
Pərdəli gəzməyən nəzərə gələr
Qürbət eldə baş yastığa gələndə,
Qəribin yadına ay ana düşər.
Əcəl yetirəndə, vaxt təng olanda,
Ona haqq rizası əyana düşər.
Könül sim axtarar, nə zərə gələr,
Pərdəli gəzməyən nəzərə gələr.
Elə ki, Əzrayıl nəzərə gələr,
Boşalar qolların, a yana düşər.
Mən xəstəyəm, gəl ələ ha al əli,
Sərraf gözüm xub tanıyır ha ləli.
Yazıq Qurban, ha sızılda, ha ləli,
Görək ki, əlinə, aya, nə düşər!?
Müəllif: Aşıq Qurban
Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
97 thoughts on “Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.””