Sabah pafosla desək mənim günümdür. Amma bəlkə də ilk və son dəfə AYB kitabımın təqdimatına şahidlik edəcək… Nədən?! Bu qərarı verməyimə səbəb ilk dəfə qatıldığım iki kitab sərgisi oldu. Bir zamanlar cəmiyyətin az qala elitası, ən ziyalı, hörmətli, kitablarının çapından aldıqları qonorarlar sayəsində müəyyən qədər yaxşı dolanan zümrəsi yazarlar idi. İndi isə!.. Oxucusuz qalan müəllif cüzi tirajla çap edilmiş kitabını sata bilmir. Bizim məktəb dövrümüzdə ədəbiyyat adamlarını dərsliklərdən savayı məktəb və kənd kitabxanasına gətirilən bədii kitablardan tanıyırdıq. “Azərbaycan” jurnalının səbirsizliklə çıxmasını gözləyir, yeni yazılmış ədəbi nümunələri acgözlüklə oxuyurdum. Bu gün qələm adamına əfsus ki belə bir jest yoxdur. Bəlkə də indiki gənclərin maraq dünyalarının oğru və ya digər pis vərdişlər aləminə sürüklənməsinə məhz onların məktəb dövründən kitabxana ilə tanışlığının, ünsiyyətinin olmamasıdır. Hər dəfə səni qırmamaq üçün tədbirinə gəlib aldığı kitabı evdə hansı küncə atdığını unudan eyni dost-tanışları haçanacan bəlli səbəblə yığmağa, danışmağa məcbur etmək olar ki?! Bu cür münasibət mənə yaddır, qürurlu adamam. Üstəlik də özüm içində olduğum durumun həqiqətlərini bildiyimdən heç kimi qınaya da bilmirəm! Mütaliə edən insanlar dediyim məqamları yaxşı bilir, dilimizdə xeyli sayda sözlər var ki dialektdir. Müəyyən bir bölgəyə aiddir. Başqa bölgə insanı o yerəl sözlərlə demək olar ki tanış deyil. Amma mütaliə insanı üçün dialektin bağlı məkanı yoxdur. Bu bölgə sözlərinin sərhəddini qırıb vəhdət yaradan məhz ədəbiyyat, bədii kitablardır. Onlar vasitəsilə biz yerəl sözləri tanıyırıq. Bəli, texnologiya əsridir. Amma elm bizi ancaq müasir avadanlıqlarla təchiz edə bilər, yaşayışımızı komfortlaşdıran texnika və aparatlar təqdim edə bilər. İstənilən qədər elmi ilahiləşdirsək də dili qoruyan məhz ƏDƏBİYYATdır. Adicə bir bənd şeirdə dili işlək saxlayıb fikrimizi ifadə etmək üçün leksikonumuzdan nə qədər etik, estetik sözlər axtarıb tapırıq. Bu mövzu o qədər uzundur ki, danışmaqla bitməz. O üzdən dediyim kimi yəqin ki ilk və son olaraq təqdimat edəcəyəm. Yazmağa da fasilə vermişəm. Çünki kitabı çıxarmağa öz büdcəm, kitab satmağa isə oxucu bazarı yoxdur. Üç kitabımın üçünü də mənimçün dostlarım çıxarıb… Mən kiminçün yazmalıyam?! Azərbaycan dilini qorumaq fədakarlıqdırsa mən bu yolun məmnuniyyətlə fədaisiyəm, amma və lakin… Nə isə, sabah gəlin, dediyim kimi yəqin ki son dəfə halallaşaq və kitablaşaq!
Hər il bahar mövsümündə vaxtımın xeyli hissəsini şeir və nəsr əsərlərinin mütaliəsinə həsr edirəm.Son illər , internetə qoşulmağımla əlaqədar olaraq nisbət bir qədər dəyişilib.İnternetdə maraq dairəmə uyğun kifayət qədər şeirlər tapdığım üçün daha şeir kitab axtarmağa bir o qədər həvəsim qalmır. Nəsr əsərlərini isə hələ də kitabdan oxumağı xoşlayıram. Bu mövsümdə də xeyli sayda roman, povest və hekayə mütaliə etmişəm. Bu siyahıya O.Balzak, N.Rəsulzadə,Ç.Abdullayev,Baycan, Z. Ustac, Anar, X.Məmmədov, Ə.B.Azəri və başqa müəlliflərə aid əsərləri qeyd etmək olar. Cəmisi on-on beş roman, povesti və iyirmidən artıq hekayəni özümünküləşdirmişəm. Cavan çağlarimda bu qədər kitabı bir-iki ayda oxuyardım.İndi isə yaş, imkan , sağlamlıqla bağlı olan səbəblər buna məhdudiyyət qoyur. Bu yazını yazmaqda məramım son günlər mütaliə etdiyim bir roman haqqında fikirlərimi mütaliə həvəskarları olan dostlarla bölüşməkdir. Söhbət hamımızın sevimlisi, əsərlərinin sadiq oxucusu olduğum ƏLİ Bəy Azərinin hələ mürəkkəbi qurumamış yeni romanından gedir. Roman ,, İki zabit ,, adlanır. Onu da deyim ki, bu, mövsümdə yazıçıya məxsus oxuduğum ikinci romandır. Ondan qabaq Əli Bəyin ,,Generalın yefreytor vəkili,, romanını və ,, Nə deyim,, kitabında toplanmış maraqlı məqalələrini oxumuşdum. Çox məmnunam ki, hörmətli yazıçımız təzəcə bitirdiyi əsərini oxumaq üçün ,yaradıcılığına marağımı nəzərə alaraq, ən yaxın dostları ilə yanaşı mənə də ünvanlayıb. Əfsus ki mən onu ” həzmi – rabedən çeçirməyə”çox gec vaxt tapa bildim.Oxudum, təzə roman bir oxucu kimi ürəyimdən oldu. Yəqin ki, çoxlarının yeni doğulmuş romandan xəbərləri yoxdur , çünki hələ nəşr olunmayib. Odur ki, əsər haqqında fikirlərimi müəllifə və oxumaq istəyən dostlara çatdırmağı özümə borc bildim. Münasibətim belədir. Romanın mövzusu tarixə Qrabağ müharibəsi kimi düşmüş faciəvi və şərəfli tariximizin mahiyyət baxımından isə insanlıq dramının mənəvi-psixoloji aspektlərindən götürülüb. İndiyə qədər Qarabağ savaşı və ermənilərlə azərbaycanlılar arasındakı münaqişələrdən yüzlərlə roman , povest və hekayə yazılıb və onların bəzilərini oxumaq mənə də nəsib olub.O əsərlərin çoxunda ermənilərin zülmü, qəddarlığı, qətliyamların, soyqrımların tarixçəsi baş verən hadisələrin xronikası və sonda isə xeyri şər üzərində qələbəsi daha çox diqqəti çəkir. Bəzi kitablarda faciəyə səbəb olan mənəvi-psixoloji ,insani və genetik faktorlar diqqətdən yayınır.Yəni münasibətlər bir qədər obyektivlikdən uzaq olur. SSRİ adlı ittifaqda dost, qardaş kimi yaşamış millətlərin imperpiyanın ,,boltu, şrupu boşalan kimi ,, bir-birinə qənim kəsilməsinin əsas səbəbləri dərindən analiz olunmurr. Bu baxımdan Qurban Səidin ” Əli və Nino ” romannını ən sevdiyim əsər kimi örnək göstərərdim. Orda kimin kim olduğu necə də real verilir. Necə olur ki, dostluqdan- qardaşlıqdan şeirlər, nəğmələr qoşan,,Qardaş olubHayasta-Azərbaycan,, mahnısını oxuyan iki qonşu millətlərin biri o birinin torpağına göz dikir, müqəddəratını təhlükə altına alır?Bütün bunlara gətirib çıxaran səbəblər hansılardır…İnsani tərəfdən bunu necə izah etmək olar? Həmin sualların cavabı ,, İki zabit,, romanı qəhrəmanlarının simasında öz əksini tapıb.Hələ millətlərarası ədavətin başlamadığı dövrdən bir-biri ilə sadiq dost olan iki zabitin həyata baxışı, əqidəsi, məfkurəsi və fəaliyyətindəki ziddiyətlər həmin suallara adekvat cavab tapmağa əsas verir. Əsərin baş qəhrəmanı azərbaycanl Azər Qurbanov, və onun sadiq erməni dostu İosif Albertoviç Artyunov – hər ikisi həmyerli- Zəngəzurludurlar, ali hərbi məktəbi Ukraynada bitirib , elə orda da xidmətə başlayıblar.AzərZəngilanın Soyuqbulaq kəndindən, İosif isə Sisyanlıdır ,Ailəsi atasının işi ilə əlaqədar köçüb Qafanda yaşayır. Birinci hissənin əvvəlində İosifin də eyni ilə Azər kimi saf ürəkli,sədaqətli.mənəviyyatli bir gənc kimi görürük. O,dostluqda , sədaqətdə elə Azər kimidir, safdır, hətta sevib evləndiyi həyat yoldaşı Manananın Azərnin alt paltarı qarışıq çirkli paltarlarını yumağına qətiyyən daralmır. Dostlar Xarkov şəhərində tanış olublar.Aralarında hədsiz sevgi və inam var,daim bir-birinə qonaq gedib xoş anlarını bir yedə keçirirlər ,ən özəl sirlərini belə bir- birindən gizlətmirlər. İosif qafqaz xalqları içərisində nifaq düşməsinin, iki qardaş xalqın bir-birinə düşmən olmsının tərəfdarı deyil,arvadına -” İlahi, sən bizim millətləri hidayət elə.Qoyma ki bir-birinə düşmən kəsilsinlər” – deyir.Azərə də eyni fikri təlqin edir.”
Guya bilmirsən, orda qırğındır?Indi daşnaq xülyalı aslana dönmüş bizimkilər sizinkiləri-xəyalında boz qurda çevrilib insan qanına susayan canavara dönmüş sizinkilər və bizimkiləri qanına yedəkləyirlər. İosif hətda öz millətindən olan qati millətçi baş leytenant Qrişa Matevosyana da nifrət edir , Azərə ondan uzaq olmağı , ona inanmamağı məsləhət görür. Lakin , hadisələrin gedişatında məlum olur ki, o. heç də göründüyü kimi deyilmiş . Ermənistanda azərbaycanlıların deportasiyası ilə nəticələnən hadisələr , Qarabağda, Xankəndidə , Zəngəzurda baş verənlərdən sonra davranışındakı dəyişikliklər nəhayət ki onun da erməni xislətini biruzə verir. O, nə qədər sülhsevərdisə , bir o qədər də millətinin şevonist ideyalarının yedəyində gedən liberal ermənidir. Nəhayət bir gün canından çox sevdiyi Manananı tək buraxaraq təsir və qorxu altında öz xidməti işindən ayrılıb Erməni Milli Müdafiə qüvvələri tərkibində Zəngəzura gedir. Azər xidmət etdiyi hərbi hissədə ən nümunəvi zabitlərdəndir.Sovet hökumətinin qanunlarına inanir . Ermənistanda və Zəngəzurda baş verənlərin hüquq çərçivəsində həll olunacağından əmindir.Öz zabit karyerası və şərəfinin yüksəkdə olması üçün hər fədakarlığa hazırdır. Bu da ona olan inamı günbəgün artırir. O, İosifin işini, ailəsini atıb erməni daşnaklarının məkrli niyyətlərinin əsirinə çevriləcəyinə heç cür inanmaq istəmir. Sonuncu görüşlərində içkili dostunun müəmmalı danışığı onu tamam sarsıdır. …- İosif düzünü de.Sən məni zəhərləyərdin?
Canını da alardım…
Axi, niyə? -Sən nə qanmaz adamsan! Tork ki, tork…Elə vəziyyətə düşərəm ki.zəhərləyərəm, lap o yana da keçərəm.
Axı biz dostuq…Az qala qardaş kimiyik…
Manananı oğurlayarlar. Doğmalarıma zərər verərlər, məni dustaq edərlər…Onda səni zəhərləyərəm , hələ desən başını erməni qibləsinə də kəsərəm…
Belə də dostluq olar..
Sən nə qanirsan dostluq nədir! Bu gündən mənim qapım üzünə birdəfəlik bağlandı! İosifin birdənbirə yüz səksən dərəcə dəyişilməsi Azərin gözünü açır. Həmvətənlərinin də belə inamın girovuna çevriləcəklərini düşunərək, uzaqdan-uzağa seyr etdiyi hadisələri öz gözü ilə görmək üçün darıxır . Beş günlük icazə alaraq Soyqbulağa tələsir.Vtənə qayıdarkən Zəngilanın ermənilərin əhatəsində olan sonuncu qalası Nüvədiyə gedir və orda qəribə bir mənzərə ilə rastlaşır.Kəndin müdafiəsində səbatsızlıq var. Min evlik böyük kəndin əhalisi çəkici bir zindana vura bilmirlər. Kəndin ağsaqqali, zərin anasının dayısı Əlimərda kişi hələ də bölgədəki rus qoşunlarının təhlükəsizliyin qoruyacağına inanır . Çoxları da bu fikirdədirlər. Bəzilər hələ də imkanlı, vəzifəli mincivanlılardan, nüvədililərdən yardım gözləyir. Kəndin özünə arxayn olan igidləri isə müdafiənini təşkil etməkdə çətinlik çəkirlər. Çünki daxildə ermənilərlə , rus ordu birləşmələri əlbir olan xainlər, təxribatçılar mövcuddurlar. SSRİ-ni təmsil edən sovet qoşunları isə nəinki bu soyqrımın qabağını almirlar , əksinə azərbaycanlıların kəndi tezliklə tərk etməsi üçün müdafiəçiləri çaşdırır, gərəksiz postları ilə ancaq erməni dəyirmanına su tökürlər. Bütün bu gördüklərindən ürəyi parçalanan Azər cavanları Nüvədinin müdafiəsinin təşkili üçün səfərbər etməyə çalışır. Axı o bacarığı, təhsili ilə seçilən zabitdir , baş leytenantdır.Buna qismən nail olur kəşfiyyat və müşahidə qrupları hazırlayıb vəziyyəti nəzarətə götürürlər. Məlum olur ki ,kənd sakini Hamlet xəyanət edərək erməni yaraqlılarına işləyir. Kəndun təhlükə gözlənilən tərəflərində postlar yaratmağa nail olurlar. Ən önəmlisi isı bu məqamda baş verir. kənddən çıxıb qeyr-müəyyən istiqamətə üz tutmuş Hamleti cinayət üstündə yaxalayırlar . O Baba Hacı ziyarətgahına ermənilərə xəbər almaq göstəriş qəbul etmək üçün baş vurur. Bu həmin yerdir ki buyerlərin erməni əhalisi Babəkin və onun erməni milliyətindən olan ikinci arvadı ” Knyaz Vasaqın” qızının bu ibadətgahda dəfn olunduğunu özərindən uydurublar. Ermənilər Samirədə ölürülmüş Babəkin də adında da mənfur niyyətləri üçün i istifadə etmişlər. Azər xainin görüş yerində köhnə və həm də sadiq dostu İosiflə qarşılaşır. Qroznıda onlar dost kimi ayrılsalar da burda artıq düşmən kimi üz- üzə dururlar. Mənim üçün romanın ən maraqlı yeri bu qarşılaşma zamanı Azər ilə İosifin arasındaki olan sərt dioloqdur. Azər mənəviyyatı üzünə çıxmış bir insanın maqurt simasını açıq görür, reallığın sərt üzünü təəssüflə hiss edir. ….Nüvədiyə dəyməyin – deyir,- ən qədim kəndlərimizdəndir. Nüvədi Nuh peyğəmbərin nişanəsidir.Şumer mədəniyyətinin yadigarıdır. İosif isə .- Mən burda bir əsgərəm. Özün məni yaxşı tanıyırsan, Məndən asılı olmayan şeyə söz verə bilmərəm.
Təəssüf!- Azər dönüb çıxmaq istədi, birdən ağlına nə gəldisə, geri çevrildi.- Hamleti boş yerə gözləməyin O, bir daha gəlməyəcək.
Niyə?
