini heç cür həzm edə bilmir, zaman-zaman ürək sızıltısı, qəlb yanğısı ilə yazdığı misralar damla-damla göz yaşları tökür. Bu təbii haldır, çox təbii. Ana sevgisini qəlbində yaşadan hər bir övladın keçirdiyi hisslərin təbii təzahürü, şair təfəkkürünün ağ vərəq üzərində əksini tapan poetik ifadə tərzidir. “Yağış” şeirindən götürülmüş bu nümunələrdə şair yağış damlalarını ananın sonuncu göz yaşlarına bənzətməklə yanaşı, onları həm də Tanrının öz fırçası ilə cızdığı təbiət naxışları ilə eyniləşdirir, şeirin poetik dəyərini daha da samballı edir. Sonrakı misralarda şair bu damcıları anasının duasına bənzətməklə onlara harmonik bir bəstə də əlavə edir. Və nəhayət: “Bütün arzuları qəlbində sönən ana duasının həsrətindəyəm”- deyərək, o duanın nə qədər faydalı, nə qədər müqəddəs olduğunu önə çıxarır.

Dolunun vurduğu meyvələr kimi,

Qəlbimə qəm vurur, qəm izi salır.

Yaman darıxıram yenə bu axşam,

Yorğun xatirələr qoynuna alır…

“Dolunun vurduğu meyvələr kimi” ifadəsində sətiraltı məqamlara diqqət edək. Dolu təbiət hadisəsidir…Gəldisə, tumurcuq, çiçək, yetişməkdə olan və ya yetişmiş meyvələrə fərq qoymadan qarşısına çıxanı, gücü çatanı məhv edir və qəlblərə silinməz izlər salır. Ancaq, erməni qaniçənləri də zaman-zaman həmin vəhşilikləri törətməyiblərmi?!.. Yuxarıda qeyd etdiyim sətiraltı məqamlar məhz bunlardır. Yəni, müəllif əsrlər boyu xalqımızın xatirirində silinməz izlər buraxmış hadisələri təbiət hadisələrinin vurduğu ağrı şəklində təsvir edir. Və… şair yenə darıxır, artıq yorulmuş xatirələrin ağuşuna düşür.

Nicat Ərtürk ata dəyərini, ata böyüklüyünü, ata müqəddəsliyini də layiqincə dəyərləndirə bilən şairdir. O, “Ata” şeirində aşağıdakı misralarla bunu belə təcəssüm etdirir:

Ata! Sən gözlərimin

Nurusan, ziyasısan.

Mənim arxam, dayağım,

İlahi varlığımsan.

Şair ömrü ilin fəsillərinə bənzəyir. Bahar təravətli günləri də olur, qızmar yay günlərinə bənzər çağları da, qızıllı-xəzanlı payızı da, qarlı-şaxtalı qışı da. Çovğunu da olur, dumanlı-çiskinli yolları da, fəth ediləsi zirvələri də, təbiətin füsunkar bir guşəsində oturub yorğunluğunu çıxartdığı, yeni uğurlar üçün güc toplamağa ehtiyac duyduğu məqamlar da. Şairin nikbin ruhla coşub çuğladığı dövrlər də olur, bədbinliyə qapıldığı küskünlük anları da. Şair ömrü bu təzadların vəhdətindən yoğrulur. Gecə ilə gündüzün, acı ilə şirinin, ağ ilə qaranın vəhdəti kimi. Axı, həyat özü belədir- təzadların vəhdəti. Həmişə hamar yollarla addımlamaq şair xarakterinə yaddır. O, sevinənlə sevinir, gülənlə gülür, xiffət çəkənlə xiffət çəkir. Şair bütün vücudu ilə, şüuru, düşüncəsi, təfəkkürü ilə sevir və bunun qarşılığını görəndə yaşadığını hiss edir. Nicat Ərtük ömrü də belədir.

Qarlı qışda, çovğunda, 

Yayın qızmar günündə,

Mən bir ömür yaşadım,

Həyat keşməkeşində.

Saçlarım bəyazlandı,

Zaman döndü, dolandı,

Mən bir ömür yaşadım,

Ömrüm odlara yandı.

                        “Mən bir ömür yaşadım” şeirindən.   

 Onun Vətən sevgisi də ana sevgisi kimi müqəddəsdir, möhtəşəmdir.

Ey vuran ürəyim, nəfəsim, canım,

Dünənim, bu günüm, ən son ünvanım.

Səni vəsf etdikcə cuşə gəlirəm,

Mənim qürur yerim, Azərbaycanım.

              “Azərbaycanım” şeirindən.

Vətənimizin səmalarında qara buludlar tüğyan eləyəndə isə şair ürək ağrısı ilə bu misraları qəlbinin süzgəcindən keçirmişdi:

Göydən yerə dərd ələndi ,

Qəlbimizə od çiləndi,

Xalqım qüssəyə bələndi,

Başın sağ olsun, Vətən.

             “Başın sağ olsun, Vətən” şeirindən.

Elə həmin şeirdə də etiraz səsini qaldırmaqdan çəkinmir:

Bu, qəza yox cinayətdir,

Bu ilk deyil, xəyanətdir,

Unudulmaz böyük dərddir,

Başın sağ olsun Vətən.

Və yaxud:

Rus,fars, bir də erməni,

Bunlar türkün düşmənləri.

Unutmarıq ötənləri,

Başın sağ olsun, Vətən.

             Yenə “Başın sağ olsun, Vətən” şeirindən.    

Nicat Ərtürk öz yaradıcılığında doğulub boya-başa çatdığı doğma yurdu Sədərək barədə, qədim oğuz yurdu Naxçıvan barədə də kövrək, səmimi məhəbbətlə dolu şeirlər qələmə alıb.

Qoynunda göz açdım mən bu dünyaya,

Mənim damarımda qanım Sədərək. 

Dönmüsən alınmaz böyük qalaya,

Sən mənim şöhrətim, şanım Sədərək. 

                                    “Sədərək” şeirindən.

Yaxud:

Mərd igidlərin oylağı,

Düşmənlərə bir göz dağı.

Girə bilməz ora yağı,

Bu Naxçıvandır, Naxçıvan.

                                                “Naxçıvan” şeirindən.

Nicat Ərtürkün böyük mənada Vətən sevgisini səciyyələndirən cəhətlərdən biri də onun qürbət ellərdə olarkən Vətən üçün darıxmasıdır. Bu hissləri poetik dillə misralara düzən şair “Bir xəbər verin” şeirini aşağıdakı ifadələrlə başlayır:

Gəldik, düşdük qürbət elin yoluna,

Həyat bizi yaman saldı oyuna.

Qayıdaydım,  dolanaydım boynuna,

Mənə Vətənimdən bir xəbər verin.

Yaxud:

Yenə xəyallarım baş alıb gedir,

Yenə o dağların həsrətindəyəm.

Yenə darıxıram kəndimiz üçün,

Sədərək! Mən sənsiz təşnə, xəstəyəm.

Çox ölkə dolaşıb, çox yer gəzmişəm,

Bir çox ellər keçib, yurdlar görmüşəm.

Keçdiyim,  gəzdiyim gözəl elləri

Kəndim Sədərəyə dəyişmərəm mən.

                                    “Dəyişmərəm mən” şeirindən.

            Nicatın məhəbbət mövzusunda qələmə aldığı şeirlər də dilinin sadəliyi, ifadələrinin səmimiliyi ilə səciyyələnir.

            Sehrli dünyamın sirli nəğməsi,

Döyünən qəlbimin o gizli səsi,

Ruhumun qidası, yaşam həvəsi

Sən oldun ay gözəl, sən olacaqsan. 

Göydəki ay kimi nura bənzəyən,

Axan Xan Araza, Kürə bənzəyən,

Qəlbimi sevgiylə,  eşqlə bəzəyən

Sən oldun ay gözəl, sən olacaqsan. 

                                    “Sən olacaqsan” şeirindən.

            Nicat Ərtürk həm də layiqli ailə başçısı, gözəl atadır. Elə bu yerdə qeyd etmək tam yerinə düşər ki, o, bacısının sevimli övladına məhz Türkan adını verib. Beləliklə, bu qısa səyahətimi buradaca başa vurmaq, nəticə olaraq aşağıdakıları söyləmək istəyirəm: O, əsl türkçüdür, turançıdır, vətəndaşdır: Türk oğlu Türk- Nicat Ərtürkdür!

            Əziz həmkarım, yazıb-yaratmaq eşqi ilə coşub çağlayan fədakar dostum Nicat Ərtük! Zehnin işıqlı, yolun aydın olsun! Səbrsizliklə yeni-yeni uğurlarını gözləyirəm.

01 sentyabr 2026-cı il, Bakı şəhəri.

Müəllif: Xəlil Mirzə,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü və Aran bölgəsi üzrə təmsilçisi, “Kür-Araz” qəzetinin poeziya və nəsr bölməsinin rəhbəri, Azərbaycan Respublikasının əmək veteranı

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər – 9-cu hekayə

Əvvəli burada: Müqəddəs Zəfər – 8-ci hekayə

BAĞIŞLA MƏNİ, ROMEO!

(Müqəddəs Zəfər: 9-cu hekayə)

Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi… Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.

30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:

-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?

Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:

-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.

-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.

-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.

-Baş üstə.

Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:

-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…

-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.

-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.

-Görüşənədək, mənim Romeom.

Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.

Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.

-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.

Hər ikisi qəhqəhə ilə gülmüşdülər.

Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.

Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.

…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:

-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.

“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.

-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…

Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:

-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.

Roman dayanmadan çağırırdı:

-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..

-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…

Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:

-Bağışla məni, Romeo… əzizim…

03.08.26.

Ardı burada: Müqəddəs Zəfər: 10-cu hekayə – Son

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər – 8-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 7-ci hekayə

O QIZ MƏNİM HƏKİMİMDIR

(Müqəddəs Zəfər: 8-ci hekayə)

Müharibənin on dördüncu günü idi. Cəbhə xətti get-gedə yaşayış məntəqələrindən uzaqlaşır, atəş səsləri sanki eşidilməz olurdu. Bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri S.Lavrovun təkidi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin atəşkəs barədə razılığa gəldikləri elan olunmuşdu. Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu razılaşma kobudcasıına pozulmuşdu. Düşmən tərəf uzaqvuran toplar və raketlərlə nəinki döyüş mövqelərimizi, həmçinin yaşayış məntəqələrimizi də aramsız olaraq atəşə tuturdu. Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri hədəfə çevrilmişdi. . Mərmi və raketlərin vıyıltıları, hər partlayışdan sonra yaratdıqları rezonans aydınca hiss olunur, dinc sakinlərdə dəhşətli vahimə yaradırdı. Cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi. Bu gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi; 13 ədəd tankı, 4 ədəd P21 “Qrad” yaylım atəşli reakiv sistemi, 6 ədəd B20 və B30 topu, 3 ədəd 2F3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 zastava zenit qurğusu, 2 ədəd radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri, daha bir zirehli tank bölməsi və 1 ədəd F300 zenit raket sistemi məhv edilmişdi. Günorta radələrində Ermənistan ordusuna məxsus və Xocalıda yerləşən ən bahalı radiolokasiya sistemi də məhv edildi. Düşmən tərəf Ağdərə-Tərtər və Füzuli- Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Bütün cəhdlərin qarşısı alındı, düşmən yenə xeyli itki verərək geri çəkilməyə məcbur edildi.

Günəş bugünlük xidmətini başa vurub dağların arxasına çəkilməkdə idi. İndi o, sobada qızardılmış dəmir kürəni xatırladırdı, ancaq hərarəti azalmaqda idi. Hərbi hospitalın həkimi leytenant Mehman Qurbanlı kürəyində daşıdığı yaralı əsgəri təpənin arxasında gizlətdikləri pikap maşınının arxa oturacağına uzadıb nəbzini yoxladı, çox zəif idi. Onun ardınca xərəkdə başqa bir yaralını gətirən gizir Cavid Saraclı və əsgər Taleh Xıdırov da yaxınlaşmaqda idilər. Həkim cəld kuzovun arxa bortunu açdı. Köməkləşib yaralını xərəkqarışıq kuzova qoydular.

-Cənab leytenant, deyəsən qardaşımız şəhid oldu,- deyə gizir kövrəldi.

-Özünü ələ al qardaş, qərar verməyə tələsmə.

Həkim ikinci yaralının da nəbzini yoxladı, – yaxasını açın,- deyə göstəriş verdi. Cəld çantasını açıb tibbi ləvazimat olan bağlamanı çıxartdı, iynə və flakon götürdü. Şüşənin başını sındırıb dərman çəkdi. Skalpellə yaralının kitelinin sağ qolunu kəsdi, rezin “jqut”la qolunu dirsəkdən yuxarı hissədən sıxıb hərəkət etdirib, damarına iynə vurdu. Bir qədər gözləyib nəbzini bir də yoxladı. Sonra əllərini çarpazlayıb ritmlə sinəsindən basmağa başladı. Bir, iki, üç… yenə… yenə…

-Hə, qardaşım, aç gözlərini.

Bir, iki, üç… yenə… yenə… süni nəfəs verdi. Bir, iki, üç… yaralının sinəsində hərəkət hiss olundu.

-Həkim… həkim… qardaşımız nəfəs alır. Sizə qurban olum, həkim!

-Gizir, özünü ələ al. Birinci yaralını da hazırlayın, ona da iynə vuracam.

Rabitə cihazından çağırış səsi gəldi:

-“Külək”, “Külək”, mən “Səma”yam. Məni eşidirsiz?

Əsgər Xıdırov çantasından cihazı çıxarıb həkimə tərəf uzatdı. Həkim cihazı alıb cavab düyməsini basdı:

-“Səma”, mən “Küləyəm”, sizi eşidirəm.

-Sizə tərəf təcili tibbi yardım maşını gəlir, qarşılayın. Ehtiyatlı olun, təhlükəsiz marşrut seçin, yaralıları o maşına yerləşdirb geri dönün, yenə yaralananlar var, əsgərlər onları sizə tərəf gətirirlər. Köməyə tələsin…- pauza,- təəssüf ki, şəhidlərimiz də var… iki nəfər…

-Aydın oldu, icraya başlayırıq.

-Uğurlar olsun, qardaş. Rabitəyə son.

Mehman rabitə cihazını Talehə qaytarıb göstəriş verdi:

-Get, qardaş, qarşıla. Ehtiyatlı ol, gəldiyimiz marşrutla hərəkət edin. Cavid, sən qal, işimiz çoxdur, sarğıları dəyişməliyik.

Təcili tibbi yardım maşını toz qopara-qopara onlara yaxınlaşdı, üç-dörd metrlik məsafədə dayandı. İlk olaraq Taleh, ardınca ağxalatlı iki nəfər maşından düşdü. Onlardan biri:

-Gülnar, sən burada neynirsən?- Mehman təəccüb dolu gözlərini gənc qıza zillədi.

-Salam, Mehman həkim. Mən, Gülnar Çərkəzli, həkim-cərraham. Vətənimdə müharibə gedirsə, mən harada olmalıyam?- Gülnar suala sualla cavab verdi.

-Gülnar, qurban olum, axı buralar çox təhlükəlidir.

-Bilirəm. Mənim canım səninkindən artıq deyil ki? Heç onlardan artıq deyiləm,- yaralıları göstərdi.

Mehman söz güləşdirməyin əbəs olduğunu dərhal anladı. Gülnarın xasiyyətinə yaxşı bələd idi.

Onlar cəmisi bir ay əvvəl nişanlanmışdılar, Gülnar Bakıdakı klinikalardan birinə təyinat alandan bir neçə gün sonra, ancaq qeyri-rəsmi, öz aralarında. Sentyabrın 27-də Mehman öz ad gününə Gülnarı da dəvət edəcəkdi. Valideynləri ilə tanış edəcək, evlənmək istədiklərini bildirəcəkdi. Həmin gün müharibə başladı… Mehman artıq ikinci il idi ki, hərbi hospitalda işləyirdi, Gülnar isə iki həftəyə yaxın.

Yaralıları dərhal təcili tibbi yardım maşınına keçirdilər. Gülnar onları süni tənəffüz aparatına qoşdu. Sevgililərin görüşü cəmisi 7-8 dəqiqə, gərgin iş şəraitində baş verdi. Ayrılarkən Gülnar Mehmanın əlini bərk-bərk sıxdı:

-Gözlərimi yolda qoyma, igidim.

Gülnar müharibənin ikinci günü işlədiyi klinikanın rəhbərliyinə müraciət etmiş, könüllü olaraq cəbhə xəttinə yaxın fəaliyyət göstərən səyyar hərbi hospitala gəlmişdi. Ötən bu müddət ərzində bir dəfə də olsun rastlaşmamışdılar. Mehman demək olar ki, mobil telefondan istifadə etmirdi. Onun daim qaynar nöqtələrdə olması buna imkan vermirdi. Onsuz da o yerlərdə dalğa olmurdu. Valideynlərini də qabaqcadan xəbərdar etmişdi. İndi, Gülnarla görüşündən bir həftə sonra çadır yataqxanada saxladığı mobil telefonunu götürüb anasına zəng etmək qərarına gəldi. Telefonunun enerjisi tükənmişdi. Hospitala getdi, həkimlər otağında enerji yığmaq üçün telefonunu şəbəkəyə qoşdu. Ekran açıldı. Yuxarı sağ küncdə yaşıl rəngdə işarə göründü. Sonra ard-arda buraxılmış zənglərin tatixini göstərən mesajlar bir-birini əvəz etdi. O, şəhadət barmağıni ekranın üzərində aşağı-yuxarı sürükləməyə başladı. Çoxlu sayda zəng gəlmişdi- atasından, anasından, Gülnardan, kiçik qardaşından, bacılarından, dostlardan, qohumlardan… Anasına zəng elədi, hal-əhval tutdu, ona təskinlik verdi. Sonra atasına, digər doğmalarına, dostların bir neçəsinə zəng elədi. Daha sonra Gülnarla görüşmək, odun-alovun caynağından qopardığı yaralıları yoluxmaq qərarına gəldi. Gülnarın əməliyyatda olduğunu söylədilər. Onda ilk olaraq ağır vəziyyətdə Gülnargillə hospitala yola saldığı əsgəri axtarıb tapdı. Adı və soyadı yaxşı yadında idi: Kamil Dəmirov. Kamil demək olar ki, başdan- ayağa sarğıda idi. Ancaq Mehmanı dərhal tanıdı. Aram-aram, kəsik-kəsik danışırdı:

-Orda… dağların arasında… gözümü… gözümü açanda… huşum özümə gə…gələndə ilk… ilk gördüyüm adam… sən idin… Burda isə… üç gün… yenidən huşsuz… qalanda… o… o qız… onu gördüm. Üç gün başım…ın üstündə… məni o əməliyyat… o əməliyyat…

Gülnar qapıda göründü, gözləri yuxusuzluqdan qızarmışdı, çox yorğun görünürdü. Mehman onu görcək dərhal ayağa qalxdı, baxışları toqquşdu.

-Gülnar, sən çox yorgun görünürsən.

Gülnar Mehmana sari bir neçə addım atdı. Üz-üzə, göz-gözə dayandılar.

-Sən də. Nə vaxt gəlmisən?

-Bir az əvvəl, yaralı gətirmişəm, müayinə otağındadır. Vəziyyəti pis deyil, ilk yardımı mən çatana qədər əsgər yoldaşları eləmişdilər. Güllə yarası alıb, sol çiynindən.

-Hə, şükür Allaha ki, yaxşıdır. Əməliyyata ehtiyac var?

-Yarasını tez-tez təmizləmək lazım gələcək.

-Olsun, gedib baxaram.

-Sənə dincəlmək lazımdır. Baş həkim özü baxdı, razı qaldı.

-Yaxşı, lap yaxşı. Nə vaxt gedirsən?

Mehman sanki günahkarcasına başını aşağı əydi:

-Tez qayıtmalıyam, əzizim. Füzuli istiqamətində ağır döyüşlər gedir. Orada mənə ehtiyac var.

– Odur… o qız… o mənim həkimimdir…

Hər ikisi dönüb Kamilə baxdılar, gülümsədilər.

Ordumuzun tam qələbəsi ilə başa çatmış Vətən Müharibəsinin 39-cu günü Mehmanın həyatında silinməz iz buraxdı. Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri uğrunda gedən döyüşlərdə yaralanmış döyüşçü yoldaşlarını hospitala çatdırmaq tapşırığı almışdılar. Həmişəki kimi maşını təhlükəsiz yerdə saxlayıb ön xəttə tələsirdilər. Birdən onu hansı bir qüvvə isə göyə qaldırdı. Sonra nə baş verdiyini anlaya bilmədi. Gözlərini açanda özünü işıqlı bir otaqda gördü. Gülnar yanında, stulda oturub yorğun, qızarmış gözlərini ona zilləyib sanki donmuşdu. Sonradan bildi ki, minaya düşüb, hər iki ayağını dizdən yuxarı itirib.

Bir il keçdi. Mehman çarpayıda uzanıb xəyala dalmışdı. Gülnara necə anlatsın ürəyindən keçənləri? O qızın bədbəxtliyinə niyə bais olsun?.. Palatanın qapısı açıldı, Gülnar göründü. Bu gün hərbi paltarda idi, çiynindəki qoşa ulduzlar mundirinə xüsusi yaraşıq verirdi. Adsız barmağında bir il əvvəl Mehmanın bağışladığı zümrüd qaşlı nazik üzük parlayırdı. Elə həmin əlində, barmağında üzük olan əlində sari, çəhrayı və narıncı güllərdən düzəldilmiş buket var idi. İlahi, o, necə də gözəl, necə də məsum idi.

-Sabahın xeyir olsun, cənab baş leytenant. Doğum günün mutlu olsun, bəy! Hələ yataqdasan? Qalx görüm. Qalx, protezlərini geyin. Sonra… gedirik mənim otağıma, hərbi parad mundirini geyinirsən, təbii ki, mənim köməyimnən, və… Və gedirik sizə…

-Gülnar, əzizim, bəlkə lazım deyil?! Mən… mən indi, belə vəziyyətdə sənin nəyinə lazımam? Gülnar…

-Qalx görüm, qalx! Bu gün 2021-ci ilin sentyabr ayının 27-si, müqəddəs şəhidlərimizin anım günüdür. Unutmamısan? Həm də… həm də bu gün- sənin 27 yaşının tamamında biz evlənmək barədə qərar verdiyimizi valideynlərimizə bildirməliyik.

-Gülnar… Anım gününü təbii ki, unutmamışam. Bu günü unutmaq olarmı? Ancaq… Mən əliləm, mənim həyatım dayanıb. Evlənmək barədə isə… heç bir qərar yoxdur, olmayıb, olmayacaq…

-Dəli! Dəlinin biri, dəli! İstəyirsən mən də ayaqlarımı kəsdirim? Sənin vəziyyətinə mən düşsəydim məndən imtina edəcəkdin? Hə?.. Biz bu barədə neçə dəfə danışmışıq? Mən sənin ürəyini sevmişəm, mən sənin kişi qeyrətini sevmişəm…

Gülnar gül buketini masanın üstünə atıb çarpayının kənarında oturdu, əlləri ilə üzünü bağlayıb hönkürməyə başladı. Mehman nə edəcəyini bilmirdi, qərarsız vəziyyətdə yerində eşələnirdi.

-Gülnar… Gülnar… Mənə kömək edərsən? Protezlərimi ver də… zəhmət olmasa…

Gülnar göz yaşlarını silib diqqətlə ona baxdı.

-Protezlərini? Hə… protezlərini… verim də. Nə etmək istəyirsən ki?

-Necə yəni nə? Hazırlaşaq gedək də. Əvvəlcə Şəhidlər Xiyabanına, sonra… sonra istəsən bizə gedərik. Anam neçə gündür hazırlıq görür.

Gülnar özünü toparlayıb qalxdı, üst-başını qaydaya saldı. Mehmana kömək edib protezlərini geyindirdi. Mehman qalxıb onunla yanaşı dayandı.

-Bax ha, boyumuz da uyğun gəlir.

-Mənim dəli igidim, indi sən qətiyyən əlilə oxşamırsan.

-Sənin inamlı yardımın sayəsində, əzizim. Bu aylar ərzində sən mənə ayaq üstə durmağı, yeriməyi öyrətmisən. Hamısı sənin sayəndədir.

-Yaxşı görək, şişirtmə.

-Akka canı.

Hər ikisi ürəkdən güldü, ana nəvazişinə sevinən uşaqlar kimi.

Mehman masanın üstündən telefonunu götürüb anasına videozəng açdı.

Duud… duud… duud…

-Ana, sabahın xeyir. Necəsən, anacan?

Ekranda Familə ananın nurlu siması göründü.

-Sabahın xeyirə açılsın, mənim igid balam. Ana qurban olsun sənin…- sözünün ardını gətirə bilmədi, qəhərləndi. Bir neçə saniyədən sonra özünü toparlayıb davam elədi,- Gözəl balam, şəkər balam, igid balam. Atanla hazırlaşırıq sənin yanına gəlməyə. Həkimindən icazə alıb evə gətrimək istəyirik, axşam qonaqlarımız olacaq. Sənin ad gününə gələcəklər. Sevdiyin xörəkləri bişirmişəm, hamısını…

-Ana, dəqiq bilirsən ki, mənim ad günüm bu gündür?- Yana çönüb Gülnara göz vurdu.- Bəlkə, noyabrın 10-dur?! Hə, anacan, bəlkə səhv salırsız günləri?

-Oğul, qurban olum, bu boyda səhv olar? Bu gündür.

-Mən bu gün ad günü keçirməyəcəm, bu gün şəhidlərimizin anım günüdür.

-Başına dönüm, indi anladım səni. Olsun noyabrın 10-u. Atan da yanımdadır, o da razılıq edir.

Balaşirin kişi ekranda göründü, oğluna əl edib salam verdi.

-Sabahın xeyir, oğul. Söhbətinizi eşidirdim, düzgün qərardır. Səninlə qürur duyuram oğul, olsun sən deyən kimi- noyabrın 10-u. Qonaqları özüm başa salaram. İndi biz gəlirik sənin yanına, oradan da birlikdə gedərik Şəhidlər Xiyabanına. Gör anan nə deyir.

Familə ana yenidən ekranda göründü, bu dəfə Balaşirin kişi ilə yanaşı dayanmışdı.

-Mehman, İgid balam, gəlirəm səni bağrıma basmağa.

-Zəhmət çəkməyin, ana. Özüm gələcəm, uzağı bir saata… yox, yarım saata, Şəhidlər Xiyabanına. Siz də ora gəlin. Özü də… ana, tək gəlmirəm ey, sizi gələcək gəlininizlə tanış edəcəm. Əgər, etiraz eləmirsizsə.

-Nə etiraz, ay bala. Gətir, qurban olum, gətir. Bilmək olar kimdir o gözəl bala?

-Ana! Canım ana! O qız… o qız mənim həkimimdir.

-Başına dönüm ay oğul, Gülnar həkimi deyirsən?

-Hardan bildin, ay ana?

-Ana ürəyi həssas olur, oğul. Yanındadır? Yanındadırsa, ver danışım onunla.

30.07.26.

Ardı burada: Müqəddəs Zəfər – 9-cu hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I