Etiket arxivi: İlqar İsmayılzadə

Bir uğurlu layihənin hesabatı

Bir uğurlu layihənin hesabatı
Bu gün doğma Cəlilabad rayonu və onun ədəbi mühitindən əlavə, respublika səviyyəsində və bəzən ölkə hüdudlarından kənarda öz parlaq imzası ilə tanınan bir sıra qələm sahibləri var. Onlardan bəzisi təkcə bir sahədə deyil, eyni zamanda bir neçə sahədə öz peşəkarlığı ilə xidmət göstərir və bir-birindən dəyərli əsərlər yaradaraq, gözəl layihələrə imza atırlar. Heç şübhəsiz, onlardan biri də ədəbiyyat, ilahiyyat, tərcümə, tarix və jurnalistika kimi sahələrdə söz və əsər sahibi olan dəyərlimiz İlqar müəllim İsmayılzadədir.
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, tanınmış yazıçı-publisist, teoloq, araşdırmaçı və tərcüməçidir. O, yerli ədəbi mühiti canlandıran və Cəlilabadın tarixi adını daşıyan “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktorudur.
İlqar İsmayılzadə elmi-fəlsəfi araşdırmaları, publisistik yazıları və təmənnasız ictimai fəaliyyəti ilə Azərbaycan və Türk dünyası ədəbi mühitində özünəməxsus yer tutan dəyərli ziyalılardan biridir. O, həm də cəmiyyətdə milli-mənəvi və xeyirxahlıq dəyərlərini təbliğ edən aktiv bir mətbuat nümayəndəsidir.
Doğma elimizin yazıçı-publisisti öz elmi araşdırmaları, tərcümələri və publisistik yazıları ilə ölkənin ictimai-mədəni həyatında və ədəbi mühitində fəal iştirak edir, gənc nəsillərin maariflənməsinə öz töhfəsini verir. Onun əsərləri və məqalələri oxucular tərəfindən rəğbətlə qarşılanır.
Cəlilabad ədəbi mühitinin formalaşmasında, o cümlədən xanım yazarların, gənc və yaşlı istedadların aranıb üzə çıxmasında və cəmiyyətə tanıtdırılmasında İlqar İsmayılzadənin danılmaz xidmətləri var. Əslində mənim də mənsub olduğum doğma Cəlilabadda və Cəlilabad ədəbi mühitində tanınmağıma səbəbkar İlqar İsmayılzadə olmuşdur…
Təbii ki, bir yaradıcı qələm sahibi olaraq bu mövzuya biganə yanaşa bilmədim və beləliklə də ədəbi mühitimizin və doğma elimizin bu dəyərli simasını dəyərləndirmək, eyni halda ziyalılar və qələm sahibləri arasında səfa-səmimiyyətin genişlənməsinə dəstək olmaq məqsədi ilə bir ədəbi-ictimai layihəyə başladım. Bu il 22.07.2026 tarixindən etibarən Cəlilabad ədəbi mühitinin nümayəndələri ilə başladığım “Səmimi sətirlər çələngi” adlı layihənin əsas məqsədi fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları və “Əsrin yazarı” medalı laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadənin bir ziyalı kimi Cəlilabad rayonu, eləcə də Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına göstərdiyi təmənnasız yaxşılıqlarını dəyərləndirərək, ona olan təşəkkür borcumuzu və səmimi sevgimizi bildirmək idi.
Bu lahiyədə ilk olaraq Cəlilabad ədəbi mühitinin nümayəndələri və ziyalılarının öz ziyalı aliminə olan ürək sözləri yer alıb. Layihənin davamında isə ölkənin digər rayon və bölgələrindən olan, eyni halda İlqar İsmayılzadə yaradıcılığı ilə yaxından tanış olan, həmçinin, “Həməşəra” mətbu orqanın rəsmi Facebook səhifəsini izləyən digər bölgə ziyalılarımızın da ürək sözləri və düşüncələri təqdim edilmişdir.
Ümumiyyətlə, 46 nəfərin yer aldığı layihədə dəyərli İlqar müəllim haqqında ən yüksək fikirlər yer alıb. Bu layihə əsasında İlqar müəllimi bir daha yenidən tanıyıb sevdik.
Dəyərlimiz İlqar müəllim, bütün yaxşı nə varsa, gözəl nə varsa, hamısına layiq olan bir şəxsiyyətdir. Şəxsən mən ilk öncə belə bir şəxsiyyətin varlığına görə Ulu Tanrıya şükür edir, sonra isə hər zaman yanımda olub bu layihəyə qoşulan hər kəsə səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Layihənin icra edildiyi müddət ərzində müraciət etdiyim insanların ilk cümləsi: “İlqar müəllim haqqında böyük məmnuniyyətlə ürək sözlərimi deyərəm”, “İlqar müəllim haqqında canla-başla yazaram” və “Gözüm üstə, yazaram” sözləri oldu. Mən də layihə müəllifi olaraq ona olan bu sevgini gördükcə, bir daha sevindim və qürur hissi keçirdim. Əslində insanların ürəyində yer qazanmaq asan məsələ deyil. Mən həmin layihə çərçivəsində anladım ki, İlqar müəllim böyükdən kiçiyə qədər hər kəsin qəlbində bu zirvəni qazanmış bir ziyalıdır.
Layihə icra olunarkən eyni halda 2 həftə boyu ardıcıllıqla “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yüksək səviyyədə və xüsusi bacarıqla yayımlandı, minlərlə insanın dəstəyi və rəğbətini qazana bildi.
Sonda fürsətdən istifadə ediib, hər birimizin əzizi olan İlqar müəllimə hər zaman insan ürəyinin və yaradıcılığın ən ali zirvəsində olmağı arzulayıram! Ulu Tanrı sizə hər zaman zirvədə olan gözəl və sağlam ömür nəsib etsin!

31.08.2026

MüəllifAtlaz RZAYİ
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

ATLAZ RZAYİNİN YAZILARI

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadə haqqında

YÜZ ON BEŞİNCİ YAZI

Gözəllik mənəvi xilas yoluna çevriləndə
(“Səmimi sətirlər çələngi” layihəsi üçün)
    Salam olsun, çox dəyərli oxucum! Azərbaycan ədəbi-mədəni düşüncə məkanında elə şəxsiyyətlər var ki, onların yaradıcılığı yalnız müəyyən bir sahənin sərhədləri daxilində qalmır. Belə insanlar elmə fəlsəfi düşüncə, poeziyaya mənəvi dərinlik, publisistikaya isə ictimai məsuliyyət gətirirlər. Onların sözündə yalnız fikir deyil, həyat mövqeyi də danışır. İlahiyyatçı-yazar, alim, filosof, şair və publisist İlqar İsmayılzadə də məhz belə ziyalılarımızdandır.
     Onun çoxşaxəli fəaliyyəti elm, fəlsəfə, poeziya, ilahiyyat və mənəviyyatın bir-birindən ayrı deyil, vahid düşüncə sisteminin müxtəlif istiqamətləri olduğunu göstərir. İlqar İsmayılzadənin qələmi insanı yalnız düşündürmək üçün deyil, həm də öz daxilinə boylanmağa, mənəvi məsuliyyətini dərk etməyə çağırır.
     Bu baxımdan onun 4 iyun 2020-ci ildə “apa.az”da yayımlananDünyanın xilaskarı barədə…məqaləsi xüsusi diqqət çəkir. Yazı ilk baxışda məşhur “Dünyanı gözəllik xilas edəcək!” ifadəsinin mənası üzərində düşüncə kimi təsir bağışlasa da, əslində müəllif burada gözəllik anlayışının mahiyyətinə enir və oxucunu daha böyük bir həqiqətlə qarşılaşdırır: dünyanı zahiri gözəllik deyil, insanın mənəvi gözəlliyi və etik məsuliyyəti xilas edə bilər.
     İlqar İsmayılzadənin bu yazısı onun publisistik təfəkkürünün əsas xüsusiyyətlərindən birini — məşhur fikirləri hazır qəlibdə qəbul etməmək, onların arxasında dayanan həqiqəti araşdırmaq və oxucunu həmin həqiqət üzərində düşünməyə sövq etmək bacarığını aydın şəkildə nümayiş etdirir.
“Dünyanı gözəllik xilas edəcək!” — dünya ədəbiyyatı və fəlsəfi düşüncəsində geniş yayılmış, cazibədar və düşündürücü ifadələrdən biridir. İlqar İsmayılzadə də məhz bu ifadədən çıxış edir. Lakin o, gözəlliyi yalnız zahiri görünüş, abadlıq və estetik görüntü səviyyəsində qəbul etmir.
     Müəllif yazır:
“Cümlə olduqca cazibədar və çox gözəldir.”
Amma ardınca bu “gözəl” cümlənin mahiyyətinə sual verir. Çünki dünyanın keçmişinə nəzər saldıqda görürük ki, zahiri gözəllik bəşəriyyətin problemlərini həll etməyib. Dünyanın tarixində gözəl simalı, cazibədar görünüşlü, yüksək mövqeli insanlar da olub; lakin insanlıq yenə müharibələrin, zorakılığın, fitnənin, ədalətsizliyin və mənəvi böhranların ağrısını yaşayıb.
      İlqar İsmayılzadə burada çox mühüm bir fərq qoyur: gözəllik yalnız görünən deyil, yaşanan və davranışda özünü göstərən bir dəyərdir.
      O yazır:
“Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil.”
Bu cümlə müəllifin bütün məqaləsinin mənəvi-fəlsəfi açarıdır.
      İnsan öz görünüşünə, təmizliyinə, geyiminə diqqət yetirməlidir. Lakin insanı həqiqi mənada gözəlləşdirən onun daxili saflığı, ağlı, düşüncəsi, etikası, mədəniyyəti və xoş niyyətidir. Deməli, İlqar İsmayılzadə gözəllik anlayışını zahirdən batinə, görünüşdən mahiyyətə, estetikadan əxlaqa doğru aparır.
      Məhz buna görə onu gözəlliklərin tərənnümçüsü adlandırmaq mümkündür. Ancaq onun tərənnüm etdiyi gözəllik güzgüdə görünən gözəllikdən daha böyükdür. Bu, insanın daxilində yaşayan, davranışına, sözünə, münasibətlərinə və dünyaya baxışına çevrilən mənəvi gözəllikdir.
      “Dünyanı xilas edəcək yeganə amil ETİKAdır”
İlqar İsmayılzadənin məqaləsinin ən güclü məqamlarından biri onun “xilas” anlayışına verdiyi cavabdır.
     Müəllif burada qeyri-müəyyənlikdən qaçır və mövqeyini açıq şəkildə ortaya qoyur:
“Dünyanı xilas edəcək yeganə amil ETİKAdır. Bəli, etika, etika və yenə də etika!”
Bu fikir məqalənin ideya mərkəzidir.
      İlqar İsmayılzadə üçün etika sadəcə nəzakət qaydaları deyil. Etika insanın özünü dərk etməsi, öz məsuliyyətini bilməsi, peşəsinə və vəzifəsinə vicdanla yanaşması, insanlara, cəmiyyətə, təbiətə və bütün varlıq aləminə münasibətdə məsuliyyət daşımasıdır.
     Onun fikrincə, insan “Mən kiməm?”, “Necə olmalıyam?” və “Nə etməliyəm?” suallarına cavab tapmalıdır.
      Bu yanaşma İlqar İsmayılzadənin filosof və ilahiyyatçı kimliyinin də mühüm göstəricisidir. Çünki burada insanın yalnız hüquqlarından deyil, məsuliyyətlərindən danışılır. İnsan öz azadlığını başqasının haqqına müdaxilə etmədən yaşamalıdır. Öz sahəsini bilməli, öz vəzifəsini layiqincə yerinə yetirməli və başqasının haqqına, əməyinə, mövqeyinə hörmət etməlidir.
     Bu, əslində çox sadə görünən, amma həyata keçirilməsi böyük mənəvi yetkinlik tələb edən bir prinsipdir.
      İlqar İsmayılzadənin məqaləsində diqqətçəkən fikirlərdən biri də etikanın bir davranış qaydaları toplusundan daha böyük məna daşımasıdır.
      Müəllif yazır:
“Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır.”
Bu “məktəb” insanın ömrü boyu davam edən mənəvi təhsilidir.
      İnsan dünyanı dəyişmək istəyirsə, əvvəlcə özünü dəyişməlidir. Cəmiyyətin gözəlləşməsini istəyirsə, öz davranışından başlamalıdır. Ədalət tələb edirsə, özü ədalətli olmalıdır. Hörmət gözləyirsə, özü hörmət etməlidir. Xeyirxahlıq arzulayırsa, özü xeyirxah davranmalıdır.
      İlqar İsmayılzadənin publisistik düşüncəsində insanın dünyaya münasibəti onun öz daxilindəki vəziyyətin göstəricisinə çevrilir.
      Bu baxımdan onun “gözəl düşüncə, gözəl danışıq və gözəl davranış” prinsipi son dərəcə əhəmiyyətlidir.
     Gözəllik burada artıq estetika deyil, əxlaqın estetikasıdır.
     İlqar İsmayılzadənin “gözəllik” anlayışına münasibəti onun yaradıcılığının ümumi ruhu ilə də səsləşir. Şair və publisist kimi onun sözə münasibətində səmimiyyət, işıqlılıq və mənəvi dəyər ön plandadır.
      O, insanın yalnız düşünən deyil, həm də hiss edən və məsuliyyət daşıyan varlıq olduğunu vurğulayır.
      Belə bir baxışda gözəllik və xilas anlayışları bir-birindən ayrılmır. Çünki mənəvi baxımdan gözəl insan həm də xeyir yaradan, ətrafına işıq gətirən, başqasının haqqını qoruyan, ədalətsizliyə qarşı dayanan, pisliyə yaxşılıqla cavab verməyə çalışan insandır.
      Bu mənada İlqar İsmayılzadənin “gözəlliklərin tərənnümçüsü” kimi təqdim olunması təsadüfi deyil. O, gözəlliyi yalnız təsvir etmir; onun mahiyyətini axtarır, insan həyatındakı rolunu müəyyənləşdirməyə çalışır.
      Daha mühüm məqam isə budur ki, o, gözəlliyi passiv seyr obyekti deyil, xilasın mənəvi vasitəsi kimi təqdim edir.
      İlqar İsmayılzadənin yazısında “xilaskar” obrazı da xüsusi məna qazanır. Burada söhbət hansısa fövqəltəbii qəhrəmandan deyil, insanın öz mənəvi məsuliyyətindən gedir.
      Müəllif bəşəriyyətin qarşılaşdığı müharibələri, fitnə-fəsadı, kin-küdurəti, ədalətsizliyi, təkəbbürü və mənəm-mənəmlik hissini sadalayaraq onların kökündə mənəvi boşluğun dayandığını göstərir.
     O yazır:
“Çünki bəşər övladına etika hakim deyil, ayrı-ayrı məsələlər (maddiyyat, vəzifəpərəstlik, mənəm-mənəmlik və s.) hakim kəsilmişdir.”
Bu, təkcə bir publisistin müşahidəsi deyil, həm də ciddi ictimai-fəlsəfi xəbərdarlıqdır.
      İnsan öz mənəvi ölçülərini itirdikcə elm və texnologiyanın inkişafı belə onun problemlərini həll edə bilmir. Əksinə, mənəviyyatdan uzaqlaşan insanın əlində böyük imkanlar təhlükəyə də çevrilə bilər.
     Məhz buna görə İlqar İsmayılzadə müasir dünyanın əsas problemini yalnız texnoloji və iqtisadi inkişafda deyil, insanın mənəvi inkişafında görür.
      Məqalədə müəllif xüsusi olaraq ziyalıların, qələm adamlarının və medianın üzərinə düşən məsuliyyətdən də danışır.
     O yazır:
“Məncə yaşadığımız bu yer kürəsinin gözəlləşməsi və xilas olmasını istəyiriksə ilk öncə insanlar arasında etika məsələsi ciddi şəkildə təbliğ və tərvic edilməlidir.”
       Bu fikir İlqar İsmayılzadənin ziyalı mövqeyini müəyyənləşdirən əsas cizgilərdən biridir.
Ziyalı yalnız kitab yazan və ya fikir söyləyən insan deyil. Ziyalı cəmiyyətin mənəvi istiqamətini müəyyənləşdirmək məsuliyyəti daşıyan şəxsdir. Qələm sahibi isə yazdığı hər sözün cəmiyyətə təsir edə biləcəyini bilməlidir.
       Bu baxımdan İlqar İsmayılzadənin publisistikası təsadüfi fikirlər toplusu deyil. O, sözün məsuliyyətini anlayan müəllif kimi çıxış edir.
   “Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!”
Məqalənin sonuna doğru müəllif öz mövqeyinin səmimiliyini xüsusilə vurğulayır. O, özünü başqalarından üstün göstərmək niyyətində olmadığını bildirir və yazmaq səbəbini belə izah edir:
“Sadəcə həyatda biganəlik və tənbəllikdən qorunub üzərimə düşən etik məsuliyyəti dərk etmək və müdrik insanlardan birinin söylədiyi kimi: ‘Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!’ – tövsiyəsinə əməl etməyə çalışdım.”
Bu cümlə İlqar İsmayılzadənin şəxsiyyətini və yaradıcılıq missiyasını ifadə edən ən xarakterik fikirlərdən biri kimi qəbul edilə bilər.
      Çünki burada müəllifin bütün dünyagörüşü bir nöqtədə birləşir: şikayət etməkdənsə, faydalı olmaq; qaranlığı söyməkdənsə, işıq yaratmaq; başqalarını ittiham etməkdənsə, öz məsuliyyətini dərk etmək.
  Bu isə ziyalının ən böyük missiyalarından biridir.
İlqar İsmayılzadənin yaradıcılıq portretini yalnız bir istiqamətlə məhdudlaşdırmaq mümkün deyil. O, alim və filosof kimi hadisələrin mahiyyətinə nüfuz etməyə, şair kimi insan ruhunun incəliklərini ifadə etməyə, publisist kimi cəmiyyətin ağrılı məsələlərinə münasibət bildirməyə, ilahiyyatçı kimi isə insanın mənəvi aləminə işıq salmağa çalışır.
     Onun düşüncəsində elm və mənəviyyat qarşı-qarşıya qoyulmur. Əksinə, insanın həqiqi kamilliyinin bu dəyərlərin vəhdətindən yarandığı düşünülür.
Yazıçı-publisist İlqar İsmayılzadənin qələmi bu baxımdan səmimi və təsirlidir. Onun yaradıcılığında Vətən sevgisi, ilahi məhəbbət, insan ruhunun təlatümləri, mənəvi saflıq və xeyirxahlıq bir-birini tamamlayır.
Onun sözündə insanın xarici dünyası ilə daxili aləmi arasında körpü qurulur.
     İlqar müəllimin şəxsiyyətindəki “Hacı” titulu da bu mənəvi portretin mühüm cəhətlərindən biridir. Bu ad yalnız dini ziyarətlə bağlı formal bir titul kimi deyil, insanın həyat tərzinə və əxlaqına məsuliyyət qoyan mənəvi məqam kimi dəyərləndirilə bilər.
     İman, təvazökarlıq, xeyirxahlıq və insanlara səmimi münasibət onun haqqında formalaşan ziyalı obrazını tamamlayan keyfiyyətlərdir.
İlahiyyatçı-yazar üçün din yalnız nəzəri bilik deyil, həm də davranış məsuliyyətidir. Bu baxımdan onun “etika” üzərində dayanması da təsadüfi görünmür.
     Çünki həqiqi mənəviyyat insanın yalnız danışığında deyil, münasibətində, davranışında və əməllərində görünür.
    İlqar İsmayılzadənin redaktor fəaliyyəti də onun ziyalı portretinin mühüm istiqamətlərindəndir. Redaktor üçün dilə münasibət yalnız texniki məsələ deyil. Sözün düzgün seçilməsi, fikrin aydın ifadəsi, bədii keyfiyyət və məzmun bütövlüyü ədəbi mühitin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
      Bu sahədə onun zəhməti bir çox kitabların və layihələrin ərsəyə gəlməsində, gənc qələm sahiblərinin istiqamətləndirilməsində və ədəbi prosesin inkişafında özünü göstərir.
     Əslində, redaktor da bir növ mənəvi məsuliyyət daşıyıcısıdır. O, sözün cəmiyyətə necə çatacağını müəyyənləşdirir. İlqar İsmayılzadənin sözə və dilə həssas münasibəti də onun ümumi dünyagörüşündəki etik prinsiplərlə səsləşir.
      İlqar İsmayılzadənin “Dünyanın xilaskarı barədə…” yazısını oxuyarkən belə bir qənaət yaranır: müəllif dünyanı böyük və möhtəşəm şüarlarla deyil, insanın gündəlik davranışındakı dəyişikliklərlə xilas etməyin mümkünlüyünə inanır.
    O, insanı öz daxilindəki qaranlığa baxmağa çağırır.
    Dünyanı dəyişmək istəyən insan əvvəlcə öz davranışını dəyişməlidir.
    Cəmiyyətdə ədalət istəyən insan özü ədalətli olmalıdır.
    Mənəvi gözəllik arzulayan insan özü gözəl düşünməli, gözəl danışmalı və gözəl davranmalıdır.
    Bu mənada İlqar İsmayılzadənin “xilaskar” obrazı çox fərqli və düşündürücüdür. O, özünü dünyanın xilaskarı kimi təqdim etmir. Əksinə, insanı öz məsuliyyətini dərk etməyə çağırır. Özünün etdiyi isə həmin çağırışın bir nümunəsidir: qaranlığı lənətləmək əvəzinə şam yandırmaq.
     Bəlkə də onun ziyalı missiyasının ən dəqiq ifadəsi elə budur.
     İlqar İsmayılzadənin yaradıcılıq dünyasına nəzər saldıqda aydın görünür ki, onun üçün söz sadəcə ifadə vasitəsi deyil. Söz həm də mənəvi məsuliyyətdir.
     O, alim kimi düşünür, filosof kimi sual verir, ilahiyyatçı kimi mənəvi dəyərlərə müraciət edir, şair kimi hiss edir, publisist kimi cəmiyyətə sözünü deyir, redaktor kimi sözün keyfiyyətini qoruyur.
     “Dünyanın xilaskarı barədə…” yazısında isə bütün bu xüsusiyyətlər bir nöqtədə birləşir.
     Məşhur “Dünyanı gözəllik xilas edəcək!” fikrindən yola çıxan müəllif oxucunu daha dərin bir nəticəyə gətirib çıxarır: dünyanın həqiqi gözəlliyi insanın daxilindədir və həmin gözəlliyin adı mənəvi saflıq, məsuliyyət, xeyirxahlıq, ədalət və etikadır.
     Bu baxımdan İlqar İsmayılzadə yalnız gözəllikləri tərənnüm edən söz adamı deyil. O, gözəlliyin mahiyyətini açmağa və onu insanın mənəvi xilasına yönəltməyə çalışan bir ziyalıdır.
     Onun mesajı sadə, lakin olduqca böyükdür:
“Etikanın bütün dünyaya hakim olması ümidi ilə.”
Bu arzu əslində bir publisistik məqalənin son cümləsi olmaqdan daha artıq məna daşıyır. Bu, insanın və cəmiyyətin gələcəyinə ünvanlanan mənəvi çağırışdır.
     İlqar İsmayılzadənin qələmi də məhz bu çağırışın işığında görünür: gözəlliyi sevmək, gözəlliyi yaşatmaq, insanı gözəlliyə çağırmaq və ən nəhayət, o gözəlliyin içində mənəvi xilas yolunu göstərmək.
     Belə ziyalıların sözü isə yalnız yazıldığı günə deyil, sabaha da ünvanlanır. Çünki həqiqi söz zaman keçdikcə köhnəlmir — insanın vicdanına toxunduğu müddətdə yaşayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
25.08.2026. Xaçmaz – Xanoba.
Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DİL MƏSƏLƏSİ

DİL MƏSƏLƏSİ
(1 Avqust: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı subyektiv baxışlarım)

Ulu Öndər Heydər Əliyevin 09 Avqust 2001-ci il tarixli fərmanı ilə hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Həmin gün ölkədə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin tarixi ilə əlaqədardır. Dil və əlifba isə əslində hər bir millətin milli kimliyinin bir parçası sayılır.
Milli kimlik – fərdin özünü müəyyən bir millətə, xalqa və ya dövlətə aid etməsi, onun tarixi, mədəniyyəti və dəyərləri ilə eyniləşdirməsi hissidir. Milli kimliyin əsas elementləri isə aşağıdakılardan ibarətdir: 1. Dil; 2. Tarix; 3. Mədəniyyət; 4. Milli-mənəvi dəyərlər; 5. Dövlətçilik və vətəndaşlıq.
Sözümü 1 Avqust: Azərbaycan əlifbası və Azərbaycan Dili Gününə uyğun olaraq milli kimlik mövzusunun dil elementinə yönəltmək istərdim: Azərbaycan dili qrammatik və lüğət tərkibi baxımından türk dillərinə aiddir və bu dil özünəməxsus zəngin lüğət tərkibinə malikdir. Tarixi əlaqələr (ərəb və fars dilli imperiyalar və qüvvələrin istilası) nəticəsində Azərbaycan dilində ərəb və fars mənşəli sözlər peyda olmuş və zaman ötdükcə Azərbaycan dilinin tərkibinə keçmişdir. Nə qədər qəribə səslənsə də bu gün Azərbaycan dilində mövcud olan sözlərin 60-65%-nin ərəb və fars mənşəli ifadələr olduğu bildirilir. Hər bir dildə müəyyən qədər əcnəbi sözlərin mövcudluğu təbii qarşılanır və demək olar ki, dünyanın bütün dillərində belə bir durum mövcuddur. Lakin bir dildə mövcud olan ifadələrin 60-65%-nin xüsusi bir dilə və ya dillərə aid olması məsələsi sözün həqiqi mənasında təəssüfedici bir məsələdir. Bununla bağlı qəribə və acınacaqlı bir misal göstərmək istəyirəm: Azərbaycan ədəbiyyatında tez-tez işlənən “ədəbiyyat”, “şeir”, “şair”, “beyt”, “misra”, “bənd”, “heca”, “nəsr”, “nasir”, “esse”, “hekayə”, “povest” və “roman” kimi açar sözlərin heç biri Azərbaycan türkcəsində deyil, əslində ərəb, fars və latın dillərinə aid ifadələrdir. Halbuki ən azından dilçi alimlərimiz bu qəbil açar sözlər üçün öz dilimizdə oxşar və uyğun ifadələr tapa və təyin edə bilərdilər. Çünki millətimiz ərəb, fars və rus imperiyalarının istilası altına düşməzdən əsrlər öncə ədəbiyyat sahəsində söz sahibi olmuş, öz şairləri və yazarları ilə fəxarət hissi duymuşdur. Azərbaycan Respublikası müstəqil dövlətçilik nemətinə sahib olan ölkələrdən biridir.
Bu gün dünyda 3000-dən çox fərqli xalq və millətlərin mövcud olduğu deyilir. Lakin bu millətlərin hər birinin müstəqil dövlət qurmaq şansı yoxdur. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatında rəsmən tanınmış 193 ölkə, rəsmi olaraq tanınmamış daha iki ölkə (Vatikan və Fələstin) mövcuddur. Xoşbəxtlikdən Odlar Yurdu Azərbaycan da həmin ölkələrdən biridir. Biz ən azından milli dövlətçilik kimi möhtəşəm nemətin sayəsində dilimizə sahib çıxmalı, onu yad ifadələr və kənar təsirlərdən qorumağa çalışmalıyıq.
Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti, yəni 90%-dən çoxu etnik azərbaycanlılardan (türk soylu xalqdan) ibarətdir. Ölkə əhalisinin 2009-cu il siyahıyaalınmasına əsasən etnik tərkibi 90% üzəri azərbaycanlılar, qalan hissəsi isə digər azsaylı xalqlar (ləzgi, rus, erməni, talış, avar və s.) təşkil edir. Hər halda ölkədə türk kökənli əhali üstünlük təşkil edir. Üstəlik heç bir ölkənin istilası altında da deyilik və müstəqil dövlət sahibiyik. Belə olan halda nədən dilimizin əcnəbi ifadələrdən təmizlənməsi üçün addım atılmır?
Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU mövcud olan halda nədən bu qanunlara qarşı xüsusi biganəliyin şahidi olmalıyıq?
Sonda dil məsələsi ilə bağlı təklifimlə sözümü yekunlaşdırmaq istəyirəm: Bu mövzuda atılacaq əsas addım aidiyyatı orqanlar və təşkilatların öz milli kimliyi və qanuni vəzifələrini dərk etməsi, məsuliyyət və ciddi qərarla işə başlamasıdır. Çünki dövlət qərarı, nəzarəti və gücü olmadan bu problemin aradan qaldırılması mümkün deyil. Hər halda fürsətləri əldən vermədən Odlar Yurdu Azərbaycanda DİL İNQİLABInın həyata keçirilməsi bir milli kimlik və dövlətçilik zərurətidir. Lakin bu inqilab düşünülmüş, məntiqli, eyni halda dilçi alimlər və mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilməlidir…

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.08.2026

Zülfi Vellidağ təltif olunub

“Əsrin yazarı” fəxri medalı laureatları
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, Turan Xalq şairi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin Ödülü və “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, ustad şairimiz Zülfi Vellidağ (Zülfi Dədə) ölkənin ədəbi sahəsində xüsusi yeri və çəkisi olan “Yazarlar” ədəbi-bədii, elmi jurnalı tərəfindən “Əsrin yazarı” fəxri medalı ilə təltif edilmişdir. Həmin medal və onun xüsusi şəhadətnaməsi Ustad şairimizin 75 illik yubileyi və “Qəlbimdən gələn səslər” adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
“Həməşəra” mətbu orqanı olaraq ədəbi mühitimizin fəxarətli və görkəmli nümayəndəsi, əzizimiz və dəyərli dədəmiz Ustad Zülfi müəllimi ürəkdən təbrik edir, eyni halda əziz ustadımızı belə bir fəxri medala layiq görmüş “Yazarlar” Jurnalının baş redaktoru, çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və fədakar nümayəndəsi, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və TYB-nin “Hüseyn Cavid” Ödülü laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımızı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, “Heydər Əliyev Mərkəzi”, 26.06.2026

İlqar İsmayılzadə
26.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI

ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI
(Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-publisist, şair Zaur Ustaca ithaf olunur!)

Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri də yazıçı-publisist və şair Zaur Ustacdır.

Qısa bioqrafik məlumat:
Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu): 08 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir və naşirdir.
1988-ci ildən bu günə qədər müntəzəm çap olunur. Hal-hazırda hər həftə ən azı iki ənənəvi mətbu orqanda çıxış edir.
Ədəbi mühitdə “Zaur Ustac” təxəllüsü ilə çıxış edən bu dəyərli yazar “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və Turan Yazarlar Birliyinin “Hüseyn Cavid” Ödülü laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident təqaüdçüsüdür.
Zaur Ustac 50-dən artıq kitabın müəllifidir. 2019-20-ci tədris ilindən etibarən məktəbəhazırlıq qruplarında tədris olunur.
“Oxu” və “Hesab” onun şerləri əsasında hazırlanmış metodik vəsaitlə öyrədilir. Son zamanlar 9 cilddən ibarət seçilmiş əsərlərinin nəşrinə başlanılıb. Həmin məcmuənin birinci, ikinci və üçüncü cildləri artıq nəşr olunmuşdur.
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndəsi olan Zaur Ustacın əhəmiyyətli əsərləri sırasında dəfələrlə təkrar nəşr edilmiş “Əliş və Anna” və “Oriyentir ulduzu” kitablarını göstərmək olar.
Bundan əlavə müəllifin “Günaydın”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Qəlbimin açıqcası” və “45” kimi şeirlər, “Məktəbə hazırlaşırıq” və “39 Həftə” (ingilis dili proqramı) kimi metodik vəsaitləri göstərmək mümkündür. Ümumiyyətlə, Zaur Ustac ölkə mətbuatında davamlı olaraq həm publisist yazıları, həm şeirləri, həm də nəsr və hekayə nümunələri ilə çıxış edən tanınmış yazarlardan biridir.

“Ustac” təxəllüsü barədə izahlar
Bir çoxları Zaur müəllimin istifadə etdiyi “Ustac” təxəllüsünü “Ustad” (işini bilən mahir adam və müəllim, eləcə də yaradıcılıq sahəsində söz və qələmi ilə ustalıq) mənasında olduğunu təsəvvür edirlər. Lakin Zaur Ustac istər ədəbiyyat, istər müəllimlik, istərsə də jurnalistika sahəsində sözün həqiqi mənasında işini bilən, mahir bir ustad və müəllim olsa da, özündən əldə etdiyim məlumata əsasən, bu təxəllüs onun soykökü, həm ata, həm də ana tərəfindən Ustaclı tayfasına mənsubiyyəti ilə əlaqədardır.
Zaur Ustac bunu müxtəlif şeirlərində, xüsusilə də “Əcdadı anmaq” adlı şeirinin ilk misralarında dilə gətirmiş və qələmə almışdir:
“Ustaclıyam, əlim ərşi-əlada,
Bu nə sitəm, millətim nə bəlada!?”
Bundan əlavə, onun digər şeirlərində “Ustaclıyam”, “Ustaclı oğluyam”, “Şah babam”, “Şah İsmayıl silahdaşı” kimi ifadələr mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ustaclı və ya Ustaclılar – Səfəvi İmperiyasının yaranmasında və idarə olunmasında əsas rol oynamış aparıcı türk tayfalarından (Qızılbaş tayfalarından) biri olmuşdur. Onlar əsasən oğuzların Əfşar boyuna bağlı olan güclü və nüfuzlu bir el idi. Tarixi mənbələrə görə, Ustaclı eli əvvəlcə Kiçik Asiyada (Anadoluda) məskunlaşmış, Ərətna bəyliyi və Qazi Bürhanəddin hökuməti dönəmində siyasi nüfuz qazanmışdır. Sonradan Azərbaycana köçərək Səfəvi Dövlətinin qurulmasında həlledici qüvvəyə çevrilmişlər. Ustaclı tayfası həm hərbi yürüşlərdə ön sıralarda olmuş, həm də dövlətdə ali vəzifələr (bəylərbəyi, əmir, sərkərdə) tutmuşdur. Bu gün tanıdığımız Zaur Ustac da məhz həmin sülalənin ədəbiyyat sahəsində faydalı fəaliyyəti ilə tanınan bir dəyərli üzvüdür.

Subyektiv baxış:
Zaur Ustac adı gələndə şəxsən mənim zehnimdə bir fədakar, elinə, vətəninə, milli-mənəvi dəyərlərinə, milli kimliyi və dövlətçiliyinə bağlı olan bir ədib, eyni halda pedaqoq, hərbiçi zabit, peşəkar jurnalist və dəyərli qələm sahibi olan bir şəxsiyyət canlanır.
Bu gün çağdaş Azərbaycan ədəbi mühitində “Zaur Ustac” adı və təxəllüsü milli-ədəbi kimlik və missiyanı tərənnüm edir. Zaur Mustafayev bu təxəllüslə özünü bacarıqlı söz ustadı kimi təsbit etmiş, çağdaş Azərbaycan ədəbiyyatında milli ruhu və klassik ənənəni müasir düşüncə ilə birləşdirməyi bacaran bir peşəkar yazar və şair kimi tanınmışdır.
Zaur Ustacın istər publisist yazıları, istərsə də poeziya nümunələrində yurdun, elin, vətənin, milli kimliyin, milli-mənəvi dəyərlərin təbliği açıq-aydın şəkildə müşahidə olunur. Bütün bunlar oxucuda məsuliyyət hissini yaradır, eyni halda ölkə vətəndaşları arasında milli ruhun qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət göstərir.
Onun fəaliyyətinə diqqət yetirdikdə, bütün sahələrdə bacarıqlı insan kimi həyatda çoxşaxəli bir şəxsiyyət olduğunu söyləmək olar. Yazıçılıq, nəsr, poeziya və publisistika, həmçinin, jurnalistika sahələri ilə yanaşı həm də hərbiçi olması bunun əyani sübutudur.
Zaur Ustac ədəbiyyat sahəsində yaradıcı insan və parlaq imza sahibidir. Onun jurnalistik fəaliyyəti isə bəzi “jurnalist”lərin xoşagəlməz “fəaliyyət”i və qeyri-etik davranışının əksinə olaraq büsbütün səmimiyyət, etika və yaxşı niyyətləri özündə ehtiva edir. Bu da onun ilk əvvəldən qələmə müqəddəs gözlə baxışı və yanaşmasından irəli gələn məsələdir.
Öz milli kimliyi, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyi ilə yanaşı Ulu Tanrıya bağlı olan saf qəlbli bir insan, dəyərli eloğlu və ləyaqətli vətəndaşdır.
Zaur Ustacın digər önəmli xüsusiyyətlərindən biri də onun ədəbiyyat və jurnalistika sahələrində saflığı və səmimiyyətindən ibarətdir. Özü ruhən (daxilən) və eləcə də zahirən bir enerjili gənc olsa da hər zaman ədəbiyyat və jurnalsitika sahələrində olan gənclərə təmənnasız şəkildə dəstək olur. Onun təsisçisi və baş redaktoru olduğu mətbu orqan nəzdində təsis etdiyi və yazarlara mənəvi dəstək hədəfi ilə pulsuz-parasız və təmənnasız olaraq təqdim və təltif etdiyi “Ziyadar” və s. kimi mükafatlar bunun bariz nümunələrindən biridir. Halbuki bir çoxları belə mükafatları və hətta, sadə bir fəxri fərmanı pul qarşılığında ayrı-ayrı yazarlara təqdim edir, üstəlik bəzən qarşı tərəfə minnət də qoyurlar… Lakin öz yüksək mədəniyyəti, səmimiyyəti və saflığı ilə tanınan və hörmətə layiq görülən Zaur müəllim belə işlər və davranışlardan uzaqdır.
Bu dəyərli yazıçı-publisist başqalarına dəstək olmaq və başqalarının parlamasından əsla narahat olmur, əksinə bundan daha çox sevinir və zövq alır. Məşhur fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssam Viktor Hüqoya (1802-1885) aid edilən məşhur bir cümlə var: “Öz işığına güvənən başqasının parlamasından narahat olmaz…”
Zaur müəllim də özü işıqlı və aydın, eyni halda uğurlu bir yazıçı-publisist, şair və jurnalist olduğundan başqalarının parlamasından əsla narahat olmur, həm də başqalarının uğur qazanması və parlamasına dəstək olur.
Zaur Ustacın yaradıcılığı və qələm sahəsində fəaliyyətini diqqətlə araşdırdıqda, onun sözün həqiqi mənasında həm ədəbiyyat, həm də jurnalistika sahələrinin dəyərli və ləyaqətli ustadı olduğunu söyləmək olar. Lakin bütün deyilənlərin fövqündə yer alan ayrı bir məsələ də var. Həmin məsələ isə Zaur Ustacın ədəbiyyat sahəsində söz və qələm bacarığı ilə yanaşı ədəbiyyat ifadəsinin əsası olan ədəb, etika, əxlaq və insani dəyərlərin daşıyıcısı olmasıdır. Əslində insan həyatda bacarıqlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaqla yanaşı yalnız yüksək ədəb-ərkan, etika və mədəniyyət sahibi olduqca ətrafına, cəmiyyətə və bəzən bütün dünyaya aydınlıq və ziya bəxş etməyi bacarır. Bu olmadıqda isə görülən bütün işlər və yazılan bütün bədii ədəbiyyat nümunələri zaman ötüşündə unudulub yaddaşlardan silinir…
Zaur Ustacın zəngin, maraqlı və çoxşaxəli olan poeziya dünyasının da öz yeri və öz tərifi var. Onun müxtəlif mövular və fərqli (heca, sərbəst və s.) formalarda qələmə aldığı şeirlər bir-birindən gözəl, yetərli və mənalıdır. Şeirlərində sadəliklə yanaşı, insan ruhuna xüsusi cəsarət, şövq gətirən amili hiss etmək mümkündür.

Arzu və diləklər:
Ulu Tanrıdan çağdaş Azərbaycan ədəbi mühitinin belə bir dəyərli yazarı, eyni halda maarifpərvər insanı olan şair-publisist Zaur Ustac müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində yeni-yeni uğurlar və daha uca zirvələr diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
23.06.2026

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir qrup yazar təltif olunub

“Əsrin yazarı” fəxri medalı laureatları
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas müəllim ölkənin ədəbi sahəsində xüsusi yeri və çəkisi olan “Yazarlar” ədəbi-bədii, elmi jurnalı tərəfindən “Əsrin yazarı” fəxri medalı ilə təltif edilmişdir. Həmin medal və onun xüsusi şəhadətnaməsi Ustad şairimizin 75 illik yubileyi və “Dünya mənim içimdədir” adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
“Həməşəra” mətbu orqanı olaraq ədəbi mühitimizin fəxarətli və görkəmli nümayəndəsi, əzizimiz və dəyərli dədəmiz Ustad Əfrahim müəllimi ürəkdən təbrik edir, eyni halda əziz ustadımızı belə bir fəxri medala layiq görmüş “Yazarlar” Jurnalının baş redaktoru, Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımızı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, “Tut Bağı” İstirahət Mərkəzi, 10.06.2026

İlqar İsmayılzadə
12.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

Cəlilabadda milli-ədəbi layihə

Cəlilabadda milli-ədəbi layihə
(“Turan ellərinin söz çələngi” layihəsinin yekunu və eyniadlı ədəbi məcmuənin təqdimat mərasimindən reportaj)
Bu gün – 30.05.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Cəlilabad şəhər MKS-nin inzibati binasında fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin cari ilin son ayları ərzində (24.03.2026-04.05.2026) Cəlilabad ədəbi mühitinin bir qrup şairlərinin iştirakı ilə uğurla həyata keçirdiyi “Turan ellərinin söz çələngi” adlı layihənin yekun mərhələsi olaraq işıq üzü görmüş eyniadlı kitabının (ədəbi məcmuə və ya antalogiyanın) təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması hədəfi ilə 1 dəqiqəlik sükutla başlayan tədbirdə rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və xüsusilə də Cəlilabad ədəbi mühitinin parlaq simaları iştirak etdilər və yüksək səviyyədə, həm də mənəvi aurada keçirilən tədbir iştirakçıların məmnuniyyəti ilə yadda qaldı.
Tədbirin aparıcısı, eyni halda layihə rəhbəri və kitab müəllifi yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ərsəyə gəlmiş kitabla bağlı əhatəli məlumat verərək, indiyədək rayon, bölgə və respublika səviyyəsində milli kimlik, türkçülük, Turan məfkurəsi və turançılıqla bağlı belə bir ədəbi məcmuənin qeydə alınmadığı, “Turan ellərinin söz çəlləngi” layihəsi çərçivəsində ərsəyə gəlmiş eyniadlı kitabın uyğun mövzuda ilkə atılmış bir imza olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
O, hər bir vətəndaşın və xüsusilə də söz və qələm əhlinin öz milli kimliyinə sadiq qalmasını bir vazkeçilməz zərurət adlandıraraq, milli kimliyin tarix, mədəniyyət, dil və milli-mənəvi dəyərlər anlamında olduğu və qanunvericilik baxımından milli kimliyin qorunması və yaşadılmasına icazə verildiyini, yalnız ifrat millətçilik və milli-irqi ayrıseçkiliyin qanunvericilik baxımından yasaqlandığını bildirdi.
İ.İsmayılzadə söhbətinin davamında indiyədək həmin layihə çərçivəsində Cəlilabad ədəbi mühitindən 24 şairin təsbit edildiyi və onların milli kimliklə bağlı bir-birindən gözəl və dərinmənalı şeirlərinin “Turan ellərinin söz çələngi” adlı ədəbi məcmuədə nəşr olunduğunu vurğuladı.
Tədbirdə iştirak edən Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən:

  1. Ustad Zülfi Vellidağ (Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, TYB-nin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatşünas, yazıçı-şair);
  2. Solmaz xanım Məmmədova (keçmiş SSRİ Jurnalistlər Birliyinin üzvü, “Qönçə” Yaradıcı Qadınlar Birliyinin sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, veteran jurnalist, yazıçı-publisist, şair);
  3. Gülşən xanım Şahmuradlı (TYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
  4. Turan Xalq şairi Şəhla xanım Rəvan (Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin direktoru, eyni halda Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı və “Ustad Niftalı Göyçəli” Ödülü laureatı, Turan Xalq şairi, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, şair);
  5. Seylan xanım Abbas (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair);
  6. Mikayıl İnçəçaylı (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
  7. Elnur Qoca Türk (TYB-nin üzvü, veteran pedaqoq, tədqiqatçı, riyaziyyatçı, “Muğan Tarixçilər Birliyi”nin üzvü, şair);
  8. Xəlil Fərəməzoğlu (pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist);
  9. Adıgözəl Nuriyev (“Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq, bədii qiraətçi);
  10. Sakit Üçtəpəli (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair);
  11. Cəlil Ələsgərov (biologiya elmləri namizədi, fizioloq, “Həməşəra” Fəxri Diplomu laureatı, TYB-nin üzvü, şair-publisist);
  12. Müşahidə xanım Nərimanova (“Həməşəra” Fəxri Diplomu laureatı, kitabxanaşünas, bədii qiraətçi, şair);
  13. Gülcahan xanım Xürrəm (“Həməşəra” Fəxri Diplomu laureatı, qəzəlxan-şair);
  14. Qurban Əhməd (I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, Azad Yazarlar Birliyi, TYB və AJB-nin üzvü, yazıçı-publisist, jurnalist və şair);
  15. Azər Mirzə (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu və TYB-nin Ödülü laureatı, şair);
  16. Hicran xanım Əhmədli (TYB-nin üzvü, “Sarı Aşıq” Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları, TYB-nin Ödülü” və “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, yazıçı-şair);
  17. Sevinc xanım Şirvanlı (TYB-nin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı və TYB-nin Ödülü laureatı, şair);
  18. Arzu xanım Əyyarqızı (AYB, AJB və TYB-nin üzvü, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi portalının İdarə Heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair-publisist);
  19. Atlaz xanım Rzayi (TYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı və TYB-nin Ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair)…
    Həmçinin, rayonun tanınmış ziyalılarından, təhsil, mədəniyyət və incəsənət adamlarından olan:
  20. Hacı Paşa Rüstəmov (Əmək zərbəçisi və Əmək veteranı, “Həməşəra” və “Dədə Qorqud” Fəxri Diplomları laureatı);
  21. Dadaş Bayramov (“Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq);
  22. Azər Əsgər (Musavat Partiyasının Cəlilalab Rayon Təşkilatının sədri, “Həməşəra” Fəxri Diplomu laureatı, tarix müəllimi, veteran pedaqoq, qazi atası);
  23. Xatirə xanım Quliyeva (“Həməşəra” Fəxri Diplomu laureatı, ədəbiyyatşünas, veteran pedaqoq);
  24. Akif Mədədli (Muğam ifaçısı, “Həməşəra” Fəxri Diplomu laureatı);
  25. Qənimət xanım İsrafilova (Cəlilabad MKS-nin direktoru, “Həməşəra” Fəxri Diplomu laureatı, kitabxanaşünas);
  26. Elçin Cəlil oğlu Ələsgərov (Antiterror əməliyyatının iştirakçısı);
  27. Aydan Mənsimli və s. öz çıxışlarında yazıçı-publisist İlqar İsmayılzadənin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş “Turan ellərinin söz çələngi” adlı layihəni yüksək dəyərləndirdilər, layihə rəhbəri və kitab müəllifinə uğurlar arzuladılar.
    Tədbir iştirakçıları eyni halda yazıçı-publisist İlqar İsmayılzadənin doğum günü və 50 illik yubileyi münasibətilə ona səmimi təbriklərini çatdırıb hədiyyələr təqdim etdilər.
    Tədbirin davamında bu yaxınlarda TYB tərəfindən “Turan Xalq şairi” fəxri adına layiq görülmüş Şəhla xanım Rəvana TYB-nin xüsusi bildiriş lövhəsi, həmçinin, “Həməşəra” mətbu orqanı tərəfindən rayonun bir qrup tanınmış simalarına “Həməşəra” Fəxri Diplomu, Turan Yazarlar Birliyinin Ödülü və TYB-nə yenicə üzv qəbul edilmiş bir neçə nəfərə üzvülük vəsiqəsi, xüsusilə də layihədə iştirak etmiş şəxslərə yenicə təsis edilmiş “Turan Ödülü” və kitab hədiyyələri təqdim edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı. Tədbirdən fotolar:

Məlumatı hazırladı: İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ

NİCAT ƏRTÜRKÜN HƏYATI VƏ YARADICILIĞINA BİR BAXIŞ
Azərbaycan ədəbi mühitinin istedadlı və uğurlu gənc nümayəndələrindən biri də “Nicat Ərtürk” təxəllüsü ilə tanınan publisist-şair Nicat Ərrəhman oğlu Qasımzadədir. Bu təqdimat yazısında Nicat Ərtürkün həyat yolu və yaradıcılığı ilə tanış oluruq:

Qısa bioqrafik məlumat:
Qasımzadə Nicat Ərrəhman oğlu: 1982-ci ilin may ayının 31-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdur.
Sədərək rayon 1 saylı orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Regionlararası Akademiyanın İstisad fakultəsinə daxil olmuş, oranın tam kursunu uğurla bitirmişdir. Ali təhsilli iqtisadçıdır.
Yeniyetmə yaşlarından etibarən ədəbiyyat sahəsinə həvəs göstərmişdir. Ədəbiyyat sahəsində “Nicat Ərtürk” kimi çıxış edən bu dəyərli şair Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvüdür.
Ədəbiyyatla bağlı uğurlu fəaliyyətinə görə, indiyədək bir çox fəxri fərman, diplom və ödüllərə layiq görülmüşdür. Bununla bağlı xüsusi olaraq “Qızıl Qələm” Media Mükafatı, “Ziyadar” Mükafatı, “Heydər Əliyev” Medalı, “Heydər Əliyev” Fəxri Media Mükafatı, “Xəlilrza Ulutürk” Diplomu, “Zəfər” Media Mükafatı və “Həsən Bəy Zərdabi” Fəxri Media Mükafatlarını, son olaraq isə “Ustad Niftalı Göyçəli”, “Həməşəra” Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi Ödüllərinə layiq görüldüyünü göstərmək olar.
Nicat Ərtürkün indiyədək aşağıda göstərilən üç kitabı işıq üzü görmüşdür:

  1. “Səsləyir Zəngəzur, Qarabağ bizi” (2015);
  2. “Zirvələrin fatehi” (2019);
  3. “Ana həsrəti” (2026)…
    Nicat Ərtürkün ədəbi dünyası təmiz, duyğulu və dərinmənalı, eyni halda sadə, səmimi və pozitivdır. Onun qələmə aldığı şeirləri nəzərdən keçirdikdə, orada vətən sevgisi, valideynə qarşı sayğı və sevgi, milli-mənəvi dəyərlər, haqq-ədalətin önəmi, xüsusilə də milli kimlik mövzusuna xüsusi yer verildiyini təsbit etmək olar. Ailəlidir, dörd övladı var.

Subyektiv baxışım:
Bir insanın qələm əhli olub, ədəbiyyat sahəsində yazıb-yaratması, müxtəlif və çoxsaylı şeir, poema, esse, hekayə, povest, ədəbi təhlil və tənqidlər ərsəyə gətirməsi heç şübhəsiz bir imtiyaz və bacarıq sayılır. Hətta, kimlərsə bu sahənin peşəkarı və ustadı da ola bilərlər. Lakin ədəbiyyat sahəsində bir şair və ya yazıçının bütün bunlarla yanaşı həm də həyatda ədəbli və etikalı bir insan olması bu bacarığı daha yüksək zirvəyə qaldırır, onun sahibini isə cəmiyyət və xalq arasında ziyalı bir şəxsiyyətə çevirir. Burada yazılanları düşünmək və əyani şəkildə dərk etmək üçün şairlər və yazıçılar arasında öz danışığı və davranışına hakim olan insanlara diqqət yetirmək kifayətdir. Çünki belələri ədəb, ərkan, etika və əxlaqdan gələn ədəbiyyat sahəsində ulduz xəstəliyi, kortəbii danışıq və davranış, mənəm-mənəmlik, təkəbbür, paxıllıq, ara vurmaq, qeybət, lovğalıq və digər bu kimi iyrənc xislətlərdən uzaqdır. Doğrudan da, etikasız ədəbiyyat və ədəbi bacarıq nəyə yarayır ki?! Əlbəttə, hər kəsin xüsusi və fərdi həyat tərzi var və kimsənin başqa bir insanın özəl həyatına müdaxilə etməsinə icazə verilmir. Burada əsas məqsəd, insanların cəmiyyət arasında sərgilədikləri ictimai davranışdan ibarətdir…
Çağdaş Azərbaycan ədəbiyyatının gənc nümayəndələrindən olan dəyərli qardaşım Nicat bəy Ərtürk sözün həqiqi mənasında ədəbiyyat sahəsində xüsusi istedadı və bacarığı ilə yanaşı, həm də gözəl əxlaq, etika sahibi olan dəyərli insan, öz şəxsiyyətinə sayğı ilə yanaşan aydın şəxsiyyətdir. Amma məsələ bununla bitmir. Çünki Nicat Ərtürk eyni halda öz milli kimliyinə sıx bağlı olan bir el şairi, vətəni və dövlətçiliyinə sadiq olan dəyərli bir vətəndaşdır. Bir insanın ədəbiyyat sahəsində xüsusi bacarığı ilə yanaşı, həm də həyatda gözəl əxlaq və etika sahibi olması, həmçinin, öz milli kimliyi, vətəni və dövlətçiliyinə sədaqətlə yanaşması isə onu çox gözəl bir simvola, əsil ədəbiyyat və insanlıq nümunəsinə çevirir. Bu günlərdə doğum gününü qeyd edəcək dəyərlimiz Nicat Ərtürk də belələrindəndir. Milli kimlik, vətən və dövlətçiliyə sədaqət isə əxlaq və etikanın tələblərindən olsa da, bunu ayrıca qeyd etmək xüsusi önəm daşıyır…

Arzu və diləklər:
Fürsətdən istifadə edib dəyərlimiz şair-publisist Nicat bəy Ərtürkü doğum günü ilə əlaqədar ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
28.05.2026

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“DİL, KİMLİK, VƏTƏN” ÜZƏRİNƏ BİR BAXIŞ

“DİL, KİMLİK, VƏTƏN” ÜZƏRİNƏ BİR BAXIŞ
(Dr. Şəhla xanım Aslanın “Dil, kimlik, vətən” kitabının təqdimatı)

Son zamanlar işıq üzü görmüş, eyni halda milli kimlik məfkurəsinə bir-başa bağlı olan dəyərli kitablardan biri də türk ellərinin dəyərli türk qızı, fəlsəfə doktoru, Prezident təqaüdçüsü, araşdırmaçı jurnalist, ədəbi təhlilçi, yazıçı-publisist Şəhla xanım Aslanın qələmə aldığı “Dil, kimlik, vətən” adlı kitabıdır. Burada həmin kitabın təqdimatı ilə tanış oluruq:

Ümumi məlumat:
Kİtabı adı: “Dil, kimlik, vətən” (İctimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası)
Müəllif: Dr. Şəhla Aslan
Ön söz müəllifi: Akademik Nizami Cəfərov
Naşir: “Qanun” Nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Ölçü: 130×200 mm
Səhifə sayı: 112 səhifə.

Müəlliflə qısa tanışlıq:
Şəhla Aslan Odlar Yurdu Azərbaycanın cənub bölgəsinin səfalı Yardımlı rayonunda dünyaya göz açmışdır. Orta məktəbi doğma yurdunda bitirdikdən sonra ali təhsilə başlamışdır. Bakalavr və magistratura təhsilini Azərbaycanda almış, doktorantura təhsilini isə qardaş Türkiyə Cümhuriyyətinin dövlət təqaüd proqramı ilə Qazi Universitetində fərqlənmə ilə başa vurmuşdur.
Təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru, “Manera.az” portalının baş redaktoru, təhsil araşdırmaları üzrə mütəxəssis, Prezident təqaüdçüsü, araşdırmaçı jurnalist, yazıçı-publisistdir. Bundan əlavə, həm də bacarıqlı ədəbi təhlilçidir. Bunu onun məlum kitabında təqdim etdiyi təhlillərdən açıq-aydın tərzdə müşahidə etmək mümkündür. Həmçinin, elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan dilinin tədrisi üzrə pedaqoji fəaliyyət göstərir.
Dr. Şəhla Aslan təhsil, dil, milli kimlik, milli şüur, mənəvi dəyərlər, Türk dünyası və mədəniyyət diplomatiyası istiqamətlərində araşdırmalar aparan, elmi-publisistik üslubu ilə seçilən alimlərdəndir.
Onun elmi və ədəbi axtarışları azərbaycançılıq düşüncəsinin, milli varlıq məsələlərinin və mədəni irsin müasir baxışla təqdiminə xidmət edir.
Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. “Dil, kimlik, vətən” əsəri onun indiyədək işıq üzü görmüş sayca dördüncü kitabıdır.

Kitab barədə:
“Dil, kimlik, vətən” kitabı ictimai-siyasi xadim, Azərbaycan və Türk ədəbiyyatının görkəmli siması, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ana dilinin milli varlıq, tarixi yaddaş və dövlətçilik şüuru ilə əlaqəsini araşdırır.
Kitabda şairin poeziyası, publisistikası və ictimai düşüncələri əsasında dilin kimliklə, kimliyin isə vətən anlayışı ilə vəhdəti sistemli şəkildə təhlil olunur.
Müəllif göstərir ki, S.Rüstəmxanlının yaradıcılığında ana dili millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli özünüdərkin əsas sütunu kimi təqdim olunur.
Xalq şairinin 80 illik yubileyi münasibətilə hazırlanmış bu kitab oxucunu ana dilinə yalnız söz kimi deyil, milli mövcudluğun taleyini müəyyən edən mənəvi və tarixi güc kimi baxmağa dəvət edir.
Ümumi baxımdan dr. Şəhla Aslanın “Dil, kimlik, vətən” kitabı Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə əlaqəsini elmi-nəzəri müstəvidə araşdıran sanballı tədqiqat əsəridir. Sabir Rüstəmxanlının ana dili, tarixi yaddaş və milli düşüncə mövzularındakı görüşlərinə əsaslanan kitab milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyır. Bu əsər, eyni halda Sabir Rüstəmxanlının yaradıcılığı vasitəsilə milli özünüdərk məsələsinə işıq tutur.

Kitabın ümumu məzmunu:
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun ön sözü ilə başlayan “Dil, kimlik, vətən” kitabı müəllifin sözləri, ardınca isə görkəmli ədib, mütəfəkkir yazıçı-şair Sabir Rüstəmxanlının qısa bioqrafik məlumatları və həyat hekayəsi ilə davam etmişdir.
Dr. Şəhla Aslan kitabını aşağıda göstərilən formada tərtib etmişdir:

  • Giriş
  • I Bölüm: Dilin fəlsəfi mahiyyəti və kimlik yaradıcı gücü;
  • II Bölüm: Xalq şairi Sabir Rüstəmxanlının düşüncələrində ana dili və Milli şüur;
  • III Bölüm: Xalq şairi Sabir Rüstəmxanlının poetikasında dilin varlığa çevrilməsi…
  • Son söz (nəticə)
    Kitabın son hissəsində isə istifadə edilmiş mənbə və qaynaqlar göstərilmişdir. Burada müəllifin 11 kitab və 2 elektron resusrsdan yararlandığı göstərilir.
    Müəllif görkəmli ədib Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə qələmə aldığı həmin kitabda dil, kimlik və vətən anlayışını şairin poeziyası, publisistikası və ictimai düşüncələri əsasında sistemli şəkildə araşdırmış, milli ideologiya sahəsinə, xüsusilə də dil, kimlik və vətən anlayışlarının vəhdətini araşdıraraq Sabir Rüstəmxanlının yaradıcılığında milli ideologiyanın izahı sahəsində öz dəyərli töhfəsini təqdim etmişdir.

Kitabın əsas ideyaları:
Kitabda təqdim edilən mövzular və təhlilləri diqqətlə nəzərdən keçirdikdə, aşağıda göstərilən əsas ideyaların yer aldığını təsbit etmək olar:

  1. Milli kimlik: Azərbaycan xalqının öz köklərinə, dilinə və mədəniyyətinə bağlı qalmasının vacibliyi;
  2. Azadlıq: Sovet dövründə milli azadlıq ideyalarının güclənməsi və gənclərin bu ideyalar ətrafında birləşməsi;
  3. Tarixi yaddaş: Keçmişin dərslərindən nəticə çıxarmaq və gələcək nəsillərə milli ruhu ötürmək;
  4. Mübarizə ruhu: Əsərdə oxucunun passivlikdən uzaqlaşdırılaraq milli mübarizəyə ruhlandırılması…

Kitabın əhəmiyyəti barədə:
Heç şübhəsiz, dr. Şəhla Aslanın məlum “Dil, kimlik, vətən” kitabının əhəmiyyətini aydınlaşdırmaq üçün hər şeydən öncə Azərbaycan və Türk ədəbiyyatının görkəmli siması Sabir Rüstəmxanlının şəxsiyyəti, milli və ədəbi dünyagörüşünü tanımaq bir zərurətdir.
Sabir Rüstəmxanlı Türk dünyasının sadəcə bir şairi və yazıçısı deyil, ədəbiyyat (şeir, nəsr, ədəbi təhlil və tənqid) sahəsində ustad simalardan biri olmaqla yanaşı, həm də ziyalı mütəfəkkir, milli oyanış və milli kimlik məfkurəsinin öndərlərindən biridir. O, ötən yarım əsr boyunca bütün bunları öz ədəbi əsərləri və çıxışlarında dəfələrlə oxucuları və dinləyicilərinə çatdırmışdır. Buna görə də Sabir Rüstəmxanlını Türk ədəbiyyatında milli kimlik və özünüdərk məfkurəsinin öndərlərindən biri olaraq təqdim etmək real və həqiqi olan bir həqiqətin səmimi etirafından başqa bir şey ola bilməz.
Şəhla xanımın öz təbiri ilə desəm, görkəmli yazıçı-şair Sabir Rüstəmxanlının əsərlərində bizə təqdim edilən çox önəmli bir nüans vardır və həmin nüans bundan ibarətdir: “Dilini qoruyan millət, özünü qoruyur, özünü qoruyan millət vətənini qoruyur, vətənini qoruyan millət isə tarix boyu dimdik ayaq üstə dayanmağı bacarır…”
Əslində dr. Şəhla həmin kitabda belə bir mütəfəkkir ədibin dil, milli kimlik və vətən mövzularında baxışlarını elmi şəkildə araşdıraraq təhlil etmiş, dil, milli kimlik və vətən anlayışlarının silsiləvari şəkildə bir-birinə sıx bağlı olduğunu bəyan etmiş və beləliklə də uyğun mövzuda samballı bir elmi əsər təqdim edərək, görkəmli ədibimiz S.Rüstəmxanlı ilə yanaşı öz adını da milli kimlik məfkurəsi tariximizin fəxarətli səhifələrinə həkk etməyi bacarmışdır.

Təşəkkür və arzular!
Fürsətdən istifadə edib dəyərlimiz dr. Şəhla xanım Aslana xalqımızn və türk dünyasının “Şəxsiyyət vəsiqəsi” sayılan milli kimlik mövzusuna xüsusi diqqət ayırdığı, eyni halda XX-XXI əsrlərin milli oyanış və milli kimlik carçılarından olan görkəmli ədibimiz Sabir Rüstəmxanlının uyğun mövzuda düşüncələri ilə bağlı yazıb ərsəyə gətirdiyi belə bir qiymətli əsərə görə səmimi minnətdarlığımı bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu kitabın milli kimlik mövzusu və görkəmli Sabir Rüstəmxanlı düşüncələrinin gələcəyimiz olan gənc nəsil arasında təbliğ edilməsi sahəsində faydalı olacağı ümidi ilə!
16.05.2026

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

İlqar İsmayılzadənin digər yazıları


Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU
(Azərbaycan ədəbi mühitinin görkəmli siması Xalq şairi Sabir Rüstəmxanlıya ithaf olunur)

Əslən Odlar Yurdu Azərbaycanın Cənub bölgəsində yerləşən səfalı Yardımlı rayonundan olsa da, Azərbaycan ədəbi mühitində, respublika səviyyəsində və eləcə də ölkə hüdudlarından kənarlarda tanınan və sevilən görkəmli şair və yazıçı, Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı adı və imzası hər birimizə tanışdır.
Bu il görkəmli ədibimizin 80 illik yubileyidir. Mən də fürsətdən istəfadə edərək bu qısa yazı ilə çıxış edib, onun haqqında ürək sözlərimi qələmə almaq və beləliklə də görkəmli Sabir Rüstəmxanlı qarşısında sayğılarımı və ədəbi borcumu yerinə yetirmək qərarına gəldim…

Subyektiv baxışlarım:
Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi Sabir Rüstəmxanlı barədə subyektiv baxışlarımı yazmaq mənə çox asandır. Çünki bununla bağlı yazacağım fikirlər əslində mənim inam və əqidəmdən irəli gələn tam səmimi sözlərdir:
Sabir Rüstəmxanlı ədəbiyyat sahəsinin öncül simalarından biri, Azərbaycanın nüfuzlu ictima-siyasi xadimi, siyasətçi, filoloq alim, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, dövlətçi, həm də yüksək mədəniyyət, etika və intellekt sahibi olan ziyalı şəxsiyyətdir.
Mənə görə, onu ölkə daxili və xaricində bu qədər dəyərli bir ədibə və görkəmli yazıçı-şairə çevirən əsas bir amil var. Həmin amil isə onun ustad şair və ustad yazıçı olmaqda yanaşı, həm də yüksək etika və mədəniyyət sahibi, xüsusilə də öz milli kimliyinə sıx bağlı olmasından ibarətdir.
Sabir Rüstəmxanlını milli kimliksiz təsəvvür etmək əsla mümkün deyil. Çünki o, bütün varlığı, düşüncələri, danışığı və istər şeir, istərsə də nəsr sahələrindəki yazıları ilə büsbütün milli kimliyi tərənnüm edən bir ustad, ziyalı mütəfəkkirdir. O, sözün həqiqi mənasında ədəbiyyat sahəsini milli kimlik duyğuları və düşüncələri ilə birləşdirmiş görkəmli bir insan, dəyərli bir qələm sahibidir.
Mənə görə, hər bir insanın və ya millətin milli kimliyi onun “Şəxsiyyət vəsiqəsi” kimidir. Şəxsiyyət vəsiqəsi olmayan və ya korlanan şəxsin işləri bərbad olduğu kimi öz milli kimliyinə sahib çıxmayan və ya onu ayrı-ayrı siyasi, ictimai, mədəni və s. amillər nəticəsində qarışıq salan insanın və millətin də bu günü və gələcəyi bəlli, uğurlu və məsud ola bilməz.
Görkəmli və ziyalı ədibimiz ilkin olaraq Azərbaycan xalqı, ikinci mərhələdə isə türk dünyasına öz milli kimliyini tərənnüm edən və tanıtdıran bir mürşiddir. O, həmişə öz xalqının oyanışına, azadlığı və inkişafına çalışan bir ictimai, ədəbi və siyasi xadim olaraq millətin yaddaşında yer almışdır. Bu da onun istər ötən əsrdə, istərsə də müasir dövrümüzdə, çağdaş Azərbaycan ədəbiyyatında nə qədər önəmli və vazkeçilməz bir şəxsiyyət olduğunu göstərir.
Burada görkəmli ədibimizlə bağlı ayrı bir məqama da işarə etmək bir zərurətdir. Həmin məqam Sabir Rüstəmxanlının bütün ömrü boyu həm də millətin xurafat, mövhumat və mənasızlaşmadan uzaqlaşması üçün göstərdiyi ardıcıl səylərindən ibarətdir. Etiraf etmək lazımdır ki, Sabir Rüstəmxanlı çağdaş dövrümüzün Seyid Əzim Şirvanisi, Mirzə Ələkbər Sabiri və Cəlil Məmmədquluzadəsidir. Mən bu bənzətməni hər hansı bir hədəfsiz çıxış və ya söz gəlişi üçün deyil, əslində şüurlu formada görkəmli ictimai-siyasi xadim və aydın ədibimiz olan Sabir Rüstəmxanlının ictimai, mədəni və ədəbi sahələrdə malik olduğu yüksək məqamı müasir nəslimizə çatdirmaq üçün qələmə aldım.

Ötən əsrdən bir xatirə:
Etiraf edim ki, Sabir Rüstəmxanlının ötən əsrin sonlarında işıq üzü görmüş “Ömür kitabı” adlı əsəri Azərbaycan xalqının bir çox təbəqələri və xüsusilə də gənc nəslin nümayəndələri kimi məni də təsirləndirmiş və ömrümün yolunda bir çırağ olmuşdur. Heç vaxt unuda bilmərəm, mənim 12 yaşım olanda soyuq qış günlərinin birində mərhum atam evə gələrkən özü ilə bir kitab gətirdi və onu ilk olaraq mənə uzadıb oxunulası bir kitab olduğunu, orada insan ömrünün uğur yollarının yazıldığını söylədi. Kitabın adı “Ömür kitabı”, müəllifi isə Sabir Rüstəmxanlı idi…
Mərhum atamın kitabxanası və müxtəlif mövzularda çoxlu kitabları olsa da, yalnız bu kitab barədə mənə söylədiyi söz onu mənim üçün maraqlı bir kitaba çevirmişdi.
Mən kitaba baxıb səhifələrinə ötəri baxdıqdan sonra onu kitab şkafına qoydum. Sonrakı fürsətlərdə asudə vaxtlarımda həmin kitabı oxumağa başladım. Doğrudur, ilk dəfə onu oxuyanda hər şeyi olmasa da onun ehtiva etdiyi əsas fikirlər və mesajları anlayırdım. Amma daha sonralar o kitabı mütaliə edərkən milli, vətənpərvərlik və yurdsevərlərik duyğularım coşurdu. Mən o kitabı hər dəfə oxuyanda qəlbimdə vətənə, hürriyyət və azadlığa, milli-mənəvi dəyərlərə sadiqlik hisslərim oyanır, yeniyetmə yaşlarımda ikən milli şüurum və milli kimliyimi dərk etməyə başlayırdım… Hətta, həmin kitabın o vaxtlar meydan hərəkatında dayaq rolunu oynadığı, bayraq və milli simvol kimi meydanlara çıxarıldığını, həmçinin, bəxt evinə yola salınan gəlinlərə cehiz kimi verildiyini də eşitdim…
Beləliklə də Sabir Rüstəmxanlı mənim üçün 12 yaşımdan etibarən bir ustad və mürşid olaraq yaddaşıma həkk olundu. Ömrümün keçən illərində və bu gün də hər dəfə onu uyğun sahələrdə çıxış edən və yazan görüb qürur hissi keçirir və fəxarət hissi duyuram. Çünki o, görkəmli bir şair-yazıçı olaraq həm də öz milli kimliyini tanıyan və təbliğ edən əsil türk oğlu, bütün varlığı və düşüncələri ilə ədəbiyyat və milli kimlik yoludur…

Arzu və diləklərim:
Bu yazının sonunda Ulu Tanrıdan bu il 80 illik yubileyini qeyd edən ölkəmizin əziz və dəyərli ziyalısı, ədəbiyyatla yanaşı milli ruh və milli kimliyin carçısı, Azərbaycan ədəbi mühitinin və çağdaş Azərbaycan ədəbiyyatının fəxarəti və görkəmli nümayəndəsi, ustad şair və yazıçı, hörmətli Sabir Rüstəmxanlıya uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
15.05.2026

İlqar İsmayılzadənin digər yazıları

SABİR RÜSTƏMXANLININ YAZILARI


Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I