POEZİYADA TALE, İNSAN VƏ İLAHİ MİZAN KONSEPSİYASI

Mərziyyə Nəcəfova,

Filologiya elmləri doktoru

POEZİYADA TALE, İNSAN VƏ İLAHİ MİZAN KONSEPSİYASI

(Lütviyyə Əsgərzadə və varlığın metafizik dramı)

İnsan idrakının və fəlsəfi-estetik düşüncənin yarandığı ilk dövrlərdən bəri mütəfəkkirləri məşğul edən ən təməl sual insanın bu məkandakı (Yer kürəsindəki) mövcudluq statusu və onun iradəsindən kənarda formalaşan ali kosmik qüvvə – Tale (Alın yazısı) paradiqmasıdır. Antik yunan fəlsəfəsindəki Ananke və Moira (qaçılmaz tale) qanunlardan Şərq mistisizmindəki fatalizm və irfan təlimlərinə qədər subyekt (insan) həmişə öz bəxtinin koordinatlarını çözməyə çalışmışdır.

Şərq dünyagörüşündə Allah və insan münasibətləri kor-koranə bir itaətkarlıkdan ziyadə, ruhun öz daxili laboratoriyasında ilahi mizanı axtarması, daxili vicdanın səssiz pıçıltılarını kainatın böyük nizamı ilə çarpazlaşdırması prosesidir. Lakin bu proses, xüsusən yaradıcı fərdin şüurunda hamar və sükunətli keçmir. O, dünyanın maddi çətinlikləri, sosioloji aşınmaları və fani zamanın amansızlığı qarşısında həm də dərin bir ekzistensial böhrana və ləyaqətli bir dialoqa çevrilir.

Azərbaycan ədəbiyyatşünaslıq elminin fundamental prinsiplərini bədii təfəkkürün süzgəcindən keçirən filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin poetik dünyası, məhz bu dərin fəlsəfi köklərə söykənən, sözün energetikası ilə insan ruhunun sarsıntılarını kodlaşdıran modern bir sistemdir. Müəllif öz yaradıcılığında subyekti donuq sosioloji qəliblərin içindən çıxararaq onu birbaşa öz taleyi ilə üz-üzə qoyur, fərdin daxili monoloqunu bəşəri bir manifest səviyyəsinə yüksəldir.

Lütviyyə xanımın “Alın yazım”şeiri, ilk sətirlərindən etibarən oxucunu fərdin öz müqəddəratı ilə girdiyi səmimi, fəlsəfi və dramatik bir dialoqun içinə çəkir. Müəllif alın yazısını sadəcə mücərrəd bir dini-metafizik anlayış kimi deyil, insanın çiyinlərində daşıdığı real, fiziki bir yük – “şələ” kimi  konkretləşdirir:

Alın yаzım və tаlеyim,
Sеvinc pаyım, nаlələrim.
Könlümə qismət kədərim.
Şələm аğır, çаtmır gücüm,
Küsüm səndən, yа nеyləyim.

“Şələnin ağır olması və gücün çatmaması” ifadəsi, insanın bioloji və mənəvi baxımdan zamanın və taleyin ağırlığı qarşısında keçirdiyi o qaçılmaz antropoloji böhranın bədii təzahürüdür. Şairə dünyadakı sevinclə naləni, qəmlə qisməti eyni tərəziyə qoysa da, tale qarşısında passiv bir bəndə kimi durmur, əksinə, ona suallar ünvanlayır. “Küsüm səndən, ya neyləyim” ifadəsi ilə Şərq arifliyindən gələn o ən səmimi giley-güzar ritorikasını hərəkətə gətirir. Cəmiyyətin və dünyanın insana təklif etdiyi maddi dəyərlər (sərvət) ilə ruhun ehtiyac duyduğu mənəvi hüzur arasındakı o qorxunc uçurumu və sosioloji təzadı tam ifşa edir:

Alın yаzım və tаlеyim,
Mən nə umdum, sən nə vеrdin.
Sərvətindən qəm götürdüm.
Sənə nəsə еyləmişdim,
Bоylаnır gеndən sеvincim?

“Sərvətindən qəm götürdüm” misrası, dünya fəlsəfəsinin ən fundamental həqiqətlərindən birinin poetik kəşfidir. Maddi aləmin insana bəxş etdiyi ən böyük sərvət belə, əgər daxili laboratoriyada ülvi məhəbbətlə və mənəvi bütövlüklə yoğrulmayıbsa, fərd üçün yalnız bir “qəm” və “ağır yük” statusundadır.

Şairə taleyin üzünün “bərk və boz” olmasını və işinin “daşdan çıxmasını” ifadə edərək, maddi aləmin (cəmiyyətin) fərdə qarşı necə amansız və laqeyd olduğunu ortaya qoyur. “Ağ günlərin qaralması” və “bəxtin faqirliyi” lövhələri, şairənin ləyaqət müqavimətini simvolizə edir. Bu sətirlərdəki “faqirlik” zəiflik və ya məğlubiyyət deyil, əksinə, Şərq dünyagörüşündəki “fəqr” (hər şeydən sıyrılıb yalnız mənəvi ucalığa sığınmaq) mərtəbəsinin bədii təcəssümüdür. İnsan maddi dünyanın amansız çarxları arasında fiziki olaraq əzilsə də, öz daxili vüqarını və mərdlik kultunu sətiraltı olaraq qoruyub saxlayır.

Lütviyyə xanım Əsgərzadə poeziyasının fəlsəfi arxitekturasında təbiət qanunları və geofiziki fəsillər, mexaniki elementlər deyil, fərdin daxili böhranlarını vizuallaşdıran spektral aynalardır. Şairə, kainatın fiziki iqlimi ilə ruhun daxili iqlimi arasındakı qorxunc çarpazlaşmanı və “fəsillərin tərs dövriyyəsini” dinamik bədii lövhəyə gətirir:

Yаz günü qəlbimə yаğаn qаrа, bах,
Sеçib gеyindiyim qаrа dоnа, bах.
Könlüm qаn аğlаyır, içimdə yаsdı,
Əgər inаnmırsаn, qəlbim аrа, bах!

Sətirlərdə dilin linqvo-poetik islahatı dildəki donuq qəliblərin əridilməsi ilə baş verir. “Qar” (ağlıq, soyuqluq) elementi ilə “qara don” (matəm, kədər) simvolunun cinas ahəngi üzərində qurulan bu struktur, şairənin söz energetikasına verdiyi ali ritmin göstəricisidir. Təbiətdə yaz fəsli oyanışı, yaşıllığı və istiliyi təmsil etdiyi halda, insanın içində “qarın yağması” və “yasın qurulması”, sosioloji mənada fərdin cəmiyyətdəki yalançı sevinclərə qarşı qurduğu mənəvi müqavimət səngəridir. Müəllif xarici mühitin diktə etdiyi “yaz” libasını rədd edərək, ruhunun mütləq həqiqətinə uyğun gələn “qara donu” seçir.

Şeirin ikinci bəndində bioloji bədənin fiziki reaksiyaları (isti, tər damlaları) ilə ruhun keçirdiyi o transsendental soyuqluq (qar) arasındakı toqquşma, hermenevtik[1] baxımdan insanın ontoloji parçalanmasını konkretləşdirir:

Üzümdə-gözümdə tər dаmlаlаrı,
Pörşlənir istidən əlim-аyаğım.
Gözlərim su gəzir içsin dоdаğım,
Sən gəl ürəyimə yаğаn qаrа, bах!

“İstidən əlin-ayağın pörşlənməsi” və “dodağın su gəzməsi” maddi dünyanın real fiziki qanunudur. Lakin bu fiziki yanğının tam mərkəzində ürəyə “qarın yağması” maddə ilə ruhun daxili termodinamik mübadiləsidir. Şairə, bəşəriyyətin və modern cəmiyyətin quru, rasional istisindən sıxılaraq öz daxili “mənfi qabiliyyətinə” sığınır. Maddi dodaqlar su axtardığı halda, metafizik ürək mənəvi saflaşmanın ağ örtüyünə – qara bələnir. Şeirin son bəndi şairənin planetar miqyaslı vizioner baxışını ortaya qoyur. Müəllif kosmik elementləri (Günəş, Göy, Torpaq) insanın daxili dramının fəal iştirakçısına çevirir:

Günəş gülümsəyir аynа tutаrаq,
Göydən оd ələnir, çаt vеrir tоrpаq,
İstidən sаrаlır yаşıllıq – yаrpаq,
Qəlbimə qаr yаğır, yаzdа qаrа bах!

Burada, Günəşin “ayna tutaraq gülümsəməsi” – dünyadakı laqeyd, soyuq və qəddar nizama açılmış incə bir ironiyadır. “Göydən odun ələnməsi”, ”torpağın çat verməsi” və “yaşıllığın saralması” sferası, antropoloji fəlakət və sarsıntı mühitini xatırladır. Nəhəng planet materialist iddiaların istisindən “çat verdiyi” bir vaxtda, Lütviyyə xanım lirik qəhrəmanı öz qəlbində o ilahi təmizliyi və səmimi inancı ağ qarın müqəddəs toxunulmazlığı ilə qoruyub saxlayır.

Lütviyyə Əsgərzadə poeziyasının sosioloji və antropoloji baxımdan ən təsirli qatlarından biri də insanın maddi rifahı, zahiri ehtişamı ilə ruhun daxili laboratoriyasındakı əsarəti arasındakı qorxunc uçurumu ifşa etməsidir. Müəllif, ustad V. Bədmənlinin “Bəxtəvər olmağa kaha da bəsdi” misrasını epistemoloji bir rəhbər kimi qəbul edərək, modern cəmiyyətin və kapitalist konyunkturanın insana sırıdığı “xoşbəxtlik” illüziyasını darmadağın edir:

Bəxtəvər olmağa kaha da bəsdi.
Möhtəşəm sarayda xoşbəxt deyiləm.
Əlimin altında hər nə desən var…
Göz yaşı içmədən yatan deyiləm.

“Möhtəşəm sarayda xoşbəxt olmamaq” və “əlin altında hər şey olduğu halda göz yaşı tökmək” mənzərəsi; pozitivist, materialist cəmiyyət layihəsinin insan ruhunu xilas etməkdəki acizliyini şairin dili ilə birbaşa cismləşdirirŞairə, zahiri parıltıların mənəviyyatı doyura bilmədiyini öz daxili təcrübəsi ilə bəyan edir.

Şeirin fəlsəfi zirvəsi və ən monumental bəyanı, cəmiyyətdə status, zənginlik və güc rəmzi sayılan qızılların, bəzək əşyalarının əslində, insanı kölə edən mənəvi zəncirlər olduğunu rəsm edən sətirlərdir:

Əynimdə xəz kürküm, boynumda zəncir,
Qolumda bilərzik, barmaqda üzük.
Üstümdə, başımda gördüklərin bil,
Qızıldan olsa da, zəncirdir, zəncir.

Dilimdə sözlərim düyünə düşüb.
Könlümun harayı dərinə düşüb.
Elə bil taleyim tilsimə düşüb.
Ömür taleyimə lənətlə keçir.

