Etiket arxivi: Şahlar Hacıyev

Vətən aşiqlərinin daim olub, yarı Vətən

Qəzəl

Vətən aşiqlərinin daim olub, yarı Vətən.
Kəbəsi, din- imanı, sevgili-dildarı Vətən.

Can şirindən də şirin, rəva deyil qeyb etmək.
Gəl, ərənlər eləyər fəda, qala, barı Vətən.

Bir həyat hikməti var, çünki şəhid qanında
Düşdüyü torpaq olur yarı ana, yarı Vətən.

Məkan olduqca ürək sevgi üçün insana,
Nəqş edir duyğusuna qiyməti, meyyarı Vətən.

Hər kimə ümdədir var, qürbət ona fərq etməz,
Qəlb ilə bağlananın hər ümidi, varı Vətən.

Elə gulzara dönüb, neyləyə, bağbanı bizik,
Gül-çiçəkdən ayıra, fəhm eləyib, xarı Vətən.

Dayanıb cümlə-cahan cazibəsi sehriylə,
Necə ki, cəzb eləyib eşq ilə Şahları Vətən.

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Hacıyev – Gəl baharım

Gəl baharım

Gəl bahar, munisəm qədəmlərinə!
Aç göstər şövq ilə bütün varını.
Bu fani dünyaya, dönük zamana,
Görk elə sarsılmaz etibarını.

Ana təbiətin vüsət dəmidir,
Torpaq öz eşqiylə kama yetəcək.
Mənim də ürəyim torpaq kimidir,
Bir ümid əkilsə, arzu bitəcək.

Qocalıram, gəlir yaşım yaş üstə,
Özüm qızınıram öz ocağımda.
Qoya bilməsəm də daşı daş üstə,
Sevgi cücərdirəm könül bağımda.

Bir az ümid gətir növrağın ilə,
Sən ki yaranışdan əliaçıqsan;
Kədərlə, möhnətlə müştaqam hələ.
İncimə, pişvaza beləcə çıxsam.

Ram edə bilmədim içimdə qışı,
Ruhuma hakimdir hələ sazaq, qar
Gərək ətəyimdən töküm bu daşı,
Səltənət taxtına ucalsın bahar.

Gəl, çölə,çəmənə libas geyindir,
Yaşıla bürünüb nazlansın meşə.
Kədərli anımda pənah yerimdir,
Hakimim, loğmanım olub həmişə.

Hələ təbiətlə bitmir ülfətim,
Bağımda pöhrələr açdıqda çiçək;
Əkinçi babayam- budur qismətim,
Elşadım, Muradım barın yeyəcək.

Gəl bahar, dünyanın dərdi sovuşsun,
Ərit ürəklərdən şaxtanı, qarı.!
Bülbül avazında sülhə qovuşsun,
Bağlansın dünyanın hərb meydanları.!

SƏN və MƏN

SƏN və MƏN

Sənin üçün çox asandır yaşamaq,
Nəfsin ilə kama çatar muradın.
Məqamında işin düzdür, canın sağ,
Orbitində pərvaz edir qanadın.

Bu oyunda sənə udmaq gərəkdir
Zər tutmaqla hər niyyətin var olur,
Var- dövlət də elə həyat deməkdir,
Üfüqündən parlaq günəş doğulur.

Qürurunun varmı özgə güvənci,
Sifətində lövbər salıb bu qədər?
Mən ruhumdan əxz edirəm bu rəngi,
Sevinmirəm sevinməsə özgələr.

Öz mülkündü dildə vətən dediyin,
Millətindir rifah görən içində..
Ədalətin kələflndə var düyün,
İlmə vuran əlacsızdır seçimdə

Kimə düşür bu ocağın istisi,
Sən çəkərkən qabağına odunu?!
Kösöv bilməz kimi boğur tüstüsü,
Kim çıxardır qızınmağın dadını.

Hamı haqqı, rifahını axtarır,
Səadəti tapmır arzu eyləyən.
Qoy Şeytana atmasınlar daş, çamur,
Kölgəsində biri sənsən, biri mən.

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

Nigar Səttarzadənin “AXIDILMIŞ QANIN İZİ İLƏ” romanı haqqında təəssüratlarım

“Axıdılmış qanın izi ilə” romanı Nigar Səttarzadənin yaradıcılığından oxuduğum birinci nümunədir. Bu kitabı da dəyərli ziyalı Zaur Ustac öz şəxsi kitabxanasından mənə bağışlayıb.
Romanın ifadə dili o qədər sadə və cəlbedicidir ki, oxumağa başlayandan haçan yarıya çatdığımı hiss etmədim.
Müəllif bu kitabda taleyin 20 yanvar zərbəsi dəymiş insanların həyat hekayələrini, xatirələrini və yaşantılarını qələmə almışdır.
“Axıdılmış qanın izi ilə” maraqlı həyat hekayələri olan obrazların qalareyasıdır.
Müəllif faciənin miqyasını təkcə yaddaşlara həkk olunmuş hadisələrlə ideyil, illər keçəndən sonra hiss və duyğularda təzahür edən əzab və iztrablarla təqdim edir.
Burda baş qəhraman kim atası 20 yanvarda qəhramancasına şəhid olmuş Nazənindir. Bütün baş verənlər onun dili ilə çatdırılır.
Nazənin istedadlı, həsas və hyatsevər bir qızdır. O, öz təkidi ilə qönşudakı rəsm müəlliminin yanına gedərək rəssamlıq qabilliyyətləri qazanıb, dərslərində məsuliyyətlidir.
Bütün hadisələr onun özünün yaşadığı , gördüyü və eşitdiyi həyat gerçəklikləri fonunda təqdim olunur.
Əslində romanın çox yığcam bir süjet xətti var.
Başlanğıcda Nazənin ailəsi-anası və Rüxsarə nənəsinin ailə qayğıları, həyat tarixçələri təsvir olunur.
Ailə müqəddəs amal uğrunda canından keçmiş şəhid Nadirin adını, şərəfini və yeganə yadigarı olan Nazənini qoruyub saxlamaq üçün hər bir qəhrəmanlığa hazırdır.
Romanın qayəsi “qara yanvar” müsibətini, işğalçı ordunun xalqımıza qarşı etdiyi zülm və işgəncəni, xalqın mübarizə ruhunu, iradəsini təsvir etməkdir. Bunun üçün müəllif qəhrəmanını həmin hadisələrin ağrılarını öz yaddaşında yaşadan insanlarla qarşılaşdırır. Baş verənlər həmin qəhrəmanın danışdığı acı xatirələridir.
Düzdür, hadisələr bəzən dəyişərək süjet xəttindən kənara çıxir, amma maraqlı həyat hekayələri ilə müşayət olunduğundan bu, o qədər də hiss olunmur.
Romanınn əvvəlində Nazəninin uşaqlıq qayğıları təhsili, maraqları atası haqqında qurduğu xəyallarları, həmçinin doğmalarının həyat tarixçəsi, zamanla qarşılaşdığı problemlər, təsvir olunsa da əsas düyün nöqtəsi Nazənin anası və nənəsi ilə birlikdə Şəhidlər xiyabanına getdiyi epizodda üzə çıxır. Ailə adətən təkcə 20 yanvarda deyil, digər əlamətdar günlərdə də Nadirin məzarını ziyarətə gedir. Bu dəfə də doğum gününün ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gedərkən onlardan qabaq məzarın üstünə gul qomüş bir kişi ilə rastlaşırlar. Aralarında olan maraqlı dialoqdan məlum olur ki, daim Nadirin qəbri üstünə tər çiçək gətirn bu insan onun fədakarlığı hesabına həyatda sağ qalmış həkim Rüstəm Cəfərlidir. Nadir həmin 19 yanvar gecəsində onun həyatını düşmən gülləsindən qoruyub, lakin bu fədakarlıq zamanı öz həyatını itirmişdir.
Rüstəm o yanvar gecəsinin bütün dəhşətlərini yaşamış bir həkimdir. O, həmin gecə insanların qəniminə çevrilmiş işğalçıların törətdiyi cinayətlərin şahididir. Bir həkim kimi güllə yarası almış insanların yardımına gedərkən güllə yağışına tuş gəlir. Belə şəraitdə həm yaralını, həm də onun həyatını xilas etmək istəyən bir cavan oğlanla rastlaşır.
Gözlərini qan örtmüş əsgərlər yaralını xilas etməyə imkan vermirlər, onu güllələyib məhv edirlər. Rüstəmin həyatı üçün təhlükə yarandığı anda hmin fədakar insan özünü qabağa verərək onu xilas edir, özü isə qəhrəmancasına həlak olur.
Rüstəm onu xilas edən şəxsin Nadir adlı birisi olduğunu biləndən sonra daim məzarını ziyarət edir, ailəsinin, yaxınlarının axtarışına çıxır. Belə bir təsadüf baş verənlərdən illər keçəndən sonra baş tutur.
Onun məramı həyatını borclu olduğu şəhidin ailəsinə öz mənəvi borcunu çatdırmaqdır.
Tanışlıqdan sonra fikri dəqiqləşir. Qət edir ki, bundan sonra bir doğma kəs kimi həyatı heç də asan keçmyn ailədən aralı düşməsin, doğma ata əvəzi olaraq həmişə Nazəninin yanında olsun, ailənin hər bir problemini Nadirin əvəzinə özü qarşılasın. Hadisələrin gedişində də biz bunu bariz şəkildə görürük.
Nazəninin gözünə görə ağır əməliyyata getməsi, müalicəsi zamanı Rüstəm bir an belə ailəni tək buraxmır.
Romanda öz həyat müsibətləri ilə diqqəti cəlb edən obrazlarından biri də Sadiq həkimdir. O, Nazəninin ağır göz əməliyyatını boynuna götürmüş cərrah, xəstəxananın baş həkimidir.
Sadiqin ürək ağrıdan kədərli bir həyat hekayəsi olub. İradəli və fitrətən istedadlı olan bu günahsız insan ailə həyatında xəyanətin qurbanı olub. Başına gələnlərdən sarsılıb ruhdan düşdüyü bir zamanda Fürizə adlı bir qız ona ikinci nəfəs verir, həyatını təzədən qürmağa ruhlandırır. Lakin həyatının huzur tapdığı məqamda yanvar hadisələri ona ikinci zərbəni vurur Xəstəxanada və yardıma qaçdığı yerdə əynindəki ağ xələt qana bələnir. Belə bir vəziyyətdə evə dönərkən işıqsız qalmış evdə növbəti faciə baş verir. Təbiəti etibarı ilə nisbətən qorxaq və emossyonal olan Füruzə onun üstündəki qanı gördükdə şok vəziyyətinə düşür, özündən gedir. Həkim müdaxiləsinə baxmayaraq özünə gəlmir və dünyasını dəyişir.
Beləliklə, uğursuz bir həyat istedadlı, talesiz insanı əsəb və ürək xəstəliyinə salır, butun ümidlərini boşa çıxır.
20 yanvar yarasını güclə həzm edən Sadiq həkim şəhid balası Nazəninin dərdlərinə şərik olmağı özünə mənəvi borc bilir, kədrli həyatını cilalamaq üçün bütün qüvvəsini ortaya qoyur. Sağalmasına az ümid olan qızın əməliyyatı uğurlu keçir. Lakin həkim həyatın acı dərslərini yada salıb təsirlənir, əməliyyatdan bir qədər sonra huşunu itirərək xəstəxanalıq olur.
Ümumiyyətlə, bu yığcam romanda özünə yer tutmuş bütün personajların hər biri özünəməxsus xarakter və xüsusiyyətl mxsusdurlar. Nazəninin anasının dayısı Əlihüseyn davakar olmaqla yanaşı, həm də ürəyiyuxa adamdır. Doğmaları üçün canından belə keçməyə hazırdır. Hazırlıq müəllimi Minayə müəllim mülayim insan olmaqla yanaşı dar ayaqda hövsəlsizdir. Rusiyada fədakarlıq göstərərkən zədələnib qospitala düşür. Özünü çatdıran ana emossiyalarına sakin ola biməyib sarsılır ağlşma qurur. Tibb bacısı onu kənar şəxs hesab edir sakitləşməyini tələb edir. Minayə müəllimə özünü ələ ala bilməyən qızın saçından yapışıb tənbeh etməkdən də çəkinmir.
Amma, sonda məlum olur ki, bu qız gələcəkdə elə gəlini olacaqmış.
Roman nikbin bir sonluqla yekinlaşır.
Nazənin əməliyyatın uğurlu alınması şərəfinə hazırlanmış tortun məhz Sadiq həkimin kəsməyini arzulasa da, onun gəlmədiyindən pərişan olur və onu çağırmağa yollanır. Amma həkimin kabinetinə girərkən qəribə mənzərə ilə rastlaşır. Həyatını xilas etmiş insan özü huşsuz vəziyyətdə kresloda oturub. Ona yardım etmək istəyəndə masanın üstündə eyni ilə özünün bənzəri olan bir qızın şəklini görür və təəccüb edir. Sonda həmin qızın Füruzə olduğunu Rüstəm açib deyir.
Bu epizodun hansı məna kəsb etdiyi bir qədər ziddiyyətlidir. Amma mənim çıxardığım nəticə
Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” romanının ötürdüyü mesaj isə belədir öz həyatını sevgisinə, həyat amalına qurban verənlər sevgiyə, xalqın ehtiramına layiqdirlər.
Sevgi də enerji kimidi, o itmir, ancaq öz formasını dəyişir. Nazəninin şəhid atası öz ürəyinin hökmü ilə özünü xalqa qurban vermiş Rüstəmlə Sadiq həkim də həmin sevgini Nazəninə, qaytarmışlar.
Sonda isə Nazənin kitabın üz qabığında təsvir olunan qaydada portretini yaradaraq bütün sevgilərin yaşamaq hüququnu bəyan etmək istəyir.
Romanı oxuyub başa çıxarkən həm də bir həqiqətə inanırsan ki, “qanlı yanvar” həm də Rüstəmin, Sadiqin, Nazəninin timsalında xalqımızın oyanışa, birliyə, gətirib çıxarmış şərəf yoludur.
Zənnimcə, oxuduğum kitab ənənəvi romanlardan bir qədər fərqlidir. Mənə görə süjet xəttinin yığcamlığına görə daha çox povestdir. Süjet xəttindən kənara çıxmalar da var.
Oxuduqca hiss edirsən ki, Nazənin surəti müəllifin öz prototipidir. Nigar xanım romanı yazarkən məqsədi yolunda mücadil etdiyini, 20 yanvar hadisələrini canlı şahidəri ilə uzun müddət tmasda olub onların xatirələrinidən bəhrələnib.
Romanı oxumağa dəyər. Maraqlı və təsirlidi.
Müəllifə uğurlar arzulayıram!

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Hacıyev – BABADAĞ DUYĞULARIM

BABADAĞ DUYĞULARIM

Sənə tamaşaya çıxmışam yenə,
Meyxoş keçən qışın bu oğlan çağı
Bəyaz libasını geyib əyninə,
Göyə baş vurursan ay Baba dağım!

Dağlar babasısan, Qafqaz balası,
Əzizdir hər kəsə məkanın, yerin.
Adın ən müqəddəs inamın xası,
Həm də qəhrəmanı əfsanələrin…

Pirani qocasan, uludan ulu…
Onunçün Babadağ olubdur adın.
Ümidə, inama aparır yolun,
Çəkir o cazibən doğmanı, yadı.

Qonağın Şirvandan, Muğandan gəlir,
Düşərək sorağa hey axın-axın.
Ümidlər sel olur, ruhlar dincəlir,
Qəlbi dönür dağa qəlbiqırığın.

Bərəkət yığırsan yağışdan, qardan,
Təşnə olanlara çox olsun payın.
Susuz arana da edib ərmağan,
Verirsən aparır Girdiman çayı.

Sən belə qüdrətlə nə üzüyola.!
Ən hündür zirvəni fəth edir hamı.
Sevib sevdirirsən, salırsan yola,
Bir kəsin gözündə qalmasın kamı.

Mən sənin qoynunda çox dolaşmışam,
Hüsnündən, halından olub xəbərim.
Cığırlar keçmişəm, gədik almışam,
Öyrənib sirrini keçilməzlərin.

İlk dəfə qalxanda qaldım əcəb lal,
Heyrətə düşmüşdüm,süzüb baxaraq..
Bir üzü sıldırım -qıy vurur qartal…
Bir üzün sürülü, obalı yaylaq…

İndi səndən uzaq, qərib kimiyəm
Kəndim, yurdum, evim qalıb yanında.
Elə bil dəryada azmış gəmiyəm,
Sahilə dönməyim var gümanımda.

Boylanıb baxıram qonaq sayağı
Ruhumu üşüdür o qar duman, çən,
O çayı, meşəni, dağı yaylağı,
İllər də silmədi heç xatirimdən

Nə yaxşı ucasan, zirvən görünur,
Boyum qısaldıqca sən boy atırsan.
Aldadıb uydurub yatırdır ömür
Soyuq nəfəsinlə sən oyadırsan.

Müəllif: Şahlar Hacıyev

ŞAHLAR HACIYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Hacıyev – Tat dilində qəzəllər

Tat dilində (Şirvan – İsmayıllı ləhcəsində) qəzəllər

Qəzəl

Boşi bə dilho ye kəm xoliqirə xofi əgər,
Bəndərə dərdi çiyi, dərdhora sərrofi əgər.

Qe bire güftirəgor, foniyi dünyo be bəşər,
Mi vini zövqi- səfo, mənöyirə yofi əgər.

Raha düzgün vəyini, vir nə boşi rühi ə dil
Əzobiş nəhşeyi hi, dilti hələm sofi əgər.

Nokəsə beyi kərəm nəfsirə əzü imoran.
Həruma qeyçiyə vö burra bire nofi əgər.

Vir məni sər- kəlofa, çünki dolaşmış ümbü,
Be imir ilməyi ruz, əzü xoli bofi əgər.

Kirə hisdi ümidi, bə nimərah na mumuni,
Rah miti kühi- kmənd lap boşi ye Qofi əgər.

Şahlarum, dərdi- dilə ben qəzəl soxdum ve tati,
Münbü qiymət doragor, histisə insofi əgər.

Qəzəl

Bəçi dərd uftore dil, nisti bdəs ixtiyori
Ki ürə soxde çinin , eşqə beyi incinori.

Çimhora hiyleyi bi, dərdə beyi raha vokərd,
Əzü bədo beməniş külli – həyot tori- mori.

Çən qədər çim nə dəkoşdum, ruzigorman xub bi,
Yekirə xosdom izun, şori ədilman kənori.

Firsorom beyi xəbər, beti in cumman qurbun!
Cavobi nisdi hələm, be bədo munde qərori.

Ü beman qe əzizi, bə dəsiyi tolihman,
Çi sözüm, pəl bzərən həm nəneyi, həm xvori.

Ba Xudo xoş nə myö kori sitəmsoxtagora,
Man ədil xosdom ürə, hər əməlman oşikori.

Ü beman “hə”güyisə,elçihoman sərvaxti,
Mxorund şirinçoya , güyind ki, in bəxtiyori.

Şahlar Hacıyein mütaliə haqqında qeydləri – Oxu!

OXUCU TRİBUNASI

Hər il bahar mövsümündə vaxtımın xeyli hissəsini şeir və nəsr əsərlərinin mütaliəsinə həsr edirəm.Son illər , internetə qoşulmağımla əlaqədar olaraq nisbət bir qədər dəyişilib.İnternetdə maraq dairəmə uyğun kifayət qədər şeirlər tapdığım üçün daha şeir kitab axtarmağa bir o qədər həvəsim qalmır. Nəsr əsərlərini isə hələ də kitabdan oxumağı xoşlayıram.
Bu mövsümdə də xeyli sayda roman, povest və hekayə mütaliə etmişəm. Bu siyahıya O.Balzak, N.Rəsulzadə,Ç.Abdullayev,Baycan, Z. Ustac, Anar, X.Məmmədov, Ə.B.Azəri və başqa müəlliflərə aid əsərləri qeyd etmək olar. Cəmisi on-on beş roman, povesti və iyirmidən artıq hekayəni özümünküləşdirmişəm.
Cavan çağlarimda bu qədər kitabı bir-iki ayda oxuyardım.İndi isə yaş, imkan , sağlamlıqla bağlı olan səbəblər buna məhdudiyyət qoyur.
Bu yazını yazmaqda məramım son günlər mütaliə etdiyim bir roman haqqında fikirlərimi mütaliə həvəskarları olan dostlarla bölüşməkdir. Söhbət hamımızın sevimlisi, əsərlərinin sadiq oxucusu olduğum ƏLİ Bəy Azərinin hələ mürəkkəbi qurumamış yeni romanından gedir. Roman ,, İki zabit ,, adlanır.
Onu da deyim ki, bu, mövsümdə yazıçıya məxsus oxuduğum ikinci romandır. Ondan qabaq Əli Bəyin ,,Generalın yefreytor vəkili,, romanını və ,, Nə deyim,, kitabında toplanmış maraqlı məqalələrini oxumuşdum.
Çox məmnunam ki, hörmətli yazıçımız təzəcə bitirdiyi əsərini oxumaq üçün ,yaradıcılığına marağımı nəzərə alaraq, ən yaxın dostları ilə yanaşı mənə də ünvanlayıb. Əfsus ki mən onu ” həzmi – rabedən çeçirməyə”çox gec vaxt tapa bildim.Oxudum, təzə roman bir oxucu kimi ürəyimdən oldu.
Yəqin ki, çoxlarının yeni doğulmuş romandan xəbərləri yoxdur , çünki hələ nəşr olunmayib. Odur ki, əsər haqqında fikirlərimi müəllifə və oxumaq istəyən dostlara çatdırmağı özümə borc bildim.
Münasibətim belədir.
Romanın mövzusu tarixə Qrabağ müharibəsi kimi düşmüş faciəvi və şərəfli tariximizin mahiyyət baxımından isə insanlıq dramının mənəvi-psixoloji aspektlərindən götürülüb.
İndiyə qədər Qarabağ savaşı və ermənilərlə azərbaycanlılar arasındakı münaqişələrdən yüzlərlə roman , povest və hekayə yazılıb və onların bəzilərini oxumaq mənə də nəsib olub.O əsərlərin çoxunda ermənilərin zülmü, qəddarlığı, qətliyamların, soyqrımların tarixçəsi baş verən hadisələrin xronikası və sonda isə xeyri şər üzərində qələbəsi daha çox diqqəti çəkir. Bəzi kitablarda faciəyə səbəb olan mənəvi-psixoloji ,insani və genetik faktorlar diqqətdən yayınır.Yəni münasibətlər bir qədər obyektivlikdən uzaq olur. SSRİ adlı ittifaqda dost, qardaş kimi yaşamış millətlərin imperpiyanın ,,boltu, şrupu boşalan kimi ,, bir-birinə qənim kəsilməsinin əsas səbəbləri dərindən analiz olunmurr.
Bu baxımdan Qurban Səidin ” Əli və Nino ” romannını ən sevdiyim əsər kimi örnək göstərərdim. Orda kimin kim olduğu necə də real verilir.
Necə olur ki, dostluqdan- qardaşlıqdan şeirlər, nəğmələr qoşan,,Qardaş olubHayasta-Azərbaycan,, mahnısını oxuyan iki qonşu millətlərin biri o birinin torpağına göz dikir, müqəddəratını təhlükə altına alır?Bütün bunlara gətirib çıxaran səbəblər hansılardır…İnsani tərəfdən bunu necə izah etmək olar?
Həmin sualların cavabı ,, İki zabit,, romanı qəhrəmanlarının simasında öz əksini tapıb.Hələ millətlərarası ədavətin başlamadığı dövrdən bir-biri ilə sadiq dost olan iki zabitin həyata baxışı, əqidəsi, məfkurəsi və fəaliyyətindəki ziddiyətlər həmin suallara adekvat cavab tapmağa əsas verir.
Əsərin baş qəhrəmanı azərbaycanl Azər Qurbanov, və onun sadiq erməni dostu İosif Albertoviç Artyunov – hər ikisi həmyerli- Zəngəzurludurlar, ali hərbi məktəbi Ukraynada bitirib , elə orda da xidmətə başlayıblar.AzərZəngilanın Soyuqbulaq kəndindən, İosif isə Sisyanlıdır ,Ailəsi atasının işi ilə əlaqədar köçüb Qafanda yaşayır.
Birinci hissənin əvvəlində İosifin də eyni ilə Azər kimi saf ürəkli,sədaqətli.mənəviyyatli bir gənc kimi görürük. O,dostluqda , sədaqətdə elə Azər kimidir, safdır, hətta sevib evləndiyi həyat yoldaşı Manananın Azərnin alt paltarı qarışıq çirkli paltarlarını yumağına qətiyyən daralmır.
Dostlar Xarkov şəhərində tanış olublar.Aralarında hədsiz sevgi və inam var,daim bir-birinə qonaq gedib xoş anlarını bir yedə keçirirlər ,ən özəl sirlərini belə bir- birindən gizlətmirlər.
İosif qafqaz xalqları içərisində nifaq düşməsinin, iki qardaş xalqın bir-birinə düşmən olmsının tərəfdarı deyil,arvadına -” İlahi, sən bizim millətləri hidayət elə.Qoyma ki bir-birinə düşmən kəsilsinlər” – deyir.Azərə də eyni fikri təlqin edir.”

  • Guya bilmirsən, orda qırğındır?Indi daşnaq xülyalı aslana dönmüş bizimkilər sizinkiləri-xəyalında boz qurda çevrilib insan qanına susayan canavara dönmüş sizinkilər və bizimkiləri qanına yedəkləyirlər.
    İosif hətda öz millətindən olan qati millətçi baş leytenant Qrişa Matevosyana da nifrət edir , Azərə ondan uzaq olmağı , ona inanmamağı məsləhət görür.
    Lakin , hadisələrin gedişatında məlum olur ki, o. heç də göründüyü kimi deyilmiş . Ermənistanda azərbaycanlıların deportasiyası ilə nəticələnən hadisələr , Qarabağda, Xankəndidə , Zəngəzurda baş verənlərdən sonra davranışındakı dəyişikliklər nəhayət ki onun da erməni xislətini biruzə verir. O, nə qədər sülhsevərdisə , bir o qədər də millətinin şevonist ideyalarının yedəyində gedən liberal ermənidir. Nəhayət bir gün canından çox sevdiyi Manananı tək buraxaraq təsir və qorxu altında öz xidməti işindən ayrılıb Erməni Milli Müdafiə qüvvələri tərkibində Zəngəzura gedir.
    Azər xidmət etdiyi hərbi hissədə ən nümunəvi zabitlərdəndir.Sovet hökumətinin qanunlarına inanir . Ermənistanda və Zəngəzurda baş verənlərin hüquq çərçivəsində həll olunacağından əmindir.Öz zabit karyerası və şərəfinin yüksəkdə olması üçün hər fədakarlığa hazırdır. Bu da ona olan inamı günbəgün artırir. O, İosifin işini, ailəsini atıb erməni daşnaklarının məkrli niyyətlərinin əsirinə çevriləcəyinə heç cür inanmaq istəmir.
    Sonuncu görüşlərində içkili dostunun müəmmalı danışığı onu tamam sarsıdır.
    …- İosif düzünü de.Sən məni zəhərləyərdin?
  • Canını da alardım…
  • Axi, niyə?
    -Sən nə qanmaz adamsan! Tork ki, tork…Elə vəziyyətə düşərəm ki.zəhərləyərəm, lap o yana da keçərəm.
  • Axı biz dostuq…Az qala qardaş kimiyik…
  • Manananı oğurlayarlar. Doğmalarıma zərər verərlər, məni dustaq edərlər…Onda səni zəhərləyərəm , hələ desən başını erməni qibləsinə də kəsərəm…
  • Belə də dostluq olar..
  • Sən nə qanirsan dostluq nədir! Bu gündən mənim qapım üzünə birdəfəlik bağlandı!
    İosifin birdənbirə yüz səksən dərəcə dəyişilməsi Azərin gözünü açır. Həmvətənlərinin də belə inamın girovuna çevriləcəklərini düşunərək, uzaqdan-uzağa seyr etdiyi hadisələri öz gözü ilə görmək üçün darıxır . Beş günlük icazə alaraq Soyqbulağa tələsir.Vtənə qayıdarkən Zəngilanın ermənilərin əhatəsində olan sonuncu qalası Nüvədiyə gedir və orda qəribə bir mənzərə ilə rastlaşır.Kəndin müdafiəsində səbatsızlıq var. Min evlik böyük kəndin əhalisi çəkici bir zindana vura bilmirlər. Kəndin ağsaqqali, zərin anasının dayısı Əlimərda kişi hələ də bölgədəki rus qoşunlarının təhlükəsizliyin qoruyacağına inanır . Çoxları da bu fikirdədirlər. Bəzilər hələ də imkanlı, vəzifəli mincivanlılardan, nüvədililərdən yardım gözləyir. Kəndin özünə arxayn olan igidləri isə müdafiənini təşkil etməkdə çətinlik çəkirlər. Çünki daxildə ermənilərlə , rus ordu birləşmələri əlbir olan xainlər, təxribatçılar mövcuddurlar. SSRİ-ni təmsil edən sovet qoşunları isə nəinki bu soyqrımın qabağını almirlar , əksinə azərbaycanlıların kəndi tezliklə tərk etməsi üçün müdafiəçiləri çaşdırır, gərəksiz postları ilə ancaq erməni dəyirmanına su tökürlər.
    Bütün bu gördüklərindən ürəyi parçalanan Azər cavanları Nüvədinin müdafiəsinin təşkili üçün səfərbər etməyə çalışır. Axı o bacarığı, təhsili ilə seçilən zabitdir , baş leytenantdır.Buna qismən nail olur kəşfiyyat və müşahidə qrupları hazırlayıb vəziyyəti nəzarətə götürürlər. Məlum olur ki ,kənd sakini Hamlet xəyanət edərək erməni yaraqlılarına işləyir. Kəndun təhlükə gözlənilən tərəflərində postlar yaratmağa nail olurlar.
    Ən önəmlisi isı bu məqamda baş verir. kənddən çıxıb qeyr-müəyyən istiqamətə üz tutmuş Hamleti cinayət üstündə yaxalayırlar . O Baba Hacı ziyarətgahına ermənilərə xəbər almaq göstəriş qəbul etmək üçün baş vurur. Bu həmin yerdir ki buyerlərin erməni əhalisi Babəkin və onun erməni milliyətindən olan ikinci arvadı ” Knyaz Vasaqın” qızının bu ibadətgahda dəfn olunduğunu özərindən uydurublar. Ermənilər Samirədə ölürülmüş Babəkin də adında da mənfur niyyətləri üçün i istifadə etmişlər.
    Azər xainin görüş yerində köhnə və həm də sadiq dostu İosiflə qarşılaşır.
    Qroznıda onlar dost kimi ayrılsalar da burda artıq düşmən kimi üz- üzə dururlar.
    Mənim üçün romanın ən maraqlı yeri bu qarşılaşma zamanı Azər ilə İosifin arasındaki olan sərt dioloqdur.
    Azər mənəviyyatı üzünə çıxmış bir insanın maqurt simasını açıq görür, reallığın sərt üzünü təəssüflə hiss edir.
    ….Nüvədiyə dəyməyin – deyir,- ən qədim kəndlərimizdəndir. Nüvədi Nuh peyğəmbərin nişanəsidir.Şumer mədəniyyətinin yadigarıdır.
    İosif isə .- Mən burda bir əsgərəm. Özün məni yaxşı tanıyırsan, Məndən asılı olmayan şeyə söz verə bilmərəm.
  • Təəssüf!- Azər dönüb çıxmaq istədi, birdən ağlına nə gəldisə, geri çevrildi.- Hamleti boş yerə gözləməyin O, bir daha gəlməyəcək.
  • Niyə?
  • Bu gün səhər – səhər onu thtub Komitetə Təhvil verdilər.
    …..
    …..
    HA…HA…HA..- İosif şaqqanaq çəkib güldü.- Onu elə ruslar bizə calamışdılar.
    Bu hadisədən sonra Azərin sanki gözü açılır . Vicdanla xidmət etdiyi SSRİ hökumətinə və onun müqəddəs qanularına ümidi sarsılır. Artıq düşmən əhatəsində olan Nüvədinin və öz doğma kəndi soyuqbulağın müdafiəsinin çox çətin olacağını hiss edir.Silahsız , köməksiz xalqın ümid yeri tapılana qədər təhlükədən qurtarmağını , köçürilməsini məqsədə uyğun hesab edir. Belə məqamda öz xalqının , həmvətənlərinin içində olmaq ona vacib görünür.Qardaşı Vaqif dalınca gələrək hərbi hissədən dalınca teleqram gəldiyini , onu təcili geri çağırdıqlarını dedikdə sanki içindəki etiraz baş qaldırır. O, xalqının ağır məhrumiyyətlərə düşdüyü ağır zamanda öz xalqının içində olmağı vacib sayaraq , əgər 3 günə xidməti işinə qayıtmazsa hərbi tribunala veriləcəy haqda eşitdiyi bildirişə belə reaksiya verir. “” burda qırğın gedir.Böyük bir kəndin taleyi həll olunur, bunlar da məni hərbi turibunalla qorxudurlar”
    Hadisələr insanları qorumaq üçün qadınların ., qocaların , uşaqlların tezliklə kənddən təxliyyə edilməsi qərarı ilə sonuclanır..
    ilk baxışdan adama elə gəlir ki , bədii ifadə , hadisələrin bucür inkişafı bir qədər passivlik, pissimistlik əlamətidir. 44 günlük zəfər döyüşlərindən ilhamlanmış oxucu müəllifdən narazı qala bilər ki niyə xalqımızı və onun Azər kimi bədii qhrəmanının timsalında öndə gedən övladlarını belə aciz durumda rtəsvir edir. Amma yox!
    Birincisi, müəllif reallıqdan çıxış edir. Həqiqətdə bu xalqın Azər kimi övladları o dövrdə elə bu həyatı və reallığı yaşamışlarBu, Azər və onun kimi humanist, ziyalı vətən oğullarının faciəsidir. O, İosif kimi əqidəsini, mənliyini birdən birə dəyişib onun gününə düşə bilmir.Ona 30 illik bir müddət lazımdır ki , dəyişsin , toparlansın və cəsarətlə bayrağını İosif , Qrişa Matevosyan kimilərinin işğal etdiyi sevgili vətən torpaqlarına taxsın.
    Hələlik isə oxucu ” İki zabitdə ” təsvir olunan real vəziyyəti yaşamalıdır Hadisələrdə dinamika görmək istəyən , mütləq müəllifin ” Hərbi Zəngilan” , ” Adsız döyüş ” və torpaq uğrunda rəşadətli mübarizədən bəhs edən onlarla roman hekayələri oxumalıdı .
    Əli bəy Azəri Qarabağ savaşında tarixi zəfərə gedən bir yolun əsil epopeyasını yaradıb.. Zənnimcə ” İki zabit ” bu epopeyanın əvvəl və başlnğıcıdır.
    Əsərin epiloqunda biz Azəri xidmət etdiyi hərbi hissədə , Qroznıda gorürük.
    O bura təkcə öz xidməti vəzifəsini yrinə yetirmək üçün gəlməyib, həm də indiyə kimi özünə dost , bacı hesab etdiyi Manananı Xilas etmək məqsədi güdür. Ürəyini İosifə vermiş , onu dəlicəsinə sevən bu zavallı qadın tək, əlacız qalıb . İosif isə onu həyatın girdabında buraxaraq ” daşnaqstunçuların ” sərsəm deyalarının dalınca düşmüşdür.
    Manana sanki əzabkeş, başıbəlalı erməni xalqının ruhudur. Onu milli şevonizmin , ağılsız siyasətin cəngindən xilas etmək gərəkdir . Bunu Azər etmək istəyir. Necə ki tarıxi zəfərinə qovuşmuş Azərbaycan uçuruma yuvarlanan Ermənistanı düşdüyü ümidsiz, sonu olmayan aqibətdən qurtarmağa can atır , özü xilas olduğu kimi sərsəm ideyaların girdabında batan zavallını da xilas etməyə çalışır.
    Romanın təhkiyə dili ürək oxşayır, oxuduqca oxumaq istəyirsən.Epizodik görünən personajları belə yadda qalan , seviləndir. Oxucu dostlarıma bu əsəri oxumağı tövsiyyə edirəm.

OXUCU TRİBUNASIDA: Şahlar Hacıyev

Şahlar Hacıyein yazıları

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru