Etiket arxivi: Akif Mirsiyaboğlu

AKİF MİRSİYAB OĞLU HÜSEYNOV

AKİF MİRSİYAB OĞLU HÜSEYNOV

1958 – ci ildə Xocalıda anadan olmub. 1965 – 1975 – ci illərdə Xocalı kənd orta məktəbində təhsil alıb. 1976 – cı ildə Ağdamda aldığı peşə təhsili üzrə, beşinci dərəcəli dülgər kimi Xocalı üzümçülük sovxozunda və 4 saylı səyyar mexanikləşdirmə dəstəsinin tərkibində çalışıb. 1977 – 1979 – cu illərdə Ukraynada daxili qoşunlarda həqiqi hərbi xidmətdə olub. 1979 – cu ilin noyabrından DİO – da xidmətə başlayıb. 1979 – 1985 – ci illərdə Xankəndi şəhər daxili işlər şöbəsində xidmət keçmiş, 1985 -1987 – ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbinin əyani şöbəsində təhsil almışdır. 1987 – 1994 – cü illərdə Ağdam rayon milis – polis şöbəsində xidmət keçib. 1994 – 1997 – ci illərdə Bakı şəhəri Nizami RPİ – də, AR DİN Baş Cinayət Axtarış İdarəsində xidmətini davam etdirmiş, Polis Akademiyasının qiyabi şöbəsini bitirmişdir. 1997 – 1999- cu illərdə Dəvəçi – Şabran rayon polis şöbəsində əvvəlcə əməliyyat işləri üzrə rəis müavini, daha sonra isə rəis əvəzi kimi xidmət etmişdir. 1999 – 2004 – cü illərdə Siyəzən polisinə rəhbərlik edib. 2004 – 2011 – ci illərdə NBPİ – nin Su Nəqliyyatında polis idarəsinin rəis müavini, 2011 – 2017 – ci illərdə NBPİ – nin Cinayət Axtarış İdarəsinə rəhbərlik etmişdir.
Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovnikidir. Ailəlidir, 3 övladı, 6 nəvəsi var.
Heç bir partiyanın üzvü olmayıb, hal-hazırda partiya mənsubiyyəti yoxdur.

Oktyabr – 2024

Real dünya

(esse)

Ömür yolumun növbəti altmış yeddinci ilini qarşılamaq üçün ata – baba yurduma , qədim Xocalı elinə , təmiri başa çatmamış evimizə səfər etdim . Ömrümün tən yarısını , yəni otuz üç ilini Xocalıda , ikinci yarısını məcburi köçkünlük illərində Ağcabədidə , Ağdamda , Şabranda , Siyəzəndə və ölkəmizin paytaxtı Bakı şəhərində keçirmişəm . Bu yerlərdə hər ilin iyirmi iki oktyabrında qeyd etdiyim doğum günlərində ” Növbəti ad gününü Xocalıda , doğma yurdunda keçirəsən” təbrikləri elə arzu olaraq ürəyimdə qalırdı. Nəhayət 2024 – cü ilin 22 oktyabrında doğum günümü dünyaya göz açdığım ata yurdunda qeyd etmək qismətim oldu . Sanki soyqırım gecəsində şəhid olmuş ata – anamın , qardaşlarımın , bacımın , gəlinimizin , əllidən artıq ən yaxın qohumlarımın , onlarla uşaqlıq dostlarımın , tanışlarımın , dünyasını dəyişmiş mehriban qonşularımın müqəddəs ruhları , qayıdış və doğum günümü təbrik etmək üçün həyətimizə , otuz üç yaşlı gənc ikən məcburi şəkildə bu yurddan didərgin salınmış , ömrünün ixtiyar çağında hər zaman ürəyində gəzdirdiyi doğma yurduna qovuşan ağ saçlı qocanı təbrikə gəlmişdilər .
Müəllif: Akif Mirsiyaboğlu

Akif Mirsiyaboğlunun yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akif Mirsiyaboğlu – Evimiz

EVİMİZ

İllər sonra getdim ATA yurduna ,
Nə atamı gördüm , nə də anamı ,
Dolandım həyətin dörd bir yanını ,
Tapmadım orada uşaqlığımı .

Açdım evimizin köhnə qapısın ,
Bəlkə oradadı uşaqlıq çağım ,
Axtardım Atamın yorğun baxışın ,
Evin içində də tapa bilmədim .

Çox əziyyət çəkib Anam o evdə ,
Hansı çətinliklə böyüdüb bizi ?
Gəzib dolandıqca bom-boş həyəti ,
Apadı xəyallar uzağa məni .

Müəllif: Akif Mirsiyaboğlu

Akif Mirsiyaboğlunun yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru