Etiket arxivi: Məhsəti Musa

Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu

Ağcabədidə Rəşad Məcidin 60 illik yubileyi qeyd olundu
Əməkdar mədəniyyət işçisi, yazıçı, publisist RƏŞAD MƏSCİDin 60 illik yubileyi münasibəti ilə onun doğulduğu Ağcabədi rayonunda ədəbi-bədii tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirin birinci hissəsində Rəşad Məcidin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi “Əməkdar mədəniyyət işçisi Rəşad Məcid- 60 “ başlıqlı sərgidə yazıçının Azərbaycan dilində, həmçinin xarici dillərdə nəşr olunan kitabları, o cümlədən redaktoru olduğu və haqqında yazılan kitablar nümayiş etdirilib.
Sonra tədbir mərkəzin konfrans zalında davam edib. Əvvəlcə Rəşad Məcidin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbirin moderatoru, yazıçı, publisist Aqil Abbas açılış nitqi ilə çıxış edərək yubliyarı səhnədəki yerinə dəvət edib.
Tədbirdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qabaqcıl maarif xadimi Ədalət Hüseynov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Rəşad Məcidin yaradıcılığından, uğurlu fəaliyyətindən söz açıb, öz ürək sözlərini, xoş arzularını bildiriblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yubliyarı Fəxri fərman və hədiyyə ilə təbrik edib.
Tədbirdə həmçinin Rəşad Məcidin Ağcabədidə çıxan “Sürət” (hazırkı “Aran” qəzeti) qəzetində 1982-ci ildə çap olunmuş ilk şeiri məktəbli Nəimi Ağayev tərəfindən səsləndirilib. Rəşad Məcidlə Şuşada tanış olmuş daha bir məktəblinin – Məcid Məmmədovun şairin “Cıdır düzü” şeirini səsləndirməsi və sazda “Ruhani” havası çalaraq onu təbrik etməsi tədbirdə xüsusi ovqat yaradıb.
Görüşdə Rəşad Məcidin şeirinə bəstələnmiş və digər mahnılar ifa olunub.
Yekunda yubilyara söz verilib. O, hər dəfə doğma Ağcabədiyə gəlməkdən çox məmnun olduğunu qeyd edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Fotolar:

                                                                                                                    

Əlavə məlumat: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Müəllif: Məhsəti Musa

Məhsəti Musanın yazıları

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akəm Xaqan təqdim edir: – Məhsəti Musa

Mən Məhsəti Musa şəxsiyyətinə və yaradıcılığına xüsusi diqqət yetirir, sevgiylə yanaşıram. Onun yazı üslubu, poetik yanaşması seçildiyi qədər də canlılığı ilə diqqət çəkir. Ən azından ümid qığılcımlarını sönməyə qoymur…
Məhz bu bəndləri oxuduqca canlanan səhnə, yaşadığımız mühit və dövrəmizdəki adamlar məni düşünməyə vadar etdi;
Tənbeh və bənzətmələrin orijinallığı göz oxşasa da mövzunun yükü, ifadələrin ağrı-acısı, müəllifin yaşam halı da məni qədərincə üzdü. Qanımı doldurdu…

Məhsəti Musadan bir şeir:

İçindəki yalqızlıq
Gecə-gündüz ulayar
Bir göynərti sinəni
Həzin-həzin yalayar

Hayqırmaq istəyərsən,
Səsin çatmaz özünə
Sırtıq adamlar kimi
Tale durar üzünə

“Yaşadığın” tabutda
Boğularsan, susarsan
Sonra tutub özünü
Boşluqlardan asarsan

Boşluqlar nəhəng-nəhəng
Boşluqlar qara-qara
Ümid arxa çevirib
Günəşli sabahlara.

Ayağın altda kətil,
Kəndir artıq əlində
Birdən için titrəyər,
Kəndir çıxar əlindən.

İki cüt körpə gözü
Gözlərinə zillənər.
Gözlər nələr danışar,
Gözlər necə dillənər ?

Enib inad atından
Ölümlə ötüşməzsən
Dünya düşsə də gözdən,
Sən dünyadan düşməzsən.

Akəm Xaqanın yazıları

Məhsəti Musanın yazıları

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru