
Qurban
Gəlintək bəzənib yolunda durram,
Gözlərəm yolunu hər səhər-axşam,
Bir kəlmə sözündən min xəyal qurram,
Mənə ilham verən selinə qurban!
Həsrətin çəkmişəm illər boyunca,
Başımı sinənə gəlib qoyunca,
Oxşa saçlarımı, oxşa doyunca,
Zərif barmağına, əlinə qurban!
Sən elə qiymətli, əzizsən mənə,
Dünyanı dəyişməm bircə telinə.
Məni sevdiyini Sən də de mənə,
Yalandan olsa da, dilinə qurban!
Unudub dünyanın dərdi-sərini,
Sən düşsən cənnətin gül bucağına,
Bircə gül qoparma, bircə gül qırma,
Qurumuş olsa da, gülünə qurban!
Müəllif: QƏNDAB
Oxuyun >> Gözündə tük var