Tanınmış şair Elşən Əzimin baş redaktorluğu ilə nəşr olunan “Söz odası” jurnalının ilk sayı çapdan çıxıb. Yeni ədəbi-mədəni nəşr müasir ədəbiyyatın, poeziyanın və publisistikanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
YAZARLAR.AZ xəbər verir ki, jurnalın ilk sayında müxtəlif mövzularda ədəbi yazılar, şeirlər, esselər və mədəniyyət sahəsinə dair maraqlı materiallar yer alıb. “Söz odası”nın yaradıcı heyəti oxuculara fərqli və keyfiyyətli məzmun təqdim etməyi hədəflədiklərini bildiriblər.
Qeyd edək ki, nəşrin baş redaktoru olan Elşən Əzim Azərbaycan ədəbi mühitində seçilən imzalardandır:
“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi
Mayın 8-də M.F.Axundov adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə “Tarixdə iz, xatirələrdə işıq” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu il müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən və Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. Direktor Ulu Öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısından da bəhs edib. Professor Kərim Tahirov Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin onun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında Heydər Əliyevin bizim üçün qoyduğu ən böyük əmanətin bu dövlət və gənc nəsil üçün gördüyü işlər olduğunu vurğulayıb. O, qeyd edib ki, Ulu Öndər öz ömrünü dövlətin bütövləşməsi, xalqın suverenliyi və azadlığı yolunda qurban verib.
Milli Məclisin üzvü Asif Əsgərov Heydər Əliyev haqqında danışmağın həm fəxarət, həm də çox çətin bir iş olduğunu diqqətə çatdıraraq, Ulu öndərin müstəqil Azərbaycanın memarı olduğunu, onun Azərbaycana qayıdışının xalqımızın, dövlətçiliyimizin xilası olduğunu bildirib.
Milli Məclisin deputatı Elnarə Akimova Heydər Əliyevin ədəbiyyatla, mədəniyyətlə bağllı görgüyü işlərdən bəhs edərək belə tədbirlərin Heydər Əliyev obrazını gənclərə tanıtmağımızda qiymətli rol oynadığını söyləyib. Ulu öndərin öz çıxışlarında ədəbiyyata, təhsilə, elmə, mədəniyyətə və yaradıcılığa böyük önəm verirdiyini diqqətə çatdıran millət vəkili bu dahi şəxsiyyətin milli mənəvi dəyərlərə qayğısının nəticəsi olduğunu xüsusilə vurğulamışdır.
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və qələm adamları ilə yaxın münasibətdə olduğunu, daim bu sahəyə diqqət yetirdiyini bildirərək Azərbaycan mətbuatına Heydər Əliyev dövründə başlayan qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdiyini bildirmişdir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Tarix emləri doktoru Eynulla Mədətli çıxışında Heydər Əliyevin xatirəsinin həmişə işıqlı və əbədiyaşar olduğunu qeyd edərək, Ümummilli liderin şəxsiyyətinin formalaşmasında o dövrki ədəbi və siyasi mühitin böyük rolu olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin üzvü Aydın Mirzəzadə Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, milli və mənəvi dəyərlərimizə sahib çıxdığını bildirmişdir. Onun Müstəqil Azərbaycanı ən müasir, yenilikçi bir dövlətə çevirdiyini vurğulayaraq, özündən sonrakı Azərbaycanın gedəcəyi strateji yolu cızdığını qeyd etmişdir.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ümummilli lider Heydər Əliyev” adllı Elektron məlumat bazası təqdim olundu və sonra iştirakçılar ənənəvi kitab sərgisi ilə tanış oldular.
Milli Qəhrəman Polkovnik İlqar Mirzəyevin əziz xatirəsinə ZƏFƏR YOLU (esse) Bəzən tarix səssiz yazılır. Nə böyük gurultular olur, nə də əvvəlcədən görünən möcüzələr. Hər şey adi görünən bir günün içindən başlayır. İnsanlar işinə gedir, analar övladına dualar edir, uşaqlar gələcək haqqında xəyal qurur. Amma elə günlər olur ki, həmin günlər sonradan millətin taleyini dəyişən başlanğıca çevrilir. Azərbaycan tarixində belə günlər az olmayıb. Lakin 2020-ci ilin Vətən savaşına aparan yol tamam başqa idi. Bu yol təkcə silahların danışdığı cəbhə yolu deyildi. Bu yol millətin özünə qayıdışı idi. Bu yol unutduğunu xatırlamaq, itirdiyini geri almaq, sınmış qüruru yenidən ayağa qaldırmaq yolu idi. O yolun başlanğıcında duranlardan biri də Polkovnik İlqar Mirzəyev idi. Bəzən böyük adamlar böyük sözlərlə deyil, böyük duruşları ilə tarixə çevrilirlər. Elə insanlar var ki, onlar yaşadıqları müddətdə nümunə olur, şəhid olduqdan sonra isə millətin yaddaşına çevrilirlər. Onların həyatı tərcümeyi-hal olmaqdan çıxır, xalqın mənəvi sərvətinə dönür. İlqar Mirzəyev də belə oğullardan idi. O, gülə-gülə getmişdi. Çünki vətən uğrunda döyüşə gedən adam qorxunun nə olduğunu bilməz. Vətən sevgisi ilə yaşayan insan ölüm anlayışını da başqa cür qəbul edir. Çünki onun üçün torpaq sadəcə coğrafiya deyil. Ana nəfəsi, ata öyüdü, uşaqlıq xatirəsi, müqəddəs əmanətdir. Şəhidlik zirvəsinə yüksələnlər torpağa girmirlər. Əksinə, torpağın ruhuna çevrilirlər. İlqar Mirzəyev fiziki olaraq bir insan idi. Lakin şəhidlik onu yüz minlərin ruhuna çevirdi. Gedəndə tək getdi, qayıdanda milyonların qəlbində yer aldı. Onun yoxluğu xalqın içində böyük boşluq yaratmadı, əksinə, böyük bir oyanış yaratdı. Çünki bəzən bir insanın susması milyonları danışdırır. Azərbaycan uzun illər işğal ağrısı yaşadı. Qarabağın həsrəti nəsillərin yaddaşına yazıldı. Məcburi köçkün həyatı yaşayan insanların gözündəki nisgil, şəhid analarının qəlbindəki yanğı, torpağını itirmiş millətin içindəki qürur yarası hər gün böyüyürdü. Amma millətlər tarix səhnəsində yalnız ağlamaq üçün yaşamır. Bir gün gəlir, ağrı gücə çevrilir. Bir gün gəlir, kədər qələbəyə yol açır. Bir gün gəlir, şəhidlərin qanı torpağın taleyini dəyişir. 2020-ci ilin Böyük Zəfəri də məhz belə yarandı. Bu Zəfər bir gündə qazanılmadı. Onun təməli illərlə çəkilən ağrıların, səbrin, inamın və qəhrəmanlığın üzərində quruldu. Şəhidlər öz qanları ilə torpağın yaddaşını oyatdılar. Onlar yatmadılar. Onlar yatanları oyatdılar. Onlar millətə ayağa qalxmağı öyrətdilər. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar bir amal ətrafında birləşdi. Siyasi baxışlar, fərqli düşüncələr, gündəlik narazılıqlar ikinci plana keçdi. Millət bir yumruq oldu. Çünki Vətən çağırırdı. Tarixin böyük anlarında xalq öz həqiqi simasını göstərir. Azərbaycan xalqı da öz həqiqi kimliyini göstərdi. Cəbhədə əsgər döyüşürdü, arxada xalq dayanırdı. Hər ev bir qərargaha çevrilmişdi. Hər dua bir sipər idi. Şuşaya gedən yol təkcə dağlardan keçmirdi. O yol şəhidlərin ruhundan keçirdi. O yol anaların göz yaşından keçirdi. O yol xalqın birliyindən keçirdi. İlqar Mirzəyev kimi qəhrəmanlar öz həyatları ilə sübut etdilər ki, Vətən sevgisi sadəcə söz deyil. O, məsuliyyətdir. O, fədakarlıqdır. O, lazım gəldikdə canını belə tərəddüd etmədən torpağa əmanət edə bilməkdir. Tarixdə bir çox xalqların qəhrəmanlıq dastanları var. Ancaq Azərbaycanın “Zəfər yolu” tamam fərqlidir. Bəzi dastanların müəllifi qələm olmur. Qan olur. Cəsarət olur. İnam olur. Azərbaycanın “Zəfər yolu” kitabı da belə yazıldı. Bu kitabın hər səhifəsində bir şəhid adı var. Hər cümləsində bir ana duası. Hər nöqtəsində bir əsgər nəfəsi. Bu dastanı oxumaq üçün sadəcə savad yetməz. Bu dastanı anlamaq üçün ürək lazımdır. Çünki şəhidlik adi hadisə deyil. Şəhidlik millətin ölməzlik möhürüdür. Polkovnik İlqar Mirzəyev və onun kimi Vətən oğulları Azərbaycanın sabahına çevrildilər. Onlar torpağın altında yox, xalqın qəlbində yaşayırlar. Çünki həqiqi qəhrəmanlar ölmür. Onlar Vətən adlı əbədi kitabın ən müqəddəs səhifəsinə çevrilirlər. Və həmin səhifələr zaman keçdikcə köhnəlmir. Əksinə… Daha aydın oxunur. Daha dərindən anlaşılı Daha böyük qürurla yaşanır. Ruhunuz şad olsun, Vətənin qəhrəman oğulları. Azərbaycan sizi unutmayacaq. 14.07.2022. Bakı.
1. What inspired you to write “A Book with the Scent of Roses”?
The main inspiration behind A Book with the Scent of Roses was my deep admiration for Azerbaijani poetry and the spiritual beauty hidden within our literary heritage. While reading the poems of Qandab Haqverdi, I felt a sincere emotional and cultural richness that deserved broader literary attention. I wanted to present that beauty to readers through analysis, reflection, and artistic interpretation.
2. How did you choose Qandab Haqverdi’s (Aliyeva) “Fragrant Flowers” to analyze in your book?
Fragrant Flowers attracted my attention because of its sincerity, lyrical spirit, and strong connection to national values. The poems carry deep emotional layers while preserving the simplicity and elegance of the Azerbaijani poetic tradition. I believed that analyzing this work would help readers better understand the spiritual world of the author and the cultural atmosphere reflected in her poetry.
3. What is the significance of analyzing literary works in understanding Azerbaijani culture?
Literature is the spiritual memory of a nation. By analyzing literary works, we better understand the traditions, moral values, historical experiences, and emotional world of the Azerbaijani people. Poetry and prose preserve the voice of generations. Through literary analysis, we not only study texts, but also discover the national identity and worldview of our people.
4. How do you see the role of poetry in expressing national culture and identity?
Poetry has always been one of the strongest expressions of Azerbaijani national identity. From classical poets to modern writers, poetry reflects our love, pain, patriotism, and moral values. Azerbaijani poetry carries the spirit of our language, folklore, music, and traditions. It protects our cultural identity and passes it on to future generations.
5. What challenges did you face while writing “A Book with the Scent of Roses”?
One of the greatest challenges was approaching the literary material with complete objectivity while still preserving its emotional atmosphere. I also wanted to maintain a balance between academic analysis and artistic language so that both scholars and ordinary readers could enjoy the book. Another challenge was presenting poetic subtleties in a way that would not weaken their original beauty.
6. How do you think your book will impact Azerbaijani readers?
I hope the book will encourage readers to pay more attention to contemporary Azerbaijani literature and especially to poetic creativity. I would be happy if readers discover new literary perspectives and become more interested in analyzing literary texts. I also believe the book can strengthen appreciation for national literary values among younger generations.
7. Are there plans to publish the book in other countries or translate it into other languages?
Yes, I would very much like to see the book translated into other languages and introduced to international readers. Azerbaijani literature possesses a rich artistic and philosophical heritage that deserves global recognition. Translation projects would help build cultural bridges and promote Azerbaijani literary thought abroad.
8. How do you see the future of Azerbaijani literature?
I believe the future of Azerbaijani literature is promising. Today, many talented young writers and poets are emerging with fresh ideas and modern literary approaches while still respecting national traditions. If literature continues to receive proper support from publishers, cultural institutions, and readers, Azerbaijani literature will become even more visible internationally.
9. What is the importance of preserving Azerbaijani literary heritage?
Preserving literary heritage means protecting the cultural soul of the nation. Our classical and modern literary works reflect centuries of wisdom, ethics, and artistic thought. If we fail to preserve and study this heritage, future generations may lose connection with their cultural roots. Therefore, literary preservation is not only a cultural duty, but also a national responsibility.
10. How do you see the role of publishers and editors in supporting Azerbaijani literature?
Publishers and editors play a crucial role in the literary process. They help authors reach readers, improve the quality of publications, and support the promotion of literary works. Professional editorial work and strong publishing initiatives can significantly contribute to the development and international recognition of Azerbaijani literature.
11. What advice would you give to young Azerbaijani poets and writers?
I would advise young writers to read extensively, remain loyal to their native language, and write sincerely. Literature requires patience, discipline, and continuous self-development. At the same time, writers should never lose their individuality while following literary trends. True literature is created through honesty, deep observation, and spiritual responsibility.
12. Do you have any upcoming literary projects planned?
Yes, I am currently working on several new literary and publicistic projects related to Azerbaijani poetry, literary criticism, and cultural heritage. I also plan to continue researching contemporary Azerbaijani authors and contributing to the promotion of our national literature both locally and internationally.
“Gül ətirli kitab” əsərini yazmağa sizi nə ilhamlandırdı? “Gül ətirli kitab” əsərinin yaranmasının əsas ilham mənbəyi Azərbaycan poeziyasına və milli ədəbi irsimizin mənəvi gözəlliyinə olan dərin sevgim olmuşdur. Qəndab Haqverdinin şeirlərini oxuyarkən orada səmimi duyğuların, milli-mədəni zənginliyin böyük bir poetik güclə ifadə olunduğunu hiss etdim. Bu gözəlliyi təhlil, düşüncə və bədii yozum vasitəsilə oxuculara təqdim etmək istədim.
Kitabınızda Qəndab Haqverdinin (Əliyeva) “Ətirli güllər” əsərini təhlil etmək qərarına necə gəldiniz? “Ətirli güllər” əsəri səmimiyyəti, lirik ruhu və milli dəyərlərlə sıx bağlılığı ilə diqqətimi cəlb etdi. Bu şeirlər Azərbaycan poeziya ənənəsinin sadəliyini və zərifliyini qorumaqla yanaşı, dərin emosional qatlara malikdir. Düşündüm ki, bu əsərin təhlili oxuculara müəllifin mənəvi dünyasını və poeziyasında əks olunan mədəni mühiti daha yaxşı anlamağa kömək edəcək.
Azərbaycan mədəniyyətini anlamaqda ədəbi əsərlərin təhlilinin əhəmiyyəti nədir? Ədəbiyyat xalqın mənəvi yaddaşıdır. Ədəbi əsərləri təhlil etməklə biz Azərbaycan xalqının adət-ənənələrini, mənəvi dəyərlərini, tarixi təcrübəsini və duyğu dünyasını daha yaxşı anlayırıq. Poeziya və nəsr nəsillərin səsini yaşadır. Ədəbi təhlil vasitəsilə biz yalnız mətnləri öyrənmir, həm də xalqımızın milli kimliyini və dünyagörüşünü kəşf edirik.
Milli mədəniyyətin və kimliyin ifadəsində poeziyanın rolunu necə görürsünüz? Poeziya hər zaman Azərbaycan milli kimliyinin ən güclü ifadə vasitələrindən biri olmuşdur. Klassik şairlərdən müasir yazarlara qədər poeziya sevgimizi, ağrımızı, vətənpərvərliyimizi və mənəvi dəyərlərimizi əks etdirir. Azərbaycan poeziyası dilimizin, folklorumuzun, musiqimizin və adətlərimizin ruhunu daşıyır. O, milli kimliyimizi qoruyur və gələcək nəsillərə ötürür.
“Gül ətirli kitab” əsərini yazarkən hansı çətinliklərlə qarşılaşdınız? Ən böyük çətinliklərdən biri ədəbi materiala tam obyektiv yanaşmaqla yanaşı, onun emosional atmosferini qoruyub saxlamaq idi. Həmçinin istəyirdim ki, akademik təhlillə bədii dili taraz şəkildə təqdim edim ki, həm alimlər, həm də adi oxucular kitabdan zövq ala bilsinlər. Digər bir çətinlik isə poetik incəlikləri onların ilkin gözəlliyini zəiflətmədən təqdim etmək idi.
Sizcə kitabınız Azərbaycan oxucularına necə təsir göstərəcək? Ümidvaram ki, kitab oxucuları müasir Azərbaycan ədəbiyyatına, xüsusilə də poetik yaradıcılığa daha çox diqqət yetirməyə təşviq edəcək. Oxucuların yeni ədəbi baxışlar kəşf etməsi və ədəbi mətnlərin təhlilinə daha çox maraq göstərməsi məni sevindirərdi. Həmçinin düşünürəm ki, bu kitab gənc nəsildə milli ədəbi dəyərlərə olan sevgini daha da gücləndirə bilər.
Kitabın başqa ölkələrdə nəşri və ya başqa dillərə tərcüməsi planlaşdırılırmı? Bəli, kitabın başqa dillərə tərcümə olunmasını və beynəlxalq oxuculara təqdim edilməsini çox istərdim. Azərbaycan ədəbiyyatı zəngin bədii və fəlsəfi irsə malikdir və dünya miqyasında tanınmağa layiqdir. Tərcümə layihələri mədəni körpülərin qurulmasına və Azərbaycan ədəbi düşüncəsinin xaricdə tanıdılmasına kömək edərdi.
Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsünüz? Mən Azərbaycan ədəbiyyatının gələcəyini ümidverici hesab edirəm. Bu gün milli ənənələrə sadiq qalmaqla yanaşı, yeni ideyalar və müasir ədəbi yanaşmalarla çıxış edən çoxlu istedadlı gənc yazar və şairlər yetişir. Ədəbiyyat nəşriyyatlar, mədəniyyət qurumları və oxucular tərəfindən lazımi dəstəyi almağa davam etsə, Azərbaycan ədəbiyyatı beynəlxalq səviyyədə daha da görünən olacaq.
Azərbaycan ədəbi irsinin qorunmasının əhəmiyyəti nədir? Ədəbi irsi qorumaq millətin mənəvi ruhunu qorumaq deməkdir. Klassik və müasir ədəbi əsərlərimiz əsrlərlə formalaşmış müdrikliyi, əxlaqı və bədii düşüncəni əks etdirir. Əgər bu irsi qoruyub öyrənməsək, gələcək nəsillər öz mədəni kökləri ilə bağlarını itirə bilərlər. Buna görə də ədəbi irsin qorunması yalnız mədəni vəzifə deyil, həm də milli məsuliyyətdir.
Azərbaycan ədəbiyyatının dəstəklənməsində nəşriyyat və redaktorların rolunu necə qiymətləndirirsiniz? Nəşriyyatlar və redaktorlar ədəbi prosesdə çox mühüm rol oynayırlar. Onlar müəlliflərin oxuculara çatmasına, nəşrlərin keyfiyyətinin yüksəlməsinə və ədəbi əsərlərin tanıdılmasına kömək edirlər. Peşəkar redaktə işi və güclü nəşriyyat təşəbbüsləri Azərbaycan ədəbiyyatının inkişafına və beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər.
Gənc Azərbaycan şair və yazıçılarına hansı tövsiyələri verərdiniz? Gənc yazarlara çox oxumağı, ana dilinə sadiq qalmağı və səmimi yazmağı tövsiyə edərdim. Ədəbiyyat səbir, intizam və davamlı özünüinkişaf tələb edir. Eyni zamanda, yazıçılar ədəbi tendensiyaları izləyərkən öz fərdiliklərini itirməməlidirlər. Həqiqi ədəbiyyat dürüstlük, dərin müşahidə və mənəvi məsuliyyət üzərində qurulur.
Qarşıdakı dövr üçün yeni ədəbi layihələriniz varmı? Bəli, hazırda Azərbaycan poeziyası, ədəbi tənqid və mədəni irslə bağlı bir neçə yeni ədəbi və publisistik layihə üzərində çalışıram. Həmçinin müasir Azərbaycan müəlliflərini araşdırmağa və milli ədəbiyyatımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyə davam etməyi planlaşdırıram.
Mayın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yaradıcılıq Fondunun sədri, Xalq yazıçısı Kamal Abdulla “Ədəbiyyat adamı” mükafatının mahiyyəti və onun Azərbaycan ədəbi mühitində tutduğu yer barədə danışıb. “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu münasibətlə ədəbiyyatçılarımız, ziyalılarımız üçün mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək”, – deyən rektor bildirib ki, “Ədəbiyyat adamı” mükafatı yalnız bədii yaradıcılığa deyil, bütövlükdə ədəbiyyata xidmətə, söz sənətinə sədaqətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən qiymətdir. Müasir dövrdə ədəbiyyat cəmiyyətin mənəvi yaddaşını yaşadan ən mühüm sahələrdən biridir və belə təşəbbüslər ədəbi mühitin inkişafına stimul verir. “Ədəbiyyat adamı” anlayışı yalnız yazıçı və şairlə məhdudlaşmır; ədəbiyyatı sevən, onu yaşadan, təbliğ edən və ona xidmət edən hər bir şəxsi ifadə edir.
Mənbə və ətraflı: https://adu.edu.az/az/xeberler/xeberler/14181.html