Spinozanın istifadə etdiyi möhürün mənası nə idi? Spinoza göndərdiyi məktublara şəkildəki möhürü vurardı. Bu möhürdən istifadəsi isə xüsusi məna daşıyırdı. Şəklə nəzər salsaq, tikanlı bir gülün ətrafında onun adının baş hərflərini ( Benedikt de Spinoza – B.D.S) və “CAUTE” (diqqət) sözünün yazıldığını görə bilərik “Dediklərimi anlamağa çalışmayacaqsanızsa, fikirlərimi təhrif edəcəksənizsə, mənə qarşı kininizin dəlili kimi görəcəksinizsə, diqqətli olun” mesajını verən Spinoza adının baş hərflərini tikanlı gülün ətrafında yazmaqla bu fikri dəstəkləyir. Belə ki, o, məktublarını “Mən qızılgüləm, amma diqqətli olun, tikanlarım olduğunu xatırlayaraq” xəbərdarlığı ilə möhürlə göndərir.
Dekarta görə, fəlsəfə “kökləri metafizika, gövdəsi fizika, budaqları tibb, mexanika və etika olan bir ağac”dır. Fəlsəfə ağacı da adlandırılan bu təsnifat Kartezyen ənənənin və dolayısı ilə müasir fəlsəfənin elmi paradiqmasını simvolizə edir. Dekart “Metod haqqında müzakirə” (“Discourse on Method”) əsərində ağacın gövdəsi və budaqlarının insan biliyinin strukturunu təmsil etdiyini bildirir. Köklər düzgün biliyə çatmaq üçün əsas anlayış və prinsiplərdir. Gövdə əsas bilik sahələrindən ibarət məntiqi quruluşdur. Budaqlar isə əsas bilik sahələrindən əldə edilən digər bilik sahələrini təmsil edir. Dekart iddia edirdi ki, fəlsəfə həqiqi biliyə çatmaq üçün bu ağacın budaqlarından keçməlidir. O, ağacın budaqlarına yaxınlaşdıqca həqiqi biliyə çatmaq üçün dörd qayda müəyyən etdi: 1.Skeptisizm prinsipi 2.Təhlil prinsipi 3.Sintez prinsipi 4.Saysızlıq prinsipi.
Con Lokkun “Tabula rasa” anlayışı haqqında Tabula rasa anlayışı latınca “boş lövhə” mənasını verir. Fəlsəfi bir termin olaraq ümumiyyətlə insan şüurunun fitri olaraq boş olduğunu və təcrübələrə açıq olduğunu ifadə edir. Con Lokkun empirizmində mühüm yer tutan bu anlayış, insan ağlının təfəkkürü ilə bağlı prosesi təsvir edir. insan bilik və təcrübə qazanır. Lokkun fikrincə, insan şüuru heç bir fitri məzmunla təchiz olunmur və məlumat onun mühitindən hiss orqanları vasitəsilə əldə edilir. Tabula rasa ideyası vurğulayır ki, fərdin təcrübələri, təhsili və ətraf mühit faktorları onun zehni inkişafını formalaşdırır. Bu fikirdə iddia edilir ki, öyrənmə və bilik əldə etməyin əsası fitri bilik deyil, yəni fərd öz mühiti və təcrübələri ilə formalaşır. Lokkun bu ideyası şüurlu düşüncə və davranışların daha çox təcrübələrə əsaslandığı müasir psixologiyanın əsasını təşkil edən mühüm strukturdur. Lakin müasir elm və psixologiyadakı inkişaflar fərdin inkişafında genetik və anadangəlmə amillərin də təsirli olduğunu göstərdi.
NIHIL EX NIHILO FIT – “Heç bir şey yoxdan yaranmaz” Bu ifadə ilk dəfə Qərb fəlsəfəsində Parmenides tərəfindən istifadə edilmiş və Sokratdan əvvəlki mütəfəkkirlərin arxe anlayışının əsasını təşkil etmişdir. Əsasən heç bir şeyin səbəbsiz mövcud ola bilməyəcəyi prinsipi kimi istifadə edilən bu ifadə, maddəyə forma və ya hərəkət vermək səlahiyyətini ilahi bir yaradılış aktı ilə məhdudlaşdıran qədim yunan fəlsəfəsində ortaya çıxmışdır. Lakin bu prinsip, Tanrının dünyanı heç bir təbii və ya maddi səbəb olmadan yaratdığı anlayışı ilə ziddiyyət təşkil edir. Çünki Tanrının maddəyə başlanğıc olmadan forma və ya hərəkət verməsi, heç bir səbəb olmadan bir şeyin mövcud ola bilməyəcəyi prinsipini pozmur. Buna görə də, Allahın hərəkətinin fövqəltəbii bir səbəbi ehtiva etdiyini nəzərə alaraq, o, “nihil ex nihilo fit” prinsipinə uyğun olaraq istifadə edilə biləcəyini müdafiə etməkdədir.
Zəhra HƏŞİMOVA: – “İlk dərs günümdən xatirə. Filologiya fakültəsi –III. Kurs. 340 A/B . Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı (Azərbaycan Dillər Universiteti).
Ekzistensializm fəlsəfi ədəbi cərəyanının Martin Haidiggerdən sonra ən böyük qələm sahibi olmuş nümayəndəsi olan Jan Pol Sartr öz əsərlərində Nitşe fəlsəfəsinin yarım qalmış nihilizmini varoluşculuk ilə tamamlayaraq, absurdizmin “yabancılaşma “ fikri ilə mükəmməl bir həddə çatdırmışdır. Bu mövzuda “Varlıq və Heçlik”, “Varoluşculuk”, “Bulantı“ kimi romanları, “Azadlığın yolları “ başlığı ilə yazılmış üç əsərlik ( “Yaşanmayan zaman”, “Ağıl çağı “, “Tükəniş “ )trilogiya yazan Sartr əsərlərini, insan, onun taleyi, daxili hiss, duyğu və düşüncələrini, yanlızlığını qərb fəlsəfəsinin üç təməl daşı ilə (Ekzistensializm—Nihilizm—Absurdizm) taclandırmağı əvəzolunmaz qələmi ilə uğurlu şəkildə bacarmışdır. Yazıçı, özünün də yaradıcılarından olduğu Varoluşculuğun “azadlıq”, “izdirab”, “varlıq”, “köhnə inanc” ; nihilizmin “heçlik” , “boşluq” və absurdizmin “yadlaşmaq”, “hissisləşmək” , “robotlaşmaq” kimi tezislərini istər roman, istərsə də hekayələrində ustalıqla mənalandırmışdır.
Filosofun fəlsəfi fikirlərini yansıtdığı əsərlər içərisində təkcə böyük həcmli romanlar deyil, həm də cəmi bir neçə səhifədən ibarət olan hekayələri yer alır. İçərisində “Otaq”, “Herostrat “, “İntim” , “Madrid markası” kimi hekayələrin də yer aldığı silsilənin ilk hekayəsi olan “Divar” əsəri yazıçının az söz ilə yaşamın tragikomik səhnələrinin geniş təsvirini özündə əks etdirir. Ekzistensializm—absurdizm—nihilizm yolunun cəmi 12 saat çərçivəsində tamamlandığı hekayədə obrazın keçirdiyi böyük dəyişim, insanın qorxu və qayğı vəziyyətində xəyal, plan, ümid və ən əsası da keçən zamanın sanki dayanaraq əslində heç yaşana bilməməsi kimi anlar ustalıqla qələmə alınmışdır.
“Divar” hekayəsi
Jan Pol Sartrın “Divar” əsərində ekzistensializm və bu cərəyanın təməlində duran absurdizm idealarını Pablo, Tom, Xuan, Belçikalı və başqa obrazlarla ifadə etdiyini görmək mümkündür. Hekayədə hadisələrə fərqli statuslardan baxış maraqlı olsa da, bunun eyni obraz tərəfindən icra olunması daha da diqqəti cəlb edir. Bu zaman isə belə bir fikrə sahib oluruq:əsərin əvvəlində məhkum olunmuş obraz ilə sonda ölümə doğru irəliləyən obraz arasında qalın bir divar vardır. Edama məhkum olunmuş Pablo daha bir müddət əvvəl ağlına belə gətirmədiyi ölümü artıq təsəvvür edir, gözündə canlandırır. Əsərdə Pablonun ölüm haqqında fikirləri, əslində insan varlığının mahiyyət etibarilə bir “HEÇLİK”dən ibarət olduğunu göstərir. Ekzistensializmin üçün səciyyəvi olan “anlaşılmazlıq” ideyası məhkumları ölümə aparan son on iki saatda gizlidir. Bu fikrə, Pablonun özünü ifadə edərkən hisslərinin qorxu olmadığını və bunun adsız olduğunu deməsi ilə gəlmək mümkündür. İnsanlığın təməlini təşkil edən əxlaqi dəyərlərin “ölüm” və “Varoluş sancısı” çizgisində sərgiləndiyi hekayədə Pablo tərəfindən anlaşılmayan bu hissin də varoluş sancısı olduğunu söyləyə bilərik.
Obrazın keçmişini süzgəcdən keçirdikdən sonra həyatının əvvəlcədən məhkum olduğunu söyləməsi ilə ekzistensializmin digər bir ideyası olan “azadlıq” məsələsinə toxunulduğu hekayə absurdizmin nəticələndirdiyi hissislik və robotlaşmanın verdiyi özgürlük məsələsi öz əksini tapır. Nitşe yaradıcılığında dəfələrlə şahid olduğumuz “düşüncə məhbusluğu” məhz bu duyğularla yoxa çıxdıqdan sonra obrazın düşüncələrdən, qayğı və hisslərdən arınaraq məhbusluğa bir növ vida etdiyini görürük. Əsərin tam da bu nöqtəsində Nitşenin “hələ sən azadlıq axtaran məhbussan”(1 .Səh.48) və “Özgür mü diyorsun kendine? Sana hükmeden düşünceni duymak isterim” (1. Səh.73) cümlələrinin ruhu duyulur. Pablonu da öz fikirlərinin məhbusu kimi qiymətləndirmək olar. Əsərdəki “MƏN” ideasını absurdizm ilə bağlaşdırmaq təbii səciyyə daşıyır , çünki Pablo “edam olunan da , baxan da MƏNƏM” deyirdi. O özünün gözündə canlandırdığı edamına baxır, lakin gördüyü MƏN ə yaddır. Fikrimizcə, əsərin əvvəlində adlandıra bilmədiyi hiss “ləyaqətsizcə ölmək” qorxusudur. Çünki R.Qrisi qoruduğu zaman özü də anlamasa da satqın kimi ölmək istəmir. Bu zaman ölümdən qorxan bir obrazın komissarı səhv yönləndirib sonda ölümü gözə almayacağını da düşünmədən keçmək olmaz. “Köhnə inanc” məsələsinə irihəcmli əsərlərində olduğu kimi, hekayələrində də yer verən yazıçı azadlıq problemi ilə onu tamamlamağı bacarmışdır. Belə ki, əsərin bir neçə nöqtəsində keçmişini xatırladığını gördüyümüz Pablonun bu iki zaman çərçivəsində məhbus olana qədərki sabit və dogmatik inanclarından da arındığını söyləyə bilərik. Sartr köhnə inanclara “mauvaise foi” adlandıraraq bu keçmişin qəflət içində yaşamaqdan başqa bir şey olmadığını fəlsəfi ağırlıqlarla sübut etməyə çalışmışdır. Determinizmin “ “şüursuzluq” anlayışına özünün “azadlıq” anlayışı ilə qarşı çıxan filosof varoluşu üç istiqamətdə dəyərləndirir: özündə varlıq ; özü üçün varlıq və başqası (cəmiyyət) üçün varlıq. Sartr da Pablonun simasında cəmiyyət içərisində bir mövqe tutan obrazın həyatında baş verən absurdluqlar nəticəsində öz seçimi olan, yəni özü üçün olan bir varlığa çevrilməsini təsvir edir.
Simvolizmin müxtəlif çalarlarının hakim olduğu hekayəyə diqqət yetirdikdə “həbs” anlayışının fikizi və zehni cəmiyyəti təmsil etdiyi qənaətinə gəlmək mümkündür. Pablo və digərlərini əhatə edən həbsin dörd divarını əslində cəmiyyətin öz düşüncəsinə uyğunlaşdırmaqla bir növ məhbusa çevirdiyi əhatə kimi də qiymətləndirə bilərik. Bu əsər ölüm, təsadüf, həyatın absurdluğu düşüncələrinə və “Seçimlərimizin nəticələri nədir? kimi suala yönəlmişdir. Hekayədə divar birinin ölümünün qaçılmazlığını simvollaşdırır və məhkumları edam edəcək atəş qrupunun “divarına” da işarə edir . Oxuduğumuz zaman adının insanın daxili dünyası ilə cəmiyyət arasındakı qalın DİVARLARDAN alındığını düşünüldüyü əsərdə diqqət çəkən əsas məsələrdən biri də “həyat” və “ölüm” məsələsidir. Sartr fəlsəfəsində bu “Heçlik içində varoluş” adlandırılır. Hekayədə Pablo və digərlər obrazların həbs otağı kimi bəd bir məkanda öz “mən” lərinin arayıcısına çevrilmələrini də bu heçliyin simvolikası olaraq dəyərləndirə bilərik. Əsərin əvvəlində güllələrin bədəninə girdiyini , ölümün ağrısını təsəvvür edən Pablonun sonda bütün bunlara qarşı robotlaşması və sonda bu hissin məzxərəyə çevrilərək bir insan həyatını yox etməsi əslində bu iki məfhum (həyat və ölüm) arasındakı çizginin incəliyini bir daha göstərir. Aldığımız qərarlar, etdiyimiz bütün hər şey və edə biləcəklərimiz döngüsündə olan varoluş sancıları obrazın hiss etdiyi “boşluq” duyğularını dolduraraq adlandırılmayacaq bir hala çevirir. “Insan nə deyilsə odur, nədirsə o deyil ” deyən Sartr xasiyyətcə bir-birinə yad olan Tom və Pablonu eyni zirzəmidə ölümə məhkum edərək onların bir-birlərində özlərini görmələrinə nail olur. Pablonun dili ilə desək sanki onlar artıq “əkiz” idilər. Sartrın “insan tənhalığı”nı və onun “izdirab”ını hansı yollarla əks etdirməsi isə insanı daha çox düşündürür. Sartre fəlsəfəsinin mərkəzində bir-biri ilə əlaqəli dörd hadisə durur : şüur, azadlıq, zərərli niyyət və həqiqət. Zaman məhfumunun şüur nəzəriyyəsi üçün önəmi vardır. Hekayənin qəhrəmanı duyduğu boşluq hissi ilə keçmişini müqayisə edərək öz həqiqətini tapır .
Sartr yaradıcılığında sadəcə mənəvi aləmin deyil, səthi, gözlə gördüyümüz adi əşyalar belə bir anlam daşıyır. Biz bunu “Bulantı” əsərində də “divan” və bu hekayədə olduğu kimi, “oturacaq” kimi əşyalarla təsvirdə görürük. Əsərdə qəhrəmanların həbs olunduğu təkadamlıq kamera, toxunduğu oturacaq, aldığı qoxu belə bir məna ifadə edir. Təkadamlıq kameranın soyuqluğundan bəhs edən Pablonu əldən salanın təklik olduğunu görürük. Komçanı sevməsinə rəğmən onunla görüşmək istəməsinin səbəbini qızın, onun qoxusundan iyrənmə ehtimalında göstərən Pablo, fikrimizcə, Konçanın onun gözlərində yaranmış hissizləşməni görməsini istəməməsidir. “Ürəkbulanma” əsərində “əşyalar adlarından azad olublar” deyən Sartr Rokantenin “oturacaq” üzərindəki təsəvvürlərini bu dəfə Tom ilə davam etdirir. Əlini oturacağa vuran Tom tez əlini çəkir. Lakin onu qorxudan Rokantenin gördüyü “ölü eşşək”yox , öz ölümünün təsviridir. Bütün duyğuları özünəməxsus yollarla ifadə etmiş Sartr, həmçinin əsərdə varlıq və heçlik arasındakı divarın da mövcudluğunu göstərməyə nail olmuşdur. Hekayənin son səhnəsini isə absurdizmin ən pik həddi də adlandırmaq olar. Satqın kimi ölmək istəməyən Pablonun həyatla zarafat etdiyi anda, həyatın “təsadüf” ilə əslində onunla məzxərəsini təsvir edən Sartr, düşüncə və həyat tərzinə görə bir-birinə bənzəyən, ruhları adiləşmiş insanlarlara qarşı, özünün absurdluq yolunda öz “Mən” ini, daha dəqiq desək, öz varlığına dönən obrazını qoyur.
Nəticə etibarilə Sartr əsərində ,insanın öz “MƏN” ində yaşadıqlarının cəmiyyət içərisində yanaşmasını istər obrazlarla, istərsə də əşyalarla dərin şəkildə ifadə etmişdir. Həyat və ölüm mövzusundakı düşüncələri ilə insan, yaşam , yaşam qayəsi kimi dəyərləri sorğuladan Sartre həm Fransada, həm də öz ölkəsindən kənarda geniş yayılmış bir nüfuza sahib idi, yazıçı-intellektual şəxsiyyəti nəzəri və hərəkət insan keyfiyyətlərini özündə birləşdirir.
Ədəbiyyat
Friedrich Wilhelm Nietzsche “Böyle buyurdu Zerdüşt “ İlgi Kültür Sanat Yayınları, 2015 , p.400.
Jan Pol Sartr “Seçilmiş əsərləri “ “Şərq-Qərb” nəşriyyatı, 2013, p.600.
“e-Dalga”. Şəbəkə Dərgisi. Sayı no 2, Kulturoloji. “Postmodernizm” Kulturoloji, Ədəbi-Tənqidi Yazılar toplusu
Guliyev, K. (1998). Bədii ədəbiyyatda Varoluşçuluk. “Cahan” Dərgisi, 4.
Fransız filosofu, dramaturqu və yazıçısı Jan-Pol Sartr erkən yaşlarında sadiq marksist idi. Lakin o, sonralar sinfsiz cəmiyyətin yaradılmasına çağıran siyasi və iqtisadi nəzəriyyə olan marksizmin ən görkəmli tənqidçilərindən birinə çevrildi. Sartrın marksizmi tənqid etməsi ilk növbədə onun determinist və reduksionist mahiyyətini hədəfləyir. Marksizm, Sartrın fikrincə, şəxsiyyəti sadəcə subyektə endirir, onu öz taleyini seçmək və təyin etmək azadlığından məhrum edir. Marksizmə görə, fərdləri öz sinfi, hərəkətlərini isə iqtisadi baza ilə müəyyən edilən sinfi mübarizə müəyyən edir. Sartr hesab edirdi ki, fərd haqqında bu determinist baxış kökündən qüsurludur, çünki o, fərdin subyektiv təcrübəsini və agentliyini inkar edir. Sartr iddia edirdi ki, fərdlər sadəcə iqtisadi şəraitlərinin məhsulu deyil, daha çox öz seçimləri və hərəkətləri ilə öz taleyini formalaşdıra bilən şüurlu, fəal varlıqlardır. Sartr həmçinin marksizmi onun fəhlə sinfinə həddən artıq bəsit və reduktiv baxış olduğuna inandığı proletariat konsepsiyasına arxalandığına görə tənqid edirdi. O, proletariatın homojen bir qrup olmadığını, əksinə maraqları, istəkləri və istəkləri fərqli olan müxtəlif fərdlər qrupu olduğunu müdafiə edirdi. Sartr hesab edirdi ki, marksizmin bu fərqləri izah etməməsi fəhlə sinfinə dar və doqmatik baxışa gətirib çıxarır ki, bu da son nəticədə həqiqətən sinifsiz cəmiyyətin əldə edilməsinə mane olur. Marksizmi tənqid etsə də, Sartr sosializmi siyasi ideal kimi rədd etməmişdir. O, komanda işinin vacibliyinə və bərabərlik və sosial ədalətə əsaslanan cəmiyyətin zəruriliyinə inanırdı. Bununla belə, o, sosializmə marksizmin dar və doqmatik dünyagörüşü ilə deyil, insan davranışının və sosial dinamikanın daha incə və mürəkkəb dərk edilməsi ilə nail oluna biləcəyini müdafiə edirdi. Nəticə olaraq, Sartrın marksizmi tənqid etməsi onun fərd haqqında determinist və reduksionist baxışına, fəhlə sinfinə dar və doqmatik baxışına, tarixi determinizm konsepsiyasına arxalanmasına yönəlmişdi. Sartr sosializmin siyasi ideal kimi əhəmiyyətinə inanırdı, lakin marksizmin dar və doqmatik dünyagörüşü ilə buna nail ola bilməyəcəyini müdafiə edirdi.
Martin Lüter: “Cəhənnəm mənimdir” Martin Lüter Cənnət qəbzləri satan kilsə nümayəndələrinə “Cənnəti pul müqabilində satırsız, mən cəhənnəmi istəyirəm, satın mənə!” deyə müraciət edir. Mühakimə edənlərdən birinin:”Cəhənnəmi kim alar ki?” sualına məhəl qoymayan Lüter təkidlə “Mən alıram, neçəyə satırsızsa pulunu deyin” deyir. Mühakimə edənlər Lüterin axmaq olduğunu zənn edib cəhənnəmi ona “sataraq” cəhənnəmin Lüterə məxsus olduğunu göstərən möhürlü sənədi verirlər. Daha sonra isə gözlənilməz bir hadisə baş verir. Martin Lüter qapının qarşısında onu gözləyən xalqa müraciətlə deyir:”Cəhənnəmi aldım. Ora artıq mənimdir və heç kəsi ora buraxmayacam”. Bundan sonra xalq özünü sığortalanmış hiss edərək cənnət qəbzlərindən imtina edir və kilsənin bu hiyləgər siyasəti iflasa uğrayır Nəticə olaraq 500 il bundan əvvəl Almaniyanın inkişafı başlandı. Lakin Lüter bu hadisədən öncə nə qədər “kilsə sizi aldadır, cənnət qəbzləri həqiqət ola bilməz” desə də heç kəs ona inanmırdı.