Kateqoriya arxivləri: XOCALI FACİƏSİ HAQQINDA

XOCALI – QAYSAQLANMAYAN YARA – AYSU TÜRKEL

AYSU TÜRKELİN YAZILARI

XOCALI – QAYSAQLANMAYAN YARA

Tarix səhifələrini vərəqlədikcə Azərbaycanın ağrılı-acılı, şanlı-şərəfli, sevincli-fərəhli günlərinin bir daha şahidi oluruq.

Keçən əsrin əvvəllərində – 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyətinin memarı kimi torpağa azadlıq toxumu səpdi. Varlığımızın, kimliyimizin təsdiqi olan Şərqdə ilk Demokratik Cümhuriyyətin 23 ay yaşamasına baxmayaraq, 71 ildən sonra imperiya əsarətinə son qoyaraq yenidən müstəqilliyini bərpa etdi. Yaşadığımız bu illər ərzində qırğınlara, faciələrə, soyqırımlarına da az şahidlik etmədik. Yurdsevər, vətənpərvər oğullarımız tarix boyu mənfur düşmənlərin törətdiyi qanlı qırğınların, terrorların qurbanına çevrildi. Bəzən kənd və şəhərlərimiz də oda-alova bürünərək vandalizmin, vəhşiliyin güdazına getdi. Mart soyqırımı, Ballıqaya qətliamı, Ağdaban, Başlıbel, Qaradağlı faciəsi də qanlı tariximizin səhifəsinə yazıldı. Amma bu qətliamlar arasında ən dəhşətlisi əsrimizin qan yaddaşı olan Xocalı soyqırımıdır.

Tarix boyu ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb oldu. Bu torpaqların onlara məxsus olduğunu iddia edən ermənilər “Dənizdən-dənizə Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün məkrli və işğalçı planlar qurdular.

1991-ci ildə Azərbaycan azadlığını, müstəqilliyini bərpa etdikdən sonra Ermənistan məkrli və hiyləgər planlarını həyata keçirmək üçün xarici dövlətlərin yardımı ilə təcavüzkar və işğalçılıq siyasətini də genişləndirdi. Közərən münaqişə müharibə alovuna çevrildi. O zaman Azərbaycanda nə vahid komandanlıq vardı, nə də peşəkar kadr ehtiyatı. Tək-tək zabitlərin və qeyri-peşəkar vətənsevər oğulların rəhbərliyi ilə formalaşan könüllü özünümüdafiə dəstələri yaradıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın köməyi ilə erməni ordusu Xocalıya daxil olaraq müasir tarixin ən dəhşətli qırğınını törətdi. Erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin üzərinə ağır texnika yeritdilər. Dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutuldu, şəhər vəhşicəsinə yerlə yeksan edildi.

Əslində, ermənilər Xocalıya hərbi əməliyyat keçirmək üçün hücum etməmişdilər. Onların əsas məqsədi dinc, əliyalın əhaliyə qarşı soyqırımı törətmək idi. Şəhərin az saylı müdafiəçiləri Əlif Hacıyev, Tofiq Hüseynov və digər cəngavər oğulların rəhbərliyi ilə sona qədər müqavimət göstərdilərsə də təəssüf ki, düşmənin üstün qüvvəsi və texnikası bu müqaviməti qıra bildi. Şəhərin müdafiəçilərinin demək olar ki, əksəriyyəti qəhrəmancasına şəhid oldu.

Bu, yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət idi. Bəli, cinayət! Uşaq, qadın, qoca demədən əliyalın əhaliyə qəfil hücum etməyin cinayətdən başqa adı ola bilməz.

Əhalini öldürməklə yetinməyən mənfur düşmən cəsədlərə də işgəncələr vermişdi. Biz bunu Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı kadrlarda açıq-aşkar görə bilərik. Elə Xocalı qətliamının dünyaya tanıdılmasında Çingiz Mustafayevin lentə aldığı kadrlar, şahidlərin ifadələri və digər şəkillər düşmənin necə amansız olduğunu bir daha sübut edir.

Ermənilər bu qətliamı törətməklə Azərbaycan xalqının əzmini qıra biləcəklərini düşünürdülər. Amma xalqımıza qarşı Xocalıda törədilən böyük soyqırımı aktı xalqımızın mübarizə əzmini qıra bilmədi. Bəli, bu qırğın bizi dərindən sarsıtdı, qəlbən kədərləndirdi, lakin biz öz inamımızı itirmədik. Müqəddəs amalımızdan, tutduğumuz yoldan çəkinmədik. Xocalı faciəsinin dünya miqyasında tanıdılmasına çalışdıq. Çox əfsuslar olsun ki, köməksiz, yalnız Allaha sığınmış xalqımıza arxa duran olmadı. Daim ədalətdən danışan bir sıra Avropa ölkələri də Xocalı faciəsinə göz yumdu. Ermənilərin saxta göz yaşlarına inanıb dünyanın şahidlik etdiyi soyqırımını görməzdən gəldi. XX əsrin ən dəhşətli hadisəsi – Xocalı soyqırımı Azərbaycan tarixində qanlı iz buraxdı. Ermənilər bir gecədə elə bir cinayət törətdilər ki, xalqımız onu illər keçsə də unutmayacaq.

Xocalı soyqırımı nə qədər dəhşətli və amansız olsa da, 44 günlük savaş kimi tarixə düşən Vətən müharibəsində bu qətliamın qisasını almaq dəmir yumruqlu müzəffər ordumuza nəsib oldu.

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDALƏT BƏDİRXANLI – XOCALI

XOCALI FACİƏSİ HAQQINDA

XOCALI
(poema)
Daş körpənin dilindən
Proloq
“Ya Qarabağ, ya ölüm,
Başqa yolu yox artıq!”-
Deyəsən unutmuşuq,
Qan quruyubdur artıq?
* * *
Vətən dediyin bu yer
Yaddan çıxıbsa əgər,
İndi doğru cavab ver,
Qeyrət satılıb məgər?
* * *
Budur Vətən torpağı,
Budur Vətən bayrağı?
Hanı boz canavarlar,
Hazırkı mərd oğullar?
* * *
Haray, yenə də haray,
Cihad savaşdır artıq!
Qanlı qış gecəsindən
Neçə gün keçir artıq!
l hissə
YAŞAMAQ
İSTƏYİRƏM

Bu haray elan deyil,
Lal körpə harayıdır,
Bizi tək analar yox,
Dünya anlamalıdır!
* * *
“Vətən” adlı igidim,
Dəyanət istəyirəm!
Yağıya ölüm gərək,
Əsirtək istəmirəm!
* * *
Nifrətimlə yenidən
Bir savaş istəyirəm,
Kələklər yetər artıq,
Diri hay istəmirəm!
* * *
Qəlpə dəyən, ayılan
Sağ dığa istəmirəm,
Boş hədəfə şığıyan
Bir güllə istəmirəm!
* * *
Deyin, dünya tanısın
Qoy vəhşi toxumları,
Sözdə dövlət sayılan
Əkiz – “xaç” tulaları.
* * *
Hamı savaş gözləyir,
Mən dava istəmirəm,
Doğmaca torpağımı
Tam azad istəyirəm!
* * *
Kürsüdən çığırmağa
Mif, yarış istəmirəm!
ATƏT özünə gülür,
Mən alqış istəmirəm.
* * *
Yenidən dağ aşmağa
Yoxdur daha taqətim.
Didəm qanla dolsa da,
Budur hal vəziyyətim.
* * *
Duyan yoxdursa əgər,
Kimə gərək niyyətim?
Qisas alın, baş kəsin,
Qana-qan istəyirəm!
* * *
Ey şanlı Milli Ordum,
Mərhəmət istəmirəm.
Haylar ölü can versin
Canlı can istəmirəm.
* * *
Əsir kimi sağ qalan
Bir canlı istəmirəm,
Yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm!
ll hissə
BİR ANA
QUCAĞINDA

Mən bir uşaq doğuldum
Yaşamağa cahanda.
Tam haqqımla vətəndaş,
Xocalı torpağında.
Qəsd olundu yurduma
Gecənin son çağında.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda.
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Bilmədim sevgi nədir,
Bilmədim həyat nədir.
Bölmədim sevincimi,
Bildirmədim dərd nədir.
Bilmədim ölmək üçün
Günahlarım bəs nədir?
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Mənim yaşda günahsız
Körpələr nə qədərdir?
Qoy duysun bəşəriyyət,
Bəlkə yüz minlərlədir.
Bu quduzluq, soyqırım,
Qan dünyaya ləkədir.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Qoca, qadın, ya körpə –
Heç kimə baxmadılar.
Qışqıran hər bir kəsin
Başından vururdular.
Məni möhkəm vurdular,
Yəqin ölmüş sandılar.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
* * *
Qızdır məni, ey Günəş,
Mən bəşər övladıyam.
Anamın qucağında
Donmuş buz parçasıyam.
Bir daş olsam da belə,
Ruhum bilir hardayam.
Şaxtalı, don, amansız,
Soyuq, qarda, boranda
Dondum, heykələ döndüm
Bir ana qucağında.
Epiloq
Hər il gəlib keçirik
Heykəlinin önündən,
Sənə baxa bilmirik,
Gizlənirik gözündən.
* * *
Dünyaya göstəririk,
Guya səni anırıq,
Əslində belə deyil,
Xəcalətli qalırıq.
* * *
Tezcə qisas alınsa,
Sevincimi bölərdim.
Hayların göz yaşını
Qanlı güllə silərdim.
* * *
Bilmirəm nə istəyir,
İblis yenə “vur” deyir.
İnsanlıq sülhü sevir,
Hamı bizə “dur” deyir.
* * *
Ey çırpınan canlı daş,
Kaş bitəydi bu savaş,
Öz yurduna dönəydi
İnsanlar yavaş-yavaş!
Son.
23-25.02.2016.

Müəllif: Ədalət BƏDİRXANLI

ƏDALƏT BƏDİRXANLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEYMUR SÖNMƏZİN ŞEİRLƏRİ

SEYMUR SÖNMƏZİN YAZILARI

SAATIN ƏQRƏBLƏRİ…
Saatın əqrəbləri firlandıqca səs edir,
Günlər elə bir şeydi ömürdən ildən gedir,
Boş sözlər nadan kimi, küləyə bənzər əsir,
Yaşa doldum, hiss edib ümidlə geri baxdım-
Fevralın otuzuna vədə verib vaxt aldım!
* * *
Yollar qırov bağlamış ümüdlərə qor düşmüş,
Xəyallar pərən pərən arzular talan çökmüş,
Doğurdanda adam tək yaşamaq böyük yükmüş,
Gah gerəyə gahda ki, irəlliyə yön aldım-
Fevralın otuzuna vədə verib vaxt aldım!
* * *
Enişidə dolandım, yoxuşuda keçmişəm,
Zaman zaman dünyanın hər üzünü görmüşəm,
Qəlbi nadan birinə verərkən səhv etmişəm,
Çox təəssüf ki, bunu, sonunda gec anladım-
Fevralın otuzuna vədə verib vaxt aldım-
* * *
Nə biləydim sonu yox dərk etmədim vaxtında,
Dildə aciz qalibdı, danışarkən haqqında,
Yuxuya dalmış idim, gördüm deyir son anda,
Gözləyəcəm gələrsən, yubanmazsan həyatım-
Fevralın otuzuna vədə verib vaxt aldım!

ÖZ CƏZANDIR ÇƏK, QADIN…
Bu gun şəklinə baxıb
Gördüm siyah tellərin
Ağarıbdı qar kimi.
Sən ki, belə deyildin,
Bir vaxt göz oxşayırdın
Hər addımda dil açan
Çiçəkli bahar kimi.
Bəs, niyə saçlarına
Erkən dən düşdü sənin?
Bəlkə bulanıq sular
Bircə anda üstündən
Adlayıb keçdi sənin?
Bir nişanə qalmadı
Əzəlki yerişindən.
Bir vaxtlar məst olurdu
Çoxları gülüşündən…
Sən heç belə deyildin
Əhdini tapdalayıb
Baş götürüb gedəndə.
Yəqin günahın kimi
Qəlbini çəkib dara
Saçlarındakı dən də…
Söylə, niyə axı sən
Eşqimi ağlar qoyub,
Əsiri oldun yadın?
Heç özüm də bilmirəm
Necə əff edim səni,
Öz cəzandır, çək, qadın!

SEVƏNLƏRİ VAR OLSUN…
(“Sevgililər günü”nə)
Gör necə də gözəlmiş
Ömrün vüsal çağları.
Sevgidir insanlığın
Nur timsallı baharı.
Tükənməyən arzular
Məhəbbətdən güc alsın –
Sevənləri var olsun!
* * *
İsinsin saf duyğular
Körpə nəfəsi ilə.
Vəcdə gəlsin ürəklər
Gənclik həvəsi ilə.
Saf eşqin təravəti
Nə saralsın, nə solsun –
Sevənləri var olsun!
* * *
Şən nəğmələr dolaşsın
Hər yanı qarış-qarış.
Qorxutmasın heç kimi
Çovğun, şaxta, qarlı qış.
Təkcə eşqin havası
Həmişə qəlbə dolsun –
Sevənləri var olsun!
* * *
Seymur mübarək deyir,
Sevgililər gününə.
Qoy, yamanlıq çıxmasın
Qəlbən sevib-sevilən
İnsanların önünə!
Bu şeirim cavanlara
Məndən nişanə qalsın –
Sevənləri var olsun!

BU GÜN MƏNƏ TOXUNMAYIN
İçimdə vulkan püskürür,
Titrəyir sütünum-tağım.
Üstümdən qarayel keçib,
Üşüyür əlim-ayağım.
Baxışlarım sanki donub –
Quzeydəki qar kimiyəm!
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
İşığa həsrət qalmışam,
Zülmət çökübdür üstümə.
Bir namərdin gizli əli
Yaman durubdu qəsdimə…
Əlçatmayan, ünyetməyən –
Bir uçuq divar kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
Yollar üzümə bağlıdı,
Yoxuşum yox, enişim yox.
Məhbusam tənha adada,
Doğma yurda dönüşüm yox!
Əhədimi kəsib külək –
Alışmayan qor kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!
* * *
Nə gücüm var, nə taqətim,
Bozqurd kimi ac gəzirəm.
Elə bil havalanmışam,
Dərdimə əlac gəzirəm.
Bu gün mənə toxunmayın –
Simi qırıq tar kimiyəm.
Bu gün mənə toxunmayın
Simi qırıq tar kimiyəm!

ATA HƏSRƏTİ
Ata, yoxluğuna necə tablaşım,
Sənsiz qurumayıb hələ göz yaşım.
Keçir dərd içində baharım-qışım,
Heç vaxt qınamasın qoy, nadan mən –
Ata həsrətidir, sızladan məni!
* * *
Elə bil fırlanır başıma dünya,
Dönüb qar-sazaqlı qışıma dünya.
Ta gəlmir nədənsə xoşuma dünya,
Sıxır için-için ürək-can məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Kaş, atam dirilib geriyə dönə,
Sığınam Tanrının böyüklüyünə…
Dikmişəm gözümü hər gələn günə,
Nə eşq ovundurur, nə ad-san məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Sanki suya həsrət bomboş səhrayam,
İşığı qeyb olan ulduzam, ayam.
Heyim qalmayıb ki, günləri sayam,
Qoparıb kökümdən bir tufan məni –
Ata həsrətidir, sızladan məni!
* * *
Dikəldə bilməyir Seymur qəddimi,
Tapdamaq çətinmiş dərdin rəddini…
Dinmədim, qəm-kədər aşdı həddini,
Tutub elə bil ki, nahaqq qan məni –
Ata həsrətidir sızladan məni!

MƏNİM ÖMÜR YOLUM
(Öz doğum günümə yazdığım şeir)
Boylanıb geriyə baxdım bir anlıq,
Elə bil üstümü duman-çən aldı.
Gözümün önündən keçdi cavanlıq,
Ömrün bir ili də arxada qaldı.
* * *
Nə yaman tez ötdü aylar-fəsillər,
Anlar tufan kimi, yel kimi keçdi.
Durub arxasınca baxdığım illər,
Qarşımdan bulanıq sel kimi keçdi.
* * *
Söykədim üzümü xatirələrə,
Sevdalı çağlarım geriyə döndü.
Zülmətdə qərq olan neçə bənd-bərə,
Mənimlə birlikdə dil açdı, dindi.
* * *
Közərdim təzədən sönmüş ocaqtək,
Nurlu sabahların seyrinə çıxdım.
Yaratmaq eşqiylə çırpındı ürək,
Keçilməz sədləri bir anda yıxdım…
* * *
Duruldum su kimi avazda-səsdə,
Sanmayın ağlımı nəsə çaşdıdı.
Bir il gəldisə də yaşımın üstə,
Məni şeirlərim cavanlaşdıdı.
04.02.2022.

MƏNİ QƏRİBSƏSƏN ÜRƏYİNDƏ GƏZ
Nə əlIərm çatır, nə səsim sənə,
Tanışdır istəyim-həvəsim sənə.
Bilirəm doğmadır nəfəsim sənə.
Demirəm bir acı külək kimi əs –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Keşkə xoş sorağın çataydı mənə,
Çıxaydıq xəyalən çölə-çəmənə.
Adını çəkirəm mən dönə-dönə,
Hicranın yolunu saf eşqinlə kəs –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Dönsəydin əzəlki görüş yerinə,
Gül-çiçək səpərdim qədəmlərinə.
Bəlkə getməyək bir də dərinə…
Nisgili, kədəri gəl tapdala-əz –
Qəriblik eşqimi sarsıda bilməz!
* * *
Seymur heç vaxt səni unudan deyil,
Yalançı məhəbbət şərəf-şan deyil.
Eşqimin möhləti bircə an deyil,
Məni qəribsəsən ürəyində gəz –
Qəriblik eşqimi sarsıda bilməz!

SƏNİ NECƏ TAPIM…
(Dialoq)
Oğlan
Yatmışdım, telefonun zəngi oyatdı,
Məst etdi, ay gözəl, xoş səsin məni.
Avazın könlümə şirinlik qatdı,
Yerimdən oynatdı həvəsin məni.
Qız
Səni soraqlayıb, aramasam da,
Bənd oldum bir anda kəlmələrinə.
Düşdüm elə bil ki qaynar bir oda,
Danmıram, ürəkdən vuruldum sənə.
Oğlan
Dedim, bəs bəxtimdir üzümə gülən,
Ürəyim köksümə sığmadı mənim.
Sandım ki, səsindən nurdu süzülən,
Dil açdı al-əlvan şehli çəmənim…
Qız
Sanki məhəbbətin düşdüm sehrinə,
Adını soruşmaq çıxdı yadımdan.
Şükr etdim Allahın böyüklüyünə,
Qəlbimdə dağ kimi böyüdün hər an…
Oğlan
Dalğamı dəyişdi, telefonmu söndü,
Elə bir andaca itirdim səni.
Nömrən gizli imiş, neyləyim indi,
Xəyalən könlümdə bitirdim səni…

XOCALIMIZ QƏM SELİNDƏ İSLANIR
(Xocalı şəhidlərinin xatirəsinə)
Göy üzünü qara bulud alıbdır,
Dört tərəfi mənfur düşmən sarıbdır,
Necə insan canlarından olubdur,
Bu gün nisgil dolu qəlblər talanır-
Xocalımız qəm selində islanır.
* * *
Qoca cavan baxmayaraq vurubdu,
Körbə üzü, saralıbdı solubdu,
Bu matəmə dünya şahid olubdu,
Bu gün nisgil dolu qəlblər talanır-
Xocalımız qəm selində islanır.
* * *
Yağı talan etdi Ana Vətənin
Dağılmaz başından dumanı,çəni,
Çağırır,Xocalı çağırır səni,
Bu gün nisgil dolu qəlblər talanır,
Xocalımız qəm selində islanır.

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xocalı soyqırımı: Tarix heç nəyi unutmur – Zülfiyyə Vəliyeva yazır

Xocalı soyqırımı: Tarix heç nəyi unutmur


            1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar – 63 nəfər; 
qadınlar – 106 nəfər; 
qocalar – 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar – 76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.

                                                366-cı alay

        Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.

XOCALI FACİƏSİSOYQIRIMLAR ZİRVƏSİ

Baş verən hadisədən söz açmaq istəyəndə,

Yada düşür keçən əsr, tarixə dönmüş əsr.

Allah, ürəyim əsir!

Öz yurdunda  İnsan əsir əsir-yesir.

Cəllada dönən  “insan” göz çıxarır, baş kəsir.

Düşmən sənin başın kəsir.

Faciənin dəhşəti, onun vəhşi xisləti

İnsanın əhdin kəsir.

Xocalı faciəsi – soyqırımlar zirvəsi!

Xerosima, Xatın var tarixin yaddaşında,

Xocalı faciəsi tarixin qan yaddaşında!

Əsil soyqırımdır faciələr zirvəsi xalqımın yaddaşında!

Görən nəymiş günahı,

Körpə uşağın günahı?

Qarının, qocanın nədir günahı?

Cavanın, nazəninin günahı?

Susanların günahı!!!

Görməz gözün, kar qulağın günahı,

Biganəlik günahı!

Nəcür biganə olasan, kar olasan, kor olasan,

Görməyəsən olanları, olanları danasan?

İnsanlar tut təki qırılır, sən susasan?

Əl iyalın insanları,

Darda olan insanları tək qoyasan,

Sən köməksiz qoyasan?

Günahsız insanlara qyasan?

Qız-gəlini, uşaqları, qocaları,

Təpədən dırnağadək silahlanmış,

Arxasında alaydurmuş,

Qudurmuş, gözü qızmış düşmən ilə tək qoyasan,

Sən üzbəüz qoyasan?

“El qırılıb” – yalan bəyənat yayasan?

“Ölən iki nəfərdir”. Sanki adi xəbərdi!

Xocalıdan xəbər ver:

Xocalı kiçik kəndidi birzaman,

Qismətinə nələr düşdü, ayaman!

Kəndin qismət payına qəsəbə, şəhər olmaq düşən zaman,

Xocalı Qarabağın paytaxtı yerindəydi.

Genişləndi, abad oldu, aeroportlu şəhər oldu.

Xankəndinə çəpər oldu, Şuşa dərdi çəkən oldu!

Düşmənini yandırıban tökürdü, başına od tökürdü

Xocalının igidləri, nazənin gözəlləri!

Düşmənsə qisas üçün elə fürsət gözləyirdi.

Düşməndən alçaq olan,

Sapı özündən olan baltaların köməyi ilə,

Alçaqların,iblislərin köməyi ilə qurulurdu planlar.

Elsə kömək haraylar!

Allah, karmış qulaqlar!

Sanki daşmış ürəklər!

Ürəksizlər əlindən qan ağlayır ürəklər!

Xəbər verir küləklər:

– Baxın, bir el talan olur,

Qan içində görün, körpələr boğulur!

Köməksiz qocaları, qadınları donvurur!

İnsan oğlu hayqırır:

– Qırıblar, qırıblar bizi, kəsiblər nəslimizi!

Gör necə vurublar bizi, soyublar dərimizi!

Beynimizi çıxarıblar, gözləri çıxarıblar,

Təhqir edib gəlinləri, qızları,

Qocaların ayağını çatıblar,

İgidləri qurban kimi kəsiblər!

Bütün nəslini kəsiblər!

Nəslin kökünü  kəsiblər!

Xocalını məhv ediblər!

Gizlətmək istəyənlər gördün, susub durdular,

Yalan bəyənat yaydılar!

Nə yaxşıki, aşkar oldu həqiqət.

Təəssüf,dünyayaçatdırılmadı vaxtında bu həqiqət!

Minnətdarıq hamılıqla Çingizə!

Faciəni O çatdırıb elimizə!

Faciənin ağrısı görən kimdən yankeçir?

Ağrı ürəkdən keçir!

Görün neçə vaxt keçir?

El od tutub alışır, göynəyir için-için,

Bazarlarda satılan Xocalı qızları üçün!

Ölənlər xoşbəxtdirlər, qalanlarsa peşiman!

Namusu təhqir olan elim, obam peşiman!

Xalqın  dərisini soyanlar,

Millətimi, soyumuzu qıranlar

Tarixin qarşısında cavab versinlər gərək!

Faciənin dəhşəti başa düşülsün gərək!

Bütün dünya bilsin gərək:

– Daşüstündə yaradılan, torpağa həsrət olan,

Gözü doyub dolanmayan, lənətlənmiş ermənilər,

Alçaq, iblis ermənilər törədiblər soyqırımı!

Soyqırımlar zirvəsidir Xocalı faciəsi!

Dünyaya çatdırılsın soyqırımlar zirvəsi!

Xocalı faciəsi! Xocalı faciəsi!

Daş üstündə bax, yaranan bir dığa,

Torpaq üstə gör nə oyunlardan çıxır,

Düşmən sənin öz evindən, elə öz yuvandan çıxır!

Qoynunda bəslədiyin sənin axırına çıxır.

Kəsir bütün nəslini, o, sənin axırına çıxır.

Artıq 30 ilkeçir, indi çıxart səsini!

Var qüvvənlə hayqır sən, intiqama çağırsən!

İntiqam almaq üçün səfərbər ol, yığıl sən!

Od oğlusan, öz adını doğrult sən!

Qalxayağa, torpağını azad eylə,

Qələbə bayrağın sanc Xankəndə və söylə:

– Gözünaydın anam, bacım, intiqamın alındı!

Rahat yat, şəhid olan torpağında rahatdı!

Şükür olsun, şəhid torpaq azaddı!

Qismətində olanlar, Xocalının tarixində yaşadılar.

Şəhid olan insanlar “intiqam”hayqırırlar.

Xocalını unudanlar, həqiqəti dananlar

Hara qaçıb gizlənərlər?

Gözə görünməz olandan onlar necə gizlənərlər?

Ölümüylə qəhrəmanlar özlərini yaşadarlar,

Satqın olub alçalanlar ölməyi arzularlar!

Öz-özünə nifrətdən necə yaxa qurtararlar?

Zaman-zaman insanlar Xocalını xatırlarlar!

Şəhidlərin ruhlarına onlar dua oxuyarlar!

Körpəsini“boğ”deyəndə, “sən onu susdur” deyəndə,

Fəryad qopardı ana, yalvardıTanrısına:

– “UluTanrı, axı özün görürsən günahsızdı

Körpə balam bilirsən!

Öz əlimlə boğmalıyam  balamı,

Qüdrətinə qurban olum, xilaseylə balamı!

Qıyma ona körpədir, ağzından süd iyisi gəlir!

Köməksizdir körpə balam, xilas olsunTanrım, balam!

O  yaşasın yaşadanın qüdrətindən,

O söz açsın insanlara taleyindən,

Xocalının şəhid olan körpəsindən.

Körpələrin günahı nə? Tanrı, özün ayırd eylə!”

Günahkar olanlara, körpələrə qıyanlara,

Nəfsinə qul olanlara.

Xalq üçün yaşasın körpə,

Satqınların, alçaqların üzünə tüpürən körpə.

Unutmasın qoy alçaqlar: onlarında balasından

Şəhid olan körpələrin bil, qisası alınar!

Bax, o zaman anlayarlar!

Əməlinin bil, cəzasın alanlar nəticə çıxararlar!

Tarixin ibrət dərsini unutmazlar!

Torpaqların itməsi, insanların şəhid olub getməsi.

Bunlar faciə deyil, Faciə – insanlığın itməsi!

Nəfsinə qurban olanlar, sərvət zəlili olanlar,

Bu  dünyanın əyləncəli həyatına uyanlar,

İnsanlığa qəsd edir.

Bax, o zaman abır, ismət, namus əllərdə olur,

Torpaq tapdaq altda olur.

Xocalının qızları yad əllərdə necə fəryad eyləyirlər!

Özlərinə onlar ölüm diləyirlər!

Alçaldırlar gəlinləri, qızları,

Cavanları onlar qurban kəsirlər!

Başını süngüilə kəsənlər, gözünü çıxaranlar,

Evindəcə sənin gəlib oturanlar!

Öz qanın dan öz düşmənin yaratdın,

Sənin üçün o da dastan yaratdı.

“Binamusluq dastanı!”

Sənsə yenə oyanmırsan, nəticəni çıxarmırsan!

Öz qoynunda ilanlar bəsləyirsən,

Səni birdə çalmaq üçün ona fürsət verirsən!

“El bir olsa, zərbi kərən sındırar” – deyiblər.

Cənnət məkan bir diyar xilaskarın soraqlar:

Faciələr faciəsi – Xocalı faciəsi!

Qiymətini verən kəsi soraqlar.

Qönçə ikən solan körpə uşaqlar

Sizdən cavab soraqlar:

– 30 il keçir faciədən, necə dözüb durursuz?

Qız-gəlinlər əllərdədir, susursuz!

Yoxmu sizdə bir təpər?

İnsan olan elin namusun çəkər!

Çəkilsəydi ətdən çəpər,

Əliyalın qoruyardın gözəllərin.

Əllərdədir gözəllərin!!!

Ar eyləyin, bircə qeyrətə gəlin,

Birləşiniz birYumruq tək!

Nəfsimizi öldürək, düşmənin başın əzək!

Azad edək əsir olan torpaqları,

Əldə olan qadınları, qızları

Yurd yerini, gor yerini gəlin azad eyləyək!

Gorsuz, kəfənsiz ölənləri dəfn  edək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!

MİLLİ QƏHRƏMAN

ÇingizMustafayevə ithaf olunur

Hamı kimi yaşayırdı, təminatlı insan idi,

İnsanların sağlamlığın qoruyan bir həkimidi,

Öz ruhuna hakim idi!

O, sevirdi İnsanları, Vətənini, Elini…

Elin qürur yerini.

Qarabağda baş verən dəhşətli faciələr

Dözülməz etdi onu, od içinə atdı onu.

Bir əsgərə döndü  O!

Çağırışsız, filansız könüllü cəbhələrə getdi O!

Əlində yox silahı, kameraydı onun olan silahı,

Birdəki, vicdan səsi!

Harda çətin məqamdı, Çingiz orda olardı,

Haqsızlığa dözməyib, o necə qışqırardı,

Bəzən də eləcə yalvarardı:

– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!

Mən qalıram yanınızda, çəkəcəyəm onları,

Mənim gücüm buna çatır” – deyirdi!

Xocalıda        

baş verən faciəni çəkən Çingiz hönkürürdü,

Qarğıyırdı bu vəhşəti, qırıblar necə bizi,

Qanına qəltan ediblər körpəmizi!

Meyitləri bax, yan-yana çatıblar,

Dünyadan xəbərsiz olan körpələr

Sakit-sakit, quzu kimi yatıblar!

Vicdanı yatan kəslər, alçaq, xəbis, nacinslər

Qorxdular, səksəndilər Çingiz açan sirləri,

O söylədi dünyaya faciəni!

Xocalı qurban getdi!

Arxasında alay durmuş erməni hikkəsinə!

O, göstərdi dünyaya erməni hikkəsinə,

Məkrinə, hiyləsinə.

Soyqırım necə olur.

Millətin körpəsinin qətlinə,

Fərmanverənlər verdi Çingizin də qətlinə.

Özü çəkib öz qətlini, insanlara göstərdi o,

Olan insan məkrinə.

İnsanlığa düşmən olan,

Milləti naməlum olan o caninin məkrinə.

Şəhid olub o, yaratdı insanların qəlbində

İnsanlıq heykəlini.

Şəhidtək əbədiləşdi,

İnsantək o, heykəlləşdi!

Cavan getdi, o tərk etdi bizləri,

Tarixlərdə yaşadacaq şəhid olan kəsləri!

    (Qeyd:- material Ç.Mustafayevin ölümünün 9-cu il dönümü günü yazılıb)

FAYDALI BİR İŞ GÖRÜN,

BƏLKƏ GƏTİRƏ FAYDA!

Dünyaya haray salıb, “bizi yaman qırıblar,

Bizi türklər qırıblar”söylədi ermənilər –

Neçə illər, əsrlər!

Siz tanıyın soyqırımın, erməninin türk qırımın – 

Sözlərini dayanmadan, durmadan söyləyənlərin

Səsinə səs verəndə tapılıb,

Fransada bu “soyqırım” tanınıb!

Türk dünyası mat qalıb.

Bizdə çaşıb qalmışıq, bu işə mat qalmışıq.

Tarixi yada salmışıq:

Bu əsrdə nə az, nə çox düz üç dəfə

Bu dığalar bizi qırıb çatmışlar,

Yurdumuzu, yuvamızı dağıtmışlar,

Biz isə unutmuşuq olanları.

Deməyə utanmışıq, əhəmiyyətsiz sanmışıq,

Ağzımıza su alıb dayanmışıq.

Elə  buna görə də daha ağır faciə,

Xocalı soyqırımı keçən əsrin sonlarına düşübdür.

Payımıza faciələr faciəsi düşübdür.

Bizsə susub durmuşuq, gözümüzü yummuşuq!

Dilimizi udmuşuq, beləcə uduzmuşuq!

Bir sözü unutmuşuq, necə deyi babalar:

“Sonradan peşmançılıq bilin, verməyir fayda”,

Daldan atılan daşdan siz söyləyin nə fayda?

Vaxtında görülən iş bilin iz verər fayda,

Zərərin yarısından qayıtmaq özü fayda!

Nə qədər ki, gec deyil,

Faydalı bir iş görün, bəlkə gətirə fayda!

Onun adı əlifbada ilk hərifdi,

Xocalıda şəhid olan Əlifdi,

Aeroportda rəis olanƏlifdi,

Qəhrəmandı, igiddi!

Mətanətli, mərd qadını məhəbbətlə yaşadır!

İnsanlar da xatirəsin əziz tutub yaşadır!

DAHA AĞIR FACİƏ!

Boğ körpəni, öz əlinlə boğ körpəni,

Kəs səsinikörpənin!

Hamı durub gözləyir, susub durub gözləyir

Körpəni boğsunAna, səsini kəssin Ana!

Yazığı gəlir Ana, naçar qalıbdı rAna!

Çıxış yolun arayır, qarğıyır yeri-göyü,

Ürəyində yalvarırAllahına,

Əlac qalıb Allahına!

Üzülməmiş dənəsi, xilas olur körpəsi.

Meyidləri çəkən zaman tapıb Çingiz əmisi.

Balan yaşayır deyib.

Gözlərindən yaş süzülənAna deyir:

-O, Çingizin qızıdı, Ana ona borcludur,

 Bütün millət, xalq özüdə!

 Bəli, Çingizə borcludur!

O, söyləyib həqiqəti, o, açıbdır cinayəti

Sübut edib o, faktların diliylə,

Kameranın gözüilə, dediyini necə deyib diliylə:- Allah, qırıblar bizi, kəsiblər nəslimizi, kökümüzü.

Dünyaya çatdırmasaq faciəmizi,

Tarix bağışlamaz bizi!

BAYATILAR

İgidləri xar olan,

Qızları əllərdə olan,

Namusu tapdaq olan,

Yiyəsiz dustaq olan

Yaralıdır Xocalı!

Talan olan, viran olan,

Köməksiz, arxasız olan

UnudulanXocalı!

Harayına haray çatmır!

                       Haraya  da kömək çatmır,

                      Səsi yetib, ünü çatmır,

Tək qalıbdırXocalı!

Xocalını satan satıb,

Xocalını alan alıb,

Kimlər satıb, kimlə alıb,

Özü bilir Xocalı!

Satan onu ucuz satıb,

Alan onu ucuz alıb!

Ona görə qırıb, çatıb,

Başlar kəsib, göz çıxarıb,

Beynin  için çıxarıb,

İçin-içalatın çıxarıb.

Dağ döşündə, elə düzdə,

Leş-leşədi insan düzdə!

Törədilən bu cinayət

İnsanlığa xəyanət!

Lənə olsun, min lənət!

Nəfsinə qurban olan,

Sapı özündən olanlar

Törətdilər cinayət.

Qansızlar qanından olan,

Canilərə, cəlladlara min lənət!

Öz elində, öz yurdunda

Şəhidlərçün cavabdeh olanlara

Rahatlıq olmasın gərək,

İntiqam alınsın gərək!Bütün dünya bilib tanısın gərəXocalı faciəsin, erməni xislətin,

Onun məramın, məqsədin,

Türkün amansız düşmənin,

İnsanlığın düşmənin!

Ağı deyib qoy ağlasın igidləriXocalının,

Yarıcanı yad əlində igidləri Xocalının!

Ağlasın ağlar kimi, sinəsi dağlılar kimi,

Qaysaq tutmuş yarasının, qaysağı qopmuş kimi.

Torpağından qansızır,

Məkrindən bir amansız qan sızın!

Şəhiddir oğlu, qızı!

Ayağındanbir qızın,

Erməni dığasının 60 corabı çıxanda,

Gördüyü dəhşətlərdən ürəy ipartlayanda

İnsan olan bax, o zaman anlayar

Faciənin mahiyyətin o, dərk edər, anlayar!.

Şad və xürrəm yaşayardı bir zamanXocalılar.

Öz evində qaçqınlara yer ayrıan Xocalılar.

Düz 29 ildir qaçqın, köçkün, küskün olan Xocalılar.

Nə zülümdür, bu nə zülüm?

Zülüm, olmaz belə zülüm!

İnsanlıq tarixində olmayıbdır belə zülüm!

Gözünün qabağında atanın

Qızını rüsvay edib,

Oğlunu qurban kəsirlər,

Onun  əhdini kəsirlər!

Baş verən faciələrin dəhşəti,

İnsanın olan xisləti

Səni dəhşətə gətirir

Faciə – son nəticədir!

Niyə insan qabaqcadan görə bilmir, duya bilmir,

Faciə nədən törəyir, səbəb nədir?

Axı sən şüurlusan – unudursan bunu sən.

İdarəni gərəkdir ki,

Hər bir zaman sən şüurla edəsən.

Bax, o zaman baş verəcək faciənin

Bil, alarsanq  arşısını!

Faciəyəsən imkan yaratmazsan.

Vaxtında görülən iş bilin, gətirir fayda!

Sonradan peşman olmaqdan,

Kim qazanıbdır fayda?

Qayda belədir, qayda!

Sən vaxtında almalısan faciənin qarşısını!

Gər vaxtında alammasan faciəninqarşısını,

Heç olmasa  mahiyyətin sən dər keylə, gəl vaxtında,

Sən dünyaya car çək söylə: – Nə olub, nədən olub?

İnsan dönüb cəllad olub!

O, baş kəsib, göz çıxarıb,

Böyük eli, bir obanı öz yerindən,

Öz yurdundan o, çıxarıb!

İnsanlarsa susub durub,

Zalıma, qəddara dönüb,

ilana, əqrəbə dönüb, o, necə nadana dönüb.

Öz canını öz əliyləo çıxarır,

Öz canına necə qıyır.

Bircə candan var olduğun unudur!

Zaman-zaman canki,  canla qorunub,

Böyük Haqla,bil inamla, sevə-sevə qorunub.

Haqqı danan, insanlığa düşmən olan,

Şeytana yoldaş olan,

İnsana, insanlığa yad olan kəslər!

Allah istəyən anda ,

Yer üzündən silər, süpürər sizi,

O, kəsər nəslimizi, kökümüzü!

Nə qədərki, gec deyil, anlayın bu həqiqəti!

Bu beşgünlük dünyanınvarına,

Sərvətinə uymayın!

İnsana düşmən olub, insanlığa qıymayın,

Bir-birini qırmayın!

Sevginizlə bir-birini qoruyun!

Hamılıqla dönər olsaz Haqqasiz,

Bilin, xilas olarsınız!

Bəşərin xilası İslamda, qanunda Qurandadır!

Bunu dərk edən zaman,

Bax, əməl edən zaman

Faciəsiz yaşarsız, həyatdan zövq alarsız!

Əməlilə, xidmət ilə ucalarsız,

Şeytandanxilas olarsız!

Bilin ki, mələk olarsız, xeyirxah insan olarsız!

Dünyaya sizsiz bəzək!

Haqqa dönsə üzünüz, açılar bəsirət gözünüz!

Bax, o zaman faciə yaratmazsız,

Sonra qan ağlamazsız, ürəklər dağlamazsız.

İşığa bələnərsiz, siz nura bürünərsiz,

Xoşbəxt ömür sürərsiz!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru