Çəkdiyim
Deyirəm görəsənn heç utanırmı?
Adını adımla qoşa çəkdiyim.
Heç halal etmirəm, haramı olsun,
Qapımda manqalda şişə çəkdiyim.
Harda ki, nadan var tuşuma çıxdı,
Zəhərdən qorxurdum, aşıma çıxdı,
Fürsət tapan kimi başıma çıxdı,
Tutub əllərindən işə çəkdiyim.
Mayası turş olan ziyan gətirər,
Yaxşılıq tanımaz çörək itirər.
Hardan bilərdim ki, qanqal bitirər,
Alnımın təriylə xışa çəkdiyim.
Heç kəsdə görmədim öz ürəyimdən,
Çıxmaz o iynəli söz ürəyimdən,
Çəkib nişan aldı düz ürəyimdən,
Mənim can dediyim, döşə çəkdiyim.
Yaman zəmanənin çarxı əyilmiş,
Pərvanə yuxudan indi ayılmlş.
Demə ayağa da layiq deyilmiş,
Mənim adam bilib başa çəkdiyim.
Adını addımla qoşa çəkdiyim .
Müəllif: PƏRVANƏ ZƏNGƏZURLU
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru