
“Söz odası” jurnalının ilk sayı çapdan çıxıb
Tanınmış şair Elşən Əzimin baş redaktorluğu ilə nəşr olunan “Söz odası” jurnalının ilk sayı çapdan çıxıb. Yeni ədəbi-mədəni nəşr müasir ədəbiyyatın, poeziyanın və publisistikanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
YAZARLAR.AZ xəbər verir ki, jurnalın ilk sayında müxtəlif mövzularda ədəbi yazılar, şeirlər, esselər və mədəniyyət sahəsinə dair maraqlı materiallar yer alıb. “Söz odası”nın yaradıcı heyəti oxuculara fərqli və keyfiyyətli məzmun təqdim etməyi hədəflədiklərini bildiriblər.


Qeyd edək ki, nəşrin baş redaktoru olan Elşən Əzim Azərbaycan ədəbi mühitində seçilən imzalardandır:
“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında