Etiket arxivi: Amina

Dünyanın ən təhlükəli məzarı

Arlington Milli Məzarında yerləşən və heç kimin həyatını risk etmədən yaxınlaşa bilməyəcəyi qədər təhlükəli bir məzar var. Bu məzar, 1961-ci ildə baş verən və ABŞ nüvə enerjisi tarixində ən şok edici qəzalarından biri olan SL-1 reaktor qəzasının qurbanı Rişard Leroy Makinliyə aiddir.

SL-1 Qəzası

SL-1, ABŞ-ın Aydaho Dövlət Laboratoriyasında yerləşən kiçik bir hərbi nüvə reaktorudur. 3 yanvar 1961-ci ildə reaktorun nüvə çubuqlarından biri qəfildən çıxarılır və kritik vəziyyət yaranır. Bu, ani nüvə partlayışı ilə nəticələnir. Partlayış zamanı üç işçi həlak olur, onlardan biri də Rişard Leroy Makinlidir.
Qəza o qədər ciddi idi ki, partlayış zamanı buraxılan radiasiya onların bədəninə ölümcül dozada təsir etdi. Makinlinin bədəni o qədər çox radiasiya udmuşdu ki, onu adi üsullarla basdırmaq mümkün deyildi.
Buna görə də nüvə mühəndisləri dünyada bənzəri olmayan bir məzar hazırladılar:

Məzar metrlərlə yerin altında yerləşir və təbiət şərtlərindən tam izolyasiya olunub.
Çoxqatlı Tabut Sistemi: Makinlinin bədəni ilk metal tabuta qoyulur, sonra bu tabut bir neçə əlavə tabutun içində yerləşdirilir. Hər bir tabut pambıq, plastik və xüsusi naylon qatları ilə vakuumda möhürlənir. Son qat isə qurğuşunla örtülmüş tabutdur, radiasiyanın yayılmasını minimuma endirir.

Təhlükəsizlik: Məzara icazəsiz yaxınlaşmaq qeyri-mümkündür. Məzarlıq qoruyucuları və xüsusi protokollar radiasiya təhlükəsini önləmək üçün hazırlanıb.
Makinlinin bədəni hələ də radiasiya yayır, bu səbəbdən məzar “dünyanın ən təhlükəli məzarı” adlandırılır.

Bu məzar, nüvə enerjisinin gücünü və təhlükəsini xatırladan bir xəbərdarlıq rolunu daşıyır: Atomun gücü bağışlamır və bəzi şeyləri zaman belə basdıra bilmir.

SL-1 qəzası və Makinlinin məzarı nüvə təhlükəsizliyi sahəsində dərs oldu. Qəza nəticəsində gələcək reaktor layihələrində təhlükəsizlik protokolları gücləndirildi, işçi təhlükəsizliyi və radiasiya izolyasiyası standartları ciddi şəkildə yeniləndi.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

NÖVBƏTİ UĞURLU ADDIM

NÖVBƏTİ UĞURLU ADDIM

Azərbaycan və Özbək şairlərinin hər iki dildə çıxan antologiyasının daha bir təhsil ocağında təqdimatı keçirildi. Antologiya “Ədəbi və əbədi körpü” adlanır. Qalın üz qabığı, nəfis tərtibatla hazırlanan 336 səhifəlik kitab “Maarif” nəşriyyatı tərəfindən çap olunub. “İsmayıllı Yazarları Ədəbi İcyimai Birliyi” tərəfindən tərtib olunan antologiya Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun vəsaiti hesabına ərsəyə gəlib.
Özbək dilindəki şeirləri Azərbaycan dilinə Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki şeirləri Özbək dilinə Şəhla Qasımova tərcümə edib, uyğunlaşdırıb. Kitabın tərtibatçısı Büllur Məmmədovadır.
Kitaba Azərbaycan şairlərindən Maarif Soltanın, İbrahim İlyaslının, Adilə Nəzərin, Əkbər Qoşalının, Mövlud Teymurun, Şahməmməd Dağlaroğlunun, Murad Məhərrəmin, Turac Hilalın, Cəbrayıl Hüseynin, Rüstəm Məbudoğlunun, Mehriban İbrahimovanın, Özbək şairlərindən Abdulla Vəhşin, Münəvvər Osmanovanın, Mənzurə Bəxtiyarın, Sənubər Mehmanın, Nurxan Əlimirzəyevanın, Dilarəm Əbdürəhmanqızının, Gülzirə Şərifovanın, Nurbəy Babanəzərovun, Zilalə Xocaniyazovanın, İlham Nəbinin və Zilaləbanu Xalıqovanın şeirləri və qısa bibloqrafik məlumatları daxil edilmişdir.
Növbəti təqdimat tədbiri 17 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildi. Tədbirdə “İsmayıllı Yazarları Ədəbi İctimai Birliyi”nin sədri şair Şahməmməd Dağlaroğlu, yazıçı Əli bəy Azəri, Büllur Məmmədova, Kollecin bir qrup müəllim və tələbə heyəti iştirak etdilər.
Şahməmməd Dağlaroğlu geniş məzmunda çıxış edərək tədbir iştirakçılarına layihə və onun ərsəyə gəlməsi barədə məlumat verdi, şeirlər səsləndirdi və tələbələrin suallarını cavablandırdı. Yazıçı Əli bəy Azəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, onun inkişafından danışdı, hər iki qardaş xalqın tarixi köklərindən, yaxınlığından bəhs etdi.
Tələbələr arasından bir neçə nəfər şeirlər səsləndirdilər.

Kollecin müəllimi yekun sözü ilə çıxış etdi. Qiraətçi tələbələrə kitablar hədiyyə olundu.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

Yazar Etibar Həsənzadə Fəxri Üzv seçildi

Yazar Etibar Həsənzadə Fəxri Üzv seçildi

Yazar Etibar Həsənzadə Azərbaycan Qan Donorlugunun İnkişaf Mərkəzinin idarə heyətinin Fəxri üzvü seçilmişdir .

Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir:

“Mənim də fəaliyyətimi dəyərləndirdiyinə və Fəxri üzv olmağa layiq bildiklərinə görə Azərbaycan Qan Donorlugunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul bəyə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizdən var olun.”

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

ƏDƏBİ OVQAT – 11

ƏDƏBİ OVQAT – 11 – PDF:

“Ədəbi ovqat” jurnalı

“Ədəbi ovqat” jurnalının bütün sayları (PDF)

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gəlin Qayası (Daşkəsən) haqqında məlumat – foto

Azərbaycan ərazisində – ümumilikdə türk torpaqlarında “Gəlin Qayası” və oxşar toponimlərə çox rast gəlirik. Fotoda gördüyünüz Gəlin Qayası Azərbaycan Respublikasının Daşkəsən rayonu, Dəstəfur (Dəstəgir, Dəstəgül) kəndi yaxınlığında dəniz səviyyəsindən 2364 metr hündürlükdə yerləşən ən möhtəşəm təbii abidələrdən biridir.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəmil Sadiq Turan Akademiyasının Qurucu üzvü seçildi

Şəmil Sadiq Turan Akademiyasının Qurucu üzvü seçildi
8 oktyabr 2025-ci ildə Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirildi. Mərasimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan tanınmış alimlər, ictimai-mədəniyyət xadimləri, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Akademiyanın missiyası türk ölkələrinin alim və ictimai xadimlərini birləşdirərək ortaq elmi-mədəni məkan formalaşdırmaq, türk sivilizasiyasının zəngin irsinin tədqiq və təbliğini gücləndirmək, eləcə də gənc tədqiqatçıların elmi potensialını artırmaqdır.

Tədbirin moderatoru “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, PhD, dosent, Turan Akademiyasının vitse-prezidenti Gülcanat Yubatqanqızı Tayauova olub. Açılışı Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstanın Əməkdar xadimi Rahman Alşanov və Akademiyanın həmsədri, Türk Xalqları Şurasının sədri, ictimai xadim Mahmut Oral elan ediblər. Mərasim çərçivəsində Akademiyanın yeni üzvlərinə diplomlar təqdim olunub, iştirakçı ölkələrin rəsmi nümayəndələri, alimlər və ictimai xadimlər təbrik çıxışları ediblər.

Turan Akademiyasının Azərbaycandan olan qurucu üzvü — Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq mərasimdə çıxış edərək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Azərbaycanda toplaşdığı bir vaxtda Qazaxıstanda, məhz “Turan” Universitetində Turan Akademiyasının təsisini önəmli hadisə hesab etdiyini vurğulayaraq və alqışladığını bildirib. O, Turan Akademiyasının nəzdində “Turan Uşaq Akademiyası”nın Azərbaycanda Hədəf Şirkətlər Qrupu tərəfindən qurulmasını təklif edib: məqsəd məktəbdən başlayaraq gənclər arasında elmi marağı gücləndirmək, şagirdlər arasında elmi əlaqələri və dostluqları genişləndirməkdir. Təklif Akademiya üzvləri tərəfindən müsbət qarşılanıb. Sonda Şəmil Sadiq böyük filosof-şair Hüseyn Cavidə həsr etdiyi “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyanı universitetin rektoruna təqdim edib.

Turan Akademiyasının tam üzvləri seçilən şəxslər aşağıdakılardır:

  • Raxman Alşanov – Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstan Respublikasının Əməkdar xadimi;
  • Mahmut Oral – Turan Akademiyasının həmsədri, Türk Xalqları Şurasının Baş sədri (Türkiyə);
  • Güljanat Jubatqanqızı Tayauova – Turan Akademiyasının vitse-prezidenti, “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, fəlsəfə üzrə PhD, dosent, Qazaxıstan Respublikası İqtisadi Elmlər Akademiyasının akademiki;
  • Ali Kılıç – yazıçı, jurnalist, ictimai və siyasi xadim, “Turan” Universitetinin Müşahidə Şurasının üzvü (Türkiyə);
  • Adil Axmetov – filologiya elmləri doktoru, professor, siyasətçi, diplomat, Qazaxıstanın Əməkdar xadimi;
  • Vedat Köle – Qədim Türk Akademiyasının prezidenti (Türkiyə);
  • Abdıldajan Akmataliev – filologiya elmləri doktoru, professor, Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki;
  • Şəmil Kamil oğlu Sadıqov – PhD, dosent, Hedef Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan);
  • Almasbek Maulenov – filologiya elmləri doktoru, professor, türkoloq, Jambıl adına Filoloji Tədqiqatlar Mərkəzinin direktoru (Qazaxıstan);
  • Asan Turabayev – akademik Ə. Kuatbekov adına Xalqlar Dostluğu Universitetinin professoru, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Əməkdə fərqlənməyə görə” medalı laureatı (Qazaxıstan);
  • İlesbek Bayjanov – mühəndis, iqtisadçı, jurnalist, yazıçı, “Aqyqat – 1” İctimai Birliyinin sədri (Qazaxıstan);
  • Ulıqbek Yesdəulet – şair, ədəbiyyatşünas, publisist, Qazaxıstanın Əməkdar xadimi;
  • Yüksel Yalova – Türk-Fransız Mədəniyyət Cəmiyyətinin sədri, Okan Universitetinin Müşahidə Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq sədr müavini (Türkiyə);
  • Semih Güneri – arxeoloq, professor, akademik, yazıçı (Türkiyə);
  • Sacid Turanlı – PhD, professor, Qazi Universitetinin Ortopediya və Travmatologiya kafedrasının sabiq müdiri (Türkiyə);
  • Osman Karatay – tarix elmləri professoru, akademik, Egey Universiteti (Türkiyə);
  • Nedjati Demir – filologiya elmləri professoru, türk dili və ədəbiyyatı üzrə mütəxəssis, Qazi Universitetinin kafedra müdiri (Türkiyə);
  • Hilmi Özden – tibb elmləri doktoru, professor, Eskişehir Osmangazi Universiteti Türk Dünyası Tədqiqat və Tətbiqetmə Mərkəzinin rəhbəri (Türkiyə);
  • Ekrem Memiş – professor, tarixçi, tədqiqatçı və yazıçı, Türkiyə və Yaxın Şərq tarixi üzrə mütəxəssis (Türkiyə);
  • Berdi Sarıyev – filologiya elmləri doktoru, professor, Ankara Universitetinin Müasir Türk Dilləri kafedrasının müəllimi, Atatürkün “Nutuk” əsərini türkmən dilinə tərcümə edən alim (Türkmənistan);
  • Mehmet Ali Esmer – Trakya Universitetinin Memarlıq fakültəsinin professoru, Mimar Sinan Fondunun sədri (Türkiyə);
  • Babək Cavanshir – dosent, tarixçi, türkoloq, İran türklərinin tarixi və mədəniyyəti üzrə tədqiqatçı (İran);
  • Rasul Axmetov – Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini, İctimai Diplomatiya Fondunun prezidenti, “Ahıska” türk etnomədəni birliyinin sədr müavini (Qazaxıstan);
  • Feruza Cumaniazova – tarix elmləri doktoru, türkoloq, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi (Özbəkistan);
  • Nurettin Çakır – PhD, tarix və coğrafiya müəllimi, türk dili tədrisi və tərcümə sahəsi üzrə tədqiqatçı (Türkiyə).

Mərasimdə Akademiyanın loqotipi də təqdim olunub. Loqotipin İdeya müəllifi Raxman Alşanov, qrafik dizayneri Murat Çevikdir. Loqotipin bədii həlli qədim türk qayaüstü təsvirlərindən ilhamlanır və Turan coğrafiyasının sakral rəmzlərini əks etdirir.

Turan Akademiyası türk xalqlarının elmi və mədəni əməkdaşlığını dərinləşdirməyi hədəfləyən beynəlxalq platformadır. Açılış mərasimi gələcək birgə tədqiqat layihələri, konfranslar və gənclər üçün elmi proqramların həyata keçirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Происхождение слова “интеллигент”

Происхождение слова “интеллигент”

В древнем Риме основной силой государства была армия. И служили в этой армии все граждане Рима. Если ты не служишь или не работаешь на армию Рима, то ты не гражданин Рима и не римлянин, соответственно. Вот и вся система Римского государства.
Римская армия, в свою очередь, состояла из легионов, легионы из когорт, когорты из центурий, центурии из манипул. Отсюда и понятие “манипулировать”. Легион состоял из 5 когорт, когорта из 10 центурий, центурия из 10 манипул, манипула из 10 легионеров.
Исходя из этого, можно рассчитать численный состав легиона – это 5.000 воинов. Воины внутри легиона разделялись на новичков, обученных, опытных, ветеранов и элиту.
Новички составляли обычно первую когорту, во второй когорте сражались воины, побывавшие в сражении, в третьей когорте сражались воины, побывавшие в нескольких сражениях, в четвёртой когорте сражались воины, за плечами которых целые кампании. И, наконец, пятая когорта или, по-другому, “непобедимая когорта” или “последняя тысяча”.
Это когорта состояла из самых опытных воинов, воинов, за плечами которых были не только компании, а целые войны, и вступала в бой эта когорта в самый решающий момент схватки и именно она решала исход сражения.
Эта когорта никогда не отступала без приказа – она побеждала противника или погибала! Потому она и называлась “непобедимой”, т.к. её нельзя было победить. Её можно было только уничтожить.
А уничтожив последнюю когорту легиона – противник уничтожал весь легион, т.к. основной костяк легиона – это именно те воины, которые и были хранителями орла легиона. Так вот, именно воины последней когорты легиона и назывались в древнем Риме интеллигентами.
Почему же эти воины назывались интеллигентами, т.е. “понимающими”?
А очень просто. Этим людям не надо было ничего объяснять, они сами всё знали и понимали, что им делать, и когда делать. Им не надо было объяснять как построиться черепахой; им не надо было объяснять когда поднимать щит, а когда нет; им не надо объяснять, как разомкнуть строй и, как его сомкнуть, им не надо объяснять когда им надо достать гладий, а когда работать пилумом.
Эти воины сами всё знали, всё понимали, и именно поэтому их называли понимающими, т.е., интеллигентами.
И именно в этих воинах была сокрушающая мощь Рима. Из этих воинов набиралась преторианская гвардия и когорты сената. Быть интеллигентом, то есть, воином последней когорты, считали за честь для себя патриции, сенаторы, трибуны, цензоры, преторы и т.д.
То есть, быть воином последней когорты – значит быть профессионалом в военном деле высочайшего класса, быть достойным плечом к плечу сражаться рядом с лучшими людьми Рима и это значит быть самому – представителем лучших людей Рима.
Интеллигенция – это становой хребет Римской Империи. Интеллигенция – это скелет римского общества. Интеллигенция – это то, на чём стоял Рим.

Məlumatı hazıladı: Amina

AMİNANIN DİGƏR YAZILARI

İlk “Nobel imtinaçısı” Lev Tolstoy

İlk “Nobel imtinaçısı” Lev Tolstoy
1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi.
Tolstoy fin dostu yazıçı və tərcüməçi dostu Arvid Järnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda “Hərb və Sülh”ün müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr “Nobel” mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Järnefeltə yazdığı sonrakı məktublarında onu “böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün” minnətdarlığını bildirirdir.
Bütün dünyanı bu hadisə şoka salsa da və illərlə cavabsız qalsa da, o ölümünə bir il qalmış, yəni 1909-cu ildə nəhayət ki, Nobeldən niyə imtina etdiyini bir cümlə ilə izah etdi:

“Mən əsərlərimi mənə hansısa mükafat verilsin deyə yazmamışam, ona görə yazmışam ki, bəşəriyyət yazıqlarımdan az da olsa, nəticə çıxarsın…”

Mənbə və müəllif: Amina

AMİNANIN DİGƏR YAZILARI