Bu gün səhər – səhər onu thtub Komitetə Təhvil verdilər. ….. ….. HA…HA…HA..- İosif şaqqanaq çəkib güldü.- Onu elə ruslar bizə calamışdılar. Bu hadisədən sonra Azərin sanki gözü açılır . Vicdanla xidmət etdiyi SSRİ hökumətinə və onun müqəddəs qanularına ümidi sarsılır. Artıq düşmən əhatəsində olan Nüvədinin və öz doğma kəndi soyuqbulağın müdafiəsinin çox çətin olacağını hiss edir.Silahsız , köməksiz xalqın ümid yeri tapılana qədər təhlükədən qurtarmağını , köçürilməsini məqsədə uyğun hesab edir. Belə məqamda öz xalqının , həmvətənlərinin içində olmaq ona vacib görünür.Qardaşı Vaqif dalınca gələrək hərbi hissədən dalınca teleqram gəldiyini , onu təcili geri çağırdıqlarını dedikdə sanki içindəki etiraz baş qaldırır. O, xalqının ağır məhrumiyyətlərə düşdüyü ağır zamanda öz xalqının içində olmağı vacib sayaraq , əgər 3 günə xidməti işinə qayıtmazsa hərbi tribunala veriləcəy haqda eşitdiyi bildirişə belə reaksiya verir. “” burda qırğın gedir.Böyük bir kəndin taleyi həll olunur, bunlar da məni hərbi turibunalla qorxudurlar” Hadisələr insanları qorumaq üçün qadınların ., qocaların , uşaqlların tezliklə kənddən təxliyyə edilməsi qərarı ilə sonuclanır.. ilk baxışdan adama elə gəlir ki , bədii ifadə , hadisələrin bucür inkişafı bir qədər passivlik, pissimistlik əlamətidir. 44 günlük zəfər döyüşlərindən ilhamlanmış oxucu müəllifdən narazı qala bilər ki niyə xalqımızı və onun Azər kimi bədii qhrəmanının timsalında öndə gedən övladlarını belə aciz durumda rtəsvir edir. Amma yox! Birincisi, müəllif reallıqdan çıxış edir. Həqiqətdə bu xalqın Azər kimi övladları o dövrdə elə bu həyatı və reallığı yaşamışlarBu, Azər və onun kimi humanist, ziyalı vətən oğullarının faciəsidir. O, İosif kimi əqidəsini, mənliyini birdən birə dəyişib onun gününə düşə bilmir.Ona 30 illik bir müddət lazımdır ki , dəyişsin , toparlansın və cəsarətlə bayrağını İosif , Qrişa Matevosyan kimilərinin işğal etdiyi sevgili vətən torpaqlarına taxsın. Hələlik isə oxucu ” İki zabitdə ” təsvir olunan real vəziyyəti yaşamalıdır Hadisələrdə dinamika görmək istəyən , mütləq müəllifin ” Hərbi Zəngilan” , ” Adsız döyüş ” və torpaq uğrunda rəşadətli mübarizədən bəhs edən onlarla roman hekayələri oxumalıdı . Əli bəy Azəri Qarabağ savaşında tarixi zəfərə gedən bir yolun əsil epopeyasını yaradıb.. Zənnimcə ” İki zabit ” bu epopeyanın əvvəl və başlnğıcıdır. Əsərin epiloqunda biz Azəri xidmət etdiyi hərbi hissədə , Qroznıda gorürük. O bura təkcə öz xidməti vəzifəsini yrinə yetirmək üçün gəlməyib, həm də indiyə kimi özünə dost , bacı hesab etdiyi Manananı Xilas etmək məqsədi güdür. Ürəyini İosifə vermiş , onu dəlicəsinə sevən bu zavallı qadın tək, əlacız qalıb . İosif isə onu həyatın girdabında buraxaraq ” daşnaqstunçuların ” sərsəm deyalarının dalınca düşmüşdür. Manana sanki əzabkeş, başıbəlalı erməni xalqının ruhudur. Onu milli şevonizmin , ağılsız siyasətin cəngindən xilas etmək gərəkdir . Bunu Azər etmək istəyir. Necə ki tarıxi zəfərinə qovuşmuş Azərbaycan uçuruma yuvarlanan Ermənistanı düşdüyü ümidsiz, sonu olmayan aqibətdən qurtarmağa can atır , özü xilas olduğu kimi sərsəm ideyaların girdabında batan zavallını da xilas etməyə çalışır. Romanın təhkiyə dili ürək oxşayır, oxuduqca oxumaq istəyirsən.Epizodik görünən personajları belə yadda qalan , seviləndir. Oxucu dostlarıma bu əsəri oxumağı tövsiyyə edirəm.