Lev Nikolayeviç Tolstoy (Лев Николаевич Толстой) – 9 SENTYABR

LEV NİKOLAYEVİÇ TOLSTOY HAQQINDA

Lev Nikolayeviç Tolstoy (Лев Николаевич Толстой) 9 sentyabr, 1828 — 20 noyabr,1910 — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L.Tolstoyun yazdığı “Hərb və Sülh”, “Anna Karenina” “İnsanı yaşadan nədir” əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur.

Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — “Allahın səltənəti qəlbimizdədir”(“Царство Божие внутри нас”) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı
Varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada anadan olub. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı. Çalışqan, savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf etdirmiş, Volteri və J.J. Russonu oxumuş, bu iki yazardan güclü təsirlənmişdi. O, Yasnaya-Polyanaya geri döndü və yoxsul kəndlilər arasına qatıldı. Bu ərəfələrdədə yazdığı ilk əsəri “Uşaqlıq” adlanırdı.

Lev Nikolayeviç Tolstoy – 1848.

Bir müddət sonra orduya çağırıldı, Qafqaza yollandı. Qafqaz xalqlarının yoxsulluq içində yaşayışinı ilk realist hekayələrində qələmə aldı. 1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatıldı. Sonra əsgərliyi başa vurub Peterburqa getdi. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazdı. Yenə də içində axdardığını tapmayan bir ruh çalxalanırdı. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxdı. Almaniya, Fransa, İsveçrəyə səyahət etdi. Məmləkətinə dönüşündə yenə Yasnaya-Polyanaya yerləşdi. Zadəganlıq titulundan, yüksək həyatdan sıxılırdı. Kəndində bir məktəb açdırdı. Bu məktəb maarifçilik və tədris baxımından yeni bir qurum idi. Rahatçılığa qovuşduğuna qənaət etdikdən sonra 1862-ci ildə evləndi.

Tolstoy evləndiyində həyat yoldaşı Sofiya Bers 12 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətinə son qoyacaqdı. Evləndikləri gün oxuması üçün həyat yoldaşına əvvəlki həyatı, özəlliklə də yanlarında çalışan qadın qullarla olan münasibətlərini anlatdığı gündəliklərini vermiş və əvvəlki həyatındakı etdiyi səhvləri öyrənməsini istəmişdi. Qadın hərisliyinə baxmayaraq, evlilikləri ömrünün sonuna kimi davam etdi.

Lev Nikolayeviç Tolstoy – 1908.

Bu evlilikdən 12 uşaqları oldu; bu uşaqlardan 3-ü öldü. Əsərlərindən ən qüvvətli olanı iki romanı “Hərb və Sülh” ilə “Anna Karenina”nı bu zamanlarda yazdı. Həyat yoldaşı əsərlərini yazmağında ən böyük köməkçisi idi. Hətta “Hərb və Sülh” əsərini 9 dəfə düzəliş edərək yazmışdır. Aradan bir müddət keçdikdən sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi sarsıntıya uğradı. Geniş xalq kütləsinin, özəliklə rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi. Bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Kor-kobud geyinir, geydiyi hər geyimi özü tikirdi. Dəyişməyən tək tərəfi bezib usanmadan yazmasıydı. “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsə və Dövlət”, “Etiraflarım” hamısı bu illərin məhsuludıur.

Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoyun dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof, bir maarifçi olaraq da şöhrət qazanmışdı. Yuxarıda adıçəkilənlərdən savayı “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur.

82 yaşında vəfat eden Tolstoy dəfələrlə böyük sıxıntılar yaşamışdır. Marksizmin təsirilə özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbindən bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Buna görə ailəsiylə problemləri yarandı. Xiristian anarxiyasının inkişafına çalışdığı kitabı “Tanrının varlığı içimizdədir” kitabıyla yeni bir xiristianlıq cərəyanı yaratması pravoslav kilsəsi tərəfindən qovulmasına səbəb oldu. Tolstoy ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb yollara düşdü. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapıldı. Ölümünə sətəlcəmin səbəb olduğu deyildi. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışdı. Əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük rus yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixində özünəməxsus yer tutur.

Yaradıcılığı
Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur “Kazaklar” və “Hacı Murad” povestlərinin və
başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı [[Sevastopol]]a, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl “Sevastopol
hekayələri”ni yazır.

Lev Nikolayeviç Tolstoy – 1908.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq “Ailə xoşbəxtliyi” əsərini çap etdirir.
O, 1862- ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə “Hərb və sülh”
romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G. Plexnov və A. Lunaçarski Tolstoy dühasını
yüksək qiymətləndirib onun “Hərb və sülh” romanını dünya ədəbiyyatında ən gözəl əsər hesab edirdilər. “Hərb və sülh” romanındən sonra dünya şöhrəti qazanan əsəri “Anna Karenina” romanı olmuşdur.

Tolstoy 1880-1890-cı illərdə “İvan İliçin ölümü” (1884-86), “Xolstomer” (1885), “Kreyser sonatası” (1887-1889), “Sergey ata”
(1898), “Cəhalət hökmranlığı” (1886), “Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır.

Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.

Tolstoy və Azərbaycan
O, hələ 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda yazırdı ki, Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.

L. Tolstoyun hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L.Tolstoyun əsərlərinə Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində geniş yer verilib.

1894-cü ildə Bakı şəhər rus-müsəlman məktəbinin direktoru Sultanməcid Qənizadə L.Tolstoyun “Birinci araqçəkən” komediyasını azərbaycan dilinə tərcümə edib və ona həvəskar səhnədə quruluş verib.

1895-ci il dekabrın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında Lev Tolstoyun “Zülmətin hakimiyyəti” pyesinin premyerası oldu.

Azərbaycan dilində yeni dünyəvi dərsliklərin ilk tərtibçiləri Rəşidbəy Əfəndiyev və Abbas Səhhət bu işdə Lev Tolstoyun “Əlifba” kitabının prinsipini, yəni qrammatik qaydalarla oxu prosesində tanış olmaq prinsipini əsas götürüblər.

Tədris rus dilində aparılan müxtəlif şəhər orta təhsil müəssisələrinin şagirdləri də uşaq əsərlərinin tərcüməsi ilə məşğul olublar. İlk belə bir cəhdi Bakı şəhəri 2 nömrəli rus-müsəlman məktəbinin şagirdi Hacıağa Abbasov (sonralar Azərbaycanın Xalq artisti) göstərib. “Allah gec eləyər, güc eləyər” hekayəsi onun tərcüməsində 1906-cı ildə nəşr olunub.

1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və L.Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya hədiyyə edir. L.Tolstoy isə ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.

S. Qənizadə nəinki L.Tolstoyun ömrünün sonunadək yazıçı ilə məktublaşır, xalq maarifi məsələləri ilə bağlı ondan məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.

Əsərləri

  • Hərb və sülh (roman)
  • Anna Karenina (roman)
  • Hacı Murad (roman)
  • Dirilmə (roman)
  • Etiraf (Tolstoy) – MÜTLƏQ OXUYUN – Ana dilimizdə var.
  • Şeytan (Tolstoy)
  • Kreyser sonatası
  • Uşaqlıq (əsər)
Yasnaya Polyana yolunda.

“Tolstoy velosipedi”
Tolstoy velosiped sürməyi 67 yaşında öyrənib. Bu ifadə heç nə üçün gec olmadığını bildirmək üçün istifadə edilir.

Ruhu şad olsun, Uca Allah günahlarını bağışlasın. Amen…



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir