Etiket arxivi: Arzu Yuqub qızı

Aqşin Hacızadənin 55 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – Bərdə

Bu gün 19 noyabr 2024- cü il tarixində Bərdə rayon MKS- nin S.Vurğun adına Mərkəzi Kitabxanasında dəyərli şair qardaşım, 6 kitab müəllifi,l ci Qarabağ Müharibəsi iştirakçısı Aqşin müəllim Hacızadənin 55 illik yubileyinə həsr olunan ” Vətənpərvər şairin yaradıcılığı” adlı ədəbi – bədii gecə təşkil olundu.Tədbirdə iştirakıma görə kitabxananın rəhbərliyinə öz təşəkkürümü bildirirəm.Başda Aqşin müəllim olmaqla çox dəyərli insanların olduğu bu tədbir mənim üçün çox yaddaqalan gün oldu.Təbrik edirəm dəyərli şair qardaşım.Can sağlığı,yaradıcılıq uğurları və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıran.Qələminiz heç vaxt tükənməsin, ruhunuz yorulmasın.Allah sizi qorusun. Tədbirdən fotolar:

Müəllif və mənbə: Arzu Yuqub qızı

Arzu Yuqub qıznın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Arzu Yuqub qızı – şeir

Qayadan ürək olmaz

Məndən soruş necəsən,
Bəlkə dərd əridirəm.
Səbrimi körpə kimi
Könlümdə kiridirəm.

Ya sən məndən üz çevir,
Ya mən səni unudum.
Böynubükük ümidi
Axı necə ovudum.

Məndən soruş necəsən,
Günüm xoşmu, qaramı?..
Sənsiz xatirələrim,
Sızıldadır yaramı.

Bəlkə bulud kimiyəm,
Dolmaq o qədər asan.
Ah, axıb tökülürsən,
Küskünləşən yanaqdan.

Məndən soruş necəsən,
Yağışdayam , qardayam?
Uzaqdayam , yaxında,
Bilirsənmi hardayam?..

Söyüd ümidlərimin
Yoluram tellərini.
Varsan, yoxsan bilmirəm,
Üzmüşəm əllərimi.

Bəlkə soruşmayasan,
Bəlkə də belə yaxşı.
Eh səbrim ilmələnib
Olub ömrün naxışı.

Neynirsən soruşasan,
Soruşmaq gərək deyil.
Qayadan ürək olmaz,
Səninki ürək deyil.

Müəllif və mənbə: Arzu Yuqub qızı

Arzu Yuqub qıznın yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru