Kateqoriya arxivləri: GÜLDANƏ ZƏRİF

Güldanə Zərif – Yollar.

GÜNNUR AĞAYEVA TƏQDİM EDİR:

Güldanə Zərif (Ramazanova)– dan

“YOLLAR” ŞERİ
Uzanıb yamyaşıl sarmaşıq kimi,
Ən uca dağlara sarılan yollar.
Aşıb dərələri, aşıb dağları,
Yorğun, ilan kimi qıvrılan yollar.

Hər kəsi yetirən arzularına,
Yetən, köməy edən qayğılarına.
Yoldaşsan ən xəfif duyğularına,
Sonda xəyalları doğrulan yollar.

Səndən kimlər keçmir, kimlər adlamır,
Səndə kimlər gülmür, kimlər ağlamır.
Hər kəsi ötürür, yolda saxlamır,
Ayaqlar altında yoğrulan yollar.

Çəməndən keçirsən, çaydan keçirsən,
Sən qışdan keçirsən, yaydan keçirsən.
Gah illərdən, gah da aydan keçirsən,
Şaxtada,günəşdə qovrulan yollar.

Xoşbəxtdi salamat sonuna çıxan,
Qəlbində sevgiylə yollara baxan.
Dərədən, təpədən su kimi axan,
Ünvanına doğru burulan yollar.

Üstündə uçurum, çox aşırımlar,
Çox keçilməz olur yağanda qarlar.
Sonuna salamat yetməyən də var,
Ağrıdan, acıdan yorulan yollar.

Güldanə, xoş dilək səndə gözəl hal,
Yol üstə ən gözəl xəyallara dal.
Olsun yolun sonu, gözəl bir vüsal,
Gedənin qisməti sorulan yollar.
07.05.2024.

GÜLDANƏ ZƏRİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru