Etiket arxivi: AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi

Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” romanı müzakirə olunub

Mövsümün ilk müzakirəsi

27 noyabr 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım romanı. Çağdaş Azərbaycan ədəbiyyatında avtofiksiya”mövzusunda müzakirə keçirildi. Müzakirədə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator), filologiya elmlər doktoru Salidə Şərifova, yazıçı Mənzər Niyarlı, doktorantlar – Hənifə Səlifova, Səbirə Müzəffərli; qonaqlar – yazıçılar İlham Əziz, Orxan Həsəni, Orxan Saffari, Şəhriyar Del Gerani, Hədiyyə Şəfaqət, Gülnar Əhməd və müəllif Vüqar Van iştirak edirdilər.

Fotolar Pənah Mehtinindir.

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin növbəti iclası keçirilib – Fotolar

6 May 2025-ci il. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin növbəti iclasında filologiya elmləri doktoru, dos. Mərziyyə Nəcəfovanın “Qulu Ağsəsin vətən mövzusunda şeirləri” məruzəsi dinlənildi. Məruzə ətrafındakı müzakirələrdə AMEA-nın müxbir üzvi Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, prof. Rahid Ulusel, filologiya elmləri doktoru, prof. Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktoru, dos. Qurban Bayramov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, elmi işçi Hənifə Səlifova iştirak etdilər.

Müəllif: Mir Kamil

Mənbə: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı