Müşfik Şükürlü. ARKADAŞ.

ARKADAŞ
(öykü)
Bir kadını sevmek o kadar zor ki… Şimdiye kadar
sevmemiş olduğunu anlamak ve yirmili yaşlarda
bir gencin kendi yaşlarındaki bir kızı deliler  gibi
severek, sadece, çok zor bir aşk bulmacasının
cevabını bulmak için  yola çıktığının farkında
olmamak  – tüm bunlar yepyeni bir duyguyu keşf
edip sefiller gibi, ateşli bir tufana yakalanmaktan 
başka bir şey değil. Ve inan ki, şimdiki duygularım
ve ilerde yaşayacaklarım  (bu öyle bir şeyle eş
değer ki, sanki çok güçlü bir ilaç  almışım ve
zaman-zaman o ilacın etkisinden ruhumun
derinliğinde daha fazla bir mutluluk  keçi inadıyla
bir gelip bir gidiyor .. ve öyle zamanlarda dumanlı,
meraklı bir yalnızlık bana acı vererek içimi
burkuyor . Belki beynimi etkileyen  bir ilaç
kullanmış olsaydım, aynen böyle olurdu, (ya da
buna benzeyen bir şeyler) kim bilir , belki de
bundan çok daha ağır ve acıverici. Bir kadını
sevmek çok zordur , pamuk kalplim…
Bir aşığın kalbini avuçlarının içinde zarif
parmaklarıyla okşayan toz pembe  hayalimi
yazıyorum buraya. Bak şimdi bir kadını sevmeğin
alev – alev allanan hafif işartılı bir ateşin üzerinde
kendi teninin kavrulup  yanmasına tanıklık etmek
kadar ağır , çok daha ağır olduğuna inana bilirsin.
T üm bunların yanı sıra bence sevgi aynı zamanda
şerefli ve cesur bir duygu.
Beynim kalabalığı izleyip, yankılanan seslere
kulak verdikçe duygu ve düşüncelerimi, ruhumu
ola bildiğince hayalen daha huzurlu bambaşka bir
ortama götürmek arzusuyla – arabalardan, yaya
geçitlerinden uzak, banklarla ve türlü türlü
kitapçılarla kuşatılmış büyük, geniş sokakta
dalgın bir ifadeyle  nereye gittiğimi bilmeden
yürüyorum. Belki her kesin mutluluğu bir birine
karışmış, bekli de beynimde sen olduğundan 
böyle düşünüyorum. Ancak bu mutluluktan vaz
geçmiş ve uzun, çok uzun dakikalar önce yolu
karşıdan karşıya geçerken trafik ışığını geçerken
kırmızı bir arabanın  penceresinin ardından seni ,
ya da ön oturacağı göremeyecek kadar geç
kalsam bile, o küçük sevdalıyı  arıyorum. Her şeyi
aydınlığa kavuşturmak ve bahtım yüzüme
gülecekse, mutluluktan zevk almak için ne
oyunlarım, ne senaryolarım var  bu senli ruhumda,
bir öğrene bilsen!
  Arka sokaklardan birinde hiç sebebini  bilmeden
geri dönüyorum. Hemin an beynimdesin, ruhuma
yansımış gibisin, bir azdan ruhum senin
yüzündeki ifadeye, duruşundaki ürkek ama bir o
kadar da cesaretli yeminliğe göç edecekdir .
Bundan emin ol.
Bak işte, bir az aralıda sen varsın. Sağ tarafda,
beni göre bilecek kadar yakınımdasın ve eminim
görmüşsün artık . Çünkü dudaklarına kelebek
hafifliğiyle bir tebessüm konuyor ve seni rahat
bırakmayan , parmak uçlarına basıp boyunu
yükseltmeye çalışan, lacivert elbisenin eteğinden
yapışmış küçük meleğinin seni çekip götürdüğü
yöne doğru gitmek istemiyorsun. Hayır , orda
benim için beklediğini, öylece baka kalmağının 
sebebinin ben olduğumu söylemiyorum. Ancak
yüzündeki ifade ve  bütünlükle uzakdaki
hayranının bakışlarından güç almış, sol kısmı
aşağıya doğru gerilmiş  dudaklarının evhamlı
ifadesinde varlığımı duyuyorum ve hiç şüphesiz
burada  benim de payım var .
Bu ani ve uzun ruh tutulmasının ardından kendimi
zor da olsa toparlıyorum, kalbimin tenimi delip
geçmesine, ruhumda fırtınalar koparmasına izin
vermiyorum. Ve sana  yaklaşıyorum. Adımlarım
nedense bir haylı hızlı. Oysa belki de sen kalbinin
sesine kulak versen beni bekleye bilirdin. Sana
yetişip sesleniyorum: “Merhaba!”. Yüzünü yana
doğru çevirip bana bakıyorsun ve zaten kalbimi 
gözlerimden okuyup bu kadar güzel anlayacağın
kadar başka ne ola bilirdi ki. Aynen benim gibi,
sakin (kulakbatırıcı, mahrem sessizlik misali) ve
nezaketle selam veriyorsun.
Sana başka ne söyleye bilirdim ki? Bu kutsal
mutluluğa senin varlığını okşamaktan  başka
nasıl bir karşılık verebilirdim  ki?
Bir az aşağıda, asfaltın üzerinde kırmızı elbisesi
gibi   kuş leleklerine benzeyen kiprikleriyle kalbimi
kanatlandıran zarif bir çiçek açmış. Ve o senin 
dizlerine sığınıp bana bakıyor . Ben senden izin
istiyorum: “Kızınızı öpebilir miyim?”. Bu cümle
sade ve derin neşeyle sesleniyor və bu an senin
gözlerinize, dudaklarına ilahi, kutsal bir zariflik
konuyor . “ Olur . ” Ben çocuğun önünde
eğiliyorum, onun ayaklarına  dokunan, yere doğru
uzanmış minnacık, tombik ellerinden öpüyorum,
onun melek yüzündeki masum çizgilər hiç
değişmiyor , sadece, şaşkınlık içinde bana bakıyor .
Bu arada sen bana teşekkür edip sahneyi akışına
bırakıyorsun.

  • Neden bu kadar güzelsin? – Onun saçlarının
    çenesinin önünde yukarıya  doğru yönünü
    değiştirmiş  ve seninki gibi sivrileşmiş, nura
    boyanmış tellerini hatırlatan saç uçlarını okşayıp
    soruyorum.
  • Ne bileyim… (Y a da hiç cevap vermiyor).
  • Seninle arkadaş ola bilir miyiz, güzel kız ?
  • Neden?
  • Mutluluğun bir nedeni olmaz ki. Sadece mutlu
    olmak için.
    Bana verdiği cevabı hatırlamıyorum. Ancak gri -tutkun bir karmaşanın içinde tüm renklerin ve
    hayallerin gittikçe beyaza dönüştüğünü 
    görüyorum.
    Yazar: Müşfik Şükürlü
    Türkçeye aktaran: Turan Novruzlu


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMALDAN ÜMMAN KİMİ DÜZMƏCƏ – ŞEİR, ŞİİR… POEM… POEZİYA…

Mən heç anlamıram özümü bəzən,
İçimdə nə qədər yazım var mənim…
Bu qədər məhəbbət, bu qədər sevda,
Gör necə qəlbimə o sığar mənim…

Töküb vərəqlərə hissiyatımı,
Oyaqmı qalım mən, yoxsa yatımmı?..
Məhəbbət boyunda külliyatımı
Necə ürəyimə sığdırmışam mən?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


PDF: 
>>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏN ÇOX OXUNAN AZƏRBAYCAN YAZARLARI

YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun), Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun), Hüseyn Abbaszadə (ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.

Qeyd:

İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kişi papağı – Hekayə. Çingiz ABDULLAYEV

KİŞİ PAPAĞI

(Çingiz Abdullayevin hekayəsi)

Bu gerçək əhvalatı mənə tanışım danışıb. Üstündən yarım əsrdən çox keçsə də, mənə elə gəldi ki, məhz indi onu xatırlamaq və vətəndaşlarımıza, o cümlədən gənclərimizə danışmaq lazımdı.

Deməli, əhvalat Azərbaycanın böyük dağ kəndlərindən birində baş verib və bu hadisələri görüb yaddaşına həmişəlik həkk edən bu adamın o vaxt on yaşı olub. Adət üzrə, kənddə ağsaqqallara hörmətlə yanaşırdılar. Ənənəvi olaraq, papaqlı üç nəfər həmkəndlisinin müxtəlif mübahisə və şikayətlərini həll etmək üçün kənddən keçib mərkəzdə, böyük ağacın yanında toplaşırdılar. Onların icazəsi olmadan nə milis əməkdaşları, nə də formalı prokurorlar kənddə görünə bilərdilər. Sovet hakimiyyətinin çiçəklənmə dövrü idi – indi buna inanmaq, demək olar, mümkün deyil. Amma yerli hakimiyyət bu kənddə adətləri bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.

Günlərin birində məktəbə Kalaşnikov avtomatı gətirildi ki, yuxarı sinif şagirdlərinə onun sökülüb-yığılmasını öyrətsinlər. Məktəbdə qoymamaq üçün direktor avtomatı patronları ilə birlikdə evə gətirir. Və növbəti gün o, evdən gedəndə 12 yaşlı yeniyetmə oğlu avtomatı götürüb bir az atəş açmaq qərarına gəlir. O, cəmi bir neçə atəş açsa da, onlardan biri hədəfə çatdı. Güllə oğlan dünyaya gətirmək üzrə olan hamilə qadına dəymişdi. Qadın və uşaq həlak oldular. Hamı şokda idi. Məktəbin direktoru kimi qadın da hörmətli ailədən idi. Azərbaycan dilində “müəllim” sözü sadəcə, öyrədən deyil, daha çox hörmətli deməkdir… Bəla hər iki ailəyə gəldi. Dəhşətli bəla.

Ağsaqqallar çinarın yanında toplaşdılar. Astadan bir saata yaxın məsləhətləşdilər və yekdil qənaətə gəldilər ki, bu, dəhşətli anlaşılmazlıqdır. Üç ağsaqqal həlak olan qadının atası evinə sarı yollandı. Yarım əsr sonra bunu mənə danışan oğlan da onlarla birlikdə idi. O, həmişə onların yanında olub, qocalara kömək edirdi.

Mərhumun evində matəm idi. İçəri girən ağsaqqallar papaqlarını çıxarıb stolun üstünə qoydular. Ev sahibi üzbəüz oturdu. Kədərdən rəngi qaralmışdı. Çay gətirdilər. Heç kim stəkanlara toxunmadı. Gələnlərin arasında yaşca ən böyüyü məktəb direktorunun ailəsinin sabahkı dəfn mərasimində iştirakına icazə verilməsi xahişi ilə ev sahibinə üz tutdu. Ev sahibi uzun müddət susdu. Çaylar toxunulmamış qaldı. Papaqlar qonaqların qarşısında düzülmüşdü. “Bacarmıram, – ev sahibi çətinliklə dilləndi, – bağışlaya bilmirəm. Nəvəmizin doğulmasını elə gözləyirdik ki… Bacarmıram”.

Ağsaqqallar anladılar ki, daha xahiş etməyin mənası yoxdur. Və bu zaman onların yaşca ən böyüyü qalxdı. O, papağını stolun üstündə qoyub çıxışa doğru yönəldi. Ardınca ikinci də qalxdı. Üçüncü də. Üç papaq stolun üstündə qaldı və onlar çıxışa başıaçıq yönəldilər. Ev sahibi ağsaqqalların arxasınca qaçdı. Onları masaya qaytarıb, hər stəkana bir parça qənd atdı. Öz stəkanına da  bir parça qənd atıb, çaydan bir qurtum aldı. Ardınca qonaqları da çay içdi. Hər şey sözsüz aydın idi. O, qızının və doğulmamış nəvəsinin qanını bağışladı. Qonaqlar papaqlarını başlarına qoyub səssizcə evdən çıxdılar. Oğlan heç nə anlamadan onların arxasınca qaçdı.

Axşama artıq bütün kənd baş verənlərdən xəbər tutmuşdu. Və bu vaxt oğlan babasından qonaqların papaqlarını qoyub getməsinin və ev sahibinin onların arxasınca qaçmasının səbəbini soruşdu.

– Onlar kəndə başıaçıq çıxsaydılar, biz həmişəlik rüsvay olardıq, – babası izah etdi, – ağsaqqallarının başıaçıq gəzdiyi kəndə heç kim hörmət etməz. Hamımız biabır olardıq. Papağı yalnız qana görə çıxarıb qanlının evində qoya bilərsən. Yalnız barışmaq naminə. Ağsaqqallar bir daha sübut etdilər ki, həmişə onların fikrinə etibar etməkdə nə qədər haqlıyıqmış. Barışıq naminə onlar biabırçılığa hazır idilər. Bunlar əsl kişilərdir, – baba sözünü tamamladı, – qeyrətin, şərəf və ləyaqətin nə olduğunu bilən ağsaqqallarımızdırlar. O ailə başçısı da kişidir. Bu üç papaq xatirinə o, belə bir dərddən, qızının və doğulmamış nəvəsinin qanından keçdi.

Əhvalat bundan ibarətdir. Biz azərbaycanlılar beləyik. Şərəf və namus ağsaqqallarımızın qanında olub. İndiki Səadət sarayını tikdirən Murtuza Muxtarov da belə idi. Çağırılmamış qonaqlar atın tərkində həyətinə soxulanda o, hamını güllələyib, sonuncu gülləni də özünə sıxıb.

Yapon əsirliyində daha onlara qarşı vuruşmayacağı ilə bağlı kağızı imzalamaqdan imtina edən general Səməd bəy Mehmandarov da belə olub. Qəhrəman kimi yaşayan, mabarizə aparan və həlak olan Ziya Bünyadov da belə idi! Və onların hamısı BİZİM kişilərimiz olub!

İlkin mənbə: /edebiyyatqazeti.az/

Müəllif: Çingiz ABDULLAYEV

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevil Gül Nur. ÖMÜR ŞİRİN YUXUDUR.

ÖMÜR ŞİRİN YUXUDUR
Fələkdən kam almaq necə qəlizmiş!
Həyat bir dəyirman – ömrü üyüdən…
Sən demə, bu dünya yaman cılızmış,
Mənəmmiş gözümdə onu böyüdən…
* * *
Mən nəhəng bildiyim zirvəli dağlar
Əslində əl qədər toz yığınıymış.
Çəmənlər… Düzənlər… Bağçalar… Bağlar…
Dilimdə kök salan söz yığınıymış…
* * *
O sonsuz ümmanlar, dərin dəryalar
Ovcuma sığışan bir udum suymuş.
O ucsuz-bucaqsız geniş səhralar
Bir qarış ölçüdə olan quruymuş…
* * *
Gündüzlər aləmə nur yayan Günəş
Cismimi yandıran isti kürəymiş.
Ay gecə işıq yox, saçırmış atəş,
Övkəsi, hikkəsi, hirsi Yerəymiş…
* * *
Sanırdım, yağışdır göydən süzülən,
Sızlayan ruhumun göz yaşlarıymış.
Ağaclar – cərgəylə yerə düzülən-
Ölmüş arzuların baş daşlarıymış…
* * *
… Yaşanan bu ömür şirin yuxudur,
Qarışıb gecəyə gündüzlərimiz.
Gerçəyi dərk etmək bizi qorxudur,
Odur ki, ayılmaq istəmirik biz…

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əlirza HƏSRƏT. YASƏMƏN.

ƏLİRZA HƏSRƏTİN YAZILARI


YASƏMƏN
Bu yaz da yetirdim özümü sənə,
Qoy sürtüm əlimi, üzümü sənə.
Yollar heykəl qoyub izimi sənə,
Düşübsən ağıza-dilə, yasəmən.

Diksindir laləni,oyat süsəni,-
Qızlar ad seçəndə özünə səni.
Divanə ruhuma şam tut busəni,
Yaxanı açanda yelə, yasəmən.

Hər gülün budaqda yanan bir işıq,
Şehindən ver içim qoy qaşıq-qaşıq.
Ətrindən məst olan bu qərib aşıq,-
Çətin ki özünə gələ, yasəmən.

Müəllif: Əlirza Həsrət

ZAUR USTACIN YAZILARI

ƏLİRZA HƏSRƏTİN YAZILARI


PDF>>>
ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR USTAC: – USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV. LOTOREYA BİLETİ.

LOTOREYA BİLETİ

(hekayə)

         Miriş hər dəfə lotereya bileti alanda Səkinə deyinir: “Sən də özünə iş tapmısan? – deyirdi. -Neynirsən bu bileti? İşhatandan maşın keçir? Yox bir, təyyarə, helikopter, bəlkə də dron udacaqsan.  Bu lotereya biletlərinə verdiyin pullara get ət, toyuq al, nuş-canlıqla yeyək. Qoz, badam ləpəsi, püstə, ərik qurusu götür. v

         Miriş də əlini yelləyərək:

         -Birdən-birə Amerika kəşf etmirlər, – deyə cavab verirdi. -Vaxt lazımdır, bəxt lazımdır.

         -Vaxtı bilmirəm, bəxtdən yarımamışıq.

         Miriş ciddi görkəm alaraq:

         -Yoxsa peşman olmusan? – dedi.

         Səkinə özünü yığışdırdı:

         -Nədən peşman olmuşam?

         Miriş cavabında dedi:

         -Mənə ərə gətməyindən.

         Səkinə ərinə sığındı:

         -Gör hara gedib çıxdın?! Peşman niyə oluram. O mənada demirəm. Yəni haradadır o bəxt bizdə ki, bir minik maşını udaq. Paltar maşını udsaq belə, sənin papağını göyə ataram.

         Miriş arvadının saçlarından öpərək:

         -Ay mənim ağıllı xanımım. Yaxşı, daha lotereya bileti almaram. İndiyə qədər bəxtimizə bir kibrit çöpü də düşməyib.

         Səkinə dilləndi:

         – Vallahi-billahı maşını öz adamları udur. Qurma, qondarma oyunlardsır. Minik maşın olan lotereya biletini verirlər öz qohum-əqrəbalarına, dost-tanışlarına. Belədə  guya minik maşınını o udur. Sonra onun əlindən alıb, bir az pulla – bilmirəm 200-300 manat, ya da 500-1000 manatla onun ağzını yumurlar. Həm bu lotereya oyunbazları, həm də yalandan maşın udan qazanır.

         Miriş arvadı ilə razılaşdı:

         -Əslinə baxanda sən düz deyirsən, ay Səkinə. Daha lotereya biletinə pul verən deyiləm.

         Bir müddət keçdi. Miriş yenicə işdən gəlmişdi, vanna otağında yuyunurdu. Səkinə onun çayını-xörəyini hazırlayırdı. Əlində çay qonaq otağına gələndə stolun üstündə lotereya biletlərini görüb təəccübləndi:

         -Miriş köhnə xasiyyətindən əl çəkmir ki, çəkmir.

         Əlindəki fincanı stolun üstünə qoyub səsləndi:

          -Ay Miriş, yenə başladın?

Mirişin səsi gəldi:

-Yenə nə olub, ay Səkinə? Səsini başına atmısan. 

Miriş qonaq otağına gəldi.

-Ay kişi, bu nədir? Yenə lotereya bileti almısan. Ötən dəfə danışmadıq?!

Miriş özünə haqq qazandırmağa çalışdı:

-Vallah təsadüfən oldu. Səninçin ətir alırdım…

“Ətir” sözünü eşidən Səkinənin üzünə təbəssüm qondu:

-Ətir?

-Hə, ətir.

-Bəs hanı ətir? Çaşıb ətir yerinə lotereya bileti almısan?

-Ətrini verəcəyəm. Hövsələni bas. Hə, ətir alırdım, xırdaları olmadı. Əvəzində bir neçə lotereya bileti təklif etdilər. Mən də fikirləşdim ki, bəlkə xeyir bundadır. Etiraz etməyib götürdüm.

Səkinə daha çox da dərinə getmədi. 5-10 manatdan ötrü ərinin ətini yeməyəcəkdi ki…

Az keçdi, çox keçdi. Ər-arvad televizorun qabağını kəsdirdilər. Bəxtlərini  sınamaq qərarına gəlmişdilər. Lotoreya oyunu başladı. Bir az sonra Səkinə səsini qaldırdı:

-Vay, görürsən, bir rəqəm çatmadı. Belədir də bunlar. İndi də minik maşını hansısa hazıryeyənə qismət olacaq.

Miriş ayağa qalxdı:

-Sən düz deyirsən, fırıldaqdır hamısı.

O, mətbəxə keçib özünə çay süzdü. Fincanı götürüb qonaq otağına keçmək istəyirdi ki, ayaq saxladı. Geri dönüb Səkinə üçün də çay gətirdi. Lağla arvadından soruşdu:

-Hə, nə oldu? Maşın uddun?

Səkinə ağzını əyərək:

-Tökülüb elə, bu dəqiqə maşın udacağam, özü də Mersedes, Toyota, Nissan… Yatar yuxuma da girməz. Amma pis olmazdı…

-Nə?

-Bir tikiş maşını udmaq. Başqa heç nə istəmirəm. Minik maşınını verdim onlara.

Birdən hər ikisi dik ayağa sıçradılar. Miriş Səkinəni qucaqlayaraq:

-Udduq, Səkinə, udduq. Tikiş maşını yox, minik maşını.

Səkinə inanmır, gözlərini döyürdü. Miriş onu silkələrək:

-Arvad, özünə gəl, həqiqətən udmuşuq.  Mən də nə gözümə, nə də qulağıma inanıram. Amma həqiqət budur.

Ər-arvadın səsi mənzili başına götürdü: “Urra!!!”

Səkinənin gözləri dolmuşdu. Ağlamağa başladı:

-Ay Miriş, bu lap möcüzə oldu! Nə yaxşı satıcıların xırda pulu olmayıb, sən də nə yaxşı pul tələb etməyib lotereya biletlərini götürmüsən. Qismət beləymiş.

Az sonra qohum-əqrəba, dost-tanış, qonşular bundan xəbər tutdular.

Mirişlə Səkinənən sevinci yerə-göyə sığmırdı. O gecəni diri açdılar. Gözlərinə yuxu getməmişdi.

Nəinki ertəsi gün, hətta sonrakl bir neçə günü də  minik maşınının dalınca gedə bilmədilər. Evləri təbrikə, gözaydınlığına gələnlərlə dolub-boşalırdı. Miriş gedib bazarlıq edirdi. Gələnləri çayla yola salmayacaqlardılar ki. Xeyli pul xərclənmişdi.

Axır ki, dörd gün sonra vaxt tapıb  minik maşınını rəsmiləşdirmək üçün yola çıxdılar. Miriş şəxsiyyət vəsiqəsini də götürmüşdü.

İşçilər – cavab oğlanlar, qızlar onların başına yığışdılar, bu xoşbəxt cütlüyü təbrik etdilər. Miriş şəxsiyyət vəsiqəsini uzatdı. Onlara xidmət edən qız nədənsə minik maşınını rəsmiləşdirməyə tələsmirdi:

-Maşının sərəncamınıza verilməsi  üçün bəzi şərtləri yerinə yetirməlisiniz.

Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Sonra hər ikisi gözlərini dolandırıb cavan qızın sifətinə dikdilər. Səkinə dilləndi:

-Nə şərt, ay xanım? Lotoreyaya minik maşını düşüb. Bizdən tələb olunan   şəxsiyyət vəsiqəsidir, yazıb-pozub maşının açarını verəcəksiniz bizə. Biz də sizə şirnilik verərik.

Qızı gülmək tutdu. Aydınlaşdırmağa başladı:

-Məsələ sizin düşündüyünüz kimi heç də asan deyil. Maşına sahib olmağınız üçün gərək bizdən bir qaraj, bir də qarajı qoymaq üçün torpaq sahəsi alasınız. Onların pulu ödəniləndən sonra maşının açarını sizə verəcəyik. Şərtlər bunlardır.

Səkinə Mirişə, Miriş də Səkinəyə, sonra hər ikisi cavan qıza baxdılar. Bu dəfə Miriş  dilləndi:

-Yaxşı, qəşəng qız, indi deyin görək, o torpaq sahəsi ilə  qarajı neçəyə satırsınız.

Qız dedi:

-Qarajin qiyməti – 3 min manat, torpaq sahəsinin qiyməti isə, 5 min manat.

Ər-arvad başlarını tutdular. Yenə bir-birlərinə baxdılar, çiyinlərini çəkdilər. O qədər pulları harada idi? Borc götürməyə də dəyməzdi. Borcu gec-tez ödəməli olacaqdılar. Hansı pulla? Qənaət edib bir qədər dala pul atmışdılar. Onu da udulan maşının təbrikinə gələnləri qarşılayıb-yola salmaq üçün xərcləmişdilər.

Miriş ağır-ağır dilləndi:

-3 min, 5 min… Deməli sizə 8 min pul ödəməliyik. Bundan sonra minik maşını bizim olacaq?

Qız başı ilə təsdiq elədi. Ər-arvadın sevincindən əsər-əlamət qalmamışdı. Dilxor idilər. Miriş hələ də nəyəsə ümid edirdi. Odur ki:

-Yaxşı, qarajı bildik. Bəs qaraj üçün torpaq sahəsini harada verəcəksiniz?

-Harada?

Qız qarşısındakı kağıza baxaraq:

-Zabratda, – dedi.

Yenə də  Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Bu dəfə Səkinə dilləndi:

-Xanım, biz Yasamalda yaşayırıq.

-Yasamalda yer ayıra bilmirik.

Miriş səsini qaldırdı:

-Tutaq ki sizinlə razılaşdıq və 8 min manat ödədik. Demək, maşını Zabratdakı qaraja qoyacağıq. Hər gün səhər tezdən tıxacın bol olduğu vaxtlarda ya marşrut avtobusla, yaxud da taksi ilə Zabrata gedib maşını götürməli, axşamüstü də aparıb qaraja qoymalı, yenə də marşrut avtobus, yaxud taksi ilə geri qayıtmalı olacağıq?

-Hə, bizim imkanımız buna çatır. Amma maşın sizə havayı başa gəlir.

-Ay xanım, belədə maşın havayı başa gəlmir. Özümüz öz pulumuzla gedib minik maşınını alsaq, bundan ucuz düşər, həm də onu yaşadığımız binanın həyətində saxlaya bilərik. Heç qaraj da lazım olmaz. Nə çoxdur həyət-bacada maşın saxlayanlar. Boynunuza alın ki, düz oynamırsınız. Belə lotereya oyunu olmaz. Bu oyunun bir adı var: fırıldaq oyunu.

Miriş əlində tutduğu lotereyanı dörd yerə böldü. Səkinənin qolundan tutub,  qapıya sarı irəlilədi.

 Bakı şəhəri, 06 may 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Uşaqları milli-mənəvii dəyərlər əsasında formalaşdıraq

Heydər Əliyev-100

Uşaqları milli-mənəvii dəyərlər əsasında formalaşdıraq

          “ Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır”.

           H.Ə.Əliyev

 Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar tək  yetişdirməlidirlər. Ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır.  Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət,  həm də şərəfdir. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Bu yenilikləri şərtləndirən ən mühüm amillərdən biri ölkəmizin hər bir dövrün cağırışlarına uyğun addım ataraq, qabaqcıl texnologiyaların tətbiqi ilə uğurların davamlılığını təmin etməsidir. Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi imkan veir ki iş prosesində problemin həlli diqqətdə saxlanılsaın. Şubhəsiz, uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasi, onların  yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları  kimi  hazırlaması  işimizin əsas nəticəsidir.

        Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.  Dövlət başçısı İlham Əliyevin Azırbaycan qürur mənbəyimiz–Uşaqlar gələcəyimizdir fikri ölkəmizin müstəqillik tarixində qazandığı uğurların ümumiləşdirilmiş ifadəsidir. Xalqımız daim azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Bu gün danışdığımız bütün uğurlar müstəqilliyin nəticəsidir, ölkəmizin bu illər ərzində müxtəlif sahələrdə qazandığı uğurların daha geniş miqyaslı və əhatə dairəsinin  möhtəşəmliyinin təmin olunmasi təhsilimizin inkişafı ilə bağlıdır. Bu  qarşımızda dayanan əsas vəzifələrdəndir. Azərbaycanın müstəqillik qorunması naminə, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanın uğurlarına təminatçı olsunlar. Azərbaycan daim yeniləşir, müasirləşir, dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrinin tətbiqinə çalışır. Ölkəmizdə   İnsan amili dövlətin siyasətində öndə dayanır. Bu gün məhz bu siyasətin uğurlarını yaşayırıq. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin inkişafı sahəsində görülən işlər davamlılığı ilə diqqəti çəkir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi də bir daha dövlətimizin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunələri biz təhsil işçilərinin qarşısında  daha mühüm vəzifələr durur.

 Biz müəllimlər Ulu öndərin dediyi – “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”  sözlərini fəaliyyət  prosesində  diqqətdə saxlayırıq. Dövlət başçısınin respublikamızda “qara qızıl”ı insan qızılına, insan kapitalına çevirməliyik” ifadəsinin  təsdiqi istiqamətində aparılan işlərin nəticəsi olaraq çalışırıq dərs dediyimiz  şagirdlərdə bacarıqların inkişafına diqqət yetirir,calışriq onlar   dünyada gedən proseslərə bələd olsunlar,yeni təlim texnologiyalarını mənimsəsinlər. Ən qabaqcıl texnologiyaların tətbiqi  təhsilimizin səviyyəsinin artırılmasına öz tövhələrini  verir . Məhz  yeni texnologiyalar  yiyələnməyimizin  nəticəsi olaraq ölkəmizin gələcəyi olan uşaqlarımizin milli- mənəvi dəyərlər əsasında formalaşmasina, onların  yüksək kreativ və intellektual keyfiyyətlərə malik kadrları  kimi  hazırlaması  işimizin əsas nəticəsidir. Təbii bu uğurların əsası orta məktəbdə, ilkin olaraq ibtidai təhsil pilləsində qoyulur. Məhz ibtidai təhsil pilləsində  biz uşaqlarımıza Vətən sevgisi,İnsan sevgisi, Milli  zəmində Bəşəri dəyərlərin mənimsədilməsi ,onların sağlam düşüncə tərzinin formalaşdırılması, dövlət atrubutlarına hörmət kimi keyfiyyətlərin   inkişafına nail olmağımızin nəticəsində cəmiyyətimizə öz tövhəmizi veririk. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyət,  həm də şərəfdir. Şagirdlərdə bədii zövqün formalaşması fəal həyat mövqeyi ilə yanaşı, yaradıcı əmək prosesi ilə şərtlənir. Əgər şagirdlərdə düzgün  zövq yarada bilsək, onda onlar ətraf aləmi sevərək, ona qayğı ilə yanaşaraq, həyatlarını gözəllik qanunları əsasında qururlar. Əlbəttə, gözəllik məfhumu mürəkkəb və çoxcəhətlidir. Onun ilk mənbəyi bizi əhatə edən həyatdır. Gözəllik həyatın özüdür. Gözəllik insan qəlbi ilə gözəllik qanunları arasında rəftar, insan şüurunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq, yüksəlmək kimi bir qüdrətə malikdir. Bəşər övladı gözəlliyin xoş qanadlarını öz üzərində daha dərindən duymağa başlamışdır.

       Uşaqlara yönəlik dövlət proqramlarının və tədbirlər planlarının hazırlanması ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər bir xalqın, dövlətin ən böyük və dəyərli sərvəti uşaqlardır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam iradəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan övladlar yetişdirməlidirlər. Şagirdlər Azərbaycan torpağında tarixən mövcud olan həyat tərzindən, ictimai-iqtisadi quruluşlarda daha yaxşı və həqiqi gözəllikdən ayrılmaz olduğunu, ictimai münasibətlərdəki ülviliyin və eybəcərliyin əsl mahiyyətini, hansı cəmiyyətdə adamlara daha böyük gözəllik yaratmağa qadir olduğunu ətraflı şəkildə məhz bu dərslərdə öyrənir. Dərs prosesində şagirdlərin “vicdan”, “borc”, “namus”, “qeyrət” kimi yüksək anlayışlar haqqındakı bilik və təsəvvürləri dəqiqləşir, onlar bu anlayışlardakı ülviliyi başa düşür, məktəblilərdə gözəlliklərə və böyük tarixi həqiqətlərə maraq inkişaf edir. Vətən! Bu söz insanlarda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür fədakarlığa hazır olmaq lazımdır. Vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, atababalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetirmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə istiqamətləndirən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.44 dünlük Vətən müharibəsində tarixi ,əzələi əbədi Qarabağımızın mənfur düşmən tapdağından azad edilməsi  ilə bağlı əldə olunan Qələbənin qorunması bunu  bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Vətənpərvərlik ən ülvi bir hissdir. Bu gözəl və nəcib əxlaqi keyfiyyəti gələcəyin qurucularına aşılamaq bizim borcumuzdur.

            Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirmək qarşımıza duran mühüm məsələdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir. Dərs dediyim şagirdlərimə təkcə bilik, savad verilmirəm, həm də onlara Vətən,İnsan sevgisi aşılayıra.vətən daşı olmaq hissi aşılayıram. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin təkcə dərs prosesində deyil, dərsdənkənar da aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Məktəbdə vətənpərvərlik hissi ilə formalaşdırılan o şagirdlər bu gün 30 ildən sonra  düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən igid əsgərlərimizdir. Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri mənim ən mühüm vəzifəm, müqəddəs borcumdur. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıdır. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir.  Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.

                  Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Vətən alınmır, verilmir, dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Vətəni qorumaq hər bir vətandaşın borcudur, onu sevmək isə anamızı sevməyə bərabər hissdir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlsə də, vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalı, vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Uşaqların milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündürən vacib məsələlərdən biri olmalıdır. Məktəbdə milli şüur tərbiyəsinin aktual problem olduğunu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirir. Belə tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan Vətənə vurğunluq şagirdlərə xatırlanır. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən birincisi vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.

 Uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub.  Vətənimiz, torpağımız uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, daima qəlblərimizdə, yaddaşlarımızda yaşayan şəhidlərimizi yaşından asılı olmayaraq hər bir kəs tanımalı və bununla fəxr etməlidir. Çünki biz bu gün onların etdikləri qəhrəmanlıqlar və dövlətimiz sayəsində rahat həyat sürə bilirik. Vətəndaşlıq borcu ilk növbədə insanın yaşadığı torpaqla, Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcudur. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını qurban verməyə hazırdır. Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, şərəfli şəhid adı qazanırlar. Bu vətən övladları doğma yurda sədaqət rəmzi, məhəbbət sinvoludurlar. Onlar Vətən torpağı uğrunda vuruşmuş, onun bölünməzliyı uğrunda canlarını qurban vermişlər! Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Vətənpərvərliyin kökündə öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.  İbtidai sinif şagirdləri Azərbaycan xalqının dili, dini, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin biliklərə malik olmalı, fəaliyyətində, münasibətlərində onlara istinad etməlidir. Gerçəkliyi estetik qavramaq, gözəlliyi duymaq, dərk etmək qabiliyyətinə, müasir texnika və kommunikasiya vasitələrinə dair bilgilərə, tələbatlarına uyğun olanlardan ilkin istifadə bacarıq və vərdişlərə malik olmalıdır.  2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

 Mərd, mübariz oğul və qızlarımız doğma Vətəni həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də Vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Bir insan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumat alarsa, torpağını da bir o qədər çox sevər, onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlanar və onu qorumağı özunə borc hesab edər. Bizim gələcəyimiz olan uşaqları nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

       Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Müəllif: RƏSMİYYƏ QULİYEVA

 Xətai rayonu Zakir Yusifov adına  194 nömrəli

tam orta məktəbin ibtidai sinif müəllimi

ZAUR USTACIN YAZILARI


PDF>>>
ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif ABBASOV. ANA DA, BACI DA  GÖZLƏMƏKDƏ İDİ.

ANA DA, BACI DA  GÖZLƏMƏKDƏ İDİ

(hekayə)

         Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey  bal! Kartof deyil, almadır, alma!”

         Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.

         Əlqərəz,  bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də  bazarlığını edirdi.

         Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.

         İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı.  Rənglərdən yaxşı baş çıxarırdı.  Arada oxuduğu məktəbin foyesində  onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də  təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.

          Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.

         Həsən tələsmədən, səylə kistanı boyaya batırıb  qapıya yaraşıq verirdi.

         Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:

         -Ay oğul, işin irəli! Gördüyün iş xoşuma  gəldi. Gərək əminin evini də abıra salasan.

         Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da  keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!

         -Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.

         Həsən qulaqlarına inanmadı:

         -Nə qədər?

         -150 manat.

          Həsən əl saxladı.  Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:

         -Hə, nə deyirsən?

         Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.

         Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.

Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu.  150 manat onuncun qəpik-quruş sayılırdı.

Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.

Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq  boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini  gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!

Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi.  Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.

Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki,  Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.

Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.

…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.

Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi.  Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.

Qayib kişi  əlini Həsənin kürəyinə vuraraq:

-Halal olsun, bala,  yaşın az olsa da,  qabiliyyətlisən, əsl sənətkarsan.

Sonra Tavata sarı dönərək:

-Arvad, o dəftəri gətir bura.

Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:

-Həsən, deməli, belə. Diqqətin məndə olsun.

Həsən diqqət kəsildi.

-Bir aydır işləyirsən, elədir?

Həsən cəld:

-Elədir, – dedi.

-Hər gün nahara oturmusan. Elədir?

-Elədir, Qayib dayı.

-Günorta yeməyi zamanı  sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?

-Yemişəm.

-Arada bir neçə dəfə  qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən.  Şirə, kompot, göy-göyərti, salat da öz yerində.  Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə  səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də  vermişəm. Olub belə şey?

-Olub.

Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də.  Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.

Qayib kişi sözünə davam etdi:

-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi,  mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…

 Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!

Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.

Bakı şəhəri, 05 may 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru