Ağdam Rayon İcra Hakimiyyətinin başçısıHörmətli Vaqif Həsənov cənablarına təşəkkür edirəm

TƏŞƏKKÜR MƏKTUBU

Ağdam Rayon İcra Hakimiyyətinə,
YAP Ağdam Rayon Təşkilatına,
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı
Hörmətli Vaqif Həsənov cənablarına,

Mən, Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu, Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində sol ayağımın amputasiya olunması həyatımda ağır bir sınaq oldu. Bu çətin günlərdə göstərdiyiniz diqqət və qayğı mənim və ailəmin yaddaşında xüsusi yer tutdu.
24 aprel 2026-cı il tarixdə mənim yaşadığım evdə şəxsən məni ziyarət etməyiniz, səhhətimlə maraqlanmağınız və mənəvi dəstək göstərməyiniz yüksək humanistlik nümunəsidir. Eyni zamanda, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən diqqət və qayğıya görə Sizə və kollektivinizə təşəkkür edirəm.
Həmçinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyevə də göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm.

Sizin kimi rəhbərlərin və dövlətimizin diqqət və qayğısı bizə güc verir, gələcəyə daha böyük ümidlə baxmağa ruhlandırır.
Bir daha Sizə öz və Ailəmin adından təşəkkürümü bildirirəm fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Abbasov Ceyhun Firdovsi oğlu,
Ağdam rayonu, Yusifcanlı kənd sakini

Zaur Ustac – Aşiq gecələr

AŞİQ GECƏLƏR
O zülmət gecənə şam olum, gülüm,
O gül cəmalına aşiq gecələr!
“İşıldaquş”ların işığı vecsiz,
Əriyən mumlara aşiq gecələr!

Pərvanə sən olan gecəyə mumam,
Haqqım var, bir kəlmə şirin söz umam,
İstərəm bir gecə qoynunda uyam,
Yumulu gözlərə aşiq gecələr…

“Gecənin öz sirri, öz aləmi var”,
Əlbəttə, Ustac da bundan xəbərdar,
Şəhrizad misalı, sirli, gözəl yar,
Sirli gözəllərə aşiq gecələr.
04.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəndab – Aşiq gecələr

AŞİQ GECƏLƏR

Ağır zülmət kimi çökər qaranlıq,
Torpağın üstünə, daşın üstünə.
Qor kimi basılar yaş kirpiklərim,
Gözümdən süzülən yaşın üstünə.

Qaranlıq sirlərin qara yuvası,
Görünməz sevinci, tükənməz yası,
Gündüzlə bitməyən qara sevdası,
Dağ basar sinəmdə dağın üstünə.

Gecənin öz sirri, öz aləmi var,
Gecələr gen dünya olar mənə dar.
Səssiz gecələrdə səssiz haraylar,
Başqa bir dünyaya aparar məni.

Titrəyən yarpaqlar dodaqlar kimi,
Elə hey gizəmlə pıçıldaşarlar,
Yalnızlıq qorxusu sıxar qəlbimi,
Arayar qollarım Yarı, gecələr.
Müəllif: QƏNDAB

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I