Bu misralarda şairə, cəmiyyətin gözündə bir “bəxtəvərlik” köynəyi olan xəz kürkü və qızıl bəzəkləri maddi məkandan çıxararaq onların əsl ontoloji adını qoyur: “Qızıldan olsa da, zəncirdir, zəncir.” Sözlərin “düyünə düşməsi” və könlün harayının “dərinə düşməsi” – yaradıcı fərdin dildə və mənəviyyatda keçirdiyi o çətin struktur islahatlarının və səs energetikasının gizli fəryadıdır. Taleyin “tilsimə düşməsi” və ömrün lənətlə keçməsi nidası, əslində maddi qəfəsdən qurtulub mütləq azadlığa, uca “Kaha” mənəviyyatına (ruhsal təmizliyə və irfana) qovuşmaq istəyən ali bəşəri varlığın transsendental üsyanıdır.

Lütviyyə xanım Əsgərzadə yaradıcılığında fərdin öz taleyi və kainatla qurduğu rabitə, “Bir yaz gecəsindən çəkdiyimə bax” şeirində tamamilə yeni bir astral-fəlsəfi müstəviyə keçid edir. Şairə öz bədii nəzərlərini Yer kürəsinin materialist konyunkturundan ayıraraq birbaşa makrokosmosa – göylərə yönəldir:

Bir yаz gеcəsində bоylаndım göyə
Dоdаğım, nə gözəl ахşаm söylədi.
Ulduzlаr dа sаnki bir himə bənddi
Göz vurub sözümü təsdiq еylədi.

Göylərə boylanmaq və ulduzların “bir himə bənd” olaraq şairənin sözünü təsdiq etməsi, insan ruhunun kainatın o gizli, rəsmi səs dalğaları ilə girdiyi telepatik vəhdətdir. Cavidanə bir romantizmlə “göyə vurulan” şairə, ulduzların ədasında və sözündə öz mənəvi təmizliyinin əksini tapır. Lakin Şərq romantizminin ən fundamental xassəsi olan “əlçatmazlıq və ucalıq” (“əlçatmazlıq və ucalıq” fəlsəfəsi, bədii-fəlsəfi təfəkkürdə fərdin maddi, empirik və məhdud dünyanı aşaraq transsendental (fövqəltəbii/fizikaüstü) olana, ideal mütləqliyə canatmasını ifadə edən estetik və ontoloji bir kateqoriyadır) fəlsəfəsi burada yenidən hərəkətə keçir:

Gəl, dеyə əl еtdim, bir hərəkət yох,
Gözlədim süzülüb qоnаr оvcumа.
Gəlmədi, bu gеcə yаmаn cilvəli,
Bu gеcə yеtmədi ulduz dаdımа.

Burada ulduzun süzülüb ovuca qonmaması, ideal və mütləq olan həqiqətin maddi əllərlə toxunulmazlığını simvolizə edən mühüm bir epistemoloji kəşfdir. Şairə göylərə baxaraq “biçdiyini və çəkdiyini” analiz edir. Ulduzun enib gəlməməsindən çəkilən bu əzab, əslində səthi bir ümidsizlik deyil, “Gözəllik həqiqətdir” düsturunda olduğu kimi, uca və toxunulmaz sənət sferasına duyulan o böyük, ləyaqətli və fəlsəfi həsrətin bədii təcəssümüdür.

Məqaləmizin və bütöv poetik silsilənin kulminasiya nöqtəsi, filologiya elmləri doktoru, ədəbiyyatşünas və şairə Lütviyyə Əsgərzadənin poeziyasında ekzistensial böhranın tamamilə parçalanaraq Böyük Katarsisə (mənəvi arınma və dirçəlişə) çatmasını bəyan edən “Nimdaş arzularım” manifestidir. Müəllif, dildə “köhnəlmiş, aşınmış” mənasını verən “nimdaş” sözünü arzu sferasına gətirərək möhtəşəm bir struktur islahatı həyata keçirir:

Yеnə nimdаş аrzulаrım isindi,
Bоy аtdı, dirçəldi,
Lаp cаnə gəldi.
…Gülüş аldım bir pаrçа, əlbоrcu,
Tutdum güzgü tək üzümə,
Göründü mənə möcüzə, imаnə gəldim.

Buradakı “Əlborcu alınan bir parça gülüşün güzgütək üzə tutulması və imana gəlinməsi” lövhəsi, Şərq fəlsəfi-estetik fikrində ruhun özünü reabilitasiya etməsinin ən kamil nümayəsidir. Şairə, maddi dünyanın haqsızlıqlarından yorulub yerdən-göydən küsdüyü, “yaradanı qınadığı” o ağır sarsıntı anından necə xilas olduğunu rəsmi şəkildə deşifrə edir:

Unutmuşdum dünyаnı, qаrğıyırdım
yеri-göyü, dünyаnı,
Qınаyırdım Yаrаdаnı.
Qulаğımа səs dəydi: köməyə gəldim.
Yеnidən insаnı sеvdim, düzü-dünyаnı,
səmаnı sеvdim.
Yеnidən cаhаnа gəldim.

Qulağa dəyən o transsendental “Köməyə gəldim” səsi, ilahi mizanla qurulan mənəvi körpünün və sarsılmaz imanın rəsmi qələbəsidir. Müəllif, insanı, dünyanı, düzü və səmanı yenidən sevdiyini bəyan edərək, fəlsəfədəki dağıdıcı nihilizmi tamamilə darmadağın edir. “Yenidən cahana gəlmək” – fərdin öz mənəvi laboratoriyasında əzabları saflaşdıraraq mütləq sevgi, işıq və qlobal hümanizm mərhələsinə keçməsidir. Bu, poeziyanın və elmin ən uca vəhdət zirvəsidir.

“Sənsizəm yaman” şeirində isə fərdin mənəvi coğrafiyası ilə fiziki reallıq arasındakı qopmanı eksistensial bədii dillə konkretləşdirilir. Şeirdə zamanın amansız axarı, təbiətin dövri oyanışı və insanın daxili tənhalığı arasındakı ontoloji ziddiyyət metaforik qatda araşdırılır. Şeir, zamanın qarşısıalınmaz axışını coğrafi determinizm və təbiət hadisələrinin ardıcıllığı fonunda strukturlaşdırır:

Yaz keçdi, Yay keçdi,
Payız keçdi, Qış keçdi.
Ömür bir su tək keçdi.
Niyə dayanmır zaman?
Sənsizəm, yaman.

Buradakı zaman sadəcə xronoloji dəyişim deyil, ruhun “ömür bir su tək keçdi” sarsıntısı ilə konkretləşən eksistensial zamandır. Zamanın dayanmaması lirik qəhrəmanın subyektiv “Mən”i üçün metafizik bir təhdidə çevrilir. Çünki xarici aləmdə hər şey sürətlə hərəkətdə olduğu halda, daxili aləmdəki “sənsizlik” statik və dəyişməz bir ağrı statusundadır.

Mətndə təbiət subyektdən müstəqil, öz bioloji qanunauyğunluqları ilə hərəkət edən bir sistem kimi çıxış edir:

Çiçəkləyib Albalı,
Alma, Ərik, Gavalı.
Öz işində təbiət…
Hər şey oyanır, aman.
Niyə dayanmır, zaman?
Sənsizəm, yaman.

Misralarda ifadə olunan “öz işində təbiət” formulu, materialist dünyanın fərdin mənəvi daxili harayına qarşı necə laqeyd qaldığını göstərir. Təbiətin oyanışı lirik qəhrəmanın daxili xəzanı ilə kəskin təzad yaradır. Ruhun can atdığı o uca azadlıq və “saf həqiqət” təbiətin bu maddi dövriliyinə sığışmır, şairə məhz bu nöqtədə əlinin altında olan maddi dünyadan (baharın çiçəklənən gözəlliklərindən) mənəvi cəhətdən uzaqlaşaraq göz yaşı tökür. Şeirin ən orijinal struktur elementlərindən biri yağışın insaniləşdirilməsi (antropomorfizm) və onun mənəvi statusunun dəyişməsidir:

Yağır tanış yağışlar,
Yaman fağırlaşıblar.
Bu bizim yağışımız,
Bizsiz, tənhlaşıblar.

Burada yağış artıq sadəcə coğrafi bir hadisə deyil, “Biz” kontekstini itirmiş və “bizsiz tənhalaşmış” bir şahiddir. Şeirin sonrakı bəndlərində reallaşan məktub metaforası isə bu mənəvi iztirabın pik nöqtəsidir:

Yağış məktublar yağır,
Üçcə kəlmə söz yazır;
“Sənsiz günlərim ağır,
Darıxıram, mən fağır”.

“Üçcə kəlmə”lik bu ifadə dildə düyünə düşən, dərinə işləyən mənəvi iztirabın göy üzündən yerə yağan ontoloji etirafıdır.

Lirik qəhrəman xarici dünyadakı real motivlərlə öz daxili sevdası arasında çətin bir struktur islahatı keçirir:

Bir sevda gəzir başımda,
Uçunuram havasına.
Sərçələr yem davasında,
Bülbül dönür gül başına.

Və bu çətin mənəvi prosesin sonunda dünya bütövlükdə rədd edilir:

Yenə həmin zamandır,
Könlüm talan-talandır.
Ünüm ərşə calandı,
Dünya sənsiz yalandır.

Hər bəndin sonundakı “Niyə dayanmır zaman? / Sənsizəm yaman” təkrarı səs energetikasını pik həddə çatdırır. “Ünün ərşə calanması” və dünyanın “yalan” elan edilməsi, əslində lirik “mən”in bir bədii daxili qürurla, real dünyanı ontoloji cəhətdən rədd edib öz uca, ideal dünyasını qurmaq cəhdinin gizli fəryadıdır.

          “Sən mənim payızlı günlərim” şeiri isə struktur, regional poetika və eksistensial fəsillər konsepti müstəvisində təhlilimizin davamıdır. Şeirdə insan ruhunun və sevdasının keçdiyi mərhələləri coğrafi dövriliklə (Bahar, Qış, Payız, Yay) eyniləşdirilir, təbiətin dövri ritmi ilə insanın daxili zamanı arasındakı ontoloji vəhdət yaradıcı fərdin dildə və mənəviyyatda keçirdiyi struktur islahatları kontekstində araşdırılır. Buradakı fəsillər sadəcə təbiət hadisəsi deyil, ruhun müxtəlif ontoloji statuslarının konkretləşməsidir. İlk bənddə subyekt sevgilini təbiətin canlanma nöqtəsi kimi vizuallaşdırır:

Sən mənim baharlı günlərim.
Torpağın bağrın dəlib
Oğrun-oğrun boylanan
Təzə tər novruzgülüm.

Buradakı, “Torpağın bağrın dəlmək” ifadəsi yaradıcı enerjinin, materiyanı yararaq ucalığa doğru can atan bədii daxili qürurun simvolu, “Təzə tər novruzgülü” ifadəsi isə maddiyyatın içindən doğan saf bədii həqiqətin özüdür.

“Sənsizəm yaman” şeirində zamanın axmasından doğan eksistensial böhran, bu mətndə zamanın daxili “üşümə” və “kədər” qəliblərinə sığışdırılması ilə əvəzlənir. Qış və payız, ruhun mənəvi məkanda keçirdiyi darıxma prosesinin cismiləşməsidir:

Sən mənim qışlı günlərim.
Sənsizlikdən bezdiyim,
Gileylənib deyindiyim,
Üşündüyüm boranlı-qışlı
günlərim.

Sən mənim payızlı günlərim.
Çisginli-yağışlı, kədərli-qəmli,
Qəm ağlayan, gözü yaşlı,
Dəymədüşər günlərim.

“Boranlı-qışlı günlər” və “çisginli-yağışlı payız” lövhələri, əslində sənətkarın xarici dünyada gördüyü materialist layihələrin insan ruhunu xilas etməkdə necə aciz qaldığını göstərir. Lirik “mən”in ruhu bu maddi məkandan qoparaq “qəm ağlayan” bir mənzərə yaradır. Bu, “Yağan yağış göz yaşlarım” şeirindəki kosmik eyniləşmənin daha lokallaşmış, səs energetikası baxımından dərinə işləyən formasıdır.

Şeirin struktur bütövlüyünü tamamlayan son bənd, “barlı-bəhərli” maddi dünya ilə mənəviyyatın ziddiyyətini dramatik sonluqla bağlayır:

Sən mənim yaylı günlərim.
Barlı-bəhərli günlərim.
Bir yay axşamında tapıb,
Bir yayında itirdiyim,
Sevincli-kədərli günlərim.

“Bir yay axşamında tapıb, bir yayında itirmək” formulu, insanın əlinin altında hər şey olduğu halda keçirdiyi o metafizik itki sarsıntısıdır. İtirmək və tapmaq anlayışlarının eyni zaman kəsiyinə sıxışdırılması, sözlərin dildə “düyünə düşməsi” kimi çətin bir struktur islahatının məhsuludur. Bütövlükdə bu üç şeirdə – (“Sənsizəm yaman”, “Yağan yağış göz yaşlarım” və “Sən mənim payızlı günlərim”)  real dünya, kosmik cisimlər və fəsillər şair qürurunun uca məna süzgəcindən keçirilərək saf poeziyaya çevrilmişdir.

Təhlilə cəlb olunan “Sənsizəm yaman”, “Yağan yağış göz yaşlarım” və “Sən mənim payızlı günlərim” şeirləri vahid bədii-fəlsəfi arxetipdən doğaraq, eksistensial zamanın xətti və dövri strukturdakı inkarını bədii dillə maddiləşdirir. Bu kontekstdə poetik mətndə üzə çıxan təbiət metaforaları sadəcə vizual təsvir elementləri deyil, fərdin dildə və mənəviyyatda keçirdiyi struktur islahatlarının, eləcə də səs energetikasının gizli fəryadının ontoloji göstəriciləridir. Ümumiyyətlə, müəllif, fəlsəfi-ekzistensial əsərləri üzərində apardığımız elmi, nəzəri və hermenevtik təhlillər, onun həm bir alim, həm də bir şair kimi dilin və ruhun daxili qanunlarına necə dərindən bələd olduğunu nümayiş etdirir.  Şərq fatalizmini passiv bir qorxu kimi deyil, fərdin öz “Alın yazısı” ilə girdiyi ləyaqətli və fəlsəfi bir dialoq platforması kimi yenidən inşa edir. Onun şeirlərindəki “şələ”, “daş”, “pörşlənən əl”, “qızıl zəncir” və “nimdaş arzular” kimi maddi metaforalar mücərrəd ağrıları maddi lövhələrə çevirən, dilin struktur rəvanlığını təmin edən mühüm ədəbi tapıntılardır. Yaradıcılıq profilindəki sevinclə kədərin, yay istisi ilə mənəvi qarın, ulduz həsrəti ilə ilahi köməyin toqquşması, sənəti səthi sosioloji çıxarlardan qoruyaraq onu universal humanizm səviyyəsinə qaldırır.

Yekun olaraq qeyd edək ki, Lütviyyə Əsgərzadənin poeziyası müasir Azərbaycan şeirində bəşəri sarsıntıları və mənəvi müqaviməti vəsf edən özünəməxsus poetik dünyagörüşünü ifadə etdiyini göstərir, onu milli təfəkkürümüzün zaman daxilindəki əbədi və silinməz mənəvi abidələrindən birinə çevirir.


[1] Hermenevtika (və ya hermenevtik) — mətnlərin, simvolların, insan davranışlarının və mədəniyyət nümunələrinin mənasını anlamaq, şərh etmək və izah etmək nəzəriyyəsi, elmi və sənətidir


Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NOYABR AHƏNGI

NOYABR AHƏNGI

Payız… Özündə özünəməxsus bir gözəllik cəmləşdirən fəsil.
Elə indicə isti hava bədənimizi qızdırırdı. Sanki əynimizdəki nazik geyim isti havanın hərarətini içəri buraxmırmış kimi hiss olunurdu. İndi isə təbiəti idarəetmə cilovu payız fəslinin ixtiyarına keçib.
Payız hər bir insanı özünəməxsus xəyallar aləminə aparmaq qüdrətinə malikdir. Çünki ətrafda baş verən dəyişikliklərə biganə insanın özü yoxdur. Hərçənd zahirən bu barədə düşünməsək də, batinimizdə müəyyən münasibətin formalaşdığını hiss edirik.
Ağac budaqlarından tökülən saralmış yarpaqlar diqqətimizi çəkir. Zərif əsən meh sanki xəzəlləri haralasa aparmaq istəyir. Bu zaman xəzəllərin topa-topa yığıldığı gözümüzə sataşır. Yenə də müxtəlif xəyallar şüurumuzu məşğul edir. Xəzəllərin torpağı tərk etmək istəmədiyini təsəvvür etməyə çalışırıq.
Hər halda, payızın ovqatı başqadır. Könüllərimiz bir qədər kədərli olsa da, nədənsə təbiətdən hikmət axtarmağa davam edirik. Ətrafı müşahidə etməyə çalışırıq. Müşahidə dedikdə isə iki anlayışı başa düşmək olar. İlk növbədə ətrafın gözəlliyinə, zərifliyinə tamaşa etməyi nəzərdə tuturuq. İkinci anlayış isə ətrafa heyrətlə dolu səmimi baxışlarla nəzər salaraq yurdumuzun qonağı olan payızın özünəməxsus mənzərəsini seyr etməkdir.
Birdən-birə göy üzünün qaşqabağını sallamasında da bir məna var. Sanki payızı seyr etdiyimizə görə göyün də könlü kövrəlib. Bir qədər keçdikdən sonra hisslərini cilovlaya bilməyən səma gizlicə göz yaşı tökür. Xırda-xırda damcılar bədənimizi daha da üşütməyə başlayır.
Bu zaman asfalt küçələrin kənarında həmin xırda damcılar toplanaraq hönkür-hönkür ağlamağa başlayır. Bir yerdə dayanmaq istəmədiklərindən hətta göyə sıçrayırlar… Bu mənzərəni isə yalnız müşahidə etməklə duymaq mümkündür.
Yenə də sonu görünməyən xəyallar şüurumda dolaşır. Hər birinin ardınca gedib baxıram. Ürəyimin pəncərəsini çilik-çilik edib gedən məhəbbətim yadıma düşür. Bu hadisə payız fəslində baş verməsə də, iztirabın ahəngi bənzər idi, vəssalam. Sadəcə, ətrafım sanki zülmətə çevrilmişdi. Günəş qəsdən edirmiş kimi haradasa gizlənib. Məncə, yalnız bulud halıma acıyırdı…
Göylərdə qara buludlar topa-topa, Günəş baş əyibmi, enibmi aşağı? Ürəyimin dərinliyində iztirabım çox, Nə qədər hüznlüsən, noyabr havası.
Könlümü ağaca bənzədərdim. Duyğularım yamyaşıl yarpaqlar idi. Könül ağacımın budaqlarını yarpaqlarının tərk etməsini heç istəməzdim. Yalnız məhəbbətimin qarşılıqsızlığı yarpaqları qopmağa vadar etdi. O zaman duyğularım eynilə xəzəl yarpaqları kimi hər tərəfə səpələnib getdi.
Könlümə bənzəyir uçan hər xəzəl, Bu gün yer qoynunda ayrılıq toyu. Mənim üçün hələ də məhəbbət arzu, Nə qədər hüznlüsən, noyabr havası.
Nəmli hava öz təsirini göstərməyə çalışır, sanki yaranmış vəziyyətdən istifadə edir. Ürəyim doğmalarımın məhəbbətindən uzaqlaşmış kimi hiss olunur.
Göyün göz yaşları bir an da kəsilməz, Burnuma xoş gəlmir yayılan qoxu. Məhəbbətin hərarəti qəlbimi isitməz, Nə qədər hüznlüsən, noyabr havası.
Həmin anlarda könlümün bir küncündə ümid olsa da, görünməz qalır. Fikirlərim qarışır, sonunu tapa bilmir və yenidən sonsuz düşüncələr məkanına doğru addımlayıram.
Füsunkar həyata hələ də müştağam, Ətrafıma sonsuz qəm yığıb, düzüb. Hərçənd sən incidirsən, yenə də oyağam, Nə qədər hüznlüsən, noyabr havası.
Noyabr havası ürəyimi sükut dünyasına aparır. Musiqinin sədaları yüksəldikcə misilsiz zərifliyi daha dərindən hiss edirəm. Adətən, məhəbbətdən söz düşəndə bahar fəslinin daha çox xatırlanması təbiidir. Lakin payız fəslində ayrılıq iztirabından əziyyət çəkən ürəklər ətrafı daha diqqətlə müşahidə etməyə alışır. Nəticədə qəlb iztirab çəksə də, həqiqi məhəbbət duyğusu noyabr havasının ahəngi ilə uzlaşır. O zaman könül istər xoşbəxtliyi, istərsə də qəm-qüssəni hiss etsin, hər halda bunların hamısının məhəbbət sayəsində olduğunu dərk edirsən. İxtiyarsız olaraq Yaradanımıza şükürlər edirsən!

MÜƏLLİF:

Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halima Xudoyberdiyeva adına Yaradıcılıq Məktəbinin ana dili və ədəbiyyat müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru (PhD)

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

XAQANİ ŞİRVANİ SÖZÜN, FİKRİN VƏ MƏNƏVİ AZADLIĞIN XAQANI

Tanınmış yazıçı, ictimai xadim Sona Abbasəliqızı Türkiyə mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

XAQANİ ŞİRVANİ SÖZÜN, FİKRİN VƏ MƏNƏVİ AZADLIĞIN XAQANI

Müsahib: Yazıçı-publisist Sona Abbasəliqızı İsmayılova
Müsahibəni aparan: Türkmen Dekmen Or

Sona xanım, Xaqani Şirvani Azərbaycan ədəbiyyatı tarixində hansı mövqeyə malikdir? Onu dünya ədəbiyyatının böyük söz ustadlarından biri hesab etməyimizin əsas səbəbi nədir?

Xaqani Şirvani Azərbaycan ədəbiyyatının və bütövlükdə Şərq poetik-fəlsəfi fikrinin ən qüdrətli nümayəndələrindən biridir. O, yalnız öz dövrünün şairi deyil, əsrlərin fövqündə dayanan mütəfəkkirdir. Xaqaninin yaradıcılığında insanın mənəvi azadlığı, ədalət, həqiqət, elm, müdriklik və həyatın fəlsəfi dərki xüsusi yer tutur. Onun poeziyası bədii sözün gücü ilə yanaşı, dərin düşüncə məktəbidir. Xaqanini böyük edən təkcə yazdıqları deyil, həm də əsrlər boyu insanları düşündürməsidir.

Xaqani Şirvaninin yaradıcılığında sizi ən çox cəlb edən, onun haqqında düşünməyə və yazmağa sövq edən əsas cəhət nə olub?

Məni Xaqani yaradıcılığında ən çox cəlb edən onun sözə münasibəti, düşüncə sərbəstliyi və həqiqət qarşısında əyilməzliyidir. O, yaşadığı dövrün çətinliklərinə, saray mühitinin ziddiyyətlərinə baxmayaraq, öz mənəvi mövqeyini qorumağa çalışıb. Xaqaninin şeirlərində insanın daxili dünyası, azad ruhu və zamanla mübarizəsi çox güclü ifadə olunur. Mən bu böyük şəxsiyyətin poeziyasında yalnız keçmişi deyil, bu günümüzü də gördüm.

- Bəs nə üçün məhz Xaqani Şirvani haqqında roman yazmaq qərarına gəldiniz? Bu fikir necə yarandı?

Xaqani haqqında roman yazmaq qərarım təsadüfi deyildi. Onun həyatını və yaradıcılığını öyrəndikcə qarşımda yalnız böyük şair deyil, mürəkkəb taleli, ziddiyyətli bir dövrün içərisində yaşayan, mənəvi mübarizələrdən keçən qüdrətli şəxsiyyət canlandı. Düşündüm ki, Xaqanini yalnız şeirləri vasitəsilə deyil, insan taleyi, düşüncələri, ağrıları, arzuları və yaşadığı tarixi mühitlə birlikdə oxucuya təqdim etmək lazımdır. Roman yazmaqda məqsədim Xaqaninin bədii obrazını yaratmaqla yanaşı, onun mənəvi dünyasına yazıçı baxışı gətirmək idi.

– Romanın adını «Sözün Xaqanı» qoymusunuz. Bu adın arxasında hansı məna dayanır?

«Sözün Xaqanı» adı mənim üçün Xaqaninin mənəvi və ədəbi qüdrətinin ifadəsidir. Burada söhbət hakimiyyətdən, taxt-tacdan deyil, söz üzərində qazanılan mənəvi ucalıqdan gedir. Xaqani öz qələmi, düşüncəsi və bədii istedadı ilə zamanın fövqünə yüksəlmiş sənətkardır. Onun ən böyük hakimiyyəti sözdür. Romanın adı da məhz bu düşüncədən doğub.

– Xaqaninin poeziyasında hansı ideyalar və fəlsəfi düşüncələr üstünlük təşkil edir?

Xaqani yaradıcılığında elm və idrak, ədalət və həqiqət, insan ləyaqəti, mənəvi azadlıq, dünyanın faniliyi və insanın əxlaqi məsuliyyəti əsas mövzulardandır. Onun qəsidələrində ictimai düşüncə, fəlsəfi şeirlərində isə insanın daxili aləmi və mənəvi axtarışları öz əksini tapır. Xaqani sözün imkanlarından istifadə edərək dövrünün ictimai mənzərəsini də təqdim edir. Bu baxımdan onun yaradıcılığı yalnız ədəbiyyat nümunəsi deyil, həm də zəngin mənəvi və tarixi qaynaqdır.

– Xaqaninin həyatında həbs və sürgün mövzusu xüsusi diqqət çəkir. Bu ağır sınaqlar onun yaradıcılığına necə təsir göstərib?

Xaqaninin həyatında yaşadığı ağır sınaqlar onun yaradıcılığında dərin izlər buraxıb. Xüsusilə həbs həyatı ilə bağlı şeirləri onun daxili dünyasını, azadlıq arzusunu, haqsızlığa münasibətini anlamaq baxımından əhəmiyyətlidir. «Həbsiyyə» yaradıcılığı bu mənada xüsusi yer tutur. Mənə görə, Xaqaninin faciəsi onun böyüklüyünü azaltmayıb, əksinə, sözünün mənəvi gücünü daha aydın göstərib.

– Xaqani Şirvaninin yaradıcılığında Şirvan mühiti və Azərbaycan mənəvi dünyası hansı şəkildə əks olunur?

Xaqani Şirvani Şirvan ədəbi mühitinin yetirdiyi böyük sənətkardır. Onun yaradıcılığında yaşadığı coğrafiyanın tarixi, mədəniyyəti, ictimai münasibətləri və dövrün düşüncə tərzi öz əksini tapır. Xaqaninin əsərlərində Şirvan yalnız bir məkan deyil, həm də mənəvi yaddaşdır. Mən roman üzərində işləyərkən bu tarixi və mədəni mühitin bədii təsvirinə xüsusi diqqət yetirmişəm.

– Ədəbiyyat tariximizdə Xaqani ilə Nizami Gəncəvinin adları həmişə yanaşı çəkilir. Bu iki böyük sənətkarın yaradıcılığında hansı oxşar və fərqli cəhətləri görürsünüz?

Hər iki sənətkar Azərbaycan ədəbi-fəlsəfi fikrinin dünya miqyasında tanınmasına böyük töhfə verib. Onları birləşdirən əsas cəhət insanı, elmi, mənəviyyatı və ədaləti yüksək dəyərləndirmələridir. Bununla yanaşı, hər birinin özünəməxsus poetik üslubu, düşüncə tərzi və bədii ifadə vasitələri var. Xaqaninin qəsidəçilik ənənəsindəki yenilikləri, mürəkkəb obrazlar sistemi və fəlsəfi düşüncəsi onun fərdi sənətkar kimliyini müəyyənləşdirir. Məncə, bu iki böyük şəxsiyyəti müqayisə etməkdən daha vacibi onların hər birinin ədəbiyyatımıza bəxş etdiyi zənginliyi dərindən öyrənməkdir.

– «Sözün Xaqanı» romanı üzərində işə nə vaxt başladınız? Əsərin yaranma prosesi necə keçdi?

Xaqani mövzusu ilə bağlı ilk bədii düşüncələrim 2014-cü ildən formalaşmağa başlayıb. 2017–2018-ci illərdə roman üzərində ciddi işə başladım. Bu mövzu məndən uzunmüddətli araşdırma, tarixi mənbələrin öyrənilməsi və Xaqaninin poetik irsinə dərindən nüfuz etməyi tələb edirdi. Mən yalnız tarixi hadisələri ardıcıl şəkildə təsvir etmək istəmirdim. Məqsədim tarixi şəxsiyyətin mənəvi portretini yaratmaq, onun dövrünü və düşüncələrini bədii sözün imkanları ilə canlandırmaq idi.
Roman 2020-ci ildə «Elm və Təhsil» nəşriyyatında ilk dəfə çap olundu. 2020–2022-ci illərdə yenidən nəşr edildi. 2025-ci ildə isə dördcildlik «Seçilmiş əsərlərim»in tərkibində yer aldı. Bu, əsərin mənim yaradıcılığımda tutduğu xüsusi mövqenin göstəricisidir.

– Kitablarınızın nəşrində SOCAR-ın dəstəyini də xüsusi qeyd edirsiniz. Bu barədə nə deyə bilərsiniz?

Mən 38 il əməkdaşlıq etdiyim SOCAR-a kitablarımın nəşrinə göstərdiyi maliyyə dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq mənim üçün həm uzun illərin zəhməti, həm də qarşılıqlı etimad tarixidir. «Sözün Xaqanı» romanının təkrar nəşrləri və dördcildlik «Seçilmiş əsərlərim»in nəşri də bu dəstəyin əhəmiyyətli olduğu yaradıcılıq mərhələlərindəndir. Kitabın yaşaması, oxucuya çatması və yeni nəşrlərlə genişlənməsi yazıçı üçün böyük sevincdir. Mən bu dəstəyi milli ədəbiyyatın və mədəni irsin təbliğinə verilən töhfə kimi qiymətləndirirəm.

– Romanın ön söz müəllifləri arasında tanınmış alimlərin adları var. Bu, əsərin elmi-ədəbi təqdimatı baxımından nə ifadə edir?

«Sözün Xaqanı» romanının elmi-ədəbi təqdimatında tanınmış alimlərin iştirakı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əsərin ön söz müəlliflərindən biri görkəmli dilçi alim, professor Nadir Məmmədlidir. Digər ön sözlərdən birinin müəllifi isə Türkiyənin professoru Kerem Karabulutdur. Bu alimlərin əsərə münasibəti və elmi baxışları romanın təqdimatına əlavə dəyər qazandırıb. Mənim üçün sevindiricidir ki, Xaqani irsi müxtəlif ölkələrin alimlərinin də diqqət mərkəzindədir.

– «Sözün Xaqanı» romanının beynəlxalq səviyyədə tanıdılması istiqamətində hansı işlər görülüb?

Mənim üçün Xaqani yaradıcılığının Azərbaycan sərhədlərindən kənarda tanıdılması xüsusi əhəmiyyət daşıyır. «Sözün Xaqanı» romanım Türkiyədə türk, Özbəkistanda özbək, Gürcüstanda isə gürcü dilinə tərcümə olunub. Bu üç ölkədə əsərimə və ədəbi fəaliyyətimə görə mükafatlara layiq görülmüşəm.
Hazırda romanın Pakistan üçün urdu dilinə və fars dilinə tərcüməsi üzərində iş davam edir. Bu məsuliyyətli işi doktor, professor Əli Kumail Qızılbaş həyata keçirir. Tərcümələrin 20 dekabr 2026-cı il tarixinədək tamamlanması nəzərdə tutulur.
Beləliklə, romanın üç dildə nəşr olunmuş variantı var, daha iki dilə tərcüməsi isə hazırlanır. Bu, Xaqani irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mənim üçün mühüm mərhələdir.

– Özbəkistanda Heydər Əliyev Mərkəzində romanınıza həsr olunmuş tədbirin keçirilməsi sizdə hansı təəssüratları yaratdı?

Özbəkistanda romanımın tanıdılması istiqamətində keçirilən tədbir mənim üçün xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Mərkəzində «Sözün Xaqanı» romanıma həsr olunmuş tədbirin keçirilməsi Xaqani Şirvani irsinin və Azərbaycan ədəbiyyatının qardaş Özbəkistanda təbliği baxımından əlamətdar hadisədir. Kitablarımın həmin Mərkəzə təqdim olunması da mənim üçün böyük mənəvi sevincdir. Mən bunu Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına xidmət edən dəyərli addım hesab edirəm.

– Romanınızdan parçaların ali məktəb dərsliyinə daxil edilməsi də diqqətəlayiq hadisədir. Bu barədə fikirlərinizi bilmək istərdik.

Bu, mənim üçün xüsusi sevinc və böyük məsuliyyətdir. «Sözün Xaqanı» romanımdan 6–7 cümlə nümunə kimi ali məktəb dərsliyinə daxil edilib. Mən bunu yalnız şəxsi yaradıcılığıma verilən qiymət kimi deyil, Xaqani irsinin müasir bədii ədəbiyyatda yaşadılmasına göstərilən diqqət kimi qəbul edirəm. Bir yazıçı üçün qələmindən çıxan fikirlərin ali məktəb auditoriyasına, tələbələrin təhsilinə və elmi mühitə çatması böyük mənəvi qazancdır. İstəyim odur ki, romanım Xaqaninin həyat və yaradıcılığının öyrənilməsinə, onun yeni nəsillərə tanıdılmasına töhfə versin.

– Xaqaninin 900 illik yubileyinin qeyd olunması Azərbaycan ədəbiyyatı və elmi qarşısında hansı vəzifələri qoyur?

Xaqaninin 900 illiyi yalnız yubiley tədbirləri ilə məhdudlaşmamalıdır. Bu tarix onun əsərlərinin yenidən nəşri, elmi tədqiqatların genişləndirilməsi, xarici dillərə tərcümələr, beynəlxalq konfranslar və yeni nəsil oxucular arasında təbliği üçün böyük fürsətdir. Xaqani irsi dünya ədəbi-mədəni məkanında daha geniş təqdim olunmalıdır. Mən hesab edirəm ki, bu böyük sənətkarı yalnız xatırlamaq deyil, onu yenidən oxumaq və dərindən anlamaq lazımdır.

– Dövlət tərəfindən yaradıcılığınıza göstərilən diqqət, Prezident təqaüdünə layiq görülməyiniz sizin üçün nə ifadə edir?

Dövlət tərəfindən yaradıcılığıma göstərilən diqqəti yüksək qiymətləndirirəm. Prezident təqaüdünə layiq görülməyim mənim üçün böyük şərəf olduğu qədər, həm də məsuliyyətdir. Bu etimad məni ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz və tarixi şəxsiyyətlərimizin tanıdılması istiqamətində daha böyük həvəslə çalışmağa ruhlandırır. Mən bu diqqəti gələcək yaradıcılığım üçün mənəvi stimul hesab edirəm.

– Sizcə, Xaqaninin bugünkü gəncliyə verə biləcəyi ən mühüm mənəvi mesaj nədir?

Məncə, Xaqaninin gənclərə ən böyük mesajı elmə, biliyə, düşüncəyə və həqiqətə bağlılıqdır. O, insanın mənəvi zənginliyini hər şeydən üstün tutan sənətkardır. Gənclər Xaqanini oxuyarkən yalnız qədim şeirlərlə tanış olmurlar, həm də düşünməyi, sual verməyi, həyatın mahiyyətini anlamağı öyrənirlər. Xaqani bizə göstərir ki, insanı ucaldan onun vəzifəsi və sərvəti deyil, ağlı, sözü və mənəvi mövqeyidir.

– 2026-cı il həm Xaqaninin 900 illiyi, həm də sizin 65 illik yubileyinizlə əlamətdardır. Bu iki tarixi necə qarşılayırsınız?

Bu il mənim üçün həqiqətən də xüsusi və unudulmaz bir ildir. Bir tərəfdə ədəbiyyatımızın böyük dühası Xaqani Şirvaninin 900 illik yubileyi, digər tərəfdə isə mənim 65 illik ömür və yaradıcılıq yolum dayanır. Mən bu iki tarixi mənəvi baxımdan bir-birinə yaxın hesab edirəm. Çünki ömrümün müəyyən bir mərhələsini Xaqaninin həyatını, yaradıcılığını öyrənməyə və onun haqqında roman yazmağa həsr etmişəm. Ən böyük arzum dekabrın 20-dək urdu və fars dillərinə tərcümələrin də tamamlanması və bu yubileyləri yeni bir ədəbi uğurla qarşılamaqdır. İstəyirəm ki, 65 yaşımda özümə ən böyük hədiyyəm Xaqani sözünün daha geniş coğrafiyada səslənməsi olsun.

– Xaqani haqqında yenidən düşünərkən özünüzü onun qarşısında hansı mənəvi məsuliyyət daşıyan müəllif hesab edirsiniz?

Xaqani haqqında yazmaq mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Mən özümü bu böyük sənətkarın irsini mənimsəyən, onu bədii sözün imkanları ilə oxucuya çatdırmağa çalışan bir müəllif hesab edirəm. Əlbəttə, heç bir roman Xaqani kimi nəhəng şəxsiyyətin bütün dünyasını əhatə edə bilməz. Ancaq mən çalışmışam ki, «Sözün Xaqanı» vasitəsilə oxucunu onun həyatına, düşüncələrinə və yaradıcılığına daha yaxınlaşdırım.

– Sonda oxucularımıza və gələcək nəsillərə Xaqani ilə bağlı hansı fikirlərinizi çatdırmaq istərdiniz?

İstərdim ki, gələcək nəsillər Xaqanini yalnız dərsliklərdə adı çəkilən tarixi şair kimi tanımasınlar. Onun əsərlərini oxusunlar, düşüncələrini öyrənsinlər, sözünün dərinliyinə varsınlar. Çünki Xaqani zamanın sınağından çıxmış böyük sənətkardır. Mən «Sözün Xaqanı» romanını yazarkən məhz bu məqsədi qarşıma qoymuşam… unudulmayan bir adı yeni oxucu nəsilləri ilə yenidən görüşdürmək.
SÖZÜN XAQANI, SÖZÜN ÖZ YOLU VAR!

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nüsrət Kəsəmənlidən bir şeir


“Yarı məndə, yarı səndə”

İkimizdə bir ürək var:
Yarı məndə, yarı səndə
Sevgi adlı bir ağacıq:
Budaq məndə, barı səndə.

Çiçək bitir gül izində,
Bir məna var hər sözündə,
Bir buluduq göy üzündə:
Yağış məndə, dolu səndə…

Bir ovçuyam, günüm ovda:
Qaça-qaçda, qovhaqovda…
Ömrümüz bir şirin sevda:
Pətək məndə, balı səndə.

Müəllif: Nüsrət Kəsəmənli

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏDƏBİ MÜHİTDƏ JURNALIN ROLU VƏ YERİ

ƏDƏBİ MÜHİTDƏ JURNALIN ROLU VƏ YERİ
Ədəbi mühitdə jurnalın rolu və yeri əvəzolunmazdır. Azərbaycanda ilk jurnal “Məcmueyi-bəhreyn” (Eyniləşdirmə: Məcmueyi-bəhreyn) jurnalı olub və 1883-cü ildə Bakıda nəşr edilməyə başlamışdır. Təsisçi və baş redaktoru Səid Ünsizadə olub. Jurnalda əsasən, elmi, ədəbi, dini və fəlsəfi mövzularda məqalələr dərc edilib. Cəmi bir il işıq üzü görüb və az müddət ərzində 11 nömrəsi çapdan çıxmışdır. Jurnalın hər nömrəsində maarifçilik ideyalarının yayılması mühüm rol oynamışdır.
XIX əsrin sonlarına qədər müstəqil, sırf Azərbaycan dilində yeni jurnal nəşr olunmadı. Əsas səbəb isə Çar Rusiyasının yerli mətbuata qoyduğu ağır senzura idi. Lakin həmin dövrdə jurnal formatına yaxın olan “Kəşkül” (1883-1891) məcmuəsi fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində Azərbaycanda artıq jurnallar nəşr olunmağa başladı. Bu, 1905-ci il inqilabından sonra senzuranın yumşalması dövrünə təsadüf edir. Belə ki, 1903-1905-ci illərdə “Şərqi-rus”, 1906-cı ildə “Molla Nəsrəddin”, 1906-1907-ci illərdə isə “Fiyuzat” jurnalları nəşr olundu. “Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə Tiflisdə nəşrə başladı. “Fiyuzat” jurnalı isə Əli bəy Hüseynzadənin redaktorluğu ilə Bakı şəhərində nəşr olunurdu. Sonralar Azərbaycan Yazıçılar İttifaqının (hazırda Azərbaycan Yazıçılar Birliyi) “Literaturnıy Azerbaydjan” (1931-ci ildən indiyədək rus dilində nəşr olunur), 1923-cü ildən “Azərbaycan”, 1960-cı illərdən sonra isə “Ulduz”, “Qobustan” jurnalları təsis olundu. Keçmiş ittifaqın dövründə “Təşviqatçı”, “Mədəni-maarif işi”, “Azərbaycan qadını”, “Elm və həyat”, “Kirpi”; respublikanın müstəqilliyi illərində “Xəzər”, “Yurd”, “Xəzan”, “Yazarlar”, “Ədəbi ovqat”, “Xarı bülbül” və daha bir neçə jurnal təsis olunaraq nəşrə başladı. Hər bir jurnal öz rəngarəngliyi, müxtəlif mövzularda dərc edilmiş əsərləri ilə oxucuların diqqətini cəlb edib.
Onu da qeyd edim ki, müxtəlif illərdə Azərbaycanda 184 adda elmi, 300-dən çox ədəbi-bədii, publisistik jurnal təsis olunub.
Jurnallar yalnız bədii mətnlərin dərc olunduğu bir platforma deyil, ədəbi prosesi idarə edir, formalaşdırır, istiqamətləndirir. Böyük yazıçı və şairlər ilk dəfə jurnallarda dərc olunaraq oxuculara təqdim edilib.
Ədəbi mühitdə hər bir jurnal ədəbi prosesi istiqamətləndirir, yeni meylləri formalaşdırır və dövrün intellektual mənzərəsini əks etdirir. Ümumiyyətlə, ədəbiyyatın inkişafı, yeni janrların yaranması və yazarların yetişməsi jurnalların fəaliyyəti ilə bağlı olmuşdur. Müxtəlif əsərlərin təhlili, kəskin, prinsipial və arqumentlərə əsaslanan fikir mübahisəsi məhz jurnallarda aparılır.
“Xəzan” ədəbi-bədii jurnalı haqqında xüsusilə qeyd etmək lazımdır. “Xəzan” jurnalı genişauditoriyalı nəşrdir, geniş oxucu kütləsinə malik olan tanınmış ədəbi-bədii və ictimai publisistik dövri ədəbi orqanıdır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. Hələ neçə illər bundan əvvəl jurnalist kimi fəaliyyət göstərib. O, uzun illərdir ki, Azərbaycan ədəbi mühitində yazıçı kimi fəaliyyətini davam etdirir. Jurnalda maraqlı bədii və publisistik əsərlər diqqəti cəlb edir, 10 ildən çoxdur ki, fəaliyyət göstərən bu jurnal ölkənin ədəbi mühitini, müasir və klassik yaradıcılığı işıqlandırmaqla məşğuldur. Belə ki, Azərbaycanın müxtəlif rayonlarında yaşayan qələm adamlarının bədii və publisistik əsərləri “Xəzan”da çap olunur. Maraqlı hekayələr, şeirlər, monoloqlar, romanlardan parçalar, elmi və ədəbi-tənqidi araşdırmalar dərc edilir. Jurnal bölgə ziyalılarının, yazarların yubileylərinə xüsusi guşələr həsr edir, vətənpərvərlik, Qarabağ və tarixi hadisələrlə bağlı mövzularda yazılar işıq üzü görür. Ədəbi mühitdə “Xəzan”ın rolu danılmazdır. Nəşrə başladığı dövrdən indiyədək yaşlı nəsil və ədəbiyyata yeni gələn gəncləri vahid platformada birləşdirir və ədəbi mühit rolunu oynayır. 2026-cı ilin noyabr ayında jurnalın sayca 77-ci buraxılışını mütaliə etdim. Jurnalın bu sayında həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının nümayəndələrinə geniş yer ayrılıb. Bu buraxılışda həmçinin gənclərin yaradıcılıq nümunələri də yer alıb. Mənim də bədii və publisistik əsərlərim “Xəzan” jurnalının müxtəlif saylarında işıq üzü görmüşdür.
21.11.2026. Bakı .

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist, AJB-nin və AYB-nin üzvü, “İti qələm” mükafatı laureatı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ulduz” dərgisinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş sayı Sumqayıtda

20 Noyabr 2026-cı il tarixində Sumqayıtda, Əli Kərim adına Poeziya Evində “Ulduz” dərgisinin böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,”Təhsil Nəşriyyat Poliqrafiya” MMC və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi buraxılışının təqdimatı keçirilib.
Tədbirdə Filologiya üzrə elmlər doktoru, Sumqayıt şəhər deputatı Elnarə Akimova, “Ədəbiyyat” qəzetinin redaktoru Azər Turan, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva, N.Gəncəvi adına Ədəbiyyat İnsititunun alimləri, “Ulduz” jurnalının kollektivi, SDU-nin müəllim və tələbələri, “Ulduz” jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı iştirak ediblər. Tədbiri giriş sözü ilə İbrahim İlyaslı açaraq Xaqani buraxılışının gərəkliliyindən söz açıb. Daha sonra “Ulduz”un baş redaktoru Qulu Ağsəs Prezident sərəncamından irəli gələn, A.Bağırlı və T.Vahidin səyi nəticəsində toplanıb ərsəyə gələn xüsusi buraxılışın yaranmasından danışıb. Çıxışlarında: Xaqan– zaman, məkan,dövr; Xaqani və müasirlərimiz; Xaqaninin tədqiqi və s. kimi mövzulara toxunan Elnarə Akimova, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva,
Vaqif Yusifli, Təranə Vahid və digər natiqlərin fikirləri maraqla dinlənildi. Xanəndə və qiraətçilərin ifaları tədbirə rəng qatdı.
“Ulduz” kollektivi adından bütün təşkilatçılara və iştirakçılara təşəkkür edirik. Tədbirdən fotolar:

2026-nın bütün “Ulduz”ları: >> I>>>OXU

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi

ÖTƏN HƏFTƏNİN MƏDƏNİ MƏNZƏRƏSİ

(Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi)

       Salam olsun, şox dəyərli oxucum! Zəfər yalnız döyüş meydanında qazanılan hərbi uğur deyil. O, həm də xalqın yaddaşında, mənəviyyatında, mədəniyyətində və ədəbiyyatında əbədiləşən tarixi həqiqətdir. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin ədəbi-bədii salnaməyə çevrilməsi, Şuşanın adının və ruhunun dünya ədəbi müstəvisində səsləndirilməsi istiqamətində həyata keçirilən “Şuşaya salam!” layihəsi  və “Şuşa, salam!” kitabının təqdimatı şanlı Zəfərimizin 6-cı il dönümünü qürurla qeyd etdiyimiz ötən həftənin mədəni həyatında diqqət çəkən hadisələrdən biri oldu. Ümumilikdə ötən həftələr Azərbaycan mədəniyyət və ədəbiyyat həyatında Zəfər Gününün yaxınlaşması və qeyd olunması ilə əlaqədar bir sıra əlamətdar tədbirlərlə yadda qaldı. 2026-cı ildə ekranlaşdırılmış “44” adlı filmin nümayişinə başlanılması, ayrı-ayrı təşkilat və qrumlarda görüşlərin təşkili, müxtəlif antologiyaların təqdimatları və s. tədbirləri görülmüş təqdirəlayiq işlər siyahısına aid etmək olar. Bu tədbirlər sırasında, tanınmış şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun müəllifi olduğu “Şuşaya salam!” layihəsinin Xəzər Universitetində təqdimatı və adı çəkilən layihənin uğulu davamı, bədii təsbiti kimi ərsəyə gəlmiş “Salam, Şuşa!” kitabının Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimi xüsusi yer tutdu. Bir-birini məzmunca tamamlayan bu iki tədbir həm ədəbiyyatımızın müasir inkişaf istiqamətlərini, həm də milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği imkanlarını nümayiş etdirdi.

      Əslində, söhbət yalnız bir kitabın təqdimatından və ya ayrı-ayrı şairlərin şeirlərinin səsləndirilməsindən getmir. Burada söhbət Azərbaycanın tarixi Qələbəsinin poetik dillə dünyaya çatdırılmasından, Şuşanın milli kimliyimizin, mədəniyyətimizin və mənəvi yaddaşımızın ayrılmaz parçası kimi beynəlxalq ədəbi ictimaiyyətə təqdim edilməsindən gedir. Bu baxımdan Səlim Babullaoğlunun təşəbbüsü ilə reallaşan layihə müasir Azərbaycan ədəbiyyatının təbliği sahəsində mühüm mədəni hadisə kimi dəyərləndirilməlidir.

Ədəbiyyatın birləşdirici gücü və Şuşaya ünvanlanan salam

      Noyabrın 3-ündə Xəzər Universitetinin Nərimanov kampusunda Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin şəhəri – Şuşaya salam” adlı tədbir keçirildi. Tədbirin qonağı “Şuşaya salam!” layihəsinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu idi.

      Universitet auditoriyasında keçirilən bu görüşün əhəmiyyəti ilk növbədə onun maarifçilik və mənəvi tərbiyə missiyası ilə bağlı idi. Çünki Zəfər tarixinin gənc nəslə çatdırılması yalnız tarixi faktların sadalanması ilə məhdudlaşmamalıdır. Həmin tarixi hadisələrin arxasında dayanan milli iradə, vətən sevgisi, fədakarlıq, birlik və həmrəylik kimi dəyərlər də gənclərin düşüncəsinə, dünyagörüşünə və mənəvi yaddaşına daxil olmalıdır. Ədəbiyyat isə bu dəyərləri insan qəlbinə çatdırmağın ən təsirli vasitələrindən biridir.

      Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birlik və həmrəyliyin təcəssümü olan tarixi Qələbənin mənəvi dəyərindən danışdı. Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

      Bu sükut, əslində, tədbirin bütün məzmununu özündə birləşdirən mənəvi başlanğıc idi. Çünki Şuşaya aparan yolun hər qarışında şəhidlərin qanı, qazilərin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və bütöv bir xalqın iradəsi dayanır. Şuşaya salam göndərmək, ilk növbədə, bu tarixi gerçəkliyi unutmamaq, onu gələcək nəsillərə çatdırmaq deməkdir.

     Səlim Babullaoğlu çıxışında “Şuşaya salam!” layihəsinin yaranma tarixçəsi, ideya istiqamətləri və həyata keçirilmə məqsədləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, layihənin əsas məqsədi Şuşanın zəfərdən sonrakı mənəvi və mədəni simasını beynəlxalq ədəbi müstəvidə tanıtmaq, müxtəlif ölkələrin şairlərini bu ümumi poetik ideya ətrafında bir araya gətirməkdir.

       Layihənin miqyası diqqətəlayiqdir: dünyanın 30 ölkəsindən 44 şair Şuşaya həsr olunmuş şeirlər səsləndirib. Bu fakt təkcə iştirakçıların coğrafiyasının genişliyini deyil, həm də Azərbaycan həqiqətlərinin ədəbiyyat vasitəsilə beynəlxalq auditoriyaya çatdırılmasının mümkünlüyünü göstərir.

      Müxtəlif dillərdə danışan, fərqli ədəbi məktəbləri və poetik ənənələri təmsil edən şairlərin Şuşa mövzusunda bir araya gəlməsi ədəbiyyatın sərhəd tanımayan təbiətinin ifadəsidir. Burada dil fərqləri, milli mənsubiyyət və coğrafi uzaqlıq ikinci plana keçir, əsas olan insanın gözəlliyə, azadlığa, ədalətə, tarixi həqiqətə və mənəvi dəyərlərə münasibətidir.

Otuz ölkədən qırx dörd şairin poetik həmrəyliyi

      “Şuşaya salam!” layihəsinin diqqətəlayiq cəhətlərindən biri onun sırf milli auditoriya ilə məhdudlaşmamasıdır. Layihə Azərbaycan poeziyasının və Şuşa həqiqətlərinin dünya ədəbi mühitinə çıxarılması üçün yaradılmış genişmiqyaslı mədəni platforma təsiri bağışlayır.

      Məlumdur ki, hər bir xalqın özünü dünyaya tanıtmasının müxtəlif yolları var. Tarix, diplomatiya, elm, incəsənət, musiqi və ədəbiyyat bu yolların ən mühümlərindəndir. Ədəbiyyatın üstünlüyü isə onun yalnız informasiya verməməsi, həm də hiss yaratması, düşündürməsi, insanı mənəvi təmas və dialoqa çağırmasıdır.

     Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan, qədim şəhər və ya tarixi abidələr toplusu deyil. Şuşa milli musiqimizin, muğamımızın, poeziyamızın, sənətkarlığımızın və bütövlükdə mədəni kimliyimizin rəmzidir. Bu şəhərin adı çəkiləndə insanın yaddaşında Vaqifin poeziyası, Xan qızı Natəvanın xeyriyyəçilik fəaliyyəti, Üzeyir Hacıbəylinin musiqisi, Bülbülün ecazkar səsi, Qarabağ atlarının yaraşığı və Cıdır düzünün bənzərsiz mənzərəsi canlanır.

      Belə bir şəhərin taleyi yalnız Azərbaycanın deyil, dünya mədəniyyətinin də diqqətini cəlb etməyə layiqdir. “Şuşaya salam!” layihəsi məhz bu həqiqətin poetik ifadəsinə çevrilib.

Xəzər Universitetində keçirilən tədbirdə layihənin iştirakçısı olan beş şairin Şuşaya həsr edilmiş şeirlərinin videogörüntüləri nümayiş etdirildi. Bununla yanaşı, Səlim Babullaoğlu bəzi poetik nümunələri özü səsləndirərək auditoriyaya təqdim etdi. Şeirlərin canlı ifası və videoçarxların nümayişi tədbirə xüsusi emosional çalar qatdı.

      Burada diqqəti çəkən məqamlardan biri də layihənin təqdimatında müasir texnologiyaların imkanlarından istifadə olunması idi. Müxtəlif ölkələrdən olan şairlərin videoçıxışları vasitəsilə auditoriya sanki vahid poetik məkana daxil olur, Şuşaya müxtəlif dillərdə ünvanlanan salamların şahidinə çevrilirdi.

     Bu, müasir dövrdə ədəbiyyatın təbliği üçün olduqca əhəmiyyətli yanaşmadır. Çünki ədəbi əsərin yalnız çap olunması ilə onun yayılması və tanıdılması prosesi başa çatmır. Müasir informasiya texnologiyaları, videoformatlar, elektron nəşrlər və beynəlxalq kommunikasiya vasitələri ədəbiyyatın auditoriyasını genişləndirmək üçün yeni imkanlar yaradır. Səlim Babullaoğlunun layihəsi həmin imkanlardan məqsədyönlü şəkildə istifadə etməyin uğurlu nümunəsidir.

Universitet auditoriyasında Zəfər düşüncəsi

      Tədbirdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli də çıxış etdilər.

      Çıxışlarda “Şuşaya salam!” layihəsinin ədəbi-mədəni əhəmiyyəti, Azərbaycanın haqlı Zəfərinin dünyada tanıdılmasına verdiyi töhfə və Zəfər Gününün mahiyyətinin bədii yaradıcılıq vasitəsilə gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzində oldu.

      Bu məqam xüsusilə əhəmiyyətlidir. Universitet yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də milli düşüncənin, vətəndaş mövqeyinin, estetik zövqün və mənəvi dəyərlərin formalaşdığı ictimai-mədəni məkandır. Belə bir məkanda Şuşaya, Zəfər tarixinə və Azərbaycan poeziyasına həsr olunmuş tədbirin keçirilməsi təhsil və ədəbiyyat arasında sağlam əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

    Müasir dövrümüzdə böyük əhəmiyyət kəsb edən belə möhtəşəm tədbirdə qonaq qismində mən də iştirak etdim. Qələbəmizin mənəvi ruhunu əks etdirən “Övladıyam” – daha çox “Ustacam” kimi bilinən şeirimi söylədim. Məlum münaqişənin ilk günlərindən etibarən daim Müzəffər Ordumuzun yanında olan, sarsılmaz qətiyyətlə, böyük inamla “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” deyən (yazan) Azərbaycan şairinin, yazıçısının şanlı Zəfərimizdə öz payının olduğunu xüsusi olaraq qeyd etdim. Çıxışımda ifadə olunan əsas fikir Zəfərin yalnız bugünkü sevincimiz deyil, həm də gələcək nəsillərə ötürülməli olan tarixi və mənəvi miras olmasını gənclərə çatdırmaqdan ibarət idi. Bu baxımdan tədbirdə söylədiyim şeir ümumi ədəbi məzmunu tamamlayan poetik nümunə kimi alqışlarla qarşılandı.

“Şuşaya salam!” kitabı – Zəfərin poetik salnaməsi

      Noyabrın 6-sında Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Zəfər savaşımızın altıncı ildönümünə həsr olunmuş “Şuşa, salam!” kitabının təqdimat mərasimi keçirildi.

      Ardıcıl bir neçə gün ərzində baş tutan bu tədbirlər “Şuşaya salam!” layihəsinin həm ideya, həm də nəşr baxımından ictimaiyyətə təqdim edilməsinin mühüm mərhələsi oldu. Xəzər Universitetində keçirilən görüş layihənin maarifçilik və beynəlxalq ədəbi əlaqələr istiqamətini ön plana çıxarırdısa, AYB-ndəki təqdimat onun kitab şəklində əbədiləşdirilməsi və ədəbi ictimaiyyətə çatdırılması baxımından əlamətdar idi.

     Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış ziyalılar, yazıçılar, Vətən müharibəsinin iştirakçıları, qazilər, media nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdilər.

      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca aparıcı, şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

      İlk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar aldı. O, xalqımızı Zəfər münasibətilə təbrik edərək tarixi Qələbənin milli ruh və yaddaş baxımından əhəmiyyətini vurğuladı.

     Anarın “Bu zəfər millətin qürur, əminlik hissinin qaytarılması idi” fikri tədbirin ideya istiqamətini dəqiq ifadə edirdi. Həqiqətən də, Azərbaycan xalqının Zəfəri yalnız ərazi bütövlüyünün bərpası ilə ölçülən hadisə deyil. Bu Qələbə xalqın tarixi ədalətə inamının, milli özünəinamının, birliyinin və gələcəyə ümidinin təntənəsidir.

      Xalq yazıçısı kitabın ərsəyə gəlməsində əməyi olanları təbrik edərək təşəkkürünü bildirdi. Bu, eyni zamanda, ədəbiyyat adamlarının milli tarixi yaddaşın qorunması və təbliği istiqamətindəki fəaliyyətinə verilən ictimai qiymət idi.

      Sonra Səlim Babullaoğlu çıxış edərək xalqımızı Zəfər Günü münasibətilə təbrik etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən danışdı.

      Zərdabi Nəşriyyatında çap olunmuş “Şuşa, salam!” kitabı Azərbaycan Yazıçılar Birliyinin “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları İctimai Birliyi ilə birgə hazırladığı layihənin nəticəsidir. Nəşrdə Şuşanın tarixi, mənəvi dəyəri və Zəfər ruhu öz əksini tapıb.

     Kitabın layihə müəllifi və redaktoru Səlim Babullaoğlu, məsləhətçisi isə ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovdur.

     Bu yaradıcı heyətin formalaşdırılması da diqqətəlayiqdir. Ədəbi yaradıcılıqla ictimai-siyasi təcrübənin, poetik düşüncə ilə milli təhlükəsizlik və dövlətçilik mövzularına bələdliyin bir nəşrdə birləşməsi kitabın məzmununa xüsusi yanaşma qazandırır.

Qırx dörd gün, qırx dörd şair və bir ümumi poetik məqsəd

     Kitabın təqdimatında Səlim Babullaoğlu layihənin yaranma ideyasından və həyata keçirilmə mərhələlərindən ətraflı danışdı. Onun verdiyi məlumata görə, 44 gün ərzində dünyanın 30-a yaxın ölkəsindən 44 şair Şuşaya həsr olunmuş şeirlər səsləndirib.

     Türkiyə, ABŞ, Pakistan, İtaliya, Yaponiya, Rusiya və digər ölkələrin şairlərinin iştirak etdiyi bu poetik marafon Azərbaycan ədəbiyyatı və mediası tarixində ən uzun şeir marafonu kimi səciyyələndirilib.

     Layihənin adında və quruluşunda 44 rəqəminin xüsusi rəmzi məna daşıması diqqətdən yayınmır. 44 günlük Vətən müharibəsinin tarixi ilə 44 şairin iştirakı arasında yaranan bu məna əlaqəsi layihəyə əlavə simvolik məzmun qazandırır. Bir tərəfdə Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq, digər tərəfdə dünyanın müxtəlif guşələrindən olan şairlərin poetik səsləri dayanır. Hər iki istiqamət eyni tarixi həqiqətin – Şuşaya qovuşmağın, Zəfərin və milli qürurun ifadəsinə çevrilir.

      Əlbəttə, hərbi qələbə ilə ədəbi yaradıcılıq fərqli sahələrdir. Lakin onların milli yaddaşın formalaşmasında bir-birini tamamlayan tərəfləri var. Əsgər torpağı qoruyur, şair isə həmin torpağın tarixini, ağrısını, sevincini və mənəvi dəyərini söz vasitəsilə yaşadır. Bu mənada “Şuşaya salam!” layihəsi və onun məntiqi nəticəsi kimi ərsəyə gəlmiş “Şuşa, salam!” kitabı döyüş meydanında qazanılan Qələbənin ədəbi müstəvidə davam edən mənəvi təcəssümü kimi qiymətləndirilə bilər.

      Layihənin ən mühüm uğurlarından biri də Şuşa mövzusunu beynəlxalq poetik dialoqun predmetinə çevirməsidir. Müxtəlif ölkələrdən olan şairlərin eyni şəhərə müraciət etməsi, onun tarixi və mədəni əhəmiyyətini öz dillərində ifadə etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ədəbiyyatın imkanlarını nümayiş etdirir.

     Burada Səlim Babullaoğlunun təşkilatçılıq bacarığı ilə yanaşı, onun ədəbi təfəkkürünün beynəlxalq miqyasa açıq olması da xüsusi qeyd edilməlidir. O, Azərbaycan ədəbiyyatının təbliğini yalnız milli ədəbi mühit daxilində fəaliyyət göstərməklə məhdudlaşdırmır, müxtəlif ölkələrin yaradıcı insanlarını ümumi ideya ətrafında birləşdirməyə çalışır.

Səlim Babullaoğlu – Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği

     “Şuşaya salam!” layihəsi və “Şuşa, salam!” kitabının təqdimatı Səlim Babullaoğlunun çoxşaxəli ədəbi fəaliyyətinin mühüm istiqamətlərindən birini aydın şəkildə ortaya qoyur. Onun yaradıcılığına yalnız şair və tərcüməçi fəaliyyəti prizmasından baxmaq kifayət deyil. O, eyni zamanda, ədəbi əlaqələrin genişləndirilməsi, Azərbaycan poeziyasının dünya ədəbi məkanında tanıdılması, tərcümə proseslərinin inkişafı və müxtəlif ölkələrin ədəbi ictimaiyyətləri arasında qarşılıqlı ünsiyyətin qurulması istiqamətində çalışan təşkilatçı və təşəbbüskar ziyalıdır.

      Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi kimi onun fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki milli ədəbiyyatın beynəlxalq miqyasda tanınması üçün təkcə yüksək bədii səviyyəli əsərlər yaratmaq kifayət etmir. Həmin əsərlərin başqa dillərə çevrilməsi, xarici ədəbi mühitlərə təqdim olunması, beynəlxalq tədbirlərdə səsləndirilməsi və müxtəlif ölkələrin oxucularına çatdırılması da vacibdir.

      Bu proses ardıcıl, məqsədyönlü və sistemli fəaliyyət tələb edir. Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi məhz belə bir yanaşmanın nəticəsi kimi diqqət çəkir.

      Onun təşəbbüsü ilə dünyanın 30 ölkəsindən şairlərin layihəyə cəlb olunması, müxtəlif dillərdə səsləndirilən poetik nümunələrin vahid ideya ətrafında birləşdirilməsi Azərbaycan ədəbiyyatının beynəlxalq təqdimatı üçün uğurlu modeldir. Bu modelin üstünlüyü ondadır ki, Azərbaycan haqqında danışmaqla kifayətlənmir, dünya şairlərinə də Azərbaycan haqqında danışmaq imkanı yaradır.

     Başqa sözlə, milli ədəbiyyatın təbliği burada birtərəfli təqdimat formasından çıxaraq qarşılıqlı yaradıcılıq münasibətlərinə çevrilir. Belə münasibətlər isə daha davamlı olur, çünki iştirakçılar yalnız dinləyici və müşahidəçi deyil, həm də yaradıcı prosesin birbaşa iştirakçısıdırlar.

     Səlim Babullaoğlunun fəaliyyətində tərcümə məsələlərinə verilən əhəmiyyət də bu kontekstdə xüsusi qeyd edilməlidir. Tərcümə xalqların bir-birini tanımasının, ədəbi ənənələrin qarşılıqlı zənginləşməsinin və milli mədəniyyətlərin dünya miqyasında yayılmasının əsas vasitələrindən biridir. Azərbaycan şeirinin başqa dillərdə səslənməsi onun coğrafi sərhədlərini genişləndirir, yeni oxucu auditoriyası yaradır.

     “Şuşaya salam!” layihəsində bu imkanlardan istifadə olunması Azərbaycan poeziyasının yalnız öz ölkəmizdə deyil, beynəlxalq mədəniyyət məkanında da aktual mövzuya çevrilə biləcəyini göstərir.

     Səlim Babullaoğlunun bu fəaliyyətinin ən mühüm cəhəti onun ədəbiyyata yalnız fərdi yaradıcılıq sahəsi kimi deyil, həm də ictimai-mədəni missiya kimi yanaşmasıdır. O, şairin sözünü xalqın mənəvi sərvətinə, ədəbi layihəni mədəni diplomatiya vasitəsinə, kitabı isə tarixi yaddaşı gələcəyə daşıyan vasitəyə çevirməyə çalışır.

      Bu baxımdan “Şuşaya salam!” layihəsi bir müəllifin fərdi təşəbbüsündən daha geniş məna daşıyır. O, Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələrinin inkişafına, milli mədəniyyətimizin təbliğinə və ölkəmizin zəngin poetik irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən nümunəvi təşəbbüsdür.

Ədəbi ictimaiyyətin yüksək qiyməti

     Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində polkovnik Elşad Həsənov, AYB sədrinin müavini Rəşad Məcid, AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, katib Elçin Hüseynbəyli, yazıçı Seyran Səxavət, polkovnik Səlim Tağıyev, Vətən müharibəsinin iştirakçısı, qazi Hamlet İsmayılov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov və başqaları çıxış etdilər.

     Çıxışlarda xalqımız Zəfər bayramı münasibətilə təbrik edildi, kitabın ideya-bədii məziyyətləri, Şuşanın milli-mənəvi həyatımızdakı müstəsna yeri və nəşrin gələcək nəsillər üçün daşıdığı əhəmiyyət vurğulandı.

     “Yazarlar” olaraq, tərəfimizdən  Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi  və “Şuşa, salam!” kitabı Azərbaycan ədəbiyyatının təbliği, milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması, Zəfər tariximizin bədii yaddaşa çevrilməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilir. Onun bu fəaliyyəti tamamilə müstəqil qurum kimi fəaliyyət göstərən  “Yazarlar” jurnalının Təltif Komissiyasının qərarı ilə “Ədəbiyyat səfiri” və eyni zamanda “Durna teli – Qızıl qələm” mükafatlarına layiq görülüb. Hər iki mükafat təqdimat tədbirlərinin gedişində Səlim Babullaoğluna təqdim olundu.

     Müxtəlif sahələri təmsil edən ziyalıların, yazıçıların, hərbçilərin, qazilərin və ictimai xadimlərin eyni tədbirdə iştirakı kitabın mövzusunun ümummilli xarakterini bir daha nümayiş etdirdi. Çünki Şuşa mövzusu yalnız ədəbiyyatın və ya tarixin deyil, bütövlükdə Azərbaycan xalqının ortaq mənəvi dəyəridir.

     Təqdimatın sonunda Səlim Babullaoğlu kitabda yer alan şeirlərdən nümunələr səsləndirdi. Mərasimin onun ifasında Xalq şairi Rəsul Rzanın “Şuşam mənim” şeirinin səsləndirilməsi ilə başa çatması isə tədbirə xüsusi poetik yekun verdi.

     Rəsul Rzanın misralarında Şuşaya olan məhəbbət, onun mətanəti və mənəvi gözəlliyi ifadəsini tapır:

Bu gününlə sevinirəm.

Fərəhinlə fərəhliyəm.

Yorulmaram,

gəlhagəlli,

incə telli

büsatından yüz gün deyəm.

Şuşam mənim!

Mətanətlə, dəyanətlə

səxavətlə qoşam mənim!

Bu misraların səslənməsi təsadüfi seçim deyildi. Rəsul Rza yaradıcılığında Şuşanın poetik obrazı ilə müasir dövrün Zəfər ruhu arasında mənəvi bağlılıq yaranırdı. Beləliklə, təqdimat mərasimi həm klassik və müasir poetik düşüncənin, həm də milli yaddaşın müxtəlif nəsillərinin vahid məkanda görüşünə çevrildi.

Zəfər tarixindən gələcəyə uzanan ədəbi körpü

    Ötən həftə keçirilən bu iki tədbirin ümumi məzmununu təhlil etdikdə bir mühüm nəticə ortaya çıxır: “Şuşaya salam!” layihəsi Azərbaycan ədəbiyyatının təbliği, milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması və Zəfər tariximizin bədii yaddaşa çevrilməsi istiqamətində uğurlu təşəbbüsdür.

     Layihənin əhəmiyyəti yalnız bu günlə məhdudlaşmır. Bu gün səsləndirilən şeirlər, nəşr olunan kitablar və keçirilən təqdimatlar gələcək nəsillər üçün də mühüm mənbə rolunu oynaya bilər. Çünki tarix yalnız arxiv sənədlərində, rəsmi xronikalarda və salnamələrdə yaşamır. O, həm də şeirdə, nəsrdə, musiqidə, rəssamlıqda, teatrda və xalqın gündəlik yaddaşında yaşayır.

    Şuşanın azadlığı haqqında yazılan hər bir əsər, onun tarixi və mədəni irsini dünyaya tanıdan hər bir təşəbbüs milli yaddaşımızın zənginləşməsinə xidmət edir. Bu baxımdan “Şuşaya salam!” kitabı təkcə poetik nümunələrin toplusu deyil, müxtəlif ölkələrin şairlərinin Azərbaycan Zəfərinə və Şuşaya münasibətini bir araya gətirən beynəlxalq ədəbi sənəd kimi də maraq doğurur.

      Belə layihələrin davam etdirilməsi, kitabın müxtəlif dillərə tərcüməsi, xarici ölkələrin universitetlərində, kitabxanalarında və ədəbi mərkəzlərində təqdim olunması onun təsir dairəsini daha da genişləndirə bilər. Əlbəttə, belə bir təşəbbüsün əsas üstünlüyü artıq formalaşmış beynəlxalq əlaqələr şəbəkəsinin mövcudluğudur. Bu şəbəkə gələcəkdə yeni poetik layihələrin, tərcümə proqramlarının və birgə nəşrlərin həyata keçirilməsi üçün möhkəm zəmin yarada bilər.

      Səlim Babullaoğlunun fəaliyyəti bir daha göstərir ki, Azərbaycan ədəbiyyatının dünyaya təqdim olunması üçün həm yüksək yaradıcılıq potensialına, həm də təşkilatçılıq bacarığına malik insanlara ehtiyac var. Milli ədəbiyyatın beynəlxalq nüfuzu ayrı-ayrı əsərlərin uğuru ilə yanaşı, onları dünyaya çatdıran insanların ardıcıl əməyindən də asılıdır.

     Bu mənada Səlim Babullaoğlunun gördüyü işlər təqdirəlayiqdir. O, Azərbaycan sözünü dünyanın müxtəlif ölkələrindən olan şairlərin səsi ilə birləşdirərək Şuşaya ünvanlanan ümumi poetik salam yaratmağa nail olub. Bu salamın arxasında xalqımızın tarixi, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və mədəniyyətimizin zənginliyi dayanır.

Əvəzolunmaz milli sərvət – söz və yaddaş

     Mədəniyyət hadisələrinin əsl qiyməti onların yalnız keçirildiyi günün təəssüratları ilə deyil, cəmiyyətin düşüncəsində yaratdığı təsirlə ölçülür. Xəzər Universitetində keçirilən “Zəfərin şəhəri – Şuşaya salam” tədbiri ilə Azərbaycan Yazıçılar Birliyində baş tutan “Şuşa, salam!” kitabının təqdimatı bu baxımdan bir-birini tamamlayan, vahid məqsədə xidmət edən əlamətdar hadisələrdir.

     Birinci tədbirdə gənc nəslə Zəfər tarixinin poetik və mənəvi məzmunu çatdırıldı, ikinci tədbirdə isə həmin ideyanın kitab şəklində ədəbi ictimaiyyətə təqdimatı həyata keçirildi. Beləliklə, layihə universitet auditoriyasından başlayaraq ölkənin aparıcı ədəbi qurumunun salonuna, oradan da beynəlxalq ədəbi məkana uzanan mənəvi bir yolun təsvirinə çevrildi.

     Bu yolun əsas istiqaməti Azərbaycan ədəbiyyatının təbliği, Şuşanın dünya miqyasında tanıdılması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsidir.

     Sonda bir daha vurğulamaq yerinə düşər ki, Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi müasir Azərbaycan ədəbiyyatının beynəlxalq əlaqələr və mədəni təbliğat sahəsindəki imkanlarını nümayiş etdirən mühüm təşəbbüsdür. Onun 30-a yaxın ölkədən 44 şairi bir ideya ətrafında birləşdirməsi, bu poetik marafonun nəticələrini kitablaşdırması və layihəni universitet auditoriyasından geniş ictimaiyyətə təqdim etməsi əhəmiyyətli təşkilatçılıq və yaradıcılıq əməyinin nəticəsidir. Sevindirici haldır ki, onun bu fəaliyyəti diqqətdən kənarda qalmamış, ölkəmizdə və onun sərhədlərindən kənarda  aparıcı fikri formalaşdıran mühüm kütləvi informasiya vasitələrində yetərincə işıqlandırılmışdır. Belə ki, ötən həftə ərzində  Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi və “Şuşa, salam!” kitabının təqdimatı barədə Azərbaycan dilində “AZƏRTAC” başda olmaqla çoxlu sayda  olduqca müxtəlif profilli saytlarda, İngilis dilində isə  “AZERNEWS”, “KHAZAR.ORG” və digər bir neçə saytda tədbirlərdə çəkilmiş fotoların müşayətilə ətraflı məlumatlar dərc olunmuşdur. Bundan əlavə “REALTV”-nın “Afişa” proqramında tanınmış jurnalist Ülviyyə xanımın təqdimatınta Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi və “Şuşa, salam!” kitabının təqdimatı barədə geniş xülasə təqdim olunmuşdur:

     Şuşaya ünvanlanan bu salam əslində bütün dünyaya ünvanlanmış bir Azərbaycan mesajıdır. Bu mesajda tarix var, Zəfər var, şəhidlərin xatirəsi var, milli qürur var, poeziya var. Ən başlıcası isə Azərbaycan xalqının öz torpağına, öz dilinə, öz mədəniyyətinə və öz gələcəyinə sonsuz bağlılığı var.

     Zəfər tariximizi yaşatmaq, onu dünya ictimaiyyətinə çatdırmaq və milli yaddaşımızı sözün qüdrəti ilə qorumaq hər bir yaradıcı insanın mənəvi borcudur. Səlim Babullaoğlunun “Şuşaya salam!” layihəsi bu borcun müasir dövrdə necə layiqincə yerinə yetirilə biləcəyini göstərən uğurlu nümunələrdən biridir.

     Şuşaya salam! Bu salam bir şəhərə deyil, bütöv bir xalqın tarixinə, ruhuna və gələcəyinə ünvanlanıb. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

08.11.-11.11.2026. Bakı – Şuşa -Bakı.

İlkin mənbə: Olaylar.Az

“Yazarlar” olaraq, Səlim Babullaoğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Hörmətlə; Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər….
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin…
Ağla sığan söhbəti, sözü var dəstəklərin,
Yardım bağlamasında özü var dəstəklərin
Lap ləl-cavahir olsun hər yardımın dəyəri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Rəyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız.
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz…
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur şəhid qəbirlərindən…
Düşünüb daşınıram özlüyümdə dərindən:
İntiqam ala bilməz, qana qan ola bilməz
Məzarları bəzəyən ehtiram çiçəkləri…
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət,sazişlər,
Qətnamələr,bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
1996

Müəllif: QABİL

QABİLİN YAZILARI

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I