Etiket arxivi: ƏLİZADƏ NURİ

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

TURAN FƏDAİSİ – BÖYÜK SÖZ USTASI

Söz müdriklərindən olan Pablo Nerudanın dəyərli bir frazasını xatırlayıram: “Şeir yazan üçün deyil, ona ehtiyac hiss edən oxucu üçündür”
Rüstəm Behrudi də hər vaxt özünü, öz qanadlı düşüncələrini qələmə alsa da, sevimli oxucusunu, onun ruhi rahatlığını düşünüb.
Rüstəm nəhəng şairdir, onun hüdudsuz, intəhasız poetik dünyası var.
Onun poeziyası nadir nüsxələrdəndir. Özünəməxsus, bənzərsiz bədii üslubu, cilalı dili, geniş nəfəsi ilə poeziyanın dərin qatlarına enib Rüstəm…
Hələ neçə illər qabaq mərhum professor, ədəbiyyat bilicisi Tofiq Haciyev yazırdı: …”Dədə Qorqud” kitabından sonra heç kəsdə etnik tariximiz Rüstəm Behrudi poeziyasında olduğu qədər bədiilik predmetinə çevrilməyib.
Əhməd Bican Ərcilasun isə deyir: “Əslində o, qopuzuyla, davuluyla, duasıyla zamanı tilsimləyən bir Şaman nəvəsidir. Sehrli misralarıyla zamanı düyünləmiş, zamanın axışı dupdurulmuşdur…”
Təkcə “Salam, dar ağacı” şeirini yazmaq bəs edərdi ki, Rüstəm uludan ulu şeirimizin ən üst qatında yer alsın.
Sözə bir baxın:

…Rəngi bayrağımda yarpağlarının
Salam, dar ağacı! Əleyküm-salam!

Böyük ruh şairinin elə bu şeirinə Ramiz Rövşənin qiyməti yetərlidir: “Dar ağacına salam verən çox şair olub, ancaq dar ağacının salamını aldığı yeganə şair Rüstəm Behrudidir”
Rüstəm Behrudi Şaman dualarıyla Turan yolçuluğuna çıxan şairdir.
Rüstəm Behrudi- zamanın fövqündə yaşayan bu böyük şair həm də mənim dostumdur, qürur duyduğum dostum!
O, alicənab və səmimidir, bütöv xarakterdir. Rüstəm o qədər mərhəmətlidir ki, son pencəyini çıxarıb üşüyən bir ağacın çiyninə də ata bilər…
Rüstəm böyük poeziyaya kitabdan, mütaliədən yox, tanrıdan gəlir- Tanrı şairidir Rüstəm Behrudi!
Poeziyası ilahi heyrətdən doğan şair, Tanrı səni və qələmini qorusun!
“Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz” deyirdi Aqutaqava.
Arxayın ol, Rüstəm, bu dünyada heç bir zənginlik sənin poeziyanın bədəli deyil!

Sevgi və hörmətlə: ƏLİZADƏ NURİ

RÜSTƏM BEHRUDİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru