Bu yollar məni yorur… Şəlalə Camal.

Bu yollar məni yorur…
Yollar gözümə durur,
Adicə dükana da
Getməyə ərinirəm
Söylə, sən necə getdin,
Heç bir şey söyləmədən…
Hələ bir utanmadan
Gecən xeyirə deyirsən
Sən gedəndən yatmıram
Yuxum da gəlmir mənim
Gündüzüm aydın olmur
Gecəm xeyirə də qalmır…
Bir Allahın bəndəsi
Soruşmur ki, necəsən?
Daha ağlamıram da…
Hə, sən çıxıb gedəsən,
Mən də göz yaşı tökəm?!
Elə qanun harda var?
Mən də öz həyatımı
Yaşayacam… Biləsən!


Mən elə bir rəssamam ki,
1 yönsüz karandaş ilə
Mənzərəni vəsf etmişəm…
Gözlərimin yaşını
Kağıza yağış etmişəm,
Çəkməyə yer olmayanda,
Ürəyimə dağ çəkmişəm.
Bax beləcə…
Çəkmədiyim şeylər də var
Yollarından gözümü
Hələ də çəkə bilmirəm…
Gözləyirəm.
Bəlkə bir gün dönərsən
Vallah bu gedişlə getsə
Sən məni şair edərsən

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özümə qənimdir xatirələrim

Özümə qənimdir xatirələrim

Həm məni yaşadan şirin xəyalım
Həm acı qəmimdir xatirələrim
Bəzən ürəyimi didən peşmanlıq
Bəzən həmdəmimdir xatirələrim.

Vüsala tamarzı kədərdən kalan
Qisməti intizar, sevgisi talan
Ötüşən ömürdən yadigar qalan
Saçımda dənimdir xatirələrim.

Dünəndən boylanıb güdür sabahı
Yığır ürəyimə amanı, ahı
Heç kimlə bölüşə bilmirəm axı
Tək mənim, mənimdir xatirələrim.

Eloğlu, getdi ta gedən dünənim
Havayı xərcləndi ömür dönəmim
Sirr kimi daşlaşıb sinəmdə mənim
Özümə qənimdir xatirələrim.

31.05.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I