Kateqoriya arxivləri: “İLİN YAZARI” MÜKAFATI

KAŞ Kİ, GÖZƏL OLAYDI

KAŞ Kİ, GÖZƏL OLAYDI

(hekayə)

  Səlim kişi gözlərini açanda başına toplaşan övladlarının, nəvələrinin bir ağızdan xorla:-Allaha şükür!-dediklərini eşidəndə, anladı ki, yenə də epilepsiyası tutub.

  – Ay ata! Niyə həkimə gedib özünü yoxlatmırsan?–deyib sonbeşik qızı-Arzu əyilib atasının alnından öpüb, özündən yaş yarım böyük qardaşı-Raufa üzünü tutub onu da qınadı:

  – A lələ! Niyə atamızı həkimə aparmırsan?

  – Sözə baxırmı ki?

  Tək oğul övladı olduğu üçün ərköyün böyüdülən oğlunu uşaqkən sözə baxmadığına görə çox tənbeh eləmişdi Səlim kişi. O vaxtlar ağlına gəlməzdi ki, vaxt gələcək özünü də sözə baxmamadığına görə övladları qınayacaqlar. O, indi başına toplaşan övladlarını nəzərdən keçirdi. Onların yaşında olduğu vaxtlarını xatırladı. Onda onlar indi onun qəfldən yaxalandığı epilepsiyanın təsirindən təlaşa düşən nəvələri yaşda olardılar.

  O zamanlar övladları ondan asılı idilər. Maddi, mənəvi yardımına, qayğısına möhtac idilər. İndi isə o, övladlarının maddi yox, mənəvi dayağına və sayğısına möhtacdır.

  Qayınatasının özünə gəldiyini görən Nargilə mətbəxə qaçıb bal şərbəti hazırlayıb gətirdi.

  – A dayı, yaman qorxutdun bizi. Özünü necə hiss edirsən?

  Səlim kişi qalxıb çarpayıda oturdu. Şərbəti içib gəlininə təşəkkür elədi:

  – Sağ ol qızım! Əbəs yerə qorxmusunuz. Ətrafındakıları nəzərdən keçirib, əlini nəvələrinə uzadaraq gülümsünüb, sözünə davam elədi: – Bu cür qoçuları olan babanın əzrayıl cürət edib həndəvərindən də keçməz.

  Nəvələrin ən kiçiyi beş yaşlı Eldar sinəsini qabardıb, məğrur görünüş yaradıb dedi:

  – Baba! Bunlara çox da güvənmə! Dediyin əzrayılı görən kimi pərən-pərən düşəcəklər. Mən isə, heç cürə ona imkan vermərəm ki, sənə yaxın dursun.

  Böyüklər əhəmiyyət verməsə də Eldarla eyni yaşda olan maması (bibisi) oğlu Fizuli çiyinlərini dartıb, sinəsini qabardıb babasına yaxınlaşdı.

   – A baba! Eldara da güvənmə! O da, əzrayılı görəndə hamıdan qabaqda qaçacaq. Mən isə, Əzrayılın sənə tərəf yaxınlaşacağını görsəm, badalaq atıb yıxaram yerə. Qoymaram onu sənə toxunsun.

  Hazırcavablığı ilə böyükləri də heyrətə gətirən dördüncü sinifdə oxuyan Pərvanə qardaşı – Eldarala maması oğlu – Fizulinin özlərini öymələrinə dözmədi.

  – Doğrudan da uşaqsınızmış. Əzrayıl mələkdir, gözə görsənmir. Əcəli çatmayanların canını almır. Babamız zarafat edirdi. Siz keybaşlar bunu qanmadınız.

 – Buna bax ee! Özünü babamdan da şox bilmiş sanır. Azz! Əzrail dırnağımızın arasına dolan mikrobdurmu ki, gözlə

 görünməsin. Düz demirəmmi baba?

  Həmişə qəliz sualları ilə başını qatan Eldarla Fizulini Səlim kişi çağırıb hərəsini bir dizinin üstündə oturdub  Pərvanəyə də əli ilə işarə elədi ki, yanında əyləşsin.

  – Pərvanə düz deyir. Gerçəkdən də əzrail mələkdir, gözə görünmür. Əcəli çatmayanın canını almır. İndi də diqqətlə əlimə baxın və barmaqlarımı sayın! Neçəsi var?

  Səlim kişinin sualına nəvələr xorla cavab verdilər:

  – Beş.

Səlim kişi ikinci əlini də qaldırıb dedi:  

  – Görürsünüzmü? Bunda da beş barmağım var. Bunların hər hansı  birinə iynə batırsalar, hansınızın canı ağrı hiss edəcək? Əlbəttə, məndən başqa heç birinizin. Çünki, bu barmaqlar mənim canımın bir parçasıdır. Hər hansı birinizə dəyən zərbənin ağrısı isə, sizdən çox, məni yandıracaq. Ona görə ki, hər biriniz canımın bir parasısınız. Siz bir-birinizlə nə qədər mehriban olsanız, mən o qədər sevinəcəyəm. Sizin bir-birinizə olan xoş münasibətiniz mənim heç kəsin yayına bilmədiyi əcəlimin vaxtını üzadır, aqresivliyiniz isə, qısaldır. Mənim də sizin yaşınızda olarkən babam, nənəm olub. İndi hanı onlar? Görürsünüzmü? Yoxdular. Mənim yanınızda daha çox olmağımı istəyirsinizsə, mehriban olun. Bir-birinizə iradınızı it dili-aqresiya ilə yox, insan dilində nəzakətlə emosiyasız bildirin. Kütləvı kin, nifrət, öpkə, aqressivlık cəmiyyətimizi uçuruma sürükləyir. Sadaladığım neqativ anormallıqda bişən bəndələrini uca Allahımız gec-tez qovuşacaqları əbədi yaşayacaqları axirətin cənnətindən məhrum edəcək, od-alovla qaynayan cəhənnəmə göndərəcək.

  Mən adi bir insan oldduğum halda, sizin bir-birinizə qarşı olan aqressiv münasibətinizə dözə bilmirəmsə, ucaların ucası-Allahımız insan kimi yaratdığı bəndələrinin bir-birinə olan vəhşi qəddarlığına dözərmi?

  Az öncə ailəni lərzəyə salan gərginlik sovuşmuşdu. Hamı diqqətlə Səlim kişini dinləyirdi. O danşdıqca, Pərvanə bir –neçə il qabaq anasının maraqla izlədiyi Türk dizisi “Baba sandır“ dizisinin baş qəhrəmanı ilə babasını müqayisə edirdi. Anası ilə birlikdə həmin dizini maraqla izlədiyi vaxtlar,  Pərvanənin ağlına gəlməmişdi ki, ordakı ata obrazı ilə babası eyni taleyi yaşayırmış. Hər ikisi həyat yoldaşını itirib övladlarını tək böyütməli olublar. Atası gündüz vaxtları işdə olduğundan, vaxtının çoxunu birlikdə keçirdiyinə görə o, babasını atasından da, anasından da daha çox istəyirdi. Sözinü bitirdikdən sonra onları, diqqətə süzüb kövrəldiyini görəndə:

  – Babam candır. – deyib boynuna sarılıb üzündən öpdü.

  Digər nəvələrin də Pərvanənin etdiyini təkrarlaması, atalarının nəsihətini dinlədikcə, onun da, yaxın vaxtların bir günündə, “İndi hanı onlar?“ sorduğu babasına, nənəsinə qovuşacağının təlaşını yaşayan Raufla, bacısı Tükəzbanı, kövrəltdi. 

  Neçə saat idi ki, Rauf telefonuna gələn zənglərə cavab verməyib söndürürdü. Bu dəfə gələn zəngi qapada bilməzdi. Çünki, zəng edən urusetdə yaşayan böyük baçısı Maral idi.

  – Bacı, necəsən nə var nə yox?

  – Bizdə salamatçılıqdır. Sizdə nə var nə yox? Keçən axşam qarışıq yuxular görmüşəm. Atamız necədir?

  – Allaha şükür yaxşıdır. Nəvələrinə dərs keçir.

  – Yəqin ki, bizə keçdiyi dərsləri təkrarlayır. Dərs saatını bildirsəydi, mənimkilər də onlayın qoşulardılar. Ona deginən növbəti dərsə məndən xəbərsiz başlamasın.

  – Özün desən daha yaxşı olmazmı?

  Rauf telefonunu atasına verdi.

  – Ata, necəsən?

  – Mən yaxşıyam. Səni gördüm daha da yaxşı oldum. Özün, uşaqlar necəsiniz? Yeznənin işləri necə gedir? Vətənə dönmək fikrinizdən keçmirmi?

  – Ay ata, məndən olsa bir gün də burda qalmazdım. Doğmalardan uzaq düşməyin nə olduğunu özün də görmüsən. Ən çox da, səndən ötrü darıxıram.

   – Mənim dərdimi çəkmə! Görürsənmi yanımdakı cangüdənlərimi? Möhkəm söz veriblər ki, hətta əzrayılı da həndəvərimə buraxmayacaqlar. 

  Nargilə qayınatasına yaxınlaşıb üzünü telefona tutub baldızına əl yelləyib salamlaşdılar, bir-birinin hal-əhvalını sordular. Tükəzban da, telefona üzünü tutub bacısı ilə salamlaşdı.

  – A bacı, olmazmı ki, yeznə qalıb işləsin sən uşaqlarını götürüb gələsən? Biz də, sizdən ötrü narahatıq.

  – Niyə olmurmur ki, olardı. Bir neçə dəfə cəhd də eləmişəm. Tez də fikrimdən daşınmışam. Çünki, Rüstəmlə şəhərə çıxanda, buranın qadınlarının ona, qarşısına dovşan çıxan canavar kimi baxdıqlarını görmüşəm. Yadındadırmı atam yuxuda tez-tez Mehriban adlı bir qadının adını çəkərdı. Rəhmətlik anam o, qadının kim olduğunu soruşanda atamız deyərdi: Adamın yuxusuna cin-şeytan girər. Belə bir adam tanımıram. Ay ata, yadına gəlirmi bir dəfə sən yuxuda sayaqlamışdın: A Mehriban! Mən də çox istərdim. Nə edim ki, alınmadı. Axı səni başa salmışdım. Bunu eşidən anam uzun müddət səni danışdırmdı. Dilə tutub çox çətinlıklə barışdırsaq da, sənə qarşı olan əvvəlki münasibətini bərpa edə bilmədik.

  – A dayı, Son illər nədənsə, yuxuda çox zarıyırsan. Bəzən, Rayfu oyada bilməyəndə, özüm sənə baş çəkirəm. Bir dəfə də olsun qaynanamın adını çəkdiyini eşitməmişəm. Həmişə Mehribanı haraylamısan. Kimdir o qadın?

  Gözəl xasiyyətinə görə qızlarından seçmədiyi gəlininin sualına qeyri-ixtiyari cavab verdi:

  – Urusetdə olduğum zamandakı gəncliyimin acı xatirəsi.

 Raufla Tükəzban təəccüblə bir-birinə baxıb gülümsündülər. Onlar dəfələrlə soruşsalar da, ataları bu sualdan yayınmışdı.

  – Ay ata, ola bilərmi ki, olduğum yerin yaxınlığında baçı-qardaşım olar, mənimsə, bundan xəbərim olmaz. Vardırsa ünvanı bildir, axtarıb tapım.

  Övladlarının ilki olduğuna görə ürəyində xüsusi yeri olan Maralı yanlış təxmininə görə Səlim kişi qınadı:

  – Yaxşı tanıdığın atanı keçmişində qara iz buraxacağında şübhələnəcəyini səndən gözləməzdim.

  – A ata, bağışla. Doğmalarımı birlikdə görəndə, elə sevindim ki, ağzıma nə gəldi üyüdüb tokürəm.

  Doğmaların nəyə görə bir araya gəldiklərini, bir-neçə saat ərzində necə kritik anlar yaşadıqlarını, Maraldan  keyfi  pozulmasın deyə gizlətdilər.

  Çoxdan danışmadıqlarına görə söhbətləri uzun çəkdi. Şam yeməyindən sonra Səlim kişi vərdişini pozdu. Həmişəki kimi televizoru açıb xəbərlərə baxmadı. Otağına gedib çarpayısına uzandı. Uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmədiyi, hətta yuxuda da ondan əl çəkmədiyi Mehribanla tanış olduğu günü xatırladı.

                                                   ***

  Əsgərlikdən gələndən sonra nə öz, nə də ki, qonşu rayonlarda ixtisasına uyğun iş tapa bilməyən Səlim çətinliklə ata-anasının razılığını alıb, hərbi xidmətdə olduğu şəhərə qayıtdı.

  Səhər tezdən qatardan düşən Səlim yaxşı tanıdığı şəhərin ən böyük avtoparkında elə həmin gün iş tapdı. Bir gün ərzində qeydiyyata alındı, yataqxanada yerlə təmin olundu. Belə tez bir zamanda işinin düzəldiyindən keyfi göyün yeddincı qatında süzən Səlim axşam tərəfi səhər cəzintisinə çıxdı. Yataqxanadan bir-neçə yüz metr aralanmışdı ki, ərzaq mağazasının qarşısında söhbət edən qızlara yaxınlaşanda, qızlardan birinin ondan bəhs etdiyini eşitdi.

  – Mexriban! Mne kajetsya, etot krasvçik vaş zemlyak. (Mehriban! Mənə elə gəlir ki, o, gəşəng oğlan sənin yerlindir.)

  Səlim qızın dediklərini eşitməzliyə salıb addımını yavaşıdıb, gözaltı onlara baxdı. Üç qəşəng rus qızının yanındakı ortaboylu, qarabüğdayı, arıq cənublu qızın Orta Asiya millətlərindən olduğunu zən elədi Səlim. Ondan bəhs edən alagözlü, uca boylu, möhtəşəm bədən quruluşlu qız diqqətini cəlb elədi. İlk baxışda ağlını başından alan qızla tanış olmağın yolunu tapmaqda çətinlik çəkmədi. Yanlarına çatanda, nəyəsə ilişirmiş kimi yerində səndələdi. Onun süni fəndi qızların gülüşünə səbəb oldu.

  – Az qala travma alacaqdım siz isə qəh-qəhə çəkib gülüşürsünüz. Bu çür qəşəng qızlardan bunu gözləməzdim.

  Alagözlü qız soruşdu:

  – Nəyə ilişmişdiniz?

  Səlim ayağının altına baxıb dedi:

  – İlişən ayağım deyildi, ağlım idi. Səbəbkar da, sizin sehirli alagözlərinizdir. Ya osleb ot çujoqo aqnya. (Mən sehrli oddan kor oldum.)

  Gözləmədiyi cavabdan qızın yanaqları qızarıb sinaf almaya döndü. Ona kompliment deyənlər çox olmuşdu. Bu cür poetik üsulla fikrini ifadə edən olmamışdı. Sevişdiyi oğlanlar olsa da, anasının ciddi tələbinə görə araməsafə saxlamışdı. Heç biri ilə münasibəti uzun çəkməmişdı. Bir neçə dəfə evlilik təklifi edənlər də olsa da, heç birini qəbul eləməmişdi. Öz özünə söz vermişdi ki, ali təhsilini başa vurmamış bu barədə düşünməyəcək. Artıq o, öz məqsədinə çatmışdır. Xoşlandığı biri evlənmək təklifi edərsə, yox deməyəcəkdi.

  Alagözlü qızın başını yerə dikib susduğunu görəndə, qızın ondan xoşu gəldiyinə Səlimin şübhəsi qalmadı. Planında olmayan təsadüfi fürsəti qaçırmamaq üçün özünü təqdim etdi:

  – Mən şəhərinizə bu gün gəlmişəm. İşə düzəlmişəm. Yaxınlıqdakı yataqxanada qeydiyyata düşmüşəm. Sabahdan işə başlayıram. Adım Səməddir.

  Səmədin adını ə hərfiylə səsləndirdiyini eşidən Mehriban onun yerlisi olduğuna çox sevindi.

  – Sveta! Sən telepadsanmış. Bu oğlan mənim doğma yerlimiş. Bunu nədən bildin?

  Təxmininin təsdiqini tapdığına Mehribandan da çox sevinən Sveta gülümsəyərək cavab verdi:

  – Gözlərinin bişimindən.

  Svetanın cavabı Səlimə qəribə gəldi. Düşündü: “Qafqaz millətlərinin göz quruluşu eyni bişimdə deyilmi?” Dönüb ilk baxışda çilimsiz görsənən çatmaqaş, qonur gözlü Mehribana baxdı. Sifətdən gözəl olmasa da, məsumluq, abır-həya, yağan gözləri cazibədar idi.

  Qarşısındakı hansının daha gözəl olduğunu soruşsalar, cavab verməkdə çətinlik çəkəcəyi rus qızları ilə, görünüşcə onlardan xeyli fərqlənən yerlisini müqayisə elədi Səlim. Xarici gözəllikdə bunlar onu üstələsə də, daxili gözəlliyin və gözlərin müsabiqəsi keçirilərsə, o, oları üstələyər.

  – Sveta, sizdən bir söz soruşmaq olarmı?

  İlk dəfə görməsinə baxmayaraq, bir poetik komplimentlə ürəyinə yol tapan Səlimin hər sualına məmuniyyətlə cavab verməyə hazır idi Sveta.

  – Niyə olmur ki? Soruşun.

  – Oxuduğum institutda qeyri ruslar şox idi. Rəfiqəm-Nataşa Sultan (Soltan) adlı Azərbayanlıya göz qoymuşdu. Oğlan başqa bir qurupda təhsil alan başqa vurulmuşdu. Nataşa neylədisə, onları ayırdı. Və fürsəti əldən vermədi. Özü Sultana ürəyini açdı və istəyinə çatdı. Həmişə rəfiqələrimizlə biraraya gələndə o, Sultanı ağız dolusu tərifləyirdi. Bir dəfə mən ondan soruşdum:

  – Sveta! Bu qədər oğlanların bolluğunda, Sultanda nə gördün ki, qır-saqqız olub ondan yapışdın. Nə fənd işlətdinsə, sevgisını qazanmamış əl çəkmədin.

 – Allah bizi bir-birimizdən ötrü yaradıbsa, mən imkan verərdimmi ki, qismətimdən başqaları bəhrələnsin. Sultanda nə gördüyümü bilmək istəyən onun gözlərininin biçiminə baxsın. Qrupumusdakı digər qeyri ruslarla müqayisədə, sizin göz quruluşunuzun fərqliliyini hiss elədik.

  – Qızlar! Yerlimlə öz dilimizdə danışsam inciməzsiniz ki?

  Sveta cavab verməyə hazırlaşam Larisanı qabaqladı:

  – Danışın. Xəbəriniz olsun ki, yarım ildən çoxdur ki, biz Mehribana rusca, o da bizi Aərbaycanca danışmağı öyrədir.

Dilinizdə sərbəst danışa bilməsək də, nə dediyinizi başa düşəcəyik.

 – Yaxşı ki, xəbərdarlıq elədiniz. Mən ondan soruşacaqdım ki, Svetanın sevgilisi varmı? Deyəcəkdim ki, işləməsəm də, yola salarkən atam mənə ilk maaşımadək dolandıracaq qədər pul verib. Əgər axşam sizi bəyəndiyiniz restorana dəvət eləsəm, təklifimi qəbul edərsinizmi? Bu gün mənim həyatımın ən uğurlu günlərindən biridir. Evdən çıxarkən heç ağlıma da gəlməzdi ki, düşəcəyim şəhərdə bir gün ərzində, işə düzələrəm qeydiyyata düşərəm, ikinci gün işimə başlayaram.

  Qızların bir-birlərinə baxıb gülümsündüklərini görəndə, Səlim elə zən elədi ki, təklifini qəbul ediblər. Larisanın nə baş verdisə, birdən-birə çiddiləşməsi ona, sevinməkdə tələsdiyini anlatdı.

 – Cavan oğlan,bir gündə hər adama qismət olmayan uğurunuza şükür edin, artığına cəhd eləməyin. Hələ cavansınız qarşınızda o qədər sabahlar var ki, hər biri də uğura möhtacdır. Valideynlərimiz bizə gecələr nəinki, restorana, diskodekaya, kinoya da getməyə qadağa qoyublar.

  Səlim eşitdiyini Mehribandan eşitsəydi, bunu təbii qarşılayardı. Müasir dövürdə yeniyetmə çağında övladlarına tam sərbəstlik verən rus millətinin şəhərli qızların belə bir qadağaya riayət edəcəyi ona, inandırıcı görsənmirdi. O, üzünü Mehribana tutub soruşdu:

  – Rəfiqən düzmü deyir yoxsa? …

  – Atam on beş ildir bu şəhərdə yaşayır. O, zaman mən uşaq idim. Onun bura gəlməyinə səbəb anamın həddindən artıq emosional olması idi. Onların qabaq-qabağa oturub şirin dillə söhbət etdiklərini görməmişəm. Həmişə atam işə tez getdiyindən onu, axşamlar evə gələndə görərdim. Darvazanın səsini eşidən kimi qabağına qaçardım. O, məni qucağına alardı, öpərdi, aldığı çox bəyəndiyim şokaladı verərdi. Kresloda məni dizı üstndə oturtdurub lətifə-nağıl danışardı. Verdiyim sualları cavabsız qoymazdı. Bizim şirin söhbətlərimiz divanda oturub televizora baxan anamı qıcıqlandırardı. “ İkiniz də uşaq ağlındasınız”. – deyib donquldanardı. Bir günün səhərini yuxudan onların savaşına oyandım. Atam ona bağırdı: – Mən buyam xoşun yoxdursa, qapım açıqdır. Anam onda da bərk bağırdı:- bu qapıdan ancaq meyidim çıxar. Mən də buyam. Qane eləmirəmsə, cəhənnəm olub hara istəsən gedə bilərsən. Atam hirslənib üstünə cümanda, anam əvəlkindən də bərk bağırdı: – gəl! Əlin mənə toxunsa səni türmələrdə çürüdərəm. Atam ona yaxın getmədi. – Səndən bu da gözləniləndir. Orda məndən soruşsalar: nə qələt edib bura düşmüsən? Desəm ki, iti döymüşəm, soruşmazlarmı: itnən itlik edərlərmi? Atam mənim ağladığımı görəndə, qucağına alıb, üzümdən örüb demişdi: – ifritə anan sənin göz yaşına dəymir. Ondan adam olmayacağını bilirəm. Səni böyüdüncə, yola verməkdən başqa çarəm yoxdur. Həmin gün evdən hirsli çıxan atam müdiri ilə dalaşıb. Müdür idarə etdiyi maşınının açarını öz xöşu ilə verib ərizə yazmasa onu, əmək məcəlləsinin qırx yeddinci maddəsilə işdən çıxardacağını bildirəndə, atam maşının açarını üstünə atıb, elə həmin gün anamdan başqa bütün yaxınları ilə vibalaşıb yola düşdü. İki həftədən sonra poçtalyon Nəcəf dayı atamın məktubunu verəndə, mən zərfi açıb yazdığı: “ Canım qızım!” başlığını oxuyanda ağladığımı görən Nəcəf dayı doluxsunub:- “Atan yaxşı kişidir”- deməsi anamı qəzəbləndirmişdi.- “ Yaxşı ilan vursun onu!” – deyəndə kişinin onu, necə süzüb başını buladığını görəndə, uşaq olsam da, nə demək istədiyini dərk elədim. Anamsa vecinə də almamışdı. Mən yaşa dolduqca, atamı yurdundan didərgin salan anama qarşı ürəyimdə gizlənən nifrətim özümlə bərabər böyüyrdü. Orta məktəbi bitirən kimi atamın göndərdiyi yol pulu ilə gəlmişəm bura.

  Atam sürücü işləyir. İş yerində də, qonşular arasında da böyük nüfuzu var. Onun məsləhətilə qonşularımız qızlarına tam sərbəstlik vermirlər. Çox gözəl xasiyyətli yoldaşı var. Üç oğlundan çox mənim qeydimə qalır. Doğma anamın atamın üzünə güldüyünü görməmişdim. Bu isə, atamı gülə-gülə, şirin dillə, xoş sözlərlə qarşılayır. Buna görə də ona-mama deyirdim. Bir dəfə çaşıb-ana demişdim. Sevindiyindən məni qucaqlayıb, öpüb demişdi: nə gözəl səslənir. Bir də təkrarlasana! Bir də təkrarlayıb demişdim: – etiraz etməsən sənə ana deyədim.-Çox sevinərdim. Bu, Mamedin də ürəyincə olardı.- deyib məni qucaqlayıb ağlamışdı. O, atamı çox sevir. Mən gəlincə qorxurmuş ki, atam onu atıb vətəninə dönər. Gəlməyim onun təlaşına son qoydu.

  – Təhsilini davam eləmək fikrində varmı?

  – Var. Atam da, burdakı anam da bunu istəyir. Gələn ilin qəbulunda özümü sınamaq fikrimdə var. Gələrkən rusca bir-neçə söz bilirdim. Qonşuların sayəsində indi sərbəst danışıram.

  – Mehriban, qərib ölkədə sizin kimi ağıllı ellimlə rastlaşdığıma çox sevindim. Sizə bacı deyə müraciət eləsəm etiraz eləməzsiniz ki?

  – Niyə eləməliyəm ki? Olarsınız qərib ölkədə dördüncü qardaşım.

  Mehribanın dilindən fərqli olaraq, ürəyi başqa şey deyirdi. Onun, qərib ölkədə dördüncü qardaşa yox, gələcək həyatını birgə davam etdirəcək doğma yox, ögey anası kimi nəzakətlə xidmət edəcək ömür-gün yoldaşına ehtiyacı var idi.

  Səlimin də ürəyində eynən bu cür fikir dolaşırdı. İlk baxışdan Mehribandan ideal həyat yoldaşı ola biləcəyini dərk eləmişdi. Bunun baş tuta bilməyəcəyinə təəssüflənmişdi də. Atasının yola salarkən verdiyi məsləhətə görə o, ancaq Mehribanla qardaş bacı münasibəti qura bilərdi. Çünki, atası ona dönə-dönə tapşırmışdı:

 – Mən gedəcəyin yerlərdə olmuşam. Görkəminə baxanda, sənin Nataşalardan, Tanyalardan birini dalına salıb gətirə biləcək ehtimalı böyükdür. Eləsinə iliş ki, gətirəndə deməsinlər: “Bu nədir əə gətirmisən?”

  Mehriban öz taleyi barədə danışdıqca, Səlim ürəyində düşünürdü: Ay el qızı! Kaş ki, gözəl olaydın! Atamın dediyi kimi səni kəndimizə aparsam, görməyə gələnlər ürəyini yox, üzünü görəcəklər.

  Həmin gün Səlım yumorlu ifadələr qata-qata öz həyatı barədə qızları məlumatlandırdı. Maraqlı söhbətindən çox məmnun olan Sveta onun sabah işdən sonra yaxınlıqdakı istirahət parkında görüşmək təklifini qəbul elədi.

                                                                                               ***

  Həmin gün Sveta görüşə tək gəlmişdi.

  – Salam.

  Svetanın Azərbaycanca salam verməsi Səlimin sevincinə səbəb oldu. Elə bildi ki, təklıfini qəbul edib gəlibsə, həm də öz dilində salam verdisə, artıq məqsədinə çatıb.

  – Çox gecikmədim ki?

  Səlim saatına baxıb cavab verdı:

  – Əqrəblər on iki dəqiqə yarımı göstərir. Bu, məni intizarda saxlayan dəqiqələr sizdən ötrü çox olmasa da, məndən ötrü uzun çəkdi.

  – Bağışlayın! Sizin bu qədər səbrsiz olduğunuzu bilsəydim, tez gələrdim.

  – Dünən siz özünüz barədə danışmadınız. Eşidirəm sizi.

  – Təəssüflə bildirməyə məcburam ki, buna gərək qalmadı.

  – Başa düşmədim bu, nə deməkdir?

  – O deməkdir ki, bu gün səhər qızlar bir araya gəldik. Ölçdük-biçdik qərara gəldik ki, bizimki tutmaz.

  Təklifinə rəd cavabı alacağını düşünməyən Səlim etiraza həyacan təbili çalmadı.“Bir könüldən min könülə vurula” biləcək qədər fanatik deyildi o. Əgər dünən Svetanın baxışındakı ona qarşı olan heyranlığı hiss eləməsəydi, bu gün onu, görüşə dəvət eləməzdi. Diqqətlə gözlərinin içinə baxanda açıq-aydın nəzərə çarpırdı ki, onun baxışındakı dünənki heyranlıq necə vardı elə də,olduğu kimi yerındədir.Heyranlığını ürəyində ört-basdır edən Svetanın dilində səsləndirdiyi süni etirazın arxasında gizlənən ciddi bir səbəbin olduğunu hiss edən Səlim soruşdu:

  – Desəm ki, siz yalan danışa bilmirsiniz, haqlı olduğumu təsdiqləyərsinizmi?

  – Xoşməramlı yalan günah sayılmır.

  Svetanın cavabı dolaşmış kələfin ucunu üzə çıxartdı.

  – Bizdə belə bir atalar zözü var: “ məsləhətli don gen olar.” Bir halda ki, rəfiqələr bir araya gəlib ölçüb-biçib qərar qəbul etmisiniz, nə edə bilərəm? Zorla əldə edilən eşqin odu heç kəsi isitməz, çünki, mayası sevgi ilə yox, nifrətlə yoğrulur.

  Səlimin gözləmədiyi etiraza soyuqqanlı reaksiya verməsindəki süniliyi də, Sveta dərk eləmişdi. Ona qarşı ürəyinin dərinliklərinə nüfuz edən hissini mərhəmətə qurban verməkdən başqa çarəsi qalmamışdı.

  – Səlim! Səmimi etiraf edirəm ki, dünənki təsadüfi üz-üzə gəlməyimiz, qurduğumuz qısa müddətli ünsiyyətimiz,  bizdə sənə qarşı sımpatiya yaratdı. Etiraf edim ki, məndə sənə qarşı yaranan hiss rəfiqələrimin sənə olan marağını üstələyirdi. Mən vaxt keçirmək naminə saxta eşq məcarası yaşayanlardan deyiləm. Belələrinin ötəri hissinin onları necə acınacaqlı duruma dirədiyinin şahidiyəm. Hər bir yetişən qız kımi mənim də, bəyəndiyim yaraşıqlı gənclə eşq məcarası yaşamaq xətrinə yox, saf, normal, qalan bütün ömrümü xoşbəxt yaşayacaq ailə həyatı qurmağa haqqım çatır. Bu gün qızlarla qərara gəldik ki, xoşumuza gəldiyinə görə, səninlə dostluğumuzu davam elətdirək. Müraciəti

“sən”lə başlamaqda da, məqsədim budur. Görüşünə gəlməyim də, səbəbsiz deyil. Səninlə bir dost kimi məsləhətə gəlmişəm. Gözəlliyə aldanıb, həyatı bərbad olanların şahidiyəm. Belələr bizdə də var, sizdə də. Mehribanın anası ilə  Mamed dayının günü xoş keçsəydi, ondan bezib vətənini tərk edərdimi? Artıq sən əyləncə xətrinə yad qızlardan birini tora salıb, bədbəxt edəcək yaşda deyilsən. Belə bir alcaq addım atacaq şərəfsizə də bənzəmirsən. Həm də sən elə bir yaşa çatmısan ki, qalan ömrünü birgə addımlamaq üçün kimisə həyatına qoşmalısan. Həyatına caladığın bu dünyanın ən gözəli olsa da, xasiyyəti pis olarsa, Mamed dayının aqibətini yaşaya bilərsən. Əgər sənə desəm ki, altı aydır yaxşı tanıdığım Mehribandan gözəl xasiyyətli qız bir də qarşına çıxmayacaq, mənimlə razılaşarsanmı? İdeal ailə həyatı qurmaq istəyirsənsə, onun üzünə yox, qəlbinə bax, həyatına qəbul elə.

 Səlimin təxmin etdiyi,gözləmədiyi etirazın arxasında gizlənən səbəbkaın kim olduğunu öyrənsə də, onun bu oyuna cəhd edəcəyinə şübhə ilə yanaşdı.

  – Sənə desəm ki, mənə elçi düşməndən Mehriban xəbərsizdir, təsdiqləyərsənmi?

  – Düz tapmısan. Doğrudan da səninlə bu barədə söhbət açacağımdan onun xəbəri yoxdur. Səhərki söhbətimizdə də, onun iştirakı olmayıb. Dünən ona, qardaşlıq təklifini çatdıranda, sənə necə baxdığını görmürdünmü?

  – Atam istədiyimdən də artıq pul verib, yola salarkən dediklərini sən eşitməmisən, mən isə, unutmaram.

  – Nə demişdi ki?

  – Tapşırmışdı ki, bu görkəmimlə rus qızlarının toruna düşməyəcəyimə əmin deyil. Tələb eləmişdi ki, ilişəsi olsam eləsini seçiməliyəm, kəndimizə aparası olsam deməsinlər: “bu nədir əə, yanına salıb gətirmisən?” Mən Mehribanın   necə gözəl xasiyyətə malik olduğunu ilk baxışda hiss eləmişdim. Ondan ideal ev xanımı olacağına şübhə etmirəm. O, təkcə yerlim olduğu üçün yox, gözəl xasiyyəti ilə millətimə başucalığı gətirdiyinə görə əzizdir.

  – Belə çıxır ki, qızıl xarakterli rəfiqəmi xoşbəxt eləmək cəhdim nəticəsiz qalacaq.

  – Qurulacaq xoşbəxt ailənin açarı qadının dilinin altındadır. Mehriban kimi gözəl xasiyyətli, şirin dilli qızla həyat yoluna çıxan heç kəsi bir-birindən əcəldən başqa heç bir qüvvə ayıra bilməz.

  – Mən deyənə gəldinmi? Qarşına göydən düşən belə dəyərli kladı (xəzinə) niyə qəbul eləmirsən?

  – Nə edə bilərəm. Bütün rənglər dəyərlidir. Aralarında bir-birinə uzlaşmayanları da var axı. Mənim ona qarşı olan münasibətim qardaşlıqdan oyana adlaya bilməz.

  Svetanın ən yaxın sirdaşı-Larisanın diqtəsi ilə qurduqları planın baş tutmayacağına tam əmin olması onu, çıxılmaz bir dalana dirədi. Uğursuz planın nəticəsinə nə üzülə bilirdı, nə də sevinə.

  Əlbəttə o, bilsəydi ki, Larisanın təkidi ilə oynadığı oyunda mat vəziyyətinə düşəcək, bu görüşə gəlməzdi. Əgər ona,  bir-neçə gün qabaq Mehribanla arlarında olan söhbəti Larisa xatırlatmasaydı, Sveta onun təkidinə əhəmiyyət verməzdi. Həmin gün söhbətə Larisa başlamışdı.

                                                            ***

  – Mehriban, sən orta məktəbi bitirmisən. Uşaqlığın daşını atmısan. Həyatının yeni mərhələsinə daxil olmusan. Sən bilirsənmi ki, gələcək həyatını təmin etmək üçün ilk növbədə qabiliyyətinə uyğun peşələrdən birini seçməlisən.   Yaddaşın güclüdürsə ali məktəblərdən birində, ortadırsa, texnikumların və yaxud da peşə məktəblərindən birini seçib, təhsilini davam eləməlisən. Eyni zamanda, özəl həyatını qurmalısan. Sənin atana necə bağlı olduğunu, atanın da səni necə sevdiyini bilirəm. Mamed dayı deyir ki, təqaüdə çıxan kimi burdakı evini satıb, Bakıya köçəcək. Doğma ananı görən gözün olmadığını özün etiraf etmisən. Bizim oğlanlardan biri sənə evlilik təklifi edərsə, qəbul etməyə atan izin verəcəkmi?

  – Larisa, məndən soruşsana özüm qəbul edərəmmi?

  – Niyə eləmirsən dinimiz fərqli olduğuna görəmi?

  – Bizim dinimizdə əhli kipabla evlənməyə qadağa yoxdur.

  – Onda niyə bizim oğlanları qəbul eləmirsən?

  – Ona görə ki, vijdanım yol verməz.

  – Başa düşmədim. Vicdanın evlənməyə dəxli varmı?

  – Var. Yarım ildir ki, burdayam. O qədər bir-birindən yaraşıqlı qızlar görürəm ki, özlərinə ər tapa bilmirlər. Sizdə qızlar çoxdur, oğlan az. Bizdə isə əksinə, oğlan çoxdur, qızlar az. Dediyin baş tutarsa, deməzlərmi: “Bu gözəlliklə biz özümüsə oğlan tapa bilmirik, bu, gəlmə eybəcər olanımızı əlimizdən alır.

  Həmin gün Mehribanın Larisanın sualına verdiyi yarızarafat sualına xeyli gülmüşdülər. Sveta indi də, Mehribanın o gün səsləndirdiyi ifadəni xatırlayıb gülməyə başladı. Onun gülüş doğuracaq bir səbəbin olmadığı halda, öz-özünə gülməsi Səlimə qəribə gəldi. Səbəbi soruşanda, Sveta Mehribanın Larisaya verdiyi çavabı olduğu kimi danışdıqdan sonra soruşdu:

  – Sən bir qardaş kimi baçını rus oğlu ilə evlənməsinə razı olarsanmı?

  – Sənin tanıdıqların arasında, qeyri-ruslarla evlənən qızlar çoxdurmu?

  – Xeyli var. Niyə sordun ki?

  – Qeyri-ruslarla evlənən oğlanlarınız varmı?

  Özünün də marağına səbəb olan suala cavab tapa bilməyən Sveta Səlimin sualına cavab əvəzinə sual caladı:

  – Mənə rast gəlməyib. Necə olur ki, bizim qızlar sizi həvəslə qəbul edir, sizinkilər isə, bizim oğlanlarımızı qəbul eləmir? 

  – Təəssüf ki, sualına cavab verə bilmərəm. Gəl özümüzə aidiyyəti olmayan məsələyə başımızı qatıb, fikrimizi dağa – daşa yönəltməyək. Əvvəlcə öz dərdimizin çarəsinə baxaq. Sənin Larisanın ssenarisinin rolunu oynadığını, amma təbii alınmadığını məndən gizlədə bilməzsən. Əlindən gələni elədin. Dost yolunda öz hissini qurban verəcək qədər mərhəmətli olduğunu sübuta yetirdin. Cəhdin alınmadısa, nə edə bilərdin? Gəlsənə, etiraz eləməyəcəksənsə bir ssenari də mən uydurum.

  – Yəni, demək istəyirsən ki, roldan rola girim hə?

  – Mən sənə, qadağan olunan, məsuliyyətli iş təklifi eləmədim ki?

  – Eləsə, Ssenarinin şifahi mətnini səsləndir, baxım görüm bacararammı?

  – Bacaracaqsan. Oynayacağın rol sözsüz olacaq.

  – Başa düşmədim.

  – Başa düşməyəcək iş deyil bu. Razısanmı?

  – Nə edə bilərəm? Öz-özümün başına elə oyun açdım ki, üzür istəməyə söz tapa bilmirəm.

  – Bir halda ki, məni dost kimi qəbul eləmisiniz, bir müddət özümüzü dost kimi aparaq. Rəfiqələrin elə bilsin ki, sən  təklifimə rəd cavabı vermisən, mən də bunu, anlaşılıqla qəbul eləmişəm.

  – Deyirsən ki, yalana yalan qatım?

  – Sən bunu, yalanmı sanırsan?

  – Nədir bəs?

  – Kor-koranə atdığın düşüncəsiz addımının çıxış yolu.

  – Sən Larisanı tanımırsan. Onu aldatmaq mümkün deyil.

  – Onu çoxmu ağıllı sanırsan? Mehribanın fikrini öyrənmədən qurduğu oyun ağılsızlıq deyilmi? Mehriban bilsə ki, güya onun xoşbəxtili naminə sənə təziq edib, bilirsənmi nə hala düşəcək? İkinizdən də küsməyəcəkmi? Ağıllı adam işini elə görür ki, bizim atalarımızın dediyi kimi: “ qaş düzəltmək əvəzinə göz çıxartmasın.”

  Sveta həyatında ilk dəfəydi ki, özünü könüllü surətdə cəncələ salırdı.İlk baxışdan görkəminə heyran qaldığı gəncin müdrikliyinə də mat qaldı.

  Səlimin ssenarisindəki rolunu Sveta məharətlə oynadı. Mehriban onları birləşdirməkdən ötrü çox çalışdı. İstəyinin  reallaşdığı gün bunun, özünün sayəsində baş tutduğunu zən edib sevinmişdi.

   Səlimin yaşadığı yataqxanada on iki nəfər Azərbaycanlı yaşayırdı. Hər gün işdən sonra toplaşardılar. Söhbətləşər, dərdləşərdilər. Bir gün işlədiyi avtobazada sürücü işləyən İslam nərdə ona uduzduğuna görə Taleyindən gileyləndi:

 – Bu dünyada mənimki gətirmir, üzüm də qaradır, bəxtim də. Bəlkə də ağ gün görəcəyimə ümib bəslədiyim o dünya da qəbul eləmir.

  – O dünya heç kəsi öz istəyi ilə qəbul eləmir. Bəxt insana göydən zənbillə endirilmir. Yada ki, köbələk kimi yerdən bitib qarşına çıxmır. Bu dünyanın nəyindən narazısan?

  İslam dərindən köks ötürüb Səlimin sualına cavab verdi:

  – Nə edim bilmirəm. Orta məktəbi bitirdim, atam istəddi ki, məni müəllim eləsin. Mənim biliyim yetmədi, atamın da imkanı. Müsabiqədən keçmədim. Riyaziyyatı məndən köçürən parta yoldaşım-Tofiqi atası mühəndis elədi, mən isə sofer (sürücü) oldum. Yaşım otuza çatır tay-tuşlarımın uşaqları məktəbə gedir, mən isə qız tapa bilmirəm. Çox da gözəl olana ağız açmıram. Bilirəm ki, deyəcək: “sən hara, mən hara.” Babatına girişirəm, üzümə baxır, dodaq büzür. Gün ötüb bacımdan məktub alıram. Yazır ki, axsaq olsun, keçəl olsun, çəpgöz olsun, urus olsun, juhud olsun, qaraçı olsun, kim olur-olsun fərq eləməz qəbulumuzdur, tap toyunu edək. 

  – A Tofik, hər bazar günü yataqxanaya gəlib səni qoluna keçirib aparan Nataşa gözəl deyilmi?

  – Elə bilmə ki, o, mənim qara gözümə,qara sifətimə, qara saçıma heyran olub boynuma sarılır. İçgi hərisliyi onun zövqünü elə azdırıb ki, mənim qara sifətim gözünə nur topu kimi görsənir.

  – Ağıllı-kamallı, abır-həyalı, gözəl xasiyyətli bir qız qarşına çıxsa, evlənərsənmi?

  – Bu nə sualdır verirsən? Beləsindən ötrü ölmürəmmi? Hanı?

  – Bu şəhərdədir. Özü də mənim adamımdır.

  – Nə vaxt görə bilərəm onu?

  – Tələsmə! Görüncə, altından keçəcək şərtlərim var.

  – Şərt nədir, Fərhad kimi əlimə külüng alıb dağları yarıb, altından keçərəm.

  – Müsəlmandır. Ailəsındə içgi içilmir.

  – Dayan görüm ee zarafat etmirsən ki?

  – Boş-boşuna zarafat edənə oxşayırammı?

  – Xətrinə dəydimsə, bağışla! Məni elə çaşdırdın ki, ağzıma gələni sayaqlayıram. Urusetdə yaşayıb içgi içməyən ailə olarmı?

  – Niyə olmur ki, mən də burda yaşayıram. İçirəmmi?  Qızın uşaqlığı Azərbaycanda keşib.

  Tofiq qəfldən ilan çalmış adamlar kimi oturduğu yerindən dik atıldı. Həyacanla soruşdu:

  – Bizim millətdəndirmi?

  – Bəli. Özü də sizzin zonanızdandır.

  – Adı nədir?

  – Mehriban.

  – Onu nə vaxt görə bilərəm?

  – Özü ilə danışaram. Evlənmək istəyirsə, sizi görüşdürərəm.

  – Yaşı çatıbsa niyə istəməsin ki?

  – Bəlkə təhsilini davam edəcək.

  – Eləsin də. Mən ona mane olmaram.

  – Mən qızla ancaq bir şərtlə danışaram.

  – Bütün şərtlərinə əməl edərəm.

  – Bu gündən içgini tərgiyəcəyinə söz verirsənmi?

  – Verirəm. Lazım gəlsə Allaha da and içərəm.

  – Axırıncı dəfə nə vaxt içmisən?

  – Dünən işdən sonra.

  – İçgi adamın canından qırx cündən sonra təmizlənir. Qadağan etdiyi işgi canından təmizlənməmiş, Allaha and içməyin nə dərəcədə doğrudr?

  – Bəs nəyə and içim?

  – Vicdanına, qeyrətinə. Heç and içməsən də olar. Kişi kimi söz versən, kifayətdir.

  O gün Tofiq kişi kimi söz də verdi. Vicdanına, qeyrətinə, namusuna and da işdi. Səlimə söz verdi ki, tapdığı qızı göz bəbəyi kimi qoruyacaq. Səlim ona inandı. Mehribanla danışdı. Bildirəndə ki, rəngi qaradır, Mehriban gülümsünüb demişdi: – mənim də sifətim qar kimi ağapbağ deyil. Bircə alkaş, narkoman olmasın.

  İlk dəfə Səlim onları görüşdürəndə, Tofiq özünü elə apardı ki, güya bu dünyada ondan fağır adam yoxdur. Məhz bu xasiyyətdə ər arzulayan Mehriban bəxtinə düşən təsadüfi tapıntıdan məmnun olmuşdu. Nə biləydi ki, insanların arasında, məqsədinə çatmaq üşün cilddən-cildə girənlər də olurmuş.

  Tofiq bacısına yazdığı məktubda Azərbaycanlı qızla tanış olduğunu yazdı. Məktubuna cavab gəlincə, bu xəbəri hədsiz cevinclə qarşılayan atası, anası, bacısı, əmici özləri gəldilər. Səlim onları qızın özü və ailəsi barədə məlumat verdikdən sonra üzünü Tofiqə tutub tapşırdı ki, Mehriban onun mənəvi bacısıdır. Üzünü qara edəcəksə, bunu ona bağışlamayacaq. Tofiq əhdinə saiq qalacağına and içdi. Xasiyyətinə yaxşı bələd olan ata-anası da, dönə-dönə ondan xahiş elədilər ki, təsirinə təslim olub, insanlıqdan çıxdığı içginin birdəfəlik daşını atsın.

  Səlimlə birlikdə elşiliyə getdilər. Elimizin adətilə nə məqsədlə gəldiklərini açıqladıqdan sonra, Tofiqin atası-Aydın: – Şirin çay gəlsinmi? – soruşdu.

  Qız atası-Mamed bir-neçə dəqiqəlik sükutdan sonra demişdi: – Qızımı görübsünüzmü?

  Onun nəyə görə bu sıalı verməsini dərk edən Tofiqin anası-Xatın cavab vermişdi: – Mamed qardaş, bizi qızınızın necə olması yox, öz millətimizdən olması yüzdə yüz qane edir.

  Onlardan da çox Mamedi də, qızının öz millətindən olan biri ilə evlənməsi qane edirdi. Yanına gəldiyi gündən bu barədə düşünürdü.

  İlk elçilikdə razılığa gəldilər. Hazırlıqlı gələn oğlan tərəf nişan üzüyünü qızın barmağına taxdılar. Arzuladıqları şansın əldən çıxa biləcəyindən ehtiyat edən, Tofiqin adamları vaxtı uzatmadan toylarını elədilər.

 Birinci uşaqlırı dünyaya gəlinə qədər Tofiq verdiyi kişi sözünü tutdu. Uşağın qırxı çıxmamış köhnə dostları əllərinə düşən fürsəti qaçırmadılar. Bol hədiyyələrlə, ərzaq dolu çantalarla uşaq görməsinə gəldilər. Ürəyincə olmasa da, Mehriban onları xoş qarşılayıb qulluq edib, yola saldı.

  Qonaqları yola saldıqdan sonra Mehriban onu, andını pozub içgi içdiyinə görə qınayanda, Tofiq gözlərini bərəldib demişdi:

  – Urusetdə yaşasaq da, damarımızda Qafqazlı qanı axır. Unutma ki, mən bu evin kişisi, sən də arvadısan özümüzün mentalitetimizi harda yaşamağımızdan asılı olmadan qorumalıyıq.

  Evləndiklərindən bu ana qədər ərindən ilk dəfəydi ki, sərt münasibət görən Mehriban sərxoş olduğuna görə ona baş qoşmadı. Ertəsi gün qəlyanaltı edib işə gedərkən Mehriban ondan soruşdu:

  – Axşamkı dostların yenə gələcəklərmi?

  – Niyə gəlmirlər ki? Onlar mənim xətrimi çox istəyirlər. Necə gəldiklərini görmədinmi?

  – Axşam sərxoşsan deyə susdum. Sən də unutma ki, bizim mentalitetimizdə qırxı çıxmayan körpə olan evdə içgili məclis qurulmur.

   Həmin gün Sveta ilə Larisa gələndə Mehriban baş verənləri danışdı. Hadisəni Svetadan öyrənən Səlim ona son xəbərdarlığını elədi. Yaşadığı evi qaynatasının sayəsində əldə etdiyini xatırladıb tapşırdı ki, növbəti yanlışlığı onu, seçim qarşısında qoya bilər.

   Səlim iki il yarım müddətdə yaşadığı şəhərdə özünə xeyli dostlar qazanmışdı. İşlədiyi avtobazada o, baş mexanik vəzifəsinə təyin olunmuşdu. Təqaüdə getməyə hazırlaşan baş mühəndis yerinə onun namizədliyini irəli sürmüşdü. Atasının qəfildən dünyasını dəyişməsi onun, isinişdiyi bu şəhərlə vidalaşmasına səbəb oldu. Həm ailənin kiçik oğlu olduğuna görə, həm də anasının təkidilə işindən də ayrılası oldu, evlənməyə hazırlaşdığı sevgilisndən də.

  Səlim nə qədər dilə tutsa da, evlənib, Svetanı özü ilə kəndlərinə getməsinə razı sala bilmədi. Həm ailəsinin tək övladı olması, həm də, böyük bir kombinatda məsul vəzifədə işləməsi onu, doğulub böyüdüyü doğma şəhərindən ayrılmasını mümkünsüz elədi.

  Aradan illər keçməsınə baxmayaraq, Səlim kişi ömrünün ən gözəl cağı-gəncliyinin iki il yarımını keçirdiyi xoş xatirələrlə zəngin şəhəri, xüsusən də, ürəyinin dərinlinə nüfuz edən surəti hələ də silinməyən ala gözlü Svetanı, üzü gözəl olmasa da, xasiyyətinin gözəlliyində, niyyətinin saflığında tayı-bərabəri olmayan-Mehribanı unuda bilmirdi. 

  Onu xoşbəxt eləmək üçün etdiyi xoşniyyətli cəhdinin əks nətiçəsinin xəcaləti hələ də qarabaqara onu izləyirdi. O,

İndi sayğılarına möhtac olduğu övladlarının anası ilə anasının xahişi ilə evlənməyə razılıq vermişdi. Uzaq qonumu olan Fatma həddən artıq qısqanc olduğuna görə demək olar ki, birgə yaşadıqları müddətin yarıdan çoxunu küsülü keçirmişdilər.

  Gözəl olmadığına görə istəyini gözündə qoyduğu, baiskarlıq edib həyatını puç etdiyi Mehribanla, təsadüfən rastına çıxıb ilk toqquşan baxışlarının dolaşıb ürəyinin dərinliyinə nifuz edən Sveta ilə saatlarla birgə keçirdikləri vaxtın necə gəlib keçdiyini hıss eləməzdi o.

  Fatma ilə bir neçə dəqiqə də olsun üz-üzə oturub nəyisə müzakirə etdikləri, dərdləşdikləri an olmamışdı. Küsülü olduğu vaxtlarda, verdiyi suala cavab almazdı. Bu cür məqamlarda o zaman Svetanın hələ də aktuallığını itirməyən ifadəsini xatırlayardı: “ Gözəlliyə aldanıb həyatı bərbad olanların çahidiyəm. Belələri bizdə də var,sizdə də. Mehribanın anası ilə Mamed dayının günü xoş keçsəydi, ondan bezib vətənini tərk edərdimi?”

  Artıq o, gec olsa da dərk eləmişdi ki, daynıqlı xoşbəxt, mehriban ailə həyatı qurmağa cəhd edən çütlük vicudun cazibədarlığına yox, ürəyin saflığına diqqət yetirməliymiş.

  Kaprizlərinə baxmayaraq Səlim Fatmaya nifrət etmirdi. Onun amormal davranışını pisixi qüsur kimi qəbul edib, halına acıyırdı. Ölüm qabağı yatağa düşəndə, dünya başına dar olmuşdu onun. Fatmanın varlığı ona, həyat yoldaşı kimi vacib olmasa da, övladlarına ana, nəvələrinə nənə kimi gərəkdi.

  Yoldaşının əlli ikisini keçirən gün camaat dağıldıqdan sonra, divardan asılan təzə evləndikləri vaxt yanaşı cəkilən rəngli şəkilə baxanda, Səlim kişi ağlamışdı. Bunu görən Tükəzban Rayfa demişdi:

  – Ağlıma gəlməzdi ki, atamız anamızı xatırlayıb göz yaşı axıdar.

  O vaxt Səlim kişi cib dəsmalını çıxardıb gözlərinin yaşını silib demişdi:

  – Burda təəccüblənəsi nə var ki? Mərhumatın pis vaxtları olubdur deyə yaxşı vaxtlarının üstündən xət çəkmək olarmı? Necə olmasından asılı olmayaraq o, mənim balalarımın anası, nəvələrimin nənəsidir. İndi anan gec-tez hər birimizin qovuşacağımız haq dünyasındadır. “Niyə elə olmuşdun?”- deyə onu qınamağa haqqımız yoxdur. Çünki, bu sualımıza ondan cavab almayacağıq. Bizə qalır pis-yaxşı cəhətlərindən nəticə çıxardaraq, Allahdan ruhuna rəhmət diləmək. Allah rəhmət eləsin.

  – Amin! Allah günahlarını bağışlasın.

 Uca Allahımız qardaş-bacının xorla səsləndirdikləri bu, dıləyi qəbul edib analarının günahlarını bağışlayacaqmı? Peyğəmbərimiz ümbətinə qəti qadağan etdiyi, riyakar, şərlatan mollaların el adətinə çevirdikləri təmtəraqlı yas mərasimlərinin bu dünya ilə tam əlaqələri kəsilmiş biçimi, ölçüsü, çəkisi, görünüşünün necə olduğunu təxmin belə edə bilməyəcəyimiz ruhlara bir faydası varmı? Nəyə görə insanlar doğmaları yaşadıqları müddətdə yollarını azıb insan cildli vəhşiyə cevriləndə yox, əzrayıl canlarını alandan sonra  Allahı anırlar? Günahlarının bağışlanmasını, ruhunun sad, yerinin behiştlik olmasını diləyirlər? Sağlığında laqeyidlik göztərib,  bu dünya ilə heç bir əlaqəsinin olmadığı ruhun günahlarının bağışlanmasını Allahdan diləməyin məmasız olduğunu dərk eləməmək, cəmiyyətin hələ də ayılmadığının, nadanlığının davam etdiyini təsdiq eləmirmi?

  Səlim kişi kimi bütün ahıllar övladlarına, nəvələrinə bütün dünyanı cənginə almış “korono”dan da dəhşətıli virus- aqresiyaya qarşı təbliğat aparsaydılar, indi dünyamız bu dərəcədə qarışmazdı.

  Dünyamızı qatıb qarışdıranların hər biri bir ailədə yetişdirilib ixtiyar sahibi olublar. Təhsil alıblar. Elmi biliklərə yiyələniblər. Təəssüf ki, ailələrində insanlıq dərsi keçməyiblər. Keçsəydilər, bir şox insanların “cəsur”luq zən edib qürürlandıqları-aqresivliyin vəhçilik əlaməti olduğunu dərk edərdilər.

  Əgər Mamed kişinin birinci həyat yoldaşı aqressiv olmasaydı, ilk övladı-Mehribanı onsuz da böyüyəndə yanına gələcəyinə əmin olduğu üçün onun, ümidinə buraxıb baş götürüb Sibirə qaçardımı?

 Övladlarına görə həyat yoldaşının aqresiyasını həzm etmək məcburiyyətində qalan Səlim kişi bəyənmədiyinə görə həyatına qəbul etmədiyi, “ Kaş ki, gözəl olaydın! “-deyə gözəl xasiyyətli Mehribanı xatırlayardımı?

20.06.2025

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sözün lirizmi və duyğunun poetikası Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr

Sözün lirizmi və duyğunun poetikası
Firavan Mahirin “Jalə sevgisi” kitabı haqqında düşüncələr

Akademik Yaşar Qarayev yazırdı ki, ədəbiyyat xalqın mənəvi yaddaşı, insanın isə daxili aləminin bədii tarixidir. Bu baxımdan hər yeni kitab təkcə müəllifin yaradıcılıq hesabatı deyil, həm də müasir ədəbi prosesə qoşulan yeni bir səsdir. Ədəbiyyatın inkişafı müxtəlif poetik dünyaların, fərqli duyumların və fərdi üslubların qarşılıqlı mövcudluğu ilə təmin olunur. Burada eynilik deyil, fərdilik qiymətlidir.
Müasir Azərbaycan ədəbiyyatında öz qələmini sınayan müəlliflərdən biri də Firavan Mahirdir. Onun “Jalə sevgisi” adlı ikinci kitabı müəllifin poetik dünyasını daha yaxından tanımağa imkan yaradır. Poeziya və nəsr nümunələrinin toplandığı bu kitab müəllifin daxili aləmini, həyata və insana münasibətini, bədii düşüncə istiqamətini nümayiş etdirən bir nəşr təsiri bağışlayır.
Firavan Mahir peşə etibarilə ingilis dili müəllimidir. Müxtəlif dillərin poetik imkanlarına bələdlik onun söz seçimində, ifadə dəqiqliyində və fikrin yığcam təqdimatında hiss olunur. O, uzun təsvirlərə deyil, qısa, lakin emosional yük daşıyan poetik ifadələrə üstünlük verir. Müəllif üçün söz yalnız informasiya vasitəsi deyil, həm də hissin estetik ifadəsidir.
Kitabın əsas mövzu dairəsini sevgi təşkil edir. Ancaq bu sevgi yalnız romantik hiss kimi təqdim olunmur. Burada sevgi insanın mənəvi bütövlüyü, sədaqəti, həsrəti, həyatın faniliyi və daxili təmizliyi ilə vəhdətdə təqdim edilir. Müəllif lirik qəhrəmanın duyğularını təbii axarda təqdim etməyə çalışır və süni pafosdan uzaq durur.
“Kədərli qadın” şeirində oxuyuruq:
Kədəri gözündə gizlədən qadın,
Qəmdən ürəyini sızladan qadın.
Bir qara buludu dalınca salıb,
Çiçək yanağından öpdürən qadın.
Bu misralarda müəllif konkret bir obrazdan çıxış edərək Azərbaycan qadınının ümumiləşdirilmiş mənəvi portretini yaradır. Burada kədər zəiflik deyil, mənəvi gücün ifadəsidir. Tarixin ağır sınaqlarından keçmiş qadının dözümü, səbr və fədakarlığı poetik boyalarla təqdim olunur. Müəllif qadının daxili aləmini sentimental çalarlarla deyil, həyat həqiqətinin fonunda göstərməyə çalışır.
Firavan Mahirin poetik təfəkkürü daha çox obrazlı deyimlərdə özünü göstərir:
“Bir balaca ürək verdin, dərya boyda sevgi qoydun…”
“Bəzən bir mehinlə sığal çəkirsən, dərdimi o mehin alıb aparır…”
“Səssizliyi gəzirəm qəlbimin harayında…”
“Payız gəldi həm havaya, həm ömrümə bu gecə…”
Bu misralar müəllifin bədii düşüncəsinin əsas istiqamətini müəyyənləşdirir. O, böyük fəlsəfi mühakimələr irəli sürmür; əksinə, gündəlik duyğuların poetik mahiyyətini açmağa çalışır. Sadə sözlər onun qələmində emosional məna qazanır. Poeziyanın təsir gücü də məhz bu səmimiyyətdən doğur.
Yaşar Qarayev yazırdı ki, əsl poeziya insanın mənəvi aləmini zənginləşdirən estetik hadisədir. Firavan Mahirin şeirlərində də diqqəti cəlb edən cəhətlərdən biri oxucunun duyğularına hesablanmış təbii lirizmdir. Bu lirizm pafosdan deyil, müəllifin daxili yaşantılarından qaynaqlanır.
Kitaba daxil edilmiş hekayələr də müəllifin yaradıcılıq diapazonunun genişliyindən xəbər verir. Hadisələrin ardıcıllığı, obrazların xarakterik cizgiləri və müəllif təhkiyəsinin axıcılığı göstərir ki, Firavan Mahir yalnız poeziyada deyil, nəsrdə də özünü ifadə etmək istəyən müəllifdir. Hekayələrdə həyat müşahidəsi ilə emosional təəssüratın vəhdəti hiss olunur
“Jalə sevgisi” müəllifin yaradıcılıq yolunda mühüm mərhələ hesab edilə bilər. Kitabda böyük poetik iddialardan daha çox səmimi hiss, daxili təmkin və insan ruhuna həssas münasibət diqqəti cəlb edir. Bu isə hər bir qələm sahibi üçün mühüm başlanğıcdır. Yaradıcılıq inkişaf etdikcə poetik təfəkkür də dərinləşir, obrazlar zənginləşir, sənətkar fərdiliyi daha aydın görünür.
Firavan Mahirin bu kitabı göstərir ki, o, Azərbaycan poeziyasının milli ənənələrinə bağlı qalaraq öz poetik nəfəsini formalaşdırmağa çalışan müəlliflərdəndir. “Jalə sevgisi” oxucunu duyğuların təbii axarına dəvət edən, lirizmi və səmimiyyəti ilə seçilən bir kitab kimi dəyərləndirilə bilər.

Müəllif: Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

ŞƏHADƏT İSAXANOVANIN YAZILARI

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

USTAD ZÜLFİ VELLİDAĞIN 75 İLLİK YUBİLEYİ VƏ KİTAB TƏQDİMATI

USTAD ZÜLFİ VELLİDAĞIN 75 İLLİK YUBİLEYİ VƏ KİTAB TƏQDİMATI
(Cəlilabadda ədəbi tədbir)
Bu gün (26.06.2026) Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, ustad şairimiz Zülfi Vellidağın 75 illik yubileyi və yenicə işıq üzü görmüş “Qəlbimdən gələn səslər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin bir qrup nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin bir qrup üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Azərbaycan Silahlı Qüvvələrinin Günü, həmçinin, əziz şəhidlərimizin anılması ilə başladı, ardınca tədbir iştirakçıları öz çıxışında Ustad Zülfi Vellidağın ziyalı şəxsiyyəti, rayonun elm və təhsil, eləcə də ədəbi mühitinə xidmətlərindən söz açaraq onun ədəbiyyat sahəsindəki xüsusi bacarığı və ustad mövqeini yüksək qiymətləndirdilər.
TYB-nin üzvü, tanınmış yazar və bədii qiraətçi Adıgözəl müəllim Nuriyev və bədii qiraətçi, şair Müşahidə xanım Nərimanovanın aparıcılığı ilə davam edən tədbir boyu Ustad Zülfi Vellidağıın qələmə aldığı şeirlərdən müəyyən nümunələr qiraət edildi, həmçinin, tədbirin xüsusi qonaqları Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmisi Varid Əsgərov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Elman Nəsirov, tanınmış şair, publisist, nasir, ictimai xadim və Türk dünyasının fəal söz adamlarından olan Əkbər Qoşalı, çağdaş Azərbaycan şeirinin öncüllərindən olan şair, tərcüməçi və essesit, eyni halda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü Səlim Babullaoğlu, AYB Həmkarlar İttifaqının sədri, “Mustaqil.az” portalının baş redaktoru, AYB və AJB-nin üzvü, tanınmış kapitan, şair-publisist Faiq Balabəyli, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) İctimai Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar və digər tanınmış qələm əhli və ziyalılar öz çıxışlarında Zülfi Vellidağın ədəbi yaradıcılığı, təhsil sahəsində yarım əsrlik faydalı xidməti və insani keyfiyyətlərindən danışdılar.
Tədbirin davamında Əkbər Qoşalı tərəfindən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri fəlsəfə doktoru Fazil Mustafanın təbrik məktubu, Səlim Babullaoğlu tərəfindən AYB-nin sədri, Azərbaycanın Xalq yazıçısı Anar Rzayev tərəfindən imzalanmış “Fəxri Diplom” və özü tərəfindən xüsusi tablo hədiyyəsi, İntiqam Yaşar tərəfindən DGTYB-nin xüsusi fəxri lövhəsi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə tərəfindən Ustad Zülfi Vellidağın 75 illik yubileyi və ədəbiyyat sahəsində xidmətlərinə görə “Nizami Gəncəvi” Fəxri Diplomu, Turan Yazarlar Birliyi tərəfindən ona verilmiş “Turan Xalq şairi” fəxri adına aid xüsusi lövhə, həmçinin, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış yazıçı, şair-publisist Zaur Ustac tərəfindən göndərilmiş “Əsrin yazarı” medalı və medalın xüsusi vəsiqəsi, “Sözün işığı” mətbu orqanının baş redaktoru Ədalət Salman tərəfindən Cəlilabad Rayon Veteranlar Təşkilatının Fəxri fərmanı, həmçinin, digər iştirakçıların xüsusi hədiyyələri təqdim edildi.
Ustad şair Zülfi müəllim öz çıxışında ona göstərilən sayğı və diqqətə görə tədbir təşkilatçıları və iştirakçılarına, onu təltif etmiş və hədiyyə təqdim etmiş bütün əzizlərə səmimi minnətdarlığını, həm də bütün tədbir iştirakçılarından razılığını bildirdi. O, ən böyük hədiyyənin gözəl və səmimi insanlarla bir arada olmaqdan ibarət olduğunu bildirərək göstərilən bütün səmimi davranışlara görə hər kəsə təşəkkür etdi…
Bu tədbirdə ustad şairin yenicə nəfis şəkildə nəşr edilmiş sayca ikinci şeirlər kitabından tədbir iştirakçılarına hədiyyə olundu. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı…

“Yazarlar” olaraq biz də həmkarımızı  təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

ZAUR USTAC – “BALACA QARA BALIQ” OKEANDA

YETMİŞ BEŞİNCİ YAZI

“BALACA QARA BALIQ” OKEANDA

(Eluca Atalının məşhur kitabı haqqında qeydlər)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu hal-hazırda xaricdə yaşasa da, dogma Yurdu bir an belə unutmayan, azad düşüncəli insanların yaşadığı bütöv Azərbaycan eşqilə yazıb-yaradan Eluca Atalının dünyanın bir çox əsas dillərinə tərcümə olunmuş, düşünürlərin masaüstü kitabına çevrilmiş, haliyədə gündəmdə müzakirə obyekti olan  “İran hizbullah zindanında”   adlı kitabı haqqında olacaq.  Eluca Atalı  Azərbaycan ədəbiyyatında publisistik düşüncəni, milli oyanış və azadlıq ideallarını cəsarətlə ifadə və təbliğ edən yazıçılardan biridir. Onun “İran hizbullah zindanında” romanı təkcə bir insanın, bir qəhrəmanın deyil, bütöv bir millətin ruhunun azadlıq uğrunda çəkdiyi mənəvi iztirabların bədii salnaməsidir. Bu kitabda yazıçı təkcə zindan divarlarını deyil, həm də düşüncələrin, vicdanların, milli kimliyin üzərinə çəkilən görünməz zəncirləri sındırmaq istəyir. Ümumi olaraq daha geniş baxış bucağından baxdıqda müəllifin kitabda qaldırdığı problem (problemlər)  yeni deyil. Bütün problemlərin mərkəzində (nüvəsində) “İNSAN” dayanır ki, səhifələr şəklində  endirilmiş (olan)  ən qədim səmavi (dini) kitablardan, Azərbaycanın əsasən nəzimlə yazıb-yaratmış Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərdən tutmuş, nisbətən yaxın keçmişdə  Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Əhməd bəy Ağaoğlunun  yaradıcılığında iszləri görünən, Yusif Vəzir Çəmənzəminlinin  “ İki od arasında”, Məmməd Səid Ordubadinin  “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitablarda qaldırdığı, oxucularla müzakirə etdiyi problemin həmən-həmən eynisidir. Bəs Eluca Atalı ona məlum olan fikirləri təkrarlayırmı? Bax, bu maraqlı sualdır.

Eluca Atalı “İran hizbullah zindanında” əsərində konkret bir həbsxananın sərhədlərindən çox uzağa gedir. Burada zindan həm siyasi, həm də mənəvi anlam daşıyır. O, bir ölkənin nümunəsində ümumilikdə mövcud rejimlərin öz vətəndaşlarına, milli haqlarını tələb edən insanlara qarşı apardığı təzyiq siyasətini realist boyalarla təsvir edir. Zindana gedən yolların (əməllərin, hərəkətlərin) təsvirindən tutmuş, zindanda saxlanılan qəhrəmanların taleyində bütöv bir toplumun faciəsi əks olunur. Bu, sadəcə bədən azadlığının deyil, düşüncə azadlığının da zəncirlənməsi, ümumilikdə insanlıq üçün məhdudiyyətlər deməkdir.

QISA ARAYIŞ

Konkret olaraq əsərin təhlilinə keçməzdən əvvəl kitab haqqında qısa arayış vermək istəyirəm.
“İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan (haqqında danışdığımız  bu  kitabda yerləşmiş dörd bölümdən – hissədən) ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan ölkədə 1979-cu ildə baş verən hadisələrin (inqilabın) təbii proseslərin nəticəsində doğan zəruri yekun, yoxsa süni şəkildə katalizatorların böyük təsiri altında təsadüfi partlayış olması suallarını cavablandırır. “İnqilab” və “insan” anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini sübut etməyə çalışır  və demək olar ki, müəyyən mənada buna nail olmağı bacarır. 1978–1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş versə də, yuxarıda qeyd etdiyim kimi Eluca Atalının bu romanı zaman və məkanın fövqündə (ötəsində) olan bir əsərdir. Müəllif real mövcud rejimin nümunəsində idarə edənlərin və idarə olunanların (köhnə təbircə yuxarıdakıların və aşağıdakıların) hərəsinin öz həqiqəti olduğunu bariz misallarla tam çılpaqlığı ilə açıq – aydın göstərməyə müvəffəq olmuşdur. Əsərdə sadəcə düşüncəsinə görə və ya sadəcə idarə edənlərin belə olmasını istədiyi üçün zindana (zindanlara) atılmış yüzlərlə (minlərlə) insanın taleyi ilə tanış oluruq.

Əsərin ən önəmli xətti milli özünüdərk, dil və kimlik uğrunda mübarizədir. Yazıçı açıq şəkildə göstərir ki, insan üçün ən ağır zindan milli kimliyindən məhrum edilməkdir. Əsərin qəhrəmanları üçün zindan sadəcə dəmir qapılar deyil – qadağan olunan dil, təhqir edilən tarix, susdurulan vicdandır. Eluca Atalı bu mənada öz qəhrəmanlarını ideoloji savaşçılar səviyyəsinə qaldırır; onların mübarizəsi fiziki deyil, mənəvi bir savaşdır.

Yuxarıda adını qeyd  etdiyim Yusif Vəzir Çəmənzəminlinin  “ İki od arasında”, Məmməd Səid Ordubadinin  “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitabları ilə artıq tanış olan oxucular  müəyyən mənada  müəllifin “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adları altında  prinsipial şəkildə  dörd  hissəyə bölərək, ümumi məğzi (mətləbi)  loxma-loxma (hissə-hissə) oxucusuna həzm elətdirməyə çalışdığı “İran hizbullah zindanında” romanını daha asan mənimsəyəcək, öz düşüncə süzgəclərindən keçirəcəklər.

Kitab boyunca rejimin sərt ideoloji nəzarəti və idarə etmə təfəkkürünün qorxu üzərində qurulmuş mexanizmi təsvir olunur. Eluca Atalı bu rejimi tənqid etməklə yanaşı, insanın daxilindəki azadlıq duyğusunun heç bir zorakılıqla öldürülə bilməyəcəyini göstərir. Zindan qorxunun məkanı kimi təqdim olunsa da, məhz bu divarlar arasında insan ləyaqəti öz həqiqi dəyərini tapır.

Eluca Atalı bu mənada həm publisist, həm də filosof kimi çıxış edir. O, oxucunu sadəcə hadisələrin şahidi deyil, düşünən bir tərəfdaşa çevirir.

Eluca Atalının dili kəskin, publisistik ruhu isə sarsıdıcı dərəcədə səmimidir. O, hadisələri təkcə bədii ifadələrlə deyil, publisistik emosional tonla təqdim edir. Hər bir cümlə həm bir fakt, həm də bir fəryaddır. Müəllif hadisələri sadəcə təsvir etmir, onlara münasibət bildirir, mövqe tutur. Bu da əsəri adi sənədli hekayətdən publisistik manifest səviyyəsinə qaldırır (Bu hal maraqlı və diqqətəlayiqdir).

Əsərin sonunda fiziki zindan hələ qalır (atanın şirinlik paylamağa məcbur edilməsi səhnəsi “İNSAN” kəlməsi haqqında müfəssəl məlumat ötürən müdhiş səhnədir), lakin mənəvi azadlıq artıq qazanılmış olur. Eluca Atalı göstərir ki, rejim bədəni qıfıllaya bilər, amma ruhu əsir saxlamaq mümkün deyil. Bu, təkcə hadisələrin cərəyan etdiyi ölkədə yaşayan xalqların deyil, bütün dünya xalqlarının azadlıq idealına ünvanlanan bir çağırışdır. Bu mənada problem ümumi olaraq qalır; idarə edənlər və idarə olunanlar. Hər iki zümrənin öz həqiqətləri var. Və bizim nə düşünməyimizdən asılı olmayaraq, hər iki cəbhə öz düşüncələrində özgür (azad) və haqlıdırlar.

Eluca Atalının “İran hizbullah zindanında” romanı milli düşüncənin, azadlıq idealının və insan ləyaqətinin zindanda belə sarsılmazlığını göstərən dərin mənalı bir əsərdir. Yazıçı bu romanında həm fərdi, həm də ictimai səviyyədə ideoloji toqquşmaların, siyasi təzyiqlərin və mənəvi dirənişin ağrılı mənzərəsini yaradır. Və yuxarıda qeyd etdiyimiz dörd bölümün hərəsi bu mənzərənin daha aydın görünməsi üçün öz üzərinə düşən vəzifəninin öhdəsindən uğurla gəlmişdir.

“İnqilabın travması” bölümü

Xüsusilə “İnqilabın travması” bölümü (kitabı) bu əsərin bədii-fəlsəfi məğzini açan, İran inqilabının mahiyyətini və onun insan talelərinə vurduğu zərbəni sənədli-publisistik aydın anlaşılan sadə bir dillə ifadə edən hissədir. Yəni, əsərin əsas qəhrəmanları Fatma (Fatimə yox!) ilə atası Allahkərim (“Allah kərimdir, quyusu da dərindir” – aydın məsələdir ki,  Eluca Atalı bu adı da məxsusi olaraq seçib) arasanda baş verən söhbətlər, onların başına gələnlər, lap əsərin sonunda Allahkərimin çarəsizliyi və məyusluğu, bütün bunlar bir məhəllənin, bir kəndin, bir şəhərin, bir ölkənin, ümumilikdə dünyanın problemidir.  Bu bölümdə – kitabın mənim əlimdə olan (Bakı, “Qanun”, 2023,  567 s.) variantında 21 – ci səhifədə “Nağıldan reallığa” yarımbaşlıqlı (sərlövhəli) parçada zoomağazada Fatma ilə atası Allahkərim və  eyni zamnda Allahkərim ilə mağazanın yeganə sahibi (müəllif onu məhz belə təqdim edir) Rza Səbri (razılıq və səbrlə hər şey mümkündür, tələsənlər isə Fatma və atası Allahkərim kimi təndirə düşməyə məhkumdurlar…) ağa ilə söhbət, oradakı abu-hava və kuliminasiya: “…Allahkərimin qulağına pıçıldayırmış kimi: – Ağa, xəbərin oldu, keçən həftə  Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. – qəfildən gözü vitrinə sataşan satıcı: – Öhö,öhö… (səh. 22)” Birinci kitabdan (bölümdən – hissədən) təqdim etdiyim bu kiçik parça həm ümumilikdə əsər, həm də bölüm haqqında kifayət qədər məlumat ötürüb, hələ kitabı oxumamış şəxsləri mütaliəyə təşviq etmək gücünə malikdir.

Eluca Atalı bu bölümdə İran inqilabının ideoloji parıltısının arxasında gizlənən zülm mexanizmini açır. Yazıçı göstərir ki, “inqilab” adlanan o siyasi dalğa sadə insanlara azadlıq, ədalət və bərabərlik vəd etsə də, nəticədə yeni bir ideoloji qəfəs yaratdı (elə bir çirkin mühit formalaşdı ki, qonşu-qonşudan qorxmağa başladı, dünənə qədər qardaş olanlar bu gün satqına, xainə çevrildilər – bu elə mexanizmdur ki, insanlar artıq özləri bir-birlərinə nəzarət etməyə başlayıblar). Öz gündəlik həyatını yaşayan sadə insanlar (idarə olunanlar) sadəcə özlərini hər zaman, hər yerdə haqlı bilən idarə edənlərin istədiyi kimi yaşamadığı üçün vətən xaini, xalq düşməni elan olunarq, zindanlara dolduruldu. Bu zindanlarda satqın, xain (əslində isə hakimiyyət düşməni) damğası ilə işgəncələrə məruz qaldı.

Burada müəllif sadəcə hadisəni nəql etmir — o, bir ictimai şüurun deformasiyasını, mənəvi dəyərlərin məhvinin psixoloji portretini cızır. “İnqilabın travması” sadəcə bir siyasi hadisənin nəticəsi deyil, həm də insanın ruhunda qırılan inamın, sarsılan etimadın simvoludur.

Bu bölümdə zindan təkcə fiziki məkan deyil, həm də mənəvi sınaq meydanıdır. Burada insanın ideyaya sədaqəti, inamı və mənliyi ölçülür. Eluca Atalı zindanı bir siyasi laboratoriya kimi təqdim edir — burada rejim (idarə edənlər) insanı sınayır (idarə olunanları), əyməyə, sındırmağa, öz ideologiyasına uyğunlaşdırmağa çalışır.

Zindanda aparılan “tərbiyə” prosesi, məhbuslara qarşı psixoloji və fiziki təzyiqlər, idarə edənlərin idarə olunanları öz istədikləri kimi yaşamağa öyrətmək səyləri yazıçının bədii dili ilə dərin fəlsəfi məna qazanır. Bu, təkcə İran zindanının deyil, ümumən bütün totalitar sistemlərin obrazıdır.

Eluca Atalının qəhrəmanı (qəhrəmaları) — milli kimliyini, vicdanını, azadlıq duyğusunu qorumağa çalışan bir insandır (insanlardır). “İnqilabın travması” onun (onların) daxili sarsıntısını, mənəvi parçalanmasını göstərir. İnqilabdan azadlıq gözləyən insan (insanlar), onun zülmünün qurbanına çevrilir (lər).

Burada müəllif oxucuya bir sual ünvanlayır: İnqilab kimin üçün və nəyə görə idi?
Əgər inqilab azadlıq gətirmirsə, əgər xalqın övladlarını zindana salırsa, o zaman bu, inqilab deyil — travmadır, illərlə sağalmayan yaradır.

Eluca Atalının dili bu bölümdə pubisistik tonda olsa da, bədii dərinliyini itirmir. Onun cümlələrində zindan divarlarından çox, sükutun içində qışqıran insan ruhu eşidilir. Yazıçının bu bölümdə oxucuya catddırmaq istədiyi budur ki, həbsxanalar bədəni bağlaya bilər, amma düşüncəni, sözün gücünü boğa bilməz.

Bu bölümdə söz həm silah, həm xilas, həm də müqavimət formasıdır. Müəllifin üslubunda Mirzə Cəlilin satirik təfəkkürü ilə, Cəfər Cabbarlının ideoloji qətiyyəti birləşir.

Eluca Atalı imzası sadəcə yazıçı adı deyil, milli məsuliyyətin ifadəsidir. O, “İnqilabın travması” bölümü ilə göstərir ki, yazıçı təkcə şahid deyil — həm də sorğulayan, mühakimə edən və xalqın ağrısını dilləndirən şəxsiyyətdir.

Bu bölümdəki ideya ümumilikdə bir çağırış kimi səslənir: Zülmə qarşı susmaq inqilabın ruhuna xəyanətdir.

Eluca Atalının “İran hizbullah zindanında” romanının “İnqilabın travması” bölümü sadəcə tarixi faktların bədii ifadəsi deyil, həm də mənəvi oyanışa səsləyən bir əsərdir. Yazıçı inqilabın travmasını göstərməklə oxucunu azadlığın dəyəri, insan ləyaqətinin müqəddəsliyi haqqında düşünməyə vadar edir.

“Üç vəd, üç tələb” – mülahizə

Eluca Atalının “İran hizbullah zindanında” romanı yalnız bir əsirlik hekayəsi deyil, həm də bir millətin, bir inancın və bir insanın mənəvi dirəniş salnaməsidir. Bu əsərin hər bölümü bir vicdan aynası kimi oxucunu düşündürür, silkələyir və sorğuya çəkir. “Üç vəd, üç tələb” bölümü isə romanın ideya fəlsəfəsində mərkəzi yer tutur — burada insanın daxili azadlığının fiziki zəncirlərdən daha güclü olduğu, iman və milli kimliyin heç bir divar arasında boğula bilmədiyi gerçək bədii dillə ifadə olunur. Məsələn, ikinci kitabda (bölümdə – hissədə) 92-ci səhifədə “İtaət təlimi” yarımbaşlıqlı (sərlövhəli) parçada marqalı müzakirə səhnəsi təqdim olunur: “ …  – itaət o demək deyil ki, səni gördükdə səcdəndə baş əysinlər, əgər sən belə düşünsən köklü səhv etmiş olarsan. Kütləni idarə etməyi bacaran liderin səriştəsi ölkənin ən ucqar nöqtəsində belə özünü nişan verməlidir. Sənin adın gələndə salavat çevirib, zikr etsinlər və sənsiz yaşayışın varlığına inanmasınlar…”

Ancaq, necə deyərlər: “Sən saydığını say, gör zaman nə sayır,”  və burada ikinci məşhur bir kəlam yada düşür: “Sonunu düşünən qəhrəman olmaz!” Bizim qəhrəman da ilk gündən heç sonunu düşünmədi. Onun (yuxarıdakıların – idarə edənlərin nə planlaşdırmasından asılı olmayaraq) özü-özünə verdiyi üç vədi, və özündən gözlədiyi üç tələbi var idi.

“Üç vəd, üç tələb” – adında sadə görünən bu rəmzlər, əslində, bir xalqın taleyinin, bir insanın əqidəsinin və bir yazıçının missiyasının simvoludur.
Zindan mühitində insanın ümidini, iradəsini və imanını sınayan bütün amansız qüvvələrə qarşı qəhrəman öz içində müqavilə bağlayır — üç vəd verir: Allaha, Vətənə və vicdanına. O, bu vədlərlə öz mənəvi bütövlüyünü qoruyur, düşmənin fiziki zoruna qarşı mənəvi müqavimət cəbhəsi yaradır.

“Üç tələb” isə zindanın divarları arxasında qaranlığa qarşı bir çağırışdır. Bu tələblər azadlıq istəyinin, ədalət arzusunun, millətinə xidmət əzminin ifadəsidir. Eluca Atalı burada sadəcə qəhrəmanın deyil, bütün əsir xalqların nümayəndələrinin ruhunu danışdırır. O tələblər sanki illərlə susdurulmuş, təhqir edilmiş bir xalqın qəlbindən qopan səsdir:
– Mən azad yaşamaq istəyirəm,
– Mən öz dilimdə danışmaq istəyirəm,
– Mən öz xalqıma xidmət etmək istəyirəm.

Bu sətirlərdə təkcə fərdi azadlıq istəyi deyil, həm də bir millətin öz kimliyinə dönüş çağırışı duyulur.

Eluca Atalı publisist düşüncəsini romanın bədii mətninə elə incə bir ustalıqla hopdurur ki, “Üç vəd, üç tələb” həm bədii, həm fəlsəfi, həm də ideoloji manifestə çevrilir. O, qəhrəmanının dili ilə deyir ki, zindan bədəni sıxar, amma ruhu sındıra bilməz. Yazıçı burada milli oyanışın əsasını qoyan ideyanı səsləndirir: “Zülm qarşısında susmaq günahdır, haqq üçün danışmaq borcdur.”

Bu bölümdəki publisistik enerjinin qaynağı təkcə siyasi düşüncə deyil, həm də mənəvi ağrı, milli yaddaş və ədalət hissidir. Eluca Atalı oxucusunu təkcə hadisəyə şahid etmir, onu düşünməyə, mövqe tutmağa çağırır.

Zindan burada təkcə bir fiziki məkan deyil – o, cəmiyyətin, sistemin, ideoloji təzyiqlərin rəmzidir. “Üç vəd, üç tələb” bölümü göstərir ki, zülm və qorxu mühitində insanın içindəki azadlıq işığı sönmür, əksinə, daha da parlayır. Eluca Atalının qəhrəmanı həmin işığın daşıyıcısına çevrilir – o, zindandan çıxmasa da, ruhən azad olur.

“Üç vəd, üç tələb” bölümü Eluca Atalının yazıçı-vətəndaş mövqeyini, onun publisist qələminin gücünü açıq şəkildə nümayiş etdirir. Burada müəllif bir daha sübut edir ki, azadlıq – kənardan verilən nemət deyil, içəridə doğulan həqiqətdir. Bu həqiqət uğrunda savaşmaq isə hər bir vicdan sahibinin vəzifəsidir.

Eluca Atalı bu bölümdə həm bir ideologiyanın, həm bir nəsil düşüncəsinin, həm də bir millətin təmiz mənəviyyatının simvolik manifestini yaradır. “Üç vəd, üç tələb” – insanın Allahla, Vətənlə və öz vicdanı ilə bağladığı müqəddəs and kimi qalır.

“Qanlı orkestr” – fəryad

Eluca Atalının “İran hizbullah zindanında” əsərinin “Qanlı orkestr” bölümü yazıçının həm sənətkarlıq ustalığını, həm də milli və insani ağrılara qarşı içdən gələn etirazını ifadə edən dərin publisistik çalarlarla doludur. Bu bölümdə müəllif təkcə bir məhbusun və ya bir xalqın ağrısını deyil, bütöv bir insanlığın sarsıntısını – zülmün, zorakılığın, mənəvi işgəncənin səsini eşitdirir. “Qanlı orkestr” – adından da göründüyü kimi, zülm səltənətinin qurduğu bir səsli sükutdur: qanla çalınan, acı ilə səslənən bir “musiqi”.

Eluca Atalı bu bölümdə zindanı bir orkestrə bənzədir. Hər bir məhbusun naləsi, hər bir qamçı zərbəsi, hər bir sükut anı – bu “orkestrin” fərqli notlarıdır. Lakin bu notlar harmoniyadan deyil, işgəncədən və qorxudan yaranır. Yazıçı göstərir ki, diktatura yalnız bədənləri deyil, ruhları da əsir götürmək,  insanın içindəki səsi – düşüncəni, etirazı, azadlıq istəyini boğmaq istəyir.

Bu mənada “Qanlı orkestr” sadəcə bir hadisə deyil, siyasi və mənəvi metaforadır. Atalı burada cəza sisteminin mahiyyətini ifşa edir: məhbusun qırılan sümükləri, səssiz fəryadı – zalım rejimin “bəstələdiyi” qanlı simfoniyadır.

Eluca Atalının qəhrəmanı – idealları uğrunda mübarizə aparan bir insan – bu “orkestrdə” səssiz qalsa da, onun sükutu bir mənəvi üsyan kimi səslənir. Zindanda səslərin boğulduğu yerdə ruh danışmağa başlayır. Yazıçı məhz bu məqamda oxucunu dərin bir fəlsəfi düşüncəyə çəkir: “İnsan səsi susa bilər, amma ruhun çağırışı heç vaxt susmur.”

Bu, Eluca Atalının bədii ideyasının əsas nüvəsidir. “Qanlı orkestr”dəki hər səhnə, hər təsvir insan ruhunun ölməzliyinə, azadlıq eşqinin məğlubedilməzliyinə işarədir. Zülm – nə qədər güclü olsa da – düşüncəni və inancı əsir edə bilmir.  178-ci səhifədən başlayan “Zindan nədir?” yarımbaşlıqlı (sərlövhəli) parçada – 179-cu səhifədə belə bir məqam var: “…canavar rola girməz, yəni mütrüflüyü bacarmaz. “İşgəncə ilə sağalmayanlar”a canavar adı verilməli, onların üzərinə çox əmək verməyə dəyməz, çünki onlar tərbiyə edilməzdilər.”

“Qanlı orkestr” bölümü təkcə zindan gerçəkliyini əks etdirmir; bu, ədəbiyyatın vicdan səsi kimi səslənən bir manifestdir. Eluca Atalı öz qələmi ilə rejimlərin yalançı “harmoniyasını” dağıdır, onların “sükut musiqisini” gerçək səslərlə – insanın ağrısı, üsyanı və inamı ilə əvəzləyir.

Publisistik ruh burada həm siyasi, həm də mənəvi dəyərlərin müdafiəsinə çevrilir. Yazıçı qəhrəmanlarının başına gələn müsibətlərlə göstərir ki,  hər bir zindan, əslində, rejimin öz iç dünyasının qaranlıq aynasıdır. Orada çalınan “qanlı orkestr” – zalımın öz vicdanının səsi, öz günahının əks-sədasıdır.

Eluca Atalının “Qanlı orkestr” bölümü, zülmün estetikasını deyil, həqiqətin faciəsini göstərən bir bədii etirafdır. Bu bölümdə yazıçı oxucunu təkcə düşünməyə deyil, duymağa çağırır – ağrını, səssiz etirazı, içdə yanan azadlıq tonqallarını.

Üçüncü bölümdən danışarkən yazımın tam və bitərəf olması üçün bu məqamı mütləq vurğulamaq istəyirəm. “Qanlı orkestr” bölümü özü də çoxlu yarımbaşlıqlardan (sərlövhələrdən) ibarətdir. Bu sərlövhələr ya hansısa anlayış, ya də növbəti “tərbiyələndirmə” səfərləri (çıxışları) haqqındadır. Ya təsadüfən ya da müəllif bilərəkdən bu səfərlərin sayını 114 müəyyənləşdirib (“Quran” 114 surədən ibarətdir). Məhbusların dindirilməyə aparılıb, geri qaytarılması səhnələrinin təsviri olduqca yeknəsəq təsir bağışlayır (bu əslində həyatın boz üzünün göstəricisidir).

Ümumilikdə isə “Qanlı orkestr” – zindanın divarlarında əks-səda tapan milli və mənəvi dirənişin simfoniyasıdır. Bu orkestrin ifası bəzən hüzünlü ney, bəzən yanıqlı ud, bəzən də odlu -olovlu saz səs-sadasından ibarət olur. Bəzənsə iki ayrı hissədən ibarət olan zərb alətinin (Zil, Sinc, Cymbal) bir-birinə zərblə dəydikdən sonra eşidilən cingiltili səsinin sonsuzluğa qədər eşidilib, intəhasız sükutda əriməsinin şahidi oluruq. Eluca Atalı bu əsərlə göstərir ki, sükut bəzən qışqırıqdan daha ucadır, çünki bu sükut – haqqın, vicdanın və azadlıq istəyinin səsidir.

Həyatı tabutda axtaranlar – zülmün kölgəsində insanın mənəvi dirənişi

Eluca Atalının “İran hizbullah zindanında” romanı çağdaş Azərbaycan publisistikasının ən ağrılı, eyni zamanda ən ibrətli mətnlərindən biridir. Bu əsərdə müəllif zindanın daş divarları arasında əzilən deyil, məhz orada dirilən, mənəvi qələbə qazanan insan obrazlarını yaradır. “Həyatı tabutda axtaranlar” bölümü romanın ən dramatik, lakin ən fəlsəfi hissələrindən biridir. Bu bölümdə müəllif ölüm və həyatın sərhədini, zülm və dirənişin toqquşduğu məqamı publisistik dillə təqdim edir.

Bu bölümdə “tabut” sadəcə ölüm rəmzi deyil, həm də sistemin insan ruhuna biçdiyi məkan, mənəvi qəfəsdir. Zindan, əslində, insanın bədənini dustaq edə bilər, amma ruhun azadlığını əlindən ala bilməz. Eluca Atalı bu ideyanı bədii-publisistik dillə ustalıqla ifadə edir. İnsan, tabutun içində belə, yaşamağın mənasını axtarır: “… – Lap tezliklə! Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! – molla özünəməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı.” Səhifə  446-dan başlayan “Ədalətli bölgü” yarımbaşlıqılı (sərlövhəli) parçadan (səh. 447) təqdim etdiyim bu məqamda müəllifin bütün əsər boyu qaldırıb, daim vurğuladığı bir neçə sualın cavabı var;

-birinci “yuxarıdakılar bacarmırdılar”, “aşağıdakılar istəmirdilər” məsələsi: yəni idarə edənlərin hakimiyyətdə yaratdığı boşluq idarə edilənlərdə bir gözlənti yaratmışdı,

-ikinci deməli, inqilab bütünlüklə xaricdən idxal olunmamışdı, daxildə də tam yetişməsə də buna təlabat var idi. Ən azından əhalinin mühüm hissəsi (təbəqəsi) bir gözlənti içərisində idi,

-üçüncü bütün doğuşlar ağrılı olur və həmişə xoşbəxt sonluqıa yekunlaşmır…

Bu bölümün (kitabın) ümumilikdə romanın da sonu hesab olaunan səh. 556-da lap başdan:

“… Edam olunanları bir qayda olaraq kişi pastarlar yük maşının arxasına tullayırdılar. Başı-ayağı yük yerinin dəmir divarlarına dəyib, tappıltı salan meyitlərin bu işdə günahsızlığı nəzərə alınsa, onların qarasınca deyinmək haqsızlıq idi….”

Və ya bir az əvvəldə (səh. 554):

“… Az keçmədi, öndə olan məhbuslardan bir cərgə sıralayıb, təpənin başına çıxartılar. Sonra ikinci bir dəstəni nizama düzdülər, sonra üçüncü …”

Səhifə 542-dən:

“Rəis davam etdi:

-A kişi, elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi?…”

Yuxarıda təqdim etdiyim kiçik parçalardan da görünür ki, “Qanlı orkestr” bölümündən fərqli olaraq, “Həyatı tabutda axtaranlar” bölümündə hadisələr daha sürətlə inkişaf edir. Müəllif əsərin əvvəlində – “İnqilabanı travması” bölümündə başladığı bütün məsələləri böyük ustalıq və zərgər dəqiqliyilə bu bölümdə bir-birinin ardıca sürətlə yekunlaşdırır. Bu bölümdə də bir daha hər kəsin öz həqiqəti olduğunun şahidi oluruq. Məsələn, Fatmanın “Sakta balığı” adlandırdığı molla da Fatmanı kafir – rejimin düşməni kimi görür (səh. 544):

“… Məgər sevinmirsən ki, bu gözəl məmləkətimizdən kafirin biri azaldı?”

Eluca Atalı burada hərəsinin öz həqiqətləri olan iki tərəfi qarşı-qarşıya qoyur. Fatmanın gözlədiyi “Sakta balığı”nı yeyəcək qeyri-müəyyən, məchul akula gəlib çıxmasa da, yırtıcı “Sakta”nın öz məqsədindən vaz keçmədiyini və sonda min bir hiylə ilə axır ki, arzusuna çatdığının şahidi oluruq (səh. 543 sözün bitdiyi yer):

“-Kişi al! – əlindəki mehriyyə haqqını bir az da qabağa, Allahkərimə sarı uzatdı. – Əlimi uzanılı qoyma!….”

Sonra (səh. 543 aşağıda,  kuliminasiya):

“… -Payla, payla! …”

Bu məqamı artıq əvvəldə də bir neçə dəfə vurğulamışam. Sözün əsl mənasında “noğul paylama” mərasimi dəhşətdir (səh. 543):

“…Bunu dədə-baba adəti ilə qız nişanlayanda, toy xonçasına qoyar və gəlin ata evindən çıxarılıb, ər evinə köçürülən zaman həyət qapısından yola salınarkən  başından başından tökərdilər…”

Yazıçı sona yaxınlaşdıqca sanki ürəyindəkilərin hamısını bir-bir hayqıraraq deyir. Ümumilikdə belə nəticə çıxır ki, “halava-halava deməklə ağız şirin olmur”. Hər iki cəbhənin öz həqiqətləri, öz istəkləri olduğu kimi, məqsədlərinə çatmaq üçün öz yolları, fəndləri var. Və sonada Allahkəırimin “suyusüzülmüş” halda, “əli ətəyindən uzun” zindanı tərk etməsi səhnəsinin təsvirində Eluca Atalı bu dörd bölümdən ibarət böyük həcmli bir ktabda demək istədiyinin hamısını yenidən bir neçə cümlə ilə ən  təsirli şəkildə (bundan o tərəfini təsəvvür edə bilmirəm) bir daha oxucusuna çatdırır (547 – 548):

“… Kişi (Allahkərim – Fatmanın atası) əlindəki torbayla durduğu yerdən tərpənib, qapıya üz tutanda rəis yarıistehza, yarıqəzəblə dodaqlarını büzüb:

-Torba qoy qalsın! – dedi.

Zindan rəisinin otağına girəndə, başından çıxarıb və şirni paylayarkən qoltuğunun altına dürtmələdiyi papağını unudub, qızının gözaydınlığı şirnisini qaytarıb. Rəisin masasının üstünə qoyarkən, onun qoltuğunun altından necə sürüşüb düşdüyünün fərqinə varmadı. Allahkərimi arxasınca izləyən pastar isə qabağa, qapıya doğru düz getdiyindən bu an tapdayıb, üstündən keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi. Bir gecədə beli əyilmiş qız atası özündən sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi…”

Eluca Atalının bu əsərdə yaratdığı müsbət və mənfi qəhrəmanlar (qəhrəmanlar və antiqəhrəmanlar) idarə edənlər və idarə olunanlar (yuxarıdakılar və aşağıdakılar) hər ikisi eyni coğrafiyanın insanları, eyni xalqın övladlarıdır. Bəzən vəzifə icabı müxtəlif dillərdə danışsalar da əslində dilləri də eynidir. Fərqli yalnız məqsədləri və əməlləridir. Hər kəs özünü haqlı sayır və öz yolunda hədəfinə çatmaq uğrunda mübarizə aparır. Hələlik güclü tərəf idarəedənlər olduğuna görə hər şey onların istədikləri kimi cərəyan edir. Ancaq bütün əsər boyu bu gedişatın müvəqqəti olduğu aydın duyulur.

Müəllifin qəhrəmanları — ideallarına, milli kimliklərinə, vicdanlarına sadiq insanlar — zülmün içində belə həyat eşqini itirmirlər. Onlar üçün “həyatı tabutda axtarmaq” – məhz insanlığın son sınağı, son imtahandır. Eluca Atalı burada sanki soruşur: “İnsan ölmədiyi halda, onu tabuta salan kimdir? Rejim, qorxu, yoxsa susqunluğumuz?” Bu ritorik suallar oxucunu da zindan divarlarının içinə salır, vicdanla üz-üzə qoyur.

Bu bölümdə müəllif publisistik alovla tarixi bir reallığı bədii ümumiləşdirməyə çevirir. Hər bir cümlədə həm inqilab sonrası İranın dini-siyasi zülmü, həm də bütövlükdə insan azadlığının dəyəri əks olunur. “Həyatı tabutda axtaranlar” — öz Vətənindən, öz inancından, öz kimliyindən qoparılmış insanların fəryadıdır. Amma bu fəryad ümidsizlik deyil, çağırışdır. Zülm qarşısında dirənişin, ruhun ölməzliyinin çağırışıdır.

Nə qədər çətin olsa da, bütün itirdiklərinə rəğmən Allahkərim sözün bütün mənalarında toparlanıb zindandan çıxmağı bacarır.

Eluca Atalının dili burada həm publisistik, həm poetik, həm də fəlsəfidir. O, oxucunu zindandakı qəhrəmanla birgə nəfəs almağa, onun gözləri ilə ölümə baxmağa vadar edir. Lakin bu baxışda qorxu yox, əksinə, dirəniş var. “Tabut” burada məğlubiyyət deyil, oyanış yeridir. “Tabut”lar burada beşiyə çevrilir. Hər tabutda cansız bir bədənlə yanaşı sarsımaz  DİPDİRİ RUH  var. Çünki həyatın mənası yalnız rahatlıqda deyil, mübarizədədir. Həm də məntiqi olaraq, hər sonluq özlüyündə bir başlanğıcdır.

Son nəticədə “Həyatı tabutda axtaranlar” bölümü – xüsusilə də yuxarıda təqdimetdiyim hissələr  Eluca Atalının bu əsərdə demək istədiklərinin çoxunu bütün çılpaqlığı ilə açıq- aydın oxuculara çatdırır, əsərin ümumilikdə mahiyyətini ifadə edir — həyatın özünə çevrilmiş mübarizə, insanın özlüyünü – ruhunu  qorumaq uğrunda savaşı (mübarizəsi). Bu bölümü oxuyan hər bir insan anlayır ki, azadlıq təkcə divarların arxasında deyil, insanın öz içində başlayır.

Xüsusi qeydlər

Eluca Atalının  (Hüseynova Mədinə İxtiyar qızı – 1966)  bu əsəri cəsarətli addım kimi qiymətləndirilməlidir. Kitabın cildi (mən əlimdə olan nümunəyə əsasən fikir yürüdürəm), tərtibatı, içliyi üçün istifadə olunmuş kağız – ümumilikdə çap işi yüksək səviyyədədir. Kitab əmtəə məhsulu olaraq satış üçün tam yararlı, qiyməti isə münasibdir. Bakı şəhərində və dünyanın bir çox  ölkəsində müasir dövrün texniki imkanlarından istifadə etməklə kitabı əldə etmək olar. Bundan əlavə Azərbaycanda Bakı şəhərində yerləşən Azərbaycan Milli Kitabxanası da daxil olmaqla ölkəmizin bir çox əsas kitabxanalarından götürüb oxumaq imkanı var.

Kitabda qaldırılan problem, araşdırılan mövzu, təqdim olunan real vəziyyət günümüzdə bəzi yüngülləşdirici hallar olsa da  aktual olaraq qalır. Yəni kitabı oxumaqda ən azından tarixi məlumatları bədii-publisistik  dildə əxz etmək baxımından düşünən, yurdsevər hər bir şəxs üçün fayda var.

Kitabın dili bədiilikdən daha çox publisistikaya yaxındır. Kitabın hər bölümündən təqdim etdiyim parçalar təbliğat və kitabın oxunmasına təşviq etmək məqsədilə seçilib. Bu kitabdan əlavə dəyərli oxuculara məsləhət görərdim ki,  Eluca Atalının “Qanun” nəşriyyatında 2022-ci ildə nəşr olunmuş “Kendini getir” kitabını da mütləq əldə edib oxusunlar.

Dəyərli ədəbiyyatçı dostum və çox qiymətli oxucum qeydlərimin nə qədər həqiqəti əks etdirdiyini bilmək üçün mütləq “İran hizbullah zindanında” kitabını  əldə edib oxumaq lazımdır. Kitabı yuxarıda qeyd etdiyim mənbə və ünvanlardan əldə edib, oxumaq mümkündür.

Kitabda ən xoşuma gələn hal Eluca Atalının Səməd Behrənginin “Balaca qara balıq” əsərini təkrar-təkrar yada salması, xatırlatması  və təbliğ etməsidir. Əsərin içində başqa bir əsəri yada salmaq və ya təbliğ etmək dünya ədəbiyyatı nümunələrində də var. Bir müəllif kimi mən də “Qırmızı yarpaqlı ağac” hekayəsində, “Xüsusi təyinatlı” povestində bu üsuldan istifadə etmişəm. Yerində olanda təqdirəlayiq haldır.

Bu əsər bir çağırışdır — ədalət uğrunda mübarizənin heç vaxt bitmədiyini xatırladan, insan ruhunun dirənişinə inamı yenidən alovlandıran çağırış. Quruluşlar dəyişsə də insanın fitrətindəki azadlıq eşqi əbədidir.

“İran hizbullah zindanında” bu mənada həm sənədli gerçəklik, həm də mənəvi müqavimət dastanıdır. Yazıçı oxucusuna sadəcə bir zindanı deyil, bir ideyanı – azad ruhun sarsılmazlığını göstərir (əsərin sonunda bunu lap aydın görürük).

Eluca Atalının “İran hizbullah zindanında” kitabı milli şüurun və vicdanın publisistik qələbəsidir. Bu əsər bir yazıçının cəsarəti, bir xalqın səsi və bir insanın həqiqət uğrunda mübarizəsinin simvoludur. Eluca Atalı bir daha sübut edir ki, azadlıq düşüncədən başlayır, vətən sevgisi isə zindanda belə ölmür.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəıkkür edirəm. Hələlik.

Müəllif: ZAUR USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ELUCA ATALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ustaclı – Zaur Ustac

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  2. ↑ “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  3. ↑ “”Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…””. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  4. ↑ “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  5. ↑ “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  6. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  7. ↑ “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  8. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  10. ↑ “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-08.
  11. ↑ “Zaur Ustac “Əliş və Anna””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  12. ↑ “Zaur Ustac “Əliş və Anna””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  13. ↑ “Zaur Ustac “Qələmdar””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  14. ↑ “Zaur Ustac “Zimistan””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  15. ↑ “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  16. ↑ “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  17. ↑ “Zaur Ustac “Ülyahəzrət””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  18. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  19. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik””. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  20. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  21. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri””. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  22. ↑ “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  23. ↑ “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  24. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  25. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  26. ↑ “”Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  27. ↑ “”39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  28. ↑ “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  29. ↑ “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  30. ↑ “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  31. ↑ “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  32. ↑ “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  33. ↑ “”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  34. ↑ “”Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  35. ↑ “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  36. ↑ “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 dekabr 2020.
  37. ↑ “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  38. ↑ “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  39. ↑ “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  40. ↑ “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  41. ↑ “Aida Hacıxanım “Məqam””. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  42. ↑ “Aida Hacıxanım “Ömrün anları””. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  43. ↑ “Aida Hacıxanım “Otuz şeir, otuz fikir””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  44. ↑ “Gülü “Zaur Ustac””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  45. ↑ “Qələndər Xaçınçaylı “Taclı şair””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  46. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  47. ↑ “Kamal Camalov “Əliş və Anna haqqında””. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  48. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  49. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  50. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası “”. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  51. ↑ “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  52. ↑ “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  53. ↑ “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  54. ↑ “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

İlkin mənbə (arxiv): archive.is

Türkün dili – Ustad Şəhriyarı rəhmətlə anırıq.

Esmira Fuad: – “Türkün dili deyib öydüyü ana dilini zirvələrə qaldıran ustad Şəhriyarın ölümündən 36 il keçir… Ruhu şad olsun…“

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
1969

Esmira Fuadın yazıları

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

15 sentyabr- Bakının xilasının 106-ci ili.

15 sentyabr- Bakının xilasının 106-ci ili.
Firuz Mustafanın “SAVAŞ FƏSLİ” tarixi faciəsinin final səhnəsi:

Ə n v ə r P a ş a. And olsun bu müqəddəs Qurana ki, mən son nəfəsimədək bu savaş meydanını tərk etməyəcəm…
D a v l a t m a n d b ə y. Mən də…
F a r u q bəy. Paşam, mən də…
Q ı r m ı z ı K o m a n d i r. Atəş!.. Atəş açın…
Ə n v ə r P a ş a. Haydı, arxamca gəlin… Qana-qan, ölümə-ölüm. Mənim başım ya bədənimin üstə dayanmalıdır, ya da nizə üstündə… Məh həyatımda çox qanlar, çox ölümlər görmüşəm… Amma əcəl məndən həmişə uzaq gəzib. Görünür, bu gün özüm öz ölümümün şahidi olacağam…
Ətrafı tədricən tüstü-duman bürüyür. Qırmızı Komandir Ənvər Paşanı nişan alıb atır. Ənvər Paşa səntirləsə də yıxılmır, qala divarına söykənir.
D a v l a t m a n d b ə y. Alçaq. İndi səni it kimi gəbərdəcəyəm…
Davlatmand bəy nişan alıb Qırmızı Komandirə atəş açır.
Q ı r m ı z ı K o m a n d i r. Əclaflar… Basmaçı köpək uşağı… Sizin gülləniz qırmızı komandirin zirehli sinəsini deşə bilməz.
D a v l a t m a n d b ə y. Elə isə al yenə gəldi…
Davlatmand bəy arəş açır. Qırmızı Komandir qışqıraraq yerə sərilir.
Q ı r m ı z ı K o m a n d i r (sürünərək irəliyə doğru can atır, sanki iməkləyir). Ehey… Ənvər Paşa buradadır. Onu diri tutmalıyıq… İrəli… İrəli…
Ə n v ə r P a ş a. Sən Ənvər Paşanın heç meyitinə də yaxın düşə bilməyəcəksən…
D a v l a t m a n d b ə y (Qırmızı Komandiri nişan alaraq). Bu qırmızı köpək ölmək istəmir. Al gəldi…
Atəş səsləri. Atışma. Ənvər Paşa irəiyə doğru addım atır. Qara-boz əsgər siluettləri onları əhatə edir, mühasirəyə alır. Qırmızı Komandir sürünə-sürünə kənara çəkilir. Hər tərəfdən atəş açılır.
Ənvər Paşa qılıncını havada oynadaraq qala divarının arxasına keçir. Dəmir cingiltisi, güllə səsləri eşidilir. Az sonra Ənvər Paşa ləngərli-asta hərəkətlə səhnəyə gəlir.
Q ı r m ı z ı K o m a n d i r. Atəş!..
Tüstü. Duman. Səs-küy. İnilti. Atəş səsləri.
İndi səhnədə döyüşçü-basmaçı geyimində yalnız üç adam var: Ənvər Paşa, Davlatmand bəy və Faruq bəy. Onlar hər tərəfdən gülləbarana məruz qalıblar. Əvvəlcə Ənvər Paşaya beşaçılandan ard-arda beş güllə açılır.
D a v l a t m a n d b ə y (Qırmızı Komandirə atəş açır). Bu köpək hələ gəbərməyib…
Q ı r m ı z ı K o m a n d i r. Beşaçılanın bütün güllələri Ənvər Paşanın bədəbibə sancıldı… Ta mənə ölüm yoxdur. Ölsəm belə, qəhrəman kimi dəfn ediləcəm… Amma çox istərdim ki, son nəfəsdə də olsa belə Qırmızı Bayraq ordeninə layıq görülüm… Və o ordeni mənim mundirimin yaxasına yoldaş Trotski sancsın…
D a v l a t m a n d b ə y. Bir bu axmağın son arzusuna bax… Yaxası ordenli ölmək istəyir.
Ə n v ə r P a ş a. Faruq bəy…
F a r u q bəy. Paşam…
Ənvər Paşa qala divarına söykənib bir müddət ayaq üstə “donub” qalır. Sonra hər tərəfdən qurşuna tutulan Davlatmand bəy və Faruq bəy bir qədər irəli yeriyib Ənvər Paşaya yaxınlaşırlar. Davlatmand bəy başını onun çiyninə dayayır.
F a r u q bəy. Paşam… Ölmə Paşam… Komutanım Davlatmand bəy… Ölmə… Amandır, ölməyin… Ölməyin…
Bu əsnada Qırmızı Komandir sürünərək yenidən ayaga qalxıb silahını onlara sarı tuşlayır. Həmin an Yusif Ziya və Usman Xoca görünür. Onlar eyni vaxtda Qırmızı Komandirə atəş açırlar. Qırmızı Komandir haray çəkib yerə sərilir.
Y u s i f Ziya (Ənvər Paşa ya yaxınlaşır). Ənvər bəy… Paşam….
Ə n v ə r P a ş a. Axund, mən artıq bu nahaq dünyanı tərk edirəm…
U s m a n Xoca. Paşam, sən hələ yaşamalısan…
Ə n v ə r P a ş a. Biz aldandıq… Amma döyüş davam edir. Deyəsən, bu qırmızı qasırğa rədd olub getdi…
U s m a n Xoca. Biz bu qırmızı taundan canımızı qurtara bilsəydik…
D a v l a t m a n d b ə y. Basmaçılar toparlaşırlar.
Uzaqdan şüarlar eşidilir: “Yaşa, yaşa, Ənvər Paşa!”. “Davlatmand bəy, işin olsun avand bəy!..”
Ə n v ə r P a ş a. Bizim mücahidlərdir…
Davlatmand bəy yavaş-yavaş dizi üstə çökür.
U s m a n Xoca. Aman Allah… Davlatmand bəy!..
F a r u q bəy. Davlatmand bəy!.. Komutanım…
Y u s i f Ziya. İlahi, bizim millətimiz nədən bu zülmə düçar olmalıdı? Paşam…
Ə n v ə r P a ş a (divara söykənmiş halda). Axund, hər başlanğıcın bir sonu olur. Bu Quranı və bu qılıncı götür. Məni özün dəfn edərsən… Yasin surəsini özün oxuyarsan… Axund… Bir xahişim də var. Əgər qərargaha gedə bilsən, oradan mənim döyüş çantamı götürərsən… O çantada Naciyə Sultana yazdığım son mətkub var… O məktubu öz ünvanına çatdırarsan… (Pauza). Hə, deyəsən, Davlatmand bəy keçindi… Usman Xoca, Davlatmand bəylə hər ikimizi bir yerdə dəfn edin… Məzarı dərin qazın. Qoy yağılar bizim cəsədimizi tapa bilməsinlər. Ölümümüz mübarək…
Yusif Ziya qılıncı və Quranı alır, öpüb gözünün üstünə tutur.
Ənvər Paşa yavaş-yavaş yerə çökür.

P.S
Əsər Türkiyə türkcəsinə də çevrilib. Qalıb əsərin teatrda tamaşaya qoyulması. Görək rejissor tapılacaqmı?

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalının Avqust – 2023 №08 (32) sayı tam, Avqust – 2024 №08 (44) sayı isə qismən Rəşad Məcidə həsr olunub.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

Natiq Lyutfik oğlu Axundov – 70

          PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

          “Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.

           Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun!  Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.

           Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində  müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.

          O,  hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb.   Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.

           Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.

        Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.

          Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir. 

          Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur.  Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.

           “İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.

          Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir. 

          Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.

           I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).

           Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.

          Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə)   yazılmışdır.

           İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)

         Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər  respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.

         Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s. 

         Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.  Onun 70 yaşı tamam olur.

         Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq. 

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru