Kateqoriya arxivləri: Kirman Rustemli

Kirman Rustemli. Sabahınız xeyir.

Gəncliyim qayıt
Səpildin yollara məndən xəbərsiz,
İtirdim mən səni səndən xəbərsiz.
Saçlarım ağardı dəndən xəbərsiz,
Sən qayıt ömrümə, gəncliyim qayıt,
Qol budaq olunmuş çiliyim qayıt.

Qolumda güc vardı, ərənlər kimi,
Hər gülün yaxşısın dərənlər kimi,
Yerə igidləri sərənlər kimi,
Arzular bitməmiş, gəncliyim qayıt,
Canımda yaşayan o ruhu ayılt.

Utandım,sıxldım , özgə baxışdan,
Sevmədim qızları boya, naxışdan,
illərin üzdəki qat qat qırışdan,
Məni qurtarmağa gəncliyim qayıt,
Yuxumu görməyə gəl məni bayılt.
04.02.2020

Tükənən ümid
Ümid yoxdur sabaha,
Məzar kəfəndən baha.
Əl açmadım allaha,
Ümidim bitmiş mənim.

Əl çəkmirlər hər şeydən,
Gözlər doymur ki meydən.
Ayılmayırlar keydən,
Ümidim bitmiş mənim

Tabak boşdur,yuxa yox,
Yarış gedir yoxa yox.
Aclar hələ deyil tox
Ümidim bitmiş mənim.

Bu bayramın dərdi nə?
Şeş beş düşmür nərdinə.
Dözmək olmur fərqinə
Ümidim bitmiş mənim..

Talan talanın üstə,
Ağız dadmır ta püstə.
Əl aç tanrıdan istə,
Ümidim bitmiş mənim.

Göz də doymur hər şeydən,
Taqət gəlmir ya heydən ,
Insan quruyub keydən,
Ümidim bitmiş mənim.
12.03.2018.

Sabahınız xeyir
Bu geçə,yağışlı gecə,
Yuxum qaçıb ərşə necə.
Kirpiklərim misra üstə,
Axtarır ki nəsə seçə.

Damcıları necə soyuq,
Torpaq üstə açır oyuq.
Tanrım,axıt göz yaşını,
Bəndən içsin bir doyumluq.

Qızılgüllər baş aşağı,
İslanıb sınıb dayağı.
Sarıköynək nədən susub,
Oxumur cəh cəh , bayağı.

Külək əsir dəli -dəli,
Qalxır göyə otun təli.
Gecə çapır kəhərini,
Yerdə ayaq,göydə əli.

Bu gecə mənim gecəm,
Adlayıb selin keçəm.
Danım gəlsin, doğsun Günəş,
Badəm dolsun , selin içəm.
02.05.2023

Anasız günlər
Sənsiz bu bayramı keçirə bilməm,
Başıma göylərin daşı ələnər.
Xatiirən o qədər, mən silə bilməm,
Ömrümə bəzəkdir həmin sənələr.

Sən mənim həm anam, bir dünyam oldun,
Özümü səninlə adam sanardım.
Gedəli yuxumda sən röyam oldun,
Mən səni ağzımda bir tam sanardım.

Sən getdin ağzımın tamı da qaçdı,
Şükürlər”gəlmədi mən onu görəm.
Bağlı qapıları yuxummu açdı?
Dolaşıq saçını əlimlə hörəm.

Hara baxıramsa izin var orda,
Yatdığın çarpayı iyini saxlar.
Ana, sən yatdığın o soyuq gorda,
Ruhum da hər gecə, bil, səni yoxlar.
21.03.2022

Qəlbin səsi
Mən bitirdim bu sevgini,
Dəfn etdim qəlbimin dərinliyində.
Mən bitirdim bu sevgini,
Bir payız gününün sərinliyində.
Bir də axtrarmam,
Axı ondan nə umaram?
Bitdi, tükəndi artıq,
Sanki, o, olmayıb yaratdıq.
Nə axtarım, nə anım,
Yox artıq o,
Özümü tənha sanım.
Mən bitirdim sevgini,
Unudulmuş röya kimi.
Mən bitirdim sevgini
Ondan doya -doya kimi.
12.04.2023

İtirilmiş güman
Axı,nəyin itib, mənim üzümdə,
Axtardın, tapmadın itirdiyini?
Dəfn etdin sən onu mənim gözümdə,
İllərlə böyüdüb bitirdiyini.

Sənə güvəndiyim inamım itib,
Hardan alacağam o gücü, daha?
Başa düşmürsən ki,gümanım itib,
Barışıq gəlməzmi çox mənə baha.?

Könül vərəq deyil, yazıb pozasan,
Pozdunsa yarası sağalmır, gülüm.
Hələ də könlümdə sən bir qorasan,
Sulanıb şəkərin çoxalmır, gülüm.

Səni də, məni də ayırır yollar,
Hərənin öz yolu, qisməti varmış.
Kiminsə bəxtində sayrışır yollar,
Kiminsə yolları bitib, daralmış.
10.04.2020

Vətən bölünərmi?
Araya Araz düşüb,
Bu torpaq bölünərkən,
Mənə nədən az düşüb?
Köpəklər hürərkən.
Vətən də bölünərmi,?
Bu hal öyünərmi?
Bəlkə, mən bilmirəm. Xoyuma əlim çatmır,
Təbrizsiz damarımda qanım axmır.
Quruyan Urmuya gəlməz olub sonalar,
Məndən kömək umur,
Başına evi uçmuş analar.
Vətən çatı deyil,
Onu hər gün sökəsən.
Vətən batı deyil
Dərya üzüb keçəsən.
Vətən qoltuğumun dibi.
O mənə doğma, ana kimi.
Vətəni bölmək hünərmi?
İstəməsəm Vətən mənə dönərmi?
Qardaşıma o tay,
Mənə də bu tay düşüb.
Bəxtimə düşənə bir bax! Ax.Ax.Ax. !
07.02.2023

Müəllif: Kirman RUSTEMLİ

KİRMAN RUSTEMLİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru